book_name
stringclasses
7 values
book_page
int64
1
583
page_context
stringlengths
9
4.74k
Azerbaycan_tarixi_cild_1
201
XI FƏSİL AZƏRBAYCAN TORPAQLARI FARS ƏHƏMƏNİLƏR (HAXAMANİŞİLƏR) DÖVLƏTİNİN TƏRKİBİNDƏ Mada çarlığının və Azərbaycan torpaqlarının Əhəməni II Kuruş (Kir) tərəfindən işğal edilməsi. Astiaqın hökmranlığı dövründə (e.ə. 585-550-ci illərdə) Mada çarlığının vəziyyəti çox mürəkkəb idi. Mada cəmiyyətinin daxili ziddiyyətləri kə...
Azerbaycan_tarixi_cild_1
202
Biz ilk Əhəmənilər dövründə Azərbaycan ərazisinin hansı hissəsinin fars dövləti tərkibinə daxil olduğunu bilmirik. Maraqlıdır ki, Madanın birinci satrapı Oybar "Nabonidin salnaməsi"ndə amçtpehat matGutium adlanır. Sonuncu ad (Cutium) qədim Mada vilayətlərinə - Cənubi Azərbaycana, güman ki, qədim Urartuya da işarədir. K...
Azerbaycan_tarixi_cild_1
203
Geniş sosial mübarizənin başlanmasından istifadə etmiş Qaumata adlı maq üsyan etdi. Qədim yazıçıların əksəriyyəti, habelə hökmdar Dara Qaumatanın çıxışını farsların hakimiyyətinə - Əhəmənilərə qarşı çevrilmiş Mada üsyanı olduğunu yaxşı bilirdilər. Antik müəlliflər şübhə etmirdilər ki, Qaumatanın hakimiyyətə sahib olmas...
Azerbaycan_tarixi_cild_1
204
Dara bu imtiyazları geri almaq istədikdə silahlanmış xalq çıxış etdi, bu nailiyyətlərin müdafiəsi uğrunda mübarizəyə başladı. Maqın əsas vəzifələrindən biri çar hakimiyyətinin, habelə sarsılmış imperiyanın möhkəmləndirilməsi idi. Güman etmək olar ki, Qaumata ayrı-ayrı köhnə çarlıqları (Madanı, Babili, Elamı və s.) bərp...
Azerbaycan_tarixi_cild_1
205
bütün cəhdlərə son qoyub hakimiyyətini möhkəmləndirdikdən sonra ümumimperiya miqyasında təbəddülat yaratmağa başladı. Bir sıra illər ərzində o, Əhəmənilər dövlətinin yaşaması üçün zəruri olan inzibati, vergi, maliyyə və hərbi xarakterli islahatlar keçirdi. Dövlətin daxili vəziyyətini möhkəmləndirmək üçün xeyli iş gördü...
Azerbaycan_tarixi_cild_1
206
yarısının Şimali Azərbaycan vilayətlərini xeyli inkişaf etmiş oturaq əkinçilik￾maldarlıq təsərrüfatına malik bir zona kimi təsvir edir. Burada yalnız təbii suvarmaya deyil, həm də çox böyük irriqasiya qurğularına əsaslanan suvarma əkinçiliyi mövcud idi ki, bu da əməyin məqsədyönlü təşkilindən xəbər verirdi. Həmin dövrd...
Azerbaycan_tarixi_cild_1
207
Cənubi Azərbaycanın vəziyyəti gərgin idi. Kadusilərə qarşı biri II Artakserksin, digəri III Artakserksin dövründə edilmiş iki yürüş də buna sübutdur. Lakin kadusiləri sakitləşdirmək mümkün olmadı. İmperiyanın digər hissələrində də tam asayiş yox idi. Yunanlar yenə də itaətdən çıxırdılar, misirlilər onlara kömək edirdil...
Azerbaycan_tarixi_cild_1
208
İran dövlətinin son on illərinin hadisələrindən danışarkən qeyd etmək lazım gəlir ki, yunanlar da bu hadisələrin əsas iştirakçılarından idilər. Lakin onu da unutmaq olmaz ki, e.ə. IV əsrdə Hellada özü dərin böhran keçirirdi. O zamankı yunan dünyasında cərəyan edən sosial-iqtisadi proseslər hellin polislərinin iqtisadiy...
Azerbaycan_tarixi_cild_1
209
Aleksandr qədim dövrün ən böyük sərkərdələrindən biri idi və bir çox görkəmli komandirləri - Antipatr, Ptolemey, Parmenion, Filota, Perdikka və başqalarını öz ətrafına yığa bilmişdi. Gənc padşahın artıq ilk addımları onun hərbi planlarının geniş vüsətindən xəbər verirdi. Lakin Aleksandr İran dövlətini tamamilə məhv etm...
Azerbaycan_tarixi_cild_1
210
qacaq, müxtəlif daş-qaş ələ keçirdi. Persepol şah sarayı yandırıldı. Lakin son dərəcə ağır tələfata baxmayaraq, III Dara hələ qisas almaq ümidində idi və Madada qoşun toplamağa başladı. Bu dövrdə Madada, xüsusən Cənubi Azərbaycanda, eləcə də Şimali Azərbaycanda vəziyyətin necə olduğu haqqında əlimizdə kifayət qədər məl...
Azerbaycan_tarixi_cild_1
211
Əhəməni imperiyası tamamilə dağıldı. III Daranın ölümündən sonra Aleksandr özü Əhəmənilərin varisi, Asiyanın padşahı oldu. Bu, tarixin dönüş nöqtəsi idi. Aleksandrın qoyduğu yeni qayda, hellinizm dövrü İranın qüdrətli dövrünün sonu idi. Farsların özləri üçün bu dövr nəinki bir dünya dövləti kimi onların qüdrətinin sonu...
Azerbaycan_tarixi_cild_1
212
DÖRDÜNCÜ BÖLMƏ AZƏRBAYCAN ƏRAZİSİNDƏ DÖVLƏT QURUMLARI HELLİNİZM DÖVRÜNDƏ XII FƏSİL MADA-ATROPATENA (*Ata /urpatakən) DÖVLƏTİ Madanın satrapı Atropat. Azərbaycan ərazisində müstəqil Mada-Atropatena (*Ata /urpatakən - Kiçik Mada) dövlətinin yaradılması. E.ə. V-IV əsrlərdə imperiyanın hər yerində olduğu kimi, Cənubi Azərb...
