book_name
stringclasses
7 values
book_page
int64
1
583
page_context
stringlengths
9
4.74k
Azerbaycan_tarixi_cild_1
1
AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI A.BAKIXANOV ADINA TARİX İNSTİTUTU AZƏRBAYCAN TARİXİ ən qədimdən bizim eranın III əsri YEDDİ CİLDDƏ I CİLD BAKI – 2007
Azerbaycan_tarixi_cild_1
2
Bu kitab "Azərbaycan tarixi. Yeddi cilddə. I cild" (Bakı, Elm, 1998) nəşri əsasında təkrar nəşrə hazırlanmışdır Məsul redaktor: Iqrar Əliyev Akademik ISBN 978-9952-448-36-8 947. 5402-dc22 Tarix – Azərbaycan Azərbaycan tarixi. Yeddi cilddə. I cild (Ən qədimdən - b.e. III əsri). Bakı. "Elm". 2007. 520 səh. + 40 səh. illü...
Azerbaycan_tarixi_cild_1
3
Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun kollektivi ötən əsrin 70-ci illərindən başlayaraq Elmlər Akademiyası Rəyasət Heyətinin təsdiq etdiyi Baş Redaksiya Şurasının rəhbərliyi altında yeddicildlik "Azərbaycan tarixi" üzərində işləməyə başladı. Artıq 1990-cı ildə iki cildi istisna olmaqla, bütün cildlərin...
Azerbaycan_tarixi_cild_1
4
Azərbaycan yer üzünün ən qədim mədəniyyət mərkəzlərindən biridir. Onun ərazisinin sakinləri minilliklər ərzində yaratdıqları zəngin mədəni irs qoyub getmişlər. Bu irs müxtəlif tarixi qaynaqlar – maddi və yazılı abidələr əsasında öyrənilir. Maddi abidələrin öyrənilməsi ilə arxeologiya məşğul olur. Torpaq özündə bu abidə...
Azerbaycan_tarixi_cild_1
5
Bölgənin qədim onomastikası (etnotoponimika və antroponimikası) ən qədim tarixi problemlər dairəsinin ayrı-ayrı tərəflərini başa düşmək üçün müəyyən informasiya verə bilər. Lakin bizdə bu istiqamətdə tədqiqatlar aparılmamışdır. Son zamanlar Azərbaycan ərazisində aşkara çıxarılmış və artıq elmi dövriyyəyə daxil edilmiş ...
Azerbaycan_tarixi_cild_1
6
Cənubi Azərbaycan ərazisində aşkara çıxarılmış Urartu kitabələri xüsusən Urmiyanın hövzə vilayətlərinin yaşayış məntəqələrinin yerini müəyyənləşdirmək üçün mühüm əhəmiyyətə malikdir. Babil qaynaqları içərisində e.ə. VII əsrin son rübünün hadisələrini işıqlandırmağa imkan verən məşhur "Kedd xronikası"nın adını çəkmək la...
Azerbaycan_tarixi_cild_1
7
olmadığından xalq ənənələrindən istifadə edərək, tarixi əsasən bu ənənələrin işığında göründüyü şəkildə söyləyirdi. "Persika"da döyüşkən Cənubi Azərbaycan tayfası kadusilər haqqında ən qədim məlumat vardır. Ola bilsin ki, əsərdə Kaspiananın da adı çəkilirmiş. E.ə. V-IV əsrlər müəllifi Ksenofontda da bəzi tarixi məlumat...
Azerbaycan_tarixi_cild_1
8
Roma müdaxiləsi dövrü albanları haqqında bəzi məlumatlar verir, madalılar və kadusilərin adlarını çəkir. Tit Livinin müasiri latın müəllifi Pompey Troqun əsəri "Filippin tarixi" bizim dövrümüzə qısa şərh şəklində - II və ya III əsrdə yaşamış Yustinin epitoması vasitəsilə gəlib çatmışdır. Pompey Troq əksər hissəsi bizə ...
Azerbaycan_tarixi_cild_1
9
"Yəhudi müharibəsi haqqında" və "Yəhudi asari-ətiqələri" əsərlərində öz əksini tapmışdır. Təxminən 37-ci ildə doğulmuş və təxminən 95-ci ildə vəfat etmiş Flavi məşhur kahin nəslinə mənsub olmuş, 63-cü ildən Romada yaşamışdır. Flavinin əsəri orijinal deyildir, onun məlumatlarının çoxu Bibliya və yunan müəlliflərindən gö...
Azerbaycan_tarixi_cild_1
10
atropatenalıların Roma müdaxiləsinə qarşı mübarizəsini işıqlandıran məlumatları bizim üçün xüsusilə maraqlıdır. II-V əsrlər müəllifləri Eli Qordian, Flor, Dionisi Perieget, Yuli Solin, Elian, Ammian Marsellin, Eli Spartian, Orozi, Bizanslı Stefan və b. əsərlərində Atropatena və Albaniya haqqında bir sıra mühüm məlumatl...
Azerbaycan_tarixi_cild_1
11
XIX əsrin son otuzilliyindən başlayaraq Şimali Azərbaycan ərazisində ilk epizodik arxeoloji qazıntılar aparılmağa başlanmışdır. Onlar E.A.Ressler tərəfindən başlanmış, sonralar J. de Morqan, Q.O.Rozendor, V.A.Skinder və b. tərəfindən davam etdirilmişdir. Azərbaycanın, o cümlədən Qafqaz Albaniyasının qədim tarixinin öyr...
Azerbaycan_tarixi_cild_1
12
Azərbaycan tarixi sahəsində tədqiqat işi lap əvvəldən özünün fərqli xüsusiyyətlərinə malik idi. Uzaq keçmiş və ilkin orta əsrlərin yerli yazılı qaynaqlarının demək olar ki, olmaması üzündən bu başlanğıc dövründə Azərbaycanın qədim tarixi sahəsində bütün axtarışlar sırf arxeoloji istiqamət daşıyırdı. Artıq ilk böyük arx...
Azerbaycan_tarixi_cild_1
13
Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin bazasında Azərbaycan MİK yanında Azərbaycan Dövlət Elmi-Tədqiqat institutu (ADETİ) yaradıldı. V.V.Bartold, N.Y.Marr, İ.İ.Meşşaninov, M.N.Pokrovski, A.N.Samoyloviç, A.O.Makovelski, A.R.Zifeld, A.Saar və b. görkəmli rus alimlərinin əməyi ADETİ-nin Tarix şöbəsinin işinə müsbət tə...
