text stringlengths 20 1.45M | source stringclasses 10
values |
|---|---|
Qarabağ Muğam Mərkəzində yaradıcılıq gecəsi keçirilib. Üzeyir Hacıbəyli adına Qarabağ Muğam Mərkəzində ədəbi-bədii məclislərin təşkili artıq ənənə halını alıb. Azərbaycan Yazıçılar Birliyinin üzvü, "Qızıl Qələm" mükafatı laureatı, şair Yusif Kamalın bu günlərdə keçirilən yaradıcılıq gecəsi də belə tədbirlərdəndir. Heyd... | ANL |
Xalq şairi Nigar Rəfibəylinin 100 illik yubileyi Berlində qeyd edilib. Berlində Azərbaycanın Xalq şairi Nigar Rəfibəylinin 100 illik yubileyinə həsr olunmuş "Uzaq-yaxın tanışlar" mövzusunda ədəbi-bədii gecə keçirilib. Tədbir Berlin Humboldt Universitetinin Azərbaycan tarixi kafedrasının, Avropa Azərbaycanlıları Konqres... | ANL |
ADMİU milli mədəniyyətimizin inkişafı müstəvisində. 10 dekabr 2013-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 90- illiyi ilə əlaqədar "Milli Mədəniyyətin inkişafında ADMİU-nun prioritet mövqeyi" mövzusunda konfrans keçirilib. Məlum olduğu kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ... | ANL |
Hazırda universitetdə musiqi sənətinin populyar ixtisasları üzrə gələcəyin sənətkarları yetişdirilir, "Solo oxuma", "Estrada müğənnisi", "Xalq çalğı alətləri ifaçılığı", "Aşıq sənəti" kimi ixtisaslar üzrə kadr hazırlığı aparılır. Bu gün burada tanınmış musiqi xadimləri dərs deyirlər. Bu sənətçilər onilliklər boyu forma... | ANL |
Azərbaycanda kilsələr: dini dözümlülüyün uzunömürlü şahidləri. Azərbaycan tarixən müxtəlif inancların, fərqli dini konfessiyaların birgə və əmin-amanlıq şəraitində yaşadığı ölkədir. Respublikamızda kilsələr, sinaqoqlar, məscidlər və müxtəlif dini məbədlər eyni vaxtda yanaşı fəaliyyət göstərir. Keçən silsilə yazılarımız... | ANL |
MOSKVADA AZƏRBAYCANLI VƏ RUS ŞAİRLƏRİN GÖRÜŞÜ OLUB. Yalanın bir neçə üzü olsa da, həqiqətin yalnız bir üzü vardır. Bu danılmaz bir faktdır ki, Azərbaycan və rus xalqları bütün dövrlərdə dəfələrlə üzbəüz qoyulsalar da, onlar həqiqəti aşkar edib ortalığa çıxara bilmiş, öz dostluqlarını qoruyub saxlaya və bu günümüzədək g... | ANL |
Məmməd Arazın 80 illik yubileyi geniş mərasimlə qeyd olunub. Dekabrın 9-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında xalq şairi Məmməd Arazın 80 illik yubileyi münasibəti ilə tədbir keçirilib. Gecədə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, baş nazirin müavini, xalq yazıçısı Elçin Əfəndiyev və bir çox ictimai... | ANL |
Dərdlərin içindən boy verən igid. Tale elə gətirdi ki, dəfələrlə onunla birgə səfərlərə çıxdıq, uzun-uzun yollar qət etdik, söz dedik, əməl elədik, qaynayıb-qarışdıq. Bir sözlə, nə qədər ki özümüz dostuq, bir o qədər də övladlarımız, yaxınlarımız dost oldular. Onunla hər görüşümüz bir-birindən maraqlı, söhbətlərimiz ya... | ANL |
Özü də təsadüflərə inanmayan biri kimi... Səudiyyə Ərəbistanı Krallığı doğrudan da, səhrada cənnətdir. Noyabrın son günləri, dekabrın əvvəlləri...Temperatur müxtəlif şəhərlərdə 30-40 dərəcə arasında dəyişir. İlk dəfə səfər etdiyim hər bir ölkə haqqında elə ilk təəssüratım hava limanından şəhərə qədər olan məsafədə yoll... | ANL |
Yaxşılıq etmək, köməyə çatmaq, çətin anda haqqın tərəfində durmaq əsl insana xas olan keyfiyyətdir. Yaxşılığı üzə vurmaq, edilən kömək üçün nəyisə ummaq, məqsədli əl tutmaq isə bunun əksinədir. Peyğəmbərimizin " sağ əlin verdiyini sol əl bilməməlidir" kəlamını xatırlayıb bizim üçün edilənlərin və etdiklərimizin hesabın... | ANL |
Qadın talelərindən yazmaq taleyimə yazılıb. Yazmaya bilmirəm, çünki qələm özü məni buna vadar edir; mənsə, onun tabesindəyəm. Yaxşı anlamda bu, tamamilə doğrudur! Dünyaya qadın olaraq gəlmək, elə özü bir imtahan, bir sınaq deyilmi? Güclü ola-ola zəif görünmək, zərif ola-ola çətinliklərə sinə gərmək, bir canda bir neçə ... | ANL |
Ağməmmədlidən əsən bənövşə qoxulu məlhəb küləyi. KƏRİM MƏHƏRRƏMOVUN 65 İLLİK YUBİLEYİNƏ. Nə xoş o insana ki, tale missiyasını düzgün, yanılmadan, doğru başa çatdırsın, öz əməlləri ilə nəsillərin qəlbində qalsın. Çarəsiz xəstəyə daha uzun ömrün var, tənha bədbəxt insanlara daha yaxşı günlər öndədir demək, ürəklərinə sev... | ANL |
