text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
Sosial şəbəkələrdə Xalq yazıçısı Anarın fotosu yayılıb.
publikaz_normalized
Uzunmüddətli COVİD-dən əziyyət çəkən insanlarda sonradan üzə çıxan bəzi əlavə təsirlər arasında idrak qabiliyyətinin və zəkanın azalmasının da olduğu müəyyən edilib. 112 mindən çox insanın məlumatları araşdırılıb. Tədqiqat iştirakçılarının zəka, diqqət və səbəb-nəticə əlaqəsi qurma bacarığı kimi beyin qabiliyyətləri öl...
publikaz_normalized
Türkiyənin “Akıncı” hücum PUA-sı sınaqdan uğurla keçib. Sinop atış poliqonunda 100 kilometr uzaqlıqdan atılan “Çakır” qanadlı raketi 800 km/saat sürətlə Qara dəniz üzərindəki hədəfi tam dəqiqliklə vurub.
publikaz_normalized
Bu gün Heydər Əliyev Mərkəzində "Qarabağ" futbol klubuna həsr edilən "Qarabağ FK-30 mövsüm səfərdə" sənədli filminin təqdimat mərasimi baş tutub. Bombalar altından Avropanı fəth edən klub harada var? Qarabağ"ın hekayəsi Vətənin hekayəsi ilə paraleldir. Qarabağ" ölkəyə, ölkə "Qarabağ"a ilham verir. İkisinin başında qiqa...
publikaz_normalized
“jetpack” yarışı baş tutdu - FOTO":"Dünyanın ilk “jetpack” yarışı Dubayda baş tutub. İştirakçıların hamısı həftələrlə yarışa hazırlaşan pilotlar olsalar da, uçuşlara yalnız su üzərində icazə verilib. Yarışın qalibi İsa Kalfon çətinlik çəkmədən bu uğura imza atdığını deyib.
publikaz_normalized
Kanada hökuməti Rusiya almazlarının idxalını qadağan etmək üçün əlavə tədbirlər tətbiq etməyə qərar verib. Yeni qərarla həm Kanadada, həm də xaricdə olan kanadalılar, eləcə də Kanadadakı digər vətəndaşların Rusiya almazlarını əldə etməsinə qadağa qoyulur.
publikaz_normalized
Sassuolo"nun yeni baş məşqçisi müəyyənləşib. "Bildirilib ki, fevralda istefaya göndərilən Alessio Dionini Davide Ballardi əvəzləyib. Davide Ballardi ilə 2023/24 mövsümünün sonuna qədər müqavilə imzalanıb.
publikaz_normalized
Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Antalya Diplomatiya Forumu (ADF) çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. O, qardaş ölkə təmsilçilərinin forumda iştirakının faydalı və önəmli olduğunu söyləyib. Vitse...
publikaz_normalized
iş adamını güllələdi - VİDEO":"Rusiyanın Krasnodar vilayətində Andronik Qriqoryan adlı erməni nigeriyalı iş adamını güllələyib. Kadrlarda Andronik Qriqoryanın iş adamını gözlədiyi və ona iki dəfə atəş açdığı görünür. İlkin ehtimallara görə, Qriqoryan Həmidu Yakubunu borca görə öldürüb. Qriqoryanın ona yeddi milyon rubl...
publikaz_normalized
Səməd Səmədovu itirəndən sonra çox peşiman oldum" - VİDEO":"Səməd Səmədovun dünyasını dəyişməsinə hələ də inanmıram. Mən onun məzarını dəfələrlə gedib ziyarət edirəm. Səmədin ad günündə, bayramlarda onu ziyarət edirəm. Mən haqqı-sayı itirən insan deyiləm. Baxmayaraq ki, biz son illərdə sənət baxımından ayrıldıq, amma d...
publikaz_normalized
Türkiyəli müğənni və pianoçu Fərdi Özbeğenin həyatı barədə bioqrafik film çəkiləcək. Ekran işinin çəkilişlərinə yaxın zamanda start veriləcəyi açıqlanıb. "Məlumata görə, Burak Dəniz artıq film üçün məqşlərə də başlayıb.
publikaz_normalized
Ermənistanın Rusiya ilə hərbi-texniki əməkdaşlığı 96 faizdan 10 faizə düşüb. O, bunun Rusiyanın seçimi olduğunu deyib: “Müqavilələr imzalanıb, amma yerinə yetirilməyib. Ukraynadakı müharibəni əsas gətirirlər, lakin bu müqavilələr 2021-ci ilin əvvəlində imzalanıb. Bu, Rusiya Federasiyasının qərarı idi. Biz faktlarla üzl...
publikaz_normalized
İşçisinə qarşı cinsi təcavüz və nalayiq davranışda ittiham edilən “Red Bull”un rəhbəri Kristian Hornerin həyat yoldaşı Qeri Hornerdən ( Halliwell ) boşana bilər. Britaniyalı müğənni və “Spice Girls” pop qrupunun keçmiş üzvü olan qadın özünü alçaldılmış hiss edir. Bundan əlavə, o, böyük ehtimalla hazırda “Formula 1” ilk...
publikaz_normalized
Rusiyada müxalifət lideri Aleksey Navalnı ilə vida günündə 91 nəfər saxlanılıb. Bildirilib ki, onların üçü gecəni polis bölməsində keçirəcək. Xatırladaq ki, Yamalo-Nenets Muxtar Dairəsi üzrə Federal Penitensiar Xidmət fevralın 16-da Aleksey Navalnının öldüyünü açıqlayıb. Martın 1-də Aleksey Navalnı Moskvada dəfn edilib...
