text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2024-cü tədris ilinin hazırlıq planına əsasən, Hərbi Dəniz Qüvvələrinin (HDQ) döyüş və təminedici gəmilər dəstəsinin taktiki təlimi keçirilib. Plana uyğun olaraq həyəcan siqnalı ilə baza məntəqəsindən ayrılan gəmilər Xəzər dənizinin Azərbaycan Respublikasın...
publikaz_normalized
Zərdab Rayon Polis Şöbəsinə (RPŞ) yeni təyinat olub. Əmrə əsasən, polis mayoru Pərviz Hüseynov Zərdab RPŞ-nin Əməliyyat işləri üzrə rəis müavini təyin olunub. Qeyd edək ki, o, bu təyinata qədər Mingəçevir Şəhər Polis Şöbəsinin Təhqiqat Bölməsinin rəisi vəzifəsində çalışıb.
publikaz_normalized
Rusiya Ermənistanda birbaşa dövlət çevrilişinə çağırışlar edib və bu təbliğatı davam etdirir. Paşinyan qeyd edib ki, Rusiya erməni əhalisi arasında hakimiyyəti devirmək təbliğatı aparır. Erməni baş nazir Rusiyada səfərbərlikdən qaçaraq, Ermənistana sığınan Dmitri Setravokun rus hərbçiləri tərəfindən oğurlanmasından nar...
publikaz_normalized
Qarabağ" qapıçısı Andrey Lunyevə yeni müqavilə təklif edib. “Müqavilənin uzadılması təklifi “Qarabağ”dan gəlib. Şərtlər müzakirə olunur”, - deyə Smirnov "RB Sport"a açıqlamasında deyib. Sentyabrda "Qarabağ"a transfer edilən Lunyev bütün yarışlarda 22 oyun keçirib. 32 yaşlı qolkiper daha əvvəl "Bayer", "Zenit", "Ufa" ki...
publikaz_normalized
kasıblar... - Psixoloq danışdı":"Cəmiyyətdə iki tip başlıqlı xəbərlər daha çox reytinq qazanır. Onlardan ilk sırada ölüm və qəza xəbərləri, ikinci sırada isə kimlərinsə cinsəl həyatı ilə bağlı olan məlumatlardır ki, bu da cəmiyyətdə cinsi aclığın olmasına işarədir". Onun sözlərinə görə, mənfi xəbərlər kasıb təbəqənin d...
publikaz_normalized
Avropa Liqasının 1/16 final mərhələsinin cavab oyunu çərçivəsində "Marsel" "Şaxtyor"a 3:1 hesabı ilə qalib gəlib. Bu, onun turnirdəki 31-ci qolu olub. Bununla qabonlu forvard Avropa Liqasının bombardirləri siyahısında Radamel Falkaonu qabaqlayıb. Qeyd edək ki, "Atletik"in əfsanəsi Aris Aduris və belçikalı forvard Romel...
publikaz_normalized
onunla evləndi - FOTOLAR/VİDEO":"Milli Məclisin deputatı, tanınmış yazıçı Aqil Abbas Axar.az-a müsahibəsində maraqlı məqamları açıb. “Demişdiniz ki, Ağdamda İradə Tuncayla yenidən toy edəcəksiniz. Necə oldu, İradə xanım yenidən evləndimi sizinlə?” sualına millət vəkili belə cavab verib: “Əlbəttə, demişdim, elədim də. 4...
publikaz_normalized
Su kəmərində təmir-bərpa işlərinin aparılması ilə əlaqədar bu gün Bakının Yasamal rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. Qurum bununla əlaqədar abonentlərdən üzr istəyib.
publikaz_normalized
Ermənistan məhz Fransanın təhriki ilə hərbi avantüraya getmək niyyətindədir. Qeyd olunub ki, Paşinyan Qərbi Azərbaycan ifadəsinin Ermənistanın ərazi bütövlüyünə qarşı olduğunu iddia edərək, Azərbaycanı Ermənistana hücum etməyə hazırlaşmaqda ittiham etməyə çalışıb: İlk öncə vurğulayaq ki, Qərbi Azərbaycan ifadəsi tarixi...
publikaz_normalized
Meksikanın xarici işlər nazirliyi, UNİCEF tərəfindən Latın Amerikasının İqlim Reallığı layihəsi çərçivəsində Bakıda keçiriləcək COP29 konfransında iştirak etmək üçün Meksikadan 35 nəfər gəncin seçilməsi üçün İqlim Məsələləri Üzrə Gənc Səfirlər proqramı həyata keçirilir. COP29-da iştirak etmək üçün Meksikalı gənclərin 3...
publikaz_normalized
Müğənni Roza Zərgərli fərqli fotossesiyası ilə diqqət çəkib. Belə ki, gənc və yaraşıqlı kişi modellərlə şəkillər çəkdirən 45 yaşlı Zərgərlinin bunu yeni klipi ilə bağlı etdirdiyi iddia edilib. Qeyd edək müğənni son aylarda 18 kiloqrama yaxın çəki itirib. O, verilişlərin birində arıqlamağının sirrinin mədəqatlatma əməli...
publikaz_normalized
Milli Məclisin yaz sessiyası üzrə növbəti plenar iclası başlayıb. Həmin məsələlər aşağıdakılardır: Fikrət Fərrux oğlu Məmmədovun Azərbaycan Konstitusiya Məhkəməsinin hakimi təyin edilməsi haqqında" "2. Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın 2023-cü ildə fəaliyyəti haqqında məruzəsi" "3. “M...
