text stringlengths 20 1.45M | source stringclasses 10
values |
|---|---|
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Respublikasına səfəri çərçivəsində qardaş ölkənin müdafiə sənayesi kompleksinə daxil olan “Baykar” şirkətinin texniki direktoru cənab Selçuk Bayraktar ilə görüşüb. Görüşdə Azərbaycan ilə Türkiyə arasınd... | publikaz_normalized |
əməliyyat olunacaq":"Ferrari" komandasının pilotu Karlos Sayns "Formula 1" üzrə Səudiyyə Ərəbistanı Qran-prisini buraxacaq. Həkimlər 29 yaşlı pilota appendisit diaqnozu qoyublar. Saynsın son iki gündə sınaq yarışları zamanı vəziyyəti pisləşib. O, tezliklə əməliyyat olunacaq. Onu 19 yaşlı ehtiyat sürücü Oliver Birman əv... | publikaz_normalized |
Bakı şəhəri Xətai Rayon Məhkəməsi “Toplum TV” işi üzrə saxlanılanlar barədə həbs qətimkan tədbiri seçib. Qərarla Akif Qurbanov 4 ay, Əli Zeynalov ay, Mövsüm Cabarov ay, Ramil Babayev 4 ay, İlkin Əmrahov isə 4 ay müddətə həbs olunublar. Qeyd edək ki, martın 6-da sosial şəbəkələrdə "Toplum TV"nin ofisində axtarış aparılm... | publikaz_normalized |
Laçının Zabux kəndində 32 ildən sonra ilk dəfə toy mərasimi təşkil olunub. Məlumata görə, mərasimdə Əməkdar artist Ehtiram Hüseynov və müğənni Elçin Cəfərov da iştirak ediblər. Qeyd edək ki, yenidən qurulan Zabuxda hazırda 797 sakin yaşayır. | publikaz_normalized |
Timati ləqəbi ilə Rusiya şou-biznesində məşhurlaşan repçi və iş adamı Timur Yunusov 8 Mart – Beynəlxalq Qadınlar Günündə model sevgilisi Valentina İvanovaya bahalı hədiyyə edib. Timati “təvazökar” hədiyyəsinin ətrafına ağ qızılgül ləçəkləri səpərək sevgilisinin reaksiyasını kameraya çəkib və sosial şəbəkə hesabında izl... | publikaz_normalized |
Putin məni ən azı 10 dəfə öldürməyə cəhd edib":"Ukrayna prezidenti genişmiqyaslı işğal zamanı azı 10 sui-qəsd cəhdindən sağ çıxıb. Eyni zamanda Vladimir Zelenski qeyd edib ki, Ukrayna əsgərləri hər gün həyatlarını riskə atırlar. Jurnalist Zelenskiyə “Putin sizi neçə dəfə öldürməyə çalışıb” sualını verib. Bu, kəşfiyyat ... | publikaz_normalized |
Toplum TV" domen adı, redaksiya heyəti, rekvizitləri olan KİV qurumudur. İnternet səhifəsində qeyd edilib ki, “2016-ci ilin oktyabr ayından yaradılmış müstəqil informasiya resursudur” (https://toplum.tv/sehife/biz-kimik). “Media haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, ölkə ərazisində fəaliyyət göstərən Kİ... | publikaz_normalized |
92 yaşlı media maqnatı Rupert Merdok məşhur rusiyalı oliqarx Roman Abramoviçin keçmiş qayınanası Yelena Jukova ilə evlənməyə hazırlaşır. Bu, onun beşinci evliliyi olacaq. Merdokun ətrafı onun artıq 67 yaşlı Jukova ilə nişanlı olduğunu bildirib. Toy iyun ayında Kaliforniyadakı malikanədə baş tutacaq. Məşhur cütlüyün rom... | publikaz_normalized |
Azərbaycan Ordusunda xidmət edən qadın hərbi qulluqçuların, mülki işçilərin və şəhid ailələrinin iştirakı ilə 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunan silsilə bayram tədbirləri keçirilib. Tədbirlərdə əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canında... | publikaz_normalized |
Avropa İttifaqı ölkələri 2024-cü ildə Kiyevə 21 milyard avrodan çox hərbi yardım göstərə bilər. O bildirib ki, bu il Aİ ölkələri hərbi yardım üçün 21 milyard avro ayırmağı planlaşdırır: Bu rəqəm qismən məlumatlara əsaslanır, ona görə də faktiki məbləğ daha da çox ola bilər. Avropa Komissiyası Ukraynaya dəstək proqramı ... | publikaz_normalized |
Son günlər Azərbaycan istehsalı olan zeytun yağlarının qiymətində kəskin artım müşahidə olunur. Bu da özünü əsasən yarımlitrlik və birlitrlik qablaşdırmalarda göstərir. Belə ki, bir müddət əvvəl qiyməti orta hesabla 6,20-7,40 manat olan yarımlitrlik zeytun yağları hazırda 9,0 manatdan baha satılır. 8,50-10,50 manat ara... | publikaz_normalized |
Fransanın Avropa və Xarici İşlər Nazirliyinin Azərbaycanda guya fikir və mətbuat azadlığının hədəf alındığı, əsassız həbslər həyata keçirildiyi barədə 8 mart tarixli bəyanatını qətiyyətlə rədd edirik. Bu cür əsassız və qərəzli bəyanatları Azərbaycanın daxili işlərinə, istintaq prosesinə və məhkəmə hakimiyyətinin müstəq... | publikaz_normalized |