Əgər Sad fəlsəfəsində subyekt və obyekt arasındakı sərhəd aradan götürülürsə, artıq postmodernizmdə, xüsusilə də, Mişel Fukonun timsalında fəlsəfə subyektdən, insandan azad olunmuş məkanda düşünmək vəziyyətində qalır. Öz fəlsəfi yaradıcılığının əsas istiqamətini Fuko Hegelin rasional universalizminin dəf edilməsi kimi ... | ANL |
"Laçın" Çinarə Əzimovaya Riqada Qran-pri qazandırıb. Müsabiqədə dünyanın 27-dən çox ölkəsində solistlər və ansambllar çıxış edir. Münsiflər heyətinin işində və festivalın ustad dərslərində iştirak etmək üçün ABŞ, Böyük Britaniya, İtaliya, Litva, Rusiya və digər ölkələrin tanınmış pedaqoq və vokalçıları Riqaya dəvət edi... | ANL |
Mədəniyyət və Turizm Nazirliyində UNESCO-nun Bakıda keçirdiyi tədbirin yekunları müzakirə edilib. Mədəniyyət və Turizm Nazirliyində UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin Bakıda keçirilmiş 8-ci sessiyasının yekunlarına həsr olunmuş iclas olub. Nazirliyin mətbuat xidmətindən "525"... | ANL |
Məhsəti Gəncəvinin 900 illiyi Fransanın Miluz şəhərində qeyd olunub. Heydər Əliyev Fondunun təşkilatçılığı və Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə Miluz şəhərində ilk Azərbaycan şairəsi Məhsəti Gəncəvinin yaradıcılığının 900 illiyinə həsr olunmuş sərgi və konsert təşkil edilib. Fransadakı səfirliyimizdən ve... | ANL |
Səudiyyə Ərəbistanı Krallığında olduğumuz günlərdə, keçirilən bütün görüşlərdə yuxarıda qeyd etdiyim kimi, ölkə rəsmiləri Azərbaycanla bütün sahələrdə əməkdaşlığa üstünlük verdiklərini vurğulayırdılar. Görüşlərdə o da diqqətə çatdırıldı ki, Azərbaycanın ümummilli lideri Heydər Əliyevin 1994-cü ildə Səudiyyə Ərəbistanın... | ANL |
Heydər Əliyev:siyasətdə Qələbə simvolu. Bu gün orta və yuxarı yaş nəslinə mənsub olan soydaşlarımızı dünyagörüşü baxımından gənc nəsildən fərqləndirən önəmli məziyyətlərindən biri onların mahiyyət və struktur etibarı ilə bir-birinin tam əksi olan iki ictimai-siyasi formasiyada, iki fərqli cəmiyyətdə yaşaması və hər iki... | ANL |
Zamanın fövqündə dayanan lider. ULU ÖNDƏRİN TARİXİ XİDMƏTLƏRİNİN DƏYƏR VƏ ƏHƏMİYYƏTİNİ İLLƏR ÖTDÜKCƏ DAHA AYDIN HİSS EDİRİK. Heydər Əliyev. Böyük azərbaycanlı, bir qərinəyə yaxın dövr ərzində doğma Vətəninin həyatında, xalqının taleyində tarixi rol oynamış, Azərbaycanın dövlətçilik salnaməsində silinməz izlər qoymuş He... | ANL |
Heydər Əliyev fenomeni. Heydər Əliyev fenomeninin arxasında qeyri-adi istedad, ilahi vergi, Tanrının çox nadir şəxsiyyətlərə nəsib etdiyi heyrətamiz yaddaş və işgüzarlıq, Vətən və millət sevgisi, xalqına xidmət amacı dayanır. Ancaq bütün bunlar yenə də o fenomeni aydınlatmaqda acizdir. Çünki elə şəxsiyyətlər də var ki,... | ANL |
Vergi cinayətlərinə görə cəzaların sərtləşdirilməsinə ehtiyac var". Vergilər Nazirliyi vergi ödənişlərini dövlət büdcəsinə vaxtında və tam ödəməyən vergi ödəyicilərini mütəmadi olaraq məlumatlandırır, onlara xəbərdarlıqlar göndərir. Buna baxmayaraq, bəzi vergi ödəyiciləri külli miqdarda vergiləri dövlət büdcəsindən yay... | ANL |
Səhrada cənnət və ya hər bir müsəlmanın getmək arzusunda olduğu ölkə... Üçüncü yazı. Səudiyyə Ərəbistanında elm, təhsil ilk yerlərdən birini tutur. Elə bu məqsədlə dövlət hesabına 100 mindən artıq tələbə xaricdə təhsil alır. Onlar dünyanın ən nüfuzlu ali məktəblərində oxumağa göndərilir. Artıq öz ölkəsinə qayıdarkən iş... | ANL |
Vətəndə bütövlük görmək istədin, "Xalqıma əbədi bağlıyam" dedin. "Dünyaya tanıdaq Azərbaycanı!". Sözün, bəyanatın dolaşdı Ərzi, Özünlə gəzdirib xəritəmizi - Ali kürsülərdən sülhə səslədin. Narahat yaşayan beş qitəmizi. Məşhur Amerika Konqresində. Cənablar etiraz duydu səsində: - Susmasın ədalət, susmasın vicdan, Qonşu ... | ANL |
Ömrünü xalqına və dövlətinin qorunmasına bəxş edən general! Milləti millət edən onun parlaq nümayəndələridir. Belə insanlardan biri də Böyük Vətən Müharibəsi illərində ailəsi ilə birlikdə şərəfli yol keçən vətənpərvər ruhlu general-mayor Bahadur Məmmədqulu oğlu Hüseynovdur. Qarşıdan gələn doğum günü ərəfəsində onun şər... | ANL |
Kitabı bazara döndərmək olmaz. Müstəqillik illərində sovet ideologiyasına məxsus stereotiplərdən, ülgü və ölçülərdən, dar çərçivələrdən xilas olan Azərbaycan ədəbiyyatı yeni nəfəslə müstəqil inkişaf mərhələsinə qədəm qoyub. Bədii sözün azad tribunasına çevrilən ədəbiyyatımızın qarşısında, sözün əsl mənasında, böyük yar... | ANL |
