text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
Yanvar ayı üzrə 626 müraciətçinin 531-i barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilmiş, 95 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşmışdır. Tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində kifayət qədər olmaması səbəbi ilə 76, dövlət nümunəli olmayan diplom üzrə 8, təhsil forması ü...
publikaz_normalized
Tam əminliklə deyə bilərəm ki, Azərbaycanda prezident seçkiləri heç bir qanun pozuntusu olmadan keçirilib. MDB nümayəndələri olaraq biz bir-birimizi daha yaxşı tanıyırıq. Dövlətin istinad yeri əlbəttə ki, xalqıdır. Xalq seçirsə, xalq istəyirsə, beynəlxalq təşkilatlar buna heç nə deyə bilməz. MDB PA müşahidələri xalqın ...
publikaz_normalized
“Azərbaycan xalqını səmimi qəlbdən təbrik edirəm”. O bildirib ki, seçkinin növbədənkənar olmasına baxmayaraq, yüksək səviyyədə keçirilib: “Vaxtın az olmasına baxmayaraq, seçkilər yüksək səviyyədə təşkil edilmişdi. Elektron veb-kameralar da məntəqələrdə quraşdırılmışdı. Hər kəs öz inandığı şəxsə səs verdi”.
publikaz_normalized
Fevralın 8-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Vladimir Putin İlham Əliyevə prezident seçkilərində qələbəsi münasibətilə təbriklərini çatdırıb, ona Azərbaycanın inkişafı və xalqımızın firavanlığı naminə prezidentlik fəaliyyətində uğurlar arz...
publikaz_normalized
Bu gün hava əsasən yağmursuz keçəcək. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən cənub-qərb küləyi səhər şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 7-12° isti, gündüz 13-17° isti ola...
publikaz_normalized
Güldür Güldür" şousunun məşhur aktyoru Rüştü Onur Atilla 1 ildə 45 kq arıqlayıb. O, bildirib ki, mədə kiçiltmə əməliyyatı sayəsində inanılmaz dərəcədə arıqlayıb. Lakin o, əməliyyat olunduğunu müəyyən səbəblərdən gizli saxlamağa çalışıb. deyə soruşanlar oldu" və bu suala cavab vermədiyim üçün əsəbiləşənlər də oldu. Əməl...
publikaz_normalized
Onun gizli sevgilisi kim olub?":"Mən bunu yaşamalıyam” deyirdi hər zaman. Azərbaycan teatr və kino səhnəsində ana, qaynana obrazı elə bil onun əyninə biçilmişdi. "Həyatın işinə bax ki, səhnədə ana obrazlarını ürəkdən, təbii, elə özü kimi canlandıran aktrisa həyatda heç vaxt ana ola bilməyib. Övladlığa uşaq götürmək ist...
publikaz_normalized
Bu seçkilərin spesifik xüsusiyyəti azad olunmuş ərazilərdə də keçirilməsi idi. Seçkidə yüksək fəallığı bununla əlaqələndirik". V.Kolyux qeyd edib ki, Azərbaycanın Qarabağda keçirdiyi seçkilər Ukrayna üçün təcrübədir: Ukrayna da öz ərazilərini azad etdikdən sonra həmin ərazilərdə keçiriləcək seçkilərdə Azərbaycanın təcr...
publikaz_normalized
Belə qəddarlığı sevmirəm":"Braziliya millisinin və "Barselona"nın sabiq futbolçusu Dani Alves məhkəmədə ifadə verib. “Rəqsdən sonra onunla birlikdə tualetə getdim, amma təkid etmədim. Bir müddət orda onu gözlədim, o gəldi və bu proses başladı. Mən onu döyməmişəm, yerə atmamışam. Bu barədə onunla dərhal danışmadım”. Qey...
publikaz_normalized
İlk dəfə Xankəndi-Bakı ultra marafonu keçiriləcək. Xankəndidə başlayacaq ultra marafonda iştirakçılar 360 km məsafə qət edərək, finişə Bakıda çatacaqlar. Gənclər və İdman Nazirliyinin Azərbaycan Atletika Federasiyası ilə birgə təşkil edəcəyi yarış “İdman həftəsi” və “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçir...
publikaz_normalized
“Seçkilərin Azərbaycanın bütün ərazilərində keçirilməsi olduqca qürurvericidir”. O əlavə edib ki, seçkilərdə əsasən qadın və gənclər fəal olub: Görmə qüsurlu insanlar üçün belə hazırlıqlar görülmüşdü. Bu seçkilər Azərbaycan xalqı, türk dünyası üçün xeyirli olsun. Hər kəsin, hamımızın uğurudur. Seçkilər zamanı fərqli bi...
publikaz_normalized
Xalq bir olub, öz rəhbərini seçdi. O, bütün prosesin şəffaf, göz önündə olduğunu bildirib: “Xalq olaraq birlik nümayiş etdirildi. Azərbaycan xalqının öz prezidentini dəstəkləməsinin şahidi olduq. Qazaxlılarda bir ata sözü var: “Bir qolda bir əl, bir yaxada bir baş”. Yəni bu da hakimiyyət ilə xalqın yaxınlığını göstərir...
