Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
Qeyd edək ki, 2022-ci ilin martın 18-də Şuşa şəhərində Azərbaycan-BMT tərəfdaşlığının 30 illiyinə həsr olunmuş toplantı keçirilib. |
Tədbirdə Azərbaycan Respublikasının yüksəksəviyyəli dövlət və hökumət rəsmiləri, BMT-nin ölkəmizdəki rezident əlaqələndiricisi, BMT-nin Azərbaycandakı qurumlarının rəhbər şəxsləri iştirak ediblər. |
Son aylarda Qərbdə Azərbaycana qarşı qərəz və böhtana əsaslanan siyasi şantaj və təzyiqlərin yeni dalğasını müşahidə edirik. |
Ərazi bütövlüyümüzü və suverenliyimizi tam təmin etdikdən sonra bu çirkin kampaniya daha geniş vüsət alıb. |
Xüsusilə də Makron Fransasının “öndərliyi” ilə gerçəkləşdirilən məlum olaylar Cənubi Qafqazı yenidən qaynar qazana çevirmək məqsədi daşıyır. |
Rəsmi Bakı sülhü əngəlləyən, Azərbaycanın milli maraqlarını, haqlı mövqeyini şübhə altına almağı hədəfləyən bu kampaniyanın əsas “dayaqları”nın kimliyini konkret adı ilə qeyd edir. |
“Kaspi” qəzetinin mövzu ilə bağlı məqaləsində deyilir:""Digər ölkələrdən fərqli addımlar atmırıq"Prezident İlham Əliyevin Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə vurğu etdiyi məqamlar bu baxımdan xüsusilə ilə diqqət çəkir. |
“Beynəlxalq hüququn normaları bizim tərəfimizdədir”, - deyən Prezident İlham Əliyev qeyd edib ki, ölkəmizin suverenliyini və ərazi bütövlüyünü təmin etməsi ilə bağlı bizi hər hansı günahlandırma cəhdləri tamamilə əsassız və qərəzlidir. |
Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini təmin etməklə bağlı digər ölkələrin atdığı addımlardan fərqli addımlar atmır. |
Dövlətimizin başçısı təəssüf hissi ilə qeyd edib ki, bu gün ikili standartlar bir sıra beynəlxalq institutlar, o cümlədən Avropa İttifaqı üçün adi hala çevrilib:"""“Bu baxımdan Jozep Borrelin qeyri-adekvat bəyanatları bizi çox məyus edib. |
Əvvəla, onun bu bəyanatları heç bir reallığı əks etdirmir və beynəlxalq hüququn normalarına ziddir. |
İkincisi, Azərbaycan tərəfi bu bəyanatları ölkəmizə qarşı pərdələnmiş təhdid kimi qiymətləndirir. |
Belə ki, Borrel bildirib ki, Azərbaycan Ermənistana hücum edərsə, bunun acı nəticələrini görəcək. |
Əvvəla, Borrel bu məlumatı haradan alıb ki, Azərbaycan Ermənistana hücum etməyi planlaşdırır? |
Onlar cənab Makronun insinuasiyalarıdır. |
Bütün bunlar Fransanın guya Azərbaycanın Ermənistana hücuma hazırlaşması ilə bağlı ölkəmizin demonizə edilməsinə əsaslanan anti-Azərbaycan siyasətinin bir hissəsidir”. |
Bakı hər şeyin fərqindədir"Prezidentin açıqlamalarından da göründüyü kimi, rəsmi Bakı hər şeyin fərqindədir. |
Özünə qarşı yönələn zəhərli fransız oxlarının hədəfə dəyməməsi üçün önləyici tədbirlər görür. |
Hər şeyin və hər kəsin adını, məqsədlərini açıq şəkildə dilə gətirməklə, anti-Azərbaycan planları barədə məlumatlı olduğunu, Qərbdəki digər tərəfdaşlarımızın Fransanın onsuz da uğursuzluğa məhkum olan oyunlarına qoşulmasının onlara da zərər verəcəyini diplomatik yollarla diqqətə çatdırır. |
Cənubi Qafqazda əsas söz sahibi Azərbaycandır. |
Bölgənin həm iqtisadi, həm də siyasi mərkəzi Bakıdır. |
