Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
Bu sözləri Ağdam rayonu, Pirhəsənli Kəngərli kənd sakini Azər Ağayev “AzTV Xəbər”ə müsahibəsi zamanı deyib. |
Hazırda isə sözügedən kənd yenidən qurulur, yaşayış evləri tikilir. |
Əməkdar jurnalist, tanınmış ziyalı Rəhman Orxan dünyasını dəyişib. |
“Unikal” xəbər verir ki, jurnalist uzun sürən xəstəlikdən sonra vəfat edib. |
Qeyd edək ki, Rəhman Orxan uzun illər “Vışka” qəzetinin xüsusi müxbiri işləyib. |
“Bakinets” qəzetinin təsisçisi və baş redaktoru olub. |
Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. |
Bir neçə kitabın müəllifi və redaktorudur. |
Prezident İlham Əliyevin 4 oktyabr 2016-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının Əməkdar jurnalisti fəxri adı verilib. |
Çin alimləri iflic olan xəstənin bədəninə implant yerləşdirməklə bəzi motor funksiyalarını bərpa edə biliblər. |
Bu barədə yerli KİV Pekin Tsinxua Universitetinin mətbuat xidmətinə istinadən məlumat yayıb. |
Məlumata görə, alimlər bunun üçün universitetdə hazırlanmış orijinal neyroimplantdan istifadə ediblər. |
Belə bir əməliyyat Çində ilk dəfədir həyata keçirilir. |
İki sikkə ölçüsündə olan çip 2023-cü ilin payızında 2010-cu ildə yol-nəqliyyat hadisəsi nəticəsində iflic olan bir kişiyə implantasiya edilib. |
Maşın öyrənmə alqoritmindən istifadə edərək üç aylıq müntəzəm məşqlərdən sonra xəstə müstəqil olaraq yeyib-içə bilib. |
İnsan orqanizminə yerləşdirilən çip insan intellektini kompüterlə birləşdirməyə qadirdir. |
Onun istifadə potensialına gələcəkdə iflic olan şəxsin idrak qabiliyyətlərinin artırılması da daxildir. |
ABŞ-nin Merilend ştatındakı Con Hopkins Universitetinin alimləri Yerdəki həyatın təxminən 4 milyard il əvvəl planetdə mövcud olmuş üzvi dumanlardan yarana biləcəyini təxmin edirlər. |
Bununla bağlı aparılmış tədqiqat “The Planetary Science Journal” elmi jurnalında dərc olunub. |
Mütəxəssislərin fikrincə, Yer kürəsinin yaradılmasından sonra Hadey geoloji eonu kimi tanınan bir dövr təxminən 500 milyon il davam edib. |
Bu zaman planet amin turşuları və nuklein əsaslarını - ilk orqanizmlərin yaradılması üçün tikinti materiallarını ehtiva edən bir dumanla örtülü olub. |
Bu hissəciklər Yer səthinə enərək gölməçələrə düşdükcə kimyəvi bağlar qırılaraq üzvi maddələrlə zəngin gölməçələr yaranıb. |
Tədqiqatçılar qeyd ediblər ki, bu gün Saturnun ən böyük peyki Titanda da oxşar şərait mövcuddur ki, bu da qaz nəhənginin peykini yerdən kənar həyatın axtarışı üçün perspektivli yerə çevirir. |
2028-ci ildə NASA 2034-cü ilə qədər sistemə çatacaq “Dragonfly” missiyasını Titana göndərməyi planlaşdırır. |
Bu missiya həyat izlərini axtarmaq üçün kvadrokopterin buraxılmasını nəzərdə tutur. |
Alimlər hesab edirlər ki, “Dragonfly” nəinki Titanda üzvi maddələri aşkar etməyə, həm də yer üzündəki həyatın təkamül tarixini daha yaxşı başa düşməyə kömək edəcək. |
“Türk dünyası mədəniyyətinin və incəsənətinin qorunması, yaşadılması, təbliği və gələcək nəsillərə çatdırılması məqsədilə yaradılan Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) olaraq Azərbaycan ədəbiyyatının məşhur siması Xurşidbanu Natəvanın heykəlinin Avropanın mühüm mədəniyyət və incəsənət mərkəzlərindən biri Fr... |
Bu sözlər TÜRKSOY-un Fransada Xurşidbanu Natəvanın heykəlinə qarşı törədilən vandalizm aktı ilə bağlı bəyanatında yer alıb. |
