Search is not available for this dataset
text
stringlengths 10
518k
|
|---|
Sonu isə uğursuz bitdi.
|
Bal ayı" ilə başlayan ev, cütlüyün ayrılığının şahidi oldu.
|
1968-ci ildə Kari Qrant və Düan Kannon boşanaraq evdən ayrıldılar.Kino və teatr aktyoru Henri Fonda, yunan əsilli amerikalı rəqqas və müğənni, ən əsası, bu gün də yaşayan hər kəsin məşhur "Santa Barbara" serialından tanıdığı Corc Çakiris, "Paul Revere & the Raiders" rok musiqi qrupunun aparıcı müğənnisi Mark Lindsey, televiziya aparıcısı Samanta Eqqar və "Romeo ve Cülyetta" filminin 1968-ci il versiyasında Cülyetta rolunun ifaçısı, "Qızıl Qlobus" mükafatının qalibi Oliviya Hüssey də bu evin sakinləri sırasındadırlar.
|
Həm müğənni, həm də 35-dən çox məşhurun qətlində günahkar bilinən cinayətkar dəstənin qurucusu Çarlz Menson bu imarəti 1968-ci ilin sonlarında ziyarət edir.
|
O vaxt rok musiqisi üslubu ilə tanınan Terri Melçer və aktrisa-model Kendays Berqen bu evdə yaşayırdılar.
|
Bir il sonra bu bəlalı imarət daha bir ayrılığa şahid oldu.
|
1969-cu ildə Terri ilə Bergen ayrıldılar.
|
Həmin ilin fevralında rejissor Roman Polanski və həyat yoldaşı Şaron Teyt evi Altobellidən kirayə aldılar.9 avqust 1969-cu ildə isə məşhur cinayət baş verdi.
|
Bir az əvvəl qatil-müğənni Mensonun bu evi ziyarətə gəldiyini qeyd etmişdik.
|
Mensonlar ailəsinin üzvləri olan cinayətkar dəstə aktrisanın evində qurduğu şənliyi alt-üst etdi.
|
Evin giriş və çıxışlarını yaxşı müəyyən etmiş qatil imarətin arxa girişindən evə daxil olur.
|
Voyçieyç Frikovski, Cey Sebrinq, Stiven Parent, eləcə də, Abicel Folqer həmin evdə qətlə yetirilir.
|
Hər birinin ağır silah, bıçaq zərbələri ilə öldürülməsi azmış kimi, qatillər həm də cəsədləri alçaltmaqla dövrünün məşhurlarına mesaj yollayırdı.
|
Çarlz Mensonların həmin gecə Teyt ailəsinin qonşuluğunda olan başqa bir ailənin qətlində də iştirakı ortaya çıxdı.
|
Məşhur biznesmen ailə Leno və Rozmariy LaBianka da digər qonşu evdə ölü tapıldılar.
|
Qadının cəsədindən hiss olunur ki, xilas olmaq üçün həyətə qaçıb və qonşulardan kömək istəyib, amma həmin qonşuları, yəni Teyt və dostları artıq öldürülmüşdülər.
|
Biznes sahəsindəki uğurlarının əvəzi olaraq Leno LaBiankanın çılpaq bədəni üzərində bıçaqla "Müharibə" sözü yazılmışdı.
|
Uğursuzluqlarını uğur qazananlardan intiqam yolu ilə alan Mensonlar artıq ən təhlükəli qrup idilər.
|
Qeyd edək ki, bu cinayət hadisəsi Hollivud ulduzlarının narahatlığına səbəb olub.
|
1969-cu ildə Teyt ilə dostlarının və biznesmenlərin ölümü çox pul qazanan, həddindən artıq məşhur insanları özəl mühafizə şirkətləri ilə mühafizə haqda müqavilə məsələsini meydana gətirdi.
|
O vaxtdan bu cür məşhur simaların qurbanlarının sayı çoxalmasın deyə mühafizə sisteminin gücləndirilməsi işinə xüsusi önəm verilməyə başlandı.