Azerbaycan_tarixi_cild_1
14
aparmış, elə həmin ildə İran Arxeologiya İdarəsi xırda qazıntılar aparmağa cəhd göstərmişdi. Diyarın qədim tarixinin öyrənilməsi üçün Aşşur (Assuriya) kitabələrinin 1926-1927-ci illərdə amerikalı D.D.Lakenbill tərəfindən toplu nəşri və Urartu kitabələrinin 1956-1957-ci illərdə Avstriya alimi F.Köniq tərəfindən hazırlan...
Azerbaycan_tarixi_cild_1
15
Respublikada arxeoloji tədqiqatların genişləndirilməsi ilə əlaqədar 50-ci illərin əvvəllərində görkəmli rus alimləri A.A.İessen, S.N.Zamyatnin, V.V.Bunak və b. Bakıya dəvət olunurlar. Onlar yerli kadrlar sırasından mütəxəssislər hazırlanması işinin təşkilində səmərəli fəaliyyət göstərdilər. Respublikanın arxeoloji cəhə...
Azerbaycan_tarixi_cild_1
16
etməyə əsas verir ki, Azərbaycan, ola bilsin ki, bəşəriyyətin ən qədim, ilk vətəninin hüdudları daxilində olmuşdur. Bir sıra səmərəli materiallar seriyası ilə zəngin olan Tağlar kompleksi arxeoloqlarımıza yerli Mustye mədəniyyəti (Orta Paleolit) inkişafının lokal xüsusiyyətlərini aşkara çıxarmaq və uzun bir dövr ərzind...
Azerbaycan_tarixi_cild_1
17
düzgün mənzərəsini təsəvvür etməyə, Şərqi Zaqafqaziya sakinlərinin Şimali Qafqaz tayfaları ilə, Zaqafqaziya və Qədim Şərqin həmsərhəd ölkələri ilə əlaqələrini aşkara çıxarmağa imkan yaradan çox zəngin materiallar vermişdir. Üzərliktəpədə, Qaraköpəktəpədə, Qobustanda, Şəki rayonunun kurqanlarında və b. yerlərdə aşkara ç...
Azerbaycan_tarixi_cild_1
18
Mada cəmiyyəti tarixinin ilkin konsepsiyasının verilməsinə, Mada dövlətinin yarandığı dövrdəki tarixi şəraitin göstərilməsinə cəhd edilmişdir. Müəllif ictimai münasibətlərə xüsusi diqqət yetirir, sülalə tarixini bərpa etməyə cəhd göstərir, madalıların Aşşur (Assuriya) dövləti ilə mübarizəsinə böyük yer verir, madalılar...
Azerbaycan_tarixi_cild_1
19
s. haqqında mühakimə yürütmək imkanı verir. Həsənlidə üzərində mifoloji təsvirlər olan, barəsində çox yazılmış məşhur cam da tapılmışdır. Marlik və Kalurazdakı qazıntılar, habelə Amlaşdakı təsadüfi tapıntılar maraqlı materiallar vermişdir. Marlikdəki qədim qəbiristanlıq 1961-1962-ci illərdə E.O.Negahbanın rəhbərliyi al...
Azerbaycan_tarixi_cild_1
20
İ.H.Əliyev və b. son iyirmi-otuz ildə nəşr olunmuş tədqiqatları bizim mövzunun ayrı-ayrı aspektləri üçün müstəsna əhəmiyyətə malikdir. Görkəmli rus iranşünası M.M.Dyakonovun qələminə məxsus olan "Qədim İran tarixinin oçerki"ndə bizi maraqlandıran süjetlər üzrə qiymətli məlumatlar səpələnmişdir. 1970-ci ildə E.A.Qrantov...
Azerbaycan_tarixi_cild_1
21
Təəssüf ki, bu çox maraqlı, qiymətli və yeni fikirlərlə dolu olan, ən görkəmli alimlər tərəfindən yaradılmış əsaslı tədqiqat əsərində Manna şahlığının tarixi üçün yer tapılmamışdır. Hərçənd ki, Urartuya kifayət olduğundan da artıq yer verilmişdir. "Xüsusi olaraq Albaniya şahlığına ayrılmış yarım səhifə təəssüf doğurur....
Azerbaycan_tarixi_cild_1
22
ibtidai təsvirçilik və faktlara aludəçilik xasdır. Ədalət naminə qeyd etməmək olmaz ki, artıq 50-60-cı illərin əsərləri daha çox tədqiqat xarakteri daşıyır və tənqidi təhlildən uzaq deyildir. İran müəlliflərinin əsərlərinin böyük bir hissəsinin ən mühüm nöqsanı onların paniranist xarakter daşımasıdır. Bu əsərlərin müəl...
Azerbaycan_tarixi_cild_1
23
Albanşünaslıq problemlərinin öyrənilməsi ilə Z.İ.Yampolski məşğul olurdu. Hazırda K.H.Əliyev bu işi müvəffəqiyyətlə davam etdirir. Z.İ.Yampolski "Qədim Albaniya" monoqrafiyasında məbəd təsərrüfatına, hierodullara (məbəd qullarına), habelə Albaniya və Atropatenanın siyasi tarixinə, etnogenez problemlərinə və s. diqqət y...
Azerbaycan_tarixi_cild_1
24
Xalqın etnogenezi, onun mənşəyi müasir tarix elmində həqiqətən də mürəkkəb, çətin həll edilən problemlərdəndir. Lakin qeyd etməliyik ki, bir sıra qeyri-müəyyənliklərə, çətinliklərə baxmayaraq, Azərbaycan xalqının etnogenezi konsepsiyası müəyyən dərəcədə, ümumi şəkildə tarix elmimizdə işlənmiş və özünün inikasını sanbal...
Azerbaycan_tarixi_cild_1
25
Mada tarixinin sosial-iqtisadi, siyasi, mədəni və etnik problemləri Madanın Azərbaycan tarixində rolu və əhəmiyyəti ətraflı surətdə nəzərdən keçirilir. 1989-cu ildə İ.Əliyevin "Atropatena tarixinin oçerki" çap olunur. Arxeoloqlarımız və qədim tarixçilərimizin əvvəlki illərdə qazandıqları uğurlar bütün nəzərdə tutulmuş ...
Azerbaycan_tarixi_cild_1
26
izləri qoyub getmiş uzaq əcdadlarımız tərəfindən tədricən mənimsənilirdi. İnkişaf mərhələləri təxminən 1,5 milyon il bundan əvvəl başlanmış Quruçay çaydaşı mədəniyyətinin meydana gəlməsi bunu sübut edən dəlillərdən biridir. Arxeoloqlarımızın axtarışları, Azərbaycan ərazisində aşkara çıxarılmış müxtəlif maddi abidələrin...
