text stringlengths 20 1.45M | source stringclasses 10
values |
|---|---|
Qaranlığı yara-yara üzü Qarabağa doğru şütüyən maşının sürətinin fərqində deyildim. Unudulmaz, əvəz edilməz Yaqub Məmmədova qulaq asırdım. Ey geyib gülgün dəmadəm. əzmi-cövlan eyləyəm, Hər tərəf cövlan edib, döndükcə yüz qan eyləyən. bəzmi-vüsalından müdam, Qeyri xani-iltifati üzrə mehman eyləyən. Mən bəlkə də Yaqubun ... | ANL |
tük basmış üzüm kimidi, giləsin quşlar aparan. Durub səni gözlədiyim. köhnə xalı tək süzülüb, axtarma yazıq cığırı, cığır həsrətdən üzülüb. Təklikdən darıxan yolu. durnalar aparıb gedib, saxlayıb biz gələn yaza. payızdan qoparıb gedib. Əllərim səmanın ətəklərində, əllərim zamanın tətiklərində, bu sonsuz yolların harası... | ANL |
KƏDƏRLƏNMƏ, KÖNLÜM. Kədərlənmə, könlüm, qəm vaxtı deyil. Dünya zülmətlərin paytaxtı deyil, İynənin ucunda işıq var hələ. Hələ günəşlərin ruhu oyaqdı, Yağışlar səpilib sünbül olar ki. Bu yaz gecəsindən ömrün bu vaxtı. Bir ulduz istəsəm görən nolar ki... Hələ qarşıdadı keçəsi yollar, Xalça yamacların şehli çöhrəsi. Sellə... | ANL |
Ağacların söhbəti. Məncə, Yer üzündə bəşər övladı olmayanda dünya başdan-başa bir ağaclıq, meşəlik imiş. Bəlkə də, uşaqlığım ağacların altında keçdiyindən, ya da budaqlarında meyvələrindən yeyə-yeyə budaq-budaq böyüdüyümdəndir bu... Çox zaman qardaş-bacımla hərəmiz bir ağaca çıxardıq, bir-birimizə səslənərdik, suallar ... | ANL |
Beşinci yuxu: Pamuk mənə hansı kitabları və niyə verdi? Bu haqda “Ədəbi söhbətlər”də ətraflı yazmışam. İndi yazmadıqlarımı qısaca yada salmaq istəyirəm. Xatırlayıram, həmin günlərin birində “Avropa” otelində ziyafətdəykən həmkarı, digər böyük türk yazıçısı Yaşar Kamalla müqayisə olunmasından necə narahatlıq keçirmişdi.... | ANL |
Keçən ilin payızında şairlər Vətəni Koktebeldə olarkən məşhur rus şairəsi Marina Svetayevanın həyatı və yaradıcılığı haqda çox dəyərli məlumatlar əldə etmişdim. Hələ gəncliyində Koktebeldə istirahət etdiyi zaman dostlaşdığı, dövrünün sevilən və sayılan şəxslərindən olan Maksimilian Voloşin, eləcə də onun vasitəsilə tan... | ANL |
“Dini tolerantlıq, qarşılıqlı ehtiram gündəlik həyat tərzimizdir”. HACI MİRƏZİZ SEYİDZADƏ: “TOLERANTLIQ DÖVLƏTÇİLİYİ MÖHKƏMLƏNDİRƏN, XALQIN BİRLİYİNİ VƏ SIRALARININ SARSILMAZLIĞINI TƏMİN EDƏN AMİLDİR”. – Dövlətin dini tolerantlıqla bağlı həyata keçirdiyi siyasət haqda düşüncələriniz necədir? – Azərbaycanın din sahəsind... | ANL |
Anar və Ramiz Həsənoğlunun “Sübhün səfiri” filmi haqqında qeydlər. Bu unudulmaz filmlərə baxanda, qeyri-ixtiyari rus kinematoqrafının korifeyləri Tarkovskinin, Gerasimovun düşündürən, insanda insan oyadan ekran əsərləri yada düşürdü. Heç də təsadüfi olmayan bu bənzərlik dünyəvi ənənələr üzərində gəlişən bir yolun davam... | ANL |
ANAR: “ “Sabah”ın rəhbəri kimi Ramiz Həsənoğlu böyük layihələr həyata keçirib. Ramiz Həsənoğluna minnətdaram ki, “Evləri köndələn yar”ı, “Nigarançılıq”ı çox böyük peşəkarlıqla və istedadla yaradıb”. BƏHRAM OSMANOV: “ “Sabah” mənə kamera ilə rəftar eləmək imkanı, teatrda olan məhdudluğu aradan qaldırmaq üçün kameranın v... | ANL |
Azərbaycanda peşə təhsilinin inkişafı. Texniki peşə təhsili ümumi təhsilin tərkib hissəsi olmaqla ölkənin sosial-iqtisadi inkişafına təkan verən aparıcı sahələrdən biri hesab olunur. Keyfiyyətli texniki peşə təhsili fərdin peşəkar sahədə elmi-texnoloji biliklərini genişləndirir. Bununla əlaqədar, dövlət səviyyəsində pe... | ANL |
Aşıq sənətinin memarı. Sinkretik aşıq sənəti çox şərəfli, şərəfli olduğu qədər də çətin, mürəkkəb və əzab-əziyyətli sənətdir. Bunun bir daha mədəni irsimizi məhəbbət və yüksək peşəkarlıqla xalqa təqdim edən, xalqın məhəbbətini qazanan “Mədəniyyət” kanalında musiqimizə, muğamlarımıza, xanəndə və tarzənlərimizə həsr olun... | ANL |
Güldürən və düşündürən “Ləyaqət düsturu”. Kitab həmişə insana lazım olur. Yaşadığımız həyatı kitabsız təsəvvür etmək çətindir. Çünki kitab bizə bilik verir, həyat yollarımızı nura boyayır, qaranlıqlara işıq salır. Amma etiraf edək ki, heç də kitabların hamısı belə deyil. Yuxarıda söylədiyimiz fikirlərlə bəzi kitablar ü... | ANL |
