Search is not available for this dataset
text
stringlengths 10
518k
|
|---|
Arxa tərəfi hamar səthlidir, ortasında ordenin nömrəsi həkk olunmuşdur.
|
Təltif dəstinə aşağıdakılar daxildir: boyundan asmaq üçün 27 mm enində, göy çalarlı lenti olan, 50 mm qabarit ölçülü orden; paltara bərkidilmək üçün elementi olan, beşguşəli 27 mm x 47,5 mm ölçüdə göy çalarlı xara lentə halqa və ilgək vasitəsilə birləşdirilən, 35 mm qabarit ölçülü orden; paltara bərkidilmək üçün elementi olan, göy çalarlı, üzərində alov simvolu təsvir edilmiş, ölçüsü 27 mm x 9 mm olan qəlib".
|
Ordenin üçüncü və hal-hazırkı təsviri Azərbaycan Respublikasının 30 sentyabr 2013-cü il tarixli 722-IVQD nömrəli Qanunu ilə təsdiq olunmuşdur.
|
Medalın təsviri aşağıdakı kimi verilmişdir: "İstiqlal" ordeni bir-birinin üzərinə qoyulmuş, biri digərinə nisbətən ox ətrafında dönmüş və ikiüzlü hamar şüaları olan iki gümüş səkkizguşəli ulduzdan ibarətdir.
|
Üstdəki ulduzun ortasında mavi mina ilə örtülmüş girdə lövhə yerləşir.
|
Bu lövhənin üzərində qanadları açılmış quş və qanadların arasında — yuxarıda səkkizguşəli ulduz təsvir olunmuşdur.
|
Ulduzdan yuxarıda qanadlar arasında çevrə boyunca "İstiqlal" sözü yazılmışdır.
|
Quşun, ulduzun təsviri və yazı qabarıqdır, qızıl suyuna çəkilmişdir.
|
Arxa tərəfi hamar səthlidir, ortasında ordenin seriyası və nömrəsi həkk olunmuşdur.
|
Təltif dəstinə aşağıdakılar daxildir: boyundan asmaq üçün 37 mm enində, 6 qızılı xətli, göy çalarlı lenti olan, 50 mm qabarit ölçülü orden; paltara bərkidilmək üçün elementi olan, aşağıya doğru bucaq altında kəsilən, 6 maili qızılı zolaqlı, göy çalarlı, 37 mm x 50 mm ölçüdə lentə halqa və ilgək vasitəsilə birləşdirilən 35 mm qabarit ölçülü orden.
|
Xara lentin yuxarı hissəsinə 40 mm x 5 mm ölçülü gümüşü təbəqə bərkidilir; paltara bərkidilmək üçün elementi olan, göy çalarlı, ölçüsü 37 mm x 10 mm olan 2 ədəd qəlib.
|
Qəlibin birinin üzərinə 17 mm x 6 mm ölçüdə sarı rəngli metal lövhə bərkidilmişdir.
|
Metal lövhənin üzərində qoşa sarı xətli tünd qırmızı rəngli dairəvi element mövcuddur.
|
İstiqlal" ordeni ilə təltif edilənlərin siyahısı — Azərbaycan Milli Məclisinin 1992-ci il 10 noyabr tarixli 370 saylı Qanunu ilə təsdiq edilən və 06.12.1993-cü ildə Azərbaycan Prezidenti Heydər Əliyevin Sərəncamına əsasən təsis edilən "İstiqlal" ordeni 1992–2005-ci illərdə Azərbaycanın ən ali dövlət təltifi hesab olunub.
|
1995-ci ildən indiyə kimi 72 nəfər bu ordenlə təltif edilib.
|
İstiqlal" ordeni ilə təltif edilən 72 nəfərdən 63 nəfəri Azərbaycan vətəndaşı, 9 nəfəri isə xarici dövlətlərin vətəndaşlarıdır.
|
2 nəfər — Xəlil Rza Ulutürk və Ziya Bünyadov ölümündən sonra ordenlə təltif edilib.
|
Ordenlə təltif edilən 72 nəfərdən cəmi 8 nəfəri qadındır — Mirvarid Dilbazi, Leyla Bədirbəyli, Vera Şirye, Əminə Dilbazi, Zeynəb Xanlarova, Fidan Qasımova, Xuraman Qasımova və Fatma Səttarova.
