text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
Koreya Xalq Demokratik Respublikası (KXDR) Yapon dənizi istiqamətində ballistik raket buraxıb. Raketin xarakteristikası və uçuş detalları barədə hələ məlumat yoxdur. Bu, Şimali Koreyanın cari ildə 2-ci ballistik raket sınağıdır. Qeyd edək ki, martın 11-15-də Cənubi Koreya ilə ABŞ hərbi hava qüvvələrinin 40-a yaxın döyü...
publikaz_normalized
hamını inandırıb ki...":"Slovakiya Baş nazir Robert Fikonun rəhbərliyi altında Avropanın ən çox rusiyayönlü ölkələrindən birinə çevrilib. Qeyd olunur ki, Slovakiya hələ də rəsmi olaraq Avropa İttifaqı və NATO qarşısında öhdəliklərini yerinə yetirir, lakin Rusiyaya doğru keçid “dramatik olub”. Bundan əlavə, gələn həftə ...
publikaz_normalized
Xalq artisti Röya Ayxan 2024-cü il "Avroviziya" təmsilçilərimiz Fahree və İlkin Dövlətovla bağlı paylaşım edib. Müsabiqə iştirakçılarına uğurlar arzulayan pop kraliça Dövlətova da duet təklifi göndərib: Muğam oxuyan cavan oğlan, səninlə duet oxuyacağam.
publikaz_normalized
Avropa İttifaqı (Aİ) Misirə 7,4 milyard avro məbləğində maliyyə yardımı göstərməyə razılaşıb. Həmçinin Qahirə ilə əlaqələrin strateji tərəfdaşlığa yüksəldildiyi açıqlanıb. Məlumata görə, vəsaitin 5 milyard avrosu güzəştli kredit, 1,8 milyard avrosu investisiya və daha 600 milyon avrosu qrant şəklində veriləcək. Bunun 2...
publikaz_normalized
Azərbaycanın üç güləşçisi Türkiyənin Antalya şəhərində keçirilən U-20 yaş qrupu üzrə "Çempionlar" turnirində fəxri kürsüyə qalxıb. Sərbəst güləşdə isə Ruslan Abdullayev (61 kiloqram) və Anar Cəfərli (92 kiloqram) bürünc mükafata sahib çıxıblar.
publikaz_normalized
Rusiya Prezidenti Vladimir Putin ölkəsi ilə NATO arasında mümkün münaqişə barədə spekulyasiya edib. O qeyd edib ki, müasir dünyada hər şey mümkündür: Gələcəkdə Rusiya ilə NATO arasında genişmiqyaslı münaqişəni istisna etmək olmaz, lakin bu halda dünya heç kimin maraqlı olmadığı Üçüncü Dünya Müharibəsinin bir addımlığın...
publikaz_normalized
onları qəbul edəcək, səhərə yaxın...":"Rusiya prezidentliyinə namizəd və hazırkı dövlət başçısı Vladimir Putin bildirib ki, hazırda əsas məqsəd irəli getməkdir. Dövlət başçısı seçki qərargahının həmsədrləri ilə görüşündə qeyd edib ki, son bir neçə ay ərzində mühüm işlər görülüb. Ancaq heç şübhəsiz ki, indi əsas vəzifə ...
publikaz_normalized
Heç nə etmək olmaz":"Rusiya Prezidenti Vladimir Putin Aleksey Navalnının koloniyada ölməsinə ilk dəfə münasibət bildirib. Azadlıqdan məhrumetmə yerlərində olan insanların dünyasını dəyişdiyi başqa hallarımız da olub. Həyat belədir, heç nə etmək olmaz", - Putin qeyd edib. Rusiya lideri deyib ki, Navalnının ölümündən bir...
publikaz_normalized
xəsarət alanlar var":"Florida ştatının Ceksonvil-Biç şəhərində baş verən atışma nəticəsində azı 3 nəfər yaralanıb. Telekanalın məlumatına görə, yaralılar xəstəxanalara çatdırılıb, onların vəziyyəti ağırdır. Şəhər polis idarəsi insanları çölə çıxmamağa çağırıb. Polis hələlik atəş açan şəxsin tutulması və hadisənin başve...
publikaz_normalized
Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev Çinə səfəri çərçivəsində bu ölkənin ekologiya və ətraf mühit nazirinin müavini Çjao İnminlə görüşüb. Görüşdə COP29-la əlaqədar qarşıda duran məsələlərlə bağlı, iqlim ədaləti, ümumi, lakin fərqli məsuliyyətlər konsepsiyası və Qlobal Cənub ölkələrinin iqlim f...
publikaz_normalized
qarşılıqlı xəyanət, qeyri-qanuni uşaqlar... - FOTO":"Britaniya kral ailəsi son dörd ildə ABŞ-da məskunlaşan Şahzadə Harri və Meqan Marklın yaratdığı və bütün dünyaya yayılan böyük fırtına ilə yadda qaldı. Son bir neçə ayda baş verənlər ailəni uzun müddətdir yaşamadıqları qorxulu yuxuya sürükləyib. Kensington Sarayı bu ...
publikaz_normalized
araşdırma başladıldı":"“Trabzonspor” – “Fənərbaxça” futbol matçından sonra meydana daxil olan azarkeşlərin kimliyinin müəyyən olunması və matçdan sonra baş verən hadisələrlə bağlı dərhal araşdırmalara başlanılıb. “İdman hər şeydən əvvəl alicənablıqdır. Futbol meydançalarında zorakılığın baş verməsi heç vaxt qəbuledilmə...