publikaz_normalized
Bu ilin yanvar ayında əhaliyə 661 mln. manat məbləğində pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları ödənilib. Bildirilib ki, sosial təminat növləri üzrə ödənilən vəsait ötən ilin müvafiq dövrünə nisbətən 84,6 mln. manat və ya 14,7 faiz çoxdur. Qeyd edilib ki, sosial ödənişlərin artırılması istiqamətin...
publikaz_normalized
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin Aparat rəhbəri işdən azad olunub. Əmrə əsasən, Piri Nağıyev tutduğu vəzifədən azad edilib. O, nazirlikdə baş məsləhətçi vəzifəsinə təyin olunub.
publikaz_normalized
Azərbaycan UEFA reytinqində xal ehtiyatını artırıb. Ağdam təmsilçisi evdə 2:3 hesabı ilə məğlub olsa da, ümumi hesabda 6:5 qalib gələrək, 1/8 finala yüksəlib. Bu, ölkə reytinqinə daha 0,250 xalın əlavə olunmasına yol açıb. Ümumi xal sayını 19.875-ə çatdıran ölkəmiz 27-ci pillədəki mövqeyini möhkəmlədib. Cari mövsümdə t...
publikaz_normalized
Görünür bu tezis...":"Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Katibliyi Ermənistanın baş naziri Nikol Paşinyanın açıqlamalarına münasibət bildirib. “France24” telekanalına müsahibəsində Paşinyan Ermənistanın KTMT-də iştirakının “dondurulduğunu” bəyan edib. Təşkilat qeyd edib ki, İrəvan KTMT katibliyində üzv...
publikaz_normalized
Avrokuboklarda pley-off mərhələsinin cavab oyunlarından sonra UEFA-nın klub reytinqində dəyişikliklər olub. İndi aktivində 32.000 xalı olan Ağdam təmsilçisi 60-cı yerdən 56-ci pilləyə yüksəlib. Fənərbağça" və "Seltik"lə eyni yeri bölüşən "Qarabağ" Avropa Liqasında mübarizəni dayandıran "Qalatasaray", eləcə də "Fionrent...
publikaz_normalized
Azərbaycan Prezidenti İlham Əliyev Yaponiyanın İmperatoru Naruhitoya təbrik məktubu ünvanlayıb. Əlahəzrət," "Yaponiyanın milli bayramı – Təvəllüd Gününüz münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Bu bayram günündə Sizə ən xoş arzularımı çatdırır, ...
publikaz_normalized
Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru “Azərlotereya” ilə hər kəs sevincindən papağını göyə atacaq. Novruz bayramına özəl, yepyeni Poz-Qazan oyunu “Papaq at” ilə böyük uduş və digər bayram uduşları sahibini gözləyir. Qiyməti 3 manat olan lotereya biletlərinin ümumi sayı 4 000 000 ədəddir....
publikaz_normalized
Sürpriz, əclaflar":"Konfrans Liqasının 1/16 final mərhələsinin cavab oyunları çərçivəsində keçirilən "Legiya" - "Molde" (0:3) matçında maraqlı hadisələr yaşanıb. Lakin "Legiya" ultrasları yenə də fərqlilikləri ilə seçibliblər. Hətta Avropa futbolunu idarə edən qurumu ələ salmağı bacarblar. Azarkeşlərin üzünə qapalı ola...
publikaz_normalized
müğənnilərin "həci"lərini müzakirə edən, silikonlarını... - FOTO":"Aparıcı Tarix Əliyev (Tolik) verilişindəki çıxışına görə MTV kanalının Audiovizual Şura tərəfindən cəzalandırılmasına reaksiya verib. Tolik bəzi verilişlərdə televiziya qaydalarının pozulduğunu, amma cəzalandırılmadıqlarını bildirib: Qanun hamı üçün qan...
publikaz_normalized
Sülh prosesi ilə bağlı yerindən duran vasitəçilik təklifi irəli sürür. Dövlət başçısı andiçmə mərasimi zamanı çıxışında bildirdi ki, gedin, işinizlə məşğul olun, öz problemlərinizi həll edin. Bu hal özünü Münxendə də göstərdi. O bildirib ki, Almaniya kansleri vasitəçi rolunda deyil, sadəcə təşəbbüskar kimi hərəkət etdi...
publikaz_normalized
Ermənistanda "miatsum"un 36-cı ilininin qeyd edilməsi növbəti dəfə separatizmin alovlanmasına xidmət edir. O qeyd edib ki, Ermənistanda separatçılığın təbliği tək Azərbaycan üçün deyil, bütün bölgə üçün təhlükə yaradır: Ona görə də, bu məsələ ətrafında beynəlxalq birliyin diqqəti daha çox cəlb edilməlidir. Bakı bu gün ...
publikaz_normalized
“Qarabağ”ın futbolçusu Yassin Benzia Avropa Liqasının pley-off mərhələsində “Braqa”nı üstələyərək 1/8 finala adladıqdan sonra fikirlərini bildirib. Biz bu gün mübarizə apardıq və tarix yazdıq. Çox möhtəşəm hisslər yaşayırıq”. O, 1/8 finalda “Liverpul”la qarşılaşmağı arzuladığını söyləyib: “Bilirik ki, sonraki rəqibləri...
publikaz_normalized
Bu ilin fevralın 1-nə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin ümumi abonentlərinin sayı 2 milyon 599 min 043-ə çatıb. Onun sözlərinə görə, fevralın 1-nə “Azəriqaz”ın əhali sektoru üzrə 2 milyon 555 min 679 yeni abonenti qeydiyyata alınıb: “Bunun 43 min 364-i isə qeyri-əhali sektoru üz...
