text stringlengths 20 1.45M | source stringclasses 10
values |
|---|---|
Azərbaycan Prezidenti İlham Əliyev fevralın 26-da Xocalı şəhərində Xocalı soyqırımı memorialının təməlini qoyub, rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Allah Sizi qorusun, cənab Prezident. Həyatımızın ən xoşbəxt günüdür. Var olun, cənab Prezident, Allah Sizi qorusun. Görüşdə çıxış edən Prezident İlham Əliyev ... | publikaz_normalized |
Qərbin hökmranlığı bitdi, bu strategiyanı hazırlamaq lazımdır":"Avropa diplomatiyasının rəhbəri Jozep Borell etiraf edib ki, Qərbin qlobal hökmranlığı dövrü nəhayət başa çatıb. Onun sözlərinə görə, Qlobal Cənub ölkələrinin öz dinamikası var, Ukrayna və Qəzza zolağında münaqişələr onların siyasi məkanını genişləndirib. ... | publikaz_normalized |
Xankəndidə fəaliyyət göstərəcək Qarabağ Universitetinə yüksək balla qəbul olacaq tələbələrə həvəsləndirici təqaüd veriləcək. Nazir bildirib ki, hazırda universitetin fəaliyyətə başlaması üçün lazım olan hazırlıq işləri davam edir: “Universitetdə təhsil alacaq bütün tələbələrin orada qalması üçün hamısının yataqxanada q... | publikaz_normalized |
anasının 400 mini getdi":"Rusiyada səkkiz yaşlı uşaq anasının telefonundan 400 min rublu tanımadığı şəxslərin hesabına köçürüb. Uşaq kompüter oyunları oynamağı çox sevdiyi üçün o, kanalların birində oyunun pulsuz tanıtım kodları olan reklamı görüb və linki izləməyə başlayıb. “Pulsuz tanıtım kodu almaq üçün yerinə yetir... | publikaz_normalized |
“Ermənistan böyük dövlətlərin açıq toqquşma səhnəsinə çevrilib”. Hovhannisyan qeyd edib ki, Nikol Paşinyan regional korridanı 2+1 formatına dəyişir: “Azərbaycan, Türkiyə və Rusiyadan sonra İran da gəlir. Əgər bundan öncə Ermənistanda güc mərkəzləri arasında mübarizə az-çox suveren ölkəyə hörmət və oyun qaydaları ilə ge... | publikaz_normalized |
Türkiyənin xarici işlər naziri Hakan Fidan Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı başsağlığı verib. 32 il əvvəl Xocalıda dünyanın gözləri qarşısında qətlə yetirilən qardaşlarımızın xatirəsini yad edir, can Azərbaycana başsağlığı verirəm. Türkiyə hər zaman Azərbaycanın yanındadır", - deyə nazir vurğulayıb. " "32 y... | publikaz_normalized |
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya lideri Vladimir Putin arasında telefon danışığı olub. Söhbət zamanı dövlət başçıları ikitərəfli münasibətləri müzakirə ediblər. Putin Türkiyə-Rusiya münasibətlərinin dostluq əsasında irəliləməsinə verdiyi töhfələrə görə Ərdoğana təşəkkür edib. Xatırladaq ki, Kremlin sözç... | publikaz_normalized |
Öldürə bilər":"İlkin tibbi yardımın düzgün göstərilməsi hadisə zamanı xəstənin həyatını xilas edə bilər. Amma düzgün edilməyən yardım da ölümə səbəb olur. Mütəxəssislər ilk yardım zamanı nələrin edilməməsi lazım olduğunu izah ediblər. Dilarə Füsun İçağasıoğlu epilepsiya tutması keçirən adama su verilməməsi lazım olduğu... | publikaz_normalized |
Ukrayna prezidenti Volodimir Zelenski Ermənistana gəlmək qərarına gəlsə, o zaman biz bunu qəbul etməli olacağıq. Bizə Rusiyanın necə reaksiya verəcəyi maraqlı deyil, bu, onun öz işidir. “Biz öz dövlətimizin mənafeyində maraqlıyıq. Ölkəmizin maraqlarını bizə diktə etdiyi kimi rəhbər tutmalıyıq, - hakim partiyanın üzvü q... | publikaz_normalized |
Yerin 320 kilometr dərinliyində yaşayan "Köstəbək insanlar" aşkarlandı - FOTO":"ABŞ-da gecə klubları və qumarxanalarla məşhur olan Las Veqasda yeraltı labirintlərdə gizli yaşayan 2000 insan aşkarlanıb. Buna rəğmən onlar orada yaşamağa davam ediblər. Onlar özlərinə "Köstəbək insanlar" deyirlər. Araşdırmalar zamanı yer a... | publikaz_normalized |
Onun əsas çıxışı budur ki, Ermənistan hara qaçmalıdır? O ölkə təhkim statusunda yaşayır, biz təhkim statusunda yaşamaq istəmirik. Biz müstəqil ölkə olmaq istəyirik. Ki, kiminlə istəsək görüşək, hərbi-texniki müqavilələr bağlayaq. “Bəli, biz Rusiyadan asılı idik. Biz Rusiyanın qulu idik, çünki Rusiya bizə hər şeyi diktə... | publikaz_normalized |
