Search is not available for this dataset
text
stringlengths 10
518k
|
|---|
Koqnitiv çatışmazlıqlar ilk növbədə yaddaş, məkan planlaşdırma və şifahi düşünmə ilə bağlı sahələrdə aşkar edilib.
|
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi cari il üçün hazırlıq planına əsasən, Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) hissə və bölmələri ilə “Dərin qar və şiddətli soyuqlarda döyüş əməliyyatlarının aparılması” mövzusunda keçirilən taktiki-xüsusi təlimlər davam edir.
|
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
|
Yüksək dağlıq ərazidə xizəklə taktiki yerdəyişmə fəaliyyətlərini icra edən xüsusi təyinatlılar qarlı ərazidə qayaların və maneələrin keçilməsi, yaralanan hərbi qulluqçuya ilkin tibbi yardımın göstərilməsi və çətin keçilən ərazilər üçün nəzərdə tutulmuş daşıma vasitələri ilə təxliyəsi, eləcə də xüsusi əməliyyatların icrası üzrə digər tapşırıqları yerinə yetiriblər.
|
Taktiki-xüsusi təlimdə xüsusi təyinatlılar peşəkarlıq nümayiş etdiriblər.
|
“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-26-cı illər üçün Dövlət Proqramı” çərçivəsində 2024-25-ci tədris ili üzrə martın 1-dən sənəd qəbuluna start verilir.
|
Sənəd qəbulu iyunun 15-dək davam edəcək.
|
Bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.
|
Bildirilib ki, Dövlət Proqramı çərçivəsində 2024-25-ci tədris ili ilə əlaqədar prioritet ixtisas sahələrinə uyğun bakalavriat və magistratura təhsil proqramlarının nüfuzlu xarici ali təhsil müəssisələri üzrə siyahısı 2023-cü il noyabrın 13-də ictimaiyyətə təqdim edilib.
|
Proqrama müraciət üçün əsas şərtlərdən biri məhz sözügedən siyahıda yer alan universitetlərdən müvafiq sahə və proqramlar üzrə qəbul sənədinin əldə edilməsidir.
|
Namizədlər, həmçinin, müvafiq reytinq cədvəllərində universitetlər üzrə ilk 10-luqda yer almış ali təhsil müəssisələri tərəfindən təqdim olunan istənilən ixtisas sahəsi üzrə bakalavriat və ya magistratura proqramlarından əldə etdikləri qəbul sənədləri əsasında müsabiqədə iştirak edə bilərlər.
|
Bununla yanaşı, bu il ilk dəfə mədəniyyət və incəsənət sahəsi üzrə nüfuzlu ali təhsil müəssisələri tərəfindən təqdim olunan bakalavriat və magistratura proqramları ilə bağlı namizədlərin müraciətləri qəbul ediləcək.
|
Qeyd edək ki, 2024-25-ci tədris ili üzrə qəbul nəticələrindən asılı olaraq, iyul ayında ikinci sənəd qəbulunun həyata keçirilməsi nəzərdə tutulur.
|
Proqrama qəbulla bağlı müvafiq elanın mətni Elm və Təhsil Nazirliyinin saytında yerləşdirilib.
|
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 1-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclaslarında iştirak edən Avropa İttifaqının energetika məsələləri üzrə komissarı Kadri Simsonu qəbul edib.
|
AZƏRTAC xəbər verir ki, Kadri Simson İlham Əliyevə prezident seçkilərində qələbə, Azərbaycanın COP29-a ev sahibliyi etməsi və Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu yubiley iclası münasibətilə təbriklərini çatdırıb.
|
Dövlətimizin başçısı təbriklərə görə minnətdarlığını bildirib.
|
Avropa İttifaqının energetika məsələləri üzrə komissarı Avropanın enerji təchizatında Azərbaycanın rolunun əhəmiyyətini və dayanıqlılığını vurğulayıb.
|
Söhbət zamanı gələcəkdə enerji növləri ilə yanaşı, bərpa olunan enerji layihələrinin də həyata keçirilməsinin perspektivləri və Azərbaycanda icra olunan layihələrdə Avropa şirkətlərinin investor qismində daha fəal rol oynaması ilə bağlı imkanlar müzakirə olunub.
|
Həm COP29, həm də enerji əməkdaşlığının inkişaf etdirilməsi istiqamətində gələcək addımlar və fəaliyyət planı ilə bağlı fikir mübadiləsi aparılıb, ölkəmizin qlobal metan azaldılması təşəbbüsünə qoşulması çox yüksək qiymətləndirilib.
|
11:39"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 1-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclaslarında iştirak edən Avropa İttifaqının energetika məsələləri üzrə komissarı Kadri Simsonu qəbul edib.
|
Bununla bağlı President.az məlumat yayıb.
