text stringlengths 20 1.45M | source stringclasses 10
values |
|---|---|
Yenidən baxılsın":"Psixi sağlamlıq sahəsində Milli Strategiyaya yenidən baxılması təklif olunur. Onun sözlərinə görə, Azərbaycanda əhalinin müxtəlif qruplarının psixi sağlamlığının yaxşılaşdırılması, bu sahədə məlumatlılıq səviyyəsinin artırılması istiqamətində zəruri tədbirlər görülür, ayrı-seçkilik hallarına qarşı mü... | publikaz_normalized |
Bakı şəhərinin Binəqədi rayonunda qanunsuz tikili sökülüb. Bildirilib ki, rayon ərazisində qanunsuz tikinti işlərinin aparılması faktı aşkar edilib. FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Binəqədi Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində... | publikaz_normalized |
Ukraynadakı müharibə...":"Xəbər verdiyimiz kimi, Rusiya prezidenti Vladimir Putin aprel-iyul aylarında silahlı qüvvələrdə icbari hərbi xidmət haqqında fərman imzalayıb. Eyni zamanda, Rus Pravoslav Kilsəsinin patriarxı Kirill Kremlin Ukraynadakı müharibəsi ilə bağlı ritorikasını artırıb. Rusiya əvvəllər Ukraynada apardı... | publikaz_normalized |
Müharibə iştirakçılarının bir qismi əlilliyin müəyyən edilməsi ilə bağlı problemlərlə üzləşir". O qeyd edib ki, başçəkmələr zamanı xüsusilə psixiatriya müəssisələrində sıxlıq problemi aşkar edilib: Belə ki, gün-gündən əhalisinin sayı artan paytaxt Bakı şəhərində yalnız bir psixiatriya xəstəxanasının mövcudluğu, habelə ... | publikaz_normalized |
Unibank "Biznesmobil bankçılıq" nominasiyası üzrə ən yaxşı iyirmi bankdan biri seçilib.Unibank bu nominasiyaya görə, Azərbaycan bankları arasında ilk üçlükdə yer alıb. Qərar "SME Banking Club" beynəlxalqplatformasının "Business Mobile Banking -2024" araşdırmasının nəticələrinə əsasənverilib. Proses 10-dan artıq ölkənin... | publikaz_normalized |
Görün Levandovski hansı fırıldağa əl atıb":"“Barselona” “Real” ilə derbi matçına ciddi itkilərlə çıxacaq. Bu da onların avtomatik cəzalı vəziyyətə düşməsinə səbəb olub. Sözügedən futbolçular "Kadis"lə qarşıdakı oyunu buraxacaqlar. Lakin sonradan məlum olub ki, Levandovski və Kanselonın cəzası ağır olacaq. Bu ikili sarı... | publikaz_normalized |
Xəbər verdiyimiz kimi, DİM martın 3-də tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib. Bəs imtahan cavabları nə vaxt elan olunacaq? Bildirilib ki, imtahan nəticələri hazır olan kimi elan olunur, dəqiq vaxt demək mümkün deyil. Qeyd edək ki, imtahanlarda istifadə olunan yazılı cavab tələb edən açıq ... | publikaz_normalized |
Aktyor Erdal Beşikcioğlu bələdiyyə sədri seçilib. O, Ankara-Etimesgutun bələdiyyə sədri kimi fəaliyyət göstərəcək. | publikaz_normalized |
bu ərazilərdə...":"Rusiya prezidenti Vladimir Putin döyüş təmas xəttinə yaxın ərazilərdə işləyən təcili tibbi yardım maşınları və təcili tibbi yardım heyətinin qoruyucu vasitələrlə və elektron müharibə avadanlıqları ilə təchiz edilməsini əmr edib. Sahə komandalarının nəqliyyat vasitələrinin və tibb işçilərinin “fərdi q... | publikaz_normalized |
Kembric Universitetinin genetik və piylənmə üzrə tədqiqatçısı Cayls Yeo köklüyə meylli olan insanlara çəkinin nəzarətdə saxlanılmasına dair mühüm tövsiyələr verib. Yeo bildirib ki, piylənmənin əsl səbəbi aclıq və toxluq hisslərini beynin düzgün tanıya bilməməsidir. Onun sözlərinə görə, belə pozğunluqlar çox vaxt geneti... | publikaz_normalized |
Ombudsmanın tövsiyəsi əsasında psixiatriya müəssisələri ilə əlaqədar yeddi klinik protokol tərtib olunub. O qeyd edib ki, psixi sağlamlıq üzrə Milli Strategiyanın hazırlanması, psixiatriya xəstəxanalarında müalicə olunan pasiyentlər üçün Müalicə İstehsalat Əmək Emalatxanalarının yaradılması, psixo-sosial reabilitasiya ... | publikaz_normalized |
Bakı şəhərində iki böyük narkoloji xəstəxananın inşası davam edir. Onlardan biri 350, digəri isə 150 çarpayılıqdır. Onun sözlərinə görə, xəstəxanalar istifadə verildikdən sonra ölkədə bu sahədə çarpayı fondu artacaq: Bu göstərilən narkoloji xidmətin keyfiyyətinə də öz təsirini göstərəcək". | publikaz_normalized |
