Search is not available for this dataset
text
stringlengths 10
518k
|
|---|
Onlar heç Qododan nə istədiklərini belə bilmirlər.
|
Estraqon gözləməkdən sıxılır və özlərini ağacdan asaraq vaxt keçirməyi təklif edir.
|
Bu fikir hər ikisinin xoşuna gəlir, lakin kimin birinci özünü asmasına qərar verə bilmirlər.
|
Qorxurlar ki, biri ölər, digəri tək qalar.
|
Ona görə də, Qodonu gözləməyin daha təhlükəsiz olduğu nəticəsinə gəlirlər.
|
Estraqon acdığını söyləyir, Vladimir ona yeməsi üçün kök verir.Pozzo və Lukkinin gəlməsi ətrafda hökm sürən sükutu pozur.
|
Lukkinin boynuna kəndir bağlanıb, əlində kətil, səbət, çanta və şinel daşıyır.
|
Pozzonun əlində onu idarə etmək üçün qamçı var.
|
Lukki səsini çıxarmadan Pozzonun əmrlərini yerini yetirir.
|
Lukki kətili yerə qoyur və içində toyuq əti olan səbəti açır.
|
Pozzo şərab içir, toyuğun ətini yeyib sümüklərini kənara atır.
|
Lukki hər tapşırığı tamamladıqdan sonra belini bükərək çantanı tutmağa davam edir.
|
O, Estraqonla Vladimirin marağına səbəb olur.
|
Onlar onun çantanı niyə əlindən yerə qoymadığını soruşurlar.
|
Vladimir Pozzonun kənara atdığı sümükləri götürə bilib-bilməcəyini soruşur.
|
Pozzo sümüklərin artıq Lukkiyə aid olduğunu deyir.
|
Lukki dinməz-söyləməz dayanır, ona görə də, Estraqon sümüklərə sahib çıxır.
|
Sonda Pozzo Lukkinin çantanı əlindən qoymama səbəbini açıqlayır: çünki o, başqa kiməsə verilməkdən, tərk edilməkdən qorxur.
|
Onların gəlişindən bəri sakit duran Vladimir Pozzonu tənqid edir.
|
Pozzonun onun sözlərinə əhəmiyyət verməyərək Lukkinin onun üçün yük olduğunu, onu satmağı düşündüyünü deyir.
|
Bu zaman Lukki ağlamağa başlayır.
|
Lukkiyə yazığı gələn Estraqon onun göz yaşlarını silmək istəyir.
|
Lakin ona yaxınlaşan zaman Lukki Estraqona təpik vurur.
|
Pozzo Lukki ilə təxmin 60 ildir biryerdə olduqlarını söyləyir.
|
Estraqon belə vəfalı nökərə bu cür davranılmasından dəhşətə gəlir.
|
Pozzo əylənmək Lukkinin "oynaması"nı və "düşünməsi"ni təklif edir.
|
Yöndəmsiz şəkildə rəqs edən Lukki teologiya haqqında danışmağa başlayır, lakin tezliklə bir-biri ilə əlaqəsi olmayan şeylər haqda uzun bir monoloq söyləyir.
|
Bu, onun danışdığı ilk və son səhnə olur.
|
Onun səs tonu getdikcə yüksəlir, danışıq sürəti də artır.
|
Bu işgəncəyə son vermək üçün Vladimir onun şlyapasını götürür və cümləsini ağzında qoyur.
|
Lukki çantaları yığır, Pozzo ilə birgə tələsik şəkildə çıxıb gedirlər.
|
Vladimir və Estraqon yenidən təkbaşına qalır.
|
Qodunun elçisi olduğunu deyən bir oğlan gələrək Qodonun bu gün axşam olmasa da, sabah mütləq gələcəyini bildirir.
|
Vladimirlə Estraqon oğlan çıxıb getdikdən sonra bir müddət mübahisə edir, sonda qalacaq yer tapmağa qərar verirlər.
|
Buna baxmayaraq, hərəkət etmədən yerlərində dayanırlar.
|
İkinci pərdə Məkan, zaman yenə eynidir.
|
Estraqonun çəkmələri və Vladimirin şlyapası hələ də səhnədədir.
|
Vladimir mahnı oxuyaraq səhnəyə daxil olur.
|
Bunu görən Estraqon Vladimirin onsuz necə xoşbəxt olduğundan məyus olur.
|
İkisi də bir-birindən ayrı olanda daha yaxşı hiss elədiyini qəbul edir.
|
Lakin özlərini inandırırlar ki, birlikdə xoşbəxtdirlər.
|
Hələ də Qodonu gözləyir, bir-birinə suallar verməyi qərara alırlar.
|
Estraqon bir gün əvvəl baş verən hər şeyi unudub.
|
Pozzo, Lukki, özünü asmaq istəməsi haqda heç nə xatırlamır.
|
O, hətta çəkmələrinin belə başqa birinin olduğunu düşünür.
|
Amma ayağına geyinib yoxlayanda onların düz əyninə olduğunu görür.
|
Ötən gecədən bu yana ağacların yarpaqlarının peydə olduğunu görən Estraqon yazın gəldiyini düşünür.
|
Lakin Vladimir Estraqonun ayağına baxdıqda Pozzonun təpiklədiyi yerin hələ də şişkin olduğunu və qanadığını görür.
|
Tezliklə onlar bu söhbətə son qoyur və müzakirə etməyə yeni mövzu tapmağa çalışırlar.
|
Vladimir Pozzonun şlyapasını tapır və başına taxıb yoxlayır.
