text stringlengths 20 1.45M | source stringclasses 10
values |
|---|---|
Avstriya Xarici İşlər Nazirliyi Rusiya səfirliyinin iki əməkdaşını ölkədən çıxarır. Bildirilib ki, onlara ölkədən çıxarılacaqları barədə xəbərdarlıq edilib. Səfirlik əməkdaşları gələn həftənin çərşənbə axşamına qədər ölkəni tərk etməlidirlər. "Onlar diplomatik statuslara uyğun gəlmədiklərinə görə qovulurlar. Xatırladaq... | publikaz_normalized |
İtaliya, Qərbi və Şərqi Genuyanı birləşdirəcək və Avropada ən böyük sayılacaq sualtı tunelini inşa etməyə hazırlaşır. Tunelin işə düşməsi Genuyanı ekologiyasına töhfə verəcək, çünki şəhərdə 10 hektaradək yaşıl sahə salınacaq. İtaliya hökumətinin məlumatına əsasən, uzunluğu 3,4 kilometr olacaq tunel 45 metr dərinlikdə ç... | publikaz_normalized |
Bakıda bir neçə nəfərə qarşı külli miqdarda dələduzluqda təqsirləndirilən 1983-cü il təvəllüdlü Gülnarə Zeynalabdin qızı Mirzəyevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Məlum olub ki, G.Mirzəyeva zərərçəkmiş şəxslərin inam və etibarını qazanaraq onlardan müvafiq olaraq 205.600, 85.000, 25.000, 73.000, 58. 000... | publikaz_normalized |
Qərbi Azərbaycan İcması Avropa Parlamentinin irqçi yanaşmadan çıxış edərək bu gün qəbul etdiyi, regionda gərginliyi artırmaq məqsədi güdən növbəti anti-Azərbaycan qətnaməsini sərt şəkildə qınayır. Qeyd edilib ki, Avropa Parlamentində oturan neo-səlibçilər Ermənistanı hərbiləşdirməyə çağırmış və əsassız iddialarla Azərb... | publikaz_normalized |
Azərbaycan elminə ağır itki üz verib. Belə ki, professor, UNEC-in “İstehlak mallarının ekspertizası” kafedrasının müdiri Əli Pənah oğlu Həsənov vəfat edib. Qeyd edək ki, o, 1937-ci il dekabr ayının 31-də Beyləqan rayonunda anadan olub. 1957-ci ildə orta məktəbi qızıl medalla bitirərək K.Marks adına Xalq Təsərrüfatı İns... | publikaz_normalized |
UEFA Avropa Liqasının 1/8 final mərhələsində “Bayer”in qonağı olacaq “Qarabağ” klubu oyundan əvvəl məşqə çıxıb. Xatırladaq ki, Leverkuzendəki qarşılaşma martın 15-də, Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Bakıdakı ilk matç 2:2 hesabı ilə nəticələnib. | publikaz_normalized |
Məşhur basketbolçu Stefen Körri gələcəkdə ABŞ prezidentliyinə namizədliyini verə biləcəyini deyib. Mən istənilən imkandan istifadə edərək insanlara yardım etməyə çalışıram. Növbəti prezident seçkiləri 2028-ci ildə olacaq. O vaxta hələ çox var”, – deyə S.Körri qeyd edib. Qeyd edək ki, 35 yaşlı basketbolçu bu mövsüm 59 o... | publikaz_normalized |
Show" telekanalında yayımlanan və izlənmə rekordları qıran "Kızılcık şerbeti" serialına yeni aktyor daxil olacaq. Məlumata görə, yaraşıqlı aktyor serialda baş rolu canlandıran Sıla Türkoğlu ilə tərəf müqabili olacaq. | publikaz_normalized |
Salyan rayonunda məktəbli uzunsürən xəstəlikdən sonra dünyasını dəyişib. Bildirilib ki, rayonun Y.Qafarov adına 8 saylı orta məktəbinin 11-ci sinif şagirdi Ağayev Rəvan Rövşən oğlu xərçəngdən vəfat edib. | publikaz_normalized |
Juninyonun sabah əsas heyətdə olub-olmaması hələ bilinmir. Məşqdən sonra dəqiq bilinəcək. Hazırda başqa hücumçu gətirmək barədə düşünmək düzgün deyil. Komandada yetərincə futbolçu var. Ötən mövsüm yaxşı oyun nümayiş etdirən Musa Qurbanlını geri qaytarmaq mümkündür” sualına cavab olaraq deyib. Həmin mövqedə istənilən oy... | publikaz_normalized |
qiymətli hədiyyə ala bilərsiniz":"Qoç - önəmli görüşlərdə diqqətli olun. Birgə işə və ya layihəyə başlamaq istədiyiniz insanda özünüzlə bağlı xoş təəssürat yaradın. Peşəkar fəaliyyət sahəsində uğur qazana bilərsiniz. İşgüzar məziyyətlərinizi nümayiş etdirmək üçün imkan tapın. Səylərinizi yaxın zamanlarda dəyərləndirəcə... | publikaz_normalized |
PSJ-nin hücumçusu Kilian Mbappe Marseldəki kababxananı məhkəməyə vermək istəyir. Mənbənin sözlərinə görə, 25 yaşlı futbolçunun vəkilləri müəssisənin Kilianın icazəsi olmadan onun adından kommersiya məqsədləri üçün istifadə etdiyini müşahidə ediblər. Belə ki, kabab mağazasının menyusunda “Mbappenin kəllə sümüyü kimi” tə... | publikaz_normalized |
