Search is not available for this dataset
text
stringlengths 10
518k
|
|---|
Orden üç cərgə qızılı rəngli sünbüllərlə haşiyələnmişdir.
|
sünbüllərin üzərində qırmızı mina qatı çəkilmiş qurşağın üzərində ərəb hərfləri ilə respublikanın adının "AİŞC" (Azərbaycan İctimai Şura Cümhuriyyəti) abreviaturu həkk olunmuşdur.
|
3 dekabr 1929-cu ildə Azərbaycan MİK "Qırmızı Əmək Bayrağı" ordeninin statutunu təsdiq etmişdir.
|
Həmin vaxt bu ordenin təsvirində dəyişiklik edilmişdir.
|
Ordenin yeni variantının müəllifi rəssam Beniamin Telenqater (Beno) olmuşdur.
|
Ordenin yeni nümunəsi də gümüşdən hazırlanmış və qızıl suyuna çəkilmişdir.
|
Ölçüsü 5 x 4 sm olan ordenin mərkəzində beşguşəli trapesiyavari lövhənin üzərində fabrik, zavod və neft buruqları təsvir edilmişdir.
|
Lövhənin korpusunun üzərində qızılı oraq və çəkic qabardılmışdır.
|
Ordenin üzərində çarpazvari iki bayraq təsvir edilmişdir.
|
Bayraqların dəstəklərinin arasındakı ağ mina özülünün üzərində Azərbaycanın emblemi olan qırmızı aypara içərisində beşguşəli qırmızı ulduz həkk olunmuşdur.
|
Sağ tərəfdəki bayrağın üzərində Azərbaycan dilində "Bütün ölkələrin proletarları, birləşiniz!
|
, sol tərəfdəki bayrağın üzərində isə respublikanın adının abreviaturu — ASSC (Azərbaycan Sovet Sosialist Cümhuriyyəti) sözləri yazılmışdır.
|
Orden hər iki tərəfdən taxıl sünbülü, onun aşağısında palıd yarpaqları və nəhayət, pambıq qozaları ilə əhatələnmişdir.
|
1933-cü ilin sonlarında "Qırmızı Əmək Bayrağı" ordeni ilə təltif dayandırılmışdır.
|
Bu ordenin 1929-cu il nümunəsi ilə təqribən 300 təltif qeydə alınmışdır.2007-ci ildə Nyu-York hərracında 18 min dollara satılıb.
|
Qız qalası" Beynəlxalq İncəsənət Festivalı — İçərişəhərin ərazisində yerləşən Qız qalasının dünyada tanıdılması məqsədilə 2010-cu ildən etibarən keçirilən beynəlxalq incəsənət festivalı.
|
Qız qalası 2000-ci ildə UNESCO-nun ümumdünya irsi siyahısına daxil edilmişdir.
|
Festivalda iştirak edən müxtəlif ölkələrin rəssamları Qız qalasının maketlərini öz milli üslublarında bəzəyərək fərqli mədəniyyət və adət-ənənələrin sintezini əks etdirən əsərlər yaradırlar.
|
Festivalın tarixçəsi Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Müasir İncəsənət Muzeyinin birgə təşkilatçılığı ilə 2010-cu il 26–29 may tarixlərində keçirilən ilk festivalda 18 ölkədən 20-dən çox rəssam.
|
2011-ci ildə keçirilən II Beynəlxalq incəsənət festivalnda isə 20 ölkədən 25 tanınmış rəssam iştirak edib.
|
2012-ci ildə 24 ölkədən rəssamların iştirak etdiyi "Qız qalası" III Beynəlxalq incəsənət festivalında, əvvəlki festivallardan fərqli olaraq, nəsli kəsilməkdə olan "Qafqaz beşliyi"nə diqqəti cəlb etmək məqsədilə ceyran maketləri hazırlanmışdır.
|
Həmin maketlər rəssamlar tərəfindən bəzədilmişdir.
|
Bu festival IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyi təşkilatçılığı iləkeçirilmişdi.