|
Altobelli evə cinayət baş verən gündən 20 gün sonra qayıtdı.
|
Müsahibələrində o, belə deyirdi: "Mən orada yaşayan hər bir sakinin təhlükəsiz, sevgi dolu bir həyat yaşayacağını ümid edirdim.
|
Amma gördüyüm qədərilə hər şey düşündüyümün tam tərsi oldu.
|
Və buna çox üzülürəm.
|
1972-ci ilə qədər imarət polislərin nəzarəti altında araşdırma üçün bağlandı.
|
10050 Cielo Drive" tam 20 il sahibsiz və zülmətə bənzəyən məkana çevrildi.
|
1992-ci ildə evin sonuncu sakini musiqiçi Trent Reznor oldu.
|
Reznor bu evi həm yaşayış, həm də iş məqsədi ilə alır.
|
Binanın içində həm də studiya düzəldən musiqiçi studiyanın adını "PİG" yəni "donuz" adlandırır.
|
Şaron Teyti öldürən Menson ailəsinin üzvü Suzan Atkinsin aktrisanın ölümündən sonra onun qanı ilə divara yazdığı "Donuzlara ölüm" və giriş qapısına yazılan "Donuz" sözünə görə studiyaya bu ad verilib.
|
Reznor 1997-ci ildəki müsahibəsində deyir: "Özüm üçün musiqi ilə məşğul idim.
|
Amma aktrisa Teytin bir zamanlar öldürüldüyü evdə yaşayırdım.
|
Bir dəfə Şaronun bacısı ilə təsadüfi qarşılaşdım.
|
O, məni görən kimi "Sən nə etdiyini düşünürsən?
|
Bacımın ruhunu alçaldırsan" – deyib mənə şillə vurdu.
|
Heyrətimdən donmuşdum.
|
Belə bir addımı heç gözləmirdim.
|
Sadəcə, "musiqimlə məşğulam" deyə bildim.
|
Mən Menson musiqisini bəyənirdim.
|
Amma Şaronun bacısı mənə əhvalatı danışandan sonra evə qayıtdım.
|
Hönkür-hönkür ağladım.
|
Həmin vaxtdan düşüncələrimi dəyişdim.
|
Hətta həmin evdən də çıxdım".
|
Kimsəyə uğur gətirməyən imarət 1994-cü ildə dağıdılaraq, tamamilə söküldü və yerində Ceff Franklinin "Villa Bela" adlandırdığı bir başqa gözəl bina tikilmişdir.
|
Küçənin adı da 1994-cü ildən "10066 Cielo Drive" adlandırılmışdır.
|
100 (ədəd) — ədəd 100 (film, 1985) — film 100 ilin astanasında (film, 1992)(I) — film 100 ilin astanasında (film, 1992)(II) — film 100 gün sonra (film, 2004) — film 100-cü il problemi E.ə.
|
100 — il AZ0100 — Abşeronda poçt indeksi.
|
100 — 1985-ci ildə çəkilmiş bədii "Mozalan" süjeti.
|
Süjet "Mozalan"ın 100-cü nömrəsinə həsr olunmuşdur.
|
Mozalan"ın bu yubiley nömrəsini film-yuxu da adlandırmaq olar.
|
Çünki bu filmdə göstərilir ki, guya Bakı şəhərində bütün problemlər həll olunmuşdur.
|
Yollar düzəlmiş, rüşvətxorluq aradan götürülmüş və ictimai-iaşə xidmətləri öz qaydasına düşmüşdür... Eldəniz Zeynalov-milis işçisi Səyavuş Aslan-taksi sürücüsü İlham Namiq Kamal-sərnişin Şamil Süleymanov-sərnişin Əliqulu Səmədov-sərnişin Ramiz Əzizbəyli-satıcı Ələsgər Məmmədoğlu-alıcı Muxtar Maniyev-Əhəd Tələt Rəhmanov-MİS rəisi Yaşar Nuri-sərnişin Dadaş Kazımov-tar kökləyən Arif Quliyev-sərxoş Nəsibə Zeynalova-bərbər
|
The 100; Yüz kimi tələffüz olunur) — 2014-cü ildə premyerası baş tutmuş Amerikan apokaliptik elmi fantastika teleserialıdır.
