text stringlengths 20 1.45M | source stringclasses 10
values |
|---|---|
Şanlı qələbə qazandığımız Vətən Müharibəsindən sonra 19 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu antiterror tədbirləri zamanı qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamları ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Vətən... | publikaz_normalized |
Xəbər verildiyi kimi, 5 gün əvvəl Ağdaş şəhərində 32 yaşlı Rəşad Kamran oğlu Abdullayev özünü asaraq intihar edib. Məlum olub ki, Rəşad Abdullayev əvvəllər iki dəfə ailəli olub. O, birinci həyat yoldaşından boşandıqdan sonra başqa qadınla rəsmi qaydada ailə qurub. Lakin Rəşadın ikinci evliliyi də uğursuz olub və bir ne... | publikaz_normalized |
Jurnalistlərin cəbhəboyu zonada akkreditasiyası və cəbhəboyu zonaya xidməti ezamiyyətlərinin Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə razılaşdırılması Qaydası"na dəyişiklik edilib. Dəyişikliklə Qaydanın 1.2-ci və 1.3-cü bəndləri aşağıdakı redaksiyada verilib: - “Media haqqında” qanunun 72.1-ci maddəsinə əsasən ... | publikaz_normalized |
Fevralın 22-də Şəmkir şəhərində yerləşən stomotoloji kabinetdə insident olub. Hadisə yerinə gələn polis əməkdaşları onu saxlayıblar. Məlum olub ki, stomotoloji kabinetdə xuliqanlıq edən şəxs Şəmkir şəhər sakini 1985-ci il təvəllüdlü Orxan Əhmədovdur. Onun barəsində inzibati protokol tərtib edilib. Hadisə ilə bağlı ifad... | publikaz_normalized |
Kanadada təqaüdçü bir qadın xüsusi məhsul və yeni pəhriz sayəsində 31 kiloqram arıqlayaraq sağlamlıq problemlərindən xilas olub. Britaniya Kolumbiyası əyalətindən olan 69 yaşlı Ardi Luş həmişə aktiv olub, lakin illər ərzində artrit və plantar fasiit (dabandan ayaq barmaqlarına qədər uzanan toxuma zolağının iltihabı - r... | publikaz_normalized |
Bakı küçələrində çılpaq şəxs dolaşır. Həmin görüntüləri təqdim edirik: | publikaz_normalized |
Moskva bunun cavabını verəcək - Türkiyədən reaksiya":"“Paşinyan, sülh masasına geri qayıt. Fransada və başqa ölkələrdə bu problemin həllini tapa bilməyəcəksən. Bu problemin həlli yenə bu bölgədədir”. Onun sözlərinə görə, bölgədə əlaqəsi olmayan bir ölkə ilə yaxın əlaqə qurmaq Ermənistana heç bir fayda vermir. “Türkiyə,... | publikaz_normalized |
Ötən həftə Azərbaycan futbol tarixinin ən böyük uğuruna imza ataraq UEFA Avropa Liqasının 1/8 final mərhələsinə vəsiqə qazanan "Qarabağ"da futbolçulara ödənilən mükafatlar bəlli olub. Əsas heyətdə meydana çıxan hər bir futbolçuya 50 min manat mükafat ödənilib. Oyuna sonradan daxil olanlar bu məbləğin 75 faizini alıb. E... | publikaz_normalized |
“Qarabağ Azərbaycan ərazisidir və heç bir halda Rusiyanın Ukraynaya qarşı təcavüz müharibəsi ilə müqayisə oluna bilməz”. Erməni jurnalistlər Bundestaq üzvündən soruşublar ki, Almaniya “Qarabağdan ermənilərin çıxarılması” iddiasını Beynəlxalq Cinayət Məhkəməsində qaldıra bilərmi? Onlar nümunə kimi Rusiyanın Ukraynaya qa... | publikaz_normalized |
Novruz bayramında 7 gün iş olmayacaq. Əmək Məcəlləsinə əsasən, həftələrarası istirahət günləri və iş günü hesab olunmayan bayram günləri üst-üstə düşərsə, həmin istirahət günü bilavasitə bayram günündən sonrakı iş gününə keçirilir. Bu il 23 və 24 mart şənbə və bazar günlərinə təsadüf etdiyi üçün 25 və 26 mart (bazar er... | publikaz_normalized |
Fövqəladə Hallar Nazirliyi (FHN) helikopterləri vasitəsilə vəhşi heyvanlar arasında quduzluq xəstəliyinə qarşı peyvəndləmə aparıb. Bildirilib ki, Peyvəndləmə Fövqəladə Hallar Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi və Qida Təhlükəsizliyi Agentliyinin birgə təşkilatçılığı ilə aparılıb. FHN Aviasiya dəstəsinin helikopterlə... | publikaz_normalized |
milyonlarla əcnəbi...":"Almaniyada milyonlarla əcnəbini zorla deportasiya etmək üçün ifrat sağçı planların ortaya çıxması insanlara milli sosializm dövrünü xatırladıb. Onlar bunun təkrarlanmasından narahat olaraq küçələrə axışıblar. Görüşdə sığınacaq axtaranların, ölkədə qalmaq hüququ olan əcnəbilərin və Avropa mədəniy... | publikaz_normalized |
