Search is not available for this dataset
text
stringlengths
10
518k
France-phaleristique.
İnşaatçılar stadionu — Sumqayıt şəhərində yerləşən stadion.
1956-cı ildə tikilərək idmançıların istifadəsinə verilmiş İnşaatçı stadionu Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionundan sonra Sumqayıtın ikinci ən böyük arenasıdır.
Stadionun eyni vaxtda buraxılma qabiliyyəti 164 nəfərdir.
Sovet vaxtlarında stadionda otüstü hokkey oyunları da keçirilib.
Mövcud vəziyyəti Stadionun ot örtüyünün bərbad vəziyyətdə olması texnikalı oyun nümayiş etdirməyə imkan vermir.
Tribunalardakı taxta oturacaqlar hələ də dəyişdirilməyib.
Bundan başqa, paltardəyişmə və digər yardımçı otaqların təmirə ehtiyacı var.
Hazırda (2016-cı il üçün) dağılmış vəziyyətdə olan stadionun gələcək taleyi müəmmalıdır.
Həmçinin bax Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu Kapital Bank Arena
İqlim Elmi-İstehsalat Müəssisəsi — Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tabeliyindəki müəssisə.
İqlim" Elmi-İstehsalat Müəssisəsi 1961-ci ilin yanvar ayında Keşlə Maşınqayırma zavodunun kondisionerlər sexinin bazasında "Bakı İqlim Qurğular zavodu" adı altında yaradılmışdır.
İlk məhsulu otaq hava kondisionerləri olmuşdur.
1961-ci ildə zavodun adı dəyişdirilib, Bakı Kondisionerlər zavodu olmuş və SSRİ Aviasiya Sənayesi Nazirliyinin tabeliyinə verilmişdir.
1970-ci ildə zavodun adı yenidən dəyişdirilib, Bakı Maşınqayırma zavodu olub.
Məhsulu–aerodrom hava kondisionerləri, aviasiya kürəvi və silindrik balonları, hidroakkumulyatorlar və "Azərbaycan-4" məişət kondisionerləri.
1974-cü ildə Bakı maşınqayırma zavodunun, onun filialının və "Nauka" (Moskva) Aqreqat zavodunun Bakı filialının bazasında Bakı Aqreqat İstehsal Konstruktor Birliyi (BAİKB) yaradılıb.
1978-ci ildə BAİKB-in adı dəyişilib, Bakı Aqreqat İstehsal Birliyi (BAİB) olub.
1992-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə BAİB-in adı dəyişdirilərək, "İqlim" Bakı Aviasiya İstehsalat Birliyi ("İqlim" BAİB) olub.
1993-cü ildən 2005-ci ilədək Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin tərkibində fəaliyyət göstərib.
2006-cı ildən "İqlim" Elmi-İstehsal Müəssisəsi kimi Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tərkibində fəaliyyət göstərir.
İSO 9001–2001 standartının tələblərinə uyğunluq sertifikatı vardır.
Fəaliyət sahələri Texnoloji imkanları Xarici keçidlər
İranAir"ə aid mülki təyyarənin vurulması — 3 iyul 1988-ci ildə İran Havayollarına (İranAir) aid 655 uşuş nömrəli Airbus A300B2–203 tipli təyyarənin Tehran-Dubay marşrutu üzrə hərəkəti zamanı Fars körfəzində Amerika Birləşmiş Ştatlarına aid Vinsennes raket gəmisi (USS Vincennes (CG-49)) tərəfindən vurulması hadisəsi.
Hadisə nəticəsində təyyarədəki 290 nəfər nəfər həlak olmuşdur.
Onlardan 16-sı təyyarə ekipaj üzvləri, 274-ü isə sərnişin olmuşdur.
Sərnişinlərdən 66-sı uşaq olmuşdur.
Hadisə ilə bağlı ABŞ İrandan üzr istəməmişdir.
ABŞ-nin mövqeyi İranın mövqeyi Tərəfsiz mövqelər
İran monarxiyasının 2500 illiyi ziyafəti" medalı — 1971-ci ildə sonuncu İran şahı, Məhəmməd Rza Pəhləvinin əmrinə əsasən təsis edilmiş mükafat.
Mükafat əsasən Persepolis şəhəri yaxınlığında, 1971-ci ildə təşkil edilmiş İran monarxiyasının 2500 illiyi ziyafətinin xarici dövlət rəsmiləri üçün nəzərdə tutulmuşdur.
