Search is not available for this dataset
text
stringlengths 10
518k
|
|---|
Bu kimi nəzəriyyələrin formalaşmasında əsas problem kimi Türkiyənin dövlət qurum və siyasi xadimlərinin başsağlığı ünvanlamalarına baxmayaraq, Azərbaycanın dövlət qurumlarından buna ətraflı münasibətin bildirilməməsi idi. Qəzadan 5 saat yarım keçəndən sonra ictimaiyyətə həlak olan və yaralanan hərbçilərin adı, hadisənin ilkin səbəbi isə ondan da 2 saat sonra açıqlanmışdır.
|
Əlavə olaraq, DSX-nin rəisi Quliyevin brifinqinə mətbuat cəmi bir neçə dəqiqə qalmış çağırılmış, bu səbəbdən də mətbuatın kiçik bir qismi qatılmağa çatmışdır.
|
Helikopterin qara qutusunun Rusiyaya göndərilməsi də təxribat versiyasının səsləndirilməsində rol oynamışdır.Bakıda yerləşən "Şərq-Qərb" Araşdırmalar Mərkəzinin direktoru Ərəstun Oruclu bildirmişdir ki, "düşmən sakitliklə öz işini davam etdirir.
|
Bir qəzada bir neçə məqsədinə nail oldu.
|
Oruclu bu "düşmənin" adını çəkmədən, qəzanın Azərbaycanın "bütün silah və texnikaları düşməndən almasını" və Azərbaycanın "Xəzər dənizində yalnız düşmənlə birgə" fəaliyyət göstərməsini təmin etmək cəhdi olduğunu təkid etmidir.
|
Burada o, "düşmən" dedikdə Rusiyanı nəzərdə tuturdu.
|
Jurnalist Mehman Hüseynov yazmışdır ki, "köhnə, istismar müddəti bitmiş texnikanı orduya alıb verənlərin kimliyini araşdırmaq lazımdır" və yalnız bundan sonra "hər şey aydınlaşacaq".Politoloq Zərdüşt Əlizadə konspiroloji fikirləri rədd edərək hadisədə heç bir şübhəli məqamın olmadığını bildirmişdir.
|
O, bunun birinci qəza olmadığını vurğulamış və bütün dünyada bu cür qəzaların baş verdiyini əlavə etmişdir.
|
Prezidentin köməkçisi Hikmət Hacıyev sosial şəbəkələrdə rəsmi məlumat olmadan həlak olanların siyahısına adların əlavə edilməsini tənqid etmişdir.
|
O əlavə etmişdir ki, "bu, ailələr üçün travma ola bilər".
|
Azərbaycan Respublikasının Baş prokuroru, I dərəcəli dövlət ədliyyə müşaviri Kamran Əliyev qeyd etmişdir ki, "bəzi şəxslər tərəfindən bu hadisədən siyasi məqsədlər üçün sui-istifadə hallarına cəhdlər göstərilir, heç bir fakta söykənməyən əsassız şayiələr yayılır".
|
Əliyev əlavə etmişdir ki, bu kimi şəxslər barədə ölkə qanunvericiliyində nəzərdə tutulan "ən sərt tədbirlərin görülməsi təmin ediləcək", son olaraq bildirmişdir ki, "bu faciədən siyasi məqsədlər üçün istifadə edilməsi yolverilməzdir".
|
Milli Məclisin deputatı Naqif Həmzəyev qəzadan sonra "həmişə olduğu kimi sosial şəbəkələrdə müxtəlif versiyalar və təkliflərin" səsləndiyini qeyd etmiş, irəli sürülən ehtimalların "nəticə etibarilə müxtəlif yanlış informasiyaların tirajlanmasına gətirib çıxartdığını" bildirmiş və bilərək və ya bilməyərəkdən saxta məlumatları "tirajlayaraq ictimaiyyəti çaşdırdıqlarını" söyləmişdir.
|
O həmçinin, DSX rəhbəri Elçin Quliyevin sözlərindən sitat gətirərək bildirmişdir ki, "kənar müdaxilədən söhbət gedə bilməz".
|
hərbi ekspert Üzeyir Cəfərov iddialara cavab olaraq qəzada təxribatın olması haqda danışarkən bildirmişdir ki, bu, "ümumiyyətlə mümkün deyil".
|
Hərbi ekspert Ramil Məmmədli sosial mediada həqiqətə uyğun olmayan məlumatların yayıldığını qeyd etmişdir.
|
Caliber"in layihə müəllifləri qeyd etmişdir ki, "faciə ilə bağlı rəsmi araşdırmanın nəticələrinin açıqlanmasını gözləməyən konspirologiya sevərlər sosial şəbəkələrdə qəzanın səbəbləri ilə bağlı müxtəlif, o cümlədən hadisədə xarici xüsusi xidmət orqanlarının əlinin olması kimi cəfəng versiyaları irəli sürüblər".
