text stringlengths 20 1.45M | source stringclasses 10
values |
|---|---|
Rusiyanı ittiham etdi":"Moldova Xarici İşlər Nazirliyi (XİN) Ukrayna ilə sərhəddə pilotsuz təyyarənin qəzaya uğramasında Rusiyanı günahlandırıb. “Rusiyanın Ukraynaya hücum etmək üçün istifadə etdiyi hərbi pilotsuz təyyarənin qalıqlarının yenidən ərazimizdə aşkarlanmasını qətiyyətlə pisləyirik. Moldova Ukraynanı dəstəkl... | publikaz_normalized |
Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasedicisi Sima Səfərova Azərbaycan Alpinizm Federasiyasının təşəbbüsü ilə 24 mart - 3 aprel 2024-cü il tarixlərində Nepal ərazisində Himalay dağ silsiləsində yerləşən hündürlüyü 6189 metr olan İsland zirvəsinə texniki dırmanış edib. Yürüş çərçivəsində o, ... | publikaz_normalized |
Səbəbi də bəllidir":"2024-cü ilin martında dünya ərzaq qiymətləri indeksi son 7 ayda ilk dəfə 1,1 faiz artaraq 118,3 bənd təşkil edib. FAO Qiymət İndeksi ən çox satılan ərzaq mallarının dünya qiymətlərindəki aylıq dəyişikliklərini izləyir. Qeyd olunur ki, mart ayı artımı digər amillərlə yanaşı, bitki yağları, süd məhsu... | publikaz_normalized |
Nazirlər Kabineti “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”nın təsdiq edilməsi haqqında” 28 sentyabr 2005-ci il tarixli və “İstilik enerjisindən istifadə qaydaları”nın təsdiq edilməsi haqqında” 5 sentyabr 2023-cü il tarixli qərarlarında dəyişiklik edib. Qərara əsasə... | publikaz_normalized |
Aprelin 4-də Heydər Əliyev Sarayında Aprel döyüşlərinin 8-ci ildönümünə həsr olunmuş “Zəfərin 4 anı” ədəbi-bədii gecə keçirilib. Tədbir Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Gənclər Fondu, Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi, "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin və "Böyük Qayıdış" Gənclə... | publikaz_normalized |
Bir çox dərman uşaqların həyatı üçün təhlükəlidir. Birincisi, ağrıkəsicilər və qızdırmasalıcılar və ya qeyri-steroid iltihab əleyhinə dərmanlardır. Mütəxəssis qeyd edib ki, bunlara ibuprofen və parasetamol daxildir. Onun sözlərinə görə, bu dərmanlarla uzun müddətli müalicədə qanın və daxili orqanların vəziyyətinə nəzar... | publikaz_normalized |
“Ezamiyyə xərclərinin normaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 25 yanvar tarixli 14 nömrəli Qərarında dəyişiklik edilib. Qərara əsasən, Azərbaycan Respublikasının ərazisində ezamiyyə xərclərinin 1 günlük norması müəyyən edilib. Belə ki, Bakı şəhərində 90,0 manat, Gəncə, Sumqayıt və Na... | publikaz_normalized |
COVID-19-la mübarizədə iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin vaxtı uzadılıb. Qərara əsasən, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə qərara dəyişiklik edilib. Dəyişikliklə COVID-19... | publikaz_normalized |
Xəbər verdiyimiz kimi, Moskvada azərbaycanlı iş adamı Araz Ağalarova məxsus “Crocus City Hall” ticarət mərkəzində terror aktı törədilib. O bildirib ki, hazırda Moskvadadır və hər gün faciənin baş verdiyi yerə yollanır: Rusiyadan qaçdığımı yazanlar üçün: Moskvadayam, hətta ötən gün faciə olan yerdə idim. Kim və hansı sə... | publikaz_normalized |
Türkiyə bu müqavilədən çıxdı":"Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan aprelin 8-də respublikanın Avropada Adi Silahlı Qüvvələr haqqında Müqavilədən (CFE) çıxması haqqında fərman imzalayıb. Sənədin mətnində bildirilir ki, prezidentin fərmanına əsasən, Türkiyə Respublikası ilə CFE Müqaviləsinin iştirakçısı olan digər dö... | publikaz_normalized |
Xarici ölkələrə ezamiyyə xərclərinin 1 günlük normaları müəyyənləşib. Qərarda xarici ölkələrə ezamiyyə xərclərinin 1 günlük normaları ilə bağlı siyahı təqdim olunub. | publikaz_normalized |
Əlahiddə Ümumqoşun Orduda (ƏÜO) növbəti komanda-qərargah təlimi keçirilib. Bildirilib ki, komanda-qərargah təliminin birinci mərhələsi bölmələrin müxtəlif döyüşə hazırolma dərəcələrinə gətirilərək “Həyəcan” siqnalı ilə təlim rayonlarına çıxarılması ilə başlayıb. Qoşunların səfərbərlik ehtiyatları ilə komplektləşdirilmə... | publikaz_normalized |
