text stringlengths 20 1.45M | source stringclasses 10
values |
|---|---|
çox sayda ölən var":"Hindistanın mərkəzindəki Çhattisqarh əyalətinin Kumhari rayonunda avtobusun qəzaya uğraması nəticəsində özəl firmanın ən azı 12 işçisi ölüb, 14 nəfər yaralanıb. Yaralananlar xəstəxanaya yerləşdiriliblər, onların vəziyyəti stabildir. Qəzanın səbəbi müəyyənləşdirilir. Yerli administrasiya hadisə ilə ... | publikaz_normalized |
Ölkəni "sındırmaq" istəyirlər":"Qərblə Gürcüstan arasında növbəti gərginlik yaşanır. Hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” Partiyasının “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini yenidən parlamentə təqdim etməsinə Qərb dövlətləri sərt reaksiya verib. Gürcüstan bəyan edir ki, bu qanun layihəsinin qəbul ed... | publikaz_normalized |
Oranı görmədən qayıtmayın":"İordaniyanın landşaftı Yer kürəsinin digər yerlərindən çox fərqlidir: ərazisinin təxminən 90%-i yarımsəhra və səhralardır. Ən məşhur səhrası isə Vadi Rumdur. Bu səhranı “sivilizasiyanın, zamanın toxunmadığı yer” adlandırırlar. “İordaniyanın cənubundakı Vadi Rum səhrası (Wadi Rum) Yer kürəsin... | publikaz_normalized |
Yaxud molla rejiminin biznes maraqları":"Aprelin 5-də keçirilən Brüssel görüşü ətrafında cərəyan edən hadisələrdən bəlkə də ən diqqət çəkəni İran rəsmilərinin müəmmalı susqunluğu oldu. Üç ildən çoxdur bölgədə hansısa mücərrəd “qırmızı xətt”lər deyib-duran, bu xətləri keçənlərin acılı aqibəti barədə xəbərdarlıqlar edən ... | publikaz_normalized |
Müğənni Damla paytaxt məkanlarının birində konsert verib. Sənətçi "Sadəcə mən" mahnısını səsləndirərkən göz yaşlarına hakim ola bilməyib. Maraqla qarşılanan həmin kadrları təqdim edirik" | publikaz_normalized |
Kanadanın Toronto şəhərində şahmat üzrə İddiaçılar Turnirində V turun görüşləri keçirilib. Qrossmeyster Hindistan təmsilçisi Dommaracu Qukeşə məğlub olub. Abasov qara fiqurlarla çıxış edib. Şahmatçımız VI turda Hindistanın digər təmsilçisi Rameşbabu Praqnanandha ilə qarşılaşacaq. Yarış aprelin 22-dək davam edəcək. 8 şa... | publikaz_normalized |
20 il əvvəl öz anasını öldürən Xabarovsk diyarından olan 54 yaşlı kişiyə qarşı başladılan istintaq başa çatıb. İstintaq müəyyən edib ki, 2004-cü ilin payızında Çernaya Reçka kəndində təqsirləndirilən şəxs anası ilə mübahisə edib. Oğul anasını spirtli içki qəbul etdiyi üçün bəyənməyib. Kişi çəkiclə onun başına və bədəni... | publikaz_normalized |
Ölkə ərazisində hava şəraiti arabir yağıntılı olub. Bildirilib ki, qar örtüyünün hündürlüyü Şahdağda 20 sm olub. Düşən yağıntının miqdarı Naxçıvanda 12 mm, Şərurda 11 mm, Şahbuzda 7 mm, Ordubad, Sədərəkdə 5 mm, Culfada 2 mm, Yevlax, Göygöl və Bakıda və Abşeron yarımadasında isə 1 mm-dək olub. Maştağa, Binə, Neft Daşlar... | publikaz_normalized |
“Bild” qəzeti Rusiya ordusunun Krasnoqorovkaya daxil olduğunu təsdiqləyib. Onun azad edilməsi Rusiya ordusunun irəliləməsinə bir neçə istiqamət açır. Döyüşlərin videogörüntülərini tədqiq edən "Bild"-in hərbi eksperti Julian Röpke yazır ki, görüntülərə görə, rus qoşunları cənub-şərqdən, Marinka yaxınlığında zirehli texn... | publikaz_normalized |
Aprelin 9-da sərhədlərin delimitasiyası məsələsi ilə bağlı parlamentin qapalı iclası kifayət qədər gərgin keçdi. Xarici işlər naziri Ararat Mirzoyan baş nazir Nikol Paşinyanın təklif etdiyi tezisləri inadla müdafiə edərək xüsusilə fəallıq nümayiş etdirdi". “Baş nazirin müavini Mqer Qriqoryan daha konstruktiv olub, parl... | publikaz_normalized |
Barselona" Paris səfərində":"Bu gün baş tutacaq 2 oyunla UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk oyunlarına yekun vurulacaq. PSJ isə Parisdə "Barselona" ilə üz-üzə gələcək. Qeyd edək ki, bu komandalar arasında cavab qarşılaşması apreli 16-da oynanılacaq. Ötən gün keçirilən qarşılaşmalarda - "Real" - "Mançe... | publikaz_normalized |
MY-nin rekordu qırılacaqmı?":"UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyununda “Mançester Siti” səfərdə “Real”la 3:3 hesabı ilə heç-heçə edib. Bu, ÇL tarixində 2007-2009-cu illər arasında ardıcıl 25 oyun məğlub olmayan "Mançester Yunayted"dən sonra ikinci ən yaxşı seriyadır. Qeyd edək ki, bu komandalar ara... | publikaz_normalized |
