text stringlengths 20 1.45M | source stringclasses 10
values |
|---|---|
Fransanın Moskvadakı səfiri Pyer Levi Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. "Məlumata görə, buna səbəb Fransanın xarici işlər naziri Stefan Sejurnenin Rusiya ilə bağlı açıqlamalarıdır. Fransanın Avropa və xarici işlər naziri S.Sejurnenin Fransa tərəfinin Rusiya rəsmiləri ilə danışıqlara maraq göstərməməsi il... | publikaz_normalized |
Məşhur futbolçu Emre Aşığın keçmiş həyat yoldaşı Yağmur Sarnıç intihara cəhd edib. Onun Beylikdüzü Kavaklı səmtindəki evinə gedən polis qrupları qadının həddindən artıq antidepresant dərman qəbul edərək intihara cəhd etdiyini müəyyənləşdirib. Hadisə yerinə gələn tibb qruplarının göstərdiyi ilk tibbi yardımdan sonra Sar... | publikaz_normalized |
Beynəlxalq Avtomobil Federasiyası (FİA) 2025-ci il mövsümü üçün “Formula 1” təqvimini dərc edib. Bakı küçələrində keçirilən Azərbaycan Qran Prisi isə sentyabrın 19-21-dək təşkil ediləcək. Ümumilikdə 24 yarış keçiriləcək. ABŞ hamıdan çox – 3 qran priyə ev sahibliyi edəcək. | publikaz_normalized |
Aprelin 12-i saat 16:50 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Qaraiman yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Daşkəsən rayonunun Astaf yaşayış məntəqəsi istiqamətindəki mövqelərini atıcı silahlardan atəşə tutub. | publikaz_normalized |
İzlənmə rekordları qıran "Bahar" serialına yeni aktrisa daxil olacaq. Aktrisanın cəmi 2 seriyada rol alması planlaşdırılıb. Qeyd edək ki, serialın baş rollarına Demet Evqar, Mehmet Yılmaz Ak və Buğra Gülsoy çəkilir. | publikaz_normalized |
Ermənistanda hərbçilərin düşdüyü qəzada yaralananların sayı açıqlanıb. ***" "Ermənistan Silahlı Qüvvələrinə məxsus avtomobil qəzaya düşüb. Hadisə aprelin 12-də saat 15:25 radələrində qeydə alınıb. N saylı hərbi hissəsinin hərbi qulluqçularını daşıyan “Ural” markalı avtomobil yoldan çıxaraq dərəyə aşıb. İlkin məlumata g... | publikaz_normalized |
Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan Samid Salamov saxlanılıb. Faktla bağlı Neftçala RPŞ-də araşdırmalar davam etdirilir. | publikaz_normalized |
Tacikistan prezidenti Emoməli Rəhmon bu il mayın üçüncü ongünlüyündə Azərbaycana dövlət səfəri etməyi planlaşdırır. Nazirlərin Minskdə Müstəqil Dövlətlər Birliyinin Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) iclası çərçivəsində baş tutan görüşündə həmçinin mayın ikinci ongünlüyündə Azərbaycanda Tacikistanın mədəniyyət gün... | publikaz_normalized |
Naxçıvanın tarixinə şahidlik edən “Naxçıvanqala” Tarixi-Memarlıq Muzey Kompleksinin divarı uçub. Həmin görüntüləri təqdim edirik: | publikaz_normalized |
İtaliyalı güləşçi Frank Çamisio Bakıda ona 300 min dollar rüşvət təklif edildiyini iddia edib. İkiqat dünya çempionu və olimpiya oyunlarının bürünc mükafatçısı Frank Çamisio keçən həftə Bakıda keçirilən güləş üzrə Avropa Olimpiya təsnifat turnirində uduzması üçün ona 300.000 ABŞ dolları məbləğində rüşvət təklif edildiy... | publikaz_normalized |
“Mançester Yunayted”in futbolçusu Meyson Qrinvud Avropanın bir neçə top klublarının marağına səbəb olub. İngilis forvard İspaniyanın “Xetafe” klubunda icarə əsasında oynayaraq karyerasını bərpa etməyi bacarıb. Bu barədə insayder Ekrem Konur məlumat yayıb. O, bu klubların yay transfer hədəfləri siyahısındadır. Bu mövsüm... | publikaz_normalized |
Almaniyada elmi araşdırma üçün 60 gün yataqda qalmağı qəbul edən şəxslər axtarılır. Kölndə aparılacaq araşdırmada cazibə qüvvəsi olmayan bir mühitdə uzun müddətli səyahətin insan orqanizminə mənfi təsirləri araşdırılacaq. Könüllülərin 60 gün yatacaqları çarpayının baş tərəfi 6 dərəcə əyilmiş vəziyyətdədir. Başqa sözlə,... | publikaz_normalized |
“Bu yarışda 74 kq-da yarımfinalda Turan Bayramov italiyalı Frank Çamizoya qalib gələrək Olimpiya lisenziyası əldə edib. Ancaq Çamizo məğlubiyyətlə barışmayaraq ağır ittiham irəli sürüb. Çamizo heç bir dəlil-sübut olmadan guya bu görüşdə məğlub olması üçün ona 300 min dollar rüşvət təklif edildiyini bildirib”. Bildirili... | publikaz_normalized |
