Search is not available for this dataset
text
stringlengths 10
518k
|
|---|
Studiyadan kənar 1 saatlıq veriliş yaymaq üçün 3 gün hazırlıq görülürdü.
|
1929-cu ildə radiostansiya Bakı Baş Poçt-Teleqraf binasına köçdüyü üçün radio əməkdaşlarının iş şəraiti yaxşılaşır, efirdə patefondan istifadə edilməyə başlanılır, mikrofonlar, gücləndirici aparatlar təkmilləşdirilir.
|
Həmin ilin sonuna yaxın RV-8 stansiyası istifadəyə verilir.
|
Bundan sonra efirə gedən verilişlərin və proqramların forma və məzmununda dəyişikliklər baş verir.
|
1920–25-ci illərdə yalnız Bakıda və təkcə 1 ədəd 10 kilovat gücündə qığılcımlı stansiya işləyirdisə, radionun fəaliyyətə başlamasından bir il sonra respublikada artıq 110 stasionar və 36 səyyar radio qurğusu fəaliyyət göstərirdi.
|
1930-cu ildə ölkədə cəmi 269 radio yayım məntəqəsi olduğu halda, 1932-ci ilin sonunda onların sayı 20409-a çatmışdı.
|
Həmin dövrdə radio artıq mənzillərə, fəhlə klublarına ayaq açaraq mədəniyyətin inkişafında özünəməxsus rol oynamağa başladı.
|
1933-cü ildə Azərbaycan radiosunun gündəlik verilişlərinin həcmi 8,5 saata çatdı.
|
Bu dövrdə texniki vasitələrin inkişafı Azərbaycanın ucqar kənd və rayonlarının sakinlərinə də radioya qulaq asmaq imkanı yaratdı.
|
1936-cı ildə Bakıda 35 kilovat gücündə yeni radio stansiyasının işə salınması ilə Azərbaycan radiosunun verilişləri Qafqazda, Özbəkistanda, Türkmənistanda, hətta Qara dənizin şərq sahillərində eşidildi.
|
1940-cı ilin sonunda ölkə ərazisində radio nöqtələrinin sayı 51 minə çatdı.
|
32 rayonda yerli radio verilişləri redaksiyaları fəaliyyətə başladı.
|
1960-cı ilin noyabrında Bakı–Ağstafa radiorele xətti istifadəyə verildi.
|
1961-ci ildə Gəncə, Göyçay və Şuşada ötürücü stansiyalar işə düşdü.
|
İlk cığırdaşlar Əvvəlcə Bakı studiyası öz verilişlərini bir saat ərzində yayırdı.
|
Bir aydan sonra bu verilişlərin həcmi 3 saata çatmışdı.
|
Verilişlər və konsertlər Azərbaycan, rus və erməni dillərində yayımlanırdı.
|
Gündəlik proqramı radionun ilk müdiri olan Verle özü tərtib edirdi.
|
Studiyadan əsasən partiya qəzetlərinin baş məqalələri oxunur, partiya konfransları, qurultaylar, konsert proqramları, xanəndələrin çıxışları, elanlar səslənir, ədəbiyyatımızda, incəsənətimizdə baş verən mühüm hadisələr radio verilişlərində öz əksini tapırdı.
|
Radionun yaratdığı publisistik və ədəbi dram verilişləri Azərbaycan dilinin qorunmasında, onun inkişaf etdirilməsində böyük rol oynadı.
|
Həftədə bir dəfə axşam saat 9-da tanınmış şairlər mikrofon qarşısında çıxış edirdilər.
|
Efirdə "Satira atəşiylə", "Ədəbiyyatın vəzifələri", "Yeni həyat uğrunda", "Radio saatı" kimi verilişlər səsləndirilirdi.
|
Binanın Sabir bağına baxan tərəfində, ikinci mərtəbə səviyyəsində quraşdırılmış iri reproduktor vasitəsilə radionun səsi ətraf küçələrə də yayılırdı.
|
Sabir bağında həmişə böyük qələbəlik olurdu, skamyalarda yer tapa bilməyənlər verilən konsertlərə ayaq üstə qulaq asardılar.
|
1928-ci ildə Bakıya qonaq gələn Maksim Qorki ilə təşkil olunan görüş Azərbaycan Elmlər Akademiyasının böyük salonundan radio ilə yayımlanır.
|
Azərbaycan sakinləri görüşdə çıxış edən yazıçının səsini radiodan dinləyirlər.
|
Ilk verilişlərin hazırlanmasında Azərbaycan ədəbiyyatı və incəsənətinin görkəmli xadimləri fəal iştirak edirdilər.