böyrəklərini 350 manata satdılar":"Nepalın Katmandu və Lukla şəhərlərinin ortasında yerləşən Hokse kəndində yaşayan kənd sakinləri beynəlxalq orqan alverinin qurbanı olduqlarını iddia ediblər. Qurbanların əksəriyyəti müştərilərin çoxunun yerləşdiyi Hindistanda insan alverinə məruz qalıb. Hoksedə yaşayan kəndlilər riskl... | publikaz_normalized |
AFFA İntizam Komitəsi Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyunları çərçivəsində keçirilmiş “Neftçi” – “Qarabağ” oyununda yaşananlara hüquqi qiymət verib. Buna Ağdam təmsilçisinin azarkeşlərinin rəqib futbolçuları təhqir etməsi səbəb olub. Qarşılaşma bitdikdən sonra meydana kənar şəxslər daxil olduğu üçün p... | publikaz_normalized |
Müharibəyə getməyə hazıram":"“Arsenal”ın futbolçusu və Ukrayna millisinin kapitanı Aleksandr Zinçenko maraqlı açıqlama verib. “Düşünürəm ki, burada cavab aydındır. Mən orada döyüşən oğlanlarla eyni məktəbdə oxumuşam, eyni futbol meydançasında oynamışam. İndi onlar ölkəmizi müdafiə etməlidirlər. Düzünü desəm, bunu qəbul... | publikaz_normalized |
Daşkəsən rayon Zəylik kənd tam orta məktəbində baş verən qanunsuzluqlarla bağlı rayon prokurorluğunda araşdırma aparılıb. Bildirilib ki, qeyd olunan təhsil müəssisəsində 2018-2023-cü illərdə əsassız olaraq əməkhaqqı ödənilməsi və digər yollarla dövlət büdcəsindən ayrılmış 56 min manatdan artıq pul vəsaitinin mənimsənil... | publikaz_normalized |
Avropa Şurasının baş katibi Mariya Peyçinoviç-Buriç Ermənistana səfər edəcək. Səfər aprelin 8-də baş tutacaq. | publikaz_normalized |
Azərbaycanda tibb sahəsi üzrə ixtisaslaşmış radio fəlaiyyətə başlayır. Bildirilib ki, Şuranın iclasında ümumölkə yerüstü radio yayımçısı lisenziyasının verilməsi üçün elan olunmuş müsabiqənin qalibi elan olunub. Müsabiqəyə sənədlərini təqdim etmiş ümumən 2 iddiaçı arasında daha üstün texniki, kadr və iqtisadi potensial... | publikaz_normalized |
Brüsseldə Ermənistan və Avropa İttifaqı arasında “Eurojust” çərçivəsində əməkdaşlıq sazişi imzalanıb. Sənədi Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan, Belçikanın ədliyyə və şimal dəniz məsələləri naziri Pol Van Tiçelt və Avropa İttifaqının ədliyyə məsələləri üzrə komissarı Didye Reynders imzalayıblar. “Eurojust... | publikaz_normalized |
Ötən ilin martın 28-də Milli Məclisinin deputatı Fazil Mustafaya qarşı yaşadığı evin qarşısında “Kalaşnikov” konstruksiyalı avtomat silahından atəş açılaraq terror aktı törətməkdə təqsirli bilinən Emin Əliyarov, Rəşad Əhmədov, Azər Səricanov, Elşad Əsgərov, Səbuhi Şirinovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. B... | publikaz_normalized |
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyəti aparatının Elm və təhsil şöbəsinin müdiri vəzifəsinə təyinat olub. Sərəncama əsasən, bu vəzifəyə filologiya elmləri doktoru, dosent Sərxan Abbas oğlu Xavəri gətirilib. Xatırladaq ki, S.Xavəri 1973-cü il mayın 26-da Goranboy rayonunda anadan olub. 1995-ci ildə Ba... | publikaz_normalized |
Sumqayıt şəhərində 5 yaşlı uşaq yaşayış binasının 7-ci mərtəbəsindən yıxılıb. 2019-cu il təcəllüdlü Eduard Mayis oğlu Mürsəlov yaşadığı evin eyvanından yıxılaraq ölüb. Uşaq xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır. | publikaz_normalized |
Özgənin əmlakını hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən "Kanal 11" internet televiziyasının direktoru Teymur Kərimovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Təqsirləndirlilən şəxsin vəkili Nemət Kərimli vəsatət qaldıraraq müdafiə etdiyi şəxsin həbs qətimkan tədbirinin dəyişdirilərək ev dustaqlığı... | publikaz_normalized |
Üç gün öncə İstanbulda, binanın zirzəmisində yerləşən gecə klubunda baş verən yanğınla bağlı 9 nəfər həbs edilib. Beşiktaşda gecə klubunda baş verən yanğınla bağlı ilkin ekspertiza rəyində məkan sahiblərinin günahkar olduğu vurğulanıb. Kamera görüntülərindən məlum olub ki, gecə klubunda yanar materiallar saxlanılıb və ... | publikaz_normalized |
