Search is not available for this dataset
text
stringlengths 10
518k
|
|---|
Qodo — bu obraz bir çox müzakirələrə səbəb olmuşdur.
|
Bekket müsahibəsində Tanrı ilə bağlı nəzəriyyələrin yayılmasına səbəb olduğuna görə olmayan bir obraza "Qodo" adı verməsinə peşman olduğunu bildirmişdir.
|
Mən Ralf Riçardsona da dedim ki, əgər Qodo deməklə Tanrını nəzərdə tutsaydım, Tanrı deyərdim, Qodo yox.
|
Görünən o idi ki, bu, onu yaman məyus etdi.
|
Hər iki pərdə boyu sadəcə bir məkan gözə dəyir.
|
İki adam yolda bir ağacın yanında gözləyirlər.
|
Onların mənşəyi xüsusi olaraq qeyd olunmasa da, pula "frank" demələri, ingilis dili haqda istehzalı zarafatlar etmələri, ingilis istehsalı olan tamaşalarda obrazların irland aksenti ilə danışması onların milliyətcə ingilis olmağını göstərir.
|
Məkanla bağlı bəzi məlumatlar dialoqda nəzərə çarpır.
|
Birinci pərdədə Vladimir oranın bataqlıq olduğunu, ikinci pərdədə orda bircə ruhun belə olmadığını bildirir.
|
İkinci pərdədə Estraqon səhnənin arxasına doğru qaçır, Vladimir isə onu danlayaraq burdan çıxış olmadığını söyləyir.
|
Həmçinin bax XX əsrin 100 kitabı (Le Monde)
|
Qremmi mükafatı — ABŞ səsyazma şirkətləri Assosiasiyası tərəfindən 14 mart 1958-ci ildə təsis olunan və Amerika səsyazma akademiyası tərəfindən təqdim edilən musiqi mükafatı.2012-ci ilədək mükafat 108 kateqoriya və 30 fərqli musiqi tərzini əhatə etsə də, həmin il edilmiş dəyişiklikdən sonra mükafat 78 kateqoriyada verilir.
|
Mükafatın adı qramofon aparatının adının qısaltma-əzizləmə formasındakı adıdır.
|
31 Qremmi mükafatı ilə , Georg Solti ən çox Qremmi almış artist hesab olunur .
|
Alison Krauss 27 mükafat ilə qadınlar arasında ilk yerdə durur.
|
U2 qrupu , 22 mükafatla ən çox Qremmi almış qrup olaraq qalır.
|
Xarici keçidlər grammy.com — "Qremmi" mükafatının rəsmi saytı
|
Qu quşları" fəvvarə kompleksi — Azərbaycanın Bakı şəhərində yerləşən fəvvarə kompleksi.
|
Kompleks Bakı bulvarında yerləşir.
|
Fəvvarə kompleksi 1960-cı illərdə Bakı Şəhər İcraiyyə Komitəsinin sədri Əliş Ləmbəranskinin təşəbbüsü ilə inşa edilmişdir.Fəvvarə şair Nizami Gəncəvi və bəstəkar Qara Qarayevin "Yeddi gözəl" poeması və baletindən ruhlanaraq yaradılmış və 7 qu quşu heykəlindən ibarət idi.2007-ci ildə Dənizkənarı Bulvarda aparılan yenidənqurma işlərindən sonra "Qu quşları" fəvvarəsinin yerinə yeni fəvvarə kompleksi yaradıldı.
|
2018-ci ildə Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilən layihə çərçivəsində ərazidə hovuz inşa edilib, 16 fəvvarə dirəyi qurulub, təbii daşlar üzərində heykəltaraş Murad Sücəddinov tərəfindən 7 qu quşu heykəli hazırlanıb.
|
Quba" gəmisinin dənizçilərinə qoyulmuş abidə — 1857-ci il sentyabrın 14-də Xəzər dənizində tədqiqat aparan "Quba" gəmisinin Şüvəlan burnu yaxınlığında batması nəticəsində dünyasını dəyişmiş dənizçilərə qoyulmuş abidə.
|
Hadisə nəticəsində ekipajın 22 üzvü dünyasını dəyişib, 57 nəfər isə xilas edilib.
