text stringlengths 20 1.45M | source stringclasses 10
values |
|---|---|
Bakıdan uzaqda Azərbaycan ərazisində daimi və ya müvəqqəti yaşayan Rusiya vətəndaşları martın 10-da respublikanın ikinci böyük şəhəri Gəncədə keçiriləcək Rusiya prezidenti seçkilərində erkən səsvermədə iştirak edə bilərlər. “Paytaxt rayonundan xeyli aralıda yerləşən Rusiya Federasiyası vətəndaşlarının rahatlığı üçün Gə... | publikaz_normalized |
Tanzaniyanın Pemba adasında 79 nəfər dəniz tısbağasının ətindən zəhərlənib. Bildirilib ki, həmin şəxslər dərhal xəstəxanaya yerləşdiriliblər. Həkimlər onlardan 9-nu xilas edə bilməyiblər. Qeyd edilib ki, ölənlərin 8-i uşaqdır. Dəniz tısbağası əti Zanzibar sakinləri arasında incəlik hesab olunur, insanlar üçün təhlükəli... | publikaz_normalized |
Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsində bir nəfər ölüb. Qeyd edək ki, 25 yaşlı kişiyə ürək və kürək nahiyəsindən bıçaq zərbəsi vurulub. Hadisənin təfərrüatı Sabunçu Rayon Prokurorluğunda araşdırılır. | publikaz_normalized |
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Xətai rayonunda 1 nəfərin minik avtomobilində qapıların kilidlənməsi nəticəsində köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Bakı Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub. Həyata... | publikaz_normalized |
Qazaxıstan Prezidenti Kasım - Jomart Tokayev martın 11-12-də Azərbaycana səfər edəcək. Səfər çərçivəsində Tokayevin Qazaxıstan-Azərbaycan Ali Dövlətlərarası Şurasının ilk iclasında iştirak etməsi planlaşdırılır. | publikaz_normalized |
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhəri ərazisində sursat aşkar edilməsi barədə məlumat daxil olub. Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatların döyüş tətbiqi... | publikaz_normalized |
Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Azərbaycana dövlət səfərindən əvvəl “Azərbaycan” qəzetinə müsahibə verib. - Siz 2022-ci ilin avqust ayında Azərbaycanda rəsmi səfərdə olmusunuz və şübhəsiz ki, həmin səfər iki dövlət arasında münasibətlərdə tarixi məqama çevrilib, onların inkişaf dinamikasına t... | publikaz_normalized |
Bakı metrosunda çəkilən görüntülər sosial şəbəkədə insanların marağına səbəb olub. Gənclərin həmin anlara yumor hissi ilə yanaşması diqqətdən yayınmayıb. Sözügedən kadrları təqdim edirik: | publikaz_normalized |
Novruz yeni gün, yenilənmə deməkdir. Simvolik olaraq hazırkı dövrdə Qazaxıstanla Azərbaycan arasında və bütün Türk dünyasında yenilənmə, dirçəliş prosesləri gedir, biz əməkdaşlığımızın yeni dövrünə qədəm qoymuşuq". Qardaş Azərbaycan xalqına bu bayramda xoşbəxtlik və gələcəkdə çiçəklənmə arzulayıram. Novruz bayramınız m... | publikaz_normalized |
Şəkər, ətrafında onilliklər boyu miflərin dolaşdığı ən mübahisəli məhsullardan biridir. İddia olunur ki, şəkər sağlam pəhrizə mane olur, orqanizmə zərər verir. İlk yanlış fikir, şəkərin sizin üçün mütləq zərərli olmasıdır. “Əksinə, şəkər orqanizmimiz üçün çox faydalıdır, çünki qlükoza hüceyrələrin əsas enerji maddəsidi... | publikaz_normalized |
10 Mart - Milli Teatr Günüdür. Bu gün Azərbaycan teatrı yaranmasının 151-ci ildönümünü qeyd edir. Azərbaycan teatr sənəti qədim və zəngin tarixi yol keçib. Bu tamaşa ilə Azərbaycanda milli teatrın əsası qoyulub. Bu şərəfli işdə Həsən bəy Zərdabi və Nəcəf bəy Vəzirov mühüm rol oynayıblar. Milli teatrın inkişafında məşhu... | publikaz_normalized |
Qonşu ölkədə kənd təsərrüfatı elə vəziyyətə düşüb ki, artıq ölkənin ərzaq təhlükəsizliyinə ciddi təhdidlər var. Əgər yaxın iki il ərzində sözügedən sahədə ciddi islahatlar aparılmasa, erməni dövləti aclıq təhlükəsi ilə üzləşə bilər. Ötən il ümumi geriləmə 0.7 faiz təşkil edib. Rəsmilərin bu məsələ ilə bağlı etirafları ... | publikaz_normalized |
Azərbaycanın COP29-a ev sahibliyi hüququ qazanmasını alqışlayırıq":"Biz Azərbaycanın MDB məkanındakı Türk dövlətləri arasında COP29 kimi irimiqyaslı tədbirə ev sahibliyi etmək hüququ qazanan ilk dövlət olmasını alqışlayırıq. Hazırda üzləşdiyimiz bütün çətinliklərdən bəlkə də ən əhəmiyyətlisi iqlim dəyişikliyidir. Mərkə... | publikaz_normalized |
