text stringlengths 20 1.45M | source stringclasses 10
values |
|---|---|
İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Edmondo Çirielli Fransanın xarici işlər naziri Stefan Sejurnenin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması ilə bağlı bəyanatlarını tənqid edib və bildirib ki, Fransa Cənubi Qafqazda sülhün bərqərar olması səylərini pozmamalıdır. Fransalı nazi... | publikaz_normalized |
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Böyükşor–Pirşağı avtomobil yolunun tikintisinə başlayıb. Məlumata görə, Bakıda nəqliyyat sıxlığının azaldılması və nəqliyyat axınının tənzimlənməsində böyük rol oynayacaq yeni Böyükşor–Pirşağı avtomobil yolunun uzunluğu 12,7 km-dir. Yeni avtomobil yolu altı hərəkət zolağınd... | publikaz_normalized |
Heç kəs bizi barmaqla hədələyə bilməz":"“İmarət” azarkeş qrupu bəyanat yayıb. “İmarət” futbolçunun təhqir edilməsinə haqq qazandırıb: “Qarayev, Qarayev, Qara Qarayev, “Qarabağ”ın igidi Qara Qarayev” – vaxtı var idi bu şüarı səsləndirən də “İmarət” idi. Futbolçuya karyerası boyu ən böyük dəstəyi də elə azarkeşlər verir.... | publikaz_normalized |
Vətən müharibəsindən sonrakı dövrdə 350 nəfər mina qurbanı olub, onlardan 65-i həlak olub. Onun sözlərinə görə, mina hadisələrinin dinamikası azalma üzrə gedir: Mina qurbanlarının 70 faizdən çoxu mülki şəxslərdir. Onların arasında bütün yaş kateqoriyalarından insanlar var". V.Süleymanov bildirib ki, ümumilikdə Azərbayc... | publikaz_normalized |
Azərbaycanın tanınmış müğənnisi Rəqsanə İsmayılova Moskvada qanunsuz miqrasiyanın təşkilinə görə cinayət işi üzrə saxlanılıb. O, Rusiya Federasiyası Cinayət Məcəlləsinin “Rüşvət vermə” və “Sənəd saxtakarlığı” maddələri ilə ittiham olunur. Məlumata görə, Rəqsanə İsmayılova Rusiya İstintaq Komitəsinin Solntsevo istintaq ... | publikaz_normalized |
Aprelin 7-də Bakı şəhərinin Xəzər – 1, Qaradağ, Yasamal, Suraxanı, Binəqədi rayonlarında, Sumqayıt – 1, Abşeron – 1, Gəncə - 2, Mingəçevir, Şəmkir – 1, Tovuz, Qəbələ, Oğuz, Lənkəran – 2, Cəlilabad – 1, Masallı – 1, Yardımlı, Beyləqan, Füzuli (o cümlədən M.Uluqbəy adına 1 №-li məktəb), Laçın (şəhər 2 №-li və Zabux kənd ... | publikaz_normalized |
Bu, tamamilə qəbuledilməzdir!":"Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Dövlət katibi Entoni Blinkenlə telefon danışığı zamanı insan hüquqları məsələsini bəhanə edərək Azərbaycanın daxili işlərinə müdaxilə cəhdləri tamamilə qəbuledilməz olduğunu bildirib. Cavabda qeyd olunub ki, bir sıra Qərb ölkələrinin bu məsələ ilə b... | publikaz_normalized |
Avroviziya 2024" beynəlxalq mahnı müsabiqəsinin Azərbaycandan builki şərhçisinin kimliyi açıqlanıb. O, şounun bütün mərhələlərini İctimai Televiziyanın efirindən şərh edəcək. Aparıcı ona göstərilən bu etimad üçün İctimai kanalın rəhbərliyinə və bütün "Avroviziya 2024" Azərbaycan heyətinə dərin təşəkkürünü bildirib. Əld... | publikaz_normalized |
Rusiya sülhməramlılarının Xocalıda minatəmizləmə əməliyyatlarına cəlb olunması ilə bağlı layihə var. Onun sözlərinə görə, Rusiya sülhməramlılarının prosesdə istirakı planlaşdırılır: Hazırda həmin minatəmizləyənlərin texniki avadanlıqları, alətləri və itləri akkreditasiya prosesindədir. Aprelin 6-da akkreditasiya yekunl... | publikaz_normalized |
Konqo ilə Azərbaycan arasında...":"Biz indicə əməkdaşlıq haqqında Bəyannamə imzalamışıq. Bu, çox önəmli və sanballı bir sənəddir, bizim əməkdaşlığımızın perspektivlərini müəyyən edəcək. Dövlətimizin başçısı qeyd edib: “Əminəm ki, Konqo ilə Azərbaycan arasında güclü dostluq əlaqələri yaradılacaq”. | publikaz_normalized |
Qazaxın anklav olmayan 4 kəndinin (Bağanis Ayrım, Qızıl Hacılı, Xeyrimli, Aşağı Əskipara) qaytarılması gündəmdə olsa da, bunun nə vaxt baş verəcəyi açıqlanmayıb. O, müzakirələrin davam etdiyini deyib: “Sərhədin delimitasiyasının Tavuşdan başlanması ilə bağlı razılaşma olacaqsa, hər iki tərəf bunu dərc edəcək. Yekun tən... | publikaz_normalized |
“Qoşulmama Hərəkatına sədrlik dövründə bizim prioritetlərimizin içində neokolonializmə qarşı mübarizə məsələləri durmuşdur, bu gün də bu belədir. Bizim xarici siyasət istiqamətləri arasında bu sahə xüsusi önəm daşıyır”. Bir müddət əvvəl Bakı Təşəbbüs Qrupunun yaradıldığını xatırladan dövlət başçısı deyib ki, bu qurumun... | publikaz_normalized |