Fevralın 27-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə işgüzar səfərdə olan Türkiyənin milli müdafiə nazirinin müavini Şuay Alpayın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdən əvvəl türkiyəli qonaqlar Fəxri xiyabanda xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və görkəmli oftal... | publikaz_normalized |
Bir də səninlə..." - FOTO":"Tanınmış idmançı Kamil Zeynallı paylaşımı ilə diqqıt çəkib. İdmançı son günlər başına gələnləri bunlarla şərh edib: Ay tövbə bir də səninlə şəkil çəkdirməyəcəyəm. Məncə başıma iş gələn günü Hacının "vxadnoyu"na düşüb, ya da wifi-ı tutmayıb, yaxşı qutardım, Allah haqqı həəə... Hacı, bu dəfə b... | publikaz_normalized |
Braqa" ilə oyundan əvvəl ona nə deyib?":"Son günlərin ən çox müzakirə edilən futbolçularından biri Nəriman Axundzadədir. Onun “Qarabağ”ın UEFA Avropa Liqasının pley-off mərhələsi çərçivəsində baş tutan “Braqa” ilə hər iki oyunda ön planda olması, xüsusi ilə Bakıdakı görüşdə Ağdam təmsilçisi adına tarixi qola imza atmas... | publikaz_normalized |
Haqqımda yazılanlar şayiədir, deyilənləri boş verin. O, belə bir hadisənin baş vermədiyini söyləyib. Qeyd edək ki, xəbəri ilk Unikal.az saytı yayıb. | publikaz_normalized |
Sumqayıtda 38 500 abonentin qaz təchizatında fasilə yaranacaq. Bildirilib ki,Sumqayıt şəhəri “Şəhər-4” təzyiqli qaz kəmərində “Təmiz Qaz” QSC tərəfindən aşkarlanmış qaz sızmalarının aradan qaldırılması və d-200 mm-lik RDUK baypas xətlərinin d-108 mm-likdən 159-mm-lik boru ilə əvəzlənməsi əlaqədar olaraq fevralın 28-də ... | publikaz_normalized |
Yan Hueyan “Country Garden Holdings” Çin inkişaf holdinqinin sədr müavini vəzifəsində çalışır. Yan və onun ailəsinin şirkəti Çində ən böyük daşınmaz əmlak istehsalçısıdır. 23,9 milyard dollarlıq sərvətə sahib olan Yan, həm də ölkənin ən zəngin qadını hesab olunur. Belə bir fikir var ki, Yan Hueyan bu qədər böyük sərvət... | publikaz_normalized |
Buna hazır olsaq, pula pul deməyəcəyik":"Son iki ildə Azərbaycanla Çin arasında ticarət dövriyyəsinin həcmi iki dəfə artıb. 2022-ci ildə Azərbaycanla Çin arasındakı ticarət dövriyyəsinin həcmi 2.1 milyard dollar olmuşdu. Ötən ilsə bu göstərici təxminən 1 milyard dollar artaraq 3.1 milyard dollara çatıb. Bu statistik rə... | publikaz_normalized |
Ermənistan Xarici İşlər Nazirliyinin Sumqayıt hadisələri ilə bağlı bəyanatında Azərbaycana qarşı irəli sürdüyü iddialar tamamilə əsassız olmaqla yanaşı, tarixi faktların təhrif edilməsi və saxtalaşdırılmasıdır. O vurğulayıb ki, bu bəyanat, 1980-ci illərin sonlarından başlayaraq Ermənistanın Azərbaycana qarşı əsassız və... | publikaz_normalized |
Yunan professor Eftimios Lekkas İstanbulda zəlzələlərlə bağlı xəbərdarlıq edib. Professor İstanbulda baş verməsi gözlənilən böyük zəlzələ ilə bağlı türk seysmoloqların proqnozlarının artıq dünyanın hər yerindən gələn proqnozlarla üst-üstə düşdüyünü vurğulayıb. Keçən il Antakya və ətraf ərazilərdə yeni tikilən binalarda... | publikaz_normalized |
Xəbər verdiyimiz kimi, 49 yaşlı müğənni Ebru Gündeş dünən Dubayda 37 yaşlı iş adamı Murad Osman Özdemirlə ailə qurub. Bunda sənətçini günahlandıran Kabaklı bunları yazıb: Ya Rəbb, mənim gördüklərimi sən də gördün. Yol sənin, bəndə sənin, cəza sənin". Qeyd edək ki, hadisələrdən şoka düşən Selin Kabaklı sosial media hesa... | publikaz_normalized |
Menopoz və klimaks zamanı yumurtalıqlar qadın gözəlliyinin asılı olduğu cinsi hormonların istehsalını dayandırır. "Publik.az xəbər verir ki, bu sözləri mama-ginekoloq və reproduktiv mütəxəssis Yekaterina Varlamova "Lenta.ru"ya müsahibəsində deyib. O, bu çətin dövrdə qadının xarici görünüşündə dəyişiklikləri, eləcə də b... | publikaz_normalized |
“Nar” Azərbaycanın mobil rabitə sahəsinin peşəkarlar kadrlarının yetişdirilməsi məqsədilə, İT və rabitə ixtisasları üzrə təhsil alan tələbələr üçün təcrübə proqramına başladı. Seçilən 10 tələbə Şəbəkə texnologiyaları departamentində təcrübə keçəcək. May ayının sonunadək davam edəcək proqram çərçivəsində tələbələr “Nar”... | publikaz_normalized |
Bakının Yasamal Rayon Polis İdarəsinin əməkdaşları iranlı narkotacirə kuryerlik edən paytaxt sakini, əvvəllər məhkum olunmuş Sadiq Nəbiyevi saxlayıb. Bildirilib ki, həmin şəxsdən külli miqdarda 3 kiloqram 105 qram narkotik vasitə olan marixuana aşkar edilib. O, marixuananı sosial şəbəkələrdə tanış olduğu şəxsiyyəti ara... | publikaz_normalized |
