text stringlengths 20 1.45M | source stringclasses 10
values |
|---|---|
ABŞ-ın Nyu-Hempşir ştatında keçirilən ilkin seçkidən bir gün əvvəl seçicilərə göndərilən Co Baydenin saxta səs yazısının süni intellektlə hazırlandığı müəyyən edilib. Karpenter Demokratlar Partiyasının digər namizədi Dean Phillipslə çalışan Stiv Kramerin ondan səs yazısını istədiyini və bunun harada istifadə ediləcəyi ... | publikaz_normalized |
ölənlər var, çox sayda insan itkin düşdü":"İspaniyanın Valensiya şəhərində yaşayış binasını əhatə edən yanğın nəticəsində azı 4 nəfər ölüb, 19 nəfər itkin düşüb. İspaniya dövlət televiziyası “TVE” 14 mərtəbəli binada 130-dan çox mənzilin olduğunu və 22 yanğınsöndürmə briqadasının yanğınla mübarizə apardığını bildirib. ... | publikaz_normalized |
Hacıqabulda rabitə dirəklərindən kommunikasiya kabelləri oğurlayan şəxs saxlanılıb. Qeyd olunub ki, Hacıqabul rayon polis şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində müxtəlif küçələrdə olan rəbitə dirəklərindən ümumi dəyəri 10 000 manat olan 1750 metr TPP tipli kabel oğu... | publikaz_normalized |
Türkiyənin Diyarbəkir rayonunda tanımadığı qadına sosial şəbəkədə ürək və alov emojisi göndərərək "daş kimisən" yazan şəxsin mesajı cinsi təcavüz kimi qiymətləndirilib və iddianamə qəbul edilib. haqqında hazırlanan iddianamə məhkəmə tərəfindən qəbul edilib. Konyada yaşadığı təsbit edilən müttəhimin ifadəsi ilə bağlı id... | publikaz_normalized |
Xabi Alonsonun komandası bütün yarışlarda ardıcıl keçirdiyi son 33 oyunda məğlub olmayıb. Bu görüşlərdə “Bayer” 29 qələbə qazanıb və 4 dəfə heç-heçə edib. "Komanda “Bayern”in bütün turnirlərdə ardıcıl 32 matçda məğlub olmamaq (2019/20) nailiyyətini yeniləyib. Qeyd edək ki, “Bayer” “Qarabağ”ın Avropa Liqasının 1/8 final... | publikaz_normalized |
Beynəlxalq axtarışda olan şəxs Almaniyada tutularaq Azərbaycana ekstradisiya edilib. Qeyd olunub ki, fevralın 24-də İnterpolun Azərbaycan Respublikasındakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən Azərbaycan vətəndaşı Marvud Vaqifzadənin Ədliyyə Nazirliyi tərəfindən ölkəmizə ekstradisiyası həyata keç... | publikaz_normalized |
Xankəndi şəhəri ərazisində silah-sursat aşkarlanıb. Qeyd olunub ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə fevralın 23-də Xankəndi şəhəri ərazisində 5 ədəd müxtəlif markalı avtomat silahı, 1 tapança, 2 tüfəng, 8 ədəd qumbara, 28 patron darağı, 705 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götü... | publikaz_normalized |
Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi tərəfindən SOCAR-ın Karbamid zavodunda “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda nümunəvi obyekt mülki müdafiə məşqi keçirilib. Tədbirdə FHN-in Sumqayıt Regional Mərkəz... | publikaz_normalized |
Türkiyənin Diyarbakır rayonunda tərk edilmiş binadan gələn uşaq səsini eşidən qonşular hərəkətə keçib. Körpə xəstəxanaya çatdırılıb və ona tibbi yardım göstərilib. Övladını tərk edən 26 yaşlı ana tapılıb və nəzarətə götürülüb. | publikaz_normalized |
Bir qrup QHT ABŞ-nin və Avropa ölkələrinin Azərbaycandakı diplomatik missiyalarına müraciət ünvanlayıb. Biz – Azərbaycanın bir qrup vətəndaş cəmiyyəti təmsilçiləri olaraq bəyan edirik ki, müharibədən məğlub çıxmış, iqtisadi böhran yaşayan Ermənistanın son dövrlər ixracatında baş verən fantastik artımlar Ukrayna xalqına... | publikaz_normalized |
Çox güman ki, gələn cümə günü (martın 1-i) konstitusiya islahatları komissiyasının və şuranın üzvləri Ermənistanın yeni konstitusiyasının yazılması məsələsini müzakirə etmək üçün baş nazir Nikol Paşinyanla görüşəcəklər". Qeyd olunur ki, hazırda Paşinyan bu işi kimə tapşıracağını düşünür: Hazırkı kadrlara, yoxsa yeni mü... | publikaz_normalized |
Türkiyəli aktyor Tolqa Sarıtaş 4 ildir birlikdə olduğu modelyer Zeynep Mayruk ilə nişanlanıb. Folqa fevralın 14-də sevgilisinə evlilik təklifi edib. Təklifdən sonra Sarıtaş ailəsi ilə birlikdə Mayrukun ailəsinin yaşadığı evə gedib. | publikaz_normalized |
