text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
Aprelin 11-dən Azərbaycanda hava şəraitin küləkli və yağıntılı olacağı gözlənilir. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında aprelin 11-dən 12-si səhərədək şimal-qərb küləyinin 15-18 m/s, arabir 20-23 m/s-dək güclənəcəyi gözlənilir. Azərbaycanın rayonlarında da aprelin 10-dan 11-i günün ikinci yarısınadək hava şər...
publikaz_normalized
Səudiyyə Ərəbistanı Superkubokunun yarımfinalında “ Əl-Nahda”ya qarşı keçirilən oyunda qırmızı vərəqə alması “Əl-Nəsr”in ulduzu Kriştiano Ronaldonun diskvalifikasiya olunması və cəriməsi edilməsi ilə nəticələnə bilər. Bu, Ronaldo üçün cari mövsümdə ikinci diskvalifikasiya olacaq. O, daha əvvəl Səudiyyə Ərəbistanı çempi...
publikaz_normalized
Başqa şansım yox idi" - FOTO":"31 yaşlı aktrisa Serenay Sarıkaya Türkiyənin "GQ" kişi jurnalının yeni sayının siması olub. O, fotoqraf Canan Yetisti Satkın obyektivinə cəlbedici pozalar verib, həm də jurnalın suallarını cavablandırıb. Serenay kədərli olanda daha yaradıcı olduğunu bildirib. Kədərli olanda çox yaradıcı o...
publikaz_normalized
“TikTok” yaradıcıları yeni sosial şəbəkənin – “TikTok Notes”-un yarandığını elan ediblər. “TikTok” nümayəndələri yeni xidmətin inkişafını təsdiqləyiblər. Amma onun dəqiq nə vaxt görünəcəyi hələ məlum deyil. Bu yaxınlarda “TikTok”-un adi versiyasının kodunda fotoların dərci üçün sosial şəbəkə olan “TikTok Photos” xidmət...
publikaz_normalized
Akşenerin dəstəklədiyi şəxs kimdir?":"Martın 31-dəki uğursuzluqdan sonra qurultayda namizəd olmayacağını bəyan edən İYİ Partiyanın sədri Meral Akşener “Partiyanı CHP-lilərə uduzdura bilmərik” deyib. O, başqanlığa namizəd olan Müsavat Dərvişoğlundan dəstək istəyib. Akşenerin “CHP-li” deyərək hədəf aldığı şəxsin Mansur Y...
publikaz_normalized
Kreml Türkiyənin bir gün əvvəl çıxdığı Avropada Adi Silahlı Qüvvələr haqqında Müqaviləni (CFE) qeyri-mümkün adlandırıb. Onun sözlərinə görə, bu müqavilə hazırkı geosiyasi şəraitdə qüvvəsini itirib. “Ümumiyyətlə, bu sənəd dəyişən geosiyasi şərait və strateji vəziyyətlə əlaqədar öz qüvvəsini itirib. Bu vəziyyət Avropada ...
publikaz_normalized
Qırğız Respublikasına rəsmi səfəri çərçivəsində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov aprelin 9-da Qırğızıstan Parlamentinin (Joqorku Keneş) sədri Nurlanbek Şakiyev ilə görüşüb. Bildirilib ki, görüş zamanı iki ölkə arasında müxtəlif sahələrdə strateji əməkdaşlıq münasibətləri, əməkdaşlığın gələcək perspektivlə...
publikaz_normalized
Belarus Rusiyada istehsal olunan çayın satışını qadağan edib. Ölkənin Səhiyyə Nazirliyindən verilən məlumata görə, bu qərara səbəb məhsulun təhlükəsizliyinin mikrobioloji göstəricilərinə dair tələblərin pozulması olub. İstehsalçısı “Orimi” MMC olan “Princess Kandy” və “Gita” ticarət nişanlarının dörd növündə pozuntular...
publikaz_normalized
Bunu qəbul etməyəcəyik":"Şimali Kipr Türk Respublikasının prezidenti Ersin Tatar BMT baş katibi ilə Nyu-Yorkda keçirdiyi görüşdən sonra geri döndüyü Lefkoşada Yunanıstan təbliğatının aparıldığını bildirib. Tatar Quterreşə ikinci dəfə danışıqlarda israrlı olduqlarını bildirib. Kiprdə dövlət həlli və danışıqlar üçün ruml...
publikaz_normalized
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 9-da Qəbələ rayonunda səfərdə olub.
publikaz_normalized
ATV kanalında yayımlanan "Rəngarəng səhər" verilişində maraqlı anlar yaşanıb. Canlı efir zamanı müğənni Əlikram Bayramov özü kimi müğənni oğlu Qaliblə qol güləşdirib. İki dəfə keçirilən roundda Qalib atasına qalib gəlib. Əvvəldən yarışı qazanana 100 AZN veriləcəyi bildirilib. Sonda Əlikram Bayramova uduzduğundan o oğlu...
publikaz_normalized
2017-ci ildə qeyri-qanuni müstəqillik referendumundan sonra İspaniyadan qaçan Kataloniya hökumətinin keçmiş rəhbəri Karles Puçdemont mayın 12-nə təyin edilmiş regional parlament seçkilərindən sonra muxtariyyətə qayıdacağını bildirib. “Mən qalib olub-olmamağımdan asılı olmayaraq, gələcək regional liderin namizədliyi ilə...
