text stringlengths 20 1.45M | source stringclasses 10
values |
|---|---|
Böyük şəxsiyyətlər bütün dünyaya məxsusdur. Ceffersonun şəxsi kitabxanasında 6 min kitab var idi, bu kolleksiyanın əsasında ABŞ Konqresinin kitabxanası yaradıldı. Onun fəaliyyətinin ən nəcib nümunələrindən biri Virciniya universitetinin əsasını qoyması idi. Ölümündən on gün əvvəl İstiqlaliyyət Deklarasiyasının 50 illiy... | ANL |
Ucalıqdan zirvələrə (Portret-esse). “Yalnız o adam xoşbəxt yaşayır ki, öz vəzifə borcunu yerinə yetirəndə sevinc tapsın”. Bizim Lerikdə şiş ucları buludlarla öpüşən, qəlbi dağların zirvəsində qərar tutan yurd yerlərindən biri də qədim Zuvand torpağıdır. Diabar adlanan çökəklikdə yerləşən Zuvandı yubanmadan, bəri başdan... | ANL |
Yaponiya təhsil modelinə Azərbaycandan baxış. Şərqi Asiyada, Sakit okeanın qərb hissəsində yerləşən, dörd böyük (Honsü, Küsü, Hokkaydo, Sikoku) və çoxlu sayda kiçik adalardan ibarət olan Yaponiya 47 prefekturaya (bölgəyə) bölünüb. Yaponiyada təhsil dövlət, ailə və ümumilikdə cəmiyyət tərəfindən himayə olunur. Yaponlar ... | ANL |
Məleykə Abbaszadə: “Tanrının bizə bəxş etdiyi bu cənnət ölkəni öz əməllərimizlə daha da gözəlləşdirməliyik”. Bugünlərdə 8 Mart Beynəlxalq Qadınlar Günü ərəfəsində cazibədar qadın olmaqla yanaşı, həm də məsul vəzifə daşıyan xanımın qonağı olduq. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə ilə... | ANL |
Azərbaycanda dini və etnik tolerantlıq: fəlsəfi-psixoloji aspektdən baxış. Müsahibimiz görkəmli filosof, Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Səlahəddin Xəlilovdur. Söhbətimizin məğzini Azərbaycanda dini və etnik tolerantlığın tarixinə, mərhələlərinə fəlsəfi-psixoloji aspektdən baxış təşkil edir. – Bəlkə ... | ANL |
Bir düşüncəyə görə, ədəbiyyat ormana bənzəyir. Bu ormanın içində fərqli boy-buxunu ilə bir-birinin qonşuluğunda qardaşca neçə ağac torpaqdan güc alıb Allaha dil açır. Nazim Hikmət demişkən;. Həm də bu ağaclar böyüklüklərinə, kiçikliklərinə görə onlara can verən Allaha asilik-filan da etmirlər. Və böyük ağaclar kiçiklər... | ANL |
Qanla suvarılan tütək. YAZIÇI ƏLİ İLDIRIMOĞLUNUN “DAŞ YAĞAN GÜN” ROMANI HAQQINDA DÜŞÜNCƏLƏR. Bədii əsərin dəyəri bəşəri ideyalara, ülvi hisslərə xidmət etməsindədir. İnsanlığı, milli-mənəvi dəyərləri təbliğ etməyən, reallıqlara, həyat hadisələrinə arxalanmayan, faktları düzgün qiymətləndirməyən hər hansı bir bədii nümu... | ANL |
Yaşa dolduqca hər birimizdə bu hisslər bir qədərdə qabarıq şəkildə özünü göstərir... Ağdamda isə sözlə ifadəsi mümkün olmayan əlamətlər lap çox idi. Dostluğu, bacarığı, fərasətliyi, səmimiliyi ilə seçilən şəhər sakinləri daimi birincilik arzusuyla yaşayırdı. Hətta düşmənçilik edəndə fərqlənirdi Ağdam... Şuşa Ağdam üçün... | ANL |
Müqəddəs amallara qarşı yönələn qara əməllər. ORDUMUZU GÖZDƏN SALMAĞA CAN ATANLAR SADƏLÖVH GƏNCLƏRİ ÖZ NİYYƏTLƏRİ ÜÇÜN VASİTƏYƏ ÇEVİRMƏYƏ ÇALIŞIRLAR. Son vaxtlar Azərbaycan ordusunun qüdrətinə kölgə salmağa çalışan bəd niyyətli qüvvələrin və onların əlaltısına çevrilənlərin fəallığı artıb. Hətta əsgər ölümlərindən siya... | ANL |
Əlahəzrət kitab. Bəhruz Axundov: “Kitab bəşəriyyətın ən böyük kəşfidir”. Söz sənətini yaşadan, onun əsrlərin süzgəcindən keçərək dövrümüzə qədər gəlib çatmasına zəmin yaradan kitabların bəşər cəmiyyətinin inkişafında əvəzsiz rolu haqqında nə qədər danışılsa və yazılsa da, onun qüdrətini təsvir etməkdə söz yenə də aciz ... | ANL |
Ailənin, evlilik institutunun dindəki mövqeyi. NİKAH ANLAYIŞINA DİNİ RAKURSDAN BAXIŞIN DOĞURDUĞU DÜŞÜNCƏLƏR. Nikah elə bir qanuni aktdır ki, bununla kişi ilə qadının öhdəsinə birinin digərinə münasibətində qohum-əqrəba, adət-ənənələr tərəfindən məqbul sayılan bir sıra şər’i və ictimai iltizamlar qoyulur. Nikahla yeni b... | ANL |
Deputat Sevinc Hüseynova: “Məni axtaran yoxdur. Milli Məclisə hakim Yeni Azərbaycan Partiyasının (YAP) Gədəbəy rayonundan seçilən deputatı Sevinc Hüseynovanın APA-ya müsahibəsi. - Deputat seçilənə qədər fəaliyyətinizin nədən ibarət olduğunu bilmək istərdik…. - Milli Məclisə deputat seçilənə qədər dövlət qulluğunda çalı... | ANL |