Təbii “Viaqra”dır":"Bəzi qidalar aşağı libidolu kişilərə və qadınlara kömək edə bilər. Həkimin sözlərinə görə, intim problemi olan insanlara meyvə, tərəvəz, yağsız zülal və bütün taxıllarla zəngin Aralıq dənizi pəhrizinə riayət etmək tövsiyə olunur. Bu, təkcə insanın fiziki və zehni rifahına təsir etmir, həm də cinsi i... | publikaz_normalized |
58 yaşlı azərbaycanlı müğənni 4-cü dəfə ana oldu - VİDEO":"MTV-də yayımlanan "Balkanla gecə turu"na özəl müsahibə verən Təranə Qumral şok açıqlama edib. Dördüncü dəfə ana olduğunu bildirən T. Qumral yeni doğulan körpəyə Can adını qoyduğunu da dilə gətirib. Bəziləri bunun 1 aprel zarafatı olduğunu düşünür. Amma müğənni ... | publikaz_normalized |
Əfsanə "kral"ı taxtdan saldı":"Los Anceles Leykers"in hücumçusu Lebron Ceyms Milli Basketbol Assosiasiyasında (MBA) yeni rekordunu müəyyənləşdirib. O, buna "Broklin Nets" ilə müntəzəm mövsüm matçında (116:104) meydana çıxmaqla nail olub. O, uzun illər bu göstəricidə lider olan basketbol əfsanəsi Maykl Cordanı taxtdan s... | publikaz_normalized |
Aktrisa Sanura Cəfərovanın Kult.az-a müsahibə verib. Həmin müsahibəni təqdim edirik: - Sanura xanım, qadın sənətçilərin əksəriyyəti Azərbaycanda aktrisa olmağın çətin olduğunu deyirlər... - Azərbaycanda ümumən qadın olmağın özü çətindir, o ki qaldı aktrisa olasan. Bir şey asandır ki, məşhur olmaq problemi yoxdur. Sosia... | publikaz_normalized |
“Niyyətin özünün və əzizlərinin...”":"Əməkdar artist Yusif Mustafayev efirdə aparıcı Anar Vaqifoğluna əsəbiləşib. Belə ki, A.Vaqifoğlu öz proqramında Y.Mustafayevə "Sənə Niyaməddin Musayev qədər ömür arzulayıram" sözlərini deyib. İfaçı "Atam dünyasını 88 yaşında dəyişib. Onun rəhmətə getməsinin səbəbi anamın dünyasını ... | publikaz_normalized |
Böyük Qayıdış başlayıb, evimizə qayıdırıq. Tək şuşalılar yox, 30 ildir ki bütün azərbaycanlılar qarabağlıdır. Ən böyük arzusunun Şuşada film çəkilməsinin olduğunu qeyd edən Xalq artisti məhz həmin filmdə rol almaq istədiyini bildirib. Qeyd edək ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə "Böyük Qayıdışa dair I D... | publikaz_normalized |
Aprelin 2-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Havanın temperaturu gecə 6-11° isti, gündüz 14-19° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunundan 764 mm civə sütununa enəcək. Nisbi rütubət g... | publikaz_normalized |
Futbolçulara deyib ki...":"Əl-Hilal"ın hücumçusu Neymar 2025-ci ildə yetirməsi olduğu "Santos"a qayıda bilər. UOL-un məlumatına görə, Neymar "Santos"un soyunub-geyinmə otağına daxil olub və futbolçulara 2025-ci ildə kluba qayıdacağı barədə danışıb. Qeyd edək ki, bu mövsüm Neymar “Əl-Hilal”ın heyətində 5 oyun keçirib, 1... | publikaz_normalized |
Səmada baş verən demək olar ki, hər hadisə bürclərdə müəyyən dəyişikliklərə səbəb olur. Aprel ayında sevgi və pulla xoşbəxt olacaq bürclər müəyyənləşib. Bu bürclər üçün yeni dövr başlayır... Buğa" "Buğa təkcə maddi cəhətdən deyil, həyatın bir çox sahələrində şanslı olacaq. Bəxtlərindən düzgün istifadə edib, aprel ayınd... | publikaz_normalized |
Görün arxasından hansı qüvvələr çıxdı - ŞOK FAKTLAR":"Adı türkçülüklə bağlı olsa da, Amerika və Qərb maraqlarının Azərbaycanda təmsilçisi rolunu oynamağı özünə borc bilən “Turan” İnformasiya Agentliyi (İA) “Vaşinqton müxbiri” “Aleks” ləqəbli Ələkbər Raufoğluya istinad edərək məlumat yayıb ki, ötən həftəsonu bir qrup AB... | publikaz_normalized |
Maraqların toqquşması, yoxsa...":"Rusiyanın Voronej şəhərinin Lenin küçəsində yerləşən kafedə partlayış sahibkarlar arasında maraqların toqquşması nəticəsində baş verib. Xatırladaq ki, Voronejdə kafedə baş verən partlayış aprelin 1-i, bazar ertəsi səhər saatlarında məlum olub. Mənbələrin bildirdiyinə görə, gecə saat üç... | publikaz_normalized |
4 deputat...":"Qeyri-rəsmi nəticələrə görə, Türkiyədə yerli seçki yarışına qatılan 26 millət vəkilindən CHP-li 4 nəfər bələdiyyə sədri olub. CHP Səadət Partiyasından 5, AK Partiyadan 4, DEVA Partiyası, DEM Partiyası və Türkiyədə İşçi partiyasından 1, 2-si HÜDA PAR-dan olmaqla, ümumilikdə 26 deputat iştirak edib. Qalib ... | publikaz_normalized |
