text stringlengths 20 1.45M | source stringclasses 10
values |
|---|---|
Həmin silahlarla vura bilərik":"Rusiyanın Qərb ölkələrinin ərazisində istənilən hədəfi vura biləcək silahları var". Onlar sonda başa düşməlidirlər ki, bizim də silahlarımız var və onlar bunu bilirlər, indi mən dedim: bizim də onların ərazisindəki hədəfləri vura bilən silahlarımız var”, - Putin xəbərdarlıq edib. Rusiya ... | publikaz_normalized |
Sabah Salyan rayon mərkəzinin (bir hissəsi) və rayonun 15 kəndinin, Neftçala rayonunun 12 kəndinin, həmçinin paytaxtın Qaradağ rayonunun Ələt qəsəbəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq. Məlumata görə, "Qaz İxrac" idarəsi tərəfindən “Şorsulu əhali” ölçü qovşağı üzərində quraşdırılmış qaz sayğacının müvəqqət... | publikaz_normalized |
Xocalıda aşkar edilmiş kütləvi məzarlıqdan daha bir azyaşlının qalıqları çıxarılıb. Xəbər verildiyi kimi, işğaldan azad edilmiş Xocalı şəhərinin mərkəzində (keçmiş xalça fabrikinin yaxınlığında) həyata keçirilən əsaslı bərpa-quruculuq işləri çərçivəsində aparılan qazıntı işləri zamanı basdırılmış vəziyyətdə kütləvi ins... | publikaz_normalized |
Azərbaycanda eşşək südünün litri 100 manat oldu - VİDEO":"Bildiyimiz kimi, ölkədə qızılca xəstəliyi geniş yayılıb. Virus əvvəlki dövrlərə nisbətən daha ağır formada özünü büruzə verir. Hətta bu xəstəlikdən ölənlərin sayı da gündən-günə artır. Artıq insanlar buna görə narahatlıq keçirir və xəstəlikdən xətərsiz qurtulmaq... | publikaz_normalized |
Gəncə şəhərində piyadanın ağır xəsarəti ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Yolu qarşı tərəfə keçmək istəyən Gəncə şəhər sakini, 1960-cı il təvəllüdlü G.Nəcəfovanı yük maşını vurub. Qadın ağır xəsarət alıb və xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Faktla bağlı araşdırma aparılır. | publikaz_normalized |
sabahdan bu ölkələrdən başqa...":"Rusiya hökuməti yaz tarla işləri, bayram mövsümü və neft emalı zavodlarının təmiri zamanı sabit bazar vəziyyətini qorumaq üçün 2024-cü il martın 1-dən avqustun 31-dək benzin ixracına qadağa qoyub. Yanacağın ixracına qoyulan məhdudiyyətlər beynəlxalq hökumətlərarası sazişlər çərçivəsind... | publikaz_normalized |
Türkiyə Milli Qadın Voleybol Komandası və "Vakıfbank"ın uğurlu yarımmüdafiəçisi Zəhra Günəş Ebrar Karakurtla birlikdə dünyanın ən çox qazanan voleybolçuları siyahısında ön sıradadır. Doğru investisiya seçimləri üçün davamlı dəstək aldığı deyilən Günəşlə bağlı şok iddia ortaya atılıb. Halk" TV-də yayımlanan məlumata gör... | publikaz_normalized |
Azərbaycanın Almaniyadakı səfirliyi ilk dəfə vətəndaşlarımızın sıx yaşadığı böyük şəhərlərdə səyyar konsulluq xidməti vasitəsilə ümumvətəndaş pasportlarının rəsmiləşdirilməsinə başlayır. Növbəti aylarda digər böyük şəhərlər də əhatə olunacaq. Məqsəd bu və ya digər səbəbdən Berlinə səfər edə bilməyən vətəndaşlarımıza ye... | publikaz_normalized |
Fevralın 29-da hüquq ictimaiyyəti üçün önəmli olan aktual mövzuların müzakirəsinə hər zaman üstünlük verən Baş prokuror yanında Elmi-Məsləhət Şurasının növbəti iclası keçirilib. Baş prokuror Kamran Əliyevin sədrliyi ilə keçirilən iclasda müxtəlif dövlət orqanları nümayəndələri, aparıcı ali təhsil müəssisələri, ixtisasl... | publikaz_normalized |
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində kadr islahatları başlayıb. "Bundan əlavə bəzi rayonların rəislərinin xidməti yerləri dəyişdirilərək rotasiya olunublar. "Dövlət Xidmətindən sorğumuza cavab olaraq bildirilib ki, kadr islahatlarında məqsəd daha şəffaf və dürüst xidmət təşkil etmək və vətəndaş m... | publikaz_normalized |
Həmin an NATO-Rusiya savaşı başlayacaq":"Ukrayna məğlub olarsa, NATO Rusiya ilə birbaşa hərbi münaqişəyə girəcək". Açığını deyim ki, Ukrayna yıxılsa, həqiqətən NATO-nun Rusiya ilə mübarizəyə girəcəyinə inanıram", - Ostin deyib. Müdafiə naziri deyib ki, Rusiya qoşunlarının Ukraynada irəliləməsi ilə bağlı xəbərlər son də... | publikaz_normalized |
Fransa terrorizmi ən fəal dəstəkləyən ölkədir":"Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fransanı terrorizmi ən fəal dəstəkləyən ölkə adlandırıb. Bununla əlaqədar o, tikinti materiallarının böyük istehsalçısı olan Fransanın “Lafarge” şirkətinin fəaliyyətini qeyd edib. Bölgədə “Lafarge” tərəfindən istehsal olunan sement ... | publikaz_normalized |
