Search is not available for this dataset
text
stringlengths
10
518k
Özəl sənaye məhəllələrinin yaradılması layihələri;"6.
2023-cü il yanvarın 1-dən sonra investisiya müsabiqələri vasitəsilə özəlləşdirilən qeyri-neft sənayesi müəssisələrinin istehsal layihələri;"7.
Azərbaycan Respublikasında istehsalı ilk dəfə təşkil edilən, yerli məhsullarla özünü təminetmə səviyyəsini (idxalın əvəzlənməsini) və ya qeyri-neft sektorunun ixrac potensialının artırılmasını təşviq edən iqtisadi fəaliyyət sahələrinin yaradılması istiqamətində həyata keçirilən “Azərbaycanda ilk” (“First in Azerbaijan”...
Hava gəmilərinin istismarı və onlara texniki xidmət göstərilməsi layihələri;"9.
Dəmir yolunun hərəkət tərkibinin təmiri və onun ehtiyat hissələrinin istehsalı layihələri;"10.
Hərbi təyinatlı məhsulların istehsalı layihələri;"11.
Alüminium məhsullarının istehsalı layihələri;"12.
Dövlət−özəl tərəfdaşlığı (dövlətin satınalma öhdəliyi ilə özəl sektor tərəfindən həyata keçirilən elektrik enerjisi istehsalı layihələri daxil olmaqla) layihələri;"13.
COP29 beynəlxalq tədbiri çərçivəsində qonaqlama layihəsi.
Prezident İlham Əliyev Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının 2024-cü ildə Azərbaycan Respublikasında təşkili ilə əl...
Müəyyən edilib ki, subsidiya sahibkarlar tərəfindən 2024-cü il yanvarın 1-dən dekabrın 1-dək kredit təşkilatlarından manatla alınan kreditlərə hesablanmış faizlərə görə verilir.
Nazirlər Kabineti Fərmandan irəli gələn məsələləri həll etməli, İqtisadiyyat Nazirliyi Sahibkarlığın İnkişafı Fondu vasitəsilə faizlərin subsidiyalaşdırılmasını təşkil etməlidir.
Maliyyə Nazirliyi Sahibkarlığın İnkişafı Fondu vasitəsilə ödəniləcək faizlərin subsidiyalaşdırılmasını təmin etmək məqsədilə tələb olunan vəsaitin 2025-ci ildən başlayaraq dövlət büdcəsində nəzərdə tutulması üçün tədbirlər görməlidir.
“Əgər Ermənistanın dövlət siyasəti Müstəqillik Bəyannaməsinə, Qarabağ və Ermənistanın birləşdirilməsinə əsaslanırsa, bölgədə müharibə olacaq, heç vaxt sülh olmayacaq”.
Bunu Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin İctimai Radiosunun efirində bəyan edib.
Baş nazir ölkənin Müstəqillik Bəyannaməsini Azərbaycanla sülhə maneə adlandırıb və Ermənistan Konstitusiyasının dəyişdirilməsini zamanın tələbi olduğunu vurğulayıb.
O, həmçinin Ermənistanın öz təhlükəsizliyini sərbəst şəkildə təmin edə bilməsinin vacibliyindən danışıb.
“Biz bu mühitdə yaşamağı bacarmalıyıq və mümkün qədər müstəqil şəkildə öz təhlükəsizliyimizi təmin etməliyik”, - deyə hökumət başçısı bildirib.
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.
Oxu.Az xəbər verir ki, “Azərbaycan Ermənistanın “denatsifikasiyasını” həyata keçirəcək” adlı süjetdə son günlər Ermənistanda Azərbaycanda fevralın 7-də keçiriləcək prezident seçkisindən sonra rəsmi Bakının Qərbi Azərbaycana qayıdış məsələsini İrəvanın qarşısında əsas tələb kimi qaldıracağının ciddi müzakirə olunduğu bi...
Qeyd olunub ki, Azərbaycanda fevralın 7-də keçiriləcək prezident seçkisi erməniləri təşvişə salıb:“Onlar iddia edirlər ki, prezident seçkisinin növbədənkənar keçirilməsinin məqsədi yeni dövrə güclü şəkildə getmək və əsas diqqəti Qərbi Azərbaycana qayıdış strategiyasına yönəltməkdir.
Bu il ABŞ və Rusiyada da prezident seçkisinin keçirilməsi bu ölkələrin diqqətini daxili məsələlərə yönəldə və Azərbaycanın hədəfinə çatmasının önü açıla bilər”.
Süjetdə erməni analitiklər Gevorq Brutens, Vardan Poqosyan, politoloqlar Tiqran Qriqoryan və Suren Zolyanın fikirlərinə yer verilir:“Azərbaycan Prezidenti İlham Əliyev seçkidən öncə yerli telekanallara verdiyi müsahibədə əslində seçkidən sonra atılacaq addımların anonsunu verdi.
Burada əsas hədəflərdən biri Zəngəzur dəhlizidir.