Çin Xalq Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri xanım Qo Min ilə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev arasında görüş keçirilib. Bildirilib ki, görüşdə Azərbaycanın bu il ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasın... | publikaz_normalized |
havada ikən təkəri qopdu - FOTO":San-Fransisko hava limanından havaya qalxan “Boeing 777” təyyarəsinin təkəri qopub. Yaponiyaya uçan təyyarə təcili olaraq Los-Ancelesə enməli olub. Nasazlıq aradan qaldırılandan sonra “Boeing 777”nin nəzərdə tutulan uçuşu baş tutub. | publikaz_normalized |
“Qarabağ”ın futbolçuları Marko Vesoviç və Marko Yankoviç Monteneqro millisinə dəvət alıb. Onlar millinin baş məşqçisi Robert Prosineçkinin 25 futbolçudan ibarət genişləndirilmiş siyahısına daxil ediliblər. Hər iki futbolçu Antalyadakı toplanışda iştirak edəcək və Belarus (21 mart) və Şimali Makedoniya (25 mart) ilə yol... | publikaz_normalized |
Ukrayna prezidenti Volodimir Zelenski ölkənin xarici işlər naziri Dmitri Kulebanı vəzifəsindən kənarlaşdırmaq fikrindədir. Nəşr iddia edib ki, nazirlikdən çoxlu şikayətlər var, Prezident aparatı ümumiyyətlə xarici xidmətdən narazıdır: Səfirliklərdəki işlərin qeyri-qənaətbəxş olmasına dair müxtəlif dairələrdən, hətta mü... | publikaz_normalized |
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ukraynalı həmkarı Vladimir Zelenski ilə görüşü başa çatıb. Liderlərin mətbuata açıqlama verməsi gözlənilir. ***" "20:53" "Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ukraynalı həmkarı Vladimir Zelenski ilə görüşü başlayıb. Qeyd edək ki, görüş zamanı Ukrayna ilə Rusiya arasında da... | publikaz_normalized |
“Toplum Tv” işi ilə bağlı cinayət məsuliyyətinə cəlb edilənlərdən-Fərid İsmayılov və Elmir Abbasov sərbəst buraxılıb. Təqsirləndirilən şəxslər haqda “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilib. F.İsmayılov və E.Abbasov sərbəst buraxılıblar. Qeyd edək ki, “Toplum Tv” işi üzrə saytın təsisçisi Ələsgər Məmməd... | publikaz_normalized |
Türkiyə xarici işlər naziri Hakan Fidan ABŞ dövlət katibi Entoni Blinken ilə görüşüb. Məlumata görə, görüş Vaşinqtonda Strateji Mexanizm toplantısı çərçivəsində baş tutub. | publikaz_normalized |
Azərbaycan Premyer Liqasında XXVI tura start verilib. Görüş qonaqların minimalhesablı qələbəsi ilə sona çatıb. Matçda yeganə qolu 10-cu dəqiqədə Kazemir Ninqa vurub. Beləliklə, hesabında 39 xal olan "Sumqayıt" turnir cədvəlində 2-ci pilləyə yüksəlib, "Səbail" isə 37 xalla 3-cü yerə enib. Turun digər oyunları martın 9-1... | publikaz_normalized |
Mikroyuxu yol, iş və ev qəzalarının səbəblərindən biri olaraq görülür. Kifayət qədər yatmayan şəxslərin beyni qeyri-ixtiyari olaraq bir neçə saniyəlik yuxuya gedir. Bu müddətdə çox vaxt insan yuxuda olduğunu belə dərk etmir. Bəzi işlərlə məşğul olarkən birdən gözləriniz bağlanır və qeyri-ixtiyari olaraq bir neçə saniyə... | publikaz_normalized |
Türkiyənin Adana şəhərində yaşayan bir gözü mavi, digər gözünün yarısı mavi, yarısı qəhvəyi rəngdə olan uşaq görənləri heyrətə gətirir. Fateh yeni dünyaya gələndə sağ gözünün göy, sol gözünün isə qəhvəyi və göy rəngdə olması ailəni təşvişə salıb. Lakin həkimlər" "Fatehin görmə probleminin olmadığını, bunun sadəcə heter... | publikaz_normalized |
Azərbaycan müdafiə nazirinin müavini, Quru Qoşunların komandanı Hikmət Mirzəyev Türkiyənin Quru Qoşunlarının komandanı, ordu generalı Səlcuq Bayraktaroğlu ilə görüşüb. Görüş ötən gün İstanbul şəhərində baş tutub. | publikaz_normalized |
Yevlax rayon Balçılı kəndində intihar hadisəsi olub. Onun hansı səbəbdən intihar etdiyi hələ məlum deyil. Faktla bağlı araşdırma aparılır. | publikaz_normalized |
Bu gün 8 martla əlaqədar olaraq bir çox restoranlarda depozit və servis haqqının kəskin artırılması müşahidə olunur. "Belə ki, normal günlərdə 25-30 manat civarı olan depozitlər hazırda 100-120 manat civarında təklif olunur. Eyni zamanda restoranlara müraciət edən vətəndaşlara yer olmaması bəhanə gətirilərək yüksək qiy... | publikaz_normalized |