|
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 1-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclaslarında iştirak edən İtaliya Respublikasının ətraf mühit və enerji təhlükəsizliyi naziri Cilberto Piketto-Fratini qəbul edib.
|
AZƏRTAC xəbər verir ki, Cilberto Piketto-Fratin İlham Əliyevi prezident seçkilərində qələbəsi və COP29-un ölkəmizdə keçirilməsi münasibətilə təbrik edib.
|
Dövlətimizin başçısı təbriklərə görə minnətdarlığını bildirib.
|
İtaliyalı nazir bu il ölkəsinin G7 formatının rəhbəri qismində çıxış etdiyini deyərək bu əməkdaşlıq formatında COP29-a ev sahibliyi edən Azərbaycan tərəfinin G7 ölkələrinin ekologiya və mineral ehtiyatlar nazirlərinin xüsusi görüşünə qatılmasının vacibliyini bildirib və bununla bağlı dəvəti çatdırıb.
|
Görüşdə ölkələrimiz arasında iqtisadi əlaqələrə toxunuldu, çox sayda İtaliya şirkəti, o cümlədən “Ansaldi”, “Leonardo”, “Maritexnimont” və bir sıra digər şirkətlərin Azərbaycan ilə əməkdaşlıq etməsi, işğaldan azad olunmuş ərazilərilərimizdə İtaliya şirkətlərinin fəaliyyət göstərməsi məmnunluqla qeyd olunub.
|
Söhbət zamanı əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.
|
11:47"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 1-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclaslarında iştirak edən İtaliya Respublikasının ətraf mühit və enerji təhlükəsizliyi naziri Cilberto Piketto-Fratini qəbul edib.
|
Bununla bağlı President.az məlumat yayıb.
|
“Cənub Qaz Dəhlizi artıq üç ildir işləyir.
|
Bu, Avrasiya məkanında mühüm infrastruktur layihələrindən biridir”.
|
AZƏRTAC xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasında səsləndirib.
|
Bunun, eyni zamanda, enerji təhlükəsizliyi, əməkdaşlıq layihəsi olduğunu vurğulayan dövlətimizin başçısı qeyd edib:"“Çünki bu marşrut üzərində yerləşən ölkələr arasında işbirliyi olmadan bu layihəni həyata keçirmək mümkün olmazdı”.
|
“Cənub Qaz Dəhlizi nəinki region, bütövlükdə Avropa üçün ən vacib təşəbbüslərdən sayılır.
|
Etiraf etmək lazımdır ki, Cənub Qaz Dəhlizinin reallaşması Prezident İlham Əliyevin siyasi iradəsi nəticəsində mümkün oldu”.
|
Bu barədə iqtisadçı ekspert, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov sosial şəbəkə hesabında məlumat paylaşıb.
|
O bildirib ki, son üç ildə Azərbaycan Avropaya 33 milyard kubmetrdən çox qaz ixrac edib:""“2023-cü ildə Avropaya qaz ixracının həcmi illik olaraq 12 milyard kubmetrə yaxınlaşıb.
|
Rusiya-Ukrayna müharibəsinin davam etməsi, Avropa üçün enerji idxalının daha da şaxələndirilməsinin prioritetləşməsi fonunda bu iclas genişmiqyaslı coğrafiyada enerji istiqamətlərinin müəyyənləşdirilməsinə təsir göstərəcək.
|
Eyni zamanda, artıq Avropanın yeddi ölkəsinə mavi qaz nəql edən Azərbaycan ötən müddətdə Yunanıstan-Bolqarıstan interkonnektoru vasitəsilə daha çox dövlətə enerji məhsulunu çatdıra bilib.
|
Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolu son illər daha da artmaqdadır.
|
2022-ci ildə Avropa Komissiyası ilə təchizatı iki dəfə artırmaq üçün Anlaşma Memorandumu imzalandığını nəzərə alsaq, bunun üçün qarşıdakı dövrdə istismara verilməsi planlaşdırılan “Abşeron”, “Ümid”, “Asiman”, “Şəfəq” və “Babək” kimi qaz yataqlarının işlənməsi üçün yeni sərmayələrin cəlbi də prioritet olaraq qalmaqdadır.
|
TAP kəməri vasitəsilə Avropaya ikinci mərhələdə 20 milyard kubmetr qaz nəql ediləcək.
|
Bütövlükdə, Cənub Qaz Dəhlizinin ötürmə qabiliyyətinin 32 milyard kubmetrə çatdırılması imkanı var.
|
Yeni mərhələdə Azərbaycan öz yaşıl enerjisini də Avropa bazarına çıxaracaq.
|
Gürcüstan ərazisi və Qara Dənizin dibi ilə Azərbaycanda bərpa olunan mənbələrdən əldə edilən enerji 2026-cı ildən sonra Avropa İttifaqına ixrac edilə bilər.