|
2013-cü il iyulun 4-də Kannın La Kruazet bulvarında "Qız Qalası" IV Beynəlxalq incəsənət festivalının açılışı olub.
|
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Fondun vitse-prezidenti Leyla Əliyeva, Kann şəhərinin meri, deputat Bernar Broşan, o cümlədən BMT baş katibinin müavini Filip Dust-Blazi açılış mərasimində iştirak ediblər.
|
Ümumilikdə sərgidə 26 rəssamın Qız Qalası, 17 rəssamın isə ceyran kompozisiyaları tamaşaçılara təqdim olunub.
|
2014-cü il mayın 7–9 da Bakıda "Qız qalası" V Beynəlxalq incəsənət festivalı keçirilib.
|
Festivalda 26 ölkədən 28 rəssam iştirak edib.
|
Festival çərçivəsində dünyada küçə incəsənətinin (street art) ən populyar növlərindən biri olan 3D rəsmləri də təqdim edilib.2015-ci il iyunun 11-dən 14-dək Bakıda "Qız qalası" VI Beynəlxalq incəsənət festivalı keçirilib.
|
Festivalda 17 ölkədən 27 rəssam iştirak edib.
|
Builki festivalda rəssamlar Qız qalası ilə yanaşı "Bakı-2015" birinci Avropa Oyunlarının rəmzləri olan nar və ceyran maketlərini bəzəyiblər.
|
2016-cı il 18–21 sentyabrda "Qız qalası" VII Beynəlxalq incəsənət festivalı keçirilib.
|
Festival çərçivəsində Bakıda 17–18 sentyabrda uşaqlar üçün "Qız qalası" festivalı keçirilib.
|
Festivalda 30-dək iştirakçı öz əl işlərini təqdim edib.
|
Eyfel qülləsinin yanındakı Jofr meydanında fəaliyyət göstərmiş "Azərbaycan şəhərciyi"ndə təşkil olunan festivalda 4 fransız və 2 azərbaycanlı rəssamın əl işi olan "Qız qalası" maketləri sərgilənib.
|
2017-ci il 22–25 sentyabrda "Qız qalası" VIII Beynəlxalq incəsənət festivalı keçirilib.
|
Qızıl Dərviş — Azərbaycanda teatr sənətinin inkişafında fəal iştirak edənlərə verilən mükafat.
|
1991-ci ildə təsis edilmiş, 1992-ci ildən təqdim olunmuşdur.
|
Qızıl Dərviş" mükafatı özünün ideya-bədii sənət bütövlüyü ilə teatr ictimaiyyətinin diqqətini cəlb edən, öz sənətkarlığı ilə tamaşaçılara yüksək vətəndaşlıq və mənəvi keyfiyyətlər aşılayan, mövsüm ərzində yaradıcılıq uğuru qazanmış tamaşaya, dramaturqa, rejissora, aktyora, bəstəkara, rəssama, vokalçıya, balet artistinə, teatrın tarixi və nəzəriyyəsi ilə bağlı mühüm tədqiqat işlərinə və həmçinin mətbuat səhifələrində, radio və televiziyada böyük əhəmiyyət daşıyan, dolğun araşdırma, resenziya və verilişləri ilə fərqlənən teatrşünaslara verilir.
|
Həmçinin bax "Qızıl Dərviş" mükafatı alanların siyahısı
|
Golden Globe) — Hollivud cəmiyyəti tərəfindən 1944-cü ildən etibarən təqdim edilən amerikan kino mükafatıdır.