Azerbaycan_tarixi_cild_1
27
Açıq səma altında özünəməxsus şəkil qalereyası olan Qobustan qayaüstü təsvirləri kompleksi mezolit, neolit və sonrakı dövrlər incəsənətinin görkəmli abidəsidir. Qobustan zonasında aparılan qazıntılar bölgədə mezolit-neolit dövrünü daha yaxşı təsəvvür etməyə imkan verir. E.ə. VI minilliyin ortalarına yaxın Azərbaycan və...
Azerbaycan_tarixi_cild_1
28
Üçüncü bölmə - "Azərbaycan ərazisində ilk dövlətlər" adlanır. Burada müxtəlif yazılı qaynaqlardan istifadə edilmişdir. Bu dövr tarixinin öyrənilməsində mühüm rol həm də arxeoloji materiallara məxsusdur. Bölmədə ilkin siyasi birləşmələrin taleyi nəzərdən keçirilir. Bütöv bir fəsil bu bölgədə ilk böyük dövlətin - Manna d...
Azerbaycan_tarixi_cild_1
29
İnstitutun böyük bir qrup tarixçi və arxeoloqlarının vətənimizin ən qədim tarixi məsələləri üzrə kollektiv tədqiqatının nəticəsi olan bu cild metodoloji cəhətdən elm klassiklərinin əsərlərinə, konkret-tarixi cəhətdən isə arxeoloji və müxtəlif dilli yazılı qaynaqlara əsaslanır. Kitabın hazırlanması Azərbaycanın ən qədim...
Azerbaycan_tarixi_cild_1
30
FƏSİL VƏ PARAQRAFLAR AŞAĞIDAKI MÜƏLLİFLƏR TƏRƏFİNDƏN YAZILMIŞDIR Giriş - İqrar Əliyev Azərbaycanın təbii-coğrafi şəraiti - B.Ə.Budaqov I BÖLMƏ DAŞ DÖVRÜ. İBTİDAİ İCMA QURULUŞU I FƏSİL. PALEOLİT DÖVRÜ. İBTİDAİ OVÇULAR – YIĞICILAR Daş dövründə Azərbaycanın təbii şəraiti - Ə. V.Məmmədov İnsan cəmiyyətinin ən qədim inkişaf...
Azerbaycan_tarixi_cild_1
31
BTDA-CMA QURULUŞUNUN DAĞILMASI IV FƏSİL. İLK TUNC DÖVRÜ. KÜR-ARAZ MƏDƏNİYYƏTİ - İ.H.Nərimanov V FƏSİL. ORTA TUNC DÖVRÜ - İqrar Əliyev, İ.H.Nərimanov VI FƏSİL. SON TUNC VƏ ERKƏN DƏMİR DÖVRÜ. İBTİDAİ-CMA QURULUŞUNUN DAĞILMASI. ERKƏN SİNİFLİ CƏMİYYƏT ƏRƏFƏSİNDƏ AZƏRBAYCAN TAYFALARI Tayfalar və tayfa qrupları - İqrar Əliye...
Azerbaycan_tarixi_cild_1
32
III BÖLMƏ AZƏRBAYCAN ƏRAZİSİNDƏ İLK DÖVLƏTLƏR VIII FƏSİL. AZƏRBAYCAN ƏRAZİSİNDƏ İLKİN SİYASİ QURUMLAR. MANNA DÖVLƏTİ Urmiya gölü hövzəsində ilk siyasi qurumlar - İqrar Əliyev, S.M.Qaşqay Mannanın çarlığının meydana gəlməsi. Aşşurlulara və urartululara qarşı mübarizə - İqrar Əliyev, S.M.Qaşqay Mannanın təsərrüfat həyatı...
Azerbaycan_tarixi_cild_1
33
IV BÖLMƏ HELLENİZM DÖVRÜNDƏ AZƏRBAYCAN ƏRAZİSİNDƏ DÖVLƏT QURUMLARI XII FƏSİL. MADA-ATROPATENA (*Aturpatakan) DÖVLƏTİ - İqrar Əliyev Madanın satrapı Atropat. Azərbaycan ərazisində müstəqil Mada-Atropatena - Kiçik Mada dövlətinin yaradılması - İqrar Əliyev Atropatenanın etnik mənzərəsi. Mada-Atropatena etnosunun təşəkkül...
Azerbaycan_tarixi_cild_1
34
Albaniya eramızın hüdudlarında və ilk əsrlərində. Parfiya və Romaya qarşı mübarizə - K.H.Əliyev Eramızın hüdudunda və ilk əsrlərində şimaldan Albaniyanın və bitişik vilayətlərin ərazisinə köçərilərin girməsi – İqrar Əliyev XVI FƏSİL. ANTİK ALBANİYANIN MƏDƏNİYYƏTİ Albaniyanın maddi mədəniyyət abidələri - F.L.Osmanov Ant...
Azerbaycan_tarixi_cild_1
35
Azərbaycanın təbii-coğrafi şəraiti Azərbaycanın tarixi ərazisi Şərqi Zaqafqaziya və İranın şimal-qərb hissəsində yerləşir. Sahəsi 221,6 min km², əhalisinin sayı isə 30 mln nəfərdən artıqdır. Hazırda bu tarixi ərazinin bir hissəsini tutan Azərbaycan Respublikasının sahəsi 86,6 min km², əhalisi 8,5 mln nəfərdir (2006-cı ...
Azerbaycan_tarixi_cild_1
36
Cənubi Azərbaycanın şimal hissəsində əsasən intruziv süxurlardan təşkil olunmuş Qaradağ silsiləsi əyməvari şəkildə qərbdən şərqə doğru uzanır. Araz çayının sağ sahilindən başlanan bu silsilənin mütləq yüksəkliyi 3000 metrə qədər çatır. Qaradağ silsiləsinin şimal yamacı 50 kilometr məsafədə 3000 metrdən 200 metrə qədər,...
Azerbaycan_tarixi_cild_1
37
Acıçay (Acıdərə) çökəkliyi qərbdən şərqə doğru (Təbriz-Kəhriz istiqamətində) 125 km məsafədə uzanır. Onun dibində çay terraslarından ibarət düzənliklər, ətraf hissələrdə isə gətirmə konusları vardır. Ərdəbil çökəkliyi Balıqlıçay, Quruçay və Qarasu çaylarının qovuşduğu yerdə vulkanogen, allüvial-prolüvial çöküntülərində...