publikaz_normalized
Fikrət Məmmədov Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin edilib. Müzakirələrdən sonra təqdimat səsverməyə çıxarılaraq qəbul edilib. Qeyd edək ki, F.Məmmədov bundan öncə ədliyyə naziri olub.
publikaz_normalized
Bakı şəhəri Koroğlu Rəhimov küçəsində yerləşən "Lutvelizade" ayaqqabı mağazasında yanğın olub. Yanğının ətraf ərazilərə yayılmasının qarşısı alınıb.
publikaz_normalized
Çox güclü olacaq":"Son 7 ildə ən böyük günəş partlayışı fevralın 25-də Yerdə G4 maqnit qasırğasına səbəb ola bilər. Alimlərin sözlərinə görə, Günəşdə baş verən partlayışdan sonra güclü maqnit qasırğası riski yüksəkdir. Maqnit qasırğalarının gücü beş ballıq şkala ilə qiymətləndirilir. G4 səviyyəsi geomaqnit qasırğasının...
publikaz_normalized
Bakı Şəhəri üzrə Təhsil İdarəsinə (BŞTİ) yeni müdir təyin olunub. Nərminə Hüseynovanı kollektivə elm və təhsil nazirinin müavini Həsən Həsənli təqdim edib. Tədbirdə Bakı şəhəri üzrə təhsil müəssisələrində monitorinq və nəzarətin gücləndirilməsi, şagird davranış qaydalarının tətbiqi, tədris keyfiyyətinin artırılması və ...
publikaz_normalized
Xəbər verdiyimiz kimi, elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri vəzifəsi Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktor müavini Nərminə Hüseynovaya həvalə edilib. "“Qafqazinfo” N.Hüseynovanın dosyesini təqdim edir: Məlumat üçün bild...
publikaz_normalized
İrəvanda imzalanan sazişin gizlinləri":"“Fransa Ermənistanı qısa, orta və uzunmənzilli hava hücumundan müdafiə sistemləri ilə təmin edəcək”. Fransalı nazir qeyd edib ki, Ermənistana lazım olarsa, onu bu silahlarla təchiz edə bilərlər. “Fransanın Ermənistana silah tədarükünün çeşidi İrəvanın ehtiyaclarından asılı olacaq...
publikaz_normalized
Xocalıda törədilənlər Ermənistanın dövlət siyasətinin mahiyyətini bir daha ortaya qoyur. O bildirib ki, Xocalı qurbanlarının ruhu artıq şaddır: “Çünki Xankəndidə bayrağımızın dalğalanması ilə yeni dövrün təməli qoyuldu. Xocalı şəhərində soyqırımı qurbanlarının xatirəsinə abidə ucaldılmalıdır”.
publikaz_normalized
Almaniyada vəfat edən Azərbaycanın və Tacikistanın Xalq artisti Leyla Şərifovanın cənazəsi yandırılacaq. Məlumatı dəqiqləşdirmək üçün ailənin yaxın dostu Əmirəli Qızıllı ilə əlaqə saxladıq: Bilirsiniz ki, Leyla xanım bir neçə gündür Almaniyada dünyasını dəyişib. Düsseldorf şəhərində onunla vida mərasimi təşkil olunub. ...
publikaz_normalized
Milli Məclisdə bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi müzakirə olunur. Sənədi ədliyyə nazirinin müavini Vilayət Zahirov təqdim edir. Qeyd olunub ki, ötən il bələdiyyələrin fəaliyyətinin səmərəliliyinin artırılması məsələləri daim diqqət mərkəzində olub, dövlət büdcəsindən bə...
publikaz_normalized
4 polis əməkdaşı öldü":"Kolumbiyanın şimal-qərbində Antiokia departamentində “Black Hawk” helikopterinin qəzaya uğraması nəticəsində 4 polis əməkdaşı həlak olub. Kolumbiyanın müdafiəsi üçün mayor Xuan Morales, kapitan Sezar Rodriges və iki baş idarəçi Feder Celis və Rafael Qonzales “Black Hawk” helikopterinin qəzaya uğ...
publikaz_normalized
İnsanın içi gözəl olmalıdır ki, zibillikdə belə parlayan nəsə tapasan". Sənətçi ad çəkmədən bu sözləri ünvanlayıb: Səviyyə söhbəti var, əzizim. Həyatınız məndən ibarət olub, bir az oyanın bu Ayan yuxusundan".
publikaz_normalized
Mövsümün sonunda "Real"a transfer olunacağı gözlənilən Kilian Mbappe maraqlı addım atıb. Fransalı ulduz istədiyini əldə edərsə, simvolik qol qeyd etmək forması və soyadından istifadə etmək istəyən hər hansı bir marka ona pul ödəyəcək. Fərqləndikdən sonra qollarını çarpazlaşdıraraq dizləri üstə sürüşən futbolçu bu hərək...
publikaz_normalized
Astrologiyada gülməli və yumor hissi güclü olan bürclər var. ƏKİZLƏR Əkizlər yumor hissi ilə çox əyləncəlidirlər. Gərgin bir söhbətin ortasında olsalar belə, hər zaman bəzi dialoqlarla insanları güldürməyi bacarırlar. Bəzən bunun fərqində belə olmurlar. Əkizlərin əyləncəli və oynaq tərəfləri onlarla gözəl vaxt keçirməy...
publikaz_normalized
Kişi qardaşının həyat yoldaşını yad kişi ilə yataqda tutub. O, bu hadisəni sosial şəbəkələrdə paylaşaraq, onları təhqir edib. Həmin görüntüləri təqdim edirik:
publikaz_normalized
ABŞ-ın ən böyük banklarından biri olan “Citi”nin unsiya qızılın qiyməti ilə bağlı proqnozu müzakirələrə səbəb olub. İstanbul Universiteti İqtisadiyyat fakültəsinin müəllimi Prof. Səfər Şən qızıl qiymətlərini müəyyən edən 3 əsas amilin olduğunu vurğulayıb: ABŞ-da siyasət faiz dərəcəsi 5,25-5,50 səviyyəsindədir. İyul ayı...
