text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
Əməkdar artist Aybəniz Haşımovanın həbs olunan qardaşı Şaiq Haşımovun görüntüləri yayılıb. Qeyd edək ki, Quba rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri zamanı Həşimov Şaiq Həsən oğlu tutulub. O, rayon ərazisində qaziləri, şəhid ailələrini, müalicəyə ehtiyacı olan uşaqların valideynl...
publikaz_normalized
Bunun zəlzələ xəbərçisi olduğuna inanırlar - VİDEO":"Qış aylarında peyda olan bəzi canlıların zəlzələ xəbərçisi olduğunu düşünən vətəndaşlar narahat olublar. Heyvandarlıqla məşğul olan Okan Duman ilanları lentə alıb: Bu təbiətə nə olub, zəlzələ olacaqmı? İnana bilmirəm, qışın ortasında qarda ilanlar gəzir. Zəlzələ üzrə...
publikaz_normalized
ABŞ-da yaşayan Alfredo Aliaga Burdio adlı 92 yaşlı şəxs “Ginnesin Rekordlar Kitabı”na düşüb. 92 yaşında bunu etməklə o, qırılması çox çətin olan rekordu da qırıb. Ən kiçik bir xəstəliyi belə olmayan Burdio bu yaşada belə sağlam qalmasının sirrindən danışıb. O, uğurunun sirrinin 70 yaşlarında həyatını dəyişməsi, daha sa...
publikaz_normalized
xəsarət alan var":"Bakının Nərimanov rayonunda oyun zalında yanğın olub. Bildirilib ki, doqquzmərtəbəli yaşayış binasının zirzəmisində yerləşən ümumi sahəsi 100 m² olan obyektin (oyun zalı kimi fəaliyyət göstərir) sahəsi 10 m² olan mətbəxinin yanar konstruksiyaları və içərisində olan əşyalar yanıb. Yanğın zamanı 1 nəfə...
publikaz_normalized
Yeni tarix yazmaq üçün":"Bu gün UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyunları keçiriləcək. Səfərdə inamlı qələbə qazanan Qurban Qurbanovun rəhbərlik etdiyi komanda doğma azarkeşlər önündə üstünlüyünü qorumağa çalışacaq. Ağdam təmsilçisi, bunu reallaşdırsa, Avrokubokların pley-off mərhələsində mərhələ adlay...
publikaz_normalized
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialının tələbələri dəm qazından zəhərlənib. Beləki, 2006-cı il təvəllüdlü Rəvan Hətəmxan oğlu, 2005-ci il təvəllüdlü Kamil Qabil oğlu Məmmədli, 2005-ci il təvəllüdlü Ülvi Mirverdi oğlu Bəbirbəyli, 2003-cü il təvəllüdlü Musallif Qılman oğlu Bəşirov, 2006-cı il təvəllüdl...
publikaz_normalized
Onları oxuyanda ağladım":"Böyük Britaniya kralı III Çarlz fevralın 5-də Bukingem Sarayının monarxın xərçəng xəstəliyini elan etməsindən sonra ilk dəfə baş nazir Rişi Sunakla şəxsi görüş keçirib. “Mən çoxlu gözəl arzular və məktublar almışam. Onlar mənim kövrəlməyimə və ağlamağıma səbəb oldular”, - deyə kral Sunaka bild...
publikaz_normalized
Yunanıstanın Şimali Egey bölgəsindəki şəhərlər Avropa İttifaqının ən yoxsul bölgəsini təşkil edir. Məlumatlar Yunanıstanın "To Vima" nəşrində dərc olunub. Məlumata görə, Qərbi Frakiyanın daxil olduğu Şimali Egey bölgəsi hesabata daxil edilən 242 Avropa bölgəsi arasında sondan 3-cü yerdə qərarlaşaraq, Aİ-də adambaşına d...
publikaz_normalized
Əl-Nəsr" klubu Asiya Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda "Əl-Fayha" klubuna qalib gəlib. Ər-Riyad klubunun heyətində Otavio və Kriştiano Ronaldo fərqlənib. Portuqaliyalı superulduz ardıcıl 8 matçdır meydanı qolsuz tərk etmir. 39 yaşlı forvard bu mövsüm 27 oyun keçirib, 26 qol vurub və 11 məhsulda...
publikaz_normalized
Avropa Parlamenti iki cihazda haker hücumu əlamətləri aşkar edildikdən sonra müdafiə alt komitəsinin üzvlərindən telefonlarında casus proqramlar olub-olmadığını yoxlamağı xahiş edib. Avropa Parlamentinin İT xidməti bildirib ki, təhlükəsizlik və müdafiə alt komitəsinin üzvləri və əməkdaşları müşahidə proqramlarının hücu...
publikaz_normalized
Bu gün səhər saatlarında Bakıya qayıdan Kamil Zeynallı "Baku TV"yə açıqlamasında başına gələnlərdən danışıb. Oğlunu göz yaşları ilə qarşılayan ana göstərilən dəstəyə görə Azərbaycan dövlətinə təşəkkür edib.
publikaz_normalized
UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda "Portu" "Arsenal"ı 1:0 hesabı ilə məğlub edib. Pepe Çempionlar Liqasının pley-off mərhələsində "ilk 11-lik"də meydana çıxdan ən yaşlı oyunçu olub - (40 yaş 360 gün). Portuqaliyalı ulduz futbolçu Çempionlar Liqasının pley-off mərhələsi tarixinin ən gənc oyunç...
publikaz_normalized
Putin nə etmək istəyir?":"ABŞ kəşfiyyatı avropalı müttəfiqlərini Rusiyadan gələn təhlükə barədə xəbərdar edib. Amma bildirib ki, bu barədə özlərinin də məlumatı çox azdır. Materialda qeyd olunur ki, Birləşmiş Ştatların kəşfiyyat rəsmiləri NATO və Asiyadakı müttəfiqləri ilə bir sıra təcili görüşlər keçirib və bu görüşlə...