Ukraynanı etibarlı dəstəklədiyinə görə mən Türkiyəyə minnətdaram". O bildirib ki, hər iki ölkə Qara dənizdə bütün regionun qlobal ərzaq təhlükəsizliyini dəstəkləyir. Bunun üçün gəmiçiliyin təhlükəsizliyi əsas şərtdir. Buna birlikdə nail ola bilərik. Biz Türkiyə müdafiə şirkətləri ilə ikitərəfli əməkdaşlığın və birgə is... | publikaz_normalized |
Böyük Britaniyanın baş naziri Rişi Sunakın qayınanası olan məşhur hind yazıçısı Sudha Murti deputat olacaq. “Xanım Sudhanın sosial iş, xeyriyyəçilik və təhsil də daxil olmaqla müxtəlif sahələrə verdiyi töhfələr çox böyük və ruhlandırıcıdır”, - Baş nazir Narendra Modi bu barədə açıqlamasında deyib. | publikaz_normalized |
“Çelsi”də zədə epidemiyası davam edir. “Levi Kolliul və Ben Çilluel zədəli oyunçular siyahısına əlavə edilib. Konor Qallager də virusa yoluxduğu üçün məşq etməyib. Görək o, sabah və ya şənbə günü məşqlərə qayıda biləcəkmi? Problem ondadır ki, xəstəlikdən sonra enerjiniz azalır və sağalmaq üçün vaxt lazımdır”, – klubun ... | publikaz_normalized |
“Real” Cud Bellinqemın cəzasını ləğv edə bilməyib. Aut.az xəbər verir ki, ingililis futbolçu “Valensiya” ilə oyunda hakimlə şifahi mübahisəyə görə iki oyunluq cəzalandırılmışdı. COPE-nin məlumatına görə, La Liqanın hakimlər komitəsi Madrid klubunun apellyasiya müraciətini rədd edib. Beləliklə, Cude La Liqanın “Selta” v... | publikaz_normalized |
Türkiyənin "Mən bu cahana sığmazam" serialına yeni aktyor daxil olacaq. Qeyd edək ki, məşhur serialda Oktay Kaynarca baş rolda çəkilir. | publikaz_normalized |
Amerikalı, 82 yaşlı müğənni-aktyor Stiv Lourens vəfat edib. Xatırladaq ki, Stiv Lourens "Qremmi" və "Emmi" mükafatları laureatıdır. O, daha çox "Dur və seçil", "Bluz qardaşları", "Tənha oğlan" kimi məşhur filmlərdəki rolları ilə yadda qalıb. | publikaz_normalized |
Azərbaycan millisinin sabiq ağırlıqqaldıranı Zülfüqar Süleymanovun ömürlük diskvalifikasiyası başa çatmış hesab olunub. Qurum 2021-ci ildə qəbul olunan yeni antidopinq qaydalarına əsaslanaraq belə addım atıb. Həmin yeniliyə əsasən dopinqə görə ikinci dəfə verilən cəzalar yüngülləşdirilib. Əvvəlki qayda ilə ağır diskval... | publikaz_normalized |
ABŞ-ın keçmiş prezidenti Donald Tramp Prezident Co Baydenin Konqres qarşısında çıxışının ölkə üçün biabırçılıq olduğunu bəyan edib. O bildirib ki, bu, Baydenin indiyə qədərki ən pis çıxışı idi: “Bayden Ukrayna və “Şimal axını 2” də daxil olmaqla, hər şeyi Moskvaya verib. O, Putinin, Si Szinpinin və demək olar ki, bütün... | publikaz_normalized |
Son günlər sürətlə bahalaşan "Bitkoin"in dəyəri artaraq 70 mini ötüb. Bu rəqəm daha sonra 67 minədək geriləyib. Hazırda "Bitkoin" 67- 68 min dollar aralığında ticarət olunur. | publikaz_normalized |
Avtomobillərin onlayn auksionlarında avtomobil almaq riskli bir işdir və siz fırıldaqçılarla qarşılaşa bilərsiniz. İndi siz avtomobili alıb ölkəyə gətirməyi vəd edən vasitəçilərin köməyi ilə xarici onlayn hərraclardan xarici avtomobil ala bilərsiniz. Çox vaxt fırıldaqçılar bu cür vasitəçilər adı altında hərəkət edir, a... | publikaz_normalized |
paltarlarını cırdılar və...":Pakistanda "TikTok" fenomeni olan qadın hücuma məruz qalıb. Kişilərin seksual xarakterli hücumuna məruz qalan qadına heç kim kömək etməyib. Paltarları cırılan qadın dəqiqələrlə izdihamın arasında qalıb. Qadının başına gələnlər sosial mediada böyük səs-küyə səbəb olub. | publikaz_normalized |
İsveçrədə Ukrayna Sülh Planı üzrə zirvə görüşü keçiriləcək. O, Rusiyanın bu zirvəyə dəvət edilmədiyini qeyd edib. Zelenski ortaq silah və sursat istehsalatı üçün işlərin də davam etdiyini vurğulayıb. | publikaz_normalized |
Şamaxının Məlikçobanlı ərazisində palçıq vulkanı aktivləşib. | publikaz_normalized |
Milli Basketbol Assosiasiyasının (MBA) hazırkı çempionu “Denver Naggets” klubun ABŞ prezidenti Co Baydenlə Ağ Evdə keçirilən ənənəvi görüşdən imtina edir. “Naggets”in yanvarın sonunda Ağ Evə planlaşdırılan səfəri, Bayden administrasiyası tərəfindən martın 18-nə təxirə salınıb. “Denver”in martın 19-na planlaşdırılan Qər... | publikaz_normalized |
Türkiyə Super Liqasında 29-cu tura start verilib. Ev sahibləri qonaqları darmadağınla yola salıblar - 6:2. Bu nəticədən sonra Okan Burukun yetirmələri 78 xalla turnir cədvəlinə başçılıq edirlər. | publikaz_normalized |