Azərbaycanın geosiyasi və coğrafi mövqeyi, müstəqil siyasi kursu, reallaşdırılan enerji və nəqliyyat layihələrinin həm təşəbbüskarı, həm də əsas bəndi qismində çıxış etməsi onun tələblərinin yerinə yetirilməsinin zəruriliyini ortaya qoyur. |
Bu tələblər isə beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanır. |
Daxili işlərimizə qarışmamaq, əməkdaşlıqda bərabərhüquqlu, qarşılıqlı hörmət və etimada əsaslanan münasibətin sərgilənməsi, milli maraqlarımızın nəzərə alınması, ərazi bütövlüyümüz və suverenliyimizə qarşı təhdidlərə son qoyulması Bakının tərəfdaşlarından əsas tələbləridir. |
İkili standart, yoxsa bizimlə aparılan bir oyun?! |
Qeyd olunan məqamların hədəf halına gətirilməsi Qərbin ikili standartlı siyasətinin əsas konturlarını təşkil edir. |
Biz bunu Avropa Şurası Parlament Assambleyasının son sessiyasında ölkəmizə qarşı qəbul edilən əsassız və məntiqsiz qərarlarda bir daha müşahidə etdik. |
Prezident İlham Əliyevin də vurğuladığı kimi, biz Cənubi Qafqazda ayırıcı xətlərin qurulması cəhdlərini görürük:“Bununla bağlı Azərbaycanda bir çox insanlar belə düşünürlər ki, Avropa institutları tərəfindən Cənubi Qafqazda Gürcüstan və Ermənistanı çox yaxın qəbul etdikləri, Azərbaycanın isə demonizə edildiyi bir şərai... |
Mən demirəm ki, bu mənim şəxsi fikrimdir, insanların çoxu belə düşünür. |
Biz öz ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etdikdən sonra Avropa Şurası Parlament Assambleyası Azərbaycan nümayəndə heyətinin səs hüququndan məhrum edilməsi barədə qərar qəbul edir. |
Əfsuslar olsun ki, bu qərar Almaniya parlamentinin üzvünün təşəbbüsü ilə qəbul olunub və o şəxs Kansler Şoltsun rəhbərlik etdiyi partiyanın üzvüdür. |
Bu, ikili standart deyilmi, yoxsa bizimlə aparılan bir oyundur? |
!” Prezident İlham Əliyev bildirib ki, əgər bir il ərzində nümayəndə heyətimizin hüquqları bərpa olunmazsa, biz Avropa Şurasından tamamilə çıxmağımız barədə məsələyə ciddi şəkildə baxa bilərik. |
Göründüyü kimi, Bakının ona qarşı yönələn təhdidlərə cavab reaksiyası hər zaman hazırdır. |
AŞPA-da hazırda cəmi iki müsəlman ölkəsi var. |
Bunlardan birinin üzvlüyünün dayandırılması isə qurumun özünün insan hüquqları, din azadlığı, tolerantlıq kimi dəyərlərini tapdaladığını bütün dünyaya əyani şəkildə göstərmiş olacaq. |
Burada uduzan Azərbaycan yox, elə bu oyunu quran Fransa və onun maşası halına gələn Avropa strukturları olacaq. |
Bakının gələcək əməkdaşlıq və beynəlxalq inteqrasiya ilə bağlı xarici siyasət kursunun əsas istiqamətləri bir müddət öncə ən ali səviyyədə bəyan edilib. |
Bu səbəbdən, indi Qərbdə Bakını hədəf alanlar özləri yaratdıqları bataqlıqda çabalayırlar. |
Anşlaq alınmayacaq"Azərbaycanın ali rəhbərliyinin istənilən bəyanatı hər zaman tutarlı faktlar və arqumentlərə əsaslanıb. |
Hər bir açıqlamanın arxasında təkzibolunmaz sübutların dayandığını elə bu oyunları quranların özləri də yaxşı bilirlər. |
Məsələn, Bakı bir müddət əvvəl Fransanın ölkəmizdə fəaliyyət göstərən casus şəbəkəsini ifşa etdi. |
Bu addım Fransa hakimiyyəti daxilində ciddi rezonans doğurdu. |
İndi isə Paris aldığı bu zərbənin şokunu üzərindən atmaq üçün Ermənistan üzərindən eyni oyunları davam etdirir. |