publikaz_normalized
Abşeron rayonunda əmisi, əmisinin arvadı və əmisi qızını balta ilə öldürməkdə, bir nəfərə isə xəsarət yetirməkdə təqsirləndirilən Sərxan Həşimovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Ona hüquq və vəzifələri izah olunub. Məhkəmənin baxış iclası martın 7-ə təyin edilib. Xatırladaq ki, ötən il iyulun 3-...
publikaz_normalized
Fitnes məşqçisi Kamil Zeynallının Moskvanın “Domodedovo” hava limanında saxlanılmasından sonra həyata keçirilən hüquqi prosedurun əsas məqamları məlum olub. Zeynallının vəkili Ələkbər Qarayev açıqlamasında Ermənistanın onu 29 sentyabr 2020-ci ildə yayılmış görüntülər əsasında məsuliyyətə cəlb etmək istədiyini bildirib:...
publikaz_normalized
Yeni Zelandiyada 360 dərəcə fırlana bilən ev satılır. Evin tam fırlanmasını tamamlamaq üçün 33 dəqiqə vaxt lazımdır. Mühəndis Don Dunikin Maraetai qəsəbəsində öz torpağında tikdiyi evi “Sotheby's International Realty” daşınmaz əmlak şirkəti satışa çıxarıb. Şirkət 1 milyon Zelandiya dolları (təxminən 1 milyon manat) dəy...
publikaz_normalized
Sülh müqaviləsini imzalamaqdan hər vəchlə imtina edən Ermənistanda ictimai rəyə də təsir etməyə çalışırlar. Maraqlıdır ki, bu məsələdə hakimiyyətə və revanşistlərə yaxın politoloqlar eyni mövqedən çıxış edir, guya Azərbaycanın Ermənistan ərazilərini işğal edəcəyini iddia edirlər. “Zəngəzur dəhlizi məsələsi Azərbaycan v...
publikaz_normalized
Dövlət Yol Polisi (DYP) bugünkü futbol matçı ilə bağlı azarkeşlərə müraciət edib. Bildirilib ki, Bu gün “Qarabağ” və Portuqaliyanın “Braqa” klubları arasında keçiriləcək oyunu izləməyə gələn futbol azarkeşlərindən ictimai nəqliyyata üstünlük vermələri xahiş olunur: Tofiq Bəhramov adına Respublika Stadionunda saat 21:45...
publikaz_normalized
Ukrayna mərmisiz qala bilər":"Ukrayna Silahlı Qüvvələri (AFU) artilleriya mərmilərini qorumağa başlayıb. Buna səbəb ABŞ-dan gələn yardımın gecikməsidir. “Hələlik biz mərmilərdən çox ehtiyatla istifadə etməyə başlamışıq, çünki iki aydan sonra nəzəri olaraq sıfıra sahib olacağıq. Daha az mərmi olmayacaq, amma dəqiq sıfır...
publikaz_normalized
Rusiyanı vur!":"Ukrayna silahlı qüvvələri Kiyevə verilən F-16 qırıcılarından istifadə etməklə Rusiya ərazisinə zərbələr endirə biləcək. Onun sözlərinə görə, Ukraynanın hər bir müttəfiqi döyüşçülərin Kiyevə göndərilib-göndərilməməsi barədə müstəqil qərar verəcək. Bildirilir ki, Ukrayna ordusu təhvil verilmiş bütün F-16-...
publikaz_normalized
Bakıda Asiya Parlament Assambleyasının (АPА) 14-cü plenar sessiyasının açılış mərasimi keçirilir. Sessiyada 40-dək ölkənin parlament nümayəndə heyəti, o cümlədən 10-a yaxın ölkənin spikeri iştirak edir. Tədbir çərçivəsində qurumun İcraedici Şurasının, plenar sessiyasının, siyasi, iqtisadi, büdcə, sosial və mədəni sahəl...
publikaz_normalized
“Azərbaycan və Türkiyə Prezidentlərinin seçkilərdən sonra ilk rəsmi dövlət səfərini qardaş ölkəyə etmələri artıq ənənə şəklini almışdır. Bu ənənə Azərbaycan və Türk xalqlarının əsrlərdən bəri davam edən səmimi dostluq və qardaşlıq münasibətlərinin əsasında formalaşmışdır. Bu gün isə, Azərbaycan-Türkiyə münasibətləri ar...
publikaz_normalized
Fevralın 25-də nə baş verəcək?":"Ukrayna prezidenti Vladimir Zelenskinin mətbuat katibi Sergey Nikiforov "Rada" telekanalına açıqlamasında Ukrayna hakimiyyətinin fevralın 25-nə “xüsusi bir şey” hazırladığını bildirib. Bundan əlavə, G7 ölkələrinin onlayn görüşü gözlənilir. Nikiforov deyib ki, fevralın 24-də dost ölkələr...
publikaz_normalized
Ankara Afinaya nota göndərdi":"Lozanna (1923) və Paris (1947) müqavilələrinə uyğun olaraq, Egeydəki hərbsizləşdirilməsi nəzərdə tutulan adalar Türkiyə və Yunanıstan arasında gərginliyi yenidən artırıb. Türkiyə də öz Navtex və Notam açıqlamalarını verərək, adaların qeyri-hərbi statusa malik olduğunu bildirib. Sonra iki ...
publikaz_normalized
“Azercell Telekom” MMC “Biznesim" tarif paketləri çərçivəsində təqdim olunan internet paketlərinin həcmini 2-5 GB civarında artırır. Bu artıma qarşı qiymətlər cəmi 2 manat qalxacaq. 25 mart 2024-cü il tarixdən etibarən “Azercell Telekom” MMC-nin Fakturalı xətt sisteminin korporativ abunəçiləri üçün nəzərdə tutulan “Biz...
