Search is not available for this dataset
text
stringlengths
10
518k
Belə olduğu halda, könüllüləri əraziyə toplayan, 50-60 yaşlı qocaların ümidinə qalan N.Paşinyan hökuməti ilk olaraq öz səhvini və günahını etiraf etməli, sonra başqa günahkarlar axtarmalıdır.
Beynəlxalq qanun prizmasından yanaşsaq, “Yerkrapa” kimi terror təşkilatının Azərbaycanla şərti sərhəd xəttinə yerləşdirilməsi birbaşa cinayətdir və erməni hökuməti həm bu məsələyə, həm də təxribata görə məsuliyyət daşıyır.
2020-ci ildən Azərbaycan-Ermənistan şərti sərhəd xəttində növbə çəkən terror qruplaşmasının bu gün 10 minə yaxın üzvü var və belə bir silahlı qruplaşmanın ölkə daxilində olması hökumət üçün əslində, təhlükə mənbəyidir.
İstənilən siyasi güc bu qruplaşmadan şəxsi maraqları üçün istifadə edə bilər.
Bununla yanaşı, erməni hökumətinin Rusiya sərhədçilərinə qarşı kəskin münasibəti hər gün artır.
Məsələn, elə bu yaxınlarda Ermənistan parlamentinin sədri Alen Simonyan bildirib ki, İrəvandakı “Zvartnots” hava limanından Rusiya sərhədçilərini çıxarmaq lazımdır.
O, N.Paşinyanın komandasında kifayət qədər ranqlı məmurdur və Qərbin inanılmış kadrlarından sayılır.
Təbii ki, belə bir açıqlamanın pərdəarxası məqamları var və görünür, A.Simonyan da müəyyən direktiv və tapşırıqlar üzrə hərəkət edir.
Məqsəd isə aydındır:rusiyalı sərhədçiləri Ermənistan ərazisindən çıxarmaq.
Avropa Parlamenti isə İrəvanda baş verənlərdən həvəslənərək, Ermənistan sərhədindəki monitorinq missiyasını genişləndirmək, müşahidəçiləri Türkiyə ilə sərhədə yerləşdirmək barədə təklif irəli sürüb.
Hazırda isə Ermənistan-Türkiyə sərhədində rusiyalı sərhədçilər yerləşdiriliblər və belə bir təklifin səsləndirilməsinin hansı məqsədə xidmət etdiyi də açıq-aydın görünür.
Düzdür, hələlik bu, sadəcə, bir təklifdir.
Amma yaxın dövrdə erməni hökumətinin rəsmiləri tərəfindən bu cür açıqlamaların veriləcəyi, N.Paşinyanın bu işə qol qoyacağı ehtimalı çox yüksəkdir.
Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova N.Paşinyana və hökumətinə cavab verib.
O bildirib ki, “Zvartnots” aeroportu ilə bağlı rəsmi İrəvandan heç bir tələb gəlməyib, erməni rəsmilərin açıqlamaları isə faktların təhrif edilməsidir.
Bununla yanaşı, rusiyalı diplomat N.Paşinyan hökumətinə də mesaj göndərib.
XİN rəsmisi açıqlamasında qeyd edib ki, Mehri marşrutuna rusiyalı sərhədçilərin nəzarət etməsi optimal qərar ola bilər.
Bu isə o deməkdir ki, Kreml sərhədçilərini Ermənistandan çıxarmaq kimi fikri nəzərdən keçirmir.
Əksinə, missiyanı genişləndirərək, daha çox nəzarəti öz üzərinə götürmək fikrindədir.
Moskvanın bu cavabı həm erməni hökumətinin baş nazirinə, həm də Fransaya və Aİ müşahidəçilərinə kiçik xəbərdarlıq kimi qiymətləndirilə bilər.
Əgər hadisələr başqa məcrada inkişaf etsə, rəsmi İrəvan Rusiya sərhədçilərinə qarşı mənfi münasibət sərgiləsə, çox güman, Kremlin sərt cavabı ilə üzləşəcək.
Aktyorlar Bred Pitt və Corc Kluni Nyu-Yorkda Corc Uottsun “Qurdlar” filminin çəkiliş meydançasında birlikdə görüntüləniblər.
“Bred Pitt və Corc Kluni əbədi dostdurlar.