Azərbaycanda Ramazan ayının başa çatması münasibətilə İlahiyyat məscidində bayram namazı qılınıb. Qeyd edək ki, bu il Azərbaycanda Ramazan ayı martın 11-də başlayıb. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, aprelin 10-u və 11-i Azərbaycanda Ramazan bayramı qeyd edilir. | publikaz_normalized |
Bu gün dünya ölkələrində olduğu kimi, Azərbaycanda da Ramazan bayramı qeyd olunur. Bayram günlərində qonşu ölkələrdə əhaliyə müəyyən güzəştlər nəzərdə tutulub. Oxşar praktikanın Azərbaycanda da tətbiq olunma ehtimalı varmı? Bu məqsədlə BAKU.WS Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə müraciət edib. Qurumun mətbuat xid... | publikaz_normalized |
Alen Delonun üç övladı - Entoni, Anuşka və Alen-Faben bir neçə aydan sonra ilk dəfə birləşərək ataları üzərində gücləndirilmiş qəyyumluğun təyin edilməsini tələb ediblər. 88 yaşlı fransız aktyoru Alen Delon hələ yanvar ayında qismən "tibbi baxımı" ilə bağlı məsələlərə görə məhkəmə müdafiəsinə verilmişdi. İndi bu tədbir... | publikaz_normalized |
Real"ın baş məşqçisi Karlo Ançelotti UEFA Çempionlar Liqasının tarixə düşüb. İtalyan mütəxəssis üçün Madriddəki oyun 200-cü olub. O, bu göstəriciyə çatan ilk məşqçi olub. İkinci sırada Çempionlar Liqasında 190 oyun keçirən “Mançester Yunayted”in əfsanəvi baş məşqçisi Aleks Ferqyuson qərarlaşıb. “Arsenal”ın sabiq baş mə... | publikaz_normalized |
Napoli"nin vingeri Xviça Kvaratsxeliya İtaliya klubunu tərk edə bilər. Gürcü futbolçu PSJ və Barselonanın maraq dairəsindədir. Neapollular onu 100 milyon avroya satmağa hazırdırlar. Eyni zamanda, Xviça ilə yeni müqavilə imzalamaqda da maraqlıdırlar. Bildirilir ki, daxil olan təkliflər əsasında yekun qərar veriləcək. | publikaz_normalized |
Norveçli hücumçu Erlinq Haaland və “Mançester Siti” arasında bağlanmış müqavilənin təfərrüatları məlum olub. Qeyd olunub ki, 23 yaşlı futbolçunun İngiltərə komandası ilə müqaviləsində 175 milyon avro məbləğində sərbəst buraxılma maddəsi var. 2022-ci ildən “Siti”də çıxış edən hücumçunun klubla sözləşməsinin müddəti isə ... | publikaz_normalized |
Tavuşda sərhədin delimitasiyası Azərbaycanla yeni müharibənin qarşısını ala bilər. O bildirib ki, bununla belə, bu, yeni müharibənin olmayacağına zəmanət vermir: “Buna baxmayaraq, delimitasiya aparılmalıdır. Bunu etiraf etmək çətindir, lakin bu, faktdır”. N.Paşinyanın sözlərinə görə, Ermənistanın beynəlxalq miqyasda ta... | publikaz_normalized |
UEFA prezidenti Aleksander Çeferin qurum barədə danışıb. “Mən əminəm ki, UEFA hələ mən gələnə qədər də korrupsiyalaşmış təşkilat deyildi. Amma insanlar UEFA ilə FİFA-nı tez-tez qarışdırırlar. Əvvəlki rəhbər Mişel Platiniyə qarşı bir iş var idi, lakin o, FİFA-nın vitse-prezidenti kimi bunu etmişdi. Mən inanıram və əminə... | publikaz_normalized |
Ermənistan Qazaxın 4 kəndinin Azərbaycana qaytarılmasına qarşı deyil. Nazirin sözlərinə görə, Ermənistan delimitasiya prosesinə Tavuş vilayətindən və 4 kənddən başlamağa hazırdır. Delimitasiya və demarkasiya təhlükəsizliyi təmin etməyəcək. Lakin bu proses olmasa, təhlükəsizlik təhdidləri getdikcə artacaq", - Paşinyan q... | publikaz_normalized |
Bakıda vətəndaşların bank kartlarından ümumilikdə 4188 manat oğurluq edən qadın saxlanılıb. Qeyd edilib ki, aprelin 6-da paytaxt sakini olan qadının bank kartından 335 manatının oğurlanması barədə Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində ş... | publikaz_normalized |
Daxili transformasiya qədər ağrılı olur":"Hazırda Ermənistanla Rusiya arasındakı münasibətlər “tarixi Ermənistan”dan “real Ermənistan” və Rusiya arasındakı münasibətlərə keçid prosesini yaşayır. “Bu, bəzən Ermənistanın özündə baş verən daxili transformasiya qədər ağrılı olur. Ancaq bu transformasiyanı "müsbət hekayələr... | publikaz_normalized |
Yay transfer pəncərəsində "Barselona" "Atletik Bilbao"nun ispaniyalı vingeri Niko Uilyamsı transfer etməyi planlaşdırır. Mənbənin sözlərinə görə, Kataloniya klubu 21 yaşlı hücumçu 50 milyon avro məbləğində təzminat məbləğini ödəməyi planlaşdırır. Bu, onun müqaviləsindəki sərbəstqalma maddəsi ilə eynidir. Futbolçunun öz... | publikaz_normalized |