Gəncə şəhərində zəhərlənmə faktı qeydə alınıb. O, xəstəxanaya çatdırılıb, vəziyyəti orta-ağır qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır. | publikaz_normalized |
Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzin Ankarada türkiyəli həmkarı Burak Akçapar ilə görüşüb. Diplomatlar Ukraynadakı münaqişəni, o cümlədən onun siyasi və diplomatik həlli perspektivlərini müzakirə ediblər. "Tərəflər Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması prosesinin vacibliyini vurğu... | publikaz_normalized |
Erməni Apostol Kilsəsinin Şirak yeparxiyasının rəhbəri, arxiyepiskop Mikael Acapayan maraqlı bəyanatla çıxış edib. “Ölkənin fəlakətə doğru getdiyini görən bu vətənpərvər qüvvələr, təhlükəsizlik qüvvələri müəyyən addımlar atmalıdırlar. Əgər təhlükəsizlik qüvvələri bunu görüb baş verənlərin qarşısını almırsa, deməli, ölk... | publikaz_normalized |
“WhatsApp”da anonim xəbərdarlıqlar yayılır. İnsanlar bu mesajların mənşəyini bilməsələr də, bir-birinə göndərirlər. Çox vaxt qrup yazışmalarına qədər gəlib çıxan bu cür mesajlar əhali arasında təşvişə səbəb olur. Bəs insanlar əsası olmayan xəbərlərə, el arasında deyildiyi kimi “Niquş”lara niyə tez inanırlar? Psixoloq Ə... | publikaz_normalized |
COVID-19 pandemiyası səbəbilə dünya üzrə gözlənilən ömür uzunluğunun azaldığı məlum olub. Məlum olub ki, 2019-2021-ci illər arasında dünya üzrə gözlənilən ömür uzunluğu 1,5 ildən çox azalıb. "Araşdırmaçılar pandemiya zamanı ölkələrin 84 faizində gözlənilən ömür uzunluğunun qısaldığını açıqlayıblar. | publikaz_normalized |
Polşanın xarici işlər naziri Radoslav Sikorski 50-dən çox ölkədəki səfiri dəyişdirmək qərarına gəlib. Qeyd olunub ki, Polşanın xarici işlər naziri Radoslav Sikorski 50-dən çox səfirin missiyasını dayandırmaq və nazirliyin əvvəlki rəhbərliyi tərəfindən irəli sürülən 10-a yaxın namizədi geri çağırmaq barədə qərar qəbul e... | publikaz_normalized |
İndoneziya sahillərində Molukka dənizində 6 bal gücündə zəlzələ qeydə alınıb. Məlumata görə, zəlzələnin episentri 451 min insanın yaşadığı Manado şəhərindən (Sulavesi adası) 199 kilometr cənub-şərqdə olub. Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb. | publikaz_normalized |
7 nəfər xəsarət aldı":Türkiyənin Antalya şəhərində avtomobillə mikroavtobus toqquşub. Hadisə nəticəsində 7 nəfər xəsarət alıb. | publikaz_normalized |
“2025-ci ildə…”":Amerikalı biznesmen İlon Mask gələcəklə bağlı verdiyi proqnozla gündəmə gəlib. Futuroloq Raymond Kurtsveilin sözlərini şərh edən iş adamı süni intellektin bəşəriyyət üçün təhlükə yarada biləcəyini qeyd edib. | publikaz_normalized |
Məşhur rusiyalı müğənni Lolita Milyavskaya bloqer Anastasiya İvleyevanın qalmaqallı “çılpaq gecə”sindən sonra ilk dəfə ictimaiyyət qarşısına çıxıb. Aktrisa çiyinləri açıq qara sviter, qızılı sırğalar və görmə üçün olan qara-qırmızı çərçivəli eynəkdə olub. Müğənni sosial tədbirə yeni saç düzümü ilə qatılıb. Xatırladaq k... | publikaz_normalized |
Şəmkirdə narkotacirlərə qarşı əməliyyatlar keçirilib. Qeyd olunub ki, Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlərlə İrandan qeyri-qanuni yolla gətirilmiş narkotiklərin satışını təşkil edən rayon sakini Əliyev Emin saxlanılıb. Onun üzərindən və evindən 5 kiloqramdan artıq heroin aşkar edilib. ... | publikaz_normalized |
ABŞ Prezidenti Cozef Baydenin oğlu Hanter Bayden məhkəmə qarşısına çıxacaq. Bildirilib ki, ABŞ prokurorları tərəfindən Baydenə qarşı silah saxlamaqla bağlı cinayət ittihamı irəli sürülür. "Hanter Bayden, həmçinin narkotik vasitə qəbul etmədiyi barədə yalan yazılı məlumat verdiyi və narkomanların odlu silaha sahib olmas... | publikaz_normalized |
Avroviziya təmsilçimiz Safura Əlizadə ailəsi ilə fotolarını sosial media hesabında paylaşıb. Qeyd edək ki, Safura uzun müddətdir Türkiyədə yaşayır. | publikaz_normalized |
Prezident seçkilərini müşahidə edəcəklər":"Milli Məclisin bir qrup deputatı martın 17-də Rusiya Federasiyasında keçiriləcək prezident seçkilərini müşahidə edəcəklər. Deputatlar seçkiləri müşahidə etmək üçün martın 14-də Moskvaya yola düşəcəklər. Səfər çərçivəsində deputatlar seçkilərə hazırlıq prosesi ilə tanış olacaq ... | publikaz_normalized |
