text stringlengths 20 1.45M | source stringclasses 10
values |
|---|---|
Aprelin ikisində “Socar Tower”, “Alov qüllələri”, Qız qalası, “Hilton” otel, “Bakı Kristal Zal” kimi obyektlər və memarlıq abidələri Dünya Autizm Maarifləndirmə Günü ilə əlaqədar mavi rənglə işıqlandırılıb. BMT autizm spektr pozuntusundan əziyyət çəkən insanlara kömək etmək və onların həyat səviyyəsini yaxşılaşdırmaq m... | publikaz_normalized |
Müəllimini bıçaqlamaq istəyib" - VİDEO":"Nəsimi rayonu, 23 nömrəli tam orta məktəbdə bıçaqlanma hadisəsi baş verib. Nəticədə 13 yaşlı məktəbli qız sinif yoldaşlarından birini bıçaqlayıb. Baku" TV-nin əməkdaşı sözügedən təhsil müəssisəsində olub, məsələni araşdırmağa çalışıb. “Qız müəllimini bıçaqlamaq istəyib. Bıçağı ç... | publikaz_normalized |
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Gəncə şəhərində iki nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində nəzarətsiz qalmış uşaqların xilas olunması təmin edilib. | publikaz_normalized |
“Heç yerə qaçmaq fikrim yoxdur” - VİDEO":"“Crocus Group”un birinci vitse-prezidenti Emin Ağalarov 144 nəfərin ölümü ilə nəticələnən dəhşətli terror aktından sonra ilk dəfə geniş müsahibə verib. Emin müsahibəsində terror aktından necə xəbər tutduğunu, faciə yerində gördüklərini və atasına necə dəstək olduğunu danışıb: “... | publikaz_normalized |
Gürcüstandan sensasion xəbərdarlıq":"Ermənistan qondarma “soyqırımı”nın ildönümü (24 aprel) ərəfəsində Azərbaycana hücum edə bilər. Georgi Mazniaşvili imzası ilə yayımlanan məqalədə Ermənistanın Azərbaycan sərhədlərinə qoşun cəmləməsindən və Cənubi Qafqazda geosiyasi toqquşmadan bəhs olunur. Qeyd edilir ki, Ermənistan ... | publikaz_normalized |
Azərbaycanın Əskipara kəndində (Yuxarı və Aşağı Əskipara kəndinin arasında yerləşən, ermənilər tərəfindən Voskepar adlandırılan ərazi) məskunlaşan ermənilər ərazini tərk etməyəcəklərini və kəndlərin təhvil verilməsi ilə razılaşmayacaqlarını bildirib. Onlar məktubda kəndlərin qaytarılması ilə yaşadıqları kəndin mühasirə... | publikaz_normalized |
2023-cü ildə Rusiyada təbii fəlakətlərin sayı 2022-ci illə müqayisədə 22 faiz artıb. Ötən il ekspertlər 1191 təhlükəli hidrometeoroloji hadisə qeydə alıblarsa, bir il əvvəl onların sayı 976 olub. 2023-cü il göstəricisi son 16 ildə ikinci ən yüksək göstərici olub. 2021-ci ildə 1205 hadisə qeydə alınıb. Zərərlərin böyük ... | publikaz_normalized |
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistan parlamentinin sədri Alen Simonyanın Ermənistanın Avropa dəyərlərinə sadiqliyini ifadə etdiyi bəyanatına şübhə ilə yanaşıb. İrəvanda belə dempinq edirlər? Nə üçün onlar qədim erməni sivilizasiyasını, Avropa demokratiyasından xeyli əvvəl mövcud... | publikaz_normalized |
Aparıcı Günay Baxşəliyeva canlı efirdə kövrək anlar yaşayıb. “Mən sizin həyatınızı izləmişəm. Zaurla nişanlı olan vaxtdan bəri sizi izləyirəm. 2 balanız var, Allah onları sizin gözünüzə çıraq etsin, xeyir işlərini, uğurlarını görəsiniz. Arzu edirəm, bütün arzularınıza yetişəsiniz”, - deyə tamaşaçı bildirib. Günay bu sö... | publikaz_normalized |
Dözməyəcəm":"Çin Xalq Respublikasının Sədri Si Cinpin ABŞ Prezidenti Co Baydenlə telefon danışığı zamanı Tayvan məsələsinə toxunub, ABŞ-nin "qırmızı xətti keçməməli olduğunu" xatırladıb və Pekinin Tayvandakı separatçı fəaliyyətə, eləcə də kənardan dəstəyə dözməyəcəyini vurğulayıb. Həmçinin qeyd edilir ki, Si Cinpin ABŞ... | publikaz_normalized |
dənizə tullanan şəxs üzərək gözdən itdi - VİDEO":"Ötən gün Türkiyənin İstanbul şəhərində qəribə hadisə baş verib. Belə ki, paltarını çıxarıb, şəxsi əşyalarını qoyub və dənizə tullanan şəxs uzun müddət üzdükdən sonra gözdən itib. "Hadisəni görən ətrafdakı vətəndaşlar polisə xəbər veriblər. Hadisə yerinə gələn sahil müha... | publikaz_normalized |
ABŞ dövlət katibi Entoni Blinken Rusiya ilə dialoqun şərtini açıqlayıb. Onun sözlərinə görə, Rusiya tərəfinin siyasəti dəyişərsə, Vaşinqtonla Moskva arasında dialoq istisna edilmir. “Problem ondadır ki, biz belə dəyişikliklərin əlamətlərini görmürük. Ümid edirəm ki, bir gün və o gün tezliklə gələcək, ölkələrimiz arasın... | publikaz_normalized |
