text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
Bakıda kitab bayramı olub. Bu gün Azərbaycan Dövlət Filarmoniyasının bağında Azərbaycan Naşirlər və Poliqrafçılar İctimai Birliyinin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr etdiyi kitab sərgi–yarmarkası keçirilib. 525.az-ın məlumatına görə, Bakı şəhər Mədəniyyət və...
ANL
Müdriklik mücəssəməsi. “Azərbaycanın milli azadlığı, istiqlaliyyəti yolunda ən çox bizim ədəbiyyatımız, mədəniyyətimiz, incəsənətimiz xidmətlər göstəribdir. Əgər biz 70 illik totalitar rejim çərçivəsində milli ədəbiyyatımızı, mədəniyyətimizi, dilimizi, adət-ənənələrimizi qoruyub saxlaya bilmişiksə, hesab edirəm, bunlar...
ANL
Qəbələnin Nic kəndindəki udinlər “Pasxa” və “Kala Axsibay”ı bayram ediblər. “Nic kilsəsinin bərpasından sonra udinlərin müqəddəs bayramlarını layiqincə qeyd etməsi tolerantlığa gözəl nümunədir”. Mayın 5-də Qəbələ rayonunun Nic qəsəbəsində yaşayan udinlər “Pasxa” və “Kala Axsibay” bayramlarını təntənə ilə qeyd ediblər. ...
ANL
GÜNEY AZƏRBAYCANDAKI ÇAĞDAŞ ƏDƏBİYYATA BİR BAXIŞ. Səhənd. Güney Azərbaycanda xalqın dili, ədəbi və mənəvi dəyərləri son 90 il ilin içində daim gərginlikdə qalıb basqılı bir həyat yaşadığından yaranan ədəbiyyat daha çox dirəniş, oyanış, ayrılıq, həsrət, özünütəsdiq kimi məzmunlar daşıyıb. Zaman-zaman baş qaldırmış olan ...
ANL
«Qızıl Kəlmə» sahiblərinə mükafatlar təqdim edilib. Bu gün M.F.Axundov adına Milli Kitabxanada «Qızıl Kəlmə» ədəbi mükafatının təqdimetmə mərasimi keçirilib. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev mükafatın yaranması tarixindən danışıb: «Bir neçə il əvvəl nazirlikdə qərara gəldik ki, xüsusi bir mükafat təsis edək....
ANL
O gün mən həm gəncliyimə qayıtdım, həm də dərdlərlə çulğalaşan ürəyimin lap dərinliyində dərdimə bir yük də qatdım. 1972—1977-ci illərdə 626-cı qrupda 5 il jurnalistikanın—qəzetçiliyin, nəşriyyat işinin, radio və televiziyanın incəliklərini birər-birər tələbələrə aşılayan müəllimlərin mühazirələrini birgə dinləmişik. İ...
ANL
Tarix Azərbaycandan başlanır. Hər xalqın tarixi keçmişini və mədəni sərvətlərini bütün dolğunluğu ilə əks etdirən qaynaqları, onun doğruçu güzgüsü adlandırıla bilər. Bu yönümdən bəşər mədəniyyəti tarixində silinməz iz qoyan Azərbaycan xalqının rolu və xidməti əvəzsizdir. Xalqımız çox qədim dövlətçilik ənənələrinə, zəng...
ANL
Müdriklik mücəssəməsi. Azərbaycançılıq hissiyyatı – Azərbaycanı sevmək, onun yüksəlişi yolunda çalışmaq və mübarizə aparmaqdır. Heydər Əliyevin elmi-nəzəri irsində azərbaycançılıq hissiyyatı – Azərbaycan xalqının tarixi keçmişi ilə yanaşı, onun çağdaş dövrünü, yeniləşən və yüksələn bu gününü də tam və geniş mənada əhat...
ANL
“Tolerantlığın Azərbaycan nümunəsində sadəcə bir-birinə dözmək yox, qarşılıqlı hörmət amili əsas yer tutur”. Həmsöhbətimiz Milli Elmlər Akademiyasının Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun şöbə müdiri, Fəlsəfi Maarifçilik Assosiasiyasının prezidenti, fəlsəfə elmləri doktoru Adil Əsədovdur. Müsahibimizlə xalqların ...
ANL
Mətn dilçiliyinin yeni nailiyyətləri. Məlum olduğu kimi , ümumi nəzəriyyə sistemində mətn dilçiliyi adlanan cavan bir elm sahəsi yaranıb. Keçən əsrin 60-70 –ci illərində sürətlə inkişaf edən bu elm sahəsi bu gün də öz aktuallığını itirməyib və dünya alimlərinin diqqət mərkəzindədir. Mətn dilçiliyinin ən maraqlı və eyni...
ANL
Qəbələdə III Beynəlxalq İncəsənət Sərgisi açılıb. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr edilmiş Qəbələ III Beynəlxalq incəsənət sərgisi açılıb. SalamNews xəbər verir ki, Azərbaycan Mədəniyyət Fondunun və SEBA (Seul-Baku) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının birgə ...
ANL
Heydər Əliyev və Azərbaycan teatrı. Teatr müqəddəs yerdir! İnsanların mənəvi cəhətdən formalaşmasında teatr həmişə çox böyük rol oynamışdır. Heydər Əliyev. Ümummilli liderimiz, ulu öndər Heydər Əliyevin bu sözləri mədəniyyət və incəsənətimizin böyük hamisi olan fenomen bir şəxsiyyətin teatr sənətinə verdiyi yüksək qiym...
ANL
Heydər Əliyev və Hüseyn Cavid. Bəşər tarixində şeirə-sənətə, sənətkar şəxsiyyətinə hamilik edən dövlət başçıları az olmayıb. Ancaq Azərbaycanın ümummilli lideri, ulu öndər Heydər Əliyev bu baxımdan unikal bir mövqeyə malikdir, desək, yəqin ki, mübaliğə olmaz. Xüsusən klassiklərin yaradıcılığına böyük önəm verən Heydər ...
