text stringlengths 20 1.45M | source stringclasses 10
values |
|---|---|
Ən böyük sərvət sağlamlıqdır. Ümumdünya Səhiyyə Assambleyasının təşəbbüsü ilə 1950-ci ildən dünya ictimaiyyəti hər il aprelin 7-də Ümumdünya Sağlamlıq Gününü qeyd edir. 1948-ci ilin həmin günü Birləşmiş Millətlər Təşkilatının səhiyyə məsələləri üzrə ixtisaslaşmış agentliyi - Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yaradılmış... | ANL |
Davamlı inkişaf üçün təhsil sistemində islahatlar əsas şərtdir. Davamlı inkişaf üçün ən vacib və həlledici amillər təhsil və idarəetmə ilə bağlı olduğuna görə dünya birliyi fəaliyyətini bu istiqamətdə qurmuşdur. Hələ 1992-ci ildə BMT-nin Rio-de-Janeyroda (Braziliya) keçirilən "İnkişaf və ətraf mühit" adlı beynəlxalq sa... | ANL |
Regional siyasət və idarəetmənin əsasları barədə yeni kitab. Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə ictimai həyatın, iqtisadiyyatın bütün sahələrində böyük nailiyyətlər əldə edilmiş, məqsədyönlü islahatların həyata keçirilməsi nəticəsində köklü dəyişikliklər baş vermişdir. Makroiqtisadi göstəri... | ANL |
Aytən Məhərrəmova: "Xalqımızın bu tükənməz mənəvi sərvətini əcnəbi dinləyiciyə sevdirməyə çalışıram". Azərbaycan muğamlarını möhtəşəm beynəlxalq müsabiqədə tanıtmaq bizim üçün böyük fəxrdir. Mən Bakıda keçirilən "Muğam aləmi" II Beynəlxalq muğam festivalında iştirakımdan qürur duyuram. Biz gənclərə belə bir imkan yarad... | ANL |
Azərbaycan Prezidenti İlham Əliyev Ümumrusiya Dövlət Teleradio Verilişləri Yayım Şirkətinin "Россия-24" - Rusiya informasiya telekanalına müsahibə vermişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 8-də Ümumrusiya Dövlət Teleradio Verilişləri Yayım Şirkətinin "Rossiə-24" - Rusiya informasiya telekana... | ANL |
Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində "Qadınlar - mədəniyyətlərarası dialoqun əsas təmsilçiləri" mövzusunda sessiya keçirilmişdir. Aprelin 8-də Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu öz işini davam etdirmişdir. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməraml... | ANL |
Əhalinin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsi üzrə yaranmış borcların silinməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Fərmanı. Son illərdə respublikamızın yaşayış məntəqələrində əhalinin içməli su ilə təminatının və bununla bağlı xidmətlərin yaxşılaşdırılması istiqamətində mühüm tədbi... | ANL |
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsi haqqında Əsasnamənin, idarənin strukturunun təsdiq edilməsi və aparatının işçilərinin say həddinin müəyyən edilməsi barədə. Azərbaycan Respublikası Prezidentinin Fərmanı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəs... | ANL |
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin Strukturu. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 8 aprel tarixli fərmanı ilə təsdiq edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin aparatı. | ANL |
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsi haqqında Əsasnamə. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 8 aprel tarixli fərmanı ilə təsdiq edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsi (bundan sonra - İ... | ANL |
Radikal müxalifətin antimilli fəaliyyəti kəskin pislənildi. Milli Məclisin iclasında. Aprelin 8-də Azərbaycan Respublikası Milli Məclisinin növbəti plenar iclası keçirildi. Gündəlikdəki məsələlərə keçməzdən əvvəl deputatlar radikal müxalifətin aprelin 2-də Bakı şəhərində icazə verilməmiş yerlərdə mitinq keçirmək və sün... | ANL |
Nazirlər Kabineti yeni qərarlar qəbul etmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabineti bir sıra yeni qərarlar qəbul etmişdir. Yeni qərarlarla Nazirlər Kabineti "Büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda tədris məşğələlərinin aparılmasına cəlb edilən işçilərin əməyinin saathesabı ödənilməsi məblə... | ANL |