Kanal D" yayımlanan və ilk bölümdən etibarən qalmaqal yaradan "Taş kağıt makas" serialının heyətində dəyişiklik edilib. O, izləyicilərin qarşısına "Rüya" kimi çıxacaq. Xatırladaq ki, sözügedən serialın ilk bölümündə 4 xanıma avtomobil qarşılığında qabdan it kimi içki içməsi və hürməyi təklif olunub. Müzakirə yaradan sə... | publikaz_normalized |
İstanbul boğazlarında hər iki istiqamətdə gəmilərin hərəkəti dayandırılıb. Qeyd olunub ki, buna səbəb ərazidəki qatı dumanlı hava şəraitidir. | publikaz_normalized |
Argentina futbolunda növbəti böyük qalmaqal yaşanır. Ötən şənbə günü komanda yerli “Atletiko” ilə oyun üçün Tukumana səfərinə gedib. Cinayətin komanda səfərdə olarkən baş verdiyi iddia edilir. “Associated Press”in məlumatına görə, qalmaqalda Sebastyan Sosa, Brayan Kufre, Xose İqnasio Florentin və Abiel Osorio iştirak e... | publikaz_normalized |
ABŞ Qəzza zolağına humanitar yardımın çatdırılması üçün dəniz dəhlizi yaratmaq məqsədilə avadanlıqla təchiz olunmuş gəmi göndərib. ABŞ Prezidenti Cozef Bayden daha əvvəl Pentaqona Qəzza zolağında humanitar yardımın çatdırılması üçün müvəqqəti liman tikməyi əmr edib. Eyni zamanda, Amerika lideri anklavda ABŞ ordusunun o... | publikaz_normalized |
Süni intellektdən istifadə edərək sinif yoldaşlarının çılpaq fotolarını hazırlayan şagirdlər məktəbdən qovulub. Məlum olub ki, həmin şagirdlər hazırladıqları saxta fotoları internetdə də yayıblar. Məktəb rəhbərliyinin şagirdlərin qovulması ilə bağlı qərarına valideynlərin etiraz etmədiyi açıqlanıb. Qeyd olunub ki, ötən... | publikaz_normalized |
Martın 9-da saat 21:30 radələrində Sabunçu rayonu Bakıxanov qəsəbəsində 1998-ci il təvəllüdlü Əhmədli Səbuhi Arif oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub. Qeyd edilir ki, polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin saxlanılması istiqamətində təd... | publikaz_normalized |
Bakı şəhər Nəsimi rayonu ərazisində yeniyetmə qızın ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib. (şərti adlı) 12-ci mərtəbədə yaşadığı mənzilin eyvanından yıxılıb. 14 yaşlı qız hadisə yerində dünyasını dəyişib. Hadisənin ehtiyatsızlıq səbəbindən baş verdiyi bildirilir. Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşd... | publikaz_normalized |
Qarabağ" və "Neftçi" neçə pillə irəlilədi?":"Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) klubların yeni dünya reytinqini açıqlayıb. Ötən ay 70-ci yerdə qərarlaşan “Qarabağ” 61-ci pilləyə yüksəlib. Ağdam təmsilçisinin hesabında 164,75 xal var. “Neftçi”də 20 pillə irəliləmə müşahidə edilib. “Ağ-qarala... | publikaz_normalized |
Kipr Rum Administrasiyasında yerləşən "Osiou Avvakum" monastırı bağlanıb. Belə ki, monastırda işləyən iki keşişin arasında homoseksual münasibət olması, həmçinin kilsədə korrupsiya ilə əldə edilən 800 min avronun saxlanması ilə bağlı ittihamlar irəli sürülüb. Kipr Ortodoks Kilsəsinin başlatdığı istintaq çərçivəsində mo... | publikaz_normalized |
siyasətçinin abidəsi təhqir olundu":Fransanın La Roş-syur-Yon şəhərində vandallar yəhudi-fransızəsilli siyasətçi və yazıçı Simon Veylin abidəsini təhqir ediblər. Şəhər meri hadisə ilə bağlı polisə şikayət edib. | publikaz_normalized |
İsrailin maliyyə nazirinin əmisi oğlu döyüşlərdə həlak olub. Məlumata görə, 43 yaşlı mayor Amişar Ben David Xan Yunisdə döyüş zamanı öldürülüb. O, İsrailin maliyyə naziri Bezalel Smotriçin əmisi oğlu olub. Qeyd edək ki, Qəzza zolağında quru əməliyyatı başlayandan bəri İsrail ordusunun 248 hərbi qulluqçusu həlak olub. | publikaz_normalized |
Azərbaycanın iki boksçusu Monteneqronun Budva şəhərində gənclər arasında ənənəvi Dünya Kuboku statuslu “Adriatik incisi” beynəlxalq turnirində finala yüksəlib. B.Nəzərov (48 kq) kubalı Manuel Sober Ruisi 5:0 (29:28, 29:28, 29:28, 29:28, 30:27) hesabı ilə məğlub edib. O, finalda Tamta Briyeşlə (Hindistan) döyüşəcək. Z.H... | publikaz_normalized |
Martın 11-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə yağıntılı olacağı ehtimalı var. Havanın temperaturu gecə 2-5° isti, gündüz 7-9° isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunundan 769 mm civə sütununa yüksələcək. Nisbi rüt... | publikaz_normalized |