|
Bədii və musiqili verilişlərin müəllifləri Üzeyir Hacıbəyov, Müslüm Maqomayev, Məmməd Səid Ordubadi, Cəfər Cabbarlı, Səməd Vurğun, Hüseynqulu Sarabski, Bülbül, Mustafa Mərdanov və başqaları idi. 1927-ci ilin fevral-mart aylarında radioya yeni kadrların cəlb olunması prosesi başlanır.
|
Həmin ilin ortalarında Zülfüqar Hacıbəyov radionun Şərq musiqisi, Presman isə Qərb musiqisi üzrə rəhbərləri təyin olunurlar.
|
Diktor və aktyor qrupları yaradılır.
|
İlk azərbaycanlı diktorlarımız Radionun ilk azərbaycanlı kişi diktoru Azərbaycan Politexnik Institutunun tələbəsi İsmayıl Əlibəyov, ilk azərbaycanlı qadın diktoru isə Azərbaycan Dövlət Darülfünunun hüquq-iqtisad fakültəsinin tələbəsi Raya Imanzadə olurlar.
|
1927-ci ilin payızında İsmayıl Əlibəyov baş diktor vəzifəsinə təyin edilir.
|
Raya Imanzadə ilə Azərbaycan Dövlət Gənclər Teatrının əməkdaşı Ənvər Həsənov 1928-ci ildə radioda diktor kimi fəaliyyətə başlayırlar.
|
Bu dövrdə məşhur şair Hüseyn Natiq (o, II Dünya müharibəsində həlak olmuşdur), Səməd Səmədov (sonralar Buzovna qəsəbəsində birləşmiş xəstəxanada həkim kimi fəaliyyət göstərdi), hərbçi Əsgər Mövsümzadə, əməkdar artist Leyla Terequlova, filoloq Soltan Nəcəfov, şairə Mirvarid Dilbazi, Hüseyn Qafarlı, Rafiq Ağayev də diktor vəzifəsində çalışırlar.
|
Azərbaycan radiosunun inkişaf etdiyi sonrakı mərhələdə isə Fatma Cabbarova, Züleyxa Hacıyeva, Gültəkin Cabbarlı, Aydın Qaradağlı, Muxtar Əliyev, Nizami Məmmədov, Sabutay Quliyev, Ramiz Mustafayev kimi ustad diktorlar yetişdilər.
|
Müslim Maqomayev mərhələsi 1929-cu ilin oktyabrında məşhur bəstəkar Müslüm Maqomayev Bakı radiosunun musiqi rəhbəri təyin olunur.
|
Həmin dövrdə Azərbaycan radiosunun verilişləri Müslüm Maqomayevin bəstələdiyi "RV-8" radio marşı ilə açılırdı.
|
Bu məşhur əsər 1929-cu ilin sonunda işə salınmış RV radiostansiyasına həsr edilmişdi.
|
Marş ilk dəfə elə həmin studiyada ifa olunmuşdu.
|
1932-ci ildə Müslim Maqomayev Üzeyir Hacıbəyovla birlikdə Radio Komitəsində ilk notlu Şərq alətləri orkestrinin yaradılmasına nail oldu.
|
Bu orkestrin yaradılması radionun musiqi proqramlarının inkişafına böyük təsir göstərdi.
|
Bir neçə il sonra məhz həmin orkestrin vasitəsilə Niyazi, Fikrət Əmirov, Səid Rüstəmov, Əşrəf Abbasov, Ağabacı Rzayeva, Cahangir Cahangirov, Süleyman Ələsgərov, Nəriman Əzimov kimi bəstəkarlar və çoxsaylı musiqiçilər radiodan böyük yaradıcı həyata qədəm qoydular.
|
Radioda o zamanın məşhur incəsənət xadimləri Cabbar Qaryağdıoğlu, Ələsgər Abdullayev, Keçəçi oğlu Məhəmməd, Seyid Şuşinski, Hüseynağa Hacıbababəyov, Hüseynqulu Sarabski, Bülbül, Qurban Pirimov, Niyazi, Səltənət Qacar, Zülfü Adıgözəlov, Zülfüqar Sarıyev, Əlövsət Sadıqov, Yavər Kələntərli, Cahan Talışinskaya, Cəvahir Firudinbəyli, Əhməd Bakıxanov, Bəhram Mansurov, Teyyub Dəmirov, Əhəd Əliyev, Azərbaycan Dövlət Opera və Balet Teatrının orkestri çıxış edirdi.