|
Serial 19 mart 2014-cü ildə The CW kanalında yayımlanmağa başladı.
|
Ceyson Rotemberq tərəfindən inkişaf etdirilmiş serialın Kass Morqanın eyni adlı romanlar seriası əsasındadır.
|
Serialda hadisələr Yerdə baş vermiş apokalipsdən xilas ola bilmiş bir qrup gənclərin ətrafında cərəyan edir: Klerk Qriffin (Eliza Teylor), Bellami Bleyk (Bob Morli), Oktavia Bleyk (Meri Avqeropoulos), Casper Cordan (Deyvon Bostik), Monti Qrin (Kristofer Larkin), Reyven Rayes (Lindsi Morqan), Finn Kollins (Tomas Makdonell), Con Mörfi (Riçard Harmon) və Uells Cana (Eli Qori).
|
Onlar nüvə radiasiyasına görə kosmosa sığınan "Ark"-dan Yerə burada həyatın olub-olmamasını araşdırmaq üçün göndəriliblər.
|
Hadisələr həmçinin Klerkin anası həkim Ebi Qriffin (Peyc Turko), Arkın məclis nümayəndəsi Markus Keyn (Henri Yan Kusik) və Arkın rəhbəri eyni zamanda Uelsin atası Telenious Caha ()Aisiah Vaşınqton) ətrafında da cərəyan edir.
|
2016-cı ilin mart ayında serial 13 seriadan ibarət dördüncü mövsüm üçün yeniləndi.
|
2017-ci ildə martda isə The CW serialı beşinci mövsüm üçün yenilədi.
|
Hadisələr Yer kürəsində baş vermiş nüvə müharibəsinə görə insanların kosmosda yaşamalarından 97 il sonrasında baş verir.
|
Yeganə məlum sağ qalanlar kosmosda 12 birləşmiş stansiyada yaşayırlar.
|
Bu 12 birləşmiş stansiya ümumilikdə "Ark" adlanır və "Ark"ın kansleri Cahadır.
|
Ark"da 2.400 nəfər yaşayır.
|
Resurslar qeyri-qənaətbəxşdir, əgər "Ark"da cinayət törədən şəxs 18 yaşından aşağıdırsa edam olunur.
|
Ark"ın həyat sistemində bərpa olunmaz zədə aşkarlandıqdan sonra "100" layihəsi çərçivəsində Yerin yaşamağa uyğun olub-olmadığını öyrənmək üçün düz 100 yeniyetmə məhkum keçmiş Vaşinqton şəhəri yaxınlığına göndərilir.
|
Yeniyetmələr Yerin kosmosdan göründüyündən daha təmiz olduğunu görürlər.
|
Onlar Göy suayırıcı dağlarının ətəklərində yerləşən Hava Dağı Təcili Əməliyyatlar Mərkəzinin yaxınlığına göndərilirlər.
|
Lakin məlum olur ki, onlar dağdan xeyli uzaqdadırlar və bu, onlara problemlər yaşadır.
|
Onlar yeni dünyanın çətinliklərinə qarşı mübarizə aparmağa başlayırlar.
|
Bu zaman onlar tək olmadıqlarını öyrənirlər: yeni dünyada müharibədən sağ çıxmış Yerlilər (ing.
|
Grounders), onlardan daha təhlükəli olan Biçincilər (ing.
|
Reapers; adamyeyən olmuş Yerlilər) və Dağ adamları (ing.
|
Mountain Men; 100-ün əsl dayanacağı olan Hava dağında yaşayanlar) yaşayırlar.