İrəli" İctimai Birliyi (ing.
Ireli Public Union) — Azərbaycan Respublikasının gənclər sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatı.
İrəli" İctimai Birliyi 26 avqust 2005-ci ildən gənclər hərakatı kimi faliyyətə başlayıb.
3 illik fəaliyyətdən sonra "İrəli" İctimai Birliyi öz fəaliyyətlərini gənclər hərakatı kimi dayandıraraq 24 dekabr 2008-ci ildə yenidən quruldu.
Ceyhun Osmanlı 24 dekabr 2008-ci ildə Azərbaycan Dövlət Filarmoniyasında 380 nəfər nümayəndənin iştirakı ilə keçirilən konfransda "İrəli" İctimai Birliyinin sədri seçilmişdir.
Konfransdan sonra 16 aprel 2009-cu ildə birinci yığıncaq keçirilib və burada heyət üzvləri, katibliyin əsasnaməsi və baş katib təsdiqlənib.
İrəli İctimai Birliyi 19 fevral 2009-cu ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınıb.
Konfransları Rauf Mərdiyev 5 may 2012-ci ildə keçirilən II hesabat-seçki konfransında təşkilatın yeni sədri seçilib.
Bu vaxta qədər Rauf Mərdiyev 2010-cu ildən 2012-ci ilə qədər baş katib kimi işləyib.
27 iyun 2014-cü ildə İrəli İctimai Birliyinin IV hesabat-seçki konfransı keçirilib.
İrəli İctimai Birliyinin yeni sədri üçün seçki prosesində təşkilatın üzvüləri yekdilliklə Mirhəsən Seyidovu təşkilatın yeni sədri olaraq seçiblər.
O vaxta kimi Mirhəsən Seyidov Azərbaycan Respulikası Gənclər Təşkilatlarının sədr müavini vəzifəsində işləmişdir.
Mirhəsən Seyidov 19 dekabr 2016-cı ildə keçirilən V Hesabat-seçki komfransında açıq səs vermə nəticəsində idarə heyətinin sədri təyin edilib.
25 dekabr 2017-ci il tarixində təşkilatın hesabat konfransı keçirilib.
25 dekabr 2018-ci ildə İrəli İctimai Birliyinin VI hesabat-seçki konfransı keçirilib.
Səs çoxluğu ilə Mirhəsən Seyidov idarə heyətinin rəhbəri seçilib.19 may 2020-ci ildə onlayn formatda "İrəli" İctimai Birliyinin VII Hesabat-Seçki konfransı keçirilib.
Konfransda ilk olaraq "İrəli" İctimai Birliyinin Baş katibi Şahin Rəhmanlı qurumun fəaliyyətinə dair hesabat məruzəsi ilə çıxış edib.
Təşkilatın İdarə Heyətinə seçki keçirilib.
Namizədlər haqqında təqdimat nümayiş olunub və səsvermə prosesinə başlanılıb.
İdarə Heyətinə üzvlər təsdiqləndikdən sonra Şahin Rəhmanlı səs çoxluğu ilə İctimai Birliyin İdarə Heyətinin yeni sədri seçilib.
Azərbaycan Respublikasının inkişaf yolunda aparılan siyasətin həyata keçirilməsində birbaşa gənclərin iştirakına şərait yaratmaq; Gənclərə vətənpərvərlik hislərinin aşılanmasına şərait yaratmaq; Milli-mədəni dəyərlərin qorunmasını təmin etmək; Gənclərin fərdi inkişafında yardımçı olmaq.
İrəli İctimai Birliyinə üzvlük fərdi və kollektiv qaydada həyata keçirilir.
2019-cu ilin may ayına olan məlumatlara görə 5 000 nəfərdən çox gənc "İrəli"-nin üzvüdür.
Təşkilata üzvlük müraciət əsasında həyata keçirilir.
İrəli" İctimai Birliyi seçkili orqandır, ali orqanı konfrans hesab olunur.
Birlik hər il hesabat konfransı keçirir, fəaliyyəti haqqında ictimaiyyətə hesabat verir.
Hər iki ildən bir isə Birliyin hesabat-seçki konfransı keçirilir.
Hesabat-seçki konfransında Birliyin İdarə Heyətinin və Mərkəzi Nəzarət-Təftiş Komissiyasının seçkisi keçirilir.