Azərbaycan AXC xəritələrinə və əsrin əvvəlində 100 min kvadratkilometr olan ərazilərinə iddia edir.
Cari dövrdə əsas hədəf isə 8 kəndin qaytarılmasıdır.
Ermənistanda yeni Konstitusiyanın qəbul edilməsi tapşırığını da Prezident İlham Əliyev verib.
Çünki mövcud Konstitusiya Azərbaycan və Türkiyənin maraqlarına uyğun deyil.
Mümkündür ki, Konstitusiya ilə yanaşı, Ermənistanın müstəqillik bəyannaməsi də yenidən qəbul edilsin.
Yeni Konstitusiyanın qəbulu ilə Azərbaycan Ermənistanda “denazifikasiyasını” həyata keçirəcək.
Bu, erməni nasizminin və revanşizminin tamamilə ləğv edilməsi deməkdir.
Azərbaycan bununla kifayətlənməyəcək və Qərbi Azərbaycan məsələsini əsas tələb kimi irəli sürəcək.
Ermənistanın Suriya ssenarisi ilə üzləşə biləcəyi də proqnozlaşdırılır.
Ehtimal edilir ki, Azərbaycan və Türkiyə bir hissəsinə, Rusiya bir hissəsinə, İran da bir hissəsinə nəzarət edə bilər”.
Sonda vurğulanıb ki, hər şeyi zaman göstərəcək:“Lakin Azərbaycanda keçiriləcək prezident seçkisindən sonra rəsmi Bakının əsas porioritetinin haqlı tələbləri çərçivəsində Ermənistanla sülh sazişi imzalamaq olacağı gözləntisi böyükdür.
Təbii ki, bu tələblərdə Qərbi Azərbaycana qayıdış məsələsi də “qırmızı xətt” olaraq keçir”.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyə...
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb...
İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Baku TV-də yayımlanan “Qapqara” verilişinin yeni buraxılışı yayımlanıb.
Verilişin budəfəki sayının qonağı şair-bəstəkar Xanım İsmayılqızı olub.
Müasir dövrdə kəmiyyətin keyfiyyəti üstələməsindən gileylənən bəstəkar söyləyib ki, musiqiyə verilən dəyər azalıb:""“Bu gün bir müğənni toya getmək və yaxşı pul qazanmaq istəyirsə, daha çox alıcı olan istiqamətə gedir.
Əlbəttə ki, sənət naminə sənət deyib çalışanlar da var.
Amma çoxluq dolanmaq üçün həmin kütləyə işləməyə çalışır”.
“Azad qadın” anlayışı ilə bağlı sualı cavablandıran X.İsmayılqızı qeyd edib ki, çox vaxt “azadlıq” sözü anarxiya kimi qəbul edilir:""“Nə istəyirəm, deyim, necə istəyirəm, davranım azadlıq bu deyil.
Hər kəsin içində bir senzor olmalıdır.
Elə insanlar var ki, onlara müəyyən qadağalar qoyulmalıdır, çünki həddini aşa bilər.
Belə olanda onun azadlığı tərbiyəsizliyə gəlib çatır”.
Velosiped və skuter sürücülərinin paytaxtdakı bəzi yeraltı piyada keçidlərindən keçməsi qadağan edilib.
Bununla bağlı keçidlərə xüsusi lövhəciklər də yapışdırılıb.
Sözügedən qadağa sakinlər tərəfindən birmənalı qarşılanmayıb, etiraza səbəb olub.
“Mən velosiped sürərək kuryerlik edirəm.
Velosipedi əlimizə alıb yolu keçirik, bizi saxlayırlar ki, niyə keçirsiniz?
Yolüstü keçid də yoxdur, yolüstü keçid olsaydı, bu nişanları qoymağın mənası olardı.
Yeraltı keçiddə belə biz velosipedlə hərəkət edə bilmirik”, - sakin deyib.
Məsələ ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyindən (AYDA) bildirilib ki, cəmiyyətdə etiraz doğurduğu üçün həmin qadağan edici nişanlar götürülüb.
Çinin Anhoy əyalətindən olan 63 yaşlı təqaüdçü quş qripinin H10N5 və H3N2 növlərinə yoluxub.
Qadının iki ölümcül ştamlara yoluxduqdan sonra dünyasını dəyişdiyi vurğulanır.
Çin Xalq Respublikasının rəsmiləri tarixdə ilk belə hadisəni təsdiqləyiblər.
Xəstəliyin növlərarası infeksiya nəticəsində ortaya çıxdığı və qadının artıq öskürək, boğaz ağrısı, qızdırma və bir çox digər simptomlara səbəb olan sağlamlıq problemləri olduğu qeyd olunur.
Bununla belə, Çinin Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Milli İdarəsi insandan insana yoluxma riskinin “aşağı” olduğunu bildirir.
Bəzi məlumatlara görə, H10N5 ştammı indiyə qədər insanlara yoluxmamışdı.
