Search is not available for this dataset
text
stringlengths 10
518k
|
|---|
Bu filmlərdə Azərbaycan tarixi (qədim dövrlər, Qafqaz Albaniyasının minillik çarlığı və XII əsrdən XVI əsrə qədərki dövr) öz əksini tapmışdır.Bu filmdə Qafqaz Albaniyasının minillik çarlığı dövrü əks etdirilir.
|
Filmin üzərində işləyənlər Ssenari müəllifi: İsrafil Səfərov Rejissor: İsrafil Səfərov Operator: Rafiq Cavadov Rəssam: Şamil Nəcəfzadə Bəstəkar: Rafiq Babayev Həmçinin bax Azərbaycan filmlərinin siyahısı1987-ci ilin Azərbaycan filmləri1980-ci illər Azərbaycan filmlərinin siyahısı
|
1000 manatlıq sikkə — Azərbaycan Respublikasının xatirə sikkələrindən biri.
|
Həmçinin bax 1000 manatlıq əsginas Xarici keçidlər cbar.az — Azərbaycan Mərkəzi Bankının rəsmi saytı Pul.
|
1000 manatlıq əsginas — Azərbaycanda 1993-2006-cı illərdə işlədilən milli əsginaslardan biri.
|
Bu əsginas dövriyyəyə 2 dəfə (1993 və 2001-ci illərdə) buraxılmışdır.
|
1000 manatlıq əsginaslar ilk dəfə 1993-cü ilin mart ayında Azərbaycan Milli Bankı tərəfindən dövriyyəyə buraxılmışdır.
|
Bu əskinaslar Fransa Mərkəzi Bankı tərəfindən çap edilmişdir.
|
Həmin əsginasın eskizlərinin müəllifi azərbaycanlı xalçaçı-rəssam Eldar Mikayılzadədir.
|
O, buna görə almalı olduğu qonorarı Dövlət Müdafiə Fonduna keçirmişdir.
|
2001-ci ildə Azərbaycan Milli Bankı tərəfindən bir qədər fərqli təsvirdə yeni 1000 manatlıq əsginaslar dövriyyəyə buraxıldı.
|
Amma ilk 1000 manatlıq əsginaslar da dövriyyədə qaldı.
|
Bu əskinaslar İngiltərədə "De La Rue" şirkəti tərəfindən çap edilmişdir.
|
Azərbaycan Respublikası Prezidenti tərəfindən 7 fevral 2005-ci il tarixdə imzalanmış "Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında" Fərmanla 1992-2001-ci illərdə dövriyyəyə buraxılmış əsginaslar - eyni zamanda 1993 və 2001-ci illərdə dövriyyəyə buraxılmış 1000 manatlıq əsginaslar 2006-cı ildən başlayaraq dövriyyədən çıxarılmışdır.
|
İlk əsginasın ön tərəfində əvvəlcə Nizami Gəncəvinin portretinin çapı nəzərdə tutulmuşdur.
|
Lakin o zaman ölkə Prezidenti olan Əbülfəz Elçibəyin təkidi ilə onun portreti 500 manatlıq əsginasın üzərində təsvir olunur.
|
1000 manatlıq əsginasda isə Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin portreti təsvir olunur.
|
Arxa tərəfi isə elə həmin il dövriyyəyə buraxılmış 500 manatlıq əsginasın arxa tərəfi ilə eyni üslubda milli ornamentlərə uyğun dizaynda hazırlanmışdı.
|
Milli ornamentli çərçivə içərisində nominalın məbləği sözlə və rəqəmlə verilmişdir.
|
İkinci 1000 manatlıq əsginasın ön tərəfində Azərbaycanın neft sənayesi təsvir olunmuş; Azərbaycanda neftin çıxarılması və istehsal edilməsinə həsr edilmişdir.
|
Arxa tərəfində isə ənənəvi çərçivələr və ornamentlər istifadə edilmişdir.
|
Mühafizə elementləri Saxta əsginasların dövriyyəyə buraxılmasının qarşısını almaq üçün bu əsginasa bir çox təhlükəsizlik ünsürləri daxil edilmişdir.
