Search is not available for this dataset
text
stringlengths 10
518k
|
|---|
Tədrisin ilkin mərhələdə türk və ingilis dillərində aparılacağını deyən nazir akademik dəstəyin Türkiyə, inzibati, maliyyə dəstəyinin isə Azərbaycan tərəfindən göstəriləcəyini vurğulayıb:""“Burada həm azərbaycanlı, həm də türkiyəli müəllimlər çalışacaqlar.
|
Həm Türkiyə-Azərbaycan, həm də Qarabağ Universitetində yeni tədris modelləri və ən yaxşı tələbə-müəllim kontingentinin formalaşdırılması hədəflənib”.
|
Cəmiyyətdə psixoloqlarla bağlı fikirlər müxtəlifdir.
|
Əksəriyyəti onların xidmətindən istifadənin mənasız olduğunu düşünsə də, inkişaf etmiş ölkələrdə vəziyyət tamamilə əksinədir.
|
Hətta qonşu ölkələrdə ən çox müraciət olunan peşə sahiblərindən biri də elə psixoloqlardır.
|
Bəs Azərbaycanda onlara inam nə üçün arzuolunan qədər deyil?
|
Psixoloq Elmir Əkbər bu peşə sahiblərinə inamsızlığın səbəbinə aydınlıq gətirib.
|
“Əxlaqsız həyat tərzi yaşayan adam da, təlxək də özünü psixoloq adlandırır.
|
Müxtəlif verilişlərdə bu peşəyə aidiyyətləri olmadığı halda özlərini psixoloq kimi təqdim edirlər.
|
Vətəndaşlar da bunları görüb psixoloq yanına getmək istəmirlər”, - E.Əkbər söyləyib.
|
Ətraflı Baku TV-nin videosunu təqdim edirik:
|
“Yaxın 5 ildə Qarabağ Universitetində tələbə sayının beş min nəfərə çatdırılması planlaşdırılır”.
|
Oxu.Az-ın məlumatına görə, bunu elm və təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə bildirib.
|
Onun sözlərinə görə, növbəti tədris ilindən fəaliyyətə başlayacaq Qarabağ Universitetində ilkin mərhələdə bakalavriat səviyyəsi üzrə 1000-ə yaxın tələbənin qəbulu planlaşdırılır:""“Universitetdə ilk mərhələdə altı fakültə, 20 ixtisas üzrə tədris aparılacaq.
|
Növbəti illərdə ixtisasların sayının artırılması planlaşdırılır”.
|
E.Əmrullayev onu da əlavə edib ki, Qarabağ Universitetində tələbələr ilk illərdə dövlət hesabına təhsil alacaq, sosial tədbirlərlə əhatə olunacaq, əlavə təqaüdlər və ödənişsiz yataqxana ilə təmin olunacaqlar.
|
Nazir əlavə edib ki, Qarabağ Universitetində dərs deyən müəllimlərin maaşı orta əməkhaqqından artıq olacaq.
|
Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadən Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsi tərəfindən hazırlanmış “Ümumi xarici və təhlükəsizlik siyasətinin həyata keçirilməsi haqqında illik hesabatı” üzrə qəbul edilmiş qətnaməyə münasibət bildirib.
|
O, bununla bağlı yerli mətbuatın sualına cavab olaraq danışıb.
|
“Ölkəmizə qarşı müddəaların əks olunduğu “Ümumi xarici və təhlükəsizlik siyasətinin həyata keçirilməsi haqqında illik hesabatı” qətiyyətlə pisləyir və rədd edirik.
|
Azərbaycana qarşı aparılan qarayaxma kampaniyasının tərkib hissəsi olan, bütün faktların təhrif olunduğu, böhtan xarakterli və tamamilə əsassız bu müddəalar Avropa İttifaqının ümumi xarici və təhlükəsizlik siyasətinin gələcəyinə dair ciddi suallar yaradır.
|
Təəssüf ki, xarici və təhlükəsizlik siyasətinə dair dayaz yanaşmanın əksi olan bu hesabat, həm də Avropa Parlamentinin üzvlərinin populist siyasətin əsiri olduqlarını, həmçinin regionumuzla bağlı düzgün strateji yanaşma inkişaf etdirməkdən nə qədər uzaq olduqlarını göstərir.
