text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
Yaponiyadakı Kobe zooparkında saxlanılan Tan-Tan adlı panda ölüb. Qeyd olunub ki, Tan-Tan 1995-ci ildə Çində doğulub və 2000-ci ilin yayından Kobe zooparkında saxlanılıb. 2024-cü ilin martında keçirilən müntəzəm yoxlama zamanı onda ürək xəstəliyi aşkarlanıb. Zooloqların fikrincə, bir panda üçün 28 il insan ömrünün 100 ...
publikaz_normalized
Son bir həftədə Günəş fəallığı nisbətən zəifləyib. Qeyd olunub ki, hesabat dövrü ərzində Yerə istiqamətlənmiş bir neçə tac kütlə atılması qeydə alınıb. “Günəşin səthində ləkələrin sayı azalaraq dörd ləkə qrupunda 50 ləkə, həmçinin böyük ekvatorial tac dəliyi qeyd olunur. Enerjisi iki MeV-dən çox olan elektron seli norm...
publikaz_normalized
İsrailin Baş naziri Benyamin Netanyahunun əməliyyat keçirdikdən sonrakı vəziyyəti açıqlanıb. O, özünü çox yaxşı hiss edir və xəstəxanada gündəlik işlərini davam etdirir, məsləhətləşmələr və danışıqlar aparır", - məlumatda qeyd olunub. Xatırladaq ki, Netanyahu bu gün yırtıq əməliyyatı keçirib. Əməliyyat barədə detallar ...
publikaz_normalized
“Brentford”un hücumçusu Nil Mope Premyer Liqanın 30-cu turunda “Mançester Yunayted”lə heç-heçədən (1:1) sonra “qırmızılar”ın yarımmüdafiəçisi Skott Maktominayı ələ salıb. “Bu fanat mənim formamı çox istəyirdi”, – Mope şəklin altına gülüş emojisi əlavə edərək yazıb.
publikaz_normalized
Bakıda 217 saylı marşrut xətti ilə hərəkət edən sərnişin avtobusunda insident yaşanıb. Yaşlı sürücüyə xəsarət yetirən sərnişin polis tərəfindən saxlanılıb. Məlumata görə, insidentə səbəb sərnişinin sürücünü tələsdirməsi, ondan tez sürməsini tələb etməsi olub.
publikaz_normalized
bir ailənin 3 üzvü yanaraq öldü":"Astarada dəhşətli yol qəzasında bir ailənin üç üzvü yanaraq ölüb. Belə ki, rayonun Şiyəkəran kənd sakini Mirzəmməd Elman oğlu Əliyevin idarə etdiyi "BMW" markalı minik avtomobili Rusiya Federasiyası vətəndaşı olan Maqammedemin Abdullaşevə məxsus iritonnajlı yük maşınına çırpılaraq alış...
publikaz_normalized
İsrail beynəlxalq konvensiyaları pozdu":"İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian suriyalı həmkarı Veysəl Meqdadla telefon danışıb. “Netanyahu İsrail rejiminin Qəzzada silsilə uğursuzluqları və sionistlərin iddialı məqsədlərinə çata bilməməsi səbəbindən ağlını itirib”, – iranlı nazir deyib. Əmir Abdullahian İ...
publikaz_normalized
Ramazan ayı münasibətilə ölkəmizdə akkreditə olunmuş müsəlman ölkələrinin səfirlərinin iştirakı ilə iftar tədbiri təşkil olunub. Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov tədbirdə çıxış edib. Qarşıdan gələn müqəddəs Ramazan bayramı münasibətilə səmimi təbriklərini çatdıran nazir Ceyhun Bayramov bu ...
publikaz_normalized
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəsmi “YouTube” kanalı bu gün naməlum hakerlərin hücumuna məruz qalıb və ələ keçirilib. İzləyicilərdən diqqətli olmaları və adıçəkilən kanalı bəyənməmələri xahiş olunur. Qeyd edək ki, ən qısa zamanda qurumun rəsmi “YouTube” kanalının bərpası, yaxud yeni kanalın yaradılma...
publikaz_normalized
ABŞ-nin Dövlət Departamenti İranın Suriyadakı səfirliyinə hücumunun arxasında İsrailin durduğunu təsdiqləməyib. Biz regiondakı tərəfdaşlarla danışıqlar aparırıq, əlavə məlumat toplayırıq, lakin hazırda nə hədəf, nə də cavabdeh tərəf barədə heç bir təsdiqimiz yoxdur. Dəqiq nə baş verdiyi barədə məlumat toplayana qədər b...
publikaz_normalized
İsveçrənin Vale kantonundakı Zermat dağ turizmi mərkəzində 3 nəfər qar uçqunu altında qalıb. Bununla belə, zərərçəkənlərin sayının daha çox olacağı istisna olunmur. Xilasetmə işlərinə çox sayda canlı qüvvə, texnika və helikopter cəlb edilib. Ərazidə axtarış-xilasetmə işləri davam etdirilir.
publikaz_normalized
Zidan onu bu sözə görə vurubmuş":"İtaliya millisinin sabiq müdafiəçisi Marko Materatsi 2006-cı ildə İtaliya və Fransa milliləri arasında keçirilən dünya çempionatının finalında baş verən insidentdən danışıb. Epizodların birində Materatsi rəqibin lideri Zinəddin Zidanı təxribata çəkib və o, italiyalının sinəsinə başı il...