Din elmlərinin məzmun və mahiyyətinə müfəssəl baxış. Kitabi-Müqəddəsin təfsirləri. Xristian dini ədəbiyyatında Kitabi-Müqəddəs təfsirlərinin önəmli bir yeri vardır. II əsrdən etibarən kilsə atalarına aid (patristik) ədəbiyyat içərisində ortaya çıxmağa başlayan təfsir fəaliyyətləri həm Əski Əhd, həm də Yeni Əhdə aid təf... | ANL |
Düşmənlər içində dost gəzmək dərdi... Bir hikmət sahibinə görə, çevrəmizdə nə varsa, tayı-bərabəri olmayan qüdrətindən sıxılan Tanrının özü-özünü əyləndirmək üçün icad etdiyi bir oyundur. Həyat nemətlərinin dəyişikliyi içində bizə yaradıcı işarətdən qalan ən böyük miras bu can sıxıntısından başqa bir şey deyil. Dostum ... | ANL |
90 illik şərəfli yolun hesabat ili... 2 dekabr 2013-cü il tarixdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universietində ənənəvi olaraq "2013-cü tədris ilinin Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professor-müəllim heyətinin elmi-tədqiqat işlərinin hesabat konfransı" keçirildi. Konfrans Azərbaycan... | ANL |
Din elmlərinin məzmun və mahiyyətinə müfəssəl baxış. Məbəd və ibadət. İlk xristianların ibadət və ibadət məkanları yəhudilərinkindən fərqlənməmişdir. Lakin I əsrin sonuna doğru yəhudi-xristian çəkişməsinin güclənməsi nəticəsində xristianların özünəməxsus bir ibadət sistemi formalaşmışdır. Xristianların məbədi yunanca “... | ANL |
Məşhurların xanımları. Müsahibimiz yazıçı-dramaturq, “Ulduz” jurnalının baş redaktoru Elçin Hüseynbəylinin həyat yoldaşı Dürdanə xanım Hüseynbəylidir. Jurnalistika mətbəxindən uşaqlıqdan bəhrələnmişəm. Şəmkir şəhərində sayılıb- seçilən bir ailədə doğulmuşam. Ailədə beş bacı–qardaş olmuşuq. Hamımız ali təhsilli və sənət... | ANL |
Dərdlərinin əlacıdı! Daha doğrusu sevdiyindi dərmanın, onun sözü, nəvazişi... sadəcə varlığıdı. Çıxılmazlıqdasan... Sıxıntı çəkirsən. ...Ya da dünyanın bütün yükünü çiyninlərinə alıb ağırlıqdan nəfəsinin kəsildiyini hiss edirsən! Planetin o üzündən “Kim incidib mənim sevgilimi? Uşaqlaşdıran, dərdləri adiləşdirən, ən ağ... | ANL |
Pərvin Latviya Proza Festivalında. Latviyanın paytaxtı Riqa şəhərində Proza Festivalı keçirilib. Qeyd edək ki, Latviya Proza Festivalı hər il təşkil olunur və Avropada kifayət qədər nüfuza malikdir. Festivala Avropanın müxtəlif ölkələrindən – Almaniya, İngiltərə, Yunanıstan, Fransa, İsveçrə və başqa dövlətlərdən nasirl... | ANL |
Dahiləri belə gördüm. Günəş kimi ədalətli, Torpaq kimi səxavətli, Şimşək kimi cəsarətli. alçaqların, xainlərin, Xəbislərin hədəfində. Nöqtə boyda ləkəsi yox, şöhrətində, şərəfində. Bəndə Allah sırasında, Ömrü keçir ömrü boyu, gədayla şah arasında. Gözlərini oysalar da. Nizələrlə, güllələrlə. Sinəsi şan-şan olsa da, Gün... | ANL |
Azərbaycan parlamentində M.Ə.Rəsulzadənin açılış nitqi. Dekabrın 7-də Azərbaycan Xalq Cümhuriyyəti qanunvericilik məclisi – Məclisi-Məbusanın açılışının 95 ili tamam olur. Üzeyir bəyin təbirincə desək, bu, tarixi bir gündür. Noyabrın 9-da onun təklifi ilə Azərbaycan hökuməti “Azərbaycan bayrağı haqqında” qərar qəbul ed... | ANL |
Vaqif Sultanlının İngiltərədə yeni kitabı çap olunub. Azərbaycan ədəbiyyatının dünyanın müxtəlif ölkələrdə nəşri və təbliğinin günün ən aktual məsələlərindən olduğu məlumdur. Son illərdə bu istiqamətdə müəyyən addımlar atılsa da, görülən işlərin yetərincə olmaması, sistemli səciyyə daşımaması, xüsusilə pərakəndəliyi di... | ANL |
Nizami Gəncəviyə həsr olunan sərgi Strasburq meriyasının internet səhifəsində. Strasburq meriyasının internet səhifəsində dahi Azərbaycan şairi Nizami Gəncəvinin 870 illik yubileyinə həsr olunan sərgi barədə məqalə yerləşdirilib. Məqalədə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Azərbaycanın ikinci böyük şəhəri, 2016-... | ANL |
Qaryağdı yadigarının əzablı taleyi. Həyatda üç qadına ana demişəm- biri öz anama, biri mənə əlifba öyrədən Rəfiyyə müəlliməmə, biri də gənclik illərindən dostluq etdiyim, Ülfət dostumun anası Şəhla xanıma. Bizi boya-başa çatdıran hər bir ana bizim üçün müqəddəsdir. Ancaq elə analar var ki, onları tariximiz də unutmamal... | ANL |