publikaz_normalized
Müsbət məqamlardan biri də gənclərin seçki prosesinin təşkilində birbaşa iştirak etmələri idi. Bu, ölkənin rifahı üçün çox gözəl işarədir". Nümayəndə heyətinin rəhbəri qeyd edib ki, medianın seçkiləri işıqlandırması üçün bütün şərait yaradılıb. Müşahidələrimizə əsasən deyə bilərik ki, seçkilər demokratik prinsiplərə uy...
publikaz_normalized
Ukrayna Prezidenti Volodimir Zelenski İlham Əliyevi prezident seçkilərində qələbə münasibətilə təbrik edib. “İlham Əliyevi yeni müddətə Azərbaycan Prezidenti seçilməsi münasibətilə təbrik edirəm. Sizə Azərbaycan xalqının rifahı naminə gələcək uğurlu və səmərəli fəaliyyət arzulayıram. Mən dövlətlərimizin suverenliyi və ...
publikaz_normalized
Avropa İttifaqı amerikalı jurnalist Taker Karlsonun Rusiya prezidenti Vladimir Putinlə müsahibəsindən sonra ona qarşı sanksiyaların tətbiqi imkanını müzakirə etmir. Karlsonun Aİ sanksiyalarına düşə biləcəyi versiyasını həftəlik “Newsweek” səsləndirib. Karlsonun sözlərinə görə, müsahibə fevralın 9-da dərc olunacaq.
publikaz_normalized
Türkiyə Kubokunda keçirilən "Qazientep" - "Fənərbaxça" (0:2) matçının canlı yayımçısı olan "A Spor" kanalının müxbiri Onur Yıldız qalmaqalla gündəmə gəlib. Bu görüntülər Türkiyədə böyük qalmaqala səbəb olub. Hər kəs Onur Yıldızı tənqid edib. Kanalın şərhçisi Aykut İncə açıqlama verərək görüntülərin canlı yayımda olmadı...
publikaz_normalized
Fevralın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Can Mini qəbul edib.
publikaz_normalized
Bu regionlarda qanlı savaş olacaq":"Böyük Britaniya hərbi kəşfiyyatının yüksək rütbəli rəsmisi bildirib ki, Böyük Britaniya indi son illərdə heç vaxt olmadığı qədər genişmiqyaslı münaqişəyə daha yaxındır. İrimiqyaslı münaqişə ehtimalı varmı? O qeyd edib ki, 4500 nəfərlik məxfi bölmə son on ildə çox gərgin işləyib. Məsə...
publikaz_normalized
Frank Şvabenin bu fəaliyyətini təlxəklik kimi xarakterizə etmək olar":"Almaniya Bundestaqının üzvü Frank Şvabenin son vaxtlar Azərbaycana qarşı fəaliyyətini təlxəklik kimi xarakterizə etmək olar. F.Şvabe kimi uğursuzun qəzəbi bir daha onu göstərir ki, Azərbaycan təkcə işğalçı Ermənistanı deyil, onun arxasında duran büt...
publikaz_normalized
Azərbaycanda demokratik seçkilərin keçirilməsi üçün bütün şərait yaradılmışdı. Namizədlərin çoxsaylı olması və müxtəlif partiyaları təmsil etməsi də seçkilərin demokratik prinsiplərə uyğun keçirildiyinin göstəricilərindədir". İ.Matraimov qeyd edib ki, namizədlərə təşviqat kampaniyasında bərabər şərait yaradilib: Bütün ...
publikaz_normalized
Hər zaman dəbli görünmək üçün çoxlu paltarlara sahib olmaq lazım deyil. Bəzən bir parlaq detal geyimin tamamilə yeni bir forma alması üçün kifayət edir. Bir qayda olaraq, bu detalın rolunu aksesuarlar və zərgərlik nümunələri layiqincə yerinə yetirir. Aksesuarlar sayəsində hətta cins şalvar və ağ pambıq mayka kimi, sıra...
publikaz_normalized
Prezident İlham Əliyev fevralın 7-də prezident seçkilərinin Xankəndi və Şuşada da keçirilməsinin Azərbaycan xalqı üçün tarixi əhəmiyyət daşıdığını deyib. Keçmiş məcburi köçkünlərin artıq bir hissəsinin işğaldan azad olunmuş ərazilərə qaytarıldığını və bunun üçün Böyük Qayıdış Proqramı əsasında məcburi köçkünlərin geri ...
publikaz_normalized
12 Yaxın Şərq ölkəsi Qəzza zolağında keçirilən əməliyyata görə İsrail milli futbol komandasının yarışlardan kənarda qalmasını istəyir. Məktub FİFA-dan başqa, UEFA-nın da daxil olduğu regional konfederasiyalara göndərilib. İsrail millisinin Avro-2024-ün final mərhələsinə vəsiqə qazanmaq şansı var. Turnir bu ilin yayında...
publikaz_normalized
İtirilən milyardlara görə":"Avropa Super Liqası UEFA-ya qarşı 3,5 milyard avroluq iddia qaldırmağı düşünür. Superliqanın təşkilatçıları hesab edir ki, turnirin startı UEFA-nın təzyiqi səbəbindən təxirə salınır və bu, ciddi itkilərə səbəb olur. 2021-ci ildə “JP Morgan” bankından götürülən kreditin faiz dərəcəsi 2,8-dən ...