Azerbaycan_tarixi_cild_1
213
torpağı" anlayışları sonralar da eyni mənada işlədilirdi. Güman etməyə əsas var ki, XI satraplığa albanlar da daxil idilər və "kaspilər" adını onlara da aid etmək olar. Herodota görə, XI satraplığa kaspilər, pavsiklər, pantimatlar və dareytlər daxil idilər. XIV satraplığa Kür-Araz rayonlarında yaşayan utilər və müklər,...
Azerbaycan_tarixi_cild_1
214
yazırdı ki, Atropat "bu ölkənin (gələcək Atropatenanın - məsul red.)... makedoniyalıların hakimiyyəti altına düşməsinə yol vermədi". Lakin Atropat tez bir zamanda makedoniyalılarla qarşılıqlı münasibətləri yoluna qoya bildi. Yəqin ki, yalnız buna görə Atropat e.ə. 328-ci ildə yenidən Madanın satrapı vəzifəsinə qaytarıl...
Azerbaycan_tarixi_cild_1
215
O, Əhəmənilər dövlətini bərpa etməyə çalışırdı. Bunu ondan görmək olar ki, Bariaks özünü Parsa və Madanın padşahı elan etmişdi. Aleksandr Madaya yollandı, lakin Atropat öz qüvvələri ilə Bariaksın üsyanını yatırdı, onu əsir tutub makedoniyalılara verdi və onlar Bariaksı Pasarqadda edam etdilər. Madada Aleksandr məşhur B...
Azerbaycan_tarixi_cild_1
216
E.ə. 321-ci ildə, Perdikka həlak olduqdan sonra, satraplıqlar ikinci dəfə bölüşdürüldü. Bölgü Atropatın satraplığına şamil edilmədi. Görünür, bu vaxtdan Kiçik Madanı müstəqil dövlət saymaq olar. Deməli, çox ehtimal ki, keçmiş İran satrapı, əslən, çox güman ki, madalı olan Atropat IV əsrin 20-ci illərinin sonunda yeni d...
Azerbaycan_tarixi_cild_1
217
nəzərdən qaçırmaq olmaz. Axı təsadüfi deyildir ki, III Dara üç dəfə basıldıqdan və qoşunlarının demək olar hamısı məhv edildikdən və ya onu atıb getdikdən sonra ümidini ancaq kadusilərə və skiflərə bağlamışdı. Hərçənd kadusilər və skiflər axırıncı Əhəməni - III Daranı müdafiə etmədilər, lakin etibarlı və sanballı bir q...
Azerbaycan_tarixi_cild_1
218
etdiyi, yüksək mədəniyyəti, əhalisinin Atropatena dili və yazı ənənələri olan bir ölkə idi. Cənubi Azərbaycan ərazisində müstəqil dövlət yaradılması qədim ənənələrə malik ölkədə təsərrüfat həyatının fəallaşmasına, məhsuldar qüvvələrin yüksəlməsinə, ticarətin və sənətlərin canlanmasına çox kömək etdi. Daha sonrakı məlum...
Azerbaycan_tarixi_cild_1
219
irandilli olmaları müasir elmdə şübhə doğurmur. Bizə onlarla Mada adları, bir sıra Mada sözləri bəllidir. Artıq antik müəlliflərin məlumatları madalıların İran dialektlərindən (resp. dillərindən) birində danışdıqlarını aydın surətdə təsdiqləyir. Bu, I Daranın yazılarından birindəki dəlillərdən də şübhəsiz şəkildə irəli...
Azerbaycan_tarixi_cild_1
220
çölündə) ərazisində yaşayırdılar. Şübhəsizdir ki, bu vilayətin adı maqlardan (orta əsrlərdə müg) deyil, "mük" etnonimindən törəmişdir. Mükän-Mügän dolaşıqlığı, bu adlar arasındakı fərqlərin aradan çıxması və, "Mukan"ın əvəzinə "Muğan"dan istifadə olunması daha sonrakı zamana aiddir və xalq etimologiyasının nəticəsidir....
Azerbaycan_tarixi_cild_1
221
əsasən Azərbaycanın, qismən şimal, qismən isə cənub vilayətlərinin sakinləri olmuşlar. Mövcud mənbələrə görə, kaspilər bizim təsəvvürümüzdə əkinçiliyi, maldarlığı, sənətləri, ticarəti, habelə gəmiçiliyi və dənizçiliyi yaxşı bilmiş xalq kimi canlanır. Arami sənədlərindən bizə məlumdur ki, Misirdə kaspilərin kifayət dərə...
Azerbaycan_tarixi_cild_1
222
Antik dövrdə Cənubi Azərbaycanda yerli etnik elementlərlə yanaşı, irandillilər də yaşayırdılar. Onların arasında saqartalılar (əvvəlki zikertulular), Atropatın dövründə sakesinlər adı altında məlum olmuş ortokoribantlar daha mühümləri idilər. (A)mardların və b. da adlarını çəkmək lazımdır. Atropatenanın, Atropatın və A...
Azerbaycan_tarixi_cild_1
223
verir. Manna sonuncu dəfə e.ə. VI əsrin əvvəlində yad edilmişdir. Artıq antik dövrdə "mannalıların", belə demək mümkünsə, izi də qalmamışdı. Buna görə, də heç də təəccüblü deyildir ki, nə I Dara, nə də Herodot nə Mannanı, nə də mannalıları tanımırdılar. Mannalıları artıq "madalılar" adlandırırdılar. Madalıların işğalı,...
Azerbaycan_tarixi_cild_1
224
Nəinki Azərbaycanın retrospektiv surətdə əsrlərin dərinliyinə yönəldilə biləcək erkən orta əsrlər dövrünün nisbətən yaxşı məlum olan etnik-dil mənzərəsi, habelə bir çox digər məlumatlar da bunu tam müəyyənliklə təsdiq edir. Erkən orta əsrlər dövründə Cənubi Azərbaycanda etnodil situasiyasından danışarkən qeyd etmək laz...
Azerbaycan_tarixi_cild_1
225
hələ Mada dilinə xas olmuş fonetikanın başlıca xüsusiyyətlərini özündə saxlamış talış dilinə yaxın idi. Cənubi Azərbaycanın İran dialektləri - xarzani, xalxali, karinqani və b. qədim zamanlarda bu bölgədə mövcud olmuş dillərin qalıqlarıdır. Qeyd etmək çox vacibdir ki, həm erkən orta əsrlərdə Cənubi Azərbaycanda mövcud ...