Türkiyə Prezidenti Abdullah Gül Azərbaycanın müdafiə nazirini qəbul etmişdir. Türkiyə Prezidenti Abdullah Gül Azərbaycanın müdafiə naziri general-polkovnik Səfər Əbiyevin başçılıq etdiyi nümayəndə heyətini Çankaya köşkündə qəbul etmişdir. Səfər Əbiyev Azərbaycan Prezidenti İlham Əliyevin səmimi salamlarını Türkiyənin d... | ANL |
Azərbaycanın və Türkiyənin müdafiə nazirinin görüşü. Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyevin başçılıq etdiyi nümayəndə heyəti Türkiyə Respublikasının müdafiə naziri Vəcdi Gönülün dəvəti ilə Ankarada səfərdədir. Türkiyə Müdafiə Nazirliyində Səfər Əbiyevin və Vəcdi Gönülün görüşü olmuşd... | ANL |
Fransa Azərbaycan ilə hüquqi əməkdaşlığın inkişafında maraqlıdır. Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edən Fransanın sabiq ədliyyə naziri, Avropa Parlamentinin deputatı xanım Rəşidə Dati aprelin 8-də Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədovla görüşmüşdür. Ədliyyə Nazirliyinin mətbuat xidmətindən Az... | ANL |
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Rusiya Federasiyası Federasiya Şurasının sədr müavini Svetlana Orlova ilə görüşmüşdür. Aprelin 8-də "Gülüstan" sarayında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyev... | ANL |
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Belçika Parlamentinin fəxri prezidenti Anna Marie Lizin ilə görüşmüşdür. Aprelin 8-də "Gülüstan" sarayında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva Bakıda keçir... | ANL |
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva İSESKO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri ilə görüşmüşdür. Aprelin 8-də "Gülüstan" sarayında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva Bakıda keçi... | ANL |
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva "Gürcüstan-Azərbaycan Dostluq Evi"nin rəhbəri Giuli Alasaniya ilə görüşmüşdür. Aprelin 8-də "Gülüstan" sarayında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva Bakıda... | ANL |
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Tatarıstanın Baş nazirinin birinci müavini Zilya Valeyeva ilə görüşmüşdür. Aprelin 8-də "Gülüstan" sarayında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva Bakıda keç... | ANL |
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Paris şəhərinin yeddinci rayonunun meri, Avropa Parlamentinin üzvü Rəşidə Dati ilə görüşmüşdür. Aprelin 8-də "Gülüstan" sarayında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xan... | ANL |
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva YUNESKO-nun keçmiş baş direktoru Koişiro Matsuura ilə görüşmüşdür. Aprelin 8-də "Gülüstan" sarayında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva Bakıda keçirilən Ü... | ANL |
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Rumıniyanın mədəniyyət nazirinin müavini İrina Calal Marin ilə görüşmüşdür. Aprelin 8-də "Gülüstan" sarayında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva Bakıda ke... | ANL |
Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində "Qadınlar - mədəniyyətlərarası dialoqun əsas təmsilçiləri" mövzusunda sessiya keçirilmişdir. Sonra sessiyanın digər həmsədri, YUNESKO-nun mədəniyyət və mədəniyyətlərarası dialoq şöbəsinin direktoru Katerina STENOU çıxış edərək YUNESKO-nun xoşməramlı səfiri Mehriba... | ANL |
Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində "Texnologiya, sosial media və jurnalistikanın mədəniyyətlərarası münasibətlərə təsiri" mövzusunda seminar. Aprelin 8-də Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində "Texnologiya, sosial media və jurnalistikanın mədəniyyətlərarası münasibətlərə tə... | ANL |
Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Dialoq - dünya dinləri arasında və onların sırasında” mövzusunda ikinci paralel seminar. Aprelin 8-də Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Dialoq - dünya dinləri arasında və onların sırasında” mövzusunda ikinci seminar keçirilmişdir. AzərTAc x... | ANL |
Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində bir sıra təşəbbüslər və layihələr təqdim olunmuşdur. Aprelin 8-də Bakıda öz işini davam etdirən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində mədəniyyətlərarası dialoqu və əməkdaşlığı gücləndirən konkret təşəbbüslərin və layihələrin təqdimatı olmuşdur. A... | ANL |
Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində İSESKO ilə TÜRKSOY arasında əməkdaşlıq haqqında protokol imzalanmışdır. Aprelin 8-də Bakıda öz işini davam etdirən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində İSESKO ilə TÜRKSOY arasında əməkdaşlıq haqqında protokol imzalanmışdır. AzərTAc xəbər verir k... | ANL |
Bakı forumu çərçivəsində Avropa Şurası və Avropa Komissiyasının "Mədəniyyətlərarası şəhərlər" birgə proqramı təqdim edilmişdir. Aprelin 8-də Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Avropa Şurası və Avropa Komissiyasının "Mədəniyyətlərarası şəhərlər" birgə proqramı təqdim edilmişdir. Azə... | ANL |
Azərbaycan və Bolqarıstan arasında mədəniyyət sahəsində qarşılıqlı əməkdaşlığa dair saziş imzalanmışdır. Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edən Bolqarıstanın mədəniyyət naziri Vejdi Rəşidov aprelin 8-də Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə görüşmüşdür. AzərTAc xəbər verir ki, g... | ANL |
Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun bağlanış mərasimi olmuşdur. Aprelin 8-də “Gülüstan” sarayında Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun bağlanış mərasimi olmuşdur. Mərasimdə Britaniya Şurasının mədəni əlaqələr üzrə “Counterpoint” elmi-araşdırma mərkəzinin direktoru xanım Katrin... | ANL |
Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində "Qadınlar-mədəniyyətlərarası dialoqun əsas təmsilçiləri" mövzusunda sessiyanın ikinci hissəsi keçirilmişdir. Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində "Qadınlar-mədəniyyətlərarası dialoqun əsas təmsilçiləri" mövzusunda sessiyanın ikinci hissəsi keçir... | ANL |
Bakı Forumu çərçivəsində Beynəlxalq Konfransın "Müasir dünyada dialoq fəlsəfəsinin dərkinə dair" mövzusunda "dəyirmi masa". Aprelin 8-də Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Beynəlxalq Konfransın "Müasir dünyada dialoq fəlsəfəsinin dərkinə dair" mövzusunda "dəyirmi masa"sı keçirilmişdir. AzərTAc xəbə... | ANL |
Bakı Forumu çərçivəsində təşkil edilmiş "Ən yaxşı fotoşəkil" müsabiqəsinin qalibləri mükafatlandırılmışlar. Xəbər verdiyimiz kimi, Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ərəfəsində dünya xalqları və müxtəlif sivilizasiyalar arasında "Mədəniyyətlərarası dialoq mövzusunda ən yaxşı fotoşəkil" müsabiqə... | ANL |
Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası olmuşdur. F.Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı üzrə növbəti açıq məhkəmə iclası olmuşdur. İclasda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Cəzaların İcrası Məcəlləsinin... | ANL |
Bakıda onkologiya problemlərinə həsr olunmuş Azərbaycan-İtaliya elmi forumu keçirilmişdir. Azərbaycan Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzində onkologiya xidmətinin təşkili, bədxassəli şişlərin profilaktikası, diaqnostikası və müalicəsi məsələlərinə həsr olunmuş Azərbaycan-İtaliya elmi forumu keçirilmişdir. For... | ANL |
Azərbaycan, Qazaxıstan, Türkiyə və Tacikistan ATƏT-də amerikalı keşiş tərəfindən Quranın yandırılması ilə əlaqədar Birgə Bəyanatla çıxış etmişlər. Aprelin 7-də Qazaxıstan, Azərbaycan, Tacikistan və Türkiyə nümayəndə heyətləri Vyanada Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) daimi şurasının 857-ci iclası... | ANL |