publikaz_normalized
Fevralın 24-də Azərbaycanda havanın yağıntılı olacağı, dağlıq ərazilərə qar yağacağı gözlənilir. Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və axşam yarımadanın bəzi yerlərində qısamüddətli yağ...
publikaz_normalized
Türkiyəli müğənni Murad Dalkılıç səhhəti ilə əlaqədar konsertlərini ləğv edib. Təəssüf ki, səhhətimlə bağlı problemlərə görə 7 mart London konsertini və keçirilməsi planlaşdırılan bütün konsertləri ləğv etməli olduq. Bilet alan hər kəsdən üzr istəyirəm. Müalicəm bu müddət ərzində diqqətlə davam edəcək və yenidən əməliy...
publikaz_normalized
Azərbaycan Respublikasının Prezidenti konstitusiya ilə ona verilmiş səlahiyyətlərindən istifadə edərək Fikrət Məmmədovun namizədliyini müzakirəyə təqdim edib. Bir məsələni diqqətə çatdırmaq istəyirəm ki, Konstitusiya Məhkəməsi haqqında Qanunun 14.3-cü maddəsinə görə, konstitusiya hakiminin vəzifədə olması ilə bağlı yaş...
publikaz_normalized
Milli Məclisin bu gün keçirilən iclasında “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın 2023-cü ildə fəaliyyəti haqqında məruzəsi” müzakirəyə çıxarılıb. Qeyd edilib ki, 2023-cü ildə bələdiyyələrlə bağlı araşdırmalar zamanı aşkar edilmiş qanun pozuntuları üzrə 30 halda toplanmış materiallar hüquq...
publikaz_normalized
Azərbaycan Prezidenti İlham Əliyevin təqdimatı ilə Milli Məclisə bələdiyyələrlə bağlı iki qanun layihəsi daxil olub. Onun sözlərinə görə, layihələr bələdiyyələrin problemlərinin həlli ilə bağlıdır və artıq komitəyə təqdim olunub: “Layihələrdə bələdiyyələrin sayının azaldılması, birləşməsi ilə bağlı məsələ yer alıb”. S....
publikaz_normalized
54 yaşlı müğənni və aktrisa Cennifer Lopez əkiz övladlarının görüntülərini sosial mediada paylaşıb. Bu yaxınlarda həm yeni albomunu və musiqili filmini təqdim edən sənətçi övladlarına doğum günü hədiyyəsi olaraq Asiya ölkələrinin birinə səyahət hədiyyə edib. Ulduzun övladları izləyicilərin diqqətini çəkib. Xüsusilə oğl...
publikaz_normalized
Uşaq üçün birbaşa təhlükə olarsa, uşaq valideynlərdən alınacaq. Layihəyə əsasən, məişət zorakılığından zərər çəkmiş yetkinlik yaşına çatmamış şəxslərin hüquqlarının və qanuni mənafelərinin müdafiəsi, o cümlədən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 72-ci maddəsi (Uşağın sağlamlığı və ya həyatı üçün birbaşa təhlükə ...
publikaz_normalized
Deputat Malik Həsənovun bacısına qarşı 2 milyon manat dələduzluq edən "falçılar" kassasiya şikayəti veriblər. Qeyd edək ki, məhkəmə prosesi 2 dəfə təxirə salınıb. Cinayət işində zərərçəkmiş qismində Ağarzayev Sənan Məhərrəm oğlu və Ağarzayeva Rəna Əvəz qızı tanınıb. Xatırladaq ki, Rəna Ağarzayeva 67 saylı Cəlilabad şəh...
publikaz_normalized
Vəzifəli şəxs həbs edildi":"Abşeron Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsinin qanunsuz əməlləri ifşa olunub. Bildirilib ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Abşeron Rayon İcra Hakimiyyətinin Abadlıq və Kommunal Xidmətlər İdarəsinin sahə rəisi Vəli Abbasovun qanunsuz hərəkətləri ilə bağl...
publikaz_normalized
Mart ayında maddi cəhətdən üzü güləcək bürclər bəlli olub. Buğa müsbət maliyyə inkişafları yaşayacaq. İnvestisiyalarınızdan gəlir əldə edə, heç gözləmədiyiniz zaman gözlənilməz fürsətlərlə qarşılaşa bilərsiniz. Karyeranızda yüksəliş yaşaya bilərsiniz və gözlənilməz gəlir əldə etmək də mümkün olacaq. Tərəzi təəccüblü in...
publikaz_normalized
Ağdamda tikilən stadiona "Qarabağ" futbol klubunun baş məşqçisi Qurban Qurbanovun adı verilsin. Millət vəkili "Qarabağ" futbol klubunun dünənki qələbəsində Qurban Qurbanovun böyük xidmətlərinin olduğunu deyərək, Ağdam stadionuna onun adının verilməsini məqsədəuyğun hesab edib: Məsələn, Türkiyədə Fatih Terim, Şenol Günə...
publikaz_normalized
İrandan nümunə götür":"Kiminlə və hansı səviyyədə əməkdaşlıq etmək barədə qərar Ermənistanın suveren hüququdur və bu, Ermənistanın, onun xalqının maraqlarına əsaslanır. “İrana gəlincə, Ermənistan-Fransa əməkdaşlığı Ermənistanın adınadır və heç kimə qarşı yönəlməyib. Bizim həm Fransa, həm də İranla əməkdaşlıq etmək hüqu...