Futbol üzrə Türkiyə Superliqasının XXXI turuna start verilib. Qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Matçda yeganə qolu Mauro İkardi vurub. “Qalatasaray” bu qələbədən sonra xalını 84-ə çatdıraraq, turnir cədvəlinə başçılıq edir. Komanda rəqibi “Fənərbağça”dan 5 xal öndədir. Qeyd edək ki, "A... | publikaz_normalized |
Comex" birjasında (Nyu-York əmtəə birjasının bölməsi) ticarət zamanı qızılın qiyməti yeni tarixi maksimuma çatıb. Bakı vaxtı ilə saat 23:54-ə olan məlumata görə, qiymətli metalın qiyməti 1 troy unsiyası üçün 2300,2 dollar (+1,23%) təşkil edib. Bakə vaxtı ilə saat 23:57-yə olan məlumata görə, qızılın qiyməti bir unsiya ... | publikaz_normalized |
kütlə ilə polis arasında toqquşma baş verdi - FOTO/VIDEO":"Türkiyənin Van vilayətində DEM Partiyasının bələdiyyə sədirliyinə namizədi Abdullah Zeydanın qanuni hüquqlarının geri alınması və vəsiqənin AK Partiyadan Əbdülahat Arvaşa verilməsindən sonra başlayan etirazlar gecə saatlarında da davam edib. Bundan sonra hadisə... | publikaz_normalized |
Aprelin 3-ü, çərşənbə günü səhər Tayvanın şərq sahilləri yaxınlığında silsilə zəlzələlər baş verib. Hadisə nəticəsində 4 nəfər ölüb, 97 nəfər yaralanıb. Əvvəlcə 7,5 bal gücündə zəlzələ olub. Təxminən 15 dəqiqə sonra meteoroloqlar 6,6 bal gücündə daha bir zəlzələnin olduğunu bildiriblər. Ümumilikdə adada 20-dən çox təka... | publikaz_normalized |
onunla da əlaqəsi var imiş...":"Yeni bir araşdırma depressiya və bədən istiliyi arasında əlaqə aşkar edib. Kaliforniya San Fransisko Universitetinin tədqiqatçıları 7 ay ərzində 20 min 880 nəfərin məlumatlarını araşdıraraq depressiyaya düşən insanların bədən hərarətinin daha yüksək olduğunu müəyyənləşdiriblər. Onlar vur... | publikaz_normalized |
Səudiyyə Ərəbistanı Pro Liqasının XXVI turunun matçında “Abha” “Əl-Nasr”ı qəbul edib. Birinci hissədən sonra Kriştianu Ronaldonun komandası 5:0 hesabı ilə önə çıxıb. 21-ci dəqiqədə portuqaliyalı yarımmüdafiəçi dubla imza atıb. Ronaldu daha sonra Sadio Mane və Əbülməcid Əl-Süleyhimə ötürmə edib. “Əl-Nasr” Səudiyyə Ərəbi... | publikaz_normalized |
Türkiyənin 6 vilayətində terror təşkilatının 89 tərəfdarı saxlanılıb. Nazir qeyd edib ki, 2 aprel 2024-cü il çərşənbə axşamı Van, Hakkari, Siirt, Batman, Şırnak və İzmir vilayətlərində qanunsuz aksiyalar keçirən, separatçı terror təşkilatını dəstəkləyən şüarlar səsləndirən ümumilikdə 89 şübhəli saxlanılıb. “Aprelin 2-d... | publikaz_normalized |
Qanada 12 yaşlı qız 63 yaşlı ənənəvi keşişlə evləndiyi aşkar edildikdən sonra polisin himayəsi altına alınıb. Paytaxtdakı yerli icmaya xidmət edən nüfuzlu bir keşişin ofisi "nikahı" müdafiə edərək bunun yalnız mərasim olduğunu bildirib. Qanada nikah üçün qanuni minimum yaş 18-dir. Son illərdə ölkədə uşaq nikahlarının s... | publikaz_normalized |
Amerikalı aparıcı Larsa Pippen səmimi pozalar verib. Yayılan fotoda 49 yaşlı məşhurun Floridada yaxtada poza verdiyi əks olunub. O, çəhrayı-mavi bikinidə və qara gün eynəyində kamera qarşısına keçib. Pippen bir həftə əvvəl sevgilisi, 33 yaşlı iş adamı və məşhur basketbolçu Maykl Cordanın oğlu Markusla ayrılıb. Pərəst... | publikaz_normalized |
Tehrana açıq şəkildə bildirdik ki...":"ABŞ İsrailin Dəməşqdəki İran diplomatik obyektinə hücumundan sonra Tehranla əlaqə saxlayıb. Biz özəl kanallar vasitəsilə İrana açıq şəkildə bildirdik ki, Dəməşqə vurulan zərbəyə görə məsuliyyət daşımırıq", - Sinq bildirib. “Düşünürəm ki, regionda gərginliyin yüksək olduğu bir vaxt... | publikaz_normalized |
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur. Heydər Əliyev prospekti, kənar yol, mərkəz istiqamətində;" "2. Tbilisi prospekti, "20 Yanvar" metrostansiyasından mərkəz istiqamətində;" "3. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;" "4. Binəqədi şosesi, "Azadlıq Pr... | publikaz_normalized |
Amma sonradan başa düşdüm ki, heç sevməmişəm. İki oğul, bir qız övladım var idi. On iki il yoldaşımla birlikdə yaşadıq, sonra ayrıldıq. Daha sonra oğlanlarım rəhmətə getdi... Mənə dedilər ki, "Qocalar evi" var. 3 aydan sonra bilmişəm ki, yoldaşım da buradadır. İndi barışmışıq, amma dost kimi”. Daha ətraflı videoreporta... | publikaz_normalized |