Sumqayıt Dövlət dram teatrının aktyoru, quruluşçu rejissor, Əməkdar artist Namis Şirməmmədov vəfat edib. Bu barədə sosial şəbəkədə məlumat yayılıb. Qeyd edək ki, Namis Şirməmmədov 1962-ci ildə anadan olub. O, uzun illər Sumqayıt Dövlət Dram Teatrında, daha sonra isə Akademik Milli Dram Teatrında fəaliyyət göstərib. 200... | publikaz_normalized |
Apple" şirkəti "iPhone" istifadəçilərinə mümkün haker təhlükəsi barədə xəbərdarlıq edib. Bəzi hakerlərin "iPhone"lara uzaqdan müdaxilə etməyə çalışdığı təxmin edilir. Şirkət telefonlara gələn şübhəli mesajları və linkləri açmamağı məsləhət görüb. | publikaz_normalized |
Kür çayında batan ata və qızının fotosu yayılıb. Sözügedən fotoları təqdim edirik: ***" "Zərdab sakinləri olan ata və qızı Kür çayında batıb. Zərdabın Qoruqbağı kənd sakini, 2018-ci il təvəllüdlü S.S. və atası Vaqif Süleymanlı çayın kənarında yerləşən su motorunun ərazisində istirahət edirlərmiş. Bu zaman 6 yaşlı S.S s... | publikaz_normalized |
Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun Sloveniyaya işgüzar səfəri baş tutub. Görüşlər zamanı qarşı tərəf fevralın 7-də Azərbaycanda keçirilmiş seçkilərdə qələbə münasibətilə Prezident İlham Əliyevə bir daha təbriklərini çatdırıb. Azərbaycan və Sloveniya arasında mövc... | publikaz_normalized |
Ermənistanın Azərbaycana qarşı törətdiyi mina təhlükəsinə son qoymaq üçün təcili tədbirlər görülməsinə və beynəlxalq tərəfdaşların dəstəyinə ehtiyac var. Daha iki mülki şəxs Ermənistanın yerləşdirdiyi minanın qurbanı olub. 2020-ci ildə müharibə bitdikdən sonra qurbanların sayı 352 nəfərə çatıb", - paylaşımda qeyd edili... | publikaz_normalized |
Amerikalı tennisçi Sebastian Korda oğurluğun qurbanı olub. “Le Figaro” xəbər verir ki, ötən cümə axşamı axşam dünyanın 27-ci raketka ustasına Roquebrune-Cap-Martin küçəsində iki naməlum şəxs tərəfindən hücum edilib və onun 300 min avro dəyərində olan “Richard Mille” saatı qarət edilib. Hazırda kommunal polis tərəfindən... | publikaz_normalized |
Rusiyanın Kapustin Yar poliqonundan qitələrarası ballistik raketin sınaq buraxılışı həyata keçirilib. Məlumata görə, Rusiya Strateji Raket Qüvvələrinin döyüş heyəti Həştərxan vilayətindəki 4-cü poliqondan mobil yerüstü raket sisteminin qitələrarası ballistik raketini uğurla buraxıb. Qeyd olunub ki, əldə edilən nəticələ... | publikaz_normalized |
Bu gün Azərbaycan Premyer Liqasında 30-cu tura start verilib. “Sumqayıt” doğma meydanda “Zirə”ni sınağa çəkub. Qarşılaşma qolsuz yekunlaşıb. Qeyd edək ki, “Qəbələ” – “Turan Tovuz” və “Neftçi” – “Araz-Naxçıvan” oyunları sabah, “Səbail” – “Kəpəz” və “Sabah” – “Qarabağ” oyunları bazar günü keçiriləcək. | publikaz_normalized |
Türkiyənin Antalya şəhərində axşam saatlarında baş vermiş kanat xətti qəzasında yaralananların sayı 10 nəfərə çatıb. "Bu barədə məlumatı Türkiyənin səhiyyə naziri Fahrettin Koca sosial şəbəkədə açıqlayıb. ***" "Türkiyənin Antalya vilayətinin Konyaaltı rayonunda Ramazan bayramı ilə əlaqədar sıxlıq müşahidə edilən "Tünek... | publikaz_normalized |
Xorvatiyanın Poreç şəhərində gənc boksçular arasında Avropa birinciliyində yarımfinal mərhələsinin görüşlərinə start verilib. 48 kq-da Bilalhəbaşi Nəzərov yarımfinalda Frihah İsmael Maqraou (İspaniya) ilə üz-üzə gəlib. Hər 3 raundu xeyrinə bitirən boksçumuz yekunda 5:0 (29:28, 30:27, 30:26, 30:27, 30:27) hesabı ilə qal... | publikaz_normalized |
sürücü belə xilas edildi - VİDEO":"Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Qobustan rayonu, Bakı-Şamaxı yolunun 88 km-də yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olun... | publikaz_normalized |
Lerik rayonunda sel suları nəticəsində dağılan suötürücü borular bərpa olunub. Gün ərzində əraziyə Lerik və Yardımlı rayonlarının yol istismar idarələrinin ağır texnikaları və canlı qüvvələri cəlb olunub. Görülən tədbirlər nəticəsində axşam saatlarında hər iki rayon istiqamətində nəqliyyatın hərəkəti bərpa edilib. Qeyd... | publikaz_normalized |
Azərbaycan səmasında görünən obyektlə bağlı Rusiya Müdafiə Nazirliyi açıqlama yayıb. Görüntülərdə əks olunan da həmin raketdir. Qeyd edək ki, həmin "naməlum" obyekt Azərbaycandan başqa bir neçə ölkədə də görünüb. | publikaz_normalized |