|
İstiqlal" ordeni ilə təltif edilənlərdən ən gənci Şeyxülislam Hacı Allahşükür Paşazadə (50 yaşında), ən yaşlısı isə Lətif Hüseynzadə (99 yaşında) idi. "İstiqlal" ordeni ilə təltif edilənlərdən 34 nəfəri Heydər Əliyev tərəfindən, 38 nəfəri isə İlham Əliyev tərəfindən təltif olunub.
|
Həmçinin bax "İstiqlal" ordeni
|
İstiqlal" medalı — Türkiyə İstiqlaliyyət müharibəsində böyük xidmətləri olmuş hərbçilərə və mülkilərə, o dövrdə deputat olanlara, müharibəyə qatılan alayların bayraqlarına, Ərzurum və Sivas konqreslərinə qatılanlara "İstiqlal" medalı qanunu adlı xüsusi qanuna görə verilən medaldır.
|
Bu medal 1 noyabr 2006-cı il tarixinə qədər TBMM tərəfindən verilmiş, bu tarixdən sonra müraciət edənlərə isə Milli Müdafiə Nazirliyi tərəfindən verilir.
|
Ümumilikdə 95261 nəfərə verilmişdir.
|
Qanuna görə sağ sinənin üzərinə hər gün taxılır.
|
İstiqlal" medalının yaradılmasından sonra Osmanlı dövrünə aid bütün medal və nişanlar ləğv edilmişdir.
|
İstiqlal" medalı qanunu Türkiyə İstiqlaliyyət müharibəsi bitdikdən sonra müharibə zamanı cəbhədə və cəbhə gerisində xüsusi xidmət göstərənlərə medal verilməsi mövzusu TBMM-də müzakirə edildi.
|
29 noyabr 1920-ci ildə məclisdə qəbul edilən 66 saylı qanun, 4 aprel 1921-ci ildə Rəsmi qəzetdə yayımlanaraq qüvvəyə mindi.Daha sonrakı illərdə çıxan bəzi qanunlarla əsas qanun olan 66 saylı qanuna əlavələr edilmişdir.
|
Misal üçün, 1924-cü ildə çəxan 525 saylı qanun "İstiqlal" medalının varislərə keçişi ilə bağlı hökmləri, 1926-cı ildə çıxarılan 869 saylı qanun isə ilk dəfə medal alanlarla bağlı hökmləri əhatə edirdi.
|
İstiqlal" medalı oval formadadır, Latın hərfləri ilə (yeni Türkcə) nəşri edilən medalların həci 35×40 mm, ağırlığı 15,55 qramdır.
|
Orijinal Osmanlıca olaraq nəşri edilənlərin ölçüləri isə 1mm qədər kiçik olub, ağırlıqları 10,5 qramdır.
|
İstiqlal" medalının formasının müəyyən edilməsi ilə bağlı Mustafa Kamal Atatürk tərəfindən "İstiqlal" medalı qanun layihəsinin hazırlanması Mustafa Necati Uğurala tapşırılmışdır.
|
Zərbxana tərəfindən dizayn yarışması keçirilmiş, yarışmanı 9 yanvar 1923-cü ildə heykəltaraş Məsrur İzzət bəy qazanmışdır.
|
Medalın ön üzü Medalın ön üzünün üst qismində ilk TBMM binası yer alır.
|
Binanın sağında və solunda məscid və ev görüntüləri o dövrün Ankaranı əks etdirir.
|
Məclis binasının arxasında doğan günəşin uzunlu-qısalı işiq şüaları yayılır.
|
Bu işıq şüaları zəfəri və Türkiyə Respublikasının quruluşunu simvolize edir.
|
Məclis binasının altıdakı hissədə dünya simvolu, oraq, çəkiç, rəsm fırçası kimi simvollar yeni respublikanın elmə, sənayeyə, sənətə önəm verəcəyini idaə edir, dünya ilə bütünləşmə də qərarlı olduğunu göstərir.
|
Simvolların sağında və solunda buludlar, onların yanında zəfər simvolu olan meşə yarpaqları, yarpaqların üstündə isə məclisin açılış tarixi olan 23 aprel 1336 (1920) yazısı yer almaqdadır.
|
buludların altında sağa doğri yeriyən və iki öküzün çəkdiyi, İstiqlaliyyət müharibəsini simvolizə edən öküz arabası ilə kəndli qadın vardır.
|
Öküz arabasının və qadın görüntüsünün altında yuxarıdakı buludların və işıq şüalarının davamı görülür.
