text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
La Liqanın iki nəhəng komandası "Real" və "Barselona" çempionatın rasizm əleyhinə təşkil etdiyi kampaniyaya qoşulmayıb. Barsa"dan fərqli olaraq "qalaktikos" bunu başqa formada reallaşdırıb. Los Blankos"un oyunçuları meydana futbolda və həyatda irqçiliyi aradan qaldırmağa çağıran, amma klub tərəfindən hazırlanan forma i...
publikaz_normalized
Dehlinin silahları sıradan çıxdı, Moskva yardım etmir":"“Hindistandan gətirilən silahlar bir ildir Ermənistandadır, lakin artıq yararsız vəziyyətə düşüb”. Onun sözlərinə görə, bu silahlar təmir edilmir, texniki xidmət göstərilmir. “Rusiya istehsalı olan bir sıra silahlara, misal üçün, “İskəndər2" və ya "Su-30SM" təyyar...
publikaz_normalized
2029-cu ildə onlar böyük gücə sahib olacaqlar":"Sahibkar İlon Mask yaxın illərdə süni intellektin (Sİ) dünyada hər hansı bir insandan daha ağıllı olacağını proqnozlaşdırıb. Tesla" və "SpaceX"in rəhbəri sosial mediada bloger Co Roqana müsahibəsindən video fraqment paylaşıb və orada 2029-cu ilə qədər süni intellektin ist...
publikaz_normalized
Sabah qısaldılmış iş günü olacaq.
publikaz_normalized
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb. Bildirilib ki, görüş zamanı Azərbaycan və NATO arasında əməkdaşlıq gündəliyindən irəli gələn məsələlər, habelə postmünaqişə dövründə bölgədə mövcud vəziyyət müzakirə olunub. Ceyhun Bayramov ölkəmizin NATO ilə əməkdaşlığın, ...
publikaz_normalized
Bakı şəhərinin Xətai rayonunda mənzildən meyit tapılıb. Meyit aidiyyəti üzrə təhvil verilib.
publikaz_normalized
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakıda Xaqani bağına yaxın küçələrdə nəqliyyat vasitələrinin hərəkətinə tətbiq edilən məhdudiyyətlə təhlillər aparıb. Təhlillərə əsasən, böyük piyada axını müşahidə edilən ərazidə nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşd...
publikaz_normalized
Aparıcı İlkin Həsəni qızı Alisa ilə bağlı paylaşım edib. Çox sevirəm" deyə, İ.Həsəni paylaşımında yazıb. Qeyd edək ki, Aysel adlı xanımla ailəli olan aparıcının iki övladı var.
publikaz_normalized
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov martın 18-də ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono ilə görüşüb. Qeyd edilib ki, nazir Ceyhun Bayramov Münxen Təhlükəsizlik Konfransı və Berlində keçirilmiş görüşlərdən irəli gələn məsələlər, Azərbaycanın sülh prosesində gözləntiləri, pr...
publikaz_normalized
Atletiko" azarkeşləri Kataloniya klubunda icarə əsasında çıxış edən "Barselona"nın futbolçusu Joao Feliksə qarşı aqressiv münasibət nümayiş etdiriblər. Onlar həmçinin yarımmüdafiəçinin “Metropolitano” stadionunun yaxınlığında adı yazılmış lövhəyə od vurublar. Sosial şəbəkələrdə yayılan videoda fanatların portuqaliyalı ...
publikaz_normalized
Astroloqlar bürclərin darıxdığı zaman boş vaxtlarını hansı sahələrdə daha səmərəli istifadə edə biləcəyini müəyyənləşdirib. Qoçlar daim yenilikçi və dəyişkənlik axtaran ruha sahib olduqları üçün tez darıxa bilir. Belə hallarda həmin bürc sahibləri yeni idman növünə başlamalı və ya hər hansı musiqi alətində ifa etməyi ö...
publikaz_normalized
“Tamstore” marketlər şəbəkəsi martın 19-da Qaradağ rayonunda, Bakı-Ələt yolunun 17-ci kilometrliyində Super formatlı 25-ci marketi ilə müştərilərin xidmətinə gəlir. Açılışla bağlı 700-dən çox məhsulda endirim kampaniyası həyata keçiriləcək. Qeyd edək ki, “Tamstore” Qaradağ filialında “Cofee Shop”, təndir məhsulları, so...
publikaz_normalized
Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin Beynəlxalq axtarış-xilasetmə Dəstəsinin (BAXD) beynəlxalq hümanitar əməliyyatlarda fəaliyyətinin genişləndirilməsi və Beynəlxalq Axtarış-Xilasetmə Məşvərət Qrupu (İNSARAG) sinifləndirməsinə hazırlanması üzrə tədbirlər çərçivəsində Türkiyənin Daxili İşlər Nazirliyinin Fəlakət v...
publikaz_normalized
Abşeron rayonunda ümumrayon Novruz bayramı şənliyi keçirilib. "Tədbirdə bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə şanlı qələbə qazandığımız Vətən Müharibəsindən sonra xalqımız Novruz bayramını artıq daha coşqu, daha möhtəşəm qeyd edir: “Şəhidlərimizin, qazilərimizin və ümumilikdə ordumuzun qəhrəmanlığı say...