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Almaniya Federativ Respublikasına işgüzar səfərə yola düşüb. Səfər çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında “Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında ikitərəfli saziş” layihəsi üzrə danışıqların növbəti raundunun, habelə Alman... | publikaz_normalized |
Türkiyənin Çanaqqala vilayətinin Biqa bölgəsində 4,6 maqnitudalı zəlzələ qeydə alınıb. Qeyd edilib ki, yeraltı təkanların ocağı təxminən 7 km dərinlikdə olub. | publikaz_normalized |
İraq Prezidenti Əbdüllətif Camal Rəşid Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə İraq xalqı adından və şəxsən öz adımdan ən səmimi təbriklərimizi çatdırır, fəaliyyətinizdə uğurlar arzulayırıq. Uca və Qadir Allahdan Sizə mö... | publikaz_normalized |
“Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğləri”ndə dəyişiklik edilib. Bu Qərar 2024-cü il yanvarın birindən tətbiq edilir. | publikaz_normalized |
Tehranın Şəhid Çamran Universitetinin qızlar yataqxanasında tələbələr universitetin rektoru Məhəmməd Əli Axundun Ramazan ayı bəhanəsi ilə dərslərin onlayn keçirilməsi və yataqxananın boşaldılması ilə bağlı göstərişinə etiraz ediblər. “Biz sizin tamaşa etməyinizi istəmirik, bizə qoşulun!”, “Onlayn təhsil istəmirik, istə... | publikaz_normalized |
Fevralın 27-də keçirilən ticarət zamanı "Bitcoin"in qiyməti 57 min dolları keçib - bu, iki ildən artıq müddətdə maksimum dəyərdir. Qeyd edilib ki, sonuncu dəfə bu səviyyədə ən populyar kriptovalyuta 2021-ci ilin noyabrında alınıb. Coindesk"in məlumatına görə, "Bitkoin"in qiyməti hazırda 57 146,87 dollara yüksəlib. İlin... | publikaz_normalized |
Alışmalar 25-ci günəş tsiklinin əvvəlindən, yəni 2019-cu ilin dekabrından bəri baş verən ən güclü beş partlayışdan biri olub. Mütəxəssislər qeyd ediblər ki, bir qrup günəş ləkəsi artıq Yer-Günəş xəttini keçib və hazırda günəş diskinin şərq kənarına doğru hərəkət edir, günəş maddəsinin bir hissəsi isə Yeri “tutub”. Geom... | publikaz_normalized |
Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucovun sabah toyudur. Bir neçə gün əvvəl onların nikah mərasimi baş tutub. Toy Bakıdakı restoranlardan birində keçiriləcək. Qeyd edək ki, Seymur Orucov İqtisad Universitetinin sabiq rektoru və keçmiş deputat Şəmsəddin Hacıyevin qızı Çeşmi Hacıyeva ilə ailəli olub. Onla... | publikaz_normalized |
İşğaldan azad edilən bütün rayonlarda olduğu kimi, Füzuli şəhərində də həyat öz axınına düşüb. Məktəblilər də həmçinin bayram ab-havasına sevinirlər. Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbdə Novruzqabağı çərşənbələrin keçirilməsi ilə bağlı tədbir planı hazırlanıb. Sinif otaqları milli atributlarla, adət-ənənələr... | publikaz_normalized |
Naxçıvanın Sədərək rayonunda yanğın hadisəsi baş verib. Bildirilib ki, yanğın otlaq sahəsində qeydə alınıb. Dərhal hadisə yerinə FHN-nin Sədərək rayon Dövlət Yanğından Mühafizə Hissəsinin qüvvələri çağırış üzrə cəlb olunublar. "Yanğın söndürülüb və daha geniş sahəyə yayılmasının qarşısı alınıb. | publikaz_normalized |
Nikol Paşinyanın Fransada səsləndirdiyi “Azərbaycan Ermənistana yeni hücuma hazırlaşır” iddiası sadəcə erməni baş nazirin növbəti isterikası yox, yeni müharibə ssenarisinin tərkib hissəsidir. Təsadüfi deyil ki, Nikolun iddiasını manşetlərə daşıyan Qərb mediası bundan anti-Azərbaycan kampaniyasında geniş şəkildə istifad... | publikaz_normalized |
ilkin qiyməti açıqlandı":"Çinin avtomobil istehsalçısı "Wuling" şirkəti "Mickey Plush Style" adlanan "Bingo" modelinin qeyri-adi versiyasını təqdim edib. Avtomobilin kuzovunun yumşaq təmtəraqlı materialla örtüldüyü qeyd olunub. Təkərlər də bu üslubda tamamlanıb. Qulaqlar cizgi filmi personajı "Mickey Mouse" kimi damda ... | publikaz_normalized |
“Qarabağ”-“Braqa” oyunundan sonra sosial şəbəkədə belə bir video ilə rastlaşdım: "Azərbaycanlı uşaq ağlayaraq anasından israrla tələb edir: Məni Nərimanla görüşdürəcəksən. Böyük ehtimalla, “Qarabağ”ın tarixi uğurundan, Nərimanın “Braqa”nın qapısına vurduğu qoldan sonra çəkilmişdi bu kadrlar. Azərbaycan müstəqil olandan... | publikaz_normalized |