Yazıçı Əkrəm Əylisli ilə bağlı müzakirələri Almaniyadan izləməyə çalışıram. Təbii ki, sadəcə, Azərbaycandakı müzakirələri deyil, Avropadakı, özəlliklə erməni diasporasının yabançı dillərdə yazdıqları qəzetlərə də baxıram. Əkrəm Əylislinin tək tərəfli fikirlərlə qələmə aldığı roman üzərindən aparılan müzakirələrin getdi... | ANL |
Novruz Məmmədov : “Dünyada heç zaman bugünkü qədər amansız, qəddar mübarizə yaşanmayıb”. Prezident Administrasiyasının (PA) Beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovun “525”-ə müsahibəsi. “...Füle qərəzli addımları ilə Azərbaycan-Avropa İttifaqı münasibətlərinə kölgə sala bilər”. -Novruz müəllim, “İsmayıllı ... | ANL |
Ağdamın birinciləri. Qarabağla bağlı araşdırmaları, xüsusəndə Ağdam şəhərinin son yüzillik inkişafına həsr etdiyim tədqiqatla bağlı elmi mənbə və arxiv materialları ilə tanış olmaqla yanaşı, yerli sakinlərlə görüşür, “ruhlar şəhərini” heç olmasa virtual olaraq gəzirəm. Bu müddət ərzində rastlaşdığım ən ağır, bəlkədə də... | ANL |
Ötən gün Azərbaycan Yazıçılar Birliyində (AYB) II Gənc Ədiblər Məktəbinin (GƏM) təsis olunması münasibətilə tədbir keçirilib. 525.az-ın məlumatına görə, AYB-nin katibi, GƏM-in rəhbəri Rəşad Məcid tədbiri açaraq, Məktəbin yaranma tarixindən, ənənələrindən, istedadlı yetirmələrindən söz açıb: “2008-2010-cu illərdə Mədəni... | ANL |
Nəsr dilinin şeiriyyəti monoqrafik araşdırma obyekti kimi. İsmayıl Şıxlı Azərbaycan ədəbiyyatı tarixində xüsusi mövqeyə malik sənətkarlardandır. Onun sənət taleyinin müəyyənləşməsində “Dəli Kür” romanının müstəsna mövqeyi vardır. “Dəli Kür” həm də Azərbaycan romanının tarixində yeni bir mərhələnin başlanğıcıdır. Sosrea... | ANL |
Bir neçə günlük istirahət üçün Gədəbəyə getməyi qərarlaşdırdıq. Uzaq yola maşın sürə bilmədiyim üçün böyük qardaşımın oğlu İmrandan xahiş etdim ki, mənim maşınımı sürsün. Bu təklifi İmran böyük məmnuniyyətlə qəbul etdi. Yolda gedərkən İmrandan harada yaxşı odun peçi düzəldildiyini soruşdum. İmran gülümsünərək soruşdu: ... | ANL |
Dinlərarası dialoqun əsas məqsədi bu sahədə fundamental ziddiyyətlərə yol verməməkdir. Dinlərarası, xüsusilə dünyanın on böyük dinlərindən olan islamla xristianlıq arasında dialoq məsələsi hələ XIX əsrin ortalarından etibarən gündəmə gəlsə də, yalnız keçən əsrin 50-60-cı illərindən başlayaraq konkret məzmun kəsb edib. ... | ANL |
Aşıq musiqisi haqqında ilk fundamental dərslik. Əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, “Musiqi dünyası” və “Harmony” beynəlxalq elektron jurnallarının baş redakoru, bəstəkarların yaradıcılığına və musiqi tədrisinə dair onlarla saytın müəllifi Tariyel Mə... | ANL |
Ürəyim mənə hər şeyi xəbər verir... Bəzən qınayırlar, bəzən şübhəynən baxırlar mənə. Heç özüm də xəbər tutmuram ondan. Birdəfəlik, həmişəlik... Sabah olacaq, poçtalyon qəzetləri gətirəcək. Məndən qabaq iş yoldaşım götürüb öz otağına aparacaq... Bir də günortadan sonra qəzetləri açacağam. Və... “Ədalət” qəzetinin birinc... | ANL |
Faiq Sücəddinovun müəllif konserti ilə bağlı təəssüratlar. Bu il fevral ayının 8-də Azərbaycan Bəstəkarlar İttifaqının təşkilatçılığı ilə Xalq artisti, “Şöhrət” ordenli bəstəkar və pianoçu Faiq Sücəddinovun yaradıcılığına həsr olunmuş müəllif konserti keçirildi. Konsert Azərbaycan Bəstəkarlar İttifaqının Üzeyir Hacıbəy... | ANL |
Milli bədii təhsilin təntənəsi. Bu il 90 illik yubileyinə hazırlaşdığımız mədəniyyət və incəsənətimizin məbədgahı olan Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti sintetik xarakterli ali təhsil ocağıdır. Bədii, yaradıcı və elmi düşüncələrin üzvi sintezi bu təhsil ocağının gözəçarpan özəlliyini müəyyənləşdiri... | ANL |
C.Cabbarlı. Turan nədir? “Ergenəkon” işığında. Turan nədir? körpələrin beşiyi. Turan nədir? Turan nədir? uca şanı-şərəfi. Turan nədir? Əbədiyyət, uzun yolun yolçusu, Sabahları açmaq üçün. Xoş xəbərin elçisi. Turan nədir? Göy üzünün. Göyə sığmaz işığı. Sönməz Ayı, ulduzu, dünyanın yaraşığı! Turan nədir? Sevgimizin solma... | ANL |
Böyük şəxsiyyətlər bütün dünyaya məxsusdur. Rusiya imperatriçası Deni Didronu ölkəsinə dəvət etdi və gəlib çıxanda ona təlqin etdi ki, “adamla adam kimi” mülayim qaydada danışaq. Didro bunu etdi və uzağa gedən siyasi və maliyyə islahatları barədə məsləhətlər verdi. Lakin Yekaterinanın maarifçilik islahatı bədbincəsinə ... | ANL |