|
Bu faciədən sonra gəmilərin təhlükəsizliyi üçün Abşeronda mayakların inşasına başlayıblar.
|
1889-cu ildə Şüvəlanda qoyulmuş abidənin müəllifi İohan Edeldir.
|
Çar Rusiyası Azərbaycan xanlıqlarının işğalını başa çatdırdıqdan sonra 1850-ci illərin sonlarından etibarən Xəzər dənizini xüsusi Xəzər astronomik və hidroqrafik eskpedisiya tərəfindən tədqiq etməyə başlayır.
|
Ekspedisiyanın əsas vəzifələri Xəzər dənizinin tam araşdırılması, onun dənizçilikdə istifadəsi üçün dəqiq xəritəsinin çıxarılması idi. Ekspedisiyaya mütəxəssis hidroqraf olan 2-ci dərəcəli kapitan Nikolay İvanşintsov rəhbərlik edirdi.
|
1856-cı ildə ekspedisiya fəaliyyətə başlayır.
|
Lakin elə həmin ildə ekspedisiyanın astronomu vəbadan dünyasını dəyişir.1857-ci il sentyabrın 11-də Rusiya imperiyası tərəfindən təchiz edilmiş Xəzər astrohidroqrafik ekspedisiyası Xəzərin daha dəqiq xəritəsinin tərtib edilməsi üçün dəyərli məlumatlarla birgə Həştərxandan Bakıya göndərilib.
|
Nikolay İvanşintsovun rəhbərliyi ilə toplanmış bu böyük və dəyərli məlumatları Bakıda hərbçilərlə yanaşı, yerli hökumət orqanları da səbirsizliklə gözləyirdilər.
|
Sentyabrın 14-də hava buludlu, küləkli və yağışlı idi. Gəmi axşam saatlarında Abşerona çatanda külək daha da gücləndi.
|
Gəmi 2 dəfə suyun altındakı riflərə dəyərək zədələndi.
|
Gəminin burun hissəsinin bortu dağıldı və mühərrikin nasosu partladı.
|
Dalğaların təsirindən gəmi bir çox yerdən zədələnərək batmağa başlayır.
|
Ekspedisiyanın rəhbəri İvanşintsov da gəmi ilə birgə batır.
|
Lakin dalğa onu sahildəki qayalıqlara çırpır, o isə, öz növbəsində, kəndirdən tutmağı bacararaq sağ qala bilir.
|
Onu sahilə miçman Yasenski çıxarır.
|
Gəminin komandiri leytenant Poskoçin, leytenant Koşkul, leytenant Simonov isə dünyalarını dəyişirlər.
|
Onlarla birgə ekspedisiyanın bütün araşdırmaları və qeydləri də məhv olur.
|
Gecə ilə ağır yaralılar arabalarla Şüvəlan kəndinə aparılırlar.
|
Ekspedisiyanın bütün zabit və aşağı rütbəli üzvləri ehtiyatda olan zabit Abdulla Axundovun evində yerləşirlər.
|
O isə, öz növbəsində, yerli hakimiyyət orqanlarının köməyi ilə qəzadan zərər çəkənləri isti geyim və yeməklə təmin edir.
|
Sentyabrın 15-də gəminin batdığı yerə Bakı Dəniz Stansiyasının komandiri birincidərəcəli kapitan K. Freyqanq və qəza rəisi L. Piqulevski gəlirlər.
|
Sentyabrın 16-da isə bütün yaralılar Bakıya aparılırlar.
|
Bir gün sonra isə komandanın digər üzvləri də buraya gəlirlər.
|
Həştərxan limanının və Xəzər Dəniz Gəmiçiliyinin komandiri kontr-admiral Vulf qəzanın araşdırılması üçün yaradılmış komissiyaya rəhbərlik edir.
|
Araşdırmalar nəticəsində məlum olur ki, gəmi heyətin səhvi ucbatından deyil, havanın gözlənilmədən pisləşməsi, güclü duman və Şüvəlan burnu ətrafında olan və heç bir xəritədə qeyd edilməyən sualtı riflərə görə qəzaya uğrayıb.Qəzadan sonra Xəzər ekspedisiyası İvanşintsovun rəhbərliyi ilə 1867-ci ilə qədər davam edir.