publikaz_normalized
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə məxsus “Azərsu” ASC Ramazan bayramı ilə əlaqədar qeyri-iş günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Bayram və qeyri-iş günlərində əhalinin içməli su ilə təchizatında dayanıqlılığın təmin olunması məqsədilə bütün təşkilatı və texniki tədbirlər görüləcək, qə...
publikaz_normalized
Müğənni Damlaya görə növbəti dəfə izdiham yaşanıb. Onunla foto çəkdirmək istəyən vətəndaşlar açılışa axın edib. "Qeyd edək ki, Damla daha əvvəl bir neçə məkanda bu tip vəziyyətlə qarşılanıb.
publikaz_normalized
Bank of Georgia"nın Ermənistanın "Ameriabank"ının səhmlərinin 90 %-ni alması üzrə sövdələşmə rəsmən bağlanıb. Qalan 10 % pay isə əvvəlki qaydada Avropa Yenidənqurma və İnkişaf Bankında qalacaq. Ermənistan bankı 303,6 milyon ABŞ dollarına alınıb. Şərtlərə görə, bank brendini və menecmentini dəyişməyəcək. Xatırladaq ki, ...
publikaz_normalized
Aprelin 9-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. Türkiyə Prezidenti dövlətimizin başçısını Ramazan bayramı münasibətilə təbrik edib, xalqımıza firavanlıq arzularını çatdırıb. Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirərək, öz növbə...
publikaz_normalized
Razılıq əldə olundu":"Liverpul"da baş məşqçi postunda Yurgen Kloppu əvəzləyəcək şəxsin adı müəyyənləşib. Portuqaliyalı məşqçinin "qırmızılar"la müddəti 2027-ci ilə qədər olan müqavilə bağlayacağı gözlənilir. Qeyd edilir ki, "Liverpul"un yeganə problemi Lissabon klubu ilə anlaşmaqdır. Portuqaliya təmsilçisi onu buraxmaq...
publikaz_normalized
Qazaxıstan Respublikasının prezidentinin müşaviri, prezidentin beynəlxalq ekoloji əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Zülfiyyə Süleymenova ilə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev arasında görüş keçirilib. Görüşdə ölkəmizin bu il ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının T...
publikaz_normalized
Kovboy papaqları, saçaqlı dəri və zamşa gödəkçələr, kazak çəkmələri, bolo qalstukları, dar cins şalvarlar və ombaları kəsikli şalvarlar artıq Qərb filmlərinin rekvizitləri və ya kovboy şənliklərinin geyim kodu deyil. 2024-cü ilin yazından etibarən bu, mövsümün ən dəbli əşyalarının qısa siyahısıdır. Kovboylar və onların...
publikaz_normalized
Azərbaycan Prezidenti İlham Əliyev aprelin 9-da 160 çarpayılıq Qəbələ Rayon Mərkəzi Xəstəxanasının açılışında iştirak edib. Bildirildi ki, binanın inşasına 2016-cı ildə başlanılıb və tikinti işləri 2023-cü ildə başa çatdırılıb. Xəstəxananın yerləşdiyi ərazinin ümumi sahəsi 4,9 hektardır. Tibb ocağının altımərtəbəli əsa...
publikaz_normalized
Avro-2024-də VAR-da yenilik ediləcək":"Rəsmi topun real vaxt rejimində dəqiq məlumatları təmin edən hərəkət sensorlarından ibarət olduğu, matçın hakimlərinə və VAR-a topa hər toxunuşu müəyyən etməyə kömək etdiyi, oyundankənar vəziyyət, əlllə oyun və penalti vəziyyətlərinin qiymətləndirilməsinə sərf olunan vaxtı azaltdı...
publikaz_normalized
Aprelin 21-də ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanın keçiriləcək. Bildirilib ki, aprelin 21-də Bakı şəhərinin Xəzər – 2, Nizami, Pirallahı rayonlarında, Sumqayıt – 2, Abşeron – 2, Naxçıvan, Göygöl, Goranboy, Naftalan, Şəmkir – 2, Gədəbəy, Qax, Balakən, Zaqatala, Cəlilabad – 2, Masallı – 2, Lerik...
publikaz_normalized
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 9-da Ağdaş-Zarağan yolunun 40-cı kilometrliyindən başlayan Böyük Pirəli-Kiçik Pirəli-Xırxatala-Cığatelli-Həmzəli avtomobil yolunun açılışında iştirak edib. Qeyd edək ki, Azərbaycan Prezidentinin 2021-ci il 17 may və 2022-ci il 2 fevral tarixli sərəncamları ilə ...
publikaz_normalized
Bakıda Aeroport yolunun Buzovna qəsəbəsindən keçən hissəsində yol nəqliyyat hadisəsi baş verib. Hadisə zamanı şagirdləri daşıdığı deyilən mikroavtobus "Prius"la toqquşmadan yayınmaq üçün qəfil manevr edib. Nəticədə mikroavtobus idarəetmədən çıxaraq dəmir arakəsməyə dəyib. Xəsarət alanlar barədə məlumat yoxdur.