Xəbər verildiyi kimi, ötən gün işğaldan azad olunan əraziyə ezam olunan polis əməkdaşları xidməti silahdan ehtiyatsız davranılması nəticəsində həlak olublar. Qeyd edək ki, göstərilən tibbi müdaxilələrə baxmayaraq, onlardan biri hadisə yerində, digəri xəstəxanaya aparılarkən həyatını itirib. | publikaz_normalized |
Qarabağ iddiasından əl çəkməyən separatçılar bu ilin yanvar ayında yaratdıqları qondarma “artsax məsələləri üzrə beynəlxalq komitə”ni aktivləşdirməyə çalışır. Komitənin ideya müəllifi, həm də koordinatoru olan keçmiş xarici işlər naziri Vardan Oskanyanın hazırda Avropada görüşlər keçirdiyi haqda məlumatlar var. Erməni ... | publikaz_normalized |
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur. Hazırda yollardakı vəziyyət: Heydər Əliyev prospekti, kənar yol, mərkəz istiqamətində;" "2. Tbilisi prospekti, "20 Yanvar" metrostansiyasından mərkəz istiqamətində;" "3. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;" "4.... | publikaz_normalized |
Rusiyanın Saratov vilayətində hüquq-mühafizə orqanlarının əməkdaşları dostunu döyərək öldürməkdə təqsirli bilinən vətəndaşı saxlayıb. İstintaq və məhkəmənin məlumatına görə, 2012-ci ildə Aleksey Qorulenko dostları ilə Yakutiya və Amur vilayətində tayqada qızıl axtarışına çıxıb. Gəzinti zamanı bir iştirakçı itkin düşüb,... | publikaz_normalized |
qoşun parlamenti ələ keçirir - Şok çevriliş hazırlığı":"Ölkə rəhbərliyinin siyasəti ilə razılaşmayan Ukrayna Silahlı Qüvvələrinin hərbçiləri Kiyevdə Ali Radanı ələ keçirməyi planlaşdırır. Rusiya təhlükəsizlik qüvvələrinin nümayəndəsi agentliyə bildirib ki, rusiyalı mütəxəssislər Ukrayna Silahlı Qüvvələrinin, Milli Təhl... | publikaz_normalized |
Görənlər heyran qaldı - FOTO":"Məşhur müğənni Hadisə daha bir paylaşımı ilə gündəm yaradıb. Müğənninin kürəyinə döymə ilə yazdığı "Heç kim sənin kimi sevməz" sözləri diqqət çəkib. Onun bu paylaşımına izləyiciləri tərəfindən yüzlərlə şərhlər və bəyənmələr gəlib. Şərhlərdə “Son zamanların ən yaxşı pozası” , “Gözəlliyiniz... | publikaz_normalized |
Danimarka ilk dəfə olaraq qadınlara icbari hərbi xidmətin genişləndirilməsi və standart xidmət müddətinin artırılması planlarını açıqlayıb. Müharibə istədiyimiz üçün yenidən silahlanmırıq. Əksinə, müharibədən qaçmaq istədiyimiz üçün bunu edirik", - Baş nazir Metter Frederiksen deyib. Hazırda Danimarkada qadınlar könüll... | publikaz_normalized |
elə bir gündə elan edəcək ki... - Qərb həyəcanla gözləyir":"Ermənistan Rusiyada prezident seçkiləri günü KTMT-dən çıxa bilər. Bildirilib ki, İrəvanın həmin gün təşkilatdan çıxmasının elan olunması variantı kifayət qədər ciddi müzakirə olunub: “Son günlərdə ən çox müzakirə olunan mövzulardan biri Ermənistanın geosiyasi ... | publikaz_normalized |
Dünya bazarında Azərbaycan neftinin qiyməti artıb. Qeyd edək ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. | publikaz_normalized |
Niderlandda İslam əleyhdarı və ifrat sağçı Azadlıq Partiyasının (PVV) lideri Qert Vilders baş nazir postundan imtina etdiyini açıqlayıb. “Mən daha çox hollandiyalının dəstəyi ilə baş nazir olacağam, çünki milyonlarla hollandiyalının səsi eşidiləcək” deyən Vilders, növbəti seçkilərdə yenidən namizəd olacağı mesajını ver... | publikaz_normalized |
Azərbaycan Mərkəzi Bankının bu günə olan valyuta məzənnələri açıqlanıb. Türkiyə lirəsi 0,0529 manata kimi ucuzlaşıb, Avro isə 1.8602 manata kimi bahalaşıb. | publikaz_normalized |
Möcüzə reallaşacaq?":"Bu gün UEFA Avropa Liqasında 1/8 final mərhələsinə yekun vurulacaq. Ağdam klubu Almaniyada "Bayer"in qonağı olacaq. Komandalar arasında Bakıda keçirilən görüşdə 2:2 hesabı qeydə alınıb. Bu məqam cavab matçının gərginliyini artırır. Təmsilçimiz bu gecə mərhələ adlamağı bacarsa, Azərbaycan futbolu a... | publikaz_normalized |
Sağdır? - FOTO":"“Vaqner” özəl hərbi şirkətinin (PMC) rəhbəri olan Yevgeni Priqojinin sağ olduğu iddia edilir. Qatarda çəkilən fotonu paylaşan şahidlər həmin şəxsin Yevgeni Priqojinə çox bənzədiyini bildiriblər. Kadrlarda görünür ki, təkcə xarici görünüşdə deyil, “Vaqner” rəhbərinin geyindiyi paltarda da güclü oxşarlıq... | publikaz_normalized |