Oralarda kimlər var: Əhməd Şimşirgil- İskəndər Pala. Gər dersə Füzuli ki gözəllərdə vəfa var. Aldanma ki, şair sözü əlbəttə yalandır. Son illər türk ədəbiyyatının məşhur ədəbiyyat və romançısı prof. dr. İskəndər Pala yeni tarixi bir romanı ilə oxucuların görüşünə gəldi.Romanın ana qəhrəmanlarının Yavuz Sultan Səlim, Şa... | ANL |
Müşfiqin 3G proqnozu. Məsələ ayrılığı nə cür yaşamaqda, necə öldürməkdədi... Onsuz da özlüyündə çox avara, çox namərd vəziyyətdir ayrılıq. Ağlı kəsən, ürəyi döyünən hər adam üçün belədir. Şairin ayrılıq çəkməyi, tamarzı qalmağı isə lap qəliz situasiyadır. Dünya nədir, lap qalaktikanı ovuc içində gətirib versən də, bu d... | ANL |
Telefonun dəstəyindən yüz adamın səsi arasından seçilə bilən gur, qalın səsi qulağımdan daşıb, işlədiyim otağın boşluğuna töküldü: – Ə, nə var, nə yox, haralarda itib batmısan, görünüb eləmirsən... Mən hələ rayonda yaşayanda bir-iki dəfə bəzən tək, bəzən də şair tay-tuşları ilə Tovuza oxucularla görüşə gələndə bir yerd... | ANL |
Şeyx İbrahim Gülşəni Bərdəi-ən uzunömürlü klassik şairimiz. Ölkəmiz müstəqilliyinə qovuşduqdan sonra istər bizdəki əlyazmalarımızın tədqiqi intensivləşmiş, istərsə də dünyanın ən müxtəlif kitabxana və muzeylərində qorunan yazılı abidələrimizin surətlərinin əldə edilməsi, araşdırılması, nəşri əvvəlki dövrlərlə müqayisə ... | ANL |
Məhəmməd Əmin Rəsulzadə.Əsərləri. Araşdırıb toplayanı, ərəb əlifbasından latın qrafikasına çevirəni, ön sözün müəllifi, lüğətin tərtibçisi Şirməmməd HÜSEYNOV. Dünki sayımızda Petroqradda oxuyan ali məktəblər tələbələrinin “Şura” məcmuəsinə göndərdikləri məktubları dərc olunub. Bu xüsusda Rzaələddin Fəxrəddin həzrətləri... | ANL |
Azərbaycanda dini və etnik tolerantlıq: fəlsəfi-psixoloji aspektdən baxış. Müsahibimiz görkəmli filosof, Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Səlahəddin Xəlilovdur. Söhbətimizin məğzini Azərbaycanda dini və etnik tolerantlığın tarixinə, mərhələlərinə fəlsəfi-psixoloji aspektdən baxış təşkil edir. – Səlahə... | ANL |
Təkbaşına adam. Təkbaşına sevinməyi bacaran adam bütün asılı olduğu şeylərdən ucada dayanan adamdı. Çünki təkbaşına adamın heç kimdən heç nə almağa ehtiyacı yoxdu və heç bir şey istəmədən hər şeyi başqalarına bağışlaya bilir. O çoxluğun, qələbəliyin içində yaşaya bilər, ancaq çoxluq və qələbəlik onun içində olmayacaqdı... | ANL |
Virciniya Vulf və Afaq Məsud yaradıcılığında. Bu günlərdə filologiya üzrə fəlsəfə doktoru Fərqanə Zülfüqarovanın “İngilis və Azərbaycan ədəbiyyatlarında insan konsepsiyası (Virciniya Vulf və Afaq Məsudun yaradıcılıqları əsasında)” kitabı işıq üzü görüb. Kitabda müəllif bütün dövrlərdə önəmli olan insan problemindən söz... | ANL |
Təhsil sahəsində Azərbaycan-Çin əməkdaşlığı: təşəbbüslər və nəticələr. Azərbaycan müstəqillik əldə etdikdən sonra təhsil sahəsində geniş əlaqələr yaratdığı, ikitərəfli tələbə mübadiləsi proqramlarını həyata keçirdiyi ölkələrdən biri də Çindir. 1993-1994-cü tədris ilindən başlayaraq məhdud sayda Azərbaycan vətəndaşı Çin... | ANL |
Kəlbəcər gözəlinə. Kövrəlmə çiçəyim,ağlamağı kəs, Göz yaşın gözümün yaşına çəkir. Ağlamaq dünyanı kövrəldə bilməz, Dünya göz yaşını başına çəkir. Demə ki, ümidin zərrə qədərdir, Zərrədən yapışmaq özü hünərdir. Önümüzdə duran tərs gədələrdir, Hələ dayıları döşünə çəkir. Qoy düşüm bu yolun izinə doğru, Doğma Kəlbəcərin ö... | ANL |
Azərbaycanda dini və etnik tolerantlıq: fəlsəfi-psixoloji aspektdən baxış. Müsahibimiz görkəmli filosof, Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Səlahəddin Xəlilovdur. Söhbətimizin məğzini Azərbaycanda dini və etnik tolerantlığın tarixinə, mərhələlərinə fəlsəfi-psixoloji aspektdən baxış təşkil edir. – Bəs əs... | ANL |
“Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında gənclərin rolu”. Azərbaycan xalqı artıq iki əsrə yaxındır ki, erməni millətçiləri tərəfindən vaxtaşırı, beynəlxalq hüququn ümumtanınmış norma və prinsiplərinin, həmçinin əsas insan hüquq və azadlıqlarının kütləvi şəkildə kobud pozulması, işgəncələr və digər qe... | ANL |
Fevral ayının 25-i axşam tərəfi idi. Xəyalə yorğun-yorğun pilləkənləri qalxaraq 3-cü mərtəbədəki mənzillərinin qapısını açıb, ayaqlarını sürüyərək içəri keçdi. Nə tez gəlmisən? Xəyalə anası ilə bu evdə birgə yaşayırdı. Doğma şəhərləri Xocalı işğal olunandan sonra şəhərdən qıraqda dəniz kənarındakı sanatoriyaların birin... | ANL |