|
Film nominasiyaları Film mükafatları Ən yaxşı filmə görə Qızıl Qlobus mükafatı - drama Ən yaxşı filmə görə Qızıl Qlobus mükafatı - komediya və ya muzikal Ən yaxşı rejissora görə Qızıl Qlobus mükafatı Ən yaxşı aktyora görə Qızıl Qlobus mükafatı - drama Ən yaxşı aktyora görə Qızıl Qlobus mükafatı - komediya və ya muzikal Ən yaxşı aktrisaya görə Qızıl Qlobus mükafatı - drama Ən yaxşı aktrisaya görə Qızıl Qlobus mükafatı - komediya və ya muzikal Ən yaxşı köməkçi aktyora görə Qızıl Qlobus mükafatı Ən yaxşı köməkçi aktrisaya görə Qızıl Qlobus mükafatı Ən yaxşı ssenariyə görə Qızıl Qlobus mükafatı Ən yaxşı xarici dildə filmə görə Qızıl Qlobus mükafatı Ən yaxşı musiqiyə görə Qızıl Qlobus mükafatı Ən yaxşı mahnıya görə Qızıl Qlobus mükafatı Ən yaxşı animasiyaya görə Qızıl Qlobus mükafatı Sesilya B.
|
De Millya mükafatı Televiziya mükafatları Ən yaxşı seriala görə Qızıl Qlobus mükafatı - drama Ən yaxşı seriala görə Qızıl Qlobus mükafatı - komediya və ya muzikal Ən yaxşı mini-seriala və ya televiziya filminə görə Qızıl Qlobus mükafatı Seriallarda ən yaxşı aktyora görə Qızıl Qlobus mükafatı - drama Seriallarda ən yaxşı aktyora görə Qızıl Qlobus mükafatı - komediya və ya muzikal Seriallarda ən yaxşı aktrisaya görə Qızıl Qlobus mükafatı - drama Seriallarda ən yaxşı aktrisaya görə Qızıl Qlobus mükafatı - komediya və ya muzikal Ən yaxşı köməkçi aktyora görə Qızıl Qlobus mükafatı - serial, mini-serial və ya televiziya filmi Ən yaxşı köməkçi aktrisaya görə Qızıl Qlobus mükafatı - serial, mini-serial və ya televiziya filmi Ən yaxşı aktyora görə Qızıl Qlobus mükafatı - mini-serial və ya televiziya filmi Ən yaxşı aktrisaya görə Qızıl Qlobus mükafatı - mini-serial və ya televiziya filmi
|
Qızıl ulduz medalı — 6 fevral 1998-ci ildən Azərbaycanın Milli Qəhrəmanının xüsusi fərqlənmə nişanı.
|
Təsis edilməsi "Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 6 fevral 1998-ci il tarixli, 429-IQD nömrəli Qanununa əsasən "Qızıl ulduz" medalı "Ay-Ulduz" medalını əvəz edilmişdir.
|
Qızıl ulduz" medalı üz tərəfində ikiüzlü hamar şüalar olan, 31,5 mm qabarit ölçülü səkkizguşəli ulduzdan ibarətdir, sarı qızıldan hazırlanmışdır.
|
Arxa tərəfi hamar səthlidir, ortasında "Azərbaycanın Milli Qəhrəmanı" sözləri yazılmışdır.
|
Yuxarı şüanın küncündə medalın nömrəsi həkk olunmuşdur.
|
Medal ilgək və halqa vasitəsilə ölçüsü 27 mm x 20 mm olan Azərbaycan Respublikası Dövlət Bayrağının rənglərinə uyğun üçrəngli xara lentə birləşdirilmişdir.
|
Lentin yuxarı kənarında qızıl suyuna çəkilmiş ensiz metal lövhə və paltara bərkidilmək üçün element vardır.
|
Medala üzərində Azərbaycan Respublikasının Dövlət bayrağı təsvir edilmiş, paltara bərkidilmək üçün elementi olan 27 mm x 9 mm ölçülü qəlib əlavə olunur.
|
Qızıl ulduz" medalı döşün sol tərəfinə, digər orden və medallardan yuxarıda taxılır.
|
Qızıl ulduz" medalı poçt markası üzərində 2011-ci ilin sentyabr ayının 5-də Bakı şəhərində Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Azərmarka" şirkəti tərəfindən Azərbaycan ordenlərinə həsr olunmuş yeni poçt markaları təqdim edilmişdir.
|
Qiyməti 60 qəpik, tirajı isə 5000 ədəd olan həmin markalardan biri "Qızıl ulduz" medalına həsr olunmuşdur.