Azerbaycan_tarixi_cild_1
226
müqayisəli dilçiliyin məlumatlarının göstərdiyi kimi, şimal-qərb qrupunun dilləri və dialektlərinin fars qrupu dilləri ilə ən azı antik zamanın başlanğıcınadək ayrıldığını da xüsusilə qeyd etmək lazımdır. Mada dilinin və onun dialektlərinin bölgənin hakim dili olması şübhəsizdir. Bu, nəinki hələ antik dövrdə bizi maraq...
Azerbaycan_tarixi_cild_1
227
Maraqlıdır ki, Ermənistanda və İberiyada (Şərqi Gürcüstanda) ümumxalq dilləri - koyne Atropatenada ümumxalq dilinin meydana gəldiyi bir zamanda zühur etmişdir. Görünür ki, Albaniyada da ümumi danışıq dili bu zaman meydana gəlmişdi. Atropatena fenomeninin ümumi səciyyəsini verərkən qeyd etmək fövqəladə dərəcədə vacibdir...
Azerbaycan_tarixi_cild_1
228
Albion sahillərinə anqlosaksların çıxmasından, fransızlar Qalliyanın romanlaşması zamanından başlamırlar; Misir ərəbləri heç də o fikirdə deyildirlər ki, onların tarixi ərəb süvarilərinin ölkə sərhədlərinə daxil olduğu gündən başlanır; nə ispanlar, nə türklər, nə farslar, nə də başqaları yaşadıqları ərazinin ən qədim s...
Azerbaycan_tarixi_cild_1
229
tərəfindən də təkrar edilir. Qaynaqlar Atropatenada arı balının olmasından danışmağa imkan verir. Qədim müəlliflər Atropatena ərazisində taxıl əkilməsindən bəhs edirlər. Antik ədəbiyyatda münbit məbəd torpaqları haqqında məlumat vardır. İçkilər hazırlanması haqqında verilən məlumat da çox maraqlıdır. Məsələn, Strabon y...
Azerbaycan_tarixi_cild_1
230
Ehtimal ki, burada nərə balığı nəzərdə tutulur. Elian sözünə davam edərək daha sonra yazır: "Kaspilər onları tutur, duzlayır və qurudurlar, (sonra) dəvələrə yükləyib Ekbatanaya aparırlar. Bu balıqların piyindən məlhəm hazırlayırlar, duzlu balığı (kaspilər) satırlar, çox qatı, lakin üfunətli olmayan balıq yağını dərilər...
Azerbaycan_tarixi_cild_1
231
edirdilər. Kaspi sahili boyunca şimala gedən yolun böyük əhəmiyyəti vardı. Başqa bir ticarət yolu Ekbatanadan Artaksata tərəfə gedirdi. Bu şəhər "Atropatiya sərhədlərinin yaxınlığında" idi [Strabon]. Ekbatanaya balıq daşınması haqqında Klavdi Elianın verdiyi məlumat da Kaspianadan keçib Atropatenaya gedən ticarət yolun...
Azerbaycan_tarixi_cild_1
232
saxlanılırdı. Həmin Mada torpaqları yunan-makedoniyalıların bilavasitə hakimiyyəti altına düşür və burada onlar hərbçilər yaşayan çoxlu qəsəbə salırlar. Antik müəlliflərin əsərlərində bu barədə məlumat qalmışdır. Polibi bildirir ki, Aleksandrın təşəbbüsü ilə "Midiya qonşu barbar xalqlardan qorunmaq üçün hər tərəfdən He...
Azerbaycan_tarixi_cild_1
233
Lakin Selevkin və hakimiyyətə onunla şərik olan Antioxun bütün ciddi-cəhdlərinə baxmayaraq, e.ə. III əsrin ortalarına yaxın Selevkilər dövləti fəlakət həddinə çatdı. Baktriya, Soqdiana və Parfiya əldən çıxdı. Tezliklə müstəqil Parfiya dövləti meydana gəldi və ona Asiya tarixində mühüm rol oynamaq nəsib oldu. Kaspi dəni...
Azerbaycan_tarixi_cild_1
234
də özü madalı olan Artaşes yiyələnmişdi. Moisey Xorenli hər halda Artaşesi açıq-aşkar "madalı" adlandırır. 223-cü ildə Selevki dövlətində çarlığa III Antiox (223-187) keçdi. Selevkilərin bəzi ötəri müvəffəqiyyətləri və e.ə. III əsrlə II əsrin ayrıcında Aralıq dənizinin şərqində meydana gəlmiş Roma kimi yeni bir siyasi ...
Azerbaycan_tarixi_cild_1
235
Selevkilər şərq satraplıqlarının demək olar ki, hamısını itirmiş oldular. Meydana gələn erməni çarlıqları, xüsusilə Artaşesin çarlığı lap əvvəldən özlərini çox təcavüzkar aparır, qonşularına qarşı fəal qəsbkarlıq siyasəti yeridirdilər. Strabon yazır: "...Artaksinin və Zariadrinin müharibələri əvvəllər kiçik bir ölkə ol...
Azerbaycan_tarixi_cild_1
236
əsgərlərinin yerləşdikləri məskənlərin hamısında eyni vaxtda üsyan qaldırmış madalıların mütəşəkkil çıxışı (məhz bu çıxış Selevki ordusunun məhv olmasında həlledici rol oynadı) və Parfiya padşahı II Fraatın qoşunlarının uğurlu hücumu sayəsində bu cəhd Selevki ordusunun tamamilə darmadağın edilməsi ilə nəticələndi, VII ...
Azerbaycan_tarixi_cild_1
237
işlərinə ciddi qarışmağa başlamışdı. E.ə. I əsrin əvvəlində romalılar artıq Kiçik Asiyada meydan sulayırdılar. Roma sərkərdəsi Sulla 92-ci ildə Dəclə çayının sahilində Parfiya səfiri ilə görüşmüşdü. Bu, parfiyalılar ilə romalılar arasında ilk ünsiyyət idi. Plutarx yazırdı: "İndiyədək iki xalq hələ bir-biri ilə təmasda ...
