text stringlengths 20 1.45M | source stringclasses 10
values |
|---|---|
Rəcəb Tayyib Ərdoğan: Biz dost və qardaş Azərbaycanın maraqlarını qoruyuruq və azərbaycanlıların hüquqlarının ermənilər tərəfindən pozulmasını heç cür qəbul edə bilmərik. Biz dost və qardaş Azərbaycanın maraqlarını qoruyuruq. Biz azərbaycanlıların hüquqlarının ermənilər tərəfindən pozulmasını heç cür qəbul edə bilmərik... | ANL |
İstanbulda XIV Avrasiya İqtisadi Zirvə Toplantısı keçirilir. Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin təşkilatçılığı ilə Türkiyənin İstanbul şəhərində XIV Avrasiya İqtisadi Zirvə Toplantısı keçirilir. Zirvə toplantısını açan Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri Akkan Suver bildirmi... | ANL |
Dinlərarası dialoq xalqların yaxınlaşmasında və sülhün bərqərar olmasında başlıca amildir. Avropa Şurası Parlament Assambleyası (AŞ PA) yaz sessiyasının ikinci iş gününün ikinci yarısında qurumun elm, təhsil və mədəniyyət komitəsinin üzvü, lüksemburqlu deputat Anne Brasseurin "Mədəniyyətlərarası dialoqun dini meyarları... | ANL |
Yunanıstan Prezidentinin Azərbaycana rəsmi səfəri iki ölkə arasında siyasi-iqtisadi əlaqələrin genişlənməsinə təkan verəcək. Bu səfər həmçinin ölkəmizin Avropa İttifaqı ilə əlaqələrinin inkişafı baxımından faydalıdır. Azərbaycan son bir neçə ildə sürətlə Avropaya inteqrasiya olunur. Bu yaxınlaşma həm siyasi, həm də iqt... | ANL |
Heydər Əliyevin xarici siyasət konsepsiyası uğurlu bəhrələrini verir. Müasir dövrdə hər bir dövlətin beynəlxalq münasibətlər sistemində layiqli mövqe tutaraq özünü bərabərhüquqlu tərəfdaş kimi təsdiqləməsi, milli maraq və mənafelərini yüksək səviyyədə müdafiə etməsi, qlobal təhdid və çağırışlara adekvat cavab verməsi, ... | ANL |
Ətraf mühitin mühafizəsi ilə bağlı jurnalistlər üçün müsabiqə elan edilmişdir. 5 iyun - Ümumdünya Ətraf Mühit Günü ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN), Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu "Ekologiya mövzusunun kütləvi inform... | ANL |
Avropa Şurasının mədəniyyət və mədəni irs üzrə direktoru Azərbaycan Turizm İnstitutunda olmuşdur. Bakıda keçirilmiş Dünya Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçısı, Avropa Şurasının mədəniyyət və mədəni irs üzrə direktoru Robert Palmer Azərbaycan Turizm İnstitutunda (ATİ) olmuşdur. ATİ-nin rektoru, professor Cəfə... | ANL |
Qara Dəniz Ticarət və İnkişaf Bankının nümayəndələri azərbaycanlı iş adamları ilə görüşmüşlər. Aprelin 13-də Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) prezidenti Andrey Kondakovun başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnve... | ANL |
AzərTAc-ın Kiyevdəki xüsusi müxbirinin "Azərbaycan. Soyqırımı" məqaləsi Ukrayna portalında dərc edilmişdir. AzərTAc-ın Ukraynadakı xüsusi müxbirinin "Azərbaycan. Materialda vurğulanır ki, Azərbaycan tarixinin bir sıra faktları uzun illər boyu ictimaiyyətdən gizlədilmiş və siyasi konyunktur nəzərə alınmaqla müəyyən raku... | ANL |
Vətən tarixinin təəssübkeşi. Azərbaycan müstəqilliyin kəşməkəşli yolları ilə irəlilədikcə, qədim dövlətçilik ənənələrimizin, siyasi varlıq tariximizin araşdırılmasına ehtiyac da durmadan artır. Etiraf edək ki, tarixçi alimlərimiz bu yolda hələ çox iş görməlidirlər, lap çox! Çünki yaxın keçmişdən - totalitarizm dövründə... | ANL |
Naxçıvanda təhsilin ensiklopedik tədqiqi. Yeni nəşrlər. Millətin, hətta bir bölgənin də tarixdə yaşamasının əbədiliyini şərtləndirən başlıca amillərdən biri təhsil və onun inkişaf səviyyəsidir. Bu baxımdan tarix elmləri doktoru, professor Həmzə Cəfərovun yaxın günlərdə çapdan çıxmış "Naxçıvanda təhsil: inkişaf yolu və ... | ANL |
İncilər toplusu. Azərbaycan mədəniyyəti və incəsənətinin təbliğində və gələcək nəsillərə çatdırılmasında mövcud bir sıra vasitələr içərisində çap məhsullarının əvəzi olmayıb. "Qobustan" ədəbi-bədii toplusunun yaranmasında da məqsəd incəsənət incilərinin bir araya toplanması olub. Esmira Nəzərlinin çapdan buraxılmış "İn... | ANL |