|
Şlyapaları təkrar-təkrar dəyişib geyinərək bir müddət belə vaxt keçirirlər.
|
Bu, Vladimirin öz şlyapasını yerə atması ilə sona çatır.
|
Sonra Pozzo və Lukkini yamsılamaq qərarına gəlirlər, lakin bunun da bir faydası olmur.
|
Kiminsə gəldiyini hiss edirlər.
|
Vladimir düşünür ki, gələn Qododur və onları xilas etməyə gəlir.
|
Daha sonra o qorxuya düşür və Estraqonu gizlətməyə çalışır.
|
Amma ağac onu gizlətmək üçün çox kiçik idi. Danışıq əsnasında bir-birini təhqir etməyə başlasalar da, sonda qucaqlaşıb gözləməyə davam edirlər.
|
Pozzo ilə Lukki yenidən səhnəyə daxil olur.
|
Lukki yenə lal-dinməzdir.
|
Lukkinin boynuna bağlanan kəndir daha qısadır.
|
Bu dəfə Lukki idarə olunandan daha çox yol göstərən tərəfdir.
|
Lukki Vladimirlə Estraqonu görüb dayanır, belə olan halda Pozzo ona çırpılır və ikisə də yerə yıxılır.
|
Estraqon dünən onu təpiklədiyinə görə Lukkidən intiqam almaq istəyir.
|
Ona görə də, onların üzərinə atılır.
|
Vladimir əvvəlcə Estraqonu ayağa qaldırmır, daha sonra özü də onların üzərinə yuvarlanır.
|
Çoxsaylı cəhdlərdən sonra yıxılıb-duraraq nəhayət ki ayağa qalxa bilirlər.
|
Pozzo kor olduğunu, zaman anlayışını itirdiyini, bu gün olan şeyi sabah xatırlamadığını deyir.
|
Pozzo və Lukki səhnəni tərk edir, Estraqon yuxuya gedir.
|
Dünənki oğlan yenə gəlir və onları tanımadığını, ilk dəfə gördüyünü deyir.
|
Vladimir daim eyni hadisələrin təkrarladığının fərqinə varır.
|
Hətta o, oğlanın deyəcəklərini də əvvəlcədən təxmin edir: Qodonun bu gün olmasa da, sabah mütləq gələcək.
|
Vladimir oğlanın onları tanımadığını iddia etməsinə əsəbləşərək oğlanı qovalayıb arxasınca qaçır.
|
Estraqon oyanır, yenə çəkmələrini çıxarıb kənara atır.
|
Onlar Estraqonun kəmərindən istifadə edərək yenə özlərini asmağı düşünürlər.
|
Kəmərin möhkəmliyini yoxlayan zaman o qırılır və Estraqonun şalvarı əynindən düşür.
|
Əgər Qodo sabah da gəlməsə, işlərinə yarayan bir kəndir gətirib intihar edərək bu məsələni həll edəcəklərini deyirlər.
|
Çıxıb getməyi qərara alsalar da, yerlərindən tərpənmirlər.
|
Estraqon və Vladimir — əsərin əsas iki qəhrəmanıdır.
|
Bekket əsəri yazmağa başlayarkən ağlında Vladimirlə Estraqonun vizual imici yox idi. Əsərdə heç birinin fiziki təsviri yoxdur, lakin əsərin mətnindən Vladimirin daha kök olduğu aydın görünür.
|
Əsər boyunca Vladimir əsasən ayaq üstə durur, Estraqon isə oturur, bəzənsə yuxulayır.
|
Estraqon hərəkətsizdir, Vladimir isə yerində dayanmır.
|
Estraqon intuitivdir.
|
Ağlını qurcalayan əsas şey fiziki ağrılarını azaltmaq üçün ərzaq tapmaqdır.
|
Olanları daim unudur, yaddaş problemi var.
|
Al Alvarez yazır: "Bəlkə də Estraqonun unutqanlığı onların münasibətini bir arada saxlayan bağdır.
|
Estraqon daim unudur, Vladimir də daim yada salır.
|
Bu ikisi arasında vaxt keçirirlər.
|
Vladimirin həyatı da əziyyətsiz keçmir, amma o, daha dayanıqlıdır.
|
Vladimirin əsas dərdi zehni iztirabdır.
|
Öz şlyapasını könüllü şəkildə Lukkininki ilə dəyişməsi başqa insanın zəkasına olan marağınıı simvolizə edir.
|
Vladimir düşünmə prosesini və ya ruhi vəziyyəti, Estraqon isə fiziki şeyləri və ya bədəni təmsil edir.Pozzo — Lukkinin ağasıdır.
|
Əsərin birinci pərdəsində Vladimir və Estraqona yoldaş olur.
|
İkinci pərdədə isə kordur, köməyə ehtiyacı var.
|
Estraqon kimi tanış olduğu insanları xatırlamır.
|
Lukki — Pozzonun quludur.
|
Boğazı kəndirlə bağlıdır, Pozzo tərəfindən idarə olunur və onun çantalarını daşıyır.
|
Bütün əsər boyu ancaq iki dəfə danışmağına icəzə verilir.
|
Oğlan — Qodonun nökəridir.
|
Hər iki pərdədə bənzər rol oynayır: Qodonun bu gün gəlməyəciyini, ancaq sabah mütləq gələciyini deyir.
|
Oğlanın bir qardaşı olduğu da bildirilir, amma obraz kimi əsərdə iştirak etmir.
|
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.