publikaz_normalized
İngiltərə Liqa Kubokunun finalında ” Liverpul”a məğlubiyyətdən (0:1) dərhal sonra “Çelsi” klubunun futbolçuları, məşqçiləri və digər əməkdaşları dəbdəbəli restoranda şam ediblər. “Mavilər”in argentinalı baş məşqçisi Maurisio Poçettinonun fikrincə, komanda həmişə komanda olaraq qalmalıdır: həm qələbələrdən, həm də məğlu...
publikaz_normalized
Siyahıda Türkiyənin 2 klubu da var":UEFA klubların 2023-cü il üçün forma satışından qazandıqları pula əsasən illik reytinqini açıqlayıb. “Bavariya” ilk 3-lüyə daxil olub. “Barselona” – 179 milyon avro" "“Real Madrid” – 155 milyon avro" "“Bavariya” – 147 milyon avro " "“Liverpul” – 132 milyon avro" "“Mançester Yunayted”...
publikaz_normalized
Türkiyəli məşhur müğənni İrem Derici paylaşımı ilə diqqət çəkib. İlhamə Quliyevanın son dönəmlər viral olan səsi ilə video çəkən ifaçı, "makup" ustasını paylaşıma işarələyərək bu sözləri qeyd edib: Ayla Şahinin saç və makiyajından sonra mənə gələn özgüvən pəriləri. Həmin görüntüləri təqdim edirik: @publika_tv İrem Deri...
publikaz_normalized
iplə boğublar - VİDEO":"Xəbər verdiyimiz kimi, Salyanda sabiq baş həkim və həyat yoldaşı yaşadığı evində qətlə yetirilib. Belə ki, martın 1-də səhər saat 10:30 radələrində 1956-cı il təvəllüdlü İsrafil Məmmədov və həyat yoldaşı, 1963-cü il təvəllüdlü Münəvvər Məmmədovanın yaşadıqları evdə üzərlərində zorakılıq əlamətlə...
publikaz_normalized
Qarşınızda çox yaxşı imkanlar açılacaq":"Qoç - təhsil, habelə bilik və təcrübə əldə etmək üçün yaxşı gündür. Yeni informasiyanı sürətlə əxz edəcəksiniz. Faydalı məlumatların əldə edilməsi ilə bağlı problemlər yaranmayacaq. Həmin təklif sizi yaşamınızda nəyisə köklü şəkildə dəyişməyə sövq edə bilər. Maliyyə məsələləri b...
publikaz_normalized
“Formula-1” üzrə dünya çempionatında yeni mövsümə start verilib. Sıralama turunun qalibi son dünya çempionu Maks Ferstappen olub. “Red Bull”un pilotu martın 2-də baş tutacaq Qran-priyə birinci yerdə başlayacaq. “Ferrari” pilotu Şarl Lekker ikinci, “Mercedes”in sürücüsü Corc Rassell isə üçüncü yerdə qərarlaşıb.
publikaz_normalized
Bakıda insanların marağına səbəb olan “çiçək taksi”nin sürücüsü danışıb. Bu taksinin içindən bütün tıxaclar boz, bütün yol problemləri cılız görünür. Müştərilər isə düşməyə tələsmirlər. Emil Zamanov iki ildir ki, taksi sürücüsü kimi fəaliyyət göstərir. Sərnişinlərin gülə maraqlarının olduğunu görüb, maşında güllərin sa...
publikaz_normalized
19-20 sentyabr 2023-cü il tarixində Qarabağda aparılan lokal xarakterli antiterror tədbirləri zamanı şəhid olan qəhrəmanımız Samir Cəbrayıl oğlu Sadıqovun övladı dünyaya gəlib. Dünyaya yeni göz açan körpənin adına depozit hesabı açılacaq və 5 000 AZN vəsait onun hesabına yerləşdiriləcək. Körpənin ilkin zəruri xərclərin...
publikaz_normalized
Avropa İttifaqının Ermənistandakı mülki missiyasının müşahidəçilərinin sayı artırılacaq. “Ermənistanla Azərbaycan arasında sərhəd çox uzundur və Aİ-nin mülki missiyasının indiyədək malik olduğu resurslar işi lazımi səviyyədə təmin etmək üçün kifayət deyil. Biz hesab edirik ki, Aİ missiyası effektiv iş görür və buna gör...
publikaz_normalized
Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın Aİ müşahidəçilərinin “Rusiya və İrana qarşı kəşfiyyat fəaliyyəti aparması” ilə bağlı bəyanatını şərh edib. “Mən başa düşə bilmirəm ki, Rusiya başqa ölkələrlə problemlərini dilə gətirərək niy...
publikaz_normalized
İranlı pop ulduz Şervin Hacıpur “Qremmi” mükafatına layiq görülmüş mahnısına görə üç il həbs cəzası alıb. Hacıpurun yazdığı Baraye mahnısı 2022-ci ilin sentyabrında 22 yaşlı Məhsa Əmininin ölümü ilə başlayan İran etiraz hərəkatının himni olub. Nümayişlər zamanı müğənni treki buraxıb və daha sonra keçən fevral ayında on...
publikaz_normalized
1989-cu ildə Macarıstana köçərək bu ölkənin idmançıları ilə birgə məşqçi işləyən erməni əsilli keçmiş sovet fiqurlu konkisürən Qurgen Vardanyan Rusiya vətəndaşlığını qəbul edib.