publikaz_normalized
Fevralın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi Mehmet Süreyya Eri və TÜRKPA beynəlxalq seçki müşahidə missiyasının rəhbəri, Türkiyə Böyük Millət Məclisinin üzvü Osman Mesteni qəbul edib. Müşahidə missiyasının üzvləri prezident seçkilərində ...
publikaz_normalized
Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə" 28 dekabr 2011-ci il tarixli Fərmanı ilə xüsusi Komissiya yaradılıb. Həmin Komissiyada müxtəlif orqanların nümayəndələri təmsil olunur. O bildirib ki, komissiya vaxtaşırı iclas keçirərək həm müvafiq meyarlara uyğun hərbi q...
publikaz_normalized
İndi hamı bunu edir":"Son bir neçə il ərzində "TikTok" dəb cərəyanlarının və gözəllik hiylələrinin əsas mənbəyinə çevrilib. Sosial şəbəkə istifadəçiləri daim yeni estetikalar ilə gündəmə gəlir, eləcə də müəyyən bir saç düzümü və manikürün sahibinin imicini kökündən dəyişdirə biləcəyinə dair bütün nəzəriyyələri irəli sü...
publikaz_normalized
İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Azərbaycanda keçirilən növbədənkənar prezident seçkiləri ilə bağlı bəyanat yayıb. Azərbaycan hökumətinin dəvəti ilə 2024-cü il fevralın 7-də Azərbaycanda keçirilmiş növbədənkənar prezident seçkilərini izləmək üçün İƏT Baş Katibliyinin yüksək səlahiyyətli müşahidəçi heyəti göndərilib. Se...
publikaz_normalized
Vaşinqton hərəkətə keçəcək":"ABŞ prezidenti Co Baydenin administrasiyası Konqresdə cənub sərhədi və Ukraynaya yardımla bağlı qanunvericilik bloklandığından qeyri-qanuni miqrasiyanın qarşısını almaq üçün tədbirlər görməyə hazırlaşır. Ağ Ev rəsmisi bildirib ki, Konqresdəki Respublikaçılar sərhəd rəsmilərinin kritik hesab...
publikaz_normalized
Efiopiya tezliklə Çin kriptovalyuta şirkətlərinin fəaliyyət göstərməsi üçün ən populyar məkana çevrilə bilər. Bildirilir ki, bu, Afrikanın ən böyük su elektrik stansiyasının (SES) istifadəyə verilməsindən sonra ölkədə elektrik enerjisi qiymətinin dünyada ən aşağı olması ilə bağlıdır. Çin Rəqəmsal Mədən Assosiasiyasının...
publikaz_normalized
Seçki prosesini müşahidə etmək çox maraqlı oldu. O qeyd edib ki, heyətə lazımi şərait və imkanlar yaradılıb: “Seçki günü xarici dövlət nümayəndələri ilə birlikdə Qarabağ bölgəsində yerləşən Şuşa və Xankəndidəki məntəqələrdə olduq. Məntəqələrdə seçki prosesini müşahidə edərkən hər şeyin qaydasında olduğunu gördük. İlk d...
publikaz_normalized
Fevralın 8-də Azərbaycan Respublikası Prezidenti seçkilərində namizəd olmuş Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev, həmçinin namizədlikləri öz ...
publikaz_normalized
B" planı hazırdır":"ABŞ prezidenti Co Bayden administrasiyası qeyri-qanuni miqrasiyanın qarşısını almaq üçün birtərəfli tədbirlər görəcək, çünki Konqres cənub sərhədi qanun layihəsini və Ukraynaya yardımı bloklayır. İki amerikalı məmurun sözlərinə görə, bu cür tədbirlər bir neçə aydır Ağ Evdə müzakirə edilir, lakin Bay...
publikaz_normalized
“Coalco International” inkişaf şirkətinin keçmiş sahibi, milyonçu Vasili Anisimov Rusiya vətəndaşlığından imtina edib. Bildirilib ki, Anisimov 2022-ci ilin sentyabrında Rusiya vətəndaşlığından imtina edib. Belə bir qərardan sonra milyonçunun Rusiyaya iş vizası ilə daxil olduğu iddia edilir. Məlumata görə, onun Rusiyada...
publikaz_normalized
İdman yarışlarının birində xoşagəlməz hal qeydə alınıb. Belə ki, qələbə qazana bilməyən azyaşlı idmançı məşqçisi tərəfindən zorakılığa məruz qalıb. Məşqçinin idmançıya qarşı etdiyi hərəkət sosial şəbəkədə geniş müzakirə olunub və etirazla qarşılanıb. Görüntüləri olduğu kimi təqdim edirik:
publikaz_normalized
Çəkilişdən gəlirdim, yolüstü restorana getdim yemək yeyim, gördüm ki, Vyaçeslav Tixonov da buradadır. Mən də bilirdim ki, Nəsimi obrazını rus dilində o səsləndirib. Ofisiantı çağırıb dedim ki, mənim adımdan o oturan masaya içki, meyvə filan apar". Yeri gəlmişkən, xatırladaq ki, əfsanəvi aktyor, "Baharın 17 anı" filmind...