publikaz_normalized
Rusiya və İran Ermənistan üçün təhlükəsizliyin ən yaxşı təminatçısıdır. O qeyd edib ki, Amerika Birləşmiş Ştatlarının Milli Təhlükəsizlik Şurasının əməkdaşları “İran və Rusiyanın əsas bədxahlar olmadığı dünyanı təsəvvür etmək istəmirlər”. Ceyms Kardenə görə, dünyanın bu mənzərəsi əhəmiyyətli dərəcədə “reallıqdan fərqli...
publikaz_normalized
Aprelin 9-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsinə təyin olunmuş Ramin Məmmədov kollektivə təqdim edilib. Son illər dini sahədə həyata keçirilən islahatların önəmini vurğulayan Fərəh Əliyeva Dövlət Komitəsinin qarşısında duran vəzifələrlə bağlı müvafiq tövsiyələri diqqətə çatdırıb.
publikaz_normalized
Azərbaycan Prezidenti İlham Əliyev aprelin 9-da Qəbələ rayonunda səfərdə olub.
publikaz_normalized
Yasamal Rayon Polis İdarəsinə yeni rəis təyin olunub. Qeyd edək ki, bir neçə gün əvvəl Yasamal rayon polis rəisi polis polkovnik Cəmil Əmirov Daxili İşlər Nazirliyində Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin rəisi vəzifəsinə təyin olunub.
publikaz_normalized
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 9-da Qəbələ rayonunda 624 şagird yerlik Təbriz Yaqubov adına Bum qəsəbə tam orta məktəbinin yeni binasının açılışında iştirak edib. Bildirildi ki, qəsəbədə 1983-cü ildə tikilmiş məktəb binasının müasir tələblərə cavab verməməsi və qəzalı vəziyyətdə olması yeni ...
publikaz_normalized
4 il bundan əvvəl sentyabrın 27-də başlananyurd yerlərimizin “Azadlıq yolu” noyabrın 9-da Zəfər günü ilə yekunlaşdı.Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin siyasi iradəsi, uzaqgörənliyi, qətiyyəti sayəsində rəşadətli ordumuz cəmi 44 gün ərzində düşməni döyüş meydanında məğl...
publikaz_normalized
Kapital Bank" ASC və ABŞ Təhsilli Azərbaycan Məzunları İctimai Birliyinin (ABMA) birgə tərəfdaşlığı ilə keçirilən 20-ci Azərbaycan Biznes Keys Yarışmasının (ABCC 2024) qalibləri bəlli olub. Həm yerli, həm də xarici tələbələri əhatə edən yarışmanın yarımfinal mərhələsində hər komandada 4 nəfər olmaqla 16 komanda qalib a...
publikaz_normalized
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 9-da Qəbələ rayonunda “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin (ASC) 110/35/10 kV-luq “Hacıalılı” elektrik yarımstansiyasının və Regional Təlim Mərkəzinin açılışında iştirak edib. Bildirildi ki, Qəbələ elektrik şəbəkəsi ümumilikdə 31 min 502 abonenti əhatə edir. AS...
publikaz_normalized
Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik paylaşımlar və çağırışlar edən şəxslər polis əməkdaşları tərəfindən müəyyən olunublar. Qeyd olunub ki, DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, tədbirlərlə 1996-cı il təvəllüdlü, “Magerramoff” ləqəbli Əmrah Məhərrəmov, 2...
publikaz_normalized
Azərbaycan Xarici İşlər Nazirliyi Ramazan bayramı ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib. Mərhəmət, birlik və həmrəylik kimi yüksək dəyərləri aşılayan müqəddəs Ramazan ayının başa çatması, Ramazan Bayramı münasibətilə xalqımızı ürəkdən təbrik edir, bu mübarək bayramda hər bir evə, ailəyə cansağlığı, ruzi-bə...
publikaz_normalized
Qazaxın işğalda olan Qızılhacılı kəndindən görüntülər yayılıb. Qeyd edək ki, Qazaxın yeddi kəndi - Sofulu, Barxudarlı, Bağanis Ayrım, Qızılhacılı, Yuxarı Əskipara, Aşağı Əskipara və Xeyrimli - hələ də Ermənistanın işğalı altındadır. Bununla yanaşı, Naxçıvan Muxtar Respublikasına məxsus Kərki kəndi də Ermənistanın işğal...
publikaz_normalized
Cəhazir yaşayış məntəqəsi...":"Aprelin 9-u saat 16:00-dan 16:50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Keşişkənd rayonunun Arpa yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Cəhazir yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini ...
publikaz_normalized
Tacikistan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab İlxom Abduraxmon ilə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev arasında görüş keçirilib. Bildirilib ki, görüşdə iki ölkə arasında ətraf mühitin mühafizəsi sahəsində gələcək əməkdaşlıq imkanları müzakirə edilib, eyni ...
publikaz_normalized
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən Türkiyədə baş verən dəhşətli zəlzələdən sonra Azərbaycan hökuməti zəlzələnin baş verdiyi Kahramanmaraş vilayətində zərər çəkmiş yaşayış məntəqələri üçün yeni məhəllə tikintisinə dəstək verib. Onun sözlərinə görə, Türkiyə hökumətinin dəstəyi ilə layihə ərazisi “Azə...