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2,03 ABŞ dolları, yaxud 2,31 % azalaraq 86,11 ABŞ dolları təşkil edib. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin aprel fyuçerslərinin qiyməti 81,62 ABŞ dolları təşkil edib. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin or... | publikaz_normalized |
Zakir Həsənov göstərişlər verdi":"General-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə Müdafiə Nazirliyində növbəti xidməti müşavirə keçirilib. Müşavirədə nazir müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri, eləcə də videobağlantı vasitəsilə azad edilmiş ərazilərdə dislokasiya oluna... | publikaz_normalized |
Görün nə təklif olundu":"Zaqreb “Dinamo”sunun prezidenti Mirko Barişiç “Real”ın hücumameyilli yarımmüdafiəçisi Luka Modriçə şəxsən zəng edərək onu böyük futbol karyerasına başladığı Xorvatiya klubuna qayıtmağa dəvət edib. Mənbənin sözlərinə görə, Modriç bu təklifə müsbət reaksiya verib, lakin hazırda onu qəbul edə bilm... | publikaz_normalized |
“Yer Gök Aşk”, “Bir Zamanlar Çukurova” kimi seriallardakı uğurları ilə tanınan, ötən ilin sentyabrında Nutiye Akarla ailə həyatı quran türkiyəli aktyor Murat Ünalmış ata olacaq. Murat Ünalmış sosial media hesabındakı paylaşımında “Ad günün mübarək, canım sevgilim, həyatımın mənası, oğlumun anası... Səni çox sevirəm” şə... | publikaz_normalized |
General-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə Müdafiə Nazirliyində keçirilən növbəti xidməti müşavirədə Azərbaycan-Ermənistan şərti sərhədində mövcud əməliyyat şəraiti təhlil edilib. Müşavirədə Azərbaycan-Ermənistan şərti sərhədində mövcud əməliyyat şəraiti, qoşun xidmətinin təşkili və aparılması geniş təhlil edilib... | publikaz_normalized |
Yeşilçam" filmlərindən olan "Aile Şerefi"-ndə pis və zəngin Oqtay obrazını canlandıran aktyor Eriş Akmanın indiki vəziyyəti maraq doğurub. Akmanı indiki halında tanımaq demək olar ki, mümkün deyil. | publikaz_normalized |
İngiltərənin “Kuinz Park Reyncers”in və Mərakeş millisinin yarımmüdafiəçisi İlyas Şair həbs cəzasına məhkum edilib. Dostları və qardaşı ilə birlikdə olan Mərakeşli futbolçu evə getmək üçün avtobus gözləyən Nils T. Bundan sonra həmin şəxshuşunu itirib. Zərərçəkənə kəllə sınığı diaqnozu qoyulub. O, ağır vəziyyətdə xəstəx... | publikaz_normalized |
Qiymət düşməsi İmişli və Sabirabad rayonlarında da hiss olunur. Qiymətlərin enməsi daha çox iribuynuzlu heyvan ətində nəzərə çarpır. Dana ətinin qiymətində 1 manat civarında ucuzlaşma var. Bunu satıcılar da təsdiqləyir. Heyvan bazarında qiymətlərin ucuzlaşması pərakəndə satışa da təsir edib. Mütəxəssislərin fikrincə, h... | publikaz_normalized |
Azərbaycan ərazisində müşahidə olunan yağıntılı hava şəraiti fevralın 26-dək fasilələrlə davam edəcək. Ayrı-ayrı yerlərdə yağıntıların intensiv olacağı ehtimalı var. Şərq küləyi 25-də ayrı-ayrı yerlərdə arabir 18-23 m/s-dək güclənəcək. Gecə və səhər bəzi dağlıq ərazilərdə yolların buz bağlayacağı ehtimalı var. | publikaz_normalized |
Münxen görüşündən sonra Ermənistan-Rusiya münasibətləri Qərbin tələbi olan açıq qarşıdurma mərhələsinə qədəm qoydu: bizimlə, yoxsa Rusiyanın yanında olduğuna qərar ver. Fransa mətbuatına müsahibə verən Nikol Paşinyan həmin tələbi yerinə yetirərək Ermənistanın KTMT üzvlüyünün dondurulduğunu, Rusiyanın ötən ilin sentyabr... | publikaz_normalized |
Aparıcı Zaur Baxşəliyevin verilişində aylardır davam edən ev yarışı başa çatıb. Bundan sonra mükafat kimi verilən evin sahibi efirə zəng edib. O deyib ki, evi yarışdan çıxarılan Hüseynə bağışlamaq qərarına gəlib. "Həmin dəqiqələrdə studiyadakı sevinc anları sosial şəbəkələrdə paylaşılıb: | publikaz_normalized |
Naxçıvanda sosial şəbəkədə başqasının adına saxta profillər açan və onu bağlamaq üçün pul tələb etməkdə şübhəli bilinən şəxs saxlanılıb. Həmin şəxsin qadınların fotolarını paylaşması, onları təhqir etməsi, habelə həmin profili bağlamaq üçün müəyyən məbləğdə pul vəsaiti tələb etməsi qeyd edilib. Polisin keçirdiyi əməliy... | publikaz_normalized |