Azərbaycan Prezidenti İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrlərini və ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsini qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 14-də ATƏT-in Minsk qrupunun həmsədrləri Bernar Fasyeni (Fransa), İqor Popovu (Rusiya), Robert Bradtkeni (ABŞ) və ATƏT-in ha... | ANL |
Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə. Azərbaycan Respublikasının Qanunu. 14-cü maddədə “keçmiş” sözündən sonra “, habelə sahibinin mülki məsuliyyəti Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sığorta etdirilmiş,” sözləri əlavə edilsin;. 27-ci maddənin ... | ANL |
“Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə. Azərbaycan Respublikasının Qanunu. İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti. | ANL |
"Gömrük tarifi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə. Azərbaycan Respublikasının Qanunu. Malın mənşə ölkəsini təsdiq edən sertifikatın verilməsinə görə dövlət rüsumu ödənilir. Malın mənşə ölkəsinin müəyyən edilməsi üzrə ekspertiza xidmətlərinin tarifləri müvafiq icra hakimiyyəti orqa... | ANL |
“Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə dəyişiklik və əlavələr edilməsi barədə. Azərbaycan Respublikasının Qanunu. Azərbaycan Respublikasının Milli Məclisi qərara alır: I. Məcburi auditdən yayınma. Qanunla nəzərdə tutulmuş hallarda həyata... | ANL |
“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə. Azərbaycan Respublikasının Qanunu. hakim və ya hakim kimi bu Qanunla müəyyən olunan əmək pensiyasına əlavələri almaq hüququ olan əmək pensiyaçısı vəfat etdikdə, onun ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ o... | ANL |
“Notariat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə. Azərbaycan Respublikasının Qanunu. 6-cı maddə üzrə: 1.1. birinci hissədə “dövlət notariat kontorlarının və dövlət notariat arxivinin saxlanılması üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının xüsusi hesabına əll... | ANL |
“Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2011-ci il 4 mart tarixli 81-IVQD nömrəli Qanununun tətbiq edilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Fərmanı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhb... | ANL |
"Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2011-ci il 18 mart arixli 92-IVQD nömrəli Qanununun tətbiqi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini r... | ANL |
"Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2011-ci il 18 mart tarixli 94-IVQD nömrəli Qanununun tətbiqi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəh... | ANL |
"Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2011-ci il 4 mart tarixli 80-IVQD nömrəli Qanununun tətbiqi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər t... | ANL |
"Notariat haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2011-ci il 4 mart tarixli 83-IVQD nömrəli Qanununun tətbiq edilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhb... | ANL |
Azərbaycan Prezidenti İlham Əliyevin cənub bölgəsinə səfəri. Masallı şəhərində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 14-də respublikamızın cənub bölgəsinə səfəri çərçivəsində Masallı rayonuna gəlmişdir. Dövlətimizin başçısı əvvəlcə rayon mərkəzində... | ANL |
Prezident İlham Əliyev Masallıda yenidən qurulmuş Nizami Gəncəvi parkı ilə tanış olmuşdur. Aprelin 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Masallı şəhərinin Talışxanov küçəsində yenidən qurulmuş Nizami Gəncəvi parkı ilə tanış olmuşdur. Rayon ictimaiyyətinin nümayəndələri dövlətimizin başçısını hərarətl... | ANL |
Masallı rayonu ictimaiyyətinin nümayəndələri ilə görüş. Aprelin 14-də Azərbaycan Prezidenti İlham Əliyev yenidən qurulmuş Nizamı Gəncəvi parkı ilə tanışlıqdan sonra Masallı rayonu ictimaiyyətinin nümayəndələri ilə görüşmüşdür. Rayon ictimaiyyətinin nümayəndələrini salamlayan Prezident İlham ƏLİYEV dedi: - Sizi ürəkdən ... | ANL |