Aprelin 5-i saat 15:10-dan 17:35-dək Ermənistan silahlı qüvvələrinin bölmələri növbəti təxribatlarına zəmin yaratmaq məqsədilə Azərbaycan Ordusunun Tovuz rayonunun Hacalı, Ağbulaq, Ağdam, Qaralar, Köhnə Qışlaq və Gədəbəy rayonunun Qalakənd yaşayış məntəqələri istiqamətlərindəki mövqelərinin qarşısında səngərin mühəndis... | publikaz_normalized |
Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqessonun Azərbaycan Respublikasına rəsmi səfəri aprelin 5-də başa çatıb. Konqo Respublikasının Prezidentini hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Elnur Məmmədov və digər rəsmi şəxslər yola saldılar. | publikaz_normalized |
Kiberdələduzlar üçün ilkin mərhələdə hədəf haqqında məlumatların əldə olunması olduqca əhəmiyyətlidir. Qeyd edilib ki, bunun başlıca səbəblərindən biri hədəfə ediləcək kiberhücum zamanı əldə edilən məlumatlar vasitəsilə zəif nöqtələrin təyin olunmasıdır və bu da öz növbəsində kiberhücumun növünü müəyyən edir: Yəni bir ... | publikaz_normalized |
Azərbaycanın tamblinq (akrobatik cığırda tullanma) üzrə yığmasının üzvü Aleksey Karataşov batut, ikili mini-batut və akrobatik cığır üzərində tullanmalar (tamblinq) üzrə Avropa Çempionatının finalına yüksəlib. Xatırladaq ki, bundan əvvəl batut gimnastikası üzrə Azərbaycan yığmasının üzvü Əli Niftəliyev gənclər arasında... | publikaz_normalized |
pulun 500 min manatı mənə qalıb":"Müdafiə Nazirliyinin mənimsəməyə görə tutulan Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi, general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin ma... | publikaz_normalized |
ABŞ-nin Nyu-Cersi ştatında 4,8 bal gücündə zəlzələ baş verib. Məlumata görə, zəlzələnin ocağı 1 km dərinlikdə olub. Yeraltı təkanlar Nyu-Yorkda hiss olunub. İtki və dağıntılar barədə məlumat yoxdur. | publikaz_normalized |
Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecin tələbəsi vəfat edib. Bildirilib ki, “Ətraf mühitin mühafizəsi və bərpası” ixtisasının III kurs tələbəsi Əliyev Əlirza Əlikramoviç pnevmoniyadan dünyasını dəyişib. | publikaz_normalized |
Xəbər verdiyimiz kimi, ABŞ-nin Nyu-Cersi ştatında 4,8 maqnitudalı zəlzələ baş verib. Məlumata görə, zəlzələyə səbəbilə BMT Təhlükəsizlik Şurasının iclası yarımçıq qalıb. | publikaz_normalized |
“Crocus City Hall” konsert zalına hücum etməkdə təqsirləndirilən on birinci şəxs, Tacikistan vətəndaşı Məhəmməd Şaripzodan həbs edilib. Xatırladaq ki, martın 22-də Moskva vilayətinin Krasnoqorsk şəhərində “Crocus City Hall” konsert zalında terror aktı törədilib. Hadisə nəticəsində azı 144 nəfər həlak olub, 551 nəfər ya... | publikaz_normalized |
Azərbaycan Kooperasiya Universitetinin bağlanacağı ilə bağlı sosial şəbəkələrdə məlumatlar yayılıb. Paylaşım əvvəlcə "Telegram, daha sonra isə Tiktok sosial şəbəkəsində paylaşılıb. Bəyənmə və rəy toplamaq məqsədi ilə tələbələrdən biri tərəfindən hazırlanıb. Bununla bağlı universitet kollektivinə hər hansısa bir xəbərda... | publikaz_normalized |
ABŞ-da keçirilən məhkəmədə 87 yaşlı britaniyalı milyarder Coe Levisin iki il həbsi istənilib. Milyarderin səhhəti, yaşı, həmçinin ittihamlarla üzləşmək üçün yaşadığı Baham adalarından Vaşinqtona gəlməsi nəzərə alınaraq ona həbs cəzası əvəzinə beş milyon dollar cərimə kəsilib. Milyarderin şirkətlərindən biri olan "Broad... | publikaz_normalized |
Naxçıvan polisi tərəfindən keçirilən “Xaş-xaş 2024” şərti adlı kompleks əməliyyat-axtarış tədbirləri çərçivəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb. Qeyd edilib ki, Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik tərki... | publikaz_normalized |
ABŞ və NATO-nun fəaliyyəti Cənubi Qafqazda sabitlik və təhlükəsizlik üçün ciddi risklər yaradır. Bildirilib ki, iyun ayında Cənubi Qafqazda təhlükəsizlik və sabitliyə dair məsləhətləşmələrin yeni raundu keçiriləcək. | publikaz_normalized |