Tarixin ədaləti”":"Bu gün soyuq qış gününün sakit sükutunda, Azərbaycan bəşəriyyətin bünövrəsini sarsıdan bir faciəni xatırlayır. 1992-ci il fevralın 26-da Ermənistan ordusunun qəsdən və qəflətən hücumu, ağlasığmaz vəhşiliyi, etnik təmizləmə siyasəti nəticəsində Xocalı şəhərinin dinc əhalisindən 613 nəfər öldürülmüş, 4... | publikaz_normalized |
1981-1996-cı illər arasında doğulan insanların psixi sağlamlığının digər nəsillərə nisbətən daha pis olduğu müəyyən edilib. Richard Morris Y nəslinin digər nəsillərlə müqayisədə yaşlandıqca zehni inkişaf göstərmədiyinə və psixi sağlamlığın pisləşməsində sosial medianın böyük rol oynadığına diqqət çəkib. Klinik psixoloq... | publikaz_normalized |
Bəşər tarixinin ən qanlı faciələrindən olan Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev və Xidmətin əməkdaşları Bakı şəhərinin Xətai rayonunda soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər. Bu barədə Publik.az-a DTX-dən məl... | publikaz_normalized |
Bakıda yolayrıcının keçilməsi qaydasını pozan sürücü qəza şəraiti yaradıb. Belə ki, "Audi" markalı avtomobilin sürücüsü yolayrıcından sola dönən zaman qarşıdan gələn avtomobilə yol verməyib. Görüntünü qeydə alan sürücü peşəkarlıq göstərərək qəzadan son anda yayına bilib. Qəza şəraiti yaradan avtomobilin sürücüsü isə he... | publikaz_normalized |
Akdeniz Universiteti Orqan Nəqli İnstitutunun direktoru Prof. Ömər Özkan hesab edir ki, baş transplantasiyası əməliyyatlarının həyata keçiriləcəyi günlər uzaqda deyil. Uşaqlıq və qol transplantasiyası əməliyyatları ilə dünya tibb ədəbiyyatına adını yazdıran Ömər Özkan ölümsüzlüyün mümkün olub-olmamasından danışıb: Çox ... | publikaz_normalized |
Müasir valideynlərin tez-tez “bizim dövrümüzdə şagirdlər belə deyildi, biz belə hərəkətlər etməzdik, biz bu cür danışmazdıq” kimi fikirlərlə övladlarını tənqid etdiklərinin şahidi oluruq. Çox qəribədir ki, hər dövrün orta yaşlı ata və anası düşünür ki, onlar öz dövrlərində fərqli olublar. "Son günlər Azərbaycan məktəbl... | publikaz_normalized |
Ermənistanın Sünik rayonunda 2023-cü ildə 115 hərbi cinayət qeydə alınıb. Onun sözlərinə görə, 769 fakt qeydə alınıb, onlardan 195-i cinayət (onlardan 115-i hərbi, 80-i digər), 574-ü isə ağır cinayətlər və hadisələrdir. Cinayətlərin 40-ı zabitlər, 16-sı müqaviləli əsgərlər, 83-ü çağırışçılar tərəfindən törədilib. Bütöv... | publikaz_normalized |
Bakı Dəmiryolu Vağzalında elektrik qatarında yanğın olub. Qatarın alovlanmasına səbəb kimi texniki nasazlıq göstərilir. | publikaz_normalized |
O, İran polisinin əlindədir - VİDEO":"Ötən ilin dekabr ayının 26-da İmişli rayonunun Qaragüvəndikli kəndində itkin düşən 11 yaşlı Rasim Xankişiyevin İranda olduğu iddia olunur. O şəkili ailəyə göndərmişəm. İddia olunur ki, Rasimi İranda sərhəddə görüblər. Bildirirlər ki, Xudafərinə çəkilişə gedən zaman bir əsgər söyləy... | publikaz_normalized |
Rusiyalı sənətçilər hər ay aldıqları təqaüdün məbləğini açıqlayıblar. Onların bəziləri “minimum əmək haqqı” civarındadır, digərləri isə kifayət qədər böyük məbləğlərdir. Müğənni Yuri Loza fevral ayında 70 yaşını qeyd edib. O, 16 min rubl (293 manat) pensiya almağından şikayət edib. Sənətçinin sözlərinə görə təqaüdünün ... | publikaz_normalized |
Təcili əməliyyata alındı":"Müğənni Doğuş narahatlığı səbəbiylə xəstəxanaya müraciət edib. Məlumata görə, xəstəxanaya müraciət edən Doğuşun böyrəyində 12 sm-lik kist əmələ gəlib. | publikaz_normalized |
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) institutlarında vəzifə dəyişiklikləri aparılıb. Bununla bağlı müvafiq qərarlar qəbul olunub. Qərara əsasən, tarix üzrə fəlsəfə doktoru Fərhad Quliyev Arxeologiya və Antropologiya İnstitutunun direktoru vəzifəsinə təsdiqlənib. O, 2023-cü ildən direktor vəzifəsini müvəqqəti o... | publikaz_normalized |
İranda Ekspertlər Məclisinə (Üləmalar Məclisi-Məclise xuberagane rəhbəri) seçkilər gözlənilir. Üləmalar Məclisindəki 88 ruhani səkkiz ildən bir ictimaiyyət tərəfindən seçilir. Üləmalar Məclisinə seçki martın 1-də parlament seçkiləri ilə paralel keçiriləcək. Sözügedən qurumun əsas səlahiyyətlərindən biri də mövcud ali d... | publikaz_normalized |