Rusiyalı müğənni Keti Topuriya üçüncü dəfə ana olacaq. Müğənninin üçüncü övladına hamilə olduğu ilə bağlı şayiələr bir neçə ay əvvəl ortaya çıxıb. O, bir müddət hamiləliyini boş geyimlərlə gizli saxlamağa çalışsa da, abunəçilərinə hamilə olduğunu elan etmək qərarına gəlib. Xatırladaq ki, “A’Studio”nun 37 yaşlı solistin... | publikaz_normalized |
Ermənistanın baş naziri Nikol Paşinyanın istefa verməsi haqda xəbərlər 1 apel zarafatıdır. Onun sözlərinə görə, “Vətəndaş müqaviləsi” partiyasının Nikol Paşinyana etimad göstərməməsi və yeni parlament seçkilərinə getməsi ilə bağlı informasiyalar sadəcə aprel zarafatıdır. Aleksanyan medianın bu informasiyanı ciddiyə alm... | publikaz_normalized |
Bu gün - 1 aprel gülüş günü kimi qeyd olunur. Qurumu sosial şəbəkə hesablarında Azərbaycan futbolunda yaşanan maraqlı və gülüş dolu anlardan ibarət video yayımlanıb. Üzünüz həmişə gülsün" - deyə görüntülərə şərh verilib. | publikaz_normalized |
Xocalıda kütləvi məzarlıqda tapılan daha bir nəfərin şəxsiyyəti müəyyənləşib. Məlumata əsasən, qeyd olunan ərazidə həyata keçirilən baxış istintaq hərəkəti nəticəsində aşkar edilmiş insan qalıqlarının müayinəsi zamanı onların 18 nəfər şəxsə məxsus olması (4 nəfərin azyaşlı olması ehtimal edilir), müxtəlif üsullarla işg... | publikaz_normalized |
TikTok"platforması 2023-cü il ərzində Azərbaycanda İcma Qaydalarını pozan 2 071 243 video silib. Bunların 903 min 041-i ötən ilin dördüncü rübündə silinib. Bu, 2023-cü ilin istənilən rübündə silinmiş videoların ən yüksək sayıdır. Silinmiş videoların ümumi sayının 98 %-i platforma tərəfindən proaktiv şəkildə silinib. Vi... | publikaz_normalized |
Bu gün Bakıda keçirilən Azərbaycan Respublikası Hökuməti və Rumıniya Hökuməti arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın 8-ci iclasının yekunlarına dair Protokol imzalanıb. Həmçinin Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli və Rumıniyanın Milli Sanitar Baytarlı... | publikaz_normalized |
Yanvarda Rusiyanın Sankt-Peterburq şəhərinə səfəri zamanı zəhərləndiyi ehtimal edilən Belarus prezidenti Aleksandr Lukaşenkonun təhlükəsizlik əməkdaşı ölüb. “Kremlevskaya tabakerka” teleqram kanallarının məlumatına görə, Lukaşenkonun Sankt-Peterburqa səfəri zamanı onun mühafizəçilərindən biri xəstələnib və təcili olara... | publikaz_normalized |
Qəhrəman Cəbrayılov 65 saylı Salyan-Biləsuvar-Neftçala Dairə Seçki Komissiyasının (DSK) sədri təyin edilib. Qeyd edək ki, Cəbrayılov Qəhrəman Bahadur oğlu 1982-ci ildə Salyan şəhərində anadan olub. O, 16 il DSK-da təmsil olunub. Xatırladaq ki, bundan öncə 65 saylı DSK-nın sədri Kərimov Səlamət Musa oğlu idi.(report) | publikaz_normalized |
Bakı Dövlət Universitetinin müəllimi İmran Abdullayev vəfat edib. "İmran Abdullyev Hidrometeorologiya kafedrasının müdiri vəzifəsində çalışırdı. "Dosentin ölüm səbəbi açıqlanmayıb. | publikaz_normalized |
Ermənistanın iqtisadiyyat nazirinin müavini Aşxen Şirvanyan tutduğu vəzifədən azad edilib. O, bu vəzifəyə 2023-cü il aprelin 18-də təyin edilmişdi. | publikaz_normalized |
Azərbaycanda səfərdə olan Türkiyənin Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgün bu gün Fəxri xiyabana gələrək Ümummilli Lider, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib. Daha sonra görkəmli oftalmoloq alim akademik Zərifə Əliyevanın xatirəsi ehtiramla an... | publikaz_normalized |
Prezident İlham Əliyev “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb. Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin Nizamnaməsi” təsdiq edilib. ... | publikaz_normalized |
Aydın Zöhrab oğlu Kərimov Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi təyin edilib. Sərəncama əsasən, “Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsinin təyin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 27 yanvar tarixli 2460 nömrəli Sərəncamı... | publikaz_normalized |
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin nizamnamə fondunun məbləği 500 min manat olacaq. Xidmətin əmlakı nizamnamə fondundan, təsisçinin verdiyi əmlakdan, həmçinin dövlət büdcəsindən ayrılan vəsaitdən, fəaliyyətindən əldə olunmuş gəlirdən, ianələrdən, qrantlardan, cəlb e... | publikaz_normalized |
“Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin Müşahidə Şurasının aşağıdakı tərkibi təsdiq edilib. Müşahidə Şurasının sədri" "Elçin Yusubov – Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi" "Müşahid... | publikaz_normalized |
2028-ci il üçün baş məşq, ya yenidən sistem dəyişikliyi?":"Türkiyədə martın 31-də keçirilən bələdiyyə seçkilərində nəticələrə əsasən, Cümhuriyyət Xalq Partiyası (CHP) 37,7% səslə irəlidədir. Ölkənin hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) 35,5% səslə 2-ci, etnik azlıqların səsinə iddialı DEM Partiyası isə 5,7% ilə... | publikaz_normalized |
“Çox böyük dəyişiklik olacaq“":"Müğənni Türkan Vəlizadə əməliyyat olunub. İfaçı burnunda dəyişiklik etdirib. Türkan özü də telefon bağlantısı ilə proqrama qoşularaq məlumatı təsdiqləyib: Üzümdə çox böyük dəyişiklik olacaq. Onsuz da mən gözəl idim, fikirləşdim ki, yenə də bu, lazımdır". | publikaz_normalized |
Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 Saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətinin adı Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında 1 Saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətinə dəyişdirilib. Bundan başqa, Şərqi Zəngəzur İqtisadi Rayonunda 2 Saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətinin adı Laçın rayonunda 2 Saylı Bərpa, Ti... | publikaz_normalized |
Türkiyəli məşhur müğənni İbrahim Tatlısəs son paylaşımı ilə diqqət çəkib. Seçkilərdə uduzdum, evlənirəm. Eşitdik-eşitmədik deməyin, bütün bekarlara salam olsun, mən evlənirəm" deyə, Tatlısəs vurğulayıb. | publikaz_normalized |
“Azəriqaz” İstehsalat Birliyinin sabiq baş direktoru Ruslan Əliyevə "Azərenerji" ASC-də yeni vəzifə verilib. Əmrə əsasən, Ruslan Əliyev "Azərenerji" ASC-nin departament direktoru təyin edilib. Xatırladaq ki, Ruslan Əliyev ötən ay "Azəriqaz"ın baş direktoru vəzifəsindən azad edilmişdi. | publikaz_normalized |
Bakının Səbail rayonunda avtoxuliqanlıq edən xanım sürücü saxlanılıb. Bildirilib ki, “BMW” markalı, 90-XZ-012 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq hərəkətləri etdiyi üçün Səbail rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən saxl... | publikaz_normalized |
Beynimdəki iltihab əməliyyatdan sonra...":"Mərhum Xalq artisti Ramiz Novruzun qızı, tanınmış vizajist Şəfəq Novruz əməliyyatdan sonra özünü yaxşı hiss etdiyini və yaxşılaşdığını bildirib. O, fotosunu paylaşaraq üzünün dəyişdiyini vurğulayıb. Çox şükür, beynimdəki iltihab əməliyyatla çıxarıldıqdan sonra gözlərimin şişi ... | publikaz_normalized |
Alveşin girov pulu bunun qarşılığında ödənib":"Barselona"nın keçmiş müdafiəçisi Dani Alveşin həbsdən çıxması üçün 1 milyon avro təzminatın necə ödəndiyi məlum olub. Danışıqlar, keçmiş braziliyalı futbolçunun hekayəsini işıqlandıracaq sənədli video formatında müsahibənin aparılmasını əhatə edir. Xatırladaq ki, Alveş Bar... | publikaz_normalized |
Bakı Apellyasiya Məhkəməsində Kanal13 internet televiziyasının rəhbəri Əziz Orucov barədə qərar qəbul olunub. Bildirib ki, onun barəsində Bakı şəhərinin Səbail Rayon Məhkəməsində həbs qətimkan tədbirinin daha 2 ay uzadılması ilə bağlı qərardan verilən apellyasiya şikayəti təmin olunmayıb. Qeyd edək ki, o, ötən il noyab... | publikaz_normalized |
Azərbaycanda FETÖ-yə qarşı keçirilən əməliyyat zamanı həbs edilənlərdən biri - Döyrüş Cəfərovun cinayət işi üzrə məhkəmə istintaqı başlayıb. D.Cəfərov Azərbaycandakı təhsil və təlim mərkəzlərində uzun müddət təşkilatın təbliğatını aparmaq, gənclərin təşkilata üzv olması istiqamətində addımlar atmaqda təqsirləndirilir. ... | publikaz_normalized |
Xarici vətəndaşların Rusiyada müvəqqəti qalma müddəti ildə 90 günə endiriləcək. Bu barədə idarənin rəsmi nümayəndəsi İrina Volk bildirib. Sənədin mətninə əsasən, ölkəyə daxil olanlar üçün biometrikanın tətbiqinin hüquqi əsasları müəyyən edilib. Həmçinin əcnəbinin rəqəmsal profilinin və müəyyən kateqoriyalı vətəndaşlar ... | publikaz_normalized |