İşğalçı dövləti silahlandırmaqla yanaşı, baş nazir Nikol Paşinyanın Parisə son səfəri zamanı Fransa ilə Ermənistan kəşfiyyatları arasındakı gizli razılaşma da bu planın tərkib hissəsidir. |
Ancaq dəyişməyən bir reallıq var. |
Ssenarisində Azərbaycan hədəfə alınmaqla qurulan istənilən tamaşada baş rol ifaçısının və yardımçılarının kim olmasından asılı olmayaraq, anşlaq alınmayacaq. |
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Suraxanı rayonu, Əmircan qəsəbəsində azyaşlının evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. |
Bildirilib ki, Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunublar. |
Xilasedicilər alpinist ləvazimatlarının köməyi ilə beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində yerləşən mənzilə eyvandan daxil olub və 2017-ci il təvəllüdlü azyaşlını yatmış vəziyyətdə aşkar edərək valideynlərinə təhvil veriblər. |
Aydın səma, bərpa olunan suverenlik, məsud dalğalanan üçrəngli bayraq... |
Bu gün bunların, bəlkə də daha çox qədrini bilməliyik. |
Daha çox öpüb gözümüzün üstündə saxlamalıyıq. |
Çünki zaman axınının əksinə üzsək, bu günə, bu müstəqilliyə gələn yolun kökünün necə dərinliklərdə olduğunu görəcəyik. |
Bu düşüncələrlə Zərifə Əliyeva küçəsi ilə Dövlət Sərhəd Xidmətinin inzibati binasında fəaliyyət göstərən “Siyasi Repressiya Qurbanları Muzeyi”nə - ömürlərini Vətənə qurban edən insanlara “vətən xaini” damğası vurulan yerə gedirik. |
“Kaspi” qəzetinin mövzu ilə bağlı hazırladığı reportajı təqdim edirik. |
Müşfiqlərin, Cavidlərin şair ruhunun incidildiyi yer"Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin təşəbbüsü ilə yaradılan bu muzeyin girişində bizi muzeyin rəisi Mirabbas Məmmədov qarşılayır, elə muzey haqqında məlumatı da o verir. |
Tacir Hacı Hacıağa Dadaşova məxsus bu bina 1878-ci ildə tikilib və burada müxtəlif şirkətlərin anbarları, nümayəndəlikləri fəaliyyət göstərib. |
Bina 1920-ci ildə dövlətin balansına keçib, 1925-ci ildən isə Azərbaycan Fövqəladə Komissiyasına (AzÇK) verilib. |
Xalq Daxili İşlər Komissarlığının (NKVD) daxili həbsxanası olan binanın zirzəmisi isə (muzeyin yerləşdiyi) sovet qanunlarının boğmağa çalışdığı minlərlə insanın sorğu-sual edildiyi, işgəncə verildiyi, sürgünə göndərildiyi və ən nəhayət, amansızcasına güllələndiyi yerdir. |
Müşfiqlərin, Cavidlərin, Əhmədlərin şair ruhunun incidildiyi, qürurlarının yenilmədiyi, amma, bəlkə də son nəfəslərini verdiyi yerdir. |
Əl boyda işıq düşmək ehtimalı olan pəncərələr"Böyük bir zindanı xatırladan zirzəminin hücrəyəbənzər ayrı-ayrı otaqlarında qanlı-ağrılı repressiya dövrü qurbanlarını andıran eksponatlar var. |
Balaca, dar, birnəfərlik kameralar...Qapıları elə həmin dövrdən qalmadır. |
Balaca, açılanda bir əl boyda işıq düşmək ehtimalı olan pəncərələri var qapıların. |
Kim bilir kimlərin üzünə bağlanıb, kimləri dustaq edib bu tarixi özündə saxlayan qapılar?! |
Kim bilir kimlərə hansı insanlığa sığmayan, dəhşət sözündən daha da dəhşətli olan işgəncələr verilib bu kameralarda?! |
Düşündükcə, baxdıqca adamın ruhu ruhluqdan çıxır. |
Adam yerlə göy arasında daşa dönür, qandala dönür, dəmir barmaqlığa dönür, edam ağacına dönür burada. |
Amma eyni zamanda, burada azad olmağın qiymətini daha çox bilirsən. |