İş adamı Murad Özdəmirlə Dubayda yeni ailə həyatı quran türkiyəli müğənni Ebru Gündəş bal ayından qayıdıb. Gündeş villaya aylıq 535 min lirə (təxminən 28 min 570 manat) kirayə haqqı ödəyəcək. Qeyd edək ki, iki dəfə evli olan Muradın 3 övladı var. E.Gündəş isə 3 dəfə ailə qurub və boşanıb. Onun keçmiş həyat yoldaşı, Cən... | publikaz_normalized |
Ukrayna MDB-nin Silahlı Qüvvələr və Sərhəd Qoşunları haqqında sazişindən çıxıb. Onun sözlərinə görə, 1991-ci il dekabrın 30-da Minskdə imzalan qərardan imtina Nazirlər Kabinetinin iclasında qəbul edilib. Qeyd edək ki, Ukrayna hakimiyyəti mütəmadi olaraq Rusiya, Belarus, Suriya ilə, eləcə də MDB çərçivəsində bağlanmış m... | publikaz_normalized |
Volodimir Zelenski Rəcəb Tayyib Ərdoğana Rusiya tərəfindən həbs edilən Krım tatarlarının siyahısını verib. O, qeyd edib ki, həbs edilən tatarların sayı getdikcə artır və hələ də onların Ukraynaya dönmələri üçün səylər nəticə verməyib. Zelenski Türkiyə Prezidentinin bu məsələdə yardım edə biləcəyinə ümid etdiyini vurğul... | publikaz_normalized |
Hərbi xidmətdə olan ataların uşaqlarına aylıq 120 manat müavinət verilir. Mövzu barədə danışan millət vəkili Vüqar Bayramov qeyd edib ki, müavinət hərbi qulluqçuların həqiqi hərbi xidmətdə olduğu müddətdə ödənilir. Müavinətin təyin olunması barədə müraciətə qeydə alındığı gündən ən geci 10 gün müddətində baxılır və müv... | publikaz_normalized |
“Mövcud qanunvericilik nəzərə alınmaqla, martın 31-də keçiriləcək bələdiyyə seçkisi mənim üçün yekun olacaq”. Bu seçki mənim qanunla verilən səlahiyyətlər çərçivəsində sonuncu seçkimdir. Nəticədə işlər məndən sonra gələcək qardaşlarıma keçəcək”- deyə o bildirib. Qeyd edək ki, 2023-cü ildə Ərdoğan prezident seçkisinin i... | publikaz_normalized |
Subaru teleskopu"nun köməyilə Günəş sistemində üç yeni peyk aşkarlanıb. Tapılan peyklərdən biri Uranın, ikisi isə Neptunundur. Peyklərinin ümumi sayı 28-ə çatan Uranın yeni tapılan S/2023 adlı peykinin diametri cəmi 8 kilometrdir. Neptunun yeni kəşf edilən 23 kilometrlik parlaq peykinin (S/2002 N5) orbital yolu 9 ildir... | publikaz_normalized |
sınağa çəkiləcəksiniz":"Qoç - Ünsiyyət və danışıqlar üçün çox əlverişli gündür. Ən soyuqqanlı, laqeyd, eqoist, mizantrop insanı belə ideyalarınıza cəlb edə bilərsiniz. İntuisiyanız çox güclüdür və bu məqam şəxsi nüanslara təsir edir. Yaxınlarınızın istək və hisslərini anlamağa çalışın. Sevdiyiniz insanın niyyətini duyu... | publikaz_normalized |
Türkiyənin İzmir şəhərində taksi sürücüsü Oğuz Ergeni 3 güllə ilə öldürən Delil Aysalın məhkəmə prosesi keçirilib. Xatırladaq ki, hadisə fevralın 1-də baş verib. Erge yol kənarında dayanan D.Aysalı soyuqda üşüməsin deyə avtomobilinə əyləşdirib. Arxa oturacaqda oturan D.Aysal isə sürücüyə tapança ilə atəş açaraq onu ağı... | publikaz_normalized |
Ötən gün Astara şəhəri ərazisində ağır yol-nəqliyyat hadisəsi olub. Bildirilib ki, saat 22:40 radələrində 1998-ci il təvəllüdlü Tural Əlizadə idarə etdiyi “VAZ 2107” markalı avtomobillə Astara şəhəri ərazisində hərəkətdə olarkən idarəetməni itirib və nəqliyyat vasitəsi yolun kənarındakı elektrik dirəyinə çırpılıb. Qəza... | publikaz_normalized |
Emy Lia (Emiliya Yaqubova) Avroviziya 2024 üçün musiqiçi Etibar Əsədli ilə birgə hazırladığı mahnını təqdim edib. Qeyd edək ki, ifaçı Avroviziya 2024 Azərbaycan seçimlərinə iki mahnı ilə müraciət edib və 214 nəğmə arasından onun digər mahnısı sona qədər yüksələn altı mahnıdan biri olub. | publikaz_normalized |
Danimarkanın “Midtjylland” klubunun futbolçusu Kristoffer Olsson çox nadir hallarda rast gəlinən beyin xəstəliyinə tutulub. 28 yaşlı yarımmüdafiəçi fevralın 20-də huşunu itirərək xəstəxanaya yerləşdirilib. İsveçli yarımmüdafiəçi süni nəfəs aparatına qoşulub. “Kristoffer beynin damarlarında olduqca nadir rast gəlinən il... | publikaz_normalized |
Böyük Britaniyanın keçmiş baş naziri Tereza Mey növbəti parlament seçkilərində iştirak etməyəcək. “Uzun müddət və diqqətlə düşünüb anladım ki, seçicilərimin layiq olduğu şəkildə millət vəkili kimi öz işimi görə bilməyəcəm. Buna görə də növbəti ümumi seçkilərdə iştirak etməmək barədə çətin qərar verdim” - deyə, o bildir... | publikaz_normalized |