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub. Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində ümumi sahəsi 70 m² olan 2 otaqlı mənzilin eyvanında 3 m² sahədə ev əşyaları və 1 ədəd plastik qapı yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən... | publikaz_normalized |
Millətlər Liqasında Azərbaycanın yığmasının rəqibi olacaq İsveçin futbolçusu Kristian Olsson evində huşsuz vəziyyətdə tapılıb. Olssonun özünə intihar etməsi də istisna olunmur. Lakin Danimarka təmsilçisi futbolçunun kəskin beyin xəstəliyindən əziyyət çəkdiyini açıqlayıb. Qeyd edək ki, Olsson 2017-ci ildən formasını gey... | publikaz_normalized |
Müxalif erməni deputat və “Mənim şərəfim var” fraksiyasının lideri Hayk Mamicanyan ölkənin yeni konstitusiyasında bitərəf güc statusunun təsbit ediləcəyi barədə məlumat yayıb. Mamicanyanın sözlərinə görə, əsas qanun ölkənin hər hansı ittifaq və ya ittifaqlara girməsini qadağan edə bilər. Bununla yanaşı, deputat ümid et... | publikaz_normalized |
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadənin rəhbərlik etdiyi nümayəndə heyəti 23-27 fevral 2024-cü il tarixlərində Pakistan İslam Respublikasının Lahor Qala Şəhəri Administrasiyasının Baş direktoru Kamran Laşarinin dəvəti ilə Lahorda işgüzar səfərdə olub. Lahor şəhərinə... | publikaz_normalized |
Valideynlər övladlarının "ata peşəsi"ni davam etdirməsini niyə istəmir? - MARAQLI SƏBƏBLƏR":"Övlad ailənin gözgüsüdür" deyib böyüklərimiz. Yəni uşaqlar gözlərini açıb öz ata-analarını görür, onlardan örnək götürür, yaşam boyu onlardan aldığı təlim-tərbiyə sayəsində özlərini formalaşdırırlar. Kiçik yaşda bütün uşaqlar v... | publikaz_normalized |
Türkiyəli aktyor Fırat Tanışın növbəti paylaşımı maraqla qarşılanıb. Onun paylaşımında mərhum sənətçinin ”Gözəllik deyirsən, məndə. Tərbiyəli ailə deyirsən, məndə” dediyi ifadələr səslənib. Qeyd edək ki, Fırat Tanış “İstanbullu Gelin”, “Zeytin Ağacı”, “Adım Farah” kimi məşhur layihələrdə rol alıb. Həmin görüntüləri təq... | publikaz_normalized |
Beynəlxalq Tennis Dürüstlük Agentliyi (ITIA) amerikalı tennisçi Keysi Kaniyanı antidopinq qaydalarını pozduğuna görə cəzalandırıb. Bildirilir ki, 2023-cü ilin avqustunda Karidə ( ABŞ ) keçirilən Challenger Series turnirində 21 yaşlı tennisçidə marixuana izləri aşkarlanıb. Qeyd edilir ki, Kaniyanın bu maddə üçün etibarl... | publikaz_normalized |
Lüks avtomobilin üstündə əyləşərək havaya pul atan, daha sonra belindəki tapançanı çıxardaraq pozalar verən sosial media fenomeni Aleyna Dalveren nəzarətə götürülüb. Dalverenin Dilan Polat və digər fenomenlərlə də təmasda olduğu müəyyən edilib. Fenomenin evində aparılan axtarış zamanı minlərlə lirə dəyərində dollar, av... | publikaz_normalized |
“Milan”ın portuqaliyalı hücumçusu Rafael Leao maraqlı açıqlama verib. “Maldini ilə ilk təmas elə də asan olmadı. Gələn kimi məni kənara çəkdi və dedi ki, Sosial şəbəkələrdə fotolar üçün oynayırsan, bu dəyişməlidir, əks halda sən həmişə mövsümdə iki qol vurmağa davam edəcəksən. Mənimlə bu şəkildə danışmaq ixtiyari idi”.... | publikaz_normalized |
Astronomlar qrupu erkən Kainatda son dərəcə qırmızı superkütləvi qara dəlik aşkar ediblər. Müşahidələr James Webb Kosmik Teleskopu (JWST) vasitəsilə aparılıb. Alimlər Abell 2744 qalaktika klasterinin görüntülərində qravitasiya obyektivinə məruz qalmış kvazar obyekti müəyyən ediblər. O, üç qırmızı nöqtəyə bənzəyir. Bunl... | publikaz_normalized |
İmişlidə qanunsuz olaraq ov edən şəxs müəyyən edilib. Həmin şəxsdən 1 ədəd ov silahı, həmin silaha aid patronlar, eləcə də qanunsuz olaraq ovlanmış çöl quşları aşkarlanaraq maddi sübut kimi götürülüb. Faktla bağlı İmişli RPŞ-də araşdırmalar aparılır. Bundan əlavə, şöbə əməkdaşları tərəfindən qanunsuz saxlanılan silahla... | publikaz_normalized |
“Xocalı cəlladı” Vitali Balasanyanın Əsgəranda özünə tikdirdiyi villanın görüntüləri yayılıb. Həmin görüntüləri təqdim edirik: | publikaz_normalized |