|
Bugünkü iclas il ərzində görülən fəaliyyətin təhlili və yeni dövr üçün planların, hədəflərin, istiqamətlərin müzakirəsi məqsədi daşıyır.
|
Prezident İlham Əliyevin Məşvərət Şurasında iştirakı bir daha təsdiq edir ki, Azərbaycan bu tədbirin keçirilməsinə xüsusi önəm verir.
|
Bu iclasların keçirilməsi Azərbaycanın gücünü və regiondakı geosiyasi mövqeyini xarakterizə edən faktorlardandır.
|
Regiondakı yeni düzən fonunda Azərbaycanın geosiyasi mövqeyi daha da möhkəmlənməkdədir”, - deyə deputat bildirib.
|
Qeyd edək ki, bu gün Bakıda Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasları keçirilir.
|
“Avropa İttifaqı (Aİ) və digər ölkələr Ermənistanı Azərbaycanla sülh sazişi imzalamamağa sövq edir”.
|
O vurğulayıb ki, Brüssel İrəvandan regionda öz təsirini gücləndirmək üçün bir vasitə kimi istifadə edir:""“Onlar (Aİ) başa düşürlər ki, indiki mərhələdə Ermənistandakı siyasi elita açıq-aşkar qərbyönümlüdür.
|
Lakin Rusiyanın Ermənistandakı “təzyiq rıçaqları” həm hərbi, həm də iqtisadi baxımdan çox güclüdür”.
|
Onun sözlərinə görə, Moskvanın İrəvana təsirini zəiflətmək üçün Avropa ölkələri regionda yeni münaqişənin alovlanmasına çalışırlar.
|
“Cənub Qaz Dəhlizinin genişləndirilməsi və hər hansı digər təbii qaz layihələri elə icra olunmalıdır ki, əsas hədəfimizə zərər dəyməsin.
|
Çünki Avropa İttifaqından Azərbaycan qazına böyük tələbat var idi və indi də var”.
|
AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev martın 1-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasında deyib.
|
Bir çox ölkənin təbii qazla bağlı Azərbaycana müraciət etdiyini, onlardan altısının artıq təbii qaz aldığını, bir neçəsi ilə də danışıqların aparıldığını vurğulayan dövlətimizin başçısı bildirib:"“Qaza ehtiyac var.
|
Bizim isə ehtiyatlarımız və infrastrukturumuz mövcuddur.
|
Düşünürük ki, Avropa maliyyə təsisatları bu layihələrlə bağlı maliyyələşdirmə məsələsində real yanaşmalara əsaslanmalıdır.
|
Onlar anti-ənənəvi enerji yanaşmalarının kölgəsində qalmalı deyil.
|
Lakin, eyni zamanda, heç kəs o faktı yaddan çıxarmalı deyil ki, ənənəvi enerji mənbələri olmadan dünya növbəti illər ərzində inkişaf edə bilməz”.
|
“YAŞAT” Fondu və “Azərkontrakt” Açıq Səhmdar Cəmiyyəti arasında niyyət protokolu imzalanıb.
|
Sənədi “Azərkontrakt” ASC-nin sədr müavini Güləddin Dadaşov və “YAŞAT” Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov imzalayıblar.
|
Sənədə əsasən “YAŞAT” Fondunun 2024-cü il ərzində həyata keçirəcəyi sosial layihələrin maliyyələşməsi məqsədilə Fondun büdcəsinə vəsait köçürülüb.
|
Qeyd olunan əməkdaşlıq sosial məsuliyyət çərçivəsində “Azərkontrakt” ASC və “YAŞAT” Fondu tərəfindən müvafiq kateqoriyadan olan şəxslər üçün sosial layihələrin həyata keçirilməsinə real töhfələr verəcək.
|
Keçən həftənin sonunda Belarusda 2020-ci ilin avqustunda keçirilən prezident seçkisindən (həmin vaxt müxalifətin etirazları ölkəni bürüsə də, heç bir nəticə verməmişdi) bəri ilk parlament seçkisi keçirilib.
|
Ölkə vətəndaşları Nümayəndələr Palatasını və yerli şuraları seçiblər.
|
Müşahidəçilər arasında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrdən böyük bir nümayəndə heyəti olub, lakin Belarusdakı seçkini görməzdən gələn Ermənistanın nümayəndələri orada iştirak etməyiblər.
|
Aydındır ki, İrəvanın bu davranış xətti Ermənistanın baş naziri Nikol Paşinyanın ölkəsinin nəinki KTMT-də iştirakını “dondurduğu”, hətta “hüquqi dondurulmağa” hazır olduğu barədə sözlərini bir daha təsdiqləyir.
|
Amma təşkilatın özünə Ermənistan tərəfindən heç bir rəsmi müraciət daxil olmayıb və ümumiyyətlə, orada heç bir ölkənin öz fəaliyyətini “dondurması” mexanizmi yoxdur.