Azerbaycan_tarixi_cild_1
38
düzünün bir qismini, Gəncə-Qazax düzünü, Boz dağı, Ceyrançölü və Acınohur öndağlığın cənub-qərbdəki ucqar hissəsini əhatə edir. Yuxarıda adları çəkilən hər iki iqlim daxilində qarlı günlərin sayı 20 günə qədər olduğundan və həmin müddətdə qarın qalınlığı 10 santimetrdən artıq olmadığından bu ərazilər yüksək məhsuldarlı...
Azerbaycan_tarixi_cild_1
39
Atmosfer yağıntılarının miqdarının paylanma dərəcəsindən və səthə çıxan yeraltı suların həcmindən asılı olaraq Azərbaycanda axımın paylanması müxtəlifdir. Azərbaycan Respublikasının orta və yüksək dağlıq hissələri axın zonasına (35 l/san/kv.km) aiddir. Cənubi Azərbaycanın eyni yüksəkliyi olan dağlarının ərazisi isə ort...
Azerbaycan_tarixi_cild_1
40
Azərbaycanın dağ meşələri altında dağ-meşə torpaqları, yüksək qələvili torpaq tipləri inkişaf etmişdir. Lənkəran dağlarının Xəzər dənizinə doğru istiqamətlənmiş cənub-şərq yamaclarında dağ-sarı, yuxa və podzollu torpaqlar geniş sahə tutur. Cənubi Azərbaycanın torpaq örtüyü arid iqlim və kəskin parçalanmış relyef şərait...
Azerbaycan_tarixi_cild_1
41
BİRİNCİ BÖLMƏ DAŞ DÖVRÜ. İBTİDAİ İCMA QURULUŞU I FƏSİL PALEOLİT DÖVRÜ. İBTİDAİ OVÇULAR – YIĞICILAR Daş dövründə Azərbaycanın təbii şəraiti. İnsanın və cəmiyyətin formalaşması və inkişafı təbii mühitin inkişafı ilə yanaşı və sıx əlaqədə getmişdir. Külli miqdarda paleolit abidələrinin tədqiqi nəticəsində təbiətin, insanı...
Azerbaycan_tarixi_cild_1
42
yanaşı həmişəyaşıl ağaclar, o cümlədən palma, dəfnə, maqnoliya, həmişəyaşıl palıd, azat, darçın ağacı, nissa, araliya və s. geniş yayılmışdır. Bu da həmin dövrlərdə iqlimin kifayət dərəcədə isti və rütubətli olduğunu göstərir. Hesablamalara əsasən dağətəyi və düzənliklərdə orta illik temperatur 17-19°C, yanvar ayının t...
Azerbaycan_tarixi_cild_1
43
Eopleystosen epoxası - çaydaşı mədəniyyəti dövrü iqlimdə soyuqlaşma və quraqlaşma prosesinin güclənməsi, vulkanların fəallaşması, dağların hündürlüyünün artması, dəniz örtən sahələrin azalması, fauna və flora örtüyünün kasıblaşması, meşə sahələrinin azalması, açıq çöl sahələrinin genişlənməsi və ilk dağ-dərə buzlaqları...
Azerbaycan_tarixi_cild_1
44
Çaydaşı mədəniyyəti dövründən erkən aşel mədəniyyətinə keçid ərəfəsində landşaftın regional xüsusiyyətləri saxlanmaqla yanaşı, qurunun və dənizin yerləşməsində və iqlimdə bəzi dəyişikliklər getmişdir. Kür körfəzi geri - cənub-şərqi Şirvanadək çəkilir, bütün Kür-Araz ovalığı Şirvandan qərbə dəniz sularından azad olur və...
Azerbaycan_tarixi_cild_1
45
palıd, vələs, fıstıq və digər enliyarpaqlı ağaclardan ibarət meşələr üstün yer tuturdu, yüksək dağlıq isə alp və subalp çəmənlikləri ilə örtülü idi. Azıx mağarasının Orta Aşel mədəni təbəqəsindən əldə edilən zəngin osteoloji materialın öyrənilməsi ətraf ərazidə müxtəlif növ heyvanların, o cümlədən cüyürün, xallı maralı...
Azerbaycan_tarixi_cild_1
46
Mezolit və sonrakı dövrləri əhatə edən holosen epoxası Yer kürəsində iqlimin ümumi qlobal istiləşməsi, dağ və qitə buzlaqlarının tənəzzülə uğraması ilə səciyyələnir. Bu istiləşmə Azərbaycan ərazisində dağ buzlaqlarının tam əriməsi, qar xəttinin və landşaft qurşaqlarının yuxarı qalxması ilə müşayiət olunur. Palinoloji d...
Azerbaycan_tarixi_cild_1
47
kəsib aşağı enmiş, burada terras əmələ gəlmiş, mağara subasma təhlükəsindən xilas olmuş və ibtidai insanın mağarada yaşamasına şərait yaranmışdır. Quruçay dərəsi, Azıx mağarası yerləşdiyi ərazi ilə birlikdə, istehsal alətləri hazırlamaq üçün zəngin xammal mənbəyi olmuşdur. Burada kvars, kvarsit, bazalt, felzit, çaxmaqd...
Azerbaycan_tarixi_cild_1
48
məşkunlaşmasından xəbər verir. İbtidai insanların həyatında mağaranın yaxınlığından axan Quruçayın mühüm rolu olmuşdur. Qədim insanlar əmək alətləri hazırlamaq üçün daşları məhz Quruçaydan toplayıb mağaraya gətirmişlər. Eyni zamanda Azıx sakinləri Quruçay dərəsində ovçuluqla da məşğul olmuşlar. Quruçay vadis...
Azerbaycan_tarixi_cild_1
49
olaraq Fransanın Sent-Aşel düşərgəsində müəyyən olunmuş və ona görə də tapıldığı yerin adı ilə aşel mədəniyyəti adlandırılmışdır. Azıxın VI təbəqəsinin daş məmulatı bəsit formada hazırlanmış əl çapacaqları, kobud çapma alətləri, qalın qəlpələr üzərində hazırlanmış əmək alətləri və diskşəkilli nukleuslarla (nüvələr) xar...
Azerbaycan_tarixi_cild_1
50
təbəqənin əmək alətləri qədim aşel dövrü daş məmulatının bəzi oxşar xüsusiyyətlərini özündə birləşdirir. Arxeoloji tədqiqatlar zamanı V təbəqədən daş məmulatı ilə birlikdə minlərlə ovlanmış heyvan sümükləri aşkar olunmuşdur. Bu tapıntılar sübut edir ki, Orta Aşel dövründə Azıx düşərgəsində yaşayan sakinlərin məşğuliyyə...