AzərTAc-da görüş. Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edən əcnəbi jurnalistlərin bir qrupu - Bolqarıstan Teleqraf Agentliyinin (BTA) baş redaktoru Boris Xamalski, Ukraynanın Ukrinform agentliyinin xarici əlaqələr departamentinin rəhbəri Yaroslav Dovqopol və Argentinanın TELAM informas... | ANL |
Xalq hakimiyyətə tam etimad bəsləyir. Bakıda aparılan abadlıq, tikinti-quruculuq işləri sayəsində son illər şəhərin siması xeyli dəyişib, sakinlərinin sayı çoxalıb. Ümumiyyətlə, sürətli iqtisadi tərəqqi paytaxtın hərtərəfli inkişafı üçün imkan yaradıb. Bu inkişafın təməlində ölkə başçısının rəhbərliyi altında həyata ke... | ANL |
“Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə. Azərbaycan Respublikasının Qanunu. 17-ci maddənin ikinci hissəsi üçüncü hissə hesab edilsin və aşağıdakı məzmunda ikinci hissə əlavə edilsin: “Korrupsiya ilə bağlı cinayətlər üzrə cinayət işinin başlanmasını və ya istintaqın apar... | ANL |
“Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunu. I hissə aşağıdakı redaksiyada verilsin: “I. Əməliyyat-axtarış fəaliyyətini Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuş təhqiqat orqanları, k... | ANL |
“Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2011-ci il 18 mart tarixli 96-IVQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 28 oktyabr tarixli 138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Baş... | ANL |
“Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2011-ci il 18 mart tarixli 95-IVQD nömrəli Qanununun tətbiqi və “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsində əməliyyat-axtarış subyektlərinin səlahiyyət bölgüsü haqqında” Azər... | ANL |
Ümumdünya Forumu Bakının dialoq paytaxtı kimi çıxış etməyə ən layiqli şəhər olduğunu bir daha təsdiqləmişdir. Uğurla başa çatan Ümumdünya Forumu Bakının dialoq paytaxtı kimi çıxış etməyə ən layiqli şəhər olduğunu bir daha təsdiqləmişdir. Bu fikir Misirdə ərəb dilində nəşr olunan "Azərbaycan" jurnalının baş redaktoru və... | ANL |
Azərbaycan və İraq arasında mədəniyyət sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanmışdır. Bakıda öz işini uğurla başa çatdırmış Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində aprelin 9-da Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi və İraqın Mədəniyyət Nazirliyi arasında mədəniyyət sahəsində əməkdaş... | ANL |
Ümumdünya Forumu çərçivəsində "İslam dünyasının incəsənəti. Şərq və Qərb" mövzusunda sərginin təşkili və keçirilməsi şərtləri haqqında müqavilə imzalanmışdır. Aprelin 9-da Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Rusiya Dövlət Ermitajı, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi və Rüstəm... | ANL |
Beynəlxalq konfransın iştirakçıları memorandum qəbul etmişlər. Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Bakıda keçirilən "Mədəniyyətlərin müxtəlifliyi və müasir dünyada dialoq fəlsəfəsi" mövzusunda beynəlxalq konfransın son günündə Avropa və Asiya Fəlsəfə İnstitutları Beynəlxalq Assosiasiyası direktorlar... | ANL |
"Müasir dünyada mədəniyyətlərin müxtəlifliyi və dialoq fəlsəfəsi" mövzusunda Beynəlxalq konfransın növbəti "dəyirmi masa"sı keçirilmişdir. Aprelin 9-da Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində "Mədəniyyətlərin müxtəlifliyi və qloballaşma: stereotiplərdən azad olaraq və dialoq axtarışında... | ANL |
Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində MDB Ölkələrinin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu formatında tədbir keçirilmişdir. Aprelin 9-da "Gülüstan" sarayında Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində MDB Ölkələrinin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu formatında tədbir ... | ANL |
Yaroslav Dovqopol: Bakı Forumu mədəniyyətlərarası dialoqun dərinləşməsində mühüm rol oynayacaqdır. Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu bu prosesin dərinləşməsində mühüm rol oynayacaqdır. Ukrayna Milli İnformasiya Agentliyinin (Ukrinform) Xarici Əlaqələr departamentinin rəhbəri Yaroslav Dovqopol ... | ANL |