“Soğan yeməmisən, için niyə göynəyir?” - VİDEO":"Aktrisa Sonaxanım Əliyeva ilə şair və jurnalist Anar Vəziroğlu arasında yenidən qalmaqal yaşanıb. Aktrisa bildirib ki, bu qalmaqalın yenidən alovlanmasına səbəb A.Vəziroğlunun onun şəxsi həyatı ilə bağlı verdiyi xoşagəlməz müsahibəsi olub: Mən bu insanın adını efirdə çək... | publikaz_normalized |
Kişineu rayon məhkəməsi Rusiya imperiyasında istifadə edilən qara-sarı-ağ bayrağı ekstremist atribut elan edib. Qətnamədə bayrağın ekstremist xarakter daşıdığı bildirilir. Moldova hakimiyyəti hələlik bu qərarı şərh etməyib. | publikaz_normalized |
Dua, imsak və iftar vaxtı":"Sabah Ramazan ayının iyirmi yeddinci günüdür. İyirmi yeddinci günün imsak duası: “Allahummərzuqni fihi fəzlə leylətil-Qədr. Və səyyir umuri fihi minəl-usri iləl-yusr. Vəqbəl məaziri və huttə ənniz-zənbə vəl-vizr. Ya rəufən bi-ibadihis-salihin!”" "Tərcüməsi: “İlahi, bu gün mənə Qədr gecəsinin... | publikaz_normalized |
Xətai rayonu, R.Əsgərov küçəsi 39 ünvanında və S. Mehmandarov küçəsi 94A ünvanında qaz xəttinin yerinin dəyişdirilməsi, həmçinin Binəqədi rayonu, 7-ci Mikrorayon, Süleyman Sani Axundov küçəsində yeraltı qaz xəttində aşkar olunmuş qaz sızmasının ləğv olunması məqsədi ilə 06.04.2024-cü il tarixdə saat 10:00-dan etibarən ... | publikaz_normalized |
Aprelin 5-də elm və təhsil naziri Emin Əmrullayev Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfiri Mixail Yevdokimovla görüşüb. | publikaz_normalized |
“İstifadə müddəti bitmiş ərzaq məhsulları yenidən etiketləndikdən sonra piştaxtalara qaytarılır”. Onun sözlərinə görə, Azərbaycanda heyrətamiz vəziyyət yaranıb: “Vaxtı keçmiş mallar satışdan çıxarılaraq distribyutora verilir, o da malı istehsalçıya qaytarır. Bundan sonra məhsul yeni qablaşdırmaya qoyulur və rəfə qaytar... | publikaz_normalized |
Ukraynanı təmsil edən azərbaycanlı yunan-Roma güləşçisi Pərviz Nəsibov Bakıda keçirilən Avropa Olimpiya Təsnifat turnirində yarımfinal görüşünə çıxıb. Rəqibinə qalib gələn Nəsibov Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. | publikaz_normalized |
“Lokomotiv”, “Verona” və Rusiya milli komandasının keçmiş qapıçısı Ruslan Niqmatullin bildirib ki, Lionel Messi Mayamidə ilk mənzilini şəhərin Rusiya rayonunun tam mərkəzində alıb. “Messi Mayamidə ilk mənzilini şəhərin rus rayonunun mərkəzində, “Porş Taur” binasında alıb. Əslində bura çox prestijli, yaxşı sahədir. Bəlk... | publikaz_normalized |
ABŞ-də baş verən zəlzələ ilə əlaqədar Nyu-Yorkun Con Kennedi və Nyuark Liberti hava limanlarının fəaliyyəti müvəqqəti olaraq dayandırılıb. "Ümumilikdə 286 reys təxirə salınıb. Hava limanlarının texniki vəziyyətinin monitorinqindən sonra uçuşlar bərpa ediləcək. "Bu barədə danışan Nyu-York qubernatoru Keti Hoçul baş verm... | publikaz_normalized |
Rumıniya Hərbi Dəniz Qüvvələri aprelin 8-dən 21-dək “Sea Shield 24” çoxmillətli təlimlər keçirəcək. Bu barədə Rumıniya Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir: “2,2 mindən çox hərbi qulluqçu və 135 hərbi texnika Qara dənizdə, onunla sahil zonasında, Dunay çayında və onun deltasında tapşırıqlar... | publikaz_normalized |
Bütün videolar... - FOTO":"Mərhum ilahiyyatçı Hacı Şahin Həsənlinin “Youtube” kanalı oğurlanıb. Məlumatda qeyd olunub ki, Hacı Şahin Həsənlinin sosial şəbəkələrdəki rəsmi hesabları haker hücumlarına məruz qalır: Artıq “Youtube” kanalımız hakerlər tərəfindən ələ keçirilib. Hazırda hücumların zərərsizləşdirilməsi istiqam... | publikaz_normalized |
Brüsseldə ABŞ-Aİ-Ermənistan üçtərəfli görüşü başa çatıb. Xatırladaq ki, Brüsseldə Ermənistanın baş naziri Nikol Paşinyan, Avropa Komissiyasının (AK) sədri Ursula fon der Leyen və ABŞ dövlət katibi Entoni Blinken arasında üçtərəfli görüş baş tutub. Görüşdən əvvəl Von der Leyen, Paşinyan, Blinken və Avropa İttifaqının xa... | publikaz_normalized |
ABŞ Ermənistanı Azərbaycanla yekun razılığa gəlməyə çağırır. “Görüş Ermənistanda aparılan islahatlara həsr olunub. Lakin biz, əlbəttə ki, İrəvanı sülh yoluna davam etməyə və Azərbaycanla yekun razılığa gəlməyə çağırdıq. Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması regional təhlükəsizliyi və rifahı təmin etmək ü... | publikaz_normalized |