“Ankara Türkmənistandan təbii qazın Türkiyə vasitəsilə Avropaya nəqli üçün alternativləri araşdırır”. Onun sözlərinə görə, Türkmənistan qazı uzun illərdir gündəmdə olan məsələdir: “Biz şəraitin yetişdiyi bir mərhələdəyik. Qazın çatdırılması üçün üç variant var. Bunlardan biri də türkmən qazının svop yolu ilə İran vasit... | publikaz_normalized |
ABŞ-nin və Böyük Britaniyanın Rusiyada terror təhlükəsi ilə əlaqədar öz vətəndaşlarına xəbərdarlığından sonra bir sıra başqa dövlətlər də analoji addım atıblar. Dünya ölkələri öz vətəndaşlarını Rusiyaya səfərlərdən çəkinməyə çağırıb. Rusiyada olanlara isə bu ölkəni tərk etmək tövsiyyə olunub. Bu barədə məlumat adı çəki... | publikaz_normalized |
iki hərbçi öldü":"ABŞ Milli Qvardiyasının helikopteri Texasda qəzaya uğrayıb. Qəza Meksika ilə sərhədə yaxın, La Qrulla şəhərində baş verib. Hadisə nəticəsində iki nəfər ölüb, dörd nəfər ağır yaralanıb. | publikaz_normalized |
Ədviyyatlar yeməklərə dad verməklə yanaşı, sağlamlığımıza da müsbət təsir göstərir. Xüsusilə süfrələrin vazkeçilməzi olan qara istiot bu ədviyyatların öncüsüdür. Hər gün qidalanma rutininizə bir ədəd qara istiot dənəsi əlavə etmək bədəninizin sağlamlığı üçün vacib bir addım ola bilər. Təbii antibiotik funksiyasını yeri... | publikaz_normalized |
Yaxşı olar ki, yazın gəlişi ilə avtomobilinizin mühərrikindəki yağı dəyişdirəsiniz”. “Əgər avtomobil ildə 10 min kilometrdən az yol qət edirsə, o zaman məhz yazda yağı dəyişdirməyin mənası var. Fakt budur ki, qışda yağ temperatur fərqləri 120 dərəcə Selsiyə çata bilər. Avtomobil soyuq mühərriklə hərəkət edərkən yağ yan... | publikaz_normalized |
Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun ulduz hücumçusu Kriştiano Ronaldo rusiyalı boksçu Maqomed Kurbanovla fotokamera qarşısına keçib. Altuşkin Ukraynaya qarşı döyüşən Rusiyanın Ural batalyonunun baş sponsorudur. Səudiyyə Ərəbistanı çempionatının bu mövsümündə Kriştiano Ronaldo 21 oyun keçirib, 22 qol vurub və 9 mə... | publikaz_normalized |
ABŞ Müdafiə Nazirliyi (Pentaqon) yadplanetlilərin Yer kürəsini nə vaxtsa ziyarət etdiyinə dair heç bir sübut tapmayıb. Sənəddə deyilir ki, yadplanetli uçan gəmilər haqqında xəbərlər əslində şahidlərin hadisələri yanlış anlamasından qaynaqlanıb. Müşahidələrin əksəriyyəti əslində adi obyektlər və hadisələrlə bağlı olub”,... | publikaz_normalized |
Sabirabad rayonunda 29 yaşlı gənc özünə xəsarət yetirib. İlkin məlumata görə, Ə.Səmədovun toy mərasimində mübahisəsi düşüb, evə qayıtdıqdan sonra o, kəsici alətlə özünə müxtəlif xəsarətlər yetirib. Faktla bağlı araşdırma aparılır. | publikaz_normalized |
İmzalayacağam":"ABŞ prezidenti Cozef Bayden Çinin “ByteDance” şirkətinə məxsus “TikTok” sosial şəbəkəsini qadağan edən qanun layihəsini imzalamaq fikrindədir. Belə ki, bir jurnalistin məsələ ilə bağlı sualına Bayden belə cavab verib: “Əgər onlar qəbul etsələr, imzalayacağam”. | publikaz_normalized |
Yupiterin ətrafında fırlanan bu okean Avropaya nə ötürür?":"NASA Yupiterin buzlu peyki "Europa"-nın qabığının altında 60-150 kilometr dərinliyə çatan dərin dəniz olduğundan şübhələnib. Bu oksigenin Avropanın nəhəng okeanlarına ötürüldüyü düşünülür. İstehsal edilən oksigenin əvvəllər düşünüldüyü qədər olmadığı ifadə edi... | publikaz_normalized |
Bu gün daha iki oyunu keçiriləcək":"Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXVI turun daha iki oyunu keçiriləcək. Gəncə təmsilçisi "Kəpəz" "Neftçi" ilə üz-üzə gələcək. Bölgə klubu 26 xalla 9-cu, "ağ-qaralar" 36 xalla 4-cü pillədə qərarlaşıb. Günün ikinci matçında "Sabah" "Qəbələ"ni qəbul edəcək. Meydan sahiblə... | publikaz_normalized |
Afinada isterika yaşanır":"Türkiyə ilə Somali arasında Somalinin quru və dəniz bloklarında karbohidrogenlər sahəsində əməkdaşlıq müqaviləsi imzalanıb. Moqadişu rəhbərliyinin ölkənin neft ehtiyatlarının satış və hasilat səlahiyyətini Türkiyəyə verməsi xəbəri Yunanıstanda narahatlıq yaradıb. Yorqo Filis Yunan mətbuatına ... | publikaz_normalized |
