text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
Bakıda və Abşeron yarımadasında aprelin 14-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gecə 7-12° isti, gündüz 16-21° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 55-60 %, gündüz 40-45 % olacaq. Azərbaycanın rayonlarında havanın ə...
publikaz_normalized
Qızılın qiyməti fantastik həddə bahalaşacaq":"Qızıl və pul bazarları üzrə mütəxəssis İslam Məmiş qızıl və qramın unsiyasında “müharibə həyəcanı” təbili çalıb. Ekspert əlavə edib ki, İsrail və İran arasındakı gərginliyin münaqişəyə çevriləcəyi təqdirdə bazarlara təsirlər olacaq: “Əmanətlərinizə diqqət yetirin, işlər yax...
publikaz_normalized
İranın molla rejimini təbliğ edən şəxslərin ifşası istiqamətində tədbirlər davam etdirilir. Azərbaycanın hüquq-mühafizə orqanlarının bu istiqamətdə keçirdiyi əməliyyatlarla rəsmi olmayan məlumatlara görə 10-a yaxın şəxs saxlanılıb. Saxlanılanlardan ikisinin Mingəçevir sakini Elvin Nəzərov və Goranboy sakini Amil Dəmiro...
publikaz_normalized
Müğənni Safura Əlizadə həyat yoldaşı, iş adamı Fərhad Əliyevlə Ramazan bayramında Qətərə tətilə yollanıb. Mərkəzi küçələri dolaşan Safura həyat yoldaşı Fərhadla çəkdiyi foto və görüntülərini sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb. Qeyd edək ki, S.Əlizadə və F.Əliyevin 3 övladı var. Fərhad sabiq sənaye və ener...
publikaz_normalized
Görüşəndə... - FOTO":"İddialı paylaşımları ilə gündəmdən düşməyən türkiyəli aparıcı Hande Sarıoğlu yenidən müzakirə obyektinə çevrilib. İllər əvvəl 18 min türk lirəsi verərək sinə əməliyyatı etdirdiyini deyən Sarıoğlu sözlərinə bu cür davam edib: Mən bu döşlər üçün 5 il qabaq pul ödəmişəm. Ombalarım çox geniş olduğu üç...
publikaz_normalized
ABŞ-ın elektrikli avtomobil istehsalçısı “Tesla”nın avtomobil tədarükü birinci rübdə keçən ilin eyni dövrü ilə müqayisədə 8,5 faiz azalaraq 2020-ci ildən bəri ilk illik azalma olub. Beləliklə, “Tesla”nın bazar dəyəri il ərzində 259 milyard dollar azalıb. “Tesla” maliyyə hesabatını təqdim etdikdən sonra bir gün ərzində ...
publikaz_normalized
afişanın əsas loqosu... - VİDEO":"Aprelin 13-də Yeni Kaledoniyada Fransa hökumətinin davam etdirdiyi müstəmləkəçilik siyasətinə qarşı geniş etiraz aksiyası keçirilib. Aksiyanın proqramına əsasən adət-ənənələr ritualları həyata keçirilib, müstəqillik tərəfdarlarının siyasi liderləri və mərkəzin nümayəndələri çıxış edibl...
publikaz_normalized
Azərbaycanla Ermənistan arasında...":"İrəvanla Bakı arasında möhkəm və uzunmüddətli sülhün bərqərar olması Qazaxıstanın maraqlarına uyğundur. Tokayev deyib ki, Qazaxıstan Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi ətrafında yaranmış vəziyyətə biganə qalmır və ona dost olan iki dövlət arasında tezliklə sülh mü...
publikaz_normalized
Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Bakı şəhərinin Xətai rayonu, Babək prospektində azyaşlıların evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Xilasedicilər alpinist ləvazimatlarının köməyi ilə onmərtəbəli yaşayış binasının 10-cu mərtəbəsində yerləşən mənzilə ey...
publikaz_normalized
Gecə klubuna gələnlər müharibəyə aparılsın":"Tatarıstan Respublikası Dövlət Şurasının deputatı Eduard Şərafiyev gecə klubuna gedənləri Ukrayna müharibəsinə göndərməyi təklif edib. “Bütün ölkə üzrə cümə günü bütün gecə klublarında səfərbərlik keçirilməlidir. Beləliklə, gecə klubunda olan hər kəs müharibəyə göndərilməlid...
publikaz_normalized
Neymar PSJ-də özünü belə aparırmış":"PSJ-nin adı açıqlanmayan əməkdaşı Fransa nəhənginin sabiq hücumçusu Neymarla komanda yoldaşları və məşqçilər korpusunun üzvləri arasında münasibətlər haqda danışıb. Mənbənin məlumatına görə, Neymar məşq zamanı Kristof Qaltyenin köməkçisi ilə mübahisə edib. Bu epizoda görə paltardəyi...
publikaz_normalized
Dünən Antalyada baş verən dəhşətli kanat qəzası kameralara düşüb. Qeyd edək ki, qəza nəticəsində 1 nəfər ölüb, 7 nəfər yaralanıb. Baş verən hadisədə indiyədək 16 kabinədən 128 nəfər xilas edilib. Gülnar" "Your browser doesn't support video.
publikaz_normalized
Bu ölkə Tehrandakı səfirliyini bağladı":"Niderlandın Tehrandakı səfirliyi bağlanıb. Bildirilir ki, İran və İsrail arasında gərginliyin artdığı əsas gətirilərək, ehtiyat tədbiri olaraq səfirlik bağlanıb. Xarici İşlər Nazirliyinin bəyanatında həmçinin qeyd olunub ki, səfirliyin nə vaxt açılacağı ilə bağlı daha sonra qəra...