Azerbaycan_tarixi_cild_1
51
Azıxın IV təbəqəsindən maddi mədəniyyət qalıqları tapılmamışdır. Bu, qədim Azıx sakinlərinin düşərgəni müvəqqəti tərk etdiklərini göstərir. Lakin insanlar düşərgəyə yenidən Mustye dövrünün əvvəllərində gəlib burada yaşamağa başlamışlar. Orta Paleolit-Mustye mədəniyyəti (100-35 min il əvvəl). Aparılan arxeoloji tədqiqat...
Azerbaycan_tarixi_cild_1
52
kənarda hazırlamışlar. Mustye mədəniyyəti dövründə neandertal tipli insanlar Azıx mağarasında daim yaşamışlar. Arxeoloji qazıntılar zamanı Azıx düşərgəsinin III təbəqəsindən ovlanmış heyvan sümükləri tapılmışdır. Sümüklər içərisində çoxlu at, ibtidai öküz, vəhşi qulan, Qafqaz maralı, qaban, mağara ayısı, kərgədan və s....
Azerbaycan_tarixi_cild_1
53
Sümüklər arasında maral, mağara ayısı, ibtidai at sümüklərinin qırıntıları çoxdur. Tağlar düşərgəsinin çöküntülərində çoxlu ocaq layları aşkar olunmuşdur. Bu göstərir ki, qədim insanların həyatında ocaq mühüm yer tutmuşdur. Sümük məmulatının əksəriyyəti ocaqda yandırılmışdır. Tağlar düşərgəsinin maddi mədəniyyət qalıql...
Azerbaycan_tarixi_cild_1
54
Qazma düşərgəsindən tapılmış daş məmulatı çaxmaq və dəvəgözü daşlarından hazırlanmışdır. Əmək alətləri əsasən qaşov tipli alətlərdən və itiuclulardan ibarətdir. Alətlər itiləyici dişəklə dişəklənmişlər. Daş məmulatı içərisində istehsal tullantılarının qeydə alınması göstərir ki, qədim insanlar əmək alətlərinin bir qism...
Azerbaycan_tarixi_cild_1
55
süngü, iynə və s. alətlərdən də istifadə olunurdu. Son paleolit dövrü adamları əsasən mağaralarda, qazmalarda və yerüstü daxmalarda yaşayırdılar. Üst paleolit dövrü incəsənəti xüsusilə diqqəti cəlb edir. Matriarxat dövründə qadına sitayişlə əlaqədar rəmzi mənada çoxlu qadın təsvirləri yaradılmışdır. Son paleolit dövrün...
Azerbaycan_tarixi_cild_1
56
alətin hazırlanmasından əvvəl onun forması, nümunəsi mövcud idi. "Nümunənin təsəvvürə gətirilməsi onun haqqında biliyin olması deməkdir, bu bilik isə cəmiyyət tərəfindən mühafizə olunur və ötürülür" Əvvəllər bu "hal yox idi və ola da bilməzdi. Bundan başqa, Qədim Aşel dövrünə aid olan əl çapacağının ritm hissinin mövcu...
Azerbaycan_tarixi_cild_1
57
belə hesab edirlər ki, artıq indi bu süjetin pitekantrop dövrünə gedib çıxa bilməsi haqqında iddia həddindən artıq cəsarətli fikir kimi nəzərə çarpmır. Qeyd etmək olar ki, artıq uzaq erkən Aşel dövründə "ibtidai insanların şüurunda forma (Qədim Aşel dövrünə aid olan əl çapacağını xatırlayaq, çapacağın hazırlanması üçün...
Azerbaycan_tarixi_cild_1
58
üzün zəmin hazırladı: 30-35 min il bundan əvvəl müasir fiziki tipə malik olan insan meydana gəldi. Beləliklə, aşel mərhələsinin ikinci yarısının materialı Azıx sakinlərinin mənəvi həyatındakı əhəmiyyətli uğurlardan danışmaq imkanı yaradır. Ayı kəllələrinin yığıldığı xəlvətxana - gizli yer (kəllələrdən birinin üzərində ...
Azerbaycan_tarixi_cild_1
59
haqqındakı təsəvvürlərlə əlaqədar olaraq xüsusi yer tutmuşdur. Biz bununla bağlı olaraq şumerlərin məşhur "yeddiliyini" yada sala bilərik. Şumerlər 7 rəqəmi ilə Kainat haqqında ideyanı da ifadə edirdilər. Məşhur Şumer zikkuratının 7 pilləsi, 7 "planetə", həftənin 7 gününə, 7 böyük tanrıya, 7 küləyə, yeraltı səltənətin ...
Azerbaycan_tarixi_cild_1
60
gizli guşələr dünyanın bir çox bölgələrində də tapılmışdır. Draxenlox (İsveçrə), Zaltsofen (Avstriya), Klyuni, Le Furten, Reqardu, Lazaret (Fransa), Petersxel (AFR) Kudaro (Şimali Qafqaz) və başqa yerlərdə bu cür nümunələr aşkar olunmuşdur. Azıxda aşkar edilmiş, heyvan kəllələrinin saxlandığı gizli yer bu cür sitayiş o...
Azerbaycan_tarixi_cild_1
61
bir növ "tayfa ərəfəsi" birləşmənin mövcudluğu şübhəsizdir. Bu birliyin əsas tərkib hissəsini böyük kollektiv təşkil edirdi. Güman etmək olar ki, bu kollektiv bir neçə nəsli icmanı, birgə əməyə əsaslanan bir neçə düşərgəni özündə ehtiva edirdi. Bundan başqa, neandertal qəbirləri müəyyən, sırf insan hisslərindən, bəşəri...
Azerbaycan_tarixi_cild_1
62
Qeyd etmək lazımdır ki, artıq çox qədim zamanlarda Qafqaz bərzəxi insanların tropik iqlimə malik olan ilkin vətəndən - Afrikadan Avropanın mülayim iqlim qurşağına hərəkət etməsi üçün şərait yaratmış körpülərdən biri idi. Daha sonrakı zamanlarda da xeyli insan kütləsinin dəfələrlə bu ərazi ilə hərəkəti baş vermişdir. Al...