publikaz_normalized
Görün nə varmış":Cənubi Afrikanın Keyptaun limanında lövbər salan gəmidən gələn pis qoxu bütün şəhəri qorxuya salıb. Yerli mətbuatda kəskin pis qoxunun şəhərin hər yerində hiss olunduğu xəbərləri yayılıb. Yaralı və xəstə heyvanların müalicə altına alındığı qeyd edilib. Uzunluğu 623 metr olan nəhəng gəmi Braziliyanın Ri...
publikaz_normalized
Müğənni Elnur Məmmədov yeni doğulan övladı ilə bağlı paylaşım edib. Elnur şərh bölümünə "Ay Muhamməd, səni verən Allaha qurban olum. Allahın ən gözəl hədiyyəsi, nə qədər şükür etsək, azdır" sözlərini yazıb. Qeyd edək ki, müğənninin İman adlı daha bir oğlu var.
publikaz_normalized
Şou göstərdi - VİDEO":"Əfsanəvi futbolçu Ronaldinyo Türkiyənin “Survivor All-Star” realiti-şousuna qatılıb. Ronni “Boston Seltiks”in basketbolçusu Ceyson Tatumun forması ilə şouda iştirak edib. Sambaçı" yarış iştirakçıları ilə söhbət etdikdən sonra şou xarakterli futvolley oyunu baş tutub. Ronaldinyo Acunla, proqramda ...
publikaz_normalized
Milli Məclisin sədri Sahibə Qafarova Ermənistanı konstitusiyasını dəyişməyə və Azərbaycana qarşı ərazi iddialarından əl çəkməyə çağırıb. S.Qafarova bildirib ki, Azərbaycanın Ermənistana münasibətlərin normallaşdırılması və sülh sazişinin imzalanması təklifi beynəlxalq hüququn əsas prinsiplərinə əsaslanır: Ermənistanın ...
publikaz_normalized
Azərbaycan Milli Məclisi Asiya Parlament Assambleyasına sədrliyi iki il müddətinə öz üzərinə götürür. Sədrin sözlərinə görə, qardaş Türkiyədən sədrliyi təhvil almaq qürurvericidir. S.Qafarova qeyd edib ki, bu gün humanitar böhranlar, münaqişələr, yoxsulluq, iqlim dəyişikliyi, ayrı-seçkiliyin artması, irqçilik, ksenofob...
publikaz_normalized
Xalq yazıçısı Mövlud Süleymanlının dəfn yeri açıqlanıb. Qeyd edilib ki, yazıçı vəsiyyətinə uyğun olaraq öz anasının yanında dəfn ediləcək: Bizə vəsiyyət etmişdi ki, Şamaxıda anasının yanında dəfn edək. Xatırladaq ki, Xalq yazıçısı Mövlud Süleymanlı beyninə qansızma (insult) diaqnozu ilə bir neçə gün əvvəl xəstəxanaya y...
publikaz_normalized
26 dekabr 2023-cü il tarixində İmişli rayonu, Qaragüvəndikli kəndində, Boztəpə kanalında batması ehtimal olunan 2013-cü il təvəllüdlü Xankişiyev Rasim Vasif oğlunun axtarışları Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən intensiv şəkildə davam etdirilir. Ümumilikdə axtarış-xilasetmə əməliyyatlarına 80 nəfərə yax...
publikaz_normalized
Elm və Təfəkkür Universiteti”nin prorektoru Tariyel Əhmədovun öldürülməsində təqsirləndirilən keçmiş universitet rektoru Müşfiq Atakişiyev, Dəyanət Quliyev və Samir Quliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. O bildirib ki, mərhum Tariyel Əhmədovun dostu olub: Hadisə günü axşam evə gəldim. Uşaqlar dedi ki, at...
publikaz_normalized
Prezident İlham Əliyev İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Əlahəzrət Salman bin Əbdüləziz Al Səuda təbrik məktubu göndərib. Əlahəzrət," "Əziz Qardaşım," "22 fevral – Səudiyyə Ərəbistanı Krallığının Təsis Olunması Günü münasibətilə Sizə və Sizin simanızda qardaş xalqınıza öz adımdan və Azərbaycan xa...
publikaz_normalized
Liverpul" bu mövsüm Avropanın ən yaxşı beş liqasında 5 oyunçusunun bütün yarışlarda 10 və ya daha çox qol vurduğu ilk komandadır. Mənbənin məlumatına görə, "Luton Taun"a qol vuran Luis Diaz bu mövsüm vurduğu qolların sayını 10-a çatdıran 5-ci futbolçu olub. Diazdan əvvəl bunu Məhəmməd Salah (19 qol), Dioqo Jota (14), D...
publikaz_normalized
Ölən və yaralanan var - VİDEO":"Çinin Quançjou şəhərində konteyner gəmisinin körpüyə çırpılması nəticəsində 2 avtomobil dənizə düşüb, 2 nəfər ölüb, 3 nəfər itkin düşüb. Bölgəyə 6 dalğıc və xilasedici gəmi göndərilib. Quançjou Dəniz Administrasiyası qəzanın səbəblərinin araşdırıldığını bildirib.
publikaz_normalized
Ya ortaq dövlət, ya da...":"Ukrayna Rusiya ilə ortaq dövlətdə normal həyat və ya sonsuz müharibə arasında seçim etməlidir. “Mən dəfələrlə demişəm ki, indiki Ukrayna dövləti ukraynalıların özləri üçün təhlükəlidir. Və onlar üçün bu seçim belə görünür: ya Rusiya ilə normal, ortaq dövlətdə həyat, ya da hər halda, ümumi dö...