publikaz_normalized
Rusiya bu istiqamətdən hücuma keçib, vəziyyət ağırdır":"Son günlər şərq cəbhəsində vəziyyət daha da gərginləşib. Rusiya qoşunları hücumları intensivləşdirib. “Düşmən zirehli texnikanın dəstəyi ilə hücum qrupları ilə Liman və Baxmut istiqamətlərində mövqelərimizə aktiv şəkildə hücum edir. Pokrovski istiqamətində onlarla...
publikaz_normalized
Bakı şəhərinin Babək prospektində yerləşən “Maşın bazarı” adlanan ərazidə baş vermiş yanğın nəticəsində ümumi sahəsi 400 kv.m. olan bir dam altında tikilmiş 32 ədəd müxtəlif təyinatlı mağazalardan 4 ədədi 48 kv.m. Qeyd olunub ki, digər mağazalar yanğından mühafizə olunub. ***" "Bakı şəhərinin Babək prospektində yerləşə...
publikaz_normalized
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT-nin Təhsil, Elm və Mədəniyyət Məsələləri üzrə Təşkilatı (YUNESKO) baş direktoru vəzifəsinə Misirin namizədi Xalid El-Enanini qəbul edib. C.Bayramov Azərbaycanın YUNESKO-ya üzv olduğu tarixdən etibarən təşkilatın fəaliyyətinə, o cümlədən mədəniyyətlərarası dialoqun in...
publikaz_normalized
Çirkli pulların yuyulması" və "vergidən yayınma" ittihamları ilə həbs olunan türkiyəli məşhur sosial media fenomenləri Dilan və Engin Polatın rəhbərlik etdiyi gözəllik mərkəzləri şəbəkəsinin Azərbaycanda fəaliyyət göstərən filialı da bağlanıb.
publikaz_normalized
Bunu mütləq edin":"“Hər bir valideyn imtahandan öncə bir dəfə də olsa övladını psixoloq yanına aparmalıdır. İmtahana daxil olmadan əvvəl hər bir abituriyent ya strestestdən keçməlidir, ya da psixoloqdan motivasiya almalıdır”. O, abituriyentlərin imtahana psixoloji cəhətdən hazırlaşmağının vacibliyindən danışıb: "“Abitu...
publikaz_normalized
4 il boyunca...":"Günəş tutulmaları astrologiya həvəskarları üçün mühüm hadisədir. İlin ilk Günəş tutulması 8 aprel 2024-cü il bazar ertəsi günü baş verib. Göydəki bu hadisə astrologiya ilə bağlı bürclərə də təsir edəcək. Bu tutulmanın hansı bürclərə təsir edəcəyi və bu təsirlərin nə qədər davam edəcəyi də bəlli olub. ...
publikaz_normalized
Ermənistan Silahlı Qüvvələrinin hərbçisi heç bir səbəb olmadan Azərbaycan Silahlı Qüvvələrinin şərti sərhəddəki mövqelərinə atəş açıb.
publikaz_normalized
Rəqs edirlər, “müharibə istəyirik” deyirlər - VİDEO":"Bu gün, aprelin 13-də Azərbaycanın işğal altında olan kəndləri ilə sərhəddə yerləşən Tavuş vilayətinin Voskepar yaşayış məntəqəsində erməni separatçılarının mitinq keçirilir. Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının rəhbəri arxiyepiskop Baqrat Qalstanyan da or...
publikaz_normalized
2011-ci ildə Baş Prokurorluq və Daxili İşlər Nazirliyi İlkin Qurbanovun üzərində zorakılıq əlamətləri ilə meyitinin aşkar edilməsi ilə bağlı məlumat yayıb. Həmin vaxt Xətai Rayon Prokurorluğunda cinayət işi başlasa da, hadisəni törətmiş şəxsi və ya şəxsləri müəyyən etmək mümkün olmayıb. İstintaqla müəyyən edilib ki, Əh...
publikaz_normalized
Xəbər verdiyimiz kimi, müğənni Türkan Vəlizdə estetik əməliyyat üçün cərrah bıçağı altına yatıb. Sosial media istifadəçiləri müğənninin sinəsinin də böyüməsinə diqqət çəkiblər.
publikaz_normalized
Bu gün "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun 52 yaşı tamam olur. "Q.Qurbanov PFL-ə müsahibəsində maraqlı xatirələrindən söz açıb. "Həmin videonu təqdim edirik:
publikaz_normalized
Xalq artistləri Aygün Kazımova və Zülfiyyə Xanbabayevanın uzun zamandır gözlənilən ilk dəfə birgə konserti baş tutub. Musiqili gecə üçün Kazımova çəhrayı kostyum seçib. Xanbabayeva isə üzəri gümüşü işləməli qara uzun libas geyinib. Xalq artistiləri ayrı-ayrılıqda konsert boyu bir-birinin hit mahnılarını ifa edərək onla...
publikaz_normalized
Xalq artisti Nazpəri Dostəliyeva son zamanlar üzündə etdirdiyi dəyişikliklərlə bağlı ünvanına səsləndirilən tənqidlərə ilk dəfə cavab verib. Bir sənətkarı bütünlüklə bütün Azərbaycan sevir desək bu yalan olar. Qərəzli yazılara qaldıqda isə, onları görmürəm, eşitmirəm. Mənim xoşbəxtliyim odur ki, nə olur-olsun xalqımız ...