Axmaqdır":"“Atletiko”nun futbolçusu Antuan Qrizmann Çempionlar Liqasının 1/8 final mərhələsinin “İnter”lə cavab matçında rəqib futbolçu Aleksis Sançesi təhqir edib. Bu barədə “Marca” məlumat yayıb. Fransalı hücumçu Sançes zərbəni qaçırdıqdan sonra həmin an ehtiyat oyunçular skamyasının yanında istehza ilə qışırıb: “O a... | publikaz_normalized |
KONKAKAF Çempionlar Kubokunun 1/8 final mərhələsinin cavab oyunu keçirilib. Qaliblərin heyətində Lionel Messi, Luis Suares və Robert Taylor hərəyə bir qol vurub. Ulduz futbolçular hərəyə bir məhsuldar ötürmə də ediblər. İlk oyun 2:2 hesablı heç-heçə ilə başa çatdığından Messinin komandası Çempionlar Kubokunun 1/4 final... | publikaz_normalized |
İsrail ordusunda olduğu təsbit edilən Cənubi Afrika vətəndaşları ölkələrinə qayıtdıqları zaman nəzarətə alınacaq. İsrail Müdafiə Qüvvələri tərəfdə döyüşən cənubi afrikalılara xəbərdarlıq edən bəyanat verdim: Vətəninizə qayıtdığınız zaman sizi saxlamağa hazırıq", - nazir deyib. Daha əvvəl CAR-ın Beynəlxalq Münasibətlər ... | publikaz_normalized |
Ötən axşam Gürcüstan səfirliyinə məxsus avtomobilin aşması nəticəsində xəsarət alan şəxslər öz ölkələrində olan xəstəxanaya göndərilib. Xatırladaq ki, Gürcüstan səfirliyinə məxsus "Leksus" markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Hadisə Bakı-Qazax-Gürcüstan magistral yolunun Qazax rayonu İkinci Şıxlı kəndindən keçə... | publikaz_normalized |
Sankt-Peterburqda terror aktları planlaşdıran “Rusiya Könüllülər Korpusu”nun dörd üzvü saxlanılıb. Bildirilib ki, təşkilat üzvləri Sankt-Peterburq və Leninqrad vilayətində terror aktları planlaşdırırmış. İdarənin məlumatına görə, cinayətkarlar xüsusi əməliyyat zonasına humanitar yardım kimi göndərilməli olan qida məhsu... | publikaz_normalized |
Real"ın futbolçusu bu ölkənin millisini seçdi":"Real" ispaniyalı yarımmüdafiəçisi Brahim Diazın hansı ölkənin milli komandasında çıxış edəcəyi nəhayət müəyyənləşib. 24 yaşlı yarımmüdafiəçi Anqola (22 mart) və Mavritaniya (27 mart) ilə yoldaşlıq oyunları üçün sözügedən yığmanın düşərgəsinə dəvət alıb. Brahim Diaz Malaqa... | publikaz_normalized |
ata olacağını canlı yayımda öyrəndi - VİDEO":“Survivor All Star”ın dünən axşam yayımlanan bölümündə yarışçı Yunus Emrenin həyat yoldaşı Beriya canlı yayımda ona ata olacağı xəbərini verib. Oyunda qalib gələn “Qırmızı” komandanın iştirakçısı Yunus Emre aldığı şad xəbərin sevincini komanda yoldaşları ilə bölüşüb. | publikaz_normalized |
ABŞ Qırmızı dənizdəki gəmilərə hücumları fonunda husilərə təsir göstərdiklərini sübut etmək üçün yanvar ayında İranla gizli danışıqlar aparıb. Yəmənin Qırmızı dəniz sahillərinin əksəriyyətinə nəzarət edən Husi hərəkatı daha əvvəl İsraillə əlaqəsi olan istənilən gəmiyə hücum etmək niyyəti barədə xəbərdarlıq edib. Həmçin... | publikaz_normalized |
Xankəndidə polis əməkdaşları ötən gün xeyli sayda silah-sursat aşkarlayıb. | publikaz_normalized |
Əhmədin qətlə yetirdiyi ailə üzvlərinin məzarlarının görüntüsü yayılıb. @publika_tv Əhmədovlar ailəsinin məzarlarının görüntüsü (Video dilqemmammadov1 səhifəsinə məxsusdur) #əhməd #ehmed #pike #pikəmüəllimə #sonxəbər #sonxeber #ənsonxəbər #ensonxeber #xəbər #xeber #xəbərlər #xeberler #publika #publikaaz #sondeqiqe #son... | publikaz_normalized |
Məşhur iş adamının nömrəsini köçürüb...":"Texnologiya və internet inkişaf etdikcə, kibertəhlükəsizlik problemləri artır. Son zamanlar fırıldaqçıların ən çox istifadə etdiyi üsul telefon nömrəsinin kopyalanmasıdır. Müraciətdə bildirilib ki, özlərini bank işçisi kimi təqdim edən şəxslərdən ona zəng gəlib. Zəng edən şəxs ... | publikaz_normalized |
Bakıda, “Gülüstan” sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə martın 14-də “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumu işə başlayıb. Əvvəlcə xatirə fotosu çəkdirildi. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin ... | publikaz_normalized |