6-7 bal gücündə təkanlar ola bilər":"Yaxın günlərdə Tayvanda son 25 ilin ən böyük zəlzələsindən sonra 6-7 bal gücündə təkanlar ola bilər. Meteoroloqların son məlumatlarına görə, çərşənbə günü yerli vaxtla səhər saat 7:58 radələrində Tayvanda 7,2 bal gücündə zəlzələ baş verib. İlkin məlumatlara görə, Hualien şəhərində i... | publikaz_normalized |
Çin Xalq Respublikasının (ÇXR) Təbii Sərvətlər Nazirliyi Tayvanın Hualien şəhəri yaxınlığında baş verən güclü zəlzələdən sonra sunami ilə əlaqədar verilən qırmızı, ən yüksək həyəcan səviyyəsi eıan edib. Qeyd edilib ki, zəlzələ onun episentri yaxınlığında yerli sunamiyə səbəb olub. Çərşənbə günü səhər Tayvanda son 25 il... | publikaz_normalized |
6 ölü, 16 yaralı":İraqın Bəsrə şəhərində yük maşınının sürücüsü idarəetməni itirərək məktəbdən çıxan şagirdləri vurub. İraqın Daxili İşlər Nazirliyi qəzanı törədən yük maşını sürücüsünün saxlanıldığını açıqlayıb. Sürücü əyləcdə olan nasazlıq səbəbindən idarəetməni itirdiyini iddia edib. | publikaz_normalized |
“TikTok”da yeni dələduzlar peyda oldu - FOTO":"Sosial şəbəkələrdə firildaqçılıqla pul qazananların say günü-gündən artmaqdadır. Bu dələduzlar hər gün yeni metoda əl ataraq, insanların aldadıb onların pulunu mənimsəyə bilirlər. Bu dəfə də saytımıza "TikTok" sosial şəbəkəsində dələduzların qurbanı olan bir oxucumuz mürac... | publikaz_normalized |
20 min fil göndərərik":"Dünyanın ən çox fil olan ölkəsi Botsvananın prezidenti Masisi, fil ovunun qarşısını almaq üçün ov ləvazimatlarının satışına məhdudiyyətlər qoymaq istəyən Almaniyanı 20 min fil göndərməklə hədələyib. Masisi Botsvananın indiki fil sayını azaltmaq üçün Anqolaya artıq 8 min fil verdiyini xatırladıb.... | publikaz_normalized |
Fransa Atom Enerjisi və Alternativ Enerji Agentliyi (CEA) dünyanın ən güclü maqnit rezonans görüntüləmə (MRT) cihazı ilə əldə edilən insan beyninin ən aydın görüntüsünü yayımlayıb. Araşdırmalar çərçivəsində MRT cihazı son bir neçə ayda 20 sağlam könüllü üzərində sınaqdan keçirilib. Ən aydın beyin görüntüsü təxminən 4 d... | publikaz_normalized |
İngiltərə Premyer Liqasının 31-ci turunun matçında "Nyukasl" və "Everton" 1:1 hesabı ilə bərabərə qalıb. Afrikalı Amadou Onana, İdrissa Gueye, Abdoulaye Doucure və bir neçə başqa futbolçu oruclarını açıblar. Qeyd edək ki, Fransadan fərqli olaraq İngiltərədə oyunlar zamanı futbolçuların oruclarını açmasına icazə verilir... | publikaz_normalized |
siyahıda görün kimlər var... - FOTO":"“Forbes”in milyarderlər siyahısında Türkiyədən 27 nəfərin adı yer alıb. 3,5 milyard dollarlıq sərvətlə "Kazancı Holding"in İdarə Heyətinin sədri Cəmil Kazancı, "Koç Holding"in İdarə Heyətinin üzvü İpek Kıraç 3,1 milyard dollarlıq sərvətlə siyahıda yer alıb. 2021 və 2022-ci illərdə ... | publikaz_normalized |
Səudiyyə Ərəbistanı çempionatının 26-cı turunun matçında “Əl-Nəsr” “Abha”ya 8:0 hesabı ilə qalib gəlib. Messivsronaldo" saytının məlumatına görə, portuqaliyalı 2011-ci ildən sonra ilk dəfə cərimə zərbəsindən rəqib qapısına iki dəfə dəqiq zərbə endirib. Sonuncu dəfə bu, Ronaldo bunu "Real"da çıxış etdiyi vaxt "Vilyarrea... | publikaz_normalized |
Bu gün İsmayıllı, Şəki, Ağdaş, Saatlı və Bərdə rayonlarının qaz təchizatında müvəqqəti fasilə yaranacaq. Məlumata görə, İsmayıllı rayonunda orta təzyiqli yeraltı qaz xətlərində və Qaz Paylayıcı Stansiyalarda, Ağdaş şəhərinin V.Hacıyev, M.Füzuli və İstiqlal küçələrində "Təmiz Qaz" QSC tərəfindən aşkar olunmuş qaz sızmal... | publikaz_normalized |
Ağ Ev NASA-nın Ayda vaxtı necə təyin edəcəyini müəyyən etməsini istəyir. ABŞ-ın Elm və Texnologiya Siyasəti İdarəsinin (OSTP) rəhbəri tərəfindən göndərilən memorandumda kosmos agentliyindən ay mərkəzli vaxta istinad sistemi yaratmaq üçün ölkənin digər agentlikləri və beynəlxalq agentliklərlə işləməsi xahiş olunur. Ayda... | publikaz_normalized |
Ermənistanın ikinci prezidenti, Xocalı qatili Robert Köçəryanın tərəfdarları və komanda yoldaşları liderlərinin aktiv siyasətdən getmədiyini, onun komandadaxili prosesləri idarə etdiyini inkar etməyə çalışırlar. Amma reallıq budur ki, Köçəryan siyasətdən uzaqlaşıb. Bu barədə “Hraparak” nəşri məlumat yayıb. Bildirilir k... | publikaz_normalized |
Qırğızıstanda aprelin 5-dən Rusiyanın “Mir” sisteminin bank kartları ilə bütün əməliyyatlar dayandırılacaq. “Bu il aprelin 5-dən Qırğızıstanda respublikanın bankomatlarından vəsait qəbul etmək və ya “Mir” kartları ilə alış-veriş etmək mümkün olmayacaq”, - “Elkart” milli ödəniş sisteminin fasiləsiz fəaliyyətinin təminat... | publikaz_normalized |