Müqəssir göyərçin. Gecədən xeyli keçmişdi. Soyuq, sərt bir payız axşamı idi. Bayırda külək adamı qılınc kimi kəsirdi. Pambıq qəbulu məntəqəsinin müdiri Əhməd, baş mühasib Vəli və pambıq qəbulu üzrə baş əmtəəşünas Əlibala müdirin kabinetində idilər. Müdir Əhməd baş tərəfdə öz kreslosunda, Vəli və Əlibala isə uzun stolun... | ANL |
Azərbaycan ədəbi dilinin üslubiyyatına bir töhfə. Bakı Dövlət Universiteti jurnalistika fakültəsinin elmi işlər üzrə dekan müavini , filologiya elmləri üzrə fəlsəfə doktoru Sevinc xanım Əliyeva Respublikamızın elmi ictimaiyyətini, jurnalistləri, ümumən müasir Azərbaycan ədəbi dilinin üslubiyyatını öyrənən və ona maraq ... | ANL |
Azərbaycanda dini və etnik tolerantlıq: fəlsəfi-psixoloji aspektdən baxış. Müsahibimiz görkəmli filosof, Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Səlahəddin Xəlilovdur. Söhbətimizin məğzini Azərbaycanda dini və etnik tolerantlığın tarixinə, mərhələlərinə fəlsəfi-psixoloji aspektdən baxış təşkil edir. – Ötən y... | ANL |
Tanınmış publisist Fazil Rəhmanzadənin 70 illiyinə. Milli mətbuatımızın son onilliklərdəki yaradıcılıq aləminin mənzərəsini səciyyələndirməli olsaq, bir sıra qələm sahiblərinin adlarını xatırlamadan da keçinə bilərik. Fəqət tam səmimiyyətlə bildirim ki, Fazil Rəhmanzadəsiz həmin aləmi təsəvvürə gətirmək mümkünsüzdür. B... | ANL |
Azərbaycanda dini və etnik tolerantlıq: fəlsəfi-psixoloji aspektdən baxış. Müsahibimiz görkəmli filosof, Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Səlahəddin Xəlilovdur. Söhbətimizin məğzini Azərbaycanda dini və etnik tolerantlığın tarixinə, mərhələlərinə fəlsəfi-psixoloji aspektdən baxış təşkil edir. – Şərqlə... | ANL |
Şərqdən baxış: Qırx qardaş. Dəyərli şairimiz Məmməd İsmayıl fevralın 1-dən 17-nə qədər Yazıçılar İttifaqlarının Beynəlxalq Birliyinin dəvəti ilə Rusiyanın paytaxtı Moskvada olub, bir çox tədbirlərdə iştirak edib və görüşlər keçirib. Rusiyanın bir çox nüfuzlu mətbuat orqanları bu görüşlər haqqında xəbər və məqalələr dər... | ANL |
Fevral ayının 25-i axşam tərəfi idi. Xəyalə yorğun-yorğun pilləkənləri qalxaraq 3-cü mərtəbədəki mənzillərinin qapısını açıb, ayaqlarını sürüyərək içəri keçdi. Nə tez gəlmisən? Xəyalə anası ilə bu evdə birgə yaşayırdı. Doğma şəhərləri Xocalı işğal olunandan sonra şəhərdən qıraqda dəniz kənarındakı sanatoriyaların birin... | ANL |
Cənubi azərbaycanlıların ana dili uğrunda mübarizəsinə bir baxış. 21 fevral 1952-ci ildə Pakistanda benqal dilinin qadağan edilməsinə etiraz olaraq keçirilən aksiyada polis və silahlı qüvvələrin müdaxiləsi nəticəsində 4 tələbə şəhid oldu. Birləşmiş Millətlər Təşkilatı, eyni zamanda UNESCO məhz ana dili şəhidlərinin xat... | ANL |
Olmayan yerdən ortada bir film var. Onlarla yaradıcı insanın minbir zəhməti hesabına başa gəlmiş, millətin çox böyük bir faciəsini özündə əks etdirən bir film. Özü də elə bir faciə ki, hələ də qanı qurumayıb və bu qan yalnız həmin o dəhşətli faciənin qurbanlarının şəhərində Azərbaycan Bayrağı dalğalananda quruyacaq. Və... | ANL |
Üç qoruq şəhəri Ordubad. Naxçıvan Muxtar Respublikasının İranla sərhədində yerləşən Ordubad memarlıq, ekoloji və coğrafi baxımdan üç qoruq şəhəri kimi Ginnesin rekordlar kitabına düşməyə layiqdir. Şərqşünas Cabir Cəbiyevlə onlardan birinin dərinliyinə enirik. Dərinlikdən heyrətamiz duruluqda olan sərin su çıxır. O suda... | ANL |
Naxçıvandan Qafqaz Hərb Tarixi Muzeyinə uzanan cığırlar. XVIII əsrin ortalarından etibarən Naxçıvan üçün ciddi sınaqlar dövrü başlandı. Yeni Naxçıvan tarixi dövrünə qədər keçilən bütün yüzilliklərin siyasi sınaqlarına Naxçıvan mərdliklə sinə gərdi. Ötüb gedən bu yüzilliklərdə orijinal tarix səhifələri yarandı və doğma ... | ANL |
Nizami Gəncəvi yaradıcılığına yeni baxış: leksikadan sənətkarlığa. Nizami Gəncəvi irsinin leksikasının tədqiqi onun möhtəşəm yaradıcılığının, fikir dünyasının araşdırılması üçün ən önəmli açarlardan biridir. Təəssüf ki, bizdə bu məsələyə son dövrlərə qədər yetərli dərəcədə fikir verilməmişdir. Filologiya üzrə fəlsəfə d... | ANL |