Xəzər" TV-nin yeni serialı “Bu şəhərdə kimsə yoxdur”un yayım tarixi açıqlanıb. Serialda Xalq artisti Qurban İsmayılov, Əməkdar artistlər Firdovsi Atakişiyev, Rasim Cəfər, aktyorlar Əbdülqəni Əliyev, İbrahim Çingiz, Əlibəy Məmmədli, Kamil Nazim, aktrisalar Zülfiyyə Qurbanova, Aydan Axundzadə (Çingiz), Ləman Mərrih kimi ... | publikaz_normalized |
Paşinyanla "didişib” istefa verdi":"Ermənistan Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Edmon Marukyan respublikanın baş naziri Nikol Paşinyanla fikir ayrılığına görə istefa verib. “Mən baş nazir Nikol Paşinyana Ermənistan Respublikasının xüsusi təyinatlı səfiri vəzifəsindən azad edilməm ilə bağlı sorğu... | publikaz_normalized |
qurumlar hərəkətə keçdi - VİDEO":"Bakıda sürücü marşrut avtobusunu yüksək sürətlə və qapısı açıq idarə edib. İddia edilir ki, qapısı açıq şəkildə idarəolunan nəqliyyat vasitəsi Bakı Beynəlxalq Avtovağzal Kompleksi - Qobu istiqamətində hərəkət edən 567 nömrəli marşrut avtobusudur. Sərnişinlərin dediyinə görə, dəfələrlə ... | publikaz_normalized |
Aparıcı Aytən Səfərova imicində dəyişiklik edib. Yeni saç rəngi necə olub", - deyə aparıcı izləyicilərinə sual ünvanlayıb. | publikaz_normalized |
Ermənistan hakimiyyəti xarici siyasət vektorunu dəyişmir, İrəvanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmaq barədə qərarı yoxdur. “Heç bir kurs dəyişikliyindən söhbət getmir. Biz Ermənistanı təhdid edə biləcək təhlükələri azaltmaq üçün nə etməli olduğumuzu müzakirə edirik. KTMT-dən çıxmaq barədə q... | publikaz_normalized |
ölən və yaralananlar var":"Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Belə ki, "VAZ-2107" markalı minik avtomobili idarəetməni itirərək yol kənarındakı iri gövdəli ağaca çırpılıb. İki sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıb. Faktla bağlı a... | publikaz_normalized |
Kursk və Kursk vilayətində raket təhlükəsi elan edilib. O qeyd edib ki, ictimai xəbərdarlıq sistemi işə salınıb. Sakinlərdən təhlükəsiz yerlərə sığınmağa çağırılıb. Qeyd edək ki, fevralın 17-də səhər saatlarında Kursk vilayətində hava hücumundan müdafiə sistemləri işə düşüb. Daha sonra Kursk AES-in yerləşdiyi Kurçatov ... | publikaz_normalized |
martın 1-dən...":"Xəbər verdiyimiz kimi, Rusiya hökuməti martın 1-dən etibarən benzin ixracına qadağa qoyur. Qadağa, hələlik, altı aylıq bir dövrü əhatə etməlidir. Rusiya rəsmiləri bu qadağanı irəlidən gələn tarla işlərinə görə yanacağa tələbatın artması ilə əlaqələndirirlər. Azərbaycan Aİ-92 markalı benzindən fərqli o... | publikaz_normalized |
Aleksandr Rıbakın Bakı konsertində Səbinə Babayevanın geyindiyi paltar müzakirələrə səbəb olub. Həmin görüntüləri təqdim edirik: | publikaz_normalized |
Rusiyada azərbaycanlı kişi və həyat yoldaşı yol qəzasında həlak olub. Məlumata görə, hadisəyə səbəb Feyzulla Hacıyevin idarəetdiyi "Lada Largus" markalı avtomobilin idarəetmədən çıxması olub. Belə ki, qarşı zolağa çıxan "Lada Largus" qarşıdan gələn "Mercedes" markalı yük avtomobili ilə toqquşub. Onların nəşinin Azərbay... | publikaz_normalized |
nüfuzlu şəxslə münasibətlərdə ixtilaf yarana bilər":"Qoç - çətin və mühüm məsələlərin həlli üçün əlverişli gündür. Yaxınlarınız uğurlarınızı təqdir edir, sizə həyan durmağa çalışırlar. Çətin məsələləri asanlıqla həll edə bilərsiniz. Kiçik qələbələrlə kifayətlənməyin. Qarşınıza ciddi məqsədlər qoyun, hədəfə çatmağa çalı... | publikaz_normalized |
“Avroviziya - 2016”da Azərbaycanı təmsil edən müğənni Səmra Rəhimlinin 143 minlik “Instagram” səhifəsi oğurlanıb. Qeyd edək ki, bundan öncə Xalq artisti Aygün Kazımovanın "Instagram" hesabı oğurlanmışdı. | publikaz_normalized |
Futbol üzrə Türkiyə Kubokunda yarımfinala vəsiqə qazanan sonuncu komandanın adına aydınlıq gəlib. Görüş qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Hesabı 6-cı dəqiqədə Markos Vinisius Amaral Alves açıb. Matçın yekun nəticəsini 84-cü dəqiqədə Rian Mendes müəyyənləşdirib. Fatih Karagümrük" növbəti mərhələdə "Trabzon... | publikaz_normalized |