publikaz_normalized
Sakit okeanda 5,8 maqnitudalı zəlzələ olub. Məlumata görə, zəlzələnin episentri Ficiyə məxsus Ono-i-Lau adasından təqribən 35 km şərqdə olub. Yeraltı təkanlar yerli vaxtla saat 12:26-da (Bakı vaxtı ilə 04:26-da) qeydə alınıb. Yeraltı təkanların ocağı 536,6 km dərinlikdə yerləşib. Dağıntı və tələfat barədə məlumat yoxdu...
publikaz_normalized
Amerikalı dizayner, kolleksiyaçı, dekor kraliçası və stil ikonası Ayris Apfel ABŞ-nin Florida ştatında 102 yaşında vəfat edib. Apfelin əri ilə birlikdə qurduğu “Old World Weavers” şirkəti tekstil ticarəti və restavrasiya işlərində ixtisaslaşıb. Onun sifarişlərinə Ağ evdə bir neçə layihə daxildir. Apfel 2005-ci ildə Nyu...
publikaz_normalized
ölən və yaralananlar var":"Ötən gün Ukraynanın Odessa şəhəri yenidən atəşə tutulub. O bildirib ki, Rusiyanın zərbə dronları vasitəsilə həyata keçirdiyi hücumda bir nəfər ölüb, biri uşaq olmaqla yeddi nəfər isə yaralanıb. Yaralıların vəziyyətinin orta ağır olduğu açıqlanıb. Ərazidə axtarış-xilasetmə əməliyyatı davam edi...
publikaz_normalized
Vəfa Şərifova türk həmkarı Serdar Ortaçla birgə oxuduğu duetin ona neçəyə başa gəldiyini açıqlayıb. Şərifova bildirib ki, Ortaçla duet oxumaq üçün 50 min manat xərcləyib: “Klip, mahnı, aranjiman və bu kimi işlərin hamısı ümumi olaraq mənə 50 min manata başa gəlib. Serdar çəkilişə bahalı avtomobildə gəlmişdi. O tam bir ...
publikaz_normalized
İlon Mask "OpenAI" şirkətini və onun baş direktoru Sem Altmanı məhkəməyə verib. Onun fikrincə, onlar həmçinin qazanclarını bəşəriyyətin mənafeyindən üstün tuturlar. "Xatırladaq ki, 2015-ci ildə "OpenAI" şirkətinin həmtəsisçisi olan Mask 2018-ci ildə süni intellektin (AI) nüvə silahından daha təhlükəli olduğunu" bildiri...
publikaz_normalized
Neftçala sakini intihar edib. Belə ki, həmin massivin sakini 1994-cü il təvəllüdlü Bağırov Əli Elmar oğlu yaşadığı evin həyətindəki yarımtikilidə özünü asaraq intihar edib. İntiharın səbəbləri hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.
publikaz_normalized
İmişlidə polisin keçirdiyi əməliyyat zamanı narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən Salyan rayon sakinləri Allahşükür Yusibov və Elçin Abdullayev saxlanılıblar. A.Yusibov və E.Abdullayev narkotikləri sosial şəbəkə vasitəsilə tanış olduqları əcnəbi narkotacirdən onlayn yolla aldıqlarını bildiriblər. Faktla bağlı...
publikaz_normalized
Martın ikisi ilahiyyatçı Hacı Şahin Həsənlinin vəfatının birinci ildönümüdür. Baku TV-nin “Arzunun vaxtı” verilişinin budəfəki buraxılışı mərhum din xadiminə həsr olunub. Verilişdə Hacı Şahinin doğmaları onunla bağlı xatirələrini bölüşüblər. İlahiyyatçının əkiz qardaşı Elçin Həsənov Hacı Şahinlə son dəfə vəfatından iki...
publikaz_normalized
Aydın səma, bərpa olunan suverenlik, məsud dalğalanan üçrəngli bayraq... Bu gün bunların, bəlkə də daha çox qədrini bilməliyik. Daha çox öpüb gözümüzün üstündə saxlamalıyıq. Çünki zaman axınının əksinə üzsək, bu günə, bu müstəqilliyə gələn yolun kökünün necə dərinliklərdə olduğunu görəcəyik. Bu düşüncələrlə Zərifə Əliy...
publikaz_normalized
Son günlərdə “Qarabağda iş” adı altında saxta elanlar paylaşılır. Süjetdə dələduzların planı ətraflı şəkildə izah olunub. Bildirilib ki, onlar saxta “iş elanları” saytı yaradaraq vətəndaşlardan qeydiyyat üçün 37 manat pul tələb edirlər. Sonra isə onlarla bir daha əlaqə saxlamaq mümkün olmur.
publikaz_normalized
İtaliya A Seriyasının 27-ci turuna start verilib. “Latsio” doğma meydanda qarşılaşdığı “Milan”a tək qolla məğlub olub. İtaliya A Seriyası 27-ci tur 1 mart" "Latsio – Milan 0:1 Qol: Torino – Fiorentina" "3 mart" "15:30. Napoli – Yuventus" "4 mart" "23:45.
publikaz_normalized
Gələcəkdə Azərbaycanda ət tapılmayacaq":"Dövlət Gömrük Komitəsi xəbər verir ki, 2024-cü ilin yanvar ayında Azərbaycana 8 milyon 542 min ABŞ dolları dəyərində 4 min 410 ton ət idxal olunub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə idxal edilən ətin həcmi 63.8 faiz və ya 1 718 ton, dəyəri isə 75 faiz və ya 3 milyon 660 min...