publikaz_normalized
Bakının bir sıra yollarında nəqliyyat vasitələrinin hərəkəti çətinləşib. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metrostansiyası istiqamətində;" "3. Binəqədi şosesi, "Azadlıq Prospekti" metrostansiyası istiqamətində;" "4. Sabunçu-Zabrat şosesi, "Koroğlu" metrostansiyası istiqamətində;" "5. Babək prospekti, mərkəz istiqamətin...
publikaz_normalized
Pivə bahalaşacaq":"Rusiyanın böyük pivə içkiləri istehsalçıları pərakəndə satış şəbəkələrinə satış qiymətlərinin 8-15 faiz artacağı barədə xəbərdarlıq ediblər. İndi pərakəndə satıcılar içkilərin bahalaşmasının əsaslılığını yoxlayır. Karavayevin sözlərinə görə, satış qiymətlərindəki artım istehlakçılara “mümkün qədər rə...
publikaz_normalized
Vicdanınızı tez itirdiniz":"İsrailin baş naziri Benyamin Netanyahu Qərbin ölkədə seçkilərin keçirilməsi ilə bağlı çağırışlarına cavab verib. Siyasətçilərin seçkilərin keçirilməsinin zəruriliyi ilə bağlı bəyanatlarına münasibət bildirən Netanyahu xatırladıb ki, yəhudi dövləti HƏMAS hərəkatı ilə müharibə vəziyyətindədir ...
publikaz_normalized
Bakı şəhərinin Nizami rayonunda anbar kimi istifadə olunan obyektlərdə yanğın olub. Məlumata görə, bir dam altında tikilən ümumi sahəsi 1 440 m² olan 18 ədəd anbar kimi istifadə olunan obyektlərdən 3 ədədinin dam örtüyünün yanar konstruksiyaları 70 m² sahədə və içərisinə yığılan əşyalar qismən yanıb. Bitişik obyektlər ...
publikaz_normalized
Türk hava yolu şirkəti “Turkish Airlines” bir sıra qalmaqallardan sonra Cənubi Amerikaya uçuşlarda ruslar və digər ölkə vətəndaşları üçün şərtləri sadələşdirib. Agentlik xatırladıb ki, martın əvvəlində aviaşirkətin saytında Venesuela, Meksika, Kolumbiya, Braziliya və Kubaya səyahət edən sərnişinlər üçün “əlavə nəzarət”...
publikaz_normalized
Şəki Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə xaricdə yaşayan narkotacirlər tərəfindən ölkəyə göndərilən külli miqdarda narkotik vasitənin qanunsuz dövriyyəsinin qarşısı alınıb. Ondan 7 kiloqram marixuana, 600 qram heroin, yarım kiloqram psixotrop maddə metamfetamin və 120 ədəd metadon...
publikaz_normalized
Binalarınızın girişini də...":"“Google Maps” bir müddətdir gözlənilən yeni funksiyanı bütün cihazlara gətirməyi planlaşdırır. “Google Maps” testi hazırda “Google Pixel 7a” üçün əlçatandır, lakin tezliklə bütün cihazlarda istifadə oluna bilər. Alət yalnız xəritədə yer seçildikdə və kifayət qədər böyüdüldükdə binaların g...
publikaz_normalized
16 əsgər həyatını itirdi":"Nigeriyanın Delta əyalətində silahlı hücumlarda 16 əsgər həyatını itirib. Qusau hücumlarda 2 mayor və bir kapitan olmaqla 16 əsgərin həyatını itirdiyini qeyd edib: “Bölgəyə təhlükəsizlik qüvvələri göndərilib. İndiyə qədər bir neçə adam nəzarətə alınıb, hücumun səbəbini ortaya çıxarmaq üçün la...
publikaz_normalized
Ermənistan-Aİ münasibətlərində gördüyümüz dinamikanı misli görünməmiş kimi xarakterizə etmək olar və bu istiqamətlərdə müsbət dəyişikliklər də irəliləməyə və daha iddialı gündəmlərdən danışmağa imkan verəcək. “Düşünürəm ki, Avropa Parlamentinin qəbul etdiyi bu bəyanat bir neçə ay əvvəl baş nazirin Avropa Parlamentindək...
publikaz_normalized
Bu qiymətə başa gələcək":İlk lüks kosmos turizmi şirkətlərindən biri olan "SpaceVIP Michel" danimarkalı aşpaz Rasmus Munk ilə kosmosda yemək təcrübəsini reallaşdıracaq. Cəmi 6 nəfərin qatılacağı xüsusi şam yeməyi adambaşına 841 min manata başa gələcək. Nahardan əldə edilən bütün gəlir elm və texnologiya sahəsində gende...
publikaz_normalized
Türklər nə vaxt gəlib? - Müzakirə başladı":"Türk tarixi ilə bağlı maraqlı müzakirə başlayıb. Bütün tarixi və arxeoloji tapıntılar göstərir ki, türklər 1071-ci ildən çox əvvəl Anadolunu özlərinə vətən ediblər. Anadoluda tariximiz 14-15 min il əvvələ gedib çıxır. Göbeklitəpədə türk mədəniyyətinin izləri var" açıqlaması s...
publikaz_normalized
Xırda məsələyə görə, o, məndən üz çevirdi" - VİDEO":"Mənə əziz olan insanlar, dostlarım çoxdur. Amma hər şeyi hər kəslə bölüşmək çox çətindir. Amma elə bir zəmanəyə gəlib çatmışıq ki, bir-birimizdən çox uzaqlaşmışıq. Sağa-sola baxırsan, sanki təksən...". Sənətçi əsl dosta ehtiyacı olduğunu dilə gətirib: Bəzən olub ki, ...