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan martın 1-dən 3-dək Türkiyəyə işgüzar səfərə gedib. O bildirib ki, nazir orada diplomatik forumda iştirak edəcək. "Mirzoyan forum çərçivəsində müzakirələrə də qatılacaq, həmçinin bir sıra ikitərəfli görüşlər keçirəcək. | publikaz_normalized |
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabirabad rayon şöbəsinin rəisi işdən çıxarılıb. Müvafiq əmrlə Sabirabad rayon şöbəsinin rəisi, polkovnik-leytenant Əlsafa Məmmədov işdən azad edilərək, sərəncama götürülüb. Qeyd edək ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 136 əməkdaşı... | publikaz_normalized |
Aktrisa Oksana Rəsulova neft maqnatı, ictimai xadim, xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin həyatından bəhs edən “Himayədar” adlı bədii filmdə rol alıb. O, fotolar paylaşaraq çəkilişlərin tamamlandığını qeyd edib: “Bakı Media Mərkəzinin istehsalı olan, xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin həyatından bəhs edən “Himayəda... | publikaz_normalized |
Fransa Silahlı Qüvvələr Nazirliyi hərbi sənayedən iki min pilotsuz təyyarə sifariş edib, onlardan 100-ü yayda Ukraynaya göndəriləcək. Fevralın 26-da Parisdə Ukraynaya dəstək konfransında Fransa Prezidenti Emmanuel Makron bildirib ki, Aİ ölkələrindən qoşunlar Ukraynaya gedə bilər. Daha sonra Fransa Müdafiə Nazirliyinin ... | publikaz_normalized |
“Nyukasl Yunayted” alman mütəxəssis Yulian Naqelsmannı yayda baş məşqçi təyin etmək istəyir. Mənbənin sözlərinə görə, Naqelsmannın Almaniya millisi ilə müqaviləsi 2024-cü il Avropa çempionatının sonuna qədərdir. Eyni zamanda, almaniyalı mütəxəssis beynəlxalq turnirdən sonra fəaliyyətini harada davam etdirəcəyini hələ b... | publikaz_normalized |
Bu, İranın qonşuları üçün də...":"ABŞ administrasiyası və müttəfiqləri Rusiya və İran arasında hərbi-texniki əməkdaşlığın əhəmiyyətli dərəcədə artması halında tez və sərt tədbirlər görmək niyyətindədirlər. ABŞ bildirib ki, peykin orbitə buraxılması İran və Rusiya arasında hərbi əməkdaşlığın dərinləşməsindən xəbər verir... | publikaz_normalized |
“Gecəniz xeyrə qalsın, uşaqlar!” adlı məşhur uşaq şousunda Mişutka obrazını səsləndirən məşhur rusiyalı aktyor İqor Kapatov 71 yaşında vəfat edib. “Mərhum İqor Albertoviç Kapatovun parlaq xatirəsi onu tanımaq və sevmək nəsib olmuş insanların qəlbində əbədi olaraq qalacaqdır. Teatrın kollektivi mərhumun ailəsinə və yaxı... | publikaz_normalized |
Məşhur türkiyəli sənətçi Ebru Gündeş və iş adamı Murat Özdemir cütlüyü ötən günlərdə Dubayda ailə qurub. Gündeşlə Özdemirin evləndiyi dəqiqələrdə Murat Özdemirin keçmiş arvadı Selin Kabaklı “Instagram” hesabında paylaşım edib. “Ya Rəbbim, yol sənin, qul sənin, cəza sənin”, - deyə o, paylaşımda bildirib və bu sözləri gü... | publikaz_normalized |
Beynin qocalması və onun funksiyalarının yaşa bağlı pisləşməsi təbii bir prosesdir. Ancaq bunun təzahürləri insandan insana dəyişə bilər. Alkoqol istehlakı" "Alkoqol bütün bədənə və beynə mənfi təsir göstərən bir çox xəstəliklərin və təhlükəli vəziyyətlərin inkişaf riskini artırır. Bir şəxs spirtli içki qəbul edərkən, ... | publikaz_normalized |
Güclü quraqlıqla bağlı Zambiyada milli fəlakət rejimi elan olunub. “Ölkəmizdə müşahidə edilən şiddətli quraqlıq səbəbindən milli fəlakət və fövqəladə vəziyyət elan edirik”, – deyə dövlət başçısı “X” səhifəsində yazıb. Qeyd edib ki, ölkəsinin əsas prioriteti ərzaq və enerji təhlükəsizliyidir. Hökumət qarğıdalı və digər ... | publikaz_normalized |
Albaniya Respublikasının Baş naziri Edi Rama martın 1-də Azərbaycan Respublikasına işgüzar səfərə gəlib. Baş nazir Edi Ramanı hava limanında Azərbaycanın energetika naziri Pərviz Şahbazov, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər qarşıladılar. | publikaz_normalized |
senatorlar rədd etdilər":ABŞ Senatı Türkiyəyə "F-16" qırıcılarının satışının qarşısını almaq cəhdinin qarşısını alıb. Senator Rand Paul ABŞ administrasiyasının Türkiyəyə yeni "F-16" təyyarələri verməsini qadağan edən qətnamə layihəsi təqdim edərək razılaşmanın qarşısını almağa çalışıb. Lakin senatorlar təşəbbüsü rədd e... | publikaz_normalized |
Bakının Xəzər rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb. Faktla bağlı araşdırma aparılır. | publikaz_normalized |
