text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
Qadınlar, qadınlar... - VİDEO":Qadınlar arasında U-17 dünya çempionatının seçmə mərhələsinin Afrika zonası üzrə keçirilən Niger - Mərakeş matçı fevralın 6-da baş tutmasına rəğmən futbol dünyasının gündəmini zəbt edib. Belə bir oyundan hesabdan çox nigerli qızların həddindən artıq zəif çıxış etməsi nəzərdən yayınmayıb. ...
publikaz_normalized
Əməkdar artist Xumar Qədimova verilişdə edilən gözlənilməz evlilik təklifinə "hə" cavabını verib. Sözügedən verilişin anonsu sosial şəbəkədə yayılıb. Çirkin bəyləri daha çox bəyəndiyini deyən ulduza verilişdə izləyicilərdən biri evlilik təklifi edib. İllər boyu bunu qəlbimdə saxlamışam, bu gün etiraf etmək istəyirəm, m...
publikaz_normalized
Azərbaycan tərəfindən təhlükə mifini şişirdən Ermənistan bizim ərazi bütövlüyümüzə “de-fakto” qəsd etməkdə davam edir. RFE/RL-in müxbiri Coşua Kuçeranın Ermənistan ilə Azərbaycan arasında sülh prosesinə həsr olunmuş məqaləsində qeyd olunur ki, müxtəlif vasitəçilərə münasibətdə yaranmış etimadsızlıq səbəbindən Bakı və İ...
publikaz_normalized
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Xətai rayonu, Gəncə prospektində və Xəzər rayonu, Buzovna qəsəbəsi, Viktor Seryoqin küçəsində yerləşən doqquzmərtəbəli yaşayış binalarının liftində vətəndaşların köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Xilasedicilər xüsusi vasitələ...
publikaz_normalized
Dünyanın ən yaşlı cəmiyyətinə sahib ölkəsi Yaponiya həm doğum nisbətinin aşağı düşməsi, həm də yaşlı əhalinin tənhalığına çarə axtarır. 2023-cü ilin yanvar-iyun aylarında yeni doğulan körpələrin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,6 faiz azalaraq 371 min 52 nəfər olub. Ölkənin Daxili İşlər və Rabitə Nazirliyi...
publikaz_normalized
İnsanları ölümsüz edəcək "rəqəmsal ölümsüzlük" layihəsi 2045-ci ildə gerçəkləşəcək. Mütəxəssislər layihənin ciddi travma və problemlərə səbəb olacağını deyirlər. Layihə rusiyalı milyarder Dmitri Itskova aiddir. Itskov kimi ekspertlər də 2045-ci ildə bu yolla rəqəmsal ölümsüzlüyün əldə ediləcəyini iddia edirlər. Uşaq və...
publikaz_normalized
Fevralın 9-da Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və oğlu Heydər Əliyev Hərbi Hava Qüvvələrinin hərbi obyektlərində olub və silahlanmaya yeni qəbul edilən “Akıncı” hücum PUA-larının uçuşunu izləyiblər. Prezident İlham Əliyev PUA Akademiyasında yaradılan şəraitlə tanış oldu. Müdafiə ...
publikaz_normalized
Azərbaycan Türkiyədən yeni “Akıncı” hücum pilotsuz uçuş aparatları (PUA) alıb. Qeyd edək ki, fevralın 9-da Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və oğlu Heydər Əliyev Hərbi Hava Qüvvələrinin hərbi obyektlərində olublar və “Akıncı” hücum PUA-larının uçuşunu izləyiblər.
publikaz_normalized
hər ikisi də... - VİDEO":"Məşhur şərab dequstatoru, NTV-də yayımlanan "Vedat Milorla Tadı Damağımda" proqramının aparıcısı Vedat Milor hesab edir ki, yemək və cinsəllik arasında əlaqə var. O, həm də türk yeməklərindən söz açıb. Mətbəximizdə çox fərqli dadlar var, tarhana şorbası ən çox sevdiyim türk yeməyidir. Əsl Adan...
publikaz_normalized
Onun başına hansı xasiyyəti bəla olub?":"O, elə bir aktyor idi ki, onu kəşf edə bilmədilər. Heç bir rejissor bunu bacarmadı. Adı belə kifayət edir ki, üzdə gülüş, gözlərdə təbəssüm yaransın. Dünya şöhrətli İtalyan aktyor Adriano Çelentanoya bənzədiyi üçün "Azərbaycanın Çelentanosu" adlandırılan Əməkdar artist Ələsgər M...
publikaz_normalized
Məlum olduğu kimi, dünən Zaqatala rayonu Göyəm kəndində baş verən ağır yol qəzasında 2 məktəbli ölüb, biri isə ağır yaralanıb. O qeyd edib ki, şagirdlər 5-ci sinifdə oxuyurmuş: Kənd yolu 6 metr enindədir, hadisə olan yuxarı tərəfdə isə yol 20 metrə qədər genişlənir. Şagirdlər səki ilə hərəkət edirmişlər. Yəni bizim kən...
publikaz_normalized
Bolqarıstan Prezidenti Rumen Radev Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. Xahiş edirəm, Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə ən səmimi təbriklərimi və xoş arzularımı qəbul edin. Bu, Prezident olaraq Sizin ötən illər ərzində Azərbaycan xalqı və dövləti üçün göstərdiyiniz ...