Amerikada yaşayan Yeşilçamın unudulmaz sənətçilərindən olan Ahu Tuğbanın qızı Anjelik Kalvin gözəlliyi ilə sosial mediada gündəm olub. O, Floridada polis akademiyasını bitirib. Yeşilçamın gözəl aktrisası Ahu Tuğbanın qızı fotosunu sosial media hesabında paylaşıb. Kalvinin son görünüşünü görənlər "O, gözəlliyini anasınd... | publikaz_normalized |
Ona çatan pulla razı deyildi, ev almaq istəyirdi":"Müdafiə Nazirliyinin mənimsəməyə görə tutulan Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi, general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov və Hərbi Dəni... | publikaz_normalized |
Bəzən mənə küçədə insanlar yaxınlaşır, deyirlər ki, Akif müəllim, biz övladlarımıza televizora baxmağa icazə vermirik. Dərdlərini mənə deyirlər, elə bilirlər ki, bizim telekanallara gücümüz çatır. Belə televiziya yayımı olarmı? Cəmiyyət necədirsə, o cür də musiqisi, ədəbiyyatı olur... Son illər tez-tez tənqid obyektinə... | publikaz_normalized |
Bakıda qızın sevgilisinin avtomobilini yararsız hala salması iddia edilir. Görüntülərdə qızın "23 fevral" münasibəti ilə sevgilisinin "Kia" markalı avtomobilinin şüşələrini qırması əks olunub. | publikaz_normalized |
İspaniya çempionatının 26-cı turu çərçivəsində keçiriləcək “Real” – “Sevilya” matçından əvvəl məğlubiyyətsiz ispan-gürcüstanlı UFC döyüşçüsü İlia Topuria simvolik olaraq topa zərbə endirəcək. Ötən həftəsonu İlia Topuria avstraliyalı Aleksandr Volkanovskini ikinci raundda nokautla məğlub edərək, İspaniyadan olan ilk UFC... | publikaz_normalized |
Yevlaxda ağır yol qəzasında ölən Elnur Abdullayevin nişanlısı ilə son görüntüləri yayılıb. Bu gün Elnur Abdullayevin nişanlısı ilə qız toyu olacaqdı. Lakin o ötən gün Yevlaxda baş verən ağır yol qəzasında həyatını itirib. Elnur toyu ilə əlaqədar Şəkiyə gedirmiş. Xatırladaq ki, yol qəzası E.Abdullayevin idarə etdiyi "Op... | publikaz_normalized |
Kemal Sunal, Şevket Altuğ və Ali Şenin rol aldığı "Tokatçı" filmində K.Sunalın canlandırdığı Osman obrazının aşiq olduğu Eminenin (Nazan Saatçi) 65 yaşı var. O, 1978-ci ildə İnci qəzeti tərəfindən "kino kraliçası" seçilib. Saatçi 1983-cü ildə "Miss Asia Pacific" (Asiya gözəllik yarışması) yarışmasında ikinci olub. Saat... | publikaz_normalized |
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1-3° isti, gündüz 3-5° isti olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə havanın arabir yağıntılı olacağı, dağlıq və dağətəyi r... | publikaz_normalized |
Hərbi vəzifəlilər atəşin aparılması üzrə tapşırıqları icra ediblər. Qeyd olunub ki, bu ilin döyüş hazırlığı planına əsasən, "N" hərbi hissəsində bir qrup hərbi vəzifəlinin iştirakı ilə təlim toplanışı keçirilib. Plana uyğun olaraq hərbi vəzifəlilərlə atəş hazırlığı üzrə məşğələlər keçirilib, onlara müxtəlif çaplı atıcı... | publikaz_normalized |
İranın Təbriz şəhərində Ermənistanın baş konsulluğunun açılması üçün hazırlıq işləri aparılır. “Məlumat veririk ki, hazırda hazırlıq işləri gedir. Nazirlik müvafiq olaraq növbəti dəyişikliklər barədə məlumat verəcək”, - XİN-dən bildiriblər. | publikaz_normalized |
minlərlə insan təxliyə edildi":İngiltərənin cənubundakı Plimut liman şəhərində İkinci Dünya Müharibəsindən qalma partlamamış bomba təhlükəsiz şəkildə zərərsizləşdirilməsi üçün dənizə aparılıb. Ordunun iştirak etdiyi əməliyyat uğurla keçib və bomba ərazidən uzaqlaşdırılıb. Həmçinin təxliyə edilən 3 250 sakinə evlərinə q... | publikaz_normalized |
Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə fevralın 24-də İstanbulda “Dekolonizasiya: İntibahın oyanışı” mövzusunda beynəlxalq konfrans başlayıb. Beynəlxalq tədbirdə dünyanın 13 ölkəsi və 4 beynəlxalq təşkilatdan 50-yə yaxın nümayəndə iştirak edir. Karib adaları, Cənubi Amerika, Sakit okean və Hind okeanındakı Fransanın... | publikaz_normalized |