Azerbaycan_tarixi_cild_1
63
II FƏSİL MEZOLİT VƏ NEOLİT DÖVRÜ. AZƏRBAYCAN SAKİNLƏRİ İSTEHSALEDİCİ TƏSƏRRÜFATIN MEYDANA ÇIXMASI DÖVRÜNDƏ Giriş qeydləri. Bütün Paleolit dövrü ərzində əhəmiyyətli nailiyyətlərə və cəmiyyətin çox böyük inkişafına baxmayaraq, insanlar istehlakçı olaraq qalır, onların təsərrüfatı sırf mənimsəmə xüsusiyyəti daşıyırdı. İst...
Azerbaycan_tarixi_cild_1
64
İqtisadiyyatın müstəqil sahəsi kimi formalaşan balıqçılığın dənizdə və ya quruda aparılan ov və akvafaunadan maksimum istifadə ilə intensivləşməsi uzlaşır. Yığıcılığın intensivləşməsi öz növbəsində dənli bitkilərin becərilməsinə gətirib çıxarır və s. Bütün bunlar istehsaledici təsərrüfat formasına keçid üçün imkanlar y...
Azerbaycan_tarixi_cild_1
65
Mezolit abidələri. Əmək alətləri. Ox və yay. Ovçuluq. Yığıcılıq. Balıqçılıq. Azərbaycanda mezolit və neolit mədəniyyətlərinin izlərinə ilk dəfə Qazax rayonunda Avey dağında Damcılı mağarasında təsadüf olunmuşdur. Burada Üst Paleolitə aid əsas materialdan əlavə Mezolit və Neolit dövrlərinə aid daş məmulatına da rast gəl...
Azerbaycan_tarixi_cild_1
66
Anazağadan əldə edilən oxun çubuğunu hamarlayıcı alət qırığı üzərində heyvan (keçi və ceyran) təsviri vardır. Bu tip alətlər başqa ərazilərin mezolit və neolit düşərgələrindən də məlumdur. Qobustanın çaxmaq daşı qəlpələrindən hazırlanmış Mezolit dövrü ox ucları səlis formaya malik deyillər. Mezolit və Neolit dövründə ç...
Azerbaycan_tarixi_cild_1
67
Hələlik Qobustanda və bütün Azərbaycanda Mezolit dövrü üçün istehsaledici təsərrüfatın (əkinçilik və maldarlıq) elementlərinin inkişafını göstərən inandırıcı dəlil əldə edilməmişdir. Ancaq ola bilsin ki, Qobustanda mezolitin sonundan bəzi heyvan növləri əhliləşməyə və dənli bitkilər mədəniləşməyə başlamışdır. Eramızdan...
Azerbaycan_tarixi_cild_1
68
Qobustanın neolit dövrü daş məmulatı mezolit materialı ilə bir qəbildən olub onun davamıdır. Burada da çaxmaq daşından nüvələr və xırda itiuclular çoxdur. Qəlpələrdən hazırlanmış qaşovların sayı azalır. Toxavari alətlər az olsa da, əvvəlki dövrə nisbətən iri və yöndəmlidir. Kiçik ölçülü sürtgəclər, dənəzən daşlar, daş ...
Azerbaycan_tarixi_cild_1
69
O dövrdə Qobustan əlverişli təbii şəraitə malik idi. Burada yerli əhalinin ov etməsi üçün çoxlu öküz, bezoar keçisi, ceyran və gur sürüləri dolaşırdı. Qobustanda Anazağa və Kənizə düşərgələri ətrafında və onların içərisində çoxlu kasavari yalaqlara rast gəlinmişdir. Onlar əsil tərpənməz qablardır. Bu konusvari yalaqlar...
Azerbaycan_tarixi_cild_1
70
İstehsaledici təsərrüfata keçid ənənəvi ovçu-yığıcı kollektivləri cəmiyyətində müəyyən yenilik yaradır və əməyin təşkilində prinsipial dəyişikliklərə səbəb olur. Təsərrüfatın yeni formaları (əkinçilik və maldarlıq) mənimsənilir, yeni istehlak predmetlərinin tətbiqi ilə əlaqədar prinsipcə tamam başqa olan əmək təşkili ş...
Azerbaycan_tarixi_cild_1
71
Qadının cəmiyyətdə yüksək mövqeyi Mezolit-Neolit dövrünün qurtarması ilə tədricən zəifləyir. Ana nəsli tezliklə ata nəsli ilə əvəz olunur, yeni dövr başlanır. Beləliklə, istehsaledici təsərrüfat dövründə insanın həyatının bütün sahələrini əhatə edən xeyli əhəmiyyətli yeniliklərə və dəyişikliklərə baxmayaraq, ibtidai ic...
Azerbaycan_tarixi_cild_1
72
köndələn döymə xətlərdən ibarətdir. Oxun çubuğunu hamarlayıcı alətin biri üzərində heyvan təsviri çəkilmiş və o çoxlu çərtmələrlə naxışlanmışdır. Bəzi qadın və öküz rəsmləri tatuirovka ilə bəzədilmişdir. Rəsmlərin bir qismi qayalara boya ilə çəkilmişdir. Bütün bunlar Qobustanın qayaüstü rəsmləri kolleksiyasında qədim Q...
Azerbaycan_tarixi_cild_1
73
Qeyd etmək lazımdır ki, Qobustan incəsənətində qadın təsvirlərinin görkəmində və işlənmə üslubundakı ənənəvi cəhət çox qədimdir. Külli miqdarda analoji materiallar əsasında ehtimal etmək olar ki, heykəlciklər və bu qəbildə işlənmiş qadın rəsmləri ana ilə qohum kollektivin eyniləşdirilməsi haqqında təsəvvürləri əks etdi...
Azerbaycan_tarixi_cild_1
74
III FƏSİL AZƏRBAYCANDA ENEOLİT DÖVRÜNÜN ƏKİNÇİ-MALDAR TAYFALARI Abidələrin icmalı. Eneolit sözü latınca aenus (mis) və yunanca litos (daş) sözlərinin birləşməsindən ibarətdir. Cəmiyyətin tarixi inkişafının ən mühüm mərhələlərindən birində - Eneolit dövründə insanlar mis külçəsinin döyülmə xassəsini icad edərək ondan əş...
Azerbaycan_tarixi_cild_1
75
Eneolit yaşayış yerlərinin bir qrupu da Muğanda Cəlilabad rayonu ərazisində aşkar edildi və 1971-ci ildən Əliköməktəpə yaşayış yerində qazıntı işləri aparıldı. Cənubi Azərbaycanda, xüsusi ilə Urmiya gölü rayonunda bir neçə erkən əkinçilik mədəniyyəti abidələri öyrənildi. Həsənli, Hacı Firuz, Dəlmətəpə və s. abidələrdə ...