ABŞ-ın keçmiş prezidenti Donald Tramp məhkəmədən məxfi sənədlərlə düzgün işlənilməməsi ilə bağlı işin başlanmasını təxirə salmağı xahiş edib. Sənəddə qeyd edilib ki, Tramp prosesə 2024-cü il prezident seçkiləri başa çatdıqdan sonra başlamağı tələb edir. ABŞ-ın xüsusi prokuroru Cek Smit məhkəmənin iyulun 8-də başlamasın... | publikaz_normalized |
Xəbər verdiyimiz kimi, işğaldan azad edilmiş Xocalı şəhərinin mərkəzində qazıntı aparılan zaman kütləvi insan qalıqları aşkarlanıb. Meyitlərdən birini tanıyan Xocalı sakini infarkt keçirib. Bildirilib ki, hazırda Nəzakət xanım xəstəxanadadır, danışa bilmir. O, qardaşı Akifi geyimindən tanıyandan sonra infarkt keçirib. ... | publikaz_normalized |
Su Nəqliyyatında Polis İdarəsinin Neftçala Xətt Polis Məntəqəsinin əməkdaşları tərəfindən xidməti ərazidə qanunsuz olaraq balıq ovu ilə məşğul olan şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunması istiqamətində tədbirlər davam etdirilir. Həmin şəxsdən müxtəlif növ ov qurğuları, eləcə də qanunsuz olaraq ovlanmış 40-... | publikaz_normalized |
Bakıda tıxac yaranan yolların adları açıqlanıb. Hal-hazırda yollardakı vəziyyət: Heydər Əliyev prospekti, kənar yol, mərkəz istiqamətində;" "2. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən "20 Yanvar" metrostansiyası istiqamətində;" "3. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;"... | publikaz_normalized |
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Antalya Diplomatik Forumunda iştirak etmək üçün Türkiyəyə səfər edib. Nazir türkiyəli həmkarı Hakan Fidan ilə də danışıqlar aparmağı planlaşdırır. Zaxarova daha əvvəl qeyd edib ki, onlar geniş spektrli problemləri, ilk növbədə, qarşılıqlı maraq doğuran sahələrdə ikitərəfli qa... | publikaz_normalized |
Qorxudan...":"Rusiya prezidenti Vladimir Putinin bir açıqlaması Almaniyanın “Die Welt” nəşrinin oxucuları arasında panikaya səbəb olub. Şərhçilərdən biri yazıb ki, Putin Qərbi qorxudan boğulduğunu görür. Digəri vurğulayıb ki, Putin Qərbdən fərqli olaraq həmişə sözünün üstündə durur və ordusunu sursatla təmin edə bilir.... | publikaz_normalized |
Kanadanın keçmiş baş naziri Brayan Malroni cümə axşamı 85 yaşında vəfat edib. Trudeau, Mulroneynin vəfatından dərin təəssüf hissi keçirdiyini bildirib. O, sələfini Kanada dəyərlərinin simvolu, ölkə daxilində və xaricdə hörmətli lider kimi təqdim edib. Siyasətçinin ölüm səbəbi açıqlanmayıb. Mulroney 1984-cü ilin sentyab... | publikaz_normalized |
Kod adı “Menay körpüsü”dür":"Kral III Çarlzın ölümü halında Böyük Britaniyada həyata keçiriləcək əməliyyatın kod adı məlum olub. Tədbirin planı “Menay körpüsü” adlanır. “The Independent” iddia edir ki, ölkə hakimiyyəti onun həyata keçirilməsinə hələ 2022-ci ilin sentyabrında, Kraliça II Yelizavetanın ölümündən az sonra... | publikaz_normalized |
İrəvan Bakıya milyardlar verəcək":"09:06" "“Azərbaycan sülh müqaviləsinə təzminat məsələsini də daxil etmək istəyir”. D.Karapetyan qeyd edib ki, indiyə qədər rəsmi Bakının tələbləri haqda müəyyən məlumatlar mövcuddur: “Bu, 8 kəndin qaytarılması, Zəngəzur dəhlizinin açılması, yaxud Naxçıvana maneəsiz keçidin təmin edilm... | publikaz_normalized |
Pul paylayacaq":"“Telegram” monetizasiya proqramını işə salır. Kanallardakı reklam postları ödəniş olaraq kanal sahiblərinə qaytarılacaq. Açıqlamada bildirilib ki, “Advertising Platform” adlanan xidmət “Telegram” ilə pul qazanmağı mümkün edəcək. Kanal sahibləri üzvlərə göstərilən reklamlardan əldə etdikləri gəlirin 50 ... | publikaz_normalized |
Blogerlərdən birinin Bakının mərkəzinində keçirdiyi sorğu gözlənilməz reaksiyaya səhnə olub. Gənc qız 10 manatı əldə etmək üçün atasına zəng edib, yalandan "Ata, mən hamiləyəm" deyəcəyini bildirib. Nəticədə o dediyini kamera önündəcə icra edərək 10 manata sahib olub. | publikaz_normalized |
Almaniyanın “Bild” nəşri Rusiyanın NATO-ya hücum ssenarisini açıqlayıb. Hücum dörd mərhələdən ibarət ola bilər. Birinci mərhələdə Qərb cəmiyyətini parçalamaq üçün media və sosial şəbəkələrdə kütləvi dezinformasiya kampaniyası aparılacaq. Strateji obyektlərə kiberhücumlar da mümkündür. İkinci mərhələdə Moskva causluq və... | publikaz_normalized |