publikaz_normalized
Abşeron rayonunda 1984-cü il təvəllüdlü Elmar müştərisi Samirəyə (adlar şərti verilib – red.) O, avtomobil idarə etməyi öyrətmək adı ilə aldadıb və Abşeron rayonu, Masazır qəsəbəsi, “Duz Zavodu” yoluna insanların olmadığı yerə aparıb. Orada Samirənin 18 yaşına çatmadığını aşkar surətdə bildiyi halda ətrafda heç kimin o...
publikaz_normalized
Müğənni Əli Mirəliyev ağır vəziyyətdə xəstəxanaya aparılıb. Müğənninin həyat yoldaşının sözlərinə görə, müğənni son üç gündə özünü pis hiss edib və xəstəxanaya yerləşdirilib. Onun əməliyyat olunub olunmaması analizlərin cavabından sonra müəyyən olunacaq.
publikaz_normalized
Atam (Xalq artisti Alim Qasımovu nəzərdə tutur - red.) mənim üçün yaşama səbəbim, işıqlı, günəşli dünyamdır". Xanəndə atası, Xalq artisti Alim Qasımovdan danışıb. F.Qasımova övladlarından söz açıb: Övladlarım müğənni olmaq istəsə, ən azından mənim qədər istedadlı olmalıdırlar. Mən dünyaya gələndən çox istedadlı olmuşam...
publikaz_normalized
Fevralın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Can Mini qəbul edib. Can Min Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatının fəal tərəfdaşlarından biri olduğunu və Azərbaycan ilə əlaqələrin hərtərəfli inkişafına əhəmiyyət verdiklərini bildirdi. Ölkəmizlə müxtəlif s...
publikaz_normalized
Xocalı rayonunun Əsgəran qəsəbəsində qala divarlarının yaxınlığında kütləvi məzarlıq aşkarlanıb. Qalıqların daha çox olacağı ehtimal edilir. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı ilə əraziyə xarici media nümayəndələrinin də iştirakı ilə mediatur təşkil edilib...
publikaz_normalized
Müşahidə missiyamız seçkilərə təsir edə biləcək hər hansı bir mənfi halla qarşılaşmayıb. O bildirib ki, missiya seçki günü Bakıda, Şuşada, Xankəndidə və Xocalıda monitorinqlər aparıb: “Seçki prosesi zamanı missiyamız heç bir qanunsuzluq, narazılıq müşahidə etməyib. Seçicilərin rahatlığı üçün hər cür şərait yaradılmışdı...
publikaz_normalized
Oliviya Dann adı sizə tanış olmaya bilər. Bununla belə o, artıq sosial şəbəkələrin ulduzu hesab olunur. 22 yaşlı idmançı LSU universitet komandasında yarışır. Lakin Oliviya sosial media vasitəsilə daha çox şöhrət qazanıb. Onun 7,4 milyondan çox izləyicisi var. Artıq "Grubhub", "Vuori", "Bodyarmor" və "American Eagle Ou...
publikaz_normalized
Azərbaycan Respublikası seçkiyə tam hazır idi. O bildirib ki, seçki tam şəkildə beynəlxalq qaydalara uyğun idi: “Seçki günü bütün insanlar azad şəkildə səsvermədə iştirak etdilər. Bütün baş çəkdiyimiz seçki məntəqələrində ictimai asayiş var idi. Missiyanın əhatə etdiyi bütün məkanlarda sərbəst daxil olması təmin olunmu...
publikaz_normalized
2024-cü ildə bürclərin iş həyatı, maliyyə vəziyyəti və bəxtləri ilə bağlı astroloqlar proqnozları açıqlayıb. Sizi səyahətə əsaslanan bir iş gözləyir və Mars may ayında müsahibədə seçilməyinizə kömək edir. Yupiterin danışıq bacarığı sizi kamera qarşısına çıxaracaq, Pluton isə dostlarınızla biznes planınızı yenidən işləm...
publikaz_normalized
Zaqatalada üç məktəblini avtomobil vurub, ikisi ölüb, biri ağır xəsarət alıb. Belə ki, hərəkətdə olan “Mercedes” markalı minik avtomobili Göyəm kənd sakinləri olan üç məktəblini vurub. Hadisə zamanı 2013-cü il təvəllüdlü Ramazan Babək oğlu İsayev və 2013-cü il təvəllüdlü Kamal Elçin oğlu Permadov aldıqları ağır xəsarət...
publikaz_normalized
Respublikaçı Alternativ (REAL) Partiyası Siyasi Komitəsinin sədri İlqar Məmmədov İlham Əliyevi yenidən Azərbaycan Prezidenti seçilməsi münasibətilə təbrik edib. Təbrikdə İlham Əliyevin Azərbaycanın ərazi bütövlüyünün bərpasında rolu xüsusi vurğulanıb.
publikaz_normalized
Fevralın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımın başçılıq etdiyi Türkiyə Böyük Millət Məclisinin üzvlərindən ibarət nümayəndə heyətini qəbul edib. Şamil Ayrım nümayəndə heyəti adından çıxış edərək dövlətimizin başçısını preziden...
publikaz_normalized
Bu gün Parisdə Yay Olimpiya Oyunlarının Təşkilat Komitəsinin qərargahında 2024-cü il Olimpiya və Paralimpiya Oyunlarının medalları təqdim olunub. “Medalları Eyfel qülləsindəki ən qiymətli metal olan Fransız tacının daş-qaşı ilə birləşdirmək üçün çox böyük işlər görülüb. Beləliklə, 2024-cü il medallarının özəlliyi onlar...