Türkiyə Superkubokunun “Fənərbağça” – “Qalatasaray” matçı baş tutmaya bilər. Oyun aprelin 7-nə planlaşdırılıb. Qarşılaşma başalayndan sonra isə üç nəfər zədə və ya digər səbəblərə görə meydanı tərk etməlidir. Məlumatı “Fənərbağça”nın idarə heyətinin üzvü Erol Biletsik də təsdiqləyib. Əgər bu baş verərsə, o zaman reqlam... | publikaz_normalized |
Cənubi Koreya Respublikası Ukraynaya 2,3 milyard dollar dəyərində maliyyə yardımı ayıracaq. Nazir qeyd edib ki, Cənubi Koreya yaralanan Ukrayna hərbçiləri üçün reabilitasiya mərkəzlərinin fəaliyyət göstərməsi üçün NATO fondu vasitəsilə 12 milyon dollar məbləğində maliyyə yardımı da ayıracaq. | publikaz_normalized |
Nyu-Yorkda "Azadlıq heykəli"ni ildırım vurub. "Fotoqraf zərbə nəticəsində dağıntı olmadığını qeyd edib. Qeyd edək ki, hadisə ilk dəfə baş vermir, "Azadlıq heykəli"nə vaxtaşırı ildırım düşür. | publikaz_normalized |
Ailə dağıdan video çəkirsən" - VİDEO":"Meyxanaçı Ələkbər Yasamallı müğənni xanımla görüntüsü gündəm olub. Onun sənətçi xanımla sətiraltı zarafatı birmənalı qarşılanmayıb. Həmin videonu təqdim edirik: | publikaz_normalized |
“Aprelin 5-də Brüsseldə keçirilən ABŞ-Avropa İttifaqı-Ermənistan görüşü region ölkələrinin əksəriyyətində narahatlıq doğurur. Çünki o, Azərbaycanla Ermənistan arasında sülhə nail olmağa yönəlməyib”. “Bu görüş Azərbaycanla Ermənistan arasında sülhə nail olmağa yox, Qərbin son dərəcə destruktiv yanaşmaları ilə Cənubi Qaf... | publikaz_normalized |
Şair Nazilə Səfərlinin atası xəstəxanaya yerləşdirilib. N.Səfərli hazırda valideyninin Milli Onkologiya Mərkəzində müalicə olunduğunu bildirib. Qeyd edək ki, iki il əvvəl şairin atasının başında şiş aşkarlandığı üçün 3 ay müalicə olunmuşdu. | publikaz_normalized |
İngiltərə Premyer Liqasının son turunda “Liverpul” “Şeffild”i 3:1 hesabı ilə məğlub edib. “Football Transfers”in məlumatına görə, argentinalı futbolçu “Liverpul”un son 6 matçının hər birində qol vurub və ya assistentlik edib. 2013-cü ildən, Stiven Cerrarddan sonra Mersisayd klubunun heç bir yarımmüdafiəçisi bu uğura im... | publikaz_normalized |
“Kəpəz” “Araz-Naxçıvan”a qalib gəldi":"Azərbaycan Premyer Liqasında XXIX tura start verilib. Günün yeganə matçında “Araz-Naxçıvan” “Kəpəz”i qəbul edib. Görüşdə hesabı ev sahibləri açıblar. 16-cı dəqiqədə Miço Kuzmanoviç fərqlənib. Lakin fasilədən sonra gəncəlilər geridönüş etməyi bacarıblar. Əvvəlcə 54-cü dəqiqədə Mart... | publikaz_normalized |
Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Saleh Kamal oğlu Xələfovun təlim atış çalışmaları yerinə yetirilən zaman ona təhkim olunmuş odlu silahdan açılmış atəş nəticəsində ölməsi barədə Qubadlı hərbi prokurorluğuna məlumat daxil olmuşdur. Fakt üzrə Qubadlı hərbi prokurorluğunda Azərbaycan R... | publikaz_normalized |
Cənubi Qafqazda son dərəcə təhlükəli planların həyata keçirilməsi üçün...":"Brüsseldəki görüş Cənubi Qafqazı geosiyasi qarşıdurmaya çəkmək üçün növbəti cəhddir. “Biz 2024-cü il aprelin 5-də Brüsseldə keçirilən Ermənistan-ABŞ-AB formatında yüksək səviyyəli görüşü “kollektiv Qərb”in Cənubi Qafqazı geosiyasi qarşıdurmaya ... | publikaz_normalized |
Ermənistan hakimiyyəti Azərbaycana qarşı təxribat xarakterli militarist kursunu davam etdirir, silahlı qüvvələrini şərqi Zəngəzur istiqamətində şərti sərhəddə cəmləşdirir. Bildirilib ki, Azərbaycanla şərti sərhəddə Ermənistan ordusunun hərəkət aktivliyi müşahidə olunur. Qeyd edək ki, artıq bir neçə gündür Azərbaycanla ... | publikaz_normalized |
Təranə Qumralın müğənni qızı Qumral maraqlı açıqlaması ilə gündəmə gəlib. Onların çox sərbəst olduğunu deyən sənətçi aldığı ailə tərbiyəsi ilə öyünüb. Bunun üçün eyni studiyada qonaq olan anasına təşəkkürünü bildirən Qumral özünə təriflər yağdırıb. | publikaz_normalized |