İtalyan modelyer Roberto Kavalli 83 yaşında vəfat edib. Xatırladaq ki, "Roberto Cavalli" brendinin yaradıcısı bir il öncə altıncı dəfə ata olmuşdu. Ötən ilin mart ayında Roberto Kavalli və onun gənc sevgilisi, 37 yaşlı isveçli model Sandra Nilssonun oğlu dünyaya gəlib. Cütlük modelyerin atasının şərəfinə oğullarına Cor... | publikaz_normalized |
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə avtomobil qəzası nəticəsində 1 nəfərin Turquçayın Kəlbəcər rayonu, Comərd kəndi ərazisindən keçən hissəsində batması barədə məlumat daxil olub. Həyata keçirilən əməliyyat nəticəsində Şirvan şəhər sakini 1981-ci il təvəllüdlü Şahbazov Rəhim İbrahim oğlunun cəsəd... | publikaz_normalized |
Hizbullah" Livanın cənubundan İsrailin şimalına 50-dən çox "Katyuşa" raketi atıb. Məsələ ilə bağlı İsrail ordusunun mətbuat xidmətinin yaydığı məlumatda isə qeyd olunub ki, İsrail Müdafiə Qüvvələri Livandan İsrail ərazisinə uçan 40-a yaxın raketin buraxılmasını qeydə alıb. Onlardan bəziləri hava hücumundan müdafiə sist... | publikaz_normalized |
Əməkdar artist Gülüstan Əliyeva 1994-cü ilin aprel döyüşlərində Qırmızı kənddə şəhid olan qardaşı Azadın məzarını ziyarət edib. Allah şəhidlərimizə rəhmət eləsin", - deyə sənətçi qeyd edib. Qedy edək ki, Gülüstan Əliyevanın həyat yoldaşı Zahid Əhmədov da şəhid olub. | publikaz_normalized |
yaralananlar var":Xaçmazda üç maşının toqquşması nəticəsində iki nəfər yaralanıb. Qəza zamanı iki nəfər yaralanıb. Xəsarət alanlar avtomobildən Fövqəladə Hallar Nazirliyinin xilasedicilərinin köməyi ilə çıxarılıb və təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır. | publikaz_normalized |
Bəzən dəniz və çay balığı adı ilə alıcılara süni göldə yetişdirilən balıqlar satılır. Mütəxəssislər bildiriblər ki, balıqların hansı suda yetişdiyini bilmək üçün bəzi nüanslara diqqət etmək lazımdır. Mütəxəssis İlkin Novruzovun sözlərinə görə, süni göldə yetişdirilən balıqlar nisbətən ucuz olurlar. “Bu balıqların ətini... | publikaz_normalized |
Türkiyəli aktrisa Serenay Sarıkaya "GQ Global Creativity Awards"a qatılıb. Qara, uzun libasda göz qamaşdıran ulduz sinə dekoltesinə görə müzakirə mövzusuna çevrilib. Həmin fotoları təqdim edirik: | publikaz_normalized |
15 bakal pivə içib…":"WBC versiyasında ağır çəkili kəmər sahibi Tayson Fyuri (34-0-1, 24 KO) bildirib ki, WBA, WBO və IBF çempionu Aleksandr Usıkı (21-0, 14 KO) məşq etmədən və 15 bakal pivə içdikdən sonra məğlub edə bilər. “Düşünürəm ki, mən heç məşq etməsəydim, 25 kiloqram artıq çəki ilə gəlib bir gün əvvəl 15 bakal ... | publikaz_normalized |
“Əl-Nəsr”in ulduz futbolçusu Kriştiano Ronaldo və sevgilisi Corcina Rodrigez istirahət edirlər. Argentinalı model bununla bağlı paylaşım edib. Qeyd edək ki, Ronaldo komandasının Səudiyyə Ərəbistanı Superkubokunun yarımfinalında “Əl-Hilal”a məğlub olmasından (1:2) sonra futbolçulara istirahət verilməsindən maksimum yara... | publikaz_normalized |
Dünyanın siyasi və təhlükəsizlik gündəmini zəbt edən Moskva terrorundan sonra bu hücumun arxasında hansı ölkənin dayandığı sualı əsas müzakirə mövzularından biridir. Prezident Putin başda olmaqla Rusiya rəsmiləri “tətiyi çəkənlərin” – terrorçuların bəlli olduğunu, lakin arxasındakı gücü-ölkəni tapmağa çalışdıqlarını bi... | publikaz_normalized |
Qazaxıstanda vətəndaş nikahında olduğu həyat yoldaşı Saltanat Nukenovanı qətlə yetirməkdə təqsirləndirilən keçmiş nazir Kuandıq Bişimbayevin məhkəmə prosesi davam edir. Sosial şəbəkələrdə mərhumun ailəsinə dəstək məqsədilə “Saltanat üçün” adlı fleşmob keçirilir, respublikada məişət zorakılığını cinayət məsuliyyətinə cə... | publikaz_normalized |
Azərbaycanlı biznesmenlər Zarax İliyev və Qod Nisanova məxsus "Kiyev Meydanı" qrupu Moskvada Lubyankada yerləşən “Mərkəzi Uşaq Dünyası”nı alıb. Mərkəzi Uşaq Dünyası 1953-cü ildə memar Aleksey Duşkinin layihəsinə əsasən tikilib. Ticarət kompleksi “Hals” şirkətlər qrupuna aid idi. “Kiyev meydanı” Qrupu, Forbes jurnalına ... | publikaz_normalized |
uzaqdan mühüm məlumat alacaqsınız":"Qoç - ötənlərdə baş vermiş hadisələrdən biri indi sizi ciddi narahat edəcək. Qordi düyünü təsiri bağışlayan çətinliyi həll etməyə başlayın. Gərəkli sonuc əldə edilənədək çalışın. Günün ikinci yarısında bilik, bacarıq və imkanlarınızı nümayiş etdirin. Maraqlı təkliflər eşidəcəksiniz. ... | publikaz_normalized |