publikaz_normalized
Forbes” jurnalının dərc etdiyi "30 UNDER 30” siyahısında bu il azərbaycanlı təsisçi Günay İmanzadənin adı qeyd edilib. Qeyd edək ki, Günay İmanzadə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) həyata keçirdiyi "IDDA Awards” müsabiqəsində 2022-ci ildə qalib, 2023-cü ildə finalçı olaraq yer alıb. İRİA-nın "Roadshow...
publikaz_normalized
Ekologiya və təbii sərvətlər naziri, COP 29-un müəyyən olunmuş prezidenti Muxtar Babayev “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb. Görüşdə ölkəmizin bu il ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıqla bağlı fikir mübadiləsi a...
publikaz_normalized
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Novxanı kəndi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “KİA” markalı minik avtomobili il...
publikaz_normalized
Ramazan bayramı günlərində daxili işlər orqanlarının əməkdaşları gücləndirilmiş iş rejimində xidmətlərini davam etdirəcəklər. Qeyd olunub ki, ictimai asayişin, qanunçuluğun və hüquq qaydasının qorunmasının, xidməti vəzifələrin icrasının yüksək səviyyədə təmin edilməsi məqsədilə DİN-in bütün orqan və hissələrinin şəxsi ...
publikaz_normalized
Yasamal rayonu, Süleyman Tağızadə və Rastropoviç küçələrinin kəsişməsində yerləşən ərazidə aparılan söküntü işləri dayandırılıb. Qeyd edək ki, keçmiş "Sovetski" adlanan ərazidə yerləşən 199 saylı orta məktəb və ona bitişik Bakı Avropa Liseyinin köhnə binalarının söküntüsü zamanı qədim quyu və tunellərin aşkara çıxması ...
publikaz_normalized
Kolumbiya Universitetinin Mailman İctimai Sağlamlıq Məktəbinin alimləri müəyyən ediblər ki, yüksək məhsuldarlıq və hamiləlik qadınların sağlamlığına mənfi təsir göstərə və qocalmanı sürətləndirə bilər. Tədqiqatda 1735 gənc kişi və qadın iştirak edib. Tədqiqatçılar iştirakçıların epigenetik saatlarının vaxtını təhlil ed...
publikaz_normalized
Aprelin 9-da Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Pakistanın Baş naziri Ramazan bayramı münasibətilə dövlətimizin başçısını təbrik edib, xalqımıza firavanlıq arzulayıb. Azərbaycan Prezidenti göstərilən diqqətə və təbrikə görə minn...
publikaz_normalized
Qadın futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib. Komanda B Liqasının I qrupunun görüşündə rəqibinə 0:4 hesabı ilə uduzub. Qeyd edək ki, millimiz yer aldığı B Liqasının I qrupunun ilk matçında səfərdə Macarıstanla heç-heçə edib - 1:1. İsveçrə isə Türkiyəni 3...
publikaz_normalized
Rusiyanın Azərbaycandakı səfirliyi Ramazan bayramı ilə bağlı paylaşım edib. Azərbaycanlı dostlarımızı Ramazan bayramı münasibətilə ürəkdən təbrik edirik. Bu mübarək və sevincli bayramda sizə möhkəm cansağlığı, firavanlıq, uğurlar, tükənməz nikbinlik arzulayırıq. Qoy Uca Allah hər evə bərəkət, harmoniya, əmin-amanlıq gə...
publikaz_normalized
Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyevin (65 kq) son durumuna aydınlıq gəlib. O, hazırda özünü normal hiss etdiyini bildirib: Bakıda keçirilən Avropa Olimpiya Təsnifat Turnirinin 1/8 finalında fransalı rəqibim Həmzət Arsamerzoyevlə görüşəndə gözüm partladı. Həmin an həkimlər tikiş qoysalar da, mübarizəni sonadək da...
publikaz_normalized
SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyi (İB) Ramazan bayramı ilə əlaqədar qeyri-iş günlərində gücləndirilmiş iş rejimində çalışacaq. Abonentlərin nəzərinə çatdırırıq ki, qaz təchizatında yarana biləcək istənilən çətinliklərlə bağlı dərhal 104 Çağrı Mərkəzinə məlumat versinlər. Bundan başqa (+99477) 3 104 104 saylı daim ...
publikaz_normalized
isti mumu.. - VİDEO":"Moskvalı qadın Soçidə iki yaşlı uşağından "cin çıxarmaq"da ittiham olunaraq mühakimə olunacaq. İdarədən verilən məlumata görə, 32 yaşlı Moskva sakini barəsində cinayət işi üzrə istintaq yekunlaşıb, materiallar məhkəməyə təqdim edilib. Rus qadın azyaşlıya işgəncə verməkdə və tərbiyə vəzifələrini la...
publikaz_normalized
Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə sosial şəbəkə hesablarında paylaşım edib.
publikaz_normalized
Göyçayda eyni anda iki evdə yanğın qeydə alınıb. Yanğın zamanı ümumi sahəsi 140 kvadratmetr birmərtəbəli, beşotaqlı evin iki otağı və tavanı, həmçinin digər hissələri yanıb. Yanğın zamanı alovun miqyası böyüyərək qonşuluqda yerləşən rayon sakini 68 yaşlı Nazir Məmmədovun evinə də keçib. Alovun söndürülməsi üçün əraziyə...
