text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
“TikTok” tərtibatçıları fotoların paylaşılması üçün “TikTok Photos” adlı sosial şəbəkə təqdim etməyə hazırlaşırlar. Android və iOS sistemlərində işləyən qurğular üçün əlçatan olacaq yeni sosial şəbəkənin instaqramın rəqibinə çevriləcəyi bildirilir. “TikTok Photos”un veb versiyasının olub-olmayacağı, eləcə də buraxılış ...
publikaz_normalized
Bakının iki rayonunda qaz təchizatında müvəqqəti fasilə yaranacaq. Yasamal rayonu, Əsəd Əhmədov küçəsində yeraltı qaz xəttində aşkar olunmuş qaz sızmasının ləğv olunması, həmçinin Xətai rayonu, General Səmədbəy Mehmandarov küçəsi 94A ünvanında orta təzyiqli qaz xəttinin yerinin dəyişdirilməsi məqsədi ilə 13.03.2024-cü ...
publikaz_normalized
Novruz bayramının 3-cü çərşənbəsi olan Yel çərşənbəsində bir gündə 50 044 ədəd müxtəlif növ ağac tingi əkilib, 100 kiloqram toxum səpilib. O qeyd edib ki, gün ərzində Quba, Şəki, Oğuz, Beyləqan, Ağcabədi, İmişli, Yevlax, Bərdə, Zərdab, Ağdaş, Göygöl, Goranboy, Ağstafa və Tovuz rayonlarının meşə fondu torpaqlarında ağac...
publikaz_normalized
Ukrayna əhəmiyyətli ərazilərini itirəcək":"Ukrayna Silahlı Qüvvələrinin (AFU) hava hücumundan müdafiə və artilleriya üçün sursatları tükənmək üzrədir, ABŞ-ın köməyi olmadan onlar bir çox əraziləri itirə bilərlər. Əlavə ayırmalar şəklində əhəmiyyətli yardım olmadan, mənə elə gəlir ki, qarşıda daha qaranlıq bir gələcək v...
publikaz_normalized
Novruz çərşənbələri 30 ildən sonra Qarabağın dilbər guşələrindən olan Malıbəyli kəndində də qeyd edilir, bayram tonqalları qalanır. “Bakı Abadlıq Xidməti” MMC-nin əməkdaşları kəndin tikinti və abadlığı ilə yanaşı, ərazidəki sahibsiz atlara da qulluq edirlər, onların qayğısına qalırlar. MMC-nin əməkdaşları Yel çərşənbəs...
publikaz_normalized
Sabah Ramazan ayının üçüncü günüdür. Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, martın 13-nə imsak vaxtı saat 05:30-da, iftar vaxtı isə 19:00-dır. Martın 13-ü üçün namaz vaxtları: Üçüncü günün imsak vaxtı üçün duasını təqdim edirik: “Allahummərziqni fihiz-zihnə vət-tənbih. Və baidni fihi minəs-...
publikaz_normalized
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Füzuli və Şuşa şəhərinə səfər ediblər.
publikaz_normalized
taksi sürücüsü işləyir - VİDEO":"“Hərdən evə yorğun gələndə deyirəm ki, axı mən indi çəkilişdən gəlməli idim. Amma bir az hörmətim qalıb, onu da çəkilişlərdə itirmək istəmirəm”. Kirayədə yaşayan aktyor taksi fəaliyyətinə necə başlamasından danışıb: “Teatrdan 3-4 il uzaqlaşmalı oldum. İşləyib onları ödəməyə çalışıram”. ...
publikaz_normalized
Spice Girls" pop qrupunun keçmiş üzvü Viktoriya Bekhem incə olmağın sirrini açıqlayıb. 49 yaşlı məşhur, qeyri-adi pozada güzgü qarşısında qara fitnes kostyumunda top və qamaşlarla göründüyü kadrları yayımlayıb. Eyni zamanda ulduzun ayağının birinə sınıq səbəbindən gips vurulub. Your browser doesn't support video. video...
publikaz_normalized
Lionel Messi Səudiyyə Ərəbistanında geyim brendinin reklamına çəkilib. Bu şirkət geyim və digər aksessuarların istehsalçısıdır. Brendin "X" səhifəsində Messinin çəkildiyi videoçarx paylaşılıb. O, videoya ənənəvi ərəb geyimində çəkilib.
publikaz_normalized
Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinin martın 31-də prezident seçilməsindən sonra Türkiyəyə səfər edəcəyini gözləyir. Biz hər iki Qara dəniz qonşumuzla dialoqumuzu davam etdiririk. Seçkilərdən sonra Rusiya prezidenti Vladimir Putini qəbul edəcəyik", - deyə o bildirib. Xatırladaq ki, fevra...
publikaz_normalized
Rumıniya Prezidenti Klaus Yohannis NATO-nun Baş katibi vəzifəsinə namizəd olacaq. O deyib ki, Rumıniya Prezidenti kimi iki mandat zamanı əldə etdiyi təcrübəni nəzərə alaraq Alyansın, həm də Avropanın üzləşdiyi problemləri dərindən dərk edərək bu qərarı qəbul edib.
publikaz_normalized
Avroviziya təmsilçimiz Safura Əlizadə ailəsi ilə fotolarını sosial media hesabında paylaşıb. Qeyd edək ki, Safura uzun müddətdir Türkiyədə yaşayır.