publikaz_normalized
Görün hansı riskləri var":"2023-cü ildə banklar öz hesablarına 461.4 milyon manat ipoteka krediti veriblər. 2022-də isə bu rəqəm 422.5 milyon olub. Yəni, bir ildə 9,2 faiz artım var. Əslində, bu kreditlərə tələb var, bankların da prosesə maraqlı olması müsbət haldır. Ancaq ABŞ təcrübəsində 2008-ci ildə bir “ipoteka böh...
publikaz_normalized
Postsovet məkanının ən narahat ölkələri sırasında olan Moldovada vəziyyət gərginləşə bilər. Dnestryanı bölgənin ardınca, Qaqauzda da mərkəzdənqaçma meyilləri güclənib. Kişineunun qərbpərəst mövqeyi, NATO-ya və Avropa İttifaqına inteqrasiya istiqamətində atdığı addımların intensivləşməsi Rusiyanı sərt qərarlar qəbul etm...
publikaz_normalized
Dünya bazarında neft qiymətləri kəskin artıb. "“Brent” markalı neftin may füçersləri isə 2% bahalaşıb və bir barelinin qiyməti 83,55 ABŞ dolları olub.
publikaz_normalized
Bakıda bir çox istifadəyə yararsız, köhnə tikililər sökülür, onların yerində yeni çoxmərtəbəli binalar inşa edilir. Bu işlər pilot layihələr çərçivəsində aparılır. Adətən tikinti şirkətləri sökülən tikililərdə yaşayan sakinlərlə müqavilə imzalayırlar və onları yeni bina tikilənə qədər kirayə pulu ilə təmin edirlər. Lak...
publikaz_normalized
Güldü":"Rusiyanın xarici işlər naziri Sergey Lavrov jurnalistin Fransa prezidenti Emmanuel Makronun NATO qoşunlarının Ukraynaya mümkün göndərilməsi ilə bağlı bəyanatını şərh etmək istəyinə gülüşlə cavab verib. Antalya diplomatik forumundan sonra lentə alınan videoda böyük bir jurnalist qrupu Lavrovu mühasirəyə alıb, su...
publikaz_normalized
Son aylarda Qərbdə Azərbaycana qarşı qərəz və böhtana əsaslanan siyasi şantaj və təzyiqlərin yeni dalğasını müşahidə edirik. Ərazi bütövlüyümüzü və suverenliyimizi tam təmin etdikdən sonra bu çirkin kampaniya daha geniş vüsət alıb. Xüsusilə də Makron Fransasının "öndərliyi" ilə gerçəkləşdirilən məlum olaylar Cənubi Qaf...
publikaz_normalized
SSRİ-nin çöküşü ərəfəsində ilk dəfə o, bütün dünyaya milyonçu olduğunu açıqladı. 1989-cu ildə azərbaycanlı Cənnət Əliyev SSRİ-nin ilk rəsmi milyonçusu elan edildi. Sərvətindən əlavə həyat tərzi, düşüncələri ilə də diqqət çəkən Cənnət Əliyev 17 aprel 1954-cü ildə Şahbuz rayonunda anadan olub. Atasını hələ uşaqkən, doqqu...
publikaz_normalized
Bir çoxumuz məişət sərxoşluğu ciddi qəbul etmirik. Bunun nə vaxt alkoqol asılılığına çevriləcəyini söyləmək olduqca çətindir, çünki hər bir orqanizm spirtə fərdi reaksiya verir. Narkoloqun sözlərinə görə, həftədə istehlak edilən etil spirtinin miqdarında müəyyən qradasiya var. Əgər bu, iki porsiyadan artıqdırsa, yəni 1...
publikaz_normalized
10 il ərzində...":"Niderland və Ukrayna arasında 10 illik təhlükəsizlik sazişi imzalanıb. Məlumata görə, imzalanma cümə günü Xarkovda baş tutub, sənədi Niderlandın baş naziri Mark Rutte və Ukrayna prezidenti Vladimir Zelenski imzalayıblar. Sənəd Kiyevə hərbi yardımın göstərilməsi prosedurunu, həmçinin hərbi sənaye komp...
publikaz_normalized
Dünya pop səhnəsinin ulduzu Rihanna Hindistanın ən varlı adamı Mukeş Ambaninin oğlu Anant Ambaninin toy öncəsi məclisi üçün Camnaqara gəlib. Təkcə Hindistanın aparıcı beşulduzlu otel qruplarından biri ilə bağlanmış iaşə müqaviləsi təxminən 20 milyon funt sterlinq (təxminən 42,9 milyon manat) təşkil edib. Rihannanın gec...
publikaz_normalized
ABŞ prezidenti Co Baydendə neyrodegenerativ xəstəliyin bütün əlamətləri və digər simptomlar var ki, onlar birlikdə mənfi proqnoz verir və daimi kompleks müalicə tələb edir. Daha əvvəl dərc olunmuş rəsmi məlumatlara görə, həkimlər Baydenə yuxu apnesi, hiperlipidemiya, atrial fibrilasiya, qastroezofageal reflüks və artri...
publikaz_normalized
Göygöldə silah-sursat aşkarlanıb. Bildirilib ki, Göygöl Rayon Polis Şöbəsinə rayonun Topalhəsənli, Borsunlu, Köşkülü və Mollacəlilli kəndləri ərazisində silah-sursat olması barədə məlumat daxil olub. Qeyd edilən ərazilərdən 688 ədəd müxtəlif kalibirli avtomat patronlar, daraqlar və “Revolver” tipli tapança aşkar edilər...