publikaz_normalized
Rusiyalı iş adamı və milyarder Aleksandr Lebedevin həyat yoldaşı model Yelena Perminova açıq-saçıq libasda rol alıb. Həmin kadrlarda 37 yaşlı məşhur ağ trikotajlı mini paltarda əks olunub. Uulduz büstqalter taxmaqdan imtina edib. Bundan əlavə, model südlü kölgədə uzun hırka və yuvarlaq burunlu gümüş balet ayaqqabısı ge...
publikaz_normalized
Moskva birjasında hərraclar zamanı dolların məzənnəsi 2024-cü il martın 25-dən bəri ilk dəfə olaraq 93 rubla yüksəlib. Moskva vaxtı ilə saat 19:00-da Moskva birjasının ticarət sessiyasının bağlanışında Amerika valyutasının məzənnəsi 30 qəpik artaraq 93 rubl səviyyəsində qərarlaşıb. Bu vaxta kimi avronun məzənnəsi 21 qə...
publikaz_normalized
Dünyanın ən nüfuzlu fiziklərindən biri, sonradan onun adını daşıyan hissəciyi nəzəri olaraq qabaqcadan xəbər vermiş britaniyalı Piter Hiqqs 94 yaşında vəfat edib. Ali təhsil ocağı onun bir gün əvvəl, bazar ertəsi öldüyü açıqlayıb. Universitetin məlumatında qeyd edilib ki, parlaq alimin dünyagörüşü və təxəyyülü “ətrafım...
publikaz_normalized
13 nəfərdən təklif almışam" - VİDEO":"Müğənni Roza Zərgərli ailə həyatı qurmağı planlaşdırır. Zərgərli artıq evlilik təklifi aldığını qeyd edib: 13 namizəd var, onlar arasında birini seçmişəm. Səkkizillik fanatımdır, bir ildir tanıyıram və altı aydır ciddi münasibətimiz var.
publikaz_normalized
Ailəsinin beş üzvünü amansızca qətlə yetirməkdə təqsirli bilinən Əhməd Əhmədov barəsində keçirilən psixoloji ekspertizanın rəyinə əsasən, onun hadisəni anlaqsız törətməsi, psixi xəstəliyinin olması ilə bağlı rəy verilib. Hüquqşünas Hikmət Əliyev bildirib ki, məhkəmə-psixiatriya ekpertizasının rəyi nəzərə alınmaqla şəxs...
publikaz_normalized
ABŞ Ukraynanın NATO-ya üzv olmasının tərəfdarıdır , lakin bu, hazırda mümkün deyil". “Ancaq yenə də alyansın məqsədi gələcəkdə hansısa məqamda Ukraynanı alyansa daxil etməkdir”, - o qeyd edib. Aprelin 2-də mətbuat konfransında çıxış edən ABŞ-ın dövlət katibi Antoni Blinken Ukraynanın nəticədə NATO-ya üzv olacağını iddi...
publikaz_normalized
Azərbaycan Karate Federasiyasının (AKF) "KWU-WFKF Azərbaycan birliyi"nin ümumi yığıncağı keçirilib. Səsvermə ilə Ramin Əsədov Ənənəvi Karate Federasiyası, "KWU-WFKF Azərbaycan birliyi"nin prezidenti seçilib. Birliyin fəxri-prezidenti AKF-nin vitse-prezidenti Füzuli Musayev olub. Sonra təşkilatın vitse-prezidentləri seç...
publikaz_normalized
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın övladlığa götürdüyü qızı Əminənin ad günüdür. Allahdan dünyanın bütün uşaqlarına cansağlığı diləyirəm! Hamıya təşəkkür edirəm” - sözlərini yazıb. " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " "...
publikaz_normalized
Aprelin 9-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın başda Azərbaycan Prezidenti İlham Əliyev olmaqla, Pakistanın Baş naziri Şahbaz Şərif, Omanın Sultanı Heytəm bin Tariq Al Səid, İraqın Prezidenti Əbdüllətif Camal Rəşid və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ilə telefon danışıqları olub. Daha sonra Prezident Ərd...
publikaz_normalized
Xaçmazda üçmərtəbəli məktəbdə yanğın baş verib. Bildirilib ki, Xaçmaz şəhərində ümumi sahəsi 10020 m² olan (hər mərtəbəsi 3340 m²) üçmərtəbəli orta məktəb binasının ikinci mərtəbəsində sahəsi 36 m² olan bir otağında üç ədəd kompüter, iki ədəd stol və 0,5 p.m elektrik naqilləri yanıb. Məktəbin qalan hissəsi yanğından mü...
publikaz_normalized
komitənin fəaliyyətinə ehtiyac varmı?":"Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) mandatı beynəlxalq və daxili münaqişələr zamanı qurbanları – qaçqınlar, mülki şəxslər, əsirlər, yaralılar və qeyri-döyüşçüləri qorumaqdır. Bu, BQXK-nin kağız üzərində yazılan nizamnaməsində belədir, praktikada isə komitə qurbanlar arasınd...