|
Bəyanatlarında ərazi bütövlüyü və suverenliyə hörməti aşılayan Avropa İttifaqının bir qurumu olan Avropa Parlamentinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı nümayiş etdirdiyi bu hörmətsizlik, ölkəmizin öz suveren ərazilərində heç bir mülki əhalinin hədəf alınmadığı antiterror tədbirlərini pisləməsi və ərazilərimizdə separatçılığın və Ermənistanın keçmiş işğalçılıq siyasətinin təşviq olunması bir daha göstərir ki, Avropa Parlamenti üçün beynəlxalq hüquq və Avropa İttifaqının maraqları yox, parlament üzvlərinin şəxsi maraqları üstünlük təşkil edir.
|
Nə qədər ki, Avropa İttifaqı öz qurumlarında baş verən bu özbaşınalığa son qoymayacaq, qurumun xarici və təhlükəsizlik siyasəti beynəlxalq münasibətlər sistemində öz utopik yanaşmalarının əsiri olmaqda davam edəcək”, - XİN rəsmisi qeyd edib.
|
Qeyd edək ki, Avropa Parlamentinin plenar sessiyasında, qurumun Xarici Əlaqələr Komitəsinin sədri, Avropa Xalq Partiyasının Almaniyadan olan deputatı məruzəçi Devid Mak Alister tərəfindən hazırlanmış “Ümumi xarici və təhlükəsizlik siyasətinin həyata keçirilməsi haqqında illik hesabat” qəbul edilib.
|
Hesabatda, Azərbaycana qarşı bir sıra iddialar səslənib.
|
“Yuventus”un yarımmüdafiəçisi Pol Poqba dopinq qəbul etdiyi üçün dörd il müddətinə futboldan uzaqlaşdırılıb.
|
Bildirilir ki, antidopinq prokurorluğunun tələbi qəbul edilib.
|
Xatırladaq ki, avqust ayında Pol Poqbanın dopinq testində testosteron səviyyəsinin yüksəldiyi aşkarlanıb.
|
İttiham tərəfi Poqbanın maddəni təsadüfən qəbulu ilə bağlı versiyasına inanmayıb.
|
Pol Poqba 31 yaşını martın ortalarında qeyd edəcək.
|
Dörd illik diskvalifikasiya fransız futbolçu üçün onun idman karyerasına ciddi zərbədir.
|
Qeyd edək ki, 2023/2024 mövsümündə Poqba “Yuventus”un cəmi iki matçında iştirak edib.
|
“Bakı ilə İrəvan arasında sülhə doğru atılan hər bir addım böyük əhəmiyyət kəsb edir”.
|
Bunu Almaniyanın xarici işlər naziri Annalena Berbok “X” sosial şəbəkəsindəki hesabında Berlində Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında sülh müqaviləsi layihəsi üzrə ikigünlük danışıqlara münasibət bildirərkən yazıb.
|
“Ermənistan və Azərbaycan sülh müqaviləsinə doğru cəsarətli, lakin çətin yolla gedir.
|
Biz federal hökumət olaraq, yaraların sağalması və sülhün əldə olunması üçün aparılan sülh danışıqlarını dəstəkləyirik.
|
Bu yolda atılan hər bir addım vacibdir” , - paylaşımda qeyd olunub.
|
#Armenien & #Aserbaidschan gehen den mutigen und zugleich schwierigen Weg zu einem Friedensvertrag.
|
Wir als Bundesregierung unterstützen die Friedensgespräche, wo es nur geht.
|
Damit Wunden heilen & #Frieden für die Menschen gelingen kann.
|
Jeder Meter auf dem Weg dorthin zählt.
|
İqtisadiyyat naziri Mikayıl Cabbarov Məhəmməd Abunayyan ilə görüşüb.
|
Nazir bu barədə öz “X” hesabında paylaşım edib.
|
Bildirilib ki, Səudiyyə Ərəbistanı ilə ölkəmiz arasında iqtisadi əlaqələrin gücləndirilməsi və yaşıl enerjiyə keçidin təmin edilməsi istiqamətində hədəflərimizin reallaşmasında bu ölkədən olan investorlarla işbirliyinin əhəmiyyətli rolu var.
|
Səudiyyə Ərəbistanı ilə ölkəmiz arasında #iqtisadi əlaqələrin gücləndirilməsi və #yaşılenerji-yə keçidin təmin edilməsi istiqamətində hədəflərimizin reallaşmasında bu ölkədən olan investorlarla işbirliyinin əhəmiyyətli rolu var.
|
@ACWAPower şirkətinin İdarə Heyətinin sədri… pic.twitter.com/I0OX1AIBcW
|
“Bu gün 200-dən çox məktəbdə şagirdə davranış qaydaları tətbiq edilən məktəblərdə smartfonlardan istifadə qadağandır”.