Ukraynanın aktivlərin axtarışı və idarə edilməsi agentliyi (AAİA) ölkədə fəaliyyəti qadağan edilmiş “Müxalifət platforması - Həyat naminə” partiyasının keçmiş lideri, “Başqa Ukrayna” hərəkatının idarə heyətinin sədri Viktor Medvedçukun avtomobili və qol saatları satışa çıxaracaq. Məlumata görə, “Maybach” markalı avtomo... | publikaz_normalized |
“Atamın övladı olduğunu deyən qadından DNT testi tələb edirəm”":"Mərhum meyxana ustadı Nizami Rəmzinin qızı Heyran "Elgizlə izlə" ictimai-sosial verilişinin efirinə çıxaraq özünü onun atasının qızı olduğunu iddia edən Reyhanla bağlı qalmaqallı açıqlama verib. Bu səbəbdən isə o qarşı tərəfin DNT testdən keçməsini tələb ... | publikaz_normalized |
“Mən həm ruhən, həm də pullarımla ermənilərin tərəfindəyəm” deyən rusiyalı iş adamı Anastasiya Tatulova Rusiyada “xarici agent”lər siyahısına daxil edilib. Xatırladaq ki, A.Tatulovanın 2020-ci ildə məlum statusundan sonra onunla franşiza müqaviləsi ilə Bakıda işləyən eyniadlı kafe əməkdaşlıqdan imtina edərək, bağlanmış... | publikaz_normalized |
yaralananlar arasında polis də var - VİDEO":Türkiyənin Şanlıurfa şəhərində avtovağzalda silahlı atışma baş verib. Axşam saatlarında Şanlıurfanın Karaköprü rayonunda yerləşən Şəhərlərarası Avtovağzaldakı “Nəzər” şirkətinin kassasına gələn bir qrup şəxs ilə işçilər arasında pul məsələsinə görə dava düşüb. Odlu silahdan v... | publikaz_normalized |
Ukrayna Prezidenti Volodimir Zelenski bir sıra ukraynalı və rusiyalı iş adamına, həmçinin şirkətlərə sanksiyalar tətbiq edib. Bildirilib ki, 86 şirkət sanksiyalara məruz qalıb. İş adamları Vadim Alperin və Aleksandr Yerimiçuk, Yuri Kuşnir (Çernivtsi İnşaat Materialları Zavodunun və Soko təhlükəsizlik agentliyinin təsis... | publikaz_normalized |
Fransa mümkün qədər tez NATO-dan çıxmalıdır, bu təşkilatda qalmaq son dərəcə təhlükəlidir. O, ABŞ Dövlət katibi Antoni Blinkenin Ukraynanın alyansa üzv olması ehtimalı ilə bağlı sözlərinə belə cavab verib. “Amerikanın ağılsız və son dərəcə təhlükəli bəyanatı! Gəlin tezliklə özümüzü bu tələdən qurtaraq, NATO-dan çıxaq v... | publikaz_normalized |
Aprelin 5-də saat 23 radələrində paytaxtın Binəqədi rayonu ərazisində 1992-ci il təvəllüdlü Aygül Quliyevanın öldürülməsi barədə rayon Prokurorluğuna məlumat daxil olub. Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb. R.Quliyev prokurorluğun qərarı ... | publikaz_normalized |
münasibətlər üçün çox çətin zamandır":"Qoç - yaxın gələcəklə bağlı perspektivləri müəyyənləşdirin. Hadisələrdə gərginlik hiss olunsa da, emosiyalara qapılmayın. Düşünülməmiş, tələsik qərar verməyin. Can atdığınız sakitlik və harmoniyanı unudun. Şəxsi münasibətlərdə hisslərin əsirinə çevrilməyin. Demək istəmədiyiniz söz... | publikaz_normalized |
Bugatti" markası dünyaca məşhur aktyor Tom Kruza avtomobil satışını qadağan edib. Brend bunun onlar üçün anti-reklam olduğu qənaətindədir. Aktyor 2005-ci ildə "Bugatti Veyron" markalı maşını 1 milyon 900 min dollara almışdı. | publikaz_normalized |
Xorvatiyanın Poreç şəhərində gənc boksçular arasında Avropa birinciliyi davam edir.. Publik.az xəbər verir ki, yarışın ikinci günündə rinqə çıxan Azərbaycan millisinin 3 idmançısı ilk görüşünü qələbə ilə başa vurub. 48 kq-da Bilalhəbaşi Nəzərov Eris Sədullahla (Türkiyə) üz-üzə gəlib. Görüş boksçumuzun qələbəsi ilə yeku... | publikaz_normalized |
Xəbər verdiyimiz kimi, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Saleh Kamal oğlu Xələfov təlim atış çalışmaları yerinə yetirilən zaman həlak olub. | publikaz_normalized |
Türkiyəli müğənni Serdar Ortaç bu gün Bakıya gəlib. Belə ki, aparıcı Hacı Nuran "Instagram" hesabında Serdarla çəkdirdiyi fotoları paylaşıb. Qeyd edək ki, Heydər Əliyev Sarayının səhnəsində sevənlərinin qarşısına çıxan Ortaçın konsert biletlərinin qiyməti minimum 55, maksimum isə 395 manat idi. | publikaz_normalized |
Türkiyə xarici işlər naziri Hakan Fidan Birləşmiş Millətlər Təşkilatının Baş katibinin Suriya üzrə xüsusi nümayəndəsi Geir Pederseni Ankarada qəbul edib. | publikaz_normalized |