Ermənistanda sıfırlarla avtomobil nömrələrinin satışının birinci mərhələsi həyata keçirilib. Satışdan 156 milyon 200 min dram (təxminən 371 min dollar) əldə olunub. Daxili İşlər Nazirliyi bir nömrənin neçəyə satıldığını deməkdən imtina edib. Amma “Hraparak”ın əldə etdiyi məlumata görə, “00оо000” dövlət nömrə nişanı 30 ... | publikaz_normalized |
Türkiyə ilk beşlikdə - SİYAHI":"Məşhur səyahət və qastronomiya bələdçisi "TasteAtlas" tərəfindən seçilən dünyanın ən yaxşı qastronomiya şəhərləri siyahısında Türkiyədən bir şəhər ilk 10-luqda yer alıb. Məşhur aşpaz Doğa Çitçi Qaziantep mətbəxinin ilk 10-luqda yer almasının qürurverici olduğunu deyib: “Qaziantep mətbəxi... | publikaz_normalized |
Portalın iş prinsipi gündəmə uyğun xəbərlər hazırlamaq, yeni informasiya istehsal etmək və oxucunu məlumatlandırmaqdır. Portal özündə bir neçə bölməni birləşdirir. Nida.az, Qırmızı.az, Stringer.az, Tabloid.az, Bilgi.az, Ekopublika.az, Rəsmi xronika, Dünya, Maraqlı, Mistika, İdman, Layihələr bölmələrinin hər biri alt qr... | publikaz_normalized |
Bayern" yay transfer pəncərəsində müdafiə xəttini gücləndirmək niyyətindədir. Qartallar" 20 yaşlı istedadın transfer dəyərini 100 milyon avro qiymətləndirib. Pivəçilər" bu məbləği ödəməyə hazırdırlar. Avropanın bütün böyük klubları Silvanı izləyir. Lakin Lissabon komandasının son oyunlarına skautlarını göndərən "Mançes... | publikaz_normalized |
Abşerondakı yeni yaşayış məntəqəsinə qəsəbə statusu verilir. Layihəyə əsasən, Abşeron rayonunun inzibati ərazisində salınmış “Şəfəq” adlı yeni yaşayış məntəqəsinə qəsəbə statusu verilir. Qeyd edək ki, qanun layihəsi parlamentin Regional məsələlər komitəsinin bugünkü iclasında müzakirə olunacaq. ***" "Abşeron rayonunun ... | publikaz_normalized |
Dünyaya müraciət göndərdilər":"Zambiya prezidenti Hakainde Hiçilema ölkə daxilində baş verən quraqlıq səbəbindən “milli fəlakət və fövqəladə vəziyyət” elan edib. O, iqtisadiyyatı və sənayeni ayaqda saxlamaq üçün hidroelektrik qaynaqlarındakı itkini enerji idxalı ilə ödəyəcəklərini bildirib. Prezident kredit şirkətlərin... | publikaz_normalized |
Pula görə":"Barselona" "Nike" ilə müqaviləni pozmaq qərarına gələ bilər. Klub rəhbərliyi "Barselona"nın illik 105+50 milyon avro aldığı hazırkı müqavilədən narazıdır. Prezident Xuan Laporta bunun bazara uyğun olmadığını hesab edir. Yekun qərar mart ayı ərzində veriləcək. Artıq "Puma" Kataloniya təmsilçisinə illik 200 m... | publikaz_normalized |
2024-cü ildə bu ölkələr qovurulacaq":"Beynəlxalq iqlimşünaslar qrupu belə qənaətə gəlib ki, 2024-cü ildə qlobal yay və orta temperaturun Sakit Okean üzərində hava axınına nəzarət edən “El Nino” iqlim fenomeninin daha da intensivləşməsi ilə yeni rekorda imza atması ehtimalı 90% təşkil edir. “Bizim hesablamalarımız göstə... | publikaz_normalized |
Xəsarət alan var":Gəndob-Yalama avtomobil yolunun Xaçmaz rayonunun Nərəcan kəndi ərazisindən keçən hissəsində yol qəzası baş verib. Yaralı Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır. | publikaz_normalized |
Bu gün AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək. İcraiyyə Komitəsinin üzvləri bu gün həm də "Kəpəz"in akademiyasının açılışında iştirak edəcəklər. Qeyd edək ki, AFFA İcraiyyə Komitəsinin iclasının yanvarın 11-də Gəncədə təşkili planlaşdırılsa da, federasiya prezidenti Rövnəq Abdullayevin səhhətinin pisləşmə... | publikaz_normalized |
Azərbaycan derbisi nə vaxtdır?":"Bu gün Azərbaycan Premyer Liqasında 25-ci tura start veriləcək. Turnir cədvəlinin 2-ci pilləsində qərarlaşan "Sumqayıt" öz meydanında "Kəpəz"lə qarşılaşacaq. Oyun saat 19:00-da başlayacaq. Turun digər oyunları martın 2-si və 3-də keçiriləcək. Şənbə günü “Zirə” “Turan Tovuz”u, “Sabah” “A... | publikaz_normalized |
ABŞ-ın keçmiş prezidenti Donald Tramp seçkilərdə qalib gələcəyi təqdirdə ABŞ-ın vitse-prezidenti vəzifəsinə mümkün namizədlərin adını açıqlayıb. Trampın sözlərinə görə, hazırkı seçki kampaniyası çərçivəsində o, bu vəzifəyə Texas qubernatoru Qreq Abbott və Cənubi Karolina senatoru Tim Skotu namizəd hesab edir. Tramp Abb... | publikaz_normalized |