Birlikdə çəkilişləri arasında neçə il keçməsindən asılı olmayaraq, onlar bir-birlərinə dəyər verir və hörmət edirlər”, - deyə insayder bildirib.
İki muzdludan bəhs edən filmdə aktrisa Emi Rayan da rol alacaq.
Kluni və Pitt bu layihəni çox bəyənirlər, ona görə də böyük məmnuniyyətlə “Qurdlar” filminin çəkilişlərində iştirak edirlər.
Fevral ayının 28-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində dəniz səviyyəsindən 1867 metr yüksəklikdə yerləşən “Sım” sərhəd zastavası əsaslı təmir edilərək xidməti istifadəyə verilib.
Bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb.
Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi, torpaqlarımızın işğaldan azad olunması uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Ərazi bütövlüyümüzün bərpa olunması və dövlət sərhədlərimizin işğaldan azad edilməsindən sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına uyğun olaraq zəruri sərhəd müdafiə və mühafizə infrastrukturunun yaradılmasının, hərbi qulluqçuların xidmət şəraitinin və ...
Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin təbrikini Dövlət Sərhəd Xidməti rəisinin müavini - Sərhəd Qoşunlarının komandanı general-leytenant Araz Məmmədov şəxsi heyətə çatdırıb.
Açılış mərasimindən sonra xidməti istifadəyə verilmiş sərhəd zastavasına baxış keçirilib, yaradılan şəraitlə tanış olunub.
Sərhəd zastavasının inzibati binasında zəruri avadanlıqlarla təchiz edilmiş xidməti otaqlar və yeni inşa edilmiş 4 mənzilli yaşayış evləri şəxsi heyətin istifadəsinə verilib.
Sonda şəxsi heyətlə birlikdə əsgər yeməkxanasında nahar edilib.
PSJ-nin futbolçusu Kilian Mbappenin agenti və anası Fayza Lamari onun “Real Madrid”ə keçidinin son təfərrüatını öyrənmək üçün Madridə səfər ediblər.
Məlumata görə, Lamari futbolçunun çevrəsindən bir neçə yaxın adamla Madridə yollanıb.
“Real Madrid” təmsilçiləri ilə söhbət zamanı o, oğlunun İspaniyanın paytaxtındakı həyatı ilə bağlı məsələ qaldırıb və onun təhlükəsizliyindən narahat olduğunu bildirib.
Bu səfərdən sonra bütün formallıqlar həll olunub.
Mbappenin PSJ ilə hazırkı müqaviləsi 2024-cü ilin yayına qədərdir.
Mart ayında bəzi insanlarda depressiya yaranır.
Deyirlər ki, “qanın qaynayan vaxtı” olduğu üçün bir çox insanlar “yaz depressiyası”na düşürlər, bəzi xəstəliklər özünü daha aydın büruzə verir.
Maraqlıdır, yaz fəslinin gəlişi hansı xəstəlikləri oyadır və əhvala necə təsir edir?
Psixoloq Könül Telmanqızı Oxu.Az-a açıqlamasında qeyd edib ki, fərdlərin yeni mövsümə uyğunlaşmaq üçün vaxt ayırması tamamilə təbii haldır.
“Çox vaxt mövsümi depressiyanın simptomları payız və qış aylarında başlayır və yazın əvvəlində yaxşılaşır, lakin bu həmişə belə olmur.
Çünki yazda başlayan və yaya qədər davam edən əhval dəyişikliklərini də görmək mümkündür”.
Psixoloq qeyd edir ki, mövsümün dəyişməsi melatonin və serotonin hormonlarının səviyyəsinin enməsinə səbəb olur ki, bu da tarazlığı poza bilir.
“Məlumdur ki, melatonin hormonu orqanizmdə həm yuxu rejiminin, həm də əhvali-ruhiyyənin formalaşmasında əsas rol oynayır.
Serotonin hormonunun azalması isə depressiya yaradır.
Məsələn, Günəş işığının qəfil artması insan bədəninin daha az melatonin istehsal etməsinə səbəb olur, buna görə də lazım olandan daha az yatırıq.
Yuxusuz olduğumuz zaman isə vücudumuz stres hormonu olan kortizolu daha çox ifraz etdiyi üçün depressiya və emosional həssaslıq yarana bilir.