Bəyanatda, həmçinin deyilir:"“Azərbaycanın İsmayıllı və Fransanın Evian-le-Ba şəhərinin qardaşlaşması münasibətilə 2017-ci ildə açılan “Azərbaycan bağı” və burada ucaldılan Natəvanın heykəli iki ölkə arasında dostluq və əməkdaşlığın nümayişidir. |
Türk dünyasının mədəniyyət xəzinəsində silinməz izlər qoyan, ədəbiyyata verdiyi önəm və gördüyü işlərlə təkcə Qafqazda deyil, bütün dünyada dövrünü xeyli qabaqlayan, Türk dünyasının önəmli qadın şairlərindən olan Xurşidbanu Natəvanın heykəlinə qarşı törədilən vandalizm təkcə bir ölkənin mədəniyyət xadiminə deyil, həm d... |
Türk xalqının mədəniyyət və incəsənətinin ortaq çətiri TÜRKSOY olaraq mədəniyyətimizə və incəsənətimizə edilən bu mənfur hücumu pisləyir, cinayətkarların cəzalandırılacağına və bir daha belə hücumların baş verməyəcəyinə ümid edirik”. |
Qax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin satışı ilə məşğul olan şəxslərə qarşı əməliyyatlar həyata keçirilib. |
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, keçirilmiş əməliyyat zamanı rayon sakinləri - əvvəllər də xuliqanlıq və digər cinayətlərə görə məhkum olunmuş Mübariz Mustafazadə və onun qonşusu Firuz Yusifov saxlanılıb. |
Hər iki şəxsin üzərinə və yaşadıqları ünvanlara baxış keçirilən zaman ümumi çəkisi 4 kiloqram 230 qrama yaxın qurudulmuş marixuana, eləcə də çətənə bitkisinin toxumları aşkar edilib. |
Araşdırma zamanı saxlanılan şəxslərin həmin narkotik vasitələri ötən ilin yaz aylarında meşəlik ərazidə becərdikləri çətənə bitkilərindən satış və şəxsi istifadələri üçün əldə etdikləri məlum olub. |
Həmin əraziyə baxış keçirilərkən isə çəkisi 14 kiloqram olan 65 ədəd çətənə bitkisinin qalıqları aşkarlanaraq maddi sübut kimi götürülüb. |
Onlar ifadələrində narkotiklərin satışı ilə məşğul olduqlarını etiraf ediblər. |
Davam etdirilən tədbirlərlə Firuz Yusifovun narkotik vasitəni satdığı rayon sakini, əvvəllər də analoji əmələ görə məhkum edilmiş Kərim Abdullayev saxlanılıb. |
Polis əməkdaşları tərəfindən onun idarə etdiyi avtomobilə baxış keçirilərkən F.Yusifovdan aldığı qurudulmuş marixuana aşkarlanıb. |
Faktlarla bağlı cinayət işləri başlanıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir. |
Keniyanın paytaxtı Nayrobidə yanacaqdoldurma məntəqəsindəki güclü partlayış və ardınca baş verən yanğın nəticəsində azı iki nəfər ölüb. |
Bu barədə yerli mətbuat xəbər verib. |
Keniya Qırmızı Xaç Cəmiyyəti insident nəticəsində iki nəfərin öldüyünü, 298 nəfərin xəsarət aldığını bildirib. |
Qeyd olunur ki, xəsarət alanların sayının çox olması yanacaqdoldurma məntəqəsinin ətrafında yaşayış evlərinin yerləşməsi ilə əlaqədardır. |
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Çex Respublikası Parlamentinin Deputatlar Palatasının sədri Marketa Pekarova Adamova ilə görüşüb. |
Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb. |
Bildirilib ki, görüş zamanı iki ölkə arasında qarşılıqlı səfərlərin, davamlı siyasi dialoqun, həmçinin parlamentlərarası əməkdaşlığın önəmini vurğulayıb və ikitərəfli iqtisadi münasibətlərin, xüsusilə də enerji, yaşıl iqtisadiyyat, turizm, kənd təsərrüfatı, təhsil, qarşılıqlı sərmayə qoyuluşu və digər istiqamətlər üzrə... |
Ceyhun Bayramov Azərbaycan tərəfindən ətraf mühitin mühafizəsi, bərpa olunan enerji mənbələrinə keçid üzrə görülən tədbirlər, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ölkəmizin ev sahibliyi və bu sahədəki beynəlxalq öhdəliklərinə verdiyi önəmi vurğulayıb. |