publikaz_normalized
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Vüqar Qurbanov Siyəzən Müalicə Diaqnostika Mərkəzinə yeni direktor təyin edib. Məlumat Siyəzən İcra Hakimiyyətindən təsdiqləyiblər.
publikaz_normalized
Cənubi Qafqaz geosiyasi rəqabət meydanına çevrilməməlidir. O vurğulayıb ki, Qafqazda sülh və sabitliyin bərqərar olması üçün regional əməkdaşlıq vacibdir. “İqtisadi əməkdaşlığın gücləndirilməsi və kommunikasiyaların genişləndirilməsi Qafqaz regionunda sülhün və sabitliyin bərqərar olmasında və iqtisadi inkişafda təsirl...
publikaz_normalized
Azərbaycanda aprelin 10 və 11-i Ramazan bayramı qeyd olunur. Ramazan ayı insanlara Allahı sevməyi öyrədir, onlara öz iradəsini, dözümünü yoxlamaq imkanı verir, insanları gözüaçıq, təmiz vicdanlı olmağa istiqamətləndirir və bunlar orucla ifadə olunur. Orucluq öz tarixinə Məhəmməd Peyğəmbər (s.ə.s) tərəfindən Mədinədə bu...
publikaz_normalized
Fransanın hər kəsin əldə etmək istədiyi hərbi texnikası var və Fransa onu Ermənistana verir! Qeyd edək ki, səfirin bəhs etdiyi texnika "Ground Master" hava nəzarət radarlarıdır. Onlar hava təhdidlərini aşkar etmək və reaktiv qırıcıları, raketləri və helikopterləri müəyyən etmək üçün nəzərdə tutulub. Həmçinin dronları q...
publikaz_normalized
nəticələr sizi sevindirəcək":"Hadisələrin axarına kobud müdaxilə etməyin. Yaşamınızda dəyişikliklərə ehtiyac var. Önəmli heç nə baş verməsə də, yeni təmayüllərə açıq olun. Günün ikinci yarısında yaxın ətrafınızdakı insanların fikirlərini nəzərə alın, onların dediklərini qulaqardına vurmayın. Şəxsi münasibətlərdə tələsk...
publikaz_normalized
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Xarkov şəhəri və vilayətini müntəzəm atəşə tutmasının səbəbini açıqlayıb. “Rusiyanın məqsədi tamamilə aydındır - onlar insanları Xarkovdan, regiondan qovmaq üçün hər şeyi etmək istəyirlər”, - deyə Zelenski əlavə edib. Dövlət başçısı, həmçinin qeyd edib ki, Ukrayna mümkün ...
publikaz_normalized
Xüsusi təyinatlıların təlimindən yeni kadrlar yayılıb. Həmin görüntüləri təqdim edirik"
publikaz_normalized
Çempionlar Liqasının finalına biletlərin qiyməti açıqlanıb. Ən ucuz biletin qiyməti 60 funt-sterlinqə (70 avro) olacaq. Bu bilet iki finalçı komandadan birinin azarkeşləri üçün olacaq. Ümumi ictimaiyyətin üzvləri mövcud 86.000 yerdən 60.000-ni tuta biləcəklər. Finala çıxan komandaların azarkeşlərinə 25 min yer ayrılaca...
publikaz_normalized
Ermənistan hakimiyyəti Qazaxın anklav olmayan 4 kəndinin (Bağanis Ayrım, Qızıl Hacılı, Aşağı Əskipara və Xeyrimli) qaytarılmasından bəhs etsə də, bu istiqamətdə konkret addımlar hələ ki, atılmayıb. Nəşr yazır ki, bir aydır 4 kənd daxili siyasi gündəmin bir nömrəli məsələsinə çevrilib: “Siyasi gərginlik artıb, ölkədə ye...
publikaz_normalized
İran bu tarixdən sonra zərbə endirəcək":"İsrail hərbi rəsmiləri İranın aprelin 12-dən sonra zərbə endirməyə hazır olduğunu bildirib. Onlar hesab edirlər ki, İranın Dəməşq missiyasına vurulduğu iddia edilən zərbəyə cavabı müsəlmanların 12 apreldə başa çatacaq Ramazan bayramından sonra gələcək. İsrail hesab edir ki, İran...
publikaz_normalized
Oktyabr ayında Şuşanın Turşsu qəsəbəsinə 50 ailə köçürüləcək. "Belə ki, ilkin mərhələdə 202 nəfər olmaqla köç planlaşdırılır.
publikaz_normalized
Bakının Nizami rayonunda bıçaqlanma hadisəsi baş verib. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona ürək nahiyəsindən bir ədəd kəsilmiş-deyilmiş bıçaq yarası diaqnozu qoyulub. Hadisənin təfərrüatı araşdırılır.
publikaz_normalized
Alətə çevrilməyin...":"Türkiyə Avropa İttifaqını “Yunanıstanın ətraf mühit proqramları ilə bağlı siyasi həmlələrinə alət olmaması” üçün xəbərdarlıq edib. Sənəddə Yunanıstan Xarici İşlər Nazirliyinin bugünkü açıqlamasında cari ilin 16-17 aprel tarixlərində Afinada keçiriləcək “Okeanımız Konfransı” zamanı biri Egey dəniz...