İranın Suriyadakı səfirliyinə İsrailin bu yaxınlarda endirdiyi zərbəyə cavab olaraq Tehran hərbi güc tətbiq etsə, uğura nail olmayacaq. O, Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib: “Biz İsraili dəstəkləyəcəyik, İsrailin müdafiəsinə kömək edəcəyik. Amerika lideri Tehranı hazırkı vəziyyətdə İsrailə güc tə... | publikaz_normalized |
18 nəfər xilas edilib":"Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) ölkənin Antalya vilayətində baş verən kanat xətti qəzası ilə bağlı açıqlama verib. Hadisə yerinə bir hərbi karqo təyyarəsi və altı helikopter cəlb edilib. İndiyədək 18 nəfər xilas edilib. Yaralananlar xüsusi helikopterlərlə xəstəxanal... | publikaz_normalized |
Xalq yazıçısı Çingiz Abdullayevin vəziyyəti ağırdır. Çingiz Abdullayev 3 gün öncə zəhərləndiyinə görə xəstəxanaya aparılıb, sonra evə buraxılıb. Bu gün onun halı yenidən pisləşib. Qeyd edək ki, Azərbaycanın xalq yazıçısı Çingiz Abdullayev yubileyini və 40 illik yaradıcılıq fəaliyyətini 20 aprel tarixində Bakıda Opera S... | publikaz_normalized |
Türkiyəli aktyor Barış Arduç aldığı yeni reklam təklifi ilə gündəmə gəlib. "Məlumata görə, yaraşıqlı aktyor "Kiğılı" ilə imzaladığı müqavilə qarşılığında 10 milyon lirə əldə edib. | publikaz_normalized |
Əlavə qüvvələr göndərilir":"Amerika Birləşmiş Ştatlarının Müdafiə Nazirliyi Yaxın Şərqə əlavə qüvvələrin göndərildiyini təsdiqləyib. Bölgəyə dəqiq neçə hərbçinin və hansı qoşun növünün göndərildiyi barədə ətraflı məlumat verilməyib. Xatırladaq ki, bu gün KİV-lər ABŞ-ın İranın İsrailə potensial zərbəsi ilə bağlı narahat... | publikaz_normalized |
İsveçrənin həndbol milli komandasının və “Maqdeburq” klubunun qapıçısı Nikola Portnerin dopinq-testindən metamfetamin aşkarlanıb. “Nikola Portnerə metamfetamin üçün verdiyi testin müsbət nəticələndiyi barədə məlumat verilib. Mövcud məlumatlara görə, ölçülmüş konsentrasiya səviyyəsi həmin maddənin tipik qəbulunun bir hi... | publikaz_normalized |
Qazaxıstanda əriyən qarın yaratdığı sel və daşqınlar səbəbindən təxliyə edilənlərin sayı 99 min 920 nəfərə yüksəlib. 98 min 106 baş təsərrüfat heyvanı da daşqın ərazilərindən təhlükəsiz bölgələrə aparılıb. Daşqının nəticələrinin aradan qaldırılması və təxliyyə işləri 34 min 272 nəfər, 3 min 790 texnika və 17 helikopter... | publikaz_normalized |
“WhatsApp”da “Meta AI” çatbotu sınaqdan keçirilməyə başlanılıb. Çatbot “Android” və “iOS” əməliyyat sistemlərində “WhatsApp”ın beta versiyalarının bəzi istifadəçiləri üçün əlçatandır. “Meta AI”nin bütün “WhatsApp” istifadəçilərinin xidmətinə nə vaxt veriləcəyi açıqlanmayıb. | publikaz_normalized |
Ermənistan sərhəddə Azərbaycana qarşı təxribat törətdiyini etiraf etdi: bu ölkənin Milli Təhlükəsizlik Xidmətinin rəsmi açıqlamasında etiraf edilir ki, aprelin 10-da Azərbaycanla sərhəddə baş verən insident məhz erməni sərhədçilərinin xidməti vəzifə ilə bir araya sığmayan hərəkətləri səbəbindən baş verib. Bununla bağlı... | publikaz_normalized |
İrəvan məktəblərində və ticarət mərkəzlərində terror aktının hazırlanması ilə bağlı yayılan məlumatlar Ermənistanda çaxnaşma yaradıb. Lakin Ermənistan hüquq-mühafizə orqanları məlumatların əsassız olduğunu açıqlayıb. İrəvanda hesab edirlər ki, terror aktı ilə bağlı yayılan məlumatlar Rusiyanın Ermənistana qarşı təxriba... | publikaz_normalized |
Dəməşq hücumundan sonra mümkün İran-İsrail müharibəsi dünyanın əsas gündəminə daxil olub. Beynəlxalq müstəvidə müharibə “tüstüsündən” göz tutulur, xüsusilə Xameneinin “İsrail cəzalandırılacaq” bəyanatından sonra. Tehran indiyə qədər saysız-hesabsız belə bəyanatlar verib, lakin bu dəfə vəziyyət bir qədər fərqli görünür:... | publikaz_normalized |
Bakıda torpağın bir sotu yarım milyon manata satılır? - VİDEO":"Bakıda torpağın bir sotunun yarım milyon manata satıldığı ərazilər var. Əmlak eksperti Elnur Fərzəliyevin sözlərinə görə, hazırda həmin ərazilərdə, xüsusilə yol kənarlarında, qeyri-yaşayış obyekti üçün yararlı torpaq sahələrinin qiyməti kəskin artmaqdadır.... | publikaz_normalized |