|
O, ilk dəfə sahil xətlərinin dəyişmə səbəblərini, axınların xüsusiyyətlərini, Xəzərdə adaların itməsini və ya yaranmasını izah etmişdir.
|
Onun rəhbərliyi ilə Xəzərdə 61 astronomik nöqtə təyin edilir, ilk dəfə 900 metrdən dərin yerlər aşkar edilir, suyun torpaq qatının nümunələri götürülür.
|
Araşdırmalarından 20 il sonra Xəzər dənizinin atlası, sonradan isə Xəzərin dərinliklər xəritəsi çap edilir.
|
Abidənin qoyulması Qəzada dünyasını dəyişənlərin çoxu qəzanın baş verdiyi yerə yaxın qardaşlıq məzarlığında dəfn edilirlər.
|
Məzarlığın üzərinə isə sadə bir abidə qoyulur.
|
1887-ci il noyabrın 30-da buranı ziyarət edən 2-ci dərəcəli kapitan P. Orlov abidəni acınacaqlı vəziyyətdə görür.
|
Buna görə də abidənin bərpası üçün pul yığmağı düşünür.
|
Bu təklif knyaz L. Uxtomski tərəfindən də yaxşı qarşılanır.
|
Və Orlov Xəzər dənizçilərindən yeni abidənin qoyulması üçün pul yığmağa başlayır.
|
1887-ci ilin dekabrın 15-dən 1889-cu ilin avqustun 23-nə qədər abidənin qoyulması üçün 124 nəfər tərəfindən ümumilikdə 277 rubl 74 qəpik ianə edilir.
|
1889-cu ildə qoyulmuş abidənin müəllifi İohan Edeldir.Sovet işğalından sonra da abidə baxımsız qalır.
|
Üzərindəki xaç götürülür.
|
Yalnız müstəqillikdən sonra 2005-ci ildə abidə Qələbə Gününün 60 illiyi münasibətilə restavrasiya edilir.
|
Həmçinin bax Şüvəlan burnu Şüvəlan mayakı Şüvəlan bağları Xarici keçidlər
|
Qubadlının azad olunmasına görə" medalı — Azərbaycanın dövlət təltifi (medal).
|
İkinci Qarabağ müharibəsində qələbə münasibətilə təsis edilmişdir.
|
Səttarov Anar Balarza oğlu Təsis edilməsi 2020-ci il noyabrın 20-də Azərbaycan Respublikasının Milli Məclisində Vətən Müharibəsində qələbə münasibətilə Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi təqdim edilmiş və birinci oxunuşda təsdiqlənmişdir.Azərbaycan Respublikasının "Qubadlının azad olunmasına görə" medalının əsasnaməsi Azərbaycan Respublikasının 2020-ci il 26 noyabr tarixli Qanunu ilə təsdiq edilmişdir.
|
Əsasnamədə deyilir: Maddə 1.
|
Təltif edilən şəxslər "Qubadlının azad olunmasına görə" Azərbaycan Respublikasının medalı ilə Azərbaycan Respublikasının Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları təltif edilir.Maddə 2.
|
Təltif edən orqan "Qubadlının azad olunmasına görə" Azərbaycan Respublikasının medalı ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxslər Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndinə uyğun olaraq təltif edilirlər.Maddə 3.
|
Taxılma qaydası "Qubadlının azad olunmasına görə" Azərbaycan Respublikasının medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, "Zəngilanın azad olunmasına görə" medalından sonra taxılır.
|
Medalın təsviri Azərbaycan Respublikasının 2020-ci il 26 noyabr tarixli Qanunu ilə təsdiq edilmişdir.
|
Medalın ümumi təsviri "Qubadlının azad olunmasına görə" Azərbaycan Respublikasının medalı (bundan sonra – medal) bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, diametri 36 mm olan dairəvi lövhədən ibarətdir.Maddə 2.
|
Medalın ön tərəfi 2.1.
|
Medalın ön tərəfinin kənarları bəzəkli naxışlarla konturlanmışdır.