Ağdam rayonunun Quzanlı qəsəbəsində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi, Dövlət mükafatı laureatı Məmməd Arazın anadan olmasının 80 illik yubileyi qeyd edilib. Mərasimdə ulu öndər Heydər Əliyevin Məmməd Arazla görüşünə və şair haqqında dəyərli fikirlərinə dair videokadrlar nümayiş etdirilib. Yazıç... | ANL |
TƏRCÜMƏÇİDƏN ÖN SÖZ. Tanınmış yazıçı Algirdas POTSYUS (litvaca: Algirdas Pocius) müasir Litva ədəbiyyatının yaşlı nəslinə mənsub olan və geniş oxucu auditoriyasının rəğbətini qazanmış ədiblərdən biridir. Seda qəsəbə orta məktəbini bitirdikdən sonra 1950-1952-ci illərdə Klaypeda Müəllimlər İnstitunun Litva dili və ədəbi... | ANL |
Yazıçılar Birliyində "Ulduz" jurnalının yeni sayının müzakirəsi keçirilib. Adətən, hər ay ustad dərslərini dinləmək üçün bir yerə toplaşan Gənc Ədiblər Məktəbinin (GƏM) üzvləri bu dəfə "Ulduz" jurnalının Emin Pirinin rəhbərliyi ilə çıxan nömrəsinin təqdimat mərasiminə yığışmışdılar. Artıq beşinci dəfədir ki, gənclərin ... | ANL |
Azərbaycan müəllimlərinin XIV qurultayı olub. "Müəllimlərin fəaliyyətini stimullaşdırmaq üçün yeni addımlar atılacaq". Dekabrın 14-də Heydər Əliyev Mərkəzində Azərbaycan müəllimlərinin XIV qurultayı keçirilib. Azərbaycanın bütün bölgələrindən nümayəndələrin seçildiyi qurultayda Prezident Administrasiyasının rəhbəri Ram... | ANL |
Mənim atam. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Kamran Hüseynovun 100 illik yubileyinin keçirilməsi haqqında" sərəncam imzalayıb. Sərəncamla əlaqədar silsilə tədbirlər təşkil olunur. Bu ərəfədə Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə şair Vaqif Bəhmənlinin görkəmli dövlət və ictimai xadimin həyat yo... | ANL |
Baş direktor nitqini yekunlaşdırıb məlumat üçün bir də onu dedi ki, istehsalat rəisi məsələsini həll etmişik. Nazirliklə razılaşıb Mehman Qasımovun üzərində dayanmışıq. Direktor bir-iki kəlmə də bəzi geridə qalan müəssisələrin vəziyyətindən danışıb fikrini yekunlaşdırdı. İclas salonunu tərk etdik. Neçə il bir idarədə i... | ANL |
Köklənmə və ya kainatla təmasda. Musiqi alətində hansısa havanı ifa etmək üçün, aləti kökləməlisən, kökləməsən havanı düzgün ifa etmək mümkün olmayacaq. Alət köklənəndən sonra nəzərdə tutulan hava düzgün çalınır, alətdən istədiyin səsləri ala bilirsən. İnsan da belədi: beynindəki fikrə köklənəndə, fikir başlayır addım–... | ANL |
Köhnə tanışlar: tanınmış jurnalist Şakir Yaqubov- davamı. Kitab çap etdirmək barədə yenəmi düşünürsən? Bunu gözəl dedin, mən də əvvəllərdə bu fikrə oxşayan fikirlər bildirmişəm, misallar çəkmişəm. Hər halda mənə elə gəlir ki, kitab çapının həcminə görə Azərbaycan yəqin indi dünyada ən öncül yerlərin birində olar. Mən t... | ANL |
Ustad aşıq və tarixi ənənə. Aşıq Şəmşirin təmsil etdiyi aşıq sənətinin təşəkkül tapıb özünəməxsus yol tutmasında ən başlıca göstəricilər, təbii ki, sazın meydana çıxması, ayrı-ayrı saz havalarının və onlara uyğun şeir şəkil və janrlarının yaranması, dastanların yeni məzmun və forma xüsusiyyətləri qazanmasıdır. Bu göstə... | ANL |
Altı aydan bir hər seminar iştirakçısının əsərləri müzakirə olunurdu. Sıradakı həftə mənim növbəm çatacaqdı. Əsərləri müzakirə olunan şairi mütləq mənsub olduğu ədəbiyyatdan kimsə təqdim etməli idi. Mejirov özü o zaman SSRİ Yazıçılar İttifaqında Azərbaycan ədəbiyyatı üzrə məsləhətçi olan Çingiz Hüseynovla danışmışdı. Ç... | ANL |
(XIX əsr Azərbaycan ədəbiyyatına bir nəzər). Vaxtıyla Vladimir Leninin tez-tez misal çəkilən məşhur bir tezisi var idi ki, hər bir milli mədəniyyətdə iki mədəniyyət var və bu, əlbəttə, tam siyasi bir iddia, mədəniyyətə sinfi münasibətin ifadəsi idi, o, hər müasir millətdə də iki millətin olduğunu yazırdı. Bu tezisi mən... | ANL |
Kökə bağlı insan. İlk tanışlığımız “Elm və həyat” jurnalının redaksiyasında olub. Redaksiyaya iş üçün getmişdim. Jurnalın o zamankı baş redaktoru mənə dedi ki, hələlik bizdə boş yer yoxdur, amma səni bir əməkdaşımızla tanış edərəm, onunla birlikdə jurnal üçün materiallar hazırlayarsınız, jurnalda çap olunar, yer boşala... | ANL |
Azərbaycan virtual məkanda. Müasir cəmiyyətin formalaşmasında informasiya texnologiyalarının təsiri danılmaz faktora çevrilib və bu sahənin sürətlə inkişaf etməsi artıq həyatımızın ayrılmaz hissəsini təşkil edir. Bu gün Azərbaycanda vətəndaşların böyük bir hissəsinin internet istifadəçisinə çevrilməsi nəticəsində, onla... | ANL |