İran 48 saat ərzində İsrailə hücum edəcək":"İran yaxın 48 saatda İsrailə hücum edə bilər. Bildirilir ki, İran Dəməşqdə konsulluq binasına endirilən zərbəyə cavab olaraq, yaxın 48 saatda İsrailə hücum edəcək. Lakin bu hücumun İsrailin daxilində konkret hansı ərazilərə, yaxud onun xarici diplomatik qurumlarına ediləcəyi ... | publikaz_normalized |
Bu gün Azərbaycan kubokunda yarımfinal mərhələsinin ilk oyunlarına yekun vurulacaq. Oyun saat 19:00-da başlayacaq. Ötən gün yarımfinalın ilk matçı baş tutub. Qarabağ" "Neftçi"yə 4:0 hesabı ilə qalib gəlib. Qeyd edək ki, yarımfinalın cavab matçları aprelin 24-ü oynanılacaq. 1/2 final" "3 aprel (çərşənbə)" "19:00 Zirə – ... | publikaz_normalized |
İnter Mayami"nin hücumçusu Lionel Messi bud nahiyəsindən aldığı zədədən sonra ilk dəfə ümumi məşqlərə qayıdıb. Bu o deməkdir ki, futbolçu zədəsini sağaldıb. Sözügedən oyun aprelin 4-də baş tutacaq. Qeyd edək ki, bu mövsüm Messi bütün turnirlərdə 5 matçda iştirak edib, 5 qol vurub və 2 məhsuldar ötürmə edib. | publikaz_normalized |
Yaponiya millisinin DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində martın 26-da keçirilməsi planlaşdırılan, lakin baş tutmayan Şimali Koreya ilə səfər maçtı ilə bağlı qərar verilib. Bu barədə "Kyodo" agentliyi yerli futbol federasiyasına (JFA) istinadən məlumat yayıb. Planetin ali futbol qurumu JFA-ya bununla bağlı məktub gö... | publikaz_normalized |
Bu günün valyuta məzənnələri açıqlanıb. Türkiyə lirəsi isə 0.0529 manata kimi, Avro 1.8318 manata kimi bahalaşıb. | publikaz_normalized |
Fövqəladə Hallar Nazirliyi və “Bakı Metropoliteni” QSC-nin birgə təşkilatçılığı ilə metronun “Əhmədli” stansiyasında taktiki-xüsusi təlim keçirilib. Təlimə rəhbərlik FHN-in Baş əməliyyat idarəsi tərəfindən həyata keçirilib. Əvvəlcə, FHN-in “112” qaynar telefon xəttinə metronun “Əhmədli” stansiyasında 50 saylı şaxtanın ... | publikaz_normalized |
Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov növbəti dəfə diqqət mərkəzinə düşüb. Təcrübəli mütəxəssis fanata xüsusi diqqət göstərib və vaideynləri ilə onunla bağlı söhbət aparıb. Qeyd edək ki, Ağdam təmsilçisi sözügedən görüşdə əzəli rəqibini 4 cavabsız qolla məğlub edib. | publikaz_normalized |
Ünvanlı sosial yardım alanların sayındakı azalma bu istiqamətdə şərtlərə yenidən baxılmasını gündəmə gətirir". Onun sözlərinə görə, bəzi ailələrin mülkiyyətində olan avtomobil onların yardım üçün müraciət etməsinə imkan vermir: Hesab edirəm ki, bu tələblə bağlı şərtlərə dəyişiklik edilməlidir. Bəzi ailələrdə avtomobill... | publikaz_normalized |
Xalq artisti Mələkxanım Eyubovanın bloger qızı Nəzrin Nəcəfovanın toy tarixi açıqlanıb. Nəzrin rok ifaçısı Mərdan Kazımovla 6 apreldə nikaha daxil olacaq. Toy isə aprelin 22-də baş tutacaq. Nəzrin mağazaların birində gəliklik geyimləri seçərkən görüntülərini sosial şəbəkə hesabında yayımlayıb. Qeyd edək ki, Nəzrin və M... | publikaz_normalized |
Ombudsman mina terroru ilə bağlı bəyanat yayıb. Bildirilib ki, Ermənistanın otuz illik işğal dövründə torpaqlarımızda basdırdığı minalar insanların həyatına və sağlamlığına təhlükə yaratmaqda davam edir: Növbəti mina terroru nəticəsində dörd nəfər mülki şəxs yaralanıb. Ümumilikdə İkinci Qarabağ müharibəsindən bu günədə... | publikaz_normalized |
Makedoniyalı Qamuran Hirda və bosniyalı Adem Aljiç Şimali Makedoniyanın paytaxtı Skopyedən velosipedlə Həcc ziyarətinə yollanıblar. İki velosipedçi Səudiyyə Ərəbistanının Məkkə şəhərinə 2 ay ərzində çatmağı hədəflədiklərini bildiriblər. Onlar velosipedlə Bolqarıstandan keçərək Türkiyəyə, oradan da Suriyaya, Suriyadakı ... | publikaz_normalized |
svetofor yararsız vəziyyətə düşdü":Aprelin 3-də səhər saatlarında Nəsimi rayonunun Rəşid Behbudov ilə 28 May küçələrinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib. Hazırda İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları hadisə yerindədirlər və svetoforun qısa zamanda bərpa edilməsi məqsədilə işlər görülür. | publikaz_normalized |