publikaz_normalized
PSJ Fransa çempionatının 26-cı turunun matçında "Monpelye"ni böyük hesabla məğlub edib - 6:2. Bununla o, paytaxt təmsilçisinin formasıyla 250 qol həddinə çatan ilk futbolçu olub. Qeyd edək ki, bu qələbədən sonra xallarının sayını 59-a çatdıran PSJ Liqa 1-də liderliyini möhkəmləndirib.
publikaz_normalized
Azərbaycan Mərkəzi Bankının bu günə olan valyuta məzənnələri açıqlanıb. Rusiya rublu 0.0182 manata kimi, Türkiyə lirəsi 0,0526 manata kimi ucuzlaşıb, Avro isə 1.8507 manata kimi bahalaşıb.
publikaz_normalized
Bu gün səhər saatlarında Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur. Onun sözlərinə görə, hazırda havada tozun miqdarı 1.6 dəfə normadan artıqdır: Tozlu hava şəraitinə səbəb axşam saatlarında şimal-qərb istiqamətli küləklərin cənub-şərq istiqamətli küləklərlə əvəz olunması ilə əlaqədar ölkə əraz...
publikaz_normalized
Rusiyada keçirilən seçkilərdə protokolların 100%-i açıqlandıqdan sonra Vladimir Putinin Moskvada səslərin 85,13%-ni topladığı məlum olub. İkinci yerdə 6,65% səs toplayan Yeni Xalq Partiyasının namizədi Vladislav Davankov qərarlaşıb. Seçicilərin 3,84%-i Rusiya Federasiyası Kommunist Partiyasından seçkilərdə iştirak etmi...
publikaz_normalized
Almaniyanın xarici kəşfiyyat xidməti BND (Almaniya Federal Kəşfiyyat Xidməti - almanca: Bundesnachrichtendienst) ixtisaslı işçi qüvvəsi boşluğunu aradan qaldırmaq üçün yeni kampaniyaya başlayıb. Paytaxt Berlin və Bonnda “Terrorçu axtarırıq”, “Onları bizimlə tapın” yazılan plakatlar hazırlayıb. Kampaniya çərçivəsində ha...
publikaz_normalized
Matç təxirə salındı, özü isə...":"Fiorentina"nın baş direktoru Co Barone infarkt keçirib. Funksioner dərhal xəstəxanaya yerləşdirilib. Jurnalist Nikolo Şiranın sözlərinə görə, funksioner Milanda yerləşən San Raffaele xəstəxanasının kardiocərrahiyyə şöbəsinə yerləşdirilib. Kliniki vəziyyəti kritik, lakin ümumi vəziyyət ...
publikaz_normalized
Taylandda süni intellekt texnologiyası depressiya və intihar düşüncələri olan insanlara kömək etmək üçün istifadə olunur. “AI DMIND” texnologiyası sınaq mərhələsində ölkənin təcrübəli psixiatrları tərəfindən qiymətləndirilib və ilkin nəticələrə əsasən, diaqnozlarının dəqiqliyi ilə bağlı “keçid qiyməti” alıb. Bildirilib...
publikaz_normalized
Yıxıldı və...":"Rusiyanın Voljsk şəhərinin 48 yaşlı sakini bir-birinə bağlanmış yataq çexollarından istifadə edərək eyvandan aşağı düşməyə çalışıb, amma yıxılıb və aldığı ağır xəsarətlər nəticəsində dünyasını dəyişib. Qadının ortağı mağazaya gedərək qapını kilidləyib. Qayıdanda açarları itirdiyini deyib. Sonda o, 4-cü ...
publikaz_normalized
HƏMAS-ı məhv etmək üçün Almaniya ilə razılaşdıq":"Biz fələstinlilərin aclıqdan əziyyət çəkdiyini seyr edə bilmərik. Davamlı olaraq daha çox yardım göstərilməlidir". Öz növbəsində, Netanyahu 1,5 milyon fələstinlinin sığındığı Qəzzanın cənubundakı Rəfaha hücum etməzdən əvvəl mülki əhalinin buradan getməsinə şərait yarada...
publikaz_normalized
İsrail Müdafiə Qüvvələri Qəzza zolağında yerləşən Əl-Şifa xəstəxanası yaxınlığındakı ərazini "təmizləmək" üçün növbəti birləşmiş hərbi əməliyyata başlayıb. "Publik.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti bəyanat yayıb. İsrail əməliyyatı Fələstinin HƏMAS qruplaşmasının yüksək rütbəli üzvlərinin olm...
publikaz_normalized
Global Terrorism Index 2024” (GTI) Hesabatı ilə dövlətlərin terror təhlükəsinə görə növbəti reytinq sıralanması təqdim edilib. Qeyd olunan sıralamada İran (4.464) 26-cı, Türkiyə (4.168) 29-cu, ABŞ (4.141) 30-cu, Rusiya (3.016) 35-ci, Fransa (2.647) 38-ci, Norveç (1.747) 53-cü, Ermənistan (0.423) 76-cı, Birləşmiş Ərəb Ə...
publikaz_normalized
Liverpul"un futbolçusu Məhəmməd Salah futbol tarixində ilkə imza atıb. Salah ardıcıl 5-ci matçda “Mançester Yunayted”in qapısına yol tapıb. Squawka" statistik portalının məlumatına görə, futbol tarixində indiyədək heç kim belə nailiyyət əldə etməyib.