ANL
Həssas insan, dahi siyasətçi. Ümummilli lider Heydər Əliyev Azərbaycan xalqının yetişdirdiyi nadir dahi siyasətçilərdəndir. Azərbaycanın müasir dövrdə dinamik inkişafı onun qurduğu möhkəm dövlətçilik prinsipləri ilə sıx bağlıdır. Sovet imperializmindən və zülmündən qurtuluş Azərbaycanın azadlıq çağırışının və yanğısını...
ANL
“Heydər Əliyev və sənət müasirləri” adlı sərgi açılıb. Azərbaycan Milli İncəsənət Muzeyinin ekspozisiya zalında “Heydər Əliyev və sənət müasirləri” adlı sərgi açılıb. Sərgidə ümummilli liderin Azərbaycan mədəniyyətinə diqqət və qayğısını əks etdirən fotoşəkillər, ulu öndərin müasirlərinin və onun yaradıcılığına xüsusi ...
ANL
Azərbaycanda gənclər siyasəti: varislik, müasirlik, gələcəyə baxış. GƏNCLƏRİN MƏNƏVİ, FİZİKİ, HƏRBİ VƏ İDEOLOJİ HAZIRLIQ SƏVİYYƏSİNİN YÜKSƏLMƏSİ ÖLKƏNİN DİNAMİK İNKİŞAFI ÜÇÜN YENİ İMKANLAR VƏD EDİR. Son illərin ictimai-siyasi mənzərəsi aydın şəkildə göstərir ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş, Prezid...
ANL
Elçinin publisistikasında Heydər Əliyev obrazı. Elçin müasir nəsrimizin parlaq nümayəndələrindən biri, ədəbiyyatşünas, tənqidçi, fəal ictimai xadimdir. O, 60-cı illər ədəbi nəslinin parlaq nümayəndəsi kimi həmçinin dövrün reallıqlarını əks etdirən müxtəlif səpgili publisistik əsərlər müəllifidir. Yeni Azərbaycan nəsrin...
ANL
Heydər Əliyevin mədəniyyət konsepsiyası məcrasında. Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin rektoru, filologiya elmləri doktoru, professor Timuçin Əfəndiyevin “Heydər Əliyev və milli mənəvi dəyərlərimiz” monoqrafiyası və bu günlərdə çapdan çıxmış “Heydər Əliyev: mədəniyyət və əbədiyyət” kitabı böyük əhəmiyyə...
ANL
Naşirlər və Poliqrafçılar İctimai Birliyinin mətbu orqanı olan “Naşir” jurnalının bugünlərdə ikinci sayı işıq üzü görüb. Dərgi filologiya elmləri doktoru, professor Cahangir Məmmədlinin “Vətənə sevginin ölçüsüzlük ölçüsü” yazısı ilə açılır. Müəllif məqalədə ümummilli lider Heydər Əliyevin həyat yoluna özünəməxsus baxış...
ANL
PƏRVİNin təqdimatında. Elə ki vuruldun, vəssalam. Sual əlindən günün-güzəranın olmur. Səhərini sualla açıb, tərəddüd içində yuxuya gedirsən... Ən balaca işarələri, nəzərə çarpmayacaq dərəcədə kiçik hadisələri mənalandırmağa çalışırsan... Sözün istiliyini, baxışın dərinliyini, gülüşün səmimiliyini, ağlamağın həqiqiliyin...
ANL
“GÖRÜŞDÜYÜM SƏNƏTKARLARIN HƏRƏSİNDƏN BİR ŞEY ÖYRƏNDİM”... İnqilab Həsənlini lap tələbə vaxtından tanıyıram. Hələ universitetin jurnalistika fakültəsində oxuyandan onun çox maraqlı yazı üslubu, bədii istedadı məni özünə cəlb etmişdi. Onun bədii üslubu ədəbi “altmışıncılar” adlandırdığı böyük söz ustadlarının – Anarın, E...
ANL
Əməl dostları: İ.Qasprinski və Ə.Topçubaşov. 1914-cü ildə Əlimərdan bəy Topçubaşov fəal jurnalistikadan uzaqlaşmışdı. İmzası qəzet və məcmuə səhifələrində nadir hallarda görünürdü. Bu da iki səbəblə bağlı idi. Əvvəla, milli mətbuata yeni, bacarıqlı və cəsarətli qüvvələr gəlmişdi. Digər tərəfdən, məşhur “Vıborq bəyannam...
ANL
Akademik Cuvarlı – elm və nəcabətin vəhdəti. Azərbaycan elektrofizika məktəbinin banisi, dünya energetika elminin tanınmış simalarından olan Çingiz Cuvarlı müasir Azərbaycan ziyalısı ənənələrinin təməlçilərindən idi. NƏSİB BƏYİN BACISI OĞLU. Bu ZİYAnın genetik kökü də mövcud idi. O, Azərbaycanın taleyində əhəmiyyətli r...
ANL
“Belarusda diplomatların fəaliyyəti üçün hər cür şərait var”. İSFƏNDİYAR VAHABZADƏ: “BELARUS-AZƏRBAYCAN MÜNASİBƏTLƏRİ YÜKSƏLƏN XƏTLƏ İNKİŞAF EDİR”. Səfir bir ölkəni başqa bir ölkədə təmsil edən elçidir. Zənnimcə, “elçiyə zaval yoxdur” zərb-məsəli heç də diplomatların “boyuna biçilməyib”. Çünki ölkələrarası münasibətlər...
ANL
Möhtəşəm məktub. Ölənləri anarlar, sən ki ölməmisən! Hər il dünya tarixində ən möhtəşəm bir qələbə günündən – 9 maydan sonra sən yenidən doğulursan! Çünki tale səni möhtəşəm qələbələr üçün dünyaya gətirmişdi. Sən şöhrətli ailədə doğulmadın! Çünki şöhrəti özün qazanmalıydın! Sən dövlətli ailədə doğulmadın! Çünki dövləti...