publikaz_normalized
“Latsio”nun baş məşqçisi Mauritsio Sarri istefa verib. Mütəxəssis qərarı barədə rəhbərliyi məlumatlandırıb, klubun cavabı hələ ki, məlum deyil. Di Martsionun sözlərinə görə, Sarrini “Latsio”nun baş məşqçisi postunda Tommaso Rokçini əvəz edə bilər. “Latsio” A Seriyasında 28 turdan sonra turnir cədvəlinin 9-cu pilləsində...
publikaz_normalized
yeni cərimələr gəlir - VİDEO":"Paytaxt Bakıda dayanma-durma qaydalarının pozulmasına görə, yeni cərimələr tətbiq olunacaq.
publikaz_normalized
Almaniya hökuməti ordunun arsenalında olan bütün “Taurus” qanadlı raketlərini modernləşdirmək və hazır vəziyyətə gətirmək qərarına gəlib. Publika/az xəbər verir ki, bu barədə “Die Welt” qəzeti mənbələrə istinadən məlumat yayıb. Nəşrin yazdığına görə, Bundesverin arsenalında olan bütün “Taurus” raketləri modernləşdirilm...
publikaz_normalized
“Azərreyl” və “Murov Az Terminal” qələbə qazandı":"Bu gün qadın voleybolçuların Yüksək Liqasında XVII turun oyunlarına start verilib. Görüş ikincilərin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Günün digər oyununda “Azərreyl” “Gəncə”ni qəbul edib. Qarşılaşma “dəmiryolçular”ın 3:0 hesablı qələbəsi ilə başa çatıb. Tura martın...
publikaz_normalized
Xəbər verdiyimiz kimi, “Qarabağ” Avropa Liqasında “Bayer”lə Leverkuzendə keçiriləcək cavab oyunu üçün bu gün Almaniyaya yollanıb. Belə ki, iftar vaxtı Qurban Qurbanovun köməkçisi Elçin Rəhmanov Azan oxuyub. Bundan sonra komandanın oruc tutan üzvləri iftar açıblar. Həmin anın görüntülərini təqdim edirik:
publikaz_normalized
Kremldəki çıxışı ləğv edən rusiyalı müğənni Kristina Orbakaite Bruklindəki "LEVEL Nyu York" barında çıxış edəcək . Konsert aprelin 20-də baş tutacaq, şou zamanı Orbakaite hitlərini ifa edəcək. Elanda konsertin barın çılışının ildönümünə həsr olunduğu deyilir. Qeyd edək ki, Orbakaite martın 7-də Dövlət Kreml Sarayının s...
publikaz_normalized
Yeni seçiləcək Rusiya prezidentinin andiçmə mərasimi mayın 7-də baş tutacaq. Prezidentin andiçmə mərasimi mayın 7-də baş tutacaq, mayın 8-də isə Duma hökumət başçısının təyinatını müzakirə edəcək", - agentliyin həmsöhbəti bildirib. Məlumata görə, “Rusiya Federasiyasının prezident seçkiləri haqqında” qanuna əsasən, andi...
publikaz_normalized
Bu gün sosial şəbəkələrdə Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin direktor vəzifəsini müvəqqəti icra edən Şahin Əliyevin rüşvət alması ilə bağlı səs yazısı yayılıb. Bundan əlavə, kollecin bazasında toz basmış avtomobillərin işlək vəziyyətdə göstərilməsi və onlar üçün yanacaq pulu adı altında xeyli miqdarda və...
publikaz_normalized
onunla kəskin anlaşılmazlıq yarana bilər":"İmkanlarınızla potensialınızı olduğundan artıq dəyərləndirməyin, mənasız və yerinə yetirə bilməyəcəyiniz vədlər verməyin. Müttəfiqlərin yardımlarından boyun qaçırmayın, situasiyadan faydalanın. Yeni tərəfdaş tapa bilərsiniz. Onunla əməkdaşlıq məhsuldar olacaq. Lazımsız, ehtiya...
publikaz_normalized
Ermənistanın Azərbaycana təzminat ödəməsi mövzusu İkinci Qarabağ müharibəsindən sonra ən aktual məsələlərdən biridir. Yerli və xarici ekspertlərin araşdırmalarından məlum olub ki, Ermənistanın Azərbaycana vurduğu ziyan milyardlar dəyərindədir. Beynəlxalq hüquqda da təcavüzkar ölkənin vurduğu ziyanın ödənilməsi ilə bağl...
publikaz_normalized
Avtobusun üzərinə “Qazaxıstan xalqından Azərbaycan balalarına hədiyyə” yazılması da diqqətdən qaçmayıb.
publikaz_normalized
Rusiyanın ən güclü silahı odur":"Rusiya Prezidenti Vladimir Putin cəmiyyətin möhkəmlənməsini və insanların Vətənə sədaqətini ölkənin ən güclü silahı adlandırıb. Siyasətçinin sözlərinə görə, Qərb ölkələri iqtisadi sanksiyaların köməyi ilə Rusiyanı sıxışdırmağa ümid edərkən bunu nəzərə almayıb. “Onlar bunu nəzərə almayıb...
publikaz_normalized
Şəki rayonunun 1970-cı illərə aid arxiv görüntüləri yayılıb. Kadrlarda Şəkidə toy adətləri və şəki kəlağayısı haqqında məlumat yer alıb. Həmin görüntüləri təqdim edirik:
publikaz_normalized
Səudiyyə Ərəbistanının “Əl-Hilal” futbol klubu ardıcıl 28-ci oyununu qazanaraq, ən uzun qələbə seriyasına görə yeni dünya rekordu müəyyənləşdirib. k görüş də 2:0 hesabı ilə "Əl-Hilal"ın xeyrinə başa çatıb. Əl-Hilal" 2016/17 mövsümündə ardıcıl 27 rəsmi oyunda qələbə qazanan Uelsdən olan "Nyu-Seynts"in nailiyyətini üstəl...