publikaz_normalized
Bakı Ağır Cinayətlər Məhkəməsində seksual xarakterli zorakılıq əməlində təqsirləndirilən Salyan rayon Seyid Sadıqlı kənd sakini, 2001-ci il təvəllüdlü Aslan Məmmədova hökm oxunub. O, Cinayət Məcəlləsinin 150.3.3-cü (Seksual xarakterli zorakılıq-14 yaşına çatmamış şəxsə qarşı) maddəsi ilə təqsirli bilinib. Araşdırmalar ...
publikaz_normalized
Bir nəfəri isə... - Kürdəmirdə DƏHŞƏT":"Bu gün saat 12 radələrində Kürdəmir rayonunun Şıxımlı kənd sakini, 1981-ci il təvəllüdlü İlham İsa oğlu Alıyev yaşadığı evdə anası, 1949-cu il təvəllüdlü Nəsibə Soltan qızı Aliyevaya və həmkəndlisi, 1970-ci il təvəllüdlü Vüqar Davud oğlu Məmmədova, daha sonra isə kənd ərazisində ...
publikaz_normalized
Yenə köhnə işıq dirəyi axtarır":"Ötən ilin dekabrın 23-də Azərbaycan Premyer Liqasının 18-ci turunun "Turan Tovuz" - "Araz-Naxçıvan" oyununda ölkə futbolunda nadir, amma bir o qədər də xoşagəlməz hadisə yaşanmışdı. Tovuz şəhər stadionda keçirilən matçın 81-ci dəqiqəsində arenanın işıq dirəklərindən biri aşdı. Xoşbəxtli...
publikaz_normalized
Ukrayna Ali Radasının AŞPA-ya və Milli Məclisə müraciəti öz rolunu oynamalıdır - Müsahibə":"Avropa Şurası Parlament Assambleyasında (AŞPA) yaranmış vəziyyət, hesab edirik ki, təəssüf doğuran anlaşılmazlıqdır. “Yaranmış vəziyyətə görə təbii ki, çox üzüldük. Biz bir-birimizin - həm Azərbaycanın, həm doğulduğum vətənim Gü...
publikaz_normalized
piyadanı öldürdü, avtomobili boyadı, izi itirdi - FOTO":"Gədəbəy rayonunda ağır yol qəzası törətmiş tanınmış aşıq Vəli Gədəbəyli (Şınıxlı) həbs edilib. Aşıq Vəli idarə etdiyi “Vaz” markalı avtomobillə 1965-ci il təvəllüdlü Ələsgər Allahverdiyevi vurub. Piyada hadisə yerində vəfat edib, Aşıq Vəli isə hadisə yerindən uza...
publikaz_normalized
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan Azərbaycan Prezidenti İlham Əliyevi növbədənkənar prezident seçkilərində qazandığı inamlı qələbə münasibətilə təbrik edib. “Prezident İlham Əliyevi son prezident seçkilərində qələbə qazanması münasibətilə təbrik edir, ona Azərbaycanın daha...
publikaz_normalized
Bir ananın iki oğlu...":"Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçu İlham Əliyevi yenidən prezident seçilməsi münasibətilə təbrik edib. “Azərbaycanda növbədənkənar prezident seçkilərində xalqının dəstəyi ilə yenidən prezident seçilən Vətən müharibəsinin müzəffər Ali Baş Komandanı, cənab İlham Əliyevi ürəkdən təbri...
publikaz_normalized
Maye qazı Avropaya Rusiya satacaq":"Bir neçə həftə əvvəl ABŞ prezidenti Co Bayden ətraf mühitə təsir səbəbindən Amerika LNG-nin (maye qaz) ixracı üçün yeni müqavilələrin təsdiqlənməsinin dayandırılması təşəbbüsü ilə çıxış edib. Məlumata görə, Bayden milyarderlərin sponsorluq etdiyi ekoloji lobbiçilər tərəfindən bu qəra...
publikaz_normalized
Bu qurumun vasitəçiliyi ilə keçirilsin":"Ermənistan Avropa İttifaqının vasitəçiliyi ilə Azərbaycanla danışıqların bərpasına sadiqliyini bir daha təsdiqləyir. “Rəsmi İrəvan da təbii ki, bu formatda danışıqların bərpasının tərəfdarıdır, çünki regionda sülhün bərqərar olması Ermənistanın prioritetidir”, - Hovhannisyan bil...
publikaz_normalized
Fələstin Dövlətinin Prezidenti, Fələstin Azadlıq Təşkilatı İcraiyyə Komitəsinin sədri Mahmud Abbas Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. Növbəti müddətə yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram. Sizə həvalə ...
publikaz_normalized
Vladimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin (AFU) keçmiş Ali Baş Komandanı Valeri Zalujnını Ukrayna Qəhrəmanı adına layiq görüb. “Ukraynanın dövlət suverenliyinin və ərazi bütövlüyünün qorunmasında müstəsna şəxsi xidmətlərinə, Ukrayna xalqına fədakar xidmətə görə, general Valeri Fedoroviç Zalujnıya “Qızıl Ulduz” ord...
publikaz_normalized
İlk sırada o qərarlaşıb":"Sportico" idman portalı 2023-cü ilin ən çox maaş alan idmançılarının reytinqini tərtib edib. İlk üçlüyə qolfçu Con Rahm (203 milyon) və dünya çempionu, "İnter Mayami"nin üzvü Lionel Messi (130 milyon) daxil olub. Futbolçular arasında ilk onluqda PSJ-nin hücumçusu Kilian Mbappe (125 milyon) və ...