Aparatla yaşayıram" - VİDEO":"Lənkəranlı meyxançı Elnur Valehə yaxın zamanlarda böyrək köçürüləcək. Meyxanaçı qeyd edib ki, onun böyrəyi işləmir və üstündə xüsusi aparat gəzdirərək yaşayır: Böyrək çatışmazlığından əziyyət çəkirəm. Yaxın zamanlarda mənə böyrək nəql ediləcək. Üstümdə aparat var, onunla yaşayıram. | publikaz_normalized |
Odla oynaya bilmərik":"İtaliya parlamentinin keçmiş üzvü Vito Komençini Rusiya prezidenti Vladimir Putinin jurnalist Dmitri Kiselevə müsahibəsini şərh edib. Komençini Qərb ölkələrinin Rusiya ilə bağlı bütün qırmızı xətləri adladığını vurğulayıb. O etiraf edib ki, Putinin Qərb dövlətlərinin zəmanətləri ilə bağlı sözləri... | publikaz_normalized |
Ölən və yaralanan var":"Rusiyanın Maqadan vilayətində göyərtəsində 20 növbəli işçi olan Mi-8 helikopteri qəzaya uğrayıb. Uzaq Şərq Nəqliyyat Prokurorluğu bildirib ki, Xabarovsk müstəntiqləri helikopterin qəzaya uğramasından sonra artıq cinayət işi açıblar. İş Rusiya Federasiyası Cinayət Məcəlləsinin 263-cü maddəsi ilə ... | publikaz_normalized |
Enerji həvəskarları təhlükə altındadır":"Pərəstişkarlarına arzulanan enerji hissi bəxş edən energetik içkilərin tərkibində çoxlu miqdarda şəkər və kofein var. Bu iki inqrediyent sinir və ürək-damar sistemlərinə mənfi təsir göstərir. Əgər bir insan enerji içkisi içirsə və üstündən də qəhvə içirsə, bu, ikiqat pisdir. Çün... | publikaz_normalized |
Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədr müavini, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsən 13-14 mart 2024-cü il tarixlərində keçirilən BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının Davamlı İnkişaf üzrə Forumunda iştirak edir. Qeyd edilib ki, sülhpərvər və inklüziv inkişafın təşviqinə xidmət e... | publikaz_normalized |
Ötən gecə Binəqədi rayonu Mehdiabad qəsəbəsində taksi sürücüsü qəfil vəfat edib. O, maşını yol kənarına çəkdikdən sonra vəfat edib. Hadisə yerinə təcili tibbi yardım briqadası çağırılsa da, sürücünün artıq dünyasını dəyişdiyi müəyyən olunub.(qafqazinfo)" | publikaz_normalized |
Martın 17-dən həftəsonları Bakıda Xaqani bağının yaxınlığındakı küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Məlumata görə, paytaxtın Zərifə Əliyeva (Rəsul Rza küçəsi ilə kəsişmədən sonra), Əbdülkərim Əlizadə, Tərlan Əliyarbəyov və Yusif Məmmədəliyev küçələrində nəqliyyat vasitələrinin girişinə məhdudiyyət tətbiq... | publikaz_normalized |
Rusiya ilə Baltikyanı ölkələr arasında “dəmir pərdə” yarana bilər. Onun sözlərinə görə, yaxın gələcəkdə Baltikyanı ölkələrlə Rusiya və Belarus arasında “dəmir pərdə” yaradılacaq. Amma o, problemlərin olduğunu da etiraf edib. Eyni zamanda, Latviya indi Rusiyadan qaz və neftdən müstəqilliyini təmin etməkdə çətinliklərlə ... | publikaz_normalized |
Az adam bilir ki, yaddaşla bağlı problemlər damar xəstəlikləri, yanlış həyat tərzi, hətta adi soyuqdəymə nəticəsində də baş verə bilər. Yaddaş çox həssas funksiyadır, yəni insanın vəziyyətindəki hər hansı dəyişikliyə çox həssasdır. Məsələn, soyuqdəymə, qızdırma və s. zamanı yeni nəyisə xatırlamağa çalışmaq bədənin norm... | publikaz_normalized |
Neftçala Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Vüsal Şəbəndəyev işdən çıxarılıb. Qeyd edək ki, V.Şəbəndiyev Neftçala Rayon Polis Şöbəsinin rəisi vəzifəsinə 2015-ci ilin noyabr ayında təyin edilib. | publikaz_normalized |
Tankın belinə qalxdı - FOTO":Son zamanlar Qərbə qarşı silah sınaqlarını artıran Şimali Koreya lideri Kim Çen In tank təlimi ilə ABŞ və Cənubi Koreyaya mesaj verib. ABŞ və Cənubi Koreyanın birgə təliminə cavab olan hərbi tədbirdə Şimali Koreyanın yeni döyüş tankı da təqdim edilib. Kim yeni tankın hücum qabiliyyətindən r... | publikaz_normalized |
Mənim sənə... - FOTO":"Xalq artisti Mələkxanım Əyyubovanın bloqer qızı Nəzrin Nəcəfova doğum gününü qeyd edib. “Doğum günün mübarək olsun, Sevgilim. Üzündən gülüş, həyatından xoşbəxtlik əksik olmasın. Səma nə qədər mavidirsə, mənim sənə olan sevgim ondan daha çoxdur! Səni çox sevirəm”" "Qeyd edək ki, Nəzrin müğənni Mər... | publikaz_normalized |