Bununla yanaşı, ölkəmizin nəqliyyat potensialı və Orta Dəhlizin inkişaf perspektivlərinə toxunaraq, dəhlizin Avropanı Cənubi Qafqaz və Mərkəzi Asiyadan keçməklə önəmli beynəlxalq nəqliyyat marşrutlarından olduğu vurğulanıb. |
Ceyhun Bayramov Azərbaycanın Aİ və üzv dövlətlərin etibarlı tərəfdaşı olduğunu, ölkəmizə qarşı ikili standartların tətbiqinin və ədalətsiz yanaşmanın sərgilənməsinin regionda dayanıqlı sülhün qurulmasına töhfə vermədiyini vurğulayıb. |
O, həmçinin Avropa Şurası Parlament Assambleyasında anti-Azərbaycan xarakteri daşıyan qərarın qəbul edilməsi və Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin ratifikasiya edilməməsi ilə bağlı azlıq olan bir qrupun təşəbbüsünün dialoqa xidmət etmədiyini bildirib. |
Nazir Azərbaycan və Ermənistan arasında 30 ildən sonra ilk dəfə olaraq sülh üçün real şərait yarandığını, Aİ və bəzi üzv dövlətləri tərəfindən hər hansı ad altında Ermənistana hərbi yardım göstərilməsinin və ya Ermənistana havadarlıq etməklə sülh prosesindən yayındırılmasının Cənubi Qafqaz regionunda dayanıqlı sülhün q... |
Görüşdə iki ölkə arasında gündəlikdə duran digər aktual məsələlər və qarşılıqlı maraq kəsb edən mövzular ətrafında fikir mübadiləsi aparılıb. |
Gəncə Apellyasiya Məhkəməsində Tovuzda qətl törətməkdə təqsirləndirilən Vüsal Əhmədov və Anar Tağıyevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. |
Pravda.az xəbər verir ki, hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. |
Qərara əsasən, şikayət təmin edilməyib. |
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vüsal Əhmədov 17, Anar Tağıyev 16 il müddətində azadlıqdan məhrum ediliblər. |
Qeyd edək ki, hadisə 2022-ci ilin iyulunda Tovuz rayonunun Aşağı Quşçu kəndində qeydə alınıb. |
Dava zamanı 1987-ci il təvəllüdlü Nizami Əli oğlu Vəliyev bıçaqlanaraq qətlə yetirilib. |
1987-ci il təvəllüdlü Anar Mammed oğlu Tağıyev, 1983-cü il təvəllüdlü Vüsal Xəqani oğlu Əhmədov isə bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdiriliblər. |
Hadisənin təfərrüatına gəlincə, Kənan adlı şəxsin 1987-ci il təvəllüdlü Anar Tağıyev və 1983-cü il təvəllüdlü Vüsal Əhmədovla mübahisəsi düşüb. |
Mübahisəyə 35 yaşlı Nizami Vəliyev də qarışıb. |
İlkin məlumata görə, N.Vəliyev digər şəxslərə nalayiq sözlər deyib. |
Bundan sonra tərəflər arasında yenidən dava düşüb. |
Bu zaman Anar Tağıyev Nizami Vəliyevə səkkiz bıçaq zərbəsi vurub. |
Sonuncu hadisə yerində dünyasını dəyişib. |
Vüsal Əhmədov və Anar Tağıyev də bıçaq xəsarətləri alıblar. |
Daha sonra V.Əhmədovla A.Tağıyev istintaqa cəlb ediliblər. |
Dominikan Respublikası dörd günlük iş rejiminə keçməyə hazırlaşır. |
Artıq Dominikan Respublikasının Əmək Nazirliyi vətəndaşların iş vaxtını həftədə 44 saatdan 36 saata endirməyi hədəfləyən pilot layihəni işə salıb. |
Proqram altı ay müddətində sınaqdan keçiriləcək. |
Bu müddət ərzində pilot layihəyə könüllü olaraq qoşulan şirkətlər iş vaxtının azaldılmasının əmək məhsuldarlığına təsirini qiymətləndirəcəklər. |
Qeyd edək ki, son illərdə dünyanın bir sıra ölkələrində dörd günlük iş həftəsinə keçidlə bağlı qərarlar verilib. |
Bu sırada Almaniya, Birləşmiş Ərəb Əmirlikləri, Belçika, İngiltərə, Uels kimi ölkələrin adını qeyd edə bilərik. |
Ali Məhkəmədə fahişəliyə cəlb etmədə və əxlaqsızlıq yuvaları saxlamada təqsirləndirilən Sahib Səfərovun (şərti) barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. |