publikaz_normalized
Xalq artisti, görkəmli kaman ifaçısı Habil Əliyevin ömür-gün yoldaşı Şərqiyyə Əliyeva vəfat edib. Anam oktyabr ayının 25-də dünyasını dəyişib. Xəstəliyinin ağırlaşdığını mətbuata xəbər vermədik. Elə 2 günün içində vəziyyəti ağırlaşdı, komaya düşdü və rəhmətə getdi. Həm də atamın vəfat etdiyi yaşda anam rəhmətə getdi" d...
publikaz_normalized
Təbii ehtiyatların hasilatı 2060-cı ilə qədər...":"Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramının (UNEP) Beynəlxalq Resurslar Qrupunun “Qlobal Resursların Görünüşü 2024” hesabatına görə, son yarım əsrdə infrastrukturun, enerji tələbatının və istehlakçı fəallığının nəhəng genişlənməsi qlobal materiallardan ist...
publikaz_normalized
Avropa İttifaqı təklif edərsə...":"Avropa İttifaqı Ermənistana üzvlük təklif edərsə, biz cavab verəcəyik. İrəvanın artıq Avropa İttifaqının istədiyi qədər əlaqələri dərinləşdirməyə hazır olduğunu bildirən Qriqoryan qeyd edib ki, Aİ-nin çox geniş gündəliyi var. “Vizanın liberallaşdırılmasından Avropa Sülh Alətinə qədər....
publikaz_normalized
Paytaxtın Sabunçu rayonu ərazisində narkotik vasitənin təsiri altında avtoxuliqanlıq edən sürücü həbs edilib. Bildirilib ki, Sabunçu Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən yol hərəkəti qaydasını pozduğu üçün “VAZ 2106” markalı, 90-TK-116 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ...
publikaz_normalized
Rolls-Royce" şirkəti hazırda dünyanın ən bahalı avtomobili olan yeni kabrioletini təqdim edib. Avtomobil 600 at gücü hasil edən 6,75 litrlik V12 tvin-turbo mühərriklə təchiz edilib. Kabrioletin interyeri bahalı dəri və qızılgül ağacı ilə bəzədilib, onun hazırlanmasına "Rolls-Royce" əməkdaşları səkkiz min saatdan çox za...
publikaz_normalized
Burnunuza çəkin və...":Təbii antibiotik kimi tanınan soğanın faydaları saysız-hesabsızdır. Onun sinüzit kimi xəstəliklərə qarşı verdiyi təkliflər bu gün də tətbiq olunur. Soğan suyunun faydaları nədir? Soğan suyunu burnunuza sürtsəniz nə baş verər? İbn Sinanın illər əvvəl yazdığı "El-Kanun Fi't Tıbb" kitabında soğanın ...
publikaz_normalized
Olmaz":"FİFA prezidenti Canni İnfantino futbolda mavi vərəqələrin tətbiq ediləcəyi ilə bağlı şayiələrə münasibət bildirib. “FIFA qəti şəkildə mavi vərəqələrə qarşıdır. Olmaz”, - deyə İnfantino jurnalistlərə açıqlamasında deyib. Futbolda mavi vərəqənin tətbiq ediləcəyi bildirilirdi. Hakim bu kartı oyunçulara perspektivl...
publikaz_normalized
Etiraf etmək lazımdır ki, bu gün Avropa İttifaqına üzv olan heç də bütün ölkələr Cənubi Qafqazda məhz hansı formada təmsil olunmaq, regionda əməkdaşlıq əlaqələrinin qurulmasında hansı prioritetlərə əsaslanmaq kimi məsələlərdə ortaq mövqelərdən çıxış edə bilmirlər. Ermənipərəst qüvvələrin daha çox təsirinə məruz qalan F...
publikaz_normalized
Ötən gecə Bundesliqanın 24-cü turu çərçivəsində “Bayern” “Frayburq”un qonağı olub. “Pivəçilər” bu göstəriciyə çatan ilk komanda kimi tarixə düşüb. Qeyd edək ki, görüş 2:2 hesabı ilə başa çatıb. Bayern" Bundesliqanın turnirində cədvəlində 54 xalla 2-ci yerdə qərarlaşıb.
publikaz_normalized
Nələri müzakirə ediblər?":"İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian və Türkiyənin xarici işlər naziri Hakan Fidan iki ölkə arasında əlaqələrin inkişafı, iki ölkə prezidentləri arasında son razılaşmaların icrasını müzakirə ediblər. İran Xarici İşlər Nazirliyinin rəhbəri ölkə prezidentinin Ankaraya son səfəri z...
publikaz_normalized
“Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldonun nişanlısı Corcina Rodrigez Paris Moda Həftəsində yeni Vetements kolleksiyasının nümayişi zamanı sevgilisinə jest edib. Paltarın ön tərəfində 7 rəqəmi, Ronaldonun adı və avtoqrafı yer alıb. Corcinanın bu jesti böyük maraq yaradıb. Buna səbəb paltarın qırmızı rəngdə olmasıdır. P...
publikaz_normalized
Ən böyük arzum..." - VİDEO":Tanınmış meyxanaçı Rüfət Nasosnu açıqlaması ilə gündəmə gəlib. Ən böyük arzusunun "ata olmaq" olmadığını deyən sənətçi yaxşı övlad olmağı daha üstün saydığını deyib.