“Qarabağ”ın keçmiş futbolçusu Tarik Elyunissi karyerasını başa vurub. Bununla yanaşı, oynadığı müxtəlif klubların formasında fotolarını paylaşmağı da unutmayıb: Artıq geri çəkilmək vaxtım gəldi. Gözəl oyunun mənə verdiyi hər şeyə görə inanılmaz dərəcədə minnətdaram! Qeyd edək ki, 36 yaşlı sabiq futbolçu “Fredrikstad”, ... | publikaz_normalized |
Astroloqlar hesab edir ki, bəzi bürc altında doğulanlar daha şanslıdır. Bəzi bürclərin digərlərindən daha şanslı olduğuna, ilahi qüvvənin onları hər addımını diqqətlə izlədiyinə və onları çətinliklərdən qoruduğuna inanılır. Bəs haqqında tez-tez "Bəxti var" dediyimiz insanların böyük əksəriyyəti hansı bürcün nümayəndələ... | publikaz_normalized |
“Prezident İlham Əliyev Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqessonu COP29 tədbirində iştiraka dəvət edib”. Dövlətimizin başçısı qeyd edib: “Azərbaycan COP29-un prezidenti kimi bu tədbirə çox ciddi hazırlaşır və burada Konqo ilə ikitərəfli formatda və çoxtərəfli formatda əməkdaşlıq etmək hesab edirəm ki, məqsə... | publikaz_normalized |
Prezidentin Mətbuat Xidməti AZƏRTAC-ın sualını cavablandırıb. - Dünən ABŞ Dövlət katibi Antoni Blinkenlə Prezident İlham Əliyev arasında telefon danışığı ilə əlaqədar ABŞ tərəfindən verilmiş mətbuat açıqlamasında qeyd olunur ki, telefon danışığı zamanı müzakirə edilən məsələlərdən biri də insan hüquqları olub. Bu barəd... | publikaz_normalized |
Ölkənin birinci bankı Kapital Bank 6 aya illik 10% gəlir qazandıran depozit kampaniyasının vaxtını 30 aprel 2024-cü ilədək uzatdı. Belə ki, ay sonunadək 6 aylıqda 20 000 AZN-dək Kapital depoziti yerləşdirən hər kəs illik 10% gəlir əldə edəcək. "Nağd pulunu sərfəli və güvənilir sərmayəyə çevirmək istəyənlər, Kapital Ban... | publikaz_normalized |
UEFA növbəti dəfə "Qarabağ" klubuna ödəniş edib. Köhlən atlar"a Avropa Liqasında pley-offa vəsiqə qazanması və 1/8 final mərhələsinə yüksəlməsinə görə 1 milyon 700 min avro (təqribən 3,14 milyon manat) verilib. Maliyyə vəsaiti AFFA-nın vasitəçiliyi ilə klubun hesabına köçürülüb. | publikaz_normalized |
Minifutbol üzrə Azərbaycan millisinin Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçiriləcək Avropa çempionatının qrup mərhələsindəki rəqibləri bəlli olub. Qeyd edək ki, Avro-2024 iyunun 1-dən 9-na qədər Sarayevo şəhərində baş tutacaq. | publikaz_normalized |
Bakıda güclü külək səbəbindən 20 ağac sınıb. Qeyd edilib ki, külək nəticəsində 30-dan çox ağacın budaqları qırılıb: Bütün hallarda Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları tərəfindən sınan ağaclar kəsilib, zədələnənlər budanıb, ərazi təmizlənib". | publikaz_normalized |
Bu il texnologiya şirkətlərinin sahibləri “Forbes” jurnalının dərc etdiyi "Dünya Milyarderləri Siyahısı"na öz damğalarını vurublar. “Tesla”, “SpaceX”, “Neuralink” və “X” (Twitter) kimi dünyaca məşhur texnologiya şirkətlərinin sahibləri də bu siyahıdadır. Elon Mask 195 milyard dollar var-dövləti ilə ikinci olub. Üçüncü ... | publikaz_normalized |
Özünüzdən fason çıxarmayın" - VİDEO":"Müğənni Rəqsanə İsmayılova haqqında yayılan xəbərlərə reaksiya verib. O qeyd edib ki, Rusiyada saxlanılması ilə bağlı məlumat həqiqəti əks etdirmir: “Dayanmadan zəng edirlər ki, Rusiyada məni saxlayıblar. Boş-boş şeylərlə başınızı ağrıtmayın. Xahiş edirəm ki, mən şikayət etmədən xə... | publikaz_normalized |
Güclü külək nəticəsində 4 nəfər xəsarət alıb. Son məlumata əsasən, 04.04.2024-cü il tarixində güclü külək səbəbilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 3 ünvan üzrə 4 müraciət qeydə alınıb. Hər üç ünvana təcili tibbi yardım briqadası cəlb olunub. Külək nəticəsində müxtəlif səbəblərdən xəsarət alan... | publikaz_normalized |
“İtaliya tərəfindən yürüdülən siyasət başda Fransa olmaqla, bəzi Avropa ölkələrinə nümunə olmalıdır”. Bildirilir ki, İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavininin verdiyi bu açıqlama ilk növbədə beynəlxalq hüququn təməl prinsip və normalarına hörmətin əlamətidir: “Bu eyni zamanda, ölkələrin daxi... | publikaz_normalized |