|
Hərbi ekspert Ədalət Verdiyev bildirmişdir ki, cəmiyyətdə bu məsələlər qarışdırılmamalıdır.
|
Onun sözlərinə görə, helikopter qəzasını Qarakənd faciəsi ilə əlaqələndirənlər dərindən yanlışa yol vermişdilər.
|
Ekspert bildirmişdir ki, "hadisənin baş vermə səbəbləri haqqında çox şey danışmaq" olar, lakin "söylənən fikirlər bizi əsl reallıqdan yayındıra bilər".
|
Hərbi ekspert Emin Həsənli bununla əlaqədar demişdir ki, "bir qrup bu məsələlərdən siyasi məqsəd güdür" və sanki "hansısa bir problemin olmağını gözləyirlər".
|
O bildirmişdir ki, "ordudan siyasi məqsədlər üçün istifadə etmək olmaz".
|
Hərbi ekspert Ruslan İmamquliyevə görə, "araşdırmalar aparılmadan heç bir ekspertin, yaxud sıradan bir şəxsin bu haqda rəy verə bilmə səlahiyyəti yoxdur".
|
Hərbi ekspert Üzeyir Cəfərov qəzanın bir təxribat olması versiyasını "şəhidlərə qarşı hörmətsizlik" adladırmışdır.
|
Saleh Rüstəmov üçün aksiya 1 dekabrda Gədəbəy Rayon İcra Hakimiyyətinin həbsdə olan keçmiş başçısı Saleh Rüstəmovun azadlığa buraxılması tələbi ilə Bakının mərkəzində aksiya keçirilmişdir.
|
Aksiya Qaraheybətdə həlak olan hərbçilərin ümumxalq vida mərasimi ilə üst-üstə düşdüyünə görə bəzi lokal media qurumu tərəfindən bu, "şəhidlərin xatirəsinə hörmətsizlik" kimi qələmə verilmiş, "təxribat" adlandırılmışdır.
|
Əli Əliyevin həbsi Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev 9 dekabr 2021-ci il tarixində Sevinc Osmanqızının YouTube kanalı olan Osmanqızı TV-də Qaraheybət aviasiya poliqonunda helikopter qəzası haqqında helikopter qəzasından sağ çıxmağın mümkünsüzlüyü barəsində fikirlər və iddialar səsləndirmişdir.
|
Qəzada yaralanan polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilov Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevi xüsusi ittiham qaydasında məhkəməyə verdilər.
|
Şikayətçilər məhkəməyə Əli Əliyevə qarşı Cinayət Məcəlləsinin 147.1-ci (Böhtan) maddəsinə uyğun olaraq xüsusi ittiham qaydasında şikayət ediblər.
|
Şikayət ərizəsində Əli Əliyevin 6 ay müddətinə azadlıqdan məhrum edilməsi istənilib.
|
13 yanvar 2021 tarixində Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Səfərovun sədrliyi ilə keçirilən prosesdə xüsusi ittiham qaydasında Əli Əliyevə 5 ay həbs cəzası verilib.
|
Qardaş köməyi" toplusu — İctimai-siyasi toplu.
|
Birinci dünya müharibəsi (1914–1918) dövründə Azərbaycanın bir sıra yaşayış məntəqələrində fəaliyyət göstərmiş "Qardaş köməyi" təşkilatının orqanı.
|
Əsasən, Qars vilayəti ətrafında zərər çəkmiş müsəlman qaçqınlarının həyatına həsr olunmuş məqalələr dərc edilirdi.
|
Əsas yazıçılar Toplunun əsas mühərrirləri Məhəmməd Əmin Rəsulzadə, Əhməd Cavad, Hüseyn Cavid, Firidun bəy Köçərli, Seyid Hüseyn, Abdulla Şaiq, Şəfiqə xanım Əfəndizadə idi.Jurnalın bir nüsxəsi hələ də İstanbulda saxlanılaraq, mühafizə olunur.
|
Həmçinin bax Məhəmməd Əmin Rəsulzadə "Qardaş köməyi" təşkilatı Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, "Qardaş köməyi" maddəsi
|
Qardaş köməyi" təşkilatı — ictimai təşkilat.
|
Birinci dünya müharibəsi (1914-1918) illərində Azərbaycanın bir sıra yaşayış məntəqələrində fəaliyyət göstərmişdir.
|
Təşkilatın əsas məqsədi müharibədə əsir düşmüş türk əsgərlərinə, kimsəsizlərə yardım etmək, müalicə olunmalarına kömək göstərmək, onları ərzaqla, geyimlə təmin edib vətənlərinə yola salmaq idi. Cəbhə bölgələrində sahibsiz qalmış türk uşaqlarını toplayıb uşaq evlərinə göndərirdi.