Dünyanın nüfuzlu Euronews televiziya kanalı Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ilə bağlı geniş reportaj yayımlamışdır. Dünyanın nüfuzlu Euronews televiziya kanalının Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun geniş coğrafiyada təbliği üçün əsas media tərəfdaşı kimi çıxış etm... | ANL |
Yeni Azərbaycan Partiyası ümumrespublika müşavirəsi keçirmişdir. AzərTAc xəbər verir ki, aprelin 9-da Yeni Azərbaycan Partiyası (YAP) rayon-şəhər təşkilatları sədrlərinin iştirakı ilə ümumrespublika müşavirəsi keçirmişdir. Müşavirəni açan YAP sədrinin müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov Prezident İ... | ANL |
Bakıda Sivilizasiyaların İttifaqı Uğrunda Qlobal Gənclər Hərəkatının birinci konqresi öz işinə başlamışdır. Aprelin 9-da Beynəlxalq Muğam mərkəzində BMT-nin Sivilizasiyaların İttifaqı Katibliyinin, Heydər Əliyev Fondunun, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfrans... | ANL |
Gəncənin əbədi simvolu. Nizami məqbərəsi yenidən qurulur. Gəncə şəhəri yenidən qurulur. Hər yanda qızğın iş gedir. Evlərin dam örtükləri təzələnir. Qeyri-qanuni tikilən obyektlər, yöndəmsiz artırmalar sökülür. Küçələr, yollar sahmana salınır, səkilər düzəldilir, istinad divarları çəkilir, ağac və gül kolları əkilir. Üç... | ANL |
Tərəqqinin, inkişafın ünvanı: QUSAR. "Şimal qapısı" böyük turizm mərkəzinə çevrilir. "Şahdağ" kurort mərkəzi dünya səviyyəli mərkəzə çevriləcəkdir. Dünyada hazırda mövcud olan ən qabaqcıl, ən populyar kurort yerlərindən geri qalmamalıdır və qalmayacaqdır. Beləliklə, bu, ölkəmizə həm yeni investisiyalar gətirəcək, həm d... | ANL |
Aviasiya həvəskarlarına ərməğan. Hazırda Heydər Əliyev Beynəlxalq Hava Limanında fəaliyyət göstərən aerovağzal komleksinin yaşı o qədər də çox deyil. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə tikilən və iştirakı ilə açılışı olan bu nəhəng kompleks 1999-cu il oktyabrın 1-də istifadəyə verilmişdir. O zaman beynəlxalq stand... | ANL |
Yaxud Avrasiya necə tanınmışdı. Bildiklərimiz haqqında bilmədiklərimiz. Elə vaxt gəldi ki, Altayda həddən arıq insan sıxlığı yarandı. Torpaq hamını ərzaqla təmin edə bilmədiyindən gözlər uzaqlara dikildi. Oradan dünyanın dörd tərəfinə yollar uzanırdı. Çox götür-qoydan sonra türk xalqları stepə (çöl) doğru köç etməyi qə... | ANL |
Azərbaycan Prezidenti İlham Əliyev Suraxanı rayonunun Bülbülə, Binəqədi rayonunun Biləcəri qəsəbələrində və Sulutəpə yaşayış sahəsində görülən abadlıq və quruculuq işləri ilə tanış olmuşdur. Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Şəhər İcra Hakimiyyətində şəhərətrafı qəsəbələrin ... | ANL |
Azərbaycan Prezidenti İlham Əliyevin Ümumrusiya Dövlət Teleradio Verilişləri Yayım Şirkətinin "Rossiya-24" -Rusiya informasiya telekanalına müsahibəsi. Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ümumrusiya Dövlət Teleradio Verilişləri Yayım Şirkətinin "Rossiya-24" - Rusiya informasiya tele... | ANL |
Fuad Ələsgərov: "Prokurorluq və Əməliyyat-axtarış fəaliyyəti haqqında qanunlara dəyişikliklər korrupsiyaya qarşı mübarizənin daha səmərəli təşkilini nəzərdə tutur". Azərbaycan Prezident Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən "Pro... | ANL |
YAP gəncliyin siyasi istinadgahıdır. Partiyanın Nərimanov rayon təşkilatında keçirilən mərasimdə YAP-ın sıralarına 200-dən artıq gənc üzv qəbul olundu. Azərbaycanın yeni tarixində ictimai-siyasi proseslərin inkişaf axarını müəyyənləşdirən əsas qüvvə kimi çıxış edən Yeni Azərbaycan Partiyası (YAP) formalaşdığı gündən in... | ANL |
Milli maraqlara qənim kəsilənlər. Yaxud "ərəb küləyi" Azərbaycanda niyə əsə bilməz. Müstəqilliyinin 20-ci ildönümünü yaşayan Azərbaycan xalqı ötən zaman kəsiyində çox böyük dəyişikliklərin, yeniliklərin şahidi olsa da, aqressiv müxalifətin bugünlərdəki zorakı davranışları onun üçün qətiyyən yeni deyil! Ölkə daxilində b... | ANL |
Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun Azərbaycanda keçirilməsi bu ölkə üçün çox böyük uğurdur. Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun Azərbaycanda keçirilməsi bu ölkə üçün çox böyük uğurdur. Bu fikri Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) sədri Mövlud Çavuşoğlu bu qurumun aprelin 11-də öz işinə ... | ANL |
Mənim təsəvvürümdə Azərbaycan nəinki Yaxın Şərqin, hətta Avropanın ən gözəl ölkələrindən biridir. Gənc olmağıma baxmayaraq, indiyədək dünyanın bir çox ölkələrini gəzmişəm. Azərbaycana isə ilk dəfədir ki, gəlmişəm. İlk baxışdan elə fikirləşirdim ki, burada müsəlmanlar yaşadığından daha çox ənənəvi Şərq ölkələrindən biri... | ANL |
Avropa Şurasının mədəniyyət, mədəni və təbii irs üzrə direktoru Robert Palmer Qəbələdə olmuşdur. Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edən Avropa Şurasının mədəniyyət, mədəni və təbii irs üzrə direktoru Robert Palmer ölkəmizə səfəri çərçivəsində Qəbələdə olmuşdur. AzərTAc xəbər verir k... | ANL |
Bakıda keçirilən Sivilizasiyaların İttifaqı Uğrunda Qlobal Gənclər Hərəkatının (SİQGH) birinci konqresi aprelin 10-da başa çatmışdır. Qırx ölkədən 100-dən çox gəncin iştirak etdiyi konqresdə hərəkatın fəaliyyət mexanizmləri, beynəlxalq təşkilatlarla əməkdaşlıq, xüsusilə mədəniyyətlərarası fobiya zəminində baş verən mün... | ANL |
İCAO: Azərbaycanın rəsmi mövqeyi nəzərə alınmadan Dağlıq Qarabağ ərazisində heç bir hava limanı sərnişinlərin istifadəsinə verilə bilməz. Azərbaycanın rəsmi mövqeyi nəzərə alınmadan Dağlıq Qarabağ ərazisində heç bir hava limanı sərnişinlərin istifadəsinə verilə bilməz. AzərTAc xəbər verir ki, bu barədə məlumatı "Mediam... | ANL |
Avropa Şurasında Ermənistanın törətdiyi təhlükələr haqqında yeni sənəd qəbul olunmuşdur. Avropa Şurası Parlament Assambleyasının yaz sessiyasının ilk günündə Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynovun hazırladığı yeni sənəd katiblik tərəfindən qəbul olunaraq yüksək tirajla nəşr edilmişdir. Bu sənəd Yaponiyad... | ANL |
Ermənistan prezidentinə və ictimaiyyətinə verilmiş həqiqi tarix dərsi. Erməni millətçilərinin etnik təmizləmə və soyqırımı siyasətinin nəticələrini bütövlükdə iki milyon azərbaycanlı müxtəlif vaxtlarda öz üzərində hiss etmişdir. "Böyük Ermənistan" xülyası ilə yaşayan bədnam qonşularımız xarici havadarlarının köməyi ilə... | ANL |
Əgər Davos dünyada iqtisadi forumların keçirildiyi bir şəhər kimi tanınırsa, Bakı da artıq möhtəşəm mədəniyyət tədbirlərinə ev sahibliyi edən bir məkan kimi məşhurdur. Əgər Davos dünyada iqtisadi forumların keçirildiyi bir şəhər kimi tanınırsa, Bakı da artıq möhtəşəm mədəniyyət tədbirlərinə ev sahibliyi edən bir məkan ... | ANL |
Prezidentin qayğısı Ağdamda təhsilin inkişafına təkan verir. Ümummilli lider Heydər Əliyevin müstəqil, hüquqi və demokratik dövlətimizin işıqlı gələcəyi, xalqımızın daha xoş və firavan həyatı üçün böyük bir dövrə hesablanmış siyasi kursunun uğurlarını həyatımızın bütün sahələrində aydın şəkildə hiss edirik. Bu siyasi k... | ANL |
Yol düzgün seçiləndə istənilən möcüzəni yaratmaq olar. "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü haqqında" ölkə başçısı İlham Əliyevin imzaladığı 21 yanvar 2011-ci il tarixli sərəncamda dövlət müstəqilliyinin bərpasının 20 illik yubileyi ölkəmizin həyatında müstəsna əhəmiyyət daşı... | ANL |
İsmayıllı sənətkarlıq paytaxtıdır. Azərbaycanın axar-baxarlı bölgələrindən olan İsmayıllı inzibati rayon kimi 1931-ci ilin noyabr ayında təşkil olunub. Artıq neçə illərdir ki, İsmayıllı rayonu da uğurlu inkişaf dövrünü yaşayır. Ölkə Prezidenti İlham Əliyev 2009-cu ilin oktyabr ayında rayona səfəri zamanı görülən işlərl... | ANL |