publikaz_normalized
Rusiya lideri Vladimir Putin amerikalı jurnalist Taker Karlsona rus dilində müsahibə verib. Eyni zamanda, onun stenoqramı Kremlin saytında ingilis dilində də dərc olunacaq ki, dünyanın hər yerindən mümkün qədər çox insan onunla tanış ola bilsin. “Əlbəttə, prezident müsahibəni rus dilində verib. Amma bilirsiniz ki, prez...
publikaz_normalized
Bu problemin kökünü kəsməliyik":FİFA prezidenti Canni İnfantino Parisdə keçirilən UEFA Konqresində çıxış edib. “Biz məsuliyyət daşımalı olacağıq. İrqi motivli qalmaqallarda iştirak edən komandalara cəzalar verəcəyik. Həmçinin irqçi insidentlər zamanı matçların vaxtından əvvəl dayandırılmasının tərəfdarıyam. Hazırda dün...
publikaz_normalized
Vəziyyəti pisləşən tanınmış müğənni Əli Mirəliyev xəstəxanaya yerləşdirilib. O bildirib ki, səhhətindəki ciddi problemlə bağlı xəstəxanada müalicə olunur: “Mədə-bağırsaq problemim yaranmışdı. Həkim məsləhəti ilə “Yeni Klinikaya” yerləşdirilmişəm. Bu gün əməliyyat olunmalı idim, mədəmlə bağırsaq arasında tıxanma var idi...
publikaz_normalized
İcazə almaq üçün qapı-qapı gəzməli olurlar":"Yaradıcı insanlar rejissor, videoqraf, fotoqraflar əziyyət çəkirlər məkan baxımından. Gözəl kliplər, şəkillər çəkmək üçün yetərincə gözəl məkanlarımız var, amma və lakin icazə məsələsi çox qəlizdir. Haradasa çəkiliş etmək üçün ya qiymətlər uçur, ya da icazə almaq üçün qapı-q...
publikaz_normalized
Ya pul, ya da cinsi əlaqə":"Şirvan şəhərində yeniyetmə qızı güdərək onu sevgilisi ilə tutan və şantaj edən 1996-cı il təvəllüdlü Cəbrayıl Dadaşov həbs edilib. Bəlli olub ki, Cəbrayıl Şirvanda yerləşən “Elit” ticarət mərkəzinin həyətində meyvə-tərəvəz satışı ilə məşğul olub. O, izlədiyi yeniyetmə qızın başqa oğlanla yax...
publikaz_normalized
ŞƏT mövqeyini açıqladı":"Şanxay Əməkdaşlıq Təşkilatının missiyası Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərini müşahidə edib". O, Azərbaycanda keçirilən tarixi seçkidə iştirak etməyin böyük şərəf olduğunu deyib: “Bizim missiyanın tərkibində ŞƏT-ə üzv dövlətlərin qanunverici, icraedici orqanlarının nümayən...
publikaz_normalized
Bakı şəhər Xətai rayonu Gəncə prospektində yerləşən “Fəridə” şadlıq sarayının həyətində yük maşını ilə qəza törədən 1986-cı il təvəllüdlü Yavər Rəşidova hökm oxunub. Məlum olub ki, şadlıq evinə ərzaq gətirən Yavər daha sonra təhlükəsizlik qaydalarına əməl etmədən avtomobili arxa-arxaya hərəkət etdirib. Bu zaman yük maş...
publikaz_normalized
Azərbaycanda da tətbiqinə ehtiyac varmı?":"Ukraynada ölkə sakinləri onlayn nikaha daxil ola biləcəklər. Bu barədə rəqəmsal transformasiya naziri Mixail Fedorov məlumat verib. Onun sözlərinə görə, bunu “Diye” elektron dövlət xidmətləri servisindən istifadə etməklə həyata keçirmək mümkün olacaq. M.Fedorov bunun bütün dün...
publikaz_normalized
Rusiya Federasiyasının Mərkəzi Seçki Komissiyası (MSK) ölkədə keçiriləcək prezident seçkilərində neçə namizədin irəli sürüləcəyinə tam aydınlıq gətirildiyini bildirib. LDPR partiyasının sədri Leonid Slutski, Rusiya Federasiyası Kommunist Partiyasının üzvü Nikolay Xaritonov, hazırkı prezident və özünün namizədliyini irə...
publikaz_normalized
Zaqatalada avtomobilin iki şagirdi vuraraq öldürməsi ilə bağlı cinayət işi başlanıb. Qeyd olunub ki, fevralın 8-i saat 13 radələrində Zaqatala rayonunun Göyəm kəndi ərazisində Emin İbrahimov idarə etdiyi “Mercedes” markalı avtomobil ilə piyadalar, 2013-cü il təvəllüdlü üç azyaşlını vurub. Onlardan 2-si vəfat edib, digə...
publikaz_normalized
2023-cü ildə Azərbaycanda 81 762 daşınmaz əmlak üzrə ipoteka müqaviləsi qeydə alınıb. Məlumata görə, bu, 2022-ci il ilə müqayisədə 8 785 ədəd və yaxud 12 % çoxdur.