Azerbaycan_tarixi_cild_1
76
Azərbaycanın erkən əkinçiləri adətən su hövzələri kənarlarında məskən salırdılar. Mil-Qarabağ düzənliyində, xüsusən Qarqar və Xaçın çayları arasında çoxsaylı qədim yaşayış yerləri cəmləşir. Burada yerdənçıxan suların ətrafında salınmış yaşayış yerləri az deyil. Çox güman ki, Mil düzü Eneolit dövründə indiki kimi susuz ...
Azerbaycan_tarixi_cild_1
77
Qarabağ düzənliyində Çalağantəpə və İlanlıtəpə yaşayış yerləri məsafəcə yaxın və oxşar mədəniyyətə mənsub olsalar da, memarlıq xüsusiyyətlərinə görə bir-birindən fərqlənir. Çalağantəpədə bütün tikintilər dairəvi planda bir cərgə kərpicdən hörülmüş, bəzən də daxildən ağardılmış və boya ilə naxışlanmışdır. İlanlıtəpədə t...
Azerbaycan_tarixi_cild_1
78
ucunda əl yeri qoymaqla qalan hissədə novçavari yarıq açaraq oraya çaxmaq və ya dəvəgözü daşından lövhə dişlər düzülürdü. Dişlər ağac oraqlara qətran vasitəsilə bərkidilirdi. Başqa cür oraqlar da məlumdur. Məsələn, Şomutəpədə öküzün çənə sümüyündən, Naxçıvan Kültəpəsində isə buynuzdan düzəldilmiş oraq tapılmışdır. Məlu...
Azerbaycan_tarixi_cild_1
79
Ağstafanın Aşağı Göycəli kəndində Töyrətəpə eneolit yaşayış yerində bir otaqda döşəmə üzərində nəhəng daş həvəng, zərbə daşı, parçalanmış daşlar, çoxlu sümük, o cümlədən yarımçıq qalmış sümük-məmulat, həm də alətlər üçün tədarük materialı tapılmışdır. Oradaca doqquz sümük toxa, maral buynuzundan ikideşikli boru, sümük ...
Azerbaycan_tarixi_cild_1
80
Azərbaycanın Urmiya gölü ətrafı vilayətlərinin saxsı məmulatı bir qədər müxtəlifliyi və texniki mükəmməlliyi ilə seçilir. Orada Dəlmətəpə yaşayış yerinin dulusçuları yüksək ustalığa nail olub, gözəl boyalı qablar hazırlayırdılar. Boyalı qabların ən qədim nümunələri e.ə. VI minillikdə Hacı Firuz yaşayış yerindən əldə ed...
Azerbaycan_tarixi_cild_1
81
Azərbaycanın Mesopotamiya ilə sonrakı (V minilliyin sonu, IV minilliyin əvvəli) əlaqələri Obeyd mədəniyyəti materiallarında öz əksini tapmışdır. Obeyd boyalı qab nümunələri Cənubi Azərbaycanda Urmiya gölünün hövzəsində, həm də Qafqaz yaşayış yerlərindən tapılmışdır. Uzunmüddətli əlaqələr və təmas nəticəsində Azərbaycan...
Azerbaycan_tarixi_cild_1
82
iqtisadi inkişafın müəyyən mərhələsində yaranır. Görünür, onlar cüt nikah əsasında qurulmuş ailə ilə bağlıdır. Belə ailə özünün mənzil, anbar və həyətyanı sahəsini ayırmaq labüdlüyünü doğurur. Belə cüt nikah ailələr həmin dövrün cəmiyyətinin ictimai əsasını təşkil edirdi. Bir neçə ailə təsərrüfatla birgə məşğul olur: t...
Azerbaycan_tarixi_cild_1
83
Azərbaycanın erkən əkinçiləri adət və ayinlə əlaqədar olaraq əsasən yaşayış məskənlərində xüsusi ibadət yerlərində müxtəlif mərasimlər keçirirdilər. Təbiətin dərkolunmaz hadisələrini aydınlaşdırmaq cəhdi, onlar qarşısında qorxu və acizlik, insanlarda magik vasitələrə (lənət və s.), müxtəlif dini aktlara (yalvarma, dua)...
Azerbaycan_tarixi_cild_1
84
KİNCİ BÖLMƏ AZƏRBAYCAN ƏRAZİSİNDƏ TUNC DÖVRÜ. İBTİDAİ-İCMA QURULUŞUNUN DAĞILMASI IV FƏSİL İLK TUNC DÖVRÜ. KÜR-ARAZ MƏDƏNİYYƏTİ Əkinçi-maldar qəbilələr. İlk Tunc dövründə, az qala, bütün Azərbaycanın və Zaqafqaziya ərazisinin düzən və dağlıq rayonları əkinçi-maldar qəbilələr tərəfindən tutulur, mənimsənilir. Bu dövrdə M...
Azerbaycan_tarixi_cild_1
85
Azərbaycanda Kür-Araz mədəniyyəti qəbilələri eneolit dövründə tərk edilmiş bəzi yaşayış yerləri ərazisində məskunlaşır. Naxçıvanda I Kültəpə, Ovçulartəpəsi, Qazaxda Babadərviş, Cənubi Azərbaycanda Göytəpə və Yanıqtəpə belə yerlərdəndir. Azərbaycanın digər ilk tunc dövrü yaşayış yerləri yeni ərazilərdə bina olunur. Bunl...
Azerbaycan_tarixi_cild_1
86
yerində çiy kərpicdən daş bünövrə üzərində müdafiə hasarının eni 1,65 m, Yanıqtəpədə qala hasarı 5 m enində olub palçıqla bərkidilmiş daşdan hörülmüş və hər iki üzdən suvanmışdır. Qala divarında tağlı qapı aşkar edilmişdir. Kür-Araz mədəniyyəti yaşayış yerlərinin, o cümlədən Azərbaycan abidələrinin memarlığında, eneoli...
Azerbaycan_tarixi_cild_1
87
hazırlanmış toxalar yoxdur. Ancaq ötən dövrün hər bir yaşayış yerində bu alətlərə çoxlu miqdarda təsadüf olunur. Kür-Araz mədəniyyəti qəbilələrinin iribuynuzlu heyvanları qoşquda istifadə etməsi bir sıra faktlarla təsdiq edilmişdir. Belə faktlar öküzləri qoşquda təqlid edən gil fiqurlar, bəzən oxla birlikdə tapılan tək...