“İRƏLİ” İctimai Birliyi Xocalı Soyqırımının 32-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər həyata keçirib. Tədbirlər planına uyğun olaraq “Xocalıya Ədalət” Kampaniyası çərçivəsində Beynəlxalq Muğam Mərkəzində “Xocalıya Ədalət” adlı tədbir keçirilib. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Gənclər F... | publikaz_normalized |
“Xural” internet telekanalının həbsdə olan rəhbəri Əvəz Zeynallı və Elnur Şükürovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Hökmə əsasən, Əvəz Zeynallı 9 il, Elnur Şükürov isə 4 il azadlıqdan məhrum edilib. Xatırladaq ki, prokuror Əvəz Zeynallının 10 il, Elnur Şükürovun isə 5 il azadlıqdan məhrum edilməsini istəyi... | publikaz_normalized |
Milli Məclisdə “Ölkənin su təsərrüfatı: nəticələr, problemlər və çağırışlar” mövzusunda ictimai dinləmə keçiriləcək. İclasda deputatlarla yanaşı, müvafiq qurumların nümayəndələrinin iştirak etməsi gözlənilir. | publikaz_normalized |
Pakistanın Azərbaycandakı səfiri Bilal Hayi Azərbaycan Dillər Universitetində Pakistan Mədəniyyət Mərkəzinin təşkil etdiyi, müəllifi İradə Əlili olan Xocalı haqqında kitabın təqdimat mərasimində iştirak edib. Səfir daha sonra vurğulayıb ki, istər Xocalıda, istər işğal olunmuş Kəşmirdə, istərsə də Fələstində günahsız mü... | publikaz_normalized |
ölkədən getdi":"Rusiyada Yeni il lotereyasının tirajında bir milyard rubl udmuş Tümen sakini Yuri Semyonov ölkəni tərk edib. O, milyard qazananda biz onun üçün sevindik. Sonra Yuri işdən çıxdı, öz istəyi ilə getdi”, - mənbə “72.ru”ya bildirib. Öz növbəsində, "Tema Tyumen" Telegram kanalı da Semyonovlar ailəsinin do... | publikaz_normalized |
Real" "Bayern"in müdafiəçisi Alfonso Deyvislə razılığa gəlib. Anlaşma üzrə iki variant var. Qalaktikos" ya bu yay Deyvisi bazar dəyərindən aşağı qiymətə transfer edəcək. Ya da Alfonsonun "Bayern"lə müqaviləsi başa çatdıqdan sonra - 2025-ci ilin yayında "Los-Blankos"un sıralarına pulsuz qoşulacaq. Bayern" və "Real" hələ... | publikaz_normalized |
Xəzər dənizində 3.3 maqnitudalı zəlzələ olub. Bildirilib ki, yerli vaxtla saat 15:10-da qeydə olunan zəlzələnin dərinliyi 52 km olub. | publikaz_normalized |
Əsas tendensiyalar arasında nadir hallarda yer alan, eyni zamanda heç vaxt moda arenasını tamamilə tərk etməyən geyim və aksessuar kateqoriyası var. Zəncirli çantalar buna parlaq bir nümunədir. Biz çantalarda zəncir ixtirasını Qabriel Şanelə borcluyuq. Keçən əsrin ortalarında yaşayan dizayner o dövrdə məşhur olan qısa ... | publikaz_normalized |
bu işlər Araz çayının məcrasını dəyişib":"Qeyri-qanuni qum hasilatı Araz çayının məcrasında dəyişikliklərə səbəb olub. Bildirilir ki, ümumilikdə bu il yanvarın 20-nə olan məlumata görə, qanunsuz karxanalardan 1 milyon 670 min kubmetrə yaxın qum və çınqıl hasil edilib. Dövlətə 613,4 milyon dram və ya 1 milyon 510 min AB... | publikaz_normalized |
Yalı çapkını" serialının baş qəhrəmanı Afra Saraçoğlunun yeni köçdüyü evinə oğru girib. Məlum olub ki, evə oğru girdiyi zaman aktrisa çəkilişlərdə olub. Bildirilib ki, oğurlanan əşyalar arasında Afra Saraçoğlunun bir çox qızıl zinət əşyası da olub. | publikaz_normalized |
Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumat yayıb. Həmçinin, 945.7 hektar ərazi minalardan təmizlənib. Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Döv... | publikaz_normalized |
Xocalını bizə Çingiz göstərdi" - VİDEO":"Xocalı adı gələndə unudulmaması laızm olan bir ad var: Milli qəhrəman Çingiz Mustafayev. Xocalını bizə Çingiz göstərdi, oradakı körpələri tarixə çevirdi. Azərbaycan xalqının igid oğlu Çingiz, hər birimiz üçün tarix oldun. O, efirdə kövrəldiyi anları instaqramda paylaşaraq bunlar... | publikaz_normalized |
Türkiyə Futbol Federasiyasının İntizam Komitəsi "Qalatasaray"ın hücumçusu Mauro İkardini bir oyunluq cəzalandırıb. O, həmçinin, 19.500 TL (təqribən 1065 manat) cərimə də olunub. İkardi Superliqanın 27-ci turunda "Antalyaspor"la bu gün keçiriləcək qarşılaşmanı buraxacaq. | publikaz_normalized |
Astroloqlara görə, bəzi bürclər şəxsi münasibətlərdə digərlərinə görə daha romantik olurlar. Oğlaqlar yaradıcıdır, onlar ən bəsit prosesi belə yaradıcı və fərqli şəkildə təqdim etməyi xoşlayırlar. Bu da onları sevgi münasibətlərində arzulanan şəxs edir. Dolça bürcləri hədiyyə verməyi, sürpriz etməyi sevirlər. Eşq həyat... | publikaz_normalized |