Anar müəllim haqqında danışmaq mənimçün həm asandır, həm də xeyli çətin. Asandır – ona görə ki, ilk növbədə Anar bizim müasirimizdir, necə deyərlər, bütün yaradıcılığı ilə, bütün fəaliyyəti ilə gözümün qarşısındadır. Çətindir – çünki bu yaradıcılıq, bu fəaliyyət olduqca genişdir, çox zəngin və rəngarəngdir. Mən Anar mü... | ANL |
Çağdaş ədəbiyyatımızın klassiki. Xalq yazıçısı görkəmli ictimai-siyasi və mədəniyyət xadimi, Azərbaycan Yazıçılar Birliyinin sədri... Bu ad-titulların hər birinin altında böyük fəaliyyət – görəv, gərgin və zəngin yaradıcılıq yolu, xalqına, Vətəninə, cəmiyyətinə təmənnasız xidmət, bir sözlə: “uzun ömrün akkordları” duru... | ANL |
Yubileylərinin bir gözəl özəlliyi var – uzun zaman ürəyində saxladığın, demək istədiyin sözləri, fikirləri rahatlıqla dilə gətirməyə fürsət verir. Bu hadisədən yararlanaraq, çoxdandır onun haqqında demək istədiklərimin bir qismini qələmə almağa çalışdım. Asandır, ona görə ki, bizim dostuğumuz, qardaşlığımız uzun illərə... | ANL |
Həyatın elə çağları, məqamları, hətta anları var ki, onlar insanın daxilində mənəvi bir öhdəlik yaradır və bu mənəvi öhdəlik, olsun ki, daha artıq dərəcədə təhtəlşüur səciyyə daşıyır. Soyuq mart günü, hələ səhərin gözü açılmamış – sübh tezdən kompüterin arxasına keçib Anarın 75 illiyinə yazdığım bu sətirlər mənim içimd... | ANL |
Fevralın birinci ongünlüyünün sonuncu günü qəfil yayılan xəbər ölkənin informasiya səmasında ildırım kimi çaxdı: “Azərbaycan elmi ictimaiyyətinə ağır itki üz verib...” Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Mahmud Kərimov... kimin ağlına gələrdi... Bu şok effekti elmi-ictimai mühitin hüdudlarını adlayıb bütü... | ANL |
Ailənin, evlilik institutunun dindəki mövqeyi. NİKAH ANLAYIŞINA DİNİ RAKURSDAN BAXIŞIN DOĞURDUĞU DÜŞÜNCƏLƏR. İslam dinində nikah bəşərin atası Adəm peyğəmbərin dövründən başlayaraq Allahın hökmünə uyğun, qanuni akt hesab edilir. Sonra Quran peyğəmbərlərdən Nuhun, İbrahimin, Lutun, qeyri-peyğəmbərlərdən Fironun və başqa... | ANL |
"XII-XV əsrlərdə Azərbaycanın mənəvi mədəniyyəti” kitabının təqdimatı keçirilib. Bakı Slavyan Universitetində (BSU) Əsgər Əhmədin “XII-XV əsrlərdə Azərbaycanın mənəvi mədəniyyəti” adlı monoqrafiyasının təqdimatı olub. Kulis.Az-ın verdiyi məlumata görə tədbirdə çıxış edən müəllif kitabın Azərbaycan tarixinin hadisələrlə... | ANL |
Ziqlinde Hartman: “Mən hər il Azərbaycana böyük həvəslə gəlirəm”. Almanların dəqiq millət olduğu özləri ilə səmimi söhbət əsnasında da dəqiqliklə hiss olunur. Əlbəttə, sözdə və işdə dəqiqlik hamı üçün birmənalı məsələdir. Görüş üçün təyin etdiyimiz mehmanxananın qarşısında saatın əqrəblərinin 12 üzərində qərarlaşmasını... | ANL |
Ailənin, evlilik institutunun dindəki mövqeyi. NİKAH ANLAYIŞINA DİNİ RAKURSDAN BAXIŞIN DOĞURDUĞU DÜŞÜNCƏLƏR. İslama görə, nikah üç labüd məqsədə xidmət edir: cinsi instinktin doyuzdurulması; dünyaya övlad gətirməklə insan nəslinin yenidən istehsalı və davamının təmin edilməsi; sevgi və məhəbbət atmosferinin yaradılması... | ANL |
AMEA Mərkəzi Elmi Kitabxanası ənənə və tərəqqinin qovşağında. Azərbaycan Respublikası Prezidentinin 6 oktyabr 2008-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı”nın Tədbirlər Planında nəzərdə tutulmuş işlərə bu i... | ANL |
Fikrət Qocanın halal haqqı. Xalqımızın ləyaqətli oğlu, xalq şairi Fikrət Qocanı uzun illərdi tanıyıram, gənc yaşlarımdan şeirlərini oxumuşam, şeirlərinə yazılan mahnılara qulaq asmışam, bir sözlə, yeni həyatın nəfəsinin onun şeirlərindən duymuşam. Fikrət Qoca elə bir şairdir ki, onun yaradıcılığını həyatın və ədəbiyyat... | ANL |
Elə ilk dəfə tələbə olmağımızın qırx illiyi ilə əlaqədar bir cızmaqara hazırlayım deyirdim ki, “525-ci qəzet”də Vaqif Bəhmənlinin şeirlərinə rast gəldim. Sevə-sevə oxuduğumu deməyim belə artıqdır. Amma seirlər toplusuna da sərlövhə olmuş başlıq xoşuma gəlmədi. İnsan oğlunun acınacaqlı halı fiziki olaraq qocalıb ruhən c... | ANL |
Ənvər Məmmədxanlı anadan yazıçı doğulmuşdu. Və “Yazıçı” sözünün məsuliyyətini çox gənc yaşlarından başa düşən Ənvər Məmmədxanlının sonrakı həyatı, yaradıcılığı daima oxucuları intizarda saxlamış və bu ad, bu famil “müəmmalı” bir dünyanın “müəmmalı bir şəxsiyyəti, insanı” barədə öz oxucusuna hekayətlər söyləmişdir. Ola ... | ANL |