publikaz_normalized
İlhamə Quliyeva ilə sözümüz heç zaman düz gəlmirdi. Mən İlhamə Quliyevadan çox çəkmişəm. Düşmənlərim mənə deyirlər ki, ölən insanın arxasıyca danışmazlar. Mən hər fikrimə sahib olan insanam. Doğrudan, bu dünyadan köçən insanın arxasıyca danışmazlar, yalnız həqiqətdən başqa. 83 yaşlı sənətkar onunla illərlə ədavət apara...
publikaz_normalized
Almaniyanın xarici işlər naziri Annalena Berbok Bundestaqda keçirilən tədbirdə ailəsinin nasist keçmişini xatırlayaraq ağlayıb. Nəşrin məlumatına görə, Valdemar Berbok polkovnik olub. İkinci Dünya Müharibəsi illərində o, zenit silahlarının təmiri bölməsində mühəndis vəzifəsində çalışıb, həmçinin nasist Almaniyasının id...
publikaz_normalized
Gürcüstanın Baş naziri İrakli Kobaxidze fevralın 9-da Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. İrakli Kobaxidze İlham Əliyevi prezident seçkilərində qələbəsi münasibətilə təbrik edib, ona Azərbaycanın rifahı naminə fəaliyyətində uğurlar arzulayıb. Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətda...
publikaz_normalized
Fevralın 9-da ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd Əl-Malik Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. O, Prezident İlham Əliyevin İslam həmrəyliyi işinə verdiyi töhfəni bir daha yüksək qiymətləndirib. Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib. Telefon...
publikaz_normalized
Ərdoğanın oğlu tələb edir":"Prezident Rəcəb Tayyib Ərdoğanın oğlu Bilal Ərdoğana qarşı dediyi sözlərə görə CHP-nin keçmiş sədri Kamal Kılıçdaroğlu barəsində təhqir ittihamı ilə məhkəmə iddiası qaldırılıb. O, Kamal Kılıçdaroğlunun 18 yanvar 2014-cü ildə Amasyanın Taşova rayonunda keçirilən mitinqdəki çıxışında onu təhqi...
publikaz_normalized
Başqalarına dərs keçməyin":"ABŞ öz ölkəsində antisemitizmin artmasına baxsın və başqa ölkələrə mühazirə oxumasın". Szijarto ABŞ Dövlət Departamentini başqalarına mühazirə oxumamağa və xaricdə hüquq və azadlıqlarla bağlı hesabatlar hazırlamağa çağırıb. O qeyd edib ki, İsraillə Fələstinin HƏMAS hərəkatı arasında qarşıdur...
publikaz_normalized
Köməksiz vəziyyətdə qalan azyaşlı... - VİDEO":Bakı şəhərinin Qaradağ rayonu Yeni Müşviq qəsəbəsində binada yanğın baş verib. Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən beşmərtəbəl...
publikaz_normalized
ABŞ-ın bu əməlini etiraf etdi":"ABŞ dolları silah kimi istifadə edərək həddini aşıb. Mask ABŞ-ın ən böyük strateji səhvinin dollardan dünya səhnəsində mübarizə aləti kimi istifadəsini təsdiq edən Rusiya prezidenti Vladimir Putinin fikirləri ilə razı olduğunu bildirib. ABŞ dolları silaha çevirməkdə həddindən artıq canfə...
publikaz_normalized
Bu dəfə ailə üzvləri təhqirə məruz qaldı":"Braziliya Olimpiya yığmasında oynayan "Real"ın gələcək oyunçusu Endrikin ailəsi Olimpiya Oyunlarına lisenziya xarakterli (KONMEBOL üzrə) qarşılaşma zamanı venesuelalı azarkeşlər tərəfindən irqi təhqirə məruz qalıb. “CBF Braziliya Olimpiya komandasının Venesuelanı məğlub etdiyi...
publikaz_normalized
Bakıda başlayacaq, İsveçdə bitəcək":"UEFA Millətlər Liqası turnirinin C Liqasında mübarizə aparacaq Azərbaycan milli komandasının oyunlarının təqvimi müəyyənləşib. Azərbaycan yığması ilk oyununu sentyabrın 5-də öz meydanında İsveçə qarşı keçirəcək. Millimiz qrupdakı son matçında da İsveçlə qarşılaşacaq. C liqası, 1-ci ...
publikaz_normalized
Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Binəli Yıldırımdan Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib. Hörmətli cənab Prezidentim. Fevralın 7-də keçirilən növbədənkənar Azərbaycan Respublikasının Prezidenti seçkilərində parlaq qələbəniz münasibət...
publikaz_normalized
Müstəqil Dövlətlər Birliyinin (MDB) Baş katibi Sergey Lebedevdən Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib. Möhtərəm İlham Heydər oğlu. Bakıdan Moskvaya qayıdarkən Sizi Azərbaycan Respublikası Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə bir daha səmimi-qəlbdən təbrik etmək istədim. MDB müşahidə...
publikaz_normalized
“Onlar dərsini almış oldu”":"Azərbaycan Milli Məclisinin sabiq sədri Rəsul Quliyev Prezident İlham Əliyevi fevralın 7-də keçirilən seçkilərlə bağlı qalib gəlməsi münasibəti ilə təbrik edib. Sizin seçkilərdə parlaq qələbəniz planetimizin istənilən regionunda danılmazdır. Bu seçki Azərbaycan xalqının Sizlərə sevgi və məh...