publikaz_normalized
“Ən axırıncı dəfə Anar Ələkbərovla danışdım. Mənə söylədi ki, möhkəm ol, yanındayıq, dövlət yanındadır, işlər gedir, yaxşı olacaq, inşallah”. “Anamla danışdım, möhkəm olmasını, ağlamamasını istədim. Mən gedəcəyəm, inşallah bir gün qayıdacağam dedim. Fikrimdə qazilərimiz, şəhid analarıdır, deyirəm ki, onlar ağlayırlar k...
publikaz_normalized
Birinci və ikinci Bundesliqanın təşkilalçısı Almaniya Futbol Liqası (DFL) klublara və çempionatlara xarici investorların cəlb edilməsi ilə bağlı verdiyi qərardan imtina edib. Qurumun icraiyyə komitəsinin ötən gün keçirilən fövqəladə iclasında yekdilliklə qəbul edilən bu qərara səbəb azarkeşlərin etirazı olub. Hazırda D...
publikaz_normalized
“Tərtər işi” ilə bağlı ittiham olunan general-mayor Bəkir Orucov, İntiqam Məmmədov, Rahib Məmmədov, Ziya Kazımov və Ülvi Rəşidovun apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib. Əvvəlcə Bəkir Orucov və digər təqsirləndirilən şəxslərin vəkilləri apellyasiya şikayətlərinin məhkəmə istintaqı ilə aparılması barədə və...
publikaz_normalized
Rusiya ilə ABŞ arasında...":"Rusiya və ABŞ-ın yaxın onilliklərdə normal münasibətləri olmayacaq. Onun sözlərinə görə, bu, ABŞ-da kimin hakimiyyətdə olmasından asılı deyil. “Baş verənlərdən sonra yaxın illərdə, onilliklərdə Amerika Birləşmiş Ştatları ilə normal münasibətlər qurmaq mümkün deyil. Biz ABŞ-ın "sükanı" arxas...
publikaz_normalized
Qalatasaray"ın argentinalı ulduz futbolçusu Mauro İkardinin həyat yoldaşı Vanda Nara paylaşımı ilə diqqət çəkib. Onun paylaşımına 400 minə yaxın "like" gəlib. Qeyd edə ki, modelin 17 milyondan çox izləyicisi var.
publikaz_normalized
Bizə təcili olaraq mühacirlər lazımdır":"Almaniya kansleri Olaf Şolts bəyan edib ki, ölkənin təcili olaraq mühacirlərə ehtiyacı var. O, iqtisadiyyatın bacarıqlı immiqrantlarla canlanacağını deyib. O, şirkətlərin immiqrasiya olmadan mövcud ola bilməyəcəyini vurğulayıb: İndi bizim əmək bazarımızda təcili olaraq daha çox ...
publikaz_normalized
Fantastik həddə çatdı":"Beynəlxalq Maliyyə İnstitutunun (IIF) araşdırmasına görə, qlobal borc 2023-cü ildə yeni rekord həddə - 313 trilyon dollara çatıb. Təxminən on il əvvəl bu rəqəm 210 trilyon dollar idi. Borc artımının təxminən 55%-i ABŞ, Fransa və Almaniya kimi inkişaf etmiş ölkələrin payına düşür. Qlobal borcun q...
publikaz_normalized
Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-quruculuq işləri aparılır, məcburi köçkünlər mərhələli şəkildə doğma yurda qayıdırlar. Bu günədək işğaldan azad edilmiş ərazilərdə bərpa edilən və yenidən qurul...
publikaz_normalized
Naxçıvanda bir qadın küçədə kişini döyüb. Görüntülərdən də aydın olur ki, polis əməkdaşı hadisəyə müdaxilə etməyə çalışsa da, xanımın “hirsi soyumayıb”. Münaqişənin kişinin qadına söz atması səbəbindən baş verdiyi bildirilir. Naxçıvan DİN-dən "Report.az"a verilən açıqlamada bildirilib ki, faktla bağlı Naxçıvan Şəhər Po...
publikaz_normalized
Nəsimi rayon Məhkəməsində müğənni Şəbnəm İlyas qızı Tapdıqova ilə Şəbnəm Tovuzlu (Əsədova Şəbnəm Ələddin qızı) arasında keçiriləcək məhkəmə iclasının vaxtı məlum olub. Məhkəmədə iddiaçı qismində Şəbnəm Tapdıq, cavabdeh qismində isə Şəbnəm Tovuzlu tanınıb. Ş.Tapdıq məhkəməyə müraciət etməsini adla deyil, qarşı tərəfin o...
publikaz_normalized
60-dan çox ölü var - ANBAAN VİDEO":"Ukrayna tərəfi Xerson vilayətində Dnepr çayının sol sahilində Rusiya poliqonunu vurub. Endirilən zərbə zamanı azı 60-a qədər döyüşçü məhv edilib. “Əslində, videodan aydın görünürdü ki, hücum qrupları məşq edir. Onlar hərəkətlərinin uyğunluğunu müəyyən etməyə çalışırdılar. Biz hər şey...
publikaz_normalized
BMT-də səsə qoyulan Qəzzada atəşkəs haqqında qanun layihəsinə ABŞ yenidən veto qoyub. Bu qərar etirazlara səbəb olub. ABŞ-ı sərt şəkildə tənqid edib. Pekin administrasiyası bu addımın yanlış mesaj verdiyini və qırğının davam etdirilməsi üçün yaşıl işıq yandırdığını bildirib. ABŞ-ın veto qərarından sonra BMT TŞ-də islah...
publikaz_normalized
Atletiko"nun baş məşqçisi Dieqo Simeonenin güvəndiyi futbolçulardan biri də Markos Lyorentedir. İspaniyalı futbolçu "Real"ın yetirməsi olsa da, "kral klubu"nda möhkəmlənə bilməyib. Ancaq "qalaktikos"un əzəli rəqibi olan "Atletiko"da işləri yaxşı gedir. İspan futbolçu karyerasındakı eniş-yoxuşlardan sonra toparlanmağı b...