|
İlk 1000 manatlıq əsginasda su nişanı - üç alov təsvir olunmuşdu.
|
Həmçinin bax Azərbaycan manatı 1000 manatlıq sikkə Xarici keçidlər cbar.az — Azərbaycan Mərkəzi Bankının rəsmi saytı Pul.
|
1001-ci ildə Ləşkərinin ölümündən sonra Dərbənd əhalisi Şirvanşah Yəziddən özlərinə əmir seçmək istədikləri Əbu Nəsrin azad olunmasını tələb etdilər.
|
II Pyotr (Bolqarıstan çarı) III David Kuropalat
|
1001-ci ildə Ləşkərinin ölümündən sonra Dərbənd əhalisi Şirvanşah Yəziddən özlərinə əmir seçmək istədikləri Əbu Nəsrin azad olunmasını tələb etdilər.
|
II Pyotr (Bolqarıstan çarı) III David Kuropalat
|
1001-ci qastrol filmi rejissor Oqtay Mirqasımov tərəfindən 1974-cü ildə ekranlaşdırılmışdır.
|
Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir.
|
Film-revyuda belə bir fikir yürüdülür ki, əsl istedadı məhv etmək mümkün deyil.
|
Əksinə, əgər sənin səsin yoxdursa, əlin heç yana çata bilməyəcəkdir.
|
Filmdə əsas rolları Rəşid Behbudov, İnarə Quliyeva, İnna Leşşinskaya, Liya Eliava və Mavr Pyasetski ifa edirlər.
|
Musiqili film görkəmli Azərbaycan müğənnisi, SSRİ xalq artisti, dünya şöhrətli sənətkar Rəşid Behbudovun təşəbbüsü və iştirakı ilə Azərbaycan Dövlət Mahnı Teatrının yaradılması haqqında əyləncəli əhvalatlarla dolu kinohekayədir.
|
Burada film üçün xüsusi musiqi proqramı tərtib olunmuş, o cümlədən qəflətən var-dövlət sahibi olan Məşədinin məzəli, Dərvişin qeyri-adi mahnıları Rəşid Behbudovun ifasında səslənmişdir....Müğənni Eldarın (Rəşid Behbudov) gözəl səsi var.
|
Yüngül şöhrət ardınca qaçan istedadsız Qaranəfəsin (Rəsmi Cəbrayılov) isə ona paxıllığı tutur.
|
Buna görə də öz dəstəsi ilə onu hər addımda təqib edir, çıxışlarına maneçilik törətməyə çalışır.
|
Lakin digər detektiv filmlərdə olduğu kimi, burada da əhvalat yaxşı sonluqla başa çatır.Filmdə belə bir fikir yürüdülür ki, əsl istedadı məhv etmək mümkün deyil.
|
Əksinə, əgər sənin səsin yoxdursa, əlin heç yana çata bilməyəcəkdir.
|
Filmin heyəti Filmin üzərində işləyənlər Ssenari müəllifi: Vaqif Səmədoğlu, Oqtay Mirqasımov Rejissor: Oqtay Mirqasımov Operator: Rafiq Qəmbərov Rəssam: Rafiz İsmayılov Bəstəkar: Rafiq Babayev Rəşid Behbudov — Eldar Əliyev İnarə Quliyeva — İradə İnna Leşşinskaya — Beba Liya Eliava — Şirin xanım Mavr Pyasetski — Pertsimmer Rafiq Babayev — Tofiq Rəsmi Cəbrayılov — Qaranəfəs Adil İsgəndərov — Əliqafa Rafiq Əzimov — Qaqaş Adil İsmayılov — Yatağan Nəsibə Zeynalova — Şərəbanı nənə Eldar Əliyev — rejissor Filmi səsləndirənlər Şahmar Ələkbərov — rejissor (Eldar Əliyev) (titrlərdə yoxdur) Rasim Balayev — Eldar (Rəşid Behbudov) (titrlərdə yoxdur) Şəfiqə Məmmədova — Leyla (titrlərdə yoxdur)

هزار و يك شب hezār o yek šab; ərəb.