publikaz_normalized
Türkiyə Xarici İşlər Nazirliyi İraq tərəfi ilə prezident Rəcəb Tayyib Ərdoğanın bu ölkəyə gözlənilən səfərini müzakirə edir. İraq Xarici İşlər Nazirliyində həmkarlarımızla görüşlər keçirəcək, ikitərəfli əlaqələri müzakirə edəcəyik. Xarici işlər nazirlərinin yaxın gələcəkdə baş tutacaq görüşünə, eləcə də Prezidentimizin...
publikaz_normalized
Amerikalı model və aktrisa, "Miss USA 2012" və "Miss Universe 2012" yarışmalarının qalibi Olivia Culpo tətildə əzalarını açıq şəkildə nümayiş etdirib. 31 yaşlı məşhur yaxtada özünün və nişanlısı, amerikalı futbolçu Kristian Makkaffrinin lemtə alınan bir sıra kadrlarını yayımlayıb. Eyni zamanda, ulduz üzgüçülük mayoları...
publikaz_normalized
həkimlərin brilyant üzüyü, pulları, əl çantaları aparıldı":"Bakının Yasamal rayonunda yerləşən xəstəxana və poliklinikalardan oğurluq edən şəxsə hökm oxunub. "Təqsirləndirilən şəxs oğurluğu xəstəxanalara pasiyent kimi daxil olmaqla törədib. O, 19 saylı şəhər poliklinikasında həkimin iş otağına daxil olaraq içərisində 4...
publikaz_normalized
Barselona" və “Arsenal” 1/4 finalda":"Futbol üzrə Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda İspaniyanın “Barselona” komandası evdə İtaliya “Napoli”sini 3:1 hesabı ilə məğlub edərək, turnirin 1/4 finalına yüksəlib. “Napoli”də isə Amir Rrahmani (30) topu rəqibin qapısından keçirib. Qeyd edək ki, ilk görü...
publikaz_normalized
Beynəlxalq Qadınlar Günü ərəfəsində Rusiyanın kosmetika brendi BISOU öz qəhrəmanlarına nəyin təbəssüm və xoşbəxtlik hissi verdiyini öyrənmək qərarına gəlib. Şirkət “VKontakte” sosial şəbəkəsində genişmiqyaslı sorğu keçirməyə başlayıb. İştirakçılardan “Qadın xoşbəxtliyi nədir?” sualına doqquz cavab variantından üçünü se...
publikaz_normalized
4360-dan çox yaralı, 30-a yaxın ölən var":"İranda kütləvi şənliklərdə atəşfəşanlıq nəticəsində 4 mindən çox insan yaralanıb. Bildirilib ki, hadisə nəticəsində ölənlərin sayı 26-ya çatıb. Agentliyin məlumatına görə, çərşənbə axşamı gecə yarısına qədər yaralıların ümumi sayı 4360-dan çox insan yaralanıb. Onlardan 189 nəf...
publikaz_normalized
Rusiya Hava Hücumundan Müdafiə Sistemi Belqorod vilayətinin Novoskol şəhər rayonunun Serebryanka kəndi yaxınlığında iki təyyarə tipli pilotsuz aparatı vurub. O bildirib ki, ilkin məlumatlara görə, can itkisi yoxdur. Şəxsi evlərdən birində tövlə yanır", - məmur yazıb. O əlavə edib ki, hadisə yerinə təcili tibbi yardım b...
publikaz_normalized
Fələstinin HƏMAS radikal hərəkatı Amerika tərəfinin Qəzza zolağında təklif etdiyi atəşkəs planına razılıq verib. Məlumata əsasən, ABŞ-ın irəli sürdüyü təşəbbüs anklavda hərbi əməliyyatların dayandırılmasını və köçkünlərin tədricən öz evlərinə qayıtmasını nəzərdə tutur. HƏMAS-ın nümayəndə heyəti sazişin təfərrüatlarını ...
publikaz_normalized
Almaniya polisi bu günlərdə uzun müddətdir axtarışda olan şəxsi tapdığını elan edib. İfrat solçu RAF qruplaşmasının üzvü olan qadın quldurluq və qəsdən adamöldürmə cinayətlərində ittiham edilir. Almaniya mediası bildirir ki, qadının yeri “Pimeyes” üztanıma proqramı sayəsində aşkarlanıb. Hər hansı insanın fotosunu bu pr...
publikaz_normalized
Vaşinqton əvvəlki kimi Amerika qoşunlarını Ukraynaya göndərməyi planlaşdırmır. Biz bunu etmək niyyətində deyilik və ya planlaşdırmırıq", - Sallivan vurğulayıb. Bundan əvvəl NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, alyans hərbi əməliyyatlarda iştirak etmək üçün qoşun göndərməyə hazırlaşmır.
publikaz_normalized
iki polis əməkdaşı həyatını itirdi":"Martın 13-də saat 3 radələrində işğaldan azad olunan əraziyə ezam olunan polis əməkdaşları xidməti silahdan ehtiyatsız davranılması nəticəsində həlak olublar. Polis nəfərinin xidməti silahdan ehtiyatsız davranması nəticəsində açılan 1 atəşdən polis zabiti, 1982-ci il təvəllüdlü Rami...