Birliyin ümumi fəaliyyətinə İdarə Heyətinin sədri rəhbərlik edi İdarə Heyəti İdarə Heyətinin sədri – Şahin Rəhmanlı İdarə Heyətinin üzvü – Fatimə Məsimli İdarə Heyətinin üzvü – Əfsanə Şükürova İdarə Heyətinin üzvü – Elvin Səhətbəyli İdarə Heyətinin üzvü – Orxan Rüstəmov İdarə Heyətinin üzvü – Kənan Əliyev İdarə Heyətinin üzvü – Azər Əmirov İdarə Heyətinin üzvü – Elmar Məmmədov İdarə Heyətinin üzvü – Anar Qurbanov "İrəli" Radio 10 oktyabr 2010-cu ildə fəaliyyətə başlayıb.
Radionun məqsədi Azərbaycan musiqi və mədəniyyətini dünya miqyasında təbliğ etmək, aktiv gəncləri bu sahədə birləşdirməkdir.
Hazırda "İrəli" gəncləri müxtəlif sahələrdə verilişlər təşkil edərək həm təcrübə qazanır, həm də birliyin fəaliyyətinin bu istiqamət üzrə daha çox gəncə çatmasına şərait yaradırlar.
İrəli İctimai Birliyi Azərbaycan Respublikasının Dövlət Gənclər siyasətinə töhfə vermək məqsədilə fəaliyyətinin 2014–2018 illər ərzində 27 geniş tərkibli layihə həyata keçirmişdir.
Mənim Gənclər Təşkilatım", "Şəxsi İnkişaf Akademiyası", "Nəzər Nöqtəsi", "Region Gənclərinin əməkdaşlıq forumu", "Gənclərin Simulyasiya Akademiyası", "Gənc Əkinçi", "Gənclər Kuboku", "Azərbaycan İntellektual Birincisi", "Marş İrəli", "Support of Azerbaijan Youth", "Münaqişə tərəfi Azərbaycan — Həqiqətlər və Reallıqlar", "Virtual Məkanda Azərbaycan" və "Milli Təcrübə Forumu" layihələri bunlara nümunədir.
2020–2021-ci illər ərzində "Ulu Öndərlə keçmiş və bu gün" adlı fotokonkurs, "Tarixin ədaləti: Cümhuriyyətdən Böyük Zəfərə Azərbaycan", "Nə?
adlı tədbirlər həyata keçirilib.
Introduction to IT", "Marş İrəli", "Gənclər Kuboku: Hərb Oyunları" layihələri baş tutmuş tədbirlər sırasındadır.
Gənclərin Siyasi Savadlılığının Artırılması", "Essentials of Social Work" layihəsi, o cümlədən, "İZ" gənclər düşərgəsi layihəsi və bir sıra digər layihələrin icrası başa çatdırılıb.
Ümumi olaraq keçirilmiş layihələr çərçivəsində 16.714 nəfərdən artıq gəncin müraciətinə baxılmışdır.
Onlardan 8439 gənc birbaşa olaraq layihələrdə iştirakçı adını qazanmışdır.
İştirakçıların 66%-dən çoxu region gəncləri olmuşdur.
Layihələr boyunca 182 müxtəlif mövzuda təlim sessiyası təşkil edilmişdir.
İrəli İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu ilə birgə 2014-cü ildə Göygöl şəhərində "Mənim gənclər təşkilatım" layihəsi, Bakı şəhərində keçirilən "Şəxsi İnkişaf Akademiyası" layihəsi, "Nəzər Nöqtəsi" layihələri keçirilmişdir.
Yaşıl Standart" Sertifikatlaşdırma sistemi layihəsi çərçivəsində ilk növbədə "Yaşıl Ofis" standartları yaradılmış, bu standartlar ümumdünya təcrübəsinə əsaslanaraq hər hansı bir ofisin fəaliyyəti zamanı, ətraf mühitə vurduğu ziyanın minimuma çatdırılması üçün uyğun şəraiti formalaşdırmışdı.
Heydər Əliyev Fondunun dəstəyi ilə 28 May-28 iyun 2015-ci il tarixlərində DO!
– Dostlarla Oyunlara kampaniyasına start verilmişdir.
Kampaniyanın məqsədi uşaq evlərində mövcüd idman infrastrukturunun təşviqinə dəstək, məhəllə idmanına olan sevgi və ruhu geri qaytarmaq, eyni zamanda Azərbaycanın ev sahibliyi edəcəyi ilk Avropa oyunlarına dəstək verməkdən ibarət idi. "Xaricdən Milli Baxış" forumu, 2016-cı ildə İstanbulda "İrəli" İctimai Birliyi və İnsan Kapitalının İnkişaf Mərkəzinin (İNDEX) birgə təşkilatçılığı ilə keçirilmişdir.