Prezident İlham Əliyev Ələt-Astara-İran dövlət sərhədi avtomobil yolunun Masallı-Astara hissəsinin Sərçuvar kəndi ərazisində aparılan tikinti işləri ilə tanış olmuşdur. Aprelin 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ələt-Astara-İran İslam Respublikası dövlət sərhədi avtomobil yolunun Masallı-Astara hi... | ANL |
Prezident İlham Əliyev Ələt-Astara-İran dövlət sərhədi avtomobil yolunda aparılan tikinti və yenidənqurma işləri ilə tanış olmuşdur. Aprelin 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkənin cənub bölgəsinə səfəri çərçivəsində Ələt-Astara-İran İslam Respublikası dövlət sərhədi avtomobil yolunda aparılan ... | ANL |
Lənkəran sakinləri ilə görüş. Aprelin 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ələt-Astara-İran İslam Respublikası dövlət sərhədi avtomobil yolunun Masallı-Astara hissəsinin Sərçuvar kəndi ərazisində aparılan tikinti işləri ilə tanışlıqdan sonra Astaraya gedərkən yolüstü Lənkəran sakinləri ilə görüşmüşd... | ANL |
Həştərxanda dahi Heydər Əliyevə böyük ehtiramın möhtəşəm ünvanı. Vilayətdə ulu öndərin abidəsinin ucaldığı park Rusiya ilə Azərbaycan arasında dostluğun və qardaşlığın yeni rəmzinə çevrilib. Azərbaycanın qarşılıqlı iqtisadi-siyasi münasibətlərini kifayət qədər böyük uğurla inkişaf etdirdiyi dövlətlər sırasında şimal qo... | ANL |
Gözlərə nur, qəlblərə mərhəmət bəxş edən böyük insan. Cəmiyyətə, xalqa fayda verərək həyat amallarını saf təməllər üzərində quran yüksək mənəviyyat sahiblərinin cəmiyyətdəki mövqeyini onların dərk edilmiş məsuliyyətə əsaslanan fəaliyyəti müəyyənləşdirir. İnsanlıq naminə yalnız özü üçün deyil, başqaları üçün də yaşaya b... | ANL |
İllərin ucalığında. Xalq şairi Nəriman Həsənzadənin bu günlərdə çapdan çıxmış "İllər... pillələr... talelər..." adlı yeni kitabı görkəmli Azərbaycan nasiri Mir Cəlalın həyat və yaradıcılığına, pedaqoji fəaliyyətinə həsr olunub. Müəllif sevimli müəllimi haqqında öz xatirələrini qələmə alaraq unudulmaz yazıçının işıqlı p... | ANL |
Həsən Seyidbəyli yaradıcılığı haqqında ilk tədqiqat əsəri. Həsən Seyidbəyli Azərbaycan ədəbiyyatı tarixində nasir, ssenarist, kinorejissor, ictimai xadim kimi tanınır. O, çoxşaxəli yaradıcılıq fəaliyyətində həmişə xalqın, ədəbiyyatın milli təəssübkeşi olub. Ziyalı-vətəndaş mövqeyi, cəmiyyətdə müşahidə etdiyi neqativ ha... | ANL |
Qanuna zidd hərəkətlərin qarşısı bundan sonra da alınacaq. Fuad ƏLƏSGƏROV: "Biz Avropa İttifaqından gözləyirik ki, hər hansı bəyanat verildikdə, obyektivlik, tarazlıq prinsipləri rəhbər tutulsun". Azərbaycan Prezidenti Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov müxalifətin son v... | ANL |
Prezident İlham Əliyevə alternativ olacaq heç bir siyasi qüvvə yoxdur. İqtisadi, siyasi, hüquqi, mədəni, humanitar və digər sahələrdə həlledici uğurlar qazanmış müstəqil respublikamız dünya miqyasında dinamik inkişaf edən ölkə kimi qəbul edilir. Azərbaycanın son illərdəki büdcəsinə nəzər saldıqda həyata keçirilən iqtis... | ANL |
Xalqın dəstəklədiyi siyasət. Azərbaycan hakimiyyətinin siyasi kursu demokratik dəyərlərin inkişafına, hüquqi dövlət quruculuğuna xidmət edir. Hər bir insanın ictimai dəyəri onun cəmiyyət həyatındakı xidmətləri ilə ölçülür. Azərbaycan Respublikası Milli Məclisinin Elm və təhsil komitəsinin sədr müavini, Azərbaycan Milli... | ANL |
Azərbaycanın Avstriya ilə ədliyyə sahəsində əlaqələri uğurla inkişaf edir. Aprelin 14-də ədliyyə naziri Fikrət Məmmədov Avstriyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri xanım Silvia Mayer-Kaybiç ilə görüşmüşdür. Azərbaycan və Avstriya arasında dostluq və əməkdaşlıq münasibətlərinin uğurla inkişaf etdiyini bildi... | ANL |
Azərbaycan Qəsəbə Bələdiyyələri Milli Assosiasiyasının ümumi yığıncağı keçirilmişdir. AzərTAc xəbər verir ki, aprelin 14-də Suraxanı rayonunun Bülbülə qəsəbəsində Azərbaycan Qəsəbə Bələdiyyələri Milli Assosiasiyasının (AQBMA) ümumi yığıncağı keçirilmişdir. Yığıncaqda dövlət qurumlarının nümayəndələri, Azərbaycan Şəhər ... | ANL |