Aprelin 4-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yaz sessiyasının növbəti plenar iclası keçirilib. Məruzəni Naxçıvan Muxtar Respublikasının ombudsmanı Günay Rzayeva təqdim edib. Məruzə ilə bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Hüquq siyasəti komitəsinin sədri İsmayıl Qəribli komitənin rəyini diqqətə... | publikaz_normalized |
Prezident İlham Əliyevin nəvəsi Mikayıl Ağalarov “Neftçi”nin futbolçusu Qara Qarayevə dəstək olub. Qeyd edək ki, Azərbaycan kubokunun yarımfinal mərhələsində baş tutmuş “Neftçi”- “Qarabağ” derbisindən sonra Ağdam təmsilçisinin azarkeşləri Qara Qarayevi təhqir etmişdi. Bu hadisədən sonra futbol ictimaiyyətinin nümayəndə... | publikaz_normalized |
Onu uğursuz görmək hələ tezdir":"Türkiyəli jurnalist Aslı Aydıntaşbaş 31 mart seçkilərindən sonraki təhlilində Rəcəb Tayyib Ərdoğanın siyasətdə atdığı addımlara diqqət çəkib. Təhlildə deyilir ki, Ərdoğan hakimiyyətdə qalmaq üçün ustaca dəyişikliklər edə bilib və o, sağ qalan praqmatist bir insandır: Ərdoğanın üçüncü və... | publikaz_normalized |
qorxmayın qanunlar çoxdan əhəmiyyətini itirib - FOTO":"Klassik əşyalar qarderobumuzun əvəzsiz elementləridir. Bununla belə, onlar da bəzən sıxıcı olmağa məhkumdurlar. Xoşbəxtlikdən, qarderobumuzu şaxələndirməyə kömək edən tendensiyalar var. Bu çantalar eyni anda iki funksiyanı yerinə yetirr. O, sizə lazım olan hər şeyi... | publikaz_normalized |
Texnologiyaların sürətlə inkişaf etdiyi dövrdə mobil operator 2023-cü ilidə də abunəçilərə daha çevik müştəri təcrübəsi imkanları yaratmaq məqsədilə bır sıra yeni məhsul və həllər təqdim edib. Vətəndaşlar, sahibkarlar və dövlət qurumlarının əməkdaşları üçün fiziki SIM kart tələb etməyən eSIM “Asan İmza” xidməti istifad... | publikaz_normalized |
Külli miqdarda dələduzluqda ittiham olunan “Gerlift Group” MMC-nin təsisçisi və direktoru Tural Nəcəfovun cinayət işi üzrə məhkəmə istintaqı başlayıb. Bu iş üzrə zərərçəkmişlərdən biri keçmiş deputat Hacı Salayevdir. O, hazırda bizneslə məşğuldur. İttihamda deyilir ki, müttəhim Tural Nəcəfov özünü tikinti sahəsində fas... | publikaz_normalized |
Bu bölgələri tələb edirlər - FOTO":"İranlı türkoloq alim Rəsul İsmailzadə Duzal ölkəsi adından Ermənistana torpaq iddiası irəli sürüb. Bir sıra aparıcı İran KİV-lərində (İran diplomacy, Tahrie və s.) dərc olunmuş yazısında Duzal Ermənistan baş naziri Nikol Paşiniyanın Tavuş vilayəti sakinləri ilə görüşündə səsləndirdiy... | publikaz_normalized |
Toplanışların keçirilməsi qaydasına dəyişiklik təsdiqlənib. Dəyişikliklə qanunun 45.5-ci maddəsinə aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilib: “Müvafiq icra hakimiyyəti orqanı toplanışlara cəlb edəcəyi hərbi vəzifəlilərin sayını müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla müəyyən edir.”. | publikaz_normalized |
Ölkədə siqaret çəkənlərin sayı hər keçən gün artır. Xüsusilə də gənc nəslin, yeniyetmələrin bu zərərli vərdişə aludə olması cəmiyyətimiz üçün böyük təhlükə hesab olunur. Statistika göstərir ki, hər il dünyada milyonlarla insan bu zərərli vərdişin qurbanı olur. Siqaret çəkmək insanlarda tənəffüs yolu xəstəliklərindən tu... | publikaz_normalized |
Sabahdan...":"Aprelin 5-də axşam şimal və qərb rayonlarından başlayaraq 8-i axşamadək hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Bildirilib ki, ayrı-ayrı yerlərdə (Qarabağ, Şərqi Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Mərkəzi Aran, Naxçıvan MR, Dağlıq Şirvan, Qazax-Gəncə, Lənkəran-Astara) intensiv olacağı, şimşə... | publikaz_normalized |
Xidməti pasport almaq hüququ olan vəzifəli şəxslərin siyahısına dəyişiklik edilib. Fərmanla xidməti pasport almaq hüququ olan vəzifəli şəxslərin siyahısında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti "rəisinin müşaviri (köməkçisi), baş idarə, idarə (departament, şöbə, bölmə) rəhbərləri və onların müavinləri" s... | publikaz_normalized |
Fövqəladə hallar naziri general-polkonvik Kəmaləddin Heydərov 4 aprel 2024-cü il tarixində Fövqəladə Hallar Nazirliyinin Rəqəmsal texnologiyalar və innovasiyaların inkişafı Baş idarəsinin Kibertəhlükəsizlik əməliyyatları mərkəzi və Rabitə mərkəzinin açılışında iştirak edib. Açılış tədbirində baş idarənin rəisi Elçin İb... | publikaz_normalized |
