Search is not available for this dataset
text
stringlengths 10
518k
|
|---|
Həmin verilişlər 1941-ci il avqustun 18-dən müntəzəm olaraq "Bakının səsi" çağırışı altında dünya efirinə çıxır.
|
O dövrdə xaricə yayımlanan radio təbliğatına Məmməd Səid Ordubadi, Mikayıl Rəfili, Cəfər Xəndan, Qulam Məmmədli, Adil Əfəndiyev, Lətif Kərimov, Mübariz Əlizadə, Ələsgər Məmmədov, Abbas Gülməmmədov, Cəfər Hacıyev, Hüseyn Məcnunbəyov, Cabbar Cabbarov, Fazil Babayev, Mina Bayramova, Şərif Vəliyev və digər tanınmış yazıçılar, jurnalistlər, şərqşünaslar öz töhfələrini verirdilər.
|
Verilişlərdə sovet məlumat bürosunun xəbərləri, ziyalıların radio ilə çağırışları Iran və Türkiyə əhalisinə çatdırılırdı.
|
1950-ci ildə türk və fars redaksiyalarının əsasında Xarici verilişlər baş redaksiyası yaradıldı.
|
1951-ci ildən xaricdə yaşayan soydaşlarımız üçün hər gün azərbaycanca 1 saatlıq veriliş yayımlanan redaksiya da bu quruma daxil edildi.
|
50-ci illərdə bu baş redaksiyaya Muxtar Hacıyev rəhbərlik edirdi.
|
1959-cu ildə Azərbaycan radiosunda ərəb dilində verilişlərin yayımı başlandı.
|
Bu redaksiyada diktor vəzifəsinə Iraq türkmənlərindən olan Bağdad radiosunun diktoru Sinan Səid dəvət olunmuşdu.
|
Qısa müddət ərzində bu redaksiya bir sıra ərəb ölkələrində əks-səda doğurdu və bu ölkələrdən təqdir məktubları gəlməyə başladı.
|
1974-cü ildən radioya, o cümlədən Xarici yayım bölümünə tanınmış yazıçı-jurnalist Aqşin Babayev rəhbərlik edirdi.
|
O dövrdə xarici verilişlərin baş redaktoru Kərim Axundov, proqram direktoru isə Eldar Əliyev idi. 1976-cı il yanvarın 1-dən redaksiyaların statusu yüksəldi və onlar ayrı-ayrılıqda baş redaksiyaya çevrildi.
|
Irana verilişlər baş redaksiyasının tərkibindəki azərbaycanca verilişlər hazırlayan şöbə 1980-ci il martın 1-dən ayrıca baş redaksiyaya çevrildi.
|
80-ci illərdə Azərbaycanın xarici ölkələrə veriliş yayan qurumu efirdə hər gün farsca 2 saat 15 dəqiqə, türkcə 2 saat, ərəbcə 1 saat, xaricdəki soydaşlarımız üçün Azərbaycan dilində 1 saat fəaliyyət göstərirdi.
|
1986-cı ildə farsca verilişlərin həcmi 1 saata endirildi, Azərbaycan dilində yayılan verilişlərin həcmi isə 2 saat 45 dəqiqəyədək artırıldı.
|
Ana dili", "Körpü", Ovqat, "Elin sazı, elin sözü" verilişləri azərbaycanlı həmvətənlərimiz arasında şöhrət qazandı.
|
Maraqlıdır ki, bu gün də Azərbaycan radiosunda "Körpü", "Ovqat" verilişləri səslənməyə başladı.
|
Yarım saat ərzində efirə gedən "Ana dili" verilişində Iranda yaşayan azərbaycanlı dinləyicilərə Azərbaycan dilinin qrammatikası və şifahi danışıq dili öyrədilir.
|
Körpü" verilişi məktublar, telefon zəngləri və studiyaya gələn qonaqlarla söhbət əsasında fəaliyyət göstərir.
|
Bu verilişin vasitəsilə indiyə qədər neçə-neçə qohum uzun müddət ayrılıqda yaşadıqdan sonra bir-birinə qovuşa bilib.
|
1992-ci il noyabrın 26-da "Azərbaycan Beynəlxalq Radiosu" yaradıldı.