publikaz_normalized
Avstraliya, Böyük Britaniya, Vyetnam və Cənubi Afrikadan olan bir qrup alim dünyanın ən böyük pitonlarının yeyilməsini təklif ediblər. Tədqiqatçılar Tayland və Vyetnamdakı fermalarda torlu və tünd pələng pitonlarının çoxalmasını 12 ay ərzində izləyiblər. Onlar müəyən ediblər ki, bu şəkildə istehsal olunan ətin daha çox...
publikaz_normalized
Yaddaşınız bu qədər zəifdir?":"İsrailin baş naziri Benyamin Netanyahu ölkəsinin müttəfiqlərini yaddaş çatışmazlığına görə tənqid edib. “Beynəlxalq ictimaiyyətdəki dostlarımıza səslənirəm: Holokostdan sonra yəhudilərə qarşı ən dəhşətli qətliamı belə tez unutdunuz? Siz İsrailin HƏMAS canavarlarına qarşı özünü müdafiə etm...
publikaz_normalized
“Qarabağ”ın qapıçısı Andrey Lunyev Serbiya və Paraqvay yığmaları ilə yoldaşlıq oyunları üçün Rusiya yığmasının düşərgəsinə qoşulub. Futbolçu komanda ilə axşam məşqinə çıxacaq. Xatırladaq ki, Rusiya yığması martın 21-də Serbiya ilə qarşılaşacaq. 4 gün sonra komanda Paraqvay millisini qəbul edəcək.
publikaz_normalized
Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib. Sizi Novruz bayramı münasibətilə ürəkdən təbrik edir, hamınıza bahar əhval-ruhiyyəsi, cansağlığı və gələcək işlərinizdə nailiyyətlər arzulayıram. Öz mənşəyini tariximizin dərin qatlarından alan qədim Novruz bayramı ulu babalarımızın yüks...
publikaz_normalized
Bu vətəni qarşılıqsız sevənlərin əmanətlərinə qarşı sevgi borcumuz var ki, bu borc ödənilməz… " "Mənim atam qəhrəmandır" deyən Vətən əmanətlərini "Şahdağ" sayğı duruşu ilə növbəti dəfə qarşıladı. "Qarabağdan bütöv Azərbaycana şaxələnən Novruzun "Zəfər tonqalı" bu dəfə şəhid əmanətlərimizlə birlikdə "Şahdağ Turizm Mərkə...
publikaz_normalized
Dördüncü dəfədir ki, mən bayram tonqalını azad edilmiş Qarabağ torpağında qalayıram. 2021-ci ildə Şuşada, 2022-ci ildə Suqovuşanda, keçən il Talış kəndində, bu dəfə isə Xankəndi şəhərində bayram tonqalı qalanır", - prezident deyib. Dövlət başçısı qeyd edib ki, bu, böyük xoşbəxtlikdir.
publikaz_normalized
Əfsuslar olsun ki, İkinci Qarabağ müharibəsinin nəticələri Ermənistana dərs olmadı. Əgər dərs olsaydı, antiterror əməliyyatının keçirilməsinə ehtiyac olmazdı. Ermənistan İkinci Qarabağ müharibəsindən sonra öz qanunsuz silahlı birləşmələrini torpaqlarımızda əbədi saxlamaq, burada vaxtılə qanunsuz yaradılmış qondarma dır...
publikaz_normalized
Xankəndinin mərkəzi meydanına “Zəfər meydanı” adı verilib. “Uzun illər ərzində bu meydan və bu bina separatçıların yuvası idi. Məhz bu meydanda xalqımıza qarşı çirkin planlar hazırlanırdı. Məhz bu binada Xocalı soyqırımının törədilməsi üçün əmrlər verilmişdir. Bu gün isə biz bu meydanda dayanmışıq. Əziz xalqıma bildirm...
publikaz_normalized
Novruz bayramı münasibətilə xalqımıza təbrikində Prezident İlham Əliyev Xankəndinin Azərbaycan torpağı olması ilə bağlı bir sıra faktları açıqlayıb. Həmçinin vurğulayıb ki, Xankəndi sovet dövründə də Azərbaycan büdcəsi hesabına, Azərbaycan memarları və inşaatçıları tərəfindən inşa edilmişdir. Prezident qeyd edib ki, Xa...
publikaz_normalized
Böyük Britaniya kralı III Çarlzın ölümü ilə bağlı məlumatlar heç bir rəsmi mənbəyə əsaslanmır. Bundan əlavə, Bukingem Sarayının saytında bu barədə heç bir xəbər yoxdur. Cəmilə" "xxx" "16:01" "Böyük Britaniya kralı III Çarlz vəfat etməsi ilə bağlı iddialar yayılıb. O, 2023-cü il mayın 6-da rəsmən Böyük Britaniya və Şima...
publikaz_normalized
Biz hamımız İkinci Qarabağ müharibəsindən sonra qürurla yaşayırıq. Dövlətimizin başçısı, həmçinin vurğulayıb: “Biz hamımız fəxr edirik ki, biz özümüz ədaləti bərpa etdik, torpaqlarımızı işğalçılardan azad etdik, öz gücümüzü göstərdik və bundan sonra hər kəs bizimlə hesablaşmalıdır, əks təqdirdə, özü peşman olacaq”.