şərtlərə yenidən baxılacaq?":"Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ilin yekunların əsasən 64 min ailənin 272 min 300 üzvü ünvanlı sosial yardım alıb. O qeyd edib ki, ötən il ünvanlı sosial yardım alanların sayı əvvəlki il ilə müqayisədə 18 min 500 nəfər azalıb: “Bu, eyni zamanda, 2023-cü ildə yardım a... | publikaz_normalized |
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən Emil Ağayevin məhkəmə prosesi davam etdirilib. Qeyd edək ki, cinayət işində idmançı Kamil Zeynallı zərərçəkmiş qismində tanınıb. Ona qarşı 20 min manatlıq dələduzluq cinayəti əməli törədilib.... | publikaz_normalized |
Moskva küçələrinin birində “Qazel” partlayıb. Bu barədə “Shot” teleqram kanalı məlumat yayıb. Hazırda zədələnmiş avtomobilin içindəkilərə baxış keçirilir. Zərərçəkənlər barədə məlumat dəqiqləşdirilir. “Telegram” kanalı xəbər verir ki, sürücü xəsarət almayıb. | publikaz_normalized |
Azərbaycan Milli Paralimpiya Komitəsi Türkiyənin Antalya şəhərindəki Qran-pridə iştirak etməyən 5 paracüdoçu ilə bağlı məsələyə münasibət bildirib. Bu gün bəzi mətbuat orqanlarında Türkiyənin Antalya şəhərindəki Qran-pridə iştirak etməyəcək 5 paracüdoçumuz ilə bağlı xəbər yayılıb. Qeyd olunan paracüdoçular - Dürsədəf K... | publikaz_normalized |
Aprelin 2-də keçiriləcək AFFA-nın növbəti Konfransının gündəliyi bəlli olub. Bunlar AFFA prezidenti tərəfindən iclasın açıq elan edilməsi, Konfransın tərkibinin yoxlanılması, AFFA-nın baş katibinin hesabat xarakterli məruzəsi, maliyyə hesabatları, müstəqil auditorun hesabatı və AFFA prezidenti vəzifəsinə, həmçinin İcra... | publikaz_normalized |
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Vladimir Putinin bazar günü Kremlə gecə səfərini izah edib. “Cədvəl tələb etdiyi zaman axşam gəlməyə üstünlük verir”, - Peskov bildirib. Mətbuat katibi izah edib ki, pik saatlarda sürücülər üçün lüzumsuz diskomfort yaratmamaq üçün məhz bu zaman yollarda nəqliyyatın hərə... | publikaz_normalized |
Nasist simvoluna görə - FOTO":"Adidas" şirkət, 44 nömrəli şriftin nasist Almaniyasında istifadə edilən CC simovulunu xatırlatdığına görə bu ölkənin formasından çıxaracağını açıqlayıb. Publik.az xəbər verir ki, bu qərarı brendin sözçüsü Oliver Bruggen açıqlayıb: “44 nömrəni mümkün qədər tez bloklayacağıq. Adidas" təxmin... | publikaz_normalized |
Ötən həftə taksilərin fəaliyyəti ilə bağlı Nazirlər Kabineti tərəfindən qəbul edilmiş dəyişikliklərə əsasən, artıq iyul ayından etibarən bu kateqoriyaya aid maşınların rəngləri fərqli olacaq. Belə ki, paytaxt Bakıda fəaliyyət göstərəcək taksilərin rənginin ağ və qırmızı olması nəzərdə tutulur. Bu baxımdan bir çox taksi... | publikaz_normalized |
azarkeşlər fitə basdılar - VİDEO":"PSJ Liqa 1-in 27-ci turunun matçında səfərdə “Marsel”i 2:0 hesabı ilə məğlub edib. Tribunalar baş məşqçi Luis Enrikenin fransalı futbolçunun matçda sona qədər oynamasına növbəti dəfə imkan verməməsini fitə basıblar. İspaniyalı mütəxəssis “Monako” və “Renn”lə görüşlərdə Mbappeni əvəzlə... | publikaz_normalized |
Bakı iqliminin xüsusiyyətlərinə uyğun paltar seçmək asan deyil, dəyişkən hava şəraiti həmişə öz qaydalarını diktə edir. Ağ cins şalvarları nə qədər sevsək də, payız-qış aylarında onları demək olar ki, geyinmirik. Xoşbəxtlik yaz gəlib və inanırıq ki, günəşin şüaları həm qəlbimizi, həm də bədənimizi isidəcək. Odur ki, ağ... | publikaz_normalized |
Bəzi marketlərdə şokolad və qənnadı məhsulları qablaşdırmada yox, açıq şəkildə çəki ilə satılır. Bəs istehlakçılar bu məlumatları necə əldə edə bilərlər? Məhsulların belə satılması hansısa təhlükə ehtiva edirmi? Daha ətraflı "Xəzər Xəbər"in süjetində: | publikaz_normalized |
Bu günə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 11 milyard 654,4 milyon ABŞ dolları təşkil edib. Məlumata görə, bu, martın 1-i ilə müqayisədə cüzi çoxdur. AMB-nin valyuta ehtiyatları ilin əvvəlinə nisbətən 3,6 %, son 1 ildə isə 27,6 % artıb. | publikaz_normalized |
Artıq demək olar ki, hər bir xanım sosial şəbəkələrdən ilham mənbəyi kimi istifadə edir. Tətbiqlərə hər dəfə daxil olanda biz müxtəlif istedadlı və yaradıcı blogerlərin paylaşdığı videolara heyran qalırıq, həmçinin yeni makiyaj tendensiyalarını öyrənirik. Ən yaxşı tərəfi odur ki, sosial şəbəkələr bizi darıxmağa qoymur.... | publikaz_normalized |