Təbiət də gələcək qalibləri himayə edir (davamı). (Tarixi hadisələrə belə rakursdan baxış). Müharibənin gedişinə və nəticəsinə təsir edən faktorlar sırasında təbiətin, stixiyanın rolunu da qeyd etmək lazımdır. Əgər dənizdəki qabarma və çəkilmə Ayın və Günəşin cazibə qüvvəsinin təsiri ilə baş verirsə, niyə xalqlar arası... | ANL |
Əgər onların karyerası müvəqqəti olaraq və ya bəzən daimi olaraq sui-istifadə edən naşirlərin, zəhərli qələm sahiblərinin və seçkilərdə ən çox səs verənlərin atdıqları mərmilər altında dəfn edilirsə – əgər onlar risq edirlərsə, həmin vaxt buna məruz qalırlar – onlar gələcəyi ümid və inamla gözləyirlər, bu faktdan da ag... | ANL |
Macarları özlərinə tanıdan alim. Görkəmli macar türkoloqu, Avropa universitetləri tarixində ilk türkologiya kafedrasının qurucusu Armin Vamberinin (1832-1913) vəfatından yüz il keçir. Bu həmin Vamberidir ki, ötən əsrin əvvəllərində türkçülük və turançılıq ideologiyasının banilərindən olan Əlibəy Hüseynzadə ona müraciət... | ANL |
Koelyo və Kafka: mütaliədə elektroşok effekti. Sistemli mütaliə mənə o qədər dəyərli və çox şey verir ki, məndən aldıqlarını dilimə gətirməyə utanıram. Bibliomanlara məlumdur ki, mütaliə zamanı duyduğu ədəbi vəcdi adam bəzən kiminləsə bölüşməyə ehtiyac hiss edir. 150 cildilk dünya ədəbiyyatı silsiləsinə abunə yazıldıqd... | ANL |
“Şah İsmayılı şaman adlandırmaq doğru deyil”. “Şah İsmayılı şaman adlandırmaq doğru deyil”. Əkbər Nəjəf: “Şaman şamanizmdə dini missiyanı ijra edən mistik həyat tərzinə sahib, yeri gələndə həkim kimi də insanları müalijə edən din adamına verilən isimdir”. Tarix elmləri doktoru Əkbər Nəjəfin “Təzadlar”a müsahibəsi. - Bu... | ANL |
Din elmlərinin məzmun və mahiyyətinə müfəssəl baxış. Kitabi-Müqəddəsin təfsirləri. Kitabi-Müqəddəsin təfsirləri. Xristian dini ədəbiyyatında Kitabi-Müqəddəs təfsirlərinin önəmli bir yeri vardır. II əsrdən etibarən kilsə atalarına aid (patristik) ədəbiyyat içərisində ortaya çıxmağa başlayan təfsir fəaliyyətləri həm Əski... | ANL |
Rəşid Behbudov Mahnı Teatrında anılıb. Dövlət Mahnı Teatrında görkəmli sənətkar, SSRİ Xalq artisti Rəşid Behbudovun xatirəsinə həsr edilmiş anım gecəsi və konsert təşkil olunub. Görkəmli müğənninin doğum günündə hələ sovet dövründə Rəşid Behbudovun özünün səyləri sayəsində yaradılmış Mahnı Teatrında keçirilən tədbirdə ... | ANL |
Vaqif Sultanlının İngiltərədə yeni kitabı çap olunub. Azərbaycan ədəbiyyatının dünyanın müxtəlif ölkələrdə nəşri və təbliğinin günün ən aktual məsələlərindən olduğu məlumdur. Son illərdə bu istiqamətdə müəyyən addımlar atılsa da, görülən işlərin yetərincə olmaması, sistemli səciyyə daşımaması, xüsusilə pərakəndəliyi di... | ANL |
Nizami Gəncəviyə həsr olunan sərgi Strasburq meriyasının internet səhifəsində. Strasburq meriyasının internet səhifəsində dahi Azərbaycan şairi Nizami Gəncəvinin 870 illik yubileyinə həsr olunan sərgi barədə məqalə yerləşdirilib. Məqalədə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Azərbaycanın ikinci böyük şəhəri, 2016-... | ANL |
Qaryağdı yadigarının əzablı taleyi. Həyatda üç qadına ana demişəm- biri öz anama, biri mənə əlifba öyrədən Rəfiyyə müəlliməmə, biri də gənclik illərindən dostluq etdiyim, Ülfət dostumun anası Şəhla xanıma. Bizi boya-başa çatdıran hər bir ana bizim üçün müqəddəsdir. Ancaq elə analar var ki, onları tariximiz də unutmamal... | ANL |
Ağdam rayonunun Quzanlı qəsəbəsində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi, Dövlət mükafatı laureatı Məmməd Arazın anadan olmasının 80 illik yubileyi qeyd edilib. Mərasimdə ulu öndər Heydər Əliyevin Məmməd Arazla görüşünə və şair haqqında dəyərli fikirlərinə dair videokadrlar nümayiş etdirilib. Yazıç... | ANL |
TƏRCÜMƏÇİDƏN ÖN SÖZ. Tanınmış yazıçı Algirdas POTSYUS (litvaca: Algirdas Pocius) müasir Litva ədəbiyyatının yaşlı nəslinə mənsub olan və geniş oxucu auditoriyasının rəğbətini qazanmış ədiblərdən biridir. Seda qəsəbə orta məktəbini bitirdikdən sonra 1950-1952-ci illərdə Klaypeda Müəllimlər İnstitunun Litva dili və ədəbi... | ANL |