Fransa prezidenti Emmanuel Makron Rusiya ilə müharibəyə başlamaq və ölkəsini böyük dövlətə çevirmək istəyinə görə özünü İmperator Napoleonun reinkarnasiyası hesab edə bilər. Məqalədə qeyd edildiyi kimi, hazırda belə görünür ki, Fransa Rusiya ilə müharibəyə başlamaq istəyir. Materialın müəllifləri vurğulayıb ki, Fransa ... | publikaz_normalized |
“Atletiko” UEFA Çempionlar Liqasında yeni rekord müəyyənləşdirib. Madrid təmsilçisi bu turnirdə “lotereya”da üç qələbə qazanmağı bacaran ilk klub olub. Qeyd edək ki, səfərdə rəqibinə 0:1 hesabı ilə uduzan “Atletiko” evdə qalib gəlib – 2:1. Paytaxt klubu penaltilər seriyasında 3:2 hesablı qələbəyə sevinib. | publikaz_normalized |
Bəzi bağırsaq bakteriyaları bədəndə intensiv şəkildə çoxaldıqda, alopesiyaya - patoloji saç tökülməsinə səbəb olur ki, nəticədə insan tamamilə keçəlləşə bilər. Araşdırmanı Zhejiang Çin Tibb Universitetinin tərkibində olan Hangzhou Dermatoloji Xəstəxanasının mütəxəssisləri aparıb. Onlar "MyBioGen" və "FinnGen" elmi kons... | publikaz_normalized |
çox təhlükəlidir - Əhaliyə xəbərdarlıq edildi":"Yaponiyanın cənub-qərbində, Xirosimada itkin düşən və kimyəvi maddələrlə dolu barelə düşməkdə şübhəli bilinən pişiklə bağlı ictimaiyyətə xəbərdarlıq edilib. Pişiyin ayaq izləri əks olunub. Fabrik əməkdaşı pişiyin pəncə izlərinə əsasən fabrikdəki "altı valentli xrom" (Xrom... | publikaz_normalized |
Bayern"in və Almaniyanın sabiq hücumçusu Miroslav Kloze "Latsio"nun baş məşqçisi ola bilər. Mənbənin sözlərinə görə, tərəflər yaxın vaxtlarda danışıqlar aparacaqlar. Kloze artıq "qartallar"ın bosslarına komandaya rəhbərlik etməyə hazır olduğunu bildirib. Alman mütəxəssis “Bayern”in aşağı yaş qrupları (17 yaşa qədər) və... | publikaz_normalized |
Bağlanmış “Lider” televiziyasının rəhbəri Ədalət Əliyevin həyat yoldaşı Nailə Əliyeva ilə birgə Novruz bayramı öncəsi Tailanda tətilə yollanıblar. N.Əliyeva ölkənin simvollarından sayılan əhliləşdirilmiş nəhəng fillərlə şəkillər çəkdirib. Bundan əlavə, məşhur cütlük yaxta gəzintisi zamanı romantik anlarını lentə alıbla... | publikaz_normalized |
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 14-də BMT Baş katibinin siyasət üzrə müavini Qay Rayderi qəbul edib. Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını BMT Baş katibinə çatdırmağı xahiş etdi. COP29-un ölkəmizdə keçirilməsi münasibətilə təbriklərini çatdıran qon... | publikaz_normalized |
Təxminən 6000 il əvvəl İsveç və Norveç xalqları daha az köçəri həyat yaşadıqları üçün kənd təsərrüfatı icmalarında kök salaraq Neolit dövrünə qədəm qoyublar. Bu yeni tapılan sabitliklə yanaşı onlar birdən-birə artan əhali sıxlığı və mal-qara ilə qarşılıqlı əlaqə və hər ikisi ilə gələn bakterial infeksiyalar problemi ... | publikaz_normalized |
Bakıdan Budapeştə uçuş həyata keçirən “WizzAir” aviaşirkətinin “Airbus A321” təyyarəsi texniki səbəblərdən gecikir. Budapeştdən gələn təyyarəyə baxış zamanı mühərriklərdən birinə quşun daxil olduğu aşkarlanıb. Sərnişinlərin və ekipaj üzvlərinin təhlükəsizliyini təmin etmək məqsədilə reys təxirə salınıb. Reys barədə əla... | publikaz_normalized |
Tanınmış fitnes müəllimi Kamil Zeynallı Kult.az-a müsahibə verib. - Kamil, Rusiyada həbs olunanda müraciət yaymışdınız: Kim deyirsə ki, mən heç nədən qorxmuram, yalan deyir. Sırf o məsələdə, həbsimdə qətiyyən qorxmadım. Sizi inandırım, “Kamil qorxur” deyənlərin hansının üzünə “Səni Ermənistana təhvil veririk” desələr, ... | publikaz_normalized |
Moskva Dövlət Akademik Klassik Balet Teatrının rəhbəri, Rusiyanın xalq artisti Nataliya Kasatkina 89 yaşında vəfat edib. O, Kasatkinanın ötən gecə dünyasını dəyişdiyini bildirib. Köməkçisi əlavə edib ki, vidalaşma tarixi və yeri ilə bağlı məlumat hələ dəqiq deyil. Xatırladaq ki, Natalya Kasatkina 1953-cü ildə Moskva Xo... | publikaz_normalized |
Qlobal Bakı Forumu uzun illər ərzində qlobal miqyasda aparıcı beynəlxalq konfranslardan birinə çevrilib. “Düşünürəm ki, Qlobal Bakı Forumu Davos Dünya İqtisadi Forumu və Münxen Təhlükəsizlik Konfransı qədər vacibdir”, - deyə dövlətimizin başçısı bildirib. | publikaz_normalized |