publikaz_normalized
Professor Fazil Qaraoğlu kirayə qaldığı evdən çıxarılmış, bütün kitabxanası, arxivi açıq havaya, çölə atılmışdı. Alimin belə acınacaqlı halı sadə insanları çox sarsıtdı, yardım etməyə başladılar. 1, 2, 5, 10, 15, 20, 30, 50, 100, 200, 500 manat, yarım saat ərzində 3 mindən çox vəsait toplanmışdı. Bağını, evində boş mən...
publikaz_normalized
Türkiyəli aktrisa Ceyda Düvenci ilə aktyor Bülent Şakrakın boşanma səbəbi bəlli olub. Məlumata görə, Esra ilə Bülent obyektivlərə tuş gəlməməyi bacarsalar da, hələ də münasibətlərini davam etdirirlər. Xatırladaq ki, cütlük ötən ilin iyulunda boşanıb. Bu Bülent Şakrakın ikinci, Ceyda Düvencinin isə üçüncü evliliyi idi.
publikaz_normalized
Yaponiyada 6,1 maqnitudalı zəlzələ olub. Yeraltı təkanların ocağı ölkənin Hatinohe şəhərindən 44 km cənub-şərqdə olub.
publikaz_normalized
Azərbaycan-Ermənistan sərhədində eskalasiya heç kimin marağında deyil. Biz sərhəddə hərbi eskalasiyaya qarşı xəbərdarlıq edirik. Hamının hüquqlarına hörmət edilən regionda ədalətli və ləyaqətli sülh üçün şəraitin yaradılmasını təşviq etməyə davam edirik. Davamlı sülhü təmin etməyin yeganə yolu danışıqlar masasıdır. Esk...
publikaz_normalized
“Çelsi” ən azı iki aparıcı oyunçusunu satmağı planlaşdırır. “Zadəganlar” onlar üçün ümumilikdə təxminən 100 milyon funt-sterlinq almağa ümid edirlər. “Çelsi” İngiltərə Premyer Liqasının maliyyə qaydalarını pozmamaq üçün aparıcı üzvlərindən ayrılmaq məcburiyyətindədir. “Transfermarkt” Ceymsi 50 milyon avro, Qallageri is...
publikaz_normalized
Bu gün Azərbaycan və Ermənistan arasında baş vermiş Aprel döyüşlərinin növbəti ildönümüdür. 2016-cı ilin mart ayının ortalarından ermənilər atəşkəsi intensiv pozmağa başlayıblar. Aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq isə bütün cəbhə boyu Azərbaycan Ordusunun mövqeləri və yaşayış məntəqələri düşmən tərəfindən inte...
publikaz_normalized
romantik tanışlıqlar istisna deyil":"Qoç - maraqlı və əlverişli gündür. Böyük uğurlara nail ola bilərsiniz. Başladığınız işlər maraqlı təsir bağışlayır. Onları yarımçıq qoymayın, bitirin. Peşəkar fəaliyyət müstəvisində çox maraqlı təkliflər ala bilərsiniz. İşgüzar həyatınızı dəyişə biləcək qərarların qəbulu istisna dey...
publikaz_normalized
terror aktı hazırlayırdılar - VİDEO":"Türkiyə hüquq-mühafizə orqanları İraq Şam İslam Dövləti (İŞİD) adından terror aktı hazırlamaqda şübhəli bilinən iki nəfəri saxlayıblar. Dindirildikdən sonra Tacikistan vətəndaşı 37 yaşlı Fazilcon A. və Qırğızıstan vətəndaşı 41 yaşlı Zülfiyyə S. məhkəmə qarşısına çıxarılıblar. Sonun...
publikaz_normalized
“35 min manat udmuşuq, amma...” - VİDEO":"“Afaqla birlikdə 35 min manat udmuşuq. Amma o pullar bizə hələ gəlib çatmayıb”. O qeyd edib ki, veriliş hələ efirə getmədiyi üçün qazandıqları məbləğ hələ onlara verilməyib. T.Əsədov televiziya kanallarında yayımlanan sosial verilişlərdən də danışıb: “Filankəs kimisə evdən qovd...
publikaz_normalized
Xəbər verdiyimiz kimi, İsrailin zərbəsi nəticəsində SEPAH-ın iki generalı və 5 yüksək rütbəli zabiti ölüb.
publikaz_normalized
“İlhamə Quliyevanın mənə söz deməyə ixtiyarı çatmazdı” - VİDEO":"Müğənni Ayan Babakişiyeva “Xəbərin var?” verilişində maraqlı açıqlama verib. “İlhamə Quliyevanın vaxtında şou-biznesdə qalmaqallar daha çox idi. İlhamə xanım öz çevrəsini, yəni müğənnilərdən ibarət komandasını toplayıb deyirdi ki, sən filankəs müğənniyə e...
publikaz_normalized
serialı ilə məşhurlaşan türkiyəli aktyor Erdal Beşikçioğlu bələdiyyə sədri seçilib. Seçkinin populyar namizədlərindən olan Erdal Beşikçioğlu 56,58 faiz səs toplayıb. Onun rəqibi, MHP-nin namizədi Enver Demirel isə 32,62 faiz səs toplaya bilib. Erdal Beşikçioğlu "X" hesabında etdiyi paylaşımda "Sağ ol Ankara" yazıb.
publikaz_normalized
Qazaxıstan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aybek Smadiyarov hazırda Rusiyada olan ölkə vətəndaşlarına xəbərdarlıq edib. Belə ki, Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən həmin sənədlərin təqdim edilməsi tələb oluna bilər. O vurğulayıb ki, ərazisində terror aktı baş verən istənilən dövlət av...