Deməyə utanıram” - VİDEO":"Son zamanlar ətin qiymətində yenidən artım müşahidə olunur. Ətin bahalaşması qəssablar arasında narazılığa səbəb olub. “Adam var, bir ayda 300 manat maaş alır. Gəlir, yeddi kilo ətə 150 manat pul verir. Mən 30 ilə yaxındır qəssab işləyirəm, gələn alıcıya ətin qiymətini deməyə utanıram”, - qəs... | publikaz_normalized |
Martın 8-də ölkə ərazisində qeydə alınan 60, əvvəlki dövrlərdən bağlı qalan 30 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub. Narkotiklərlə əlaqəli 38, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 9 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 52... | publikaz_normalized |
Moskva bu sammitdə olmalıdır":"Çin və İsveçrə Rusiyanı İsveçrədə keçiriləcək Ukrayna üzrə sülh sammitinə dəvət etməkdə israrlıdır. “Danışıqlara yaxın mənbələr bildiriblər ki, iki ölkə sülhə necə nail olmaq barədə “praqmatik” baxışı bölüşür və hər iki tərəfin iştirak etmədiyi format “Potemkin kəndi”nin diplomatik ekviva... | publikaz_normalized |
Səudiyyə Ərəbistanı klubları ÇL-də oynayacaq":"Nyukasl"ın direktoru Amanda Staveli Səudiyyə Ərəbistanı klublarının Çempionlar Liqasında iştirak edəcəyini bildirib. “Mən Səudiyyə klubunun Çempionlar Liqasında mübarizə aparacağına tam əminəm. Bunun nə vaxt baş verəcəyi ilə bağlı heç bir fikrim yoxdur, amma səudiyyəliləri... | publikaz_normalized |
Görün Ayda nə tikmək istəyirlər":"“Roskosmos” dövlət korporasiyasının rəhbəri Yuri Borisov bildirib ki, Rusiya və Çin 2030-cu illərdə Ayın səthində atom elektrik stansiyası tikmək imkanını nəzərdən keçirirlər. Yuri Borisov Siriusda keçirilən Ümumdünya Gənclər Festivalı zamanı deyib: Bu gün biz çinli həmkarlarımızla bir... | publikaz_normalized |
Fantastik qiymət":"Napoli" gürcü cinah oyunçusu Xviçi Kvaratsxeliya ilə bağlı qərar verib . Bu onunla izah olunur ki, "Napoli" Kvaratsxeliya və nigeriyalı hücumçu Viktor Osimhenin eyni vaxtda klubu tərk etməsini istəmir. Xatırladaq ki, Kvaratsxeliya 2022-ci ilin yayından "Napoli"də çıxış edir. Bu mövsüm cinah oyunçusu ... | publikaz_normalized |
ABŞ-nin keçmiş prezidenti Donald Tramp barəsindəki ittihamlara görə 91,6 milyon dollar girov ödəməli olub. Amma Tramp qalib gələrsə, pulu özünə qaytarılacaq. Xatırladaq ki, yazıçı Elizabet Karroll Trampı zorlama və böhtanda ittiham etmişdi. | publikaz_normalized |
Tabut boş olub, zaldakı insanların... - FOTO":"Londonun tarixi kilsələrindən birində möhtəşəm dəfn mərasimi keçirməyə hazırlaşan keşiş Makhardi tabutun boş olduğunu və zalı dolduranların aktyor olduğunu anlayınca, mərasimi ləğv edib. 49 yaşlı Peder Rupert MakHardiyə cəsədin yeni il gecəsi itkin düşən və sonradan meyiti... | publikaz_normalized |
Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirir. Bundan başqa, qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində tədbirlər davamlı olaraq həyata keçirilib. Martın 8-də polis əməkdaşlarının keçirdikləri əməliyya... | publikaz_normalized |
Ölən və yaralanan var":"Qəzza zolağına yardım aparan təyyarələrin havadan atdığı humanitar yardım qutularının paraşütləri açılmayıb və ərazidə kömək gözləyən fələstinlilərin üzərinə düşüb. Mənbələr yaralıların Qəzza şəhərindəki Şifa və Əl-Ehli Baptist xəstəxanalarına aparıldığını deyib. Misir, Birləşmiş Ərəb Əmirliklər... | publikaz_normalized |
Haradan gəlib?":"Bennu asteroidindən gətirilən parçaları analiz etməyə başlayan NASA alimləri asteroidin tərkibindəki materialın onun qədim okean dünyasından gəldiyini göstərdiyini açıqlayıb. Kalsium və maqneziumla zəngin olan fosfat mineralı, atmosferimizdən Yerə enən kiçik kosmik süxurlar olan meteoritlərdə indiyədək... | publikaz_normalized |
Bəşəriyyətin sonunu gətirəcək":"Amerikalı milyarder Bill Qeytsin "2030-cu ilə qədər ət istehlakını sıfıra endirməyi hədəfləyirik" açıqlaması müzakirələrə səbəb olub. Tədqiqatçı Ramazan Kurtoğlu süni ətin dini və milli baxımdan uyğun olmadığını, bu ətin inancımız və mədəniyyətimizə zidd olduğunu bildirib. “Bu, insanlığı... | publikaz_normalized |