publikaz_normalized
Bahar gəlir, lakin viruslar hələ də çox aktivdir. Bundan əlavə, sinoptiklər çox isti olmayacaq bir mart vəd edir. Odur ki, immuniteti gücləndirməyə davam etmək lazımdır. Belə hesab olunur ki, martda hamı vitamin çatışmazlığından əziyyət çəkir. Lakin alimlər sübut ediblər ki, müasir dünyada tərəvəz və meyvələrin günün i...
publikaz_normalized
Suraxanıda əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 4, avtomobillərdən oğurluq edən 1 nəfər saxlanılıb. Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən ötən gün keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən Ruslan İslamov, Şəmsi Məcidov, əvvəllər məhku...
publikaz_normalized
Bələdiyyələrin başqa ölkələrdə çox sayda sosial müəssisələri var, yerli məsələlərdə insanlara çevik yardım edirlər, turizm, tikinti sahəsində aktiv iştirak edirlər. Deputat bildirib ki, Azərbaycanda bələdiyyə sosial həyatda iştirak etmir: “Bələdiyyə teatrları olmalıdır, rayonlarda teatrın inkişafı, mədəniyyətin inkişaf...
publikaz_normalized
ABŞ-ın Kolorado ştatında ev sahibini qanunsuz olaraq ev heyvanı kimi saxladığı Arizona kərtənkələsi dişləyərək öldürüb. Məlumata görə, kərtənkələ fevralın 12-də kişini dişləyib. Dərhal xəstəxanaya çatdırılan şəxs fevralın 16-da vəfat edib. Həkimlər ölümün səbəbi ilə bağlı açıqlama verməyiblər. Vəfat edən kişinin evində...
publikaz_normalized
Sosial xarakterli fövqəladə mühit rejiminin tətbiqi zamanı davranış qaydalarına riayət edilməməsinə görə yeni cərimələr tətbiq ediləcək. Layihəyə əsasən, Sosial xarakterli fövqəladə mühit rejiminin tətbiqi zamanı davranış qaydalarına riayət edilməməsinə görə fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzif...
publikaz_normalized
Paşinyanı bu ölkə öyrədir":"Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsi sədrinin birinci müavini Aleksey Çepa Ermənistanın KTMT-də iştirakını dondurmaq qərarını Qərbin təzyiqi ilə əlaqələndirib. “Düşünürəm ki, bu, Qərb ölkələrinin, ilk növbədə Fransanın təzyiqi altında baş verir. İkincisi, bu, Paşinyanın həyata keçir...
publikaz_normalized
12 yaşa qədər pulsuz, bu yaşdan yuxarı olanlar isə ödəniş etməlidir. Söhbət xəstəxanada pasiyent yanında qalan şəxsin gündəlik ödənişindən gedir. Qaydalara görə, xəstəxanalarda pasientin yanında qalan şəxs gündəlik olaraq 11 manat ödəniş edilməlidir. "Sözügedən bu xidmət yalnız TƏBİB tabeliyində olan tibb müəssələrinə ...
publikaz_normalized
Biz bu “uğur böcəyi”nin qanadlarında...":"“Biz media ilə sahibkarları bir araya gətirərək, onların arasındakı körpüyə az da olsa, “qığılcım” ola bildik”. Onun sözlərinə görə, “Sahibkarlıqda Media” Forumunun təşkilində məqsəd sahibkarlıq və media subyektlərini bir araya gətirməkdir: “Forumun əvvəlindən sonuna kimi bizim...
publikaz_normalized
Qışda insan dərisi çox stress keçirir. Buna görə də mövsüm keçidlərində onu isti havaların başlanğıcına hazırlamaq üçün vaxt ayırmaq vacibdir. İlk növbədə dərinizin sağlam görünüşünü və elastikliyini bərpa etməyə kömək edəcək qida məhsulları haqda düşünməlisiniz. Qırmızı balıqlara, xüsusən də Atlantik qızılbalığına üst...
publikaz_normalized
Fevralın 23-ü saat 05:50-də Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətindəki mövqelərini atıcı silahlardan atəşə tutub. Bildirilib ki, iki ölkənin şərti sər...
publikaz_normalized
“Sizin kimi evlər dağıdım?”":"Adətən, adamı dindən-dondan çıxaranda adam əsəbi söz deyir. Bir də görürsən ki, yazırlar "bu yenə başladı da ağzına gələni danışmağa". Deyirlər, "özünü bir az xanım kimi apar". Sənətçi onu tənqid edənlərə səslənib: İncə olum, özümü incə xanım kimi göstərib, sizin kimi camaatın cibinə girim...
publikaz_normalized
Hakimlik bəlkə də yeganə vəzifədir ki, qanunların aliliyi ilə bağlı qərarların qəbulu, həm də onun vicdan və ədalətinə buraxılır. Deputat özünün işlədiyi dövrdən danışıb: Biz işləyən zaman qərar qəbul etmişdik ki, heç bir hakim məruzə etməyəcək. Qanuna uyğun, ədalət və vicdanla məsələni həll etməlidir. Hətta o vaxt ölü...
publikaz_normalized
Vaşinqton Ankaraya boyun əyib...":"ABŞ-ın “Foreign Affairs” jurnalında dərc olunan məqalədə Türkiyənin Qərblə münasibətlərinin yenidən normallaşdığı bildirilib. Bildirilir ki, əslində, Türkiyə daha geniş sahədə təsirli olmağı hədəfləyir. Təhlildə Türkiyənin təkcə Qərbdə deyil, bütün istiqamətlərdə aktiv siyasət yürütdü...