Azerbaycan_tarixi_cild_1
238
kifayət qədər fəal idi. Madalılar çox mürəkkəb şəraitdə, yunan-makedoniyalıları bir o qədər yaxına qoymayan müstəqil dövlət yaratdılar, öz istiqlaliyyətlərini qoruyub saxlamaq uğrunda selevkilərə qarşı inadlı mübarizə aparırdılar, Atropatena madalıları Mada etnik birliyinə mənsub olduqlarını dərk edir, öz mədəni ənənəl...
Azerbaycan_tarixi_cild_1
239
Güman ki, e.ə. I əsrin ikinci rübündə Atropatena çarları ilə erməni çarları arasında nikah əlaqələri yarananadək Atropatena prinsipcə parfiyapərəst siyasət yeridirdi. Atropatena çarı Mitridat erməni çarının qızı ilə evlənəndən sonra isə Atropatena tacidarının siyasəti antiparfiya siyasəti olmasa da, hər halda, şübhəsiz...
Azerbaycan_tarixi_cild_1
240
Mitridatın romalılara yaxınlaşmasına kömək edirdi, lakin sonrakı hadisələrin göstərdiyi kimi, parfiyalılar Romanın onları, eləcə də bütün Şərqi necə böyük təhlükəyə məruz qoyduğunu o zaman hələ dərk etmirdilər. Parfiya daxili çəkişmələr nəticəsində zəifləyir, Romada da vətəndaş müharibəsi qızışır, bunlar II Tiqranın əl...
Azerbaycan_tarixi_cild_1
241
Şübhə yoxdur ki, Ermənistan dövlətinin təqribən on beş illik cah-cəlal və şan-şöhrət dövrü onunla Atropatilər dövləti arasında ittifaq, dostluq və həmrəylik dövrü idi. Heç nədən xəbəri olmayan II Tiqran Roma ilə müharibəyə nəinki hazırlaşmırdı, hətta, əksinə, sakit-sakit öz paytaxtı Tiqranakertin inşasını başa çatdırır...
Azerbaycan_tarixi_cild_1
242
Düşmən olan Romaya qarşı birgə mübarizəyə sövq etmək üçün çox böyük səylər göstərirdilər. Tiqran hətta istilalar prosesində ələ keçirdiyi torpaqların bir hissəsini parfiyalılara verməyə də hazır idi. Lakin parfiyalıların müttəfiqlərə qoşulduqları halda, çox təhlükəli bir vəziyyət əmələ gələ biləcəyini yaxşı başa düşən ...
Azerbaycan_tarixi_cild_1
243
Müttəfiqlər qələbəni bayram edirdilər. Pontlu Mitridat və II Tiqran əvvəllər istila edilmiş, lakin sonra itirilmiş bir çox torpaqları geri aldılar. Bu müharibələrə regionun bir sıra xalqları da cəlb olunmuşdu. Onlar qırğın, dağıntı, qarətlər, əsarət və köləlik gətirən Roma qəsbkarlığını dəf etməyə çalışırdılar. Dini fə...
Azerbaycan_tarixi_cild_1
244
Bir nəticə çıxarmaq olar ki, e.ə. 65-ci ilə yaxın Atropatenada hökmranlıq Daranın əlinə keçmişdi. Beləliklə, təsvir edilən dövrdə Atropatenanın və atropatenalıların adları mənbələrdə əsasən qonşu ölkələrin tarixi ilə, yaxud ümumregion xarakterli hadisələrlə əlaqədar olaraq çəkilirsə də, təsdiq edə bilərik ki, atropaten...
Azerbaycan_tarixi_cild_1
245
romalılara qarşı çox ciddi mübarizə aparırdılar. 40-cı ilə yaxın parfiyalılar Aralıq dənizi hövzəsinin şərqində Roma torpaqlarına geniş hücuma başlayıb həmin rayonda romalıların hökmranlığını təhlükə altına aldılar. Adı Atropatena tarixində də çox mühüm hadisələrlə bağlı olan Roma triumviri Mark Antoninin yüksəlməyə ba...
Azerbaycan_tarixi_cild_1
246
şərəfinə Aleksandr adı verilən Antoninin bu oğlu sonralar Atropatena çarının qızına nişanlandı. Aydındır ki, Parfiya dövlətini itaət altına almadan Böyük Asiya dövlətini yenidən yaratmaq mümkün deyildi. Müharibə müəyyən dərəcədə Kleopatradan alınmış iri məbləğdə pulun hesabına hazırlanırdı və Kleopatra həm də yürüşün i...
Azerbaycan_tarixi_cild_1
247
Triumvirin belə bir qərar qəbul etməsinə bir neçə səbəb vardı. Əvvələn, Antoninin həmin planı, yəni Yuli Sezar tərəfindən ömrünün son aylarında hazırlanmış Parfiya kampaniyası planının cizgilərindən, güman ki, istifadə edilməklə tutulmuş plan parfiyalılar üçün lap gözlənilməz oldu və buna görə də o, Roma sərkərdəsi üçü...
Azerbaycan_tarixi_cild_1
248
ağlasığmaz dərəcədə uzanırdı; təkcə araba karvanının mühafizəsi üçün qoyulmuş dəstənin uzunluğu 10-12 kilometrə bərabər idi ki, bu da bir çox çətinliklər törədirdi. İkincisi, Fraaspanın hasarı yaxınlığında, o yerdə ki, torpaq töküb bənd düzəltmək lazım gəldi, ordu əslində fəaliyyətsiz idi. Yeri gəlmişkən deyək ki, Anto...
Azerbaycan_tarixi_cild_1
249
qoşun üçün ərzaq və atlar üçün yem tədarükünə yola düşdü - ümid edirdi ki, bu yolla düşmənləri açıq döyüşə atılmağa vadar edər [Plutarx]. Romalılar müttəfiqlərlə üz-üzə gəldikdə dərhal həmlə etdilər, lakin çevik süvarilər tez gizləndilər; onlardan cəmi 80 adam öldürüldü, 30 adam əsir tutuldu. Plutarxın verdiyi məlumata...
Azerbaycan_tarixi_cild_1
250
Barışıq bağlandığını güman edən Antoni bir neçə günlük yır-yığışdan sonra olan-qalan mühasirə maşınlarını atıb (mühasirədə olanlar bu maşınları dərhal yandırdılar), döyüşçülərin bir hissəsinin narazılığına baxmayaraq, düşərgədən tərpəndi və geri çəkilməyə başladı. IV Fraatın vədinə baxmayaraq müttəfiq qoşunu romalıları...