Hazırda Ukraynanın bərpası üçün təxminən 700 milyard dollar lazımdır. “Əgər Ukraynanın bərpası üçün puldan danışsaq, təxminlər fərqlidir, lakin indiyədək bu, təxminən 700 milyard dollardır. Amma real məbləğləri bilmirik, çünki müharibəni başa çatdırmamışıq”, - deyə dövlət başçısı bildirib. | publikaz_normalized |
“Latsio”nun və Albaniya millisinin müdafiəçisi Elseid Hüsayin 160 min avro dəyərindəki “Ferrari”si alovlanıb. Avtomobili Hüsayın qayınatası idarə edib. Onların hər ikisi tamamilə yanmış avtomobildən çıxmağa müvəffəq olublar. “Biz yolda hərəkət edərkən avtomobilin nasazlığı yanğına səbəb olub. Vəziyyəti dərhal hiss etdi... | publikaz_normalized |
Avropa İttifaqı minatəmizləmə məsələsində Azərbaycanın ən böyük dəstəkçisidir. “Durumu dəyişə biləcəyimizlə fəxr edirəm: minaların təmizlənməsinə gəldikdə, Aİ Azərbaycanın ən böyük dəstəkçisidir. Aİ qadınlardan ibarət minatəmizləmə komandasının hazırlanması ilə qadınların təhlükəsizlikdə oynadığı rolu artırmağa kömək e... | publikaz_normalized |
Regionda sülhün və sabitliyin təmin edilməsi üçün konkret addımların atılmasının vaxtı çatıb. Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevə “cari çağırışlar üzrə ekskursa görə” təşəkkürünü bildirən Pronk Aİ-nin əməkdaşlığı dərinləşdirməyə h... | publikaz_normalized |
Avstriya Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarını İrana səfərdən çəkinməyə və orada olanları isə ölkəni tərk etməyə çağırıb. “Bölgədəki mövcud gərgin vəziyyətlə əlaqədar yaxın günlərdə təhlükə səviyyəsinin artması gözlənilir”, - bəyanatda deyilir. Qeyd edək ki, Avstriya Hava Yolları aprelin 18-dək Tehrana uçuşları lə... | publikaz_normalized |
Fələstin dövlətini tanımağa hazırıq":"Norveçin baş naziri Yonas Qr Store ölkəsinin Fələstin dövlətini tanımağa hazır olduğunu, lakin belə bir qərar üçün daha konkret müddət verməkdən imtina etdiyini bildirib. Norveçin baş naziri bildirib ki, Oslo AB-də Fələstin dövlətinin tanınması üçün əsas lobbiçi olan İspaniya ilə “... | publikaz_normalized |
Moskva hesabat tələb etdi":"Rusiyanın Türkiyədəki səfirliyi Türk Hava Yollarının rusların Latın Amerikası ölkələrinə uçuşlara kütləvi şəkildə icazə verməməsi ilə bağlı vəziyyətdən xəbərdardır və aviaşirkətdən açıqlama istəyib. Türk Hava Yollarının Meksikanın Kankun şəhərinə uçan təyyarəsinə üç rus qadının buraxılmaması... | publikaz_normalized |
sakinlər təxliyə olundu":"Bakı şəhərinin Nəsimi rayonunda ikimərtəbəli yaşayış binasında yanğın olub. “İkimərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 27 m² olan 1 otaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları və ev əşyaları 12 m² sahədə yanıb”, – məlumatda diqqətə çatdırılıb. Qeyd olunub ki, yanğın z... | publikaz_normalized |
Görmə qabiliyyətini itirmiş şəxs səfir oldu - İt bələdçilik edəcək":"Böyük Britaniya ilk dəfə olaraq görmə qabiliyyətini itirmiş diplomatı diplomatik missiyanın rəhbəri təyin edib. Britaniya Xarici İşlər Xidməti üçün tarixi bir mərhələ olaraq, Xarici İşlər Nazirliyi ilk dəfə tamamilə kor olan Britaniya səfirini təyin e... | publikaz_normalized |
Belə uşaqlar “supermarket məhsulu”dur":"İtaliyanın baş naziri Corciya Meloni deyib ki, surroqat analıq uşaqlara “supermarket məhsulları” kimi yanaşıldığı “qeyri-insani təcrübə”dir. İtaliya hökumətinin başçısı parlamenti surroqat anadan uşaq almaq üçün xaricə gedənlərin cinayət məsuliyyətinə cəlb edilməsini nəzərdə tuta... | publikaz_normalized |
Dünyanın ən yaşlı birləşmiş əkizləri Lori və Corc (keçmiş Dori) Çappellin 62 yaşında vəfat edib. Redinqdən olan 62 yaşlı birləşmiş əkizlər Lori L.Çappell və Dori A.Çappell 7 aprel 2024-cü il bazar günü Pensilvaniya Universitetinin Xəstəxanasında vəfat etdilər", - cənazə evinin saytındakı bəyanatda deyilir. Ginnesin Rek... | publikaz_normalized |
Keniyada aparılan arxeoloji qazıntılar zamanı planetimizdə ilk məskunlaşan insanların qalıqları aşkar edilib. Alimlər fosillərin anatomiyası müasir insanlara çox bənzəyən ilk hominid olan Homo erectus növünə aid olduğuna inanırlar . Bu kəşf Homo erectusun ağıllı Homo sapiensin əcdadı ola biləcəyi ilə bağlı fərziyyələri... | publikaz_normalized |