Naxçıvan Muxtar Respublikası Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi vəzifəsindən azad edilib. Sərəncama əsasən, Bəxtiyar Məmməd oğlu İsmayılov Naxçıvan Muxtar Respublikası Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi vəzifəsindən çıxarılıb. Xatırladaq ki, Bəxtiyar İsmayılov... | publikaz_normalized |
İndiyədək Almaniyada ən çox dönər restoranının olduğu, dönərin ən çox sevildiyi şəhər Berlin və ya Köln hesab olunurdusa, artıq o şəhərin Drezden olduğu təsdiqləndi. Şirkətin araşdırmasında Saksoniya əyalətinin paytaxtı Drezden həm kababxanaların sayına, həm də müştəri məmnuniyyətinə görə lider olub. İndiyə qədər lider... | publikaz_normalized |
Azərbaycan və Türkiyə arasında “Preferensial Ticarət Sazişi”ndə dəyişiklik edilməsi ilə bağlı imzalanmış protokol qonşu ölkədə qüvvəyə minib. Bildirilib ki, qanun dərc olunduğu gündən qüvvəyə minir. Xatırladaq ki, 2020-ci il fevralın 25-də Bakıda imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hök... | publikaz_normalized |
Ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu başlanıb. Ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı ərizələrin qəbulu iki mərhələdə (yalnız V ixtisas qrupu üzrə müsabiqədə iştirak etmək istəyən abituriyentlər üçün bir mərhələdə) olmaqla interne... | publikaz_normalized |
Prezident çıxış etdi - YENİLƏNDİ":"Martın 1-də Bakıda, “Gülüstan” sarayında Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasları keçirilib. Dövlətimizin başçısı tədbirdə çıxış edib. Prezident İlham Əliyevin çıxışı" "- Hörmətli Baş nazir c... | publikaz_normalized |
“Məcbur etdilər ki, bu şeiri yazım” - VİDEO":"Bəzi insanlar məni sözə qədər dərk edirlər. Hələ onlar sözlərimdə qalıblar. Biri ayaqqabımda, biri papağımda, biri sırğalarımda, biri şeirimdə qalıb. Əsas odur ki, onlar qalırlar, getmirlər". "Sənətçi qalmaqallı "Tikim sizin ağzınızı" şeirinin yaranmasından söz açıb. Elza b... | publikaz_normalized |
Bir müddətdir xərçənglə mübarizə aparan 25 yaşlı britaniyalı Daniella Tekrey “LinkedIn”də ölümünü əvvəlcədən yazdığı son mesajla elan edib. Yazı 8 mindən çox bəyənmə və 3 minə yaxın şərh toplayıb. | publikaz_normalized |
Salyanda ər və arvad qətlə yetirilib. Həmin kəndin sakinləri, əvvəllər tibb müəssisəsində baş həkim vəzifəsində çalışan İsrafil Məmmədov və onun həyat yoldaşı Münəvvər Məmmədova naməlum şəraitdə qətlə yetirilib. Faktla bağlı araşdırma aparılır. | publikaz_normalized |
Film kimi olay":"Kazanda mənzildən çay və peçenye oğurlayan keçmiş məhbus yenidən həbs olunub. Keçmiş məhbus Tatarıstanın paytaxtında qarşısına çıxan evlərdən birinin pəncərəsini döyüb. Ev sahibi kişini içəri dəvət edərək ona paltar, yemək və içki verib. Gecə saatlarına hər ikisi yeyib, içib, söhbət ediblər. Daha sonar... | publikaz_normalized |
Xalq artisti Natiq Şirinov rəhbərlik etdiyi “Natiq” ritm qrupunun toy qiymətlərini açıqlayıb. Nağara ustası Xalq artisti Alim Qasımovla bərabər məclislərə getdiyini bildirib. Şirinovun çıxışı üçün fantastik qonorar tələb etməsi diqqətdən qaçmayıb. Belə ki, qonorar 1500 manatla 45 min manat arasında dəyişir. N.Şirinov t... | publikaz_normalized |
Polis əməkdaşları Xankəndi şəhərində avtomat və dronlar aşkarlayıb. Bildirilib ki, keçirilən tədbirlərlə fevralın 29-da Xankəndi şəhəri ərazisində 3 ədəd dron, 12 ədəd müxtəlif markalı avtomat silahı, 39 ədəd müxtəlif markalı tüfəng, 8 patron darağı, 545 ədəd müxtəlif çaplı patron, 30 ədəd rabitə vasitəsi və digər surs... | publikaz_normalized |
Məşhur aktrisaya gəzmək qadağan olundu":"Təkadamlıq tamaşası üçün Dənizlinin Pamukkale mahalına gedən məşhur aktrisa Berna Laçının halı qəfil pisləşib və xəstəxanaya aparılıb. Bütün planlarını ləğv edən Laçın təcili əməliyyat olunacağını bildirib. Qul plan qurar, tale gülərmiş. Bu axşam gözəl bir tədbir üçün Pamukkaled... | publikaz_normalized |
Kəşfiyyat məlumatlarını Rusiyaya ötürüb":"Almaniya kansleri Olaf Şolts Ukraynadakı xüsusi əməliyyat zonasında Böyük Britaniya və Fransadan olan hərbçilər haqqında kəşfiyyat məlumatlarını açıqlamaqda ittiham edilib. Kansler həmçinin bildirib ki, Almaniya Ukraynaya İngiltərə-Fransız “Taurus” uzaqmənzilli raketlərinin alm... | publikaz_normalized |