Yanvarın 16-da Bakıda baş verən ağır yol qəzasının bəzi təfərrüatı məlum olub. Ağır vəziyyətdə Sabunçu Tibb Mərkəzinə yerləşdirilən piyada orada ölüb. Məlum olub ki, İmran Seyfullazadə hərbçi olub. Baş leytenant olan Seyfullazadə Daxili Qoşunlarda xidmət edirmiş. Hadisə İ.Seyfullazadə Bakıda xidmət keçdiyi yerdən yaşad... | publikaz_normalized |
Dəmir satanın tapdığı sümüklərin Ezgi Özarslanın qatili Deniz Özarslana məxsus olduğu ortaya çıxıb. Məlum olub ki, skelet iyulda boşanma prosesində olan həyat yoldaşı Ezgi Özarslanı öldürərək yoxa çıxan Deniz Özarslana məxsusdur. Bu, DNT testi nəticəsində ortaya çıxıb. Qeyd edək ki, 28 iyul 2022-ci ildə Deniz Özarslan ... | publikaz_normalized |
Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib. Bildirilib ki, FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin mütəxəssislərinin də iştirakı ilə Bakı Regional Mərkəzi tərəfindən Bakı şəhərinin Xəz... | publikaz_normalized |
Əlahiddə Ümumqoşun Ordunun xüsusi təyinatlı bölmələri ilə “Şiddətli soyuqlarda döyüş əməliyyatlarının aparılması” mövzusunda taktiki-xüsusi təlim keçirilib. Təlimdə əvvəlcə qarlı-çovğunlu havalar və çətin keçiləbilən ərazilərdə şəxsi heyətin fəaliyyəti üçün lazım olan təchizat, müxtəlif dağ ləvazimatları və ərzaqla təm... | publikaz_normalized |
Dəri altında yağ yığılması nəticəsində yaranan qara nöqtələrdən xilas olmaq üçün alınan maskalar yerinə təbii qarışımdan istifadə edə bilərsiniz. Qara nöqtələrdən qurtulmağın təbii üsulu: Qara nöqtə maskası hazırlamaq üçün əvvəlcə kiçik bir qabda bir çay qaşığı soda və bir neçə damcı limon qarışdırın. Daha sonra qarışı... | publikaz_normalized |
Ət məhsullarında istifadə edilən bu üsulla ət olduğundan daha ağır çəkiyə gətirilir. Belə ki, istifadə olunan bu alətlə ətə duzlu su əlavə edilir və nəticədə ət olduğundan daha ağır çəkiyə gətirilir. Həmin videonu təqdim edirik: | publikaz_normalized |
Cəlilabad rayonunda ictimai asayişi pozan şəxs inzibati məsuliyyətə cəlb edilib. 1981-ci il təvəllüdlü Zabil Əzizov küçədə dayanaraq uca səslə qışqırmağa və anası S.Əzizovanın ünvanına ağır təhqiramiz ifadələrlə söyməyə başlayıb. Ərazidəki şəxslərin müraciətindən sonra əraziyə polis əməkdaşları gəlib və sərxoş halda ol... | publikaz_normalized |
Qəhvə səhərlər özünü daha enerjili hiss etmək və ya gün ərzində enerji qazanmaq üçün tez-tez insanların sevimli seçimi olur. Ən çox edilən səhv qəhvənin içmə vaxtıdır. İnsanların çoxunun səhər oyanmaq üçün ilk etdiyi şey bir fincan qəhvə içmək olsa da, bu davranış, edə biləcəyiniz ən qeyri-sağlam fəaliyyət olar. Səhər ... | publikaz_normalized |
Akif Ağa Mehti oğlu Əli Zadə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib. A.Əli Zadə Azərbaycanda elmin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə fəxri diplomla təltif edilib. | publikaz_normalized |
Alimlər müəyyən ediblər ki, böyrək çapıqları olan insanlarda “SOX9” zülalının funksiyası pozulur. Bioloqlar laboratoriya siçanlarında böyrək zədələnməsini araşdırıblar. Aşkar ediblər ki, zədələnmiş hüceyrələr özlərini bərpa etmək üçün SOX9 zülalını aktivləşdirir, sonra isə deaktiv edirlər. Bununla belə, bərpa oluna bil... | publikaz_normalized |
“Tottenhem”in və Fransa millisinin sabiq qapıçısı Uqo Lloris maaşının xeyli azaldılması şərti ilə MLS klubu “Los Anceles”ə keçməsinin səbəblərindən danışıb. “Mən karyeramda elə bir nöqtəyə gəldim ki, növbəti layihəmi və tapşırığımı seçməkdə sərbəst idim. İndi MLS ilə bağlı hər şeydən həzz alıram. Onların qapıçı büdcəsi... | publikaz_normalized |
“Qəbələ” komandasının baş məşqçisi Elmar Baxşıyev istefa verib. Klub rəhbərliyi 44 yaşlı mütəxəssisin istefasını qəbul edib. 2015-ci ilin iyunundan “Qəbələ”nin əvəzedicilərinin məşqçisi, 2017-ci ilin iyulunda baş məşqçisi kimi çalışan Baxşıyev 2018-ci ildən əsas komandada çalışıb. 2019-cu ilin avqustunda baş məşqçi təy... | publikaz_normalized |
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Xocalı soyqırımından sağ çıxmağı bacaran bir qrup sakinlə birlikdə qətliamın törədildiyi əraziyə gedib. O, 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə erməni quldurlarının azərbaycanlıların başına gətirdikləri müsibətlərlə bağlı şahidlərin fikirlə... | publikaz_normalized |