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Səbail rayonu, Göyüş Qarayev küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub. "Əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı yanğının onsəkkizmərtəbəli yaşayış binasına bitişik taxta konstruksiyadan ibarət tikilidə baş verdiyi və hər an b... | publikaz_normalized |
ABŞ Dövlət katibinin müavini Con Bass aprelin 15-16-da Türkiyəyə səfər edəcək. Görüşlərdə, həmçinin iki ölkə arasında ticarət və investisiya əlaqələrinin genişləndirilməsi imkanlarının müzakirə olunacağı bildirilir. | publikaz_normalized |
IBF üzrə ağır çəkidə keçmiş dünya çempionu Riki Parki 67 yaşında vəfat edib. Amerikalı Riki Parki ağciyər xərçəngindən əziyyət çəkirdi. Parki 1981-1994-cü illərdə boksla məşğul olub. O, 42 döyüş keçirib, 22 qələbə qazanıb (16-sı nokautla), 20 döyüşdə də məğlub olub. Riki 1986-cı ilin oktyabrından 1987-ci ilin mayına qə... | publikaz_normalized |
2 nəfər öldü":"ABŞ-ın Tennessi ştatının Memfis şəhərində atışma baş verib. Hadisə nəticəsində 18 yaşlı şübhəli şəxs ölüb, 17 yaşlı digər gənc yaralanıb. Həmçinin atışmada polis zabiti Cozef Makkinni həyatını itirib. Hadisə zamanı ölən şübhəli şəxsin 1 ay əvvəl qanunsuz silah daşımaya görə həbs edildiyi, lakin tezliklə ... | publikaz_normalized |
Aprelin 13-ü saat 08:30 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Tovuz rayonunun Koxanəbi yaşayış məntəqəsi istiqamətindəki mövqelərini atıcı silahlardan atəşə tutub. Azərbaycan Ordusunun bölmələri qeyd olunan isti... | publikaz_normalized |
yaralılar var":"Ermənistan hərbçiləri son sutkada ikinci dəfə qəzaya düşüblər. Bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan bildirib. Hadisə nəticəsində iki hərbi qulluqçu yaralanıb. Torosyanın sözlərinə görə, hərbi qulluqçuların həyati təhlükəsi yoxdur. Xatırladaq ki, aprelin 12-də Ermənistan... | publikaz_normalized |
Xalq Türkiyə ilə problem istəmir":"May ayında Türkiyəyə gəlməyə hazırlaşan Yunanıstanın baş naziri Mitsotakis "Yunan xalqının əksəriyyəti Türkiyə ilə problem istəmir" deyib. Bununla bağlı Mitsotakis “Ant1” televiziyasına açıqlama verib: O bildirib ki, Yunan xalqının əksəriyyəti Türkiyə ilə problem istəmir: “Xalq Türkiy... | publikaz_normalized |
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXX turun daha iki oyunu keçiriləcək. Meydan sahibləri 16 xalla sonuncu, Tovuz təmsilçisi 39 xalla 6-cı pillədə qərarlaşıb. Günün digər matçında "Neftçi" və "Araz-Naxçıvan" komandaları üz-üzə gələcəklər. Ağ-qaralar" 44 xalla 3-4-cü yerləri bölüşdürürsə, Naxçıvan klubu 32 ... | publikaz_normalized |
“Neftçi”nin sabiq baş məşqçisi də var":"İngiltərə Premyer Liqası tarixində ən uğursuz 10 transferin reytinqi dərc edilib. Premyer Liqa tarixindəki ən böyük on uğursuz transfer: Ali Dia – 1996-cı ildə “Sauthempton”a transfer olunub. Romelu Lukaku – 2021-ci ildə “Çelsi”yə. Bebe – 2010-cu ildə “Mançester Yunayted”ə. Ceydo... | publikaz_normalized |
Türkiyə ilə bu müqavilə ləğv edildi":"Hindistan Müdafiə Nazirliyinə bağlı gəmiqayırma və mühəndislik şirkəti “Hindistan Shipyard Limited” (HSL) Hindistan donanması üçün istehsal olunacaq 5 döyüş gəmisinin istehsalı üçün türk şirkətləri ilə bağladığı müqavilələri ləğv edib. Beş gəminin 2027-ci ilin ortalarından Hindista... | publikaz_normalized |
Tramp Ukraynanı Rusiyanın bir hissəsi hesab edir":"ABŞ-ın keçmiş prezidenti Donald Tramp prezidentliyi dövründə əmin idi ki, Ukrayna Rusiyanın bir hissəsi olmalıdır. “Tramp açıq şəkildə bildirdi ki, o, Ukraynanın və xüsusilə Krımın Rusiyanın bir hissəsi olması lazım olduğunu düşünür” deyən Hill “Yeni soyuq müharibələr:... | publikaz_normalized |
Türkiyənin “Baykar” şirkəti iddialar haqqında yayılan yalan, böhtan və təhriflərə qarşı bəyanat verib. “Dünyanın ən böyük İHA ixracatçısı olan “Baykar”ın hazırda imzaladığı müqavilələrin 97,5 faizi ixraca əsaslanır. Əvvəldən bütün layihələrini öz qaynaqları ilə həyata keçirən “Baykar” 2003-cü ildə İHA Ar-Ge prosesinin ... | publikaz_normalized |
“Samsung Electronics” qabaqcıl çip qablaşdırma biznesindən 100 milyon dollar və ya daha çox satış gözləyir”. O qeyd edib ki, “Samsung”un yaddaş çipi biznesi bu il bazar payından daha böyük gəlir payı əldə etməyi hədəfləyir: “Samsung”un texnoloji cihazlarda istifadə edilən DRAM çiplərində bazar payı ötən ilin dördüncü r... | publikaz_normalized |
