Search is not available for this dataset
text
stringlengths 10
518k
|
|---|
Onların digər qudası isə cinayəti törətməkdə heç kimdən şübhələnmədiklərini qeyd edib:""“Gəlib gördük ki, öldürüb üzlərini də örtüblər.
|
Kimləsə düşmənlik olduğunu bilmirəm”.
|
Heç kimlə konfliktləri yox idi”, - digər ailə yaxını deyib.
|
13:46"Bu gün səhər saatlarında Salyan rayonunun Kərimbəyli kəndində qətlə yetirilən 1956-cı il təvəllüdlü İsrafil Məmmədov və həyat yoldaşı Münəvvər Məmmədova xüsusi amansızlıqla öldürülüblər.
|
Metbuat.az-ın əldə etdiyi məlumata görə, ər-arvadın meyiti yaşadıqları evin həyətində aşkarlanıb.
|
Naməlum şəxs və ya şəxslər ərlə arvadın başını kəsib evin bağ sahəsinə atıblar.
|
Məlumata görə, İ.Məmmədov imkanlı şəxslərdən olub.
|
Onun yaşadığı kənddə və Salyan rayonu ərazisində hektarlarla istixana sahəsi var imiş.
|
Sabiq baş həkim meyvə-tərəvəzin topdan satış biznesi ilə məşğul olurmuş.
|
Ailənin bir övladı Bakıda həkim, iki övladı isə müəllimdir.
|
Ər-arvad övladlarından ayrı - kənddə - yaşayırlarmış.
|
11:55"Salyan Rayon Mərkəzi Xəstəxanasının poliklinika şöbəsinin sabiq baş həkimi İsrafil Əliməmməd oğlu Məmmədov və həyat yoldaşı Münəvvər Rza qızı Məmmədova yaşadıqları evdə qətlə yetiriliblər.
|
Qaynarinfo-ya daxil olan məlumata görə, üç il əvvəl təqaüdə çıxan sabiq baş həkim yaşadığı rayonda kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olub.
|
Onun yaşadığı Kərimbəyli kəndində istixana (parnik) biznesi olub.
|
11:05"Salyanda ər və arvadın - 1956-cı il təvəllüdlü İsrafil Əliməmməd oğlu Məmmədov və onun arvadı 1963-cü il təvəllüdlü Münəvvər Rza qızı Məmmədovanın yaşadıqları evdə qətlə yetirilməsi hadisəsinin oğurluq zəminində baş verdiyi bildirilir.
|
Oxu.Az-ın məlumatına görə, ər və arvadın evlərinə oğurluğa gələn şəxs (şəxslər) tərəfindən öldürüldükləri ehtimal olunur.
|
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, hadisə ilə bağlı əməliyyat-axtarış tədbirləri görülür.
|
Faktla bağlı araşdırma aparılır.
|
10:48"Salyanda ər və arvad qətlə yetiriliblər.
|
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Salyan rayonunun Kərimbəyli kəndində qeydə alınıb.
|
Həmin kəndin sakinləri, olan əvvəllər tibb müəssisəsində baş həkim işləyən şəxs və onun həyat yoldaşı naməlum şəraitdə qətlə yetirilib.
|
Faktla bağlı Salyan Rayon Prokurorluğu araşdırma aparır.
|
Bakıda qanunsuz ağac kəsilməsi ilə bağlı araşdırmalara başlanılıb.
|
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən xəbərə görə, Binəqədi RPİ 5-ci Polis Bölməsinin əməkdaşları tərəfindən fevralın 28-də S.S.Axundov küçəsində 10 ədəd şam ağacının Firqət Əhmədov və Sahib Məmmədov tərəfindən kəsilməsi müəyyən olunub.
|
Faktla bağlı araşdırma aparılır.
|
Avropa Liqasının pley-off mərhələsində “Braqa” ilə matçda qırmızı vərəqə alan “Qarabağ”ın futbolçusu Elvin Cəfərquliyev və məşqçisi Elçin Rəhmanovun cəzaları bəlli olub.
|
“Qafqazinfo”nun məlumatına görə, UEFA İntizam Komitəsi həm futbolçuya, həm də məşqçiyə biroyunluq cəza verib.
|
Onların hər ikisi Avropa Liqasının 1/8 finalında “Bayer”ə (Leverkuzen) qarşı Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşmanı tribunadan izləyəcək.
|
Qitə futbol qurumu, həmçinin sarı vərəqə limitini dolduran Julio Romaonun da biroyunluq cəzaya məruz qaldığını açıqlayıb.
|
Qeyd edək ki, “Qarabağ” - “Bayer” (Leverkuzen) görüşü martın 7-də saat 21:45-də başlayacaq.