|
Medalın arxa üzü "İstiqlal" medalının arxa üzündə yuxarı doğru baxan ay ulduzla əhatə edilmiş Misak-i Milli sərhədlərini göstərən Türkiyə xəritəsi vardır.
|
Xəritə üzərində Ankaranın yeri ulduzla işarələnmişdir.
|
Ulduzdan çıxan 7 işıq xəritənin müxtəlif tərəflərinə doğr uzanır, biri Qarsa, digəri isə Ədirnəyə qədər çatır.
|
TBMM-də verilən ilk medalın lent rəngi yaşıldır.
|
Ancaq daha sonra deputatlara yaşıl, cəbhədə olanlara qırmızı, cəbhə gerisində çalışanlara ağ rəngdə lenti olan medallar verilmişdir.
|
Cəbhədə işləmiş deputatların medal lentləri yarı qırmızı, yarı yaşıl rənglidir.
|
Medalın verilmə şərtləri 15 may 1919-cu ildən 9 sentyabr 1922-ci ilə qədər dava m edən İstiqlaliyyət müharibəsində cəbhədə və ya cəbhə gerisində qəhrəmanlıq və fədəkarlıq göstərənlərə "İstiqlal" medalı verilmişdir.20 noyabr 1920-ci ildən etibarən 1926-cı ilə qədər deputat, qüvvə-i milliyəçi, PTT məmuru, mülk-i amir və hərbçilərdən ibarət 6920 nəfər TBMM tərəfindən "İstiqlal" medalı ilə mükafatlandırılmışdır.
|
1968-ci ildə 1005 saylı qanunun (1 mart 1968-ci il tarixindən etibarən) qəbuluna qədər keçən 47 il içində 17, 557-i zabit-gizir və 77,704-ü əsgər olmaqla ümumilikdə 95,261 nəfərə "İstiqlal" medalı verilmişdir.
|
30 yanvar 1929-cu ildəki 3579 saylı qanunla Türkiyə İstiqlaliyyət müharibəsində milli orduda döyüşən alayların bayraqlarına da "İstiqlal" medalı verilmişdir.
|
Türkiyədə bundan başqa, bu medala shaib olan 3 şəhər və bir ilçə vardır.
|
Bunlar Qəhrəmanmaraş, Qaziantep, Şanlıurfa və İneboludur.
|
Qaziantep 2008-ci ildə bu medalı alarkən, Şanlıurfa isə 2016-cı ildə almışdır.Qəhrəmanmaraş 21 yanvar 1920 – 11 fevral 1920-ci il arasında İstiqlaliyyət mübarizəsi verərək şəhəri fransız işğalından qurtaran xalqın qəhrəmanlığı səbəbilə 5 aprel 1925-ci ildə qırmızı lentli "İstiqlal" medalı ilə mükafatlandırılmışdır.
|
İstiqlaliyyət müharibəsindən sonra TBMM-dən gələn "şəhərdə İstiqlaliyyət müharibəsinə qatılanların bildirilməsi" şəklindəki yazıdan sonra şəhərin ağsaqqallarının "Maraşda Milli Mübarizəyə qatılmayan tək bir fərd belə yoxdur " cavabından sonra TBMM medalı fərdlərə deyil bütün şəhər xalqına vermə qərarı almışdır.
|
1925-ci ildən bəri 12 fevralda reallaşan mərasimlərdə şəhərin "İstiqlal" medalı bayrağa xüsusi formada taxılaraq bu hadisə canlandırılır.İnebolu isə 9 aprel 1924-cü il tarixli TBMM qərarı ilə İnebolulu qayıqçıların əziyyətləri və uğurlarına görə ağ lentli "İstiqlal" medalı ilə mükafatlandırılmışdır.
|
Medal İnebolu bələdiyyəsində mühafizə edilir.
|
Medalın varisə qalma üsulu Medal medal sahibinin ölümündən sonra varsa oğullarından ən böyüyünə, oğlu yoxsa qızlarından ən böyüyünə, qızı da yoxdursa atasına, o da yoxdursa anasına, o da yoxsa həyat yoldaşına miras yolu ilə keçir.
|
Miras işləri Milli Müdafiə Nazirliyinin Hərbi Səfərbərlik Dairəsi tərəfindən aparılır.