publikaz_normalized
“Sosial şəbəkələrdən xeyir tapan da var. Kimsə işini itiribsə, iş tapa, xəstədirsə, müalicə oluna bilər. Amma daha çoxu mənəviyyatsızlıq, əxlaqsızlıq və tərbiyəsizlik mövcuddur. Əfsuslar olsun ki, izləyən də, şərh yazan da belədir. O cümlədən yumor da bayağılaşır”. Müşfiq bildirib ki, Azərbaycanda sosial şəbəkə platfor...
publikaz_normalized
Əri saxlanıldı - FOTO":"Rusiyanın Sankt-Peterburq şəhərində 27 yaşlı azərbaycanlı qadın qətlə yetirilib. Qadının özündən 15 yaş böyük Araz adlı həyat yoldaşı tərəfindən qətlə yetirildiyi iddia edilir. Hadisənin qısqanclıq zəminində baş verdiyi bildirilib. Qətldə şübhəli bilinən ər artıq saxlanılıb. Qeyd olunur ki, 42 y...
publikaz_normalized
“Aparıcılar pul alaraq, yoldan keçən ifaçını...” - VİDEO":"“Fikrim budur ki, sosial şəbəkələrdə olan müğənnilər üçün elə orada da kanal yaradılsın. Onlar yalnız orada çıxış etsinlər. Bu cür müğənnilərin efirdə nə işi var? Bunları aparıcılar efirlərə gətirib-çıxarıb, qoyublar dağ başına. Gəlirəm onların olduğu verilişə,...
publikaz_normalized
İranın İsrailə mümkün hücumu ilə bağlı iddialara görə Almaniya səfirliyinin əməkdaşlarının ailə üzvləri Tehranı tərk edirlər. İranı tərk edəcək Almaniya vətəndaşlarının dəqiq sayı məlum deyil. Bundan başqa, Almaniyanın Tehran və Təl-Əvivdəki səfirlikləri əlavə təhlükəsizlik tədbirləri görür. Daha əvvəl Almaniya Xarici ...
publikaz_normalized
O, mənim xalam idi...":"Xalq artisti Alim Qasımovun nəvəsi Fatimə Şirinova sosial media hesabında xalası Dilruba Qasımova haqqında paylaşımı ilə diqqət çəkib. O, ATU-da üçüncü kursda oxuyur. Təhsil almağın yaşı yoxdur, özü də iki uşaqla...", - deyə cavab verib. Qeyd edək ki, Fatimə Şirinova xalq artisti Natiq Şirinovun...
publikaz_normalized
SEPAH israilli iş adamına məxsus gəmini ƏLƏ KEÇİRDİ - FOTO":"İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) qüvvələri Hörmüz boğazında israilli iş adamına məxsus MSC Aries gəmisini ələ keçirib. Qeyd olunub ki, “MCS Aries” adlı konteyner gəmisi əməliyyat və şəxsi heyətin təxliyyəsi nəticəsində İran İnqilabı Keşikçiləri...
publikaz_normalized
Futbol üzrə Azərbaycan Premyer Liqasında XXX turun daha bir oyunu keçirilib. Şəhərin eyniadlı komandası "Turan Tovuz"u qəbul edib. Qarşılaşma qonaqların qələbəsi bitib - 2:1. 49-cu dəqiqədə "Qəbələ"nin futbolçusu Əyyub Allaş hesabı açıb. 81-ci dəqiqədə Aleks Souza bərabərlik qolunu vurub. 90+5-ci dəqiqədə Belajdi Pusi ...
publikaz_normalized
Bakıda evdə köməksiz vəziyyətdə qalan azyaşlı xilas edilib. Vurğulanıb ki, “112” qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonunda 1 nəfər uşağın mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qü...
publikaz_normalized
Zərdab sakinləri olan ata və qızı Kür çayında batıblar. Hadisə Kür çayının Ağcabədi rayonunun Nəcəfqulubəyli kəndindən keçən hissəsində qeydə alınıb. Publiak.az "Baku" TV-yə istinadla hadisə yerindən görüntüləri təqdim edib. Həmin yerə gələn ana övladı üçün fəryad edərək onun tapılmasını istəyib. Qeyd edək ki, Fövqəlad...
publikaz_normalized
Azərbaycan Respublikası Müdafiə Nazirliyi, 2024-2025-ci tədris ilinə Milli Müdafiə Universitetinin Hərbi Kollecinə tələbə qəbulu davam edir. Müzəffər orduda xidmət edib peşə sahibi olmaq və liderlik qabiliyyətini inkişaf etdirmək istəyən gənclər üçün uğurlu seçimdir. Kollec peşəkar hərbçilərin təhsilini və hazırlığını ...
publikaz_normalized
Rusiya və İran Xarici İşlər nazirliklərinin (XİN) rəhbərləri - Sergey Lavrov və Hüseyn Əmir Abdullahiyan arasında Yaxın Şərqdəki vəziyyətlə bağlı telefon danışığı olub. “Rusiya tərəfi bir daha İsrailin aprelin 1-də İranın Dəməşqdəki konsulluğuna hücumunu kəskin şəkildə pisləyib ”, - nazirliyin bəyanatında deyilir. Nazi...
publikaz_normalized
Hörmüz boğazı sularında Portuqaliya bayrağı altında üzən və İran tərəfindən qaçırılan israilli iş adamına məxsus yük gəmisinin göyərtəsində 25 ekipaj üzvü var. Gəmidə 25 ekipaj üzvü var və biz onların rifahını və gəminin təhlükəsiz geri qayıtmasını təmin etmək üçün müvafiq orqanlarla sıx əməkdaşlıq edirik", - MSC-nin b...