Portuqaliyada növbədənkənar parlament seçkisi üzrə səsvermə başlayıb. Səsvermənin ilkin nəticələrinin gecə saatlarında açıqlanması gözlənilir. Qeyd edək ki, ilkin olaraq seçki 2026-cı ilə planlaşdırılıb. Bununla belə, 2023-cü ilin noyabrında Portuqaliya Prezidenti Marselo Rebelo de Sousa parlamenti buraxmaq və növbədən... | publikaz_normalized |
Braziliya millisinin və “Barselona”nın keçmiş müdafiəçisi Dani Alvesin qardaşı Ney Alves onun intihar etməsi ilə bağlı daha əvvəl yayılan məlumatlara reaksiya verib. “Allah sənə çoxlu sağlamlıq və ağıl versin, qardaşım, insanların bütün bu qəddarlığına qalib gəlib dözəsən. İnsanlarda qəddarlıq, zülm var. Qardaşım kişil... | publikaz_normalized |
Bakıda yol-nəqliyyat hadisəsi tıxac yaradıb. Qeyd edilib ki, Ziya Bünyadov və Atatürk prospektlərinin kəsişməsində yol-nəqliyyat hadisəsi səbəbindən metronun "Koroğlu" və "20 Yanvar" stansiyaları istiqamətində sıxlıq yaranıb. | publikaz_normalized |
Qarabağ"ın "Bayer 04"lə Avropa Liqasının 1/8 final mərhələsi üzrə ilk oyunda (2:2) zədələnən futbolçularının son durumu bəlli olub. Klub sözçüsü Juninyonun sağlamlığı barədə bu sözləri deyib: Juninyoya gəlincə, böyük ehtimal bugünkü oyunu buraxacaq. Həkimlərin nəzarətindədir, ona qədər bilinəcək ki, "Bayer 04"lə oyunda... | publikaz_normalized |
Onları Allah..." - VİDEO":"Müğənni Üzeyir Mehdizadə qalmaqal yaşadığı həmkarlarından danışıb. Onları Allah bağışlasın", deyən Üzeyirin həmin açıqlamasını təqdim edirik: | publikaz_normalized |
Türkiyənin Baş Təhlükəsizlik İdarəsinin əməkdaşları Sakarya vilayətində terror aktları hazırlamaqda şübhəli bilinən 33 nəfəri saxlayıb. O bildirib ki, İraq İslam Şam Dövləti (İŞİD) terror təşkilatına qarşı “Bozdoğan-11” əməliyyatı həyata keçirilib: Onlar terror aktlarına hazırlaşır, bələdiyyə seçkiləri öncəsi terror ak... | publikaz_normalized |
Türkiyə Silahlı Qüvvələri İraq və Suriyanın şimalında terrorçulara qarşı əməliyyat keçirib. Məlumata görə, “Pençe-Kilit” (İraq - red.) əməliyyat bölgəsində 10 PKK, “Fırat Kalnkanı” (Suriya - red.) bölgəsində isə 1 PKK/YPG terrorçusu Türkiyə ordusu tərəfindən zərərsizləşdirilib. | publikaz_normalized |
Martın 10-u saat 13:00-a olan məlumata əsasən ölkə ərazisində yağıntılı hava şəraiti davam edir. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 7, Naxçıvan MR-da 6, Aran rayonlarında 9 dərəcəyədək isti, dağlıq rayonlarda 1, yüksək dağlıq ərazilərdə 6 dərəcəyədək şaxta olub. | publikaz_normalized |
Martın 10-u saat 07:00-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi, muxtar respublika ərazisində yağıntılı hava şəraiti davam edib, bəzi yerlərdə yağış, sulu qar və qar yağıb. Yağışın miqdarı" "Naxçıvanda 5 mm, Şahbuzda 2 mm, Şərurda 4 mm, Ordubadda 3 mm, Culfada 2 mm, Kəngərlidə 6 mm, Sədərəkdə 2 mm olub... | publikaz_normalized |
Gecə və səhər saatlarında bəzi dağlıq və dağətəyi ərazilərdə yollar buz bağlayacaq. Martın 11-də dağlıq və dağətəyi rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarında görünüş məsafəsinin 300-800 metrədək məhdudlaşacağı ehtimalı var. | publikaz_normalized |
iki nəfər öldü, bir nəfər xəsarət aldı":"Sabirabadda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Belə ki, “Mercedes” markalı avtomobillə “Chevrolet” markalı nəqliyyat vasitəsinin toqquşması nəticəsində sürücü, 1989-cu il təvəllüdlü Süleymanov Ərzuman Məzahir oğlu və 1978-ci il təvəllüdlü Mədətov Zaur Xuda... | publikaz_normalized |
Sabahkı hava bəzi insanlarda narahatlıq hissi yarada bilər. Martın 11-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişli olsa da, rütubətli hava şəraitinin üstünlüyü bəzi insanlar üçün əlverişsiz ola bilər. | publikaz_normalized |
Türkiyənin “Atv” telekanalında yayımlanan “Kim milyoner olmak ister” verlişində iştirakçıya Azərbaycan bayrağı ilə bağlı sual ünvanlanıb. Qeyd edək ki, tamaşaçıların köməyindən yararlanan iştirakçı suala yanlış cavab verib. Həmin görüntüləri təqdim edirik: | publikaz_normalized |