Türkiyə Rusiyadan aldığı “S-400” zenit-raket komplekslərini qonşu İraqla sərhəd xəttinə yerləşdirə bilər. Bildirilib ki, Ramazan ayı bitdikdən sonra və ya gələn həftə "S-400"lərin sərhəd bölgələrinə yerləşdirilməsi prosesinin sürətləndirilmə ehtimalı yüksəkdir. | publikaz_normalized |
Moldova Qaqauziyanın müstəqillik elan etməsinə cavab olaraq qoşun göndərəcəyi ilə hədələyib. Eyni zamanda Qutsul Moldova hakimiyyətinin sağlam düşüncəsinə ümid etdiyini bildirib. Bundan əvvəl Qutsul bildirmişdi ki, Kişinyov Rumıniya ilə birləşməyə qərar verərsə, Qaqauziya Moldovadan ayrılacaq. Eyni zamanda o, regionun ... | publikaz_normalized |
Rihanna rahibə obrazında yer aldığı "Interview" jurnalının yeni sayının üz qabığının qəhrəmanı olub və keçmiş stilisti Mel Ottenberqə müsahibə verib. Jurnalın yaz buraxılışı üçün müğənni moda fotoqrafı Nade Li Koenə pozalar verib. Çəkilişlərdə o, "Dior", "Bottega Veneta", "Loewe", "Loro Piana" və "Savage x Fenty"nin ge... | publikaz_normalized |
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 7-12° isti, gündüz 12-17° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək. Nisbi rütu... | publikaz_normalized |
Aİ-nin Ermənistandakı missiyası...":"Ermənistan Avropa İttifaqının mülki müşahidə missiyasının müddətini daha iki il uzatmağı düşünür. “Praqada keçirilən dördtərəfli görüş Cənubi Qafqazsa sülh və sabitliyin yaranması, Ermənistanla Azərbaycan arasında sülhün bərqərar olması üçün mühüm əhəmiyyət kəsb edir", - Paşinyan qe... | publikaz_normalized |
Xalq artisti Röya Ayxan Sumqayıtda solo konsertə hazırlaşır. Xalq artisti iki saat ərzində pərəstişkarlarına sevilən mahnılarını canlı təqdim edəcək. Qeyd edək ki, estrada ulduzun digər şəhərlərdə konserti nəzərdə tutulur. | publikaz_normalized |
“Mançester Siti” UEFA Çempionlar Liqasında (Çempionlar Kuboku da daxil olmaqla) 4 klubun nailiyyətini təkrarlayıb. Siti" ÇL-in 1/4 final və ya sonrakı mərhələlərində Madrid klubuna öz meydanında üç qol vuran tarixdə 5-ci komanda olub. Bundan əvvəl "Mançester Yunayted" 1968-ci ildə (3:3, 1/2 final), "Spartak" - 1991-ci ... | publikaz_normalized |
Meyxanaçılar zövqləri korlayır” - VİDEO":"İnsan həyatındakı qadınla bağlı seçim edəndə ilk olaraq onun psixoloji durumuna baxıb qərar verməlidir. O ki qaldı qadın nə istəyir sualına, bunun da cavabı var. Qadın qarşısında düzgün, xəyanətsiz ər istəyir. Hər zaman dostlarıma da bunu deyirəm ki, əgər sizi bir dəfə xəyanət ... | publikaz_normalized |
Qarabağdan olan bir qrup şəxs Ermənistanda hakimiyyəti ələ keçirmək istəyirdi. O bildirib ki, separatçılar Ermənistanda hakimiyyəti ələ keçirmək istəyib: Bunu təsdiqləyən məlumatlar, hətta dəlillər var". | publikaz_normalized |
Ermənistan-Türkiyə sərhədinin açılması region üçün əlamətdar hadisə olacaq. Onun sözlərinə görə, bu istiqamətdə müvafiq səylər göstərilməlidir. “Burada bir sosial-psixoloji nüansa toxunmaya bilmərəm. Qeyd etmək çox vacibdir ki, mən indi Ermənistan-Türkiyə münasibətlərindən deyil, Ermənistanla Türkiyə arasındakı münasib... | publikaz_normalized |
“Əl-Hilal” və Braziliya millisinin hücumçusu Neymar “Santos”u almaq variantını nəzərdən keçirir. Mənbənin sözlərinə görə, Neymar 130 milyon avro borcu olan keçmiş klubuna kömək etmək istəyir. Neymarın atası ilə birlikdə klubun səhmlərini almaq imkanını nəzərdən keçirdiyi vurğulanır. “Santos”un yetirməsi 2021-ci ildə ka... | publikaz_normalized |
12 ölkədən gəlirim var, Türkiyədə də ...":"TV8 kanalının rəhbəri və məşhur yarışma proqramlarının aparıcısı Acun Ilıcalının aylıq qazancı maqazin səhifələrində gündəm olub. Aylıq qazancımın nə olduğunu mənim bilməyim mümkün deyil, hesabatını apara bilmərik. 12 ölkədən gəlirimiz və Türkiyədə kanalımız var. Mən o işlərə ... | publikaz_normalized |
Yaya qədər effektiv şəkildə arıqlamağın səmərli yolları ortaya çıxıb. Başlamaq üçün mütəxəssis pəhrizinizə nəzarət etməyi məsləhət görür. Sonra həkim qeyd edib ki, siz porsiyalarınızı dörd hissəyə bölməlisiniz: karbohidratlar, zülallar, bitki lifləri və yağlar. “Hər bir yeməkdə mümkün qədər çox protein və bitki lifi ol... | publikaz_normalized |