publikaz_normalized
Azərbaycanın Baş naziri Əli Əsədov gürcüstanlı həmkarı İrakli Kobaxidzeni bu vəzifəyə təyin edilməsi münasibətilə təbrik edib. Söhbət zamanı baş nazirlər iki ölkə arasında strateji əməkdaşlığın daha da möhkəmlənəcəyinə ümidvar olduqlarını bildiriblər.
publikaz_normalized
Türkiyənin xarici işlər naziri Hakan Fidan dövlət başçısı İlham Əliyevi fevralın 7-də Azərbaycanda keçirilən prezident seçkilərində qalib gəlməsi münasibətilə təbrik edib. “Seçkilərdəki yüksək fəallığına görə Azərbaycan xalqını da təbrik edirəm”, - nazir söyləyib.
publikaz_normalized
Utanıram":"Xalq artisti Ağadadaş Ağayev onun mahnısını oxuyan Elşad Qarayevi tənqid edib. Bu haqda "Rəngarəng səhər" proqramında danışan Ağayev mahnılarını səsləndirən digər ifaçılara xəbərdarlıq edib: Mahnılarımı ifa edirlər, amma elə yanaşmalar var ki... Bəziləri mahnılarımı oxuyur, adlarını çəkməyim. Elə oxuyurlar k...
publikaz_normalized
7 fevral 2024-cü il tarixində keçirilən Azərbaycan Respublikası Prezidenti seçkiləri Qərbin dəstəklədiyi media qurumları və "fəalların" müxtəlif təxribatları ilə yadda qaldı. Xarici donorlardan maliyyələşən “Azadlıq radiosu”, “Amerikanın səsi”, “BBC Azərbaycanca”, “Meydan TV” saxta həmsöhbət, dezinformasiya metodları i...
publikaz_normalized
Fevral əvvəlində ruhumuzu yaz günəşi ilə isidən, martda isə qış çovğununu gətirən Bakı havasına etibar etmək olmasa da, günəşli günlərin gəlişinə az qaldığı dəqiqdir. Odur ki, indidən yaz qarderobunun planlamasına başlaya bilərsiniz. Tünd rəngin hakim olduğu qışdan sonra ruh halımız rəng partlayışı tələb edir və bizim ...
publikaz_normalized
Türkiyənin ən çirkli 20 bölgəsi açıqlanıb. Siyahıda zəlzələ bölgəsindən də şəhərlər var. Bu çərçivədə Türkiyədə havanın ən çirkli olduğu 20 bölgə müəyyən edilib. "İskenderunun (Hatay) birinci olduğu siyahıda Kadıköy-Göztepe (İstanbul) ikinci, İğdır üçünçü, Denizli isə sonuncu yerdədir. Ümumdünya Səhiyyə Təşkilatının mə...
publikaz_normalized
Qaça bilmirdi, xəndəkdə uzanıb günəş vannası qəbul edirdi":"Spartak" (Moskva) futzal klubunun sabiq mətbuat kativi Andrey Bodrov maraqlı açıqlama verib. Onlar arasında milli komandamızın və "Araz-Naxçıvan"ın sabiq üzvü Serjao da var. Bodrov həmişə xarici görkəmi ilə diqqətləri cəlb edən, futzalçıdan daha çox döyüşçüyə ...
publikaz_normalized
Klub prezidentini mafiya öldürüb?":"Ukrayna millisinin və "Tavriya"nın (Simferopol) komandasının keçmiş qapıçısı Maksim Levitski 1995-ci il oktyabrın 15-də "Şaxtyor" - "Tavriya" matçında baş vermiş faciəli hadisəni xatırladıb. Hadisədən sonra matç dayandırılıb və oktyabrın 31-də davam etdirilib. Oyun 0:0 hesabı ilə baş...
publikaz_normalized
Ona baxanları... - VİDEO":"Bir müddət əvvəl "Yevlaxlı ər axtarıram" yazılı lövhə ilə Bakının mərkəzi küçələrində dolaşan qalmaqallı aparıcı Ellada Eyvazova yenidən gündəmə gəlib. Bəs siz məni görsəydiniz reaksiyanız necə olardı?", - o, paylaşımına şərh olaraq yazıb. Qeyd edək ki, hazırda müğənni kimi fəaliyyət göstərən...
publikaz_normalized
Fövqəladə Hallar Nazirliyi tərəfindən ötən ilin 26 dekabrında İmişli rayonu, Qaragüvəndikli kəndində itkin düşən 2013-cü il təvəllüdlü Xankişiyev Rasim Vasif oğlunun axtarışları davam etdirilir. Məlumata görə, FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin təlimatçı-kinoloqlarla birgə xüsusi təlim görmüş itlərdən ibarət qru...
publikaz_normalized
“Avropa Şurasının “Terrorçuluğun qarşısının alınması haqqında” Konvensiyasına Əlavə Protokol”un təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu təsdiqlənib. Ssənədə əsasən “Avropa Şurasının “Terrorçuluğun qarşısının alınması haqqında” Konvensiyasına 2015-ci il oktyabrın 22-də Riqa şəhərində imzalanmış Əlavə Pr...
publikaz_normalized
Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşlarının rayon ərazisində keçirdikləri tədbirlər zamanı silah-sursat aşkar edilib. Bu istiqamətdə tədbirlər davam etdirilir.