Azerbaycan_tarixi_cild_1
251
qorxu yaranmışdı ki, Fraat onun taxt-tacına qəsd edir" [Plutarx]. Həqiqətən də Parfiya çarı qət etdi ki, Atropatenanı ələ keçirmək vaxtı çatmışdır. Vəziyyət elə təhlükəli şəkil almışdı ki, Parfiyanın möhkəm tərəfdarı olan Artabazd riskə gedib ənənəvi Parfiyapərəst siyasətdən uzaqlaşır və e.ə. 35-ci ildə öz əsiri Polemo...
Azerbaycan_tarixi_cild_1
252
Görünür, Aleksandr Helios ilə İotapanın rəsmi nişanlanması da elə bu vaxt olmuşdu. Bu zaman Atropatenalı Artabazdın vəziyyəti xeyli mürəkkəbləşdi. Bununla əlaqədar e.ə. 33-cü ilin yazında Antoni Ermənistana hərəkət etməyə məcbur oldu. Burada yenidən çoxlu qoşun toplayıb parfiyalılara qarşı yürüşə çıxmağa hazırlaşırdı, ...
Azerbaycan_tarixi_cild_1
253
keçirmək, Atropatena və Ermənistan padşahlıqlarını vahid bir tac altında birləşdirmək haqqında Atropatilərin çoxdan qurduqları iddialı planlar ilə əlaqədar olaraq böyük ümidlər doğurdu. Madalılar ilə ermənilər arasında mədəni yaxınlıq, siyasi və iqtisadi əlaqələr lap qədimdən başlanmışdır. Strabon açıq yazırdı: "Midiya...
Azerbaycan_tarixi_cild_1
254
atropatenalılar nəzərdə tutulur - məsul red.) padşahı Artabazın (Artabazdın - məsul red.) oğlu çar Ariobarzanın ixtiyarına verdim... Qay Sezar tərəfindən istila edilmiş ölkə e.ə. I əsrdə Atropatena padşahına verildi. Beləliklə, erməni əyanlarının əvvəlcə məmnuniyyətlə qəbul etdikləri Atropatena padşahı Ariobarzan Ermən...
Azerbaycan_tarixi_cild_1
255
Atropatilər ölkəni təqribən üç əsr yarım idarə etdilər. Atropatilər haqqında ən son məlumatı bizə ikidilli latın-yunan yazısı verir. Bu yazıda Atropatena padşah sülaləsinin son törəməsinin - Roma tribalarından birində yazılmış Qay Yuli Artabazın (məşhur Artabazdın nəvə və ya nəticəsinin) adı çəkilir.
Azerbaycan_tarixi_cild_1
256
Atropatenanın maddi mədəniyyəti. Atropatenanın maddi mədəniyyət abidələri indiyədək çox az, kifayət olmayan dərəcədə öyrənilmişdir. Bu, birincisi, yazılı mənbələrin azsaylı və natamam, yarımçıq, qırıq olması və ikincisi, bu bölgənin arxeoloji cəhətdən tədqiqinin azhəcmli olması ilə izah edilir. Lakin buna baxmayaraq, a...
Azerbaycan_tarixi_cild_1
257
ərzində kəşfiyyat axtarışları aparmış ekspedisiyalarını qeyd etmək lazımdır. Abidənin ətraflı (qazıntılar aparılmasa da) tədqiqi nəticəsində mühüm arxitektura, keramika və digər mədəniyyət qalıqları aşkara çıxarılmışdır ki, bu da həmin qədim şəhər yerinin tədqiqatçılar tərəfindən Ptolemeyin qeyd etdiyi Fanaspa ilə eyni...
Azerbaycan_tarixi_cild_1
258
yaxud səhv olduğunu müəyyən etməyə, habelə hazırda ümumiyyətlə antik dövrə aid olunan digər abidələrin (Cənubi Azərbaycandakı Qalaoğlu, Qamçıçay, Qaleye-Zərrin-Kuh, Gaur Qala və b., Azərbaycan Respublikası ərazisində Mil düzündəki Qaratəpə, Qalatəpə və bir sıra başqa abidələr) mövcudluğu müddətini və əhəmiyyətini daha ...
Azerbaycan_tarixi_cild_1
259
olmuş memarlıq prinsiplərinin az və ya çox dərəcədə tam mənzərəsini verir: mülki xarakterli yaşayış yerinin nümunəsi kimi Qaleye-Zöhhak və məbəd qurğusu olduğu güman edilən, Təkab yaxınlığında yerləşən Kerefto (Karafto, Karaftu) qaya kompleksi. İki təpədən və onların arasındakı çökəkdən ibarət olan Qaleye-Zöhhak qədim ...
Azerbaycan_tarixi_cild_1
260
Pavilyonun həm Ön Asiyanın, həm də Romanın memarlığı ilə bənzərliklərə malik olan memarlıq xüsusiyyətləri (Aşşurdakı və Kuhi-Xocadakı saraylar, binaların daxilindəki memarlıq detallarının profilləri, dekor və s.), habelə keramika fraqmentləri onu Parfiya dövrünə, daha dəqiqi eramızın I əsrinə aid etməyə imkan verir. Mü...
Azerbaycan_tarixi_cild_1
261
Lakin göstərmək lazımdır ki, birincisi, Kerefto yazıları kimi yazılar yalnız yaşayış binalarında tətbiq edilmirdi. Bu cür formullar məqbərələrdə, qəbirüstü daş lövhələrdə, ictimai binalarda, habelə dini mahiyyətli memarlıqda da məlumdur. İkincisi, kompleksin bu cür funksional təyinatlı halında sərhəd məntəqəsini "təcri...
Azerbaycan_tarixi_cild_1
262
Başlıca olaraq yazının paleoqrafiyası əsasında, habelə memarlıq üsullarına görə kompleksi e.ə. IV əsrin sonuna - III əsrin əvvəlinə aid etmək, yəni onun Mada-Atropatena dövlətinin mövcudluğunun başlanğıc dövrünə aid olduğunu göstərmək olar. Qədim Atropatena ərazisində aşkar olunmuş ayrı-ayrı memarlıq detalları içərisin...