Türkiyə Respublikasının nümayəndə heyəti Dövlət Miqrasiya Xidmətində olmuşdur. Aprelin 14-də Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətində (DMX) Türkiyə Respublikasının əmək və sosial müdafiə nazirinin müavini - Ahmet Zahteroğullarının rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilmişdir. Xidmət rəisi, II... | ANL |
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə məqsədilə bir sıra tədbirlər həyata keçirmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ünvanlı sosial yardım və tibbi-sosial ekspertiza ilə bağlı əhaliyə göstərilən xidmət səviyyəsinin, komissiyalarda və əhalinin so... | ANL |
Tvinninq layihəsinin reallaşdırılması MDB-də ilk dəfə olaraq Azərbaycanda müasir elektron audit sistemini tətbiq etməyə imkan verəcəkdir. Tvinninq layihəsinin həyata keçirilməsi MDB məkanında ilk dəfə olaraq Azərbaycanda müasir elektron audit sistemini tətbiq etməyə imkan verəcəkdir. Bunu aprelin 14-də Avropa İttifaqın... | ANL |
Tbilisidə GUAM ölkələri turizm nazirlərinin toplantısı keçirilmişdir. Tbilisidə GUAM ölkələri turizm nazirlərinin toplantısı keçirilmişdir. "Ekspo-Georgia" sərgi mərkəzində ölkədə istehsal olunan məhsullar haqqında təsəvvür yaradan stendlər də nümayiş etdirilmişdir. Tədbirdə altı ölkədən nümayəndə heyəti iştirak etmişd... | ANL |
Türkiyənin Əmək və Sosial Müdafiə Nazirliyinin nümayəndə heyəti Heydər Əliyev Fondunda olmuşdur. Azərbaycanda səfərdə olan Türkiyənin Əmək və Sosial Müdafiə Nazirliyinin nümayəndə heyəti aprelin 14-də Heydər Əliyev Fondunda olmuşdur. Qonaqlara Azərbaycan xalqının ümummilli liderinin xatirəsinə yaradılmış Fond haqqında ... | ANL |
Bakıda MDB-nin Bədən Tərbiyəsi və İdman üzrə Şurasının iclası başlamışdır. Aprelin 14-də Bakıda MDB-nin Bədən Tərbiyəsi və İdman üzrə Şurasının iclası öz işinə başlamışdır. AzərTAc xəbər verir ki, Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimov ölkəmizin Şura ilə sıx əməkdaşlıq etdiyini və ötən il Bakıd... | ANL |
Birləşmiş Ərəb Əmirliklərinin mədəniyyət, gənclər və sosial inkişaf naziri Azərbaycanda keçirilmiş Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyətini yüksək qiymətləndirmişdir. Əbu Dabidə nəşr olunan nüfuzlu "Əl-İttihad" qəzeti Birləşmiş Ərəb Əmirliklərinin mədəniyyət, gənclər və sosial inkişaf naziri Əbdürrəhm... | ANL |
AŞ PA-nın yaz sessiyasında Azərbaycanın qaçqın və məcburi köçkün qadınlarının vəziyyəti ilə bağlı məsələ müzakirə olunmuşdur. Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) yaz sessiyasının gündəliyində Azərbaycanla bağlı mövzu olmasa da, deputatlarımız hər gün ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edən məsələləri qaldırı... | ANL |
AŞ PA-da Ermənistanın Azərbaycan ərazisində hava limanı tikintisini dayandırmağı tələb edən sənəd yayılmışdır. Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) yaz sessiyasının iclasında "Ermənistandan işğal etdiyi Azərbaycan ərazisində hava limanı tikintisini dayandırmasını tələb edən yazılı bəyanat" qəbul olunmuşdur. ... | ANL |
ATƏT-in Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağda hava limanının açılışının gərginliyi daha da artıra biləcəyindən narahatdırlar. ATƏT-in Minsk qrupunun həmsədrləri aprelin 11-14-də regiona etdikləri səfərin nəticələrinə dair bəyanat yaymışlar. ATƏT-in rəsmi saytında yerləşdirilmiş bəyanatda bildirilir ki, həmsədrlər... | ANL |
AŞ PA-da Ermənistan silahlı qüvvələri tərəfindən 9 yaşlı Fariz Bədəlovun qətlə yetirilməsi ilə bağlı bəyanat imzalanmışdır. Avropa Şurası Parlament Assambleyasında (AŞ PA) Ermənistan silahlı qüvvələri tərəfindən 9 yaşlı Fariz Bədəlovun qətlə yetirilməsi ilə bağlı bəyanat imzalanmışdır. Bəyanatda deyilir ki, martın 8-də... | ANL |
Azərbaycan Prezidenti İlham Əliyevin cənub bölgəsinə səfəri. Astara şəhərində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət. Prezident İlham Əliyev respublikamızın cənub bölgəsinə səfəri çərçivəsində aprelin 15-də Astara rayonunda olmuşdur. Dövlət başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Astara şəhərinin... | ANL |