müvəqqəti qeydiyyatdan keçməsələr...":"Özbəkistanın ən böyük banklarından biri olan "İpak Yuli Bank" Rusiyadan olan müştərilərinə fiziki şəxslər üçün fərdi identifikasiya nömrəsini (PINFL) təqdim etmələrini tələb edən kütləvi bildirişlər göndərib. Bu sənəd olmadan rusların hesablar və kartlar üçün seçimləri əhəmiyyətli... | publikaz_normalized |
Göygöl sakini ona elektron qaydada tətbiq edilən cərimədən narazıdır. O qeyd edib ki, barəsində tərtib edilən protokolda videoqeyd yoxdur. Sürücü bildirib ki, cərimə edildiyi ərazidə qaydanı pozmadığına əmindir. Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) inspektoru polis leytenantı Elvin Hacıyev bildirib... | publikaz_normalized |
Təxribat törətmə":"Düjarrik, Makronu təxribatlardan çəkinməyə çağırıb. Onun sözlərinə görə, xüsusi hərbi əməliyyatın başlanmasından bəri onsuz da ölümcül olan münaqişədə atəşə yanacaq əlavə etmək potensialına malik olan çoxlu ritorika səslənir. Çağırışımız əvvəldən ardıcıl olub - belə ritorikadan qaçmaq", - odeyib. Qey... | publikaz_normalized |
Bu gün dördüncü dəfə ailə həyatı quran türkiyəli müğənni Ebru Gündeşin Dubayda baş tutan toyunun görüntüləri yayılıb. Belə ki, videoda iş adamı Murad Özdemirlə evlənən müğənninin evdən çıxdığı anlar və toy karvanının görüntüləri əks olunub. Xatırladaq ki, 2023-cü ilin dekabrından münasibətdə olan cütlük bu gün Dubaydak... | publikaz_normalized |
Almaniyada ölən azərbaycanlının meyiti yaxınları tapılmadığına görə yandırılıb. İndi isə ailə üzvləri mərhumun külünü tələb edirlər. Onun anası Adilə Allahverdiyeva bildirib ki, İlham 2014-cü ildə Almaniyaya köçüb. Onun sözlərinə görə, övladının həm böyrəklərində, həm də ürəyində problem olub. Yanvarın 11-də də insult ... | publikaz_normalized |
Belə ki, hərəkətdə olan minik avtomobili supermarketlərdən birinin yanında dayanan digər avtomobilə dəyib. Zərbənin təsirindən ikinci avtomobil supermarketin şüşəsinə çırpılıb. Xəsarət alanlar barədə məlumat yoxdur. | publikaz_normalized |
ABŞ öz ordusunu Ukraynaya göndərməyəcək. Prezident Bayden ABŞ-ın Ukraynaya qoşun göndərməyəcəyini açıq şəkildə söylədi", - o deyib. Bundan əvvəl Slovakiyanın baş naziri Robert Fiko bəzi NATO və Aİ ölkələrinin Ukraynaya öz ordusunu göndərmək planlarından danışıb. O qeyd edib ki, Qərb siyasətçilərinin Parisdəki konfransd... | publikaz_normalized |
UFC-də yüngünl çəki dərəcəsində (61 kq-a qədər) çıxış edən İrina Alekseeva maraqlı açıqlama verib. “”Top Dog” bir müddət açıq yumruqla döyüşdü. Açıq uumruq döyüşlərində özümü yaxşı hiss edirəm və özüm də iştirak etmək istəyərdim. Slap turnirlərinə də müsbət münasibət bəsləyirəm. Onun öz texnikası, öz hərəkəti var, mara... | publikaz_normalized |
Ermənilərin təxribatı ilə törədilmiş Sumqayıt hadisələrindən 36 il ötür. Məqsəd isə hər zaman olduğu kimi, dünya ictimaiyyətində yanlış rəy formalaşdırmaq, antiazərbaycan əhval-ruhiyyəsi yaratmaq idi. Bütün şahid ifadələri Sumqayıt hadisələrinin təşkilatçısının erməni, iki dəfə məhkum edilən Eduard Qriqoryan olduğunu s... | publikaz_normalized |
ailədə fikir ayrılıqları ola bilər":"Arzuladığınızı dərhal əldə etmək asan deyil. Önəmli qələbələrə və ciddi irəliləyişə nail olmaq üçün səy göstərin, tərəfdaş və ya müttəfiqin yardımlarından faydalanın. Bədxahların planlarını pozmaq, rəqibləri üstələmək üçün qüvvəniz yetərli deyil. Yardım təkliflərini qulaqardına vurm... | publikaz_normalized |
Futbol üzrə Türkiyə Kubokunda 1/4 final mərhələsinə start verilib. Rəqibinə 0:3 hesabı ilə uduzan İstanbul təmsilçisi turnirlə vidalaşıb. Meydan sahiblərinin heyətində qolları Olimpiu Morutsan, Anastasios Çatzicovannis və Geri Rodriges vurublar. Qeyd edək ki, Türkiyə Kubokunun son qalibi məhz "Fənərbağça" klubu olub. | publikaz_normalized |
İşğaldan azad edilən Turşsu kəndində də illər sonra çərşənbə tonqalı qalanıb. Elə Turşsunun yenidən qurulmasında çalışan işçilər tərəfindən kənddə uzun illər sonra çərşənbə tonqalı alovlandırılıb. İnanclara görə tonqalda köhnə illərin ağrı-acıları və uğursuzluqları yanaraq külə çevrilir. Qeyd edək ki, Turşsu kəndi də a... | publikaz_normalized |
Türkiyənin milli müdafiə naziri Yaşar Güler Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda səfərdədir. Xatırladaq ki, daha öncə MN rəhbəri Böyük Britaniyada səfərdə olub. Güler Baş Qərargah rəisi Entoni Devid Radakinlə görüşüb. | publikaz_normalized |