publikaz_normalized
BMT Təhlükəsizlik Şurası (TŞ) İsrailin İran konsulluğuna endirdiyi zərbə ilə əlaqədar iclas keçirəcək. Onun sözlərinə görə, iclas Rusiyanın tələbi ilə keçiriləcək. “İranlıların məktubunun davamı olaraq biz BMT Təhlükəsizlik Şurasının açıq iclasının keçirilməsini tələb etdik. Malta sədrliyi onu aprelin 2-də Nyu-York vax...
publikaz_normalized
sanksiyalar müzakirə edildi":"ABŞ-nin İran üzrə xüsusi elçisi Abram Peyli Azərbaycanda səfərdə olub. “Bakıda Prezidentin köməkçisi Hikmət Hacıyev, xarici işlər nazirinin müavini Samir Şərifov, Azərbaycanın İrandakı səfiri Əli Əlizadə və bank sektorunun nümayəndələri ilə İran, sanksiyaların tətbiqi və regionla bağlı səm...
publikaz_normalized
Şimali Koreya Yapon dənizi istiqamətində ballistik raket buraxıb. Bu, Şimali Koreyanın cari ildə 3-cü ballistik raket sınağıdır. Yaponiya hökuməti Şimali Koreyanın buraxdığı raketin Yaponiyanın dənizdəki məxsusi iqtisadi zonasından kənara düşdüyünü açıqlayıb.
publikaz_normalized
“Meta” yalan xəbərləri aşkar edən “CrowdTangle” proqramının fəaliyyətini dayandıracaq. Bildirilib ki, şirkət bunu avqustun 14-dən tətbiq edəcək. Əvəzləyici yeni proqramın olacağı deyilsə də, onun işə salınacağı vaxt barədə məlumat verilməyib. Qeyd edək ki, “CrowdTangle” proqramı feysbuk və instaqramda yalan xəbərləri, ...
publikaz_normalized
Məşhur türkiyəli müğənni Hadisə reklam qazancı ilə gündəm olub. Müğənninin bu brendlərin reklamından ümumilikdə 300 milyon Türkiyə lirəsi (təxminən 15 milyon manatdan çox) gəlir əldə edəcəyi bildirilir. Hadisənin əldə edəcəyi yüksək gəlir sosial şəbəkələrdə geniş müzakirə olunub.
publikaz_normalized
İsveçdə Qurani-Kərimi yandıran Salvan Momika Norveçdə ölü tapılıb. Qeyd edək ki, İsveçdə Qurani-Kərimi yandırmaqla böyük narazılığa səbəb olan və ölkəni tərk etməsinə qərar verilən İraq əsilli Salvan Momika Norveçə köçmüşdü.
publikaz_normalized
Bakının bir sıra yollarında tıxac yaranıb. Hazırda yollardakı vəziyyət: Heydər Əliyev prospekti, kənar yol, mərkəz istiqamətində;" "2. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;" "3. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;" "5....
publikaz_normalized
Qubadlı rayonunda sursat aşkar edilib. 7 əl qumbarası, 4 mərmi, 5000-ə yaxın patron və digər sursatlar aidiyyəti üzrə təhvil verilib.
publikaz_normalized
İsraili “hədələdi”":"İran İsrailin ölkənin Dəməşqdəki konsulluğuna zərbə endirməsindən sonra sərt cavab vermək hüququnu özündə saxlayır. Bəyanatda qeyd edilir ki, hücumun nəticələrinə görə bütün məsuliyyət İsrailin üzərinə düşür. Daimi Nümayəndəlik BMT Təhlükəsizlik Şurasını İsrail tərəfinin hərəkətlərini “ciddi” pislə...
publikaz_normalized
Qarabağla bağlı "B" planı işə salındı":"Ermənistan hakimiyyəti İrəvanda qondarma “mühacir hökumət” kimi fəaliyyət göstərmək istəyən Qarabağ separatçılarına qarşı "B" planını işə salıb. Nəşr qeyd edir ki, bu plan Qarabağdan qayıdan erməni əhalisinin Ermənistan dövlət qurumları ilə birbaşa əlaqəsinin yaradılmasıdır. “Ötə...
publikaz_normalized
Zelenskinin əfsanəvi kəşfiyyatçısı öldürüldü - FOTO":"Zelenskinin ən yaxşı səhra kəşfiyyatçısı kimi tanınan ukraynalı zabit Vladimir Qizimçuk həlak olub. “Zelenskinin görkəmli səhra kəşfiyyatçısı, leytenant Vladimir Qizimçukun öldürülüdüyünü elan edirik. O, öz dəstəsi ilə birlikdə Ternı yaxınlığında pusquya salınaraq m...
publikaz_normalized
Avtomatik stansiyalardan əldə edilən məlumatlara əsasən, bu gün gecə saatlarından başlayaraq Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur. Onun sözlərinə görə, hazırda havada tozun miqdarı normadan 1.5 dəfə artıqdır. “Peyk görüntülərinə əsasən tozlu hava şəraitinə səbəb cənub-şərq istiqamətli külə...
publikaz_normalized
Bakı şəhərinin Binəqədi rayonunda sex yanıb. Bildirilib ki, ümumi sahəsi 2900 m² (hər mərtəbəsi 1450 m²) olan ikimərtəbəli obyektin 1-ci mərtəbəsində ümumi sahəsi 450 m² olan taxta sexinin içərisində yığılan taxta materialı 7 m² sahədə yanıb. Obyekt yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfin...
publikaz_normalized
Ermənistan-Aİ-ABŞ formatında keçiriləcək yüksək səviyyəli görüşün diqqət mərkəzində sülh prosesi olmayacaq. “Görüşümüzdə Ermənistanın iqtisadiyyatının şaxələndirilməsi, humanitar yardım, qaçqınlara dəstək və Ermənistanın siyasi islahatlarına dəstək müzakirə olunacaq”, - o qeyd edib. Xatırladaq ki, aprelin 5-də Ermənist...