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə keçirilən Forumda 19 ölkədən 20 gənclər təşkilatının nümayəndələri iştirak edib.
Region Gənclərinin Əməkdaşlıq formu" layihəsi 2016-cı il 24–27 iyunda, "İrəli" İctimai Birliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə Gəncədə baş tutub.
Gənclər Kuboku: Bakı 2017 İslam Həmrəlik Oyunlarına dəstək" layihəsi 10 idman növünü əhatə edən, 850 — dən artıq gəncin iştirak etdiyi və 16 ali təhsil müəssisələri arasında keçirilmiş idman çempionatıdır.
Layihə 2017-ci il Mart — May aylarında keçirilmişdir.
İRƏLİ" İctimai Birliyi 2017-ci ilin avqust ayında gənclərin maarifləndirilməsi sahəsində fəaliyyətini davam etdirərək Azərbaycan Respublikası Prezidenti yanında QHT-larına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə "Gənclərin Simulasiya Akademiyasın" layihəsini həyata keçirib.
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin maliyyə, "İrəli" İctimai Birliyinin təşkilati dəstəyi və "Sağlam Gəncliyə Doğru" İctimai Birliyinin təşkilatçılığı ilə 11–14 mart 2017 tarixlərində "Keçmişdən Gələcəyə" gənclər arasında tarixi mədəni abidələrin təbliği layihəsi həyata keçirilib.
Azərbaycanın Intellektual Birincisi layihəsi artıq 3 ildir ki, həyata keçirilir.
Layihə çərçivəsində keçirilən intellektual oyunlar: 1.
Vətəni tanı "İrəli" İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə "Milli Təcrübə Forumu"-nu həyata keçirmişdir.
Gənclər və İdman Nazirliyi nin dəstəyi, İrəli İctimai Birliyinin təşkilatçılığı ilə Virtual Məkanda Azərbaycan Vikipediya layihəsi həyata keçirilmişdir.
İrəli" İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə həyata keçirilən "Gənclər Kuboku: Hərb Oyunları" layihəsi 27 avqust – 2 sentyabr tarixlərində Ağdam rayonunda baş tutub.
2019-cu ildə "İrəli" İctimai Birliyi "Gənclər Kuboku: Aprel Zəfəri" layihəsini həyata keçirdi.
İrəli İB 2014-cü ildə " Support of Azerbaijan Youth (SAY)" hərəkatına start vermişdir.
SAY proqramının 7 iriçaplı layihəsi həyata keçirilib.
Support of Azerbaijan Youth: Könüllülük Akademiyası" layihəsi "İrəli" İctimai Birliyinin təşkilatçılığı və Gənclər və İdman Nazirliyinin dəstəyi ilə 15–20 dekabr, 2014-cü ildə"Gənclər Paytaxtı" seçilmiş Quba şəhərində həyata keçirilib.
Support of Azerbaijan Youth (SAY): Green" düşərgəsi Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi və "İrəli" İctimai Birliyinin təşkilatçılığı ilə "SAY" hərəkatının ikinci fəaliyyəti çərçivəsində təşkil olunub.
Layihə 4–9 Avqust, 2016-cı ildə, Gəncə şəhərinin Hacıkənd qəsəbəsində keçirilib.
Support of Azerbaijan Youth (SAY): Multiculturalism" düşərgəsi Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi və "İrəli" İctimai Birliyinin təşkilatçılığı ilə keçirilib.
Düşərgə 25–30 İyul, 2016-cı ildə İsmayıllı rayonunda həyata keçirilib.
İrəli" İctimai Birliyinin təşkilatçılığı və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə "SAY: Volunteering Festival" (Könüllülük festivalı) layihəsi 28 sentyabr – 2 oktyabr tarixində Oğuz rayonunda baş tutub.
İrəli" İctimai Birliyi Azərbaycan Respuiblikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə "SAY: Support of Azerbaijan Youth" hərəkatı adı altında – "SAY: Solidarity" layihəsini həyata keçirmişdir.
SAY hərəkatının 5-ci fəaliyyəti çərçivəsində təşkil olunmuş layihə İslam Həmrəyliyinə həsr olunmuşdur.
Layihə 2017-ci il iyun ayında keçirilmişdir.