Müdafiə Nazirliyi ötən həftə baş vermiş hadisələrdən ibarət icmal hazırlayıb. Sözügedən videonu təqdim edirik: | publikaz_normalized |
Xəbər verdiyimiz kimi, DİM martın 10-da tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib. Qeyd olunan hallarla bağlı araşdırma aparılır. İmtahanda iştirak etmək üçün tələb olunan sənədləri qaydasında olmayan - şəxsiyyət vəsiqəsini evdə unudan, etibarlılıq müddəti başa çatan, şəxsiyyəti təsdiq edən s... | publikaz_normalized |
Laçın rayonunda tanınmış həkim vəfat edib. Belə ki, Ağbulaq kənd sakini, Azərbaycan Tibb Universitetinin müəllimi, nevropatoloq İsa Alışanov bu gecə ürək tutmasından dünyasını dəyişib. | publikaz_normalized |
Rusiya Prezidenti Vladimir Putin ən azı daha iki müddətə ölkənin ən ali kürsüsündə oturmağı planlaşdırır. Onun sözlərinə görə, Rusiya əhalisi də Putin və onun Ukraynada apardığı müharibədən narazı deyil: “Rusiyada vətəndaş cəmiyyəti yoxdur, əhali və ya sosial qruplar var. Onlar hansısa formada Putinin müharibəsindən fa... | publikaz_normalized |
Meqastar Tarkan silsilə konsertlər verəcək. İzləyicilərinin qarşısına çıxmağa hazırlaşan Tarkan hər konsert üçün 15 milyon lirə qonorar alacaq. | publikaz_normalized |
Qəzza zolağında ölənlərin sayı 31 mini keçib. "“Oktyabrın 7-dən bəri qurbanların sayı 31 045 nəfərə çatıb, 72 654 nəfər yaralanıb”, - açıqlamada deyilir. | publikaz_normalized |
“Feyenoord”un və “Herta”nın keçmiş futbolçusu Jan-Pol Boetius yenidən xərçəng xəstəliyinə tutulduğunu açıqlayıb. “Çətin vaxtdan və zəhmətdən sonra irəliyə doğru gözəl bir addım atmağa hazırlaşdıqdan sonra xəbərləri sizinlə bölüşmək istəyirəm. Bir dəfə xərçəngə qalib gəlsəm də, limfa düyünlərimə yayıldı. Bu o deməkdir k... | publikaz_normalized |
Maldiv Respublikası adaların okean ərazilərini izləmək məqsədilə Türkiyədən gətirilən hərbi pilotsuz uçuş aparatlarını (PUA) idarə etmək üçün xüsusi baza yaradır. Qeyd edık ki, bir qrup Maldiv hərbi qulluqçusu hazırda Türkiyədə PUA-lardan istifadə üzrə təlim keçir. | publikaz_normalized |
Aparıcı Zaur Baxşəliyev uşaqlıq arzusunu gerçəkləşdirəcək. Şirniyyat hazırlamağın həvəskarıyam. Bu yaxınlarda şirniyyat mağazamızı açacağıq. Çünki bu mənim uşaqlıq arzumdur. Şəxsən öz əllərimlə bişirdiklərim qonaqlara təqdim olunacaq. İstəmirəm oraya çox adam gəlsin, çünki balaca bir yer olacaq. İdeyalarım başqadır, ha... | publikaz_normalized |
Bir müddət əvvəl Bakıdakı özəl klinikalardan birində liposaksiya (artıq piy toxumasının çıxarılması) əməliyyatı etdirmiş qadının pulları və qızılları evinə çağırdığı tibb bacısı tərəfindən oğurlanıb. Belə ki, Çinarə Sultanova (soyadlar şərtidir) əməliyyatdan sonra gündəlik iynə vurdurmalı olduğu üçün əvvəldən tanıdığı ... | publikaz_normalized |
Astara rayonunun Şümrüd kəndinin sabiq bələdiyyə sədri, 1969-cu il təvəllüdlü Eynəli Əzizovun ötən ilin may ayında qətlə yetirilməsi hadisəsi ilə bağlı məhkəmə prosesi yekunlaşıb. Məhkəmə istintaqı zamanı baş vermiş qətlin səbəbləri məlum olub. Hadisəni törədən A.Şüvənəliyev Eynəli Əzizovu bir neçə ildir tanıdığını bil... | publikaz_normalized |
“Avroviziya-2024” mahnı müsabiqəsində İsveçi təmsil edəcək ifaçıların adları məlum olub. Qardaşlar İsveçi təmsil edəcək ifaçının müəyyən edildiyi “SVT” televiziya şirkəti və İsveç radiosunun hər il təşkil etdiyi “Melodifestivalen” musiqi yarışmasında həm isveçli, həm də xarici münsiflər heyətinin ən çox səsini qazanıbl... | publikaz_normalized |
Xəbər verdiyimiz kimi, Mingəçevirdə 37 yaşlı qadın keçmiş həyat yoldaşı tərəfindən amansızlıqla qətlə yetirilib. Onun sözlərinə görə qətlə yetirilən Aytən Məmmədova onun dayısı qızıdır: “Onların birgə nigahından iki oğlu var. Biri hərbi xidmətini təzə başa vurub, digəri isə nitq qüsurlu əlil uşaqdır”. Mirzəyeva bildiri... | publikaz_normalized |
Azərbaycan boksçusu Nicat Hüseynov İtaliyanın Busto Arsizio şəhərində keçirilən I Dünya Olimpiya Təsnifat Turnirində növbəti görüşünü keçirib. 1/8 final mərhələsi çərçivəsində baş tutan qarşılaşma boksçumuzun inamlı qələbəsi ilə yekunlaşıb. Hər 3 raundu xeyrinə bitirən N.Hüseynov yekunda 5:0 (30:26, 29:27, 30:26, 30:26... | publikaz_normalized |
