Search is not available for this dataset
text
stringlengths
10
518k
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də müzakirələr aparılıb.
Azərbaycanda saxta iş elanları verərək vətəndaşlara qarşı dələduzluq edənlər peyda olublar.
Belə ki, onlar saxta “iş elanları” saytı yaradaraq vətəndaşlardan qeydiyyat üçün 37 manat pul tələb edirlər.
Qeyd edək ki, sözügedən elanlarda Qarabağdan da iş təklif olunur, hətta orada qalmağa yerin veriləcəyi də deyilir.
Mövzu ilə bağlı “ATV Xəbər”in süjetini təqdim edirik:
Artıq ali təhsil müəssislərinə və kolleclərə sənəd qəbuluna start verilib.
Bazar günü isə 11-ci siniflər üçün buraxılış imtahanı keçiriləcək.
Bu, həm də ali təhsil müəssisələrinə qəbul imtahanın bir hissəsidir.
İmtahana sayılı günlər qaldığından, həyəcan da artır.
Bu məqamda valideynlər abituriyentlərlə necə davranmalıdırlar?
“ATV Xəbər”in mövzu ilə bağlı hazırladığı süjeti təqdim edirik:
Məşhur müğənni Castin Biberin həyat yoldaşı, model Heyli Biberin bacısı Alaya Bolduin barda dava saldığı üçün həbs edilib.
Alaya Bolduinin qalmaqal çıxardığı barın sahibi polisə zəng edib və onun müəssisənin əməkdaşlarına hücum çəkdiyini, məkanı tərk etməkdən imtina etdiyini deyib.
ABŞ-nin Corcia ştatında yerləşən barın iki mühafizəçisi və bir barmen qadın hüquq-mühafizə orqanlarının əməkdaşlarına fiziki zorakılıq cəhdləri barədə məlumat veriblər.
Onların sözlərinə görə, Alaya işçilər üçün olan ayaqyoluna girmək istəyib, lakin buna icazə verilmədikdə qəzəblənib, daha sonra isə mühafizəçilərdən birinin saçını qoparıb və onu sakitləşdirməyə çalışan ikinci mühafizəçinin qasıq nahiyəsinə təpik vurub.
Barmen qadın Alayanı ayaqyolundan çıxmağa razı salmağa çalışsa da, o, ürəyi bulandığını və tamponunu dəyişməli olduğunu bildirib.
Barmen qadın içəri girmək istəyəndə Alaya onun üzərinə tampon atıb.
Bolduin polisə açıqlamasında özünü müdafiə etdiyini deyib.
Alaya hücum və şəxsi əraziyə qanunsuz giriş ittihamı üzrə həbs edilib.
Alimlər son araşdırmalarında belə qənaətə gəliblər ki, fastfud və digər zərərli qidaların istehlakı ürək-damar sisteminə mənfi təsir edir və ölüm riskini artırır.
Onlar eksperimental olaraq bu qidaların 32 zərərli təsirini müəyyən ediblər.
Tədqiqatın nəticələri “British Medical Journal” jurnalında (BMJ) dərc edilib.
Mütəxəssislər yüksək dərəcədə emal edilmiş qidaların istehlakı ilə sağlamlığa mənfi təsirləri arasında birbaşa əlaqənin olduğu qənaətinə gəliblər.
Məlum olub ki, bu cür məhsulların zərəri tütün məmulatlarından istifadə riski ilə müqayisə oluna bilər və bəzi hallarda hətta onu üstələyir.
Təhlillər göstərib ki, çips və fastfudun müntəzəm istehlakı ürək-damar xəstəliklərindən ölüm hallarının 50%-dən çox, ümumi ölüm hallarının isə 20%-dən çox artmasına səbəb olur.
Həmçinin məlum olub ki, bu qidalar piylənmə riskini 40%, psixi pozğunluqların yaranma ehtimalını isə 53% artırır.
“Fransa hakimiyyəti xüsusi təyinatlıların və ya digər hərbi birləşmələrin Ukrayna sərhədindən keçməsinə icazə verə bilər”.
Bu sözlər “Le Monde” qəzetinin dərc etdiyi yazıda deyilib.
Qəzetin məlumatına görə, bu yolla Paris Moskvanı strateji dilemma qarşısında qoymaq istəyir.
Qəzetin mənbələri bildiriblər ki, bu hərbi təlimçilərin potensial olaraq digər bölmələrlə birlikdə Ukrayna sərhədini keçməsinə icazə verilməsi ideyası Fransada müzakirələrin mərkəzində dayanır.
Jurnalistlərin ehtimallarına görə, Fransanın hərbi mövcudluğu Ukraynanın müəyyən ərazilərinin müdafiəsinin qurulmasına kömək edə bilər.
Həmçinin, onların fikrincə, Paris bu yolla Rusiya Silahlı Qüvvələrinin zərbələrini azaltmaq niyyətindədir.
“Qarabağ” yay “transfer pəncərəsi”ndə heyətinə yeni futbolçu qata bilər.