Sarpi qəsəbəsindəki turistlərlə dolu olan “Kameo” hotelinin vestibülündə sakitlik hökm sürürdü; yay səhərinin gözü açılmamışdı, alatoranlıq idi; arabir magistral yoldan ötən minik və yük maşınlarının səsi gəlirdi, amma bu, bütün günü yaxındakı çimərlikdə özünü günə verən, Qara dənizin şəffaf suları qoynunda doyunca çim... | ANL |
Böyüdüb köçürtdük. Bəxtəvər olsaq da, nakam qalmışıq. Böyüdüb köçürtdük gəlincikləri, Qoynumuz evləri-eşikləriydi, Gənclik çağımızın yelləncəkləri. Məsum xəyalların beşikləriydi. Səsini duyuram xatirələrin, Əhlikef olanlar baxıb-uğunub, Ağarıb çiynimdə ölən tellərin. Hər biri bir soyuq baxışdan donub. Ürəkdə iz salıb q... | ANL |
Sözün Aqil Abbas ahəngi. Bədii olan, yaşamağa qadir hər bir sözün, mətnin arxasında ŞƏXSİYYƏT durur. Bu şəxsiyyətlərin varlığıdır ki, ədəbiyyat yaranır və həmin şəxsiyyətlər olmasa, mənəviyyat aləmi də çat verər. Altmış yaşı aprelin ilk günündəcə tamam olan Aqil Abbas Məhəmməd oğlu da müasir ədəbiyyatımızda belə şəxsiy... | ANL |
Yazıçını başqa adamlardan fərqləndirən vacib cəhətlərdən biri, məncə, yaddaşdır. Bəzən nasir öz həyatının neçə il arxada qalmış ən xırda nüanslarını belə yazıya alır və onu mikroskopik dəqiqliklə yazıya gətirir. Əgər yazıçı sadəcə istedadlı yox, həm də intellektualdırsa, təkcə fərdi yox, milli bədii yaddaşı da öz əsərl... | ANL |
Məhəmməd Əmin Rəsulzadə- Əsərləri. Araşdırıb toplayanı, ərəb əlifbasından latın qrafikasına çevirəni, ön sözün müəllifi, lüğətin tərtibçisi Şirməmməd HÜSEYNOV. General Kuropatkinin hürriyyəti. Tazə Rusiyanın böyük bir qismini təşkil edən Türkistandan hürriyyətin ilk günlərində xəbərlər az gəlirdi. Bura əhvalının nə yol... | ANL |
Xatirələr işığında- Osman Sarıvəlli. 1970-ci ilin əvvəlləri idi. Azərbaycan Dövlət Universitetində kitabxanaçılıq fakültəsinin II kursunda oxuyurdum. O vaxtlar Gürcüstan mətbuatında şeirlərim müntəzəm çap olunsa da, Azərbaycan mətbuatına təzə-təzə ayaq açırdım. Borçalı mahalında, Bolnis-Kəpənəkçidə keçən ömrümün uşaqlı... | ANL |
“Yenə yay gələcək”- Zakir Sadatlının xatirəsinə. Dostum Zakir Sadatlının xatirəsinə. İyirmi il əvvəl “Za rubejom” qəzetindən maraqlı bir esseni tərcümə eləmişdim. Müəllifi də yadımdan çıxıb, o qəzet də indi bilmirəm hardadır. Dostum Zakir Sadatlı haqqında bu yazını qələmə almaq istəyəndə, o tərcümə yadıma düşdü. Əvvəl ... | ANL |
Həkim-bəstəkar. Bu mahnını ilk dəfə orta məktəbdə oxuduğum illərdə, 1959-cu ilin baharında kənd klubunda nümayiş etdirilən “Ögey ana” filminə baxarkən eşitmişdim. Ceyhun Mirzəyevin böyük istedadla oynadığı İsmayılın şəxsində uşaq aləminə də geniş yer verilmiş bu filmə göz yaşları içində baxmışdım. Onda elə bilmişdim ki... | ANL |
Böyük şəxsiyyətlər bütün dünyaya məxsusdur. Bolivarın özü isə bu vaxt Mirandanın taleyini təkrar etməkdən güclə qaça bildi. O, Kartaxenaya çata bildi, orada Boqotadan separatçı fraksiyanı sıxışdırıb çıxarmaq vəzifəsini həll etməli idi. O, bunu uğurla bacardı. Sonra o, Yeni Qranadanın liman şəhəri olan Kartaxenanı mühas... | ANL |
Kinorejissor Şahirə Tacəddin: “Düşünürəm ki, hələ öz sözümü deməyə vaxtım olacaq”. Bugünlərdə Azərbaycan Professional Kinorejissorlar Gildiyasının katibi (mətbuat xidmətinin rəhbəri və icraçı direktoru), kinorejissor Şahirə Tacəddin yubiley yaşını qeyd edəcək. Bu münasibətlə yubilyar xanımla söhbətləşib keçdiyi həyat y... | ANL |
Geosiyasətin fundamental elmi əsasları. Sovet imperiyasından xilas olmaq və sovet ideoloji sistemindən imtina etmək postsovet məkanı üçün təkcə siyasi, iqtisadi, coğrafi, milli müstəqillik deyil, habelə müasir dövrdə dünyaya yeni münasibətin əsasını təşkil edən elmi-nəzəri baxışların müstəqilliyidir. Marksizmin proleta... | ANL |
Ulu Öndər Heydər Əliyevin sovet dövründə Azərbaycan-Türkiyə mədəni əlaqələrini genişləndirməsi. Heydər Əliyev Türkiyə ilə mədəni əlaqələrdə Azərbaycanın daha geniş iştirakını təmin etmək üçün mərkəz qarşısında konkret məsələlərin həllini qaldırırdı. Bildirirdi ki, hər il sentyabr ayında Bakıda Yaxın və Orta Şərq ölkələ... | ANL |
Ailənin, evlilik institutunun dindəki mövqeyi. İran alimi hacı Əbdürrəhman Yusifpura görə, “oğlanlar on altı yaşında, qızlar isə on yaşında yeniyetmə yaşına çatırlar. Onlar bu mərhələdə şəriət qaydalarına uyğun olaraq izdivac edə bilərlər. Çünki həm oğlanlar, həm də qızlar yeniyetməlik mərhələsinin əvvəllərində kifayət... | ANL |