“Evliya Çələbi səyahətnaməsində Azərbaycan”ın təqdimatı olub. Qafqaz Universiteti Elmi Şurasının qərarı və Türkiyə Cümhuriyyəti Başbakanlık Tanıtma Fondunun dəstəyi ilə nəşr olunmuş “Evliya Çələbi səyahətnaməsində Azərbaycan” adlı kitabın təqdimatı keçirilib. Görkəmli türk səyyahı Evliya Çələbinin Azərbaycana səfərləri... | ANL |
Mədəni və bioloji müxtəlifliyin ahəngdar vəhdətindən doğan Azərbaycan palitrası. Vətənimiz Azərbaycan müxtəlif etnik və dini qrupların tarixən dözümlülük və mehriban şəraitdə yaşadığı çoxmillətli və çoxdinli bir ölkədir. Uzun əsrlər boyu etnik və dini azlıqlara mənsub olan xalqlar ölkədə etnik çoxluq təşkil edən azərba... | ANL |
Xalq üçün yaşanan ömür. AZƏRBAYCAN NEFT-KİMYA SƏNAYESİNİN İNKİŞAFINDA ÖZÜNƏMƏXSUS ROL OYNAMIŞ TOFİQ SƏFƏRƏLİYEVİN ƏZİZ XATİRƏSİNƏ. Məlum həqiqətdir ki, istənilən dövlətin əsas dayağı onun iqtisadiyyatıdır. İqtisadiyyatı güclü olan dövlətin təhlükəsizliyi, onun dünya dövlətləri arasında sanballı söz sahibi olması, mədən... | ANL |
16 uşaq qayğısız məktəbli dövrümüzə eyni vaxta və eyni məktəbdə başlamışıq. Taleyimiz də eyni oldu... Hər birimiz həmin gecənin dəhşəti ilə üzləşdik. Sinif yoldaşlarımdan altı nəfəri – Toğrul, Şəfiqə, Bəxtiyar, Çingiz, Rahim və Şahmar isə həmin dəhşətlərin içindən sağ çıxa bilmədi. Sağ qalan onumuzun hər biri isə əzizl... | ANL |
Qətlə yetirilmiş şəhər. 1992-ci il fevralın 26-da tək günahı doğulduqları torpaqda yaşamaq və Azərbaycan türkü olmaq olan Xocalı sakinləri bəşər tarixinə düşəsi dəhşətli bir soyqırımı yaşadılar. O gecə baş verənlər təkcə xocalılara deyil, bəşəriyyətə qarşı işlənmiş vəhşət idi. Dünyanın gözü qarşısında Xocalı şəhəri bir... | ANL |
Bir yerdə işlədiyimiz vaxtlarda isə daha yaxından tanıdım. Nə qədər bacarıqlı və qabiliyyətli olduğunun şahidi oldum. Doğulub boya-başa çatdığım Quzanlı kəndi ilə qohumluq əlaqəsini biləndə isə İmdad Əlizadəyə olan münasibətim, sözün doğrusu, yaxşı mənada bir xeyli dəyişdi... Bu günlərdə öyrəndim ki, Oğuldərənin tanınm... | ANL |
Saralmış dəftər, Barmaqlarımın toxunuşundadı. Saralmış pərdələri araladım. İllərin altına düşdüm, Ayların üstünə çıxdım. Ayağım da büdrədi. İçimdə buz bağlayan. Ürəyim də titrədi... Ölümünü gözləyən İnsanın, Ölüm qapısında. Üzündə vida nəğməsi oxunan, Gözlərimə toxunan. otağını, Qorxusuzluğun içində, həm də. titrəyən, ... | ANL |
Məhəmməd Əmin Rəsulzadə- Əsərləri. Araşdırıb toplayanı, ərəb əlifbasından latın qrafikasına çevirəni, ön sözün müəllifi, lüğətin tərtibçisi Şirməmməd HÜSEYNOV. Məclisi-Müəssisana hazırlaşalım. Müvəqqəti inqilab hökuməti məmləkətin nə kibi əsaslar üzərinə qurulacağını təyin etmək üçün yaxında məclisi-müəssisan çağırılac... | ANL |
Hissin və idrakın hüdudlarında. Qissələrim bəsit və sıradan sözlər deyil bir təlimdir. Sözləri izah və idrak etdirmək üçündür”. Bu sözlər Şərqin və bütünlükdə türk dünyasının böyük mütəfəkkiri Mövlanə Cəlaləddin Rumiyə məxsusdur. Deyəcəklərim isə tanınmış nasir, dramaturq, filosof və esseist Firuz Mustafa ilə bağlıdır.... | ANL |
Xalq yazıçısı İsmayıl Şıxlı müasir Azərbaycan ədəbiyyatına yeni ab-hava gətirən ən parlaq ədəbi şəxsiyyətlərdən biridir. Zəngin ədəbi ənənələrimizə, folklor yaddaşımıza min bir tellə bağlı olması, nəsr poetikasının incəliklərinə yüksək tərzdə yiyələnməsi, əsərlərində özünəməxsus bədiiyyatın təcəssümünü verə bilməsi ona... | ANL |
gah da qeyb olur bədənimdə. dayanmışam qarşısında;. çəkilirəm, əksim gizlənir zülmətdə. qarşımda. fotolar – şəkillərdə. düzbucaqlı xatirələr. baxmıram, yox olur hadisələr. mən(gedirəm. birini deyim: mən üçölçulu – fəzada hərəkətdə, onlar müstəvidə – ikiölçülü təsvirim. birini deyim: mən də təsvirəm, üçölçülü güzgüyəm, ... | ANL |
“Daş yuxular”- humanist idealların çökdüyü yerdə. Bir dəfə yazmışdım, bizim Qarabağ müharibəsi haqqında ən dolğun əsəri yazacaqsa da yaşlı nəsil yazacaq, ən azı müharibə mövzusunun dərkində böyük bir yol keçmiş yaşlı nəslin yanaşması həm yazı səriştəsi nöqteyi-nəzərindən, həm də gerçəklərə yönələn baxışın intuitiv məna... | ANL |
XOCALIDA BİR GECƏ... Türkiyədə ən nüfuzlu qəzetlərdən biri olan “YENİASYA”,(internet saytı www.yeniasya.com.tr bizdə bir çox məqamlarda NURÇULAR adıyla tənqid olunan bir ortamın üstünlük verdiyi,amma heç də qaraguruhçu olmayan bir qəzet) nüfuzlu qəzetlərdən biri hesab olunur.Türkiyədə yaşadığım illərdə bu qəzetdə uzun ... | ANL |