Azerbaycan_tarixi_cild_1
263
Hazırda Atropatena keramikasının təkamülündə iki mərhələni ayırmaq olar: erkən (e.ə. III - II əsrlər) və son (e.ə. I əsr - eramızın II əsri) inkişaf mərhələləri. Erkən mərhələ Madada olduğu kimi, boyalı keramikanın olması ilə səciyyəvidir. Lakin Atropatena keramikası yerli xüsusiyyətlərə malikdir. Fərqlər həm qabların ...
Azerbaycan_tarixi_cild_1
264
içərisində sıx bükülü vəziyyətdə küpün boğaz hissəsinə doğru yönəlmiş halda, sağ və ya sol böyrü üstə yerləşdirilirdi. Belə bir fikir irəli sürülmüşdür ki, kişilər sol, qadınlar isə sağ böyrü üstə dəfn edilirdi. Dəfn üçün nəzərdə tutulmuş küpün içərisində xırda avadanlıq və bəzək əşyaları (qolbaqlar, boyunbağılar, üzük...
Azerbaycan_tarixi_cild_1
265
ərazilərdə təxminən həmin minilliyin başlanğıcında gənc Avesta inamları ocaqlarının mövcud olduğunu ehtimal etmək olar. Lakin bizə o da məlumdur ki, artıq Atropatena dövlətinin mövcudluğunun ilk onilliklərində bizi maraqlandıran ərazidə, Şərqin digər Hellinist dövlətlərində olduğu kimi, yunan-makedon işğalçıları tərəfi...
Azerbaycan_tarixi_cild_1
266
yolverilməzdir. "Zend dili" anlayışının Avesta dilinin ifadə edilməsi üçün istifadə olunması da səhvdir. Filoloji xarakterli ayrı-ayrı mülahizələr və antik müəlliflərin məlumatları ehtimal etməyə imkan verir ki, vaxtilə İran, Azərbaycan, Orta Asiyanın xeyli qismi və digər bölgə sakinlərinin ağlına hakim kəsilmiş zərdüş...
Azerbaycan_tarixi_cild_1
267
yazılı mətninin mövcudluğuna işarəni görürlər. Nəhayət, "Avesta"nın, ən azı onun ayrı-ayrı hissələrinin yazılı mətninin hələ Əhəmənilər hakimiyyətinə qədərki dövrdə mövcud olduğunu məntiqi səciyyəli bir hal da təsdiqləməlidir. Zənn edirik ki, yazıda maddiləşmiş "Avesta" olmasaydı, qədim yunan fəlsəfəsinə və iudaizm din...
Azerbaycan_tarixi_cild_1
268
Məcmuəsidir. Kiçik Avestaya bəzən ənənə üzrə Yaştları da daxil edirlər. Kiçik məcmuələr və s. şəklində ayrı-ayrı "Avesta" fraqmentləri (bizə qədər gəlib çatmamış Avesta kitablarından) də qalmışdır. Mütəxəssislərin hesab etdikləri kimi, bütün bunlar Sasanilər dövründə bərpa olunmuş "Avesta"nın yalnız dörddə bir qismidir...
Azerbaycan_tarixi_cild_1
269
fərdiliyi aydın şəkildə hiss olunur" [E. E. Bertels]. Adətən Zərdüştün (Zaratuştra, Zaratustra) özü Qatların müəllifi hesab edilir. Zərdüşt öz moizələrində zülm və zülmət aləmindən imtina etməyə, xeyir və işıq aləmini seçməyə səsləyir. Qatların oxunuşu ən qədim zamanlardan indiyədək zərdüştilik təliminin ən müqəddəs mə...
Azerbaycan_tarixi_cild_1
270
Videvdat ilk növbədə nəyin qadağan olunduğunu, nəyə icazə verildiyini göstərən qanun və göstərişlər külliyyatıdır. 22 fəsildən (afqarddan və yaxud farqarddan) ibarət olan bu kitabda mərasimlə əlaqədar təmizlənmə qaydaları, müxtəlif ayinlərin həyata keçirilməsi üsulları əks olunmuşdur. Bu kitabda oda və başqa təbii qüvv...
Azerbaycan_tarixi_cild_1
271
burasındadır ki, həmin adın daha qədim halı Ahura ("hökmdar", "cənab", "tanrı" deməkdir. Erkən dövrdə qədim hindilərdə olduğu kimi *asura; məlum olan Assara Mazas'ın Ahura Mazda bərabər olduğuna diqqət yetirək. Ahura istilahı artıq e.ə. VIII əsrdən Qərbi İran onomastikasında təsdiqlənmişdir) adının Mazda ("müdrik" demə...
Azerbaycan_tarixi_cild_1
272
Həqiqətən də Kiçik Avestada arxaizmlər Qatlardakına nisbətən daha çoxdur. Təbiidir ki, Qatlarda da çox qədim, bəzi hallarda hind-Avropa birliyi dövründən gələn cəhətlər az deyildir. Qatlarla müqayisədə Kiçik Avesta çıxış nöqtəsi olan ümumari və hətta hind-Avropa materialına bir çox hallarda daha çox yaxındır. Ayrı-ayrı...
Azerbaycan_tarixi_cild_1
273
etmək olar. Lakin deyilənlər heç də bizə burada "Avesta" təlimlərinin vətənini və "Avesta xalqının" özünü lokallaşdırmaq əsasını vermir. Məsələ burasındadır ki, "Avesta"da müxtəlif zamanlarda və müxtəlif yerlərdə yaranmış xeyli miqdarda laylar vardır. Və elə buna görə də, sözün birbaşa mənasında, "Avesta" təlimlərinin ...
Azerbaycan_tarixi_cild_1
274
lap başlanğıcında, bəlkə də daha öncə Orta Asiyada, İran yaylasının Şərqi və qərbində yaşamış irandilli xalqların böyük qrupuna məxsusdur. "Avesta"da olan bir çox cəhətləri onlar özlərinin əvvəlki vətənlərindən gətirmişdilər. Yeni yaşayış yerlərində də xeyli dəyər yaradılmışdı. Qatlara qayıdarkən qeyd etməmək olmaz ki,...
Azerbaycan_tarixi_cild_1
275
Ahura Məzda (sonralar Ahuramazda, Ormuzd), şər qüvvələrinin başında Anhra Maynyu (sonralar Ahriman) durur. Zərdüştə görə, Şər düşərgəsinə düşmüş qədim naturalist tanrılara-dayvalara (dev, div) qarşı ali hakimiyyətə malik olan tanrılar-ahurlar durmaqdadırlar. Zərdüştün təlimində bütün dünya ikiləşmiş, ikiyə bölünmüş sfe...