Qapalı görüşdə nələr olub?":"Martın 7-də Nikol Paşinyan parlamentdə “Mülki razılaşma” fraksiyasının deputatları ilə dörd saatlıq qapalı görüş keçirib. Bir neçə gün əvvəl eyni yerdə, eyni formatda keçirilən əvvəlki iclasda Paşinyan Aİ üzvlüyünə namizəd olmaq üçün ərizə vermək niyyəti barədə deputatlara məlumat vermiş və... | publikaz_normalized |
Ölkə ərazisində hava şəraiti arabir yağıntılı olub, dağlıq ərazilərdə qar yağıb. Qar örtüyünün hündürlüyü Qaxda 22 sm, Şərur, Şahdağda 2 sm olub. Düşən yağıntının miqdarı Qaxda 20 mm, Oğuzda 9 mm, Qəbələ, Şəki, Zaqatala, Yardımlı, Qobustan, Şamaxı, Balakən, Qrız, Daşkəsən, Gəncə, İsmayıllı, Quba, Qusar, Şəmkir, Şabran,... | publikaz_normalized |
Yaxşı-yaxşı fikirləş, axı...":"Fransa prezidenti Emmanuel Makron və Polşanın xarici işlər naziri Radoslav Sikorski NATO qoşunlarının Ukraynaya göndərilməsinin nəyə gətirib çıxara biləcəyi barədə düşünməlidirlər. “Makron və Sikorskiyə bu planların Fransa və Polşanı hara aparacağını açıq şəkildə müzakirə etməyi məsləhət ... | publikaz_normalized |
“Zaurlar, lalələr, xoşqədəmlər...”":"Rəsmi dövlət mətbu orqanı olan “Xalq qəzeti”ndə “Teleradio məkanımız – müsbət tendensiyalar və “ictimai gilyotin” başlıqlı analitik məqalə dərc olunub. Yazıdan kiçik bir hissəni təqdim edirik: Bütün uğurlara rəğmən, televiziya və radio kanallarımızda problemlər də var. Nəzərə alsaq ... | publikaz_normalized |
Odessadakı gizli bazanın yerini sızdırıb":"Britaniyalı analitik Aleksandr Merkuris hesab edir ki, Vladimir Zelenski Odessada dəniz pilotsuz təyyarələrinin idarə olunması üzrə mütəxəssislərin təlim keçdiyi gizli bazanın yerini açıqlayıb. Onun sözlərinə görə, Rusiya hərbçiləri Zelenskinin hərəkətlərini izləyib. Beləliklə... | publikaz_normalized |
Ən yaşlı liderlər hansı ölkələrdədir? - FOTO":"Təxminən 10 il əvvəl Ağ Evdə 52 yaşlı Barak Obama var idi. O zaman Çin prezidenti Si Cinpin və Rusiya prezidenti Vladimir Putinin 60 yaşları tamam olmuşdu. 10 il əvvəl dünyanın ən sıx məskunlaşdığı 10 ölkədən yalnız birinin - Hindistanın 70 yaşdan yuxarı lideri var idi. Fe... | publikaz_normalized |
Qadınların sağlamlığına bunlar təsir edir":"Akademik Çisem Baştarcanın apardığı araşdırma gender bərabərsizliyinin qadınların sağlamlığına bir çox cəhətdən təsir etdiyi qənaətinə gəlib. Qadınların sağlamlığına ən çox təsir edən amillər iqtisadi imkanların olmaması, aşağı təhsil səviyyəsi, aşağı gəlir səviyyəsi və səhiy... | publikaz_normalized |
“Azərbaycanın 2020-ci ildə Vətən müharibəsində əldə etdiyi tarixi Zəfər nəticəsində ilk növbədə işğala son qoyması və keçən il ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edilməsi fonunda Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən son illər həyata keçirilən həm iqtisadi, həm də siyasi islahatların əhəmi... | publikaz_normalized |
5 nəfər yaralandı":"Hacıqabul rayonu ərazisində ağır yol qəzası baş verib. Belə ki, 1976-cı il təvəllüdlü Qulam Zülfəliyevin idarə etdiyi “VAZ 21703” Hacıqabul şəhəri istiqamətində hərəkətdə olarkən əks tərəfdən gələn Mülkəli Hacalıyevin sürdüyü digər “VAZ”a çırpılıb. Nəticədə hər 2 sürücü və sərnişinlər Kamilova Məshə... | publikaz_normalized |
“Real”ın ulduzunu şirnikləndirəcək":"PSJ-nin fransalı hücumçusu Kilian Mbappe 2023/24 mövsümünün sonunda komandadan ayrılacağı barədə Paris klubunun prezidenti Nasser Əl-Xelayfiyə məlumat verib. Futbolçunun “Real”a keçəcəyi gözlənilir. PSJ braziliyalı vinger Vinisius Junioru transfer etmək üçün səy göstərəcək . Qeyd ol... | publikaz_normalized |
Mart ayının 8-də saat 20:30-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının hərbi qulluqçusu əsgər Elvin Bəxtiyar oğlu Nəsibli silahla davranış qaydalarını pozması nəticəsində yaralanıb. Hərbi qulluqçunun həyatını xilas etmək üçün təxirəsalınmaz tədbirlər görülərək xəstəxanaya çatdırılıb, ixtisaslaşmış və peşəkar həkim... | publikaz_normalized |
Saatlıda güllələnmə hadisəsi baş verib. Ağır xəsarət alan şəxs Saatlı Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, vəfat edib. Bildirilir ki, T.Mehtiyev Bakıda ticarətlə məşğul olurmuş və işləri ilə əlaqədar 1 milyon manata yaxın borcu formalaşıb. Bir neçə gün əvvəl pul sahibləri onun ardınca Saatlı rayonuna gediblər, hə... | publikaz_normalized |