publikaz_normalized
Azərbaycan millisinin Bakıda “FIFA series - Edition 2024” layihəsi çərçivəsində keçirəcəyi oyunlara hakim təyinatları açıqlanıb. Bolqarıstanla matçda isə estoniyalı hakim Kristo Tohver söz sahibi olacaq. Tanzaniya - Bolqarıstan matçını Əliyar Ağayev, Tanzaniya - Monqolustan qarşılaşmasını isə Elçin Məsiyev idarə edəcək...
publikaz_normalized
İsrail bu şərtə razılaşa bilər":"İsrail Qətərdəki HƏMAS ilə danışıqlarda Qəzza zolağında altı həftəlik atəşkəsə nail olmaq niyyətindədir. Razılaşma çərçivəsində fələstinli yaraqlılar 40 girovu azad etməlidirlər. Məlumata görə, İsrailin Mossad kəşfiyyat xidmətinin rəhbəri David Barneanın başçılıq etdiyi yəhudi dövlətini...
publikaz_normalized
Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumat yayıb. Həmçinin, 1394.5 hektar ərazi minalardan təmizlənib. Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Dö...
publikaz_normalized
Türkiyəli şəxsin Dubayda rekord qiymətə - 136 milyon dollara aldığı lüks mənzilin fotoları yayılıb. Məlumata görə, 300 metr hündürlüyündə, 71 mərtəbəli və 76 mənzilli yaşayış binasının terras mərtəbəsində yerləşən, 360 dərəcə dəniz mənzərəli mənzilin 22 min kvadratmetr sahəsi, beş yataq otağı və şəxsi hovuzu var. Layih...
publikaz_normalized
Xalq artisti Naibə Allahverdiyeva sevgidən yazıb. O bildirib ki, kişilər bir sevgi yaşaya bilmir: Qadının qəlbi məzar kimidir. Kişinin aqəlbi "dükan" kimidir. Girib- çıxanın sayı, hesabı olmaz".
publikaz_normalized
Cəfəngiyat üzərində qazanılan sərvət, yoxsa...":"İlon Mask inanılmaz və qeyri-mümkün kimi görünən layihələri həyata keçirməklə yanaşı, həm də ondan böyük pullar qazana bilən şəxs kimi tanınır. “Bloomberg Billionaires Index”ə görə, 2023-cü ilin sonunda onun sərvəti 192 milyard dollar təşkil edib. "İnandırıcı səslənməsə ...
publikaz_normalized
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Çanaqqala zəfərinin 109-cu ildönümü münasibətilə Türkiyəni təbrik edib. Bu gün Türkiyə xalqının vətənpərvərlik və qəhrəmanlıq salnaməsi sayılan Çanaqqala zəfərindən 109 il ötür. Bu tarixi zəfərin ildönümündə qardaş Türkiyəyə səmimi təbriklərimizi çatdırır, müstəqillik və...
publikaz_normalized
Gürcüstanda səfərdə olan NATO-nun Baş katibi Yens Stoltenberq mətbuat konfransında çıxışı zamanı Tbilisi ilə Bakını səhv salıb. Həmin görüntüləri təqdim edirik:
publikaz_normalized
Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində könüllülük hərəkatını inkişaf etdirmək, o cümlədən əhaliyə zəruri yardım və dəstək göstərməyə hazır olan könüllüləri formalaşdırmaq məqsədilə həyata keçirilən “Fövqəladə hallar könüllüləri” proqramının təlimləri başa çatıb. O, qeyd ed...
publikaz_normalized
Azərbaycanın işğaldan azad edilmiş Zəngilan, Cəbrayıl və Qubadlı şəhərlərinin girişində sənaye zonaları yaradılacaq. Məlumata görə, artıq bu istiqamətdə hazırlıq görülür, yaxın vaxtlarda sözügedən ərazilərdə layihələndirmə işləri aparılacaq. Hazırda işğaldan azad edilmiş ərazilərdə 2 sənaye parkı fəaliyyət göstərir. Bu...
publikaz_normalized
Dünya şöhrətli azərbaycanlı müğənni Ququş Azərbaycana gəlməyi çox istədiyini deyib. O, “Biz Azərbaycan mahnılarını sizin səsinizdə eşitmək istəyirik. Cənubi azərbaycanlı olaraq niyə bu günə kimi ana dilinizdə bir albom hazırlamamısınız” sualına belə cavab verib: Mən çox istərdim, amma studiyada yazılmış cəmi bir əsərim...
publikaz_normalized
Kriminal aləmdə "Nicat Lənkəranski" ləqəbi ilə tanınan Nicat Əkbərovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. Dövlət ittihamçısı N.Əkbərovun 5 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Qeyd edək ki, Nicat Lənkəranski Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ( külli miqdarda narkotik vasitələrin və psixo...
publikaz_normalized
Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış məntəqələrinin sayı artıb. Qərara əsasən, Cənub – Astara dövlət sərhədindən buraxılış məntəqəsi (Astara rayonu (Astara şəhəri), Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında) siyahıya daxil edilib.