Yazıçılar Birliyində "Ulduz" jurnalının yeni sayının müzakirəsi keçirilib. Adətən, hər ay ustad dərslərini dinləmək üçün bir yerə toplaşan Gənc Ədiblər Məktəbinin (GƏM) üzvləri bu dəfə "Ulduz" jurnalının Emin Pirinin rəhbərliyi ilə çıxan nömrəsinin təqdimat mərasiminə yığışmışdılar. Artıq beşinci dəfədir ki, gənclərin ... | ANL |
Azərbaycan müəllimlərinin XIV qurultayı olub. "Müəllimlərin fəaliyyətini stimullaşdırmaq üçün yeni addımlar atılacaq". Dekabrın 14-də Heydər Əliyev Mərkəzində Azərbaycan müəllimlərinin XIV qurultayı keçirilib. Azərbaycanın bütün bölgələrindən nümayəndələrin seçildiyi qurultayda Prezident Administrasiyasının rəhbəri Ram... | ANL |
Mənim atam. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Kamran Hüseynovun 100 illik yubileyinin keçirilməsi haqqında" sərəncam imzalayıb. Sərəncamla əlaqədar silsilə tədbirlər təşkil olunur. Bu ərəfədə Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə şair Vaqif Bəhmənlinin görkəmli dövlət və ictimai xadimin həyat yo... | ANL |
Uzaqdan gələn adam. İnqilabla tanışlığımızın ilk günündə söhbətimizin mövzuları yolların məsafə göstəriciləri kimi tez-tez dəyişirdi: jurnalistika, ədəbiyyat, idman, müəllimlərimiz, şəhər həyatı... Sonra mən "tələbənin şifahi anketinin" ilk sualını xatırlayıb, soruşdum: - Heç demədin axı, universitetə haradan gəlmisən,... | ANL |
Dərbəndin Azərbaycan Teatrı Qəbələyə qastrola gəlib. Rusiya Federasiyasının Dağıstan Respublikasının Dərbənd şəhərində fəaliyyət göstərən Azərbaycan Dövlət Dram Teatrı 2013-cü ildə "MDB-nin mədəniyyət paytaxtı" elan olunmuş Qəbələdə qastrol səfərində olub. Teatrın kollektivi Qəbələ Rayon Mədəniyyət Mərkəzində Üzeyir Ha... | ANL |
Azərbaycanda Fransız İnstitutunun təşkilatçılığı ilə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında "Arpeggione" kvartetinin konserti olub. Gidon Kremer tərəfindən Lockenhaus festivalına dəvət olunan kvartet, sonradan bütün Avropada, ABŞ-da, Cənubi Amerikada, Suriyada, Livanda və digər ölkələrdə müqavilələrə imza at... | ANL |
İtmiş səhifələri yenidən yazan Elçin və onun Türkiyə türkcəsində nəşr olunmuş əsərləri. "Kardeş kalemlər" Elçin haqqında. Avrasiya Yazarlar Birliyinin nüfuzlu "Kardeş kalemlər" adlı ədəbiyyat jurnalı Xalq Yazıçısı Elçinin həyat və yaradıcılığı, xüsusi ilə Türkiyə türkcəsinə çevrilmiş əsərləri haqqında iri həcmli məqalə... | ANL |
Din elmlərinin məzmun və mahiyyətinə müfəssəl baxış. Ortodoksluq və Ortodoks məzhəbi. Dar mənada bu termin erkən xristian əqidəsində təmsil olunduğu kimi, xristian inancına tabe olmanı ifadə edir. Bu gün dünyada Ortodoksluğun 400 milyona yaxın mənsubu vardır. Bu məzhəb xristianlığın katolik və protestantlıqdan sonra üç... | ANL |
"Molla Nəsrəddin" jurnalının Azərbaycan mətbuatı tarixində ilk satirik mətbu orqanı olduğu elm aləminə çoxdan bəllidir. İstər-istəməz məntiqi bir sual yaranır? Görəsən "Molla Nəsrəddin"nə qədər ana dilində ona bənzər bir mətbu nümunəsi var idimi? Və "Molla Nəsrəddin"nin yaradıcısı Mirzə Cəlilin o barədə məlumatı olubmu... | ANL |
Zori Balayanın növbəti sayıqlamaları və bəzi başqa məsələlər haqqında. Rusiya Prezidenti V.V.Putinə Zori Balayan tərəfindən ünvanlanan və eyni zamanda müəllifin həm nökərçiliyindən, həm də təkəbbüründən xəbər verən məktubu ilə iyrənə-iyrənə tanış oldum. Balayan öz məktubunda gah müxtəlif vasitələrlə Putinə yaltaqlanara... | ANL |
"Qafqaz regionunun inkişafı üçün Qarabağ münaqişəsinin həlli vacibdir". RUFİZ QONAQOV: "PREZİDENT SEÇKİSİ ÖLKƏNİN DAHA DA İRƏLİYƏ GETDİYİNİ VƏ İSLAHATLARA MEYİLLİ OLDUĞUNU NÜMAYİŞ ETDİRDİ". Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi (BMAM) İctimai Birliyi dünən Beynəlxalq Mətbuat Mərkəzində növbəti ümumi yığıncağı... | ANL |
Mədəniyyət yolunun yolçuları. Bu gün (19.12.2013) Azərbaycan Prezidenti İlham Əliyev cənablarının Sərəncamı əsasında 90 illik yubileyini böyük ruh yüksəkliyilə keçirdiyimiz Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti sintetik xarakterli ali təhsil ocağıdır. Azərbaycan Prezidentinin 10.XII.2013 tarixli Sərənc... | ANL |
Din elmlərinin məzmun və mahiyyətinə müfəssəl baxış. Protestant məzhəbi. XVI əsrdə Martin Lüter (1489-1546) Roma Katolik Kilsəsinin günahları bağışlaması, bunu maddi bir qaynaq halına gətirməsi, Müqəddəs Kitabın izahı və hökm çıxarmağı öz inhisarında tutması, ayin dilinin latınca olması kimi xüsuslara qarşı öz etirazın... | ANL |