təyyarələr səs sürətindən daha sürətlə uçurlar - FƏSADLARI OLACAQ":"Güclü küləklər sərnişin təyyarələrini səs sürətini aşaraq sürətləndirir. Bildirilir ki, laynerlər təyinat yerinə daha tez çata bilsələr də, belə şərait səyahətçilər üçün heç də həmişə faydalı olmur. Alimlərin fikrincə, istiləşmə baş verdikcə Yer atmosf... | publikaz_normalized |
Azərbaycanın BMT yanında daimi nümayəndəsi Yaşar Əliyevin 16 fevral 2024-cü il tarixli Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı qurumun Baş katibi Antoniu Quterreşə ünvanladığı məktub BMT Təhlükəsizlik Şurasının rəsmi sənədi kimi yayılıb. Məktubda xatırladılıb ki, Azərbaycan Ordusu 2020-ci ilin payızında həyata keç... | publikaz_normalized |
Bu gün ermənilər tərəfindən Azərbaycanın Sumqayıt şəhərində təxribat törədilməsinin 36-cı ili tamam olur. Himayədarlarının köməkliyi ilə cəzadan yayına bilən Qriqoryanın illər öncə Moskva vilayətinin Sergiyev Posad şəhərində yaşadığı məlum olub. “AzTV Xəbər” mövzu ilə bağlı reportaj hazırlayıb. Reportajda erməni təxrib... | publikaz_normalized |
Rusiya gözləyir ki...":"BMT Katibliyi Ukraynada münaqişəni gərginləşdirən hər şeydən çəkinməyə çağıracaq". Diplomatın sözlərinə görə, Rusiya BMT-dən Qərbi Ukrayna Silahlı Qüvvələrinə (AFU) silah verməkdən çəkinməyə çağıracağını gözləyir. Bundan əvvəl BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik Fransa prezidenti... | publikaz_normalized |
ABŞ-da Şimali Karolinadan olan müəllim 16 dəfə 15 və ya daha kiçik yaşda olan tələbəyə təcavüz etdiyi üçün həbs edilib. 42 yaşlı Sarah Ketlin Major fevralın 22-də nəzarətə götürülüb. Ona qarşı istintaq 2023-cü ilin oktyabrında, qurbanın polisə müraciətindən sonra başlayıb. İstintaqın məlumatına görə, müəllim oğlanla So... | publikaz_normalized |
Neft qiymətləri günortadan sonra cüzi enişdən sonra bu gün axşam saatlarında yenidən artmağa başlayıb. WTI" markalı neftin aprel fyuçersləri "NYMEX" birjasında 0,8 dollar (1,03%) bahalaşaraq bir barel üçün 78,38 dollar olub. | publikaz_normalized |
Bu texnika effektiv işləyir":"Qastroenteroloq Sourabh Sethi tez yuxuya getməyin sadə və təsirli üsulunu açıqlayıb. Sethi, "4-7-8" adlı nəfəs məşqlərinin sinir sistemini sakitləşdirməyə, narahatlığı azaltmağa və sürətli yuxuya kömək etdiyinə diqqət çəkib. Bunu müntəzəm etsəniz, yuxusuzluqdan tamamilə qurtula bilərsiniz.... | publikaz_normalized |
NATO bilavasitə Ukraynaya təlim missiyaları göndərə bilər, lakin döyüş əməliyyatlarında iştirak etmək üçün qoşun göndərə bilməz. “Biz təlim missiyaları və təlimçilərin göndərilməsindən danışırıq. Qərar çoxtərəfli əsasda verilərdi”, – nazir bildirib. Nazirin sözlərinə görə, məsələ istişarə və müzakirə mərhələsindədir: U... | publikaz_normalized |
Texnologiya nəhəngi “Apple” öz elektromobilini yaratmaq ideyasından imtina etmək, bu istiqamətdə bütün işləri dayandırmaq və diqqətini süni intellekt texnologiyalarının inkişafına yönəltmək qərarına gəlib. Məlumata görə, elektromobilin yaradılması üzərində işləyən “Special Projects Group” komandasının bir çox işçisi ge... | publikaz_normalized |
Azərbaycan Premyer Liqasının XXIII turundan təxirə salınmış “Qəbələ” – “Qarabağ” oyununun təyinatları açıqlanıb. Qəbələ şəhər stadionunda keçiriləcək görüşə saat 19:00-da start veriləcək. “Qəbələ” – “Qarabağ”" "Hakimlər: Tural Qurbanov, Vüsal Məmmədov, Rəhman İmami, Rauf Allahverdiyev VAR: Kamran Bayramov Hakim-inspekt... | publikaz_normalized |
Fransa prokurorluğu 88 yaşlı aktyor Alen Delonun villasından ələ keçirilən silahlarla bağlı araşdırmalara başlayıb. Ümumilikdə jandarmlar Alen Delonun Duşidəki villasından 72 odlu silah və 3 mindən çox patron ələ keçirib" "Bunlar atıcı silahlar, xüsusilə A və B kateqoriyaları və kolleksiya silahlarıdır. Lakin aktyorun ... | publikaz_normalized |
cütlüklər şəxsiyyət vəsiqələrini təqdim etməlidirlər - VİDEO":"Bakıda 16 yaşlı qızın şadlıq saraylarından birində keçirilməsi nəzərdə tutulan toy mərasiminin qarşısı alınıb. “Qafqazinfo” xəbər verir ki, bununla bağlı "Xəzər" televiziyasında süjet hazırlanıb. Belə ki, həmin restoranın administratoru şifahi olaraq bildir... | publikaz_normalized |
Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı fevralın 28-də Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli A... | publikaz_normalized |
Kürdəmir Rayon Polis Şöbəsinə rayonun Ucarlı kəndi ərazisində müxtəlif növ silah-sursat tapılması barədə məlumat daxil olub. Faktlarla bağlı araşdırmalar aparılır. | publikaz_normalized |
Yerli “İsveçrəmizə” qayıdıram":"Laçın yerli “İsveçrəmizdir”, doğma yurduma qayıdıram. “Laçın daim “İsveçrə” ilə müqayisə olunub. Oralar bizim yerli “İsveçrəmizdir”. Məmləkətimizə qayıtdığımıza görə çox şadıq”, – sabiq məcburi köçkün vurğulayıb. Onun sözlərinə görə, “Azərbaycan hökuməti bölgəni daha da abadlaşdıraraq İs... | publikaz_normalized |
Bildirilib ki, Goranboy Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki fərdi yaşayış evinə qeyri-qanuni yolla daxil olaraq oradan ümumi dəyəri 8.000 manat olan müxtəlif cehizlik əşyaları oğurlamaqda şübhəli bilinən rayon sakini Səlim Mehracov saxlanılıb. Di... | publikaz_normalized |
Bakının bir sıra yollarında tıxac yaranıb. Hal-hazırda yollardakı vəziyyət: Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;" "2. Babək prospekti, mərkəz istiqamətində;" "3. Binəqədi şosesi, "Azadlıq prospekti" metro stansiyası istiqamətində;" "4. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamət... | publikaz_normalized |
Kilian Mbappenin kiçik qardaşı Etan Mbappe böyük qardaşının ardınca PSJ-dən "Real"a keçə bilər. Bu barədə "El Chiringuito" məlumat yayıb. Qeyd edək ki, Etan Mbappe hazırda PSJ-nin gənclər komandasında çıxış edir. Onun Paris təmsilçisi ilə müqaviləsi mövsümün sonunda başa çatır. | publikaz_normalized |
Onun üzərində daşıdığı çantaya baxış keçirilərkən 2 kiloqrama yaxın marixuana, 20 ədəd metadon həbi, 34 qram tiryək, 22 qram metamfetamin və heroin aşkar edilib. Araşdırma zamanı M.İsgəndərovun həmin narkotik vasitələri sosial şəbəkədə tanış olduğu iranlı narkotacirdən onlayn yolla aldığı və həmin şəxsin göstərişi ilə ... | publikaz_normalized |
Ançelotti və futbolçular narazılıq etdilər":"Real" oyunçuları, həmçinin baş məşqçi Karlo Ançelotti vaxtaşırı hakim səhvlərinin təhlilinə həsr olunmuş videoçarxlar dərc edən klubun televiziyasının işindən narazıdırlar. Bildirilib ki, hakimlərin işini təhlil edən yeni videonun yayımlanmasından sonra “Real” ətrafında yara... | publikaz_normalized |
Böyük həcmli mühərriki olan avtomobillərin qiyməti kəskin azalıb. Xüsusilə də bu hal mühərrik həcmi böyük olan avtomobillərin satışına təsir edib. Avtomobil satışı üzrə mütəxəsis Sərxan Qədirov da "Xəzər Xəbər"ə bildirib ki, bəzi avtomobillərin dəyəri 30%-dən çox ucuzlaşıb. Eskpertin sözlərinə görə, qiymətlərə təsir ed... | publikaz_normalized |
Prodüser Tarix Əliyev (Tolik) dünyasını dəyişən atası ilə bağlı paylaşım edib. Yaşasaydın bu gün 67 yaşını qeyd edəcəkdik. Ata, sənin yerin hər zaman görünür. Cismən bizimlə deyilsən, amma ruhun, ürəyin, xatirələrin həmişə bizimlədir". Qeyd edək ki, T.Əliyevin atası Tahir Əliyev 2021-ci ildə vəfat edib. | publikaz_normalized |
Sonsuzluq yaradır":"Həkim və teleaparıcı Aleksandr Myasnikov rusiyalılara asemptomatik olan təhlükəli xəstəlik barədə xəbərdarlıq edib. Myasnikov bildirib ki, bəzən xəstə kişi və qadınlarda sidik ifrazı zamanı ağrılar ola bilər. “Təkcə ABŞ-da ildə bir milyon qonoreya hadisəsi var! Rusiyada isə vəziyyət bundan yaxşı dey... | publikaz_normalized |
Blefdir":"ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş agenti Robert Baer Ukraynaya Qərb qoşunlarının göndərilməsinin mümkünlüyünü iddia edən Fransa prezidenti Emmanuel Makronun bəyanatını şərh edib. Baer Makronun sözlərini blef adlandırıb, çünki NATO-nun Rusiya ilə qarşılaşmaq üçün kifayət qədər texnikası və əsgəri yoxdur.... | publikaz_normalized |
Paytaxtın Heydər Əliyev prospektində ağır yol-nəqliyyat hadisəsi baş verib. Belə ki, “Toyota Prius” markalı minik avtomobili TIR-la toqquşub. Hadisə nəticədə hər iki avtomobilə ziyan dəyib, nəqliyyatın hərəkətində sıxlıq yaranıb. Maraqlı məqam ondan ibarətdir ki, “Nikosayağı” kimi tanınan bloqer Nicat Şakirlinin düşdüy... | publikaz_normalized |