Rusiyanın Rostov vilayətində avtomobilinin yük yerində qulaqları və boğazı kəsilmiş mühəndis Andrey Likoldun meyiti tapılıb. Məlumata görə, onlar bir neçə gün öncə axşam saatlarında avtomobilləri ilə Volqodonska tərəf gediblər. Bundan sonra onlardan xəbər çıxmayıb. Yaxınlarının müraciətindən sonra polis axtarışlara baş... | publikaz_normalized |
Zəngilanın “Ağıllı kənd” layihəsinin icra olunduğu Ağalı kəndinin yeni görüntüləri yayımlanıb. Qeyd edək ki, Azərbaycanda ilk “Ağıllı kənd” layihəsi Zəngilanda tətbiq olunub. 2021-ci il aprelin 26-da Prezident İlham Əliyev Zəngilan rayonuna səfəri zamanı birinci “Ağıllı kənd” layihəsinin təməlini qoyub. | publikaz_normalized |
Mbappeni bəyənməyib, görün kimi aldılar":"2005-ci ildən 2020-ci ilə qədər klubun sistemində olan “Barselona”nın sabiq direktoru Xavyer Bordas bildirib ki, “blaugrana” Kilian Mbappe və Erlinq Haalandı transfer etməyi düşünürmüş. “Mən başçılıq etsəydim, Mbappe “Barsa”da oynayardı. Neymar üçün 222 milyon avro ödəniləndə M... | publikaz_normalized |
Yaponiya sahillərində 5,5 maqnitudada zəlzələ qeydə alınıb. Məlumata görə, zəlzələnin episentri Sakit okeanın şimalında, Aomori prefekturasının şərqində, ocağı isə 10 km dərinlikdə yerləşib. | publikaz_normalized |
Tacikistan vətəndaşları artıq Türkiyəyə vizasız daxil ola bilməyəcəklər. “Resmi qazete”də dərc olunan fərmanda deyilir: “Ümumi pasportla Türkiyəyə daxil olan Tacikistan vətəndaşları üçün vizasız rejimin ləğvi qərara alınıb”. Qərar qəzetdə dərc edildiyi gündən qüvvəyə minib. | publikaz_normalized |
Hollivud aktrisası Ancelina Coli keçmiş əri Bred Pitti ona və uşaqlarına qarşı fiziki zorakılıqda ittiham edib. Xatırladaq ki, Coli 2016-cı ildə Pittdən boşanmaq üçün məhkəməyə müraciət edib. Aktyorların boşanma prosesi üç il davam edib. Buna səbəb aktyorun övladlığa götürdüyü oğlu Meddoksu döyməsi olub. İndi isə məlum... | publikaz_normalized |
821 şəbəkə AB-ni təhdid edir - Aralarında Ermənistan da var":"821 cinayətkar şəbəkə Avropa İttifaqının (Aİ) təhlükəsizliyini pozmaqla təhdid edir. Haaqada təqdim olunan mütəşəkkil cinayətkarlıq haqqında hesabata əsasən, bir çoxu beynəlxalq səviyyədə fəaliyyət göstərən peşəkar dəstələrin 25 mindən çox üzvü var. Ciddi və... | publikaz_normalized |
Britaniyada Mühafizəkarlar Partiyasının deputatı Uilyam Vraq bir tanışlıq proqramında tanış olduğu şəxsə bəzi deputatların şəxsi telefon nömrələrini verib. Uilyam Vraq qorxduğu üçün belə etdiyini deyib. Məlum olub ki, Uilyam Vraq tanışlıq proqramındakı şəxsə öz intim şəkillərini yolladıqdan sonra, həmin şəxs tərəfindən... | publikaz_normalized |
Birləşmiş Ştatlar və İsrail İrandan mümkün hücum xəbərləri ilə əlaqədar hərbçilərini yüksək hazırlıq vəziyyətinə gətirib. Ehtiyatda olan bəzi əsgərlər hava hücumundan müdafiə bölmələrinə çağırılıb və GPS siqnalları bloklanıb. | publikaz_normalized |
Aprelin 25-dən etibarən Venesiyadakı Dojlar Sarayına giriş ödənişli olacaq. Mer deyib ki, məqsəd turist sıxlığını aradan qaldırmaqdır. İyul ayınadək həftə sonları və qeyri-iş günlərində saraya girənlər 5 avro ödəməli olacaqlar. | publikaz_normalized |
Bakının bir sıra yollarında tıxac müşahidə olunur. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metrostansiyası istiqamətində;" "2. 8 Noyabr prospekti, mərkəz istiqamətində;" "3. Tbilisi prospekti, "20 Yanvar" metrostansiyasından mərkəz istiqamətində;" "4. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanv... | publikaz_normalized |
1 nəfər öldü":"Bakı şəhərinin Nizami rayonunda köşk yanıb. Bildirilib ki, ümumi sahəsi 4 m² olan köşkün yanar konstruksiyaları yanıb. Yanğının kəşfiyyatı zamanı 1 nəfərin yanmış meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Ətraf ərazilər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən ... | publikaz_normalized |
Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin qiyməti artıb. | publikaz_normalized |