publikaz_normalized
İsveçrənin Azərbaycandakı səfiri Tomas Ştəli ilə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev arasında görüş keçirilib. Bildirilib ki, görüşdə Azərbaycanın bu il ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq tədbirləri ətrafınd...
publikaz_normalized
AFFA İntizam Komitəsi 4 nəfəri danışılmış oyunlarda iştiraka görə ömürlük futboldan uzaqlaşdırıb. Bundan başqa, “Azərbaycan Qartalları” uşaq futbol klubunda məşqçi işləyən Rüfət Həsənov və Yusif Rüstəmov da danışılmış oyunlarda iştirak səbəbindən ömürlük futbolla əlaqədar hər hansı fəaliyyətlə məşğul olmaq hüququndan m...
publikaz_normalized
Nizami və Nərimanov rayonlarında naməlum şəxs ayrı-ayrı vaxtlarda dörd avtomobili talayaraq pul vəsaiti, mobil telefonlar, şəxsi əşyalar və nəqliyyat vasitələrinin ehtiyat hissələrini oğurlayıb. Bildirilib ki, Nizami Rayon Polis İdarəsinin (RPİ) 24-cü Polis Şöbəsi (PŞ) əməkdaşlarının həyata keçirdiyi tədbirlərlə hadisə...
publikaz_normalized
Hakimiyyətin siyasi opponentləri Azərbaycanın türk dünyası ilə yaxınlaşma siyasətinə “ortaasiyalaşma, türkmənistanlaşma” kimi ironiya edir, bu yaxınlaşmanı az qala zərərli ideya kimi təqdim edirlər. Doğrudanmı, Orta Asiyaya yaxınlaşma Qərblə münasibətləri istisna edir və ya Türk dünyasının inteqrasiyası zərərlidir? Cav...
publikaz_normalized
AFFA İntizam Komitəsi “Araz-Naxçıvan”ın futbolçusu Numan Kurdiçu bir oyunluq cəzalandırıb. Naxçıvan təmsilçisi legionerə görə 800 manat ödəyəcək. “Turan Tovuz” 500, “Qarabağ” 1 500 manat ziyana düşüb. Tərəflər arasında Tovuzda reallaşan qarşılaşma bitdikdən sonra tunel, texniki zona və miks zonaya “A buraxılışı” vəsiqə...
publikaz_normalized
Balaəli Maştağalı bir müddət əvvəl keçirdiyi avtomobil qəzası haqqında danışıb. Meyxanaçı özü də xəsarət alıb. O bildirib ki, qəza zamanı rolun burnuna dəyməsi səbəbindən burnu pis vəziyyətə düşüb və hazırda nəfəs almaqda çətinlik çəkir. Elə buna görə də Balaəli burun əməliyyatı etdirməyi düşünür.
publikaz_normalized
“Dərman vasitələrinin farmakonəzarət Qaydası”nda dəyişiklik edilib. Qərara əsasən, Qaydaya bu anlayışlar əlavə edilir: - dərman vasitəsinin qeydiyyat tarixi - eyni təsiredici maddə və ya eyni təsiredici maddə kombinasiyalı dərman vasitələrində, həmin təsiredici maddə və ya təsiredici maddə kombinasiyalı bir dərman vasi...
publikaz_normalized
Türkiyədə "Bekar gezelim" mahnısı ilə məşhurlaşan "Grup Laçin" musiqi qrupuna ağır itki üz verib. Bu barədə qrupun solisti Serkan Çağrı məlumat yayıb. O, Şerefin uzun müddət xəstəlikdən əziyyət çəkdiyini bildirib: Grup Laçin"in üzvlərindən biri olan qarmon ifaçısı, dəyərli qardaşım Şərif Baldemiri itirdik. Təəssüf ki, ...
publikaz_normalized
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlər çərçivəsində Bakı-Mingəçevir, Bakı-Şamaxı, Bakı-Zaqatala, Bakı-Oğuz, Bakı-Qəbələ, Sumqayıt-Yalama (Xaçmaz), Quba-Qusar şəhərlərarası, paytaxtın 54 nömrəli...
publikaz_normalized
Dua, imsak və iftar vaxtı...":"Sabah Ramazan ayının doqquzuncu günüdür. İmsak duası" "“Allahumməc-əl li fihi nəsibən min rəhmətikəl-vasiə. Vəhdini fihi libərahinikəs-satiə. Və xuz binasiyəti ila mərzatikəl-camiə. Biməhəbbətikə ya əmələl-müştaqin”. “İlahi, bu gün öz bol rəhmətini mənə nəsib et. Məni öz parlaq dəlillərin...
publikaz_normalized
“Dərman vasitələrinin farmakonəzarət Qaydası”nda dəyişiklik haqqında qərarında dəyişiklik edilib. Tibb və əczaçılıq işçiləri dərman vasitəsinin satışda olduğu digər ölkələrdən əldə etdiyi dərman vasitəsinin istifadə təlimatında əks edilən məlumatlara uyğun olmayan ciddi əlavə təsirlər haqqında bildirişləri həmin məluma...
publikaz_normalized
Üçrəngli bayrağımızın əzəmətlə dalğalandığı işğaldan azad edilmiş ərazilərdə rəşadətli Azərbaycan Ordusu öz mövqelərini daha da möhkəmləndirməklə bərpa-quruculuq işlərinin ən yüksək səviyyədə həyata keçirilməsinə, Böyük Qayıdışa layiqli töhfələrini verməkdədir. Əminəm ki, Azərbaycan Respublikasının Konstitusiyasına, Hə...