Mədəniyyət və İncəsənət Universitetinin müəllimlərinin Avropada yaradıcılıq sərgisi. 11 mart 2013-cü il tarixində Bolqarıstan Respublikasının paytaxtı Sofiya şəhərində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Rəssamlıq” fakültəsinin dekanı, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Sevda Sadıqbəyova ... | ANL |
Rusiya təhsil sistemi ilə ümumi tanışlıq: ənənələr və reallıqlar. Rusiya Federasiyası Müstəqil Dövlətlər Birliyində (MDB) təmsil olunan ən böyük dövlətdir. Keçmiş SSRİ-nin varisi olan Rusiya Boloniya prosesinə ilk qoşulan ölkələrdəndir. Son 10 ildə təhsil sisteminin yenidən qurulması üçün ölkədə ciddi təhsil islahatlar... | ANL |
Sözə bağlı ömür. Ötən əsrin 70-80-ci illərinin gəncliyi onu, əsasən, ədəbiyyatımızda hadisə kimi səciyyələndirilən “Kar qaya”, “Dalanda” povest və romanının müəllifi kimi tanıyırdı; baxmayaraq ki, ona qədər və ondan sonra da yazdığı hekayə, povest və romanları ilə ədəbi prosesin həmişə diqqət mərkəzində olub, özünün fə... | ANL |
“Tolerantlıq hər zaman bizim qanımızda, gen yaddaşımızda möhkəm yer tutub”. PROFESSOR VAQİF ARZUMANLI: “AZƏRBAYCAN DÖVLƏTİNİN SİYASƏTİNDƏ HƏMİŞƏ AYRICA BİR TOLERANTLIQ XƏTTİ OLUB”. Həmsöhbətimiz millətlərarası münasibətlər üzrə tanınmış mütəxəssis, görkəmli alim, professor Vaqif Arzumanlıdır. Onunla Azərbaycanda etnik ... | ANL |
Gül kimi bir xanım... FƏRİDƏ HACIYEVANIN YUBİLEYİNƏ. Onu necə tanıdım? Neçə gündü ürəyimdə onunla danışıram. Sonra elə olur ki, M.F.Axundov adına Milli Kitabxanaya işə qəbul edilirəm. Təsadüfən bu istiqanlı, gülərüzlü xanımın rəhbərlik etdiyi bölmədə işə başlayıram. Bir tədbirdə onun şair olduğunu öyrənmişdim. Daha doğ... | ANL |
Amma sonra görürsən ki, yaş bir günün içərisində keçib gedir. İnsan həyatı qısadır. 3 yaşımdan bu günə qədər olanları yadımda saxlamışam. Fikirləşəndə bütün ömrüm gözümün qabağından keçib gedir. – Yaş artdıqca insan günlərinin qədrini bilməyə başlayır. Sizdə də belədirmi? Şəkinskidən soruşurlar ki, nədən qorxursan? Amm... | ANL |
“Tolerantlıq hər zaman bizim qanımızda, gen yaddaşımızda möhkəm yer tutub”. PROFESSOR VAQİF ARZUMANLI: “AZƏRBAYCAN DÖVLƏTİNİN SİYASƏTİNDƏ HƏMİŞƏ AYRICA BİR TOLERANTLIQ XƏTTİ OLUB”. – Tarixən Azərbaycanda qədim dövrlərdən etibarən tolerantlıq özünü büruzə verib. Məsələ ondadır ki, Azərbaycan öz coğrafi mövqeyinə görə el... | ANL |
Nilufər – gül deməkdir... Ədəbiyyata əsrin əvvəllərində gələnlərlə, sonlarında gələnlərin ədəbi uğurlarını müqayisə etsək, birincilərin daha şanslı olduğunu görürük. XIX , XX ya da XXI yüz ilin əvvəllərində, gərək rus ədəbiyyatında, gərəksə də Azərbaycan ədəbiyyatında bir hərəkətlənmə və canlanma olduğu bilinməkdədir. ... | ANL |
Azərbaycanın dəyərli yazıçısı, usta publisisti və redaktoru, millət vəkili Aqil Abbasın bugünlərdə 60 illik yubileyi qeyd olunacaq. Ən tanınmış qələm adamlarımızdan biri olan Aqil Abbasın 60 yaşı ilə əlaqədar artıq neçə-neçə yubiley yazısı işıq üzü görüb və yəqin ki, hələ neçələri də yazılıb çap etdiriləcək. Çünki keçi... | ANL |
Evləri köndələn yar. Aqil Abbas Azərbaycan ədəbiyyatında, jurnalistikasında, ictimai-siyasi mühitində özünəməxsus sözü, fikri və mövqeyi olan tanınmış ziyalılarımızdandır. Mən Aqil Abbasın sözünü özündən bir az qabaq tanımışam, bəyənmişəm, dostlaşmışam. Mənim təhsil aldığım Tibb İnstitutunun tələbələri bu povesti əl-əl... | ANL |
“Azərbaycanda dini tolerantlıq mühitinin yaranması yolunda son illər çox mühüm addımlar atılıb”. Müsahibimiz Siyasi elmlər üzrə fəlsəfə doktoru, AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun “Politologiya və siyasi sosiologiya” şöbəsinin böyük elmi işçisi, Azərbaycan Turizm İnstitutunun müəllimi, “Diaspor və Lobb... | ANL |
Soyqırım, itirilmiş məqamlar, dünyasını dəyişən şahidlər. Bu vaxta qədər aparılan və ictimaiyyətə təqdim olunan araşdırmaları, bu sahədə yazılan yazıları nəzərdən keçirdikdən sonra bu qənaətə gəlmək olar ki, soyqırım hadisələrinin heç 30 faizi araşdırılmayıb. Axı hadisələr yalnız Bakıda və digər mərkəzi şəhərlərdə baş ... | ANL |