Azerbaycan_tarixi_cild_1
276
vilayətlərinə basqın edən düşmənləri qovmaqdan və "sevincli məskənlər üçün dinclik gətirməkdən" (Yasna, 48,5 və b.) ibarət olan xeyirxah hökmdarlardan danışılır. "Avesta"nın panteonundan danışarkən qeyd etmək lazımdır ki, ari tayfalarda, görünür, hələ çox qədim zamanlarda tanrıların iki tipi - devlər və asuralar (iranl...
Azerbaycan_tarixi_cild_1
277
vilayətlərində, əlbəttə, əvvəllər də ona bənzər təlimlərin - mazdaizmin, dualizmin, atəşpərəstliyin və bir çox başqa baxışların mövcud olduğu Cənubi Azərbaycanda da zərdüştilik şübhəsizdir ki, e.ə. I minilliyin başlanğıc əsrlərində yayılmağa başlanmışdı. Görünür, təxminən e.ə. I minilliyin ikinci rübündə (görünür, bu r...
Azerbaycan_tarixi_cild_1
278
Qədim İran inamları, etiqadları haqqında yuxarıda bütün deyilmişləri yekunlaşdıraraq demək lazımdır ki, Atropatena zərdüştiliyi qədim İran dini təlimlərinin tarixində mühüm mərhələlərdən biri idi. Sasanilər hakimiyyəti dövründə Atropatena bir neçə əsr ərzində zərdüştiliyin istinadgahına çevrilmişdi.
Azerbaycan_tarixi_cild_1
279
IV FƏSİL ANTİK ALBANİYANIN ƏRAZİSİ VƏ ƏHALİSİ. TƏSƏRRÜFAT HƏYATI. İCTİMAİ MÜNASİBƏTLƏR VƏ SİYASİ QURULUŞ qədim Albaniyanın ərazisi və əhalisi. "Albaniya" və "albanlar" tarixi Azərbaycanın əsasən şimal vilayətlərini əhatə edən ölkənin və həmin ölkədə yaşayan xalqın antik mənbələrdən məlum olan adlarıdır. Bir çox hallard...
Azerbaycan_tarixi_cild_1
280
Heç şübhə yoxdur ki, alban tayfaları Kür çayının yalnız sol sahilində deyil, sağ sahilində də yaşamışlar. Kür çayının Albaniya ərazisindən keçdiyini söyləyən Strabonun məlumatları bunu qəti şəkildə təsdiqləyir. Antik, habelə erməni müəlliflərinin alban tayfalarının Kür çayının sağ sahilində də yaşadıqlarını qeyd edən m...
Azerbaycan_tarixi_cild_1
281
Mübahisəsizdir ki, bu dil həmin əraziyə onun daşıyıcıları vasitəsilə xaricdən gətirilmişdir. Mütəxəssislərin hesab etdikləri kimi, qədim erməni xalqı Fərat çayının yuxarı vadisində təxminən e.ə. II minilliyin sonunda - I minilliyin başlanğıcında təşəkkül tapmışdır. Deyilənlər bütün müəyyənliyi ilə onu təsdiq edir ki, e...
Azerbaycan_tarixi_cild_1
282
Beləliklə, alban dili Şimal-Şərq Qafqaz dilləri ailəsinə aiddir. Şimal-Şərq Qafqaz dilləri ailəsi daşıyıcıları qədim zamanlarda Qafqazdan Egey və Aralıq dənizlərinədək olan geniş ərazilərdə yayılmış böyük dil ailəsinin qollarından biridir. Bir sıra alimlərin Albaniya sərhədinin Kür çayı boyunca keçməsi, Kür çayının sağ...
Azerbaycan_tarixi_cild_1
283
Lakin bütün bu deyilənlər yalnız I əsrədək baş vermişdir. İş burasındadır ki, "Böyük Ermənistan" adlandırılan dövlət e.ə. II əsrin əvvəlindən e.ə. I əsrin 60-cı illərinədək mövcud olmuşdur. E.ə. 60-cı illərdə II Tiqran özünün bütün işğallarından imtina etməli oldu və "Roma xalqının dostu və müttəfiqi" elan edildi ki, b...
Azerbaycan_tarixi_cild_1
284
məşkunlaşmışdı. Kaspilər haqqında həm qədim Şərq mənbələri, həm də antik müəlliflər danışırlar. Kaspi dənizinin adının onların adından alınması şübhəsizdir. Mənbələr əsasında məlum olur ki, kaspilər əkinçiliyi, maldarlığı, balıqçılığı, sənətkarlığı, ticarəti, görünür, habelə gəmiçiliyi və dənizçiliyi yaxşı bilmiş xalq ...
Azerbaycan_tarixi_cild_1
285
dənizi sakinləri ilə əlaqələri haqqında danışmağa, habelə güman etməyə imkan verir ki, bu mədəniyyətin aparıcı tipləri ola bilsin, genetik baxımdan, geniş Ön Asiya kökləri ilə bağlıdır. Burada yada salmaq lazımdır ki, alban dili Şimali Qafqazdan başlamış Aralıq dənizindəki adalaradək olan vilayətlərin sakinlərinin danı...
Azerbaycan_tarixi_cild_1
286
Albaniyada Sakasena (erməni mənbələrinə görə - Şakaşen) vilayəti vardı. Vilayətin adı buraya gəlmiş irandilli sakların adındandır. Onların qohumları olan kambocilər və yaxud onların hansısa qrupları Sakasena yaxınlığında məskunlaşmışdılar. Həmin vilayət onların adı ilə Kambüsena (gürcü mənbələrində Kambeçovani, erməni ...
Azerbaycan_tarixi_cild_1
287
Görkəmində olur, buna görə də bərəkətlidir. Üstəlik, burada hava da oradakından yaxşıdır. Qədim coğrafiyaşünas başqa bir yerdə qeyd edir ki, albanlar və iberlər "münbit torpağa malikdirlər və təsərrüfatı yaxşı inkişaf etdirə bilirlər". Biz Strabonda əkinçilik üçün yararsız ərazi haqqında da işarələrə rast gəlirik. Məsə...