publikaz_normalized
Ermənilər bu dəfə Xalq artisti Ağadadaş Ağayevin "Dodağına gülüş qonub" mahnısını oğurlayıb. Həmin videonu təqdim edirik.
publikaz_normalized
Gəlin anası ilə...":"Sosial şəbəkə istifadəçilərindən biri toyunun təxirə düşməsi ilə bağlı paylaşım edib. Onun bu paylaşımı geniş müzakirlərə səbəb olub. “Biz ev almağı planlaşdırırdıq və anama hansı otağı verəcəyimizi müzakirə etmək istədim, çünki "o, toydan sonra bizimlə yaşayacaq" dedim. Ailədaxili zorakılığa görə ...
publikaz_normalized
Ermənistan baş naziri Nikol Paşinyanla keçmiş müdafiə naziri, “ümumerməni cəbhəsi” hərəkatı yaradaraq, hakimiyyəti devirməyə çalışan general Arşak Karapetyan arasında qalmaqal davam edir. O, bu ittihamları qəbul etməyərək, erməni baş naziri tənqid etdi. Daha sonra Paşinyan Karapetyan vəzifədə olanda onunla yazışmasının...
publikaz_normalized
Qubada kənd təsərrüfatı təyinatlı torpaq sahəsində qanunsuz tikintinin qarşısı alınıb. FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Quba rayonunun Digah kəndi ərazisində fiziki şəxsin kənd təsərrüfatı təyinatlı torpaq sahəsində qanunsuz tikinti işləri apardığını aşkarlayıb. Dövlət Agentliyi Quba Rayon İcra ...
publikaz_normalized
Fransa prezidenti Emmanuel Makron Avropada strateji rol oynaya bilməyəcəyini nümayiş etdirib. Belə ki, o, Britaniyanın “The Telegraph” nəşrinin Fransa liderinin ölkəsinin beynəlxalq siyasi arenada nüfuzunu bərpa etmək üçün Ukrayna ətrafındakı vəziyyətlə bağlı tonunu dəyişmək qərarına gəldiyini bildirən məqaləni şərh ed...
publikaz_normalized
Bu tarixdə...":"Novruz bayramı ilə əlaqədar martın 19-da bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının qrafikdən əvvəl ödənilməsi nəzərdə tutulub. Xatırladaq ki, martın 7-də Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonunda, 15-də isə bölgələrdə yaşayan şəxslərin mart ayı üzrə pensiyaları, hab...
publikaz_normalized
Nazirlər Kabineti “Qeyri-müntəzəm sərnişin daşınması üçün formulyarın forması”nın təsdiq edilməsi haqqında qərar qəbul edib. Qeyri-müntəzəm sərnişin daşınmaları üçün formulyar “AYNA” informasiya sistemində elektron qaydada doldurulduqdan sonra daşıyıcının və yaxud sifarişçinin (təşkilatçının) gücləndirilmiş elektron im...
publikaz_normalized
HƏMAS-la müharibəni uduzmuşuq!":"İsrailin istefada olan general-mayoru İshak Brik İsrailin Qəzza zolağında HƏMAS-la müharibədə uduzduğunu etiraf edib. O bildirib ki, İsrailin daxili cəbhəsi böyük regional müharibəyə hazır deyil. O, İsrailin daxili cəbhəsinin Qəzza zolağındakı müharibədən daha təhlükəli olacaq regional ...
publikaz_normalized
Pakistanın Karaçi şəhərində sürətlə azalan sərçələrin sayına görə siyahıyaalma aparılacağı bildirilib. Ümumdünya Vəhşi Təbiət Fondunun Pakistan Departamentinin texniki müşaviri Məhəmməd Moazzam Xan bildirib ki, son 20 ildə Karaçidə sərçələrin sayı 60-70 faiz azalıb. Məlumata görə, planlaşdırılmamış urbanizasiya və ətra...
publikaz_normalized
Bu gün Göygöl rayonunun qaz təchizatında fasilə yaranacaq. Məlumata görə, Göygöl rayonu ərazisində yeni tikilmiş “Göygöl Şərab-1” qaz ölçü qovşağında ölçü-hesablayıcı avadanlıqların, ROC cihazının, sərfiyyata uyğun daraldıcı qurğunun quraşdırılması, impuls xətlərinin çəkilməsi, metroloji ölçmələrin aparılması, mərkəzi ...
publikaz_normalized
Meyxanaçı Namiq Məna oğlu, müğənni Məna Əliyevin səhhətində problem yaranması haqqında yayılan xəbərlərə münasibət bildirib. Oğlum burun əməliyyatı keçirib. Xatırladaq ki, Məna Əliyev sosial media hesabında xəstəxanadan video paylaşaraq “növbəti açılan yara, həyat davam etmək istəyir”, - deyə vurğulayıb. Qeyd edək ki, ...
publikaz_normalized
Son 5 ayda ölkəni bu qədər qarabağlı erməni tərk edib":"Təxminən 5 aya yaxındır ki, Qarabağdan olan 7825 vətəndaş Ermənistanı tərk edib və geri qayıtmayıb. Belə ki, 2023-cü ilin sentyabrından 2024-cü il martın 4-dək Qarabağ qeydiyyatında olan 13 619 vətəndaş Ermənistanı tərk edib, onlardan yalnız 5 794-ü geri qayıdıb. ...
publikaz_normalized
Məlum olduğu kimi, aprelin 2-də AFFA-nın hesabat-seçki konfransı keçiriləcək. Həmin tədbirdə quruma qarşıdakı 4 il ərzində rəhbərlik edəcək şəxsin adı müəyyənləşəcək. Prosedura görə bu postu tutmaq istəyən şəxslər namizədliklərini seçki gününə 10 gün qalana qədər təsdiqləməlidirlər. Bununla bağlı federasiyaya sənədləri...