|
1933-cü il martın 8-i axşam saat 8-də Müslüm Maqomayevin təşəbbüsü ilə radioda "Çahargah gecəsi" adlı muğam konserti təşkil olunur.
|
Konsertdə xanəndələr Cabbar Qaryağdıoğlu, Məşədi Bilal, artistlər Hüseynqulu Sarabski, Zülfü Adıgözəlov, Yavər Kələntərli, Zülfüqar Sarıyev, tarzənlər Qurban Pirimov, Əhməd Bakıxanov, Bəhram Mansurov, Xosrov Məlikov, kamançaçılar Qılman Salahov, Hafiz Mirzəliyev və başqaları iştirak edirlər.
|
Iki saata qədər davam edən konsertdə "Çahargah"ın "Bəstənigar", "Hisar", "Müxalif", "Mənsuriyyə", "Hüzzal" şöbələri və onlara uyğun təsniflər ifa edilir.
|
Hüseynqulu Sarabski, Hüseynağa Hacıbababəyov, Yavər və Münəvvər Kələntərlilər, Zülfüqar Sarıyev, Əlövsət Sadıqov və Bikə Səmədzadəni radioda işə məhz Müslüm Maqomayev götürür.
|
O, radioda ən yaxşı musiqi əsərlərinin səsləndirilməsinə çalışır.
|
Radioda verilən 400 musiqi əsəri araşdırılır və onlardan 100-ü saxlanılır.
|
Maqomayev müxtəlif bəstəkarlara yeni mahnılar və əsərlər yazmağı sifariş etməyi də unutmur Musiqi redaksiyasının tarixçəsi "Ədəbi-dram" redaksiyası (Məmməd Səid Ordubadidən başlayan işqlı efir yolu) Ədəbi verilişlər redaksiyasına rəhbərlik edən M.S.Ordubadi radio üçün şer, hekayə, felyetonlarla yanaşı tamaşalar da yazırdı.
|
Hamının böyük məhəbbətlə "Mirzə" deyə müraciət etdiyi istedadlı ədib aktyorların və diktorların ifa edəcəkləri rolları qabaqcadan müəyyən edirdi.
|
Ordubadinin təşəbbüsü ilə 1931-ci ilin iyun ayında radionun diktorlarından ibarət dram dəstəsi yaradılır.
|
Soltan Nəcəfov, Leyla Terequlova, Məryəm Xudaverdiyeva, Həyat Musayeva, Yelena Orbeliani və Nina Petrova bu dəstənin fəal üzvü olurlar.
|
Dəstəyə Leyla Terequlova rejissorluq edirdi.
|
Dəstə üzvləri kiçik həcmli radio kompozisiyaları, səhnəciklər hazırlayır, bədii qiraətlə məşğul olurdular.
|
Səhnəciklərə musiqini Müslüm Maqomayev bəstələyirdi.
|
Məmməd Səid Ordubadinin "Aprel gəlini", "Istiqraz", "Çobanlar", "6 nömrəli otaq", Soltan Nəcəfovun "Təchizat parazitləri", "Rot-front", "Orucunuz qəbul!
|
və "Din tacirləri" kimi səhnəciklərinə efir həyatı verilir.
|
Ordubadi radioya Cəfər Cabbarlı, Hüseyn Cavid, Mikayıl Müşfiq, Seyid Hüseyn, Səməd Vurğun, Süleyman Rüstəm, Məmməd Rahim, Mehdi Hüseyn, Sabit Rəhman, Mircəlal Paşayev kimi nasir və şairləri cəlb etməklə efirdə yeni əsərlərin tez-tez səslənilməsinə nail olurdu.
|
Artıq 20-ci illərin sonlarında bütün radio məhsulunun üçdə biri bədii verilişlərdən ibarət idi. Radionun fəaliyyət dövründə M.Ə.Sabir, Ü.Hacıbəyov, C.Məmmədquluzadə, Y.V.Çəmənzəminli, M.Müşfiq, H.Cavid, S.Hüseyn Ə.Cavad, M.C.Paşayev, S.Vurğun, M.Hüseyn, R.Rza, S.Rəhman, I.Əfəndiyev, B.Vahabzadə, I.Şıxlı, S.Dağlı, S.Qədirzadə, I.Hüseynov, Anar, Elçin, H.Seyidbəyli, I.Qasımov, I.Məlikzadə və digər görkəmli nasir və şairlərimizin sənət əsərlərinin radiodan səsləndirilməsi ədəbi dilin inkişaf etməsinə, yad təsirlərdən qorunmasına xidmət edib.
|
70-ci illərdən başlayaraq "Ədəbi-dram" redaksiyasına Rauf İsmayılov, Mailə Muradxanlı, bu günsə(1992-ci ildən) Şəfəq Əlixanlı rəhbərlik edir.