Fevralın 25-də Paparoa şəhərində "Arcadia Road Rallysprint" yarışı zamanı faciə baş verib. Bruklin Horanın idarə etdiyi maşın çınqıllı yoldan çıxıb və çaya düşüb. Təcili tibbi yardım gələnə qədər ekipaj vəfat edib. Bu barədə Yeni Zelandiya Avtoidman Federasiyası məlumat yayıb. Federasiya həlak olanların yaxınlarına baş... | publikaz_normalized |
Azərbaycan və Ermənistan XİN rəhbərləri Berlində görüşəcəklər. Onun sözlərinə görə, görüş fevralın 28-29-da baş tutacaq. | publikaz_normalized |
Fevralın 26-da Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə qoşunlarının komandanlığında Xocalı soyqırımının 32-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. Tədbirdə çıxış edənlər Xocalı soyqırımının XX əsrin ən böyük faciələrindən biri olduğunu qeyd ediblər. Törədilmiş soyqırımı aktının erməni millətçilərinin azə... | publikaz_normalized |
Bütün Azərbaycan ərazisində bu gün saat 17:00-da Xocalı faciəsinin qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. | publikaz_normalized |
İsrail "Avroviziya"da Eden Qolanın ifa etdiyi "Oktyabr Yağışı" mahnısı ilə iştirak etmək istəyir. Müsabiqədə siyasi mesajlar ehtiva edən mahnılarla iştirak etmək istəyən ölkələrə qadağa qoyulduğu məlumdur. Lakin Avropa Yayım Birliyinin (EBU) İsrailin müsabiqəyə qatılmağı planlaşdırdığı mahnını araşdıracağı və qərar ver... | publikaz_normalized |
Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə iştirakçılar əvvəlcə Ümummilli Lider Heydər Əliyevin büstü önünə tər güllər düzərək xatirəsini ehtriamla yad ediblər. "Sonra “Xocalıya qayıdış” mövzusunda Abşeron məktəbliləri tərəfindən hazırlanan rəsm sərgisinə baxış keçirilib. "Abşeron rayonunda məskun... | publikaz_normalized |
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 26-da saat 17.00-da Xocalı soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad edib. | publikaz_normalized |
Xocalı qurbanlarının xatirəsini əbədiləşdirmək üçün memorial kompleksin layihəsi çoxdan hazır idi, yer də seçilmişdi. Ancaq memorial kompleksin tikintisi ilə bağlı hər il mən müəyyən tərəddüdlər keçirərək o hadisəni, o layihəni təxirə salırdım. Dövlətimizin başçısı bildirib: “Ona görə ki, sizin kimi, mən də inanırdım v... | publikaz_normalized |
Ermənistan bilməlidir ki, yeganə yol Azərbaycanın bütün şərtlərini qəbul etmək və Azərbaycana qarşı ərazi iddialarından əl çəkməkdir. “Ermənistan və onun havadarları hesab edirdilər ki, onları heç kim cəzalandırmayacaq. Onlar səhv etmişdilər, bu gün də səhv edirlər. Yeni yiyə axtarışında olan, onun-bunun qucağına sığın... | publikaz_normalized |
Xocalı soyqırımını inkar etmək ədalətsizlik və vicdansızlıqdır. Azərbaycan dövləti, dövlət qurumları, eyni zamanda, xaricdə yaşayan azərbaycanlılar, bizim ictimai təşkilatlarımız və onların arasında Heydər Əliyev Fondu Xocalı soyqırımını dünyaya tanıtdırmaq üçün çox böyük səylər göstərmişdir. Heydər Əliyev Fondunun xət... | publikaz_normalized |
Artıq beş yaşayış məntəqəsinə keçmiş köçkünlər qayıtmışlar. Bu il o yaşayış məntəqələrinin sayı 20-yə çatacaq. Bu il həm Xocalıda, həm də Xankəndidə həyatın bərpa olunacağını qeyd edən dövlət başçısı deyib: “Malıbəyli, Kərkicahan, Şuşanın Turşsu kəndləri də bərpa ediləcək. Ağdam şəhəri bərpa olunur və gələn il Ağdama d... | publikaz_normalized |
Hər birimizin ürəyində qisas hissi var, hər birimiz o qanlı tarixə qayıdanda, o dəhşətli video və fotosənədlərə baxanda bizi qəzəb boğur, 30 il yox, 300 il keçsə də bu qəzəb bizi buraxmayacaq. Bu, təbiidir, biz insanıq, ancaq eyni zamanda, biz, böyük xalqın nümayəndələriyik", - deyən dövlət başçısı qeyd edib: O xalqın ... | publikaz_normalized |
Xocalı Soyqırımı Memorialı Heydər Əliyev Fondu tərəfindən Xocalı-Əsgəran avtomobil yolunun üzərində yaradılacaq. Qeyd olunub ki, bu memorialın yaradılması bəşəriyyətə qarşı yönəlmiş dəhşətli qətliam haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının milli yaddaşının qorunması və soyqırımı qurb... | publikaz_normalized |