|
“Şaxələndirmə haqqında danışdıqda bizim mövqeyimiz hər zaman belə olub və indi də belədir ki, şaxələndirmə nəinki təchizat marşrutlarının, həmçinin mənbələrin şaxələndirilməsi olmalıdır.
|
Bu gün Avrasiyadakı geosiyasi vəziyyət bizim görəcəyimiz işlərin vacibliyini göstərir”.
|
AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev martın 1-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasında deyib.
|
“Bayer”in yarımmüdafiəçisi və 2022-ci ildə Argentina millisi ilə dünya çempionu olmuş Ezekyel Palasiosun həyat yoldaşı Yesika Farias medalını satmaqla hədələyir.
|
“Mən onun boşanma sənədini imzalamasını istəyirəm.
|
Mən yalnız haqqım olanı istəyirəm və bu, onun Almaniyadakı bizim ümumi mülkümüz belə deyil.
|
O, evin pulunu da ödəmək istəmir.
|
Çünki evin kimə qalacağını bilmir.
|
Kirayə pulunu ödəmək üçün dünya çempionatının qalibinin bütün futbol köynəklərini və medalını satmaq fikrindəyəm.
|
Mənim susmağım onun marağındadır.
|
Yığma komanda haqqında bildiyim şeylər var, amma bunları indiyə qədər heç yerdə deməmişəm”, - deyə Farias bildirib.
|
Palasios 2020-ci ildən “Bayer”də oynayır.
|
Bundan əvvəl o, öz ölkəsində “River Pleyt”də çıxış edib.
|
Bakı-Sumqayıt yolunda hərəkətdə olan avtomobilin sürücüsü tərəfindən sərnişin daşıması qaydalarının kobud şəkildə pozulması ilə bağlı sosial şəbəkələrdə video yayılıb.
|
Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, məsələ araşdırılıb.
|
Araşdırma nəticəsində “Jeep” markalı, 77-PU-785 dövlət qeydiyyat nişanlı avtomobillə kobud və təhlükəli qayda pozuntusuna yol verən sürücünün Ceyhun Şirinli olması müəyyən edilib və həmin şəxs barəsində qanunvericiliyə uyğun tədbir görülüb:""“Sərnişinin avtomobilindən asılı vəziyyətdə hərəkətinə şərait yaratmaqla həmin şəxsin, eləcə də digər hərəkət iştirakçılarının həyat və sağlamlığına biganə münasibət bəslədiyini nümayiş etdirən C.Şirinlinin inzibati tənbehdən nəticə çıxaracağına və bir daha bu kimi əməllər törətməyəcəyinə dair verdiyi vədə əməl edəcəyinə ümid edir, bununla yanaşı ictimai qınağa səbəb olan belə halların digər sürücülər tərəfindən təkrarlanmayacağına inanırıq”.
|
11:28"Bakı-Sumqayıt yolunda “Jeep” markalı avtomobil və “sərnişin”i təhlükəli vəziyyət yaradıb.
|
Baku.ws xəbər verir ki, hadisə yolun Xırdalan şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.
|
Maşının pəncərəsindən sallanmış vəziyyətdə gedən şəxs həm özünün, həm də digər hərəkət iştirakçılarının həyatını təhlükəyə atıb.
|
Sözügedən görüntüləri təqdim edirik:
|
28 fevral 2024-cü il tarixində “Norm” ASC ilə Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) arasında qeyri-formal və informal təhsilin tanınması üzrə Anlaşma Memorandumu imzalanıb.
|
Əməkdaşlıq çərçivəsində “Norm” ASC-nin layihəsi olan Norm Ustalar Klubunun üzvlərinin bilik, bacarıq, səriştə və təcrübələrinin qiymətləndirilməsi və tanınmasını nəzərdə tutan layihələr həyata keçiriləcək.
|
Belə ki, Norm Ustalar Klubunun üzvü olan inşaat ustaları müəyyən edilmiş ixtisaslar və modullar üzrə qiymətləndirilmə və tanınma imtahanlarına cəlb olunacaqlar.
|
Qiymətləndirilmə və tanınma prosesindən uğurla keçmiş ustalara TKTA tərəfindən müvafiq olaraq peşə ixtisasını təsdiq edən sənəd təqdim olunacaq.
|
Layihənin məqsədi ustaların peşəkar inkişafına töhfə vermək, onların dayanıqlı məşğulluq imkanlarının artırılmasına şərait yaratmaq və sosial rifahının yüksəldilməsinə dəstək olmaqdır.
|
Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən təqdim edilən sertifikat həmin şəxslərin əmək bazarına inteqrasiyasında, məşğulluq imkanlarının genişləndirilməsində, eləcə də ömür boyu təhsildə iştiraklarının stimullaşdırılmasında əhəmiyyətli rol oynayacaq.