publikaz_normalized
Azərbaycan Ordusunun Naxçıvan istiqamətində mövqeləri atəşə tutulub. Bildirilib ki, aprelin 1-i saat 22:00-dan 22:20-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Dəvəli rayonunun Arazdəyən, Qarakilsə rayonunun Saybalı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Resp...
publikaz_normalized
Döşəmə qəfil çökdü və... - VİDEO":"Çində ticarət mərkəzində qorxulu hadisə baş verib. Mağazada olan bir müştəri və məhsullar çuxura düşüb. Hadisə zamanı mağazada olan digər müştərilər çətinliklə xilas olub. Verilən məlumata görə, alt qatda olan işçilər də dağıntılar altında qalaraq xəsarət alıblar. Hadisə ilə bağlı ətr...
publikaz_normalized
İtaliya çempionatının 30-cu turunun “İnter” – “Empoli” oyunu keçirilib. Görüş milanlıların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Neradzuri" ilk dəfə 2006/07 mövsümündə Roberto Mançininin rəhbərlik etdiyi vaxtda bu nəticəyə imza atıb. İnter" 79 xalla A Seriyasının turnir cədvəlinə başçılıq edir. Komanda növbəti mövsüm üç...
publikaz_normalized
9 uşaq öldü":"Əfqanıstanın Qəzni vilayətində Sovet İttifaqının işğalı dövründən qalan mina partlaması nəticəsində 9 uşaq həyatını itirib. Nisar bildirib ki, Sovet İttifaqının Əfqanıstanı işğalı zamanı partlamamış mina dünən Giro rayonunun Zedran kəndində partlayıb. Partlayış uşaqların oyun oynadıqları zaman baş verib. ...
publikaz_normalized
“Havay NATO müqaviləsi ilə əhatə olunmur. Bəzi ekspertlər bunun dəyişdirilməsinin lazım olduğunu deyirlər. gəlin qalan 49 ştatı çıxaraq”, - o yazıb. Havay adaları alyansın kollektiv müdafiə müqaviləsində iştirak edə bilməz, çünki ölkə NATO üzvü olduqdan 10 il sonra ərazi ABŞ dövlətinə birləşdirlib. Bundan əvvəl ABŞ-ın ...
publikaz_normalized
“Qarabağ”ının müdafiəçisi və kapitanı Maksim Medvedev Ağdam klubunun bu mövsüm Azərbaycan çempionatında erkən qələbə qazanmasını şərh edib. “Qələbə klubda olan hər kəsin əməyi sayəsində baş verdi. Komandanın və məşqçinin işinə heç vaxt qarışmayan rəhbərlikdən başlayaraq. Məşqçi özü öz üzərində çox çalışır. Qvardiola, K...
publikaz_normalized
ABŞ-ın ən böyük müsəlman vətəndaş hüquqları müdafiə təşkilatı olan Amerika-İslam Münasibətləri Şurası (CAIR) müsəlman amerikalıları sabah Nyu-York, Konnektikut, Rod ştatlarında prezidentliyə namizədlik üçün keçiriləcək ilkin seçkilərdə səs verməyə çağırıb. “Bir namizədi dəstəkləməyinizdən və ya kənar səsvermədə iştirak...
publikaz_normalized
Milli Futbol Liqasının (NFL) keçmiş oyunçusu Vontey Devis 35 yaşında vəfat edib. İndianapolis Kolts"un sabiq üzvünün cəsədi bazar ertəsi Floridadakı evində tapılıb. Polisin hesabatında idmançının cəsədində zorakılıq nəticəsində ölüm əlamətlərinin olmadığı qeyd edilib. Bununla belə, hüquq-mühafizə orqanları hadisənin ba...
publikaz_normalized
Türkiyədə iştirak nisbətinin 78% olduğu yerli seçkilərdə müxalifət partiyası CHP 47 ildən sonra ilk dəfə 30 faizi keçib. Türkiyənin seçki xəritəsi 22 ildən sonra xeyli rəng dəyişib. Əvvəlki seçkilərlə müqayisədə səs itirən hakim Ədalət və İnkişaf Partiyası (AK Partiya) 35,49 faizdə qalıb. MHP, İYİ Partiya, Zəfər Partiy...
publikaz_normalized
Vaşinqtonda 64 yaşlı Reqqi Braunu döyməkdə və onun ölümünə səbəb olmaqda ittiham olunan 12 və 13 yaşlı uşaqlar həbs edilib. Oktyabrın 17-də Reggie Brovnu küçədə təqib etdikdən sonra onu döyən qızlar birinci və ikinci dərəcəli qətl maddəsi ilə ittiham olunublar. Hökm iclasında nümayiş olunan videoda uşaqların 64 yaşlı B...
publikaz_normalized
Bu sənəd tələb olunacaq":"Türkiyədə yaşamaq icazəsini yeniləmək istəyənlər sənədləri təqdim edərkən UETS (milli elektron bildiriş sistemi) ünvanını göstərməlidirlər. Yenilik aprelin 15-də qüvvəyə minəcək. Xarici vətəndaşlara poçt şöbələrində UETS ünvanı verilir. Sənədi almaq üçün pasportunuz və etibarlı yaşayış icazəni...