publikaz_normalized
500 min nə puldur ki..." - VİDEO":"Müğənni Nüşabə Musayeva Zaur Kamalın efirinin qonağı olub. O, qızının şad gününə çəkdiyi xərcdən danışıb. 500 mini bir yerdə görmədiyini deyən Zaura müğənninin verdiyi cavab maraq doğurub: Yığmışam, evlərimi, maşınımı, banka qoymuşam. Təkcə dekor üçün 20 min vermişəm. Yaxşı dostlarım ...
publikaz_normalized
Gəncə şəhər M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbin VI sinif şagirdi Məmmədov Ağamir Azər oğlu bugün günorta saatlarında yaşadığı evdə özünə qəsd edərək intihar edib. Qeyd olunub ki, Ağamir Məmmədovun intihar etməsinin səbəbləri məlum deyil. Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.
publikaz_normalized
Mərkəzi Seçki Komissiyasına (MSK) daxil olan ilkin protokollara əsasən İlham Əliyevin 7 fevral 2024-cü ildə keçirilən prezident seçkilərində 100 faiz səs topladığı məntəqələr məlum olub. 11 saylı Binəqədi-Qardağ seçki dairəsinin 44 saylı seçki məntəqəsi;" "16 saylı Yasamal ikinci seçki dairəsinin 41, 51, 54, 56 və 57 s...
publikaz_normalized
Gəncədə 12 yaşlı oğlanın intihar etməsinin ilkin səbəbi məlum olub. Bu səbəbdən də o, intihar edib. Hadisə şəhərin Daşkörpü adlanan ərazisində yerləşən yaşayış evlərinin birində qeydə alınıb. 2012-cü il təvəllüdlü A.Məmmədovun meyiti valideynləri tərəfindən asılmış vəziyyətdə tapılıb. Meyit müayinə olunmaq üçün Məhkəmə...
publikaz_normalized
Rusiya Federasiyası Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanovdan Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib. Hörmətli İlham Heydər oğlu. Azərbaycan Respublikası Prezidenti seçkilərində qələbəniz münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Bu seçkilərin yekunları Sizin ölkə vətəndaşları arasın...
publikaz_normalized
Məşhur aparıcı Tural Əsədov ukraynalı müğənni Vera Brejnevaya heyran olduğunu etiraf edib. Fevralın 21-i "maskam" gəlir. Həyat yoldaşım, bağışla", - aparıcı qeyd edib. Məlumat üçün bildirək ki, bu, Rusiya və Ukrayna arasında münaqişə yaranandan sonra Veranın Bakıda verdiyi ilk konserti olacaq. Ulduz Heydər Əliyev Saray...
publikaz_normalized
BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinos Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. Seçkilərdə qazandığınız qələbə və yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm. Seçkilərin nəticələri Azərbaycan xalqının Zati-alini...
publikaz_normalized
Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində narkotik vasitənin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb. Araşdırma zamanı saxlanılan şəxsin Kürdəmir rayon sakini 1967-ci il təvəllüdlü Abuşov Elxan olduğu müəyyən edilib. Əraziyə baxış ...
publikaz_normalized
Məşhur "Dostluq" kinoteatrının sökülməsi işlərinə başlanıldığı iddia olunur. İki gündür ki, 1960-cı illərin Stalin dövrünün memarlıq abidəsi olan "Dostluq" kinoteatrının sökülməsi işləri aparılır. Bina 1952-ci ildə memar Məmməd Əliyevin layihəsi əsasında tikilib. Təəssüf ki, rəsmi mənbələrdə dəqiq məlumat yoxdur, amma ...
publikaz_normalized
Bu yaz Xocalıda 50 evin çırağı yanacaq. Hazırda əsas işlər Xocalının mərkəzindən keçən magistral yolun ətrafında gedir. Bildirilib ki, əsas yol, ətrafında salınmış yaşıllıqlarla birgə, 14 metrə qədər genişlənəcək. Bundan başqa, 167 hektar ərazidə Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən xüsu...
publikaz_normalized
Yazın rəsmi gəlişinə bir ay qalsa da, artıq hamımız qalın kurtka və paltoları bir kənara atıb daha yüngül yaz geyimlərinə keçməyə tələsirik. Ancaq isti günlər həmişə qəfil gəlir, ona görə də sizə yeni mövsümə hazırlaşmağa indidən başlamağı məsləhət görürük. Təxirə salmadan qarderobunuzu yoxlayın və çatışmayanları almaq...
publikaz_normalized
Türkiyənin ilk kosmonavtı Alper Gezeravcı Yerə enib. Qeyd edək ki, A.Gezeravcının kosmosa səyahəti yanvarın 19-da başlayıb. O, bir sıra təcrübələr həyata keçirib. Kosmonavtın dünyaya qayıdışı əlverişsiz hava şəraiti səbəbindən indiyədək üç dəfə təxirə salınıb.
publikaz_normalized
Finlandiya Ukraynaya növbəti hərbi yardım paketini elan edib. Məlumata görə, sayca 22-ci hərbi yardım təxminən 190 milyon avro dəyərindədir. Təhlükəsizlik tədbirlərinə görə, hərbi yardıma nələrin daxil olduğu və onun çatdırılmasının təfərrüatları açıqlanmır. Bu yardım paketinə Finlandiya istehsalçılarından alınmış məhs...
publikaz_normalized
Rusiya Azərbaycanda prezident seçkilərinin uğurla keçirilməsini alqışlayır. “Rusiya tərəfi Azərbaycanda seçkilərin uğurla keçirilməsini alqışlayır və Azərbaycan Respublikası ilə müttəfiqliyin və strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsinə, beynəlxalq və regional məsələlər üzrə fəal birgə işə, o cümlədən Ermənis...