|
("Ədəbi-dram və folklor", 2019-dan) "Radioteatr" 1931-ci ildə Azərbaycan radiosunda Mustafa Mərdanovun rejissorluq etdiyi "Radioteatr" yaradıldı.
|
Azərbaycan teatr sənətinin radioya uyğunlaşdırılması prosesi aktyorların fəaliyyət imkanlarının genişlənməsinə səbəb oldu.
|
Istedadlı səhnə ustalarından Abbas Mirzə Şərifzadənin, Mirzağa Əliyevin, Kazım Ziyanın, Ülvi Rəcəbin, Mərziyə Davudovanın, Fatma Qədrinin, Sidqi Ruhullanın, Mustafa Mərdanovun çıxışları dinləyiciləri valeh edirdi.
|
1931-ci ilini dekabrında H.Cavidin "Şeyx Sənan" pyesi ilk dəfə radioda səsləndirildi.
|
Daha sonra A.S.Puşkinin "Boris Qodunov", C.Məmmədquluzadənin "Ölülər", C.Cabbarlının "Aydın", 1905-ci ildə", "Yaşar", "Sevil", V.Şekspirin "Hamlet", M.F.Axundovun "Hacı Qara", Ə.Haqverdiyevin "Dağılan tifaq" pyesləri dinləyicilərə təqdim edildi.
|
Ilk radio tamaşaları birbaşa efirə çıxarılırdı.
|
1953-cü ildə istehsalat işində maqnit lentinin tətbiqi Radio teatrının inkişafında yeni mərhələ açdı.
|
Bu dövrdə S.Vurğunun "Xanlar", I.Əfəndiyevin "Bahar suları", Ə.Məmmədxanlının "Şərqin səhəri", I.Qasımovun "Xəzər üzərində şəfəq" pyesləri montaj edilərək efirdə səsləndirildi.
|
Daha sonra C.Cabbarlının "Almaz" və "1905-ci ildə", N.Nərimanovun "Bahadır və Sona", S.Rəhimovun "Mehman", M.Ordubadinin "Qılınc və qələm", N.Qoqolun "Müfəttiş", A.Qriboyedovun "Ağıldan bəla", A.Puşkinin "Yevgeni Onegin", I.Şillerin "Vilhelm Tell", C.Bayronun "Abidos gəlini" kimi əsərləri Azərbaycan radiosunun repertuarını zənginləşdirdi.
|
Ü.Hacıbəyovun "Arşın mal alan", "O olmasın, bu olsun" musiqili komediyalarının, N.Hikmətin "Kəllə" əsərinin tamaşaya qoyulması da cəmiyyətdə müsbət əks-səda doğurdu.
|
1958-ci ildə isə Mehdi Məmmədov bu tamaşanı radionun tələblərinə uyğunlaşdırdı.
|
Radio tamaşaları yaradan bir sıra rejissor yetişdi: Əliheydər Ələkbərov, Tofiq Kazımov, Tofiq Ismayılov, Həsən Əbluc, Azərpaşa Nemətov, Rövşən Abdullayev, Nazim Yüzbaşov və başqaları.
|
Müstəqillik illərində ("Radio teatr"ı və dünyanın Nobel mükafatçıları...) 30-cu illər… 1932-ci ildə radioda qəzet məqalələrinin oxunması ləğv edilir və bunun əvəzində efirə "Son xəbərlər" proqramı çıxır.
|
Həmin ilin oktyabrında Informasiya redaksiyası da yaradılır.
|
1935-ci ildə struktur dəyişikliklərindən sonra radioda "Ədəbi dram", "Kolxozçu radiosu", "Qızıl əsgər" və "Gənclər" redaksiyaları fəaliyyət göstərirdi.
|
1936-cı il martın 23-dən aprelin 6-dək SSRI-də ilk dəfə Ümumittifaq radio festivalı keçirildi.
|
Ittifaq miqyasında ən böyük radio tədbiri olan bu festivalda 28 dildə musiqi proqramları səsləndirildi.
|
Bakı radiosu hər gün təxminən 3 saat Moskvaya qoşularaq bu mədəniyyət tədbirini yayırdı.
|
Azərbaycan radiosunun festival üçün hazırladığı proqram əsasən Ü.Hacıbəyov və M.Maqomayevin əsərlərindən ibarət idi. Bundan başqa, "Azad olunmuş türk qadınları sarayı" qadın şərq alətləri orkestrinin çıxışları, eləcə də tarzən Qurban Pirimovun müşayiəti ilə xanəndə Hüseynağa Hacıbababəyovun ifasında "Şahnaz" muğamı da proqrama daxil edilmişdi.