publikaz_normalized
Qaxda 100 min manatlıq dələduzluqda şöbhəli bilinən şəxs saxlanılıb. Qeyd olunub ki, Qax Rayon Polis Şöbəsinin əməkdaşları vətəndaşlardan daxil olmuş müraciətlər əsasında dələduzluq etməkdə şübhəli bilinən 68 yaşlı Bakı şəhər sakini Karlen İsgəndərovu saxlayıb. Məlumatda bildirilib ki, əvvəllər də analoji cinayət əməli...
publikaz_normalized
Ölkənin birinci bankı Kapital Bank-ın açıq API portalı bu sahədə ən qabaqcıl beynəlxalq təcrübədən istifadə olunaraq yaradılıb və bizneslərə tamamilə ödənişsiz təklif olunur. Biznes sahibləri bankın API məhsullarını öz sistemlərinə inteqrasiya etməklə vaxta qənaət edərək aşağıda qeyd olunan əməliyyatları bir mənbədən g...
publikaz_normalized
Balakən rayonunda məktəbli vəfat edib. 12 yaşlı Uğurun xəstəlik səbəbindən vəfat etdiyi bildirilib.
publikaz_normalized
Bu tarixdə...":"Martın 17-də keçirilən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələrinin yaxın 4 həftə ərzində elan olunması nəzərdə tutulur. Qeyd olunub ki, hazırda imtahan materiallarının emalı aparılır: Yazılı cavab verilməsi tələb olunan açıq tipli tapşırıqların yoxlanılması uzun müddət...
publikaz_normalized
“Yüksəliş” müsabiqəsi tərəfindən “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunan "Yüksəliş" intellektual kvizi - Bahar mövsümü həyata keçirilib. Yarışda 40 komanda iştirak edib. “Yüksəliş” müsabiqəsinin yarımfinal və final mərhələsində iştirak edən gömrük əməkdaşlarının formalaşdırdığı “Smart Customs” komandası 40 kom...
publikaz_normalized
İspaniya La Liqasının 29-cu turunun "Barselona" ilə matçı "Atletiko" üçün uğursuz olub. Bununla “matrasçılar”ın La Liqadakı ev oyunlarında 25 matçlıq məğlubiyyətsizlik seriyası başa çatıb. Madrid təmsilçisi doğma arenada sonuncu dəfə 2023-cü ilin yanvarında məhz elə “Barselona”ya (0:1) uduzub. Bundan başqa, "Atletiko" ...
publikaz_normalized
Küçədə model kimi gəzən ördəyin görüntüləri izləyicilər arasında gülüş doğurub. Həmin görüntüləri təqdim edirik:
publikaz_normalized
Sosial şəbəkələrdə müğənni Fədayə Laçına aid olduğu deyilən evin görüntüləri yayılıb. Qeyd edilib ki, müğənninin ata yurdu Laçındakı evi təmir olunur. Mən nənəmgildə (anamın anası) böyümüşəm. Xalamgilə həmin videonu yolladım, onlar dedilər ki, bura bizim ev deyil. Yayda, iyun ayında məhz Laçına getmək üçün Azərbaycana ...
publikaz_normalized
Argentina çempionatının “Estudiantes” – “Boka Xuniors” matçı yarımçıq dayandırılıb. Meydan sahiblərinin futbolçusu Xavyer Altamirano oyunun 26-cı dəqiqəsində meydançada yıxılıb. O, rəqiblə toqquşmadan sonra qıcolmalar keçirməyə başlayıb. Həmin an yaxınlıqda olan futbolçular ona dəstək olub və dərhal kömək çağırıblar. M...
publikaz_normalized
Bakı şəhər Səbail rayon Məhkəməsində müğənni Nüşabə Musayeva barəsində edilmiş xüsusi ittihamlı şikayətə baxılıb. O, bildirib ki, bacısı qızı ATV kanalında Zaur Baxşəliyevin verilişində barəsində alçaldıcı ifadələr işlədib, barəsində təhqir və böhtana yol verib. N.Canıyeva ona dəymiş mənəvi zərərə görə müğənnidən 30 mi...
publikaz_normalized
Necə olacaq?":"Bayern"in hücumçusu Harri Keyn zədələnib. Bununla belə Keyn qarşıdakı yoldaşlıq görüşləri üçün İngiltərə millisinin düşərgəsinə yollanacaq, Bu barədə Almaniya klubunun idman direktoru Kristof Freund məlumat verib. “O, İngiltərədə müayinə olunacaq. Orada etibar edə biləcəyiniz həkimlər var. Bu məsələdə sı...
publikaz_normalized
Azərbaycanda Novruz bayramının qeyd ediləcəyi 20-21 martda "Bakı Metropoliteni" QSC-nin iş rejimində dəyişikliklər ediləcək. Məlumata görə, sərnişin məmnunluğu və metro istifadəçilərinin rahat hərəkəti nəzərə alınaraq, bayram günlərində şəhər mərkəzinə, bayram gəzintisi və müxtəlif tədbirlərin keçiriləcəyi məkanlara ya...
publikaz_normalized
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Pekində Pakistanın Çindəki səfiri Xəlil Haşmi (Khalil Hashmi) ilə görüşüb. Pakistanın milli bayramı münasibətilə təbriklərimi çatdırdım və Azərbaycan ilə Pakistan arasında dostluq və əlaqələrin m...