ABŞ-ın keçmiş prezidenti Donald Trampın Miçiqanda Respublikaçılar Partiyasının ilkin seçkilərində qalib gəldiyini bildirib. Hazırda bülletenlərin 50 faizinin emal olunduğu bildirilir. Tramp 67 faizdən çox, rəqibi Nikki Heyli isə 27,2 faiz səs toplayıb. Heyli bildirib ki, səs sayının az olmasına baxmayaraq, o, seçki yar... | publikaz_normalized |
Amerikanın “PlanetRisk” şirkəti Rusiya prezidenti Vladimir Putinin hərəkətlərini izləməyə çalışıb. Onun sözlərinə görə, müşahidə üçün “Locomotive”in smartfon izləmə texnologiyasından istifadə edilib. “Locomotive” sonradan VISR adlandırıldı və Amerika kəşfiyyat ictimaiyyəti tərəfindən istifadə olunmağa başladı. | publikaz_normalized |
Olimpiadanın bu planı oğurlandı":Paris meriyasının əməkdaşı şəhərin qatar stansiyalarından birində şəxsi noutbukunun oğurlanması barədə polisə ərizə verib. Hadisə bazar ertəsi baş verib. Şəhər meriyasının əməkdaşı səyahət zamanı noutbuk olan çantanı yanındakı oturacağa qoyub və onu qatarda unudub. Polis faktla bağlı ar... | publikaz_normalized |
Haqqımı... - FOTO":"“Yeşilçam”ın məşhur aktyoru Tolqa Savaşçı 60 yaşında ürək tutması nəticəsində dünyasını dəyişib. 1993-1995-ci illər Savaşcı ilə evli olan müğənni Aylin Livaneli sosial media hesabından paylaşım edərək, keçmiş əri ilə vidalaşıb. Livaneli emosional paylaşımda bu sözləri yazıb: Mən və ailəm dünən aldığ... | publikaz_normalized |
Fransa prezidenti Emmanuel Makron NATO qoşunlarının Ukraynaya göndərilməsi ilə bağlı açıqlamaları ilə yeni qlobal konflikt alovlandırmağa çalışır. O bildirib ki, Makron 19-cu əsrdə minlərlə ordusu Rusiyaya məğlub olan Napoleon Bonapartın məğlubiyyətini xatırlamalıdır: “Şəxsi gücünü qorumaq üçün Makron üçüncü dünya müha... | publikaz_normalized |
Rusiya ilə bu əməliyyatlar dayandırılmasa...":"Türkiyənin maliyyə qurumları hazırda ABŞ hakimiyyətinin təzyiqi ilə qida ilə bağlı əməliyyatlar istisna olmaqla, Rusiya ilə ticarət əməliyyatları həyata keçirməkdən imtina edirlər. Nəşrin məlumatına görə, Ankara və İstanbuldakı amerikalı diplomatlar yerli şirkətlərə və ban... | publikaz_normalized |
PSJ-nin hücumçusu Kilian Mbappe Qətər əmiri Təmim bin Həməd Al Taninin rəsmi səfəri münasibətilə Yelisey sarayında təşkil edilən şam yeməyinə qatılıb. O, bu tədbirə dəvət alan yeganə idmançı olub. Bu barədə "RMC Sport" məlumat yayıb. Mərasim sırf işgüzar xarakter daşıyıb. Mbappenin PSJ-dən ayrılması ilə bağlı hər hansı... | publikaz_normalized |
Azərbaycan Mərkəzi Bankının bu günə olan valyuta məzənnələri açıqlanıb. Türkiyə lirəsi 0,0546 manata kimi bahalaşıb, avro isə 1.8414 manata kimi ucuzlaşıb. | publikaz_normalized |
Yaponiya "Fukusima-1" atom elektrik stansiyasından təmizlənmiş suyun boşaldılmasının növbəti mərhələsinə başlayıb. Stansiyadan əvvəllər olduğu kimi, gündə 500 ton kiçik partiyalarla təxminən 7,8 min ton suyun okeana axıdılması planlaşdırılır. Sıfırlamanın martın 16-da başa çatdırılması gözlənilir. Hökumət və xüsusi xid... | publikaz_normalized |
Sərhədə nəzarətlə bağlı şok plan":"Fransa Ermənistana yeni hava hücumundan müdafiə sistemləri verməyə hazırlaşır. Növbəti mərhələdə daha effektli raket sistemlərinin verilməsi gündəmdədir. Fransanın müdafiə naziri Sebastyan Lekornu da İrəvana səfəri zamanı bunu açıqlamışdı. Məlumatlara görə, Fransa növbəti mərhələdə Er... | publikaz_normalized |
müharibə tanrısı"...":"ABŞ Quru Qoşunları Baş Qərargahının hesabatında qeyd olunub ki, Rusiya Silahlı Qüvvələri üçün “müharibə tanrısı” artilleriya olaraq qalır. Amerikalı ekspertlər qeyd ediblər ki, artilleriya Rusiya ordusu üçün əsas rol oynayır. Onların proqnozlarına görə, gələcəkdə Rusiya Quru Qoşunları daha dəqiq ... | publikaz_normalized |
54 illik rekord təkrarlandı - VİDEO":"“Mançester Siti”nin hücumçusu Erlinq Haaland “şəhərlilər”in formasında daha bir uğura imza atıb. Bu, İngiltərə Kubokunun 1/8 finalı çərçivəsində "Luton Taun"la matçda (6:2) reallaşıb. Norveçli futbolçu 58 dəqiqə ərzində penta-trik edib. | publikaz_normalized |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.