Bu gün biz buradayıq (Xocalı – red.), burada olmağımız tarixi ədalətin tam bərpası deməkdir. Bu gün Xocalı qurbanlarının ruhu şaddır. Dövlət başçısı, həmçinin diqqətə çatdırıb: “Azərbaycan Ordusu həm peşəkardır, həm vətənpərvərdir, həm bacarıqlıdır, həm də eyni zamanda, əməliyyatları elə aparır ki, qısa müddət ərzində ... | publikaz_normalized |
Hələ inanmaq çətindir, amma soyuq havalarla vidalaşacağımıza, nəhayət baharın gəlişinə çox az qalıb. Bu o deməkdir ki, uzunboğaz, içi xəzli çəkmələr daha yüngül və zərif ayaqqabılarla əvəz edilə bilər. Yaz obrazını hündürdaban ayaqqabılarsız təsəvvür etmək mümkün deyil. Ona görə ki, isti havaların gəlişi ilə zərif cins... | publikaz_normalized |
Xəzər dənizinin suyunun azalması bütün sahilyanı ərazilərimizdə hiss olunur. Paytaxt Bakı ilə yanaşı, cənub rayonlarında, o cümlədən Astarada dəniz təqribən 20-25 metr məsafədə geri çəkilib. Bu səbəbdən rayonun park-bulvar kompleksinin ərazisində bulvarla dəniz arasında böyük quru sahə yaranıb. Belə mənzərə digər sahil... | publikaz_normalized |
Dünyanın ən zəngin ailələrindən birinin nümayəndəsi Ceykob Rotşild dünyasını dəyişib. O, Rotşildlər sülaləsinin London qanadının rəhbəri olub. Ceykob 1991-ci ildən bəri dünyadakı böyük münaqişələrin təhrikçilərindən biri hesab olunur. Onun Afrika, Gürcüstan," "Qırğızıstan və Ukraynada rəngli inqilablara sponsorluq etdi... | publikaz_normalized |
Azərbaycanda daha bir erkən nikahın qarşısı alınıb. Bu dəfə Abşeron rayonunda ana 15 yaşlı qızını 32 yaşlı əmisi oğluna nişanlayıb. Onun sözlərinə görə, 15 yaşlı qızın 32 yaşlı şəxslə nişanlanaraq tez bir zamanda evləndirilməsi məsələsindən xəbər tutan kimi qeyri-qanuni izdivaca müdaxilə edib: “Bərdə rayonundan bu məlu... | publikaz_normalized |
Putin Türkiyəyə səfərini çox gecikdirməyəcək":"Rusiya Prezidenti Vladimir Putin Türkiyəyə səfərini çox gecikdirməyəcək. O, mənə səfəri gecikdirməyəcəyini bildirdi. Türkiyənin beynəlxalq platformadakı mühüm rolunu israrla qeyd etdi və iki ölkə arasında əlaqələrin qətiyyətlə davam etdirilməsindən məmnun olduğunu bildirdi... | publikaz_normalized |
Saatlı rayonunun bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq. Bildirilib ki, "Saatlı” ölçü qovşağından qidalanan qaz kəmərinə və onun üzərində quraşdırılmış avadanlıqlara “Təmiz Qaz” QSC tərəfindən texniki baxış keçirilərkən qaz kəməri üzərində quraşdırılmış “Şəhər kollektoru”nun əlaqələndirici hissələri... | publikaz_normalized |
Əsnəmək epilepsiya, dağınıq skleroz, insult və ya travmatik beyin zədəsi (TBI) daxil olmaqla, ciddi və potensial ölümcül xəstəliklərin əlaməti ola bilər. O, yuxululuğun təzahürü kimi əsnəməyin müxtəlif mənşəli anemiyanı göstərə biləcəyini vurğulayıb. Yuxu pozğunluğunun əlaməti olaraq gündüz yuxululuğu müxtəlif mənşəli ... | publikaz_normalized |
İngiltərə Premyer Liqası maliyyə “fair play” qaydalarını pozduğuna görə silinən 10 xaldan 4-nü “Everton”a qaytarıb. Mersisayd klubuna liqanın qərarından dərhal sonra verilən apellyasiya şikayəti kömək edib. Maraqlıdır ki, müstəqil komissiya “şirniyyatçılar”ın ikinci müraciətini hələ də araşdırmayıb. “Everton” hazırda 2... | publikaz_normalized |
Hesablama Palatası Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində audit aparır. Belə ki, ötən il nazirliyin və tabeliyində olan qurumların dövlət vəsaiti və dövlət əmlakından istifadəsinin auditi həyata keçirilir. | publikaz_normalized |
Qırğızıstanda qar uçqunu nəticəsində Çexiyadan olan 4 turist həlak olub. İssık-Kul vilayətinin Jırqalan dərəsində Çexiyadan gələn dörd turist qar uçqununun altında qalıb", - Usubakunov deyib. İlkin məlumata görə, turistlər Jırqalana xizəkdə sürüşmək üçün gəliblər. Həlak olanların şəxsiyyəti müəyyən olunub. | publikaz_normalized |
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan martın 1-də Türkiyəyə işgüzar səfərə gedəcək. Erməni nazir Antalyada növbəti diplomatik forumda iştirak edəcək. Ermənistan Xarici İşlər Nazirliyinin rəhbəri artıq 2022 və 2023-cü illərdə bu forumda iştirak edib. | publikaz_normalized |