publikaz_normalized
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 1-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasları zamanı “Euronews” televiziyasına müsahibə verib. Xahiş edirik, ilk növbədə, bizə bugünkü tədbirlərin enerji sənayesi üçün ...
publikaz_normalized
Biz bu mühüm yolu qət etməyə başlamışıq":"Azərbaycanın bərpaolunan enerji layihələri gündəliyi çox iddialıdır. Dövlət başçısı qeyd edib ki, Beynəlxalq Maliyyə Korporasiyasının hesablamalarına əsasən, Xəzər dənizinin Azərbaycan sektorunda potensialı 157 giqavat təşkil edir: “Biz artıq bu mühüm yolu qət etməyə başlamışıq...
publikaz_normalized
Filosof, politoloq və iqtisadçı Frensis Fukuyama ABŞ-ın keçmiş prezidenti Donald Trampın yenidən dövlət başçısı postuna qayıtması təhlükəsi ilə bağlı xəbərdarlıq edib . Fukuyama Trampın yenidən seçilməsinin nəticələrini açıqlayıb və bunun Amerikanın Ukraynaya dəstəyinin “həlledici sona” gətirib çıxaracağını vurğulayıb ...
publikaz_normalized
Hər il biz Xəzər dənizinin getdikcə daha da dayazlaşmasının şahidi oluruq. “Bəli, düşünürəm ki, bu, bizim ümumi yaşıl enerji gündəliyimizin və məsuliyyət hissimizin bir hissəsini təşkil edir. Çünki qazıntı yanacağı ilə zəngin ölkələr yaşıl enerjiyə keçiddə ön sıralarda olmalıdır. Biz bunu ənənəvi ehtiyatlarımız çatışma...
publikaz_normalized
Düşünürəm ki, bu, bizim nailiyyətimizdir ki, biz neft və qaz ehtiyatları olan bir çox ölkənin üzləşdiyi “neft lənətinə” düçar olmamağı bacardıq. “Biz nefti inkişafa çevirdik, sərvətin ədalətli paylanmasını təmin etməyə nail olduq. Son 20 ildə biz Azərbaycanda yoxsulluğun səviyyəsini 50 faizdən 5 faizə endirdik. Sizin B...
publikaz_normalized
10, 25, yoxsa...":"İranda İslam Şurası (parlament) və Ekspertlər Məclisinə (Məclise Xuberagan) seçkilər keçirildi. İranda parlament seçkiləri 4 ildən bir, Ekspertlər Məclisinə isə 8 ildən bir keçirilir. "Müstəqil təşkilatların sorğuları göstərirdi ki, səsvermədə iştirakçıların sayı daha az ehtimal olunandır. İranın İct...
publikaz_normalized
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində ATƏT-in Baş katibi Helqa Maria Şmid ilə görüşüb. Tərəflər ATƏT-in gündəliyinə aid məsələləri və Azərbaycanın təşkilat çərçivəsində prioritetlərini müzakirə ediblər", - paylaşımda bildirilib.
publikaz_normalized
Vaşinqton fevralın əvvəlində İraq ərazisinə edilən hücuma görə üzr istəyib. Bağdad rəsmisinin sözlərinə görə, ABŞ İraq hökumətini fevralın 3-də ölkəyə hava zərbələri endirmək planları barədə əvvəlcədən xəbərdar etməyib. İraqlı nazir qeyd edib ki, Amerika nümayəndəsi baş verənlərə artıq görə üzr istəyib. Ağ Evin Stratej...
publikaz_normalized
Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əməkdaşı, qazi Namiq Babayevə iş vaxtı xəsarət yetirən idmançı Rəvan Nəbizadənin məhkəməsi yekunlaşıb. Hakim təqsirləndirilən şəxsin həbsinə zərurət görməyib. Hökmə əsasən, R.Nəbizadəyə 3 il 1 ay müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası...
publikaz_normalized
Xalq artisti Aygün Kazımova evindən video yayımlayıb. Onun bu paylaşımı maraqla qarşılanıb. " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " "A post shared by Axşam.az (@axsamaz)" " " "Azərbaycanlı aparıcı lüks avtomobilini satışa çıxardı - VİDEO " "Azərbaycanlı...
publikaz_normalized
Mask dəstəklədi":"Amerikalı sahibkar İlon Mask özünün “X” sosial şəbəkəsində gözlənilməz şərh yazıb. PBD Podcast-a verdiyi müsahibədə o, ABŞ-ın "Rusiya ilə şərti müharibə aparmayacağını" izah edərək deyib ki, buna görə də cəbhə xəttini bərabərləşdirməli və sonra hərbi əməliyyatlar dondurulmalıdır. Prins Rusiya haqqında...
publikaz_normalized
Əvvəllər Xankənidə yaşayan erməni əsilli Gohar Arapinyanın erməni hərbçi ilə biabırçı yazışmaları yayılıb. Qeyd edək ki, Gohar Arapinyan tez-tez öz profilində Xocalı soyqırımını və şəhidləri təhqir edirmiş. Buna görə də onun sosial şəbəkə profili Azərbaycanlı haker tərəfindən sındırılaraq, cəzası verilib.
publikaz_normalized
Antalya Diplomatiya Forumunda iştirakı çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov martın 2-də ATƏT-in Baş katibi Helqa Şmid ilə görüşüb. Bildirilib ki, Azərbaycanla-ATƏT arasında bir sıra mümkün layihələr, eləcə də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfrans...