publikaz_normalized
Xocalıda kütləvi məzarlıqda tapılan daha bir nəfərin şəxsiyyəti məlum olub. Şöbə rəisi bildirib ki, meyiti tapılan şəxslərdən 9 nəfərin kimliyi müəyyən olunub: “Xocalı sakini, 1952-ci il təvəllüdlü Şiraslan Məmiş oğlu Nəcəfova aid olduğu müəyyənləşib”.
publikaz_normalized
Paytaxtda fəaliyyət göstərən avtobuslardan birində xoşagəlməz hal yaşanıb. Bu barədə "BAKU.WS"in "qaynar xətt"inə video göndərilib. Həmin vaxt avtobsuda olan sərnişinlərdən biri sürücünün bu qeyri-etik hərəkətini anbaan görüntüləyib. Qeyd edilib ki, 99-LR-159 dövlət qeydiyyat nişanlı avtobus Bakıxanov-8-ci mikrorayon-Ə...
publikaz_normalized
NATO-nun ən böyük bazası bu ölkədə tikilir":"Avropanın ən böyük NATO bazası Rumıniya ərazisində tikiləcək. Bu hərbi bazanın 10 min hərbçi üçün nəzərdə tutulacağı vurğulanır. Ekspertlərin fikrincə, obyektin tikintisi Ukraynada daha bir neçə il davam edə biləcək münaqişə ilə bağlıdır. Obyekt Konstansa rayonunda təxminən ...
publikaz_normalized
Görün nə planı var - FOTOLAR":"Porno ulduz Eliza Sançes aktrisa kimi karyerasını başa vurub. İndi o, özünü futbol meydançasında sınamaq istəyir. 42 yaşlı aktrisa futbol oynamağı planlaşdırmır. Sançes peşəkar hakim olmaq arzusundadır. O, futbolu sevir və bu sahədə inkişaf etməyi planlaşdırır. Məşqlərə və hakimlərin semi...
publikaz_normalized
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi bayram günlərində göstərilən xidmətlərlə bağlı əhaliyə müraciət edib. Novruz bayramı ilə əlaqədar qeyri-iş günlərində nəqliyyat vasitələri sahiblərinin və sürücülərin asudə vaxtlarının daha çox olması nəzərə alınaraq, avtomobillərin texniki baxışdan keçirilməsi üç...
publikaz_normalized
Tanınmış amerikalı jurnalist və teleaparıcı Taker Karlson Fransa prezidenti Emmanuel Makronun həyat yoldaşı Bricit Makrondan bəhs edən proqram hazırlayıb. Proqram Bricit Makronun uşaqlığından bu günə qədər həyatının müxtəlif aspektlərini araşdıracaq bir neçə epizoddan ibarət olacaq. Taker Karlson birinci xanımın şəxsiy...
publikaz_normalized
O, yeganə sənətkardır ki...":"Cavanlığında at sürməyi, ov ovlamağı çox sevib, iti görmə qabiliyyəti və cəld hərəkəti hesabına sərrast güllə atmağı olub. Onun yaxşı nərd oynamaq qabiliyyəti var idi. Nərd oynamağı sevər və çox nadir hallarda uduzardı. Sağlığında böyük qəlyan və təsbeh kolleksiyasına sahib olub. Dəvət olu...
publikaz_normalized
Müğənni Zamiq Hüseynovun doğulduğu Füzuli şəhərində solo konserti baş tutub. Füzuli şəhər sakinləri musiqili gündə olduqca sevinib, müğənnini coşquyla qarşılayıb. Onlar pop ulduzun nəğmələrini onunla bərabər canlı ifa edib. Sənətçi ard-arda sevilən ifalarını gələn qonaqlar üçün oxuyub, onlarla xüsusi dialoq qurub. Zami...
publikaz_normalized
Putinin səfərinə hazırlıq gedir":"Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə planlaşdırılan səfərinin konkret tarixləri hələlik məlum deyil, lakin ona hazırlıq gedir. Xeyr, hələ ki, konkret tarix məlum deyil. Amma cənab prezidentin tapşırığı ilə müvafiq şöbələrdə hazırlıq gedir, hesabatlar və rəhbərlər arasında danış...
publikaz_normalized
Türkiyəli müğənni Hande Yenerə ağır itki üz verib. 12 il əvvəl atasını itirən Hande Yener uzun illərdir səhhətində problemlər yaşayan anasının ölüm xəbərini İnstaqram hesabında paylaşıb: Sağalması üçün çox çalışdıq, amma təəssüf ki, bu dəfə olmadı. Zəng edib, soruşan, başsağlığı verən hər kəsə təşəkkür edirəm".
publikaz_normalized
Xeyli vaxtdır müqəddəs Ramazan ayını yaşayırıq, qəlbində Allah sevgisi olan hər kəs bu ayda mümkün qədər pis işlərdən, günah əməllərdən qaçmağa çalışır. Eyni zamanda bacaranlar namaz qılıb oruc tuturlar. "Namaz qılmaq, oruc tutmaq İslam dininin 5 əsas şərtlərindən ikisidir (digərləri kəlmeyi-şəhadər, Həcc və zəkatdır)....
publikaz_normalized
Dövlət İmtahan Mərkəzi (DİM) qurumun adından və loqotipindən (emblemindən) istifadə olunmaqla yaradılan saxta səhifə və qruplar barədə hüquq mühafizə orqanlarına müraciət edəcək. Son vaxtlar sosial şəbəkələrin monitorinqi göstərir ki, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, “Facebook”, “Instagram”, “Telegram” “Tik...