Məktəblilər üçün ev və test tapşırıqları azaldılsın":"Prezident Vladimir Putin hökumətə rus məktəblərində imtahanların sayını və şagirdlərin ev tapşırıqlarına sərf etdikləri vaxtın azaldılmasını təmin etməyi tapşırıb. Hökumət “ümumtəhsil proqramları üzrə şagirdlərin ahəngdar, balanslaşdırılmış və səmərəli təhsil və təd... | publikaz_normalized |
“Dədələrinə, nənələrinə yaraşan sözləri...”":"Dünən gecə saat 2-yə kimi kompüterin qarşısında olmuşam. Sosial mediada paylaşılanları görüb dəhşətə gəldim". O, sosial media istifadəçilərinin yazdığı şərhlərdən, etdikləri paylaşımlardan şoka düşdüyünü bildirib: Bizim elmimizin, mədəniyyətimizin formalaşmasında müstəsna ə... | publikaz_normalized |
Bu gündən balıq və digər su bioresurslarının kürüləmə dövrü ilə əlaqədar Kür çayında, Sarısu gölündə, Mingəçevir, Şəmkir, Araz, Yenikənd su anbarlarında sənaye balıq ovuna moratorium qüvvəyə minir. Onun sözlərinə görə, sənaye məqsədli balıq və digər su bioresurslarının ovuna qadağa sentyabrın 1-dək davam edəcək. Xidmət... | publikaz_normalized |
Baş Prokurorluq ünvanlı sosial yardımlarla bağlı vətəndaşlara müraciət edib. Bildirilib ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin “161-Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş vətəndaş müraciətləri üzrə aparılan təhlillərlə aktuallığı ilə seçilən həssas sahələrin müəyyən edilməsi və bu istiqam... | publikaz_normalized |
Amerika dolları hər ay əvvəlki gücünü itirir. Onun fikrincə, nə qədər çox ölkə digər valyutalarda beynəlxalq ödənişlərə keçsə və xüsusən də neft kimi bütün dünya iqtisadiyyatı üçün mühüm əmtəə alsa, ABŞ-ın uzanan erası bir o qədər tez başa çatacaq. Ekspert izah edib ki, Amerikanın bütün mövcud gücü və səlahiyyətləri on... | publikaz_normalized |
“Ermənistan” və “Şərəfim var” fraksiyaları Ermənistan parlamentinin təcili iclasını çağırıb. Ermənistan parlamentinin reqlamentinə əsasən deputatlardan dörddə bir hissəsinin tələbi ilə növbədənkənar iclas keçirilə bilər. “Hraparak” nəşri yazır ki, müxalifət partiyaları apreldə başlayacaq 4 günlük sessiyasısının ilk əsa... | publikaz_normalized |
“Wall Street Journal” (WSJ) qəzeti ABŞ və İsrail arasındakı gizli razılaşmanın Qəzzada dinc insanların ölümünə töhfə verdiyinə dair narahatlığa səbəb olduğunu bildirib. Eyni dövrdə ABŞ-ın Qəzzaya qarşı kəşfiyyat fəaliyyətini artırdığı qeyd edilib. İsrailin əldə etdiyi kəşfiyyat məlumatlarından necə istifadə etdiyini bi... | publikaz_normalized |
Boyun ətrafına dolanan şallar fransız qadınlarının xüsusilə yaz aylarında tez-tez istifadə etdikləri "stilistik cihazıdır". Fransız qadınlarının üslubu həmişə istinad kimi qəbul edilib. Bu gün bir çox fəşn bloger və influenserlər ona heyran olmağa davam edir və izləməyə çalışır. Parisli qadınların qarderobunun sadə ele... | publikaz_normalized |
Qəbələdə fəaliyyət göstərən “Zaloğlu İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyəti əmək hüquqlarını pozduğu üçün 20 min manat cərimələnib. Bildirilib ki, MMC-nin direktoru Tural Zalovun əmək müqaviləsi bağlamadan Qəbələ rayon sakini Qafqaz Alcanovu müxtəlif tikinti işlərinin yerinə yetirilməsinə cəlb etməsi müəyyən edilib. Fak... | publikaz_normalized |
Azərbaycanda quş qripi xəstəliyinə qarşı keçirilmiş epizootoloji monitorinqin nəticələri açıqlanıb. Bildirilib ki, monitorinq epizootik risk əsasında müəyyən olunmuş Biləsuvar, Şabran və Xızı rayonlarındakı Mahmudçala, Ağzıbir və Yaşma ovçuluq təsərrüfatlarını, Abşeron yarımadasında, Salyan, Ağcabədi və Lənkəran rayonl... | publikaz_normalized |
Beş gündür küçədə gecələyən professor Fazil Qaraoğlu ilə bağlı məsələ Heydər Əliyev Fondu tərəfindən nəzarətə götürülüb. Xatırladaq ki, Ankaranın Gazi Universitetində çalışan F.Qaraoğlu Bakıya qayıtdıqdan sonra 17 il paytaxtda kirayədə yaşayıb. Professor yaşadığı mənzilin kirayə haqqını ödəyə bilmədiyindən bir neçə gün... | publikaz_normalized |