Paytaxtın Səbail rayonu ərazisində 3 vətəndaşın evindən 30.000 manat dəyərində qızıl-zinət, 2 ədəd mobil telefon, notbuk, fotoaparat və dəyərli antik əşyaları oğurlanıb. Bildirilib ki, Səbail Rayon Polis İdarəsinin 41-ci Polis bölməsi əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirlərilə hadisələri törədən, əvvəllər ... | publikaz_normalized |
Aprelin 4-ü axşam saatlarına olan məlumata əsasən, səhər saatlarından başlayan güclü şimal-qərb küləyi artıq zəifləyib. G.Məmmədova qeyd edib ki, hazırda küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 14 m/san, bölgələrdə isə 12-17 m/saniyədir. xxx" "18:12" "Ölkə ərazisində müşahidə olunan güclü şimal-qərb kül... | publikaz_normalized |
Azərbaycanın tanınmış hüquq müdafiəçisi Rüfət Səfərov belə bir status paylaşıb: “Həmyerlimiz Rəna Abbasovanın Nyu-York meri Erik Adamsın baş müşaviri təyin olunmasını, Nyu-York meriyasının beynəlxalq əlaqələrinə rəhbərlik etməsini qürur hissi ilə paylaşmışdıq. Federal Təhqiqat Bürosu Rəna Abbasovanı həbs etdi. Xanım mü... | publikaz_normalized |
Gürcüstanda hakim partiyanın “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini yenidən gündəmə gətirəcəyi barədə açıqlaması ciddi narahatlıq doğurur. Aİ Gürcüstanı demokratiya, qanunun aliliyi və insan haqlarının təşviqi ilə bağlı öhdəliyi qorumağa çağırıb: 2023-cü ilin martında ictimai rəy və beynəlxalq reaksiyala... | publikaz_normalized |
“iOS” əməliyyat sistemi əsasında qurulan cihazlar üçün “WhatsApp” messencerində videoları fonda izləməyə imkan verən yeni funksiya olacaq. Bildirilir ki, messencer “WhatsApp”ın digər tablarına keçərkən videolara baxmaq imkanının tətbiqi üzərində işləyir. Video ekranın bir hissəsini tutan kiçik bir pəncərədə göstəriləcə... | publikaz_normalized |
4 aprel 2024-cü il Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin (TBMM) NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlu ilə görüşüb. Görüşdə Azərbaycan və Türkiyə arasında mövcud müttəfiqlik münasibətlərindən irəli gəl... | publikaz_normalized |
hücum təhlükəsi var, HƏMAS isə cəhd edəcək ki...":"İsrail İrandan mümkün hücuma hazırlaşmağa başlayıb ki, bu da İranın Suriyadakı konsulluğuna hücuma cavab ola bilər. İsteriya yoxdur”, - portal dövlət rəsmisinin sözlərindən sitat gətirib. Başqa bir mənbəyə görə, Fələstinin radikal HƏMAS hərəkatı Qəzza zolağına nəzarəti... | publikaz_normalized |
Azərbaycanla Ermənistan arasında şərti sərhədin müxtəlif hissələrində, xüsusən də Naxçıvan istiqamətində Ermənistan silahlı qüvvələri yeni hərbi infrastrukturun yaradılması istiqamətində intensiv işlər aparırlar. Bildirilib ki, baş verənlər Ermənistan tərəfinin son günlər və həftələr ərzində silahlı qüvvələrin şərti sə... | publikaz_normalized |
Afrika dövlətləri, o cümlədən Konqo uzun illər ərzində müstəmləkəçilik siyasətinə məruz qalıb və azadlıqları uğrunda mübarizə aparıb. Bu gün Afrika ölkələri bəzi dövlətlərin hegemonluq, hökmranlıq, yerli xalqların sərvətlərinin istismar olunmasına qarşıdır. O bildiriib ki, indiki gərgin dövrdə sülhpərvər dövlətlərin bi... | publikaz_normalized |
NATO Ukraynaya missiya göndərir":"NATO ölkələri Ukraynada birgə missiya yaratmaq qərarına gəliblər. Biz (Ukraynada) NATO missiyası yaratmaq qərarına gəldik", - deyən Sikorski, müttəfiq ölkələrin birbaşa münaqişəyə girmədiyini qeyd edib. Nazirin sözlərinə görə, missiya sayəsində Ukrayna Silahlı Qüvvələrinin xeyli sayda ... | publikaz_normalized |
Sabah Bakının Binəqədi rayonunda qazın verilişində məhdudiyyətlər olacaq. Məlumata görə, 7-ci Mikrorayon, Abay Kunanbayev küçəsində yeraltı qaz xəttində aşkar olunmuş qaz sızmasının ləğv olunması və Biləcəri qəsəbəsi, Məlik Aslanov küçəsi ünvanında COP-29 proqramına əsasən orta təzyiqli qaz xəttinin dayaqlar üzərinə qa... | publikaz_normalized |
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən, 4 aprel 2024-cü il tarixində ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Sumqayıt şəhərində yerləşən Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib. Görüş zamanı ətraf mühitin mühafizəsi, meşələrin qorun... | publikaz_normalized |
Əməkdar artist Elnarə Abdullayeva ötən günlərdə gündəm olan fransız dilində ifasından danışıb. “Bir gün Rasim Əliyev dedi ki, “Elnarə xanım, Edit Piaf eşitmisən?”. Mən yalan danışmağı xoşlamıram. Ona söz verdim ki, mən toyda Edit Piafdan oxuyacam “Çahargah”ın yanında bu nədir ki. Azərbaycan dilində yazdılar, bir-iki də... | publikaz_normalized |