Əməkdar artist Rafael İskəndərov “Məhəllə 2 - Moskva” filmi ilə bağlı maraqlı məqamları açıqlayıb. “Mavzoleyin içinə girişə qədər orada çəkilib. Bəlkə, indi telefonla kimsə orada çəkiliş edir, amma o vaxt orada icazəsiz film çəkilişi hər adamın işi deyildi. Mavzoleyin içinə girişə qədər orada çəkilib. Lenini ifa edən a... | publikaz_normalized |
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 31 Mart bələdiyyə seçkisi üçün gərgin mitinq marafonunu davam etdirir. Ərdoğan çıxışından əvvəl izmirlilərə sürpriz edib. O, mitinqdən əvvəl səhnəyə çıxan sənətçi Cengiz Kurtoğlu ilə birlikdə “Duyanlara Duymayanlara” mahnısını ifa edib. Your browser doesn't support video. | publikaz_normalized |
Seysmoloqlar Türkiyənin Antalya vilayəti sahillərində zəlzələ qeydə alıblar. Agentliyin məlumatına görə, yeraltı təkanların gücü 4,7 bal olub. Təbii fəlakətin mənbəyi dənizdə, 35 km dərinlikdə, episentri isə sahildən 10 km aralıda olub. Zəlzələnin Demre şəhəri ərazisində baş verdiyi vurğulanır. Yeraltı təkanlar eyni za... | publikaz_normalized |
Onların sonu belə olur":"UFC-nin rəhbəri Dana Uayt keçmiş dünya çempionu Entoni Coşua ilə keçmiş UFC çempionu Frensis Nqannu arasında keçirilən ağır çəkidə boks döyüşünün nəticəsinə münasibət bildirib. Daha əvvəl isə Nqannu dünya çempionu Tayson Fyuriyə uduzsa da, britaniyalı boksçunu nokauta salaraq ciddi müqavimət gö... | publikaz_normalized |
Günəş iki gün ərzində ikinci güclü M sinifli alışma yaşayıb. “Martın 10-da Moskva vaxtı ilə saat 15:13-də 3599 (S13W38) günəş ləkələri qrupunda rentgen diapazonunda 31 dəqiqə davam edən M7.4 alışması aşkar edilib”, - məlumatda deyilir. Qeyd olunur ki, son 24 saat ərzində Günəş rentgen şüalarının Yerin ionosferinə təsir... | publikaz_normalized |
Rusiya Banklar Assosiasiyasının prezidenti, Rusiya Bankı sədrinin sabiq birinci müavini Georgi Luntovski 74 yaşında vəfat edib. Rusiya Bankının saytında qeyd olunduğu kimi, Georgi Luntovski öz vəzifəsində Mərkəzi Bankın ərazi qurumlarının işinə rəhbərlik edib və uzun illər Rusiyanın nağd pul dövriyyəsinin tənzimlənməsi... | publikaz_normalized |
ABŞ elit qrup göndərir":"ABŞ iğtişaşlar fonunda öz səfirliyinin əməkdaşlarını Haitidən təxliyə etmək qərarına gəlib. “Hərbi təyyarənin göyərtəsində heç bir Haiti vətəndaşı olmayıb”, - bəyanatda deyilir. Birləşmiş Ştatlar həmçinin ölkədə təhlükəsizlik vəziyyətinin pisləşməsi ilə əlaqədar Haitiyə dəniz piyadalarından iba... | publikaz_normalized |
Azərbaycan Premyer Liqasında XXVI tura yekun vurulub. Ağdam təmsilçisi qış fasiləsindən sonra uğursuz nəticələrlə yadda qalan “Zirə”ni qəbul edib. Qarşılaşmada hesabı 43-cü dəqiqədə meydan sahibləri açıblar. “Qarabağ”ın hücumçusu Nəriman Axundzadə qapıçı ilə təkbətək şansı əldən verməyib. 77-ci dəqiqədə bu dəfə Riçard ... | publikaz_normalized |
İndi xanım kimi təqdim edirsiniz...":"Müğənni Roza Zərgərli ötən həftə söz savaşına çıxan həmkarları Şəbnəm Tovuzlu (Əsədova) ilə Vəfa Şərifovanı barışdırıb. Roza bu qalmaqalın özünü dırnaqarası fanat adlandırıb "suları bulandıran" həmin şəxsin "işi" olduğunu bildirib: Ucuz, "dumbul" adamlardır ortada söz gəzdirirlər v... | publikaz_normalized |
İstanbulda 8,4 kilometr uzunluğunda yeni metro xətti istifadə verilib. Qeyd edilib ki, şəhərin əhali sayı baxımından ən sıx bölgələrindən birində inşa edilən bu metro xətti sərnişindaşımanın yükünü əhəmiyyətli dərəcədə azaldacaq. Xəttin yaxın 25 ildə ölkə iqtisadiyyatına 6 milyard ABŞ dollarından çox gəlir gətirəcəyi t... | publikaz_normalized |
ABŞ-dan olan dostlar lotereya biletləri alarkən eyni nömrə kombinasiyasını seçərək cekpotu udublar. Miçiqan ştatının Saginav şəhərindən olan 59 yaşlı Naomi Kouli mütəmadi olaraq dostu ilə lotereyada iştirak edir. “Dostumla mən həmişə deyirdik ki, lotereyada udsaq, pulu böləcəyik. İki nəfərlik bir bilet almaq əvəzinə, e... | publikaz_normalized |