publikaz_normalized
Çex Respublikasının Şimali Atlantika İttifaqına (NATO) daxil olmasının 25-ci ildönümünün qeyd edilməsi münasibətilə çərşənbə axşamı səhər Praqa üzərində altı hərbi təyyarə havaya qalxıb. Aviasiya vasitələri Çexiyanın paytaxtı üzərindən yerdən təxminən 200 metr yüksəklikdə iki sırada uçuş edib.
publikaz_normalized
Cork Universitet Kollecinin alimləri, digər xəstəliklərdən və həyat tərzi faktorlarından asılı olmayaraq, orta yaşlı və yaşlı insanlarda depressiyaya dair sübutlar taparaq, piylənmənin yeni təhlükəsini aşkar ediblər. Tədqiqatçılar 1800-dən çox yetkin könüllünün sağlamlıq məlumatlarını təhlil edərək, bədən kütləsi indek...
publikaz_normalized
Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin imzalanması ilə regionda yeni dövrün başlanmasını arzulayırıq. O qeyd edib ki, Cənubi Qafqazda sabitliyin qorunması Türkiyənin prioritetlərindən biridir. Türkiyə Prezidenti Şərqi Aralıq və Egey dənizində Yunanıstanla münasibətlərdə son zamanlar formalaşan mənfi atmosfer...
publikaz_normalized
- Deyirlər, professor olmaq üçün AzTV-dən ayrılmısınız. - Mən əvvəl üç yerdə işləyirdim. İyirmi ilə yaxın AzTV-də rəhbər vəzifədə olmuşam. Sonra redaksiyamız "Ədəbi Dram"la birləşdi. Yarımştat Elmlər Akademiyasında, yarımştat da Müəllimlər İnstitutunda işləyirdim. Filologiya elmlər doktoru idim. Rektorumuz dedi, mən sə...
publikaz_normalized
Rusiya hazırdır, ABŞ qoşun yeridərsə...":"Rusiya hərbi-texniki hazırlıq baxımından nüvə müharibəsinə hazırdır". O qeyd edib ki, Rusiya daim öz silahlı qüvvələrinin döyüş hazırlığını yüksək səviyyədə saxlayır. Rusiya lideri vurğulayıb ki, ölkə Amerika qoşunlarının Rusiya ərazisinə yerləşdirilməsi də daxil olmaqla, müdax...
publikaz_normalized
İmişlidə silsilə oğurluqlarda şübhəli bilinən şəxs saxlanılıb. Araşdırmalar zamanı məlum olub ki, A.Məmmədli beş evə qanunsuz daxil olaraq zərərçəkmişlərin ümumilikdə 10 000 manatdan artıq pulunu və dəyəri 35 000 manata yaxın olan qızıl-zinət əşyalarını oğurlayıb. Saxlanılan şəxs barəsində rayon məhkəməsinin qərarı ilə...
publikaz_normalized
Göstəriləcək “yerkökü”dən xəbərdarıq, ciddi söhbətə hazırıq":"“Danışıqlar Ukraynanın yenidən silahlanması üçün pauza yox, Rusiyaya veriləcək təhlükəsizlik zəmanətləri ilə bağlı ciddi söhbət olmalıdır”. Dövlət başçısının sözlərinə görə, Moskva ciddi söhbətə hazırdır və bütün münaqişələri, xüsusən də Ukrayna münaqişəsini...
publikaz_normalized
ABŞ kəşfiyyatının “İllik təhdidlərin qiymətləndirilməsi” hesabatında Azərbaycan və Ermənistan arasında yeni müharibənin ola biləcəyi proqnozlaşdırılır. “Lakin hərbi qarşıdurmanın müddəti və intensivliyi məhdud olacaq. İkitərəfli sülh sazişi yoxdur, tərəflərin silahlı qüvvələri bir-birinə yaxındır və atəşkəs rejiminin h...
publikaz_normalized
Rusiyanın Ryazan vilayətində neft emalı zavodunda pilotsuz təyyarənin düşməsi nəticəsində yanğın başlayıb. “Yanğının ehtimal olunan səbəbi pilotsuz uçan aparatın düşməsidir” deyən agentliyin həmsöhbəti yanğın zamanı tələfat barədə məlumatın olmadığını bildirib. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerindədi...
publikaz_normalized
saxlanılanlar var":"Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyatlar keçirilib. Tədbirlərlə rayon sakinləri – Mirzəyev Balakişi və Əsgərov Ülvi saxlanılıblar. B.Mirzəyevin üzərindən və idarə etdiyi avtomobildən 1 kiloqrama y...
publikaz_normalized
ABŞ səfiri nazirliyə çağırıldı":"ABŞ prezidenti Co Baydenin Macarıstan lideri Orbanı “diktator” adlandırmasından sonra ABŞ səfiri Macarıstan Xarici İşlər Nazirliyinə çağırılıb. Bu açıqlamalardan sonra ABŞ-Macarıstan münasibətlərində gərginlik artıb. Szijjarto Baydenin açıqlamasını yalan və çox ciddi təhqir kimi qiymətl...
publikaz_normalized
Mars nəhəng burulğanlara səbəb olur və... - FOTO":"Mars Yerdən 225 milyon kilometr uzaqda olsa da, planetimizdəki okeanlara təsir edə bilər. Yeni araşdırmanın nəticələri Marsın okeanların dərinliklərində nəhəng burulğanların əmələ gəlməsinə təkan verə biləcəyini ortaya çıxarıb. Dərin dəniz axınlarının geoloji qeydləri ...