2023-cü ildə Bakı şəhərində muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 1 183 manat olub. Bildirilir ki, orta aylıq nominal əməkhaqqı 2022-ci illə müqayisədə 6,8 % çoxdur. Xatırladaq ki, 2023-cü ilin ilkin məlumatlarına əsasən Azərbaycanda muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı 2022-ci ilə nisbətən 11,2 % a... | publikaz_normalized |
Ramazan bayramı ilə əlaqədar iş və istirahət günlərinin yerləri dəyişdirilib. Qərara əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 12 aprel iş günü ilə 6 aprel istirahət gününün yerləri dəyişdirilib. Qeyd edək ki, 10, 11 aprel Azərbaycanda Ramazan bayramıdır. Aprelin 12-si həftənin cümə gününə ... | publikaz_normalized |
Ankara planı pozdu, İran isə... - VİDEO":"Fransa Ermənistanı müharibəyə hazırlayır. Ermənilərdən daha çox erməni kimi davranan Fransa prezidenti Emmanuel Makron Ermənistana silah tədarükünü davam etdirəcəklərini söyləyib. Açıqlamanın ardından Fransa müdafiə nazirinin İrəvana gedəcəyi məlum oldu. Makron administrasiyası... | publikaz_normalized |
ərazilərinizi itirə bilərsiniz!":"KTMT-nin beşinci ölkəsi olan Ermənistan, təəssüf ki, hazırkı rəhbərliyi ilə təmsil olunmaqla, tam əks istiqamətdə hərəkət edir. Rusiya nöqteyi-nəzərindən Moskva ilə Qərb arasında ekzistensial qarşıdurma kontekstində düşmən tərəfə keçir. Onun fikrincə, KTMT ölkələri indi çox çətin vəziy... | publikaz_normalized |
Azərbaycanlı idmançı “Gürcüstan Tayboksinq və Kikboksinq Milli Federasiyası”nın Kvemo Kartli bölgəsi üzrə baş məşqçisi təyin edilib. Qeyd edək ki, İ.Əliyev 2015-ci ildən federasiyada həm idmançı kimi, həm də məşqçi kimi fəaliyyət göstərir. | publikaz_normalized |
Ermənistan KİV Ukrayna prezidenti Volodimir Zelenskinin yaxın vaxtlarda, martın 4-də İrəvana səfər edəcəyi ilə bağlı məlumat yayıb. Deyə bilərik ki, yüksək səviyyəli səfərlər vaxtında məlumatlandırılır", - Ermənistan XİN-in mətbuat katibi Ani Badalyan bildirib. | publikaz_normalized |
Rusiya Federasiyası Ali Məhkəməsinin sədri Vyaçeslav Lebedev 81 yaşında Moskvada vəfat edib. Ölümün səbəbinin xəstəlik olduğu bildirilir. Lebedev 1989-cu ilin iyulunda Rusiya Ali Məhkəməsinə rəhbərlik edib. | publikaz_normalized |
Sənin işığını söndürəcəm":"UFC çempionu Şon O’Malli İlia Topuriya və Merab Dvalişviliyə qarşı döyüşməyə hazırdır. “Əvvəlcə mən Topuriyanı döyüşə çağırdım, İlya ilə görüşmək istədim. Bu mənim üçün maraqlıdır və azarkeşlər də bundan həzz alacaqlar. Amma sonra mənə yazmağa başladılar ki, Merabdan qaçıram. Beləliklə, növbə... | publikaz_normalized |
“Əl-Nəsr”in baş məşqçisi Luis Kastro komandanın portuqaliyalı hücumçusu Kriştiano Ronaldo ilə iş prosesindən danışıb. “Mən “Əl-Nəsr”ə dünyanın ən yaxşı oyunçusunu çalışdırmaq üçün gəlmişəm və bu, prestijlidir. Kriştiano ilə məşqdə işləmək asandır. Mən inanıram ki, oyunçu nə qədər yaxşı olsa, onunla işləmək bir o qədər ... | publikaz_normalized |
Kəlbəcər istiqamətində mövqelərimiz yenidən atəşə tutulub. Qeyd olunub ki, fevralın 24-ü saat 12:45-də Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətindəki mövqelərini atı... | publikaz_normalized |
Azərbaycan hərbçiləri Türkiyə Silahlı Qüvvələrinin Elektron İnformasiya Sistemləri Məktəbi və Tədris Mərkəzində olublar. Hərbçilər yaradılan şəraitlə tanış olublar. Onlara mövcud durum, həmçinin mərkəzdə görülən işlər barədə məlumat verilib. | publikaz_normalized |
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Estoniyanı Milli Gün münasibətilə təbrik edib. “Estoniyanın Milli Günü münasibətilə təbrik edirik! Milli bayramınız mübarək!” - XİN-in təbrikində bildirilib. | publikaz_normalized |
Azərbaycan Prezidenti İlham Əliyev Küveyt Dövlətinin Əmiri Şeyx Məşəl əl-Əhməd əl-Cabir əs-Sabaha təbrik məktubu göndərib. Əlahəzrət," "Küveyt Dövlətinin milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram. İnanıra... | publikaz_normalized |