Son zamanlar uşaqlar arasında müşahidə olunan xəstəliklərdən biri koksaki virusudur. Bu virusun əlamətləri qızılca və suçiçəyi ilə oxşar olduğundan müalicəsi səhv aparılır və ağır fəsadlara gətirib çıxarır. "Bu virus hava-damcı yolu və çirkli məhsullar vasitəsilə yayılır. Həmin infeksiyaya yoluxan uşaqlar karantində qa... | publikaz_normalized |
Fevralın 22-də Macarıstan Milli Assambleyasının Avropa Şurası Parlament Assambleyasında (AŞPA) nümayəndə heyətinin rəhbəri Jolt Nemet AŞPA-nın sədri Teodoros Rusopulosa qurumun qış sessiyası zamanı Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin ratifikasiya olunmamasına dair qəbul etdiyi 2527 (2004) saylı qətnamə ilə... | publikaz_normalized |
Bir zamanlar tamaşaçılarını qarşılayan məkan indi narkomanların yuvasına çevrilib. Söhbət Xırdalanda yerləşən "Dostluq" kinoteatrından gedir. Mövcud vəziyyət ərazidə yaşayan sakinləri narahat edir. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ARB-yə bildirilib ki, ərazidə nəzarət işləri gücləndirilib. Köhnə tikintidə ... | publikaz_normalized |
Xalq artisti, aktrisa Məleykə Əsədova veridiyi maraqlı açıqlama ilə diqqət çəkib. Gördüyü çətinliklərdən danışan Əsədova bir çox məqamlara toxunub. | publikaz_normalized |
Həbibi yüz faiz məğlub edərdim":"UFC yüngül çəkidə liqasının yeni çempionu, gürcü əsilli ispaniyalı qarışıq döyüş sənətçisi İlia Topuria maraqlı açıqlama verib. “Mən Həbib Nurməhəmmədovla oktaqona çıxmaqdan məmnun olardım. Onun məğlubiyyətsiz karyerası var. Bu həm mənim üçün, həm də idman tarixi üçün cəlbedicidir. Məni... | publikaz_normalized |
Əgər hər gün bu vərdişlərə, sadə hərəkətlərə əməl etsəz, 14 cür şiş növündən profilaktika olmuş olarsız. İlk növbədə tütün, içlki, şirin qazlı içkilər, fastfuddan imtina, çəkiyə nəzarət, fiziki aktivlik, idman, gündə minimum 30 qram lif qəbul etməkdir. Eləcə də müasir qidalarda çox olan qida əlavələrindən imtina. Qadın... | publikaz_normalized |
Azərbaycan Prezidenti İlham Əliyev fevralın 26-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib. Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı yubileyi münasibətilə təbrik edib, Türkiyənin rifahı naminə fəaliyyətində yeni uğurlar və möhkəm cansağlığı arzulayıb. Türkiyə dövlətinin başçısı göstərilən diqqətə və təbri... | publikaz_normalized |
Polis hərəkətə keçdi":Fevralın 26-də saat 19 radələrində Tərtər rayonu Buruc kəndi ərazisində 1981-ci il təvəllüdlü Şəmilov Elburus Cəbrayıl oğlunun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub. | publikaz_normalized |
Pedofil qalmaqalının qurbanı oldu":"Macarıstan parlamenti ölkə prezidenti Katalin Novakın istefasını yekdilliklə qəbul edib. Fevralın əvvəlində məlum olub ki, ölkə prezidenti Katalin Novak Papanın Budapeştə səfərindən əvvəl (2023-cü ilin aprelində) pedofil direktorun törətdiyi cinayətləri gizlədən uşaq evinin keçmiş di... | publikaz_normalized |
Yanacaqlar":"Kremlin mətbuat katibi Dmitri Peskov Amerikanın “Abrams” tankının şimal-qərb müdafiə zonasında ilk dəfə məhv edilməsi ilə bağlı məlumatı şərh edib. Yanan tankın videosunu əks etdirən kadrlar da mediada yayılıb. "“Əmin olun, “Abrams” tankları da digərləri kimi yanacaq”, - Peskov bildirib. "Mövcud məlumatlar... | publikaz_normalized |
Qanda hemoqlobin adlanan zülalın normadan aşağı düşməsi və ya qırmızı qan hüceyrələrinin sayının azalması “anemiya” adlanan vəziyyətlə nəticələnir. Anemiya bir çox xəstəliyə yol açır, halsızlıq, yorğunluq kimi arzuolunmaz nəticələrə səbəb olur. Canan Karatay anemiya ilə bağlı xəbərdarlıqlar edib. O, xüsusilə son zamanl... | publikaz_normalized |
Dortmund “Borussiya”sının hücumameyilli yarımmüdafiəçisi Marko Roys cari mövsüm başa çatdıqdan sonra komandanı tərk edəcək. Roys və “Borussiya” rəhbərliyi yeni müqavilə ilə bağlı danışıqlar aparmağı planlaşdırmır. Hazırkı sözləşmənin müddəti isə 2024-cü ilin iyun ayına qədərdir. Mənbə qeyd edir ki, 34 yaşlı Roys karyer... | publikaz_normalized |
Türkiyənin Mersin şəhərində nikah mərasimi zamanı yanğın baş verib. Hadisə şadlıq sarayında olanlar arasında böyük təşvişə səbəb olub. İlkin ehtimallara görə, yanğın soba borusundan başlayıb, nəticədə şadlıq sarayının tavanı yanıb. Ancaq xoşbəxtlikdən faciə yaşanmadan yanğın söndürülüb. Hadisə nəticəsində xəsarət alan ... | publikaz_normalized |