Bakı şəhərinin Xəzər rayonunda “AzSamand” markalı minik avtomobilinin yanar hissələri yanıb. Bildirilib ki, yanğın hadisəsi zamanı yaxınlıqdakı tikililər mühafizə olunub. | publikaz_normalized |
Bundan çəkinə bilməzsiniz":"Parlament üzvləri tərəfindən seçilən Macarıstanın yeni prezidenti Tamaş Szujokun andiçmə mərasimi Budapeştdə Prezident Sarayının qarşısında baş tutub. “Mən bu xidməti planlaşdırmamışam və ya bu işə hazırlaşmamışam. Ancaq bu illər ərzində gözlənilməz və çağırılmamış həyatı dəyişdirən cəhdləri... | publikaz_normalized |
Azərbaycan atleti Anna Skidan Portuqaliyanın Leiria şəhərində keçirilən Avropa Kubokunda 4-cü yeri tutub. Bu növdə ümumilikdə 26 atlet çıxış edib. Qeyd edək ki, Anna Skidan Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziyanı 2023-cü ildə qazanıb. | publikaz_normalized |
Sabah Ramazan ayının ilk günüdür. Martın 11-i üçün namaz vaxtları: Sübh azanı" "05:38" "Zöhr azanı" "12:51" "Əsr azanı" "16:58" "Məğrib azanı" "18:57" "İşa azanı" "19:58" "Birinci günün imsak vaxtı üçün duanı təqdim edirik: "“Allahumməc'əl siyami (fihi) siyaməs-saimin və qiyami (fihi) qiyaməl-qaimin və nəbbihni fihi ən... | publikaz_normalized |
Eqologiya" qadının təmizliyi, kişlərin səliqəsidir. Əgər biz təmizkar olsaq, qara paltarı yuyub suyunda ağ paltar yumasaq "eqologiya" əladır. hər şeydən, hər kəsdən fərqlənən təmiz obrazdı". Aktrisa məşhur "Bəxt üzüyü" filmindəi Söylü obrazından danışıb: Ərini dahi hesab edən, xoşbəxtlik qafiyyəsini tapa bilməyən, bunu... | publikaz_normalized |
Sovet teleaparıcısı Svetlana Morqunova 84 yaşında vəfat edib. Ürək dayandı”, - deyə qadın bildirib. O, hələ də baş verənlərdən şokda olduğu və planlaşdırılan dəfn mərasimi barədə məlumatının olmadığını deyib. Svetlana Morqunova 7 mart 1940-cı ildə Moskvada anadan olub. 1961-ci ildə SSRİ Mərkəzi Televiziyasının diktoru ... | publikaz_normalized |
Martın 10-u saat 17 radələrində Mingəçevir şəhəri ərazisində 1987-ci il təvəllüdlü Aytən Məmmədovanın öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub. Araşdırmalarla 1979-cu il təvəllüdlü Ceyhun Mirzəyevin şəhərin Naxçıvan küçəsi ərazisində yerləşən mənzillərdən birində aralarında yaranmış mübahisə zamanı Ay... | publikaz_normalized |
Türkiyə Silahlı Qüvvələri İraq və Suriyanın şimalında PKK/YPG terror təşkilatının 11 üzvünü zərərsizləşdirib. Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında "Pençe-Kilit" antiterror əməliyyatı zamanı 10 terrorçunun məhv edildiyi qeyd edilib. Daha bir terrorçu Türkiyə ordusunun Suriyanın şimalında həyata keçirdiyi “Fərat... | publikaz_normalized |
Con Kerri MSNBC telekanalında etiraf edib ki, o, ABŞ prezidentinin iqlim məsələləri üzrə elçisi vəzifəsini tərk etdikdən sonra hökumət xidmətinə qayıdacaq . O, ailəsi ilə vaxt keçirmək istədiyini də bildirib. Mart ayında “The Hill” qəzeti Kerrinin mətbuat katibinə istinadla yazıb ki, o, martın 6-da vəzifəsini tərk etmə... | publikaz_normalized |
Bakının Qaradağ rayonunda yerləşən fərdi yaşayış evini su basıb. Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə yağan intensiv yağışlar səbəbindən Bakı şəhərinin Qaradağ rayonu, Qobustan qəsəbəsi ərazisində vətəndaşa məxsus fərdi yaşayış evinin və həyətyanı sahəsinin subasmaya məruz qalması barədə məlumat daxil... | publikaz_normalized |
dövlət rəsmiləri hərəkətə keçdilər - VİDEO":"Gürcüstanın Samtsxe-Cavaxetiya bölgəsindəki Adıgeni kəndində xristian dini icmasının bəzi nümayəndələri müsəlmanlara qarşı zorakılıq tətbiq ediblər, müsəlmanların namaz qılmasına mane olublar. Bu isə ölkənin rəsmi qurumlarını hərəkətə gətirib. Bəyanatda deyilir ki, dini etiq... | publikaz_normalized |
Şimal Donanmasının komandiri, Rusiya Qəhrəmanı, admiral Aleksandr Moiseyev Rusiya Hərbi Dəniz Qüvvələrinin baş komandanı səlahiyyətlərini icra edəcək. Şimal Donanmasının komandiri admiral Moiseyevin baş komandan səlahiyyətlərini icra edən şəxs təyin edilməsi barədə artıq Ali Komandanlığın şəxsi heyətinə məlumat verilib... | publikaz_normalized |