“Türkiyə parlamenti Xocalı soyqırımını qeyd-şərtsiz tanımalıdır”. ŞAMİL SABİROĞLU: “TƏŞKİLATIMIZIN ƏN ƏSAS PROBLEMİ OFİSİN OLMAMASIDIR”. Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində son zamanlar bir sıra mühüm addımlar atılır. Bu fəaliyyətin nəticəsidir ki, artıq bir sıra dövlətlər Xocalıda ermənilərin törətdi... | ANL |
Xoca Nəsrəddinin yurdu, sultanın ordugahı, qəfil saz sədası... TANIDIĞIMIZ VƏ TANIMADIĞIMIZ ESKİŞEHİR. Türkiyəyə indiyədək əlliyə yaxın səfərim olub. Doğrusu, bunların heç də hər birində getdiyim yerləri doyunca gəzib-dolaşmaq imkanı əldə etməmişəm. Açığını deyim ki, bu mənim hobbimdir. Eskişehirdə isə belə imkanı bizə... | ANL |
Bazarda satılmır alam, qardaşım. Balıq su içində yağışa möhtac, Sən dünya dolusu insan içində. Atıb bu dünyanı getmədimi bəs?! Bu dünya deyilən qoz ağacının. Lap uzaqbaşı. Yediyi çörəyin şatısı boyda. Tap görək matahın nədir ki belə, Dərzidirmi, iynədirmi, sapdımı. Bəşər soy yığını, soyad yığını. Geyib ayağına dəmir ça... | ANL |
Bu saat gəlirəm. Oktyabrın əvvəlində gələcəkdim. Bağışla bir az gecikirəm. Xüsusən dəniz qırağına. Balıqçıdan soruş, sən məni. Qəşəmlə görməmisən ki? Onda mən sabaha gəlirəm. Məni bizə çay verən qadının yadına sal. Düymə gözlü. Pəncərənin qabağında. Mənimlə əyləşən görməmisən ki? Desə görmüşəm. Quşların ağzından tökülə... | ANL |
Məhəmməd Əmin Rəsulzadə- Əsərləri. (Araşdırıb toplayanı, ərəb əlifbasından latın qrafikasına çevirəni, ön sözün müəllifi, lüğətin tərtibçisi). Cəmaət idarəsi. Böyük Rusiya inqilabı məmləkətin idarəsini, hökumət işlərinin dolandırılmasını müstəbid padşah əlindən alıb cəmaətin özünə tapşırdı. Özünə tapşırılan bu həqdən n... | ANL |
Cavid yeni əsrdə: nidalar və suallar. Cavidşünaslıqda üçüncü dalğa. Ötən əsrin 20-30-cu illərində ən çox müzakirə olunan mövzular məhz Cavidin əsərləri idi. Onun hər bir tamaşası cəmiyyətin mədəni həyatında böyük bir hadisə idi, ədəbi tənqiddə və teatrşünaslıqda geniş işıqlandırılırdı. Hətta kəskin tənqidi məqalələr də... | ANL |
Çox hörmətli Rəşad Məcid əsl qəzet patronları kimi hərəkət eləyir son vaxtlar.Çox az yazı yazır və bununla da hələ yazmağa davam etdiyini sübut edir.Əsl qəzet patronları dedikdə, mən məsələn, Aydın Doğan kimi qəzet maqnatlarını nəzərdə tuturam ki, çox az vaxt yazılar yazar.Əlində neçə qəzet olsa da. Rəşad Məcid də əlin... | ANL |
Hər vaxtın xeyir, Aqil müəllim. Əslində şəkil çəkə bilmirdim. Yəni, barmaqlarım fantaziyam bərabərində addımlaya bilmirdi. Bax, elə o zaman mən rəssam idim, çünki nə illah eləyirdimsə, düşündüyümü çəkə bilmirdim, bir qız keçirdi xəyalımdan, şəlalələr saçlarından axırdı. Bunu çəkə bilmədiyim üçün rəssam idim. İnsan nəyi... | ANL |
Dünyanın ən xoşbəxt adamının pritçası. Çağdaş ədəbiyyatımızın ünlü simalarından Aqil Abbasın 60 yaşı tamam olur. Doğrusu, bu əyri dünyamızın düz vaxtlarında hər belə bayramlara sevinmək şansımız olmur. Elə ki, izi-sədası hələ də içimdə, hardasa dərinlərdə, köksüz-filansız düşüb-qalıbdı... Hərçənd povestin məzmunu, hadi... | ANL |
Aqil Abbas: el adamının portret cizgiləri. Bizim hər birimizin böyük Azərbaycanımızda doğulduğumuz, böyüdüyümüz, bəzən xatirələri ilə yaşadığımız bir mikrovətənimiz də var. Kim nə deyir desin, o mikrovətəndən uzaqlaşmaq, nəyinsə xatirinə paytaxt deyilən səsli-küylü bir məkana sığınmaq yaşlanandan sonra qəribə bir peşim... | ANL |
Qarabağın başqa adı. Aqil Abbası Google-də axtarışa versən, min yerdə rastına çıxar. Gerçək həyatda onu hər yerdə görməyimiz azmış kimi, heç demə,virtual aləm də bu qarabağlı balasıyla doluymuş. Aqil Abbasın janrını tapmaq müşkül məsələdi, sözün açığı. Bu adam bir gözüylə ağlamağı, o biri ilə gülməyi bacarandı. Milli M... | ANL |
Yazıçı təxəyyülü və oxucu qavramı. Kamal Abdullanın “Yarımçıq əlyazma” romanının bəzi oxucularda doğurduğu ilk effekt barədə gecikmiş qeydlər. Görkəmli yazıçı və alim Kamal Abdullanın 2004-cü ildə ilk dəfə işıq üzü görmüş “Yarımçıq əlyazma” romanı yalnız nəsrimizə gözlənilməz bir yenilik gətirməsi ilə yadda qalmadı. Əs... | ANL |
Böyük şəxsiyyətlər bütün dünyaya məxsusdur. Venesuela və Yeni Qranada öz birliklərinin faydaları üstündə hirslənməyə başlamışdılar. Hər iki ölkədəki təbliğatçılar – Venesueladakı Paes və Yeni Qranadadakı Santander bir-birinə zidd idilər və uzun sürən vətəndaş müharibəsi ərzində bu qarşılıqlı etimadsızlıq daha da güclən... | ANL |