|
Həmçinin bax Azərbaycanın Milli Qəhrəmanı
|
Qızıl Ulduz" medalı — SSRİ Ali Sovetinin 1 avqust 1939-cu il tarixli qanunu ilə təsis olunmuş SSRİ medalı.
|
Sovet İttifaqı Qəhrəmanlarına təqdim olunurdu.
|
Həmçinin bax Sovet İttifaqı Qəhrəmanı
|
Qızıl Dərviş — Azərbaycanda teatr sənətinin inkişafında fəal iştirak edənlərə verilən mükafat.
|
1991-ci ildə təsis edilmiş, 1992-ci ildən təqdim olunmuşdur.
|
Qızıl Dərviş" mükafatı özünün ideya-bədii sənət bütövlüyü ilə teatr ictimaiyyətinin diqqətini cəlb edən, öz sənətkarlığı ilə tamaşaçılara yüksək vətəndaşlıq və mənəvi keyfiyyətlər aşılayan, mövsüm ərzində yaradıcılıq uğuru qazanmış tamaşaya, dramaturqa, rejissora, aktyora, bəstəkara, rəssama, vokalçıya, balet artistinə, teatrın tarixi və nəzəriyyəsi ilə bağlı mühüm tədqiqat işlərinə və həmçinin mətbuat səhifələrində, radio və televiziyada böyük əhəmiyyət daşıyan, dolğun araşdırma, resenziya və verilişləri ilə fərqlənən teatrşünaslara verilir.
|
Həmçinin bax "Qızıl Dərviş" mükafatı alanların siyahısı
|
Altın Kiran" ordeninə layiq görülən namizədlər Qazaxıstan Prezidenti tərəfindən müəyyən edilir.
|
Qazaxıstan Respublikasının Prezidenti vəzifəsi Qızıl Qartal ordeninin xüsusi nümunəsi sayılan Cəngavər ordeni kavaleri olur.
|
Ordenin nişanları zəncirindəki işarədən və ulduzdan ibarətdir.
|
Ordenin nişanı, altındakı bəzək elementi ilə bitən, qızıl kənarla mavi emaye ilə örtülmüş yuvarlaq ucları olan kəsilmiş beş guşəli ulduz şəklində qızıldan hazırlanıb.
|
Mərkəzi hissəsində ulduz şüaları arasında dörd brilyant qoyulmuşdur.
|
Bürcün ortasında, mavi emaye fonunda, ağ qızıl dənələrlə hörülmüş dairədə qızıl qartal təsvir edilmişdir.
|
Aşağıda, qırmızı emaye lentinin fonunda dairədə, qızıl hərflərlə "ALTYN KYRAN" yazısı var.
|
Qartalın üzərindəki dairədə üç yaqut həndəsi naxış fonunda yerləşdirilmişdir.
|
Ordenin nişanı Qazaxıstanın Dövlət bayrağının elementini — qartal ilə stilizə edilmiş günəşi təmsil edən halqa vasitəsilə, Qazaxıstanın gerbi əks olunmuş on yeddi alternativ əlaqəli cüt zəncirlər ilə birləşdirilib.
|
Ordenin sol və sağ tərəflərində, keçidin arxasında, zənciri geyimə bağlamaq üçün üzü kilidli sancaq var.
|
Ordenin ulduzu daha böyük ölçüdədir və ulduzun şüalarını əhatə edən emaye və dayaqdakı almazlar istisna olmaqla işarəni əyani şəkildə təkrarlayır.
|
Ulduz şüaları yönlüdür.
|
Orden vurulduqda, fərqlənmə nişanına ulduz və orden zənciri daxil edilməyib və orden nişanı fiqurlu lövhəyə əlavə edilib, üzərində mərkəzdə qırmızı zolaqlı Dövlət Bayrağı rəngli ipək xara lentinin olduğu bağlama plitəsinin köməyi ilə uzadılmışdır.
|
1999-cu ildəki orden islahatı nəticəsində orden müasir bir görkəm almışdır.
|
Gündəlik istifadə üçün, orden çiçəklərinin lentindən asılmış kiçik bir orden ulduzu şəklində ordenin miniatürü var.