ANL
Həftənin əvvəlində Beynəlxalq Muğam Mərkəzində Xalq artisti Nəzakət Teymurovanın tələbələri ilə birlikdə verdiyi solo konsertin xoş təəssüratları bütün həftə boyu məni tərk etmədi. Sözün açığı, konsertdən bu qədər zövq alacağımı düşünmürdüm. Çünki bir neçə gün əvvəl Nəzakət xanımın qonağı olmuşdum və konsert haqqında s...
ANL
Ən böyük xoşbəxtlik halallıqdır... REJİSSOR BƏHRAM OSMANOVUN “SƏRGÜZƏŞTİ-MƏRDİ XƏSİS” TAMAŞASI HAQQINDA. Bütün uğursuzluqların arxasında mütləq ki, bir iradəsizlik, hiylə, məkr, qeyri-qanuni səbəblər vardır. Zəhmətə və doğru yola çağırış Mirzə Fətəli Axundovun “Sərgüzəşti-mərdi-xəsis” (“Hacı Qara”) komediyasının əsas l...
ANL
Kainatın iftixarı Muhəmməd Mustafanın mövlud gününə. Mən Həzrəti Muhəmmədi. sözlərimlə deyil, sözlərimi Həzrəti Muhəmmədlə. mədh etdim. Peyğəmbərimizin şairi Həssan ibn Sabit. İti qələm, kəsərli söz istəyirəm, Sənin əsl qiymətini verə bilsin. Atəş kimi parlayan göz istəyirəm, Üzündəki nur haləni, qəlbindəki gur işığı g...
ANL
İki pyesin fərqli modeli. Əfqan Əsgərovun yazdığı, Oruc Qurbanovun Dövlət Dram Teatrında tamaşaya qoyduğu “Oliqarx” pyesində ölkə vəzifəsindən çıxarılan şirkət rəhbəri Cəsur Polad oğlu İgidov vaxtsız vəfatı ilə xanımı Zivərin, övladları Güloğlanın, Xumarın, kürəkəni, həm də bacısı oğlu Şahvələdin, bacısı Səltənətin, ye...
ANL
Məhəmməd Əmin Rəsulzadə- Əsərləri. Araşdırıb toplayanı, ərəb əlifbasından latın qrafikasına çevirəni, ön sözün müəllifi, lüğətin tərtibçisi. Bugünki qurultay saət 12-də açılıb Xocayev rəislik ediyor. Məclisin proqramını, bu gün baxılacaq məsələləri elam ediyor. Məclis açıldıqda doktor Cavad bəy Orucov növbətdən xaric s...
ANL
Təzəpir məscidi bolşevik rejimi illərində. Təzəpir məscidi: dini-ruhani ocaq, milli mənəviyyat abidəsi və parlaq memarlıq əsəri kimi. Müstəqil dövlətin bütün dövlət təsisatları ləğv edildi. İslam dininə düşmən olan bolşevik ideologiyası əhalinin milli dəyərlərinə, o cümlədən dini ibadət ocaqlarına, məscidlərə böyük ziy...
ANL
Böyük şəxsiyyətlər bütün dünyaya məxsusdur. Mən də fransızlardan”. Heç vaxt hakimiyyət kürsüsünə yapışıb qalmağa çalışmayan de Qoll bu dəfə də öz prinsipinə xilaf çıxmadı və Beşinci respublikanın prezidentliyindən istefa verdi. Əvvəlki seçkilərdə o, fransızların əksəriyyətinin ölkənin stabilliyində və qayda-qanunda mar...
ANL
Həmin yazıda çağdaş ədəbi mühitdə az qala ənənə şəklini almış “Sönük prezentasiyalar” şəraitdə sərbəst və peşəkar ədəbiyyat söhbətinin ortaya qoyulması təqdirəlayiq bir təşəbbüs kimi səciyyələndirilmişdir. Əlyazmaların aqibəti ilə bağlı ifadə yazıçının ona verilən növbəti suala aşağıdakı cavabının fraqmentidir: “Mən he...
ANL
Son dövrdə çağdaş Azərbaycan dramaturgiyasına yeni dramaturgiya – yeni teatr estetikası baxım bucağından nəzər salanda, görürük ki, özünün bənzərsiz dramaturji yaradıcılığı ilə ən fəal şəkildə onu təmsil edən dramaturq Elçindir. Bu gün Elçinin özü və təcrübəsi artıq elə bir zaman nöqtəsinə gəlib çatıb ki, “Elçin yaradı...
ANL
Son yarım əsr ədəbiyyatımızın ən ünlü simalarından olan Elçinin yaradıcılığı daimi heyrət mənbəyidir; həm həcminə görə, həm sanbalca, həm də elə intensivliyi, operativliyi baxımından. Elə hey informasiya alırıq: ölkədə və ölkə hüdudlarından kənarda dramaturqun teatr əsərləri səhnəyə qoyulmuş, yazıçının nəsr əsərləri ça...
ANL
Rənglər gizlənpaç oynayır;. dəniz sakit olsun, ya dalğalı, İstəyirəm gün doğmamış. qalxam Buzovna qayalarına. Rəsul Rza poeziyasının bütün mənaları, rəngləri, ahəngi, melodiyası ilə bütöv anlamaq, duymaq üçün vaxt lazımdır... Bir də aram düşüncə! Üstəgəl həssaslıq! Hələ poeziyaya fərqli münasibətdən, yeniliyi dərk etmə...
ANL
Qəmin dəryasın görmüşəm. Ağıl çaşıb, huş seyrəlib, Ürək yandıqca kövrəlib. Dünya mənimlə kəc gəlib, Onun vəfasın görmüşəm. Dartılıb sevda düyünüm, Kim açacaq bu düyünü? Mən neynirəm ta sevgini, Onun cəfasın görmüşəm. Daim arxadan vurulduq, Namərd qisasın görmüşəm. Yedəyimdi qəm əlimdə, Gözüm bulud, nəm əlində. Bir də ü...