Mədəni və bioloji müxtəlifliyin ahəngdar vəhdətindən doğan Azərbaycan palitrası (davamı). Vətənimiz Azərbaycan müxtəlif etnik və dini qrupların tarixən dözümlülük və mehriban şəraitdə yaşadığı çoxmillətli və çoxdinli bir ölkədir. Uzun əsrlər boyu etnik və dini azlıqlara mənsub olan xalqlar ölkədə etnik çoxluq təşkil ed... | ANL |
Sahilə İbrahimova: “Yazıçılığın şöhrəti sanballı, urvatlı şöhrətdi”. “Özüm üçün yazıram” deyənlərin səmimiliyinə inanmıram”. Müsahibimiz gənc yazıçı Sahilə İbrahimovadır. İxtisasca tarixçi olan yazıçının indiyədək “Varlı kişinin portmanatı”, “Yuxarı və aşağı ətraflar” kitabları işıq üzü görüb. Gülərüz, müsbət enerjili,... | ANL |
Bir səfərin təəssüratı. Çox az adam tapılar ki, doğma Vətənimiz Azərbaycanı qarış-qarış gəzdiyi ilə öyünsün. Təəssüf ki, mən də onların siyahısındayam. Bu sarıdan mənim də arzularımla imkanım üst-üstə düşməyib, bəzən də iş-güc əlindən macal tapa bilməmişəm. Lakin yurdumuzun elə əziz, qayım-qədim, öydülü yerləri var ki,... | ANL |
Məmməd Araz demişkən kitab qara rəngdə çap olunub. Kitabın üz qabığında bir şam yanır. Yana-yana əriyir, əriyə-əriyə yanır. Bir də boranlı-çovğunlu, dumanlı-çiskinli bir günün təsvirinə baxıram. Həm şamın əriməyində, həm də boranlı-çovğunlu gündə Zakirin özünü görürəm. Kitab Füzulinin şah beyti ilə açılır: Ucaldın qəbr... | ANL |
Böyük şəxsiyyətlər bütün dünyaya məxsusdur. II Kontinental Konqress 4 iyul 1776-cı ildə Filadelfiyada İstiqlaliyyət Deklarasiyasını qəbul etdikdən sonra, Nyu-York istisna olmaqla bütün koloniyalar onu qəbul etdi. Tomas Cefferson İstiqlaliyyət Deklarasiyası barədəki mübahisələri belə qiymətləndirirdi: “İngiltərədə bizim... | ANL |
Təhsildə Çexiya təcrübəsi: əməkdaşlıq üçün aydın perspektivlər. Müstəqillik illərində təhsil sahəsində beynəlxalq əlaqələrin miqyası xeyli genişlənib. Təhsil sahəsində geniş əlaqələrin yaradıldığı, ikitərəfli tələbə mübadiləsi proqramlarını həyata keçirdiyi ölkələrdən biri də Çexiyadır. Avropanın mərkəzində yerləşən Çe... | ANL |
Almaniyada quşla, heyvanla bağlantılı isimlər çoxdur. Məsələn, Kölnün ən böyük və qədim küçələrindən birinin ismi Vogelsangdır.Yəni oxuyan quş...Yenə Berlində Məhəmməd Əsəd Bəyin qaldığı evin küçəsinin ismi də Fassanenstrassedir. Yəni Sülün küçəsi. Orada əvvəllər bəzəkli və rəngli, quyruqlu, nazlı sülünlərin yaşadığı b... | ANL |
Yazıçı Afaq Məsuda açıq məktub. Hörmətli Afaq xanım! Sizin ikicildlik “Seçilmiş əsərləri”nizi böyük məmnuniyyətlə oxudum. Çoxusu ilə on, iyirmi, hətta otuz il bundan əvvəl tanış olduğum, etiraf edim ki, ideya- məzmunundan daha çox poetik intonasiyası yadımda qalmış bu əsərlər mənə elə oxuduğum illərdəki qədər təzə- tər... | ANL |
“Ümummilli lider Heydər Əliyev-90” mövzusunda konfrans keçirilib. 21 fevral tarixində “Azərbaycan” qəzeti və Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə “Ümummilli lider Heydər Əliyev - 90” mövzusunda konfrans keçirilib. Tədbirdə çıxış edən Prezident yanında Strateji Araşdırmalar M... | ANL |
Peşəkar sözünün min rəngi. Tanınmış jurnalist Aslan Aslanovun “Dövlət siyasətinin informasiya təminatı” kitabı haqqında düşündüklərim. Son illərdə Azərbaycanın informasiya məkanı xeyli genişlənmiş, onun texniki imkanları, resursları artaraq çoxalmışdır. Bu gün Azərbaycan təkcə bölgədə deyil, həm də bütün dünyada inkişa... | ANL |
Azərbaycanda dini və etnik tolerantlıq: fəlsəfi-psixoloji aspektdən baxış. Müsahibimiz görkəmli filosof, Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Səlahəddin Xəlilovdur. Söhbətimizin məğzini Azərbaycanda dini və etnik tolerantlığın tarixinə, mərhələlərinə fəlsəfi-psixoloji aspektdən baxış təşkil edir. Bu məfhu... | ANL |
Xocalı ağrısından yaranan “Xəcalət”. Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında, şübhəsiz ki, ziyalılarımızın, ədiblərimizin də rolu böyükdür. Şairlərimiz və yazıçılarımız əsgərlərimizi ruhlandırmış, Vətənə məhəbbəti tərənnüm edən əsərlər yazmış, qəhrəmanlarımızın şərəfli ömür yolunu işıqlandırmış, tar... | ANL |