Hər kəsin üzünə açılan qapı. Azərbaycan Televiziyası və Radiosunun əməkdaşları Həmkarlar İttifaqı Komitəsinin sədri Sərhəd Qasımovu təkcə hüquqlarının müdafiəçisi, mədəni kütləvi tədbirlərin təşkilatçısı kimi deyil, özlərinin yaxın dostu, təəssübkeşi, sirdaşı kimi də tanıyır, xətrini əziz tuturlar. Yarım əsrlik əmək bi... | ANL |
Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2011-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclası keçirilmişdir. Aprelin 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2011-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının... | ANL |
Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2011-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclası keçirilmişdir. Dövlət Neft Fondundan büdcəyə 1 milyard 330 milyon manat vəsait transfert edilmişdir. 2011-ci il dövlət büdcəsinin gəlirləri üzrə faktiki daxil olan vəsaitdə... | ANL |
Azərbaycan Prezidenti İlham Əliyevin yekun nitqi. - İlin birinci rübündə görülmüş işlər göstərir ki, ölkə iqtisadiyyatı uğurla inkişaf edir, sosial məsələlər öz həllini tapır, hər bir sahə üzrə konkret proqramlar vardır. Hökumət üzvləri isə öz vəzifələrini bilirlər və vəzifə borcunu icra edirlər. Dünyada gedən proseslə... | ANL |
Azərbaycan Prezidenti İlham Əliyev İordaniyanın sənaye və ticarət naziri, Azərbaycan-İordaniya Hökumətlərarası birgə komissiyanın həmsədri Hani Əl-Mulkinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. Dövlətimizin başçısı Azərbaycan ilə İordaniya Haşimilər Krallığı arasında yüksək səviyyədə siyasi əlaqələrin oldu... | ANL |
Azərbaycanın Baş naziri İordaniyanın nümayəndə heyəti ilə görüşmüşdür. Aprelin 12-də Azərbaycanın Baş naziri Artur Rasizadə İordaniya Haşimilər Krallığının sənaye və ticarət naziri Hani Əl-Mülkinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür. İordaniyanın Azərbaycana dost ölkə olduğunu diqqətə çatdıran Artur Rasiz... | ANL |
Belarus Respublikasının Prezidenti zati-aliləri cənab Aleksandr Lukaşenkoya. Hörmətli Aleksandr Qriqoryeviç! Minsk metropolitenində terror aktı nəticəsində çoxsaylı insan tələfatı haqqında xəbər məni dərindən sarsıtmışdır. Biz terrorizmi onun bütün formalarında və təzahürlərində qətiyyətlə pisləyirik. Azərbaycan xalqı ... | ANL |
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Xarici İşlər Nazirliyinə çağırılmışdır. Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin rəhbəri, səfir Roland Kobia aprelin 11-də Azərbaycanın Xarici İşlər Nazirliyinə dəvət olunmuşdur. Nazirliyin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, cari il aprelin 7... | ANL |
Azərbaycanın ictimai həyatında, eləcə də YAP-ın fəaliyyətində gənclərin rolu böyükdür. Aprelin 12-də Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatında partiyanın şəhər və rayon təşkilatları gənclər birliklərinin rəhbərləri ilə görüş keçirilmişdir. YAP sədrinin müavini - icra katibi, Milli Məclisin deputatı Əli Ə... | ANL |
Sumqayıtda Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının ümumi yığıncağı olmuşdur. Sumqayıtda kimyaçıların Üzeyir Hacıbəyli adına mədəniyyət sarayının konfrans zalında Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının (AŞBMA) illik ümumi yığıncağı keçirilmişdir. Yığıncaqda dövlət qurumlarının nümayəndələri ... | ANL |
Azərbaycan Respublikası Hökuməti və İordaniya Haşimilər Krallığı Hökuməti arasında ticarət, iqtisadi və texniki əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 2-ci iclası keçirilmişdir. Aprelin 12-də Azərbaycan Respublikası Hökuməti və İordaniya Haşimilər Krallığı Hökuməti arasında ticarət, iqtisadi və texniki əməkdaşlıq... | ANL |
Azərbaycan və İordaniya iş adamları arasında işgüzar görüş keçirilmişdir. Aprelin 12-də Bakı Biznes Mərkəzində İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AzPROMO) və İordaniya Sahibkarlığın İnkişafı Cəmiyyətinin (JEDCO) təşkilatçılığı ilə Azərbaycan və İordaniya iş... | ANL |