İsrailin baş naziri Benyamin Netanyahu ABŞ prezidenti Cozef Baydenin onu tənqid etməsini rədd edib və israillilərin əksəriyyətinin onun Qəzza zolağındakı siyasətini dəstəklədiyini bildirib. “Əgər ABŞ prezidenti bununla hesab edirsə ki, mən israillilərin əksəriyyətinin istəklərinə zidd olan şəxsi siyasət yeridirəm və bu... | publikaz_normalized |
Türkiyə Superliqasında 29-cu turun növbəti oyunları keçirilib. Görüş İstanbul nəhənginin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb. Hesabı 30-cu dəqiqədə qonaqların heyətində Halil Akpunar açıb. Mərt Hakan Yandaş 50-ci dəqiqədə tablodakı rəqəmləri bərabərləşdirib. 87-ci dəqiqədə penaltidən Mişi Batşuayi komandasını önə keçir... | publikaz_normalized |
Ağstafada bədbəxt hadisə baş verib. Qəsəbə sakini 2006-ci il təvəllüdlü Elvin Həsənzadəni elektrik cərəyanı vuraraq öldürüb. 2006-cı il təvəllüdlü E.Həsənzadə Vurğun qəsəbəsində yerləşən mini futbol meydançasında tanışları ilə olan zaman uzun metal borunu götürərək yoldaşları ilə zarafatlaşmaq istəyib. Bu zaman əlindək... | publikaz_normalized |
Azərbaycanda Ramazan ayı başlayıb. Belə ki, bununla bağlı Qafqaz Müsəlmanları İdarəsi (QMİ) fətva verib. Bildirilib ki, martın 28-i və 30-u, aprelin 1-i və 5-i Qədr gecələridir. Fətvada vurğulanıb ki, on bir ayın sultanı olan Ramazanın gəlişi Azərbaycan xalqı üçün bu il də çox əlamətdardır: “Çünki bu mübarək ayı Vətən ... | publikaz_normalized |
bu gün romantik münasibətlər başlarsa...":"Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir" "Qoç - İşgüzar görüşlər və danışıqların keçirilməsi üçün əlverişli gün deyil. Peşəkar fəaliyyətiniz və şəxsi həyatınızla bağlı məsələləri müzak... | publikaz_normalized |
Bakıda azərbaycanlı Nuray Orucova ilə özbəkistanlı idmançı Diyor Khaydarovun toyu olub. Mərasimin açılışında Xalq artisti Alim Qasımov oxuyub. Aparıcılıq isə Nəsib Nura həvalə olunub. Gecədə Xalq artisti Röya Ayxan, Əməkdar artist Abbas Bağırov səhnə alıblar. Məclisdən görüntüləri Seva Sultan sosial media hesabında pay... | publikaz_normalized |
Van Qoqun 1884-cü ildə çəkdiyi “Ağ papaqlı kəndli qadın” portreti Maastrixtdə keçirilən Avropa İncəsənət Yarmarkasında (TEFAF) satılıb. NOS telekanalının məlumatına görə, portreti alan şəxs 4,5 milyon avrodan çox pul ödəyib. RAU qalereyası tərəfindən satışa çıxarılıb. TEFAF martın 14-dək davam edəcək. Builki yarmarkada... | publikaz_normalized |
Martın 11-dən Litvada Rusiya qeydiyyat nömrələrinə malik avtomobillər Litvada yenidən qeydiyyatdan keçməlidir və ya ölkəni tərk etməlidir. Qeyd olunub ki, əks halda, avtomobil sürücüləri qanun pozucuları hesab olunacaqlar - onlar İnzibati Xətalar Məcəlləsinin 515-ci maddəsinə əsasən cərimə və avtomobilin müsadirə edilm... | publikaz_normalized |
ölən var":"Tehranda partlayıcı maddələrin istehsalı emalatxanasında partlayış baş verib. Məlumata əsasən, partlayış İranın paytaxtının Rey küçəsində baş verib. Hadisə nəticəsində 1 nəfər ölüb, 9 nəfər yaralanıb. İki mərtəbəli binanın partlaması və uçması nəticəsində bir nəfər ölüb, doqquz nəfər yaralanıb və ya yanıq xə... | publikaz_normalized |
Almaniya Bundesliqasında XXV turuna yekun vurulub. Matç meydan sahiblərinin qələbəsi ilə başa çatıb. “Bavariya” bu turda “Maynts”ı darmadağın edib. Dortmund “Borussiya”sı isə “Verder” səfərindən üç xalla dönüb. “Qarabağ”ın Avropa Liqasının 1/8 final mərhələsindəki rəqibi “Bayer” “Volfsburq”u xalsız yola salıb. Bundesli... | publikaz_normalized |
Müğənni Zamiq Hüseynov Xalq artisti Briliant Dadaşova ilə ikisinə eyni mahnının təqdim olunmağından danışıb. Bu haqda o, “Xəbər ətər” verilişində söz açıb. "“Bir mahnı var idi, mənə göndərdilər. Pulunu verib alıram, göndərirəm aranjimana. Həmin vaxtda köməkçim Fuad zəng edib deyir ki, sən o mahnımı dəqiq almısan? Dedim... | publikaz_normalized |
Zelenskiyə söz verib ki...":"Fransa Prezidenti Emmanel Makron yaxın həftələrdə Kiyevə səfər edəcək. Bildirilib ki, bu qərar Makron və Ukrayna prezidenti Volodimir Zelenski arasında bazar günü, martın 10-da baş tutan telefon danışığından sonra verilib. İki ölkənin liderləri müxtəlif sahələrdə, o cümlədən kibertəhlükəsiz... | publikaz_normalized |