Offsideplus.az xəbər verir ki, Ağdam təmsilçisi Avroliqanın qrup mərhələsində üz-üzə gəldiyi “Molde”nin sol cinah yarımmüdafiəçisi Matias Loviklə yaxından maraqlanır.
Norveç klubu 20 yaşlı gənc futbolçu üçün üç milyon avro tələb edir.
Ermənistanın Rusiya ilə hərbi-texniki əməkdaşlığı 96 faizdan 10 faizə düşüb və bu, Rusiyanın seçimi olub.
Bu barədə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan jurnalistlərə müsahibəsində danışıb.
“Müqavilələr imzalanıb, amma yerinə yetirilməyib.
Üstəlik Ukraynadakı müharibəni tez-tez vurğulayırlar, lakin bu müqavilələr 2021-ci ilin əvvəlində imzalanıb, 1 ildən çox müddətə çatdırılmayıb və müharibə başlayandan sonra da tədarük edilməyib.
Bu, Rusiya Federasiyasının qərarı idi, sonra biz faktlarla üzləşdik və (hərbi-texniki əməkdaşlığı) şaxələndirmək məcburiyyətində qaldıq”, - o bildirib.
Onun sözlərinə görə, təhlükəsizlik sektorunda əsas rolu Fransa oynayır:""“Fransa bizi birinci sinif silahlarla təmin edir.
Bu məsələ, başa düşdüyünüz kimi, sükutu sevir və biz aldığımız hər şeyi bəyan edə bilmirik; hərbi-texniki əməkdaşlıq bu istiqamətdə sakit və balanslı işi nəzərdə tutur”.
Böyük Britaniyanın Kensinqton sarayı Uels şahzadəsi Keyt Middltonun komada olması ilə bağlı şayiələrə münasibət bildirib.
Bundan əvvəl şahzadənin pərəstişkarları onun ağır xəstə və ya komada olduğundan şübhələnməyə başlamışdılar.
“Bu, tamamilə uydurmadır və mən hələ bunu nəzakətli şəkildə deyirəm”, - şahzadənin nümayəndəsi şərh edib.
Qeyd olunur ki, saray artıq ikinci dəfədir ki, Keyt Middltonun xəstəliyi ilə bağlı şayiələri təkzib edir.
Xatırladaq ki, fevralın əvvəlində də mətbuat katibi onun komada olması ilə bağlı iddiaların həqiqətə uyğun olmadığını vurğulayıb.
Xaçmazda bıçaqlanma hadisəsi baş verib.
APA xəbər verir ki, 1990-cı il təvəllüdlü Kamran Niftəliyev çoxsaylı bıçaq xəsarətləri ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına gətirilib.
K.Niftəliyevin harada və kim tərəfindən bıçaqlandığı araşdırılır.
Amerikalı iş adamı İlon Mask “OpenAI” və onun baş direktoru Sem Altmana qarşı məhkəmə iddiası qaldırıb və qərarını şirkətin ilkin missiyasından imtina etməsi ilə izah edib.
Qeyd olunur ki, məhkəmə araşdırmasının əsas səbəbi biznesmenin “OpenAI”nin maliyyələşmə mənbələrindən narazılığı olub:Maskın iştirak etdiyi startap qeyri-kommersiya açıq mənbəli proqram təminatı layihəsi kimi düşünülüb.
O, “Microsoft”dan vəsait almağı müqavilə şərtlərinin pozulması və şirkətin dəyərlərinin sarsıdılması kimi qiymətləndirir.
Mask “OpenAI”nin texnologiya və araşdırmalarını ictimaiyyətə təqdim etməli olduğuna dair məhkəmə qərarına nail olmaq istəyir.
Biznesmenin fikrincə, bu, “Microsoft” və ya müəyyən şəxslərin xeyrinə layihənin daha da kommersiyalaşdırılmasının qarşısını almağa kömək edəcək.
Biznesmenin digər tələbi yeni “GPT-4” modellərinin (2023-cü ilin martında buraxılmış dil modeli) ümumi (və ya güclü) süni intellektə yaxın kimi tanınmasıdır.
Beləliklə, bu modellər artıq “Microsoft” lisenziyasına tabe olmayacaq və kütləvi istifadəçi üçün daha açıq olacaq.
Neftçala sakini intihar edib.
Belə ki, həmin massivin sakini, 1994-cü il təvəllüdlü Əli Elmar oğlu Bağırov yaşadığı evin həyətindəki yarımtikilidə özünü asaraq intihar edib.
İntiharın səbəbləri hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Gəncədə piyadanın vurulması ilə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, hərəkətdə olan avtomobil yolu qarşı tərəfə keçmək istəyən şəhər sakini 1967-ci il təvəllüdlü M.Məmmədovu vurub.
57 yaşlı kişi xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
İmişlidə polisin keçirdiyi əməliyyat zamanı narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən Salyan rayon sakinləri Allahşükür Yusibov və Elçin Abdullayev saxlanılıblar.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupu məlumat yayıb.
Bildirilib ki, həmin şəxslərdən altı kiloqram narkotik vasitə marixuana, tiryək, metamfetamin, 80 ədəd psixotrop tərkibli həb, həmçinin “TT” markalı tapança və həmin silaha aid 12 ədəd patron aşkar edilərək götürülüb.