|
Oxu.Az-ın məlumatına görə, bunu elm və təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə bildirib.
|
Onun sözlərinə görə, növbəti ildən qaydaların daha geniş məktəblərdə tətbiqi genişləndiriləcək:""“Əvvəl telefon yox idi, hadisəni üç-dörd nəfər bilirdi.
|
İndi telefon var və çəkilir, paylaşılır.
|
Hadisə baş verəndə məktəb polisə müraciət edib və addım atılıb.
|
Araşdırılıb, hadisə təsdiqini tapmayıb.
|
Bundan əlavə nə addım atılacaq?”"Nazir qeyd edib ki, psixoloqla bağlı problemlər onun məktəbdə rolunun başa düşülməməsindən irəli gəlir:""“Məktəb psixoloqunun rolu şagirdlərin təlim prosesində iş aparması, şagirdləri motivasiya etməsidir.
|
Onları klinik psixoloqlarla qarışdırmamalıdırlar”.
|
İran prezidentinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi Həsən Kazemi Qumi İran və Əfqanıstan arasındakı Hirmənd çayının su ehtiyatlarından istifadə üstündə münaqişəyə toxunaraq bildirib ki, bu il həmin çaydan İrana suyun daxil olacağı müşahidə ediləcək.
|
Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər yayıb.
|
Məlumata görə, o, İranın Əfqanıstanla sərhəddə beton divarın çəkilməsi ehtimalı olduğunu vurğulayıb.
|
“Hazırda sərhədin çəkilməsi ilə bağlı araşdırma aparılır.
|
Baxmayaraq ki, divarın çəkilməsi üçün çox vəsait tələb olunur, ancaq bunun faydaları daha çoxdur.
|
Çünki sərhədin təhlükəsizliyi milli suverenliyin əsasıdır”, - deyə Qumi bildirib.
|
Azərbaycanla Ermənistan arasında qarışıqlıq salmaq üçün yenə qaşıq bulayırlar.
|
Son illərin təcrübəsi sübut edir ki, tərəflər arasında danışıqlar başlayanda, yaxud normallaşma prosesi ilə bağlı addım atmağa cəhd göstəriləndə Azərbaycana qarşı təhrikedici təxribat törədilir.
|
Bu il fevralın 12-də iki ölkə arasındakı şərti sərhəddə Ermənistan təxribat törədib.
|
Rəsmi İrəvan, ABŞ Dövlət Departamenti, Avropa İttifaqı (Aİ), Rusiya Xarici İşlər Nazirliyi də bu insidenti təsdiqləyiblər.
|
Bu hadisədən əvvəl, yanvarın 31-də Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev və Ermənistanın baş nazirinin müavini Mqer Qriqoryan arasında görüş olmuşdu.
|
Sərhədyanı bölgədə erməni hərbçilərin atəşkəsi pozmasına baxmayaraq, rəsmi Bakı Almaniyanın təklifini qəbul etdi.
|
Fevralın 16-da Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Münhen Təhlükəsizlik Konfransı çərçivəsində birbaşa ikitərəfli görüş reallaşdı.
|
Bu danışıqların davamı olaraq fevralın 28-də Berlində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun ermənistanlı həmkarı Ararat Mirzoyanla görüşü başlayıb.
|
Tərəflər sərhədlərin müəyyənləşməsi kimi məsələləri müzakirə ediblər.
|
Görüş keçirildiyi gün də sərhədyanı bölgədə yenə olay baş verib.
|
Əlverişsiz hava şəraitinə görə azan hərbçiyə Ermənistanda cinayət işinin açılması qeyri-humanistlikdir və yeni təxribata zəmin hazırlamaq anlamına gələ bilər.
|
İrəvanın belə təxribatları Avropa Parlamentində Aİ-nin Azərbaycan üzrə müzakirə edilən qətnaməsinə don geyindirmək üçün saxtakarlığa rəvac verir.
|
Qurumun Fransadan olan deputatları Fransua-Ksavye Bellami və Milli Cəbhə Partiyasının baş katibi Nikolya Benin çıxışları Ermənistan-Fransa cütlüyünün Azərbaycana qarşı qarayaxma kampaniyasının davamlı təzahürü idi.
|
Bunlar bir müddət əvvəl Nikol Paşinyanın rəsmi Bakıya qarşı böhtan dolu çıxışının davamıdır.