Azərbaycan Prezidenti İlham Əliyev Seneqal Prezidenti Bassiru Diomaye Fayeyə təbrik məktubu göndərib. Hörmətli cənab Prezident," "Seneqal Respublikasının Prezidenti kimi fəaliyyətə başlamağınız münasibətilə Sizi səmimi-qəlbdən təbrik edir, dost Seneqal xalqının rifahı naminə məsul fəaliyyətinizdə uğurlar arzulayıram. A... | publikaz_normalized |
Bunu açıq şəkildə ifadə etmək borcumuzdur":"“Brüsseldə aprelin 5-i keçirilməsi planlaşdırılan Aİ-Ermənistan-ABŞ üçtərəfli görüşü regiondakı mürəkkəb problemlərin həlli üçün əsas götürülməli olan neytrallıq yanaşmasına zərbə vuracaq”. “Azərbaycanın İkinci Qarabağ müharibəsindən sonra işğal olunmuş torpaqlarını azad etmə... | publikaz_normalized |
Yaxın vaxtlarda dünya bazarlarında korreksiya olacaq və "Brent" markalı neftin qiymətləri ucuzlaşaraq 80-85 dollar/barel səviyyəsinə qayıdacaq. Ekspertin proqnozuna görə, bu xammalın qiymətində artım spiralı başa çatmaq üzrədir. O qeyd edib ki, son aylarda dekabr-fevral ayları ilə müqayisədə bazarda qlobal dəyişiklik o... | publikaz_normalized |
Xalq artisti Flora Kərimova gözündə uğursuz əməliyyat edildiyini deyib. O bildirib ki, uğursuz plastik əməliyyatın qurbanı olub: Millətim bilir ki, mən gözlərimlə oxuyuram. Sözümün, mahnımın ifadəsi gözlərimdən də oxunur. Gözlər bağlıdır, kilidlidir, həbsdədir. F.Kərimova kök-hüceyrə əməliyyatı etdirdiyini, amma uğursu... | publikaz_normalized |
Aprelin 4-də Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Telefon danışığı əsnasında tərəflər Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər, bu xüsusda, bərpaolunan enerji, nəqliyyat bağlantıları, e... | publikaz_normalized |
O, prezident sayıla bilməz":"Gürcüstan hökuməti prezident Salome Zurabişvilinin aprelin 10-da baş tutmalı olan Litvaya işgüzar səfərinə qadağa qoyub. Gürcüstan prezidentinin aprelin 10-dan 12-dək Litva Respublikasına, Vilnüs şəhərinə işgüzar səfərindən imtina edilsin”, – baş nazir İrakli Kobaxidzenin sərəncamında deyil... | publikaz_normalized |
Sabah Ramazan ayının iyirmi altıncı günüdür. Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, aprelin 5-də imsak vaxtı saat 04:49-da, iftar vaxtı isə 19:24-dədir. Aprelin 5-i üçün namaz vaxtları: İyirmi altıncı günün imsak vaxtı üçün duanı təqdim edirik: “Allahumməc-əl sə-yi fihi məşkura. "“İlahi, bu... | publikaz_normalized |
46,56 faizədək...":"2024-cü ilin fevral ayının sonunda dolların Beynəlxalq Banklararası Məlumat Transferi və Ödəniş Sistemi (SWIFT) vasitəsilə qlobal hesablaşmaların strukturunda xüsusi çəkisi 46,56 faizədək azalıb. Yanvar göstəricisi ilə müqayisədə fevralda əldə olunan nəticə 0,08 faiz bəndi (p.s.) Dolların payının az... | publikaz_normalized |
Kür çayının Neftçaladan keçən hissəsində kişi meyiti tapılıb. Hazırda meyitin şəxsiyyətinin dəqiqləşdirilməsi istiqamətində işlər görülür. Faktla bağlı araşdırma aparılır. | publikaz_normalized |
Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi 155 ünvanında yerləşən Kərbəlayi Abdullah məscidində oğurluq hadisəsi olub. O, oğurluq hadisəsini törətməzdən əvvəl maddi imkanının yaxşı olmadığını bildirərək məscidin imamı (axundu) Hacı Malikdən pul istəyib. Həmin vaxt Hacı Malik seyfdən pul götürərək ona 10 manat ve... | publikaz_normalized |
Verner MDB ölkələri ilə bağlı Xasbulatova nə deyib?":"ABŞ Milli Təhlükəsizlik Arxivi 1990-cı illərdə NATO ilə Rusiya arasında əməkdaşlığın qısa dövrünü əhatə edən sənədlərin məxfiliyini ləğv edib. Xüsusilə, NATO-nun keçmiş baş katibi Manfred Vernerlə Rusiya Sovet Federativ Sosialist Respublikasınən Ali Sovetinin keçmiş... | publikaz_normalized |
Hindistanın şimalında 5,2 maqnitudalı zəlzələ olub. Xidmətin verilənlərinə əsasən, yeraltı təkanların episentri Padam yaşayış məntəqəsindən 34 km cənubda yerləşib. Qeyd olunub ki, zəlzənin ocağı 21,3 km dərinlikdə olub. Tələfat və dağıntı barədə məlumat verilməyib. | publikaz_normalized |