Sabir Rüstəmxanlının “Əbədi sevda”sı Yazıçılar Birliyində təqdim olunub. Bugün Azərbaycan Yazıçılar Birliyində (AYB) millət vəkili, xalq şairi Sabir Rüstəmxanlının “Əbədi sevda” kitabının təqdimat mərasimi keçirilib. Tədbirdə xalq şairinin qələm dostları, həmkarları, qonaqlar Sabir Rüstəmxanlının Azərbaycan ədəbiyyatın... | ANL |
ABŞ-ın təhsil sistemi: hərtərəfli inkişaf üçün uğurlu model. Amerika Birləşmiş Ştatları (ABŞ) geniş perspektivlər və hədsiz imkanlar ölkəsidir. ABŞ elmi-tədqiqatların, qabaqcıl texnologiyaların tətbiqi və sənayenin inkişafı sahəsində böyük uğurlar qazanıb. Bütün bu uğurlar Amerikanın təhsil sisteminə də təsirsiz ötüşmə... | ANL |
Paytaxtdan, ayrı-ayrı bölgələrdən, lap elə rayon mərkəzi Masallıdan da bura yolu düşənlər özlərini sanki başqa bir aləmdə, başqa bir məmləkətdə hiss edərdilər. Torpağa, əkin-biçinə, tarlalara, bağ-bağata bağlılıq, adamların biri-birinə olan sevgisi, isti, doğma münasibəti, səmimiyyəti kənar adama mehriban bir ailəni xa... | ANL |
Böyük xanəndə Xan Şuşinskinin virtual muzeyi təqdimat olundu. Beynəlxalq Muğam Mərkəzində dahi muğam ustadı Xan Şuşinskinin virtual muzeyinin - memorial saytının (Khanshushuniski.az) təqdimat mərasimi keçirilib. Rabitə və İnformasiya texnologiyaları Nazirliyinin maliyyə dəstəyi, Mədəniyyət və Turizm Nazirliyi, Xan Şuşi... | ANL |
“Mən teatr haqqında danışmaq istəyirəm” ikinci mərhələdə... Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında “Mən teatr haqqında danışmaq istəyirəm” bədii qiraətçilərin baxış müsabiqəsinin ikinci mərhələsinə həsr olunmuş tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan teatrın direktoru, Əməkdar Artist, ASSİTEJ-Azərbaycan Mil... | ANL |
Tanıdığımız və tanımadığımız Məsiağa Məhəmmədi. Tanınmış, dünya şöhrətli şərqşünas professor Rüstəm Əliyevin ən sevimli tələbələrindən idi. Rüstəm Əliyevlə mən yaxın dost idim və o həmişə Məsiağadan fərəhlə danışardı. İş elə gətirdi ki, bir müddət biz qapı-qonşu olduq, bir binanın eyni mərtəbəsində tanınmış yazıçı Əlib... | ANL |
Təzəpir məscidi: dini-ruhani ocaq, milli mənəviyyat abidəsi və parlaq memarlıq əsəri kimi (davamı). 1904-cü ilin yayında Təzəpir məscidinin tikintisinin Nabat xanım Aşurbəyova tərəfindən maliyyələşdirilməsi haqqında Bakı şəhər dumasının rəsmi qərarı elan olundu. Qərarda Nabat xanımın Təzəpir məscidini Mehriyyə, yəni on... | ANL |
Azərbaycan arxivşünaslığının atlantı. “Arxiv işlərinə gərək çox ciddi fikir verək. Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən yeganə mənbədir. İkinci də ona görə ki, tariximizi təhrif edənlərin qarşısını almaq üçün çox mühüm amildir.”. Ötən əsrin 80-ci illərində televiziya ekranlarında Belarus istehs... | ANL |
Fenomen şəxsiyyət. İyirminci əsrin ortalarından hazırkı dövrə kimi Azərbaycanın davam edən tarixini, xalqımızın həyatındakı baş vermiş mühüm hadisələri Heydər Əliyevdən, onun ictimai-siyasi fəaliyyətindən ayrı təsəvvür etmək mümkün deyil. Sadə, siyasi proseslərdə heç bir iştirakı olmayan ailədə dünyaya gələn bu şəxsin ... | ANL |
Qulu Məhərrəmli yeni dərsliyini təqdim etdi. BDU-nun jurnalistika fakultəsində tanınmış telejurnalist, filologiya elmlər doktoru professor Qulu Məhərrəmlinin “Jurnalistikanın əsasları” dərsliyinin yeni nəşrinin təqdimat mərasimi olub. Təqdimat mərasimini giriş sözü ilə açmış fakultənin dekanı, professor Şamil Vəliyev m... | ANL |
Acığım tuturdu Kiprin övladlarına... İlk dəfədir ki Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun xətti ilə tarixi, memarlıq abidələri, təbiəti və zəngin mədəniyyəti ilə göz oxşayan “Yaşıl ada” – Şimali Kipr Türk Cümhuriyyətinə səfər edirəm... Ərcan Hava Limanından Lefkoşaya aparan yol-boyu göz i... | ANL |
Şeir onun üçün qara sevdadır... 2012-ci ilin fevral ayında Moskvada “Vmesto pisma” kitabımın təqdimat mərasimində həmyerlimiz şairə Afaq Şıxlı ilə yaxından tanış oldum. Bu şairin əvvəllər də dövrü mətbuatda imzasına rast gəlmişdim. Amma bu rastlantılar ötəri xarakter daşımışdı. Azərbaycanda, eləcə də dünya ədəbiyyatınd... | ANL |