publikaz_normalized
Müğənni Nura Suri sənət yoldaşı Xəyyam Nisanov haqqında efirlərin birində şok sözlər işlədib. Müğənni bildirib ki, Xəyyam onu toylarını “vurur”. Eyni məclislərdə də iştirak edə bilmirik. Çünki Xəyyamın toylarda istəmədiyi müğənnini “vurmaq” kimi xasiyyəti var”, - deyə müğənni bildirib.
publikaz_normalized
Bu gün Avropa Parlamentinin üzvləri Xarici Əlaqələr Komitəsində Avropa İttifaqına (Aİ) üzv ölkələrin nazirləri, nazir müavinləri və dövlət katibləri ilə Aİ-nin genişlənməsinin gələcəyini müzakirə edəcəklər. Məlumata görə, Avropa Parlamentinin üzvləri Aİ-nin genişlənməsinin gələcəkdə qarşılaşacağı problemlərə necə yanaş...
publikaz_normalized
Naxçıvan Qida Təhlükəsizliyi İnstitutu yaradılıb. “Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmana əsasən Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyinin tabeliyində publik hüquqi şəxs statuslu “Naxçıvan Qida Təhlükəsiz...
publikaz_normalized
İraq Respublikasının Baş naziri Məhəmməd Şiya əs-Sudani Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. İraqın Azərbaycanla əlaqələrin möhkəmlənməsində maraqlı olduğu bildirilib. Azərbaycan-İraq əlaqələrinin hər iki ölkənin dövlət başçılarının birgə səyləri ilə yaradı...
publikaz_normalized
Naxçıvan Muxtar Respublikasının keçmiş maliyyə naziri Əliyev Rafael Rza oğlu və Dövlət Gömrük Komitəsinin Gömrük tariflərinin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi vəzifəsində işləmiş Əsgərov Mənsur Turan oğlunun barəsində ibtidai araşdırılması yekunlaşmış cinayət işi Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlə...
publikaz_normalized
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Şanxay Əməkdaşlıq Təşkilatının baş katibinin müavini Nurlan Yermekbayev ilə Azərbaycanın ŞƏT ilə əməkdaşlığının hazırkı vəziyyətini nəzərdən keçirib. Çin Kommunist Partiyasının Mərkəzi Komitəsini...
publikaz_normalized
Torpaq çərşənbəsinin və Novruz bayramının hava proqnozu açıqlanıb. "Həmin videonu təqdim edirik:
publikaz_normalized
Ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili”nin elan olunması və COP29 kimi mötəbər tədbirin keçirilməsi çərçivəsində “Təmiz Şəhər” ASC-nin təsərrüfat sahələrinə məlumat turu təşkil olunub. Bildirilib ki, 2017-ci ildə ölkə başçısının iştirakı ilə açılışı olan Balaxanı Sənaye Parkı təkrar emal sahəsini inkişaf etdirmək ...
publikaz_normalized
“Qarabağ” və “Neftçi” klublarının əvəzedicilərdən ibarət komandaları cəzalandırılıblar. Əvəzedicilər Liqasının 27-ci turunda keçirilən “Turan Tovuz-2” - “Qarabağ-2” oyunu bitdikdən sonra qonaq komandanın baş məşqçisi Cavad Mirzəbəyli hakimin qərarına etiraz edib. Mütəxəssis birbaşa qırmızı vərəqə aldıqdan sonra hakimi ...
publikaz_normalized
Ukraynanın beş vilayətində axşam saatlarında hava hücumu xəbərdarlığı elan edilib. Sirenalar təxminən 40 dəqiqə susmayıb.
publikaz_normalized
Azərbaycan çox yaxşı təlim keçmiş və təchiz olunmuş hərbi qüvvələrə malikdir. Baş katib bildirib ki, Azərbaycan hərbçiləri Əfqanıstanda uzun illərdir müxtəlif tapşırıqların öhdəsindən bacarıqla gəlirlər: Onlar 2021-ci ildə - missiyanın son günlərində hava limanının qorunması, yüz minlərlə insanın Kabil və Əfqanıstandan...
publikaz_normalized
NATO ilə Azərbaycan arasında əməkdaşlıq üçün yeni çərçivə sənədinin razılaşdırılması üzərində iş aparırıq. Bu çərçivə sənədi qarşılıqlı fəaliyyət məsələlərinə köklənəcək və burada əsas məqsəd Azərbaycan Silahlı Qüvvələrinin NATO standartlarına uyğunlaşdırılması üçün birgə işləməkdir. Biz, həmçinin hərbi təhsil məsələlə...
publikaz_normalized
Türkiyənin İstanbul şəhərində keçirilən Novruz şənliyində 75 nəfər saxlanılıb. 70 nəfər isə sözügedən ərazidə polisə müqavimət göstərdiyi və qanunsuz şüarlar səsləndirdiyi üçün saxlanılıb.