Prezident İlham Əliyev Astarada Heydər Əliyev Mərkəzinin açılışında iştirak etmişdir. Azərbaycan Prezidenti İlham Əliyev aprelin 15-də Astarada Heydər Əliyev Mərkəzinin açılışında iştirak etmişdir. Dövlət başçısı Mərkəzin açılışını bildirən lenti kəsdikdən sonra yaradılmış şəraitlə tanış oldu. Bildirildi ki, Azərbaycan... | ANL |
Prezident İlham Əliyev yenidən qurulmuş Astara-Bala Şahağac avtomobil yolunun açılışında iştirak etmişdir. Aprelin 15-də Azərbaycan Prezidenti İlham Əliyev yenidən qurulmuş Astara-Bala Şahağac kəndi avtomobil yolunun açılışında iştirak etmişdir. Sakinlər dövlət başçısını hərarətlə qarşıladılar. Prezident İlham Əliyev y... | ANL |
Astara rayonu ictimaiyyətinin nümayəndələri ilə görüş. Aprelin 15-də Azərbaycan Prezidenti İlham Əliyev yenidən qurulmuş Astara-Bala Şahağac avtomobil yolunun açılışından sonra rayon ictimaiyyətinin nümayəndələri ilə görüşmüşdür. Astara rayon ictimaiyyətinin nümayəndələrini salamlayan Prezident İlham ƏLİYEV dedi: - Sal... | ANL |
Prezident İlham Əliyev Astara Gömrük İdarəsində yaradılmış şəraitlə tanış olmuşdur. Aprelin 15-də Prezident İlham Əliyev Astara Gömrük İdarəsində yaradılmış şəraitlə tanış olmuşdur. Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev və Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev dövlət başçısına raport verdilər. Gömrükçülər... | ANL |
Prezident İlham Əliyev Astarada Dövlət Bayrağı Meydanı ilə tanış olmuş, Gənclər evinin açılışında iştirak etmişdir. Aprelin 15-də Prezident İlham Əliyev Astarada Gənclər evinin açılışında iştirak etmişdir. Əvvəlcə Prezident İlham Əliyev Astara şəhərinin Heydər Əliyev prospektində yaradılmış Dövlət Bayrağı Meydanı ilə t... | ANL |
Prezident İlham Əliyev Astara qaz-kompressor stansiyasının açılışında iştirak etmişdir. Azərbaycan Prezidenti İlham Əliyev aprelin 15-də Astara qaz-kompressor stansiyasının açılışında iştirak etmişdir. Stansiyanın kollektivi dövlət başçısını hərarətlə qarşıladı. Prezident İlham Əliyev Astara qaz-kompressor stansiyasını... | ANL |
Prezident İlham Əliyev "Astara-1" kiçik su elektrik stansiyasının təməlqoyma mərasimində iştirak etmişdir. Aprelin 15-də Azərbaycan Prezidenti İlham Əliyev Astara rayonunda İstisu çayı üzərində inşa olunacaq "Astara-1" kiçik su elektrik stansiyasının təməlqoyma mərasimində iştirak etmişdir. "Azərenerji" ASC-nin prezide... | ANL |
Prezident İlham Əliyev Astara Olimpiya İdman Kompleksinin tikintisi ilə tanış olmuşdur. Azərbaycan Prezidenti İlham Əliyev Astaraya səfəri çərçivəsində aprelin 15-də Olimpiya İdman Kompleksinin tikintisi ilə tanış olmuşdur. Dövlət başçısının diqqətinə çatdırıldı ki, kompleksin inşasına "Azərbaycan Respublikası regionla... | ANL |
Prezident İlham Əliyev Salyan şəhərində olmuşdur. Aprelin 15-də Azərbaycan Prezidenti İlham Əliyev Astara rayonuna səfərini başa çatdırıb qayıdarkən yolüstü Salyan şəhərində olmuşdur. Salyanlılar dövlət başçısını hərarətlə qarşıladılar. Şəhər ictimaiyyəti adından çıxış edən SAKİN dedi: - Sevimli Prezidentimiz! Salyan t... | ANL |
Azərbaycan Kənd Bələdiyyələri Milli Assosiasiyasının ümumi yığıncağı olmuşdur. Abşeron rayonunun Masazır kəndində Azərbaycan Kənd Bələdiyyələri Milli Assosiasiyasının (AKBMA) illik ümumi yığıncağı maraqlı və işgüzar şəraitdə keçmişdir. 2006-cı ildə müstəqil təşkilat kimi yaradılmış bu assosiasiya öz sıralarında 1327 kə... | ANL |
Ankarada Türkiyə-Azərbaycan biznes forumu keçirilmişdir. Ankarada Türkiyə-Azərbaycan biznes forumu keçirilmişdir. Forumda Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev, Türkiyənin xarici ticarət naziri Zəfər Çağlayan, ölkəmizin Türkiyədəki səfiri Faiq Bağırov, Türkiyənin və Azərbaycanın çoxsaylı iş adamları işt... | ANL |
Parlament radikal müxalifətin antimilli fəaliyyətini kəskin pislədi. Aprelin 15-də Milli Məclisin növbəti plenar iclası keçirildi. Milli Məclisin Sədri Oqtay Əsədov iclası açıq elan etdikdən sonra deputatlar gündəliyə münasibət bildirdilər. Gündəlik təsdiq edildikdən sonra cari məsələlər barədə danışıldı. Milli Məclisi... | ANL |