|
Bu qurum ingilis, alman, fransız, rus, erməni, talış, kürd, ləzgi, gürcü dillərində proqramlar hazırlayırdı.
|
Beynəlxalq radio bir müddət orta və qısa dalğalarda hər gün 8 dildə dünya efirinə çıxır və müstəqil ölkəmiz barədə 10 saatlıq veriliş yayırdı.
|
1992–1993-cü illərdə Beynəlxalq radionun direktoru Vaqif Bayatlı idi. Sonra bu vəzifəyə Çərkəz Qurbanlı təyin olundu.
|
1996-2021-ci illərdə Beynəlxalq Radioya Cahangir Bağırov rəhbərlik etdi.
|
Qərb verilişləri redaksiyasının hazırladığı ingilis, alman və fransız dillərində verilişlər ləğv edildi.
|
Hazırda 10 dildə dünyaya yayımlanan "Beynəlxalq Radio"- ya Əli Abas Quliyev rəhbərlik edir.
|
Hazırda orta və qısa dalğalarda Beynəlxalq radio hər gün azərbaycanca 5 saat, rusca 1 saat, ermənicə 1 saat, farsca 1 saat, türkcə 1 saat, ərəbcə 1 saat, həftədə 3 dəfə gürcücə 20 dəqiqə, 2 dəfə kürd və ləzgi dillərində 15 dəqiqə veriliş yayılır.
|
Yarım saatlıq "Vətən" proqramının da 15 dəqiqəsi azərbaycanca, digər 15 dəqiqəsi isə ermənicə efirə verilir.
|
Müharibədən sonrakı dövr (1945-1970) Müharibədən sonra radio verilişlərinin forma və məzmununda müəyyən dəyişikliklər baş verdi.
|
1949-cu ildən elektromaqnit səsyazma texnikasının radioda tətbiqi imkanların genişlənməsinə, verilişlərin keyfiyyətinin yüksəlməsinə yardım etdi.
|
1949-cu ildə Azərbaycan radiosunda futbol reportajlarının təməli qoyuldu.
|
Birinci reportajı məşhur idman şərhçisi Aleksandr Qnezdov aparırdı.
|
Yalnız 7 ildən sonra – 1956-cı ildə Respublika stadionundan futbol oyunu ilk dəfə radionun diktoru Sabutay Quliyev tərəfindən Azərbaycan dilində şərh olundu.
|
1951-ci ildə yaradılan II proqram respublika radiosunun fəaliyyət dairəsini genişləndirdi.
|
1956-cı ildə Azərbaycan radiosunun yaranmasının 30 illiyi qeyd olundu.
|
Bu zaman Bakıdan hər gün Azərbaycan, rus və erməni dillərində artıq 19 saat veriliş yayılırdı.
|
Radioda ictimai-siyasi, ədəbiyyat, musiqi, sənaye, kənd təsərrüfatı, uşaq, gənclər proqramlarının hazırlanmasına üstünlük verilirdi.
|
Efirdə hər gün 12–15 konsert proqramı səsləndirilirdi.
|
1956-cı ildən televiziyanın fəaliyyətə başlaması radionu öz işini rəqabət şəraitində qurmağa məcbur etdi.
|
Radio xalq yaradıcılığı və bəstəkar mahnıları, ədəbi əsərlər hesabına öz fondunu zənginləşdirdi.
|
Bu dövrdə xalq çalğı alətləri orkestrinə artıq Səid Rüstəmov rəhbərlik edir, bəstəkarlardan Hacı Xanməmmədov, Qəmbər Hüseynli, Nəriman Əzimov və başqaları bu orkestrdə fəaliyyət göstərirlər.
|
60-cı illərin ortalarında radio və televiziyanın kamera, estrada-simfonik orkestrlərinin yaradılması, "Qaya" vokal kvartetinin meydana gəlməsi xalq, estrada və simfonik musiqilərin təbliğində radionun imkanlarının artırdı.
|
70-ci illərin ortalarında "Sabahınız xeyir", "Axşam görüşləri", "Bulaq", "Natəvan" qızlar klubu, "Lirika dəftərindən", "Muğam saatı", "Arzu" musiqi poçtu, "Yazıçı və zaman", "Mahnı şəhəri gəzir", "Teatr mikrofon qarşısında" kimi verilişlər dinləyicilərin ruhunu oxşayır.