İspaniyalı tennisçi Rafael Nadal belindəki zədə səbəbindən daha bir neçə turniri buraxa bilər. Aut.az xəbər verir ki, 37 yaşlı əfsanə yalnız 6 həftədən sonra korta qayıda bilər. Bu barədə “Sport.es” məlumat yayıb. Nadal kürəyində normal çıxış etməsinə mane olan problemləri həll edə bilməsə, Monte Karlo və Madriddəki Ma... | publikaz_normalized |
o kəndlər... - FOTO":"Simonyan Nikol Paşinyan kimi Ermənistanın xəritəsinin məhz belə olduğunu xüsusilə qeyd edib. | publikaz_normalized |
Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak olub. Məlumata görə, Əsgərov Faiq Tahir oğlu Ukraynada gedən döyüşlərdə ölüb. Qeyd edək ki, 35 yaşlı Faiq Şəmkir rayonunun Qapanlı kəndindən idi. | publikaz_normalized |
xəsarət alanlar var":"Aprelin 4-də saat 21:53 radələrində Nərimanov rayonu, Heydər Əliyev prospektində yol-nəqliyyat hadisəsi ilə bağlı Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub. Dərhal hadisə yerinə təcili tibbi yardım briqadası göndərilib. Hadisə nəticəsində 4 nəfər (kişi cinsli) x... | publikaz_normalized |
Kürdəmirdə minik avtomobili yanaraq külə dönüb. İlkin məlumata görə, minik avtomobilinin sürücüsü, rayonun Atakişili kənd sakini Ruslan Əzimov hərəkətdə olarkən idarəetməni itirib və avtomobil yoldan çıxaraq aşıb. Qəza nəticəsində avtomobil yolun kənarında olan elektrik dirəyinə çırpılıb və anidən alışıb. Alovun qarşıs... | publikaz_normalized |
Gürcüstanın paytaxtı Tbilisidə “Xarici agentlər haqqında” qanuna qarşı etiraz aksiyası başlayıb. Prospektdə yol bağlanıb və şəhərdə avtomobillərin hərəkətində problem yaranıb. Aksiya iştirakçıları qanunun qəbul edilməməsinə etiraz edirlər. Onların fikrincə, qanunun qəbulu ölkədə QHT və siyasi partiyaların fəaliyyətinə ... | publikaz_normalized |
Brent" markalı neftin iyun fyuçerslərinin qiyməti Londonun "ICE" birjasında 29 oktyabr 2023-cü ildən bəri ilk dəfə 90 dollar/bareldən yuxarı qalxıb. Saat 21:02 (Bakı vaxtı) üçün olan məlumata əsasən, "Brent" markalı neftin qiyməti 0,51 faiz artaraq 90,02 dollar/barelə çatıb. Bakı vaxtı ilə saat 21:11-də "Brent"in qiymə... | publikaz_normalized |
Blinkendən sonra Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen də Əliyevə zəng etdi. Brüsseldə Paşinyanla görüşəcək hər iki tərəfin – Blinken və Leyenin öncə Əliyevlə danışması Bakının narahatlığının diqqətə alındığını göstərir. Bu, Fransadan fərqli olaraq, ABŞ və Avropa Birliyinin Ermənistana dəstək məsələsin... | publikaz_normalized |
onun niyyətini puç edin":"Müzakirələr, danışıqlar aparın. Müxtəlif sahələrdə və işlərdə ön mövqelər tutmağa can atın. Bir müddət sonra bütün bunları yerinə yetirmək çox çətin olacaq. Günün ikinci yarısında düşünülməmiş addımlar atmayın, tələsik qərarlar verməyin. Fərqli ideyalarınız üçün yeni məkan formalaşdırın. Güclü... | publikaz_normalized |
İranın “IranAir” aviaşirkətinə məxsus “Boeing-747” yük təyyarəsi son üç gündə üçüncü dəfədir ki, Tehrandan İrəvana gəlib. Bildirilib ki, hava nəqliyyatı əsasən silah daşımaq üçün istifadə edilib. | publikaz_normalized |
Rusiyanın Murmansk vilayətinin qubernatoru Andrey Çibis mədəsindən bıçaqlanıb. Siyasətçi Apatitidə yerli sakinlərlə görüş zamanı hücuma məruz qalıb. O, hücumdan sonra avtomobili təkbaşına idarə etməyi bacarıb. Hücum edən şəxs saxlanılıb və dindirilir. | publikaz_normalized |
“Beşiktaş” xal itirdi":"Futbol üzrə Türkiyə Superliqasında 31-ci tura yekun vurulub. Beşiktaş" səfərdə "Başakşəhər"in qonağı olub. Görüş qollu heç-heçə ilə yekunlaşıb - 1:1. Günün digər oyunu olan "Samsunspor" - Pendikspor" matçı da bərabərliklə bitib - 0:0. Qeyd edək ki, turnir cədvəlinə 84 xalla "Qalatasaray" başçılı... | publikaz_normalized |
Nyu-Yorkdakı Azadlıq heykəlinin əlindəki məşəli ildırım vurub. “Şimşək heykəli ildə dəfələrlə vurur. O, çox yaxşı torpaqlanıb - dörd kabel... Bu (ildırım) ona zərər vermir”, - Nyu-York Parklar Departamentindən bildiriblər. İldırım vurması nəticəsində Azadlıq heykəlinə ziyan dəymədiyi qeyd edilir. | publikaz_normalized |
Evdəki kəsmə taxtasını və digər səthləri təmizləmək üçün limondan istifadə edə bilərsiniz. Bir kəsmə taxtasını limonla təmizləmək üçün əvvəlcə onun üzərinə duz səpməlisiniz. Sonra səthi meyvənin bir hissəsi ilə sürtmək və yumaq lazımdır. Çaydandakı kirəni çıxarmaq üçün limondan da istifadə edə bilərsiniz. Bunu etmək üç... | publikaz_normalized |