publikaz_normalized
Efirlərimiz qeybət yeri, arvad bazarı olub":"“Efirlərimizdə bu gün elə aparıcılar var ki, aparıcılıq etməsələr, daha yaxşı olardı. Əlbəttə ki, bu sözlərim hər aparıcıya aid deyil. İnsanlar şəxsi həyatlarını, öz ayıblarını verilişlərdə açıb-ağardırlar, aparıcılar da onlara şərait yaradır. Deyirlər ki, sən başqasının ayı...
publikaz_normalized
Orenburqa "quş baxışı" - FOTO/VİDEO":"Rusiyanın Orenburq şəhərində su basan hissəsinin "quş baxışı" görüntüləri yayılıb. Videoda suyun üstündən yüksələn çoxmərtəbəli binaları, su basan yolları və avtomobilləri görmək olar. Bəzi yerlərdə suyun içində qaıan ağacları görə bilərsiniz. Your browser doesn't support video. vi...
publikaz_normalized
Cari ilin hazırlıq planına əsasən, Quru Qoşunlarında birinci rübün nəticələrinə dair yekun iclas keçirilib. Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səslənd...
publikaz_normalized
aprelin 15-də...":"Ölkənin aparıcı banklarından biri olan “Paşa Bank” ASC “Neon MMMC” MMC (VÖEN – 1600012611) və Caniyev Namiq Rafiq oğlu barəsində məhkəmə iddiası qaldırıb. İddia ilə əlaqədar olaraq 15 aprel 2024-cü il saat 11:20-yə hazırlıq iclası təyin olunub. İddia kredit müqaviləsi üzrə mübahisələrlə əlaqədar qald...
publikaz_normalized
13 nəfəri həbs gözləyir - VİDEO":"Antalyada çoxlu sayda insanın xəsarət alması ilə nəticələnən kanat qəzasının səbəbi metal konstruksiyaların korroziyası ola bilər. “Mütəxəssislər tərəfindən araşdırma çərçivəsində hazırlanan ilkin hesabatda hadisənin səbəbinin kanat dayaqlarının bərkidilmə yerlərində bərkidici elementl...
publikaz_normalized
Kürdə batan ata və qızı ilə bağlı bəzi detallar məlum olub. İtkin düşmüş kişinin atası Tahir Süleymanov bildirib ki, oğlunun su xoşuna gəlib, evə gələrək deyib ki, gedək orada çay qaynadaraq içək: “Axşam saat 17:25-də oğlum mənə zəng etdi ki, qızım batdı. Ora gedib çatan zaman gördüm ki, insanlar hadisə yerinə gəliblər...
publikaz_normalized
ABŞ Prezidenti Co Bayden Yaxın Şərqdə baş verən hadisələrə görə istirahət gününü yarımçıq qoyub. Bildirilir ki, siyasətçi milli təhlükəsizlik komandası ilə birlikdə iqamətgahı tərk edib. Bundan əvvəl İran Hörmüz boğazında "MSC Aries" yük gəmisinin ələ keçirildiyini təsdiqləyib . Qaçırılan konteyner gəmisi hazırda İranı...
publikaz_normalized
Məşhur futbolçuları o geyindirir":"Əvvəllər “Mançester Yunayted”də çıxış edən futbolçu Devid Bellon özünü yeni sənayedə reallaşdırır. 2003-cü ildə “Mançester Yunayted” rəhbərliyi sensasion transfer həyata keçirdi. Fransalı hücumçu David Bellon “Old Trafford”a gətirildi. İngiltərə klubu ona görə “Sanderlend”in hesabına ...
publikaz_normalized
Kürdəmirdə baş verən zəncirvarı yol qəzasında bir nəfər ölüb, iki nəfər yaralanıb. İlkin məlumata görə, ikisi minik avtomobili olmaqla, bir yük maşını toqquşub .Qəza nəticəsində sürülərdən biri İmişli rayon Telişli kənd sakini 70 yaşlı Əliəşrəf Mövsümov hadisə yerində ölüb. Xəsarət alan digər sürücü və sərnişinlər Kürd...
publikaz_normalized
Ölkəsindən asılı olmayaraq...":"Amerika Birləşmiş Ştatları Cənubi Qafqaz regionunda hər kəsin, o cümlədən Ermənistanı tərk etmiş azərbaycanlıların hüquqlarına riayət olunmasını dəstəkləyir. “Amerika Birləşmiş Ştatları etnik mənsubiyyətindən və ölkəsindən asılı olmayaraq, hər kəsin hüquqlarına hörmət edildiyi regionda ə...
publikaz_normalized
“Neftçi” qol buraxmadan qalib gəldi":"Futbol üzrə Azərbaycan Premyer Liqasında XXX turun daha bir oyunu keçirilib. “Neftçi Arena”dakı qarşılaşma “ağ-qaralar”ın 3:0 hesablı qələbəsi ilə bitib. Birinci dəqiqədə Brayan Moreno, 45-ci dəqiqədə Rəhman Hacıyev fərqləniblər. 87-ci dəqiqədə İqor Ribeyro avtoqol müəllifi olub. B...
publikaz_normalized
NATO döyüşdə ağır itkilər gözləməlidir":"ABŞ müdafiə nazirinin keçmiş köməkçisi Stiven Brayan NATO-nun Ukraynaya əks-hücum üçün təklif etdiyi planı "ağılsız" adlandırıb. Ekspertin fikrincə, belə bir fikir var ki, Kiyev hərbi uğur əldə etmək üçün Şimali Atlantika Alyansındakı tərəfdaşlarını dinləməli idi. Onun sözlərinə...