publikaz_normalized
Bu sistem saxta çıxdı":"“Mercedes-Benz”in Yaponiya filialı olan "Mercedes-Benz Japan" müştərilərini aldatması səbəbilə 8,3 milyon dollar məbləğində cərimələnib. Agentliyin açıqlamasına görə, şirkətin avtomobil kataloqları GLA və GLB modellərinin müəyyən sürücülük yardım sistemləri ilə təchiz edildiyini göstərib. Katalo...
publikaz_normalized
Ermənistan Aİ-nin anti-Rusiya siyasətinin əvəzini ödəyir":"Ermənistan, Moldova, Afrika ölkələri Avropa İttifaqının tətbiq etdiyi anti-Rusiya siyasətinin əvəzini ödəyirlər. “Avropa İttifaqının Ermənistan, Moldova və hətta Afrika da daxil olmaqla hər yerdə tətbiq etdiyi anti-Rusiya geosiyasi optikasına görə təkcə Ukrayna...
publikaz_normalized
Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) 2024 və 2025-ci illər üçün qlobal neft tələbi ilə bağlı güclü artım gözləntilərini qoruyub saxlasa da, bu il üçün iqtisadi artım proqnozunu yüksəldib. OPEC iqtisadi artımda 2023-cü ilin sonuna doğru başlayan "güclü dinamikanın" 2024-cü ilin ilk yarısında da davam edəcəyini bildi...
publikaz_normalized
Azərbaycana ekstradisiya edilmiş daha bir üzvü Sekrieru İon Aleksandroviçin barəsində cinayət işi üzrə istintaq yekunlaşdırılıb və iş baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə məhkəmə baxışına daxil olub. İttihamdan aydın olur ki, İon Sekrieru və xaricdə fəaliyyət göstərən dəstənin digər üzvləri Azərbaycan Re...
publikaz_normalized
Ermənistanın baş naziri Nikol Paşinyan keçmiş müdafiə naziri Arşak Karapetyanla yazışmalarını sosial mediada dərc edib. “Arşak Karapetyan ən qısa müddətdə xidmət edən müdafiə naziridir. 2021-ci ilin may hadisələrində o, Baş Qərargah rəisinin birinci müavini, noyabr hadisələrində isə müdafiə naziri idi. Mən onu işdən çı...
publikaz_normalized
İnter" Madrid səfərində":"Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinə yekun vurulacaq. Atletiko" ilk görüşdə məğlub olduğu "İnter"i qəbul edəcək. Borussiya" (Dortmund) isə Eyndhovendə heç-heçə etdiyi PSV ilə doğma meydanda qarşılaşacaq. Qeyd edək ki, bundan əvvəl "Bayern", PSJ, "Mançester Siti", "Real", "Ars...
publikaz_normalized
Barselona" UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda evdə "Napoli"ni 3:1 hesabı ilə məğlub edib. O, ÇL-dəki debüt matçında bu uğura nail olub. Qeyd edək ki, bu mövsüm "Barsa"nın əsas komandasına qoşulan Kubarsi üçün "Napoli" ilə qarşılaşma peşəkar karyerasında 12-ci rəsmi matç olub. O, daha əvvəl ...
publikaz_normalized
Süni intellekt üçün 1 milyard ayrılacaq":"İtaliyanın baş naziri Giorgia Meloni “İtaliya üçün süni intellekt” proqramına göndərdiyi videomüraciətdə süni intellekt üçün 1 milyard avroluq investisiya fondu yaradacaqlarını və hökumət olaraq bununla bağlı qanun layihəsi üzərində çalışdıqlarını açıqlayıb. “Ən təsirli olanı m...
publikaz_normalized
Dövlət İmtahan Mərkəzi (DİM) martın 17-də 46 min 741 şagird üçün buraxılış imtahanı keçirəcək. Qeyd olunub ki, imtahan Bakı şəhərinin Sabunçu, Səbail, Xətai, Nəsimi, Nərimanov rayonlarında, Gəncə - 1, Samux, Daşkəsən, Qazax, Ağstafa, Şəki, Lənkəran - 1, Astara, Biləsuvar, Ağdam, Ağcabədi, Ağsu, Zərdab, Kürdəmir, İmişli...
publikaz_normalized
Moskvanın Lefortovo məhkəməsi Rusiyada casusluq ittihamı ilə saxlanılan Cənubi Koreya vətəndaşı Baek Von-Soonun həbs müddətini üç ay - iyunun 15-dək uzadıb. Bildirilib ki, Baek Von-son onilliklər ərzində casusluqda ittiham olunan ilk Cənubi Koreyalıdır. Cənubi Koreya Xarici İşlər Nazirliyindən verilən açıqlamada təfərr...
publikaz_normalized
Görün kim imiş":"PSJ klubun 101 yaşlı azarkeşini təbrik edib. O, oğlu və nəvəsi ilə birlikdə stadiona gəlib. PSJ ona arxa tərəfində nömrə əvəzinə doğum ili əks olunan forma hədiyyə edib. Maraqlıdır ki, 101 yaşlı futbolsevər Fransada keçirilən 1938-ci il dünya çempionatında təşkilatçı ölkənin millisinin heyətində futbol...