Azerbaycan_tarixi_cild_1
88
İlk Tunc dövrü təsərrüfatının başqa mühüm sahəsini maldarlıq təşkil edirdi. Arxeoloji materiallar çox müxtəlif olmasa da, dövrün maldarlıq təsərrüfatının xarakteri haqqında kifayət qədər təsəvvür yaradır. Osteoloji material göstərir ki, sürüdə bütün ev heyvanları var idi (öküz, inək, keçi, qoyun və ev donuzu). Kür-Araz...
Azerbaycan_tarixi_cild_1
89
Qafqazda mis-tunc metallurgiyasının yaranmasında və inkişafında Ön Asiya ölkələrinin, görünür, müəyyən təsiri olmuşdur. Lakin Kür-Araz mədəniyyəti dövründə Qafqaz Avrasiyada müstəqil və mühüm metal istehsalı mərkəzlərindən birinə çevrilir. Metal əşyaların spektral tədqiqi, onların əksər halda mis-mərgmüş tərkibli olduğ...
Azerbaycan_tarixi_cild_1
90
başlıca alət - biz özü də əvvəlki dövrə nisbətən az idi. İndi onu tuncdan hazırlanan daha möhkəm və etibarlı alətlər əvəz edir. Bu dövrün yerli metal istehsalı məmulatı içərisində ən mühüm alət küplü tunc baltalar oldu. Azərbaycanın İlk Tunc dövrü yaşayış yerlərinin demək olar ki, hər birindən belə balta qəliblərinin t...
Azerbaycan_tarixi_cild_1
91
nümunələri o qədər nazik divarlıdır ki, dulus çarxında hazırlanma təəssüratı yaradır. Qara şüyrəli belə qabların kiçik qırıqlarına, məsələn, Mişarçay yaşayış yerində rast gəlinmişdir. Kiçik Qafqaz ərazisi abidələrinin qab-qacağı əksər halda qara, məharətlə şüyrələnmiş üzə və çəhrayı astara malikdir. Burada qırmızı, boz...
Azerbaycan_tarixi_cild_1
92
Sənətkarlığın inkişafı Kür-Araz mədəniyyəti qəbilələrinin Qafqaz və Ön Asiyanın qonşu vilayətləri ilə təmasına və qarşılıqlı əlaqələrin güclənməsinə lazımi şərait yaradır. Əlaqələr. Kür-Araz mədəniyyətini şöhrətləndirən maddi varidatda bir çox formaların, nümunələrin yeknəsəq olması heyrət doğurur. Buna qəbilələrarası ...
Azerbaycan_tarixi_cild_1
93
Yerli qəbilələrin cənubla sıx əlaqəsi qiymətli metaldan hazırlanmış əşyalarda özünü əks etdirir. Azərbaycanda onlar dəfn abidələrindən əldə edilmişdir. Xankəndi qənşərində bir kurqanda üzərinə qızıldan qabıq çəkilmiş yuvarlaq formalı üç pasta muncuq tapılmışdır. Orada başqa bir kurqanda, ölünün başı altında, öz forması...
Azerbaycan_tarixi_cild_1
94
Xankəndinin qarşısında tədqiq olunan kurqanların hərəsində 40-50 ölü basdırılmışdır. Bu kurqanların qəbirlərində ətrafı kiçik xəndəklə əhatələnmiş, diametri 4,5 m-ə çatan dairəvi meydançalar olmuşdur. Orada bükülü, oturaq və arxası üstdə uzadılmış ölülərə təsadüf olunmuşdur. Bir çox hallarda ölülərin başı altına gil ca...
Azerbaycan_tarixi_cild_1
95
dolu idi. Ehtimal etmək olar ki, öküz qurban ayini ilə əlaqədar mərasimdə yandırılmışdır. Kür-Araz mədəniyyəti yaşayış yerlərində ev heyvanlarının, xüsusən çox əhəmiyyət verilən öküzün gildən hazırlanmış fiqurlarına dəfələrlə rast gəlinmişdir. Orijinal formalı iki öküz fiquru Babadərviş evlərinin birində ocaq kənarında...
Azerbaycan_tarixi_cild_1
96
Azərbaycanın qədim əhalisi. Ölkə ərazisində ilk tayfa ittifaqları: kutilər, lullubilər, hurrilər. Orta tunc dövrünün əvvəllərində maldarlığın əhəmiyyətinin və maldar tayfalarının rolunun artması. Eramızdan əvvəl III minilliyin son rübündə Kür-Araz mədəniyyətinin süqutu ilə əlaqədar Azərbaycanın və ona həmsərhəd olan öl...
Azerbaycan_tarixi_cild_1
97
əlaqədar olaraq Cənubi Qafqazın demək olar ki, hər yerində yaşayış məskənlərinin, habelə möhkəmləndirilmiş qalaların sayı artmağa başladı. Təbiidir ki, əkinçilik təsərrüfatına nisbətən maldarlıq daha çox izafi məhsul verirdi. Dağ-mədən sərvətlərinin və sənətkarlığın inkişafı hesabına artan izafi məhsul ayrı-ayrı şəxslə...
Azerbaycan_tarixi_cild_1
98
Kutilərin Mesopotamiyada təxminən bir əsrlik ağalığı onlar arasında nəsiltayfa münasibətlərinin dağılması prosesini sürətləndirməli idi. Mesopotamiyadan qovulmuş kutilər vətənlərinə - Kürdüstana və Cənubi Azərbaycan vilayətlərinə qayıtdılar. Ehtimal etmək olar ki, onların buradan tədricən digər tayfa ittifaqı lullubilə...
Azerbaycan_tarixi_cild_1
99
dili haqqında bizə heç bir məlumat vermirdi. Bu dövrdə vəziyyət əsaslı şəkildə dəyişdi. E.ə. III minilliyin son rübündə Azərbaycan ərazisinin bir hissəsi (Urmiya gölündən qərbdə və cənubda yerləşən vilayətlər) əhalisilə birlikdə Şumer-Akkad yazılı mənbələri orbitinə düşür. Həmin dövrdə yaşamış tayfaların bəzilərinin ad...
Azerbaycan_tarixi_cild_1
100
Fərat çayının yuxarı axarında, Şimali Mesopotamiyada, Tavr dağlarının ətəklərində, Kiçik Asiyada, Suriyada, Fələstində və digər ərazilərdə yayılmışdır. Hurri tayfaları Dəclə çayının orta axarında, Şimal-Qərbi Mesopotamiyada, Balix və Xarmis çayları vadilərində, Nuzidə (Kərkük, qədim Arrapxa yaxınlığında) və digər vilay...