Taksi minik avtomobili vasitəsilə sərnişindaşımalarla məşğul olmaq istəyən hüquqi şəxslər və fərdi sahibkarlar artıq müvafiq icazələr əsasında fəaliyyət göstərməlidirlər. İstifadəçilər https://e-xidmet.ayna.gov.az/ linkinə daxil olaraq, avtomobil nəqliyyatı ilə sərnişin və yükdaşımaları sahəsində icazənin verilməsi üçü... | publikaz_normalized |
Türkiyənin xarici işlər naziri Hakan Fidan və rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı olub. Onlar, həmçinin Qara dənizdə naviqasiya təhlükəsizliyi haqda fikir mübadiləsi ediblər. | publikaz_normalized |
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) yalnız Ermənistanın sərhədləri daxilindəki ərazini bu ölkənin suveren ərazisi kimi tanıyır. “Məsuliyyət zonası” son dərəcə mürəkkəb termindir. Ermənistan rəsmiləri bu məsələni gündəmə gətirməklə diqqəti konkret cavabdan daha çox ölkə daxilindəki vəziyyətə cəlb etmək i... | publikaz_normalized |
Rusiyanın Moskva vilayətinin Xotkov şəhərində yerləşən “Elektroizolit” zavodunda yanğın başlayıb. Məlumata görə, zavodunun korpuslarından birində başlayan yanğın 150 kvadratmetr ərazidə lokallaşdırılıb. Dam örtüyü yanmağa davam edir. Binadan 4 nəfər təxliyə olunub. Qeyd edək ki, “Elektroizolit" çoxprofilli elektrotexni... | publikaz_normalized |
Son zamanlar Ermənistan-Azərbaycan şərti sərhədinin müxtəlif istiqamətlərində Ermənistan silahlı qüvvələrinin bölmələri və döyüş texnikasının cəmləşdirilməsi barədə 31 mart 2024-cü il tarixində Müdafiə Nazirliyi tərəfindən rəsmi məlumat yayılıb. Yeni inşa edilmiş dəmir-beton fortifikasiya qurğularında Ermənistan silahl... | publikaz_normalized |
Paytaxtın Sabunçu rayonu ərazisində naməlum şəxs müxtəlif vaxtlarda 15 vətəndaşın evini talayaraq pul, qızıl-zinət və digər qiymətli əşyaları ələ keçirib. Bildirilib ki, Sabunçu Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyatlarla hadisələri törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş Şam... | publikaz_normalized |
Azərbaycanın Yaponiyada fövqəladə və səlahiyyətli səfiri Gürsel İsmayılzadəyə ağır itki üz verib. Xatırladaq ki, Qüdrət Seyfulla oğlu İsmayılzadə 1934-cü il 24 oktyabrda Bakı şəhərində neftçi ailəsində anadan olub. O, arxeoloq, tarix elmləri doktoru, BDU-nun Tarix fakültəsinin Arxeologiya və Etnoqrafiya kafedrasının pr... | publikaz_normalized |
“Crocus City Hall”da baş verən terror aktı ilə bağlı onuncu şəxs saxlanılıb. Məlumata görə, Yakubcon Yusufzoda polisə tabe olmadığı üçün 12 sutka müddətinə inzibati həbs edilib. Xatırladaq ki, terror aktı nəticəsində azı 144 nəfər həlak olub, 551 nəfər yaralanıb, 95 nəfər itkin düşüb. | publikaz_normalized |
11 nəfər öldü - YENİLƏNDİ":"İsrailin Suriyayada İran konsulluğunu vurması nəticəsində ölənlərin sayı artıb. Ölənlərdən yeddisi SEPAH-ın iranlı hərbi məsləhətçiləri, üçü Suriya, digəri isə Livan vətəndaşıdır. ***" "İsrailin Suriyaya hava hücumu zamanı İranın İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) yüksək rütbəli ge... | publikaz_normalized |
2030-cu ilədək...":"Rusiya Prezidenti Vladimir Putin ölkəsini ümumdaxili məhsulun istehsal həcminə görə dünyanın ən nəhəng 4 dövləti sırasına çıxarmaq fikrindədir. Putinin tapşırıqlarına əsasən, hökumət göstərilən dövrə qədər əhalinin yoxsulluq səviyyəsi 7 faizlik göstəricidən aşağı həddə endirilməlidir. Həmçinin ümumd... | publikaz_normalized |
Rusiyalı məşhur komediya ustası Svetoslav Pelişenko vəfat edib. Xatırladaq ki, Pelişenko eyni zamanda fizika-riyaziyyat elmləri namizədi olub. | publikaz_normalized |
Muay-tay və kikboksinq üzrə 9 qat dünya çempionu Rob Kaman vəfat edib. Xatırladaq ki, Niderlandın paytaxtı Amsterdamda anadan olan idmançı kikboksinqdə 97 qələbə qazanıb. O, Jan-Klod Van Damm və Mikki Rurk kimi məşhurlarla filmlərə də çəkilib. | publikaz_normalized |
Dua, imsak və iftar vaxtı":"Sabah Ramazan ayının 23-cü günüdür. “Allahumməğsilni fihi minəz-zunub. Vəmtəhin qəlbi fihi bitəqval-qulub. Ya muqilə əsəratil-muznibin”. “İlahi, bu gün mənim günahlarımı yuyub, məni eyblərdən təmizlə! Bu gün qəlbimi təqva ilə xalis et! Ey günahkarların xətasına göz yuman Allah!”" "İftar duas... | publikaz_normalized |