|
O, fevralın 15-də hökumətin iclasında bildirmişdi ki, guya Azərbaycan müharibəyə hazırlaşır.
|
Böhtanla dolu belə bir açıqlama ilə çıxış edən hökumət başçısı bir gün sonra Münhendə sülh və normallaşma prosesindən danışırdı.
|
Torpaqları işğal altında olanda belə, rəsmi Bakı münaqişənin sülh yolu ilə həllinə çalışırdı.
|
Hətta buna görə ATƏT-in yarıtmaz keçmiş Minsk qrupu həmsədrlərinin nəticəsiz görüş və danışıqlarına 30 il dözdü.
|
Hesab edilirdi ki, problem BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamə və beynəlxalq hüquq normaları çərçivəsində həll olunacaq.
|
Ancaq təəssüf ki, bu, baş vermədi.
|
Rəsmi Bakı bütün görüş və toplantılarda sülh prinsipi və çağırışlarına sadiqliyini nümayiş etdirir.
|
Azərbaycan Ordusu bütün parametrlərə, mənəvi və ruh yüksəkliyinə görə Ermənistan silahlı qüvvələrindən üstün vəziyyətdədir.
|
Bu baxımdan, o, müharibəni davam etdirsə idi, onu İrəvanda da bitirə bilərdi.
|
İkinci Dünya müharibəsi işğalçı Hitler faşizminin paytaxtı Berlində sona çatdığı kimi analogiya da ola baş verərdi.
|
Ancaq Azərbaycan tərəfinin belə bir istəyi olmadığından Qarabağdakı erməni icmasına inteqrasiya üçün imkan və şərait yaratdı.
|
Onlar bu humanist vəziyyət və möhlətdən Azərbaycana qarşı istifadə etməyə cəhd göstərdi.
|
Rəsmi Bakı regional sabitliyin, təhlükəsizliyin təmin olunması məqsədi ilə İrəvana sülh, əməkdaşlıq kimi təkliflər edir.
|
Ancaq Ermənistan və onun Avropadakı havadarları ara qarışdırmaqla məşğuldurlar.
|
Paşinyan və Avroparlamentdəki qarayaxma kampaniyasına dəstək verənlərdən biri də Aİ-nin Xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borreldir.
|
Prezident İlham Əliyev fevralın 28-də Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyətini qəbulu zamanı çıxışında Azərbaycanın Ermənistana hücum etmək planının olmadığını bəyan edib.
|
Dövlət başçısı bildirib ki, Ermənistan tərəfinin, onların havadarlarının bu bəyanatları heç bir reallığı əks etdirmir və beynəlxalq hüququn normalarına ziddir:“İkincisi, Azərbaycan tərəfi bu bəyanatları ölkəmizə qarşı pərdələnmiş təhdid kimi qiymətləndirir”.
|
Çünki Borrel həmin avantürist çıxışında Ermənistanın baş komandanı kimi özünü apararaq bildirib ki, Azərbaycan Ermənistana hücum edərsə, bunun acı nəticələrini görəcək.
|
Prezident vurğulayıb ki, bütün bunlar Fransanın dövlət başçısı Emmanuel Makronun insinuasiyalarıdır:""“Bütün bunlar Fransanın guya Azərbaycanın Ermənistana hücuma hazırlanması ilə bağlı ölkəmizin demonizə edilməsinə əsaslanan anti-Azərbaycan siyasətinin bir hissəsidir”.
|
İlham Əliyev fevralın 12-də şərti sərhəddə erməni snayperin Azərbaycan əsgərini ağır yaralamasına adekvat cavab verildiyini xatırladıb.
|
Prezident deyib ki, bu hadisə istisna olmaqla sərhəddə sakitlikdir:“Deməli, cənab Borrel və cənab Makron bu informasiyanı reallıqdan deyil, öz xəyallarından götürürlər”.
|
Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan sülh prosesinə sadiqdir:“Məhz biz İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra sülh danışıqları təşəbbüsü ilə çıxış etdik.
|
Əslində, biz sülh yolu ilə həllin beş əsas prinsipini işləyib-hazırladıq və sülh müqaviləsinin mətninin layihəsini təqdim etdik.
|
Beləliklə, biz əgər sülh istəmiriksə, niyə bunların hamısını hazırlamışıq?
|
!”"Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra sözdə deyil, əməldə də sülhü müdafiə etdiyini, bu istiqamətdə addımlar atdığını dəfələrlə nümayiş etdirib.
|
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.