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Masallı şəhərində, Heydər Əliyev Mərkəzinin binasında Masallı, Yardımlı və Lerik rayonları sakinlərinin qəbulunu keçirib. Sonra fövqəladə hallar naziri tərəfindən qəbul edilən Masallı, Yardımlı və Lerik rayonları sakinlərinin müraciətlərinin əksəriyyəti yerindəcə öz həllini t... | publikaz_normalized |
Müğənni Leyla Ramazanlının yeni klipi işıq üzü görüb. Leyla Ramazanlı ifasında məşhur bəstəkar və xalq mahnılarından istifadə edib: Bundan əvvəl də popuri üslubuna müraciət etmişdim. Növbəti dəfə yenidən bu üslubda ifa hazırlayıb, rəngarəng, yeni formada klip çəkdirdim. Qeyd edim ki, budəfəki klipimin də rejissoru Nail... | publikaz_normalized |
Daxili işlər orqanlarında yeni təyinatlar olub. O, Saatlı Rayon Polis Şöbəsinin rəisi təyin edilib. Bundan başqa Oğuz Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Vüqar Əliyev rotasiya qaydasında vəzifədən azad edilərək İsmayıllı Rayon Polis Şöbəsinin rəisi təyin olunub. İsmayıllı Rayon Polis Şöbəsinin rəisi, polis po... | publikaz_normalized |
Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədinə qədər olan ödənişli avtomobil yolunda yüksək sürətlə idarə olunan "Range Rover" markalı maşının dövlət qeydiyyat nişanı satışa çıxarılıb. Qeydiyyat nişanı hazırda mashin.al elan saytında satışdadır. Elan ötən ilin avqust ayında yerləşdirilib. Qeydiyyat nişanına 18 000 ... | publikaz_normalized |
Nar”ın dəstəyi ilə "Şəkərbura Şou" intellektual oyununun fevral ayının finalı keçirilib. Mobil operator oyunun qaliblərini mükafatlandırıb. 2022-ci ildə start götürən "Şəkərbura Şou" layihəsi hər mövsüm öz biliklərini, intuisiya və komandada işləmək bacarığını sınamaq istəyən yüzlərlə oyunçunu bir araya gətirir. Oyunda... | publikaz_normalized |
Səmədova Şirinxanım Vaqif qızı Salyan Mərkəzi Rayon Xəstəxanası Publik Hüquqi şəxsin direktoru təyin olunub. Qeyd edək ki, Ş.Səmədova 1974-cü ildə Salyanda anadan olub. Son təyinatadək Şirvan Şəhər Uşaq Poliklinikasının müdiri işləyib. Xatırladaq ki, Salyan Mərkəzi Rayon Xəstəxanasının əvvəlki direktoru Ramil Qasımov i... | publikaz_normalized |
AzTV-nin “Qızıl fondu” Bakı Fəhləsi adına Maşınqayırma Zavodunun 1970-ci illərə aid görüntülərini təqdim edib. | publikaz_normalized |
Müğənni Əbdül Xalidə ağır itki üz verib. Bu haqda ifaçı özü məlumat verib. O bildirib ki, atası bu gün vəfat edib. Dəfn mərasimi sabah Tovuzda olacaq. | publikaz_normalized |
həmin qızı atası və ögey anası öldürübmüş":"Baş Prokurorluq və Daxili İşlər Nazirliyi əməkdaşlarının birgə fəaliyyəti nəticəsində 4 il əvvəl itkin düşmüş Ağdam rayon sakini, 1996-cı il təvəllüdlü Nərgiz Nəcəfovanın qəsdən öldürülməsi müəyyən edilib. Belə ki, Nərgiz Nəcəfovanın 2020-ci ilin aprel ayının 29-da itkin düşm... | publikaz_normalized |
Kişi yeddi ildən sonra övladının bioloji atası olmadığını öyrənib. Bir müddət əvvəl yayılan bu xəbər bəzi sualları gündəmə gətirib. Bəs süni mayalanma yolu ilə uşaq sahibi olan valideynlər boşanma qərarı verərsə, ana övladının bioloji atası olmayan kişidən aliment tələb edə bilərmi? "Hüquqşünas Akif Əlizadə məsələ ilə ... | publikaz_normalized |
Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının 2024-cü il üçün təsdiq etdiyi təqvim planına əsasən təşkil olunan avarçəkmə üzrə Azərbaycan birinciliyinə yekun vurulub. Bu isə son illərdə avarçəkmə üzrə keçirilən ölkədaxili turnirlərdə ən yüksək göstəricidir. Yarışlarda fərqlənən ilk üç yer... | publikaz_normalized |
Bu il Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük yazıçı, dramaturq, publisist və ictimai xadim Cəlil Məmmədquluzadənin anadan olmasından 155 il ötür. Azərbaycanın Gürcüstandakı səfirliyinin və SOCAR-ın Gürcüstan nümayəndəliyinin təşəbbüsü və dəstəyi ilə böyük ədibin Tbilisidə yaşayıb yaratdığı evin bərpasına ... | publikaz_normalized |