|
Eliza Teylor Klark Qriffin rolunda Peyc Turko Dr. Abiqeyl "Abbi" Qriffin rolunda Tomas Makdonell Finn Kollins rolunda Eli Qorii Uels Caha rolunda Bob Morli Bellami Bleyk rolunda Mariya Avqeropulos Oktaviya Bleyk rolunda Kelli Hu Kalli "Sese" Kartviq rolunda Kristofer Larkin Monti Qrin rolunda Devon Bostik Casper Cordan rolunda İsayya Vaşinqton Telonious Caha rolunda Henri Ian Kyusik Markus Keyn rolunda Lindi Morqan Reyven Reys rolunda Riki Uitl Linkoln rolundaQeydlər Teleserialın istehsalında Cherry Beach Sound səsyazma studiyası da iştirak edir.
|
Yayımlanması "100" teleserialın ilk mövsümü ancaq Kanadada Netflix üçün lisenziyalaşdırılmışdır.
|
Böyük Britaniya və İrlandiyada teleserial ilk dəfə 7 iyul 2014-cü ildə E4 kanalında yayımlanmışdır.
|
Teleserialın ilk seriyasını 1.39 milyon tamaşaçı izləmiş və bu kanal tarixinə rekord kimi düşmüşdür.
|
İkinci mövsümün ilk seriyası 6 yanvar 2015-ci ildə göstərilmiş və 1.118.000 nəfər tərəfindən izlənmişdir.
|
Teleserialın seriyaları Yeni Zelandiyada TVNZ vasitəsilə yayımlanmış və ilk seriyası 21 mart 2014-cü ildə göstərilmişdir.
|
Avstraliyada teleserialın ilk seriyasının 9Go!
|
kanalında göstərilməsi planlaşdırılsa da, 4 sentyabr 2014-cü ildə Fox8 kanalında yayımlanmışdır.
|
İkinci mövsümün yayımlanmasına 8 yanvar 2015-ci ildə başlanılmışdır.
|
Teleserialın ilk seriyasını 2,7 milyon amerikalı izləmiş və 18–49 reytinq qazanmışdır.
|
Teleserial 2010-cu ildən bəri "Gözlənilməz həyat" teleserialı birlikdə The CW kanalında ən çox izlənmiş teleserial hesab olunur.
|
Rotten Tomatoes" saytının peşəkar tənqidçiləri serialın ilk mövsümünü "təmiz" kimi qiymətləndirmiş, tənqidçilərin 72 %-i isə ilk mövsümü müsbət qiymətləndirmişdir.
|
Metacritic" saytında serialın ilk mövsümü 100 xaldan 63-ü toplaya bilmişdir və "müsbət rəylər"lə qarşılanmışdır.
|
İkinci mövsüm daha müsbət qarşılanmışdır və "Rotten Tomatoes" saytında 100 %-lik reytinq əldə etmişdir.
|
İkinci mövsümün sonuncu seriyasından sonra "The A.V.
|
Club" saytından Kil Foul teleserialın ünvanına xoş sözlər demişdir.
|
Variety" jurnalından Mauren Rayan teleserialı 2015-ci ilin ən yaxşı şoularından biri adlandırmışdı.
|
Mükafat və nominasiyalar Xarici keçidlər cwtv.com/shows/the-100/ — 100 rəsmi saytı The 100 — Internet Movie Database saytında.
|
Yüz (bir yüz) — say sistemində ədədlərdən biridir.
|
Doxsan doqquzdan sonra, yüz birdən əvvəl gəlir.
|
Riyaziyyatda Əsas hesablamalarda Yüz ədədi — cüt ədəddir və eyni zamanda mürəkkəb ədəddir.
|
Belə ki, 1, 2, 4, 5, 10, 20, 25, 50 və 100 ədədlərinə qalıqsız bölünür.
|
Say sistemində Bir əsr yüz ildir.
|
İnam və etiqadlarda Qurani-Kərimdə Mallarını Allah yolunda sərf edənlərin halı yeddi sünbül verən bir toxuma bənzər ki, bu sünbüllərin hər birində yüz ədəd dən vardır.
|
Allah istədiyi kimsə üçün bunu qat-qat artırır.
|
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.