Bu şəxslər federasiyadan uzaqlaşdırılacaq - FOTO":"Azərbaycan futbolu yeni dönəmə hazırlaşır. AFFA-da keçiriləcək prezident seçkiləri ilə qurumda böyük islahat dalğasının başlayacağı gözlənilir. İslahatları labüd edən isə futbolumuzun hazırkı durumudur. Bu idman növündə ölkəmizdə "Qarabağ"dan başqa müsbət məqam yoxdur.... | publikaz_normalized |
Avstraliya mərkəzli Lovy İnstitutunun ölkə və bölgələrin diplomatik şəbəkələri ilə bağlı hazırladığı Qlobal Diplomatiya İndeksi hesabatında Türkiyə ən böyük diplomatik şəbəkəyə malik 3-cü ölkə olaraq yer alıb. Hesabatda 2023-cü ilin iyul-noyabr ayları arasında 66 ölkə və regionun rəsmi qurumlarından əldə edilən məlumat... | publikaz_normalized |
Rusiyalı müğənni Nyuşanın əri İqor Sivov başqa bir qadınla qucaqlaşıb öpüşərkən görüntülənib. Müğənninin nümayəndələri xəbəri inkar etsə də, "Telegram" kanallarında yayılan məlumata görə, bundan sonra Nyuşa ərindən ayrılmağa qərar verib. Qeyd edək ki, pərəstişkarları həm ulduzun nikah üzüyünü çıxartdığını, həm də Yeni ... | publikaz_normalized |
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumunda iştirakı çərçivəsində Qırğız Respublikasının xarici işlər naziri Ceenbek Kulubayev ilə görüşüb. XİN-dən Publika-a bildirilib ki, görüş zamanı Azərbaycan və Qırğızıstan arasında həm ikitərəfli müstəvidə, həm də çoxtərəfli platformalarda əməkd... | publikaz_normalized |
12:25" "“Paşinyanın “sülh qovşağı” layihəsi regional müharibəyə aparır”. Babayan Ermənistanın müharibədən qaçması və regional layihələrdə iştirak etməsinin iki yolunun olduğunu qeyd edib: “Birinci variant Azərbaycanın Naxçıvana çıxışı üçün Mehridən magistral yolun verilməsidir (Zəngəzur dəhlizi), amma bu yolda Ermənist... | publikaz_normalized |
Azərbaycan özünü etibarlı tərəfdaş kimi doğruldub. Bizim sözümüz imzamız qədər eyni qüvvəyə malikdir. “Biz yeni təşəbbüslər irəli sürmüşük və əminəm ki, onlar həyata keçiriləcək”, - deyən dövlət başçısı vurğulayıb ki, təkcə ötən ilin nəticələri bunu nümayiş etdirir. | publikaz_normalized |
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) həyəcan təbili çalır: son 34 ildə dünyada kök insanların sayı iki dəfə artıb. Britaniyanın "Lancet" jurnalında dərc olunan araşdırmada qeyd edilib ki, 1990-cı ildən bəri böyüklər arasında piylənmə iki dəfədən çox, uşaqlar və yeniyetmələr (5-19 yaş arası) arasında isə dörd dəfə artıb. E... | publikaz_normalized |
Əhməd Əhmədovun qətlə yetirdiyi ailə üzvləri ilə çəkdirdiyi xoşbəxt fotosu yayılıb. Qeyd edək ki, hadisə fevral ayının 13-də Bakıda baş verib. Əhməd Əhmədov adlı 25 yaşlı gənc ailəsinin 5 üzvünü – ata, ana, qardaş, bacı və bacısının körpə qızını qətlə yetirib. | publikaz_normalized |
Deputat, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini, BAXCP sədri Qüdrət Həsənquliyev “Yeni Müsavat”a geniş müsahibə verib. - Qüdrət bəy, illərdir ki, məhkəmə-hüquq islahatlarının zəruriliyi barədə təkliflərlə çıxış edirsiniz. Prezident seçkisinin təbliğat və təşviqat dövründə də çıxışla... | publikaz_normalized |
“Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri”ndə dəyişiklik edilib. Qərara əsasən, 95-dən az oktan ədədi ilə benzin üçün aksiz dərəcələri azaldılıb: " "Baş nazirin digər qərarı ilə 2024-cü il 31 dekabr tarixinədək bu benzin üçün gömrük rüsumu ləğv edilib. Bu Qərar 2024-cü il martın ... | publikaz_normalized |
Yanvar ayı ərzində dövlət sərhədini pоzduqlarına görə 41 nəfər saxlanılıb, оnların 12-i Azərbaycan, 11-i Pakistan, 7-i İran, 3-ü Əlcəzair, 3-ü Şri-Lanka, 2-i Hindistan, 2-i Mərakeş və 1-i İraq vətəndaşı оlub. Qanunsuz miqrasiya ilə mübarizə tədbirləri çərçivəsində 13 nəfər saxta tarix möhürü, saxtalaşdırılmış pasport, ... | publikaz_normalized |
Qətərliləri qabaqladılar":"İnter" yeni titul sponsoru ilə əməkdaşlıq barədə razılığa gəlib. Müqavilə yeni mövsümdən qüvvəyə minəcək. Anlaşma 5 il üçün nəzərdə tutulacaq. Bu əməkdaşlıq hər il "İnter"ə 30 milyon avro qazandıracaq. Betsson"un rəqibi ildə cəmi 18 milyon avro təklif edən Qətər dövlətinin "Qatar Airways" şir... | publikaz_normalized |
Bunları satacağam":"Argentina millisinin futbolçusu Ezekiel Palasiosun həyat yoldaşı Yesika Frias onun DÇ-2022-də qazandığı medalı satmaqla hədələyir. O, medal üçün aldığı pulu Tiqre şəhərindəki birgə mənzillərinin borcunu ödəməyə sərf etmək istəyir: “Onun boşanma sənədini imzalamasını istəyirəm. Yalnız haqqım olanı is... | publikaz_normalized |