publikaz_normalized
Ermənistan hökumətinin qərarına əsasən, Ermənistan Daxili İşlər Nazirliyinin kinoloji bölmələri üçün Belarusdan 5 ovçarka gətiriləcək. “Arçi”, “Niko”, “Kerri”, “Bleyz” və “Arma”. Bu itlərin Ermənistan Daxili İşlər Nazirliyinin maddi bazasında qeydiyyata alınacağı bildirilir. “Heyət”in çatdırılmasını Belarus tərəfi öz h...
publikaz_normalized
Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri İmişlidə kanalda batan yeniyetmənin axtarışını davam etdirir. Bildirilib ki, 26 dekabr 2023-cü il tarixində İmişli rayonu, Qaragüvəndikli kəndində, Boztəpə kanalında batması ehtimal olunan 2013-cü il təvəllüdlü Xankişiyev Rasim Vasif oğlunun axtarışları davam etdirilir. Haz...
publikaz_normalized
Futbol tarixin ən çox mükafat qazanan futbolçusu Daniel Alvesin həbsdə olduğu zorlama işi üzrə məhkəmənin yekun hökmü tezliklə məlum olacaq. “The Athletic”in məlumatına görə, ümumilikdə 20 dəqiqə ifadə verən Daniel iddia ilə razılşmayıb və zorakı insan olmadığını təkid edib. İdmançı həmçinin məhkəməyə hazırlaşmaq üçün ...
publikaz_normalized
Xocalı rayonunun Malıbəyli kəndi yenidən qurulur. Qeyd edilib ki, ötən ilin sentyabr ayında Azərbaycan Ordusu tərəfindən həyata keçirilmiş lokal anti-terror əməliyyatları zamanı Azərbaycanın nəzarətinə keçən Malıbəyli kəndində qaz, işıq və su xətləri çəkilir. "Plana uyğun olaraq kənddə evlər inşa edilir və bu il sakinl...
publikaz_normalized
Hazırda ölkə ərazisində qış fəslinə xas olmayan mülayim isti hava şəraiti müşahidə olunur. “Ötən illərin fevral ayında da belə anomal isti hava şəraiti qeydə alınmışdı. Belə ki, Bakıda və Abşeron yarımadasında havanın temperaturu 2023-ci ildə 21 dərəcə, 2021-ci ildə 22 dərəcə, 2020-ci ildə isə 25 dərəcəyədək yüksəlmişd...
publikaz_normalized
Kral III Çarlzın xərçəng müalicəsi uğursuz olarsa, Uels şahzadəsi Uilyam krallığın növbəti monarxı olacaq. Böyük Britaniyanın növbəti kralı Uilyamın 41 yaşı var. Eyni adlı əvvəlki kral (IV Uilyam) 1830-1837-ci illərdə hakimiyyətdə olub. O, 64 yaşında taxta çıxıb və heç bir varis qoymayıb. Onun ölümündən sonra 18 yaşlı ...
publikaz_normalized
Rusiya şou-biznesində "Navai" təxəllüsü ilə fəaliyyət göstərən, "HammAli&Navai" duetinin keçmiş solisti Nəvai Bəkirov Azərbaycanda ferma tikir. Görüntülərdən aydın olur ki, ferma Şəmkirin Talış kəndində qurulacaq. Kənd cəlb edir, kəndi çox sevirəm. Azərbaycanda ferma tikirəm", - deyə o, videoda bildirib.
publikaz_normalized
Xankəndi şəhərində fəaliyyət göstərəcək Qarabağ Universitetinin tələbələrinə təqaüd təyin olunacaq. Onun sözlərinə görə, Xankəndi şəhərində fəaliyyət göstərəcək Qarabağ Universitetində tələbələr üçün yataqxananın olması nəzərdə tutulur: Ali təhsil müəssisəsində 70 nəfər işçi heyətinin olması planlaşdırılır. Universitet...
publikaz_normalized
Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə səsvermənin böyük siyasi və rəmzi mənasının olduğunu bəyan edib. Şamil Ayrım Prezident İlham Əliyevin və ailə üzvlərinin Xankəndidə səs vermələrini böyük əhəmiyyət daşıdığını bildirdi. Xatırladaq ki, fevralın 7-də növbədənkənar prezident seçkiləri ilə əlaqədar Prezident İlh...
publikaz_normalized
Qarderobun ən universal əşyası olacaq - FOTO":"Hər kəsi ovsunlayan bir qarderob elementi varsa, o, A kəsimli qabarıq yubkalardır. Bu, əfsanəvi dizayner Kristian Diorun hazırladığı "New Look" siluetinin əsas parçasıdır. Bu üslub müharibədən sonrakı Avropada yeni həyata işarə edirdi. Onun əsası zərifliyə söykənir. Məhz v...
publikaz_normalized
Fevralın 17-dən martın 17-nə kimi Bakı-Qəbələ-Bakı marşrutu üzrə qatarlar həftənin həm şənbə, həm də bazar günləri hər iki istiqamətdə fəaliyyət göstərəcək. Məlumata görə, qatarlar saat 07:30-da Bakı Dəmiryol Vağzalından Qəbələyə, saat 19:00-da Qəbələdən Bakıya hərəkət edəcək. Bilet almaq üçün “ADY Mobile” tətbiqi və y...