|
Son "İstiqlal" medalı İstiqlaliyyət müharibəsində xidməti olduğu halda medal almadan vəfat edən Yusif Yiğitdən dolayı oğlu Mehmed Yiğitin 66 saylı İstiqlaliyyət medalı qanununun 5742 saylı qanunun IV maddəsi gərəyincə "İstiqlal" medalı ilə təltifinə dair 19 may 2016 tarixli və 352 saylı qərar prezident tərəfindən təsdiq edilmişdir.
|
Bu medal 2016-cı ildə Menemen icra nümayəndəsi olan Gülihsan Yiğitə 24 may 2016-cı ildə verilmişdir.
|
Medal sahibləri TBMM I çağırış üzvlərindən bəzilərinə medal verilməsi üçün Mustafa Kamal Atatürk tərəfindən yazılan qanun layihəsi TBMM-nin 21 noyabr 1923-cü ildə 65-ci iclasında müzakirə edilmiş və səsvermə nəticəsində Mustafa Kamal Atataürk və 23 nəfər qırmızı-yaşıl lentli İstiqlaliyyət medalı ilə mükafatlandırılmışdır.
|
Buna görə TBMM I çağırış üzvlərindən olub Qərb cəbhəsinin şimal qrupunda xidmət edən hərbçi-deputatlara, mülki şəxslərə 66 saylı qanunun ikinci və beşinçi maddələrinə əsaslanaraq İstiqlaliyyət medalı verilmişdir.
|
Ölən son İstiqlaliyyət mübarizəsi qazisi və medal sahibi Qazi Mustafa Şevki Yakutdur.
|
Hatayın Dördyol ilçəsində 1989-cu ildə vəfat etmişdir.
|
Mustafa Şevki I Dünya müharibəsində Yəmən cəbhəsində qəhrəmanca döyüşmüş, lakin ərəblərin ingilislərlə ittifaq qurmasından sonra əsir düşmüşdür.
|
5 il əsir qalan Mustafa Şevki Mudros barışığından sonra yenidən doğma evinə geri dönmüş və sonradan İstiqlaliyyət mübarizəsində iştirak etmişdir.
|
Həmçinin bax "Müharibə" medalı "İmtiyaz" medalı "Ləyaqət" medalı Türkiyə İstiqlaliyyət müharibəsi
|
İtaliya Respublikasına xidmətinə görə ordeni (it.
|
Ordine al merito della Repubblica Italiana) — İtaliya respublikasının ən yüksək mükafatı.
|
Orden ilk dəfə 1951-ci ildə İtaliya prezidenti tərəfindən təsis edilmişdir.
|
Ordenin rəhbəri İtaliya prezidentidir.
|
Ordenə 16 Kansler daxildir.
|
İttihad" məktəbi — 1906-cı ildə Bakıda açılmış məktəb.
|
Məktəbin müdiri Hüseyn Kamal olmuşdur.
|
İttihad" məktəbinin həkimi Bəhram bəy Axundov idi. Məşhur məzunları İsmayıl Hidayətzadə — 1909-?
|
Almas İldırım — ?-1925 Xarici keçidlər Arxivləşdirilib 2016-03-07 at the Wayback Machine
|
Şah İsmayıl" ordeni — Azərbaycan Respublikasının ali hərbi ordeni.
|
Şah İsmayıl" ordeni Azərbaycan Respublikasının yeganə dövlət təltifidir ki, bu ordenlə heç kim təltif edilməyib.
|
Azərbaycan Respublikasının ali hərbi ordeni olan "Şah İsmayıl" ordeni ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ali zabitləri, hərbi hissələrin və birləşmələrin komandirləri təltif edilə bilərlər.
|
Şah İsmayıl" ordeni aşağıdakılara görə verilə bilər: — Azərbaycan Respublikası Silahlı Qüvvələrinin təşkilində və möhkəmləndirilməsində xüsusi xidmətlərinə görə; — Azərbaycan Respublikasının ərazi bütövlüyünün və təhlükəsizliyinin təmin edilməsində xüsusi xidmətlərinə görə; — görkəmli sərkərdəlik fəaliyyətinə görə; — respublikada fövqəladə halların nəticələrinin aradan qaldırılmasında xüsusi xidmətlərinə görə.
|
Şah İsmayıl" ordeni döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda "İstiqlal" ordenindən sonra taxılmalıdır.
|
Şah İsmayıl" ordeni düzgün səkkizguşəli ulduzşəklindədir, gümüşdəndir.
|
Ulduzun mərkəzində, üzü qızıl suyuna çəkilmiş və minalanmış, səkkiz bərabər küncü olan lövhə fonunda Şah İsmayılın əksi profildən təsvir edilmişdir.