|
Türkiyəli ginekoloq, süni mayalanma mütəxəssisi Önder Tulumbacı vəkil Əkrəm Həsənovu məhkəməyə verib.
|
“Qafqazinfo” xəbər verir ki, bu barədə Ə.Həsənov özü məlumat yayıb.
|
O bildirib ki, Ö.Tulumbacı xüsusi ittiham qaydasında Xətai Rayon Məhkəməsinə müraciət edib və vəkilin Cinayət Məcəlləsinin 147-ci (Böhtan) maddəsi ilə məsuliyyətə cəlb edilməsini tələb edib.
|
Məhkəmənin baxış iclası bu gün keçiriləcək.
|
Qeyd edək ki, bir neçə gün əvvəl Əkrəm Həsənov sosial şəbəkə səhifəsində Öndər Tulumbacı tərəfindən süni mayalanma edilmiş qadının əkiz övladlarının olduğunu, lakin illər sonra boşanma prosesi zamanı uşaqların donor hesab edilən atadan olmadığını bildirmişdi.
|
O, mayalanma üzrə mütəxəssis ilə qadının əlbir olaraq atanı aldatdıqlarını, tamamilə başqa şəxsdən götürülmüş hüceyrələrlə mayalanma prosesinin həyata keçirildiyini iddia etmişdi.
|
Hazırda həmin məsələ ilə bağlı da məhkəmə prosesi davam edir.
|
ABŞ-nin Boliviyadakı keçmiş səfiri Viktor Manuel Roça məhkəmədə Kubaya casusluğunu etiraf edib.
|
Bu barədə mətbuatda dərc edilən məhkəmə sənədlərində qeyd olunub.
|
Viktor Manuel Roça 2023-ci ilin dekabrından casusluq da daxil olmaqla hökumətə qarşı müxtəlif cinayətlər törətməkdə ittiham olunurdu.
|
Əsas ittiham Viktor Manuel Roçanın 1981-ci ildən etibarən Kuba ilə əməkdaşlıq etməsi, Vaşinqtona qarşı kəşfiyyat toplama missiyasını yerinə yetirməsindən ibarət olub.
|
V.M.Roça Boliviyadakı diplomat fəaliyyətindən savayı, 1981-2002-ci illərdə ABŞ Dövlət Departamentində işləyib.
|
Bundan başqa, o, 1994-1995-ci illərdə Ağ Evin Milli Təhlükəsizlik Şurasında çalışıb və təxminən 2006-2012-ci illərdə ABŞ Cənub Komandanlığının müşaviri olub.
|
İlk məhkəmə iclaslarında istintaqın ittihamlarını qəbul etməyən Viktor Manuel Roça ittiham tərəfinin inandırıcı sübutlarından sonra Kubaya casusluğunu etiraf edib.
|
Dövlət Sərhəd Xidməti tərəfindən 2024-cü ilin fevral ayı ərzində dövlət sərhədinin еtibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılıq, qеyri-lеqal miqrasiya, narkоtik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam еtdirilib.
|
Ay ərzində dövlət sərhədini pоzduğuna görə 41 nəfər saxlanılıb, оnların 12-si Azərbaycan, 11-i Pakistan, yeddisi İran, üçü Əlcəzair, üçü Şri-Lanka, ikisi Hindistan, ikisi Mərakeş və biri İraq vətəndaşı оlub.
|
Qanunsuz miqrasiya ilə mübarizə tədbirləri çərçivəsində 13 nəfər saxta tarix möhürü, saxtalaşdırılmış pasport, özgəsinə məxsus sənədlə dövlət sərhədini keçməyə cəhd göstərərkən saxlanılıb.
|
Sərhəd rеjim qaydalarını pоzduğuna görə 833 nəfər saxlanılaraq barələrində müvafiq tədbirlər görülüb.
|
Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycan hüquq-mühafizə оrqanları tərəfindən axtarışda оlan 277 nəfər saxlanılaraq aidiyyəti оrqanlara təhvil vеrilib, ölkədən çıxışı qadağan olunan 395 nəfərin ölkəni tərk etməsinin, girişi qadağan olunan 16 nəfərin ölkəyə daxil olmasının qarşısı alınıb.
|
Narkоtik vasitələrin qеyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 102 kiloqram 250 qram narkоtik vasitə və narkotik tərkibli güclü təsiredici vasitə hesab edilən 1 265 ədəd həb aşkarlanaraq dövriyyədən çıxarılıb.
|
Qaçaqmalçılıq fəaliyyətinə qarşı həyata keçirilmiş mübarizə tədbirləri nəticəsində ümumi dəyəri 1 milyon 130 min 696 manat оlan qaçaqmal, о cümlədən patron, külli miqdarda ABŞ valyutası, nərə balığı, dərman preparatları, ətir və tütün məmulatları saxlanılıb.