Dərdimin tərcümanı – Xocalı. Dəfələrlə olduğu kimi yenə sözdə “atəşkəs” deyilən bir dövrdə istər hərbçi, istərsə də dinc əhalimizin düşmən gülləsindən şəhid olması, yaralanması faktı danılmazdı. Elə yaxın illərdə Ağdamın sərhəd kəndində 11 yaşlı Fariz Bədəlovun ölümünü necə unutmaq olar?.. Bu həm də düşmənlə üz-üzə müc... | ANL |
Tarix ermənilərin xalqımıza qarşı olan düşmənçiliyini, ədavətini, xain və məkrli niyyətlərini bir əsrdə dəfələrlə sübuta yetirib. Hər dəfə də ermənilərin törətdikləri vəhşiliklər,çirkin əməllər, terror, qanlı faciələr, işğalçılıq, deportasiya və soyqırım faktlarla təsdiq olunsada onlar cəzasız qalıblar. Böyük rus şairi... | ANL |
ÇOX TƏƏSSÜF Kİ, DÜNYA BU GÖZ YAŞLARINI GÖRMƏK İSTƏMİR. Şahidlər danışır ki, son üç gün ərzində Malıbəyli kəndi erməni silahlı qüvvələri və rus muzdlu dəstələri tərəfindən aramsız olaraq güclü şəkildə atəşə tutulurdu. Kəndin özünümüdafiə qüvvələri hücumların qarşısını kəsə bilsələr də döyüş sursatı tükənirdi... Malıbəyl... | ANL |
Dördlüklər. “Bugünnamə”dən sonra yazılanlar. Ömrümün son çağı gələn qarabuğdayı əsmərim! Gördüyümü görüb yazdım, görsələr, mənim uğurum. Görməsələr də hətta, mən namərd dünyadan küsmərəm. Mürdəşir ola bilərsən, ərdəşir ola bilməzsən. Bir yaxşılıq eləməyə sənin təmiz qanın yoxdur. İşə can yandır demişlər, yandırmağa can... | ANL |
Bu günlərdə gənc şairə Nuranə Nurun “Yoxluğuna və sağlığına” adlı şeirlər kitabı nəşr olunub. Kitabda Nuranə Nurun müxtəlif illərdə qələmə aldığı şeirləri öz əksini tapıb. Şeirlərin əsas mövzusunu müasir insanın lirik duyğuları təşkil edir. Şeirlərdə obrazlar yeni səciyyə daşıyır. Xalq şairi Nəriman Həsənzadə kitaba ya... | ANL |
Azərbaycanda dini və etnik tolerantlıq: fəlsəfi-psixoloji aspektdən baxış. Müsahibimiz görkəmli filosof, Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Səlahəddin Xəlilovdur. Söhbətimizin məğzini Azərbaycanda dini və etnik tolerantlığın tarixinə, mərhələlərinə fəlsəfi-psixoloji aspektdən baxış təşkil edir. – Milli ... | ANL |
Bir tərcüməçi imzası: Gülməhəmməd bəy Kəngərli. XIX yüzilliyin ikinci yarısından etibarən Naxçıvanın mədəni-maarif və ədəbi mühitində də böyük canlanma müşahidə olunurdu. Ötən dövrdə Naxçıvanda nəinki Şərq, hətta rus və Qərbi Avropa ədəbiyyatının təbliği və öyrənilməsi diqqətimizi çəkir. Həcmcə çox da böyük olmayan bu ... | ANL |
ÇOX TƏƏSSÜF Kİ, DÜNYA BU GÖZ YAŞLARINI GÖRMƏK İSTƏMİR. Xocalı strateji hədəf kimi. Ermənilərin azərbaycanlılara qarşı törətdikləri Xocalı soyqırımının üstündən uzun illər keçir. Hələ də bu qanlı faciənin üstü açılmayan, gizli qalmış məqamları çoxdur. Bir çox suallara hələ də cavab tapılmayıb. Hələ yüzlərlə insanın tale... | ANL |
Ənvər ağrısı. Ənvər Məmmədxanlı. Hələ uşaqlıqdan bədii əsər oxuyanda xəyalımda təkcə qəhrəmanların görünüşünü, səsini, yaşadıqları evi, həyət-bacanı, küçəni, şəhəri yox, həm də yazıçını canlandırmağa çalışırdım. Bəlkə də çalışmırdım... Sadəcə, bəzi suallarıma cavab tapmaq istəyirdim. Sonralar barelyefləri axtarmaq, əsə... | ANL |
Dinlərin tarixi: Yəhudilik, Xristianlıq və İslama müqayisəli baxış. Qloballaşma və ictimai həyatın beynəlmiləlləşməsi mədəniyyətləri və dinləri yaxınlaşdırır. Ölkələr arasında siyasi, iqtisadi, sosial və mənəvi həyat sahələrində, informasiya məkanında qarşılıqlı əlaqələrin genişləndiyi və intensivləşdiyi bir dövrdə xal... | ANL |
İnkişafın qarantı- sabitlik və təhlükəsizlik. 95 YAŞLI AZƏRBAYCAN POLİSİ ONLARIN QORUNMASI, DAHA DA MÖHKƏMLƏNDİRİLMƏSİ KEŞİYİNDƏDİR. XXI əsr haqqında proqnozlar səsləndirən sanballı araşdırma mərkəzləri qeyd edirdilər ki, yeni yüz ildə bəşəriyyət yeni kəşflərin, siyasi, iqtisadi və mədəni sahədə inkişafin zirvəsinə doğ... | ANL |
Şəkidə “İpək Yolu” IV Beynəlxalq musiqi festivalının rəsmi açılışı olub. Şəkidəki XIX əsrə aid tarixi-memarlıq abidəsi olan “Aşağı Karvansaray” kompleksində “İpək Yolu” IV Beynəlxalq musiqi festivalının rəsmi açılış mərasimi keçirilib. Şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov və festivalın bədii rəhbəri, Azərbayc... | ANL |
Azərbaycan aşıqları Fransada çıxış ediblər. Azərbaycanın Şirvan bölgəsinin aşıqları Fransanın Sen Floran şəhərində “Şərq” Beynəlxalq mahnı festivalı çərçivəsində ölkəmizin Fransadakı səfirliyinin dəstəyi ilə geniş konsert proqramı təqdim ediblər. Fransız musiqisevərləri aşıq musiqisinə böyük maraq göstərmiş, aşıq Alını... | ANL |