publikaz_normalized
Protein orqanizm üçün vacib maddələrdən biridir, onsuz həyat, böyümə və inkişaf mümkün deyil. Heyvan məhsulları bu maddə ilə zəngindir: ət, qaxac, süd məhsulları, toyuq yumurtası, balıq. 100 qram hinduşka əti yesəniz, gündəlik zülal ehtiyacınızın dörddə birini ödəmiş olarsınız. 100 qram balıq, məsələn, treska gündəlik ...
publikaz_normalized
Yük maşını 10 avtomobili vuraraq işıqlandırma dirəyini aşırdıb. Kiçik maşınların belə keçməkdə çətinlik çəkdiyi dar küçələrdə yük avtomobili hərəkət etməyə başlayıb. Daha sonra o, 10-a yaxın avtomobilə çırpılıb, həmçinin yolun kənarındakı işıqlandırma dirəyini aşırıb. Yük maşını sürücüsü sürətlə ərazidən uzaqlaşıb. Had...
publikaz_normalized
elə bir silah alınır ki... - FOTO":"Azərbaycan Hərbi Hava Qüvvələri ilə Pakistan Aeronavtika Kompleksi arasında Asiya ölkəsinin tarixində bu qəbildən olan ən böyük saziş olacaq müqavilə imzalanıb. Müqavilənin dəyəri 1,6 milyard ABŞ dolları həcmində qiymətləndirilir. Qeyd edək ki, JF-17 “4+” nəsil qırıcı hesab edilsə də...
publikaz_normalized
Nəticə möhtəşəm olacaq":"Endokrinoloq, tibb elmləri namizədi Oksana Mixaleva məsləhət görüb ki, şam yeməyində tam zülal və kompleks karbohidratların birləşməsindən istifadə etmək lazımdır. O bildirib ki, zülala gəldikdə, bu, balıq, bişmiş yağsız ət və toyuq əti ola bilər. Ətin çox kalorili olmaması üçün yeməkdən əvvəl ...
publikaz_normalized
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və “İRƏLİ” İctimai Birliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Əsgərin Kitab Rəfi” kitab toplama aksiyası çərçivəsində “Məndən Başlanır Vətən” adlı silsilə ədəbi-bədii tədbirlərə start verilib. Tədbirdə tanınmış ictimaiyyət nümayəndələri, media mənsubları və tələbə...
publikaz_normalized
Mərkəzi Amerikada yerləşən Qvatemalada dünyasını dəyişən gənc qadın meyitxanaya aparılarkən dirilib. Tibb işçiləri onu həyata qaytarmaq üçün böyük səy göstərsə də, qadını xilas edə bilməyiblər. Həmin anlar xəstəxanaın təhlükəsizlik kameralarına əks olunub.
publikaz_normalized
Fevralın 23-də Azərbaycanda gözlənilən hava pronozu açıqlanıb. Yarımadanın bəzi yerlərində intensivləşəcəyi ehtimalı var. Gecə və səhər ayrı-ayrı yerlərdə zəif duman olacaq. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2-4° isti, gündüz 4-6° isti olacaq. Atmosfer təzyiqi 769 mm civə sütunundan 773 mm civə...
publikaz_normalized
Genetik Zakir Bayramovla evli olan məşhur müğənni Sevda Yahyayeva ailəsi ilə birlikdə kamera qarşısına keçib. Onun bu kadrları instaqramda diqqət çəkib. O, mərasimdən çəkilən kadrları instaqramda paylaşıb. Onlar həm böyük qızları Aylanın bir yaşını, həm də ikinci övladları Aidanın 40 günlüyünü qeyd ediblər. Bakıda rest...
publikaz_normalized
Xəbər verdiyimiz kimi, fevralın 13-də Bakı Ağır Cinayətlər Məhkəməsində Xətai rayonunda anasını xüsusi amansızlıqla – 192 bıçaq zərbəsi ilə öldürən 16 yaşlı Z. Belə ki, Cinayət Məcəlləsi yentkinlik yaşına çatmayan şəxsə 10 ildən artıq həbs cəzasının verilməsini qadağan etdiyindən həmin yeniyetməyə elə həmin müddətə aza...
publikaz_normalized
Ombudsman Səbinə Əliyeva Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı bəyanat yayıb. Bəşəriyyət tarixinin insanlıq əleyhinə yönəlmiş ən dəhşətli cinayətlərdən biri olan, Ermənistanın azərbaycanlılara qarşı həyata keçirdiyi etnik zəmində nifrət və soyqırımı siyasətini sübut edən Xocalı soyqırımından 32 il ötür. Ermənist...
publikaz_normalized
“Rusiya Ukraynada qalib gəldikdən sonra Cənubi Qafqazda öz mövqelərini bərpa edəcək. Moskvanın bu bölgədə indiki passivliyi müvəqqəti xarakter daşıyır”. Analitik hesab edir ki, Qərbin planı Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarmaqdır: “Ermənistan bu planda ABŞ və Avropa İttifaqının əlində alətə çevrilib. Rusiya və...
publikaz_normalized
O, hansı stereotipləri dağıdıb?":"İllərdir hər səhərimiz onun "Bakı, sabahın xeyir" mahnısı ilə açılır... Bu mahnı bir gecədə bəstələnib. 1970-ci illərdə İslam Səfərli gecə saat 01:00-də mənə zəng edib dedi ki, Bakı üçün şeir yazıb. Yalçın, Bakıya çox adam şeir yazıb. Amma heç kim Bakıya "Sabahın xeyir” deməyib. Bakı, ...
publikaz_normalized
əl çəkməyəcəyik!":"“Fevralın 21-i günortadan sonra Ermənistan Daxili İşlər Nazirliyi tərəfimizdən axtarışda olan Kamil Zeynallının tapılması ilə bağlı Rusiyadan rəsmi məktub alıb. Daxili İşlər Nazirliyi dərhal təsdiqləyib ki, Zeynallı Ermənistan tərəfindən dövlətlərarası axtarışdadır, həbs qətimkan tədbiri seçilib”. “F...