“Oralarda necədir?” rubrikasının yeni buraxılışı efirə gedib. Provans əhalisi sakit, rahat, üzügülərdir. Bəlkə də, bu yedikləri yeməklərdən də asıldır. Aralıq dənizi hövzəsindəki balıqlarla qidalananda hər halda əsəblər də gərilmir. Yerli əhalinin yemək rasionu balıqdan, dəniz məhsullarından, meyvə-tərəvəzdən və zeytun... | publikaz_normalized |
fövqəlnovaları görmək olacaq":"ABŞ Energetika Departamentinin SLAC Milli Sürətləndirici Laboratoriyasının alim və mühəndisləri dünyanın ən böyük rəqəmsal kamerasını - "Legacy Survey of Space and Time"ı (LSST) yaradıblar. Bildirilib ki, 3200 meqapiksellik bu cihaz And dağlarında ( Çili ) 2,7 kilometr hündürlükdə yerləşə... | publikaz_normalized |
Gəncə xanı Cavad xan nəslinin nümayəndəsi Rza Cavadxani vəfat edib. “Gəncə xanı Cavad xan nəslinin nümayəndəsi Rza Cavadxaninin əziz xatirəsini yad edirik. 2007-ci ildə İlham Əliyev Rza Cavadxanini Prezident sarayında qəbul edib. O zaman Rza ata-baba yurduna gəlməkdən şərəf duyduğunu və Azərbaycanda bütün sahələrdə böy... | publikaz_normalized |
Bölgədə sülhə qarşı “Brüssel planı” qüvvədədir":"ABŞ dövlət katibi Entoni Blinkendən sonra Avropa Komissiyasının Prezidenti Ursula Fon der Leyen də Prezident İlham Əliyevə zəng etdi. Hər iki telefon söhbəti Brüsseldə keçiriləcək Ermənistan-Avropa Birliyi-ABŞ formatındakı görüşlə bağlıdır. Tərəflər Azərbaycanı əmin etmə... | publikaz_normalized |
ABŞ-ın Dövlət katibi Antoni Blinken Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə döyüş meydanındakı vəziyyəti və Kiyevin gələcək Avroatlantik inteqrasiyası perspektivlərini müzakirə edib. “Tərəflər döyüş meydanındakı vəziyyəti, müttəfiqlər və tərəfdaşlarla koordinasiyada Ukraynanın Avroatlantik inteqrasiya axtarışı... | publikaz_normalized |
Bütün təmaslar dərhal pozulmalıdır":"Türkiyə bütün tərəfləri sağlam düşünməyə və terrorçularla hər hansı təmasdan və onların dəstəyindən imtina etməyə çağırır. Pubklika.az xəbər verir ki, bu barədə Türkiyə Milli Təhlükəsizlik Şurasının (TMTŞ) bu gün Ankarada Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən iclas... | publikaz_normalized |
Futbol üzrə İngiltərə Premyer Liqasında 31-ci turun mərkəzi qarşılaşması baş tutub. Son dəqiqələrə kimi 3:2 hesabı ilə öndə olan "qırmızı şeytanlar" bir dəqiqə ərzində buraxdıqları iki topla məğlub olublar. Belə ki, Koul Palmer 90+10-cu və 90+11-ci dəqiqələrdə fərqlənərək komandasına üç xalı qazandırıb. Günün digər oyu... | publikaz_normalized |
ABŞ İran və İsrail arasında genişmiqyaslı müharibə ehtimalından narahatdır". Kirbi həmçinin əlavə edib ki, bu mövzu İsrailin baş naziri Benyamin Netanyahu ilə ABŞ prezidenti Co Bayden arasında söhbət zamanı əsas məsələyə çevrilib. "Bundan əvvəl İranın ali dini lideri Əli Xamneyi İsrailə ivrit dilində müraciət edərək, b... | publikaz_normalized |
Heç kim bu fikrə düşməməlidir":"Alman hakimiyyət orqanları köhnə və yeni çağırışların öhdəsindən gəlmək üçün öz ordusunun döyüş hazırlığını artırmağı planlaşdırır, bu dəyişikliklər son 35 ildə ən radikal hərbi islahat olacaq. Onun sözlərinə görə, islahatların məqsədi Bundesveri (Almaniya silahlı qüvvələrini) müharibə z... | publikaz_normalized |
İsti günlər nə qədər yaxın olsa, bir o qədər insanlar kabab yemək üçün bayıra çıxmağı düşünürlər. Bu ənənəvi yemək növü bizim sevimlilərimizdən biridir, lakin onun bir çox risk daşıdığını unutmayın". Onun sözlərinə görə, kömürdə qızardılmış ət müxtəlif xəstəliklərin inkişafına səbəb ola bilər. Yanmış qabıq varsa, onu ç... | publikaz_normalized |
ordu göndərmirik, amma...":"Alyans Ukraynaya döyüş hissələri göndərmək niyyətində deyil. “NATO müttəfiqləri Ukraynaya əhəmiyyətli hərbi dəstək göstərir. Biz bu fəaliyyəti daha da gücləndirməliyik. Xüsusilə də bu ölkəyə hava hücumundan müdafiə sistemləri göndərməliyik”, - deyə Baş katib qeyd edib. | publikaz_normalized |
Rusiyanın Soçi şəhərində dənizdə görünən mənzərə hər kəsi heyrətə gətirib. Görüntülərdə gəmilərin sanki havada süzüldükləri görünür. Əslində bu mənzərə “Fata Morgana” adlı nadir optik illüziya sayəsində yaranır. Belə ki, temperatur fərqləri səbəbindən atmosferin aşağı təbəqələrində müxtəlif sıxlıqlı bir neçə təbəqə əmə... | publikaz_normalized |