Bu qədər şəxs ölkədən çıxarıldı":"Moskva polisi qeyri-qanuni miqrasiya ilə mübarizə məqsədilə reydlər keçirib. Polis əməkdaşları Moskva şəhərində yaşayış sektorunda, topdan və pərakəndə ticarət, ictimai iaşə, tikinti və digər obyektlərdə 10 mindən çox obyektə baş çəkiblər. Reyd zamanı 6 mindən çox miqrasiya qanunverici... | publikaz_normalized |
Kreml Rusiya Federasiyası ilə Ermənistan arasında münasibətlərdəki mürəkkəb məsələlərin dialoq yolu ilə həll olunacağına ümid edir. O, vurğulayıb ki, tezliklə Rusiya və Ermənistan liderlərinin hər şeyi müzakirə etmək imkanı olacaq: Dialoqlar iş səviyyəsində baş verir ki, bu da çox vacibdir. Ermənistan Rusiyanın yaxın t... | publikaz_normalized |
Sosial şəbəkələrdə müğənni Alla Puqaçovanın Rusiyanı həmişəlik tərk etməsinə baxmayaraq, hər ay oraya böyük məbləğlər köçürməyə davam etdiyi bildirildi. Məlum olub ki, müğənni müxtəlif ehtiyaclar üçün vətəninə ən azı yarım milyon rubl pul göndərir. Məlumdur ki, evdə heç kim yaşamır, amma onlar yad adamların gizlicə içə... | publikaz_normalized |
Moskvada gözlənilən ömür uzunluğu orta hesabla rekord həddə - 78 yaşa çatıb. Filippov “İzvestiya” qəzetinə müsahibəsində uzunömürlülüyün dörd prinsipini açıqlayıb. Mütəxəssis hesab edir ki, birinci vacib prinsip insanın gündəlik işlərində xoşbəxtlik tapmaq bacarığıdır. “Məsələn, uzunömürlülüyü ilə məşhur olan yaponları... | publikaz_normalized |
“Gizlin saxlayıram" - VİDEO":"Bəstəkar-müğənni Murad Arif ötən ilki konsertindən maraqlı paylaşım edib. Şəxsi həyatımı hər zaman gizlin saxlayıram. Evdə, ailə ilə çəkilişlərdən, müsahibələrdən, verilişlərdən uzağam. Mənim nəğmələrim əslində mənim şəxsi həyatımdır. Mənim hekayəmin görünməz qəhrəmanı var. Səhnədə enerjil... | publikaz_normalized |
Bu yarış ləğv oluna bilər":"Parisdə keçiriləcək Yay Olimpiya Oyunları zamanı triatlon idman növünün proqramında dəyişiklik edilə bilər. Onun sözlərinə görə, güclü yağış yağacağı halda suda E. coli səviyyəsindən yüksələcək. vəyarışın keçiriləməsi təhlükə altına düşəcək. Biz bu müsabiqəni Sena çayında keçirməyə qərar ver... | publikaz_normalized |
Bakı ilə İrəvan arasında bütün ərazi mübahisələri və qarşılıqlı iddialar siyasi və diplomatik üsullarla həll edilməlidir. Brifinqdə çıxışı zamanı o, Bakı və İrəvana Cənubi Qafqazdakı gərginliyi azaltmaqla bağlı çağırış edib. Regionda davamlı sülh və rifahın bərqərar olması üçün zəruri mexanizmlər, o cümlədən Rusiya, Er... | publikaz_normalized |
Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunları komandanının gender məsələləri üzrə müşaviri Oksana Qriqoryeva bildirib ki, ölkədə yaxın illərdə qadınların səfərbərliyə hazırlanması labüddür. O, hesab edir ki, Ukraynada qadınlara qarşı “köhnə zehniyyətinə” son qoyulmalı və İsrail tipli hərbi siyasət yürüdülməlidir. “Konsti... | publikaz_normalized |
Yapon alimləri qəzəbi idarə etməyin asan yolunu tapıblar. Bu barədə məqalə "Scientific Reports" jurnalında dərc olunub. Təcrübədə tədqiqatçılar iştirakçılardan ictimai yerlərdə siqaret çəkmək kimi mühüm sosial məsələlərlə bağlı fikirlərini qısaca yazmağı xahiş ediblər. İştirakçılara məlumat verilib ki, onların yazısını... | publikaz_normalized |
Kadırov gedir, yerinə o gəlir":"Son zamanlar Çeçenistan Respublikasının lideri Ramzan Kadırovun adının federal media xəbərlərində yer alma ehtimalı azalıb. Bəziləri bunun onun üçün əvəzləyicinin hazırlanması ilə əlaqədar olduğunu ehtimal edir. Bu məsələ ilə bağlı rəsmi məlumat yoxdur. Qeyd olunub ki, son zamanlar birba... | publikaz_normalized |
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və İran Prezidenti İbrahim Rəisi arasında telefon danışığı olub. Bildirilib ki, liderlər ikitərəfli və regional məsələləri müzkairə ediblər. Onlar həmçinin beynəlxalq müstəvidə baş verən siyasi proseslər barədə fikir mübadiləsi aparıblar. | publikaz_normalized |