publikaz_normalized
Bu yaxınlarda pərəstişkarlarını musiqili filmi ilə sevindirən müənni Cennifer Lopez dünən Los-Ancelesdə Orpheum Teatrında böyük konsert proqramı ilə çıxış edib. Now" albomundan mahnılar səsləndirib. Ulduzun konserti həmçinin "Apple Music Live"də onlayn yayımlanıb. Səhnədə şouları ilə fırtına qoparan müğənninin geyimlər...
publikaz_normalized
birini ürəyindən, digərini isə... - VİDEO":"Türkiyənin Kocaeli şəhərinin Derince rayonunda supermarketdə alış-veriş edən evli cütlük silahlı hücuma məruz qalıb. Belfun Doğramacı həyatını itirib. Şübhəli şəxs qismində Mustafa adlı şəxs həbs edilib. Məlumata görə, öldürülən Belfun Doğramacı ilə Mustafa adlı şəxs qonşu ol...
publikaz_normalized
Məşhur reper Pasterin (Pərviz Quluzadə) həyat yoldaşı Natavan Əfəndiyeva ilə romantik görüntüləri gündəm olub. Görüntüləri reperin həyat yoldaşı instaqram hesabından paylaşıb. Əfəndiyevanın avtomobildə oğlu və dostları ilə yol gedərkən paylaşdığı kadrlar da maraqla qarşılanıb. Belə ki, Mahirin iki qardaşdan bəhs edən "...
publikaz_normalized
“Partladırıq” - VİDEO":"Türkiyəli müğənni Adil Karaca azərbaycanlı aktyor Elşən Orucovla bir araya gəlib. Müğənni aktyora “Qardaşım, xoş gəlmisən. Artıq Türkiyə seriallarında “partladırıq”, - deyə iltifatlar yağdırıb. Qeyd edək ki, “Fəlakət” obrazı ilə məşhurlaşan aktyor Elşən Orucov türkiyəli aktyor Ozan Akbabanın “Çı...
publikaz_normalized
Paşinyan indi də bu planı işə salıb":"Qərb Avrasiya İqtisadi İttifaqdan (Aİİ) çıxması üçün Ermənistana təzyiq göstərir. “Hətta Ermənistan hakimiyyət orqanlarının daim Aİİ bazarının ölkənin ixracının həcmi üçün xüsusi əhəmiyyət kəsb etdiyini söyləməsinə baxmayaraq, bizdə olan məlumata görə, daxildə tamamilə fərqli münas...
publikaz_normalized
Çirkli pulların yuyulması, vergidən yayınma kimi 4 ayrı cinayətdən həbs edilən Dilan və Engin Polat cütlüyünün qonşuları ilə dava edib məhkəməyə aparıldıqdan sonra prokurorluq istintaqı yekunlaşıb. Hadisə 2 iyun 2023-cü ildə İstanbulun Çekmeköy ərazisində baş verib. Dəbdəbəli malikanələri olan yaşayış kompleksində yaşa...
publikaz_normalized
MLS-də yeni mövsümün açılış oyununda "İnter Mayami"nin "Real Solt Leyk"i məğlub etdiyi (2:0) barədə məlumat vermişdik. Argentinalı superulduz bu görüşdə qol vurmasa da, asist edə bilib. Ancaq Messinin qol vurmaq üçün kifayət qədər imkanı olub. 17-ci dəqiqədəki cərimə zərbəsi zamanı buna yaxın olub. Topu qapının "doqquz...
publikaz_normalized
ata 4 il əvvəl qızını öldürüb, həyətdə basdırıb - Video":"Ağdamda ata 4 il əvvəl qızını öldürərək, öz evinin həyətyanı sahəsində basdırıb. Qəsəbə sakini Nəcəfov Şikar Süleyman oğlu 4 il əvvəl 2000-ci il təvəllüdlü Nəcəfova Nübar Şikar qızını qətlə yetirərək evin həyətyanı sahəsində basdırıb. Hüquq-mühafizə orqanlarının...
publikaz_normalized
Vəziyyəti yaxşı deyil":"Fiorentina"nın hücumçusu Kristian Kouame xəstəxanaya yerləşdirilib. Publika..az xəbər verir ki, tibbi müayinədən keçən futbolçuya malyariya diaqnozu qoyulub. Ötən həftənin sonunda futbolçu Afrika Millətlər Kubokunun qalibi olduğu Fil Dişi Sahili millisinin düşərgəsindən qayıdıb və İtaliya təmsil...
publikaz_normalized
Rəşad Dağlının meyxana aləmində ən yaxın dostlarından hesab olunan Orxan Lökbatanlı sənət yoldaşları ilə meyxana məclislərinə qatılmaqdan imtina edib. O bildirib ki, Orxan artıq onlarla daha eyni meyxana məclsilərində iştirak etməyəcəyini, bundan sonra sənət fəaliyyətinə ifaçı kimi davam edəcəyini bildirib. Ruslan onu ...
publikaz_normalized
“Barselona”nın futbolçusu Robert Levandovski komandanın sabiq üzvü Lionel Messinin rekordunu qırıb. Forvard Kataloniya təmsilçisinin tarixində qitənin bir klub turnirinin pley-offunda fərqlənən ən yaşlı oyunçu kimi tarixə düşüb. O, buna 35 yaş 184-cü günündə nail olub. Qeyd edək ki, Messi 33 yaş 259 günündə fərqlənmişd...
publikaz_normalized
Üzərində sirli simvol var - FOTO":"Tədqiqatçılar İspaniyanın şimalında son dərəcə maraqlı kəşf ediblər. Dəmir dövründən təxminən 2000 il əvvələ aid üzərində qəribə simvol həkk olunmuş tunc əl tapılıb. Əlin hazırlandığı dövrdə bölgədə Vaskones adlı bir tayfanın yaşadığı vurğulanır. Bu tayfanın yazı nümunələrindən dövrüm...