Tayvan yaxınlığında baş verən zəlzələ nəticəsində ölənlərin sayı 10-a çatıb, 1106 nəfər xəsarət alıb. Yenilənmiş məlumatlara görə, 705 nəfər çətin relyefə malik ərazilərdə yardım gözləyir: onlardan 500-dən çoxu Taroko Milli Parkının dağlıq ərazilərindədir. Həmçinin 18 nəfər hələ də itkin sayılır. Qeyd edək ki, aprelin ... | publikaz_normalized |
Türkiyənin BMT yanında daimi nümayəndəsi Sedat Önal Türkiyənin ABŞ-dəki səfiri təyin olunub. Sənədə görə, daimi nümayəndə vəzifəsindən azad olunmuş Sedat Önalın yerinə xarici işlər nazirinin müavini Ahmet Yıldız təyin olunub. | publikaz_normalized |
Azərbaycanın tanınmış ustad aşığı Dədə Şəmşirin ermənilər tərəfindən dağıdılmış məzarının görüntüləri yayılıb. Həmin kadrları təqdim edirik: | publikaz_normalized |
Martın 31-də keçirilmiş yerli seçkilərdə Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədinin qalib gəldiyi Ardahanda Ədalət və İnkişaf Partiyasının (AK Partiya) etirazı ilə seçkilər təkrarlanacaq. AK Partiya Şəhər Təşkilatı bütün bülletenlərin yenidən sayılması və seçkinin ləğvi üçün Mərkəz Rayon Seçki Şurasına etiraz edib... | publikaz_normalized |
Məşhur britaniyalı aktrisa, dizayner və model Elizabet Hurli oğlu, aktyor və model Damian Hurli ilə açıq-saçıq libasda ictimaiyyət qarşısına çıxıb. 58 yaşlı məşhur övladının rejissorluq debütü olan “Stricly Confidential” bədii filminin nümayişinə gəlib. Eyni zamanda, ABŞ-ın Nyu - York şəhərindəki "Robin Williams Center... | publikaz_normalized |
Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan rayon sakini, əvvəllər məhkum olunmuş Fahim Muradov saxlanılıb. F.Muradovun rayon ərazisində yerləşən evlərdən birindən dəmir borular oğurladığı da müəyyən edilib. Bundan əlavə, rayon əra... | publikaz_normalized |
İran İsrailə belə hücum edəcək":"İsrail rəsmiləri Suriyadakı İran konsulluğuna hücumdan sonra İranın İsrailə hücum edə biləcəyinə dair kəşfiyyat məlumatlarına malik olduqlarını bildiriblər. Məlumata görə, İran bunu öz ərazisindən raketlər və ya dronlarla edə bilər. Bundan əvvəl İran və İraq sərhədi yaxınlığında uçan iş... | publikaz_normalized |
Bakının bir sıra yollarında tıxac yaranıb. Hal-hazırda yollardakı vəziyyət: Heydər Əliyev prospekti əsas və kənar yol, mərkəz istiqamətində;" "2. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;" "3. Babək prospekti, mərkəz istiqamətində;" "4. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətind... | publikaz_normalized |
Madaqaskar hökuməti Qamane siklonunun təsiri ilə əlaqədar milli fəlakət elan edib. Milli fəlakət elan etmək üçün hər cür şərait var və hökumət bunu etmək qərarına gəlib", - bəyanatda deyilir. Portalın məlumatına görə, siklonun fəsadlarından 90 mindən çox insan zərər çəkib, ictimai infrastruktura da ciddi ziyan dəyib. N... | publikaz_normalized |
Ukrayna bu tarixdə...":"Zirvə toplantısında məqsədimiz onun alyansa daxil olması üçün körpünün qurulmasına kömək etməkdir. Onun sözlərinə görə, bu məsələ iyulda Vaşinqtonda keçiriləcək sammitdə müzakirə olunacaq. ABŞ Dövlət Departamentinin rəhbəri həmçinin vurğulayıb ki, NATO üzvü olan ölkələrin Ukraynaya dəstəyi “daş ... | publikaz_normalized |
Fransa prezidenti Emmanuel Makron 100 illik fasilədən sonra əsas təmizlik işləri başa çatdıqdan sonra Sena çayında üzmək niyyətini təsdiqləyib. Cümə axşamı Makron Sen-Denidə Olimpiya Su İdmanı Mərkəzinin açılışında iştirak edib. Tədbir zamanı Fransa prezidenti Olimpiya Oyunları ərəfəsində həqiqətən də Sena çayında üzəc... | publikaz_normalized |
Türkiyənin İstanbul şəhərinin Sancaktepe rayonunda baş vermiş silahlı hücumda bir nəfər ölüb. Bildirilib ki, zərərçəkmiş avtomobilindən enərkən naməlum şəxslərin silahlı hücumuna məruz qalıb. Qurban hadisə yerində keçinib. Ekspertiza qrupu ərazidə çoxlu mərmi gilizləri aşkar edib. Faktla bağlı araşdırma aparılır. | publikaz_normalized |
Rusiya qoşunları bu şəhərin ətrafını götürdü":"Rusiya qoşunları Ukraynanın Çasov Yar şəhərinin ətrafına daxil olub. O əlavə edib ki, Ukrayna hərbçiləri bir il ərzində şəhərdə ciddi istehkamlar tikib, ərazini minalayıblar. “Hazırda mövqelərimizdən Çasov Yarına qədər təxminən yarım kilometr qalıb. Deyə bilərik ki, Rusiya... | publikaz_normalized |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.