“Saarbrüken” Almaniya kubokunun yarımfinalında evdə “Kayzerslautern”lə qarşılaşıb. “Kayzerslautern” isə 21 ildən sonra ilk dəfə Almaniya Kubokunun finalına yüksəlib. II Bundesliqa klubu sonuncu dəfə 2003-cü ildə turnirin finalında çıxış edib. “Qırmızı-ağlar” sonuncu dəfə bu titulu 1996-cı ildə qazanıb. Qeyd edək ki, tu... | publikaz_normalized |
Azərbaycanda mədən sənayesi üzrə fəaliyyət göstərən Vircin adalarının “Caspian Wireline services LTD” şirkəti barəsində protokol tərtib edilib. Məhkəmənin baxış iclası aprelin 17-nə təyin edilib. İnzibati protokol Azərbaycana həmin şirkət tərəfindən gətirilmiş avadanlığa görə tərtib edilib. Belə ki, 499.2-ci maddəyə əs... | publikaz_normalized |
Biz Qarabağın Azərbaycana qaytarılmasını istəmirdik, İrəvan...":"İrəvan Qarabağla bağlı qərarları məhz NATO-nun təsiri altında qəbul edib və regionda vəziyyətin gərginləşdiyi dövrdə Moskva və KTMT-nin guya Ermənistana kömək etməməsi barədə deyilənlər yalandır. “Mən bu fikri söyləyən və yayanların hamısını yalan danışma... | publikaz_normalized |
Moskva konsertinin tarixi bəlli oldu":"Xalq artisti Röya Ayxan 16 may tarixində Moskvada "Vegas City Hall"da konsert verəcək. O, foto paylaşaraq "Moskva konsertimiz mayın 16-ı olacaq. Xatırladaq ki, estrada ulduzunun konserti “Crocus City Hall”da keçən ay baş verən terror hadisəsi ilə əlaqədar təxirə salınmışdı. Onun 2... | publikaz_normalized |
böhran yaxınlaşır, dollar və rubl...":"“Qlobal maliyyə bazarları çökəndə, əsas valyutaların məzənnələri dəyişməyə başlayacaq”. Onun sözlərinə görə, dünyada yeni iqtisadi çöküş baş verəndən dərhal sonra dolların məzənnəsi kəskin yüksələcək və rublun məzənnəsi aşağı düşəcək. Bu, ekspertin izah etdiyi kimi, istənilən qlob... | publikaz_normalized |
9 il sonra...":"“Əl-Nəsr”in hücumçusu Kriştianu Ronaldo Səudiyyə Ərəbistanı çempionatının 26-cı turunda “Abha” ilə görüşdə het-trik edib. Ronaldo sonuncu dəfə 2015-ci ildə "Real"ın futbolçusu kimi ardıcıl iki het-trik edib. O, əvvəlcə sentyabrın 12-də La Liqada “Espanyol”la görüşdə, üç gün sonra isə Çempionlar Liqasınd... | publikaz_normalized |
Türkiyənin Qars vilayətində iki Ermənistan vətəndaşının ayaqqabılarının içərisindən bazar dəyəri təxminən 3,5 milyon lirə (təxminən 186 min manat) olan külçə qızıl ələ keçirilib. Şübhəlilərin üzərində axtarış aparan polis ayaqqabılarının içərisindən 7 parça halında 1 kilo 51 qram qaçaq külçə qızıl aşkar edib. 2 şübhəli... | publikaz_normalized |
Xəbər verdiyimiz kimi, müğənni Türkan Vəlizadə ötən ay üzündə estetik əməliyyat keçirib. Məlum olub ki, müğənni illər ərzində üzündə bir çox kosmetoloji müdaxilələr etdirib. Özü də sözügedən kadrları paylaşaraq dəyişdiyini etiraf edib. Əməliyyatdan sonrakı halını da izləyiciləri ilə bölüşən Türkanın gözlərinin və üzünü... | publikaz_normalized |
Bir vaxtlar özünü bomba sayan aparıcılar indi internet tv-lərə möhtac qalıblar və MTV haqqında fikir bildirirlər. İstədin ölkədə ən açıqsözlü aparıcı olasan, amma qapaz yedin, telekanallara həsrət qalmısan. Yutub kanalı mənim vecimə deyil, 10 sponsorum var. Onların da hamısı adıma gəlib. Görüm, sənin o ağıllı, bilikli ... | publikaz_normalized |
Meyxanaçı-müğənni Namiq Qaraçuxurlu instaqramda yeni paylaşım edib. Bir az dincəlsək, dünya dağılmaz yəqin", - deyə, Namiq bildirib. | publikaz_normalized |
Ötən gün sosial medianın gündəminə düşən 1 yaşlı uşağına siqaret çəkdirən ata video çəkərək özünə haqq qazandırıb. Yazılan mənfi şərhlərlə razılaşmadığını deyən ata sosial şəbəkə fenomenlərinə söz atıb. Xatırladaq ki, sözügedən əmələ görə 1993-cü il təvəllüdlü Nəbili Məhəmməd müəyyən olunaraq saxlanılmışdı. Onun barəsi... | publikaz_normalized |
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 3-də Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinin qubernatoru Aleksandr Beqlovu qəbul edib. Söhbət zamanı Prezident İlham Əliyev ilə Aleksandr Beqlov arasında bundan əvvəl keçirilən görüşlər məmnunluqla xatırlandı, Sankt-Peterburq şəhərinin qubernatorunun ö... | publikaz_normalized |
Müsəlman Ağsaqqalları Şurasının Baş katibi Məhəmməd Əbdülsalam ilə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev arasında görüş keçirilib. | publikaz_normalized |
Dünyanın ən yaşlı insanı olan venesuelalı Xuan Visente Peres Mora 114 yaşında vəfat edib. Maduro “X” sosial şəbəkəsində “Ginnesin Rekordlar Kitabına dünyanın ən yaşlı adamı kimi daxil edilmiş Xuan Visente Peres Mora 114 yaşında vəfat etdi”, - deyə qeyd edib. O, Perez Moranın doğulduğu El Kobre şəhərinin bütün sakinləri... | publikaz_normalized |