Mütəxəssislər qadının xəstəliyə yoluxmuş quşlardan yoluxduğu qənaətindədirlər, lakin bu hələ rəsmi olaraq təsdiqlənməyib.
Portuqaliyalı futbol ulduzu Kriştianu Ronaldunun ardınca onun agentinalı həmkarı Lionel Messinin də “Ən-Nəsr” və “İnter Mayami” arasında keçirilən yoldaşlıq görüşündəki iştirakı sual altına düşüb.
Belə ki, Ronaldunun adı “Ən-Nəsr”in iştirak ərizəsinə daxil edilməyib.
Messinin adı isə “İnter Mayami”nin iştirak ərizəsinin ilk variantında olmasa da, oyunun başlamasına dəqiqələr qala siyahıya salınıb.
Lakin argentinalının diz qapağındakı narahatlıq səbəbindən qaşılaşmada meydana çıxma ehtimalı olduqca aşağı qiymətləndirilir.
Qeyd edək ki, Ronaldu da zədə səbəbindən matçda iştirak etmir.
Dörd il öncə itkin düşən Goranboy kənd sakini Cavid Sabir oğlu Bayramovun axtarışları davam edir.
“Xəzər” TV-də yayımlanan “Təsir dairəsi” verilişində Cavidin itkin düşməsi ilə bağlı onunla tez-tez qumar oynadığı bildirilən idman müəllimi danışıb.
O, Cavidi tanıdığını amma iki il öncə əməliyyat keçirdiyi üçün yaddaşını itirdiyini bildirib:""“Ola bilər qumar oynamış ola bilərəm.
Cavidin heç bir çətinliyinin, sıxıntısının olduğunu görməmişəm.
İllər öncə nə olduğunu xatırlamıram.
Dərsə də gündəlik olaraq hazırlaşıb gedirəm”.
Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın məlumatına görə, hadisə şəhərin Əziz Əliyev prospektində qeydə alınıb.
İdarəetmədən çıxan “Niva” markalı avtomobil işiq dirəyinə çırpılıb.
Qəza zamanı xəsarət alan olmayıb.
Avtomobilə və yol təsərrüfatına ciddi ziyan dəyib.
Hadisə yerinə Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Azərbaycanın Amerika Birləşmiş Ştatlarındakı səfirliyi növbədənkənar prezident seçkiləri ilə əlaqədar Azərbaycan vətəndaşlarına müraciət ünvanlayıb.
Bu barədə Azərbaycanın ABŞ-dəki diplomatik missiyasının “X” sosial şəbəkədəki paylaşımında qeyd olunub.
“7 fevral növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar Səfirliyimizdə seçki məntəqəsi yaradılmışdır.
ABŞ-də daimi və ya müvəqqəti yaşayan, o cümlədən seçki günü bu ölkədə olacaq 18 yaşını tamamlamış, aktiv seçki hüququna malik vətəndaşlarımız 7 fevral 2024-cü il saat 8:00AM-7:00PM (EST) arası etibarlı Azərbaycan Respublikası ümumvətəndaş pasportu və ya şəxsiyyət vəsiqəsi ilə Səfirlikdə yaradılmış məntəqədə öz səsvermə...
ABŞ-də yaşayan #Azərbaycan Respublikası vətəndaşlarının nəzərinə!
Cəlilabad rayonunda yanğın hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, hadisə rayon mərkəzindən 24 km uzaqlıqda yerləşən dağ kəndində olub.
Belə ki, yanğın Soyuqbulaq kəndində birmərtəbəli (4 otaqlı) ümumi sahəsi 96 kvadratmetr olan evdə baş verib.
Evdə heç kəs olmadığından yanğından gec xəbər tutulub, yanğın şiddətlənib.
Yanğın zamanı xəsarət alan olmayıb, yanğının digər tikililərə yayılmasının qarşısı alınıb.
Faktla bağlı araşdırma aparılır.
Azərbaycan Silahlı Qüvvələrinin generalları Türkiyə Respublikasının qurucusu, birinci prezidenti Mustafa Kamal Atatürkün dəfn olunduğu məqbərəni ziyarət ediblər.
Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi “X” sosial şəbəkəsində paylaşım edib.
“Azərbaycan Silahlı Qüvvələrinin generalları Cümhuriyyətimizin qurucusu Qazi Mustafa Kamal Atatürkün əbədi istirahətgahı olan Anıtqəbri ziyarət ediblər”, - hərbi qurumun paylaşımında qeyd olunub.
Azerbaycan Silahlı Kuvvetlerinde görevli Generaller, Cumhuriyetimizin kurucusu Gazi Mustafa Kemal Atatürk’ün ebedî istirahatgâhı olan Anıtkabir’i ziyaret etti.
#MillîSavunmaBakanlığı pic.twitter.com/xMq90fSqUu
ABŞ-nin Florida ştatının milli qvardiyasının minə yaxın hərbçisi sərhəddə yaranan vəziyyəti həll etmək üçün Texasa gedəcək.
Bu barədə qubernator Ron Desantis məlumat verib.