|
Qızıl fond" Radionun "Qızıl fond"unda görkəmli sənətkarlarımızın ifasında muğamlar, bəstəkar mahnıları, müxtəlif opera və tamaşalardan nadir parçalar qorunub saxlanılır.
|
1968-ci ildə radionun fonotekasında 24 minə qədər, 1980-ci ildə 40 mindən çox musiqi və digər sənət incilərinin lent yazısı var idi. Hazırda onların sayı 100 minə çatıb.
|
Fonotekada Üzeyir Hacıbəyov, Müslüm Maqomayev (baba), Cəfər Cabbarlı, Səməd Vurğun, Cabbar Qaryağdıoğlu, Seyid və Xan Şuşinskilər, Niyazi, Əlövsət Sadıqov, Hüseynağa Hacıbababəyov, Rəşid Behbudov, Şövkət Ələkbərova, Sara Qədimova, Rübabə Muradova, Gülağa Məmmədov, Tükəzban Ismayılova, Zeynəb Xanlarova, Hacıbaba Hüseynov, Əlibaba Məmmədov, Arif Babayev, Islam Rzayev, Nəzakət Məmmədova, Baba Mirzəyev, Müslüm Maqomayev (nəvə), Flora Kərimova, Polad Bülbüloğlu, Mirzə Babayev, Vaqif Mustafazadə, Rafiq Babayev, Akif Islamzadə və digərlərinin lent yazısı saxlanılır.
|
Azərbaycanın görkəmli sənət ustalarının radionun "Qızıl fondu"nda saxlanılan çıxışları ədəbi dilimizin mükəmməlliyini nümayiş etdirməkdədir.
|
Tanınmış səhnə ustaları Mirzağa Əliyev, Mərziyə Davudova, Ələsgər Ələkbərov, Hökumə Qurbanova, Fatma Qədri, Ismayıl Hidayətzadə, Rza Təhmasib, Mustafa Mərdanov, Əjdər Sultanov, Ağadadaş Qurbanov, Mövsüm Sənani, Həsənağa Salayev, Məmmədrza Şeyxzamanov, Əli Zeynalov, Süleyman Tağızadə, Mehdi Məmmədov, Leyla Bədirbəyli, Barat Şəkinskaya, Həsənağa Turabov, Səməndər Rzayev, Məhluqə Sadıqova, Hamlet Qurbanov, Şəfiqə Məmmədova, Hamlet Xanızadə, Vəfa Fətullayeva, Amalya Pənahova, Əlabbas Qədirov, Mikayıl Mirzə, Əminə Yusifqızı, Həsən Əbluc və digərləri radiodakı çıxışları ilə dinləyiciləri riqqətə gətirməklə yanaşı, onlara səlis danışıq dilini təlqin edirdilər.
|
Vaxtilə Ələsgər Ələkbərovun ifasında lentə alınmış Qorkinin "Arxip baba və Lyonka", Səməd Vurğunun "Vaqif", Mirzağa Əliyevin ifasında "Məşədi Ibad", Mustafa Mərdanovun ifasında Məmmədquluzadənin "Qurbanəli bəy" kimi əsərləri bu gün "Qızıl fond"un inciləri sayılır.
|
Görkəmli radio diktoru Aydın Qaradağlının ifasında da səs yazıları qorunub saxlanılıan "Qızıl fond"u bəzəyən səslər əsrdən-əsrə, günbəgün r.
|
1964-cü il oktyabrın 15-də Azərbaycan radiosunun "Araz" xəbərlər və musiqi proqramı ilk dəfə efirə çıxdı.
|
Araz"ın çağırış musiqisi Fikrət Əmirovun idi. "Araz" əvvəlki dövrdə dinləyicilərə 12 saatlıq veriliş təqdim edirdi.
|
Müəyyən müddətdən sonra isə radionun I proqramı ilə yayımlanan bəzi verilişlər "Araz" vasitəsilə təkrar olunurdu.
|
Araz" radiosunun yaranmasında və fəaliyyətində Teymur Əliyev, Ənvər Əlibəyli, Sabir Axundov, Soltan Nəcəfov, Kamil Məmmədov, Hacı Hacıyev, Aydın Qaradağlı, Valid Sənani, Yalçın Əlizadə, Ilyas Adıgözəlov, Hidayət Səfərli və başqaları böyük rol oynadılar.