Azərbaycanlı deputatlar Avropa Şurasının baş katibinə suallar vermişlər. AŞ PA yaz sessiyasının birinci iş gününün ikinci yarısında Avropa Şurasının (AŞ) baş katibi T.Yaqlandın hesabat məruzəsi dinlənilmiş, daha sonra isə müxtəlif ölkələrdən olan deputatlar ona suallar vermişlər. Azərbaycan nümayəndə heyətinin üzvləri ... | ANL |
Əli Həsənov: "Həmsədrlər ya irəliləyişə nail olmalı, ya da geri çəkilməlidirlər". Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov AZADİNFORM-un suallarını cavablandırıb. - Əli müəllim, ATƏT-in Minsk qrupunun regiona növbəti səfəri başlayır. Bu, sıradan bir səfər olacaq, yoxsa münaqiş... | ANL |
Euronews telekanalının efirində mədəniyyətlərarası dialoq üzrə Bakıda keçirilmiş ümumdünya forumu haqqında veriliş göstərilmişdir. Bu günlərdə Bakıda mədəniyyətlərarası dialoq üzrə ümumdünya forumu başa çatmışdır. Bu nüfuzlu forumun əsas ideyası mədəniyyətlər arasında dialoqun zəruri olmasıdır. Forumun işində görkəmli ... | ANL |
“Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə. Azərbaycan Respublikasının Qanunu. İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti. | ANL |
“Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə. Azərbaycan Respublikasının Qanunu. İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti. | ANL |
“Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə. Azərbaycan Respublikasının Qanunu. İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti. | ANL |
Azərbaycan Respublikası Prezidentinin Fərmanı. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2010-cu il 30 sentyabr tarixli 1082-IIIQD nömrəli Qanununa uyğun olaraq qərara alıram: 1. İstehlakçıların hüquqlarının müdafiəsini təmin etmək... | ANL |
Bakı şəhəri Binəqədi rayonunun Biləcəri və Xocasən qəsəbələrinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: 1. Binəqədi rayonunun Bilə... | ANL |
"Konstitusiya Məhkəməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2011-ci il 18 mart tarixli 93-IVQD nömrəli qanununun tətbiqi haqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini r... | ANL |
"Yeyinti məhsulları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2011-ci il 4 mart tarixli 82-IVQD nömrəli qanununun tətbiq edilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndi... | ANL |
"Dərman vasitələri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2011-ci il 4 mart tarixli 84-IVQD nömrəli qanununun tətbiq edilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndin... | ANL |
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının layihəsini hazırlayan işçi qrupunun yaradılması haqqında sərəncam imzalamışdır. 17 nəfərdən ibarət işçi qrupunun rəhbəri Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdi... | ANL |
Türkiyənin Cihan agentliyinin Moskva müxbiri Azərbaycan Prezidentinin "Rossiya-24" telekanalına müsahibəsi barədə geniş şərhi qardaş ölkədə yaymışdır. Xəbər verildiyi kimi, Azərbaycan Prezidenti İlham Əliyev Ümumrusiya Dövlət Teleradio Verilişləri Yayım Şirkətinin "Rossiya-24" telekanalına müsahibə vermişdir. AzərTAc x... | ANL |
Sivilizasiyalararası ünsiyyətin məkanı. Fərəh doğuran amildir. Bu gün Azərbaycan iqtisadi, siyasi, elmi, mədəni inkişafı ilə elə bir zirvəyə yüksəlib ki, ölkəmiz sadəcə coğrafi mövqeyinə görə deyil, həm də qloballaşan dünyada tutduğu əzəmətli yerinə görə Şərqlə Qərb, Şimalla Cənub arasında körpüdən çox təmas nöqtəsi, g... | ANL |
Əbdüləziz əl-Tüveycri: Hər iki ildən bir Bakıda keçiriləcək Forum mədəniyyətlərarası dialoqun genişləndirilməsinə böyük töhfə verəcəkdir. Bakı Forumu müasir dünyanın mədəni həyatında son dərəcə mühüm hadisə oldu. Forumun mədəniyyətlərarası dialoq mövzusunu daim diqqət mərkəzində saxlayan, bu problemlərlə maraqlanan, di... | ANL |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.