Türkiyədə Çanaqqalanın Yenice rayonunun Kalkım qəsəbəsində dünən baş tutan bələdiyyə seçkisinin qeyri-rəsmi nəticələrinə görə müstəqil namizəd Zeynep Çelik qalib gələrək bələdiyyə sədri olub. Qeyd edək ki, o, Yenicenin tanınmış iş adamlarından olan Mehmet Çelikin qızıdır. | publikaz_normalized |
Tanınmış müğənni Fədayə Laçın rus dili bilgisi ilə gündəm olub. Nə qədər çalışsa da, doğru tələffüzü tapa bilməyən sənətçinin bu görüntüsü viral olub. | publikaz_normalized |
Amerika Birləşmiş Ştatlarının dünya üzərində 800-ə yaxın bazası var. Bu bazalara ildə təxminən 200 milyard dollar vəsait xərclənir. Təbii ki, ABŞ bu bazaları səbəbsiz yerə münasib olmayan yerlərdə açmır. Bu bazalar tamamilə ABŞ-nin maraqlarına xidmət edir. O qeyd edib ki, bu ölkə həmin bazalar vasitəsilə dünyanı ABŞ-də... | publikaz_normalized |
Avropanın ən dəyərli klublarının adları açıqlanıb. “Şəhərlilər”in dəyəri 1,2 milyard avrodur. Onları “Arsenal” və “Real” izləyir. İlk “10-luğ”a İtaliyanın heç bir klubu daxil edilməyib. Milan “İnter”i bu reytinqdə 622 milyon avro dəyərində 13-cüdür. Avropanın ən bahalı 10 klubu: “Mançester Siti” (İngiltərə) – 1,2 milya... | publikaz_normalized |
Son 3 ayda məktəbəqədər təhsil müəssisələrinə 282 yeni tərbiyəçi-müəllim işə qəbul olub. Bildirilib ki, tərbiyəçi-müəllimlərin işə qəbulu müsabiqə yolu ilə həyata keçirilir. Müsabiqə test imtahanı və müsahibə mərhələlərindən ibarətdir. | publikaz_normalized |
Rusiyanın paytaxtı Moskvada yerləşən "Kursk" vağzalında təşviş dolu anlar yaşanıb. Bundan sonra binadan insanlar təxliyə olunub. Moskva Dəmir Yollarının mətbuat xidmətindən verilən məlumata görə, qatarlar qrafikə uyğun yola düşür. Üçüncü tunel vasitəsilə insanların platformalara keçidi təşkil edilib. Əraziyə minaaxtara... | publikaz_normalized |
Bu gündən etibarən İngiltərədə yeddi adda kommunal xərclər artırılır. Yeni qiymətlərə əsasən, illik ev vergisi 106 funt-sterlinq artacaq, ev təsərrüfatlarının su və kanalizasiya haqqı 6 faiz artaraq 473 funt-sterlinqə çatacaq. TV lisenziyası və yol vergisinin qiymətlərində illik 10 funt-sterlinqlik artım olacaq. Telefo... | publikaz_normalized |
“Bayer”in baş məşqçisi Xabi Alonsonun cari mövsümün sonunda “Bavariya”, eləcə də “Liverpul” və “Çelsi”yə rəhbərlik etməkdən imtina etməsinin səbəbləri məlum olub. Alonso “Liverpul”da məhz Yurgen Kloppun varisi olmaq istəməyib. Nəhayət, “Bavariya” məsələsi: Bu klub Xabinin prioriteti idi, lakin “Real” ilə mümkün variant... | publikaz_normalized |
Qazaxıstanın irimiqyaslı daşqın bölgələrindən təxliyə edilmiş sakinlərinin sayı 14,2 mini ötüb. Bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Məlumata görə, müvəqqəti yerləşdirmə mərkəzlərində 5 848 nəfər var ki, onlardan 2 222-si uşaqdır. Qeyd edilib ki, hazırda xilasetmə işlərində 10 ... | publikaz_normalized |
İranda Novruz bayramı ilə bağlı səfərlərdə 93 mindən çox yol qəzası qeydə alınıb. O, 14 mart-1 aprel tarixlərində İranda yol qəzalarında 740-dan çox insanın öldüyünü, 19 mindən çox insanın yaralandığını bildirib. İranda Novruz bayramı şənliklərində yandırılan tonqallar səbəbilə də yüzlərlə insan həlak olmuşdu. | publikaz_normalized |
Rusiya “Taliban”ı terrorçu təşkilat siyahısından çıxara bilər. “Son qərarı ölkənin ali siyasi rəhbərliyi verəcək”, - məlumatda vurğulanıb. Bundan əvvəl “Taliban”ın nümayəndə heyəti may ayında Rusiyanın Kazan şəhərində keçiriləcək “Rusiya-İslam dünyası” forumuna dəvət olunmuşdu. | publikaz_normalized |
Sumqayıtın Hacı Zeynalabdin qəsəbəsində azyaşlını qəsdən öldürməkdə şübhəli bilinən atası - 1984-cü il təvəllüdlü Yeşil Ahmet Turan saxlanılıb. Bununla bağlı görüntüləri təqdim edirik: | publikaz_normalized |
Məni ən çox əsəbiləşdirən etmədiyim bir şeyi insanlara etmişəm kimi göstərənlərdir". verilişində müğənni Ayan Babakişiyeva deyib. Sənətçi yaxınlarından gördüyü xəyanətlərdən söz açıb: Məsələn, məni tanıya-tanıya bunu edirlər. Deyirəm, axı məni tanıyırsan, necə bunu yaraşdırırsan? Sənə yaxşılıqdan başqa nəsə etməmişəm. ... | publikaz_normalized |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.