|
Təşkilatın Bakı şöbəsi Nargin adasında saxlanılan türk əsirlərinin azad olunmasında böyük şücaət göstərmişdir.
|
Belə ki, gecələr kiçik qayıqlarda Nargin adasına yan alan azərbaycanlılar yüzlərlə əsiri azad edib Türkiyəyə yola salmağa nail olmuşdular.
|
Əsirlərin bəziləri vətənlərinə qayıtmaqdan imtina edərək, Azərbaycanı özlərinə vətən seçmişdilər.
|
O cümlədən, iki türk əsiri azad olunduqdan sonra Mərdəkanda qalmış, ailə qurmuş və XX əsrin sonlarınadək yaşamışlar.
|
Onların törəmələri Mərdəkanda böyük bir nəsil halında yaşamaqdadır.
|
Nağı Şeyxzamanlının verdiyi məlumata görə, təşkilat "Qardaş köməyi" adlı jurnal da nəşr etdirmişdir.
|
Jurnalın bir nüsxəsi İstanbulda mühafizə olunur.
|
Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, "Qardaş köməyi" təşkilatı maddəsi.
|
Həmçinin bax "Qardaş köməyi" toplusu
|
Qartal" — Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının xüsusi təyinatlı dəstəsi.
|
Yaradılması Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının xüsusi təyinatlı hərbi qulluqçulardan ibarət xüsusi təyinatlı dəstələri mövcuddur.
|
Həmin dəstərin hamısı vahid "Kommando" adı altında birləşiblər.
|
Ümumi olaraq isə Daxili Qoşunların 9 Xüsusi Təyinatlı Dəstəsi mövcuddur.
|
Qartal" Xüsusi Təyinatlı Dəstəsidə onlardan biridir.
|
Qartal" Xüsusi Təyinatlı Dəstəsi əsasən gizirlərdən və zabitlərdən ibarətdir.
|
Baş geyimləri qırmızı beretdir.
|
Qartal" — Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının xüsusi təyinatlı dəstəsi.
|
Yaradılması Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının xüsusi təyinatlı hərbi qulluqçulardan ibarət xüsusi təyinatlı dəstələri mövcuddur.
|
Həmin dəstərin hamısı vahid "Kommando" adı altında birləşiblər.
|
Ümumi olaraq isə Daxili Qoşunların 9 Xüsusi Təyinatlı Dəstəsi mövcuddur.
|
Qartal" Xüsusi Təyinatlı Dəstəsidə onlardan biridir.
|
Qartal" Xüsusi Təyinatlı Dəstəsi əsasən gizirlərdən və zabitlərdən ibarətdir.
|
Baş geyimləri qırmızı beretdir.
|
Qaya — 1961-ci ildən 1988-ci ilə qədər fəaliyyət göstərmiş Azərbaycan vokal kvarteti.
|
Qrupun heyətinə Arif Hacıyev, Lev Yelisavetski, Rauf Babayev və Teymur Mirzəyev daxil idi. Qrup Azərbaycan, ingilis, ispan, polyak və rus dilində mahnılar ifa etmişdir.
|
1961-ci ildə Rauf Hacıyev qrupu Azərbaycan Dövlət Estrada Orkestrində işləməyə dəvət etdikdən, "Qaya" böyük səhnəyə gəldi.
|
Qrup müxtəlif dövrlərdə Fərəc Qarayev, Fikrət Əmirov, Rauf Hacıyev, Tofiq Babayev, Tofiq Quliyev, Vasif Adıgözəlov və digər bəstəkarla iş görmüşdür.
|
Qrupun yaranması 1960-cı illərinin əvvəllərində Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbində təhsil alan dörd gənc — Arif Hacıyev, Adil Nəzərov, Rauf Babayev və Teymur Mirzəyev vokal kvartet yaratmaq fikrinə düşürlər.
|
Qrupun ilk çıxışları tələbə yığıncaqlarında və musiqi məktəbinin kiçik otaqlarında baş tutur.
|
1961-ci ildə kvartet bəstəkar Rauf Hacıyev rəhbərlik etdiyi Azərbaycan Dövlət Estrada Orkestrində "Qoscaz" adlandırdılan kollektivə işə dəvət edilir.
|
O zaman kollektiv "Bakı vokal kvarteti" adlanırdı.
|
Azərbaycan Dövlət Estrada Orkestrində çalışdıqları dövrdə Adil Nəzərov ailə vəziyyətilə bağlı kollektivdən gedir və onu Lev Yelisavetski əvəz edir.
|
Sonra bəstəkar Murad Kajlayevin dəvətilə kvartet Dağıstana gedir.