publikaz_normalized
Xankəndinin yeganə məktəbinin məzunları uzun müddətdən sonra bir araya gəliblər. Həmin məktəb Xankəndidə yeganə Azərbaycan məktəbi olub. Məzunlar həm Xankəndiyə, həm də xatirələrinə qovuşublar. Daha ətraflı İTV-nin süjetində:
publikaz_normalized
Murdar zəngin" kapitalist, yoxsa...":"Small Business Blog" dünyanın ən böyük milyarderlərinin ad günlərini təhlil edib və onların əksəriyyətinin yalnız üç bürcə uyğun gəldiyini aşkar edib: Heç kimə sirr deyil ki, milyarderlərin 88%-i kişilər, 65%-i ağdərililər, 90%-i isə 50 və daha yuxarı yaşda olanlardır. TƏRƏZİ (23 s...
publikaz_normalized
Beynəlxalq Valyuta Fondu (BVF) 3 milyard dollarlıq ümumi kredit xəttindən Qanaya 360 milyon dollar məbləğində növbəti tranşın ayrılmasını təsdiqləyib. Portal qeyd edib ki, yeni tranşın verilməsi Afrika ölkəsinin islahat proqramının həyata keçirilməsində irəliləyişini qiymətləndirən BVF işçi qrupunun aprelin 2-dən 12-də...
publikaz_normalized
Aprelin 15-16-da geomaqnit qasırğası gözlənilir. Astronomlar aprelin 15 və 16-da bizi "vuracaq" gözlənilən geomaqnit qasırğası barədə məlumat veriblər. Qasırğa G2 (orta) kateqoriyasında olacaq", - məlumatda deyilir. Aprelin 11-də Koordinasiya olunmuş Universal Vaxtla (UTC) saat 17:00-da NASA-nın Tətbiqi Geofizika İnsti...
publikaz_normalized
ölən və yaralananlar var":"Türkiyənin İstanbul vilayətində atışma baş verib. Məlumata əsasən, 3 şübhəli bilinən şəxs silahla ilə atəş açıb. 20 yaşlarında olduğu müəyyən edilən şəxslər daha sonra hadisə yerindən qaçıblar.
publikaz_normalized
O, söz verib ki, hücum olacağı təqdirdə əhalinin müdafiəsi üçün bütün lazımi tədbirlər görüləcək. “Son günlər biz müdafiə və hücum strukturlarımızı gücləndirmişik”, - deyə Müdafiə Nazirliyinin rəisi bildirib. Nazi qeyd edib ki, dövlət quruda və havada yeni imkanlar yaradıb. Qallant həmçinin israilliləri İsrail Müdafiə ...
publikaz_normalized
İran sabah İsrailə hücum edə bilər":"İran aprelin 14-ü səhər saatlarında İsrailə hücum edə bilər. İranın bazar günü səhər saatlarında İsrailə hücum etmə ehtimalı yüksəkdir", - ABŞ xəbərdarlıq edib. Bundan əvvəl ABŞ prezidenti Co Bayden İranın Suriyadakı səfirliyinin konsulluq bölməsinə son hücumuna cavab olaraq İsrailə...
publikaz_normalized
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın baş müşaviri Yalçın Topçu Ankarada Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin məzarını ziyarət edib. Müsəlman dünyasının ilk demokratik respublikası sayılan və 1918-ci il mayın 28-də yaradılmış Azərbaycan Respublikasının qurucusu Məhəmməd Əmin Rəsulzadə...
publikaz_normalized
İran-İsrail müharibəsi başladı - VİDEO/YENİLƏNDİ":"İran Kirmanşah və əyalətin bir sıra qərb əyalətlərindən İsrailə doğru döyüş pilotsuz uçuş aparatları (PUA) atıb. Bundan əlavə, telekanal aprelin 14-də səhər saatlarında İranın İsrail ərazisinə ballistik raketlər atmağa başlayacağını bildirib. Bir müddət əvvəl “The Jeru...
publikaz_normalized
onlarla ehtiyatlı davranın":"Qoç - Günün ilk yarısında bütün işləri əvvəlcədən planlaşdırmağa çalışmayın. İntuitiv hərəkət etsəniz, ciddi reqlamentdən çıxaraq daha böyük və əhəmiyyətli uğurlara nail ola bilərsiniz. Zəruri saydığınız kimi hərəkət edin. Günün ikinci yarısında şəxsi həyatınızda proseslər həddən artıq inte...
publikaz_normalized
Mərhəmət göstərmədən...":"İsrail son illərdə İrandan birbaşa hücum ehtimalına hazırlaşır". Onun sözlərinə görə, İsrail həm müdafiə, həm də hücumda hadisələrin istənilən inkişafına hazırdır. Aydın prinsip" müəyyən etmişəm ki, bu da İsrailin “onu vuran hər kəsi vurmasından” ibarətdir. İsrail həmçinin “özünü istənilən təh...
publikaz_normalized
İran İsrailə qanadlı raketlər atdı":İran İsrailə qanadlı raketlər atıb.
publikaz_normalized
İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrail istiqamətində pilotsuz uçuş aparatlarının (PUA) buraxıldığını təsdiqləyib və raket hücumu ilə bağlı xəbərdarlıq edib. Bundan əlavə, "Al Arabiya" telekanalı İranın İsrailə qanadlı raketlər atdığını iddia edir. Xatırladaq ki, bundan əvvəl İsrail Müdafiə Qüvvələri (İDF) İr...