ANL
Kürdəmirdə Məmməd Araz sevdası. Neçə gündü baharın ahəngi pozulmuşdu; göydə buludlar ora-bura topalanır, gah da bozarıb-qaralıb ağacların, çəmənlərin, gül-çiçəklərin üstünə çən, çiskin ələyirdi. Bu səhər Kürdəmirin küçələri daha işıqlı, daha izdihamlı, daha gözəl görünür. Küçələrdə, park və meydanlarda, yol kənarlarınd...
ANL
“Tarixi şəxsiyyətin tarixi: Əlimərdan bəy Topçubaşov”. PROFESSOR CƏMİL HƏSƏNLİNİN YENİ KİTABI İŞIQ ÜZÜ GÖRÜB. Bu günlərdə tarix elmləri doktoru, professor Cəmil Həsənlinin “Tarixi şəxsiyyətin tarixi: Əlimərdan bəy Topçubaşov” adlı kitabı işıq üzü görüb. Nəfis şəkildə tərtib edilən kitab Azərbaycanın böyük dövlət xadimi...
ANL
“Yeni Nəsil” Jurnalistlər Birliyinin rəhbəri jurnalist-publisist Arif Əliyevin “Son çağrı” adlı kitabı nəşr olunub. Kulis.azın məlumatına görə roman-reportaj janrında yazılan əsər “Altun kitab” nəşriyyatında çap edilib. Əsərdə real obrazlarla (Elçibəy, Ərdoğan, Elif Şafak, Nəcəf Nəcəfov, İsaxan Aşurov və s.) bağlı oxuc...
ANL
Elçinin yubileyi Milli Dram Teatrında qeyd olundu. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Xalq yazıçısı, Əməkdar incəsənət xadimi, filologiya elmləri doktoru, professor Elçin Əfəndiyevin 70 illik yubileyi qeyd edilib. Tədbir iştirakçıları əvvəlcə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən olan Elçinin...
ANL
“Tolerantlığın Azərbaycan nümunəsində sadəcə bir-birinə dözmək yox, qarşılıqlı hörmət amili əsas yer tutur” (davamı). Həmsöhbətimiz Milli Elmlər Akademiyasının Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun şöbə müdiri, Fəlsəfi Maarifçilik Assosiasiyasının prezidenti, fəlsəfə elmləri doktoru Adil Əsədovdur. Müsahibimizlə x...
ANL
Bakıda «Yer kürəsi uşaqların gözü ilə» festival-sərgi açılıb. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə gerçəkləşən tədbir Ulu Öndərin 90 illik yubileyinə həsr olunub. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə fəaliyyət göstərən İDEA - Ətraf Mühitin Mühafi...
ANL
“Azərbaycanda milli siyasət burada yaşayan xalqların tam hüquq bərabərliyidir, heç kimə üstünlük verilmir”. Müsahibimiz Mədəniyyət və İncəsənət Universitetinin sosial- siyasi elmlər kafedrasının müdiri, fəlsəfə elmləri doktoru, professor Əlikram Tağıyevdir. Söhbətimizin mövzusunu əsasən millətlərin yaranması, təşəkkül ...
ANL
Azərbaycançılıq mollanəsrəddinçilərin fərdi yaradıcılıq kontekstində: Əbdürrəhim bəy Haqverdiyev. Təkcə Azərbaycanın deyil, bütövlükdə Şərqin qəflət yuxusundan oyanmasına güclü təsir göstərmiş “Molla Nəsrəddin” jurnalının özü və onun əsasında yaranan ədəbi məktəb və bu məktəbin nümayəndələri yüz illik tarixi dövrü aşar...
ANL
Rusiyada yaşayan həmyerlimiz 11 yaşlı vokal və skripka ifaçısı Əli Muradov Novosibirsk şəhər meriyası Mədəniyyət İdarəsinin dəstəyi ilə keçirilən “Viva Music” müsabiqəsinin qalibi olaraq xüsusi diploma və pul mükafatına layiq görülüb. Əli Muradov Lent.az-a açıqlamasında bildirib ki, o, sözügedən müsabiqədə iki nominasi...
ANL
Azərbaycan elminin özünəməxsus tarixi ənənələri vardır və bizim günlərdə həm zənginliyi, həm də çoxsahəliliyi ilə seçilən, fərqlənən Azərbaycan elmi yeni-yeni uğurlar qazanmaq istiqamətində çox işlər görüb. Ta qədim əsrlərdən başlamış, müasir dövrə qədər tarix, ədəbiyyatşünaslıq, dilçilik, şərqşünaslıq, fəlsəfə, astron...
ANL
Sönməyən ulduz... Tarix yalnız dahilərin xidmətləri sayəsində xatirələrə həkk olunur. Elə şəxsiyyətlər var ki, onların həyat və fəaliyyəti bütün xalqın, dövlətin inkişaf yollarını müəyyənləşdirir. Azərbaycan xalqı dünya tarixinə çox tanınmış insanlar bəxş edib. XX əsr bu baxımdan, dünyaya böyük lider töhfə verməklə əla...
ANL
Qüdsdə düşüncələr. Peyğəmbərlər yetirən. Uzanmışdı Məhəmməd. Hələ özü bilmirdi, Peyğəmbərlik haqqını. Qazanmışdı Məhəmməd. Göyün hər bir qatında. Bir peyğəmbər dururdu, Xoşgəldin – ovqatında: Onu salamlayırdı, Onu uğurlayırdı. Aləm nura boyandı. Qəlbində səs eşitdi. Mən tövbə qapıların. Bir azan avazını, Göyə Məhəmməd ...
ANL
“Azərbaycanda milli siyasət burada yaşayan xalqların tam hüquq bərabərliyidir, heç kimə üstünlük verilmir” (davamı). Müsahibimiz Mədəniyyət və İncəsənət Universitetinin sosial- siyasi elmlər kafedrasının müdiri, fəlsəfə elmləri doktoru, professor Əlikram Tağıyevdir. Söhbətimizin mövzusunu əsasən millətlərin yaranması, ...