A.Yusibov və E.Abdullayev narkotikləri sosial şəbəkə vasitəsilə tanış olduqları əcnəbi narkotacirdən onlayn yolla aldıqlarını bildiriblər.
Faktla bağlı İmişli Rayon Polis Şöbəsində cinayət işi başlanılıb.
Saxlanılan şəxslərin cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.
Argentinanın yeganə dövlət xəbər agentliyi “Telam” ölkə prezidenti Xavyer Mileyin təşəbbüsü ilə bağlanır.
Bu barədə dövlət başçısı parlamentin iclasının açılışında bildirib.
Mileyin sözlərinə görə, agentlik onun siyasi rəqiblərinin ideyalarının təbliği ilə məşğul olub.
“Son onilliklərdə kirşnerizmin (solçu ideologiyalarla bağlı siyasi hərəkat - red.)
təbliğat agentliyi kimi istifadə edilən “Telam”ı bağlayacağıq”, - deyə o, bildirib.
Miley çıxışında müxalifət nümayəndələrini də xatırladıb və bildirib ki, onlar münaqişə axtarırlarsa, münaqişə olacaq.
Xəbər verdiyimiz kimi, martın 2-də Yevlax şəhərində Həsrət Bəkirov ailə münasibətləri zəminində arvadı Laləzar Bəkirovaya kəsici alətlə xəsarət yetirərək qəsdən öldürüb.
Hadisədən sonra Həsrət Bəkirov könüllü olaraq təslim olub və rayon prokurorluğunun qərarı əsasında şübhəli şəxs qismində tutulub.
H.Bəkirovun anası Diliş Bəkirova hadisə ilə bağlı Baku TV-yə danışıb.
Ananın sözlərinə görə, oğlu qətli törətdikdən sonra onu oyadaraq gəlinin qan içində olduğunu söyləyib:“Qonşularımı çağırdım ki, gəlinim ölüb, kömək edin.
Oğlumun uşaqlıqdan psixi xəstəliyi olub”.
Yaxınlarının sözlərinə görə, H.Bəkirovun psixoloji problemləri olub.
Hətta bir müddət Gəncə Şəhər Psixiatriya Xəstəxanasında müalicə alıb.
Daha ətraflı süjetdə:""09:27"Yevlax şəhərində qətl törədilib.
Yevlax Rayon Prokurorluğundan Oxu.Az-a bildirilib ki, fərdi yaşayış evlərindən birində martın 2-də, saat 3 radələrində 1987-ci il təvəllüdlü Laləzar Bəkirovanın öldürülməsi barədə məlumat alıblar.
İlkin araşdırmalarla 1986-cı il təvəllüdlü Həsrət Bəkirovun ailə münasibətləri zəminində arvadı Laləzar Bəkirovaya kəsici alətlə xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Hadisədən sonra Həsrət Bəkirov könüllü olaraq təslim olub və rayon prokurorluğunun qərarı əsasında şübhəli şəxs qismində tutulub.
Faktla bağlı Yevlax Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
Azərbaycanın BMT-yə üzv olmasından 32 il keçir.
Azərbaycan Respublikası və BMT arasında əməkdaşlıq Sovet İttifaqının dağılması və Azərbaycanın öz müstəqilliyini bərpa etməsindən dərhal sonra bərqərar olub.
Azərbaycan 1992-ci ilin 2 mart tarixində BMT-nin üzvlüyünə qəbul edilib.
1992-ci il may ayının 6-da Azərbaycanın BMT nəzdində Daimi Nümayəndəliyi açılıb.
BMT ilə əməkdaşlığın birinci günündən başlayaraq, Azərbaycan bu platformadan beynəlxalq ictimaiyyətin diqqətini Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etməyə və BMT-nin potensial imkanlarından istifadə etməklə sülh sazişinin əldə olunmasına çalışıb.
1993-cü il ərzində BMT-nin Təhlükəsizlik Şurası Ermənistan-Azərbaycan münaqişəsinə dair 822, 853, 874, 884 saylı qətnamələr qəbul edib.
Hər bir qətnamə Azərbaycan ərazilərinin Ermənistanın silahlı qüvvələri tərəfindən işğalı nəticəsində qəbul edilib.
Bu qətnamələr Azərbaycanın ərazi toxunulmazlığını yenidən təsdiq edərək, dərhal atəşkəs elan olunması, hərbi əməliyyatlara son qoyulması və işğalçı qüvvələrin Azərbaycan Respublikası ərazisindən çıxarılması tələblərini irəli sürüb.
Azərbaycan 2020-ci ilin sentyabrın 27-dən noyabrın 10-dək olan müddətdə BMT Təhlükəsizlik Şurasının qətnamələrini təkbaşına icra edərək işğaldakı ərazilərini azad edib.
Azərbaycan BMT Baş Assambleyasının işi çərçivəsində fəal iştirak edir.
Azərbaycan BMT-nin bir çox xüsusi qurum və orqanları ilə fəal və səmərəli əməkdaşlıq edir.