publikaz_normalized
Aparıcı Lamiyyə Ələkbərovanın yeni layihəsi bəlli olub. Bu gündən etibarən şənbə-bazar günləri sizin görüşünüzə gələcəyəm. Səhər görüşləri mən Lamiyyə ilə olacaq" - deyə, aparıcı proqramın ilk buraxılışında bildirib. Qeyd edək ki, Lamiyə həm də MTV-də musiqi departamentinin direktorudur. L.Ələkbərova 1995-2006 cı illər...
publikaz_normalized
İranın İsrailə pilotsuz uçuş aparatlarından (PUA) atəş açmasından sonra ölkənin silahlı qüvvələri yüksək hazırlıq vəziyyətinə gətirilib. “Bir müddət əvvəl İran öz ərazisindən İsrailə doğru PUA-lar buraxdı. İsrail Müdafiə Qüvvələri yüksək hazırlıq vəziyyətindədir və vəziyyəti davamlı olaraq izləyir”, - deyə məlumatda bi...
publikaz_normalized
İran nəhayət İsraildən “qisas” almaq üçün hərəkətə keçdi. Lakin göndərilən kamikadze PUA-ların saatlar sonra hədəflərinə çatacağı deyilir. Bu isə hücumun qarşısının böyük ölçüdə alınacağı deməkdir. Artıq İsrail Hərbi Hava Qüvvələri və ABŞ təyyarələri səmada İran PUA-larını “ovlamaq” üçün hazır vəziyyətə gətirilib. Hücu...
publikaz_normalized
İran İsrailə ballistik raketlər atmağa başlayıb. Bildirilib ki, İsrailə doğru onlarla raket atılıb. Zərbələrin hədəfləri İsrail ərazisinin dərinliklərində yerləşir. Amerika rəsmilərinin hesablalarına görə, İsrailə hücumda 400-dən 500-dək PUA-dan istifadə olunacaq. Hazırda İran, İraq, Suriya, Livan və Yəməndən ölkəyə PU...
publikaz_normalized
Avropa İttifaqının (Aİ) Xarici və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozef Borrell İranın İsrailə hücumuna reaksiya verib. Aİ İranın İsrailə qarşı qəbuledilməz hücumunu qətiyyətlə pisləyir", - Aİ diplomatiyasının rəhbəri vurğulayıb.
publikaz_normalized
ABŞ qırıcıları hazır vəziyyətə gətirdi, bir neçə günlük...":"İranın pilotsuz uçuş aparatları (PUA) buraxması fonunda İsrail Tehranla bir neçə günlük qarşıdurmaya hazırlaşmağa başlayıb. Mövcud məlumata görə, ölkə qoşunları İranın İsrailə doğru atdığı yüzdən çox pilotsuz uçan aparatı qeydə alıb. Bundan əvvəl İranın “Hand...
publikaz_normalized
ABŞ Prezidenti Co Bayden İranın İsrailə hücumu ilə bağlı Ağ Evdə milli təhlükəsizlik komandası ilə məsləhətləşmələr aparır. Digər təfərrüatlar açıqlanmır. Qeyd edək ki, ABŞ rəsmiləri İraq və Suriyadakı ABŞ qüvvələrinin İranın pilotsuz təyyarələrini vurmağa hazır olduğunu bildirib. Onlar əlavə ediblər ki, ABŞ qırıcıları...
publikaz_normalized
İran ordusu İsrailə doğru üçüncü pilotsuz uçuş aparatları (PUA) dalğasını buraxıb. Bildirilib ki, İsrailə doğru uçan PUA-ların bəziləri Suriya səmasında məhv edilib. Bundan əvvəl ABŞ Hərbi Hava Qüvvələrinin İranın pilotsuz uçan aparatlarının qarşısını almaq üçün İraq və İordaniya səmasında patrul xidməti çəkdiyi bildir...
publikaz_normalized
Böyük Britaniya İranın İsrailə hücumu səbəbindən Yaxın Şərqə Kral Hərbi Hava Qüvvələrinə əlavə qırıcılar yerləşdirib. Qeyd olunur ki, hərbi təyyarələr İranın pilotsuz uçan aparatlarının buraxılışlarına qarşı çıxmaq və İsraili qorumaq üçün Kiprdəki Britaniya Hərbi Hava Qüvvələri bazasından havaya qalxıb. Bundan əvvəl Am...
publikaz_normalized
Türkiyənin "Beşiktaş" klubu baş məşqçisi Fernandu Santuşla yollarını ayırıb. Komanda mövsümün sonunadək Serdar Topraktepeyə tapşırılıb. Qeyd edək ki, "Beşiktaş" hazırda 48 xalla 4-cü pillədə qərarlaşıb.
publikaz_normalized
İran yenidən İsrailə doğru pilotsuz uçuş aparatlarını (PUA) buraxıb. Qeyd olunur ki, İran PUA-larının 4-cü dalğası Maysan bölgəsi üzərində uçuşlar həyata keçirir. İsrail daha əvvəl İranın hücumuna güclü cavab vəd etmişdi. Eyni zamanda Tehran öz hərəkətlərini özünümüdafiə kimi izah edir.
publikaz_normalized
Hərəkətə keçərsə...":"Tehran İranın İsrailə hücumuna müdaxilə etməyə çalışacağı təqdirdə İordaniyanı hücumla hədələyib. “İran hərbi qüvvələri İranın İsrailə qarşı cəza hücumu zamanı İordaniyadakı hərəkətləri diqqətlə izləyir. Amman hərəkətə keçərsə, növbəti hədəf özü olacaq", - agentlik mənbəsi bildirib. O əlavə edib k...