publikaz_normalized
Barselona məhkəməsi şəhərin eyniadlı komandasının və Braziliya yığmasının keçmiş futbolçusu Dani Alveslə bağlı qərar çıxarıb. O, 2022-ci ilin dekabrında Sutton gecə klubunda 23 yaşlı qıza qarşı cinsi təcavüzdə ittiham olunurdu. Alves Barselona məhkəməsinin qərarından Kataloniya Ali Məhkəməsinə və Ali Məhkəməyə şikayət ...
publikaz_normalized
“Napoli”nin vingeri Xviça Kvaratsxeliya UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin “Barselona” ilə ilk oyununda (1:1) əvəzlənməyinə əsəbiləşib. Mənbənin sözlərinə görə, gürcü futbolçu erkən - 68-ci dəqiqədə əvəzlənməsinə təəccüblənib. Gürcü İtaliya klubunun baş məşqçisi kimi debüt matçını keçirən Françesko Kalzon...
publikaz_normalized
Bakıda onu yaxşı bəsləyiblər, kökəlib":"Bakıda həbsdə saxlanılan livanlı erməni terrorçu Vigen Euljekjyanın həyat yoldaşı Linda Euljekyanan ötən ay əri ilə danışıb. “Keçən ay Vigenlə görüntülü danışdıq, o, daha yaxşı görünürdü. Mənə dedilər ki, Vigen eyni həbsxanadadır, lakin daha uyğun otağa köçürülüb”. Linda ərinin v...
publikaz_normalized
kişinin burnu həşərat yuvası imiş - FOTO":"ABŞ-ın Florida ştatında burun qanaxması səbəbi ilə xəstəxanaya gedən kişi həkimləri şoka salıb. Məlumata görə, həmin şəxs öncədən xərçəng xəstəsi olub və sağalıb. O, oktyabr ayından bəri özünü pis hiss etdiyini, fevralın 9-da üz və dodaqlarının şişdiyini deyib.
publikaz_normalized
Napoli"nin hücumçusu Viktor Osimhen yayda Avropanın top klublarından birinə keçməyə hazırdır. Mənbənin sözlərinə görə, artıq “Çelsi” və PSJ təmsilçiləri nigeriyalı forvardın transferi üzərində işləyirlər. Hər iki klub 25 yaşlı futbolçunu 130 milyon avroya ala bilər. Bu məbləğ futbolçunun müqaviləsində təzminat maddəsin...
publikaz_normalized
“Azercell”in dəstəklədiyi məktəblilər “InfO(1)Cup” proqramlaşdırma müsabiqəsində medal qazanıblar. 9-18 fevral tarixlərində Rumıniya Respublikasında keçirilən yarış onlayn formatda baş tutub. Yarışda 13 ölkədən 135 şagird iştirak edib. Akademik Zərifə Əliyeva adına Liseyin 10-cu sinif şagirdi Ayxan Dəmirli qızıl medala...
publikaz_normalized
“Heç vaxt barışmayacam!” - VİDEO":"Müğənni Türkan Vəlizadə "Balkanla gecə turu" verilişinə verdiyi müsahibədə qarşı tərəfi hədəf alıb. Ona sənətçi kimi hörmətim var. Ancaq özümə söz vermişəm ki, bu barışıq heç vaxt olmayacaq. Həmin xanım mənə qarşı elə hərəkət edib ki, bunu ona yaraşdırmadım. Yəqin ki onun düşüncəsi be...
publikaz_normalized
qadının intim görüntülərini çəkdi, tələb etdi ki... - Təfərrüat":"Abşeron rayonunda 1982-ci il təvəllüdlü Fikrət qeyri-rəsmi münasibətdə olduğu Fəridəni seksual xarakterli hərəkətlərə məcbur etməkdə ittiham olunub. Aralarında tez-tez mübahisələr yaranması səbəbindən 2021-ci ilin dekabrında Fəridə Fikrətdən ayrılmağı, ə...
publikaz_normalized
Evlərini ayırıblar":"Issız adam" filmində canlandırdığı obraz sayəsində daha böyük populyarlıq əldə edən aktyor Cemal Hünal ilə 13 illik həyat yoldaşı Lale Canqal ayrılmağa qərar veriblər. Bir müddətdir ayrı yaşadıqlarını deyən cütlük boşanma prosesini rəsmiləşdirmək üçün hələ məhkəməyə müraciət etmədiklərini bildiribl...
publikaz_normalized
DETALLAR":"Ermənistanda fəaliyyət göstərən Avropa İttifaqı missiyasının rəhbəri Markus Ritterin və Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın son açıqlamaları Zəngilan istiqamətində törədilən təxribatın daha bir məqsədini anlamağa imkan verir. Ritter bildirir ki, “toqquşmanın yaşandığı Nerkin-Hand kənd...
publikaz_normalized
Birbank Biznes-in əsas bank əməliyyatları və məhsullarını özündə birləşdirən qənaətcil məhsulu “Maestro” biznes sahibləri üçün çox sərfəlidir. Ölkənin bank sektorunda ilk olan bu məhsul vasitəsilə müştərilər biznes ehtiyaclarına uyğun əməliyyatları və xidmətləri istənilən həcmdə və sayda seçərək, tarif paketlərini özlə...
publikaz_normalized
Muğamın açarını vermişəm Mənsum İbrahimova. Xalq artisti Mənsum İbrahimovdan danışan xanəndə "Məcnunu da ona vermişəm. Muğamı qoruyanlardandır" sözlərini əlavə edib. Qeyd edək ki, ötən ilin sentyabrında M.İbrahimov Azərbaycan Milli Konservatoriyasının Muğam kafedrasının müdiri vəzifəsinə təyin olunub. Həmin vəsifəni Ar...