|
Ordenin xüsusi dərəcəsi Orden 585 və 750 əyyarlı ağ, qırmızı və sarı rəngli ərimiş qızıldan hazırlanmış, arxa tərəfində mürəkkəb kilidli sancaq şəklində paltara bərkidilmək üçün elementi olan asqıdır.
|
Orden şüaları qırmızı emaye ilə örtülmüş, mərkəzi hissələrində (qırmızı qızıl örtüklərdən) şüalar arasında ayrılan fan şəkilli iplər (ağ qızıl ərintisindən) ilə kəsilmiş ulduz şəklində hazırlanır.
|
Onların hər birinə 4 almaz bərkidilmişdir.
|
Ordenin mərkəzində, ağ qızıl dənələrlə hörülmüş dairədə, günəşin çıxması fonunda pərvanə şəklində qanadları olan stilizə edilmiş qızıl qartal var (arxa plan isti mavi emaye ilə örtülmüşdür).
|
Aşağıda, qartalın altında, yaşıl emaye lentindəki dairədə "ALTYN KYRAN" yazısı var.
|
Qartalın üstündəki dairədə üç yaqut yerləşdirilmişdir.
|
Halqanın vasitəsilə lövhədə qırmızı rəngli ipək xara lent uzanır, ortada Qazaxıstan Respublikasının Dövlət bayrağının rəngli lenti var.
|
Mükafatlandırılanlar Qızıl Qartal ordeninə aşağıdakılar layiq görülmüşdürlər: Boris Yeltsin — Rusiya Federasiyasının ilk Prezidenti (1997) İslam Kərimov — Özbəkistanın ilk prezidenti (1997) Tsyan Tsemin — Çin Kommunist Partiyasının 8-ci Baş katibi (1997) II Elizabet — Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının kraliçası (2000) Leonid Kuçma — Ukraynanın ikinci prezidenti (1999) Gerhard Şröder — Almaniyanın federal kansleri (2003) Vladimir Putin – Rusiya Federasiyasının ikinci Prezidenti (2004) Hüsnü Mübarək — Misirin 4-cü prezidenti (2008) Akihito — 125-ci Yaponiya imperatoru (2008) Xəlifə ibn Zeyd ən-Nəhyan — Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti (Qazaxıstan Respublikası Prezidentinin 20 fevral 2009-cu il tarixli, 745 nömrəli Fərmanı) Tarya Halonen — Finlandiya Prezidenti (2009) Lee Myunq-bak — Koreya Respublikasının Prezidenti (Qazaxıstan Respublikası Prezidentinin 4 may 2009-cu il tarixli, 798 nömrəli Fərmanı) Nikolya Sarkozi — Fransa Respublikasının 23-cü, Beşinci Respublikanın 6-cı prezidenti (2009) Abdulla Gül — Türkiyə Respublikasının 11-ci prezidenti (2012) Rəcəb Tayyib Ərdoğan — Türkiyə Respublikasının 12-ci prezidenti (2012) I Xuan Karlos — İspaniyanın kralı (2013) Maraqlı faktlar 2015-ci ilin sentyabr ayında qədər Qızıl Qartal ordeninə sahib olan Qazaxıstan Respublikasının yeganə vətəndaşı Nursultan Nazarbayev idi və bu, ölkənin Prezidenti olaraq Qanuna əsasən ona verilən xüsusi dərəcədir.
|
20 mart 2019-cu il tarixdə Qasım-Comərd Tokayev Qazaxıstan Respublikasının ikinci Prezidenti olaraq Qızıl Qartalın xüsusi ordenini almışdır.
|
Orden sikkəsi 2006-cı ildə Qazaxıstan Respublikasının Milli Bankı, Qızıl Qartal ordeninin işarəsi və ulduzu təsvir edilmiş kolleksion xatirə sikkələrini dövriyyəyə buraxdı.
|
Xarici keçidlər Order of the Golden Eagle
|
Golden Globe) — Hollivud cəmiyyəti tərəfindən 1944-cü ildən etibarən təqdim edilən amerikan kino mükafatıdır.