ANL
Bu sözləri “Sənətkarın taleyi” tamaşasında Paloni-C.Namiq Kamal, Ərəblinskinin-Firdovsi Atakişiyevin ona yönəltdiyi “səni cəmiyyət öldürdü” ittihamına qarşı olaraq söyləyir. Söhbət görkəmli yazıçı, dramaturq,ictimai xadim Elçinin bu yaxınlarda Azərbaycan Dövlət Milli Akademik Dram Teatrında tamaşaya qoyulmuş “Sənətkarı...
ANL
Fransada keçirilən Azərbaycan Günləri xarici mətbuatda geniş işıqlandırılıb. Heydər Əliyev Fondunun təşkilatçılığı və ölkəmizin Parisdəki səfirliyinin təşəbbüsü ilə Fransanın müxtəlif şəhərlərində keçirilən Azərbaycan Günləri çərçivəsindəki tədbirlər və fondun bu ölkənin tarixi abidələrinin bərpasına yardımı son dövrlə...
ANL
"Azərbaycan-Rusiya:dostluq qanadlarında" yaradıcılıq festivalı keçirilib. Çelyabinsk şəhərində gənclərin ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş “Azərbaycan–Rusiya: dostluq qanadlarında” devizi altında yaradıcılıq müsabiqə-festivalı təşkil edilmişdir. Müsabiqə-festival Çelyabinsk vilayətinin mə...
ANL
“Mənim universitetlərim”. ...Qəzet səhifələrindən “Rəfail Nağıyev” imzasıyla tanışlığım keçən əsrin 60-cı illərinin ortalarında başlanıb. Mən o vaxt mətbuata maraq göstərən 15-16 yaşlı məktəbli olmuşam, jurnalist sənətkarlığının nə demək olduğunu, təbii ki, bilməmişəm. Amma qəribədir ki, məni “Rəfail Nağıyev” imzalı ya...
ANL
Cağazurlu Ağamməd. 1918-1920-ci illərdə Qarabağ dağlıq yaylasında, indiki Laçın rayonu ərazisində erməni quldur dəstələrinə qarşı azəri-türklərinin apardığı müharibədə, tarixə “Qara göl” döyüşləri kimi düşmüş bu azadlıq mücadiləsində öz qəhrəmanlığı ilə ad-san qazanmış xalq qəhrəmanlarından biri də Cağazurlu Ağaməmmədd...
ANL
Tarix, fəlsəfə, ədəbiyyat. Müəllif yazır: “Zəngin tarixi irsimiz bu irsi bizə yenidən qaytara biləcək və bununla da Azərbaycan xalqının mənəvi zənginliyini dünyaya açıb göstərəcək peşəkar tədqiqatçılarını gözləyir”. Akademik R.Mehdiyev həm də bu tədqiqatların metodoloji və fəlsəfi əsaslarını göstərməklə bu sahədəki gəl...
ANL
Demokratiya və layiq olanların hakimiyyəti. Adamlar öz bədbəxtliklərində taleyi, Allahları və istənilən hər şeyi günahlandırmağa meyllidirlər. İnsanın biliyi və qüdrəti üst-üstə düşür. Qulun bədəninin ətrafındakı zənciri qırmaq asandır, onun beyni ətrafındakı zənciri qırmaq isə çox çətindir. Son iyirmi ildə Şərqi Avrop...
ANL
Sözə təranə düzümü. BƏSTƏKAR KAMALIN YARADICILIĞINA SƏMİMİ VƏ ÖZƏL BAXIŞ. Ordubadda evlərində çörək kəsmişəm. Atası Fəttah Heydərovla çoxlu görüşlərimiz olub və səmimi münasibətlərimiz günü bu gün də davam edir. Nur yağışına bürünmüş bu ziyalı kişinin ürək genişliyi, şəxsiyyət bütövlüyü, ləyaqət ucalığı, səmimiyyət işı...
ANL
Gənc xanım yazarlar Xəzər Universitetində. Qadın gülərsə, şu ıssız bəşəriyyət güləcək. Sürüklənən bəşəriyyət qadınla yüksələcək. –deyərək “Peyğəmbər” əsərində qadını “bəşəriyyətin xilaskarı” adlandırırdı Hüseyn Cavid. Bəli, qadın olmaq sözün bütün mənalarında ən ali səadətdi. Bu səadət o zaman daha da ülviləşir və bütö...
ANL
PƏRVİNin təqdimatında. Sevməyi günah, aşiq olmağı zəiflik sayan ruhsuzlardan yorulub dünya... Özünü ağıllı zənn edən kəslərin bütün qəlbi, ruhu ilə məhəbbət fırtınasına tuş gəlmişlərə yazıq, zavallı kimi baxması çağdaş zamanədə təbii haldı... Amma bu sevgi görməmişlərinin yaxasından eşq qəfildən, lapdan yapışanda aləm ...
ANL
Mötəbər mənbələrə müraciət etməklə Azərbaycan dövlətçiliyi tarixindəki müstəsna mövqeyi ilə xalqın yaddaşında silinməz yer tutaraq şifahi xalq ədəbiyyatının çoxsaylı folklor nümunələrində də yaşayan Cavad xanla bağlı müxtəlif məqamları nəzərdən keçirmək mümkündür. Belə ki, “Kartli-Kaxetiya çarı II İraklinin 1752-ci ild...
ANL
bir xatirəm yaşayır növbahar kafesində. təsəlli aramıram daha yağmur səsində. bu kafeyə gələrdi soyuq şərab içərdi. hər günü son gün kimi yaşayardı dünyada. sevdiyi bir qadını öldürərdi röyada. lennonun eynəyinə bənzəyirdi eynəyi. bir rok-n-roll havası vardı dərdli başında. heç sözünə baxmazdı ritmi pozuq ürəyi. saqqal...