|
Bəzəkli konturdan medalın daxilinə doğru, xarici və daxili çevrələrlə konturlanmış dairəvi lövhə təsvir olunmuşdur.
|
Xarici və daxili çevrələrin arasında, yuxarı qövs boyunca "QUBADLI", aşağı qövs boyunca "25 OKTYABR 2020" sözləri yazılmışdır.
|
25 OKTYABR 2020" sözlərindən sol və sağ tərəflərdə, aşağıdan yuxarıya doğru dəfnə çələngləri təsvir olunmuşdur.
|
QUBADLI" sözü ilə dəfnə çələnglərinin arasında iki səkkizguşəli ulduz və kompozisiyanı tamamlayan xətlər təsvir olunmuşdur.
|
Daxili çevrənin içərisində, doğan günəş şüaları fonunda at belində Azərbaycan Respublikasının Dövlət Bayrağını aparan Azərbaycan əsgəri təsvir olunmuşdur.
|
Bütün elementlər və yazılar relyefli olaraq qabarıqdır.Maddə 3.
|
Medalın arxa tərəfi 3.1.
|
Medalın arxa tərəfində xarici və daxili çevrələrlə konturlanmış lövhənin üzərində qövs boyunca "QUBADLININ AZAD OLUNMASINA GÖRƏ" sözləri yazılmışdır.
|
Lövhənin aşağı hissəsinin mərkəzində səkkizguşəli ulduz, ulduzla sözlərin arasında isə kompozisiyanı tamamlayan xətlər təsvir olunmuşdur.
|
Medalın arxa tərəfinin mərkəzində medalın seriyası və nömrəsi həkk olunmuşdur.
|
Bütün elementlər və yazılar relyefli olaraq qabarıqdır.Maddə 4.
|
Medalın elementləri 4.1.
|
Medal paltara bərkidilmək üçün elementi olan, 37 mm x 50 mm ölçülü beşbucaqlı xara lentə iki halqa və ilgək vasitəsilə birləşdirilir.
|
Xara lentin mərkəzində 10 mm enində qızılı rəngli şaquli zolaq, qızılı rəngli zolaqdan sol və sağ kənarlara doğru ardıcıl olaraq 8 mm enində bir göy rəngli və 5.5 mm enində bir qızılı rəngli şaquli zolaqlar təsvir olunmuşdur.
|
Medala paltarın yaxasına bərkidilmək üçün elementi olan, eyni xara lentdən üz çəkilmiş 37 mm x 10 mm ölçülü qəlib əlavə olunur.
|
Qüdrətli Hamam ordeni (ing.
|
The Most Honourable Order of the Bath) — I Georq tərəfindən 1725-ci ilin 18 may tarixində təsis olunmuş Böyük Britaniyanın cəngavər ordeni.
|
Ordenin adı cəngavərlərin gümrahlığı üçün edilən üç: oruc tutmaq, dua etmək və çimərək paklanmaq kimi qədim ayindən götürülmüşdür.
|
(bu ayin 1815-ci ildən daha icra edilmir.)
|
Ordenin devizi — Tria juncta in uno (lat.
|
— “Üçü birində”), İngiltərə, Şotlandiya, İrlandiya ittifaqına, və ya Üç üqnuma mülahizələrinə əsaslandığı ilə izah olunur.
|
Ordenin üzərində təkrarən hək olunan üç tac birinci mülahizəni düzgünlüyünü yəqin edir.
|
“Ich dien” xidmət edirəm deməkdir.
|
Böyük Britaniya monarxı ordenin başçısı sayılır.
|
Orden nizamnaməsinə görə irarxiq olaraq sonra gələn 1975-ci ildən Böyük Magistr Uels şahzadəsi Çarlzdır.
|
Orden başçısı yeni cəngavərləri hökumətin məsləhəti ilə təyin edir.
|
Nizamnaməyə görə: Böyük Xaçşn 120 cəngavər və ya xanım nümayəndəsi (ing.
|
GCB) (bunlardan Böyük Magistr birincisi və başçısı sayılır); 355 Cəngavər-komandorlar (ing.
|
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.