|
Film nominasiyaları Film mükafatları Ən yaxşı filmə görə Qızıl Qlobus mükafatı - drama Ən yaxşı filmə görə Qızıl Qlobus mükafatı - komediya və ya muzikal Ən yaxşı rejissora görə Qızıl Qlobus mükafatı Ən yaxşı aktyora görə Qızıl Qlobus mükafatı - drama Ən yaxşı aktyora görə Qızıl Qlobus mükafatı - komediya və ya muzikal Ən yaxşı aktrisaya görə Qızıl Qlobus mükafatı - drama Ən yaxşı aktrisaya görə Qızıl Qlobus mükafatı - komediya və ya muzikal Ən yaxşı köməkçi aktyora görə Qızıl Qlobus mükafatı Ən yaxşı köməkçi aktrisaya görə Qızıl Qlobus mükafatı Ən yaxşı ssenariyə görə Qızıl Qlobus mükafatı Ən yaxşı xarici dildə filmə görə Qızıl Qlobus mükafatı Ən yaxşı musiqiyə görə Qızıl Qlobus mükafatı Ən yaxşı mahnıya görə Qızıl Qlobus mükafatı Ən yaxşı animasiyaya görə Qızıl Qlobus mükafatı Sesilya B.
|
De Millya mükafatı Televiziya mükafatları Ən yaxşı seriala görə Qızıl Qlobus mükafatı - drama Ən yaxşı seriala görə Qızıl Qlobus mükafatı - komediya və ya muzikal Ən yaxşı mini-seriala və ya televiziya filminə görə Qızıl Qlobus mükafatı Seriallarda ən yaxşı aktyora görə Qızıl Qlobus mükafatı - drama Seriallarda ən yaxşı aktyora görə Qızıl Qlobus mükafatı - komediya və ya muzikal Seriallarda ən yaxşı aktrisaya görə Qızıl Qlobus mükafatı - drama Seriallarda ən yaxşı aktrisaya görə Qızıl Qlobus mükafatı - komediya və ya muzikal Ən yaxşı köməkçi aktyora görə Qızıl Qlobus mükafatı - serial, mini-serial və ya televiziya filmi Ən yaxşı köməkçi aktrisaya görə Qızıl Qlobus mükafatı - serial, mini-serial və ya televiziya filmi Ən yaxşı aktyora görə Qızıl Qlobus mükafatı - mini-serial və ya televiziya filmi Ən yaxşı aktrisaya görə Qızıl Qlobus mükafatı - mini-serial və ya televiziya filmi
|
Qızıl qələm" mükafatı — Azərbaycan SSR-də ədəbiyyat mükafatı.
|
Mükafat 1970-ci ildən 1991-ci ilə qədər Azərbaycan Jurnalistlər İttifaqı tərəfindən ən yaxşı, fəal, peşəkar jurnalistlərə təqdim olunmuşdur.
|
Hazırkı dövrdə 2000-ci illərdə eyni adlı mükafat Kütləvi İnformasiya Vasitələrinin Həmkarlar İttifaqı (KİVHİ) adlı qurum tərəfindən təqdim edilir.
|
Həmin dövrdə mükafat pulla satıldığına görə Azərbaycan mətbuatı və siyasi-ictimai xadimlər tərəfindən ciddi tənqid olunub.
|
Əvvəlki mükafatdan tamamilə fərqlidir.
|
Yalnız ad oxşarlığı var.
|
Laureatları Həmçinin bax "Qızıl qələm" mükafatı laureatları Xarici keçidlər "Qızıl qələm"in "şirinliyi" 200 AZN-ə düşüb: onu bu il xeyli mətbuat katibinə veriblər
|
Qızıl qələm" mükafatı — Azərbaycan SSR-də ədəbiyyat mükafatı.
|
Mükafat 1970-ci ildən 1991-ci ilə qədər Azərbaycan Jurnalistlər İttifaqı tərəfindən ən yaxşı, fəal, peşəkar jurnalistlərə təqdim olunmuşdur.
|
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.