ANL
Məhəmməd Əmin Rəsulzadə- Əsərləri. Araşdırıb toplayanı, ərəb əlifbasından latın qrafikasına çevirəni, ön sözün müəllifi, lüğətin tərtibçisi. Məclis Fateh əfəndi Kərimovun təhti-rəyasətində açılır. Birinci məsələ: Məclisi-Müəssisan seçki üsuli məsələsidir ki, bu barədə syezd iş bu qərarları qəbul etmişdir: 1) Seçkilərdə...
ANL
Qulam Məmmədli təzkirəsinin ilk nəşri. Görkəmli jurnalist, tədqiqatçı, dəyərli salnamələr müəllifi Qulam Məmmədlinin (1897-1994) ədəbiyyat, mədəniyyət tariximiz qarşısındakı ən böyük xidməti ömrü boyu səbr və təmkinlə saysız-hesabsız mənbələri araşdıraraq oradakı məlumatları ortaya çıxarmasından, bunların əsasında samb...
ANL
Hər yaşam mərhələsinin öz mənzərəsi var. Və zaman-zaman bu mənzərələri xatırlayanda göz önünə gələn parlaq, ya da solğun rənglər içində yaşatdıqlarının nə qədər sağlam olduğunun sığortasıdı bəlkə də... Müəyyən bir dövrdə kimlər qurub bu mozaik mənzərəni? Və hər dəfə bir mərhələdən o birinə qədəm qoyanda, özünə verdiyin...
ANL
“GÖRÜŞDÜYÜM SƏNƏTKARLARIN HƏRƏSİNDƏN BİR ŞEY ÖYRƏNDİM”... ONLAR NƏ DEDİLƏR: Hacı Rafiq Savalan –yazıçı-jurnalist. Uşaqlıq illərində az da olsa korluq çəkən, həyatın nemətlərindən doyunca bəhrələnməyən insanlar ailə sahibi olanda övladlarını gözü-könlü tox böyütməyə çalışırlar. Mən özüm də belə olmuşam, dostum, qələm yo...
ANL
“Azərbaycanda milli siyasət burada yaşayan xalqların tam hüquq bərabərliyidir, heç kimə üstünlük verilmir” (davamı). Müsahibimiz Mədəniyyət və İncəsənət Universitetinin sosial- siyasi elmlər kafedrasının müdiri, fəlsəfə elmləri doktoru, professor Əlikram Tağıyevdir. Söhbətimizin mövzusunu əsasən millətlərin yaranması, ...
ANL
Ömürləşən illərin nə ağırmış şələsi. Bircə gün Bakının küləyi kəsə. Bircə gün Bakının küləyi kəsə, Bircə gün saçını mən sığallıyam. taraz sığallıyam, tən sığallıyam. Yarpaqlar bir səhər külək yerinə. Ruhumdan süzülən səsimi uda. şehli bənövşəni bir gülmək tuta. Təzə şikəstəyə köklənən anda. Uçunan səsimdən tutub gələsə...
ANL
Litvada Azərbaycan yazarının əsərləri çap edilib. Tanınmış yazıçı və dramaturq, ədəbiyyat üzrə nüfuzlu ödüllərin sahibi Elçin Hüseynbəylinin dörd hekayəsi bu ilin fevral – aprel aylarında Litvanın ədəbiyyat və incəsənət nəşrlərində litva dilində işıq üzü görüb. Nasirin yaradıcılığından edilmiş digər tərcümələr isə Litv...
ANL
Sən doğulan günə salamlar olsun, adaş! Xalq artisti, professor Ramiz Quliyevin doğum günü münasibətilə. Nə vaxtsa oxumuşdum ki, bəşəriyyətin ən böyük, möcüzəli kəşflərindən biri çörəkdir. Çörək dedim, məşhur Ağdam bazarında satılan yağı, pendiri, balı, qaymağı...özündə olan yumyumuşaq təndir çörəyi yadıma düşdü. Telest...
ANL
Sarı simnən... Ustad tarzən, Azərbaycanın Xalq artisti Ramiz Quliyevə ithaf olunur. Duyduqca ürəyim nur varaqlayar, Dərər ümidlərim bar sarı simnən. Asiman yoludur məğrur biləyi, Pərdələr – muğamlı körpə bələyi, Tardı millətimin Sevgi mələyi, Hər qəlbin söhbəti var sarı simnən. Ağlayan gözlərdə yaş dili bilər, Çeşmələr...
ANL
Azərbaycan vətəndaşları Türkiyədə necə mülk ala bilər? ABDULLAH ÇİFTÇİ: “TÜRKİYƏDƏ MƏNZİLİ OLAN AZƏRBAYCAN VƏTƏNDAŞLARI HÖKUMƏTİN İCAZƏSİ İLƏ MÜDDƏTSİZ OTURUM İZNİ ALA BİLƏRLƏR”. Ötən il Türkiyə qanunlarına edilmiş dəyişikliyə əsasən, əcnəbilərə ölkə ərazisində daşınmaz əmlak almağa icazə veriləndən sonra Türkiyənin in...
ANL
Universitet hər şeydən əvvəl tələbə həyatıdır. Bu qaynar tələbə həyatı universitetin məzmunu, mənasıdır. Bakı Dövlət Universiteti həm öz miqyası ilə, həm fakültələrinin və ixtisaslarının sayı ilə və həm də tələbələrinin miqdarı ilə Azərbaycan təhsil mühitinin aparıcı müəssisəsidir. Burada rəhbərlik-tələbə, müəllim-tələ...
ANL
Tamaşa Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Yazıçı Kamal Abdullanın “Yarımçıq Əlyazma” əsərinin motivləri əsasında səhnələşdirilib. Kamal Abdullanın postmodern estetikayla qələmə alınmış “Yarımçıq əlyazma” romanı nəşr olunduğu vaxtdan bu yana istər Azərbaycanda, istərsə də xarici ölkələrin mətbuat səhifələrin...