|
1937-ci ildə respublikamızın 12 rayonunda xalq yaradıcılığı festivalı keçirildi.
|
Radio festivalının yekun konsertləri efirə 5 rayondan birbaşa verildi.
|
Müharibə dövrü Bakı müharibə zonasından uzaqda yerləşsə də, Azərbaycan radiosu II Dünya müharibəsi zamanı gərgin, fövqəladə şəraitdə fəaliyyət göstərməli oldu.
|
1941-ci il iyunun 22-nə keçən gecə müharibənin başlanmasını Azərbaycan dinləyicilərinə diktor Zəhra Salayeva zirzəmidəki yarımqaranlıq bir otaqdan xəbər verdi.
|
Azərbaycan radiosunun işçiləri faşizmlə mübarizədə mikrofonu ən kəsərli silaha çevirdilər: radio buraxılışları çox qısa müddətdə hazırlanır, verilişlər gecə-gündüz ara vermədən yazılır, montaj edilirdi.
|
Həmin dövrdə xəbər buraxılışlarının sayı artmış, Azərbaycan radiosunun gündəlik verilişlərinin həcmi 5 saat çoxalmışdı.
|
Əsas ağırlıq isə "Son xəbərlər" redaksiyasının üzərinə düşürdü: mühüm məlumatlar, dövlət qərarları 30 dəqiqə ərzində tərcümə edilərək Azərbaycan dilində səsləndirilirdi.
|
Ağır müharibə dövrünün ən sevilən verilişi "Azərbaycan – cəbhə üçün" idi.
|
Bu veriliş qələbə gününədək efirdə müntəzəm səsləndirildi.
|
Radio jurnalistləri təkcə xəbərlər və dramatik boyalı verilişlər deyil, həm də adamlara təsəlli verən, onları mənəvi cəhətdən gücləndirən proqramlar hazırlayırdılar.
|
Müharibə zonasında Azərbaycan əsgərləri ilə tez-tez görüşlər keçirən S.Vurğun, S.Rüstəm, R.Rza, M.Rahim, M.Ibrahimov, M.Hüseyn, Ə.Vəliyev, M.C.Paşayev və digər yazıçı və şairlər radioda odlu-alovlu çıxış edirdilər.
|
Vətənpərvərlik mövzularında yazılmış pyeslər, tematik yazılar dinləyicilərin diqqətinə çatdırılırdı.
|
Təsadüfi deyil ki, SSRI rəhbərliyi radionun ictimai-siyasi, mədəni həyatda və faşizmə qarşı mübarizədə oynadığı böyük rolu nəzərə alaraq 1945-ci il mayın 2-də xüsusi qərarla mayın 7-sini Radio günü elan etdi.
|
Həmin gün uzun illər boyu Azərbaycanda da bayram edildi.
|
(1992-ci il noyabrın 6-sı "Azərbaycan Televiziya və Radio işçilərinin peşə bayramı" elan olundu.)
|
Lakin 1941–1945-ci illərdə Azərbaycan radiosunun böyük fədakarlıq göstərən əməkdaşları heç cür ağıllarına belə gətirə bilməzdilər ki, artıq 45 ildən sonra onlar əsl Vətən müharibəsi ilə üzləşəcəklər: hər gün Qarabağ cəbhəsindən Müdafiə nazirliyinin məlumatlarını yayacaq, digər yadelli ordunun köməyilə ermənilər tərəfindən Xankəndi, Şuşa, Laçın, Kəlbəcər, Füzuli, Ağdam, Qubadlı, Cəbrayıl və Zəngilanın işğal olunması, Xocalı soyqırımının dəhşətləri barədə xəbərləri doğma xalqımıza çatdırmalı olacaqlar.
|
Dünyaya yayım 1941-ci ildə SSRI hökuməti radio təbliğatını Türkiyə və Iranda yaymağı məqsədəuyğun hesab edir.
|
Həmin ilin iyulunda Azərbaycan radiosu türk və fars dillərində verilişlər hazırlayan iki redaksiya yaradır.
|
Türk dilində verilişlər redaksiyasına Adil Əfəndiyev, fars dilində verilişlər redaksiyasına isə qısa dövr ərzində Qulam Məmmədli rəhbərlik edir.
|
1941-ci il iyulun 20-də "Burası Bakı", "Inco Baku" ifadələri ilk dəfə Azərbaycan radiosu ilə verilən sınaq verilişlərində səsləndirilir.
|
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.