publikaz_normalized
AYNA tərəfindən sərnişin daşımalarını yerinə yetirən subyektlərdə gediş haqqının nağdsız ödənilməsini təmin edən ödəniş sisteminə keçidin sürətləndirilməsi ilə bağlı işlər davam etdirilir.",- deyə qurumdan bildirilib.
publikaz_normalized
Ukraynanın Korrupsiyaya Qarşı Ali Məhkəməsi Yunanıstan PAOK-unun sahibi və prezidenti olan rus-yunan oliqarx İvan Savvidinin əmlakının dövlət tərəfindən müsadirə edilməsi ilə bağlı Ədliyyə Nazirliyinin iddiasını təmin edib. – Ət və kolbasa məhsulları üçün qablaşdırma istehsalında liderlərdən biri olan “Pentopak PJSC”-n...
publikaz_normalized
Buna necə cürət edirlər?":"Bayden keçirdiyi mətbuat konfransında Misir Prezidenti Əbdülfəttah əs-Sisini "Meksika prezidenti" adlandırıb. Prezident eyni zamanda onun haqqında hazırlanan məhkəmə hesabatında yaddaşının zəifliyi ilə bağlı ittihamlara etirazını bildirib: Mənə hafizəmin yaxşı olmadığını deyilir, yaddaşım yax...
publikaz_normalized
Rusiya Ukraynanın itkilərini açıqladı":"Rusiya müharibənin 716-cı günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib. “Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 570 təyyarəsi, 265 helikopteri, 12 137 PUA-sı, 464 zenit-raket kompleksi, 14 953 tank və digər zirehli texnikası, 1 218 reaktiv yayl...
publikaz_normalized
Ukraynanın ali hərbi rəhbərliyində dəyişikliklər ölkənin daxili işidir və Avropa İttifaqının Kiyevə dəstəyinə təsir göstərməyəcək. “Bu, Ukraynanın daxili işidir. İstənilən belə dəyişikliklər ölkənin ali siyasi rəhbərliyinin səlahiyyətinə aiddir. Avropa İttifaqı Ukraynanı dəstəkləməyə davam etməkdə israrlıdır”, - o deyi...
publikaz_normalized
Türkiyənin Şərqi Anadolu regionu əlverişsiz hava şəraitinin əsarətindədir. Dəniz səviyyəsinin 1900 metr hündürlüyündə yerləşən Ardahanda isə son 55 ilin ən güclü qarı yağıb. Məlumata görə, qarın hündürlüyü şəhərin mərkəzində 95 sm, kənd yerlərində 120 sm, yüksək ərazilərdə isə 1,5 metrə çatıb. Sosial şəbəkələrdə bununl...
publikaz_normalized
Bakı şəhərində Azərbaycan Respublikası və İsveçrə Konfederasiyasının Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib. Görüş zamanı iki ölkə arasında siyasi, iqtisadi, energetika, nəqliyyat və humanitar sahələrdə əlaqələrin cari vəziyyəti və inkişaf perspektivləri, habelə beynəlxalq...
publikaz_normalized
Bu, müharibəyə yenilik gətirmək üçün bir fürsətdir":"Ukraynada artıq 1 milyondan çox FPV-dron, eləcə də bir neçə min kilometr məsafəyə uçan yüz minlərlə pilotsuz təyyarə istehsalına imkan verən texnologiyalar yaradılıb. Bu, müharibəyə yenilik gətirmək və əvvəllər edə bilmədiyimiz zərbələri vurmaq üçün bir fürsətdir. Mə...
publikaz_normalized
“Qarabağ” Avropa Liqasının pley-off mərhələsində keçiriləcək “Braqa” ilə səfər oyununda komandanı stadionda dəstəkləmək istəyən azarkeşlərinə müraciət ünvanlayıb. Bilet almağa gələrkən özünüzlə şəxsiyyəti təsdiq edən sənəd götürməyiniz tələb olunur.
publikaz_normalized
bu problemlər yaranacaq":"Günəş ləkələrinin kütləvi birləşməsi nəticəsində Yerə güclü maqnit fırtınaları gətirə bilər. Belə ki, Günəşin Yer kürəsinə baxan hissəsində “AR3576” adlı nəhəng ləkələrin qrupu meydana gəlib ki, bu da Yer kürəsindən dörd dəfə böyükdür. Bu ləkələr qrupu ən azı dörd nüvədən ibarətdir ki, onların...
publikaz_normalized
Fərhad Abdullayevin sədrliyi ilə Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib. Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim H.Əfəndiyevanın məruzəsini, maraqlı subyektlər Ali Məhkəmənin və Milli Məclis Aparatının mülahizələrini, Bakı Apellyasiya Məhkəməsinin və Vəkillər Kollegiyasının mütəxəssis mülahi...
publikaz_normalized
36 yaşlı erməni Qiyom Kasbaryan Fransanın mənzil-tikinti naziri olub. Müvafiq qərarı yeni baş nazir Qabriel Attal imzalayıb. Kasbaryan nazirlər kabinetinə keçməzdən əvvəl parlamentin üzvü olub. O, anti-Azərbaycan fəaliyyəti ilə tanınıb, separatizmə dəstək verib, Fransanın Dağlıq Qarabağın müstəqilliyini tanımasının tər...