publikaz_normalized
Sosial şəbəkələrdə həkimin futbol matçında topu boş qapıdan çıxarması ilə bağlı video yayılıb. Görüntülər qısa zamanda kütləvi şəkildə paylaşılıb. Kiçik araşdırmamızdan sonra hadisənin 2013-cü ildə Braziliyada baş verdiyi məlum olub. Rəqib hücumçular qapıya zərbə endirərkən masajçı qolun qarşısını alıb. Onun bu hərəkət...
publikaz_normalized
Fövqəladə Hallar Nazirliyi Tibb Xidmətinin təşkilatçılığı ilə Dövlət Yanğından Mühafizə Xidmətinin şəxsi heyəti “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində təməl həyat dəstəyi və ilkin yardım biliklərinin artırılması mövzusunda keçirilən paramedik kurslara...
publikaz_normalized
“Kiminsə istirahətini pozmaq...”":"Ötən gün Azərbaycanda keçirilən toyların birində qeyri-adi hadisə yaşanıb. Qonaqlar məclisin ortasında toplaşaraq, kütləvi halda namaz qılıblar. Bu hal ölkədə müzakirələrə səbəb olub. İnsanlar arasında birmənalı qarşılanmayan hadisəyə, toy sahibinin reaksiyası da narazılıqla nəticələn...
publikaz_normalized
Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən 97 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi döyülüb. Belə ki, oğlan və qız sevgili olublar. Oğlanın bacıları qıza onun başqa sevgilisinin olduğunu deyib və qardaşlarından uzaq durmağı tələb ediblər. Mübahisə baş verib və bacılar qızı döyüblər. Hətta bacılar özləri ilə ...
publikaz_normalized
Fransa fevralın 22-də Ermənistana yeni silahlar göndərəcək. Silah təchizatına “Ground Mater” (GM 200) radarı, gecəgörmə cihazları və durbinlər daxildir. Nəşr yazır ki, İrəvan və Paris arasında imzalanan hərbi əməkdaşlıq sazişinə uyğun olaraq, Fransa ordusu bu il erməni hərbçilər üçün 3 dağ döyüş hazırlığı kursu keçirəc...
publikaz_normalized
Bilin, 15 il əvvəl qorilla ilə evlənmişəm - VİDEO":"Bir insanla tanış olanda, bu insanı hansısa heyvana, ya da ki, cizgi film personajlarına oxşadıram. Yusifi ilk dəfə görəndə, gözümün önündə bir qorilla canlandı. Həmişə deyirdim ki, sən mənim qorillamsan. Smayliklər də çıxandan Yusifin adının yanında qorilla smayliki ...
publikaz_normalized
Hədəf Kiyevdir":"Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev jurnalistlərlə görüşü zamanı Rusiyanın Ukraynada xüsusi hərbi əməliyyatın bir hissəsi kimi son məqsədin Kiyev ola biləcəyini söyləyib. Medvedev bildirib ki, Kiyev Rusiyanın əleyhdarları tərəfindən idarə olunur. Rusiya Təhlükəsizlik Şurasının s...
publikaz_normalized
39 yaşlı aktrisa Birce Akalayın 35 yaşlı həmkarı Hakan Kurtaşla sevgili olduğu üzə çıxıb. Məşhurlar çıxan xəbərlər barədə hələlik heç bir açıqlama verməyiblər.
publikaz_normalized
Ağırlıqqaldırma üzrə tanınmış mütəxəssis, Əməkdar məşqçi, Fəxri Bədən Tərbiyəsi və İdman Xadimi Qubad Cəbrayılov dünyasını dəyişib. Qeyd edək ki, Qubad Cəbrayılov 1939-cu il aprel ayının 15-də Masallı rayonunda anadan olub. Karyerası ərzində ağırlıqqaldırma üzrə yüngül çəkidə Respublika rekordçusu, çempionu və mükafatç...
publikaz_normalized
Aşkın Olayım" mahnısıyla ötən ilə damğasını vuran, "ən çox ifa olunan sənətçi" adını qazanan Simge "Yankı", "Üzülmedin Mi?", "Öpücem", "Ben Bazen" kimi hitlərini sevənləri ilə birlikdə oxumaq üçün ilk dədə Bakıya gəlir. Biletləri "İticket.az" saytından və şəhərin kassalarından əldə edə bilərsiniz!
publikaz_normalized
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Azərbaycanın Xalq yazıçısı Mövlud Süleymanlının dəfn mərasiminə əklil göndərib. Qeyd edək ki, M.Süleymanlı fevralın 21-də vəfat edib. Xalq yazıçısı bu gün Şamaxı rayonunun Kərkənc kəndində dəfn olunub. ***" "Ötən gün vəfat edən Azərbaycanın Xalq yazıçısı Mövlud S...
publikaz_normalized
Rusiya ordusu Donetsk istiqamətində daha bir yaşayış məntəqəsini tutub. Söhbət Pobeda kəndindən gedir. Donetsk istiqamətində Cənub Qüvvələr Qrupunun bölmələri Pobeda kəndini tutub və cəbhə xəttində vəziyyəti yaxşılaşdırıb", - general bildirib. O, əlavə edib ki, Ukrayna Silahlı Qüvvələrinin üç briqadası Novomikaylovka v...
publikaz_normalized
Aktrisa Demet Özdemir doğum gününü dostları ilə birlikdə ortağı olduğu və açılışını etdiyi restoranda təmtəraqlı şəkildə qeyd edib. O, gecə klubu açmadığını və restoran biznesi ilə məşğul olmadığını qeyd edərək, məkanın daha çox konsert salonu və teatrla bağlı olacağını qeyd edib. Gənc, istedadlı insanlar və tanınmışla...
publikaz_normalized