Azərbaycanın müasir iqtisadi inkişaf strategiyasına fundamental elmi baxış. Prezident Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin çoxsaylı əsərlərində ölkədəki iqtisadi inkişaf prosesləri sanballı elmi təhlilə cəlb olunur. Müasir dövrdə iqtisadi cəhətdən güclü olmayan dövlətin nəinki hüquqi dövlət və vətəndaş... | ANL |
Akademik Arif Paşayev Odessa Milli Rabitə Akademiyasının fəxri doktoru adına layiq görülmüşdür. Aprelin 15-də Azərbaycan Milli Aviasiya Akademiyasında (AMAA) bu ali təhsil ocağının rektoru, tanınmış alim, akademik Arif Paşayevin Ukraynanın A.Popov adına Odessa Milli Rabitə Akademiyasının (OMRA) fəxri doktoru seçilməsi ... | ANL |
Bu gün Yalta şəhərindəki (Krım Muxtar Respublikası, Ukrayna) Livadiya sarayında Müstəqil Dövlətlər Birliyinin İqtisadi Şurasının 49-cu iclası keçiriləcəkdir. Forumun işində Azərbaycan Baş nazirinin birinci müavini Yaqub Eyyubovun rəhbərlik etdiyi hökumət nümayəndə heyəti də iştirak edir. Forum iştirakçıları məhdud form... | ANL |
Gürcüstanın Azərbaycandakı səfiri Qafqaz Müsəlmanları İdarəsində olmuşdur. Gürcüstanın Azərbaycandakı səfiri Teymuraz Şaraşenidze aprelin 15-də Qafqaz Müsəlmanları İdarəsində (QMİ) olmuşdur. QMİ-nin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, burada keçirilmiş görüşdə ölkəmizə yeni təyin olunmuş səfir Azərbaycanla i... | ANL |
Bakıda korrupsiyaya qarşı mübarizə ilə bağlı forum keçirilmişdir. Bakıda Azərbaycan Respublikası Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyasının, Baş Prokurorluğun və korrupsiya ilə mübarizə aparan QHT-lərin məlumat və əməkdaşlıq şəbəkəsinin təşəbbüsü ilə korrupsiyaya qarşı mübarizə ilə bağlı forum keçirilmişdir. AzərT... | ANL |
Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə postsovet məkanında ilk olaraq Azərbaycanda ölüm hökmü ləğv edilmişdir. Avropa Şurası Parlament Assambleyası hüquqi məsələlər və insan hüquqları komitəsinin üzvü Renate Vohlvendin (Lixtenşteyn) hazırladığı "Avropa Şurasına üzv ölkələrdə və müşahidəçi dövlətlərdə ölüm hökmü ... | ANL |
Novruz Məmmədov: Qərbin Azərbaycana qarşı mövqeyində obyektivlik yoxdur, həqiqi ədalət prinsipi görünmür. Azərbaycan Prezident Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov "Amerikanın Səsi" radiosuna müsahibəsində Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı danışıqlar, Azərbaycan-Amerika münasibə... | ANL |
Rusiyalı alim Sergey Karpova Azərbaycan MEA və Tarix İnstitutunun fəxri adları verilmişdir. Aprelin 15-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində rusiyalı tarixçi alim Sergey Karpova Azərbaycan-Rusiya elmi əlaqələrinin inkişafı və Azərbaycan üçün yüksək səviyyəli tarixçi alimlərin yetişdirilməsi... | ANL |
Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu sivilizasiyalar arasında əlaqələrin qurulması və inkişafına təkan verəcəkdir. Bakıda keçirilmiş Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu sivilizasiyalar arasında əlaqələrin qurulması və inkişafına təkan verəcəkdir. Bu fikir İndoneziya Milli İnformasiya Agentliyinin (Antara) ... | ANL |
Yurdumuzun dilbər guşəsi - Qusar. Tanınmış yazıçı-jurnalist Sədaqət Kərimovanın yenicə çapdan çıxmış "Qusar, qusarlılar" ensiklopedik toplusunda Azərbaycanın Qusar rayonunun tarixindən, təbiətindən, görkəmli adamlarından, adət-ənənələrindən bəhs olunur. Azərbaycan və ləzgi dillərində yazılmış kitabın rəyçisi coğrafiya ... | ANL |
İstedad bəhrəsini verir. 2006-cı ildə "Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı (2006-2010-cu illər)"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sərəncam imzalamışdır. Bu gün Azərbaycanda istedadlı uşaq və gənclərin üzə ... | ANL |
"Koroğlu" operası incəsənət xəzinəsidir. Üzeyir bəy Hacıbəylinin şah əsəri "Koroğlu" operası Azərbaycan xalqının feodalların zülmünə qarşı mübarizəsinə həsr olunmuşdur. Məzmununa və musiqi dilinin xüsusiyyətlərinə görə xəlqilik kökləri dərin olan bu opera ölkəmizdə çox populyardır. Üzeyir bəy "Koroğlu" operasının geniş... | ANL |