|
Burada qrup Rafiq Babayevin rəhbərlik etdiyi ansamblın müşayiəti ilə çıxış edir.Dağıstanda qrup böyük yaradıcılıq şövqü ilə işləsə də, maddi ehtiyacları və ailə problemləri həll olunmadığı üçün Bakıya qayıtmalı olur.
|
Bakıya qayıdarkən qrupun heyəti qatarda kvartetin adı haqqında düşünmək fikrinə düşürlər.
|
Müxtəlif variantlar səslənir.
|
Təkliflərdən biri də "Qaya" olur.
|
Moskvada vokalçılar müsabiqəsi Kvartet ilk müvəffəqiyyətini 1966-cı ildə Moskvada keçirilən "Ən yaxşı Sovet mahnısı ifası" üzrə Ümumittifaq müsabiqəsində qazandı.
|
Müsabiqənin başlamasından 25 gün əvvəl dəvət aldıqdan sonra "Qaya" müsabiqəyə 10 mahnı hazırlamağı bacarır və parlaq bir qələbə qazanır.
|
Bu qələbə ilə qrupa bütün SSRİ-də şöhrət qazanır və kult qrupuna çevrilir.
|
Qaya" ansamblı 1972-ci ildə Azərbaycan SSR Nazirlər Soveti və Mədəniyyət Nazirliyinin qərarı ilə "Qaya" kvarterinə Dövlət Ansamblı statusu verilib.
|
Həmin ildə "Qaya" öz şou proqramını yaratmağa qərar verir və Mark Rozovski və Yuli Qusmanı ssenari yazmağa dəvət edir.
|
Şou proqrama "İsa Məsih — Super ulduz" rok operasından bir suit daxil edildi.
|
Qrup kvartetdən sekstet olur: Qrupa Tamilla Ağamiyeva və Qalina Barinovanı dəvət olunur.
|
Qrupda İsanın rolunu Rauf Babayev, İuda rolunu Lev Elisavetski, Qalina Barinova isə Maqdalenanı ifa edir.
|
Ansambl üçün geyimləri modelyer Vyaçeslav Zaytsev hazır edir.
|
1970-ci illərdə ABŞ-də ansambl Hyuston şəhərində yerləşən Caz Kollecində çıxış edib.
|
Çıxış zamanı qrupu auditoriyanın qəribə sükuta uğraması çaşdırır və çıxışdan sonra səhnəni tərk etmək istəyəndə tamaşaçıların gürultulu alqışları onları diksindirir.
|
Daha sonra tamaşaçıların istəyinə görə qrup eyni mahnını bir neçə dəfə təkrar edib.
|
Qrup ABŞ səfərinin ardınca Kubaya qastrol edib.
|
1979-cu ildə Lev Yelisavetski qrupu tərk edir və onu Cavan Zeynallı əvəzləyir.
|
Qrupun dağılması 1980-ci illərdə "Qaya"nın tərkibi tez-tez dəyişir.
|
1985-ci ildə isə "Qaya"nın nəzdində Caz və kamera orkestri yaradılır və "Qaya" estrada simfonik dövlət ansamblı adlanır.
|
1981-ci ildə ansambla daha bir müğənni — Rauf Əliyev əlavə edildi.
|
1988-ci ildə Rauf Əliyev qrupdan ayrıldıqdan sonra, onun yerini "Qaya" ansamblında işləyən Abbas Əhməd tutdu.
|
Daha sonra ansamblın nəzdində "Talisman" adlı rok-qrup da formalaşır.
|
2001-ci ildə ansamblın bədii rəhbəri Teymur Mirzəyev İsrailə köçdü.
|
Bundan sonra ansambl fəaliyyətini dayandırsa da, sonradan Azərbaycan Dövlət "Qaya" Ansamblına çevrildi.
|
2012-ci ildə Moskva Beynəlxalq Musiqi Evinin teatr salonunda "Qaya" vokal kvartetinin 50 illik yubileyinə həsr edilmiş konsert olub.
|
Diskoqrafiya "Qaya" qrupun diskoqrafiyasına 8 studiya albomu daxildir.
|
Musiqi repertuarı Filmoqrafiya Abşeron ritmləri (film, 1970) (tammetrajlı musiqili-bədii televiziya filmi)-filmdə iştirak Azərbaycan incəsənəti (film, 1970) Toyda görüş (film, 1970) Mahnı qanadlarında (film, 1972) "Qaya" vokal-instrumental ansamblı (film, 1977) Yarımçıq qalmış mahnı (film, 1979) Nəğməkar torpaq (film, 1981) Qaya (film, 2001) Əlvida, cənub şəhəri (film, 2006) Xarici keçidlər Ötən illərin mahnıları
|
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.