|
Informasiya proqramlarının çevikliyini təmin etməkdən ötrü radionun birinci proqramındakı xəbər buraxılışının strukturu və adı dəyişdirildi.
|
1966-cı il iyulun 13-dən "Son xəbərlər" efirdə "Günün səsi" adı ilə yayılmağa başlandı.
|
1968-ci ildə radionun xəbərlər redaksiyası hər gün birinci proqramla və "Araz" proqramı ilə 24 dəfə efirə çıxırdı.
|
Müstəqillik dövründə Azərbaycan radiosu "Araz" proqramını müstəqil struktura çevirməyi qərara aldı.
|
1993-cü ilin noyabrından 1998-ci ilin dekabrınadək struktur fəaliyyət göstərdi.
|
Onun bazasında 2 redaksiya: Informasiya və ictimai-siyasi proqramlar və Xalq yaradıcılığı redaksiyası.
|
1988-ci ildə başlanan təlatüm 1988-ci ildə başlanan Dağlıq Qarabağ münaqişəsi zamanı radio da televiziya kimi Azərbaycan xalqının maraqlarından çıxış etdi.
|
Bu, 1990-cı ilin yanvarında özünü daha da qabarıq şəkildə göstərdi.
|
Televiziyanın enerji blokunu partladıb sıradan çıxarmaqla yanaşı, Azərbaycan radiosunun əməkdaşları da efirdən uzaqlaşdırılır.
|
Lakin bütün bu təzyiqlərə baxmayaraq Bakı şəhərinə radio yayımı (Sovet dövründə fövqəladə vəziyyət barədə vətəndaşlara məlumat çatdırmaq üçün şəbəkədən kənar stasionar işləyən xətli radio) bərpa edilir.
|
Həmin günlərdə partlayışdan sonra Beynəlxalq radionun diktoru Muxtar Əliyev ilk dəfə qeyd edilən qovşaq radiosu ilə Bakı əhalisini baş verənlər barədə məlumatlandırır və bununla radionun fəaliyyəti qismən də olsa bərpa edilir.
|
Həmin vaxtlar Radioda hərbi senzor fəaliyyət göstərirdi.
|
Lakin həmin faciəli günlərdə Azərbaycan radiosunun xaricə yayım redaksiyası 20 Yanvar faciəsinin baş verməsini bütün təfərrüatı ilə dünyaya çatdıra bildi.
|
Yanvarın 20-də köməkçisi ilə qəfildən radioya gələn Azərbaycan SSR Ali Sovetinin sədri Elmira Qafarova Azərbaycan və rus dillərində bəyanatlarla birbaşa efirdə çıxış etdi.
|
O, tökülən günahsız qanlar üçün bütün məsuliyyətin SSRİ orqanlarının və onların vəzifəli şəxslərinin üzərinə düşdüyünü, Azərbaycan xalqının öz oğul və qızlarının faciəli surətdə həlak olmasını heç kimə bağışlamayacağını bəyan etdi.
|
Həmin bəyanata istinadən hazırlanan məlumat yanvarın 21-də efirə veriləndə texniki işçilər onu lentə yazdılar və gün ərzində bir neçə dəfə səsləndirməyə nail oldular.
|
Xaricə yayım redaksiyası bu bəyanatı ərəb ölkələrinin, İranın Tehran, Təbriz və Türkiyənin Ankara radioları vasitəsilə bütün dünyaya yaydı.
|
Bakıdakı hərbi komendatlıq Beynəlxalq radionun dalğalara malik olmasını tamam unutmuşdu.
|
Müstəqillik dövrü 1991-ci ildə dövlət müstəqilliyinin əldə edilməsi radionun qarşısında duran vəzifələri kökündən dəyişdirdi.
|
Radioda cəmiyyətlə sıx və açıq ünsiyyətə girmək meylərini gücləndirən proqramlara üstünlük verildi.
|
Qarabağ uğrunda erməni işğalçılarına qarşı savaşın başlanılması ilə radio hər gün Müdafiə nazirliyinin məlumatlarını yayırdı.