Biləsuvar rayonunun Yuxarı Ağalı kəndinin ərazisində silah-sursat tapılması barədə polisə məlumat daxil olub. Faktla bağlı araşdırma aparılır. Bundan əlavə, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi və ya könüllü təhvil verilməsi məqsədilə keçirdikləri ... | publikaz_normalized |
Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb. Alışmalar nəticəsində tac kütlə atılmaları (TKA) qeydə alınıb. Günəşin səthində ləkələrin sayı artaraq 6 ləkə qrupunda 114 ləkə və tac dəlikləri müşahidə olunur. Günəş küləyinin maksimal sürəti 459 kilometr/s... | publikaz_normalized |
Macarıstan parlamenti Konstitusiya Məhkəməsinə rəhbərlik etmiş Tamaş Şuyoku ölkənin yeni prezidenti seçib. Belə ki, 67 yaşlı Şuyokun namizədliyi hakim partiyalar olan FİDES - Macarıstan Vətəndaş Birliyi və onların partnyorları, parlamentdəki 199 yerdən 135-nə sahib olan Xristian Demokratlar koalisiyası tərəfindən irəli... | publikaz_normalized |
Hindistan fermerləri traktorlarla etiraz marşı keçirirlər və yürüşün son nöqtəsinin Nyu-Delhi olacağını bildiriblər. Hindistan hökuməti qarğıdalı, pambıq və paxlalı bitkilər üçün belə qiymətin tətbiq edilməsinə hazır olduqlarını təsdiq etsələr də, etirazçılar bunun daha çox məhsula şamil olunmasını tələb edirlər. Trakt... | publikaz_normalized |
“Şahdəniz 2” layihəsi çərçivəsində “Şahdəniz” yatağının şərq-şimal cinahından hasilata başlanılıb. Məlumata görə, ilin əvvəllərinə planlaşdırılmış bu hadisə tam təhlükəsiz şəkildə yerinə yetirilib. Bundan əvvəl şərq-şimal cinahında bütün əlaqədar tikinti işləri və istismar sınaqları uğurla başa çatdırılmış və sistem bü... | publikaz_normalized |
“İnter” ciddi itki ilə üzləşib. İtaliya təmsilçisinin yarımmüdafiəçisi Hakan Çalhanoğlu sıradan çıxıb. Türkiyəli futbolçu ayaq əzələsində problem aşkarlanıb. 30 yaşlı futbolçu bu səbəbdən A Seriyasının 26-cı turunun “Leççe” ilə matçının (4:0) buraxıb. Türkiyə yığmasının üzvünün durumu tibbi müayinədən sonra bəlli olaca... | publikaz_normalized |
C vitamininin immunitet sistemini dəstəkləməkdən ürək-damar xəstəliklərinin qarşısının alınmasına qədər bir sıra faydaları var. Əslində isə daha yüksək miqdarda C vitamin ehtiva edən qidalar var. Bibər" "Bibərin rəngindən asılı olaraq tərkibindəki C vitamininin miqdarı da dəyişir. Yaşıl bibərdə təxminən 95 mq C vitamin... | publikaz_normalized |
İstehsal, emal, saxlama və ya qablaşdırma kimi mərhələlərdə qidalara əlavə edilən qatqı maddələri E kodu ilə işarələnir. Qablaşdırılmış məhsul aldığımız zaman inqrediyentlər bölməsində qida əlavələri və onların kodları ilə qarşılaşırıq. Bunlar Avropa İttifaqı tərəfindən müəyyən olunan və qida əlavələrini müəyyən etmək,... | publikaz_normalized |
Macarıstan parlamenti İsveçin NATO-ya üzv olmaq təklifini nəzərdə tutan sənədi ratifikasiya ediblər. Beləliklə, Rusiyanın daha bir qonşusu düşmən blokun üzvü olur. Onun müraciətini Türkiyə və Macarıstandan başqa bütün digər alyans üzvləri qısa müddətdə təsdiqləyiblər. Türkiyə parlamenti İsveçin üzvlüyünə yanvar ayında ... | publikaz_normalized |
Dünyanın ən bahalı kriptovalyutası olan Bitkoinin dəyəri 53 min dolları keçib. Bitkoinin qiyməti sonuncu dəfə 3 dekabr 2021-ci ildə 53 min dollardan yuxarı qalxmışdı. Bitcoin blokçeyn texnologiyasına əsaslanan eyniadlı kriptovalyutanın mərkəzləşdirilməmiş sistemidir və sistemin iştirakçısı olan istənilən istifadəçi tər... | publikaz_normalized |
Türkiyənin “Kızılcık Şerbeti” serialında Abdullah Ünal obrazını canlandıran Settar Tanrıöğenin xəstəliyi səbəbindən filmdən ayrılacağı açıqlanıb. Açıqlamada Settar Tanrıöğenin müalicəsinin bir müddət xəstəxanada davam edəcəyi bildirilib. “Show TV” bu səbəbdən Settar Tanrıöğenlə yollarını ayırdığını açıqlayıb və aktyora... | publikaz_normalized |
Almaniya Baltik dənizi üzərində NATO hava məkanını qorumaq üçün Latviyaya beş “Eurofighter” qırıcısı yerləşdirir. Qeyd olunub ki, qırıcılar Noyburq-an-der-Donau şəhərindən havaya qalxıb və Riqanın cənub-şərqindəki Lielvarde hərbi aerodromuna çatmalıdır. Onlar martın əvvəlindən noyabrın sonuna kimi Estoniya, Latviya və ... | publikaz_normalized |