publikaz_normalized
Ölümlə təhdid olunur - FOTO":"Məşhur komediya aktyoru Özkan Çelik problem yaşayıb. Əyləncəli səhnələri ilə məşhurlaşan aktyor, "İbrahim Tatlısəs vuruldu. Adamı düz başından vurursan, işini düzgün görmək qüruru ilə evə gedirsən, televiziyada baxıb görürsən ki, adam ölməyib. Bu qatili daha çox məyus edər” – sözlərini işl...
publikaz_normalized
öz əlimizdə imiş":"Bir insana xoşbəxt olmağı öyrətmək və psixoloji vəziyyətlə müntəzəm işləmək harmoniya hissini qorumağa kömək edə bilər. Bristol və Yel universitetinin alimlərinin fikrincə, xoşbəxtlik hissinə təsir edən amillər haqqında biliklər insanlara bu hissi yaratmağa və saxlamağa kömək edir. Fərziyyəni təsdiql...
publikaz_normalized
Arsenal" UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab matçında evdə "Porto"nu məğlub edərək (0:1, 1:0, pen 4:2) mübarizədən kənarlaşdırıb. Belə ki, London klubu 14 illik fasilədən sonra ÇL-də 1/8 final səddini aşa bilib. Topçular" sonuncu dəfə bunu 2009/10 mövsümündə bacarmışdılar.
publikaz_normalized
Polis əməkdaşları Xankəndi şəhərində avtomat, pulemyot, və qumbaralar tapıblar. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə martın 11-də və 12-də Xankəndi şəhəri ərazisindən 17 ədəd müxtəlif markalı avtomat silahı, 1 pulemyot, 2 tapança, 6 tüfəng, 21 qumbara, 21 alışdırıcı, 5 rabitə qurğusu, 106 patron darağı, 6231 ə...
publikaz_normalized
Orada "quyruğunu tapdalamışıq":"Fransa prezidenti Emmanuel Makronun Moskvaya kəskin reaksiyası Afrikadakı hərəkətlərlə bağlı ola bilər. Kiselyov Putindən Makronun anti-Rusiya bəyanatlarının Rusiyanın Afrikada Fransanın “quyruğuna basması” üçün qisas ola biləcəyini soruşarkən Rusiya liderinin cavabı belə olub: “Bəli, mə...
publikaz_normalized
Almaniya futbolunda ilk":"Münhenqladbax "Borussiya"sı ölkə kubokunun 1/4 final mərhələsində səfərdə III Bundesliqa təmsilçisi "Saarbrüken"ə uduzaraq (1:2) mübarizəni dayandırıb. Beləliklə, turnirin bütün yarımfinalçıları bəlli olub. Almaniya futbolu tarixində ilk dəfə belə bir vəziyyət yaranıb. Bu barədə "Opta" məlumat...
publikaz_normalized
I Qarabağ müharibəsi qazisi vəfat edib. Qeyd edək ki, 1992- ci ildə Xüsusi Təyinatlı Polis Dəstəsinin üzvü olan B.Aslanov Xocalının müdafiəsi uğrunda mübarizə aparıb. Fevralın 25-i axşam ermənilər Xocalıya hücum edən zaman Əlif Hacıyev və onun dəstəsi səhər saatlarına qədər düşmənə müqavimət göstərib. Əlifin döyüş yold...
publikaz_normalized
avtobusda sərnişinlər girov götürüldü - VİDEO":Braziliyanın ikinci böyük şəhəri Rio-de-Janeyroda silahlı şəxs avtobusdakı sərnişinləri girov götürüb. Hadisə yerinə çox sayda polis və təcili yardım göndərilib. Yaralıların sağlamlıq durumunun necə olduğu və avtobusda neçə nəfərin girov saxlandığı hələlik məlum deyil. Pol...
publikaz_normalized
Porto"nun müdafiəçisi Pepe Çempionlar Liqasının 1/8 final mərhələsinin "Arsenal"la cavab oyununda meydana çıxıb. Pepe fevralın 26-da 41 yaşını qeyd edib. Çempionlar Liqası tarixində ondan yaşlı çıxış edən 4 futbolçunun hamısı qapıçı olub. Söhbət Mark Şvartser (2014-cü ildə 41 yaşında), Aleksandr Şovkovski (2016-cı ildə...
publikaz_normalized
Onlar da kiçik "paşinyan"lardır":"Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev “BayMedia”ya müsahibə verib. - Qüdrət bəy, Osmanqızı tv, ardınca “Azadlıq” radiosu sizi tənqid edir ki, siz Ermənistanın növbəti təxribatlarından biri zamanı Azərbaycan Silahlı Qüvvələrinin Zəng...
publikaz_normalized
Necə abırlı geyinmisən?" - VİDEO":"Aparıcı Elgiz Əkbərin verilişində söylədikləri marağa səbəb olub. Sənətçinin seçdiyi geyimə tərif yağdıran aparıcının sözləri gündəm olub. Sözügedən kadrları təqdim edirik:
publikaz_normalized
Tapşırıqlar verildi - VİDEO":"Əlahiddə Ümumqoşun Orduda (ƏÜO) tabor, divizion komandirləri və müavinləri ilə komandir hazırlığı sistemində toplantı keçirilib. Zabitlərin nəzəri biliklərinin və praktiki vərdişlərinin təkmilləşdirilməsi, onların bölmələrin idarə olunmasında bacarıqlarının möhkəmləndirilməsi məqsədi ilə k...