Yaz-yay aylarında yüksək temperatur və rütubət fərdlərə fiziki və psixoloji təsir göstərir.
Çünki insan orqanizminin yorulması havada olan rütubətin artmasından irəli gəlir.
İstilik və rütubətlə bağlı narahatlıq, bitmək bilməyən problemlər isə süstlük, əsəbilik və ya aşağı motivasiya hissləri ilə özünü göstərə bilər”.
Yazqabağı depressiyadan qurtulmaq üçün psixoloq məsləhət görür ki, fərdlər özlərində xoş fəaliyyətlər, müsbət və ya faydalı vərdişlər rutini yaratmağa kömək edən davranışları aktivləşdirsinlər.
Məsələn, səhər və axşam saatlarında açıq havada gəzmək çox yaxşı təsir bağışlayır.
Yaz fəslində orqanizmdə, əsasən, hansı xəstəliklərin baş qaldırması haqqında Oxu.Az-a danışan pediatr Aytən İsmayılzadə bildirir ki, mart ayı təbiətin oyanış dövrü olduğu üçün əlbəttə ki, orqanizmdə də oyanış prosesi baş verir:"""“Fəsillər dəyişəndə bir çox təbii proseslər baş verdiyinə, kainatda maqnit dalğaları dəyiş...
Bizim mikrobiotamızda bu hal yaranır və bağırsaq florasında zəifləmə ola bilir.
Yəni yaxşı mikroblar öldüyü və ya zəiflədiyi üçün orqanizm təbiət dəyişkənliyinə dərhal adaptasiya ola bilmir, nəticədə xroniki xəstəliklər özünü büruzə verir”.
Pediatr qeyd edir ki, fəsil dəyişkənliyinin bioloji olaraq orqanizmə təsiri birinci növbədə mikrobiotaya olan təsirdir.
Onun zəifləməsi isə immun sisteminin zəifləməsinə və müxtəlif xəstəliklərin baş qaldırmasına səbəb ola bilir:""“Yaz ayı ilə əlaqədar həm də xüsusi pallinoz dediyimiz “bahar xəstəliyi” uşaqlarda allergiya, allergik konyuktivit və allergik otit şəklində özünü büruzə verə bilir.
Buna misal kimi gözlərin qaşınması, sulanması, burunda qaşınma, sulanma, asqırma, bronxial astma kimi xəstəliklərin kəskinləşməsi, dəri qaşınmalarının aktivləşməsini göstərə bilərik”.
Pediatr qarşıdan gələn Novruz bayramında da diqqətli olmağı tövsiyə edib və qeyd edib ki, yaz fəslində çərşənbələr və bayramla ilə bağlı un məhsulları, ləpələr və şirniyyatlardan çox istifadə də uşaqlarda bağırsaq florasının pozulmasına, bağırsaqda göbələyin aktivləşməsinə, allergik fonun güclənməsinə səbəb ola bilir”.
“Azərbaycan Milli Məclisi Avropa Parlamentinin fevralın 28-də “Ümumi təhlükəsizlik və müdafiə siyasətinin həyata keçirilməsi” ilə bağlı qəbul etdiyi illik hesabatda əksini tapmış qərəzli, birtərəfli, beynəlxalq hüquq və ədalət anlayışları baxımından etinasız, laqeyd fikirləri kəskin şəkildə qınayır və buna qətiyyətlə e...
Oxu.Az xəbər verir ki, bu fikirlər Azərbaycan parlamentinin bəyanatında yer alır.
Bildirilir ki, uzun illər ərzində Avropa strukturlarının, xüsusən də Avropa Parlamentinin Azərbaycan torpaqlarının Ermənistan tərəfindən 30 illik işğalının ağır nəticələrinə, törədilmiş vandallıqlara, bir neçə gün əvvəl növbəti ildönümü qeyd olunmuş Xocalı soyqırımına siyasi-hüquqi qiymət verməkdən ardıcıl surətdə imti...
“Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın böyük qurbanlar hesabına öz torpaqlarını işğaldan azad edərək, beynəlxalq hüququn norma və prinsiplərini təkbaşına yerinə yetirməsinə göstərilən münasibət də əvvəlkilərdən fərqlənmirdi.