|
كتاب ألف ليلة وليلة kitāb 'alf layla wa layla) — Yaxın Şərq xalqlarının min illərdən bəri yaratdıqları və çoxsaylı müəllif, tərcüməçi və tətqiqatçılar tərəfindən toplanmış nağıllar toplusu.
|
Orijinal əlyazmasının heç vaxt tapılmamasına baxmayaraq bu nağıllar toplusunun bizim eranın 800–900-cü illərinə aid olduğu söylənilir.
|
Nağıllar bir qayda olaraq Şəhrizadə tərəfindən əri və şahı Şəhriyara min bir gecəlik zaman müddətində nəql edilir.
|
Şəhriyar arvadlarından birinin xəyanətindən dərin sarsılır və yer üzünün bütün qadınlarını da etibarsız elan edir.
|
O qadınlardan özünəməxsus şəkildə qisas alır.
|
Belə ki evləndiyi qadını hər gecənin səhərində qətlə yetirir.
|
Növbə vəzirin gözəl və ağıllı qızı Şəhrizadəyə çatır.
|
Ağıllı Şəhrizadə şahının niyyətini gözəl anlayır və evləndikləri gecə şaha maraqlı bir nağıl danışır, lakin onu səhərə yaxın ən maraqlı yerində yarımçıq bitirir.
|
Beləliklə, hər gecə şaha bir yeni nağıl söyləyən Şəhrizadə hər nağılı belecə tamamlamamış halda bitirir və hər yarımçıq nağılı ilə həyatını xilas edir.
|
Əhvalat bu minvalla düz 1001 gecə davam edir və yekunda Şəhrizad şahın qəzəbindən həmişəlik qurtula bilir.
|
Min bir gecə" — dünya sərvətidir Şərq xalqlarının "Min bir gecə" nağıllarındakı müdrikliyi və fantaziyaları, süjetlərin, simvolların, alleqoriyaların rəngarəng müəmmalı olması musiqiçiləri dəfələrlə müxtəlif janr və formalı əsərlər yaratmağa sövq etmişdir.
|
Etik və estetik təsir gücünə malik dolğun və incə poetik obrazları ilə müxtəlif yaşlı oxucuları sehrli aləmilə ovsunlayan Şəhrizadın nağılları dünya sərvətinə çevrilmişdir.
|
Min bir gecə" baleti "Min bir gecə" nağıllarında ilham alan azərbaycanın görkəmli bəstəkarlarından Fikrət Əmirov dünyada şöhrət qazanmış eyni adlı baletin müəllifidir.
|
Balet ilk dəfə 1979-cu ildə M. F. Axundov adına Opera və Balet Teatrında göstərilmişdir.
|
Fikrət Əmirov "Min bir gecə" nağıllarının mövzusuna elə bir zamanda müraciət etmişdir ki, artıq dünya dinləyiciləri Rimski-Korsakovun "Şəhrizadə"si kimi dahiyanə simfonik süitası ilə tanış idilər.
|
Tanınmış musiqişünas Pavel Xuçuanın sözləri ilə desək, bu süjetə müraciət etmək istəyən bəstəkardan "böyük yaradıcılıq cəsarəti, yüksək peşəkarlıq, ustalıq və zəngin Şərq musiqisinin incə təbii hisslərinə malik olmaq tələb edilirdi".
|
Min bir gecə, 8 cilddə.
|
M. Qasımlı; rəsmlərin müəl.
|
O. Sadıqzadə.- Bakı: Şərq-Qərb, 2007.: I cild (1–38-ci gecələr) II cild (39–145-ci gecələr) III cild (146–270-ci gecələr) IV cild (271–434-cü gecələr) V cild (435–606-cı gecələr) VI cild (607–756-cı gecələr) VII cild (757–894-cü gecələr) VIII cild (895–1001-ci gecələr).
|
Nağılların adları Günəş nağılı Tülkü, tülkü, tünbəki Oxayla Əhməd Göyçək Fatma Ağıllı qoca Məlikməmməd Dəniz balası Birma nağılları Vyetnam nağılları Əfqan nağılları İndoneziya nağılları İran nağılları Koreya nağılları Malaya nağılları
|
10050 Cielo Drive — ABŞ-da Los-Ancelesin Benedikt Kanyon ərazisində yerləşən, yaranmasından bu günə qədər müxtəlif hadisələrə şahid olmuş məşhur imarət.