publikaz_normalized
Mart ayının 19-da Böyük Britaniya Parlamentinin Nümayəndələr palatasında Qarabağdan köçən ermənilərə beynəlxalq dəstəyin verilməsi ilə əlaqədar dinləmələr keçiriləcək. Diqqətə çatdırılıb ki, Böyük Britaniyadakı Azərbaycan icması bu addıma kəskin etirazını bildirib və dinləmələrdə iştirak edəcək parlament üzvlərinə məlu...
publikaz_normalized
Abşeron rayonunda Çanaqqala Zəfərinin 109-cu ildönümü qeyd edilib. İştirakçılar əvvəlcə rayonun Digah kəndi ərazisində yerləşən Türk şəhidlərinin uyuduğu Xatirə Kompleksini ziyarət edib, məzarları önünə tər çiçəklər düzərək xatirələrini ehtiramla yad ediblər. Daha sonra Abşeron Mədəniyyət Evində davam etdirilən tədbird...
publikaz_normalized
“Pakistan Əfqanıstanın sərhəd bölgələrində antiterror əməliyyatları həyata keçirib”. Məlumatda qeyd olunub ki, terrorçular ölkənin təhlükəsizliyinə ciddi təhlükə yaradır: “Pakistan Əfqanıstanın suverenliyinə və ərazi bütövlüyünə böyük əhəmiyyət verir. Biz dəfələrlə Əfqanıstan hakimiyyətini konkret tədbirlər görməyə çağ...
publikaz_normalized
Hərbçimizin həyatını azərbaycanlılar xilas etdi":"Azərbaycan çox yaxşı təlim keçmiş və təchiz olunmuş hərbi qüvvələrə malikdir. Onlar uzun illər Əfqanıstanda hava limanının müdafiəsində böyük rol oynayıblar. Azərbaycan hərbçiləri uzun illərdir müxtəlif tapşırıqların öhdəsindən bacarıqla gəlirlər. Lakin onlar 2021-ci il...
publikaz_normalized
Rəqqasə Rəna Ağamuradova (Renka) avtomobil qəzası keçirib. Rəna avtomobilinin fotosunu paylaşaraq bunları yazıb: Uşağıma sürpriz etməyə gedirdim. Saat 12-də ad gününə getmək alınmadı, gecikdim.
publikaz_normalized
“İnter”in müdafiəçisi Françesko Açerbi “Napoli”nin futbolçusu Joao Jesusa qarşı irqçi ifadələr işlətdiyi üçün İtaliya yığmasından kənarlaşdırılıb. Martın 17-də A Seriyasının 29-cu turunun oyununda “İnter” “Napoli” ilə qarşılaşıb. Oyun zamanı Açerbi ilə Jesus arasında qarşıdurma baş verib və bu zaman Françesko irqi söyü...
publikaz_normalized
Pakistanın federal hökuməti dövlət büdcəsinə qənaət etmək məqsədilə nazirlərin və dövlət məmurlarının xaricə səfərlərini məhdudlaşdırıb. KİV-lərin yazdığına görə, federal və dövlət nazirləri, onların müşavirləri və köməkçiləri xarici ezamiyyətlər üçün dövlət büdcəsinə qənaəti təmin edən hökumət komitəsindən, habelə Xar...
publikaz_normalized
Rusiya nüvə tərksilahı və nüvə silahının yayılmaması məsələləri də daxil olmaqla, bütün təhlükəsizlik mövzuları üzrə danışıqlara hazırdır". “Prezident bir müddət öncə hazırkı şəraitdə bütün təhlükəsizlik mövzularının müzakirəsi ilə danışıqların mümkünlüyündən danışıb”, - deyə Peskov vurğulayıb.
publikaz_normalized
Xəbər verdiyimiz kimi, martın 18-də Azərbaycan Prezidenti İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb. "Xankəndidən xalqa səslənən dövlət başçısı mühüm mesajlar verib. Həmin anları əks etdirən videonu təqdim edirik:
publikaz_normalized
Şəkidə 13 yaşlı məktəbli ölüb. Həkimlərin müdaxiləsinə baxmayaraq, T.Məmmədov bu gün xəstəxanada dünyasını dəyişib.
publikaz_normalized
Novruz bayramına artıq sayılı günlər qalıb. Bu bayramın əsas simvollarından biri olan səməni demək olar ki, bütün süfrələri bəzəyir. Satıcıların sözlərinə görə, müxtəlif zövqdə olan səmənilərin qiyməti bəzəyinə və ölçüsünə görə dəyişir. Minimum 10-12 manatdan başlayır, hətta 600 manata belə satışa çıxarılan səmənilər v...
publikaz_normalized
Putin nələri dəyişəcək?":"Rusiyada prezident seçkisi arxada qaldı. Onun fikrincə, Vladimir Putinin davam edən hakimiyyəti zamanı daxili və xarici siyasətində ciddi dəyişiklik olmayacaq: Rusiyanın enerji resurslarının satışında isə çətinlikləri artacaq. Rusiya Ukrayna müharibəsinə görə Avropaya sata bilmədiyi neft və qa...
publikaz_normalized
Hazırda "Ömer" serialında canlandırdığı obrazla gündəmdə olan türkiyəli aktrisa Gökçe Bahadır yeni evə köçüb. Mətbuatın yazdığına görə, sənətçi 270 min lirə (təxminən 14 min 200 manat) kirayə haqqı ödəyir.