“Təftiş vaxtı Rafael Xələfovu tapmaq olmurdu”":"Müdafiə Nazirliyinin tabeliyindəki Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik-leytenant Rəşad Məlikzadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. O bildirib ki, yoxlama zamanı üzə çıxan neqativləri maliyyə xidmət rəislər... | publikaz_normalized |
İndi biz Ermənistanla sülhə heç vaxt görünmədiyi qədər yaxınıq. Dövlətimizin başçısı qeyd edib: “Cənubi Qafqazda müstəqillik tarixində sülh bu qədər yaxın olmamışdır. Bu da İkinci Qarabağ müharibəsinin nəticəsidir”. | publikaz_normalized |
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonunda yerləşən yanacaqdoldurma məntəqəsinin ərazisində yol-nəqliyyat qəzasının baş verməsi barədə məlumat daxil olub. Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı yanacaqdoldurma məntəqəsinin ərazisində qoşqusunda tutumu 37 ton dize... | publikaz_normalized |
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 14-də Albaniya Respublikasının Prezidenti Bayram Beqay ilə görüşüb. Bu ilin martında Albaniyanin Baş naziri Edi Ramanın ölkəmizə səfərinin əhəmiyyətinə toxunuldu. Söhbət zamanı Cənub Qaz Dəhlizinin fəaliyyəti və bu layihənin enerji təhlükəsizliyinin təmin olunma... | publikaz_normalized |
Əlavə vaxt olacaq və...":"Rusiyalı futbol eksperti Yevgeni Korostelev Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək “Bayer” - “Qarabağ” oyunu ilə bağlı proqnozunu bölüşüb. Bayer" bu mövsüm eyni anda üç turnir qazana bilər. Bu yolda Xabi Alonsonun komandası unikal və çox güman ki, hər məna... | publikaz_normalized |
Yeni kadrlarını paylaşan sənətçi klassik obrazda kamera qarşısına keçib. 41 yaşlı ulduz şəkillərinin məşhur türk fotoqraf Oruç Mutluya aid olduğunu bildirib. | publikaz_normalized |
Ağdaş Rayon Mərkəzi Xəstəxanasında aşkar edilmiş qanunsuzluqlarla bağlı cinayət işi başlanıb. Bildirilib ki, “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsində baş verən qanunsuzluqlar barədə daxil olmuş vətəndaş müraciəti əsasında rayon prokurorluğunda araşdırma aparılıb. Tibb müəssisəsinin 01.09.2018-ci il tari... | publikaz_normalized |
ya hərbi təlim, ya da həbsxana!":"Ermənistanda 25 günlük hərbi təlimdən yayınmaya görə verilən cəza daha sərt olacaq. Nəşr bildirir ki, dünən müdafiə naziri Suren Papikyan parlamentin müdafiə və təhlükəsizlik məsələləri daimi komissiyasında hökumət və müxalifət nümayəndələri ilə qapalı görüş üçün parlamentə gedib. Qəze... | publikaz_normalized |
Bakıya gəlir":"Yurqorden"in futbolçusu Musa Qurbanlı Azərbaycan millisinə çağırılıb. Onun “FIFA series – Edition 2024” layihəsi çərçivəsində martın 22-də Bakıda Monqolustana, martın 25-də isə Bolqarıstana qarşı matçlar üçün milliyə dəvət olunduğu vurğulanıb. Qeyd edək ki, Qurbanlı ötən ilin iyulundan "Yurqorden"də oyna... | publikaz_normalized |
Sonuncu görüşümüzdən sonra dünyada və regionumuzda bir çox hadisələr baş verib. Əsas geosiyasi dəyişiklik Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpasıdır. Bunun çox ciddi geosiyasi dəyişiklik olduğunu vurğulayan dövlət başçısı qeyd edib: “Biz bunun həllini çoxdan gözləyən münaqişələrin həlli ilə bağlı ... | publikaz_normalized |
Azərbaycanın qeyri-qanuni işğalın qurbanı idi, etnik təmizləməyə məruz qalmışdı. Dövlət başçısı, həmçinin qeyd edib: “Bütün tarixi faktlar tam aydın idi və biz ədaləti, beynəlxalq hüququ özümüz bərpa etdik. Biz bunu özümüz etdik və göstərdik ki, güclü siyasi iradəmiz, həmçinin potensialımız var. Çünki güclü hərbi imkan... | publikaz_normalized |
Azərbaycan COP29-un öhdəsindən layiqincə gələcək və tədbir çox yaxşı səviyyədə keçiriləcək. Qeyd edək ki, R.Sunakın məktubunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld səsləndirib. | publikaz_normalized |
Sonuncu antiterror əməliyyatından sonra hərbi sursatları, ağır silahları, zirehli maşınları müsadirə etdik ki, onların dəyəri bir milyard dollara yaxın idi. İkinci Qarabağ müharibəsində götürülmüş hərbi qənimətlərin dəyəri isə beş milyard ABŞ dollarına yaxın idi. “Sual ondan ibarətdir ki, Ermənistan bütün bu pulları ha... | publikaz_normalized |