Azərbaycan kubokunun 1/4 final mərhələsi çərçivəsində keçirilən "Neftçi" - "Qarabağ" matçında (0:4) xoşagəlməz hadisə yaşanıb. Bu, 31 yaşlı futbolçunun xoşuna gəlməyib. Millimizin üzvü dözməyərək azarkeşlərə cavab qaytarıb. Hətta bəzi məqamlarda onlarla söhbət etməyə çalışıb. Neftçi"nin əməkdaşları, polislər onu sakitl... | publikaz_normalized |
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) Qarabağ Ərazi Vergilər Baş İdarəsinə rəis təyin olunan Ələkbər Comərd oğlu Məmmədov indiyə qədər DVX-nin Dövlət Qeydiyyatı Baş İdarəsinin rəisi vəzifəsində çalışıb. Vergilər Nazirliyindən öncə Milli Məhsuldarlıq və Rəqabətədavamlılıq Mərkəzinin rəhbəri, Sahib... | publikaz_normalized |
Real"ın qapıçısı Tibo Kurtua qızının dünyaya gəldiyini açıqlayıb. Dünyaya xoş gəlmisən, bizim balaca Elli. Qeyd edək ki, Kurtua və Herziq keçən yay evləniblər. Belçikalı qolkiperin ispaniyalı Marta Dominqeslə ilk münasibətindən 8 yaşlı qızı Adriana və 6 yaşlı Nikolas adlı oğlu var. | publikaz_normalized |
Aprelin 5-dən sonra nə olacaq?":"Ermənistanın baş naziri Nikol Paşinyanın aprelin 5-də Brüsseldə keçiriləcək görüşünə hakim “Mülki Müqavilə” partiyasının deputatları arasında böyük ümidlər bəslənilir. “Hraparak” qəzeti mövzunu inkişaf etdirərək yazır: “Bu görüş Ermənistanın sonda hara gedəcəyini müəyyən edəcək. Əgər Qə... | publikaz_normalized |
Ukraynanın keçmiş dövlət başçısı Pyotr Poroşenko ölkədə keçiriləcək növbəti prezident seçkilərində namizədliyini irəli sürmək niyyətində olduğunu açıqlayıb. “Növbəti seçkilərdə iştirak etməyi planlaşdırırsınızmı deyə soruşsanız, bəli deyəcəm”, - o bildirib. Poroşenkonun sözlərinə görə, seçkilərin keçirilməsi üçün Kiyev... | publikaz_normalized |
Türkiyənin Kozan bölgəsinin bələdiyyə sədri Kazım Özqan rayonda yaşayan Halis Serbest tərəfindən öldürülən “Acıların qadını” ləqəbi ilə tanınan Bərgənin həyatından bəhs edən filmə qadağa qoyub. O, martın 31-də keçirilən seçkidə məğlub olub. Kino ilə maraqlananlar filmin hekayəsini danışdılar. Belə bir film rayonda yayı... | publikaz_normalized |
1 iyul 2024-cü il tarixindən sonra taksi fəaliyyətinə icazə almaq üçün avtomobillərin yaşı 8 ildən az olmalıdır. 1 iyul 2024-cü il tarixinədək müraciət edənlərə bu tələb tətbiq edilmir. Bu halda rəng tələbi tətbiq edilmir. | publikaz_normalized |
Yuventus"un yarımmüdafiəçisi Pol Poqba İdman Arbitraj Məhkəməsinə (CAS) apellyasiya şikayəti verib. Fevralın 29-da isə fransalı futbolçu antidopinq qaydalarını pozduğuna görə 4 il müddətinə futboldan kənarlaşdırılıb. Poqba bu qərardan apellyasiya şikayəti verib. Qeyd edək ki, Poqba 2022-ci ilin yayından “Yuventus”da çı... | publikaz_normalized |
Nazirlər Kabineti “Aeroportlarda (hava limanlarında) xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarının xidmətlərindən istifadə hüququ olan vəzifəli şəxslərinin Siyahısı”nın təsdiq edilməsi haqqında 29 oktyabr 2021-ci il tarixli qərarında dəyişiklik edib. Qərara əsasən, Siyahıya ölkənin Təhlükəsizli... | publikaz_normalized |
Xankəndidə qaldığı deyilən və şəhərin komendantı təyin ediləcəyi iddia olunan Sarqis Qalstyan Gorusda həbs olunub. Onun Xankəndinin komendantı təyin olunacağı haqda da məlumatlar yayılmışdı. Lakin bu məlumatların heç biri təsdiqini tapmadı. Ermənistan mediası iddia edir ki, S.Qalstyan ötən gün Ermənistana qayıdıb və Go... | publikaz_normalized |
Abşeron Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə ölkəmizin bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın əziz xatirəsinə iftar süfrəsi açılıb. Tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Abşeron Rayon Təşkilatının sədri, di... | publikaz_normalized |
Arvadını yaşadıqları mənzilin balkonundan ataraq xüsusi amansızlıqla öldürməkdə təqsirli bilinən “Buta Palace”ın keçmiş art direktoru Ramiz Taxveli vəfat edib. Qeyd edək ki, Ramiz Taxveli 2018-ci ildə 30 yaşlı arvadı Adelya Taxvelini evinin balkonundan ataraq qəsdən öldürüb. "İş Bakı Ağır Cinayətlər Məhkəməsində araşdı... | publikaz_normalized |