publikaz_normalized
Diyetoloq Tatyana Meşçeryakova kişilərin sağlamlığı üçün təhlükəli olan qidaların siyahısını açıqlayıb. Arzuolunmaz məhsulların birinci qrupu böyük miqdarda soya proteinidir. Soya bir çox kolbasalarda, idmançılar tərəfindən aktiv istifadə edilən soya zülalında, soya südündə, tofuda, qulançar soyasında olur. İkinci yerd...
publikaz_normalized
Romaonun möhtəşəm rəqsi - VİDEO":"Qarabağ"ın futbolçusu Xulio Romaonun sosial şəbəkələrdə maraqlı görüntüsü yayımlanıb. Braziliyalı futbolçu qələbə rəqsi edərkən başına onları təbrik etmək üçün otaqlarına gələn dünya şöhrətli fotoqraf Reza Deqatinin şlyapası olub. Nəticədə ortaya əyləncəli görüntülər çıxıb.
publikaz_normalized
“Qərb və Paşinyan Ermənistanı “Ukrayna”ya çevirmək istəyirlər”. “Bu isə o deməkdir ki, dövlətimiz anti-Rusiya tramplininə çevriləcək, suverenliyini itirə, yeni ərazi və insan itkiləri verə bilər. Məndə belə təəssürat yaranıb ki, Saakaşvili və Zelenskinin “dəfnələri” Paşinyana sülh vermir. Onlar öz ölkələrinin və xalqın...
publikaz_normalized
Türkiyə və Azərbaycanla münasibətlərdə...":"Qlobal qeyri-sabitlik şəraitində Ermənistanın təhlükəsizlik mühiti dəyişməkdə davam etdi və ölkənin ənənəvi olaraq arxalandığı təhlükəsizlik mexanizmləri öz təsirsizliyini bir daha nümayiş etdirdi. 2023-cü il ərzində Gürcüstan, Fransa, İran, Hindistan, ABŞ və Aİ ilə təhlükəsi...
publikaz_normalized
O məqam sizin məhrəminizdir":"M.Teatr"ın məşhur aktyoru Ziya Ağa ilk dəfə şəxsi həyatından danışıb. Onun bu mövzuda yazdıqları müzakirələrə səbəb olub. Şəxsi həyatınız, şəxsiyyətinizi təyin edən hər bir məqam sizin məhrəminizdir. O məqamlarda yaşadığınız hər şeyi - pis, yaxşı fərq etməz - öz məhrəminizdə yaşayın. Çünki...
publikaz_normalized
Xocalı rayonunda ən azı 4 nəfərin basdırıldığı kütləvi məzarlıq aşkar edilib. İşğaldan azad edilmiş Xocalı şəhərinin mərkəzində (keçmiş xalça fabrikinin yaxınlığında) həyata keçirilən əsaslı bərpa-quruculuq işləri çərçivəsində aparılan qazıntı işləri zamanı basdırılmış vəziyyətdə kütləvi insan qalıqlarının aşkar olunma...
publikaz_normalized
Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda 1986-cı il təvəllüdlü Xəyyam həmkəndlisi Cəlala (adlar şərti verilib – red.) Xəyyam həmin gün saat 22 radələrində həmkəndlisi Cəlalı kəndin mərkəzinə çağırıb. Cəlalın onun həyat yoldaşı Səbinə ilə yaxın münasibətdə olub-olmamasını aydınlaşdırmaq məqsədi ilə birlikdə kən...
publikaz_normalized
Qərb ya ordu yeritməli, ya da əlini qaldırıb deməlidir ki...":"Macarıstanın baş naziri Viktor Orban deyib ki, Qərb nə qədər pul və silah versə də, Ukrayna Rusiyanı məğlub edə bilməyəcək. O qeyd edib ki, Qərb öz ordusu ilə müharibəyə girməsə, hərbi üstünlük Rusiyada qalacaq. Eyni zamanda, Macarıstan hökumətinin başçısı ...
publikaz_normalized
Avropa Liqasının pley-off mərhələsində "Braqa"nı üstələyərək 1/8 finala vəsiqə qazanan "Qarabağ" bu mövsümkü gəlirlərini bir az da artırıb. Bununla Azərbaycan çempionunun cari mövsümdə avrokuboklardan əldə etdiyi gəlir 11 milyon 382 min avroya (təqribən 20 milyon 940 min manat) çatıb. Ağdamlılar növbəti mərhələdə də uğ...
publikaz_normalized
“Oxumaq istəmirdim”":"ATV-nin “7 Tamam” verilişinin qonağı müğənni Samir Abbasov olub. O, ən çətin nəğməsinin analar haqqında olduğunu bildirib. “Ana mahnısı mənim həyatımdan yazılıb deyə oxumaq üçün iki ay əziyyət çəkmişəm. Studiyaya girmişəm oxuyam, həmin anlar gözümün önünə gəlib, ağlayıb çıxmışam. Sonradan evdən də...
publikaz_normalized
Ermənistanın baş naziri Nikol Paşinyanın Fransanın “France 24” telekanalına verdiyi müsahibədə yenidən ölkəmizə qarşı səsləndirdiyi əsassız iddialar bölgədə qəsdən gərginlik yaradaraq, sülh prosesinə növbəti zərbə vurmaq məqsədi daşıyır. Almaniya kanslerinin təşəbbüsü ilə liderlər arasında keçirilmiş sonuncu görüşdən s...