Futbolçu Lionel Messi, tennisçi Novak Cokoviç və “Formula 1” üzrə dünya çempionu Maks Verstappen “Laureus World Sports Academy” tərəfindən 2023-cü ilin ən yaxşı idmançısı mükafatına namizədlər arasındadır. Ancaq digər üçlükdən fərqli olaraq favorit hesab edilimirlər. Qadınlar arasında isə “Barselona”nın futbolçusu Aita... | publikaz_normalized |
Lif, vitaminlər, minerallar və yaxşı yağlar ehtiva edən qoz bu baxımdan son illərdə super qida elan edilib. Yaxşı yağ, zülal və lif mənbəyi olan qozun bir çox faydası var. Tərkibində təxminən 90 qida maddəsi olan qoz müntəzəm olaraq istehlak edildikdə immunitet sistemini gücləndirir, dəriyə parlaqlıq verir və qırışları... | publikaz_normalized |
Çexiya Prezidenti, keçmiş general Petr Pavel növbəti dəfə qeyri-adi hərəkəti ilə ölkəni heyrətləndirib. Pavelin iştirakı həyat yoldaşı və bilavasitə təşkilatçılardan başqa hamı üçün son ana qədər sirr olaraq qalıb. Qeyd edək ki, siyasətçi uzun müddətdir ki, motosikletlərə olan həvəsi ilə tanınır və dağ gəzintisi, kayak... | publikaz_normalized |
Keçmiş Amerika lideri Donald Tramp noyabrda keçiriləcək prezident seçkilərində qalib gələcəyi təqdirdə ABŞ sərhədini dərhal bağlayacağına söz verib. “Mən sizin prezidentiniz olanda biz dərhal sərhədi bağlayacağıq, (miqrantların – Red) işğalını dayandıracağıq və Amerika tarixində ən böyük qanunsuz cinayət deportasiya əm... | publikaz_normalized |
Fələstin Prezidenti Mahmud Abbas Məhəmməd Ştayyenin başçılıq etdiyi hökumətin istefasını qəbul edib. Ştayye və onun rəhbərlik etdiyi kabinet yeni hökumətin tərkibi təsdiqlənənə qədər öz vəzifələrini icra etməyə davam edəcək. | publikaz_normalized |
ABŞ Ticarət Nazirliyi Çin və Kanada şirkətlərini sanksiya siyahısına salıb, onlara ixrac məhdudiyyətləri tətbiq edilib. Nazirlik bildirir ki, Çinin “Chengdu Beizhan Electronics” şirkəti sanksiya siyahısında olan Çin Elektron Elmləri və Texnologiyaları Universiteti üçün Amerika istehsalı olan mallar alıb: “Bu, ABŞ-ın mi... | publikaz_normalized |
Arıqlamaq prosesi çox vaxt çətin bir təcrübəyə çevrilir. Bununla belə, bəzi qidalar və içkilər arıqlamağı sürətləndirə bilər. Araşdırmalar göstərir ki, səhər qəhvəsinə darçın əlavə etmək orqanizmdə maddələr mübadiləsini sürətləndirərək arıqlamağı sürətləndirir. Bu zaman yağlar daha sürətli yandırılır. Bundan əlavə, dar... | publikaz_normalized |
Fransa ordusu erməni əsgərlərinə təlim keçir. Rusiya İrəvanın əsas hərbi sponsorudur. Buna görə də ermənilərin piyada və dağ döyüş hazırlığı ən böyük ehtiyatla fevralın əvvəlindən başlayıb", - nəşr yazır. Qeyd olunub ki, təlim bir ay davam etməlidir, lakin sonradan uzadıla bilər. | publikaz_normalized |
Qəzza zolağının şimalına bütün mülki şəxslərin qaytarılması yalnız Fələstin anklavında saxlanılan bütün israilli girovlar azad edildikdən sonra mümkündür. “Girovların geri qaytarılmasına imkan verəcək şərtlərə nail olmaq üçün gecə-gündüz işləyirik. Bu danışıqların bir hissəsi kimi biz radikal Fələstin hərəkatı olan HƏM... | publikaz_normalized |
İtaliyanın “Napoli” klubunun futbolçusu Xviça Kvaratsxeliya PSJ-nin hücumçusu Kilian Mbappeni əvəzləyəcək əsas namizədlərdən birinə çevrilib. Mənbənin məlumatına görə, parislilərin qısa siyahısında neapollu hücumçu Viktor Osimhen və “Milan”ın hücumçusu Rafael Leau da var. Bu mövsüm Kvaratsxelia bütün turnirlərdə 33 oyu... | publikaz_normalized |
Mütəxəssislər “Alzheimer”ın “çağımızın epidemiyası” olduğunu dilə gətirərək hər fürsətdə beyin sağlamlığının əhəmiyyətini vurğulayırlar. Derya Uludüz beynin insanın həyat tərzindən təsirlənməsindən danışıb. “Bəzi zərərli vərdişlərinizi tərk edə bilmirsinizsə, zamanla yaddaş problemi yaşamağınız qaçınılmazdır", - deyə P... | publikaz_normalized |
Uğurlarınız ətrafınızdakı insanların paxıllığına səbəb olacaq":"Qoç - bu gün başlayacağınız istənilən işə ciddi yanaşın. Maliyyə sahəsində qayda yaradın. Pulla bağlı məsələləri əvvəlcədən düşünün. Peşəkar fəaliyyət sahəsindəki problemlərin həlli güman etdiyinizdən artıq vaxt ala bilər. Sonradan faydalı olacaq, həyatını... | publikaz_normalized |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.