publikaz_normalized
Məşhur rusiyalı aktyor və musiqiçi Mixail Boyarski ürəyindən əməliyyat olunub. Əməliyyat Sankt-Peterburqdakı Mariinski xəstəxanasında aparılıb. Mənbə təsdiqləyib ki, əməliyyat uğurlu olub. Boyarski üç gün tibb müəssisəsində qalıb, sonra evə buraxılıb. Daha əvvəl onun xəstəxanaya yerləşdirildiyi məlum olmuşdu. Sənətçini...
publikaz_normalized
Amerikalı sahibkar İlon Mask mobil rabitədən istifadəni dayandıracağını və əvəzinə “X” sosial şəbəkədən istifadə edəcəyini bildirib. Bir neçə aydan sonra mən telefon nömrəmi deaktiv edəcəyəm və yalnız mətn və audio/video zənglər üçün “X”-dən istifadə edəcəyəm", - Mask deyib. Mask beə qərarı hansı səbəbdən verdiyini açı...
publikaz_normalized
Almaniya kansleri Olaf Şolts ABŞ-a səfəri zamanı oxşarı ilə görüşüb. Siyasətçilər görüşü yumorla qarşılayıb, hətta birlikdə şəkil də çəkdiriblər. Şolts fotonu “X” sosial şəbəkəsindəki səhifəsində yayımlayıb. O, "Oxşarım Kris Kunsu yenidən görməkdən məmnunam" yzıb. Amerikalı senator Kuns öz profilində alman dilində orij...
publikaz_normalized
Azərbaycanda bir tibbi vasitənin satışı qadağan olunub. Bildirilib ki, “M&C Firması”nın Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinə müraciətində 23E24H8B05 seriya ilə buraxılmış “Pencan 25Gx3 1/2” (88 mm) M.FK-EU/AP/SA ticari adlı tibb vasitəsinin spinal iynəsinin iynə altlığı və polad kannulanı birləşdirən hiss...
publikaz_normalized
Sudanda 700 mindən çox uşaq qida çatışmazlığından əziyyət çəkir. “Son 300 gün göstərir ki, bu il 700 mindən çox uşaq qida çatışmazlığının ən ağır formasından əziyyət çəkə bilər. UNICEF onların 300 mindən çoxunu lazımi yardım olmadan müalicə edə bilməyəcək. Bu halda on minlərlə insan ölüm təhlükəsi ilə üz-üzədir”, - məl...
publikaz_normalized
“Nəticə və oyun baxımından daha yaxşı “Qəbələ” görəcəyik”":"“Qəbələ” Azərbaycan Kuboku 1/4 final mərhələsinin cavab görüşündə “Araz-Naxçıvan”ı 2:0 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib. – Yaxşı mübarizəli oyuna şahidlik etdik. Hər iki komanda meydanda mübarizə apardı. Sevindirici haldır ki, oyundan qopmadıq. Ko...
publikaz_normalized
İsrail hakimiyyəti Vaşinqtonu Yaxın Şərqdə, xüsusilə də Qəzzada müharibə bataqlığında boğacaq. İsrailin 4 aylıq müharibəsindən sonra bu gün görürük ki, Təl-Əviv qarşıya qoyduğu məqsədlərin heç birinə nail olmayıb. ABŞ-ın Netanyahuya davamlı dəstəyi açıq-aşkar uğursuzluğa səbəb olacaq. İsrail rejimi Yaxın Şərqdə ABŞ-ı m...
publikaz_normalized
Balakəndə tütün məmulatlarından istifadə qaydalarını pozan şəxslər məsuliyyətə cəlb olunub. Həmin şəxslərlə profilaktiki söhbətlər aparılıb və barələrində inzibati tənbeh tədbirləri görülüb. Yanvar-fevral ayları ərzində bu istiqamətdə keçirilən tədbirlər nəticəsində qeyd olunan inzibati xətaya yol verən ümumilikdə 114 ...
publikaz_normalized
Məqsədimiz turizmdən 60 milyard dollar gəlir əldə etməkdir”":"Türkiyə 2024-cü ildə 60 milyon turist qəbul etməyi planlaşdırır. “Məqsədimiz 2024-cü ildə 60 milyon ziyarətçi qəbulu və turizmdən 60 milyard dollar gəlir əldə etməkdir”, - o bildirib. Rəsmi məlumatlara görə, 2023-cü ildə Türkiyəyə 56,7 milyon turist səfər ed...
publikaz_normalized
Fevralın 9-da Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 illiyi ilə bağlı tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsini ziyarət ediblər. Abidə önünə güllər düzülüb, Ulu Öndərimizin xatirəsinə dərin ehtiram ifadə olunub. T...
publikaz_normalized
ABŞ və Qətər HƏMAS liderlərini Dohadan qovmaq üçün birgə plan üzərində işləyir. Hələlik media orqanı təfərrüat barədə dəqiq məlumat verməyib və bu iddia başqa mənbələr tərəfindən təsdiqlənməyib. Qeyd edək ki, HƏMAS-ın siyasi lideri İsmayıl Haniyə, Musa Əbu Mərzuk və Xalid Məşəl kimi yüksək rütbəli qrup üzvləri hazırda ...
publikaz_normalized
Moldova Respublikasının Prezidenti Maya Sandu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə səmimi təbriklərimi qəbul edin. Sizə və Azərbaycan xalqına sülh, firavanlıq arzulayıram. Ümidvaram ki, Moldova Res...
publikaz_normalized
Bosniya və Herseqovinanın Serb Respublikasının Prezidenti Milorad Dodik Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. Cənab Prezident, əziz dostum. İcazə verin, ölkənizdə keçirilən prezident seçkilərində tarixi qələbəniz və aşkar zəfəriniz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırım. Bu, siyasi, iq...