Aprelin 10-da, saat 15:20 radələrində Dövlət Sərhəd Xidmətinin (DSX) sərhəd qoşunlarının “Qubadlı” əlahiddə sərhəd diviziyasının Qubadlı rayonunun Cicimli yaşayış məntəqəsinin ərazisindəki sərhəd döyüş məntəqəsinin xidməti ərazisində müqabil ərazidəki Ermənistanın Nerkin Xnzoresk kəndi istiqamətindən 2 nəfərin dövlət s... | publikaz_normalized |
44 yaşlı Reyçel Daun hamiləlikdən sonra iki il ərzində 53 kiloqram arıqlamağa müvəffəq olub. 2016-cı ildə qadın ikinci övladını dünyaya gətirib və çəkisi 95 kiloqrama çatıb. Daun əvvəllər də kök olub, lakin ikinci hamiləliyindən sonra daha da kökəlib. O, etiraf edib ki, artıq çəkisi səbəbindən özünü narahat hiss edib v... | publikaz_normalized |
Türkiyəli məşhur yutuber Ruhi Çenetin "Youtube" kanalı oğurlanıb. O, bu barədə "Instagram"da məlumat paylaşıb. Onun kanalındakı bütün videolar silinib, oğurlanan hesabın adı da dəyişdirilib. Hazırda kanalın geri alınması üçün tədbirlər görülür. | publikaz_normalized |
Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu Ramazan bayramı münasibətilə Türkiyə Cümhuriyyətinin bu ölkədəki səfiri Tanja Bilgiçi qəbul edib. Türkiyə səfiri öz növbəsində Polad Bülbüloğlunu və qardaş Azərbaycan xalqını bayram münasibətilə təbrik edərək, gələcək qələbələr və azad edilmiş ... | publikaz_normalized |
Qadın futbolçular arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində aprelin 9-da Azərbaycan millisi İsveçrə yığmasını qəbul edib. Bu görüş komandamız üçün uğursuz olub – 0:4. Qadın futbolunun ən gözəl simalarından biri hesab edilən və daim diqqət mərkəzində olan sarışın SAlişa millinin formasıyla 50-ci oyununu... | publikaz_normalized |
Rusiyanın əməkdar artisti Andrey Klıkov vəfat edib. KİV-lər onun uzun müddətdir xərçəng və xroniki xəstəliklərdən əziyyət çəkdiyini yazıb. | publikaz_normalized |
Almaniya Ukraynaya yeni hərbi yardım paketini açıqlayıb. | publikaz_normalized |
ABŞ-dan Ermənistana göndərilən bağlamada dəyəri 500 min dollardan çox olan kokain aşkarlanıb. Məsələ ilə bağlı Ermənistanın Dövlət Gəlirləri Komitəsinin yaydığı məlumata görə, narkotik vasitələr paltar və ayaqqabı arasında gizlədilib. Hadisə ilə bağlı iki vətəndaş həbs edilib. | publikaz_normalized |
Türkiyə Silahlı Qüvvələri İraqın şimalında terrorçuları zərərsizləşdirib. Qeyd edilib ki, İraqın şimalında 5 PKK terrorçusu məhv edilib. | publikaz_normalized |
Şahmat üzrə İddiaçılar Turnirinin istirahət günündə qeyri-rəsmi blits turniri keçirilib. Qeyd edək ki, Abasov İddiaçılar Turnirində 5 turdan sonra 1,5 xalla 7-ci pillədə qərarlaşıb. | publikaz_normalized |
İqtisadiyyat naziri Mikayıl Cabbarov Slovakiyaya işgüzar səfər edib. Slovakiya rəsmiləri ilə aparılan müzakirələrdə iki ölkə arasında əlaqələrin mühüm istiqamətlər üzrə genişləndiyi vurğulanıb. Qeyd olunub ki, qarşılıqlı səfərlər, keçirilən tədbir və görüşlər, aparılan müzakirələr Azərbaycan-Slovakiya əməkdaşlığının mö... | publikaz_normalized |
İsrailin hücumunda üç oğlu və nəvələri ölüb - YENİLƏNDİ":"HƏMAS lideri İsmail Haniyə İsrailin Qəzzaya endirdiyi aviazərbələr nəticəsində üç oğlu və bir neçə nəvəsinin öldüyünü təsdiqləyib. O, telekanala müsahibəsində bildirib ki, İsrailin hücumları nəticəsində indiyə qədər 60 qohumu həlak olub. İsmail Haniyə oğullarını... | publikaz_normalized |
Aprel ayında bəzi bürclər üçün çətinliklər və sınaqlar ola bilər. Astroloqlar bildirirlər ki, aprel ayında bütün bürclərdə maliyyə dalğalanmaları, gözlənilməz xərclər və ya gəlirdə gecikmələr ola bilər. Əsasən də 3 bürc üçün aprel sınaq ayı kimi görünür. Şir bürcü" "Şirlər 2024-cü ilin aprelində iş və şəxsi həyatlarınd... | publikaz_normalized |
Ermənistan Rusiya ilə kütləvi kommunikasiyalar sahəsində əməkdaşlıq haqqında sazişi birtərəfli qaydada ləğv edə bilər. Nazir Ermənistanın sənədin redaktə edilməsi ilə bağlı təklifləri qəbul olunmasa, bu addımın atılacağını deyib. Ayrapetyan parlamentdəki çıxışında qeyd edib ki, Rusiya tərəfinə sazişə düzəlişlər və yeni... | publikaz_normalized |
Prezident İlham Əliyev ölkənin kompleks inkişafını daim diqqətdə saxlayır. Həm işğaldan azad olunmuş ərazilərə, həm də ölkənin bütün regionlarına mütəmadi səfərlər zamanı nəhəng layihələrin açılışlarında iştirak edir, bölgədəki vəziyyətlə yerində maraqlanır. Aprelin 9-da Prezident İlham Əliyevin Gəncə şəhərinə səfəri z... | publikaz_normalized |