publikaz_normalized
Transfermarkt" portalı transfer dəyərini ən çox artıran futbolçuların reytinqini dərc edib. Gənc futbolçunun bazar dəyəri 29 milyon avro artıb. Hazırda onun qiyməti 35 milyon avro təşkil edir. İkinci yerdə 23,5 milyon avro dəyər qazanan "Barselona"nın 17 yaşlı müdafiəçisi Pau Kubarsi qərarlaşıb. Ən çox dəyər qazanan 10...
publikaz_normalized
Çəndən sızaraq salona yayıldı":ABŞ-ın “United Airlines” aviaşirkətinin Frankfurtdan San-Fransiskoya uçan “Boeing” təyyarəsində tualet böhranı yaranıb. Nəcis tualetin çənindən sızaraq kabinəyə yayılıb. Problemi həll etmək mümkün olmadığından təyyarə Almaniyaya qayıdıb. Aviaşirkətin təyin etdiyi oteldə gecələyən sərnişin...
publikaz_normalized
Bu günün valyuta məzənnələri açıqlanıb. Türkiyə lirəsi isə 0.0527 manata kimi bahalaşıb, Avro 1.8247 manata kimi ucuzlaşıb.
publikaz_normalized
Bu tarixdə Fələstin dövlətini tanıyacağıq":"İspaniyanın baş naziri Pedro Sançes yaya qədər Fələstin dövlətini tanıyacaqlarını açıqlayıb. İspaniya mətbuatında çıxan xəbərlərə görə, o, aprel-iyun ayları arasında Birləşmiş Millətlər Təşkilatı arasında münaqişələrlə bağlı beynəlxalq aləmdə mühüm irəliləyişlərin olacağına i...
publikaz_normalized
Polis əməkdaşları Xankəndi şəhərində avtomat, pulemyot və qumbaralar tapıblar. Bildirilib ki, keçirilən tədbirlərlə aprelin 1-də Xankəndi şəhəri ərazisindən 1 avtomat silahı, 1 pulemyot, 5 qumbara, 2 alışdırıcı, 10 patron darağı, 3589 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.
publikaz_normalized
Bu gün "Fənərbağça"nın konqresi keçiriləcək. Ehtimal olunur ki, klubun üzvləri komandanın Türkiyə Superliqasından çıxması ilə bağlı prezident Ali Koçun təklifinə səs verəcəklər. Bu barədə ingilis jurnalist Ben Jacobs "X" sosial şəbəkədə məlumat yayıb. Fənərbağça"nın daxili çempionatı tərk etmək istəməsinə səbəb 30-cu t...
publikaz_normalized
Tatarıstanda pilotsuz təyyarələr zavodun ərazisinə hücum etməyə cəhd edib. Həlak olanlar barədə hələ ki, məlumat yoxdur. Rusiya mətbuatı hücum nəticəsində ciddi dağıntının olmadığını yazır. Lakin Yelabuqadakı hücum zamanı binaların dağıdılması nəticəsində bir neçə nəfər xəsarət alıb. “Bu səhər Tatarıstanın Yelabuqa və ...
publikaz_normalized
Daxili işlər naziri istefa verdi":"Peruda prezident Dina Boluarteyə qarşı lüks saat təhqiqatı davam edərkən, Perunun daxili işlər naziri Viktor Torres istefa verib. İki həftə əvvəl Boluartenin fərqli dəbdəbəli saatlar taxması ilə bağlı Peru mediasında yayılan xəbərlərdən sonra ona qarşı ilkin istintaq başladılıb. Onun ...
publikaz_normalized
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən səkkizmərtəbəli yaşayış binasının liftində vətəndaşın köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, texniki nasazlıq səbəbindən səkkizmərtəbəli çoxmənzi...
publikaz_normalized
Qarabağ" "Neftçi"yə qarşı":"Bu gün Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk oyunlarına start veriləcək. Premyer Liqada çempionluğu rəsmiləşdirən "Qarabağ" "Neftçi"nin qonağı olacaq. Görüş saat 20:00-da başlayacaq. Yarımfinalın digər qarşılaşması sabah keçiriləcək. Qeyd edək ki, yarımfinalın cavab matçları aprel...
publikaz_normalized
ABŞ-da fəaliyyət göstərən onlayn məlumat toplama şirkəti “Google”un anonim rejimdə axtarışlar apardığını bildirib. Belə ki şirkət qeydlərin saxlanması səbəbilə 5 milyard dollardan çox təzminat ödəməli və şəxsi axtarış məlumatlarını silməli olduğunu bildirib. Müqaviləyə əsasən, icazəsiz məlumatların qeydlərinin aparılma...
publikaz_normalized
Naxçıvan Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun adı ətrafında yenidən ajiotaj yaranıb. Muxtar respublikanın sabiq rəhbərinin Novruz bayramını ailə üzvləri ilə birlikdə İstanbulda keçirməsindən sonra onun personasına maraq bir qədər artıb. Qohumlarının və sayı günbəgün azalan tərəfdarlarının Talıbovun bu “qələbəsin...
publikaz_normalized
Baş Prokurorluğun təşkilatçılığı ilə “Rəqəmsal cinayət prosesi: müasir çağırışlar və hədəflər” mövzusunda konfrans keçirilir. Konfransda Prezident Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov, baş prokuror Kamran Əliyev, Prezident Administrasiyasının qanunvericilik və hüquq siyasə...
publikaz_normalized
RT telekanalının baş redaktoru Marqarita Simonyan Rusiya təhlükəsizlik qüvvələrinin Moskva yaxınlığında “Crocus City Hall”da terror aktı törətməkdə şübhəli bilinən şəxsləri saxlayarkən göstərdiyi hərəkətlərə münasibətini bildirib. Marqarita Simonyan müsahibəsində terrorçunun qulağını kəsən oğlana heç nə olmayacağına üm...