Cümlə xəyanətlərə bais...""Muzeyin “Dindirilmə otağı” adlanan guşəsində Hüseyn Cavidi xatırladan maketi görüncə ağlımıza bu misra gəldi. |
Cavid burada sanki “iblis” tərəfindən dindirilir. |
O dövrə aid əşyalar az olsa da, ab-havası tam şəkildə adamı 1937-ci ilə atır. |
Mirabbas müəllim Cavidlə bağlı qaranlıq məqamların olduğunu qeyd edir:“1939-cu il iyunun 9-da Cavidin 8 il müddətinə həbs edilməsi ilə bağlı qərar çıxarılıb. |
Cavidin 1941-ci ildə Maqadanda olduğunu göstərən sənədlər var. |
1941-ci ilə qədər onun cəzasını harada çəkməsi bəlli deyil. |
Ümumiyyətlə, onlarla bağlı sənədlər, qeydlər çox azdır”. |
Daş divarlar arasında boğulan güllə səsləri"Zirzəmin lap dərinliyində iç-içə otaqlardan ibarət, digərlərindən nisbətən geniş kamera var. |
Mirabbas müəllim deyir ki, buranı muzey üçün təmizləyib hazırlayanda torpaqda qan izləri olub. |
Ona görə də, buranın güllələnmə kamerası olduğu ehtimal edilir. |
Allah bilir bu daş divarlar, bu daş tavan, bu daş döşəmə nə qədər qəddar insan baxışlarının, əmrlərin, atəş səslərinin, insan fəryadlarının, əbədi yumulan gözlərin, boğulan mədəniyyətin, ədəbiyyatın, elmin şahidi olublar. |
Bəlkə də içlərinə yığılan kədərdən, qəzəbdən qalınlaşıb bu divarlar belə. |
Kamera təmizlənəndən sonra buraya molla, keşiş, ravvin dəvət olunub. |
Hər üçü öz dininə uyğun qətlə yetirilənlərin ruhuna dualar oxuyublar. |
Qan izləri olan torpaq parçası isə simvolik olaraq Nargin adasında dəfn edilib. |
Burada eksponat kimi qoyulan, üstünə silah tuşlanan maket isə şair Mikayıl Müşfiqi andırır. |
Göyə sovrulan ümidlər...""Muzeydə köhnə çamadanlardan ibarət, yerdən tavanacan qalxan kompozisiya var. |
Bəzilərinin ağzı açılıb, içərisindən şəxsi əşyaları da tökülür sanki. |
Sanki ömürlərini yaşaya bilməyən insanların göyə sovrulan ümidləridir bu çamadanlar. |
Hərəsi bir insan taleyini ehtiva edir özündə. |
Təəssüf ki, repressiya qurbanları tək şairlər, yazıçılar, alimlər deyildi. |
Onların xanımları da bu müsibətin bir parçası olublar. |
Onlara deyirdilər ki, ərin vətənə xəyanət edəndə xəbər verməmisənsə, deməli, sən də xainsən! |
Komissarlığın 00485 saylı əmrinə görə isə “vətən xainləri”nin həyat yoldaşları heç bir məhkəmə, araşdırma, istintaq olmadan 5-8 il müddətinə sürgün olunmalı idilər. |
Onlar əsasən Rusiyaya, Qazaxıstana göndərilirdilər. |
İnsan ölümünə qoyulan plan"SSRİ-nin iqtisadiyyatı planlı iqtisadiyyat idi, istehsalata limit qoyulurdu, deyir muzeyin rəisi:“Dəhşətlisi budur ki, repressiyaya da bu yanaşma tətbiq olunub. |
Moskvanın 1937-ci il 30 iyul 00447 saylı əmriylə SSRİ-nin tərkibində olan bütün ölkələrə 4 ay ərzində güllələnməli və sürgünə göndərilməli olan insanların sayı ilə bağlı limit qoyulub. |
Bu plana əsasən, Azərbaycanda 1500 insan güllələnməli, 3700 insan isə sürgün olunmalı idi.Bağırov 7250 nəfəri repressiya qurbanı edərək bu planı artıqlaması ilə yerinə yetirib”. |
Muzey canlı orqanizmdir"Mirabbas müəllim onu da deyir ki, muzey canlı orqanizmdir. |
Onlar muzey üçün yeni eksponat və məlumatların axtarışını indi də aparırlar. |
Amma təəssüf ki, çox az şəxsi əşya əldə etmək olur. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.