publikaz_normalized
Niyə adım çəkilmir?":"Azərbaycanda oriental rəqs qəbul olunmur. Ona görə də rəqsimin ən tələbolunan vaxtında onunla sağollaşdım". Sənətçi bir müddət yaradıcılığına fasilə verməsindən danışıb: Övladlarıma görə sənətə fasilə verdim. İstəmədim uşaqlarım dayə əlində böyüsün. Daha sonra isə anamı itirdim deyə fasilə verdim....
publikaz_normalized
İrlandiyanın qadın basketbol komandası 2025-ci ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsi matçından əvvəl İsrail millisinin nümayəndələri ilə əl sıxmaqdan imtina edib. Qəzza zolağında baş verən hadisələrə görə oyun neytral meydanda keçirilib. Matçdan əvvəl İrlandiya yığması “X” sosial mediasında xəbərdarlıq ...
publikaz_normalized
Fransa Prezidenti Emmanuel Makron bu yaxınlarda təyin edilən təhsil naziri Ameli Udea Kasteranı istefaya göndərib. Qeyd edək ki, Kastera vəzifəyə gəldikdən sonra övladlarının özəl məktəbdə təhsil almasını dövlət məktəbinin vaxt itkisi olduğu ilə əsaslandırıb. O, bu fikrinə görə sərt tənqidlə üzləşib.
publikaz_normalized
Qırğız Respublikasının Prezidenti Sadır Japarov Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Seçkilərdə qələbəniz Azərbaycan xalqı tərəfindən Sizin fədakar əməyinizə və dövlət suverenliyinin möhkəm...
publikaz_normalized
Qırğız Respublikasının Prezidenti Sadır Japarov seçkilərdə inamlı qələbə qazanması münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu göndərib. “Seçkilərdə qələbəniz Azərbaycan xalqı tərəfindən Sizin fədakar əməyinizə və dövlət suverenliyinin möhkəmləndirilməsi, əhalinin rifah halının yüksəldilməsi, müasir Azərbaycan ...
publikaz_normalized
Vatsapın dəstək xidməti ilə əlaqə saxladığı zaman süni intellekt (AI) ilə ünsiyyət qurmaq imkanı olacaq. Mütəxəssislər bildiriblər ki, iOS cihazlarında vatsapın yeni yeniləməsi süni intellektlə qarşılıqlı əlaqəyə imkan verəcək. Dəstək qrupunun bəzi cavabları istifadəçilərə operativ kömək göstərmək üçün neyron şəbəkəsi ...
publikaz_normalized
Nadir Qafarzadənin ifasını çox istəyirəm, amma ayağımı bastalayıb. Ona heç vaxt "Allah rəhmət eləsin" deməmişəm, amma indi deyirəm: Allah İlhamə Quliyevaya rəhmət eləsin. İlhamə Quliyeva ilə sözümüz heç zaman düz gəlmirdi. Düşmənlərim mənə deyirlər ki, ölən insanın arxasınca danışmazlar. Hər fikrimə sahib olan insanam....
publikaz_normalized
“Netanyahu etibarlı lider deyil”":"ABŞ-nin sabiq dövlət katibi Hillari Klinton İsrailin Baş nazirinin siyasətinin əleyhinə danışaraq, onu vəzifəsindən getməyə dəvət edib. Buna görə də 7 oktyabr hücumu məhz onun hakimiyyəti dövründə baş verdi". Sabiq dövlət katibi bununla belə İsrail dövlətinin Qəzza zolağındakı siyasət...
publikaz_normalized
Ukrayna Silahlı Qüvvələri ABŞ-dan hərbi yardım aldıqdan sonra da əraziləri itirməkdə davam edəcək. “Ehtimal edilir ki, bu pullar (hərbi yardım – red.) Ukraynaya yeni ərazilər əldə etməyə yardım edəcək, lakin Ukrayna qalib gəlməyəcək. Ukrayna yalnız yeni əraziləri itirəcək”, - deyə bildirilib.
publikaz_normalized
Türkiyənin İstanbul şəhərində Çağlayan rayon məhkəməsinin binasının girişinə hücum, törədilən terror aktı ilə bağlı 100-dən çox adam saxlanılıb. “Bu günə kimi 102 nəfər, o cümlədən terror fəaliyyətində iştirakda şübhəli bilinən 96 nəfər saxlanılıb, onların dindirilməsi davam etdirilir. İstintaq hərtərəfli gedir, o cüml...
publikaz_normalized
ABŞ vətəndaşları Rusiya Prezidenti Vladimir Putinin jurnalist Taker Karlsonla müsahibəsində dediyi sözlərə inanmamalıdır. Bu müsahibəyə baxan istənilən insan Vladimir Putini dinlədiyini unutmamalıdır", - deyə o bildirib.
publikaz_normalized
Yaponiya şahzadəsi Kiko müəmmalı xəstəlik səbəbindən müvəqqəti olaraq məzuniyyətə çıxmaq məcburiyyətində qalıb. Onun əvəzinə xarici siyasətçini imperator Naruhitonun 22 yaşlı qızı şahzadə Ayko qarşılayacaq. Həmçinin, qarşıdan gələn tədbirlərdə xəstələnmiş şahzadəni əri, vəliəhd şahzadə Akisinonun əvəzləyəcəyi gözlənili...
publikaz_normalized