Sumqayıt–Pirşağı sahəsində aparılan təmir işləri ilə bağlı qeyri-pik saatlarda qatar reyslərinin sayı azaldılır. ADY Abşeron dairəvi dəmiryol xəttində infrastrukturun sağlamlaşdırılması və hərəkət təhlükəsizliyinin davamlı təmin edilməsi məqsədilə aprelin 6-dan etibarən Sumqayıt–Pirşağı sahəsində təmir işlərinə başlayı... | publikaz_normalized |
Müğənni Qumral Musayeva ona ola təkliflərdən danışıb. Meyxanaçılardan çox sayda duet təklifi aldığını deyən sənətçi onların hesabına məşhur olan həmkarlarının adını çəkib. | publikaz_normalized |
Aprelin 4-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Məlumata görə, gündüz bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var. Səhərdən başlayan güclü şimal-qərb küləyi axşama doğru mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq. Hava... | publikaz_normalized |
Mart ayı üzrə 313 müraciətçinin 255-i barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 58 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb. Tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində kifayət qədər olmaması səbəbi ilə 38, akkreditasiyasız ali təhsil müəssisəsi səbəbilə 11, dövlət nüm... | publikaz_normalized |
Dəhşətli dərəcədə qorxuncdur":"Yaşlı, maddi sıxıntlar məngənəsində yaşayan alim Fazil Qaraoğlunun (İsmayılovun) sosial media ulduzuna, Azərbaycanda elmə münasibəti sorğulamaq üçün rəmzə çevrilməsi haqda nəsə qeyd paylaşmaq istəməzdim. Çünki bura Azərbaycandır, ölkədə nə elmə münasibət idealdır, nə sosial siyasət. Heç k... | publikaz_normalized |
Podqoritsa şəhərində Azərbaycan və Monteneqro arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib. Bildirilib ki, mələhətləşmələr zamanı iki ölkə arasında siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri, eləcə də ölkəmiz tərəfindən həyata keçirilən strateji enerj... | publikaz_normalized |
Bəyanat yaydılar":"Amerika Birləşmiş Ştatlarının Dövlət Departamenti Qırğızıstanda qeyri-hökumət təşkilatlarının fəaliyyətinə nəzarəti gücləndirən qanunun qəbulundan narahatlığını ifadə edib. Bu bəyanatı ABŞ-ın Bişkekdəki diplomatik missiyasının mətbuat xidməti yayıb. Bundan əvvəl Qırğızıstan prezidenti Sadır Japarov q... | publikaz_normalized |
Şimali Koreya lideri Kim Çen İn bərk yanacaqla işləyən yeni orta mənzilli hipersəs raketinin sınaq atışını yoxlayıb. Kim Çen raketin nüvə müharibəsindən çəkindirmə qabiliyyətinin artırılmasında rol oynayacağı mesajını verib. Sınaq atışının uğurlu olduğu bildirilib. Təlimin Şimali Koreyanın artan nüvə və raket təhdidlər... | publikaz_normalized |
Aprelin 15-dən...":"Artıq buraxılış imtahanlarının nəticələri açıqlanıb. Növbəti mərhələdə abituriyentlər üçün blok imtahanı keçiriləcək. Amma abituriyentləri, xüsusən də valideynləri bəzi suallar narahat edir. "Bəs ali məktəblərə qəbul üçün ixtisas qruplarının seçimi nə vaxt başlayacaq? Abituriyentlər eyni anda iki qr... | publikaz_normalized |
hava limanında saxlanıldı":"İngiltərədə uşağa qarşı cinsi istismara görə mühakimə olunan və 27 ildir qaçan 80 yaşlı Riçard Berrouz Taylanddan qayıdarkən Londondakı Hitrou hava limanında yaxalanıb. Buna görə mühakimə olunan Riçard Berrouz 1997-ci ildən bəri hamıdan gizlənib. Dedektif müfəttiş Eleanor Atkinson hadisə ilə... | publikaz_normalized |
Polis binanı mühasirəyə aldı":"Norveç parlamentində bomba təhlükəsi xəbərdarlığı verilib. Canlı video yayımda parlament üzvlərinin müzakirələrini davam etdirdikləri görülüb. Parlament sözçüsü bildirib ki, polis məsələni araşdırarkən binaya daxil olmaq mümkün olmayıb. “Parlamentin təhlükəsizliyini təmin etmək və baş ver... | publikaz_normalized |
Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Bakı şəhərinin Xəzər rayonu ərazisində qanunsuz tikililəri söküb. Məlumata görə, qanunsuz zəbt edilən ərazilərdə bir neçə dəfə söküntü işləri aparılsa da, yenidən tikinti işləri həyata keçirilib. FHN-in Tikintidə Nəzarət Dövlət Agentl... | publikaz_normalized |
Hindistanda valideynlərin 3 yaşlı uşaqları da məktəbə göndərdiklərini və bir sinifdə 70 nəfərin təhsil aldığını bilirdiniz? Hindistan çoxmillətli və çoxmədəniyyətli elə bir ölkədir ki, bura məktəb mühiti mədəniyyətlərin və ənənələrin müxtəlifliyini öyrənmək və anlamaq üçün əla platformaya çevrilib. 2023-cü ilin statist... | publikaz_normalized |