publikaz_normalized
Ermənistan Qazaxın anklav olmayan 4 kəndinin (Bağanis Ayrım, Qızıl Hacılı, Aşağı Əskipara və Xeyrimli) qaytarılması və sülh sazişinin imzalanması məsələsi ətrafında “sürüşkən” mövqeyinə qayıdıb. Ermənistanın baş naziri Nikol Paşinyan ötən ay Tavuşa səfəri zamanı “kəndləri qaytarmasaq, müharibə olacaq” və “delimitasiyan...
publikaz_normalized
SpaceX"in rəhbəri İlon Mask Günəş tutulması ilə bağlı paylaşım edib. “Orbitdən tutulmanın görünüşü”, - deyə amerikalı milyarder paylaşımında yazıb. Xatırladaq ki, 2024-cü il aprelin 8-də bu ilin ilk tam Günəş tutulması baş verib, ümumi faza 4 dəqiqə 28 saniyə davam edib. View of the eclipse from orbit pic.twitter.com/2...
publikaz_normalized
Sağlam yaşam üçün zərərli vərdişlərdən imtina edib düzgün davranışlar formalaşdırmaq lazımdır. Sağlamlıq qiymətsiz bir sərvətdir, lakin dəyəri çox vaxt itirildikdə dərk edilir. Tam əqli, fiziki və sosial rifah halı olaraq təyin olunan sağlamlıq dünyada hər kəs üçün böyük əhəmiyyət kəsb edir. Ümumdünya Səhiyyə Təşkilatı...
publikaz_normalized
“Qadınlarımız baldırlarını göstərirlər” - VİDEO":"Sevilən sənətçi Akif İslamzadə uzun zaman sonra müsahibə verib. “Gecənin sirri” adı ətrafında özüm üçün elə bir veriliş açacağam. İstədiyim adamları çağıracağam. Bəzən görürsən, sənət adamıdır, istedadı da var, amma “şəngülüm-məngülüm”dən o tərəfə keçməyib”, - A.İslamza...
publikaz_normalized
Onun iştahı üçün kifayət deyil":"Məşhurların ən gülməli ulduz adı uğrunda mübarizə apardığı NTV-də yayımlanan "Ulduzlar" komediya şousunun son buraxılışında müğənni Filipp Kirkorov keçmiş həyat yoldaşı Alla Puqaçovanı "nənə" adlandıraraq münsifləri güldürüb. Nənə deyil, dost" deyən "rus səhnəsinin kralı" münsifləri dah...
publikaz_normalized
Syerra-Leonedə sintetik kannabinoidlərdən və insan sümüklərindən hazırlanan "kuş" adlı narkotikə görə fövqəladə vəziyyət elan edilib. Hətta yoxsul Afrika ölkəsinin standartlarına görə çox ucuzdur, lakin tez bir zamanda asılılıq yaradır. Sierra Leonenin paytaxtı Fritaun küçələrində "kuş" aludəçilərini tapmaq asandır. On...
publikaz_normalized
2 oyunda 10 qol vuruldu":"UEFA Çempionlar Liqasında (ÇL) 1/4 final mərhələsinə start verilib. Hər iki görüşdə məhsuldar bərabərlik qeydə alınıb. Azarkeşlər bu matçlarda ümumilikdə 10 qol izləyiblər. Turnirin favoritləri “Real”la “Mançester Siti” birincilərin meydanında üz-üzə gəliblər. ÇL-in ən titullu komandası ilə so...
publikaz_normalized
Aprelin 10-da Azərbaycanda havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq...
publikaz_normalized
Restoranlarda qiymətlər necədir? - VİDEO":"Ramazan ayı ilə əlaqədar bir aylıq fasilədən sonra sabahdan toy məclisləri də başlayır. Bəs bu vəziyyət toy qiymətlərinə necə təsir edəcək? Daha ətraflı “ATV Xəbər”in süjetində:
publikaz_normalized
Türkiyənin Sakarya şəhərinin Xəndək rayonunda ailədaxili silahlı davada üç nəfər ölüb, bir nəfər yaralanıb. Bildirilib ki, Mövlud Çəlik adlı şəxs ailədaxili davada silaha əl ataraq ata və ögey anasını qətlə yetirib. Olaydan xəbər tutmuş qardaşı Səlcuq Çəlik evin həyətində qarşılaşdığı qardaşı ilə dalaşmağa başlayıb. Da...
publikaz_normalized
Byarni Benediktson İrlandiyanın yeni Baş naziri təyin edilib. Müstəqillik Partiyasının rəhbəri olan Benediktson bu günədək İrlandiyanın xarici işlər naziri olub. O, 2017-ci ildə qısa müddətə baş nazir vəzifəsini də icra edib.
publikaz_normalized
“TON Society” süni intellekt həllərinin işlənib hazırlanmasında ixtisaslaşan “HumanCode” şirkəti ilə birlikdə “Telegram” istifadəçiləri üçün biometrik autentifikasiyanı inteqrasiya edir. Bildirilir ki, bu əməkdaşlığın əsas məqsədi innovativ biometrik yoxlama sisteminin yaradılması və tətbiqidir. Yenilik “Telegram” isti...