|
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 3-cü Antalya Diplomatiya Forumu çərçivəsində Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaarla görüşüb.
|
Bu barədə Azərbaycanın XİN başçısı “X” hesabında paylaşım edib.
|
“Azərbaycan və Ermənistan arasında sülh prosesi ilə bağlı məsələlərdə Azərbaycanın mövqeyini bir daha vurğuladım”, - Azərbaycan diplomatiyasının rəhbəri görüşə dair qeyd edib.
|
Met with the EU Special Representative for the South Caucasus Toivo Klaar @AntalyaDF.
|
Reiterated Azerbaijan’s position on issues related to the peace process between Azerbaijan and Armenia.
|
pic.twitter.com/e8vqqJ44e6"01.03.2024, 19:57"Martın 1-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumunda iştirakı çərçivəsində Slovakiya Respublikasının xarici işlər və Avropa məsələləri üzrə naziri Yuray Blanar ilə görüş keçirib.
|
Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyindən məlumat verilib.
|
Bildirilib ki, görüşdə Azərbaycan-Slovakiya ikitərəfli münasibətlərinin hazırkı səviyyəsindən razılıq ifadə olunub, bu əlaqələrin daha da inkişaf etdirilməsi və strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi üçün səylərin birləşdirilməsinin vacibliyi vurğulanıb.
|
Yüksək səviyyəli qarşılıqlı səfərlərin və davamlı siyasi dialoqun iki ölkə arasında əlaqələrin daha da inkişafı üçün mühüm əhəmiyyət kəsb etdiyi bildirilib.
|
Bunun dövlətlərarası münasibətlərin gündəliyinin zənginləşməsində və mövcud dostluq əlaqələrinin dərinləşməsində mühüm rol oynadığı barədə həmfikirlik ifadə olunub.
|
Beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyə əsaslanan Azərbaycan-Slovakiya əməkdaşlığının bundan sonra da davam etdirilməsi imkanları barədə fikir mübadiləsi aparılıb.
|
İki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin, enerji və alternativ enerji sahəsində əməkdaşlığın, qarşılıqlı maraq doğuran layihələrin həyata keçirilməsi üçün Azərbaycan və Slovakiyanın birgə səylərini artırmasının vacibliyi vurğulanıb.
|
Azərbaycan və Ermənistan arasında sülh prosesinin cari vəziyyəti və perspektivləri, regionda mövcud vəziyyət və son inkişaflar barədə qarşı tərəfə məlumat verilib.
|
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparılıb.
|
14:23"Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində Özbəkistan Respublikasının xarici işlər naziri Baxtiyor Saidov ilə görüşüb.
|
Bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
|
Görüşdə iki ölkə arasında mövcud ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyində duran məsələlər, habelə postmünaqişə dövründə regional vəziyyət müzakirə olunub.
|
Ceyhun Bayramov Azərbaycan və Özbəkistan arasında dostluq və qardaşlığa əsaslanan, siyasi, iqtisadi, ticarət, nəqliyyat və kommunikasiyalar, mədəniyyət, humanitar və s.sahələr üzrə çoxşaxəli münasibətlərin son dövrlərdə intensiv xarakter alan ali və yüksək səviyyəli təmaslar nəticəsində inkişaf etməsinin məmnunluq doğurduğunu qeyd edib.
|
Regional və beynəlxalq təşkilatlar, xüsusilə ölkəmiz üçün prioritet istiqamətlərdən birini təşkil edən Türk Dövlətləri Təşkilatı çərçivəsində qarşılıqlı dəstək və həmrəyliyə əsaslanan əməkdaşlığın davam etdirilməsinin zəruriliyi qeyd olunub.
|
Cari ildə ölkəmizin BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcəyi, bu istiqamətdə birgə tədbirlərin həyata keçirilməsində əməkdaşlığa hazır olduğumuz diqqətə çatdırılıb.
|
Ceyhun Bayramov postmünaqişə dövründə bölgədə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində atılan addımlar, regional sülh və sabitliyi təhdid edən çağırışlar barədə həmkarını ətraflı məlumatlandırıb.
|
Ermənistan tərəfindən son dövrlərdə daha intensiv xarakter alan siyasi və hərbi təxribatların, bu ölkənin sürətli silahlanaraq aqressiv ritorikasını davam etdirməsinin sülh prosesinə təhdid törətdiyi bildirilib.
|
Baxtiyor Saidov COP29-a ev sahibliyi münasibətilə Azərbaycanı təbrik edib, bu mötəbər tədbirin təşkilatında uğurlar arzu edib, eyni zamanda Özbəkistanın keçiriləcək tədbirə töhfə verməyə hazır olduğunu söyləyib.
|
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.