|
Dinləyicilərdə vətənpərvər hissləri gücləndirən "Açıq-aşkar", "Xudafərin", "Sözün düzü", "Baxış bucağı", "Dünya", "Pillə", "Çevrə", "Radio-atmaca", "Molla Nəsrəddin", "Yol", "Yuva", "Vaxt", "Dan yeri" kimi verilişlər hazırlanır, hərbi marşlar səsləndirilirdi.
|
1993-cü ildə Azərbaycanda baş verən Gəncə hadisələri, Heydər Əliyevin Naxçıvandan Bakıya dəvət olunması barədə məlumatlar, Milli Məclis iclaslarından birbaşa yayımlar, 1994-cü il sentyabrın 20-də "Əsrin müqaviləsi" sazişinin imzalanması mərasimi radio ilə bütün dünyaya yayılırdı.
|
Müstəqillik dövründə özəl radio kanallarının yaranması, onların da FM dalğasında fəaliyyətə başlaması qədim milli ənənələrin daşıyıcısı olan Azərbaycan Radiosunu nəinki kölgədə qoya bilmədi, əksinə illərdən bəri ədəbi dilin keşiyində dayandı, onun saflığına xidmət edən Ana radionun bir məktəb, örnək olduğunu təsdiq etdi.
|
Əsrin sürətilə ayaqlaşan Azərbaycan Radiosu bu gün istər texniki, istərsə də yaradıcı potensionalının gücü ilə yenə efir birincisidir.
|
Azərbaycan Radiosunda son illər R.Haşımovun bilavasitə iştirakı və rəhbərliyi ilə həyata keçirilən yeni layihələr -44 günlük Vətən müharibəsindəki Qələbə ruhunun daha dönməz və səbatlı təcəssümüdür.
|
Xarici keçidlər Rəsmi saytı BBC – Country profile: Azerbaijan
|
Azad Azərbaycan Radiosu — Azərbaycanda radio "Azad Azərbaycan" radiosu 28 may 1998-ci ildən fəaliyyət göstərir.
|
Təsisçisi "Azad Azərbaycan" Teleradio Yayımı şirkətidir.
|
Azad Azərbaycan" radiosu 106.3 MHz FM tezliyində, AzərSpace 46 11175 MHz H 27500kbt yayımlanır.
|
Gün ərzində 24 saat yayımlanın radionun verilişləri dünya azərbaycanlıları və azərbaycan dilini bilən dinləyicilər üçün nəzərdə tutulmuşdur.
|
Milli Televiziya və Radio Şurasının 30 sentyabr 2005-ci il tarixli qərarı ilə "Azad Azərbaycan" Teleradio Kompaniyasının radio yayımı üçün xüsusi razılıq (lisenziya) müddəti 6 il müddətinə uzadılmışdır.
|
II Presian — Birinci Bulqar dövlətinin XXVII imperatoru və son hökmdarı.
|
İbn Qabirol Abdullah ibn əl-Əftas
|
II Presian — Birinci Bulqar dövlətinin XXVII imperatoru və son hökmdarı.
|
İbn Qabirol Abdullah ibn əl-Əftas
|
I Fəribürzün Şirvanşahlar dövlətinin hökmdarı elan edilməsi.
|
İbrahim Osman oğlu tərəfindən Gəncə qapılarının hazırlanması.
|
Alp Arslanın Böyük Səlcuq İmperiyasının sultanı elan olunması.
|
20 fevral – Salar ibn Yezid 4 sentyabr – Toğrul bəy
|
I Fəribürzün Şirvanşahlar dövlətinin hökmdarı elan edilməsi.
|
İbrahim Osman oğlu tərəfindən Gəncə qapılarının hazırlanması.
|
Alp Arslanın Böyük Səlcuq İmperiyasının sultanı elan olunması.
|
20 fevral – Salar ibn Yezid 4 sentyabr – Toğrul bəy
|
Normandiya hersoqu Vilhelmin Qastinqs döyüşündə II Haroldun başçılıq etdiyi anqlo-saks qüvvələrinə qalib gələrək İngiltərəni işğal etməsi.
|
İngiltərədə mərkəzləşdirilmiş dövlət yaradılmasının əsasının qoyulması.
|
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.