Lakin belə görünür ki, Avropa Parlamenti Cənubi Qafqaz regionunda baş verən hadisələrə özünün riyakar və ikiüzlü yanaşmalarında “yeni nailiyyətlər” qazanmaq əzmini davam etdirmək niyyətindədir.
Populizm və demaqogiyanı əlində rəhbər tutan, sülhə və sabitliyə xidmət etməyən sənədləri, açıqlamaları dövriyyəyə buraxmaqla özlərinə siyasi kapital qazanmağa çalışan avropalı siyasətçilər müəyyən dairələrin onlar üçün nəzərdə tutduğu “alət” rolunu inamla oynamaqda israrlıdırlar.
Avropa Parlamentinin illik hesabatında əks olunmuş bir sıra məqamlar da məhz bunu deməyə əsas verir.
Ermənistanın rəsmi bəyanatları ilə eynilik təşkil edən həmin məqamlara nəzər yetirdikdə, bu sənədin erməni lobbisinin təsiri və diktəsi altında hazırlandığı özünü aydın şəkildə büruzə verir.
Qeyd olunan sənəd həm də Avropa Parlamentində azərbaycanofob və islamofob təfəkkürün, şovinist və irqçi ideologiyanın getdikcə daha da güclənməkdə olduğunu göstərir.
Bu zərərli tendensiyaların ardıcıl və davamlı şəkildə nümayiş etdirilməsi məsələsində Avropa Parlamentinin Avropa Şurası Parlament Assambleyası ilə açıq rəqabətə girdiyi aşkar sezilməkdədir”, - bəyanatda vurğulanır.
Diqqətə çatdırılır ki, Avropa Parlamentinin bu hesabatı Cənubi Qafqaz regionundakı mövcud reallıqları nəinki təhrif edir, həm də cərəyan edən proseslər baxımından kifayət qədər təhlükəli xarakter daşıyır:""“Məhz Azərbaycanın 44 günlük Vətən müharibəsindən sonra regionda uzunmüddətli sülh və sabitliyin bərqərar olması i...
Digər tərəfdən, Almaniyada sülh danışıqlarının davam etdiyi bir vaxtda qəbul edilmiş bu qətnamə və irəli sürülən absurd iddialar ciddi suallar doğurur:Avropa Cənubi Qafqazda sülhün bərqərar olmasında həqiqətənmi maraqlıdır?
Azərbaycana qarşı qəti addımların atılmasına, sanksiyaların tətbiqinə çağıran avropalı parlamentarilər üçün Azərbaycanın suverenliyi və ərazi bütövlüyü Ermənistanın suverenliyi və ərazi bütövlüyündən daha az əhəmiyyətlidirmi?”"“Hesabatda Ermənistanın silahlandırılmasının zəruriliyinə dair yer alan fikirlər isə regionda...
Görünən budur ki, Avropa Parlamenti artıq Fransanın anti-Azərbaycan siyasətini aşkar şəkildə mənimsəyib, Makron və Borrel kimi “siyasətçilər”in konkret məqsədlərə xidmət edən düşüncələrini özünə siyasi xətt kimi seçib.
Bu düşüncələri sülh, təhlükəsizlik və demokratiya səyləri ilə pərdələməkdən isə çəkinmirlər.
Avropa Parlamenti başa düşməlidir ki, daha əvvəl qəbul etdiyi qətnamələr kimi, bu sənəd də Azərbaycan üçün heç bir əhəmiyyət daşımır.
Azərbaycanın ərazi bütövlüyü və suverenliyi heç kim tərəfindən şübhə altına alına bilməz.
Heç kim Azərbaycana təzyiq göstərə bilməz.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmiz artıq yeni dövrə qədəm qoyub.
İşğaldan azad olunmuş ərazilərini bərpa edən, məcburi köçkünləri öz doğma torpaqlarına qaytaran güclü və qətiyyətli Azərbaycan üçün bu dövr həm də beynəlxalq səviyyədə sülhə, ədalətə, dürüstlüyə və səmimiyyətə əsaslanan əməkdaşlığı və tərəfdaşlığı ehtiva edir.
Avropa Parlamentinin rəhbər tutduğu “prinsiplər” isə birmənalı şəkildə rədd edilir.