publikaz_normalized
Ölkəmizin ilk milli uşaq markası olan "Shokki Mokki"nin UAFA ilə birlikdə həyata keçirdiyi "Məktəbim" layihəsinin hesabat tədbiri olub. Layihənin xoşməramlı səfiri və gecənin aparıcısı Firuzə Cəlilova "Əl -ələ təhsilin işıqlandırdığı xoşbəxt gələcəyə" şüarı altında həyata keçirilən "Məktəbim" layihəsinin ölkəmizdə son ...
publikaz_normalized
Görün yerinə kimin heykəli qoyuldu":"Astanada respublikanın ilk prezidenti Nursultan Nazarbayevin mum fiquru Qazaxıstan Silahlı Qüvvələrinin Dövlət Hərbi Tarixi Muzeyindən götürülüb. Bu qərarın səbəbləri rəsmi olaraq açıqlanmayıb. Jurnalistlər mum fiqurun altı il əvvəl quraşdırıldığını izah ediblər. Mum fiqurda eks-pre...
publikaz_normalized
Qarabağ”ın yarımmüdafiəçisi Yassin Benzia Fransaya qayıda bilər. Bu barədə Fransa mətbuatı məlumat yayıb. “Qarabağ”ın heyətində, xüsusən də, Avropa Liqasında parlaq oyun nümayiş etdirən Benzia Əlcəzair millisinə dönüşünü də qollarla qeyd edib. Bu isə Fransa komandalarının diqqətindən yayınmayıb. Yerli KİV-in iddiasına ...
publikaz_normalized
Ermənistanın Miqrasiya Xidməti bildirib ki, respublikanın diplomatik xidməti və səfirlikləri 2024-cü il yanvarın 1-dən vətəndaşların pasportlarında ölkəyə buraxılış möhürünün ləğvi ilə bağlı xarici dövlətlərin XİN-lərinə əvvəlcədən məlumat göndəriblər. Agentlik Ermənistandan olan əmək miqrantlarının Rusiyada qeydiyyatl...
publikaz_normalized
Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərinin və konsulluqlarının mühafizəsini həyata keçirən hərbi qulluqçuların xarici ölkədə aldığı əməkhaqqı sosial sığorta haqqından və gəlir vergisindən azad edilir. Beləliklə, diplomatik xidmət orqanları ə...
publikaz_normalized
Əlahiddə Ümumqoşun Ordunun (ƏÜO) 2024-cü ilin döyüş hazırlığı planına əsasən, xüsusi təyinatlılar şiddətli soyuq şəraitində şərti düşmənin mövqelərinə hücum ediblər. Bildirilib ki, şəxsi heyətin şiddətli soyuqlarda döyüş tapşırıqlarını yerinəyetirmə bacarıqlarının və həyatdaqalma vərdişlərinin təkmilləşdirilməsi məqsəd...
publikaz_normalized
Milyonlar xərclənib":"AFFA 2023-cü il üçün maliyyə hesabatını açıqlayıb. Bunlardan 13 milyon manatı SOCAR-dan (maliyyə dəstəyi), 6 milyon 475 min 873 manatı eyni təşkilatdan (Qrant müqavilə), 4 milyon 854 min 178 manatı UEFA-dan, 4 milyon 667 min 364 manatı milli komandanın yayım hüquqi gəlirindən, 3 milyon 277 min 600...
publikaz_normalized
Arxeoloqlar Fransanın qərbindəki Vannes bölgəsində “Lagorce” otelin həyətində 14-cü əsrə aid qalanın qalıqlarını tapıblar. "Milli Profilaktik Arxeoloji Tədqiqatlar İnstitutu bildirib ki, arxeoloqlar qala xarabalıqlarının nə qədər yaxşı qorunduğunu görəndə təəccübləniblər. Bölgədəki rütubətin hətta çəllək kimi taxta əşy...
publikaz_normalized
Azərbaycan Respublikasında futbolun inkişafına ayrılmış vəsaitin məbləği məlum olub. I Liqa klublarına (10 klub) toplamda 3 milyon, milli komandaların saxlanılması üçün 3 milyon manat ödənilib. Region Liqası və Region Liqa oyunlarının keçirilməsi və VAR layihəsinin xərcləri 1 milyon manatdır. Cari mövsümdə II Liqadakı ...
publikaz_normalized
“Sosial sığorta haqqında” qanuna və Vergi Məcəlləsinə dəyişiklik edilməsi nəzərdə tutulur. Şöbə müdiri nəzərdə tutulan dəyişiklikləri aşağıda qeyd olunan məsələlərlə əlaqələndirib: “Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda nümayəndələrinin təyin edilməsi və...
publikaz_normalized
Kliniki Tibbi Mərkəzə it dişləməsi səbəbindən ağır vəziyyətdə hospitalizasiya olunan 9 yaşlı uşaq (kişi cinsli) bir aya yaxın müalicədən sonra bu gün evə buraxılıb. Qeyd olunub ki, bədənində çoxsaylı yaralarla xəstəxanaya çatdırılan və dərhal əməliyyata götürülən azyaşlı ağır vəziyyətdə olduğundan bir müddət reanimasiy...
publikaz_normalized
Lənkəranda bibisinin evindən külli miqdarda pul oğurlayan şəxs tutulub. Lənkəran ŞRPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin əməli törətməkdə şübhəli bilinən qadının qardaşı oğlu Yusif Quliyev müəyyən edilərək saxlanılıb. Oğurlanan pullar Y.Quliyevdən aşkarlanaraq maddi sübut kim...