publikaz_normalized
Bu dəfə futbol klubuna ianə etdi - VİDEO":"Vətən müharibəsi vaxtı pensiyasından orduya 180 manat ianə etməsi ilə məşhurlaşan Şəkinin Baş Küngüt kənd sakini Hikmət Musayev yenidən gündəmə gəlib. Musayev doğma şəhərini təmsil edən “Sheki City” klubunun başlatdığı yardım kampaniyasına qoşulub. O, pensiyasından 200 manat v...
publikaz_normalized
Martın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb. - Əziz bacılar və qardaşlar. Sizi qarşıdan gələn Novruz bayramı münasibətilə ürəkdən təbrik edirəm. Dördüncü dəfədir ki, bayram tonqalını mən azad edilmiş Qarabağ torpağında qalayıram. 2021-ci ildə Şuşada, ...
publikaz_normalized
Türkiyə Superliqasının 30-turunun "Trabzonspor" - "Fənərbağça" matçından sonra yaşanan qalmaqalla bağlı yeni detallar müəyyənləşib. Bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya açıqlama verib. O, araşdırmaların davam etdiyini bildirib. Qeyd edək ki, qarşılaşma qonaqların 3:2 hesablı qələbəsi ilə başa çatıb. Fənə...
publikaz_normalized
Pərdəarxası danışıqların sirləri açılır":"Türkiyə və Azərbaycan Zəngəzuru Kalininqrad modeli üzrə Ermənistandan ayırmağı planlaşdırır. İddialara görə, Türkiyə Antalya Diplomatik Forumunda iştirak edən Ermənistan nümayəndə heyətinə bununla bağlı təklif verib. Söhbət təkcə Zəngəzur dəhlizinin Kalininqrad dəmir yolu təcrü...
publikaz_normalized
Azərbaycan Premyer Liqasının XXVII turunda keçirilmiş "Turan Tovuz" - "Qarabağ" oyununda 6000 tamaşaçı qeydə alınıb. 27 tur ərzində baş tutan 135 matçda 4-cü dəfə tamaşaçı sayı 6000 və ya daha yüksək olub. Rekord “Sumqayıt” – “Neftçi” oyununa (2:1) məxsusdur. XXI turun Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda ...
publikaz_normalized
Bakıda və rayonlarda yerləşən attraksionlarda nöqsanlar aşkarlanıb. Agentlik Novruz bayramı ilə əlaqədar qarşıdan gələn istirahət günlərində insanların kütləvi şəkildə istifadə edəcəyi şəhər və rayonlarındakı müxtəlif məkanlarda yerləşən attraksionların təhlükəsiz istismarının təmin edilməsi məqsədilə texniki təhlükəsi...
publikaz_normalized
Çukur" serialında Timsah Cəlil və "Cam Tavanlar" serialında Şinasi obrazı ilə yadda qalan Ahmet Melih Yılmaz üzündə yenidən bəzi estetik əməliyyatlar etdirib. Müxtəlif əməliyyatlardan sonra adını dəyişən və Meli Bendeli olan aktrisa bu dəfə saç stilini və dodaqlarını dəyişdirnəyə qərar verib. O, yeni fotolarını instaqr...
publikaz_normalized
Cəzalandırın!":"FİFA prezidenti Canni İnfantino Türkiyə Superliqasının 30-cu turunun "Trabzonspor" - "Fənərbaxça" matçından (2:3) sonra baş verən kütləvi davaya münasibət bildirib. “"Trabzonspor" və "Fənərbağça" arasında Türkiyə liqasının oyunundan sonra şahidi olduğumuz zorakılıq tamamilə qəbuledilməzdir. Meydanda və ...
publikaz_normalized
Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi Novruz bayramı ilə əlaqədar bölgələrə səfər edən vətəndaşlara müraciət edib. Hər il olduğu kimi bu il də Novruz bayramı və tətil günləri ilə əlaqədar bölgələrə səfər edənlərin sayının çox olacağı gözlənilir. Həm paytaxtın mərkəzi küçə və prospektlərində, ...
publikaz_normalized
Martın 19-da Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb. Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında havanın arabir yağıntılı olacağı gözlənilir. Yarımadanın bəzi yerlərində leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gec...
publikaz_normalized
Azərbaycan Prezidenti İlham Əliyev martın 18-də Rusiya Prezidenti Vladimir Putinə zəng edib. Vladimir Putin göstərilən diqqətə və təbrikə görə dövlətimizin başçısına minnətdarlığını bildirib. Telefon söhbəti zamanı iki ölkə arasında müttəfiqlik və strateji tərəfdaşlıq əlaqələrinin bundan sonra da möhkəmlənəcəyinə əminl...
publikaz_normalized
O torpaqda yenidən həyat qurmaq lazımdır - VİDEO":"Hər bir azərbaycanlıya çağırış edirəm. O torpaqda yenidən həyat qurmaq lazımdır. Və bu da bizim çiynimizə düşür". Bir sənətkar olaraq doğma yurda qayıdıb, yaşayacağını bildirən Xalq artisti orada Azərbaycan mədəniyyəti üçün əlindən gələni edəcəyini deyib. Azərbaycan Re...
publikaz_normalized
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Çinin xarici işlər nazirinin müavini Sun Veydonqla (Sun Weidong) görüşüb. Görüşdə iki ölkə arasında müxtəlif sahələrdə əlaqələrə, COP29-la əlaqədar qarşıda duran məsələlərə, Orta Dəhliz üzrə əməl...