Türkiyənin Antalya vilayətində kanat yolunda qalmış insanların xilas edilməsi əməliyyatı davam etdirilir. Nazir bildirib ki, strukturun dayaqlarından birinin uçması nəticəsində kanatda qalmış 184 nəfərdən 98-ni xilas etmək mümkün olub. Xilasetmə əməliyyatlarına 7 helikopter və 542 xilasedici cəlb olunub. Xatırladaq ki,... | publikaz_normalized |
Elə bir şərt qoyublar ki...":"Ukraynanın “İnqulets”, “Çayka” və digər klublarının keçmiş futbolçusu Nikolay Stetsenko hansı şəraitdə Ukrayna Silahlı Qüvvələrinin (AFU) sıralarına düşdüyünü açıqlayıb. Lakin yarımmüdafiəçi müqavilə imzalamalı olduğu stadiona gedərkən TTK nümayəndələri ilə qarşılaşıb. “TTK nümayəndələri d... | publikaz_normalized |
Bu ölkəyə məcburi eniş etdi":"Türk Hava Yollarına (THY) məxsus Varşavadan İstanbula uçan sərnişin təyyarəsi bomba təhlükəsi ilə Rumıniyanın paytaxtı Buxarestdə məcburi eniş edib. Bomba təhlükəsi alan təyyarənin komandiri Rumıniyanın Buxarest Hava Limanının Hava Hərəkətini İdarəetmə Mərkəzi ilə əlaqə saxlayıb və eniş üç... | publikaz_normalized |
12 bürc arasında elələri var ki, hətta tülküdən də hiyləgərdir. Bu bürclər hər vəziyyətdən qüsursuz çıxır və istənilən nəticəni əldə etmək üçün hər cürə cəhd edir. ƏQRƏB" "Sirli Əqrəb qadınlar xarici görünüşlərinin arxasında gizlətdikləri fərqli istedadları özlərində saxlayırlar. Güclü intuisiya və strateji ağılları il... | publikaz_normalized |
Qan verdikdən sonra niyə göyərmə olur?":"Qan götürülməsi sadə bir prosedurdur, lakin bu vəziyyətlə əlaqəli ümumi bir problem var: qan götürülən bölgənin göyərməsi. Beləliklə, qan verdikdən sonra dərinizin niyə bənövşəyi rəngə çevrildiyini heç düşünmüsünüz? Qan testi üçün qan verildikdə, prosedurdan sonra tez-tez qançır... | publikaz_normalized |
Gəl, gələcəyin varsa, görəcəyin də var":"İsrail Ordusunun sözçüsü Daniel Haqari İranın İsrailə mümkün hücumuna "yaxşı hazır olduqlarını" və istənilən vəziyyətə cavab verəcəklərini iddia edib. O qeyd edib ki, Hizbullahın axşam saatlarında həyata keçirdiyi hücumda İsrail hərbi bazasını hədəf alan raketlərin çoxu hava hüc... | publikaz_normalized |
Rəqəmsal dövrün məhsulu olan telefon asılılığı getdikcə artır. Hətta indi onu təsvir etməyə sözümüz var: Telefondan uzaq olmaq qorxusu olaraq da bilinən nomofobiya internet bağlantısının olmaması, batareyanın az olması və ya hər hansı səbəbdən telefondan istifadə edə bilməmək insanda güclü qorxu və panikaya səbəb olur.... | publikaz_normalized |
alman ananın 3 illik övlad həsrəti bitdi":"Almaniyada 3 il əvvəl əri tərəfindən qaçırılan və o zamandan oğlunu axtaran Anika Balın uşaq həsrəti bitib. oğlu ilə tətilə getdiyi Antalyaya qayıtmazdan bir neçə dəqiqə əvvəl Türkiyə polisinin nəfəs kəsən əməliyyatı nəticəsində təyyarədə yaxalanıb. Göz yaşı tökən ana 3 ildən ... | publikaz_normalized |
Səhhətində yaranan problemə görə Mərkəzi Gömrük Hospitalına yerləşdirilən Azərbaycan Yazıçılar Birliyinin katibi, Xalq yazıçısı Çingiz Abdullayevin vəziyyəti yaxşılaşıb. Bildirilib ki, Ç.Abdullayevin həyatı üçün təhlükə sovuşub, durumu sabitləşib. Hazırda Xalq yazıçısının müalicəsi xəstəxana şəraitində davam etdirilir.... | publikaz_normalized |
“Şəhid ailələri bizim ən dəyərli ünvanımızdır!”" "Ramiz Rövşən: “Şəhidlər mənə Vətənə tərif yazdırdılar”" "Hüznün və qürurun ünvanı şəhidlərimizin ailələrini fərqli tədbirlərdə, müxtəlif səbəblərlə biraraya toplayan “Fireland Group” növbəti layihəsi ilə şəhid analarını Ramazan süfrəsi ətrafında cəm etdi. “Mənim Atam Qə... | publikaz_normalized |
Kürdə batan ata və qızın axtarışlarına Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunub. Qeyd olunub ki, nazirliyin "112" qaynar telefon xəttinə Kür çayının Ağcabədi rayonu, Nəcəfqulubəyli kəndi ərazisindən keçən hissəsində 2 nəfər... | publikaz_normalized |
Görün azarkeşləri nə edib":"Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) Çempionlar Liqasının 1/4 finalında PSJ ilə matçda (2:3) ən azı iki azarkeşin irqçi davranışda ittiham olunmasından sonra “Barselona”ya qarşı intizam işi açıb. Vurğulanır ki, UEFA Kataloniya klubunun azarkeşlərinin günahını sübuta yetirərsə, koman... | publikaz_normalized |