Biz son hissəyə yaxınlaşırıq":"İsrail ordusu yaxın iki ay ərzində Qəzza zolağında hərbi əməliyyatları dayandıracaq". “Döyüşlər iki aydan çox davam etməyəcək. Bəlkə altı həftə, bəlkə də dörd həftə çəkəcək”. Baş nazir qeyd edib ki, İsrail Müdafiə Qüvvələri (IDF) artıq HƏMAS qruplaşmasının döyüş terrorçu batalyonlarının 7... | publikaz_normalized |
Bir şəxs şəkərli diabet olduqda, qan şəkərinin səviyyəsinin tənzimlənməsi pozulur. Bu, karbohidrat mübadiləsini tənzimləyən pankreas hormonu insulinlə bağlıdır. Birinci tip diabetdə immunitet sistemi insulin istehsal edən hüceyrələri təhlükə kimi qəbul edir və onları məhv edir. İkinci tip diabetdə bədənin hüceyrələri i... | publikaz_normalized |
Futbol üzrə İngiltərə çempionatının 28-ci turu çərçivəsində "Liverpul" komandası doğma meydanda "Mançester Siti" ilə 1:1 hesablı heç-heçə edib. Mançester Siti"nin heyətində Con Stounz fərqlənib (23-cü dəqiqə). Liverpul"un heyətində Aleksis Makallister qol vurdu (50, penalti). 56-cı dəqiqədə "Mançester Siti"nin əsas qap... | publikaz_normalized |
ABŞ-ın keçmiş prezidenti Donald Tramp Ağ Evə qayıdarsa, Ukraynada hərbi əməliyyatları maliyyələşdirməyi planlaşdırmır və Avropada təhlükəsizliyin təmin edilməsinə vəsait ayırmayacaq". Orban qeyd edib ki, ABŞ-ın maliyyələşdirməsi dayandırılsa, avropalılar Ukrayna ordusuna dəstək verə bilməyəcək və bu, münaqişənin sona ç... | publikaz_normalized |
4 nəfər həlak oldu":"ABŞ-ın Virciniya ştatının Bat qraflığında şəxsi təyyarənin qəzaya uğraması nəticəsində 4 nəfər həlak olub. Hadisə yerli vaxtla saat 15:00-da (Bakı vaxtı ilə 23:00) baş verib. Ştat polisi və Federal Aviasiya Administrasiyası qəza ilə bağlı araşdırma aparır. | publikaz_normalized |
Tez-tez ölkə dəyişən müğənni Çingiz Mustafayev son paylaşımı ilə diqqət çəkib. Çingiz şəkli "Artıq harada yaşadığımı bilmirəm" deyə, şərh edib. Qeyd edək ki, Ç.Mustafayev bir müddət əvvəl Baliyə köçmüş və bir neçə il orada yaşamışdı. O, bir müddət İndoneziyada da olub. | publikaz_normalized |
Sakit okeanda Kamçatka adasının şərq sahillərində 4,6 bal gücündə zəlzələ baş verib. Məlumata əsasən, zəlzələnin episentri Petropavlovsk-Kamçatski şəhərindən 129 km cənub-şərqdə yerləşib. Epidemiya dənizin dibinin 41 km dərinliyində yerləşib" | publikaz_normalized |
ABŞ-ın Los-Anceles şəhərində 96-cı "Oskar" mükafatlandırma mərasimi keçirilib. Ən yaxşı film" - “Oppenhaymer”;" "Ən yaxşı aktrisa" - Emma Stoun ("Bəxtsiz");" "Ən yaxşı aktyor" - Killian Merfi (“Oppenhaymer”);" "Ən yaxşı mahnı" - Mən nə üçün yaradılmışam? ("Barbi");" "Ən yaxşı musiqi" - "Oppenhaymer";" "Ən yaxşı ikinci ... | publikaz_normalized |
Almaniyanın Haitidəki səfiri Peter Sauer baş verən silahlı dəstə zorakılığı səbəbindən ölkəni tərk edərək müvəqqəti olaraq qonşu Dominikan Respublikasına köçüb. Almaniya Xarici İşlər Nazirliyinin sözçüsü DPA-ya deyib ki, diplomatlar çox gərgin təhlükəsizlik vəziyyəti səbəbindən Haitini tərk etməyə məcbur qalıblar və on... | publikaz_normalized |
Sumqayıtda 5 nəfər dəm qazından zəhərlənib. Onlar “Betonzavod” adlanan ərazisində fərdi evdə yaşayan Sumqayıt şəhər sakinləri, 2003-cü il təvəllüdlü Mehdiyeva Fərqanə Elbrus qızı, 2005-ci il təvəllüdlü Mehdiyeva Əfsanə Elbrus qızı və 2003-cü il təvəllüdlü Abdullayeva Fidan Süleyman qızı, Hacı Zeynalabdin qəsəbəsində ya... | publikaz_normalized |
Pakistan ölkənin "Heavy Industries Taxila" şirkəti ilə Çinin NORINCO şirkəti arasında əməkdaşlıq çərçivəsində hazırlanmış "Haider" adlı öz istehsalı olan yeni tankın ilk nümunəsini təqdim edib. Qeyd olunur ki, yeni tank Tip 99G tankının ixrac versiyası olan Çin VT-4 bazasında hazırlanıb. Üç nəfərlik ekipajı olan avtomo... | publikaz_normalized |
İlk prototipi 2024-cü ilin fevralında təqdim edilən Türkiyənin milli beşinci nəsil qırıcısı "KAAN" məşhur “TEŞKİLAT” (“Təşkilat”) serialında çəkilib. Süjetdə xarici kəşfiyyat xidmətlərinin əməliyyatları səbəbindən qırıcının ilk uçuşunun təxirə salınması variantı müzakirə edilir. Bundan əlavə, tamaşaçılara respublikanın... | publikaz_normalized |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.