ANL
Xalq yazıçısı İsa Muğannanın yeni çap olunmuş kitabları təqdim edilib. “Hədəf” nəşrləri olan kitabların təqdimatında bir sıra ziyalılar, görkəmli yazıçılar, şairlər, ədəbiyyatşünaslar və mədəniyyət xadimləri qatılıblar. Tədbiri giriş sözü ilə millət vəkili, AMEA-nın müxbir üzvü Nizami Cəfərov açdı: “Biz bu gün böyük ya...
ANL
Tiflisdə Anarın gürcü dilində nəşr edilmiş “Dədə Qorqud” kitabının təqdimatı olub. Mayın 17-də Gürcüstan paytaxtında ARDNŞ-in dəstəyi ilə Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, Xalq yazıçısı Anarın gürcü dilində nəşr olunan “Dədə Qorqud” kitabının təqdimatı keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, ...
ANL
“Azərbaycanda milli siyasət burada yaşayan xalqların tam hüquq bərabərliyinə əsaslanır” (davamı). Müsahibimiz Mədəniyyət və İncəsənət Universitetinin sosial- siyasi elmlər kafedrasının müdiri, fəlsəfə elmləri doktoru, professor Əlikram Tağıyevdir. Söhbətimizin mövzusunu millətlərin yaranması, təşəkkül tapması və inkişa...
ANL
Qafqaz UniversitetlƏr Birliyinin III konfransı günlərində düşüncələr. Mürəkkəb və xüsusi strateji əhəmiyyət daşıyan Qafqazın yüksək inkişaf etmiş ölkəsi kimi diqqətçəkən Azərbaycanda son illər ərzində dünya ölkələrinin, o cümlədən Avropanın bir çox beynəlxalq tədbirlərinin keçirilməsi son dərəcə təqdirəlayiqdir. Bu gün...
ANL
Beynəlxalq münasibətlər sistemində arxaizm. Müasir beynəlxalq münasibətlər sisteminin fundamental quruluşunun əsası 1648-ci ildə imzalanan Vestfal sülh sazişi ilə başlanmışdır. Məhz Vestfal sülh sazişi “milli dövlətlərin suverenliyi” prinsipini əsas hüquq kimi tanıdı. Həmin dövrdən başlayaraq beynəlxalq münasibətlərin ...
ANL
Elmə, mədəniyyətə təmənnasız xidmət nümunəsi. Azərbaycan ədəbiyyatına, ədəbi əlaqələrimizə, klassiklərimizin həyat və yaradıcılığına yeni rakursda, milli ədəbi, mədəni, mənəvi, tarixi dəyərlərimiz müstəvisində yanaşılması Azərbaycan ədəbiyyatşünaslığının mühüm vəzifəsidir. Bu vəzifə müasir biblioqrafiyanın tədqiqatçı f...
ANL
Səlim Babullaoğlu Yardımlıda oxucuları ilə görüşüb. Mayın 17-də Yardımlı Rayon Mədəniyyət Evində şair Səlim Babullaoğlu ilə görüş keçirilib. Yardımlı Xeyriyyə Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən görüşdə Yardımlı şairləri və ziyalıları, poeziyasevərlər, məktəblilər iştirak ediblər. Tədbiri giriş sözü ilə açan Yard...
ANL
“Azərbaycanda milli siyasət burada yaşayan xalqların tam hüquq bərabərliyinə əsaslanır”. Müsahibimiz Mədəniyyət və İncəsənət Universitetinin sosial- siyasi elmlər kafedrasının müdiri, fəlsəfə elmləri doktoru, professor Əlikram Tağıyevdir. Söhbətimizin mövzusunu millətlərin yaranması, təşəkkül tapması və inkişafında müx...
ANL
Böyük ədəbiyyatın, böyük sözün keşiyində. “Əgər bizi və rizamızı istəyirsənsə, bunun ancaq bir könül qazanmağa bağlı olduğunu unutma”. (Mövlana Cəlaləddin Rumi). Deyəcəklərim ədəbiyyatşünas alimimiz, filologiya üzrə elmlər doktoru, professor Himalay Ənvəroğlunun (Qasımov) “Sənət və sənətkarlıq məsələləri yeni düşüncə m...
ANL
Sözün ülviyyət yağışı. Görkəmli abxaz şairi Fazil İsgəndərin fikrincə, müdriklik vicdana söykənən ağıldır. İnsanın qabiliyyəti səmərəli işə sərf olunanda, zəkaya güc verəndə müdrikliyə yol açılır. Bunun üçünsə daim düşünmək, düşündüklərini dərk etmək, dərk etdiklərini faydalı şəkildə çatdırmağa nail olmaq lazımdır. Şai...
ANL
Səadətdi doğrudan, uca amal uğrunda. buğum-buğum doğranmaq, tonqal içrə kül olmaq, qumluqdan sızıb ölmək. sonda miskin Məcnunda, Leylinin yaxasında. solmayan bir gül olmaq, səhərdən axşamadək. Xoşdu şah qapısında. Bu cür böyük ölümlər. Böyük ölümlər üçün. bir qədər qocayam mən. Görünür belə imiş. dərddən öləcəyəm mən. ...
ANL
Bir ailədən üç sənətçinin işləri “Üç künc” sərgisində. “Yeni Gallery” Bakı İncəsənət Mərkəzində “Üç künc” adlı sərginin açılışı olub. Sərgidə heykəltəraş Cəmaləddin Rüstəmovun və qızları – rəssam-dizayner Nilufər Rüstəmova ilə Zəhra Rüstəm-Osmanovanın əsərləri nümayiş olunur. Sərginin açılışında çıxış edən “Yeni Galler...
ANL
“Azərbaycanda milli siyasət burada yaşayan xalqların tam hüquq bərabərliyinə əsaslanır” (davamı). Müsahibimiz Mədəniyyət və İncəsənət Universitetinin sosial- siyasi elmlər kafedrasının müdiri, fəlsəfə elmləri doktoru, professor Əlikram Tağıyevdir. Söhbətimizin mövzusunu millətlərin yaranması, təşəkkül tapması və inkişa...