Azerbaycan_tarixi_cild_1
288
Qaratəpədə eramızdan əvvəl I minilliyin sonuna aid keramika əşyalarında buğda və darının qabarıq təsvirləri vardır. Kür çayının solsahil qəsəbələrində arpa dəninin qalıqları aşkar edilmişdir. Mingəçevirdə buğda və arpa qalıqları, Xınıslıda isə kömürləşmiş buğda və arpa dənləri aşkar olunmuşdur. Buğda yumşaq və bərk sor...
Azerbaycan_tarixi_cild_1
289
Strabon, məsələn, Araz vadisindən, habelə Sakasena və Qoqarenadan danışanda göstərir ki, "bütün bu ölkə cır meyvələrlə və insan tərəfindən yetişdirilən ağacların [meyvələri] və həmişəyaşıl [bitkilər] ilə doludur. Burada hətta zeytun bitir...". Bu məlumata əsasən güman etmək olar ki, həm Araz vadisində və Qoqarenada, hə...
Azerbaycan_tarixi_cild_1
290
Gildən qayrılmış başqa əşyalar da şərabçılıqdan xəbər verir. Məsələn, küp və torpaq qəbirlərdə aşkar edilən tor arakəsməli qabları göstərmək olar. Maldarlıq, balıqçılıq. Albaniya əhalisinin təsərrüfatında maldarlıq nəzərə çarpacaq yer tuturdu. Əlverişli təbii şərait buna imkan yaradırdı. İlin qızmar vaxtlarında mal-qar...
Azerbaycan_tarixi_cild_1
291
Arxeoloji qazıntılar zamanı Albaniyanın qədim əhalisi tərəfindən işlədilən çoxlu gil nehrə aşkara çıxarılmışdır. Məsələn, Mingəçevir, Ağcabədi küp qəbirlərində və başqa yerlərdə nehrələr tapılmışdır. Südün yaxşı çalxalanması üçün bu nehrələrdən bəzisinin dibində barmaqvari iki və ya dörd çıxıntı vardır. Yağın alınması ...
Azerbaycan_tarixi_cild_1
292
xüsusilə cəlb edir. Sabirabad yaxınlığında küp qəbirlərdən tapılan keramika qatışığı az olan gildən hazırlanmışdır. Həm qara, həm açıq rəngli keramikanın gil kütləsinin keyfiyyəti eynidir, hər ikisinin tərkibində silisium, alüminium, dəmir, kalsium, maqnezium, oksigen, kükürd və başqa elementlər vardır; qara keramikanı...
Azerbaycan_tarixi_cild_1
293
işləyəndə metalı kürədə qızdırıb zindanda bir və ya bir neçə çəkiclə döyürdülər-qədim albanlar və qonşuları dəmiri əsasən bu cür emal edirdilər. İstidöymə üsulu bir çox əmək alətləri və silahlar istehsalında tətbiq edilirdi. Albanlar qəbirə çox zaman ölü ilə birlikdə oraqlar və oraqşəkilli bıçaqlar, habelə xəncərlər, q...
Azerbaycan_tarixi_cild_1
294
aşırıb o biri ərişin altından keçirmək üsulu ilə toxunmuşdur. Xalça ilmələri ilə toxunan parçalar da olmuşdur. Küpdə dəfn edilmiş yeniyetmə bir qızın paltarı qədim Albaniyada kətan parçaların olması haqqında fikir söyləməyə imkan verir: qızın qırmızı dəri başmaqları və eynilə kəməri, parçadan tikilmiş, hər balağına iki...
Azerbaycan_tarixi_cild_1
295
ayrı yerlərdə üst-üstə düşürdü. Bu yol qədim Şamaxını Qəbələ və Mingəçevir ilə birləşdirirdi. Eyni zamanda baş magistraldan ayrılan qol yolları ilə ilin isti, yağıntısız vaxtlarında Albaniyanın şimal vilayətlərinə getmək olurdu. Ağdaşın yaxınlığında Bakı-Tbilisi baş magistralından Qəbələyə tərəf Savalan keçidi ilə yol ...
Azerbaycan_tarixi_cild_1
296
tərəf uzanırdı. Strabon məlumat verir ki, Tanais "bir tərəfdən, Asiya və Avropa nomadlarının, digər tərəfdən Bospordan gəmilərlə [Meotid gölünə gələnlərin ümumi ticarət mərkəzi idi: birincilər qullar, gön-dəri və köçərilərdən alına bilən digər əşyalar, ikincilər isə mübadilə üçün paltar, şərab və məişətdə işlədilən baş...
Azerbaycan_tarixi_cild_1
297
yoxdur, hər tərəfdən fırtınalara açıqdır, başqa dənizlərə nisbətən burada daha çox dəniz yırtıcıları qaynaşır, odur ki, dənizçilər buraya başqa dənizlərə nisbətən daha az gəlirlər". Fəal ticarətdə duz, görünür, mühüm yer tutmaqda davam edirdi. Bununla əlaqədar olaraq, Strabon yazır ki, Matiana gölündə "duzxanalar düzəl...
Azerbaycan_tarixi_cild_1
298
yayılmışdı. Dəyirmi oturacaqlı və ya yapma naxışlarla bəzədilmiş vazaşəkilli və kolbaşəkilli qablara, ətir şüşələrinə və digər şüşə əşyalara öz formaları, ölçüləri və başqa xüsusiyyətləri ilə bənzəyən qablar və əşyalar Şərq, xüsusən Suriya şüşə istehsalı mərkəzlərinin məhsulları arasında da vardır. Tipoloji təhlil şüşə...
Azerbaycan_tarixi_cild_1
299
gətirilmə üzük-möhürlərlə möhürlənmişdir. Bullalar sübut edir ki, antik Albaniyada intaliyalar yalnız bəzək və həmail deyil, həm də möhür, yəni mülkiyyət nişanı idi. Gemmaların əksəriyyəti Yunanıstan-Roma ellərindən gətirilirdi. Lakin gemmaların bir qismi Yunanıstan-Roma mədəniyyətinin təsiri altında olan yerli oymaçı ...
Azerbaycan_tarixi_cild_1
300
Misir məmulatı sübut edir ki, Zaqafqaziyanı Ön Qafqaz, Dəryal və Dərbənd keçidləri ilə əlaqələndirən qədim ticarət arteriyaları Roma dövründə əhəmiyyətini itirməmişdi və sarmatlar aləmi bunların vasitəsilə İberiya və Qafqaz Albaniyası ilə əlaqə saxlayırdı. Skarabeylərin aşkar olunması bir daha sübut edir ki, bu ərazini...