Birləşmiş Ştatlar Prezidenti Co Baydenin qızı Eşli Baydenin gündəliyini və bir neçə əşyasını oğurlayan qadın həbs edilib. Araşdırma nəticəsində məlum olub ki, o, bu işi tək görməyib və işdə təqsirləndirilən digər şəxs də günahını etiraf edib. Eymi Harris həbsdən sonra üç il nəzarət altında yaşamalı olacaq. | publikaz_normalized |
Ermənistanda keçmiş hərbçi baldızını öldürüb, sonra isə intihar edib. Şahidlərin sözlərinə görə, hərbçi mağazaya daxil olaraq baldızını onun ailəsini dağıtmaqda ittiham edib. Sonra isə tapançadan baldızına atəş açıb, ardınca özünü güllələyib. | publikaz_normalized |
dinamik inkişaf və balanslı yanaşma":"Azərbaycan ərazi bütövlüyünü təmin etməklə Cənubi Qafqazda əsas söz sahibinə çevrilib, regional və beynəlxalq mövqelərini getdikcə möhkəmləndirib, iqtisadi sahədə ciddi irəliləyişlərə, eyni zamanda, regionların sürətli inkişafına nail olub. Prezident İlham Əliyevin Azərbaycanın böl... | publikaz_normalized |
Bizə qarşı olan istənilən ölkəyə zərbə endirəcəyik":"Bir neçə cəbhədən hücuma məruz qalırıq, istənilən ölkə hücum planı hazırlayarsa, cavab zərbəsi endiriləcək". Biz çox qətiyyətli cavab verəcəyik. Daha dəqiq desək, bizə qarşı olan istənilən ölkənin ərazisinə zərbələr endirəcəyik. Bizim bunun üçün hər cür hərbi gücümüz... | publikaz_normalized |
Almaniyanın NATO-dakı səfiri Qeza Andreas for Qeyr Azərbaycanın NATO-dakı səfiri Cəfər Hüseynzadə ilə görüşüb. Səfir regionda baş verən son hadisələr və Azərbaycan ilə Alyans arasındakı əlaqələrə dair danışıqlar üçün Azərbaycanın NATO-dakı Nümayəndəliyinin rəhbəri səfir Cəfər Hüseynzadə ilə görüşməkdən məmnundur", - de... | publikaz_normalized |
Azərbaycan Respublikası regionlarının inkişafı ölkədə uğurla həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Bu uğurun təməlində isə düşünülmüş və uzaqgörən siyasət dayanır. Təkcə ötən ilin rəqəmlərinə nəzər saldıqda görərik ki, dünyada geosiyasi və geoiqtisadi gərginliklər fon... | publikaz_normalized |
Hacıqabulda “Agro Dairy” MMC-yə məxsus 4200 hektar torpaq sahəsinə Kür çayından nasos stansiyası vasitəsilə suvarma suyunun çatdırılması üzrə suvarma qurğuları kompleksi əkin sahələrində məhsuldarlığın artmasına kömək edəcək. Hacıqabulun Padarçöl sakinlərini narahat edən problemin nəhayət ki, öz həllini tapdığını deyən... | publikaz_normalized |
Abşeron rayonunda müqəddəs Ramazan bayramında şəhidlərimizin məzarları və şəhid ailələri ziyarət olunub. Daha sonra şəhid ailələri və müharibə iştirakçıları ilə görüşən RİH başçısı onların qayğıları ilə maraqlanıb. Şəhid ailələri də öz növbələrində dövlət tərəfindən onlara daima diqqət və qayğının göstərildiyini və bun... | publikaz_normalized |
İsrailin COP29 üzrə milli koordinatoru Karmela Şamir Azərbaycana səfər edib. “İsrailin COP29-da iştirakı üzrə milli koordinatoru Karmela Şamirin Bakıya səfərini başa çatdırmaqdan şadam! Enerjili görüşlər, uğurlu və yaddaqalan hadisə üçün zəmin hazırlığı. Biz İsrailin COP29-da yaxından iştirakını gözləyirik!”, - diploma... | publikaz_normalized |
Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, baş leytenant Məmmədov Rövşən Üzeyir oğlunun Ermənistan tərəfdən odlu silahdan açılmış atəş nəticəsində yaralanması barədə Qubadlı hərbi prokurorluğuna məlumat daxil olub. Daxil olan məlumat əsasında Qubadlı hərbi prokurorluğunun işçiləri və Hərbi Prok... | publikaz_normalized |
Hollivud ulduzu Zendaya gəlinliklə kamera qarşısına keçib. Aktrisanın ən çox diqqət çəkən "look"larından biri də qızılgülə bənzədilən geyim olub. "Bu il "Dune" filmi ilə populyarlığını daha da artıran sənətçi jurnalın may nömrəsinin üz qabığında yer alacaq. | publikaz_normalized |
Avropa Parlamenti AB-nin bütün miqrasiya standartlarının sərtləşdirilməsi barədə qərar qəbul edib. Bu sənədin təxminən on il bloklanmasından sonra Avropa Parlamenti Aİ-nin miqrasiya və sığınacaq paktının təsdiqlənməsinə - AB-nin miqrasiya normalarına tam yenidən baxılmasına səs verdi. Avropa miqrasiyanı nizamlı şəkildə... | publikaz_normalized |