publikaz_normalized
Neft kəskin bahalaşdı":"Çərşənbə axşamı neft qiymətləri ABŞ və Çində sənaye fəallığının artması siqnalları ilə bir gün əvvəl yüksəldikdən sonra yenə də bahalaşmağa davam edib. Bazar ertəsi bu müqavilələr bir barel üçün 0,42 dollar (0,5%) artaraq 87,42 dollar olub. Nyu-York əmtəə birjasında (NYMEX) elektron hərraclarda ...
publikaz_normalized
UEFA-nın 2023-cü ildə Azərbaycan klublarına ödədiyi vəsait müəyyənləşib. Bundan 15 milyon 197 min 96 manatı "Qarabağ"a, 2 milyon 196 min 52 manatı "Neftçi"yə, 1 milyon 951 min 89 manatı "Sabah"a, 1 milyon 587 min 66 manatı "Qəbələ"yə, 696 min 264 manatı "Zirə"yə, 569 min 991 manatı "Sumqayıt"a, 515 min 674 manatı "Şama...
publikaz_normalized
“2022-2026-cı illər üçün Dövlət Proqramı”nın məzunlarının Qarabağ Universitetinə cəlb olunması gələcək üçün önəmlidir. Onun sözlərinə görə, keçən il tələbələrin 50-si dünyanın ən yaxşı universitetlərinə qəbul olub: “300 nəfər isə digər nüfuzlu universitetlərə qəbul alıb. Magistratura Dövlət Proqramı üçün əsas istiqamət...
publikaz_normalized
Sevilən çay markası “Final” daim fərqli yanaşması ilə rəqiblərindən seçilir. Şəhərdə üzərində “Çaybulans” yazılan maşın insanlara nəfis dada malik Şri-lanka çayına qonaq edib. Paytaxtın müxtəlif ərazilərində gəzən “Çaybulans”ı insanlar maraqla qarşılayıblar. Hazırda Bakıda fəaliyyət göstərən “Çaybulans” növbəti mərhələ...
publikaz_normalized
Sosial şəbəkələrdə canlı yayımla uşağa tütün məmulatları çəkdirməsini əks etdirən görüntülər polis tərəfindən araşdırılıb. Tədbirlərlə 1 yaşlı övladını hüquqazidd hərəkətə məruz qoyan 1993-cü il təvəllüdlü Nəbili Məhəmməd müəyyən olunaraq saxlanılıb. O, bu hərəkətinin məqsədini sosial şəbəkələrdə auditoriya toplamaq ol...
publikaz_normalized
AFFA-nın yeni prezidenti müəyyənləşib. Yeganə namizəd olan SOCAR prezidenti Rövşən Nəcəf federasiya üzvləri tərəfindən yekdilliklə federasiyanın yeni prezidenti seçilib.
publikaz_normalized
Aparıcı Zümrüd Bədəlova Əməkdar artist Firuzə İbadovanın səhhətinin pisləşməsindən danışıb. O, özünü günahkar hesab etdiyini dilə gətirib: Ötən həftə "Söz-baz"da "Özəl adam" bölümündə Firuzə İbadova qonağım oldu. Biz orada elə həssas mövzulardan danışdıq ki. Amma bir də baxdım ki, bu məsələ elə gündəm olub. Firuzə xanı...
publikaz_normalized
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan martın 31-də respublikada keçirilən bələdiyyə seçkilərində rəhbərlik etdiyi hakim Ədalət və İnkişaf Partiyasının (AKP) məğlubiyyətindən sonra hökumətdə bir neçə naziri dəyişə bilər. Lakin kimin postunu tərk edə biləcəyini açıqlamayıb. Ərdoğanın partiyası 2002-ci ildən bəri ilk də...
publikaz_normalized
Kral öldü, yaşasın yeni kral!":"Bu gün AFFA-nın növbəti Hesabat-Seçki Konfransı keçirilir. O, Azərbaycan futbol ailəsinə minnətdarlığını bildirib: AFFA kollektivinə, futbol ailəsinə minnətdarlığımı bildirirəm. Hamısı ürəkdən çalışdı, haqqınızı halal edin. Hər şeyə görə, təşəkkür edirəm. Şükür Allaha, bundan sonra futbo...
publikaz_normalized
Müğənni Xatirə İslam həyat yoldaşı və oğlu ilə tətilə yollanıb. Əbu-Dabi şəhərinə gedən Xatirə sosial media hesabındakı paylaşımları ilə də diqqətləri üzərinə cəmləməyi bacarıb. O, ailəsi ilə birlikdə gəzintilərindən foto və videolarını "Instagram" hesabında yayımlayıb. Diqqətçəkən məqamlardan biri isə İslam ləqəbli mü...
publikaz_normalized
Bakıda "Toyota Prius" markalı avtomobilin sürücüsünün qəribə hərəkətləri reaksiyalara səbəb olub. Videoda "Prius" sürücüsünün xanım sürücüyə qarşı qəribə hərəkətlər sərgilədiyi əks olunur. Xanım bildirib ki, qarşı tərəf qışqıraraq ictimai-asayişi pozub. Həmçinin "Prius" sürücüsünün psixi pozuntusunun olduğunu da iddia ...
publikaz_normalized
7-ci sinifdə oxuyan qız... - VİDEO":"Bakıda yerləşən 23 saylı məktəbdə 7-ci sinif şagirdi olan qız sinif yoldaşı olan oğlanı bıçaqlayıb. Bu hadisə övladları həmin məktəbdə təhsil alan valideynlərin narahatlığına səbəb olub. Valideynlərin sözlərinə görə, hadisəyə səbəb onlar arasında yaranan mübahisə olub. Valideynlərin...