Polis 36 il axtardı və...":"Sizi Marko Müllerin inanılmaz hekayəsi ilə tanış edəcəyik. O, futbolu atıb bankları soymağa başlamazdan əvvəl “Yanq Boyz”da oynayırdı. Çoxları onu isveçrəli Robin Qud adlandırdı və polis 36 il onun izinə düşə bilmədi. Lakin bu il o, qatar yolunda ölü tapıldı. Onun adı İsveçrə futbolunda az q... | publikaz_normalized |
Hansı xəstəliyə tutulub? - VİDEO":"Ermənistanın ikinci prezidenti Robert Köçəryanın ofisinin rəhbəri Baqrat Mikoyan Robert Köçəryanın iki aydan artıqdır ki, Ermənistanda olmaması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. “Xatırladıram ki, dekabrda Köçəryanın müalicə üçün ölkəni tərk etməsinə icazə verilməsi üçün ... | publikaz_normalized |
“Azərbaycanda yeni tətbiq edilən, amma nisbətən daha az müraciətin qeydə alındığı birdəfəlik ödənişlərdən biri də xüsusi kateqoriya şəxslərə işə düzələn zaman ödənilən vəsaitdir. Belə ki, mövcud qanunvericiliyə əsasən, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş şəxslərə ilk dəfə işə düzələn zaman bird... | publikaz_normalized |
Gürcüstanda qalmaqallı qanun yenidən parlamentə təqdim edilir":"Gürcüstanda hakim “Gürcü Arzusu” partiyası “xarici agentlər” haqqında qanun layihəsini yenidən parlamentə təqdim edir. Qanun layihəsi praktiki olaraq əvvəlkindən fərqlənmir. Mdinaradzenin dediyi kimi, ona yalnız bir dəyişiklik ediləcək: “xarici təsir agent... | publikaz_normalized |
Bakının Binəqədi rayonunda 2001-ci il təvəllüdlü Lətif yetkinlik yaşına çatmayan Günelə (adlar şərti verilib – red.) Otelin 9 nömrəli otağında Güneli çarpayıya uzadaraq şalvarını və alt paltarını aşağı çəkərək onunla cinsi əlaqədə olub. Bir qədər sonra yenidən təkrar Günelə zor tətbiq edəcəyi ilə hədələyib, onunla cins... | publikaz_normalized |
Liverpul"un futbolçusu Daniel Agger bir neçə il əvvəl idmandan ayrılıb. Danimarka millisinin keçmiş oyunçusu özünü yeni rolda tapıb. O, 8 il İngiltərə klubunda çıxış edib. Bu müddət ərzində 232 oyun keçirib, 14 qol vurub və 11 məhsuldar ötürmə edib. Qırmızılar"dan ayrıldıqdan sonra yenidən doğma klubuna qayıdıb. 2016-c... | publikaz_normalized |
Bu ölkənin davranışını izləyirlər":"Rusiya prezidenti Vladimir Putinin G20-yə səfəri məsələsinə hələlik baxılmayıb. Qeyd olunur ki, Putinin sammitdə iştirakı Braziliyadan asılı olacaq, çünki prezidentlə bağlı Beynəlxalq Cinayət Məhkəməsi (ICC) tərəfindən “həbs” qərarı verilib. Biz Braziliya tərəfinin tədbirin təşkilatç... | publikaz_normalized |
“Ailəmi buna görə öldürdüm” - ŞOK":"Ailə üzvlərini qətlə yetirməkdə təqsirli bilinən Əhməd Əhmədovun ekspertiza rəyi hazır deyil. 3 həftə boyunca davam edən ekspertiza hələlik onun psixi durumu ilə bağlı yekun rəyə gələ bilmərib. Ə.Əhmədov hazırda 1 saylı İstintaq Təcridxanasında saxlanılır. TV Müsavatın əldə etdiyi mə... | publikaz_normalized |
Qiyməti açıqlandı":"Sloveniyada Portuqaliya millisinin və "Əl-Nəsr" klubunun hücumçusu Kriştiano Ronaldonun yatdığı çarpayını satmaq qərarına gəliblər. Ötən həftə Portuqaliya millisi Lyublyanaya bu ölkənin yığması ilə yoldaşlıq oyunu (0:2) üçün səfər edib. Portuqaliyalı nümayəndə heyəti “Grand Plaza” otelində qalıb. Me... | publikaz_normalized |
Moskvalı yaşlı qadın onu yatmağa qoymayan qonşularına görə intihar edib. 75 yaşlı Aleksandra Aleksandrovna qızı Yelena ilə Krasnodonskaya küçəsində yaşayırdı. Martın 29-u axşam saatlarında təqaüdçü intihar edib. Qonşu evin tavanından asılmış meyiti tapıb və polisə müraciət edib. Təqaüdçünün otağında intihar qeydi tapıb... | publikaz_normalized |
Sabiq futbolçu Zlatan İbrahimoviçin şərəfinə vida matçı keçiriləcək. Skandinaviya təmsilçisinin rəqibi Serbiya millisi olacaq. Matç iyunun 8-də Stokholmdakı “Friends Arena”da keçiriləcək. Son olaraq "Milan"da çıxış edən İbramoviç ötən mövsümün sonunda karyerasını başa vurub. 42 yaşlı futbolçu İsveç millisinin heyətində... | publikaz_normalized |
Azercell"in Instagram səhifəsində izləyici sayı 200 000-i ötdü. Şirkət 2012-ci ildən etibarən aktiv şəkildə idarə etdiyi səhifənin izləyici auditoriyasını informativ, maraqlı və faydalı məzmunlu paylaşımlar vasitəsilə genişləndirməyə müvəffəq olub. Ümumilikdə "Azercell"in Facebook, X, Instagram, LinkedIn və YouTube pla... | publikaz_normalized |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.