publikaz_normalized
Çin “panda diplomatiyası” adlı proqram çərçivəsində pandaları 20-dən çox ölkəyə icarəyə verir. Pekinin Vaşinqtonla 1972-ci ildə başlayan "panda diplomatiyası" Çin-ABŞ münasibətlərinin pisləşməsi ilə dayanıb. Amma bu yaxınlarda Çin prezidenti Si Cinpin “Çin və Amerika xalqları arasında dostluq elçisi kimi yenidən ABŞ-a ...
publikaz_normalized
Bakıda polisə zəng edərək tanışının üzərinə benzin töküb yandıracağını deyən şəxs saxlanılıb. Ucar rayon Qaracallı kənd sakini, 1981-ci il təvəllüdlü Mahir Neymanov Niyaməddin adlı tanışının üstünə benzin tökərək onu diri-diri yandıracağı ilə hədələyib. Bu barədə polisə məlumat daxil olan kimi əməliyyat qrupu M.Neymano...
publikaz_normalized
“1500 manat verdilər”":"Bakıda narkotik maddə və psixatrop həbləri reklam edən, divarlara “24ks.cc”, “CK.MEФ” kimi təbliğat sözlər yazaraq, təbliğat işi aparan daha bir gənc tutulub. Onun paytaxtın müxtəlif ərazilərində çoxsaylı binaların, hasarların və digər yerlərin səthinə qanunsuz və insan sağlamlığına ciddi ziyan ...
publikaz_normalized
Onun dəfnində nə baş vermişdi?":"“Həsənağa Turabov əsl şəxsiyyət idi. Azərbaycan teatr və kino sənətində barmaqla sayılası bir neçə sənətkar var ki, onlardan biri də odur. Azərbaycan mədəniyyəti, şüuru, düşüncəsi, əxlaqı bu insanda cəmləşmişdi. Belə insanlar nadir hallarda doğulur". "Doğurdan da istər şəxsiyyəti, istər...
publikaz_normalized
Bakı küçələrində qəribə adamlar peyda olub. Belə ki, Həsən Seyidbəyli və Mirzağa Əliyev küçələrində sürücülər geyimləri qəribə olan şəxslərlə qarşılaşıblar. Onlar həm də sürücülərin hərəkətinə maneə yaradıblar.
publikaz_normalized
Bu gün UEFA Avropa Liqasının 1/8 final mərhələsinin püşkü atılıb. Tədbirdə avrokuboklardakı yeganə təmsilçimiz "Qarabağ"ın da rəqibi müəyyənləşib. Azərbaycan futbolu tarixində ilk dəfə avrokubokların 1/8 final mərhələsində mübarizə aparacaq Ağdam klubunun bu raunddakı rəqibi Almaniya təmsilçisi "Bayer Leverkuzen" olaca...
publikaz_normalized
İtaliya baş nazirinin müavini Matteo Salvini hicablı qadınları hədəf alan qalmaqallı açıqlamalar verib. Mitinqdə iştirak edən Liqa lideri Matteo Salvini və digər liderlər üç partiyanın ümumi regional prezidentliyə namizədi Paolo Truzzuya dəstək istəyiblər. Salvini öz çıxışında sol partiyaları və “kommunist” adlandırdığ...
publikaz_normalized
Bakıda "Braqa"ya məğlub olmasına baxmayaraq, tarixi uğura imz ataraq 1/8 finala vəsiqə qazanan "Qarabağ"ın bir futbolçusu Avropa Liqasında həftənin rəmzi komandasına seçilib. O, "SofaScore" platformasının dəyərləndirməsinə görə turnirdə həftənin rəmzi komandasına seçilib. 120 dəqiqə meydanda olan monteneqrolu futbolçun...
publikaz_normalized
bu kursu keçməsələr...":"Azərbaycanda hazırlıq keçməmiş sürücülərə daşıyıcının sərnişin və yük daşınmasının həyata keçirilməsi üçün buraxılış kartı verməsinə görə vəzifəli şəxslər 300 manat, hüquqi şəxslər 1200 manat cərimə ediləcək. “Avtomobil nəqliyyatı haqqında” qanuna əsasən, taksi minik avtomobillərinin sürücüləri...
publikaz_normalized
1362 kq batareya toplandı":"Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Qırmızı Ürəklər Fondu tərəfindən 1 may 2022-ci il tarixində fəaliyyətə başlayan “Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi öz töhfəsini verməyə davam edir. Belə ki, layihə çərçivəsində Kapital Bank və “Access Bank”ın baş ofislərindən, Gəncə, İs...
publikaz_normalized
Avropa Liqasında 1/8 final cütləri":"UEFA Avropa Liqasında 1/8 final mərhələsinin püşkü atılıb. Turnirin favoritlərindən "Liverpul" "Sparta"ya, "Bayer Leverkuzen" "Qarabağ"a, "Milan" isə "Slaviya"ya rəqib olub. Turnirin son finalçısı "Roma" "Brayton"la münasibətlərinə aydınlıq gətirəcək. 1/8 finalın ilk matçları martın...
publikaz_normalized
Molla rejimi günahkarı tapıb - Azərbaycandır":"Azərbaycan-Ermənistan sülh danışıqlarının intensivləşməsi, daha əvvəl sərhəddə yaşanmış gərginlik İran tərəfdən diqqətlə izlənilir. İran prezidenti İbrahim Rəisi Ermənistanın baş nazirinin müavini Mher Qriqoryanla görüşündə deyib ki, İran problemlərin həlli bəhanəsi ilə re...