publikaz_normalized
Bakıdan Təl-Əvivə uçuşlar ləğv olunub. Məlumata əsasən, saat 09:05 və 18:40-a planlaşdırılan iki reys təxirə salınıb. Qeyd edək ki, bu gün (14 aprel) İran İsrailə qarşı “Doğru Vəd” adlı əməliyyata başlayıb və İsrailə onlarla PUA və raket atıb. Xatırladaq ki, 1 apreldə İsrail HHQ-nin Suriya paytaxtı Dəməşqin Mezze məhəl...
publikaz_normalized
BMT-nin Baş katibi Antonio Quterreş İranın İsrailə hücumunu pisləyir, hərbi əməliyyatları dərhal dayandırmağa çağırır. Mən İsrailin İran İslam Respublikası tərəfindən məruz qaldığı genişmiqyaslı hücum şəklində ciddi eskalasiyanı qətiyyətlə pisləyirəm. Bu hərbi əməliyyatları dərhal dayandırmağa çağırıram. Regionda dağıd...
publikaz_normalized
ABŞ prezidenti Co Bayden İranın yəhudi dövlətinə hücumu fonunda İsrailin baş naziri Benyamin Netanyahuya zəng edib. Bu söhbət hazırda baş verir", - deyə aparıcı efirdə bildirib. Bu məlumat hələ də rəsmi təsdiqini tapmayıb. Bir neçə dəqiqə əvvəl telekanal tezliklə iki ölkə liderləri arasında telefon danışığının baş tuta...
publikaz_normalized
İsrail daxilində böyük raket və pilotsuz təyyarə hücumu “həyati vacib hərbi hədəfləri” məhv edib. Bundan əvvəl agentlik İran Silahlı Qüvvələrinin Negev səhrasında yerləşən İsrail Hərbi Hava Qüvvələrinin aviabazasına “Xeybar” ballistik raketləri ilə hücum etdiyini bildirib. İRNA-nın məlumatına görə, İranın Dəməşqdəki İr...
publikaz_normalized
Sosial şəbəkələrdə İranın İsrailə atdığı qanadlı raketlərin videoları yayılıb.
publikaz_normalized
Dövlət İmtahan Mərkəzi aprelin 14-də abituriyentlər üçün növbəti imtahanlar keçirib. Əvvəlki illərin məzunları üçün ali təhsil müəssisələrinə qəbul imtahanının I mərhələsi, V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə və 11 illik təhsil bazasında kolleclərə qəbul imtahanı, müsabiqədə buraxılış imtahanında verdiyi xar...
publikaz_normalized
Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin V sinfinə qəbul imtahanı keçirilib. İmtahan Bakı şəhərində 5 binada təşkil olunub. İmtahanın idarə olunmasına 11 imtahan rəhbəri, 5 ümumi imtahan rəhbəri, 107 nəzarətçi, 10 buraxılış rejimi əməkdaşı cəlb edilib. Aprelin 15-dən etibarən DİM-də imtahan protokolları və cavab kart...
publikaz_normalized
İsrailin İranın PUA və raket zərbələrinə verəcəyi cavabı müttəfiqləri ilə razılaşdırılacaq. Xəbər verdiyimiz kimi, ABŞ Prezidenti Co Bayden İsrailin Baş naziri Benyamin Netanyahu ilə telefon danışığı aparıb. Söhbətin təfərrüatlarə açıqlanmır.
publikaz_normalized
Mən təyyarəyə minməzdən əvvəl sosial mediada "Hekayələr" paylaşmıram. Təyyarə qəzaya uğrasa, "Bu, onun son hekayəsi idi" deyərək xəbərlərə çıxmasını istəmirəm". Məsələn, "Qızlar və oğlanlar" oyununu oynayarkən həmişə eyni geyimi geyinməli olurdum. Onu tapa bilməsəm, demək "işim bitib" . Heç kimə toxunmağı sevmirəm, heç...
publikaz_normalized
İngiltərə Premyer Liqasında XXXIII tura start verilib. “Mançester Yunayted” səfərdən 1 xalla dönüb. “Mançester Siti” turu qələbə ilə başa vurduğu halda, “Nyukasl” “Tottenhem”i məğlub edib. Premyer Liqa XXXIII tur 13 aprel" "Bornmut – Mançester Yunayted 2:2 Qollar: Brentford – Şeffild Yunayted 2:0 Qollar: C.Bronvill, 74...
publikaz_normalized
Polşalı məşhur aktyor Qrzeqorz Minkeviç vətənində vəfat edib. Sənətkar karyerası ərzində kino və teatrda 150-dən çox rol oynayıb. O, televiziya tamaşaçılarına 1968-ci ildə çəkilmiş "Kentervil Kabusu" filmindən tanışdır. Minkeviç aprelin 9-da 79 yaşında vəfat edib.
publikaz_normalized
Dəməşqdəki konsulluğunun atəşə tutulmasına cavab olaraq İran İsrailə 185 PUA, 36 qanadlı raket və 110 yer-yer raketi atıb. Bildirilib ki, hücumun böyük hissəsi İrandan həyata keçirilib. Buna baxmayaraq ki, İraq və Yəməndən də az sayda dron buraxılıb.
publikaz_normalized
Aprelin 13-də axşam saatlarında Kuril adaları sahilləri yaxınlığında 4,6 bal gücündə zəlzələ baş verib. Seysmik hadisənin episentri Sakit okeanda, Kuril vilayətinin Qornoye kəndindən təxminən 85 kilometr cənub-şərqdə, İturup adasında yerləşib. Zəlzələnin dərinliyi 47 kilometr olub. Seysmoloqlar qeyd ediblər ki, İturup ...