publikaz_normalized
“Dövlətimizin xarici siyasətində qonşu ölkələrlə əlaqələrin gücləndirilməsi çox mühüm yer tutur. Respublikamız regionda əməkdaşlığın möhkəmlənməsinə böyük səylər göstərir. Bu ardıcıl və məqsədyönlü siyasətin məntiqi nəticəsidir ki, hazırda Azərbaycan Ermənistan istisna olmaqla, bütün region dövlətləri ilə yüksəksəviyyə...
publikaz_normalized
Rusiya Prezidenti Vladimir Putinlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub. Türkiyə lideri Vladimir Putini Rusiya Prezidenti seçkilərində inamlı qələbəsi münasibətilə təbrik edib və ona Rusiya xalqının rifahı naminə hökumət fəaliyyətində yeni uğurlar arzulayıb. Putin isə Ərdoğanı və Türki...
publikaz_normalized
Finlandiyanın keçmiş prezidenti Tarya Halonen Helsinkidə xəstəxanaya yerləşdirilib. 80 yaşlı keçmiş prezidentin sözçüsü Sari Kuusima mətbuata faktı təsdiqləyib. “Tarya Halonen mədə xəstəliyinə görə xəstəxanaya aparılıb”, - deyə o bildirib. Qeyd edək ki, Halonen 2000-2012-ci illərdə Finlandiyanın 11-ci prezidenti olub.
publikaz_normalized
“Dərhal...”":"Baş nazir Nikol Paşinyan bu gün Tavuşda olarkən sakinlərə bildirib ki, 4 kənd dərhal Azərbaycana təhvil verilməlidir, əks halda müharibə olacaq. “Nikol Paşinyan bu gün Tavuşa gözlənilməz səfər edib. Voskeparda bölgə sakinləri, vilayət qubernatoru və kəndlərin rəhbərləri ilə görüşdə Paşinyan söyləyib ki, 4...
publikaz_normalized
israillilərə sanksiyalar tətbiq ediləcək":"Avropa İttifaqı (Aİ) ilk dəfə olaraq İordan çayının qərb sahilində məskunlaşan İsrail vətəndaşlarına qarşı sanksiyalar tətbiq etmək niyyətindədir. Bildirilib ki, Aİ-yə üzv ölkələrin xarici işlər nazirləri Brüsseldə keçirilən görüşdə müvafiq planlar barədə razılığa gəliblər.
publikaz_normalized
Türkiyə bu ilin yay aylarından etibarən İraq sərhədinin təhlükəsizliyini tam təmin edəcək". “Suriyada yarım qalan işlərimizi mütləq tamamlayacağıq”, - deyən Ərdoğan vurğulayıb ki, terror təşkilatlarına qarşı mübarizə davamlı və qəti şəkildə aparılacaq. Məqsədimiz övladlarımıza terrorun qaranlıq kölgəsindən azad, yolu v...
publikaz_normalized
Möminə Xatun türbəsinin ətrafında olan yarımçıq tikili ilə bağlı yayılan məlumatlara Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən aydınlıq gətirilib. “Naxçıvan şəhərinin Əcəmi seyrəngahı ərazisində Naxçıvan Muxtar Respublikasının Dövlət Energetika Xidməti tərəfindən başladılan tikinti işləri 2023-cü ilin noyabr ayından N...
publikaz_normalized
Bəzi qidalar nizamlı olaraq istehlak edildikdə bədənimizə daha faydalı təsir göstərir. Bu qidalardan biri də qozdur. Son illərdə qozun faydaları ilə bağlı araşdırmalar onun sağlamlığa müsbət təsirlərini sübuta yetirib. " "Antioksidant mənbəyidir" "Qozun digər çərəzlərdən daha yüksək antioksidant səviyyəsinə malik olmas...
publikaz_normalized
Fabio Liverani “Salernita”nanın baş məşqçisi vəzifəsindən azad edilib. 47 yaşlı Liverani fevralın 11-dən “Salernitana”ya rəhbərlik edirdi. Onun rəhbərliyi altında komandası cəmi beş matç keçirib, bu oyunlarda yalnız bir heç-heçə əldə edilib, dörd məğlubiyyət alınıb. Bu, mövsüm ərzində klubda 3-cü qovulmadır – Filippo İ...
publikaz_normalized
Avropa İttifaqı (Aİ) Aleksey Navalnının həbs şəraitinə və ölümünə görə məsuliyyət daşıyanlara qarşı sanksiyalar tətbiq edəcək. Yaxın günlərdə Aİ Şurası bu qərarı rəsmi olaraq təsdiqləyəcək. Qərar daha sonra Aİ-nin Rəsmi Jurnalında dərc olunacaq və qüvvəyə minəcək.
publikaz_normalized
Bu gün Azərbaycanda Novruz bayramının 4 çərşənbəsindən sonuncusu, ilaxır çərşənbə – Torpaq çərşənbəsidir. Torpaq çərşənbəsinə əksər hallarda ilin, ayın axır çərşənbəsi də deyilir. Sonuncu çərşənbə əvvəlki üç çərşənbəyə nisbətən daha təmtəraqlı keçirilir. Bu mərasimlər xüsusən, rayon və kənd yerlərində qeyd olunur. Bu ç...