publikaz_normalized
- Seçkilər demokratik prinsiplərə və beynəlxalq standartlara uyğun keçirildi; - Sağlamlıq imkanları məntəqəyə gəlməyə imkan verməyənlər də daxil olmaqla bütün seçicilərin səsvermə hüququ təmin edildi; - Səsvermə prosesi ədalətli və tam şəffaf şəkildə baş tutdu; Prezident seçkilərini izləyən beynəlxalq müşahidəçilərin ü...
publikaz_normalized
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 86 ünvanında mənzildə yanğın baş verməsi barədə məlumat daxil olub. Bildirilib ki, dərhal əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub. Yanğınsöndürənlə...
publikaz_normalized
Fevralın 8-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Respublikasının Prezident İlham Əliyevə zəng edib. Şarl Mişel fevralın 7-də Azərbaycan Respublikasında keçirilmiş Prezident seçkilərində qələbə münasibətilə Prezident İlham Əliyevi təbrik edib və yeni mandatın icrasında dövlətimizin başçısına uğur...
publikaz_normalized
Fevralın 8-də Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Ersin Tatar prezident seçkilərində inamlı qələbə münasibətilə dövlətimizin başçısını təbrik edib, ona Azərbaycanın inkişafı naminə fəaliyyətində uğurlar arzulayıb. Prezident İlham Əliyev ...
publikaz_normalized
Bakıda qamışlıq ərazidə yanğın başlayıb. Bildirilib ki, qurumun “112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu, Gülbala Əliyev küçəsi yaxınlığında qamışlıq ərazidə yanğın olması barədə ilkin məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış...
publikaz_normalized
Fevralın 8-də Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Bağçalı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Dövlət Bağçalı İlham Əliyevə prezident seçkilərində qazandığı qələbə münasibətilə təbriklərini çatdırıb, ona Azərbaycanın inkişafı naminə fəaliyyətində uğurlar arzulayıb. O, Prez...
publikaz_normalized
xəsarət alanlar var - VİDEO":"Bu gün Bakı Olimpiya Stadionunun qarşısındakı tuneldə marşrut avtobusu ağır qəza törədib. Nəticədə avtobus tamamilə yararsız hala düşüb. Hadisə zamanı avtobusda olan sərnişinlərdən bir neçəsi yüngül xəsarət alıb. Qəzanın baş verdiyi yerdən görüntüləri təqdim edirik:
publikaz_normalized
O, tarixə qalib İlham kimi düşəcək" - FOTO":"Gürcüstanın həbsdə olan sabiq prezidenti Mixeil Saakaşvili Azərbaycan Prezidenti İlham Əliyevi növbədən kənar prezident seçkilərində qalib gəlməsi münasibətilə təbrik edib. Qalibiyyət münasibətilə İlham Əliyevi təbrik edirəm. Prezident İlham Əliyevin etdiklərini Azərbaycan ü...
publikaz_normalized
Fevralın 8-də İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzani Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Neçirvan Bərzani prezident seçkilərində qələbə qazanması münasibətilə İlham Əliyevə təbriklərini çatdırıb, ona fəaliyyətində uğurlar arzulayıb. Dövlətimizin başçısı təbrikə görə minnətdarlığın...
publikaz_normalized
Sağlamlıq imkanları məhdud şəxslər üçün xüsusi təhsilin dövlət standartları təsdiqlənib.
publikaz_normalized
Time Machines" qrupunun yaradıcılarından biri və qrupun adının müəllifi Yuri Borzov 71 yaşında Moskvada vəfat edib. İlkin məlumata görə, Borzov infarkt keçirib. Ölümün dəqiq səbəbi ekspertizadan sonra məlum olacaq. Sənətçi səhər saatlarında Moskvanın Basmannı rayonundakı Tokmakov prospektindəki mənzilində həyat əlamətl...
publikaz_normalized
Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Hörmətli İlham Heydər oğlu. Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə səmimi təbriklərimi qəbul edin. Səsvermənin nəticələri Sizin yüksək siyasi nüfuzunuzu, Azərbaycanın sürətli sosia...
publikaz_normalized
İtaliyanın “Yuventus” futbol klubu əfsanəvi boksçu Mayk Taysona fərdi forma hədiyyə edib. Xatırladaq ki, Taysonun ilk titulu 1986-cı ildə qazandığı WBC kəməri olub, 1987-1990-cı illərdə Ceyms Smit və Toni Taker üzərində qələbələrdən sonra WBA və IBF kəmərlərinin sahibi olub. 1989-1990-cı illərdə Tayson “The Ring” jurna...
publikaz_normalized
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov növbədənkənar Prezident seçkilərinin müşahidəsi məqsədilə ölkəmizdə səfərdə olan Braziliya Federal Senatında Braziliya-Azərbaycan Dostluq Qrupunun rəhbəri Senator Nelsinyo Tradın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Bildirilib ki, görüş zamanı Azərbaycan və Bra...
publikaz_normalized
Sən mənə necə dönər yedizdirə bilərsən?":"Türkiyədə aktyora, aktrisaya daha çox dəyər, qiymət verirlər". Yerli film sektorundan şikayətlənən Abiyeva bundan sonra seriallarda rol almayacağını bildirib: Mən baş rol aktrisasıyam da, sən mənə necə gətirib dönər və yaxud kolbasa-çörək yedizdirə bilərsən? Sən bunun qarşılığı...