Danimarkanın Kraliçası ülyahəzrət II Marqreteyə. Ülyahəzrət! Danimarka Krallığının milli bayramı - Təvəllüd gününüz münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza ən səmimi təbriklərimizi yetirirəm. Əminəm ki, Azərbaycan ilə Danimarka arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı daim xalqlarımızın r... | ANL |
Azərbaycan Prezidenti İlham Əliyev Fransa Senatının Fransa-Qafqaz dostluq qrupunun sədri, senator Ambruaz Düponun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. Azərbaycan Respublikası Prezidenti İlham Əliyev aprelin 16-da Fransa Senatının Fransa-Qafqaz dostluq qrupunun sədri, senator Ambruaz Düponun başçılıq etdiy... | ANL |
Azərbaycan Prezidenti İlham Əliyev Stratfor Özəl Elmi Korporasiyasının yaradıcısı, icraçı direktoru və baş analitiki George Fridmanı qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 16-da Stratfor Özəl Elmi Korporasiyasının yaradıcısı, icraçı direktoru və baş analitiki George Fridmanı qəbul et... | ANL |
Suriya Ərəb Respublikasının Prezidenti zati-aliləri cənab Bəşşar əl-Əsədə. Hörmətli cənab Prezident! Suriya Ərəb Respublikasının milli bayramı - Evakuasiya günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından təbrik edirəm. Ümidvaram ki, Azərbaycan-Suriya münasibətləri xalqlarımızın mənafelə... | ANL |
Azərbaycan müstəqil siyasət yürüdən və dinamik inkişaf edən ölkədir. Azərbaycanın bütün həyati əhəmiyyətli sahələrində böyük uğurlara yol açan sosial-iqtisadi inkişaf strategiyasını inamla davam etdirən dövlət başçısı İlham Əliyevin çoxşaxəli fəaliyyəti ölkə hüdudlarından kənarda da diqqətlə izlənir. Bu da təsadüfi dey... | ANL |
Azərbaycan-Yunanıstan əlaqələri ildən-ilə inkişaf edir. Müstəqil Azərbaycan Respublikası ilə Yunanıstan arasında diplomatik münasibətlərin qurulması ölkəmizin dövlət müstəqilliyinin ilk dövrünə təsadüf edir. Həmin vaxtdan etibarən sabit inkişaf xətti götürərək tərəfdaşlıq səviyyəsinə yüksələn münasibətlər bir çox mühüm... | ANL |
Aprelin 15-də Yaltanın Livadiya Sarayında Müstəqil Dövlətlər Birliyinin İqtisadi Şurasının 49-cu iclası başa çatmışdır. İclasda Azərbaycan Respublikasının Baş nazirinin birinci müavini Yaqub Eyyubovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak etmişdir. İclasın gündəliyinə 15 məsələ, o cümlədən azad ticarət zonası haqqı... | ANL |
Azərbaycan, İran və Türkiyənin xarici işlər nazirləri Urmiya Bəyannaməsi qəbul etmişlər. AzərTAc xəbər verir ki, aprelin 16-da İranın Qərbi Azərbaycan vilayətinin mərkəzi Urmiya şəhərində Azərbaycan, Türkiyə və İranın xarici işlər nazirlərinin üçtərəfli görüşü keçirilmişdir. İranın xarici işlər naziri Əli Əkbər Salehin... | ANL |
ATƏT Dağlıq Qarabağda hava limanının açılmasından narahatlıq keçirdiyini ifadə etmişdir. Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ regionunda hava limanının açılmasının doğuracağı təhlükə barədə məlumatlar dünyanın müxtəlif mətbu səhifələrində, o cümlədən Fransanın nüfuzlu Frans Press Agentliyində... | ANL |
İçərişəhər keçmişimizin yadigarı, gələcəyimizə səmtlənən karvan yoludur. İzdihamlı meydanların, modern maşınların şütüdüyü prospektlər boyu sıralanmış müasir binaların, səliqəli, il boyu yaşıl qalan ağacları, gül kolları ilə göz oxşayan park və xiyabanların doğurduğu xoş təəssürat Qoşa qala qapısından keçən andan tamam... | ANL |
İşğalda qalan sərvətimiz. 18 aprel Abidələrin Beynəlxalq Mühafizə Günüdür. Ötən əsrin 20-ci illərində ermənilər Azərbaycana məxsus 15 qədim mahalın hesabına özlərinə qurama dövlət düzəltsələr də, "böyük Ermənistan" mərəzi sağalmaq bilmədi. Ermənilərin Cənubi Qafqazda, o cümlədən qədim Oğuz yurdunda - indiki Ermənistan ... | ANL |
Vətənpərvərlik bizə daha çox lazımdır. Ölkəmizin uğurları, ilk növbədə, ordunun, əsgərin əhval-ruhiyyəsində, onun maddi-texniki təchizatının güclənməsində, qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasında özünü göstərir. Çünki Milli Ordunun qarşısında duran mühüm vəzifə məhz qaçqın və məcburi köçkünl... | ANL |