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi xarici dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri ilə Azərbaycanda sərnişin və yük daşımaları həyata keçirən şəxslərə xəbərdarlıq edib. Ölkədə qeyri-müntəzəm daşıyıcıların qarşılaşdığı əsas problemlərdən biri xarici dövlət nömrə nişanlı avtobuslarla qanunsuz re... | publikaz_normalized |
Alonso növbəti mövsümdə...":"Bayer”in keçmiş direktoru Rayner Kalmund baş məşqçi Xabi Alonsonun gələcək karyerası haqda danışıb. “Çox şey yazırlar, amma hər şeyə inanmaq lazım deyil. Alonsonun növbəti mövsümdə də Leverkuzendə baş məşqçi olacağına inanıram. O, futbolçu karyerası ərzində hər şeyi, o cümlədən “Real”la Çem... | publikaz_normalized |
Astroloqlar Oğlaq, Balıqlar və Şir bürclərindən olan qadınların maddi nəsnələrə, lüks həyata maraqlı olduqlarını düşünürlər. Onlar sadəcə qazanmağı, lider olmağı, başqalarından seçilməyi sevirlərvə bu, onların təməl xarakterik xüsusiyyətidir. Oğlaq bürcündən olan qadınlar pulu sevirlər. Onlar yoxsul qalmağı, başqaların... | publikaz_normalized |
ABŞ-da Massaçusets Texnologiya İnstitutunun araşdırması göstərib ki, insanların görmə sisteminin yerinə yetirə biləcəyi tapşırıqlar üçün ödənilən əmək haqqı nəzərə alındıqda, süni intellektin avtomatlaşdırılması üçün tapşırıqların yalnız 23 faizi daha qənaətlidir. İnsanın görmə sisteminin yerinə yetirə biləcəyi tapşırı... | publikaz_normalized |
Yüzlərlə qadın və uşağı...":"Nigeriyadakı “Boko Haram” terror təşkilatının meşəlik əraziyə odun yığmaq üçün gedən yüzlərlə qadın və uşağı qaçırdığı bildirilir. Qoni onların “Boko Haram” üzvləri tərəfindən qaçırıldığını bildirib. Hadisənin Kamerun sərhədindəki Qamboru-Nqala bölgəsində baş verdiyini bildirən Qoni təhlükə... | publikaz_normalized |
8 Mart - Beynəlxalq Qadınlar Günündə Əməkdar artist Könül Kərimovaya efirdə gözlənilməz sürpriz olunub. Kərimova qızı Ləmanın övladını gördükdə kövrəlib və onu bağrına basıb. Əməkdar artist "Dəniz mənim nəfəsimdir. Məni bu sürprizlə kövrəltdiniz" sözlərini dilə gətirib. Qeyd edək ki, K.Kərimovanın Rəşad adlı bir oğlu d... | publikaz_normalized |
Çox məyus dönüb":"Ermənistanın baş naziri Nikol Paşinyan martın 8-də parlamentdə hakim "Mülki müqavilə"nin nümayəndələri ilə qapalı görüşdə Misirə iki günlük rəsmi səfərdən məyus olduğunu gizlətməyib. Nəşr qeyd edir ki, bu, Misir prezidentinin ötən ilin yanvarında Ermənistana səfərinə cavab idi. Bununla belə, hakimiyyə... | publikaz_normalized |
Ayı balalarına ad günü sürprizi edildi - VİDEO":"Bursa və Giresunda təbiətdə yaralı halda tapılan və Bursada müalicə alan 5 ayı balası üçün 1 yaş şənliyi keçirilib. Körpə ayılar birinci ad gününü simvolizə edən, üzərində tək şam olan tortları yeməkdən həzz alıblar. | publikaz_normalized |
idman edənlər, diqqətli olun":"Türkiyədə idmanla məşğul olanların üstünlük verdiyi protein tozları və enerji içkilərinin ciddi sağlamlıq problemlərinə səbəb olduğu gündəmə gətirilib. Mütəxəssislər resepti olmayan məhsullara diqqət çəkərək, əzələ üçün qəbul edilən maddələrin ölümcül nəticələrə səbəb ola biləcəyini bildi... | publikaz_normalized |
Belə reaksiya verdi - VİDEO":"Namiq Qaraçuxurlu qızı ilə maraqlı anlarını paylaşıb. “Əziz xanımlar, bayramınız mübarək. 2 il öncə paylaşdığım videonun alınmayan kadrını məhz sizin üçün qaydalarımı pozub paylaşıram”. | publikaz_normalized |
Məlumatları bu ölkəyə sızdırıb":"“Google”da çalışan proqram mühəndisi Linvei Dinq şirkətin süni intellekt proqram təminatı haqqında məlumatları Çinə sızdırmaqda ittiham edilərək saxlanılıb. Prokurorluq həmçinin qeyd edib ki, Dinq qeyd olunan tarix aralığında Çinə gedib və başqa bir “Google” əməkdaşının kartını skan etd... | publikaz_normalized |
Zalujnı hərbi xidmətə yararsız elan edilib":"Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı Valeri Zalujnı istefaya göndərildikdən sonra tibbi müayinədən keçib və nəticədə hərbi xidmətə yararsız elan edilib. İddia olunur ki, Zalujnı özü də ordudan tərxis olunması ilə bağlı daha əvvəl raport yazıb, lakin bu ərizənin ... | publikaz_normalized |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.