publikaz_normalized
ABŞ-dan sensasion iddia":"Pentaqonun rəhbərinin keçmiş müşaviri, polkovnik Duqlas Makqreqor Rusiyanın Ukraynada daha hansı əraziləri tuta biləcəyi ilə bağlı şərh verib. “Bu, artıq planlaşdırılır”, - deyən Makqreqor əlavə edib ki, onun fikrincə, Rusiya hərbi rəhbərliyi artıq bu şəhərlərin tutulması planını hazırlayıb və...
publikaz_normalized
Ermənistan Azərbaycan-Ermənistan sülh və normallaşma prosesinə daha çox xələl gətirməmək üçün qızışdırıcı ifadələr və bəyanatlar verməkdən çəkinməlidir. O, Türkiyədə keçirilən Antalya Diplomatiya Forumu çərçivəsində ATƏT-in baş katibi Helqa-Mariya Şmidlə görüşdüyünü, onunla regional və beynəlxalq hadisələr barədə danış...
publikaz_normalized
Bunu etməsələr, cəza olacaq":"Çelsi" İngiltərə Premyer Liqasının müəyyən etdiyi maliyyə limitinə əməl etmək üçün yayda bir neçə futbolçusunu satmaq məcburiyyətində qalıb. Bu barədə “The Telegraph” məlumat yayıb. “Çelsi” sözügedən məbləğdə satış etməsə, maliyyə baxımından çətin vəziyyətə düşəcək və Premyer Liqa tərəfind...
publikaz_normalized
Ançelotti qəzəbləndi":"“Real”ın düşərgəsində qalmaqal yaşanır. Bu, komandanın düşərgəsində xoşagəlməz vəziyyətin yaranmasına səbəb olub. Bu məlumatın mətbuata sızması baş məşqçi Karlo Ançelottinin xoşuna gəlməyib. İtalyan mütəxəssis Arrisabalaqaya qəzəblənib. Buna görə ona şans verməmək qərarına gəlib. “Don Karlo” ləqə...
publikaz_normalized
Vəfa ilə Nəfəs dənizdə..." - VİDEO":"Müğənni Türkan Vəlizadənin aparıcının sulanına verdiyin maraqlı cavab gündəm olub. Onun bu anları izləyicilərin marağına səbəb olub. Sözügedən görüntüləri təqdim edirik:
publikaz_normalized
Uzun müddətdir işsiz olan Zinəddin Zidan "Mançester Yunayted"i çalışdırmaqda maraqlı deyil. Real"ın keçmiş baş məşqçisi "qırmızı şeytanlar"dan təklifi gələrsə, onu heç bir halda qəbul etməyəcək. Bu barədə "RMC Sport" məlumat yayıb. Zinəddin Zidan 2016-2018 və 2019-2021-ci illərdə Madrid klubuna rəhbərlik edib. Fransız ...
publikaz_normalized
16 milyonluq mənimsəmə ittihamı ilə həbs edilən “SOCAR-AQŞ” MMC-nin sabiq baş direktoru Ramin İsayevin cinayət işi üzrə ibtidai istintaq davam edir. Bu səbəbdən istintaq orqanının müstəntiqi və ibtidai araşdırmaya prosessual rəhbərlik edən prokuror seçilmiş qətimkan tədbirinin uzadılması üçün məhkəməyə müraciət edib. B...
publikaz_normalized
Qəsdən adam öldürmə faktına görə cinayət işi başlanıb. Araşdırma zamanı 1973-cü il təvəllüdlü Mürsəl Cabbarovun arvadı Günel Sadıqovaya kəsici-deşici alətlə xəsarətlər yetirərək qəsdən öldürməsi, daha sonra isə özünə xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib. Mürsəl Cabbarov saxlanılaraq polis müşayiəti altınd...
publikaz_normalized
Sankt-Peterburqda pilotsuz uçuş aparatı (PUA) yaşayış binasına çırpılıb. Vilayət qubernatorun mətbuat katibi Beqlov RT-yə bildirib ki, fövqəladə vəziyyət nəticəsində xəsarət alan olmayıb. Zərərçəkmiş mənzillərin sakinləri təxliyə edilib və onlara bütün lazımi köməklik göstəriləcək. Hadisə yerində Fövqəladə Hallar Nazir...
publikaz_normalized
Belə getməsinə icazə verməyəcəyik":"Mançester Siti"nin müdafiəçisi Con Stons "Liverpul"un baş məşqçisi Yurgen Klopp barədə danışıb. Premyer Liqada mübarizə gərgin şəkildə gedir. Liverpul" və "Arsenal" bizi sıxışdırır. Lakin Yurgen Kloppun dörd kubokla getməsinə imkan verməyəcəyik", - deyə Stons "The Times"a açıqlama ve...
publikaz_normalized
Millət vəkili Fazil Mustafaya qarşı silahlı sui-qəsd cəhdi ilə bağlı mühakimə edilən beş nəfərin məhkəməsi davam edir. Bu iş üzrə ittiham olunan Azər Səricanov və Rəşad Əhmədov isə əvvəlki proseslərdə ifadə vermişdilər. Prosesə sədrlik edən Elnur Nuriyev ilk olaraq ifadə vermək üçün Səbuhi Şirinova söz verib. Fazil Mus...
publikaz_normalized
Martın 3-nə olan hava açıqlanıb. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1-5° isti, gündüz 7-12° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-75 %, gündüz 50-60 % olacaq. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gü...