Azərbaycan Respublikasının Milli Məclisi Avropa Parlamentinin regionda sülh və sabitliyin təmin olunması istiqamətində göstərilən səylərə zərbə vurmaq niyyətini qəti şəkildə qınayır, bu cür cılız təxribatlarla deyil, Avropanı narahat edən ciddi və təxirəsalınmaz məsələlərlə məşğul olmağı tövsiyə edir”, - deyə bəyanatda...
Milli Məclisin deputatı Tural Gəncəliyev Azərbaycanın Cənubi Qafqazda yaratdığı yeni reallıqların dəyişdirilməsi cəhdlərinə yol verməyəcəyini deyib.
Onun sözlərinə görə, biz bütün bu təxribatların və Azərbaycana qarşı aparılan kampaniyanın bir mərkəzdən idarə edildiyinin şahidiyik:"""“Ermənistan və Fransa başda olmaqla onun havadarları Cənubi Qafqazda postmünaqişə dövründə normallaşma vəziyyətini gərginləşdirmək üçün yeni təxribatlar yaratmağa çalışırlar.
Cənubi Qafqazda gedən proseslərin Azərbaycan əleyhinə dəyişməsi üçün bir neçə istiqamətdə addımlar atılır.
Bunlardan birincisi informasiya müharibəsidir.
Fransa mediasında və Avropa İttifaqının, həmçinin dünyanın tanınmış KİV-ində Azərbaycanın Ermənistana hücuma hazırlaşması kimi feyk xəbərlər yayaraq informasiya mübarizəsini daha da gərginləşdirirlər.
Cənubi Qafqazda yeni müharibənin olacağı barədə absurd fikirlər səsləndirilərək günahı Azərbaycanda axtarmağa çalışırlar.
Eyni zamanda, Ermənistan qurban rolunda təqdim edilir və Paris İrəvanı ciddi şəkildə silahlandırmağa davam edir”.
Milli Məclisin üzvü qeyd edib ki, Fransa müdafiə nazirinin şəxsən İrəvana gəlməsinin, hərbi təyyarə fonunda ölkəsinin televiziyalarına müsahibə verməsinin, Paşinyanın Fransaya səfərinin, həmçinin Yunanıstanla qarşılıqlı səfərlərin də özlüyündə bir sıra məqsədləri var:""“Onlardan birincisi Ermənistanın Fransa tərəfindən...
Bütün bunlarla yanaşı, dünyadakı erməni təşkilatlarının da Paşinyanla münasibətlərinin yaxşılaşdırılması istiqamətində də cəhdlərin olduğu görünür.
Xüsusilə, Fransadakı daşnak ideologiyasına xidmət edən təşkilatların Paşinyanla mövqelərinin yaxınlaşdırılması barədə öhdəliyi də sanki bu ölkə öz üzərinə götürüb”.
Deputat bildirib ki, Paşinyan erməni, daşnak ideologiyasına xidmət edən radikal diaspor təşkilatları ilə fikir ixtilaflarına malikdir:""“Lakin Fransa və Ermənistanın məkrli planlarının aparıldığı şəraitdə biz həmin fikir ayrılıqlarının kənara qoyulduğunu və sanki bütün resursların Azərbaycana qarşı səfərbər edildiyinin...
Bütün bu proseslər Fransa və Ermənistanın Cənubi Qafqazda yaranmış yeni reallıqları qəbul etmək istəmədiklərini göstərir.
Ermənistanın silahlandırılması, şərti sərhəd zolağında təxribatlara əl atılması və bütün bunlarda Azərbaycanın günahlandırılması faktları mövcuddur.
Avropa İttifaqı missiyasının mandatı olmamasına baxmayaraq, şərti sərhəd zolağında casus, kəşfiyyat xarakterli addımlar atır və həm onların, həm də Fransanın casus şəbəkəsi artıq ifşa edilib.
Prosesləri analiz edərkən aydın olur ki, yeni destruktiv hərbi-siyasi alyans sürətlə formalaşmaqdadır.
Bu alyansa daxil olan Fransa, Yunanıstan, Yunan Kipri və Hindistan kimi ölkələrin Ermənistana dəstək verərək revanşist qüvvələri alovlandırması regionda yeni xaosun yaranmasını dəstəkləmək deməkdir”.