publikaz_normalized
İsti havalar infeksiya xəstəliklərinin artmasına səbəb olub. Bu cür infeksiyalar özünü hərarət, boğaz ağrısı, gözdə qızartılar, ürəkbulanma, öskürək, ishalla özünü büruzə verir. Onlarda biri diabakteriozdur: Disbakterioz zamanı normal və atipik mikroflora arasındakı tarazlıq pozulur. Disbakterioz əsasən, nazik və yoğun...
publikaz_normalized
Nicat Abasov heç-heçəyə razılaşdı":"Azərbaycan şahmatçısı Nicat Abasov Kanadanın Toronto şəhərində davam edən İddiaçılar Turnirində növbəti görüşünü Yan Nepomnyaşiya (FIDE) qarşı keçirib. Qeyd edək ki, N.Abasovla Yan Nepomnyaşi arasında I tura təsadüf edən görüş də heç-heçə yekunlaşmışdı - 0,5:0,5. Azərbaycan təmsilçis...
publikaz_normalized
O əlavə edib ki, suyun səviyyəsinə görə yolların bağlanan hissələrində hərəkətə başlamaq hələlik mümkün olmayacaq. Xatırladaq ki, aprelin 5-də Orskda şəhəri Ural çayından qoruyan bənd partlayıb. Bir gün sonra bənd başqa yerdən qırılıb. Aprelin 7-də səhər saatlarında su Orenburqa çatıb və orada sakinlərin təxliyəsi başl...
publikaz_normalized
Bu gecənin nəticəsi İsrailin qələbəsidir":"İsrail İranın öz ərazisinə bir gecədə hücumunun nəticələrini qələbə hesab etməlidir". Dövlət başçısı qeyd edib ki, İsrail tərəfi hücumların əksəriyyətini dəf edib. Onun sözlərinə görə, bu gecə İsrailin üstün hərbi potensialını nümayiş etdirib. Xatırladaq ki, aprelin 13-də gecə...
publikaz_normalized
Yaxın Şərqdə baş verən hadisələrlə əlaqədar “Azərbaycan Hava Yolları” aviaşirkətinin aşağıdakı reysləri təhlükəsizlik məqsədilə və bəzi ölkələrin hava məkanının qapalı olması səbəbindən gecikir. Məlumata görə, “Azərbaycan Hava Yolları” aviaşirkətinin İslamabad-Bakı (J2 5144); Dammam-Bakı (J2 8210); Dehli-Bakı (J2 058);...
publikaz_normalized
ABŞ ordusu İranın İsrail istiqamətində atdığı 70-dən çox PUA və ən azı 3 ballistik raketini zərərsizləşdirib. Onlardan biri ballistik raketlərin Aralıq dənizinin şərqində hərbi gəmilər tərəfindən vurulğunu bildirib. Başqa bir rəsmi şəxs bildirib ki, pilotsuz uçuş aparatlarının tutulması və vurulmasında ABŞ qırıcıları d...
publikaz_normalized
Vəfa ərinin “Ağ şəhər“də aldığı lüks mənzilini ilk dəfə NÜMAYİŞ ETDİRDİ - VİDEO" "Müğənni Vəfa Şərifova həyat yoldaşı iş adamı Famil Xəlilovun "Ağ şəhər" ərazisində qiyməti 350-450 min manat civarında aldığı çoxmərtəbəli premium yaşayış binasındakı evini nümayiş edib. Dördmərtəbəli villadan yeni dəbdəbəli mənzilə köçən...
publikaz_normalized
İran obyektlərini ələ keçirdik və...":"İsrail İranın hücumunu uğurla dəf edib və gələcəkdə münaqişədə qalib gələcək". “Biz İran obyektlərini ələ keçirdik, döyüşdük və birlikdə qalib gələcəyik”, - deyə baş nazir "X" sosial şəbəkəsindəki səhifəsində bildirib. Xatırladaq ki, aprelin 13-ü axşam saatlarında İran İsrailə doğ...
publikaz_normalized
İsrail hakimiyyəti İrandan gələn hücum təhlükəsi ilə bağlı bağlanan ölkənin hava məkanını açıb. Məlumata görə, hava məkanı saat 07.30-dan açılıb. Təhlükəsizlik xidmətlərinin göstərişinə əsasən, Ben Qurion hava limanı fəaliyyətini bərpa edib.
publikaz_normalized
İran BMT Təhlükəsizlik Şurasına məktub ünvanlayıb. Qeyd edilib ki, İran BMT-nin məsuliyyətli üzvü olaraq beynəlxalq hüququn məqsəd və prinsiplərinə sadiqdir, bölgədə gərginliyi və qarşıdurmanı artırmağa çalışmır. Xatırladaq ki, İran İsrailin Dəməşqdəki diplomatik məkanlarına silahlı hücumu və 7 yüksək səviyyəli müşavir...
publikaz_normalized
Oğuz Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan, əvvəllər məhkum olunmuş Qardaş Abdullayev və Teymur Sadıqov saxlanılıb. Faktlarla bağlı cinayət işləri başlanıb, araşdırmalar davam etdirilir.
publikaz_normalized
İordaniya İranın İsrailə atdığı kamikadze PUA-larını vurub. Qeyd edək ki, İordaniya İran və İsrail arasında hava məkanı baxımından ən kritik ölkələrdən biridir. Ona görə də İranın İsrailə qarşı başlatdığı hücumdan sonra İordaniyada fövqəladə vəziyyət elan edilib. Xatırladaq ki, İranın İsrailə hücumunun dəf olunmasında ...
publikaz_normalized