|
Bu imarətdə müxtəlif dövrlərdə bir sıra məşhur incəsənət adamı yaşamışdır.
|
Bir çox insanın həyatını alt-üst edən evin tarixçəsi olduqca maraqlıdır.
|
Bu ev 1969-cu ildə rejissor Roman Polanskinin həyat yoldaşı aktrisa Şaron Teytin və dostlarının ölümü ilə yaddaşlarda qalmışdır.
|
Amma bu tarixə qədər və bu tarixdən sonra da ev bir sıra hadisələrin şahidi olmuşdur.
|
İmarətin yerləşdiyi küçənin adı dəfələrlə dəyişikliyə məruz qalmışdır.
|
10050 Cielo Drive" hazırda "10066 Cielo Drive" küçəsi kimi tanınır.
|
Maraqlı bir oxşar məqam da var: bu küçədən bir az aşağıda "10048 Cielo Drive" məhəlləsindəki imarətlər görünüş baxımdan bu imarətə olduqca bənzərdir.
|
Bu binaları çox zaman qarışıq salırlar.
|
Amma "Twin House" kimi tanınan həmin imarətlər isə "The Bedrock Properties" adlanır.
|
Maraqlı cəhətlərdən biri də odur ki, həmin imarətlərin tikilmə tarixi də eyni vaxtlara təsadüf edir.
|
Bu imarətin layihə rəhbəri memar və dizayner Robert Bördə məxsusdur.
|
Fransız memarlığı üslubunda tikilən bina qərbi Hollivudda Müqəddəs Monika dağının "Beverli Hills" deyilən dağlarına baxan hissəsində ucaldılıb.
|
Burda tikilən bütün binaların girişi şərqə açılır.
|
Evlərin hər biri çardaq, üzmə hovuzu, eləcə də, geniş qonaq otağından ibarətdir.
|
İmarət qalın şam ağacları və çiçəkli albalı ağacları ilə əhatələnib.
|
Fransız aktrisası Mişel Morqanın şərəfinə tikilən "10050 Cielo Drive" imarətinin tikintisinə İkinci Dünya Müharibəsinin ən qızğın dövründə – 1942-ci ildə başlanılıb.
|
1944-cü ildə isə bina tamamlanıb.
|
Mişel Morqan bu evdə imarət tamamlananadək bir müddət yaşayıb.
|
Amma müharibənin bitdiyi ərəfədə aktrisa Fransaya qayıdıb; amma imarətdən ayrılma səbəbini heç bir zaman açıqlamamışdır.
|
Belə ki, buradan ayrıldıqdan sonra - hətta burada cinayət hadisəsi baş verəndə belə heç vaxt bu evlə maraqlanmayıb.1946-cı ildən imarət olduqca yüksək məbləğə kirayənişinləri qəbul etməyə başladı.
|
İlk belə kirayənişin Amerikanın kino sahəsində ilk qadın aktrisa kimi şöhrət tapan yazıçı-ssenarist Lillian Diana və onun anası olub.
|
Bütün dövrlərin nəhəng qadın aktrisası kimi tanınan Lillian həmin vaxt "Duel in the Sun" filminin çəkilişləri ilə məşğul idi. O, da bu evdə qısa müddət qaldı.Musiqi və film sənayesinin ən öndə gələn simalarından hesab olunan Rudi Altobelli 1960-1970-ci illər ərzində bu evi 86 000 dollara satın alır.
|
Amma özü qısa müddət qaldıqdan sonra, Rudi də evi kirayəyə çıxarır.
|
Həmin illərdə bu evdə ingilis əsilli amerikalı aktyor Kari Qrant, eləcə də, kino və serial aktrisası Düan Kannon yaşayıblar.
|
Onlar 1965-ci ildə ailə qurduqdan sonra bu evi "Bal ayı" evi kimi seçdilər.
|
Amma onların bu evdə yaşayışları üç il davam etdi.
|
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.