Leninqrad vilayətində Sankt-Peterburq sakininin iti gəzinti zamanı 9 kiloqram a yaxın narkotik tapıb. 27 yaşlı gənc polisə zəng edərək itinin Vsevolojsk yaxınlığındakı meşədə böyük qara çanta tapdığını bildirib. Peterburq sakini onun içəində narkotik ola biləcəyini söyləyib. Hadisə yerinə gələn polis paketdən 9 kiçik k... | publikaz_normalized |
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq Abşeron rayonunda mütəmadi olaraq vətəndaşlarla səyyar görüşlər keçirilir. Keçirilən qəbulların məqsədi sakinləri narahat edən məsələləri bilavasitə yerində öyrənmək və onların üzləşdikləri problemləri vaxtında aradan qal... | publikaz_normalized |
Azərbaycan Müdafiə Nazirliyi fevralın 24-ü saat 12:45-də Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətindəki mövqelərinin atıcı silahlardan atəşə tutulması barədə rəsmi məlumat ver... | publikaz_normalized |
Ukrayna prezidenti Volodimir Zelenski Kanadanın baş naziri Castin Trüdo ilə ikitərəfli təhlükəsizlik sazişi imzalayıb. Sənədə əsasən, Ottava 2024-cü il ərzində Kiyevə 3 milyard Kanada dollarından (2,22 milyard ABŞ dolları) makromaliyyə və müdafiə yardımı göstərməyi öhdəsinə götürür. Bundan əlavə, saziş Kanadanın Ukrayn... | publikaz_normalized |
İranın Qafandakı baş konsulu Morteza Abedin Azərbaycanın Zəngəzur dəhlizi layihəsinə qarşı dolayı eyhamlar vurub. Diplomat Ermənistanın News.am saytına müsahibəsində deyib ki, İran Qafanda konsulluq açdıqdan sonra sakinlər özlərini daha rahat və təhlükəsiz hiss edirlər. Bununla diplomat sətiraltı bildirmək istəyir ki, ... | publikaz_normalized |
Aleksey Navalnının cəsədi anası Lyudmilaya verilib. “Navalnının cəsədi anasına verildi. Lyudmila İvanovna Salekhardda olarkən", - Kira Yarmış "X"də yazıb. O, yaxın vaxtlarda dəfn mərasiminin olacağını qeyd edib. Qeyd edək ki, Navalnı fevralın 17-də həbsxanada ölüb. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bild... | publikaz_normalized |
Dünəndən internetdə Ukrayna Prezidenti Volodimir Zelenskinin martın 4-də Ermənistana gələcəyi ilə bağlı məlumatlar yayılır. Politoloq Stepan Danielyanın fikrincə, Zelenskinin səfəri ilə bağlı xəbər Nikol Paşinyanın son müsahibəsi ilə sıx bağlıdır və bu müsahibə zamanı Paşinyan Ermənistanın KTMT ilə münasibətlərini dond... | publikaz_normalized |
“Səbail” “Sabah”ı məğlub etdi":"Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIV turun daha bir oyunu keçirilib. Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə bitib - 2:0. 52-ci dəqiqədə Aleksandr Ramalinqom hesabı açıb. 90+2-ci dəqiqədə Samir Abdullayev matçda son nöqtəni qoyub. Xallarının sayını 34-ə çatdıran “Səbail” həl... | publikaz_normalized |
Ermənilərdən daha çox erməni kimi davranan Fransa Prezidenti Emmanuel Makron Ermənistana hərbi texnika göndərəcəyini bildirmişdi. Bu açıqlamadan sonra Fransanın müdafiə naziri Sebastyan Lekornunun başçılıq etdiyi nümayəndə heyəti silah tədarükü ilə bağlı danışıqlar aparmaq üçün tezliklə Ermənistana səfər edib. Telekana... | publikaz_normalized |
Xalq artisti Niyaməddin Musayevin qızı Azərbaycandan köçüb. “Qızım Röya ailəsi ilə birgə Kanadaya köçdü. Ötən aydan gediblər”, - deyə, Musayev vurğulayıb. | publikaz_normalized |
300-ə yaxın yük maşını ilişib qaldı":"300-ə yaxın yük maşını Qazaxıstan - Rusiya sərhədində, Samara -Şımkent avtomobil yolunun Sırım sərhəd nəzarətində ilişib qalıb. Operatorun nümayəndələri vurğulayıblar ki, bu, sərhəd-keçid məntəqəsində işin çətin olması ilə bağlıdır. Sürücülər bir neçə gün növbəsini gözləmək məcburi... | publikaz_normalized |
Almaniyanın Kotbus şəhərində keçirilən dünya kubokunda iştirak edən Azərbaycan gimnastı uğurlu nəticə qazanıb. O, buna halqalar ilə hərəkətlərin icrasında nail olub. | publikaz_normalized |
ölən və xəsarət alan var":"Şəmkir rayonunda avtomobil qəzası olub, ölən və xəsarət alan var. Daha bir nəfər isə xəsarət alıb və xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır. | publikaz_normalized |