|
Eyni zamanda, Ermənistanda hakim “Vətəndaş sazişi” partiyasının deputatı Qagik Melkonyan erməni jurnalistlərə müsahibəsində Ermənistan bir ilə yaxındır, KTMT ilə bağlı tədbirlərdə iştirak etmədiyini bildirib.
|
Sonra isə Q.Melkonyan Belarusu və onun Prezidenti Aleksandr Lukaşenkonu təhqir edərək həm Belarusun, həm də onun prezidentinin “Rusiyanın qulları kimi yaşadıqlarını”, ermənilərin isə bunu istəmədiklərini deyib.
|
Yeri gəlmişkən, Belarus dövlətinin başçısı Aleksandr Lukaşenkonun özü də artıq Ermənistanın KTMT-dən mümkün ayrılması ilə bağlı fikirlərini bildirib:""“Biz buna tamamilə sakit reaksiya veririk.
|
Onlar KTMT-də olmaq istəmirlərsə, olmasınlar.
|
Təşkilat onlarsız dağılmayacaq, məhv olmayacaq”.
|
Belaruslu siyasətçi, “Vətəndaş harmoniyası” hərəkatının təşkilat komitəsinin həmsədri Elvira Mirsəlimova vəziyyəti Oxu.Az-a şərh edib.
|
- Ermənistan KTMT-dən çıxacaqmı?
|
- Mən bu fikirdəyəm ki, Rusiya həm hərbi baxımdan, həm də strateji potensiala görə özünü təmin edir.
|
Bu terminin istənilən mənasında supergücdür.
|
Məhz Rusiyanın gücünə, imkanlarına və dəstəyinə görə keçmiş postsovet ölkələri apriori ona ehtiyac duyurlar.
|
Onların birliyinin adı necə olur-olsun - KTMT və ya gələcəkdə nə isə başqa bir şey.
|
Beləliklə, Belarus yalnız Rusiyanın köməyi ilə, onunla birləşərək müstəqilliyini qoruya bilər.
|
Biz, birlik və inteqrasiya gündəminin nümayəndələri, uzun illərdir deyirik ki, bizə vahid silahlı qüvvələr lazımdır, vahid qərar qəbul edən mərkəz olmalıdır.
|
Bu, demək olar ki, onilliklər sonra həyata keçirilir.
|
Bilirsiniz ki, bizdə indi vahid hava hücumundan müdafiə sistemi, Rusiyanın nüvə silahları, “İskəndər”lər və s. Təəssüf ki, Ermənistanın hakim dairələri, deyəsən, əks istiqamətdə hərəkət etmək qərarına gəliblər.
|
Lakin Paşinyanın açıqlamaları nikbinliyə əsas vermir.
|
Rusiyanın Gümrü və İrəvanda olması təsadüfi deyil.
|
Bu, siyasi alətdir:həm “uzaq sərhədlər”, həm təsir və s.""Ona görə də gələcəkdə Ermənistanın KTMT-dən mümkün çıxması yalnız onun özünə təhlükə yaradacaq və Qərb vektorunun təsirini davam etdirəcək.
|
- Ermənistanda hakim partiyanın deputatının həm ölkənin, həm də Aleksandr Lukaşenkonun Rusiyanın qulu olması ilə bağlı sözlərinə Belarus necə reaksiya verə bilər?
|
- Ümumiyyətlə, Belarus əhalisi, yumşaq desək, burada heç kimin xəbər tutmayacağı bu cür bəyanatlara əhəmiyyət vermir.
|
Bircə şişirdilmiş təbliğatçılar bundan piar üçün istifadə edə bilərlər ki, bu da ictimai həyəcanı müəyyən dərəcədə artırar.
|
Amma biz “meymun baxar güzgüyə, adını qoyar özgəyə” misalını yaddan çıxarmırıq.
|
Belarus və Rusiyanın sinxronlaşması və inteqrasiyasının dərinləşməsi yalnız alqışlana bilər.
|
Amma Belarus prezidenti, bildiyimiz kimi, öz oyununu oynayır.
|
- Nikol Paşinyanın əvvəllər Qərbdə çoxlarının “Belarusun seçilmiş prezidenti” adlandırdıqları Svetlana Tixanovskaya ilə açıq-aşkar görüşü olub.
|
- Belarusda Svetlana Tixanovskaya indi yalnız qərbpərəstləri və bəlkə də, dörd il əvvəlki paradiqmada yaşayan bəzi yerli təbliğatçıları maraqlandırır.
|
Tixanovskaya təqaüdçü siyasətçidir, insanlar onu cəmiyyətdə praktiki olaraq xatırlamırlar.
|
Bu, keçmişin təsadüfi faktorudur, həddindən artıq şişirdilmişdir.
|
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.