publikaz_normalized
Türkiyəli məşhur alim, geoloq Cəlal Şengör Mərmərə dənizində gözlənilən böyük İstanbul zəlzələsi ilə bağlı sensasion açıqlamalar verib. Şengör Mərmərə dənizində 7,2 - 7,4 bal gücündə zəlzələnin ola biləcəyini bildirib: Qırılma xətti demək olar ki, Mərmərə dənizinin ortasından keçir. İstanbul yaxınlığında da Çınarcık hö...
publikaz_normalized
Azərbaycan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurasının katibinin müavini Mədət Quliyevin idman zalında çəkilmiş videosu marağa səbəb olub.
publikaz_normalized
Azərbaycanda bu ilin son iki ayında 35 milyon manata yaxın narkotik dövriyyədən çıxarılıb. Hüquq mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 1980 cinayət faktı aşkarlanmış...
publikaz_normalized
Daxili İşlər Nazirliyi ötən gün ərzində baş verən cinayət faktları və hadisələr barədə məlumat yayıb. Axtarışda olduğuna görə ümumilikdə 89, o cümlədən borclu şəxs qismində axtarışda olan 56 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Narkotiklərlə əlaqəli 36, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşk...
publikaz_normalized
Yel çərşənbəsində tonqaldan tullanan azyaşlılar toqquşaraq alova yıxılıblar. Hadisə Bakının Yasamal rayonundakı məhəllələrin birində baş verib. Qalanan tonqalda iki azyaşlı toqquşaraq xəsarət alıb. Həmin görüntüləri təqdim edirik:
publikaz_normalized
Razılaşma olmayıb":"HƏMAS qrupu "Əl Ərəbiyyə" telekanalının 12 martda Qəzza zolağında atəşkəs razılaşması barədə xəbərini təkzib edib. “Əl-Ərəbiyyə" telekanalı HƏMAS-dakı yüksək rütbəli mənbəyə istinadən yaydığı məlumatda, hərəkatın Qəzzada davamlı atəşkəsin və köçkünlərin tədricən geri qaytarılması da daxil olmaqla, b...
publikaz_normalized
Paşinyan qapalı görüşdə vaxt istəyib?":"“Paşinyanın mətbuat konfransı Azərbaycanın 4 kəndlə bağlı ultimatumuna cavab, daha doğrusu, bu ultimatumun qəbul edilməsinin vacibliyinin cəmiyyətə çatdırılması idi”. Onun sözlərinə görə, Azərbaycan 4 kəndin dərhal qaytarılmasını istəyir. “Aydındır ki, bu ultimatumdur. Böyük ehti...
publikaz_normalized
10 metr o tərəfdə iftar 3 dəqiqə fərqlə olur":"Türkiyənin Balıkəsir bölgəsini Çanaqqala ilə birləşdirən Mıhlı çayının hər iki tərəfindəki qonşular 3 dəqiqə fərq ilə iftar edirlər. Edremit tərəfində yaşayan vətəndaşlar “Küçükkuyunun Mıhlı səmtindəki qonşularımız bizdən sonra iftarlarını açır. Biz iftar etdikdən sonra on...
publikaz_normalized
Qarabağdan Ermənistana qaçan qondarma “parlamentin üzvlərinə” ölkəni tərk etmək qadağan olunub. Qəzet yazır ki, artıq mövcud olmayan qondarma “parlamentin” qondarma “deputatı” Qeqam Stepanyan hava limanından geri qaytarılıb. “Stepanyan “Zvartnots” hava limanında saxlanılıb və geri qaytarılıb. Ona bildiriblər ki, Erməni...
publikaz_normalized
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insa...
publikaz_normalized
Klublararası dünya çempionatının daha bir iştirakçısı bəlli olub. Buna “Napoli”nin Çempionlar Liqası ilə vidalaşması səbəb olub. Neapollular 1/8 finalda “Barselona”ya uduzublar – 1:1, 1:3. “Yuventus” UEFA reytinqində “Napoli”ni qabaqladığı üçün dünya çempionatında oynamaq imkanı qazanıb. Turin təmsilçisi bu hüquqa sahi...
publikaz_normalized
Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu göndərib. Zati-müqəddəsləri," "Tacqoyma Gününüz münasibətilə Sizi və Sizin simanızda bütün həmməzhəblərinizi şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edirəm. Biz Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasındakı əlaqələrin inkişafına xüsus...
publikaz_normalized
Rusiya prezidenti Vladimir Putin ölkənin mərhum lideri Boris Yeltsin onu prezidentliyə namizəd olmağa dəvət edəndə dövlət başçısı olmağa hazır olmadığını bildirib. Putin o zaman belə irimiqyaslı vəzifəni öz üzərinə götürməyə hazır olmadığını bildirib. Dövlət başçısı qeyd edib ki, təklif olunan vəzifədən qorxmayıb. Amma...
publikaz_normalized
Okeanın dərinliklərində görün nə tapdılar - FOTO":"Tədqiqatçılar okeanlarda 100-ə yaxın yeni növ və 1 sirli ulduza bənzər canlı tapdıqlarını açıqlayıb. "Alimlərin bu araşdırması fevral ayında ölkənin Milli Su və Atmosfer Tədqiqatları İnstitutuna məxsus "Tangaroa" tədqiqat gəmisində baş verib. Komanda 3 mil (4800 metr) ...