Çinin Yunnan əyalətində 4,9 bal gücündə zəlzələ qeydə alıb. Zəlzələnin episentri Ludian qraflığının Zhaotong rayonunda yerləşib. Zəlzələ ocağı yerin 10 km dərinliyində olub. Hələlik tələfat və dağıntılar barədə məlumat verilməyib. | publikaz_normalized |
İslandiyanın Baş naziri Katrin Yakobsdouttir istefa verib. Onu kimin əvəz edəcəyi hələ ki, müəyyən edilməyib. İslandiyada prezident seçkiləri iyunun 1-nə təyin edilib. | publikaz_normalized |
Qazaxıstanın kənd təsərrüfatı naziri Aydarbek Saparov deyib ki, bu il ölkəsi Azərbaycan və Gürcüstanla imzalanmış müqavilə çərçivəsində 160 min ton soğan ixrac edəcək. Soğan ərzaq səbətimizdə ən vacib elementlərdəndir. Hansı ki, onun istehsalı ölkəmizdə geniş yayılıb. Ölkədə soğan əkin sahələrinin böyük hissəsi Qarabağ... | publikaz_normalized |
Yeni qaydalara əsasən, artıq yaşı 15 ildən yuxarı olan avtomobillər taksi kimi fəaliyyət göstərə bilməyəcək. Taksilərlə bağlı yeni qaydaların açıqlanmasından sonra bu sahədə ən çox istifadə edilən “prius”ların qiymətinin kəskin ucuzlaşacağı barədə xəbərlər yayılır. Həmçinin son günlərdə bu maşınların kütləvi şəkildə sa... | publikaz_normalized |
Bəs əhalini nə gözləyir?":"2024-cü ildə Azərbaycanın şəhər və rayonlarından 58-i xərclərini dövlət büdcəsindən maliyyə yardımı (dotasiya) almadan öz gəlirləri hesabına təmin edəcək. Bu, Maliyyə Nazirliyinin 2024-cü ilin dövlət və icmal büdcələri üzrə layihələrində əksini tapıb. Bu il qalan yeddi rayona yerli gəlir və x... | publikaz_normalized |
Çilçıraq deyəndə ilk olaraq məşhur filmlərdən kadrlar yada düşür. Məsələn, “Qaynana” filmində Afətin Cənnət xalanın təsbehini çilçıraqdan asması, Cənnət xalanın “Ay bu lüstr qırıla düşə bunun təpəsinə, nə ürəyimdən tikan çıxardı...” replikası üzümüzü güldürür. Yaxud “İşdə məhəbbət macərası” filmində Lüdmila Prokofyevna... | publikaz_normalized |
“İcbari tibbi sığortadan yararlanmaq və məni narahat edən ürək ağrılarının dərdini bilmək üçün xəstəxanaya müraciət etdim. İlk gün günorta gəldiyim üçün mənə məsləhət gördülər ki, artıq gecdir, gözləməyim. İkinci gün səhər saatlarından gəldim, növbə götürdüm. Günortaya yaxın, nömrəmin çatmasına iki sıra qalmış, dedilər... | publikaz_normalized |
Xarici şirkətlər Ermənistana qarşı":"Nikol Paşinyan hökuməti iqtisadiyyat və siyasət sahəsində naşı olduğunu, illər keçsə də heç bir təcrübə qazanmadığını atdığı hər addımı ilə sübut etməkdən yorulmur. Ermənistanın beynəlxalq investorlar arasında reytinqi enməkdə davam edir. Artıq bir sıra iri şirkətlər hökumətə qarşı ... | publikaz_normalized |
Aprelin 5-i saat 21:55-dən 23:20-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuzqala rayonunun Müsürskənd, Basarkeçər rayonunun Aşağı Şorca, Yuxarı Şorca, Günəşli və Gorus rayonunun Ərəvus yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Tovuz rayonunun Əlibəyli, Daşkəsən rayonunun Xoşbulaq, Kə... | publikaz_normalized |
Yağışdan çıxıb, yağmura düşməyəcəyik ki?":"Bakıda 100 yeni elektrikli avtobusun istismara verilməsi planlaşdırılır. Bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev Bakıda Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın təşk... | publikaz_normalized |
“Vaqner” özəl hərbi şirkətinin (PMC) təsisçisi Yevgeni Priqojin və komandir Dmitri Utkinin abidəsi Krasnodar diyarının Qoryaçi Klyuç şəhərində şirkətə məxsus kilsədə peyda olub. Heykəltəraş Priqojini tam hündürlükdə, əlində rabitə aparatı tutaraq təsvir edib. Onun arxasında pulemyotlu Utkin dayanır. Pyedestalda "birinc... | publikaz_normalized |
Turan Tovuz" və "Qarabağ" paytaxt klubları ilə üz-üzə gələcək":"Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXIX turun daha iki oyunu keçiriləcək. Turan Tovuz" doğma azarkeşləri önündə "Sabah"ı qəbul edəcək. Bölgə klubu 36 xalla 7-ci, paytaxt təmsilçisi 40 xalla beşinci pillədə qərarlaşıb. İkinci görüşdə çempionluğ... | publikaz_normalized |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.