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi cari il üçün hazırlıq planına əsasən, Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) hissə və bölmələri ilə “Dərin qar və şiddətli soyuqlarda döyüş əməliyyatlarının aparılması” mövzusunda keçirilən taktiki-xüsusi təlimlər davam edir. Məlumatda bildirilib ki, yüksək dağl... | publikaz_normalized |
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 1-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclaslarında iştirak edən Avropa İttifaqının energetika məsələləri üzrə komissarı xanım Kadri Simsonu qəbul edib. Dövlətimizin başçı... | publikaz_normalized |
Yaxşı idi, amma məndə...":"Niderlandda bir moda jurnalının mart buraxılışının üz qabığına çəkilən 22 yaşlı “Playboy” modeli Hike Konninqs Leonardo Di Kaprio ilə gecə klubunda görüşündən danışıb. Qız dostlarından onun "yataqda qəribə fantaziyaları" olduğunu eşitdiyi üçün evinə getməkdən imtina etdiyini etiraf edib. Onla... | publikaz_normalized |
Xəbər verdiyimiz kimi, Salyan Rayon Mərkəzi Xəstəxanasının poliklinika şöbəsinin sabiq baş həkimi İsrafil Məmmədov və 1963-cü il təvəllüdlü həyat yoldaşı Məmmədova Münəvvər Rza qızı yaşadığı evdə qətlə yetirilib. Yaşadığı Kərimbəyli kəndində İstixana (parnik) biznesi var imiş. | publikaz_normalized |
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 1-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclaslarında iştirak edən İtaliya Respublikasının ətraf mühit və enerji təhlükəsizliyi naziri Cilberto Piketto-Fratini qəbul edib. D... | publikaz_normalized |
Cənub Qaz Dəhlizi artıq üç ildir işləyir. Bu, Avrasiya məkanında mühüm infrastruktur layihələrindən biridir. Bunun, eyni zamanda, enerji təhlükəsizliyi, əməkdaşlıq layihəsi olduğunu vurğulayan dövlət başçısı qeyd edib: “Çünki bu marşrut üzərində yerləşən ölkələr arasında işbirliyi olmadan bu layihəni həyata keçirmək mü... | publikaz_normalized |
Rusiyanı bu məhsulsuz qoyub":"Rusiya Elektrometallurgiya Müəssisələri Assosiasiyası dəmir yolu ilə Rusiyaya metal qırıntıları ixracını qadağan edən Qazaxıstanın hərəkətlərindən Sənaye və Ticarət Nazirliyinə, İqtisadi İnkişaf Nazirliyinə və Avrasiya İqtisadi Komissiyasına şikayət edib. Astana bu və ya digər dərəcədə 201... | publikaz_normalized |
Təbii qaz layihələri elə icra olunmalıdır ki...":"Cənub Qaz Dəhlizinin genişləndirilməsi və hər hansı digər təbii qaz layihələri elə icra olunmalıdır ki, əsas hədəfimizə zərər dəyməsin. Çünki Avropa İttifaqından Azərbaycan qazına böyük tələbat var idi və indi də var. Bir çox ölkənin təbii qazla bağlı Azərbaycana müraci... | publikaz_normalized |
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin Müdafiə Sənayesi Agentliyinin prezidenti Haluk Gürgönlə görüşüb. Tərəflər Antalya Diplomatiya Forumu çərçivəsində bir araya gəliblər. Onlar müdafiə sənayesi üzrə əməkdaşlığın gücləndirilməsi və mümkün asanlaşdırma sahələrini müzakirə ediblər. | publikaz_normalized |
Toronto Universitetinin kanadalı alimləri iş adamı İlon Maskın "X" sosial şəbəkəsinin istifadəçilərin psixikasına təsirini araşdırıblar. X" qlobal auditoriyaya çatmaqda "TikTok" kimi platformalardan geri qalsa da, ictimai rəyin formalaşmasında rolu, xüsusən də əyləncə, jurnalistika və siyasətdə fikir liderləri arasında... | publikaz_normalized |
Qarabağ universitetinin açılması Azərbaycan tarixi üçün çox mühüm əhəmiyyət kəsb edir. Sevindirici hal odur ki, biz həmin ərazilərdə orta məktəblərdən sonra ali məktəbin açılışını müzakirə edirik, bu haqda planlar qururuq". O bildirib ki, Xankəndidə yerləşəcək Qarabağ Universiteti tarixi Azərbaycan universitetidir və b... | publikaz_normalized |
Sərasər 13 ildir ki... - FOTO":Türkiyənin Karacabey rayonunda yerləşən Eskikaraağaç mahalında bir kəndin simvolu olan Yarən adlı leylək 13-cü ildə də köçdən dönərək Adem Yılmazın qayığına minib. Yarenin yazda gəlişi ilə Eskikaraağaçda da turizm aktivliyi yaşanır. Avropa Leylək Kəndləri Birliyində Türkiyəni təmsil edən ... | publikaz_normalized |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.