Oqtay Rzanın poetik sovqatı. Müasir poeziyamızda öz səsi, öz sözü ilə tanınan Oqtay Rza bu gün də yeni ruhlu şeirləri ilə oxucuları sevindirir. Kitaba daxil edilmiş şeirlərin yazılma səbəbini Oqtay Rza belə açıqlayır: bunlar mənim “müdrik adam”lar və “sadə kəndçi”lərim barədə səmimi ürək sözlərimdən, “rəngarəng hadisəl... | ANL |
Etnik baxımdan zəngin bölgələrimiz – Oğuz. Azərbaycan etnik tərkibi baxımdan da dünyanın ən zəngin ölkələrindəndir. Ümummilli lider Heydər Əliyev də əbəs yerə demirdi ki, Azərbaycanın zənginliyi həm də burada yaşayan müxtəlif xalqların sayının çoxluğu ilə səciyyələnir. Ölkəmizdə əsrlərdir müxtəlif xalqların nümayəndələ... | ANL |
Etnik baxımdan zəngin bölgələrimiz- Quba. Azərbaycan etnik tərkibi baxımdan da dünyanın ən zəngin ölkələrindəndir. Ümumilli lider Heydər Əliyev də əbəs yerə demirdi ki, Azərbaycanın zənginliyi həm də burada yaşayan müxtəlif xalqların sayının çoxluğu ilə səciyyələnir. Ölkəmizdə əsrlərdir müxtəlif xalqların nümayəndələri... | ANL |
Etnik baxımdan zəngin bölgələrimiz- Quba. Azərbaycan etnik tərkibi baxımdan da dünyanın ən zəngin ölkələrindəndir. Ümummilli lider Heydər Əliyev də əbəs yerə demirdi ki, Azərbaycanın zənginliyi həm də burada yaşayan müxtəlif xalqların sayının çoxluğu ilə səciyyələnir. Ölkəmizdə əsrlərdir müxtəlif xalqların nümayəndələr... | ANL |
Payız fəslinin gözəl çağları idi. Yayın qızmar günləri çoxdan arxada qalmışdı. Artıq quşların nəğməsi də, cəh-cəhi də yaydakı kimi gur deyildi. Havalar soyuduqca ağacların yarpaqlarına “dən” düşürdü. Yazın ilk günlərindən budaqların üstünə cərgə ilə düzülmüş yarpaqlar yavaş-yavaş saralır, bağ-bağat qızılı rəngə bürünür... | ANL |
Muğamların tədqiqi və tədrisinə töhfə. Azərbaycan Milli Konsertvatoriyasının professoru, Əməkdar müəllim, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Rafiq Musazadə musiqi ictimaiyyətində təcrübəli muğam-ixtisas müəllimi kim tanınmışdır. Uzun illərdir “İnstrumental muğam ifaçılığı” kafedrasında gənc nəsillərə muğam ifaçılığını... | ANL |
Etnik baxımdan zəngin bölgələrimiz- Quba. Azərbaycan etnik tərkibi baxımdan da dünyanın ən zəngin ölkələrindəndir. Ümummilli lider Heydər Əliyev də əbəs yerə demirdi ki, Azərbaycanın zənginliyi həm də burada yaşayan müxtəlif xalqların sayının çoxluğu ilə səciyyələnir. Ölkəmizdə əsrlərdir müxtəlif xalqların nümayəndələr... | ANL |
Bu gözəl cahanı sanıb pəncərə, Hər gələn sadəcə baxıb keçməsin. Mikayıl Müşfiq. “Dünya bir pəncərədir,hər gələn baxar gedər” sözləri ilə dünyanın,ömrün fəlsəfi yozumunu veriblər müdrik babalarımız.“Gəlimli-gedimli dünya ,son ucu ölümlü dünya,”-deyən ulu Dədə Qorqud da sanki bu fikrin təsdiqini verib. “Göydəki günəşdən,... | ANL |
Etnik baxımdan zəngin bölgələrimiz- Quba. Azərbaycan etnik tərkibi baxımdan da dünyanın ən zəngin ölkələrindəndir. Ümummilli lider Heydər Əliyev də əbəs yerə demirdi ki, Azərbaycanın zənginliyi həm də burada yaşayan müxtəlif xalqların sayının çoxluğu ilə səciyyələnir. Ölkəmizdə əsrlərdir müxtəlif xalqların nümayəndələr... | ANL |
Etnik baxımdan zəngin bölgələrimiz- Quba. Azərbaycan etnik tərkibi baxımdan da dünyanın ən zəngin ölkələrindəndir. Ümummilli lider Heydər Əliyev də əbəs yerə demirdi ki, Azərbaycanın zənginliyi həm də burada yaşayan müxtəlif xalqların sayının çoxluğu ilə səciyyələnir. Ölkəmizdə əsrlərdir müxtəlif xalqların nümayəndələr... | ANL |
Şanlı nəslin unudulmaz yadigarı – “Poeziyamızın Şah Nigarı”. Xalq şairi Nigar Rəfibəylinin 100 illiyi ilə bağlı Nizami adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində geniş elmi konfrans təşkil edilib. İyulun 9-da Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Azərbaycan ədəbi-bədii, fəlsəfi-estetik fikir tarix... | ANL |
Bütün günahlar müharibədədi... Gənc Tamaşaçılar Teatrı səhnəsində nümayiş etdirilən “Müharibə” tamaşasına baxanda beynimə gələn ilk fikir bu oldu. Tamaşanın unikallığı, fərqi müharibənin törətdiyi faciəni, ağrını tamam başqa tərəfdən göstərməsidi. Adətən müharibədən gələn bəlalar istər bədii əsərlərdə, istər filmlərdə,... | ANL |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.