ANL
"Buratinonun macəraları” Gənc Tamaşaçılar Teatrının səhnəsində. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında məşhur rus yazıçısı A.Tolstoyun “Qızıl açar, yaxud Buratinonun macəraları” əsəri əsasında hazırlanmış eyniadlı tamaşanın premyerası olub. Tamaşa Azərbaycan peşəkar milli teatrının 140 və Dövlət Gənc Tamaşaçılar ...
ANL
May ayının 21-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Sənətşünaslıq fakültəsində Xalq şairi Nigar Rəfibəylininin 100 illik yubileyinə həsr olunmuş “Bir həzin axşamda düşsəm yadına” adlı ədəbi-bədii tədbir keçirildi. Tədbiri giriş sözü ilə sənətşünaslıq fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə d...
ANL
Müharibə silsiləsindən. MƏLƏKLƏRƏ ATILAN MƏRMİLƏR... Toplardan, təyyarələrdən. yerdə bələklərdən çıxırdı. uşaqların yerdə. göydə mələklərdən. çıxırdı. uşaqlar qaça bilmirdi. hara qaçsalar da. şəhər bombalanarkən. altıaylıq körpəsini. əllərindən mərmilər. bir qolu balasında. biri özündə qalmışdı ananın... itkin qoluna y...
ANL
“Leyli və Məcnun”, Azərbaycan diplomatiyası, bir də Qarabağ harayı... Ötən bir həftəni üzərimə düşən missiya və işimlə əlaqədar Tacikistanda keçirməli oldum. Azərbaycan Respublikasının Tacikistandakı səfirliyi bu ölkədə Heydər Əliyevin 90 illiyi ilə bağlı silsilə tədbirlər keçirdi. Bu tədbirlərin davamı olaraq, Tacikis...
ANL
“Azərbaycanda milli siyasət burada yaşayan xalqların tam hüquq bərabərliyinə əsaslanır” (davamı). Müsahibimiz Mədəniyyət və İncəsənət Universitetinin sosial- siyasi elmlər kafedrasının müdiri, fəlsəfə elmləri doktoru, professor Əlikram Tağıyevdir. Söhbətimizin mövzusunu millətlərin yaranması, təşəkkül tapması və inkişa...
ANL
“Şah və Şair”in premyerası böyük maraqla qarşılanıb. Azərbaycan Dövlət Milli Dram Teatrında “Şah və Şair” adlı yeni tamaşanın premyerası keçirilib. Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hazırlanan tamaşa yazıçı Kamal Abdullanın “Yarımçıq əlyazma” əsərinin motivləri əsasında səhnələşdirilib. Janrı iki hissəli x...
ANL
İncəsənət Universitetinin tələbəsi dünyanın diqqət mərkəzində. İsveçin Malmö şəhərində keçirilən “Eurovizion-2013” mahnı müsabiqəsi uğurla sona yetdi. “Eurovizion-2013” mahnı müsabiqəsində Azərbaycan təmsilçilərinin çıxışı ölkəmizin ünvanına dünyanın hər yerindən təbriklər gətirdi. Qəlbləri ehtizaza gətirən möhtəşəm mu...
ANL
Rəfail Tağızadənin “Gecə xəyalları” Yazıçılar Birliyində təqdim olundu. Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda çağdaş ədəbiyyatımızın dəyərli nümayəndələrindən olan şair və publisist, Rəsul Rza Mükafatı laureatı Rəfail Tağızadənin “Gecə xəyalları” kitabının təqdimatı keçirilib. Tədbiri AYB-nin katibi,...
ANL
Vüsalə Musayeva: “Tacik sənətsevərlər çıxışlarımızı böyük rəğbətlə qarşıladılar”. Bugünlərdə Düşənbədə ənənəvi “Şaşmaqom” festival-simpoziumunda iştirak edən gənc xanəndə Vüsalə Musayeva səfərlə bağlı təəssüratlarını əməkdaşımızla bölüşüb: “Bildiyiniz kimi Tacikistanda bu simpozium-festival hər il keçirilir. Tacikistan...
ANL
Təzəpir məscidi: dini-ruhani ocaq, milli mənəviyyat abidəsi və parlaq memarlıq əsəri kimi (davamı). 30-cu illərin sonlarında Azərbaycanda 20 məscid formal fəaliyyət göstərirdi ki, onların bəziləri müharibədən sonrakı illərdə də açıq idi. Bu illərdə Bakıda Bibiheybət məscidi, Əmircanda Murtuza Muxtarov məscidi, Əjdərbəy...
ANL
Məhəmməd Əmin Rəsulzadə- Əsərləri. Araşdırıb toplayanı, ərəb əlifbasından latın qrafikasına çevirəni, ön sözün müəllifi, lüğətin tərtibçisi. Duma seçkiləri. Keçəndə məhəllə ərzaq komitələrinin seçkiləri vaqe olduqda bu seçkilərin müvəqqəti olub əsl seçkilərin bundan sonra olacağı zikr olunmuşdu. Bu seçkilər tazə qanuna...
ANL
Demokratiya və layiq olanların hakimiyyəti (davamı). Demokratiya da təkcə insan haqlarına, söz və vicdan azadlığına, etiraz etmək hüququna təminat vermir, həm də insanları xofdan, qorxudan və çox hallarda ehtiyacdan azad edir. Demokratiyanın qalib gəldiyi ölkələr nəhəng inkişaf yoluna qədəm qoymuşlar. Bunu biz Amerika ...
ANL
Bir qələm fəhləsi olmaq şərəfim! Başımın ağası: həzrəti-sözdür! Şirin əzabımdır dünyada nəfim! Arzumun vüsalı, həsrəti sözdür! Ömürdən sökülən bənd alar sözdə;. Söz sözü cilalar, rəndələr sözdə, Xilqətin ayarı, siqləti sözdür. Dəyər, yetkinləşər öz saplağında;. Minillərlə yaşar öz saflığında: Tanrının ən sirli neməti s...
ANL