Pravda.az xəbər verir ki, hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. |
Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib. |
İttihama görə, Sahib Səfərov 2021-2022-ci illər ərzində istintaqla müəyyən edilə bilinməyən ay, gün və vaxtda yaşadığı Ağdam rayonu Quzanlı Köçkün qəsəbəsində yerləşən fərdi yaşayış evinin həyətindəki qeyri-yaşayış sahəsini müştərilərin cinsi əlaqədə olması üçün yataq dəsti və digər məişət avadanlıqları ilə təchiz edib... |
O, həmin yeri yararlı vəziyyətə gətirərək arvadı H.S.-ni (şərti) bir neçə dəfə kişi müştərilərlə görüşdürüb, fahişəliklə məşğul olmağa cəlb edib. |
Daha sonra Sahib Səfərov cinayət məsuliyyətinə cəlb edilib. |
Ağdam Rayon Məhkəməsinin hökmü ilə o, 4 il müddətinə azadlıqdan məhrum edilib. |
Gəncə Apellyasiya Məhkəməsi hökmü dəyişdirmədən saxlayıb. |
Lerik sakininin üzərindən və yaşadığı evdən narkotik aşkarlanıb. |
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Lerik Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon sakini, əvvəllər məhkum olunmuş Elşad Ağayev saxlanılıb. |
Onun üzərindən və yaşadığı evdən ümumilikdə 400 qram marixuana aşkarlanaraq götürülüb. |
Həmin şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. |
Bundan əlavə, Lerik RPŞ-nin əməkdaşlarının qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi və ya könüllü təhvil verilməsi istiqamətində keçirdikləri növbəti əməliyyat və profilaktiki tədbirlər nəticəsində 2 ədəd "Kalaşnikov" avtomatı, 60 ədəd patron və müvafiq sənədləri olmadan qanunsuz saxlanılan 3 ədəd ... |
Bu istiqamətdə tədbirlər davam etdirilir. |
Gəncə Apellyasiya Məhkəməsində xüsusi amansızlıqla qəsdən sağlamlığa az ağır zərər vurmada təqsirləndirilən Zaman Əliyevin (şərti) barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti və apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. |
Pravda.az xəbər verir ki, hakim Əlizamin Abdullayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. |
Qərara əsasən, həm protest, həm də şikayət təmin edilib, Tovuz Rayon Məhkəməsinin çıxardığı 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) hökmü dəyişdirilib və ona 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunub. |
Zaman Əliyevin barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilib və onun barəsində daha əvvəl Tovuz Rayon Məhkəməsinin qərarı ilə Tovuz Rayon Polis Bölməsində istintaq edilən Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə həbs qətimkan tədbi... |
İttihama görə, hadisə 26 fevral 2023-ci il tarixdə, saat 18 radələrində Tovuz rayonu Əyyublu kəndində qeydə alınıb. |
Belə ki, Zaman Əliyev keçmiş qayınanası, zərərçəkmiş Sənəm Əkbərovanın (şərti) yaşadığı evin həyətində keçmiş həyat yoldaşının mobil telefon nömrəsini müəyyənləşdirmək məqsədilə həmin telefonu onun əlindən alıb. |
Bu zaman Sənəm Əkbərova ona müdaxilə edərək telefonu geri götürüb. |
Sonra Zamanla Sənəm arasında mübahisə yaranıb. |
Nəticədə o, qızının gözü qarşısında keçmiş qayınanasının sifət nahiyəsinə yumruqla ardıcıl zərbələr vuraraq, qadının burnunu sındırıb. |
Hadisədən sonra Zaman Əliyev cinayət məsuliyyətinə cəlb edilib və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. |
Qubada 20 yaşlı qız dəm qazından ölüb. |
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.