publikaz_normalized
Sizə qazi yox, elə Arzu lazımdır" - VİDEO":"Aparıcı Zaur Baxşəliyev sosial şəbəkədə ünvanına yazılan tənqidlərə cavab verib. “Bizə çox deyirlər ki, qaziləri, şəhid ailələrini dəvət etmirsiniz. Hər həftə bir qazi, şəhid ailəsi bizə müraciət edir. Bir qazinin uğuruna sevinə bilməyib xanımın özünü yerə çırpmasını paylaşan...
publikaz_normalized
Rusiya çox təəccüblənəcək":"Ukrayna prezidenti Vladimir Zelenski Kiyevin Qara dənizdə və cəbhə xəttində yeni əks-hücum hazırladığını bildirib. “Qara dənizdə tariximizi davam etdirmək üçün bunu edəcəyik. cənub çox vacibdir, şərqi qoruyun”, - deyə Ukrayna prezidenti izah edib. Zelenski vurğulayıb ki, yeni əks-hücum Rusiy...
publikaz_normalized
UNICEF-in araşdırmasına görə, Niderland uşaqlara ən yaxşı təhsil və həyat verən ölkələrdən biridir. Maraqlıdır, niderlandlıların tərbiyə sistemi nə ilə fərqlənir? O, ən çox satılan “Dünyanın Ən Xoşbəxt Uşaqları” kitabının həmmüəllifi və “Finding Dutchland” adlı valideynlik bloqunun müəllifidir. Rina Meyin sözlərinə gör...
publikaz_normalized
Azərbaycanın Qarabağ bölgəsində əraziyə baxış zamanı Ağdam rayonunda partlamamış döyüş sursatları aşkar edilib. Ordumuzun mühəndis-istehkam bölmələri tərəfindən aşkar edilmiş müxtəlif çaplı artilleriya mərmiləri, əl qumbaraları və digər döyüş sursatları təhlükəsizlik qaydalarına riayət edilməklə ərazidən müsadirə edili...
publikaz_normalized
Qarabağ"ın Avropa Liqasının 1/8 finaldakı rəqibinin "Bayer Leverkuzen" olduğu barədə məlumat vermişdik. Aspirinlər" oyunun afişasını "Avropa yolu" başlığı ilə paylaşıb. Bu komandalar qrup mərhələsində üz-üzə gəlib. Bay Arena"da keçirilən ilk görüşdə "Bayer" 5:1 hesabı ilə qalib gəlib. Bakıda isə Almaniya təmsilçisi min...
publikaz_normalized
Prezident İlham Əliyev “İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətinin təmin edilməsi haqqında” 29 noyabr 2017-ci il tarixli fərmanında dəyişiklik edib. Fərmana əsasən, bundan sonra dövriyyə vəsaitlərinin maliyyələşdirilməsi məqsədilə alınmış kreditlərin müddəti 2 ildən artıq olan kreditlərlə yanaşı, işğaldan azad ed...
publikaz_normalized
Aparıcı Elgiz Əkbər Əməkdar artist Tahir İmanovla bağlı sərt açıqlama verib. O bildirib ki, T.İmanov onu tamaşalarında təhqir edib: Tahirlə aram yoxdur, onu sevmirəm. Amma Cabiri (Əməkdar artist Cabir İmanov - red.) Bəlkə indi Tahir də deyəcək, mən də səni sevmirəm. Bir nəfərin yas məclisində görüşdük, danışdıq. Söhbət...
publikaz_normalized
Aparıcı Lalə Azərtaş paylaşımı ilə diqqətləri üzərinə cəmləyib. Təxminən 2 həftə əvvəl bu gün. Səni təklikdə görəndə "Sevirəm" deyib "bəh-bəhləyən", çoxluq içində sanki səni tanımır və görəndə də sıradan biri kimi salam verir. Dağıl, a dünya!", - deyə Lalə vurğulayıb.
publikaz_normalized
Postda təxribat törədib":"Ermənistanda "Torpaq Mühafizəsi" hərəkatının üzvü olan hərbçi Qor Asatryan fevralın 13-də qəflətən dünyasını dəyişməyibmiş. Məlumata görə, 40 yaşlı hərbçi mübahisədən sonra fevralın 12-nə keçən gecə güllələnib. Onu öldürməkdə şübhəli bilinən hərbçi yoldaşı T.K. Qeyd edək ki, bu hadisədən bir n...
publikaz_normalized
reanimasiyaya yerləşdirildi - Video":"Kanal S-də yayımlanan "Xeyirli axşamlar" verilişində gözlənilməz hal yaşanıb. Təzyiqi qalxdığı deyilən aparıcıya ilk yardımın da faydası olmayıb. O, efirdən birbaşa xəstəxanaya aparılaraq reanimasiyaya yerləşdirilib. Sözügedən görüntüləri təqdim edirik:
publikaz_normalized
UEFA Konfrans Liqasında 1/8 final mərhələsinin püşkü atılıb. Xorvatiya çempionu 1/4 finala gedən yolda Yunanıstan PAOK-u ilə qarşılaşacaq. Türkiyənin avrokuboklardakı yeganə təmsilçisi "Fənərbağça" isə Belçikanın “Union” klubu ilə üz-üzə gələcək. Qeyd edək ki, bu mərhələnin ilk matçları martın 7-də, cavab görüşləri isə...
publikaz_normalized
Rusiyanı bu gəlirlərdən məhrum edəcəm":"ABŞ prezidenti Co Bayden Vaşinqtonun Rusiyanın enerji gəlirlərini azaltmağa çalışmaq niyyətini açıqlayıb. Rusiyanın enerji gəlirlərini daha da azaltmaq üçün hərəkətə keçəcəyik", - Bayden deyib. Hesabatda həmçinin deyilir ki, ABŞ administrasiyası Rusiyaya qarşı “əhəmiyyətli yeni s...
publikaz_normalized