|
Arxa tərəfi hamar səthlidir, ortasında "Şah İsmayıl" yazılmışdır, ondan aşağıda ordenin nömrəsi həkk olunmuşdur.
|
Təltif dəstinə aşağıdakılar daxildir: — boyundan asmaq üçün 27 mm enində, qırmızı çalarlı lenti olan, 50 mm qabarit ölçülü orden; — paltara bərkidilmək üçün elementi olan, beşguşəli 27 mm x 47,5 mm ölçüdə qırmızı çalarlı beşguşəli xara lentə halqa və ilgək vasitəsilə birləşdirilən, 35 mm qabarit ölçülü orden; "Şah İsmayıl" ordeni poçt markası üzərində 2011-ci ilin sentyabr ayının 5-də Bakı şəhərində Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Azərmarka" şirkəti tərəfindən Azərbaycan ordenlərinə həsr olunmuş yeni poçt markaları təqdim edilmişdir.
|
Qiyməti 60 qəpik, tirajı isə 5000 ədəd olan həmin markalardan biri "Şah İsmayıl" ordeninə həsr olunmuşdur.
|
Həmçinin bax "Zəfər" ordeni "Qarabağ" ordeni "Qızıl Ulduz" medalı "Azərbaycan Respublikasının "Şah İsmayıl" ordeninin Statutu", Azərbaycan Respublikasının 1993-cü il 6 dekabr tarixli 755 saylı Qanunu "Azərbaycan Respublikasının "Şah İsmayıl" ordeninin Təsviri", Azərbaycan Respublikasının 1998-ci il 6 fevral tarixli 429-IQD saylı Qanunu "Azərbaycan Respublikasının "Şah İsmayıl" ordeninin statutunun və təsvirinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunu Xarici keçidlər "Şah İsmayıl" ordeni qızıldan olacaq Ordenlər və medallar, səh.
|
21–22 Arxivləşdirilib 2010-11-06 at the Wayback Machine
|
Şah İsmayılın naməlum tarixləri" və ya "Şah İsmayılın naməlum tarixləri" əlyazmaları — XVII əsrin sonlarında ortaya çıxan və erkən Səfəvi tarixi barədə məlumatlar verilən əlyazma əsərlər nəzərdə tutulur.
|
Əsərlər müxtəlif muzeylərdə və şəxsi kolleksiyalarda saxlanılmaqla 11 əlyazmadan ibarətdir.
|
3248", "Ross Anonymous" və ya "Cahanqoşai-ye Xaqan" adlandırılan daha bir əlyazma var.
|
Bu əsər 11 əlyazmalıq əsərlər seriyasına daxil edilməsə də, onun bu əsərlərin meydana çıxmasına rəvac verdiyi iddia edilməkdədir.
|
Həmçinin bu əsər vasitəsiylə öyrənilən bilgilər əsasən 11 əlyazmanın qızılbaş tayfa ənənəsi əsasında ailə daxili hekayələrin yazıya alınması hesabına yazıldığı güman edilir.
|
Bu əsərlərin ən azından bəzilərin Cənubi Azərbaycanda yazıldığı, dilində güclü Azərbaycan türkcəsinin təsiri olduğu iddia edilməkdədir.
|
XVII əsrin sonunda dəyişdi, Şah İsmayıl və onun hərbi əməliyyatları barədə yazılmış əsərlər meydana çıxdı.
|
Wood bu kitabların şifahi ədəbiyyatla və xalq yaddaşı ilə əlaqəli olduğunu, oradan alınan bilgilər hesabına yazıldığını güman etməkdədir.
|
Bunlar "Şah İsmayılın naməlum tarixləri" adlanır.
|
Bu əlyazmalarda tapılan nağıllar saray tarixçilərinin qələmə aldığı rəsmi rəvayətlərə paralel, lakin ondan fərqli olaraq, sülalənin formalaşma illərinin alternativ tarixini təşkil edir.
|
Bəzi müasir alimlər hekayələri "dəyişdirilmiş və təhrif edilmiş bir ənənə… tarixi povest kimi əslində dəyərsiz… uşaqcasına və inandırıcı" kimi rədd edirlər.
|
Digərləri isə onları "xalqın səsinin nümunəsi" kimi görərək daha müsbət fikirdədirlər.
|
Bu qiymətləndirmələr, təbii ki, bir-birini inkar etmir.
|
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.