Bavariya"nın sabiq hücumçusu Luka Toni Münhen klubunun sabiq baş məşqçisi Lui van Qal haqda fikirlərini bölüşüb . “O, qorxunc bir xarakterə sahibdir və oyunçulara yanlış münasibət bəsləyir. Niderlandlılardan ibarət yaxın çevrəsindən başqa hamı ilə özünü diktator kimi aparır. Sizin mənim kimi “toplarınız” yoxdur" və şal... | publikaz_normalized |
Bura gələn insanlar... - FOTO":"İtaliyanın ən gözəl şəhəri olan Romada yerləşən və “Aşiqlər fəvvarəsi” kimi tanınan “Trevi fəvvarəsi”nə hər il təxminən 1,5 milyon avro atılır. İnanca görə bura gələn insanların bütün arzuları həyata keçir. Məlumata görə, fəvvarə 18-ci əsrdə Roma imperatoru Avqustun hakimiyyəti dövründə ... | publikaz_normalized |
Azərbaycan Dövlət Pedeqoji Universitetinin (ADPU) dekanı Araz Fərəcov vəfat edib. “Qafqazinfo” xəbər verir ki, bu haqda Universitet məlumat yayıb. "Riyaziyyat fakültəsinin dekanı, dosent A.Fərəcov bu gün Binəqədi qəbiristanlığımda dəfn olunacaq. | publikaz_normalized |
Tələbələrə hər ay 100, ailələrinə 200 manat veriləcək":"Azərbaycan Respublikası Müdafiə Nazirliyi, 2024–2025-ci tədris ilinə Milli Müdafiə Universitetinin Hərbi Kollecinə tələbə qəbulu davam edir. Müzəffər orduda xidmət edib peşə sahibi olmaq və liderlik qabiliyyətini inkişaf etdirmək istəyən gənclər üçün uğurlu seçimd... | publikaz_normalized |
40 il bu ölkəyə casusluq edib":"ABŞ-ın Argentina və Boliviyadakı keçmiş səfiri Manuel Roça 15 il müddətinə azadlıqdan məhrum edilib. “Reuters” məlumat verir ki, keçmiş diplomat casusluq da daxil olmaqla iki maddə üzrə təqsirli olduğunu etiraf edib və federal prokurorlarla əməkdaşlığa razılaşıb. İstintaq müəyyən edib ki... | publikaz_normalized |
İsrail Futbol Assosiasiyası (IFA) KONMEBOL ilə müqavilə imzalayıb . “Biz həqiqətən ümid edirik ki, İsrail yığması tezliklə KONMEBOL tərəfindən təşkil edilən əsas turnirlərdən birinin, bəlkə də Amerika Kubokunun bir hissəsi olacaq”, – press-relizdə deyilir. Əvvəllər Cənubi Amerika konfederasiyasının təşkil etdiyi turnir... | publikaz_normalized |
Aparıcılar Zaur Baxşəliyev və Lalə Azərtaş toy məclisində bir araya gəlib. "Fotonu L.Azərtaş instaqram hesabında yayımlayıb. O, şəklə " İnşallah, balalarımızın toyunda" qısa şərhini yazıb. "Qeyd edək ki, Lalə efirdə Zaurun proqramında bir kişinin rəqs etməsinə söz atmışdı. O, verilişində oynayan qadına "Yığışdırın. | publikaz_normalized |
Real TV -nin rəhbəri, əməkdar jurnalist Mir Şahin xalq yazıçısının zəhərlənməsi olayına özünəməxsus reaksiya verib. -“Çingiz Abdullayev ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib”. Adının əvvəlinə heç bir təyin yazmıram. Və əslində bu xəbər təzə deyil. Neçə müddətdir ki, Çingiz Abdullayev zəhərlənirdi, onu zəhərləyirdil... | publikaz_normalized |
Bakı şəhərinin Səbail rayonunda hündürmərtəbəli bina ilə bitişik taxta konstruksiyada yanğın olub. “Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Səbail rayonu, Göyüş Qarayev küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xi... | publikaz_normalized |
Hərbçilər Vətəni istənilən təhlükələrdən qorumaq əzmi nümayiş etdirir":"Azərbaycan Ordusunda şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığının daim yüksək səviyyədə saxlanılması məqsədilə mütəmadi olaraq ictimai-siyasi hazırlıq dərsləri və məşğələlər keçirilir. Bildirilib ki, hərbi qulluqçularla maarifləndirici söhb... | publikaz_normalized |
Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev aprelin 15-də Ermənistana bir günlük rəsmi səfər edəcək. Qeyd olunur ki, səfər zamanı Tokayev Ermənistanın baş naziri Nikol Paşinyan və prezident Vaaqn Xaçaturyanla danışıqlar aparacaq. Bu, Tokayevin Ermənistana ikitərəfli səviyyədə ilk rəsmi səfəridir. Xatırladaq ki, bir neçə... | publikaz_normalized |
Gəncədə evdə baş verən yanğında ölən 1966-cı il təvəllüdlü Kamil Quliyev Daşkəsən rayonunun keçmiş prokuroru mərhum Nəbi Quliyevin oğludur. Quliyevlər əslən Kəlbəcər rayonundandırlar. Qeyd edək ki, Gəncə şəhərində ümumi sahəsi 190 m² (hər mərtəbəsi 95 m²) olan ikimərtəbəli 7 otaqlı evin 1-ci mərtəbəsində bir otağında e... | publikaz_normalized |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.