publikaz_normalized
Yaralılar var":"Bu gün, martın 2-də İrəvanda quldurluq hadisəsi baş verib. Saat 04:55 radələrində Şenqavit rayon polisinə Heratsi adına 1 saylı Universitet Xəstəxanasından xəstənin sol baldır nahiyəsinin yarası ilə xəstəxanaya yerləşdirildiyi barədə məlumat daxil olub. Şamşyanın sözlərinə görə, xəstəxanada həkimlər pol...
publikaz_normalized
“Sabah”ın yeni baş məşqçisinin adı müəyyənləşib. Bu barədə orvatiyanın "gol.dnevnik.hr" saytı məlumat yayıb. Bildirilib ki, 50 yaşlı mütəxəssisin təyinatı yaxın zamanda açıqlanacaq. Renduliç son olaraq Bosniya və Herseqovinanın “Jrinski” klubunu çalışdırıb. O, ötən ilin noyabrından işsizdir. Xorvatiyalı mütəxəssis daha...
publikaz_normalized
Nə gətirirmiş?":"Xəbər verdiyimiz kimi, Asiyanın ən varlı adamı Mukeş Ambaninin toy öncəsi şənliklərində çıxış etmək üçün Rihanna Hindistana gedib. Çaş-baş qalan pərəstişkarları Rihannanın üç gün davam edəcək şənliklərə özü ilə nə gətirdiyi ilə maraqlanıblar. Onun gəlişi günü çəkilmiş bir videoda hər biri brezentlə ( s...
publikaz_normalized
Heydər Əliyev adına Hərbi İnstitutun yaranmasının 106-cı ildönümə həsr olunmuş tədbir keçirilib. Bildirilib ki, Hərbi institutun şəxsi heyətinin, ictimaiyyət və incəsənət nümayəndələrinin, eləcə də digər qonaqların iştirak etdiyi tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan...
publikaz_normalized
Müxtəlif adamların adına...":"Müdafiə Nazirliyinin mənimsəməyə görə tutulan Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi, general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin maliyy...
publikaz_normalized
Bu gün 22:00-dan…":"Bu gün saat 22:00-dan sabah saat 12:00-dək qaz abonentləri üçün ödəniş sistemi əlçatmaz olacaq. Buna səbəb "SmartElektroniks" MMC tərəfindən "Azəriqaz"ın AGİS sisteminin yeni verilənlər bazasına keçirilməsi işləri icra olunacaq. Qeyd olunub ki, abonentlərdən bu müddət ərzində ödəniş etməmələri (smar...
publikaz_normalized
Ötən gün Türkiyənin məşhur pop ulduzu Hadisənin Bakı konserti baş tutub. Hadisə çılğın rəqsləri və ifası ilə onu seyr etməyə gələn izləyicilərə unudulmaz gecə bəxş edib. Diqqət çəkən məqamlardan biri isə müğənnin geyindiyi libası olub. Belə ki, pop ulduz səhnəyə qırmızı rəngdə sinə dekolteli qısa libas və uzun hündürda...
publikaz_normalized
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumunda iştirakı çərçivəsində martın 2-də Lüksemburq Böyük Hersoqluğunun Baş nazirinin müavini, xarici işlər və xarici ticarət naziri, əməkdaşlıq və humanitar məsələlər naziri Xavier Bettel ilə görüş keçirib. Xəbərə əsasən, Azərbaycan ilə Lüksemburq...
publikaz_normalized
İştirakçılardan birinin həyat yoldaşı... - FOTO":Türkiyənin reytinqli layihələrindən olan "Survivor All Star"da bu günə qədər görülməmiş bir hadisə yaşanıb. "Bu barədə oyunun "Survivor"ın aparıcısı Acun Ilıcalı bildirib. O yarışma tarixində ilk dəfə belə bir hadisənin baş verdiyini vurğulayıb. "Beria Dominikdə həyat yo...
publikaz_normalized
seçkilərdə iştirak rekord dərəcədə aşağı olub":"İranda keçirilən parlament seçkilərində seçici fəallığı rekord səviyyədə aşağı olub. Bu gün seçici fəallığı ilə bağlı ilkin məlumatlar dəqiqləşdiriləcək. “Iran Today” Telegram kanalı bir qədər yüksək reytinq verir (41%). Belə ki, 61 milyon İran vətəndaşından yalnız 25 mil...
publikaz_normalized
Yasamalda yataqxanada yanğın olub. Bildirilib ki, Bakı şəhərinin Yasamal rayonunda doqquzmərtəbəli yataqxana binasının 7-ci mərtəbəsində ümumi sahəsi 24 m² olan 1 otaqlı mənzildə 1 ədəd yataq dəsti və ev əşyaları 16 m² sahədə yanıb. Qeyd edilib ki, mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından müha...
publikaz_normalized
Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin əməkdaşları Abşeron rayonun Xırdalan şəhərində və Qobu qəsəbəsində qanunsuz tikililəri söküblər. Bildirilib ki, Abşeron rayonunun Xırdalan şəhəri və Qobu qəsəbəsi ərazilərində qanunsuz olaraq tikinti işlərinin aparılması faktları a...
publikaz_normalized
Rusiya prezidenti Vladimir Putinlə Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev arasında telefon danışığı olub. Söhbət zamanı iki ölkə liderləri cari məsələləri müzakirə edərək, ticarət-iqtisadi, nəqliyyat, logistika və enerji sahələrində birgə layihələri vurğulayıblar. Bundan əlavə, Tokayev Putinin Federal Məclisə göndə...
publikaz_normalized