publikaz_normalized
Futbol üzrə Azərbaycan Kubokunda yarımfinala yüksələn ilk komanda “Zirə” olub. İlk görüşdə səfərdə 2:1 hesablı qələbə qazanan Rəşad Sadıqovun kollektivi uğurlu çıxışını cavab qarşılaşmasında da davam etdirib. Rəqibini bu dəfə 3:0 hesabı ilə məğlub edən “Zirə” yarımfinala adlayıb. Komandanın qollarını Abbas İbrahim (4-c...
publikaz_normalized
Microsoft" rəsmi olaraq "Windows"um təmizlənməsi üçün "PC Manager" yardım proqramını buraxıb. Tətbiqin beta versiyası hələ 2022-ci ildə ortaya çıxıb. PC Manager" hazırda Microsoft Mağazasında pulsuzdur. Proqram ölçüsü təxminən 32 meqabaytdır, proqram ingilis və çin dillərini dəstəkləyir. Materialda deyilir ki, tətbiq s...
publikaz_normalized
Xorvatiya Respublikasının Prezidenti Zoran Milanoviç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Xorvatiya Respublikasının vətəndaşları adından və şəxsən öz adımdan Sizə səmimi təbriklərimi çatdırmaqdan məmnunluq ...
publikaz_normalized
Futbolda mavi vərəqələr tətbiq olunacaq və onların alınması on dəqiqəlik diskvalifikasiya ilə nəticələnəcək". Bildirilir ki, mavi vərəqə açıq-aydın taktiki faul törətmək və ya hakimlə aydın mübahisələr üçün göstərilə bilər. Tezliklə gənclər və qadınlardan ibarət komanda turnirlərində, eləcə də aşağı liqalarda mavi vərə...
publikaz_normalized
İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Xusrav Noziri Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə təbrik məktubu göndərib. Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan böyük şərəf hissi duyuram. Azərbaycan xalqı Zati-alin...
publikaz_normalized
Sumqayıtda istehsal müəssisələrindən birində kütləvi zəhərlənmə olub. Zəhərlənənlər xəstəxanaya yerləşdirilib.
publikaz_normalized
Ukraynanın müdafiə naziri Rustem Umerov respublika Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnının istefası barədə məlumatı təsdiqləyib. General Valeri Zalujnının qarşısında ən çətin vəzifələrdən biri var idi - böyük müharibə zamanı Ukrayna Silahlı Qüvvələrinin komandanlığı. Bu gün Ukrayna Silahlı Qüvvələrinin...
publikaz_normalized
Türkmən xalqının Milli Lideri, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Hörmətli İlham Heydər oğlu. Azərbaycan Respublikasının Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm. Bu...
publikaz_normalized
Tanınmış meyxanaçı Aqşin Fatehin işlətdiyi “ByFateh” restoranında baş verən davaya görə açılan cinayət işi ilə əlaqədar məhkəmə prosesi başa çatıb. Hadisəyə səbəb A.Fatehlə şəriki Füzuli Alıyev arasında baş verən narazılıq olub. "Məhkəmə istintaqı zamanı toplanmış sübutlarla müəyyən edilib ki, zərərçəkmiş F.Alıyev rest...
publikaz_normalized
Azərbaycan millisinin rəqibləri bəlli oldu":"Azərbaycan millisinin UEFA Millətlər Liqasındakı rəqibləri bəlli olub. Qeyd edək ki, Millətlər Liqasında 2024/2025 mövsümü sentyabrın 5-7-də keçiriləcək ilk turun oyunları ilə start götürəcək.
publikaz_normalized
Xorvatiyanın Baş naziri Andrey Plenkoviç Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Xorvatiya Respublikasının Hökuməti adından və şəxsən öz adımdan yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırıram. Ötən otuz il ərzində Xorvatiya və Azərba...
publikaz_normalized
2024-cü ilin yanvar ayında Bakı metropoliteninin xidmətindən istifadə edən sərnişinlərin 489 761 nəfərini ödənişsiz istifadəçilər təşkil ediblər. Qeyd olunub ki, 2024-cü ilin ilk ayında Bakı metropoliteni 17 252 693 sərnişin daşıyıb və bu, orta statistik hesabla gün ərzində 556 538 sərnişin deməkdir. Ən çox sərnişin da...
publikaz_normalized
Big Bang Theory" filmində "Leonard Hofstadter" rolu ilə tanınan aktyor Conni Qaleçki gizli şəkildə evləniv və ata olub. Qaleçki müsahibə zamanı Morqan adlı qadınla gizli evləndiyini və onların Una Evelena adlı bir qızı olduğunu etiraf edib. Cütlüyün nə vaxt görüşməyə başladığı məlum deyil.
publikaz_normalized
Ukrayna Ali Radasının Xarici Siyasət və Parlamentlərarası Əməkdaşlıq Komitəsi Avropa Şurası Parlament Assambleyası (AŞPA) və Azərbaycan Milli Məclisinin Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr Komitəsini dialoqa və əməkdaşlığa çağırıb. Sənədə əsasən, AŞPA-nın 2024-cü il qış sessiyası zamanı yaranmış vəziy...
publikaz_normalized