Azərbaycan ağırlıqqaldıranı üç gümüş medal qazandı":"Azərbaycan ağırlıqqaldıranı Dadaş Dadaşbəyli Tailandın Phuket şəhərində keçirilən Dünya Kubokunda 3 gümüş medal qazanıb. Atletimiz birdən qaldırma hərəkətində 177 kiloqramı ram edib və bu hərəkətlə gümüş medala sahib çıxıb. O, təkanla qaldırma hərəkətində 211 kiloqra... | publikaz_normalized |
qızların əhatəsində... - FOTO":"MMA üzrə məşhur gürcü döyüşçüsü Merab Dvalişvili sosial şəbəkələrdə qarşıdan gələn UFC 300 turniri ilə bağlı zarafatyana yeni paylaşım edib. Dvalişvili iki qızın əhatəsində divanda noutbukla oturduğu fotoya “Mən UFC 300-ə necə baxacağam” sözlərini yazıb. Qeyd edək ki, UFC-300 aprelin 13-... | publikaz_normalized |
Parisdə keçirilən Olimpiya Oyunlarının emblemini yaradan dizayner Silvain Boyer yaradıcılığından dizaynda qeyri-qanuni istifadəyə görə məhkəməyə müraciət edib. Boyer bildirir ki, 2019-cu ildə Olimpiya Oyunlarının gələcək loqosunun yaradılması ilə bağlı ictimai müsabiqədə iştirak edib, 1 milyon dollara yaxın müqavilə qa... | publikaz_normalized |
Böyük Britaniya və Ukrayna müdafiə və sənaye əməkdaşlığına dair yeni saziş imzalayıblar. Britaniyanın 29 şirkətindən ibarət nümayəndə heyəti öz təcrübələri haqqında danışmaq və əməkdaşlıq imkanları tapmaq üçün bu ölkəyə səfər edib. Sazişə görə Böyük Britaniyanın bəzi ən böyük müdafiə şirkətləri Ukrayna Silahlı Qüvvələr... | publikaz_normalized |
4 nəfər öldü, 7 nəfər yaralandı":"Bu gün axşam saatlarında Rusiya Ukraynanın Odessa vilayətinə raket zərbəsi endirib. Onun sözlərinə görə, raket hücumu nəticəsində biri 10 yaşlı qız olmaqla, 4 nəfər həlak olub, 7 nəfər isə yaralanıb. Yaralılardan birinin vəziyyəti ağırdır. Qeyd edək ki, Odessaya “İskəndər-M” ballistik ... | publikaz_normalized |
Gözəl sənətdir, amma məsələ odur ki, yaxşı oxuyub məşhur olmaq üçün gərək yersiz, çox danışasan ki, seviləsən. Burada başqa-başqa yollar var". Sənətçi hazırda səsi olmayanların məşhur olduğunu bildirib: Yalan ayaq tutar, amma yeriməz!". Təsəvvürünüzə gətirin ki, səsi olmayanlar dəbdədir. Do", "sol" səsi olanlar çox məş... | publikaz_normalized |
ABŞ Avstraliya hakimiyyətinin “WikiLeaks”in qurucusu Culian Assanjın mühakimə olunmasının dayandırılması ilə bağlı müraciətini nəzərdən keçirir. “Biz bu məsələyə baxırıq”, - Bayden qeyd edib | publikaz_normalized |
Artıq 15 ildir aprelin 10-u Azərbaycanda İnşaatçılar Günü kimi qeyd olunur. Bu gün inşaatçılar peşə bayramlarını azad, tam suveren və bütöv Azərbaycanın hər guşəsində fəxrlə qeyd edirlər. Azərbaycanın şanlı Ordusunun düşmənlə mübarizədə qazandığı Zəfərdən sonra Prezident İlham Əliyevin göstərişi ilə Qarabağ və Şərqi Zə... | publikaz_normalized |
Türkiyə Futbol Federasiyasının (TFF) İntizam Komitəsi Ramil Şeydayevin formasını geyindiyi “Kocaelispor”a ağır cəza verib. Bundan əlavə klub 112 min TL məbəğində cərimələnib. “Kocaelsipor”un cəzaya məruz qalmasının səbəbi “Göztepe” ilə matçda azarkeşlərin davranışları olub. Qeyd edək ki, “Kocaelispor” I Liqada 29 turda... | publikaz_normalized |
Yaponiya valyutası 34 il sonra bu səviyyəyə düşdü":"Yaponiya milli valyutasının məzənnəsi 1990-cı ilin iyunundan bəri ilk dəfə bir dollar üçün 152 yen səviyyəsinə düşüb. Yenin zəifləməsi Qərb ölkələri ilə faiz dərəcələrindəki davamlı uçurum fonunda baş verir. Xatırladaq ki, Yaponiya Maliyyə Nazirliyi daha əvvəl yenin z... | publikaz_normalized |
bu qiymətə - FOTO":"Nikosayağı" adı ilə tanınan bloger Nicat Şakirlinin qəzaya düşdüyü avtomobil satışa çıxarılıb. Bununla bağlı elan saytların birində yerləşdirilib. Qeyd edək ki, ötən ilin avqustunda N. Şakirli idarə etdiyi "Porsche" markalı avtomobili ilə TIR-a çırpılıb. Qəza nəticəsində 1 nəfər ölüb, "Nikosayağı"nı... | publikaz_normalized |
Araşdırmalar göstərir ki, Azərbaycanda 60 yaşdan sonra ikinci, üçüncü, hətta dördüncü dəfə ailə quran insanlar var. Statistikaya görə, 2022-ci ildə yaşı 60-dan yuxarı olan 1 100-dən çox vətəndaş rəsmi nikaha girib. Həmin ildə 60 və daha yuxarı yaşda olan bəylərin sayı 838, gəlinlərin sayı 306 nəfər olub. Maraqlıdır ki,... | publikaz_normalized |