publikaz_normalized
axşam saatlarında pul gələcək...":"Qətiyyətli davranmağa can atsanız da, indi əlverişli zaman deyil. Fikirlərinizi özünüzdə saxlayın. Hətta ən inanılmış insanlarla söhbətlərdə belə, etiraflara varmayın. Şəxsi həyatınızla bağlı məsələləri müzakirə etməyin. Ünvanınıza xoşagəlməz tənqidlər eşidə bilərsiniz. Qarışıq və mən...
publikaz_normalized
Gürcüstan LGBT təbliğatı ilə mübarizə aparmaq niyyətindədir. "Onun sözlərinə görə, hakim "Gürcü Arzusu - Demokratik Gürcüstan" partiyasının parlament üzvləri LGBT təbliğatına qarşı yönəlmiş qanun layihəsini qeydiyyata almağı planlaşdırır.
publikaz_normalized
“Zaqatala”nın futbolçusu Babatunde Samuel əməliyyat olunub. Nigeriyalı yarımmüdafiəçi ön çarpaz bağdan və menisküs yırtığından əməliyyat olunub. “Zaqatala” I Liqada 18 turdan sonra 22 xalla 7-ci sıradadır.
publikaz_normalized
Avropa Şurasının rəhbəri Aİ-ni 2030-cu ilə qədər Avropa hərbi sənayesindən silah və sursat sifarişlərini ikiqat artırmağa çağırıb. Avropa İttifaqı dövlətləri 2030-cu ilə qədər Avropa müdafiə sənayesindən silah və sursat sifarişlərini iki dəfə artırmalıdır ki, “sülh arzulayaraq müharibəyə hazır olsunlar”.
publikaz_normalized
“Avropanın Ukraynadakı münaqişəni bəhanə edərək Rusiya ilə hesablaşmaq və onun hərbi strategiyalarını həyata keçirmək planlarını qəbul etmirik”. “Təbii ki, biz işğalı rədd edirik və Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirik. Lakin bu müharibəni dayandırmağın vaxtı çatıb. Türkiyə nadir ölkələrdəndir ki, münaqişənin hər...
publikaz_normalized
Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb. Bir neçə tac kütlə atılması (TKA) qeydə alınıb. Günəşin səthində 86 ləkə və böyük tac dəliyi müşahidə edilir. Günəş küləyinin maksimal sürəti saniyədə 658 kilometrədək artıb. Hazırda Günəş küləyinin sürəti no...
publikaz_normalized
Qəzza zolağında "Al Şifa" xəstəxanasında təşkil olunan reyd zamanı HƏMAS-ın daxili təhlükəsizlik idarəsinin rəhbəri Faiq Məbhux öldürülüb. Məlumatda Məbhuxun xəstəxanada gizləndiyi və silahlı olduğu, qonşu otaqda isə çox sayda silahın aşkarlandığı qeyd olunub. Qeyd edək ki, artıq HƏMAS hərəkatı Faiq Məbhuxun ölüm faktı...
publikaz_normalized
Nigeriyanın Kaduna ştatında silahlı şəxslər daha yüz adamı oğurlayıblar. Bildirilib ki, oğurlananlar iki qonşu kəndin sakinləridir. Kaduna ştatında martın əvvəlində oğurlanan iki yüzdən çox adamın taleyi hələ də naməlumdur.
publikaz_normalized
4 kəndlə bağlı son qərar verildi - FOTO":"Ermənistanın baş naziri Nikol Paşinyanın Qazaxın Əskipara kəndinə səfərinin detalları yayılıb. “Əvvəldən demişdim ki, sizin qəsəbənizlə bağlı problemlər olanda gəlib sizinlə müzakirə edəcəm. Mən sizinlə hansı praktiki məsələni müzakirə etməyə gəlmişəm? Problem ondadır ki, Ermən...
publikaz_normalized
Pakistanın qərbində 5,4 bal gücündə zəlzələ baş verib. Məlumata görə, yeraltı təkanların episentri təxminən 27,6 min nəfər əhalisi olan Nuşki şəhərindən (Bəlucistan əyaləti) 68 km şimal-qərbdə, 10 km dərinlikdə yerləşir. Tələfat və dağıntılar barədə məlumat yoxdur.
publikaz_normalized
Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Avropa İttifaqı (Aİ) və ABŞ-dən Kiyev üçün təcili yardım istəyib. Borellin sözlərinə görə, nazirlə söhbətdən sonra məlum olub ki, Aİ və ABŞ qərarın qəbulunu sürətləndirməlidir.
publikaz_normalized
Fateh Sultan Mehmetin şahzadəlik dövrünə aid olan medalyon üzərində həkk olunmuş portreti hərraca çıxarılacaq. Bunun Fateh Sultan Mehmetin ən qədim portreti olduğu bildirilib. Müsəlman liderin medalyonu talisman kimi taxdığı güman edilir. Qeyd edək ki, əsər 2000-ci ildə İtaliyanın İntibah dövrü medalyonları kolleksiyas...
publikaz_normalized
AzTV-nin “Qızıl Fond”u Azərbaycanda tapılan sikkələrin görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:
publikaz_normalized