publikaz_normalized
Pişiklə fotosunu paylaşdı və... - VİDEO":"Yeni təlaşım, yeni qərarım, yeni həyəcanım... Kimsə kimi olmayıb, hər zaman özüm kimi qalan yanım... Pişiklə fotosunu paylaşan ulduz neçə yaşı tamam olduğunu yazmasa da, əldə etdiyimiz məlumata görə, onun 33 yaşı tamam olub. Türkan doğum günündə yeni ümidlərinin doğulduğunu qey...
publikaz_normalized
“Xural” internet telekanalının həbsdə olan rəhbəri Əvəz Zeynallı barəsində olan hökmdən apellyasiya şikayəti verib. O bildirib ki, şikayət Bakı Apellyasiya Məhkəməsinə təqdim edilib və Ə.Zeynallı barəsində bəraət hökmünün çıxarılmasını istəyir. Xatırladaq ki, Əvəz Zeynallı Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarına əsa...
publikaz_normalized
Ola bilər ki, Rusiya sərhədyanı rayonların atəşə tutulması səbəbindən Ukraynada sanitar zona yaratmalı olacaq. Putindən Qubernator Vyaçeslav Qladkovun təklif etdiyi kimi, Belqorod vilayətinin təhlükəsizliyini təmin etmək üçün Xarkov vilayətini Rusiyaya birləşdirməyi zəruri hesab edib-etmədiyini soruşublar. Prezident qe...
publikaz_normalized
NATO-nun Baş katibi Yens Stoltenberqin Azərbaycana rəsmi səfəri martın 18-də başa çatıb. Baş katib Yens Stoltenberqi xarici işlər nazirinin müavini Elnur Məmmədov və digər rəsmi şəxslər yola saldılar.
publikaz_normalized
taksi sürücülərinə bu qədər pul verəcək":"Avstraliyada qlobal taksi tətbiqi “Uber” taksi və şəxsi avtomobil sürücülərinin iqtisadi itkilərini ödəmək üçün təxminən 178 milyon dollar ödəməyə razılaşıb. Hüquqşünaslar şirkətin uzun müddət bu itkiləri ödəməkdən çəkindiyini, lakin nəhayət razılıq əldə edildiyini bildiriblər....
publikaz_normalized
“Qarabağ” Azərbaycan Premyer Liqasının 27 turunda 71 qol vurub. Daha yüksək məhsuldarlığa sonuncu dəfə 1998/99 mövsümündə təsadüf olunub. Həmin vaxt “Kəpəz” 27 turda 75 qol vurub. Gəncə təmsilçisinin bir matçdakı texniki qələbəsi də nəzərə alınmadan belə göstərici reallaşıb. Ölkə çempionatlarının 27 tur üçün mütləq rek...
publikaz_normalized
4 kənd qaytarılır - FOTO":"Ermənistanın baş naziri Nikol Paşinyan Tavuş vilayətinə gəlib. Paşinyanın görüşünə Bağanis Ayrım və Aşağı Əskipara kəndlərinin bəzi yaşayış məntəqələrində məskunlaşan ermənilər qatılıb. Nikol Paşinyan mətbuat konfransının sonunda anklav olmayan 4 kəndin – Bağanis Ayrım, Qızıl Hacılı, Aşağı Əs...
publikaz_normalized
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə təbrik məktubu ünvanlayıb. Hörmətli Vladimir Vladimiroviç. Rusiya Federasiyasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə səmimi təbriklərimi qəbul edin. Seçkilərdə inamlı qələbəniz dövlətçiliyin möhkəml...
publikaz_normalized
Onun elə bir səsi vardı ki...":"Teymurləngin iddiası, Qılınc Qurbanın hökmü, Fəttahın (Qurd Cəbrayıl) kəskin bıçağı və bütün bunları bir xəncər itiliyi kimi özündə birləşdirən Yusif Vəliyev. Vaxtilə onunla bir yerdə çalışan həmkarları dəfələrlə qeyd ediblər ki, bu alçaqboy, zahirən o qədər də gözəgəlimli olmayan kişidə...
publikaz_normalized
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov martın 18-də Bakıda rəsmi səfərdə olan NATO-nun Baş katibi Yens Stoltenberqin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb, hərbi əməkdaşlığı və regional təhlükəsizlik məsələlərini müzakirə edib. Nazir 30 illik işğal və indiki dövrdə Azərbaycanın ərazi bütövl...
publikaz_normalized
Şamaxı" futbol klubunun İdarə Heyətinin üzvü, Şamaxı rayonunun Maliyyə idarəsinin rəisi Seyran Alcanov vəfat edib. Onun bir övladı olduğu bildirilir. Seyran Alcanovun görüntüsünü təqdim edirik:
publikaz_normalized
arvadını kabab yediyinə görə ödürdü... - Şok":"Füzuli rayonunda 1984-cü il təvəllüdlü Əfqan ailə münaqişəsi zəminində həyat yoldaşı Dilarəni (adlar şərti verilib – red.) O, sentyabrın 24-də saat 20 radələrində həmin mübahisəyə görə küsüb valideyinlərinin yaşadığı evə getməyə hazırlaşan Dilarədən dəfələrlə getməməyi təl...
publikaz_normalized
Avtomobilinizin açarlarını...":"Kanadada polisin “Evdə hücuma məruz qalmamaq üçün avtomobilin açarlarını ön qapıda qoyun” tövsiyəsi sosial şəbəkələrdə ələ salınıb. Polis Marko Rikkardi vətəndaşlara ev oğruları ilə üz-üzə gəlməmək üçün avtomobillərin açarlarını onların tapa biləcəyi yerdə saxlamağı təklif edib: Öz evini...
publikaz_normalized