Təzəpir məscidi: dini-ruhani ocaq, milli mənəviyyat abidəsi və parlaq memarlıq əsəri kimi (davamı). Təzəpir məscidinin tikintisi o zaman Bakı şəhərində ən böyük tikinti sayılırdı. Doğrudur, Bakı milyonçusu Murtuza Muxtarov 1908-ci ildə doğulduğu Əmircan kəndində böyük məscid tikdirdi. 1907-ci ilin axırlarında Əmircana ... | ANL |
“Dövlət siyasətinin informasiya təminatı”. Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 90-cı ildönümü ərəfəsində ulu öndərin həyat və fəaliyyəti ilə bağlı çoxlu tədbirlər sırasında yeni- yeni kitablar işıq üzü görür. Bunlardan biri də AzərTAc-ın baş direktoru, tanınmış publisist və jurnalist Aslan Aslanovun bu... | ANL |
Bir neçə ay bundan əvvəl Azərbaycanın ağsaqqalları növbəti qurultaylarını keçirərək özlərinə sədr- ağsaqqalların ağsaqqalını seçdilər. Çox gənc yaşlarından özünü ağsaqqallığa hazırlamış bu təvazökar (və qabiliyyətli!) Ona görə ki, mənim (və ümumən ölkə ictimaiyyətinin) az və ya çox dərəcədə tanıdığı bu mötəbər şəxs (Fə... | ANL |
İşıqlı, nurlu insan... Fərman Əhmədzadənin əziz xatirəsinə. Çətindir, çox çətindir. Doğma, əziz olan bir adam haqqında yazmağa başlayanda həmişə çaşıb qalmışam. Bilməmişəm, haradan başlayım. Və bir də həmişə Əli Kərimin məşhur “Vəsiyyət” şeiri gəlib düz gözümün qabağında dayanıb. Bəli, həmişə... Yaxın dostum Mətləb Nağ... | ANL |
Azərbaycanda gənclər siyasəti: varislik, müasirlik, gələcəyə baxış. GƏNCLƏR ÜÇÜN AÇILAN GENİŞ PERSPEKTİVLƏR ÖLKƏ RƏHBƏRLİYİNİN BU SAHƏDƏKİ UĞURLU TƏŞƏBBÜSLƏRİNİN REAL NƏTİCƏLƏRİDİR. Müstəqilliyimizin ilk illərində xarici təcavüz və vətəndaş müharibəsi ilə yanaşı ölkəmiz dərin iqtisadi tənəzzülə düçar oldu. Bizim də dax... | ANL |
Təzəpir məscidi: dini-ruhani ocaq, milli mənəviyyat abidəsi və parlaq memarlıq əsəri kimi (davamı). Təzəpir kompleksinin məkan kompozisiyasına xələl gətirən detal minarələrin ikinci yarusunun olmamasıdır. İkiyaruslı minarələr tikilini estetik baxımdan gözəgəlimli etməklə bərabər, həm də kompozisiya tamlığı yarada bilər... | ANL |
Adı ehtiramla yad edilən Borçalı ağsaqqalı. Bu il bu qədim diyarın böyük təəssübkeşi Dünyamalı Əmircanovun anadan olmasının 80 illiyidir. “Borçalıdan böyük yazıçılar, dövlət xadimləri, görkəmli ziyalılar yetişmişdir. Onlar son dərəcə möhkəm əqidəli, beynəlmiləlçi, alovlu vətənpərvər idilər. Bunlar Əlimərdanbəy Topçubaş... | ANL |
Yaşar: “Yazıçının mütaliəsi əsərində hiss olunmamalıdı”. Bu gün 50 yaşını tamamlayan yazıçı-publisist Yaşar bu günlərdə “Media forum” saytının qonağı olub, həmkarı Fəxri Uğurlunun suallarını cavablandırıb. Mübarək olsun! Ümumiyyətlə, dünyada nəsə dəyişirmi? Ancaq hamımız yenidənqurma dövrünü yaşadıq və elə o vaxtdan pr... | ANL |
Keçmə Tofiq Abdinin bu adətindən, bu xasiyyətindən. Hamının öz işi, öz qayğısı, problemlərinə başı qarışdığı vaxt, ölmüş, itmiş, yaxud yaşasa da görünməyən, unudulan sənətçiləri, qələm dostlarını (təkcə tanışlarını, dostlarınımı!?.) Tofiq “Qobustan” dərgisində çalışdığı vaxtlarda da beləydi. Bəlkə Tofiq həm də özünün u... | ANL |
Hər gecə ədəb-ərkanla soyunub yerinə girirdi, əvvəl arvadını yuxuya verirdi, sonra tövlədəki qoyun-quzunun səsinə, damdakı qara köpəyin fısıltısına qulaq asırdı, bir azdan o səs-hənirti də kəsilirdi. Onda Salman kişi darıxırdı, elə darıxırdı ki, burnunun ucunda vızıldayan ağcaqanadı vurmağa da əli qalxmırdı, çünki o ağ... | ANL |
Pərvinin həmsöhbəti türk yazıçısı, tərcüməçi İmdat Avşardır. Pərvin: İmdat bəy, ilk öncə sizi Azərbaycan Yazıçılar Birliyinin Nəcəf Nəcəfov adına ödülünü almağınız münasibəti ilə təbrik edirəm. Bilirik ki, bu mükafata Azərbaycan ədəbiyyatını ölkədən kənarda təbliğ etdiyiniz üçün layiq görülmüsünüz. Ümumiyyətlə, sizcə, ... | ANL |
Böyük şəxsiyyətlər bütün dünyaya məxsusdur. 6 iyun 1944-cü ildə müttəfiq qoşunları uğurla Normandiya sahillərinə çıxdı, beləliklə Avropada İkinci cəbhə açıldı. De Qoll azad edilmiş Fransa torpağında qısa müddətdə qaldı, sonra Vaşinqtona yollandı ki, Ruzvelt hökuməti ilə danışıqlar aparsın. Ruzveltlə görüşdən sonra de Q... | ANL |
Sənin də yetmiş yaşın tamam olur. Məntiqə görə deməliyəm ki, sənin qocalığına məndən də beş il çox qalıb. Yazıçının – əlbəttə söhbət əsl yazıçıdan gedirsə – ümumiyyətlə qocalığı olmur. Əlinə çox gənc yaşlarında qələm alan yazıçı – neçə il yaşayırsa həmişə cavan qalır. Uzağa niyə gedək? Əgər sən, bu yaşında demək olar k... | ANL |