publikaz_normalized
Birinci vitse-prezident Mehriban Əliyeva sosial şəbəkədə Ramazan bayramı münasibətilə paylaşım edib. İnsanların qəlbini və düşüncəsini nurlandıran, onları xoş əməllərə dəvət edən müqəddəs Ramazan ayının başa çatması münasibətilə Azərbaycan xalqını və dünya müsəlmanlarını səmimi-qəlbdən təbrik edirəm! Bu mübarək bayram ...
publikaz_normalized
Bakıda Ramazan münasibətilə bayram namazı qılınıb. Qeyd edək ki, bayram namazı Təzə Pir məscidində isə saat 09:00-da qılınacaq. Xatırladaq ki, bu il Azərbaycanda Ramazan ayı martın 11-də başlayıb. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, aprelin 10-u və 11-i Azərbaycanda Ramazan bayramı qeyd edilir.
publikaz_normalized
Aprelin 9-da elm və təhsil naziri Emin Əmrullayev Qəbələ rayonuna səfəri çərçivəsində Vəndam qəsəbəsi 1 nömrəli tam orta məktəbin kollektivi ilə görüşüb. O, aşağı sinif şahirdlərinə riyaziyyat fənnindən bir bölməni izah edib və şagirdlərlə riyazi məsələni həll edib. Nazir həmçinin məktəbdə tədris prosesini izləyib və t...
publikaz_normalized
Hazırda ölkə ərazisində duman müşahidə olunur. Duman ilin keçid dövrləri üçün xarakterik olan əsasən gecə və səhər saatlarında müşahidə edilən atmosfer hadisəsidir. Onun sözlərinə görə, yer səthinə yaxın hava qatında su buxarlarının kondensasiyası nəticəsində duman əmələ gəlib. Xəzər dənizi üzərində formalaşan duman qa...
publikaz_normalized
7 nəfər saxlanıldı":"Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən son 20 gün ərzində keçirilən tədbirlərlə rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan 7 nəfər saxlanılıb. Bundan əlavə, rayon ərazisində aksiz markasız tütün məmulatlarının satışı ilə məşğul olan iki nəfər ...
publikaz_normalized
D vitamininin çoxluğu ciddi fəsadlar yaradır":"Hər üç nəfərdən birində D vitamini çatışmazlığı müşahidə olunur. Bu, bədəndə yorğunluq, sümük-əzələ ağrıları, enerji səviyyəsinin aşağı olması kimi əlamətlərlə özünü büruzə verir. Son dövrlərdə isə əksəriyyət D vitaminini həkim məsləhəti olmadan qəbul edir. “Bəzən heç bir ...
publikaz_normalized
Menyu tərtibatı dəyişəcək?":"Bu ayın başa çatması ilə həm də yeni toy mövsümü başlayır. Amma sirr deyil ki, pandemiyadan sonra toy biznesi ciddi böhrandadır. Müşahidələr göstərir ki, xeyli şadlıq sarayları mərasim evlərinə çevrilib, başqa sahələr üzrə icarəyə verilib. Azərbaycanda toy məclislərinin sayının kəskin şəkil...
publikaz_normalized
Azərbaycanda Ramazan ayının başa çatması münasibətilə Təzəpir məscidində bayram namazı qılınıb. Bu il Azərbaycanda Ramazan ayı martın 11-də başlayıb. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, aprelin 10-u və 11-i Azərbaycanda Ramazan bayramı qeyd edilir.
publikaz_normalized
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2023-cü ildə ümumilikdə 66452 ton balıq ovlanıb ki, bu, 2022-ci ilin göstəricisindən 1,1 faiz çoxdur. Bu amil daxili bazarda balıq və balıq məhsullarının qiymətinə necə təsir göstərəcək? “İlk dəfə Xəzərə kürülü ziyad balığı buraxdıq”" "Balıqçılar İttifaqının sədri Əfqan ...
publikaz_normalized
İlk dəfədir Ramazan bayramı namazı bütöv Azərbaycanda qılınır":"Builki Ramazan bayramı xüsusi əhəmiyyətə malikdir. Çünki Xankəndidəki şər yuvası, separatizm ocağı artıq məhv edilib. Bu il ilk dəfədir ki, biz bayram namazını bütöv Azərbaycanda qılırıq. Biz buna görə şəhidlərimizə minnətdarıq. Allah bizə daim zəfər nəsib...
publikaz_normalized
Və ya “Son qəpiyimi də sənə xərcləmişəm” tənəsi":"Hər ilin mart və iyun ayları 9-11-ci sinif şagirdlərinin həyatında ən gərgin vaxtdır. Bu zaman onlar gələcək yollarını müəyyən edən buraxılış və blok imtahanlarının həyəcanını yaşayırlar. Təəssüf ki, hər şagird bu böyük stressin öhdəsindən gələ bilmir. "“Keçdimsə, mövcu...
publikaz_normalized
Gənclər niyə əczaçı olmaq istəmirlər?":"Yolu aptekə düşən insanlar çox zaman əczaçılardan şikayətlənirlər. Əsas şikayətlər adətən dərmanları tanımamaq, səhv dərmanlar vermək, həkimin yazdığı resepti düzgün oxumamaq və sairlə bağlıdır. Bəs, görəsən, mövcud problem nədən qaynaqlanır? Bu sahədə ümumi durum necədir? Bu pro...
publikaz_normalized