Dəhşətli faktlar açıqladı - FOTO":"5 yaşından filmlərdə çəkilən məşhur aktyor Dreyk Bell ik dəfə keçmişdə yaşadığı dəhşətli travmaları ictimaiyyətə açıqlayıb. Bu dəhşətli hadisə Dreyk Bell "The Amanda Show"da aktyor heyətində olarkən baş verib. O, gözlənilməz etirafı bir neçə gün sonra ekranlara çıxacaq “Quiet on Set” ... | publikaz_normalized |
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 14-də Bosniya və Herseqovinanın Rəyasət Heyətinin serb üzvü Jelka Tsviyanoviçi qəbul edib. Prezident İlham Əliyev təbriklərə görə minnətdarlığını bildirdi. Dövlətimizin başçısı Bosniya və Herseqovinaya ötən il rəsmi səfərini və səfər zamanı aparılmış müzakirələr... | publikaz_normalized |
Bakıda şagird özünü məktəb binasından atıb. Sözügedən təhsil müəssisəsinin 9-cu sinif şagirdi dərs zamanı özünü məktəbin 2-ci mərtəbəsindən atıb. O, müxtəlif bədən xəsarətləri alıb. Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinə sorğu ünvanladıq. Qurumdan “Qafqazinfo”ya bildirildi ki, idarənin əməkdaşları hazırda B... | publikaz_normalized |
Braziliyanın "Qoyas və "Goyaniya" komandaları arasında əyalət çempionatında keçirilən görüş qalmaqallı alınıb. Komandalar arasında iki oyunun cəmində heç-heçə qeydə alınıb. Buna görə penaltilər seriyasına ehtiyac yaranıb. 11 metrlik zərbələrdə "Qoyanya" daha yaxşı çıxış edbi. Qonaq komanda 3:2 hesabı ilə qalib gəlib. O... | publikaz_normalized |
İndi Qarabağ məsələsi artıq bağlanıb, hazırda biz sülhə çox yaxınıq. Azərbaycanın sülh prosesini davam etdirməyə hazır olduğunu vurğulayan dövlət başçısı deyib: “Hər iki ölkənin xarici işlər nazirləri səviyyəsində görüşlər hazırda bərpa olunub. Biz görürük ki, sülhə nail olmaq olar, biz bunu istəyirik. Biz tarixi ədalə... | publikaz_normalized |
Aİ ilə münasibətləri dərinləşdirmək istəyirik":"İrəvan Avropa Parlamentinin Ermənistanın Aİ-yə üzv olmaq üçün namizəd statusu ala biləcəyi ilə bağlı qətnaməsini alqışlayır və Avropa strukturları ilə əməkdaşlığı dərinləşdirmək niyyətindədir. “Dünən Avropa Parlamenti Ermənistanın Avropa İttifaqı ilə daha sıx əlaqələrinə ... | publikaz_normalized |
“Paşinyan mətbuat konfransında Tavuş rayonuna bitişik olan kəndləri Azərbaycana qaytarmağa hazır olduğunu təsdiqləyib. Baş nazir bildirir ki, bu kəndlər Ermənistanın suveren ərazisində deyillər, 1990-cı illərdə müharibə nəticəsində nəzarətə götürülüb. Paşinyanın açıqlamalarından görünür ki, bu, birtərəfli güzəştlə olac... | publikaz_normalized |
Fransanın mövqeyi beynəlxalq ictimaiyyətin mövqeyinə tamamilə ziddir. 1990-cı illərin əvvəllərində Fransa ilə Azərbaycan arasında münasibətlərin müsbət istiqamətdə inkişaf etdiyini xatırladan dövlət başçısı Fransa hökumətinin İkinci Qarabağ müharibəsinə və antiterror əməliyyatlarına reaksiyasının tamamilə qeyri-adekvat... | publikaz_normalized |
Həkim-terapevt Roman Lısak yaz aylarında immun sistemini gücləndirmək üçün evdən çıxmağı məsləhət görüb. Yazda sağlam həyat tərzi keçirmək həmişəkindən daha vacibdir: iş və istirahət balansını qoruyun, fiziki aktiv olun, o cümlədən düzgün rasion tərtib edin", - mütəxəssis vurğulayıb. Onun sözlərinə görə, qida istehlakı... | publikaz_normalized |
UEFA "Napoli" prezidenti Aurelio De Laurentisin davranış qaydalarını pozmasını nəzərdən keçirir. De Laurentis bununla UEFA-nın Davranış Kodeksinin 11b maddəsini pozub. O, buna görə cəzalandırılacaq. Xatırladaq ki, “Napoli” səfərdə “Barselona”ya uduzub və (ümumi hesab 2:4) Çempionlar Liqasında mübarizəni dayandırıb. | publikaz_normalized |
Ümummilli matəm elan olundu":"Bolqarıstan Pravoslav Kilsəsinin Patriarxı və Arxiyepiskopu, 78 yaşlı Neofit 2023-cü ilin oktyabr ayından ağciyər xəstəliyindən müalicə aldığı Sofiya Hərbi Tibb Akademiyasının xəstəxanasında vəfat edib. Pravoslav Kilsəsinin ali idarəetmə orqanı olan Ali Senodun üzvləri yeni patriarx seçilə... | publikaz_normalized |
Bu gün Bakıda 13, rayonlarda 15 dərəcə isti olacaq. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecəyə doğru bəzi yerlərdə arabir yağıntılı olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə arabir duman olacaq. Havanın te... | publikaz_normalized |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.