Xalq artisti Aygün Kazımovanın qızı İlqarə Kazımova yeni görüntüləri ilə gündəmə gəlib. İlqarənin bu paylaşımı izləyiciləri tərəfindən çox bəyənilib. Sözügedən fotoları təqdim edirik: | publikaz_normalized |
1 nəfər yaralandı, sakinlər təxliyə edildi - VİDEO/YENİLƏNDİ":"Abşeron rayonu, Saray qəsəbəsində çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi tərəfindən qısa müddətdə söndürülüb. " "Yanğın nəticəsində mənzilin bir otağı 20 kv.m sahədə yanıb, yanğınsöndürənlər tərəfindən müxtəlif dərəcəli ... | publikaz_normalized |
Xəbər verdiyimiz kimi, Ağstafa-Bakı ekspress qatarında sərnişinlərdən birinin qəfil halı pisləşib. Bildirilir ki, digər sərnişinlərin haqlı iradından sonra halı pisləşən qadın təcili-tibbi yardım briqadasının müşayəti ilə ərazidəki xəstəxanaya aparılıb. Son məlumata görə, bu dəqiqələrdə qatar son mənzilə - Bakı Dəmiryo... | publikaz_normalized |
"Futbol üzrə Turkiyə Super Liqasında “Fənərbaxça” doğma meydanda “Kasımpaşa”nı qəbul edib. Bu qələbə nəticəsində İstanbul klubu 70 xalla turnir cədvəlində liderə çevrilib. “Fənərbaxça” - “Kasımpaşa” – 2:1 | publikaz_normalized |
Bu gün Təbriz şəhərində milli fəallar “Qarabağ” futbol komandasının “Braqa” komandası üzərində qalibiyyətindən sonra dəstək vərəqələri paylayıblar. Qeyd olunur ki, milli fəallar “Birləşək” başlıqlı vərəqələrdə “Təbriz səni alqışlayır Qarabağ!” şüarlarını yazıblar. | publikaz_normalized |
“Mortal Kombat 1” döyüş video oyununun yaradıcıları onun mart ayında pulsuz oynanılacağını açıqlayıblar. Döyüş oyunları seriyasındakı ən son oyun martın 7-dən 10-dək "PlayStation 5" və "Xbox Series X/S" oyun konsolları, həmçinin PC üçün "Steam" istifadəçiləri üçün pulsuz olacaq. Sınaq versiyasına bir çox məşhur persona... | publikaz_normalized |
G7 sammitinə getməyəcək":"Fransa prezidenti Emmanuel Makron G7 sammitində iştirak etməyəcək. Mənbənin sözlərinə görə, Fransa lideri fermerlərin etirazları ilə bağlı daxili işlərlə məşğul olduğu üçün sammitdə iştirakdan imtina edib. Nəşr qeyd edir ki, İtaliyanın baş naziri Giorgia Meloni videokonfransın keçiriləcəyi Kiy... | publikaz_normalized |
fövqəlgüc indi nəyə qadirdir?":"Artan hərbi təhdidlər fonunda Vaşinqton yalnız bir düşmənlə potensial müharibəyə hazırdır". Təhlilçi bildirib ki, 2018-ci ildə Pentaqon eyni vaxtda iki əsas düşmənlə mübarizə aparmaq planları əvəzinə, "bir müharibə" və dünyanın digər bölgələrində təcavüzün qarşısını almaq konsepsiyasına ... | publikaz_normalized |
Fevralın 25-də gecə və səhər bəzi dağlıq ərazilərdə yollar buz bağlayacaq. Məlumata görə, ölkə ərazisində yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarında görünüş məsafəsinin 300-800 metrədək məhdudlaşacağı ehtimalı var. | publikaz_normalized |
Samux rayon Kolayır kəndində intihar hadisəsi olub. Onun hansı səbəbdən intihar etdiyi hələ məlum deyil. Qeyd edək ki, mərhum ailənin 3 övladından biri olub. Faktla bağlı araşdırma aparılır. | publikaz_normalized |
şəxsi həyatınızda ciddi dəyişikliklər ola bilər":"Qoç - intellektual fəaliyyət üçün əlverişli gündür. Çətin məsələlərin öhdəsindən sürətlə gələ bilərsiniz. Gərəkli informasiyanı vaxtında əldə etməyə çalışın. Həmin məlumatdan yararlanmağa can atın. Danışıqlara başlamaq, yeni müttəfiqlər aramaq olar. Günün ikinci yarısın... | publikaz_normalized |
Avroviziya təmsilçimiz Səmra Rəhimli nitqdəki qüsurlarla bağlı paylaşım edib. O, ana dilində düzgün danışa bilməyənlərə irad bildirib: ““K” hərfini “ç” kimi tələffüz edən “Ş” hərfini “Şi” kimi, yəni çox yumşaq tələffüz edən insanlar Azərbaycan dilini harada öyrəniblər? Mən məktəbdə oxuyanda heç bir müəllim belə ləhçə i... | publikaz_normalized |
Rafael Nadal və Karlos Alkarasın pərəstişkarları Las-Veqasda keçiriləcək yoldaşlıq matçı çərçivəsində ispan tennisçilərinin ustad dərslərinə 150 min dollara bilet alıblar. Eyni zamanda tennisçilərin qrup üzrə master-klassı üç dəfə az – 50 min dollara başa gələcək. Tennis həvəskarlarına Con İsner, Teylor Frits, Frensi... | publikaz_normalized |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.