Akif Rüstəmov: "Nəsir İmanquliyev əsl tələbə adamı idi". "O HƏMİŞƏ TƏLƏBƏLƏRİNƏ ÖVLADI KİMİ MÜNASİBƏT GÖSTƏRİRDİ". Dekabrın 22-də görkəmli pedaqoq, uzun illər Bakı Dövlət Universitetinin Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının professoru olmuş mərhum jurnalist Nəsir İmanquliyevin doğum günüdür. "Bakı"-"Ba... | ANL |
Bülbülə tək külü qaldı. Məlhəm yoxdu bu yaraya, Dost da tapılmaz haraya, Neyləmişdim ki dünyaya, Məndən belə qisas aldı. Qəmin üzlüdüsə. Nahaq silmə ümidlərini. ürəyinin pəncərəsindən. bir rəngdə görünür. adama həmişə. parlaq, cəzbedici. özünə çəkir. İslaq baxışlarımı. yığa bilməzsən. ömründən, Bilməzsən. Ürəyin hardan... | ANL |
Məmməd Arazın Səməd Vurğun sevgisi. Böyük şairimiz Məmməd Arazın çox sevdiyi, həmişə ustad kimi xatırladığı şairlərdən biri və mən deyərdim, birincisi Azərbaycan poeziyasının korifeylərindən biri - Səməd Vurğun olub. Məmməd Araz da ədəbiyyata gələndə bir çox yaşıdları kimi Vurğun bulağından su içmişdi. "Səməd Vurğunun ... | ANL |
Ədəbiyyat İnstitutunda iki yubiley. Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunda Xalq şairi Məmməd Arazın 80 illik yubileyi münasibətilə tədbir keçirilib. Tədbiri giriş sözü ilə institutun direktoru, akademik İsa Həbibbəyli açaraq Azərbaycan Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncam... | ANL |
Şair Taleh Həmidin oxucularla görüşü olub. Dekabrın 18-də Mirzə Ələkbər Sabir adına şəhər kitabxanasında Azərbaycan komsomolu mükafatının laureatı, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin "Qızıl kəlmə" Ədəbi Mükafatının laureatı, tanınmış şair Taleh Həmidin oxucularla "Nə yaxşı dünyada şair yarandım" ... | ANL |
Publisist Nəzirməmməd Zöhrablının yeni kitabı çap olunub. "Hər yarpaq bir sözümüz"adlanan kitab "Qanun" Nəşrlər Evində işıq üzü görüb. Geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş kitabda oxucular müəllifin çağdaş Azərbaycan poeziyasının aparıcı simalarından olan şair Musa Yaqubun irihəcmli əsərləri - milli-mənəvi, əxlaqi... | ANL |
Din elmlərinin məzmun və mahiyyətinə müfəssəl baxış. XVI əsrdə Reform hərəkatından sonra İngiltərədə meydana gəlmiş bir xristian məzhəbidir. Anqlikanizm protestantlığın İngiltərəyə məxsus bir şəklidir. VIII Henri və daha sonra I Yelizavet dönəmində Roma ilə olan mücadilədən sonra katolikliklə bağlarını kəsən ingilislər... | ANL |
Zori Balayanın növbəti sayıqlamaları və bəzi başqa məsələlər haqqında. Xalq deputatlarının ilk qurultayındaca Q.İgityan Sumqayıt hadisələrinə görə kobud ifadələrlə Azərbaycan xalqının ünvanına təhqir yağdırdı. Biz etirazımızı bildirdik və İgityan üzr istəməli oldu. Bu qurultayda mən də çıxış etdim: "Biz Sumqayıt cinayə... | ANL |
(XIX əsr Azərbaycan ədəbiyyatına bir nəzər). İlkin orta əsrlərdən bu tərəfə Azərbaycan ədəbiyyatı Füzulinin “Şikayətnamə”si də daxil olmaqla, dünyanın fənalığından yazıb, dövrandan şikayət edib və XIX əsrdə Vaqif ənənələrinin davamçısı olaraq, Qasım bəy Zakir yaradıcılığı həmin “ədəbi şikayətnamənin”, əgər belə demək m... | ANL |
Çingiz Aytmatovun 85 illiyinə həsr olunan yubiley tədbiri keçirilib. Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında türk dünyasının görkəmli yazıçısı, ictimai-siyasi xadim Çingiz Aytmatovun 85 illiyinə həsr olunan yubiley tədbiri keçirilib. Tədbir qırğız xalq musiqi... | ANL |
Təbiət də gələcək qalibləri himayə edir (davamı). (Tarixi hadisələrə belə rakursdan baxış). Aleksandr əvvəlcə dəniz sahili ilə əlaqə saxlamağa cəhd etdi. Bir həftə ərzində o, sahil boyu ilə irəlilədi. Bir dəfə çar ölkənin içərilərində taxıl ehtiyatı olduğunu üzə çıxardı və onu sahildəki anbarlara daşımağı əmr etdi. Lak... | ANL |
Bir şeirin dedikləri. Amma həmişə onunla qoşa addımladığını hesab edirsən. Hansı məqamdasa anlayırsan ki, əslində səninlə qoşa addımlayan ürəyində illər boyu əzizlədiyin bir isti nəfəs, hənir, yaxud uydurduğun bir pıçıltının havasıymış. Elə şeirlər var, sən addımladıqca onun nəfəsini kürəyində hiss edirsən. İşdi şayət,... | ANL |
PƏRVİNin təqdimatında. Hərdən adama elə gəlir, həyatda mənası olan yeganə hadisə ölümdü. Çünki tək bircə ölüm insanın bu dünyada yaşadığı, yaxud yaşaya biləcəyi hər şeyi mənasız edir, adiləşdirir. Yəqin elə buna görə ölümü-sonu başqalarından daha artıq xəyal edən, mütəmadi bu haqda düşünən adam fərqli olur, seçilir çox... | ANL |