publikaz_normalized
Bayquşlar..." - VİDEO":"Xəbər verdiyimiz kimi, Azərbaycanda ikinci və üçüncü dərəcəli qohumluğu olan şəxslərin nikahının qadağan edilməsi üçün qanunvericilikdə dəyişiklik edilməsi məsələsi müzakirə olunur. Nazilə ölkəmizdə qohum evliliklərinin qadağan olunması məsələsinə inanmadığını vurğulayıb: Eşitdim ki, Azərbaycand...
publikaz_normalized
Bu ölkə ilə sərhədə qoşun göndəririk":"Finlandiya NATO-ya üzv olduqdan sonra bu ölkənin sərhədləri yaxınlığında rus qoşunları və silah sistemləri yer alacaq. O vurğulayıb ki, əvvəllər Rusiya və Finlandiyanın ideal münasibətləri olub, bir-birinə qarşı heç bir iddia, o cümlədən ərazi və digər mübahisəli məsələlər yoxdur....
publikaz_normalized
Onların birgə şəkli yoxdur - FOTOLAR":"Real"ın gənc lideri Cud Bellinqem təkcə uğurlu karyerası ilə deyil, şəxsi həyatı ilə də gündəmə gəlməyə başlayıb. İspaniyanın “Marca” nəşrinin məlumatına görə, ingilis futbolçu hazırda həmyerlisi model və influenser Asanteva Çitti ilə görüşür. Bellinqem "İnstaqram"da 35 minə yaxın...
publikaz_normalized
Ciblərinə pul qoyur, qarnını doyururlar - Aparıcıdan şok etiraf":"Xəbər verdiyimiz kimi, ATV, XƏZƏR, ARB və SPACE telekanallarının rəhbərləri Prezident Administrasiyasına dəvət olunublar. Onların iştirakı ilə keçirilən iclasda kanallarda yayımlanan bir sıra şou və sosial verilişlərdəki biabırçı vəziyyətlə bağlı ciddi i...
publikaz_normalized
Albaniyanın Prezidenti Bayram Beqac (Bajram Begac) Azərbaycana gəlir.
publikaz_normalized
13-19 mart 2024-cü il tarixlərində Birbank Cashback Mastercard taksit kartını onlayn olaraq əldə edən müştərilər 1 aprel 2024-cü il tarixinədək "Trendyol" və "Umico Market" kateqoriyaları üzrə ilk birdəfəlik 50 AZN və üzəri nağdsız əməliyyatları həyata keçirərək 20 AZN qazanacaqlar. Qazanılan məbləğ ödəniş edildikdən d...
publikaz_normalized
Əl-Nəsr"in ulduz futbolçusu Kriştiano Ronaldodan sonra daha bir tanınmış Səudiyyə Ərəbistanına məxsus şirkətin reklamında görünüb. Argentinalı futbolçu ənənəvi ərəb geyimləri istehsalçısı olan şirkətin videoçarxında yer alıb. O, kişi baş örtüyünü geyinərək reklam edib. Leonun əzəli rəqibi olan Ronaldo həm süd məhsulu, ...
publikaz_normalized
Azərbaycan Gənclər və İdman Nazirliyinin kollegiyasının tərkibi haqqında” Nazirlər Kabinetinin 2006-cı il 14 iyun tarixli 144 nömrəli Qərarında dəyişiklik edilib. Qərarla Gənclər və İdman Nazirliyinin kollegiyasının tərkibində dəyişiklik edilib. Nazirliyinin kollegiya üzvlərinin sayı 24 (iyirmi dörd) nəfərdən ibarət mü...
publikaz_normalized
Bakıda daha bir ərazidə fərdi evlərin söküntüsünə başlanılacaq. Bu ərazidə söküntü işləri aparılması barədə məlumat verilmişdi. İndi isə "Kubinka"nın yeni məhəlləsində söküntü işləri aparılacaq. Belə ki, Cəlil Məmmədquluzadə küçəsində, daha dəqiq desək keçmiş 2 nömrəli çörək zavodunun ərazisindəki evlər plana düşəcək. ...
publikaz_normalized
üç erməni həbs edildi":"Moskvada gizli narkotik laboratoriyası dağıdılıb, üç Ermənistan vətəndaşı həbs edilib. Federal Təhlükəsizlik Xidməti əməkdaşları Moskva yaxınlığındakı Çexovda sintetik narkotiklərin istehsalını və satışını təşkil edən erməni vətəndaşlarından ibarət cinayətkar qrupun üzvlərini zərərsizləşdiriblər...
publikaz_normalized
Barselona" formasında daha bir müğənnini reklam edəcək. O, musiqiləri "Spotify"də ayda 50 milyondan çox yayıma malik olan kolumbiyalı müğənnidir. 2023-cü ildə portalda ən çox dinlənən ifaçıların onluğuna daxil olub. Diario Sport"un məlumatına görə, Karol G-nin loqosu tikanlı ürək formasında olacaq. Müğənninin əlində də...
publikaz_normalized
Tanınmış radioloq həkim Aydın Əliyev İstanbul Hospitalındakı işindən çıxarılıb. O, işdən azad olunmasının qanuni əsası olmadığını açıqlayıb: “Təhdiddənmi, qorxudanmı, bilmirəm, İstanbul klinikasının rəhbərliyi məni bu gün işdən çıxardı. İnsanı işdən çıxarmaq bu qədər asanmı? Hanı bəs əmək müqaviləsi?”" "Məsələ ilə əlaq...
publikaz_normalized
Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinə yeni rəisi təyin edilib.
publikaz_normalized