Gürcüstan ilə Çin Xalq Respublikası arasında viza rejimi ləğv olunub. Müqavilə qüvvəyə mindikdən sonra Gürcüstan vətəndaşları Çində 30 gün vizasız qala biləcəklər. Saziş hər iki ölkədə daxili hüquqi prosedurlar başa çatdıqdan sonra qüvvəyə minəcək. | publikaz_normalized |
MDB ölkələrinin birgə antiterror təlimi bu il ilk dəfə Özbəkistan ərazisində keçiriləcək. “MDB-yə üzv dövlətlərin builki “Şərq-Antiterror - 2024” təlimi ilk dəfə Özbəkistan Respublikası ərazisində keçiriləcək”, - ATM-in məlumatında deyilir. | publikaz_normalized |
Uels şahzadəsi Keyt Middlton Britaniya kral ailəsinin ən populyar üzvü seçilib. Bununla da o, kral ailəsinin ən populyar üzvü seçilib. Bu göstərici ilin əvvəlindən bu yana altı ballıq artım deməkdir. Keyt Middltonun populyarlığının artmasına səbəbi kimi bu yaxınlarda xərçəng xəstəliyinə tutulduğunu etiraf edən videomes... | publikaz_normalized |
Yeni bir araşdırma gənc nəsillərin daha sürətli qocaldığını və bunun xərçəng riskini artıran əhəmiyyətli amil olduğunu aşkar edib. Tədqiqatçılar 1950-1954-cü illərdə doğulmuş yaşlı insanlarla müqayisədə 1965-ci ildən sonrakı dövrdə dünyaya gələnlərin sürətli qocalıq ehtimalının 17% daha çox olduğunu müəyyən ediblər. Nə... | publikaz_normalized |
İtaliya nəhəngi “Yuventus” türkiyəli milli futbolçu Kənan Yıldızla müqaviləni uzatmağa və əfsanəsi Alessandro Del Pyeronun formasını ona verməyə hazırlaşır. Bildirilir ki, azarkeşlərin böyük maraq göstərdiyi 18 yaşlı hücumçu ilə son vaxtlar Avropa klublarının maraqlanması “Yuve”ni belə addım atmağa sövq edir. Hazırda k... | publikaz_normalized |
İrəvanda Zvartnots hava limanı yaxınlığında avtomobilə silahlı hücum olub. Məlumata görə, silahlı 4 maskalı şəxs maşını saxlayıb, sürücünü və iki sərnişini zorla maşından çıxarıb, yerə yıxaraq əllərini qandallayıblar. Daha sonra onlar avtomobilin baqajındakı çantalardan 2,6 milyon dolları və dəyəri 3,1 milyon dollardan... | publikaz_normalized |
Fransanın cənubunda yerləşən Set şəhərindəki zavodda güclü partlayış baş verib. "Hadisə zamanı zavodun 1 əməkdaşı xəsarət alıb. | publikaz_normalized |
Türkiyə xarici işlər naziri Hakan Fidan ABŞ dövlət katibi Antoni Blinkenlə regional təhlükəsizliklə bağlı məsələləri müzakirə edib. Telefon danışığı zamanı Qəzzada humanitar böhran və regional təhlükəsizliklə bağlı məsələlər müzakirə edilib. | publikaz_normalized |
Türkiyə xarici işlər naziri Hakan Fidanla HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə arasında telefon danışığı olub. Bildirilib ki, Fidan Haniyəyə 3 oğlu və nəvələrinin İsrailin hücumları nəticəsində həlak olması ilə bağlı başsağlığı verib. | publikaz_normalized |
Bu yaxınlarda bir məclisdə idim, yanımda da müğənni var idi. Bəstəkarlar ona zəng edirdilər. Bu mahnıların qiyməti necə bahadır. Qiyməti 5-10 min manatdır, çox bahadır". O, illər əvvəl Xatirə İslamla ifa etdiyi duetdən qazandığı pulla özünə "Porsche" aldığını bildirib: Baxmayaraq ki, müğənni deyiləm, mən də müğənnilikd... | publikaz_normalized |
Sumqayıt şəhərində tanınmış iş adamı Mais İsmayıl oğlu Nəcəfov 68 yaşında dünyasını dəyişib. Məlumata görə, iş adamı insultdan vəfat edib. Bildirilib ki,1956-cı ildə Qərbi Azərbaycanın Qafan rayonunda anadan olan Mais Nəcəfov1970-ci ildə Sumqayıt şəhərinə köçüb. O, iş adamı kimi bir çox xeyriyyə işlərində iştirak edib.... | publikaz_normalized |
İran nüvə silahının yaradılmasına çox yaxındır":"İran 2018-ci ildən bugünədək nüvə silahının yaradılmasına daha çox yaxındır. Məqalədə istinad olunan sənədlərə əsasən, hazırda Tehranda azı üç atom bombası üçün zənginləşdirilmiş uranın kifayət qədər ehtiyatı var. İddiaya görə, ölkədə zənginləşdirilmiş uran istehsalı rek... | publikaz_normalized |
Ermənistanda əsgər özünü güllələyib. Polis müəyyən edib ki, 19 yaşlı Tiqran Ç. odlu silahı doldurarkən ehtiyatsızlıqdan ayağına atəş açıb. Hərbi qulluqçu xəstəxanaya aparılıb. Hadisə ilə bağlı İstintaq Komitəsində cinayət işi başlanıb. | publikaz_normalized |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.