“Çərpələng uçuran”dakı Əfqanıstan: torpağı günah bitirən ölkə. “Kədərli əhvalatlardan yaxşı kitablar çıxır” – bu cümlənin müəllifinin, əfqan kökənli amerikan yazıçısı Xalid Hüseyninin hələlik əlimdə olan yeganə kitabını bu yaxınlarda oxuyub bitirdim. Romanın son səhifəsini çevirib dərindən nəfəs aldım və sübuta ehtiyac... | ANL |
Ustad aşıq və tarixi ənənə. Allahın verdiyi bu nemətlərlə atası yanında şagirdliyə başlayan Şəmşirin ustaddan öyrəndiklərini bircə sözlə ifadə etsək, bu məqamda “ənənə” sözünü işlətməliyik. Doğrudan da, şagird illər uzunu ustaddan dərs alıb Qurbani, Abbas Tufarqanlı, Xəstə Qasım, Aşıq Alı, Aşıq Valeh... kimi sənətkarla... | ANL |
Biz hamımız küt rejissor, yarıkor operator, zövqsüz dekorçu və əbləh prodüserlərik. Zəiflər həyatda buraxdıqları səhvlər üçün daim əzab çəkirlər. Güclülər isə səhvlərini unudurlar. Yaradıcı insan beyni ilə söhbət edəndə nəsr yaradır, ürəyi ilə söhbət edəndə nəzm. Qonaq otağımızdakı divar saatı həmişə geri qalırdı. Atam... | ANL |
“Sehrbazlar dərəsi” yapon dilində. Takayuki Murakami: “Sizin ədəbiyyatınızla tanış olduqca ölkənizə daha çox vuruluram”. Cəmiyyətimizin tarixi təkamülünün son dərəcə maraqlı, özünəməxsus şərhini vermiş “Yarımçıq əlyazma” – “Sehrbazlar dərəsi” – “Unutmağa kimsə yox” trilogiyası ölkəmizin hüdudlarından kənarda da sevilər... | ANL |
Tahir Əmiraslanov ”Söz mətbəxi”ni təqdim edib. M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında Azərbaycan Milli Kulinariya Assosiasiyasının prezidenti, UNESCO-nun Ənənəvi Qida Komitəsinin sədri Tahir Əmiraslanovun “Söz mətbəxi” kitabının təqdimatı keçirilib. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gənc... | ANL |
Sokratın vətənində. Ötən ayın son həftəsi Milli Məclisin Sosial siyasət komitəsinin sədri, Yunanıstanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Hadi Rəcəbli, deputatlar Azər Badamov, Nazim Fərəcov və Hacı İqbal Məmmədovla birlikdə Afinaya səfərimiz yaddaşıma dərin izlər buraxdı. Yunanıstan gənc yaşlarımda... | ANL |
baş redaktor, möhtərəm. Rəşad Məcidə yeni bir giley-güzar. İlk dəfə görürəm altıncı gündə. Bəlkə bilmədiyim bir əmması var;. İnşallah, deməzlər xeyirsiz çıxıb. Şeirlər əzəldən könül mehridi!.. Sözlər bəzən baldı, bəzən zəhridi. Acımı, şirinmi sənət sehridi, Şeirsiz çıxıbsa, sehirsiz çıxıb. Sərraflar gözündə şeir gövhər... | ANL |
Ədəbiyyat İnstitutunda Azərbaycan Teatrının 140 illiyi ilə bağlı elmi sessiya keçirilib. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunda Azərbaycan Teatrının 140 illiyinə həsr olunmuş elmi sessiya təşkil edilib. Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli elmi sessiyanı g... | ANL |
Həyat hekayələri. Yaradanıma çox-çox minnətdaram ki, görmək üçün mənə bir cüt göz verib. Onun mənə bəxş etdiyi bu bir cüt gözün bircə anda çəkdiyi mənzərələrin yarısını belə dünyanın ən mahir fotoqrafı çəkə bilməz. Bu, Tanrının insanlara verdiyi ən böyük nemətdir. Sizin kimi mənim də bu bir cüt gözümlə çəkdiyim şəkillə... | ANL |
Köhnə tanışlar: Aydın Məmmədov. İllər öncəsi trafik qəzasında faciəli vaxtsız dünyasını dəyişən görkəmli türkoloq Aydın Məmmədovun vaxtiylə işlədiyi binadan hər gün giririk və keçib stolumuzda əyləşirik.İş başlayır demək.Bura Tərcümə Mərkəzidir və həm də burada XƏZƏR jurnalı da hazırlanır.İş öz ahəngi ilə davam edir və... | ANL |
Bu günlərdə Tahir Talıblı Azərbaycan Radiosunun “Gəl səhərim” proqramında “Kitab rəfi” adlı rubrikamızın qonağı oldu. Tahir müəllimi rubrikamıza dəvət eləməyimiz yenicə çapdan çıxmış “Qurdu qəmgin, quşu qərib” adlı kitabıyla bağlı idi. Elə müsahibədən dərhal sonra redaksiyamızın ünvanına xüsusən “Gəl səhərim” proqramın... | ANL |
Dramaturgiyamızda qəhrəman axtarışı. XX əsrin sonu və çağdaş əsrimizin əvvəlində yaranmış sosial mədəni vəziyyət teatr və dramaturgiya sisteminə güclü təsir göstərməklə yanaşı onların ifadə vasitələrini və bədii dilini müəyyənləşdirdi. Bu keçid dövründə həm köhnəni, həm də yenini birləşdirən estetik plüralizm təsdiqlən... | ANL |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.