Əlimərdan bəy Topçubaşov – ədəbiyyatşünas. Millətin həqiqi liderinə çevrilmək üçün ilk növbədə onun dilini, tarixini, ədəbiyyatını bilmək, mədəniyyətinə yiyələnmək, mənəviyyatına dərindən aşina olmaq, ruhunu duymaq lazımdır. Bütün bunlar isə sadəcə qan və südlə verilmir, həm də sistemli, mükəmməl, ən başlıcası isə mill... | ANL |
“Nəcib Fazil Qısakürək irsinin Azərbaycanda daha geniş təbliğinə ehtiyac var”. Müsahibimiz filologiya elmləri üzrə fəlsəfə doktoru Eşqanə Babayevadır. Gənc alimin bugünlərdə XX əsr türk ədəbiyyatının görkəmli şəxsiyyətlərindən olan, böyük şair, qüdrətli dramaturq, yazıçı, tənqidçi, filosof və publisist Nəcib Fazil Qısa... | ANL |
PƏRVİNin təqdimatında. Bəs xarici görünüş? Hərdən düşünürəm ki, tənbəllər bu əfsanələri sadəcə özlərinə təsəlli üçün uydurublar: Gözəldə ağıl olmaz... İnsanın qəlbi gözəl olsun və s. Günahı tənbəllərin boynuna yıxmağım boşuna deyil... Mənə görə, qadın gözəgəlim, çəkici deyilsə, demək tənbəldi. Çünki Allah lütfkardı, bə... | ANL |
Genetik yaddaş üstündə köklənmiş düşüncələr... və yaxud Xoca Əhməd Yəsəvi irsinə yeni baxış... Professor, filologiya elmlər doktoru Buludxan Xəlilov elmə ən çox dilçi kimi tanınıb. Amma indi ədəbiyyat aləmində ən samballı məqamlardan birini tutmuş, istedadı və qabiliyyətilə ədəbiyyatşünas, tənqidçi kimi də tanınmaqdadı... | ANL |
Azərbaycana xidmətin dəyəri. Tükənməz xalq sevgisi. Qosqoca tarixdə həmişə cavan qalan liderlər var. Onlar öz şəxsiyyətləri, xalqına və dövlətinə xidmətləri ilə seçilən Təklərdir. Belə liderlər bir xalqın görkəmli övladı olmaq statusundan çıxaraq bəşəriyyətin tanıdığı və qəbul etdiyi simalara çevrilirlər. Bu görkəmli ş... | ANL |
Məhəmməd Əmin Rəsulzadə- Əsərləri. Araşdırıb toplayanı, ərəb əlifbasından latın qrafikasına çevirəni, ön sözün müəllifi, lüğətin tərtibçisi. Bugünki məclisdə Əlimərdan bəy Topçubaşov ilə Fateh Kərimi cənabları sədarət ediyorlar. Xəlq hər günkündən çox, zal dopdolu. Zalın ortasındakı yolda da vəkillər duruyorlar. Bu gün... | ANL |
Göründü. İmansız dayanıb dünya çağında, Nə Tanrı göründü, nə din göründü. Ömür də kəfənə, ağa dirənib, Dərdindən göründü, qəmdən göründü? Ölümə çəkdi. Ömür dənmiş dəyirmanda, Üyüdüb bəlimə çəkdi. Fələyin mənlə şərti varmış, Gördüm, kəlmə-kəlmə çəkdi. Bu itin yiyəsi hardadı görən. Bu itin yiyəsi hardadı görən, Bu it qar... | ANL |
Tarix müəllimi. Martın 16-sı idi. Rejissor Vəli Səyyadi ilə Cəlilabada-vaxtsız dünyasını dəyişən yazıçı dostumuz Zakir Sadatlının 40 mərasiminə gedirdik. Çünki bayramqabağı rayonlara maşın tapmaq müşkül bir işdir. Sürücülər qiyməti ikiqat qaldırır. Mənim anlamımda bu, həm də bayramın qədimliyinə bir hörmət gətirir, onu... | ANL |
Məsihağa Məhəmmədi üçün triptix. Məni diksindirdin. Vərdiş etdiyimiz cümlənin son hissəsiylə- indi görünməyən, olmayan təbiət hadisəsiylə. mənim qohum olduğumu asanca bildirdin. Mən indi daha çox xatirəyəm. Hara baxsam, hara dönsəm arxada yalnız keçmişdir, hətta arxadakı göydələn belə az əvvəl keçilmişdir, yəni, ən yax... | ANL |
Təzəpir məscidi: dini-ruhani ocaq, milli mənəviyyat abidəsi və parlaq memarlıq əsəri kimi (davamı). Martın 30-da N.Nərimanov dinc əhalini sakitləşdirmək üçün Təzəpir məscidinə gələrək silahların tezliklə qaytarılacağını vəd etdi. N.Nərimanov məsciddə həyəcanlı durum yaşayan əhaliyə müraciətində deyirdi: “Müsəlman qarda... | ANL |
Ədəbiyyat və onun adamları. Vaxtın, Zamanın sürət həddini gün-gündən artırdığı, dünənin sabahı, sabahın geriyə gərilib dünəni haqladığı bu kulminativ kəsikdə Ədəbiyyat və Onun Adamları barədə düşünərkən, özünü heç nəyin axıb, ötüb keçmədiyi, bitib tükənmədiyi qorunmuş bir Ərazidə hiss edir, bu sirli Məkanın axıb keçən,... | ANL |
Mədəniyyət və İncəsənət Universitetində rejissor Kamil Rüstəmbəyov yad edilib. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 90 illik yubileyi ilə əlaqədar silsilə tədbirlər davam edir. Təhsil ocağının ədəbi iş və ekran dramaturgiyası kafedrasının təşəbbüsü ilə universitetin ilk məzunlarından biri, kinoreji... | ANL |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.