Bakı-Supsa kəməri ahəngdar işləyir. "Əsrin müqaviləsi" çərçivəsində qurulmuş möhtəşəm infrastruktur sırasında Qərb İxrac Boru Kəmərinin (QİBK) öz yeri və əhəmiyyəti var. Hazırda dünyanın ən böyük terminallarından sayılan və regionun neft-qaz ixracı mərkəzi olan Səngəçal terminalının ilk "sakin"lərindən biri də məhz QİB... | ANL |
Rumıniya Prezidenti Trayan Beseskunun Azərbaycana rəsmi səfəri. Rəsmi qarşılanma mərasimi. Aprelin 18-də Azərbaycan Respublikasında səfərdə olan Rumıniya Prezidenti Trayan Beseskunun rəsmi qarşılanma mərasimi olmuşdur. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi... | ANL |
Dövlət başçılarının təkbətək görüşü. Aprelin 18-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Rumıniya Prezidenti Trayan Beseskunun təkbətək görüşü olmuşdur. Görüşdə Azərbaycan ilə Rumıniya arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən siyasi, iqtisadi, energetika və... | ANL |
Dövlət başçılarının geniş tərkibdə danışıqları. Aprelin 18-də təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Rumıniya Prezidenti Trayan Beseskunun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə danışıqları olmuşdur. Azərbaycan dövlətinin başçısı İlham ƏLİYEV görüş iştirakçılarına müraci... | ANL |
Azərbaycan-Rumıniya sənədləri imzalanmışdır. Aprelin 18-də Prezident İlham Əliyevin və Prezident Trayan Beseskunun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə danışıqları başa çatdıqdan sonra Azərbaycan-Rumıniya sənədlərinin imzalanması mərasimi olmuşdur. "Azərbaycan Respublikası və Rumıniya arasında strateji tə... | ANL |
Ali ordenlərlə təltif olunma mərasimi. Aprelin 18-də Azərbaycan-Rumıniya sənədlərinin imzalanması mərasimindən sonra Rumıniya Prezidenti Trayan Beseskunun və Azərbaycan Prezidenti İlham Əliyevin ali ordenlərlə təltif olunma mərasimi keçirilmişdir. Azərbaycan Prezidenti İlham ƏLİYEV dedi: - Hörmətli cənab Prezident! Cən... | ANL |
Azərbaycan və Rumıniya prezidentləri mətbuata bəyanatlarla çıxış etmişlər. Aprelin 18-də sənədlərin imzalanması mərasimi başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyev və Rumıniya Prezidenti Trayan Besesku mətbuata bəyanatlarla çıxış etmişlər. | ANL |
Azərbaycan Prezidenti İlham Əliyevin bəyanatı. Mən Sizi bir daha Azərbaycanda səmimiyyətlə salamlayıram, Azərbaycana xoş gəlmisiniz! Cənab Prezident, Sizin səfəriniz böyük əhəmiyyət daşıyır. Əminəm ki, səfərin çox uğurlu nəticələri olacaqdır. Səfərdən sonra Rumıniya-Azərbaycan əlaqələri daha da sürətlə inkişaf edəcəkdi... | ANL |
- Mən də öz növbəmdə, cənab Prezident, məni ölkənizə dəvət etdiyinizə görə Sizə dərin təşəkkürümü ifadə etmək istəyirəm. Hər vaxt görüşlərimiz zamanı biz böyük tərəqqiyə nail oluruq. Bu gün də istisna olmamışdır. Bu gün hökumətlər səviyyəsində bir sıra sənədlərin imzalanması, eyni zamanda, strateji tərəfdaşlıq sahəsind... | ANL |
Ali qonağın şərəfinə. Aprelin 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından ölkəmizdə rəsmi səfərdə olan Rumıniya Prezidenti Trayan Beseskunun şərəfinə rəsmi ziyafət verilmişdir. Azərbaycan Prezidenti İlham ƏLİYEV ziyafətdə çıxış edərək dedi: - Hörmətli cənab Prezident! Hörmətli qonaqlar, xanımlar ... | ANL |
Rumıniya Prezidenti Trayan Besesku Azərbaycana rəsmi səfərə gəlmişdir. Aprelin 18-də Rumıniya Prezidenti Trayan Besesku Azərbaycan Respublikasına rəsmi səfərə gəlmişdir. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Rumıniy... | ANL |
Azərbaycanın Baş naziri ilə görüş. Azərbaycan Respublikasında rəsmi səfərdə olan Rumıniya Prezidenti Trayan Besesku aprelin 18-də Baş nazir Artur Rasizadə ilə görüşmüşdür. Rumıniya Prezidenti Trayan Besesku Bakıya növbəti səfərinin qarşılıqlı münasibətlərin inkişafına təkan verəcəyinə əminliyini söyləmiş, ötən illərdə ... | ANL |
Trayan Beseskunun "Heydər Əliyev" ordeni ilə təltif edilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram: Rumıniya ilə Azərbaycan Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüs... | ANL |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.