publikaz_normalized
kəskin bahalaşacaq":"Dünyada yeni iqtisadi böhran başlasa, bu, dərhal dolların məzənnəsinin kəskin artmasına səbəb olacaq. Ekspert izah edib ki, istənilən fəlakət hazırda mövcud olan ən likvid və çox yönlü aktivə tələbin sürətlə artmasına gətirib çıxarır. “Bu səbəbdən yaxın gələcəkdə böhran başlayarsa, bu, dolların bah...
publikaz_normalized
Naxçıvanı niyə atəşə tutdular?":"Ermənistanın Naxçıvan istiqamətində atəşkəsi pozması təxribatların başlanğıcı ola bilər. Son bir neçə gündə erməni qoşunlarının sərhədboyu ərazilərdə cəmləşməsi, hücum silahlarını yerləşdirməsi və mühəndislik işlərini sürətləndirməsi müşahidə edilir. Baş verənlər göstərir ki, erməni qoş...
publikaz_normalized
Azərbaycan Prezidenti İlham Əliyev aprelin 2-də Müsəlman Ağsaqqalları Şurasının Baş katibi Məhəmməd Əbdülsalamı qəbul edib. Məhəmməd Əbdülsalam Müsəlman Ağsaqqalları Şurasının sədri, Əl-Əzhərin şeyxi, böyük imam Əhməd Ət-Tayyib həzrətlərinin salamlarını dövlətimizin başçısına çatdırdı. Prezident İlham Əliyev salamlara ...
publikaz_normalized
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada Azərbaycan Günü və iftar süfrəsi təşkil edilib. Tədbirdə 1500-dən çox insan - ictimai xadimlər, Azərbaycan diasporunun nümayəndələri, müxtəlif millətlərdən olan müsəlmanlar iştirak ediblər. Dini-mənəvi dəyərlərə verdiyi yüksək qiymətə görə ...
publikaz_normalized
Xalq artisti Ramiz Novruzun böyük oğlu Nəriman Novruz ikinci dəfə ailə qurmağa hazırlaşır. O, sosial şəbəkə hesabında anası ilə qardaşının görüntülərini paylaşaraq bu sözləri qeyd edib: Dostlar, bu gün anam Xoşavaz xanımın doğum günüdür. Nə qədər canımda can var hər zaman hər bir şeydə yanındayıq, ana. Videoya sona kim...
publikaz_normalized
AFFA İcraiyyə Komitəsinin yeni tərkibi müəyyənləşib. Peşəkar Futbol Liqası İctimai Birliyi – 5 yer" "1. Səməd Qurbanov – "Neftçi" PFK tərəfindən" "2. Fərid Mansurov – Peşəkar Futbol Liqası İctimai Birliyi tərəfindən" "3. Xəyal Cəfərov – "Sumqayıt" FK tərəfindən" "4. Qurban Qurbanov – "Qarabağ" FK tərəfindən" "5. Maqsud...
publikaz_normalized
gözəllik yarışmasına qatılacaq":"Bir müddət din və ictimai həyatda gətirdiyi yeniliklərlə diqqət çəkən Səudiyyə Ərəbistanı gözəllik yarışmasına namizəd göndərməyə hazırlaşır. ABŞ-da yerləşən “Miss Universe” təşkilatı tərəfindən təşkil olunan müsabiqə bu il Meksikada keçirilir. Əl-Qahtani instaqram hesabında təəssüratın...
publikaz_normalized
Azad edilmiş ərazilərə qayıdan 1500 nəfər...":"Azad edilmiş ərazilərə qayıdan 1500 nəfər daimi işlə təmin edilib. Onun sözlərinə görə, indiyədək təxminən 5000-dən artıq keçmiş məcburi köçkün öz yurduna qayıdıb: “Geri qayıdan vətəndşaların demək olar yarısı, təxminən 2500-dən çox insan əmək qabiliyyətli şəxslərdir. Onla...
publikaz_normalized
Türkiyənin müxalifətdə olan Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Özgür Özəl 31 martda keçirilən bələdiyyə seçkilərində partiyanın qələbə çalmasından sonra növbədənkənar ümumi seçkilərə iddia etmədiklərini ildirib. “Növbədənkənar seçkilərin keçirilməsi qərarını, əgər varsa, yenə də xalq verəcək. Mən növbədənkənar ...
publikaz_normalized
Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycana səfəri çərçivəsində Konqo Respublikasının xarici işlər və əməkdaşlıq naziri Jan-Klod Qakossonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Nazir Ceyhun Bayramov və nazir Jan-Klod Qakosso arasında təkbətək görüş, daha sonra hər iki tərəfin nümayəndə heyətlərinin iştir...
publikaz_normalized
AFFA-nın yeni vitse-prezidentləri müəyyənləşib. Sərxan Hacıyev icraçı vitse-prezident, Elşad Nəsirov, Könül Mehtiyeva və Balakişi Qasımov isə vitse-prezident təyin olunublar. Sərxan Hacıyev eyni zamanda icraçı baş katib vəzifəsini icra edəcək.
publikaz_normalized
Azərbaycanda sosial islahatlar bundan sonra da davam edəcək. O bildirib ki, sosial sahədə əldə olunan nailiyyətlərlə kifayətlənmək olmaz: “Həyat davam etdikcə yeni çağırışlar ortaya çıxır. Bunu davamlı olaraq həyata keçirməsək geriyə düşəcəyik. Bugünkü rəqəmlərlə qane ola bilmərik. Minimum pensiya və əmək haqqının artı...
publikaz_normalized